Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-186/2020 21.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli olmaqla himayəsində iki azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Dəliməmmədli şəhəri, Nizami küçəsi, ev 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin dekabr ayında Şahid2 işləmədiyi halda özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər İdarəsinin əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək vədinə əməl etmək niyyətində olmadığı halda onu Mingəçevir regional “ASAN xidmət” mərkəzinə işə qəbul etdirmək müqabilində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Xidmətin səlahiyyətli vəzifəli şəxslərinə ümumilikdə 7000 manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək rüşvət verməyə təhrik etmiş və Şahid2 əminlik yaratmaq məqsədilə əvvəlcədən əldə edəcəyi pul vəsaitinin verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadığını dərk edərək aralarında kredit müqaviləsinin tərtib edilməsinə razılıq vermiş, xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir şəhərində yerləşən Mingəçevir regional “ASAN xidmət” notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi üzrə 5000 manat, həmin ilin dekabr ayının sonlarında və xx xxxxxx 2020-ci il tarixdə isə sonuncu tərəfindən “Express” ödəniş terminalı vasitəsilə hər dəfə 1000 manat olmaqla iki dəfəyə istifadəsində olan “İD 812543” və “PİN xxxxxxx” nömrəli plastik kart hesabına köçürülmüş 2000 manat, ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid qəsdlə adlatma yolu ilə ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar Şahid2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2020-ci ilin yanvar ayının əvvəllərində Şahid1 işləmədiyi halda təkrarən özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhərində yerləşən Mühafizə Xidmətinin rəisi kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək vədinə əməl etmək niyyətində olmadığı halda onu həmin Xidmətə işə qəbul etdirmək müqabilində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Xidmətin səlahiyyətli vəzifəli şəxslərinə ümumilikdə 2500 manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək rüşvət verməyə təhrik etmiş və 2020-ci ilin yanvar ayında istifadəsində olan **********029656 nömrəli “Maestrocard” plastik kart hesabına Şahid1 bu məqsədlə köçürdüyü 100 manat və 400 manat pul vəsaitini, həmin ilin yanvar ayının ortalarında isə Gəncə şəhərində yerləşən “Dəyirman” dairəsi adlanan ərazidə sonuncunun verdiyi 2000 manat, ümumilikdə 2500 manat məbləğində pul vəsaitini vahid qəsdlə adlatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmiş və təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Daha sonra, Təqsirləndirilən şəxs təkrarən eyni niyyətlə, 2020-ci ilin yanvar ayının ortalarında Şahid3 işləmədiyi halda təkrarən özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhərində yerləşən Mühafizə Xidmətinin rəisi kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək vədinə əməl etmək niyyətində olmadığı halda onu həmin xidmətə sürücü qismində işə qəbul etdirmək müqabilində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar həmin Xidmətin səlahiyyətli vəzifəli şəxslərinə 2000 manat, sürücülük vəsiqəsinin və sağlamlıq kağızının alınması müqabilində isə polis orqanlarının səlahiyyətli vəzifəli şəxslərinə 625 manat, ümumilikdə 2625 manat pul vəsaitinin rüşvət olaraq verilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək rüşvət verməyə təhrik etmiş və 2020ci ilin yanvar ayının ortalarında Mingəçevir şəhəri ərazisində Şahid3 500 manat, xx xxxxxx 2020-ci il tarixdə isə Gəncə şəhəri ərazisində 625 manat pul vəsaitini, ümumilikdə 1125 manat pul vəsaitini vahid qəsdlə adlatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, sonuncunu vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmiş və təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, həmin Məcəllənin 310 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən noyabr ayının sonlarında tanışı Şahid5 Mingəçevir şəhərində yerləşən çayxanaların birində onu Şahid1la tanış etmiş və sonuncunun heç bir işdə işləmədiyini bildirmişdir. Emin qaynı Şahid2 işlə təmin etməyi xahiş etmiş və qaynının “ASAN” Xidmətdə işləmək arzusunda olduğunu bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Şahid1 iştirakı ilə onun qaynı Şahid2la Mingəçevir şəhərində görüşmüş, sonuncunun həmin şəhərdə yerləşən “ASAN” Xidmətə işə qəbul edilməsi barədə guya danışdığını bildirmiş və həmin iş müqabilində Şahid2 əvvəlcə 5000 manat, işə düzəldikdən sonra isə 2000 manat verməli olduğunu bildirmişdir. Şahid1 və Şahid2 ondan bu qədər məbləğin hansı məqsədlə alınacağı barədə soruşduqda o, 5000 manatın Bakı şəhərində yerləşən 1 saylı “ASAN” Xidmətin rəisinə, işə düzəldikdən sonra isə yerdə qalan 2000 manatın Mingəçevir şəhərində yerləşən “ASAN” Xidmətin rəisinə “şirinlik” kimi verilməli olduğunu demiş, əlavə olaraq Şahid2 iş üçün şəxsiyyət vəsiqəsini, diplomunu, hərbi biletini, sağlamlıq haqqında arayış və 3X4 ölçüdə 6 ədəd fotoşəkil istəmişdir. Bu söhbətdən sonra Şahid2 həmin gün 5000 manat pulu Şahid5 və Şahid1 iştirakı ilə Mingəçevir şəhərində yerləşən “ASAN” Xidmətdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi əsasında ona vermiş, pulu aldıqdan sonra Şahid2 iş məsələsi barədə xəbər verəcəyini bildirdikdən sonra ayrılmışdır. Təxminən 5-6 gün sonra Şahid1 zəng edərək yerdə qalan 2000 manat pulu da verməli olduğunu, iş məsələsinin guya tez həll olunması üçün həmin pulun da Bakı şəhərində yerləşən 1 saylı “ASAN” Xidmətin rəisinə çatmalı olacağını demişdir. Həmin ilin dekabr ayının sonlarında Şahid2 iş məsələsinə görə qalan 2000 manat pulu göndərməsi üçün Şahid1 “İD 812543” və “PİN xxxxxxx” bank hesab şifrələrini göndərmiş, sonuncu da “Ekspressbank” ödəmə formasında onun göndərdiyi şifrələri yığaraq qeyd edilən 2000 manatı hər dəfə 1000 manat olmaqla iki dəfəyə göndərmişdir. Həmin 7000 manat pulu özü üçün almış və dələduzluq edərək ələ keçirmişdir. Şahid1 aldığı 2500 manat pul işə düzəltmək məqsədilə olmamış, həmin pulu Eminlə birlikdə iş görmək üçün almış, pulu da müəyyən işlərə xərcləmişdir. Təxminən 2020-ci ilin yanvar ayının 15-16-da Şahid1 onu Şahid3 yaşadığı Mingəçevir şəhərində yerləşən evlərinə apararaq orada sonuncunun atası ilə görüşdürmüşdür. Söhbət zamanı o, Şahid3 atasından guya Ülviyə sürücülük vəsiqəsi düzəltmək üçün polis orqanının vəzifəli şəxslərinə vermək adı ilə 1125 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulu Şahid3 almış və bir neçə həftə müxtəlif bəhanələrlə Şahid3 sürücülük vəsiqəsi məsələsini təxirə salmışdır. Fevral ayının 13-də Şahid1 və Şahid3 Gəncə şəhərinə çağırmış, birlikdə Daxili İşlər Nazirliyinin Gəncə şəhərində yerləşən Nömrə-qeydiyyat şöbəsinə (“MERO”) yollanmışlar. Orada olduğu zaman o, inzibati binaya daxil olmuş, həmin vaxt Şahid1 və Şahid3 onu inzibati binanın qarşısında gözləmişlər. İçəridə olduğu zaman dəhlizdə bir müddət gözləmiş və sonra çölə çıxıb Şahid1 və Şahid3 rəisin orada olmadığını bildirmişdir. Lakin Şahid1 ona həmin gün ərzində sürücülük vəsiqəsini mütləq götürməli olduqlarını bildirdiyindən Şahid3 əminlik yaratmaq üçün onunla birlikdə inzibati binaya daxil olmuş, orada qarşısında Elvin adı qeyd olunan məsul polis əməkdaşına yaxınlaşaraq sakit şəkildə barmağı ilə Şahid3 göstərib həmin şəxsin sabah sürücülük vəsiqəsi üçün yaxınlaşa bilməsinin mümkünlüyü barədə soruşmuş, polis əməkdaşı da heç bir problemin olmadığını, hər bir şəxsin qanunla müəyyən edilmiş qaydada sürücülük vəsiqəsi üçün müraciət etmək hüququnun olmasını izah etdikdən sonra Şahid3 yaxınlaşaraq növbəti gün gəlib sürücülük vəsiqəsini götürə biləcəyini bildirdikdən sonra çölə çıxaraq Şahid1 yanına getmişlər. Çölə çıxdıqdan sonra o, üzərində olan adi bank ödənişi üçün möhür vurulmuş qəbzi Şahid3 göstərərək həmin kağızın guya sürücülük vəsiqəsinin verilməsi üçün əsas olduğunu, kağızı polis əməkdaşına təqdim edib Şahid3 sürücülük vəsiqəsini götürə biləcəyini demişdir. Bundan sonra o, bir daha içəri keçərək heç bir şey etmədən binadan çıxıb Şahid1 və Şahid3 həmin kağızı polis əməkdaşına təqdim etdiyini bildirmişdir. Daha sonra o, Şahid1 axşam saatlarında Şahid2 Mingəçevir şəhərindən götürəcəyini və iş məsələlərini həll etmək üçün birlikdə Bakı şəhərinə gedəcəklərini bildirmiş, lakin axşam saatlarında Şahid1 mesaj yazaraq yalandan Şirvan şəhərində olduğunu demiş və Şahid2la birlikdə növbəti gün saat 9-da Bakı şəhərində yerləşən 2 saylı “ASAN” Xidmətin qarşısında olmalarını tapşırmış, Şahid2 oradan Narınc adlı xanımın götürəcəyini və özü ilə birlikdə imtahan vermək üçün 1 saylı “ASAN” Xidmətə aparacağını demiş, bundan əlavə Şahid1 onu Bakı şəhərində yerləşən “20 yanvar” metrostansiyasının qarşısında gözləməyini tapşırmışdır. Qeyd olunan tarixdə Şahid1 Şahid2 Bakı şəhərində yerləşən 2 saylı “ASAN” Xidmətin qarşısında qoyub “20 yanvar” metrostansiyasına yollanmış, o isə müxtəlif bəhanələrlə Şahid1la Şahid2 bir müddət gözlədəndən sonra Eminə zəng edərək gecə zəhərləndiyini, bu səbəbdən də ilk öncə “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən 5 nömrəli xəstəxanada, daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hospitalında müalicə olunduğunu bildirərək bu səbəbdən də görüşə gələ bilmədiyini söyləmişdir. Bundan sonra Şahid1la xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhərində görüşmüş, görüş zamanı ona növbəti gün, yəni fevral ayının 16-da bütün işləri həll edəcəyini bildirmiş, lakin bu söhbətdən sonra Şahid1 zənglərinə qəsdən cavab verməmişdir. Eminin qaynı Şahid2 “ASAN” Xidmətdə işə düzəltmək adı ilə 7000 manat və dayısı oğlu Ülvin Salmanzadəni sürücülük vəsiqəsi almaq adı ilə aldadaraq ümumilikdə 1125 manat pul vəsaitini ələ keçirmiş, lakin Şahid1 işə düzəltmək məqsədilə pul almamış, onunla iş görmək istəmiş, pulu işin görülməsinə xərcləmiş, lakin iş alınmamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,dostu Şahid5 vasitəsilə 2019-cu ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində yerləşən “Travel house” adlı çayxanada görüşən zaman tanış olmuş, söhbət əsnasında Sərvan Məmmmədov ondan nə işlə məşğul olması barədə maraqlandıqda sonuncuya heç bir işdə işləmədiyini bildirmiş, davamında isə Təqsirləndirilən şəxs karqo şirkətlərinin birində işlə təmin edə biləcəyinə dair bir sıra təkliflər etmişdir. Lakin o, Təqsirləndirilən şəxs həmin təkliflərini rədd edərək qaynı Şahid2 işlə təmin etməyini xahiş etmiş və qaynının “ASAN” Xidmətdə şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsində işləmək istədiyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onun iştirakı ilə Şahid2la Mingəçevir şəhərində görüşmüş, görüş zamanı “ASAN Xidmət”-in Mingəçevir şəhər şöbəsinə işə düzəltmək müqabilində sonuncunun əvvəlcə 5000 manat, işə düzəldikdən sonra isə 2000 manat verməli olduğunu bildirmişdir. Bu məbləğin hansı məqsədlə alınacağını soruşduqda Təqsirləndirilən şəxs 5000 manatın Bakı şəhərində yerləşən 1 saylı “ASAN” Xidmətin rəisinə, işə düzəldikdən sonra isə yerdə qalan 2000 manatın Mingəçevir şəhərində yerləşən “ASAN” Xidmətin rəisinə “şirinlik” kimi verilməli olduğunu demiş, bundan əlavə Şahid2 iş üçün şəxsiyyət vəsiqəsini, diplomunu, hərbi biletini, sağlamlıq haqqında arayış və 3X4 ölçüdə 6 ədəd fotoşəkil istəmişdir. Bu söhbətdən sonra həmin gün Şahid2 anası öz adına “Express” bankdan 4500 manat məbləğində kreditlə pul vəsaiti götürüb, qalan 500 manatı isə tanışından borc götürərək ümumilikdə 5000 manat pulu iş məsələsinin həlli üçün Məhəmmədə vermişdir. Əldə olunan razılaşmadan təxminən iki saat sonra yenidən Şahid2 və dostu Şahid5la birlikdə Mingəçevir şəhərinin mərkəzində Təqsirləndirilən şəxsla görüşərək Məhəmmədin 5000 manat pulu Sərvana notarial qaydada təsdiq edilmiş borc müqaviləsi əsasında verməsi üçün orada yerləşən “ASAN” Xidmətə getmiş, Məhəmməd həmin pulu Sərvana verdikdən sonra sonuncu iş məsələsi barədə onlara xəbər verəcəyini bildirmiş və ayrılmışlar. Təxminən 5-6 gün sonra Təqsirləndirilən şəxs ona qalan 2000 manat pulu da verməli olduqlarını bildirmiş, səbəbini soruşduqda həmin pulun Mingəçevir şəhərində yerləşən “ASAN” Xidmətin rəisinə deyil, Bakı şəhərində yerləşən 1 saylı “ASAN” Xidmətdə imtahan qəbulu üzrə məsul olan Narınc adlı qadına göndəriləcəyini söyləmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə o, Şahid2 1000 manat pulu götürüb Təqsirləndirilən şəxs dediyi qaydada “express” ödəniş terminalı vasitəsilə bank hesabına göndərmiş, 2-3 gün sonra yenidən 1000 manatı da eyni qaydada göndərmişdir. 2020-ci ilin yanvar ayının təxminən 5-6-sı tarixlərində Təqsirləndirilən şəxs zəng edərək ona Dövlət Təhlükəsizliyi Xidmətində yeni Mühafizə xidmətinin yarandığını, Mühafizə xidmətinin əvvəllər Daxili İşlər Nazirliyinin tabeliyində olduğunu, lakin sonradan gözlənilən etimadı doğrultmadığına görə DİN-dən alınaraq DTXya verildiyini, onu DTX-nın Gəncə şəhəri üzrə Mühafizə xidmətinə rəis göndərdiklərini və iki nəfər üçün boş ştat vahidi olduğunu söyləyib, orada işləmək istəyib-istəməyəcəyi barədə ondan maraqlanmışdır. Orta təhsilinin belə tam olmadığını əsas gətirərək onu necə işə düzəldəcəyi barədə soruşduqda Təqsirləndirilən şəxs heç bir problemin olmadığını, rəis olduğu üçün istədiyi şəxsləri işə düzəldə biləcəyini demiş və bunun üçün ondan Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinə vermək adı ilə 2500 manat pul, eləcə də şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, yaşayış yerindən arayış, 3X4 ölçülü 4 ədəd fotoşəkil, psixoloji və narkoloji dispanserdən arayışlar istəmişdir. Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşdıqdan sonra o, 2020-ci ilin yanvar ayının 6-7-də Sərvanın ona göndərdiyi Ülviyyə Məmmədovanın adına bank kartı hesabına deyilən puldan öncə 100 manat, bir neçə gün sonra isə 400 manat göndərmiş, bundan təxminən bir həftə sonra Təqsirləndirilən şəxsla Gəncə şəhərində yerləşən “Dəyirman” dairəsində görüşərək qalan 2000 manat pulu almışdır. Təqsirləndirilən şəxs ona fevral ayının təxminən 3-4-də zəng ediləcəyini, Bakıya çağırılaraq təlimə göndəriləcəyini söyləmiş, bundan başqa bir nəfəri də sürücü işi ilə təmin etmək üçün namizədin lazım olduğunu bildirdikdə, ona öz dayısı oğlu Şahid3 məsləhət bilmişdir. Daha sonra bu barədə Şahid3 demiş, sonuncu isə atası ilə məsləhətləşərək razı olduqlarını söyləmişdir. 2020-ci ilin yanvar ayının təxminən 15-16-da Təqsirləndirilən şəxsla birlikdə Şahid3 yaşadığı ünvan 1 mənzil 1 ünvanına getmiş, orada söhbət zamanı Sərvan Ülvinin atasından Ülviyə sürücülük vəsiqəsi düzəltmək üçün sağlamlıq kağızının da əldə edilmə pulu ilə birlikdə polis orqanlarının vəzifəli şəxslərinə verilməsi üçün 625 manat, işə qəbul etdirmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxslərinə verəcəyini bildirərək 2000 manat pul istəmişdir. Həmin gün Təqsirləndirilən şəxs Şahid3 yaşadığı yer haqqında arayış, sağlamlıq haqqında arayış, hərbi biletin, attestatının və şəxsiyyət vəsiqəsinin surətlərini, eləcə də razılaşılan puldan 500 manatın götürmüş, yanvar ayının 22-də isə Təqsirləndirilən şəxs ona zəng edərək Ülvinin sürücülük vəsiqəsi, eləcə də sağlamlıq kağızı üçün 625 manat pul göndərməli olduğunu, növbəti gün, yəni 23 yanvarda isə Gəncə şəhərinə gedərək orada Daxili İşlər Nazirliyinin Nömrə-qeydiyyat şöbəsindən sürücülük vəsiqəsini götürməyi tapşırmışdır. Bu barədə Şahid3 söylədikdən sonra Ülvi həmin gün Mingəçevir şəhərindən Gəncə şəhərinə gedən avtobus sürücüsünün vasitəsi ilə qeyd olunan məbləğdə pulu Təqsirləndirilən şəxs göndərmişdir. Bir neçə həftə Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə Şahid3 sürücülük vəsiqəsi məsələsini təxirə salmış, fevral ayının təxminən 7-8-də ona zəng edərək Ülvi ilə birlikdə kostyum geyinərək Gəncə şəhərinə getməli olduqlarını, orada Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər idarəsinin rəisi olan Həmzə adlı şəxslə görüş olacağını bildirmişdir. Növbəti gün Şahid3 ilə birlikdə Gəncə şəhərinə yollanmış, Gəncə şəhərində “Əlillərin kruqu” adlanan ərazidə Təqsirləndirilən şəxs gözləməyə başlamış, təxminən yarım saat sonra Sərvan gəlmiş, söhbət əsnasında Sərvan onlara Ülvinin işinin sonrakı həftəyə qaldığını deyərək Ülvinin əvvəlcədən sürücülük vəsiqəsi üçün göndərdiyi 600 manatı qaytarmış və sonrakı həftə həmin pulu yenidən verəcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs zəng gəlmiş, Sərvan telefonla danışdığı adama rəis deyə müraciət etmiş, danışığı qurtardıqdan sonra onlara telefonla danışdığı şəxsin DTX-nın Gəncə şəhər idarəsinin rəisi olan Həmzə adlı şəxsin olduğunu, rəisin sənəd işləri olduğunu, bu səbəbdən də onlara Mingəçevirə qayıtmalı olduqlarını söyləmişdir. 2020-ci ilin fevral ayının 13-də Təqsirləndirilən şəxs yenidən Şahid3 ilə onu Gəncə şəhərinə çağırmış, onlar Gəncə şəhərinə gəlib Təqsirləndirilən şəxsla görüşən zaman sonuncu Şahid3 sürücülük vəsiqəsi üçün yenidən 600 manat pulu geri götürmüş və birlikdə Daxili İşlər Nazirliyinin Gəncə şəhərində yerləşən Nömrə-qeydiyyat şöbəsinə yollanmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs inzibati binaya daxil olub bir müddət sonra çıxaraq rəisin orada olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs Şahid3 ilə birlikdə inzibati binaya daxil olaraq bir müddət sonra çıxmış, o Şahid3 nə olduğunu soruşduqda Ülvi Təqsirləndirilən şəxs onu bir otağa saldığını, orada Elvin adlı polis əməkdaşına onu göstərərək sabah gələ bilib-bilməyəcəyi barədə maraqlandığını, polis əməkdaşının Ülvinin sabah gələ biləcəyini bildirdiyini demiş, bundan sonra Təqsirləndirilən şəxs ona axşam saatlarında onunla Şahid2 Mingəçevir şəhərindən götürəcəyini və işlərini həll etmək üçün Bakı şəhərinə gedəcəklərini bildirmiş, lakin axşam saatlarında Təqsirləndirilən şəxs ona mesaj yazaraq Şirvan şəhərində əməliyyatda olduğunu demiş və Şahid2la birlikdə səhər saat 9-da Bakı şəhərində yerləşən 2 saylı “ASAN” Xidmətin qarşısında olmalarını tapşırmışdır. Gecə saatlarında o, Şahid2la birlikdə Bakı şəhərinə yola düşmüş, sonuncunu Xətai rayonunda yerləşən 2 saylı “ASAN” Xidmətin qarşısına ötürəndən sonra özü “20 yanvar” metrostansiyasına getmişdir. Təqsirləndirilən şəxsla olan danışıqlarına görə Sərvan onu “20 yanvar” metrostansiyasının qarşısından götürməli və birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əsas binasına getməli, Şahid2 isə Narınc adlı xanım 2 saylı “ASAN” Xidmətin qarşısından götürərək imtahan vermək üçün 1 saylı “ASAN” Xidmətə aparacaqmış. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onları bir müddət gözlətmiş, o da daha dözməyərək Xətai rayonuna gedib oradan Şahid2 götürərək Mingəçevir şəhərinə yola düşmüş, yolda olan vaxt Təqsirləndirilən şəxs ona zəng edərək dünən gecə zəhərləndiyini, bu səbəbdən də ilk öncə Gənclik metrostansiyasının yaxınlığında yerləşən 5 nömrəli xəstəxanada, daha sonra isə DTX-nın Hospitalında olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhərində görüşmüş, görüş zamanı Sərvan ona növbəti gün, yəni 2020-ci ilin fevral ayının 16-da bütün işləri həll edəcəyini bildirmiş, o vaxtdan etibarən dəfələrlə Təqsirləndirilən şəxs zəng etməsinə baxmayaraq sonuncu onun heç bir zənginə cavab verməmişdir. Təqsirləndirilən şəxs onlarla görüşdükləri zaman dəfələrlə üzərində tapançaya bənzər əşya olmuş, hətta dəfələrlə yanlarında nümayiş etdirmiş, bir dəfə də şəxsiyyət vəsiqəsinə bənzər sənəd göstərərək DTX-da işlədiyini sübut etməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,təxminən xx xxxxxx 2019-cu il tarixdə yeznəsi Şahid1 Sərvan adlı yaxın dostunun Dövlət Təhlükəsizliyi Xidmətinin Gəncə şəhər şöbəsində işlədiyini, onu “ASAN” xidmətin Mingəçevir şəhər şöbəsinə işə düzəldə biləcəyini, buna görə 5000 manat pulu əvvəlcədən, işə qəbulla bağlı əmri çıxdıqdan sonra isə 2000 manat da “şirinlik” kimi “ASAN” xidmətdə bir nəfərə verəcəyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs etibarlı şəxs olduğunu, Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi ilə bağlı iş vəsiqəsini gördüyünü, həmçinin sonuncuya pulu dekabr ayında vermək lazım olduğunu, yanvar ayına keçəcəyi təqdirdə işin 6 aya qədər uzana biləcəyini bildirmişdir. O da Şahid1 etibar edib anası Qiyafət Lalayevanın adına “Express Bank”-dan 4550 manat kredit götürüb, pulu ancaq notarial qaydada verəcəyini demiş, Şahid1 da Təqsirləndirilən şəxs bu barədə bildirdikdən sonra sonuncu pulu qeyd olunan qaydada götürməyə razılıq vermişdir. xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notarial qaydada 5000 manat pulu Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs vermiş, sonuncu pulu aldıqdan sonra istifadəsində olan ***- ***-**-** nömrəsini ona verib tezliklə imtahan olacağını bildirmişdir. Bundan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək şəxsiyyət vəsiqəsini, diplomunu, hərbi biletini, sağlamlıq haqqında arayış və 3X4 mm ölçüdə 6 ədəd, eləcə də 9X12 mm ölçüdə 1 ədəd qırmızı fonda şəklini təcili göndərməyi tapşırmış, o da sənədləri toplayıb Mingəçevir şəhərindən Bakı şəhərinə gedən taksi sürücüsü ilə Təqsirləndirilən şəxs göndərmişdir. Təxminən 2-3 gün sonra Sərvan onunla əlaqə saxlayaraq “ASAN” xidmətə veriləcək 2000 manatı verilməli olduğunu, özü sənədlərin arasında lazımi yerlərə çatdıracağını bildirmiş və pulu Şahid1 verməyini, sonuncunun bank kartı vasitəsilə göndərməsini tapşırmışdır. Şahid1 da 2000 manatı ondan götürüb Təqsirləndirilən şəxs göndərmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək vakant yerlərin tam dəqiqləşdiyini, birinci qrupa düşdüyünü və fevralın 14-ü imtahan olacağını bildirərək həmin tarixdə Bakı şəhərində Xətai rayonunda 2 saylı “ASAN” xidmətin qarşısında gözləməyini tapşırmışdır. Təqsirləndirilən şəxs əvvəlcə özünün gələcəyini bildirsə də, sonradan başqa şəxsin gələcəyini demişdir. xx xxxxxx 2020-ci ildə Şahid1la birlikdə saat 9-da 2 saylı “ASAN” xidmətin qarşısına getmiş, Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman sonuncu ona “ASAN” xidmətdə imtahanlara nəzarət edən Narınc xanımla birlikdə gəldiyini və tıxacda olduğunu bildirmişdir. Bir müddət gözlədikdən sonra yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonuncu yenə tıxacda olduğunu, 15 dəqiqəyə çatacağını bildirmiş, lakin sonradan onun mobil telefonuna zəng çatmamışdır. Saat 13:30-a qədər gözləsə də Sərvan gəlib çıxmamış və o, Şahid1la birlikdə Mingəçevir şəhərinə qayıtmışdır. Yolda olan zaman təxminən saat 14-15:00 radələrində Təqsirləndirilən şəxs Şahid1 “Whatsapp” vasitəsi ilə mesaj yazaraq zəhərləndiyini, DTX-nın hospitalına aparıldığını bildirdikdə Şahid1 Təqsirləndirilən şəxs verilən pulu qaytarmağı, artıq problemlərin yarandığını demişdir. Sonradan Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışsa da sonuncunun telefonu sönülü olmuş və həmin gündən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,2020-ci ilin yanvar ayında bibisi oğlu Şahid1 onunla əlaqə saxlayaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı ilə onlara gələcəklərini bildirmiş, o da Şahid1 hansı məqsədlə gəlməkləri barədə maraqlandıqda, sonuncu onu həmin Xidmətə sürücü kimi işə düzəldəcək şəxsin onunla şəxsən tanış olmaq istədiyini bildirmişdir. Eminlə gələn həmin şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs onun sürücü kimi işə qəbul etdirilməsi üçün 2000 manat pul verməli olduqlarını bildirmiş, atası da həmin şəxsə hal-hazırda 500 manat, qalan 1500 manatı isə onun işə qəbul etdirilməsindən sonra verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs da təkliflə razılaşmışdır. Həmçinin o, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmadığını demiş, sonuncu isə sürücülük vəsiqəsi məsələsini 625 manat qarşılığında Gəncə şəhərində yerləşən «MERO»-da həll edəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs sürücülük məktəbində 3 ay kurs keçməsi barədə məlumat verdikdən sonra sonuncu bəzi sənədləri toplamağını və 500 manat pul ilə birlikdə ona verməyini tapşırmışdır. O, Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə Mingəçevir şəhərində görüşüb sonuncuya yaşayış yeri üzrə arayışı, şəxsiyyət vəsiqəsinin surətini, orta məktəbi bitirməsini təsdiqləyən attestatının surətini və əvvəlcədən razılaşdıqları kimi 500 manat məbləğində pul vermişdir. Sonradan Təqsirləndirilən şəxs zəng edərək hərbi biletin surətini, eləcə də sürücülük vəsiqəsinin alınması üçün sürücülük məktəbini bitirməsini təsdiqləyən sənədin surətini və 625 manat pulu avtobus ilə yaşadığı Gəncə şəhərinə göndərməyini tapşırmış, o da Təqsirləndirilən şəxs tapşırığına uyğun olaraq növbəti gün deyilən sənədləri və 625 manat məbləğində pulu avtobus sürücüsü vasitəsi ilə Gəncəyə göndərmişdir. Təxminən 2 həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək özünün Şahid1 ilə Bakı şəhərində olduqlarını bildirib sürücülük vəsiqəsi üçün Gəncə şəhərində yerləşən «MERO»-ya getməsini tapşırmışdır. Növbəti gün o, Gəncə şəhərində yerləşən «MERO»-ya getmiş, Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə bir neçə dəfə danışsa da bir nəticə verməmiş və Mingəçevir şəhərinə qayıtmışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək Şahid1 ilə birlikdə Gəncə şəhərinə gəlməyi tapşırmış, ora getdikdən sonra onlar Gəncədə yerləşən çayxanaların birində görüşmüşlər. Söhbət zaman Təqsirləndirilən şəxs cibindən 600 manat çıxardaraq ona vermiş və şübhə edirsə həmin pulu götürməsini bildirmiş, o da pulu götürərək sürücülük vəsiqəsini alacağı gün 600 manat pulu Təqsirləndirilən şəxs verəcəyi barədə söz vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən onları Gəncə şəhərinə çağırmış və görüşən kimi Təqsirləndirilən şəxs ondan 600 manatı alaraq Yol Patrul Xidmətinə gedib oradan ona lazım olacaq bir sənədi götürəcəyini, onların isə çayxanaların birində çay içib gözləmələrini bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs zəng edərək onlara «MERO»-ya gəlmələrini tapşırmış və onlar orada görüşmüş, Təqsirləndirilən şəxs özü ilə üzərində onun anket məlumatları qeyd olunan möhürlü bir sənəd gətirmiş, bir neçə dəfə «MERO»-ya girib-çıxmış, lakin sonunda həmin qurumun rəisinin olmadığını bildirərək növbəti gün yenidən gəlməsini tapşırmışdır. Bu səbəbdən həmin vaxt Təqsirləndirilən şəxs ilə aralarında kiçik mübahisə yaranmış və əmin olsun deyə sonuncu onu «MERO»-nun inzibati binasının içərisinə apararaq orada bir nəfərə “sabahları bu qardaş prava üçün gəlsinmi” ifadəsini işlətmiş, həmin şəxs də gəlməsini bildirmişdir. Növbəti gün o, yenidən ora getmiş və həmin şəxslə görüşmüşdür. Görüş zamanı həmin məsul şəxsə şəxsiyyət vəsiqəsini vermiş, bir müddət sonra isə həmin şəxs gələrək sürücülük vəsiqəni niyə Yevlaxdan deyil Gəncədən almağı ilə bağlı maraqlanmışdır. O da həmin şəxsə Təqsirləndirilən şəxs məsələsini burada danışdığını bildirmiş, həmin şəxs isə sürücülük vəsiqəsini ən yaxşısı Yevlax şəhərində yerləşən «MERO»-dan almağını məsləhət görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onu aldatması məlum olmuş və Təqsirləndirilən şəxs zəng etmişdir. Təqsirləndirilən şəxs nə onun, nə də ki, Şahid1 zənglərinə cavab verməmiş, sonradan sonuncu ilə aralarında olan danışıqlar zamanı Təqsirləndirilən şəxs ayağının sındığını və bu kimi səbəblər gətirərək onlarla görüşməkdən boyun qaçırmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək adı ilə aldadaraq ondan 1125 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilən mobil telefona baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş yazışmaların şəkillərindən görünür ki, Şahid1la Təqsirləndirilən şəxs arasında sonuncunun pul müqabilində şəxsləri işə düzəltmək barədə söhbətlər olmuşdur. Məhkəmədə tədqiq edilən sənədə baxış keçirilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə borc verən Şahid2 ilə borc alan Təqsirləndirilən şəxs arasında 5000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Məhkəmədə tədqiq edilən xx xxxxx 2020-ci il tarixli əşyaya baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, X8 təqdim etdiyi Təqsirləndirilən şəxs məxsus tapançaya bənzər lüləsinin üzərinə “Made in China D-E-P” və “Düsert eagle pistol” sözləri həkk edilmiş alışqanı könüllü olaraq təqdim etmiş və alışqana baxış keçirilmişdir. Məhkəmədə tədqiq edilən xx xxxxx 2020-ci il tarixli sənədə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş qəbzdən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs məxsus karta 1000 manat məbləğində pul mədaxil etmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 4/139 nömrəli xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonaqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətinlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonaqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktrorun səsi və nitqi – Şahid1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonaqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdə “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmədə tədqiq edilən Respublika Psixiatriya Xəstəxanasının xx xxxx 2020-ci il tarixli 2723 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmayıb. Məhkəmədə tədqiq edilən Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli xx/xx-2838 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilən Goranboy rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər X14 üzrə Nümayəndəliyin xx xxxxx 2020-ci il tarixli 168 nömrəli arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Məmmədov X7 rayonu, Dəliməmmədli şəhəri, Nizami küçəsi 13 saylı ünvanda yaşayır, arvadı 1987-ci il təvəllüdlu X4, qızları 2016-cı il təvəllüdlü X3 və 2017-ci il təvəllüdlü X1 ibarət ailə tərkibi vardır, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən xx.xx.2020-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17:30-da tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(009)-105/2020 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən xx xxxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, fotoşəkillərlə təqdim edilmiş tapançaya bənzər alışqanlar arasında Təqsirləndirilən şəxs 4 saylı fotoşəkili göstərərək həmin tapançaya bənzər alışqanın ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli və xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlardan, həmçinin sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus tapançaya bənzər alışqan, eləcə də Təqsirləndirilən şəxs və Şahid1 danışıqlarının qeyd edildiyi 01 ədəd DVD disk və səs nümunələri yazılmış 01 ədəd CD disk, həmçinin xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi və xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzi iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışlar. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, həmin Məcəllənin 310 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək həmin şəxslərə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmədiyini, Şahid2 aldığı pulu dələduzluq yolu ilə mənimsədiyini, Şahid3 pulu yalnız sürücülük vəsiqəsinin alınması üçün aldığını, həmin pulu da dələduzluq yolu ilə mənimsədiyini, lakin Şahid1 işə düzəltmək məqsədilə pul almadığını, onunla iş görmək istədiklərini, pulun işin görülməsinə xərcləndiyini, lakin işin alınmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs göstərmiş olduğu həmin xüsusatlara, yəni qeyd olunan şəxslərə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmədiyini, eləcə də onları rüşvət verməyə təhrik etməməsi barədə ifadəsinə tənqidi yanaşır və onun ifadəsinin həmin hissələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirib, sonuncunun ağır cinayətə görə nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməsi, onun Şahid3 həmin Xidmətə işə düzəltmək adı ilə aldadaraq ondan 1125 manat, Şahid1 da aldatma yolu ilə Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlmək üçün 2500 manat, Şahid2 isə aldatma yolu ilə “Asan Xidmət”ə işə düzəltmək adı ilə 7000 manat məbləğində pul aldığı birmənalı olaraq öz təsdiqini tapmışdır. Qeyd olunan hallar cinayət işinin materillarında olan mobil telefona baxış keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokolda və ona əlavə edilmiş yazışmaların şəkillərində də öz əksini tapmışdır. Bundan başqa, baxış keçirilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən də görünür ki, xx xxxxxx 2019-cu il tarixdə borc verən Şahid2 ilə borc alan Təqsirləndirilən şəxs arasında 5000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Həmçinin, cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli sənədə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş qəbzdən görünür ki, Şahid2 Təqsirləndirilən şəxs məxsus karta 1000 manat məbləğində pul mədaxil etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd olunmuşdur ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmədiyini bildirsə də, onun özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələri, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin hər birinin ifadələri ilə Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməsi birmənalı olaraq sübut olunur. Yuxarıda qeyd olunan hallar təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin məhkəməyə qarşı qeyri-səmimilik göstərərək özünü müdafiə xarakterli ifadə verməsini bir daha təsdiq edir. Bununla da məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, eləcə də şahidlərin ifadələrini daha inandırıcı hesab edərək, həmin ifadələri sübut kimi qəbul edir. Məhkəmə bu nəticəyə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarının izahını da nəzərə alır. Belə ki, həmin Qərarın 24-cü bəndində göstərilmişdir ki, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar Şahid2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətdiyinə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirməklə təkrarən dələduzluq etdiyinə, eləcə də digər şəxsləri rüşvət verməyə təhrik etdiyinə, həmçinin eyni əməli təkrarən törətdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə tövsif edilməli, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 310-cu maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin Məcəllənin 312.2-ci maddəsinin sanksiyasında isə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsi həmin Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus tapançaya bənzər alışqan məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs və Şahid1 danışıqlarının qeyd edildiyi 01 ədəd DVD diskin və səs nümunələri yazılmış 01 ədəd CD diskin, həmçinin xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi və xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzinin iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmaları nəzə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2ci maddəsində göstərilmişdir ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şahid2, Şahid1 və Şahid3 cinayət yolu ilə əldə etmiş olduğu cəmi 10625 manat məbləğində pul vəsaiti məcburi qaydada və əvəzsiz olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X12 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş müdafiəçinin hesabatından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə vəkil Anar Hadıyev 150 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 150 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X9 işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 900 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət yolu ilə əldə edilmiş 10625 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus tapançaya bənzər alışqan məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs və Şahid1 danışıqlarının qeyd edildiyi 01 ədəd DVD diskin və səs nümunələri yazılmış 01 ədəd CD diskin, həmçinin xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi və xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzə alınsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 300 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İbtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X9 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 900 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Məhəmməd Bağırov
2. Dadaş İmanov
3. Nural Əliyev