Məhkəmə qərarları › İş №1(100)-186/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-186/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-186/2021 26.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X18 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X19 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X20, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və onun nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili X8, müdafıəçi– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X21, Bakı şəhəri 5 saylı Bürosunun vəkili Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Kəlbəcər rayonu Mollabayramlı kəndində аnаdan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Tərtər rayonu, Şıxarx qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X5 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə zərərçəkmiş şəxs X7 boşandıqdan sonra azyaşlı övladları ilə birlikdə Tərtər rayonunun, Şıxarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki digər evdə yaşayan keçmiş arvadı Röyalə Tağıyevanın maddi təminatını ödəməsi üçün günəmuzd qaydada alaqçılıq fəaliyyəti ilə məşğul olmasından guya narahatlıq hissi keçirib insan hüquqlarının həyata keçirilməsində yaradılan bərabər şərait və imkanların əksinə hərəkətlər nümayiş etdirərək mütəmadi, habelə səbəbsiz şəkildə bu və ya digər növdə bəhanələr gətirməklə qarşısında heç bir öhdəliyi olmayan Röyalə Tağıyeva ilə mübahisə edib şəxsi və ailə həyatına müdaxilə etməklə müxtəlif vaxtlarda sonuncunun normal həyat fəaliyyətinə, fiziki və mənəvi sağlamlığına qəsd edərək yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarını pozmuş, eləcə də cəmiyyət arasında təşəkkül tapmış davranış qaydalarına zidd şəkildə, əxlaq normalarına açıq etinasızlıq göstərməklə, heç bir əsaslı səbəb olmadan ona xəyanət etməsi qənaətinə gəlib sonuncunu öldürmək məqsədilə 06 sentyabr 2020-ci il tarixdə, gecə vaxtı saat 03 radələrində əvvəllər özündə saxladığı ehtiyat açar vasitəsilə Röyalə Tağıyevanın yatdığı, yorğan-döşək yığılan yataq otağına qəflətən daxil olmuş, onu gördükdə oyanaraq ayağa qalxan və müqavimət göstərən Röyalə Tağıyevanın ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzatmaqla müqavimətini qırdıqdan sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla sonuncuya dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyun nahiyəsinin sol yarısında 1 ədəd, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında 1 ədəd, boyun nahiyəsinin sağ yarısında 1 ədəd, boyun nahiyəsində yumşaq toxuma içərisinə qansızma, qırtlaq və dilaltı sümük ətrafı yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızmalar, həmçinin dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol yanaq və burun büküşünün sol yarısında 8 ədəd, sağ qulaqaltı-çeynəmə nahiyəsində 1 ədəd, burun-dodaq büküşünün sağ yarısında 1 ədəd, alt dodaq nahiyəsində və sol ağız bucağının dodaq haşiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd sıyrıqlar, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində 2 ədəd, sağ sağrı nahiyəsinin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin aşağı 1/3-nin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin iç səthində 1 ədəd qançırlar, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında-qançır sahəsində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1 ədəd, sağ bud-çanaq oynağının ön bayır səthində 1 ədəd sıyrıq xəsarətlərini yetirib Röyalə Tağıyevanı xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının CM-in 120.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla deyil, CM-in 120.1-ci mаddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10-11 il əvvəl X16 ilə ailə qurmuş, birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Onlar 2017-ci ilədək birlikdə yaşamışlar. Birgə yaşadıqları dövrdə münasibətlər yaxşı olmuşdur. Bir müddət sonra o, çoban işləmək üçün Şəki rayonuna getmiş, lakin Röyalə onunla getməkdən imtina edib Şıxarx qəsəbəsində qalmışdır. O, bu barədə ona irad bildirsə də, Röyalə ona məhəl qoymayaraq Şəki rayonuna getməmişdir. Şəki rayonundan qayıtdıqdan sonra o, Röyalənin sonuncuya qarşı münasibətinin dəyişdiyini, onu saymadığını müşahidə etmişdir. Bundan sonra onda Röyalənin kiminləsə qeyri-rəsmi münasibət saxlaması ilə bağlı şübhələr oyanmışdır. Bu səbəbdən onların arasında bir neçə dəfə dava-dalaş olmuşdur. Röyalə həmin vaxt boşanmaq üçün məhkəməyə iddia ərizəsi vermiş, onlar rəsmi qaydada boşanmış və həmin dövrdən ayrı yaşamağa başlamışlar. O, məcburi köçkün olduğu üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarına verərək qonşuluqda yaşayan qardaşı Kərimlə birlikdə onun evində yaşamağa başlamışdır. Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənmnəsi işi ilə məşğul olmağa başlamışdır. Röyalə işləmək üçün getdiyi vaxtlarda uşaqları evdə qoyaraq qapını bağlayıb getmişdir. O, Röyalənin bu hərəkətindən narazı olmuşdur. Röyalə alaq təmizləməkdən axşam saatlarında qayıtmışdır. Alaq təmizləmək işi ilə məşğul olan şəxslər səhər saatlarında işə gedib, günorta saatlarında işi qurtarıb evlərinə qayıtmışlar. O da bunu bildiyi halda Röyalənin axşam saatlarında evə qayıtmasından, onun başqa şəxslərlə münasibət saxladığını düşünmüşdür. Bir dəfə Röyalə kiminləsə telefonda danışarkən o, sonuncuya irad bildirmiş, lakin Röyalə bacısı ilə danışdığını demişdir. Bu zaman o, Röyaləyə qız uşağının olmasını xatırladaraq pis yola düşməməsini məsləhət görmüş, lakin Röyalə öz bildiyini etdiyinə görə, hadisədən təxminən bir ay əvvəl Röyaləni öldürmək qərarına gəlmişdir. O, bir neçə dəfə Röyaləyə onu öldürəcəyini demişdir. Hadisədən təxminən bir ay əvvəl Röyalə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə müraciət edib onun barəsində şikayət etmiş, bu barədə Tərtər rayon polis şöbəsində araşdırma aparılmışdır. O, dəfələrlə Röyaləyə “Sənin qızların var, sən onların namusunu düşünmürsən ki, belə şeylər edirsən” demiş, Röyalə isə “Yaxşı edirəm, sən mənim işimə qarışa bilməzsən” deyə cavab verib onu təhqir etmişdir. Röyalənin başqa şəxslərlə münasibət saxlamasını o, bir neçə şəxsdən eşitmiş, həmçinin Röyalə son zamanlar saymazyana şəkildə onun yanında başqa şəxslərlə danışmışdır. O, dəfələrlə Röyaləyə onu öldürəcəyini deyib, özünə yığışması barədə xəbərdarlıq etmişdir. Hadisədən təxminən on gün əvvəl o, yenidən Röyaləyə “Özünü ələ al, yoxsa səni elə öldürəcəyəm ki, heç kim bilməyəcək mənim etdiyimi” sözlərini deyib xəbərdarlıq etmiş və Röyaləni namusumu təmizləmək məqsədilə öldürmək istəmiş və Röyaləni öldürmək üçün münasib vaxt axtarmışdır. Övladları çox vaxt Röyalənin yanında olduğuna görə o, məqsədini reallaşdıra bilməmişdir. Hadisədən təxminən iki gün əvvəl Röyalə övladları ilə birlikdə Bərdə rayonunda yaşayan bacısının evinə getmişdir. O, 05 sentyabr 2020-ci il tarixdə saat 07:00 radələrində qardaşı Əsəd, dostu Nəsib və Sabir ilə birlikdə Tərtər mərkəzi bazarının arxasındakı tikintidə fəhlə işləməyə getmişdir. Onlar saat 19:00-20:00 radələrində yaşadıqları Tərtər rayonu Şıxarx qəsəbəsinə qayıtmışlar. Daha sonra o, qardaşı Kərim ilə birlikdə yaşadığı evə gəmişdir. Kərim ona övladlarının Bərdə rayonundan gəldiklərini demiş, o da oğlu Sənanı görmək istəmişdir. Lakin sonra o, əgər Sənanı görməyə getsə, Röyalə ondan şikayət edəcəyini fikirləşmiş və həmin an Röyalədən canını qurtarmaq üçün onu öldürməyi düşünmüşdür. Axşam Kərimlə çay içdikdən sonra o, öz yatağına uzanaraq bir az yatmiş və saat 02:00 radələrində yuxudan oyanmışdır. Bundan sonra o, Röyalənin yaşadığı evə daxil olaraq sonuncunu öldürməyi planlaşdırmışdır. Bu məqsədlə Röyalə və uşaqlarının yaşadıqları evi təmir edərkən tapdığı, evin qapısının açarını özü ilə götümüşdür. O, saat 03:00 radələrində evin həyətinə daxil olduqdan sonra özü ilə götürdüyü açar ilə qapını açıb evə daxil olmuşdur. Həmin vaxt övladları evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağından sol tərəfdəki yataq otağında yatmışlar. O, evin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağına daxil olmuş, bu zaman dəhlizdə işıq yandığı üçün həmin otağa işıq düşmüşdür. Röyalə ayaqlarını qapıya doğru uzadaraq döşəmə üzərinə salınmış xalçanın üzərində yatmışdır. Həmin vaxt Röyalənin başının altında göy rəngli üzlüyü olan yastıqolmuş, ancaq altında döşək olmamışdır. O, Röyaləni əvvəlcə balta və ya bıçaq vasitəsilə öldürməyi fikirləşsə də, sonradan uşaqların qan görüb qorxacaqlarını düşündüyündən onu boğaraq öldürmək qərarına gəlmişdir. Röyalə onu görüb yatdığı yerdən qalxaraq qışqırmaq istəmiş, bu zaman o, dərhal sol əli ilə Röyalənin ağzını tutmuş, sağ əli ilə isə sonuncunun boğazından yapışıb yerə yıxmışdır. Bundan sonra Röyaləni yerdə əli ilə boğmağa başlamışdır. Daha sonra o, Röyalənin başının altındakı yastığı çəkib onun üzünə qoyaraq sıxmışdır. Həmin vaxt o, dizlərini Röyalənin tərpənə bilməməsi üçün sonuncunun ayaqlarının üzərinə qoymuşdur. Röyalənin səsi çıxmamış və uşaqlar onun Röyaləni öldürməyini görməmişlər. Hadisə baş verərkən Röyalə xırıldamış, eyni zamanda əli ilə onun boğazının sol tərəfini cırmaqlamaqla müqavimət göstərmək istəmişdir. Röyalənin ölməsinə əmin olduqdan sonra o, meyiti üzü üstə çevirib, qardaşı Kərimin evinə gedərək yatmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Röyalə Tağıyeva onun ögey bacısı olmuşdur. Röyalə təxminən 10 il əvvəl Kəlbəcər rayonundan məcburi köçkün düşüb Tərtər rayonu Şıxarx qəsəbəsində məskunlaşan Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin nikahdan üç övladı dünyaya gəlmişdir. O, Röyalənin maddi vəziyyətini nəzərə alaraq övladlarını növbə ilə aparıb yanında saxlamışdır. Səlim əvvəllər fəhləlik edərək ailəsinə baxmış, boşanmazdan əvvəlki vaxtadək onlar mehriban yaşamışlar. Təxminən dörd il əvvəl Səlim fermada işləmək üçün Şəki rayonuna getmiş, Röyalə də əri və övladları ilə birlikdə gedib bir müddət Şəki rayonunda yaşamışdır. Lakin fermanın yaşamaq üçün normal şəraiti olmadığından Röyalə orada yaşaya bilməyib Tərtər rayonu, Şıxarx qəsəbəsinə qayıtmışdır. Həmçinin Səlim evliliyinin beşinci ilindən sonra başqa qadınlarla münasibət saxlamağa başlamış, özünə smartfon mobil telefon alıb, əlaqə saxladığı qadınların əxlaqsız şəkillərini telefonuna yükləmişdir. Həmin şəkilləri arvadı Röyaləyə göstərərək “Qadın belə olar, sən bunların əlinə su tökməyə yaramırsan” sözlərini deməklə arvadını təhqir edib döymüşdür. O, bir neçə dəfə Röyaləyə Səlimdən boşanmasını məsləhət görüb onunla birlikdə yaşamağı təklif etmişdir. Röyalə isə övladlarının azyaşlı olmalarını, boşanacağı halda onların ortalıqda qalacaqlarını əsas gətirməklə razılaşmamışdır. Bundan sonra Səlim tez-tez spirtli içki içərək evə gəlib Röyaləni döymüşdür. Bir müddət keçdikdən sonra Səlimin Röyaləni təhqir etməsi və döyməsi daha da şiddətlənmiş və Röyalə Tərtər rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət əsasında araşdırma aparıldığı müddətdə Səlim ilə barışdığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Ancaq Səlim bundan sonra da Röyaləni döyməyi davam etdirmiş, bu səbəbdən Röyalə artıq dözməyərək boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə Röyalənin ərizəsini təmin etdiyi üçün onlar rəsmi qaydada boşanmışlar. Ayrılmalarına baxmayaraq Səlim yenə də Röyalənin işlərinə qarışırmış, məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməmişdir. Röyalə boşandıqdan sonra dolanışığını təmin etmək məqsədilə müxtəlif sahələrdə alaq təmizləməyə gedib, övladlarını saxlamış, Səlim isə Röyaləyə heç bir maddi yardım etməmişdir. O isə dəfələrlə Röyaləyə maddi yardım etmişdir. Boşandıqdan sonra Səlim Röyaləni bir neçə dəfə öldürəcəyi ilə hədələdiyindən o, Röyaləni öz evinə aparıb orada yaşamasını təmin etmişdir. Röyalə təxminən bir aydan artıq müddətdə onun evində yaşamış, ancaq ona yük olmaq istəmədiyini əsas gətirərək Tərtər rayonu, Şıxarx qəsəbəsinə qayıtmışdır. Hadisədən təxminən bir həftə əvvəl Səlimin qardaşı Əsədin arvadı X26 alaq təmizləməyə getməsinə narazı olduğunu, əgər işləməyə getməyi davam etdirsə, onu öldürəcəyini demişdir. Şərəf və əri Əsəd isə Səlimə Röyalənin boşandığını, artıq istədiyi yerə sərbəst şəkildə gedə biləcəyini söyləmişlər. Səlim bir neçə dəfə Röyalə ilə barışmaq istəmiş, Röyalə isə razı olmamışdır. 06 sentyabr 2020-ci il tarixdə saat 04:40 radələrində bacısı Narınc mobil telefon vasitəsilə ona zəng edərək Röyalənin öldürülməsi barədə məlumat vermişdir. Həmin vaxt o, Bakı şəhərindən dərhal Tərtər rayonuna gəlmişdir. Tərtər rayonuna çatdıqdan sonra ona həmin gün saat 04:00 radələrində bacısı ilə birlikdə alaq təmizləməyə gedən qadınlar Röyalənin yaşadığı evə gələrək evin qapısını döydüklərini, qapını Röyalənin azyaşlı qızı Rövşanənin açdığı, həmin qadınların Röyaləni səslədiklərini, lakin Röyalə cavab vermədiyindən evə daxil olub Röyaləni oyatmaq istədikdə öldüyünü gördükləri məlum olmuşdur. Sonradan o, Röyalənin Səlim tərəfindən yastıqla boğularaq öldürüldüyünü öyrənmişdir. Röyalə hər hansı şəxs və ya şəxslər ilə qeyri-rəsmi münasibətdə olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Hadisə vaxtı Röyalənin əynində olmuş, maddi sübut kimi saxlanılan paltarların ona verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki,atası Səlimlə anası Röyalə arasında həmişə dava-dalaş olduğundan onlar bir neçə il əvvəl ayrılmışlar. Atası anasına qarşı həmişə çox kobud davranmış, hətta onun və bacılarının yanında anasını döymüşdür. O, xatırlamadığı gün gecə vaxtı anasının qışqırıq səslərinə yuxudan ayılıb digər otağa keçmiş və bu zaman atasının anasının üzərində oturaraq əlləri ilə boğmasını görmüşdür. Atası onu görən kimi dayanmış və ona “Sənan, sən burada neynirsən? Get yat!” demişdir. O da qorxub yatdığı otağa getmişdir. Bu zaman o, bacısı Rövşanənin də oyaq olduğunu görmüşdür. O, bacısına atasının anasını döydüyünü demiş, bacısı isə “Yataq, sonra bizi də döyər” deyə cavab vermişdir. Daha sonra onlar yatmaq istəsələr də, anasının qışqırıq səsləri yatmaqlarına mane olmuşdur. Bundan bir qədər sonra anasının iş yoldaşları Nuranə və Məruzə qapını döyərək anasınıı səsləmişlər. Anası hər gecə saat 03:00-04:00 radələrində işə getdiyindən iş yoldaşları onu aparmağa gəlmişlər. Bir müddət sonra isə evə xalası Tutu və polis əməkdaşları gəlmişlər. Həmin gün onlara atası Səlimin anası Röyaləni boğaraq öldürdüyü məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, atası Səlimlə anası Röyalə arasında həmişə dava-dalaş olduğundan onlar bir neçə il əvvəl ayrılmışlar. Atası anasına qarşı həmişə çox kobud davranmış, hətta onu, qardaşının və bacısının yanında anasını döymüşdür. O, xatırlamadığı gün gecə vaxtı anasının qışqırıq səslərinə qardaşının yuxudan ayılıb digər otağa keçdiyini və sonra qayıdıb otağa gəldiyini görmüşdür. Bu zaman qardaşı onun də oyaq olduğunu görmüşdür. Qardaşı ona atasının anasını döydüyünü demiş, o isə sonuncuya “Yataq, sonra bizi də döyər” deyə cavab vermişdir. Daha sonra onlar yatmaq istəsələr də, anasının qışqırıq səslərindən yata bilməmişdir. Daha sonra anasının iş yoldaşları Nuranə və Məruzə qapını döyərək anasınıı səsləmişlər. Anası hər gecə saat 03:00-04:00 radələrində işə getdiyindən iş yoldaşları onu aparmağa gəlmişlər. Bir qədər sonra isə evə xalası Tutu və polis əməkdaşları gəlmişlər. Həmin gün onlara atası Səlimin anası Röyaləni boğaraq öldürdüyü məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Səlim təxminən 2017-ci ildə keçmiş arvadı Röyalədən boşanmış, lakin eyni həyətdə, ayrı-ayrı evlərdə yaşamışlar. Röyalə və Səlim arasında son dövrlərdə alimentin ödənilməsinin gecikdirilməsinə görə mübahisə yaranmış və o, qonşuluqda yaşadığından vəziyyəti sakitləşdirmək üçün mütəmadi olaraq Səlim və Röyalənin yaşadığı həyətə getmişdir. O, Röyalənin Səlimdən boşanmasından sonra hər hansı şəxs ilə görüşüb danışmasına, sevgi münasibəti yaşamasına, əxlaqsız həyat tərzi keçirməsinə şahidlik etməmiş, bu barədə heç nə eşitməmişdir. Röyalə hər gün digər qadınlar ilə birlikdə saat 04:00 radələrində alaq təmizləməyə getmişdir. Keçmiş arvadının bu iş ilə məşğul olması Səlimdə qısqanclıq hisslərinin yaranmasına səbəb olmuşdur. Buna görə də Səlim Röyalədən işə getməməsini tələb etmiş, Röyalə isə Səlimin sözlərinə məhəl qoymayıb iş fəaliyyətini davam etdirmişdir. Bir gün Səlim ona bir nömrə vermiş və həmin nömrənin Röyalənin çantasından çıxdığını demişdir. Bir müddət sonra həmin nömrədən zəng gəlmiş və həmin şəxs Xatirə olduğunu bildirmişdir. Röyalə son vaxtlar Səlimi saymamış, çox vaxt taksilərdə gəzmişdir. O da dəfələrlə bu barədə Röyaləyə xəbərdarlıq etmişdir. Həmin nömrə tapılandan sonra Səlimlə Röyalənin münasibətləri daha da pisləşmiş və onlar boşanmışlar. 06 sentyabr 2020-ci il tarixdə saat 04:00-05:00 radələrində qonşuluqdan qışqırıq səsləri gəldiyinə görə o, yuxudan ayılmış və çölə çıxdıqda Röyalənin azyaşlı övladlarının, iş yoldaşları Nuranə, Məruzə və adlarını unutduğu daha bir neçə nəfər şəxsin Röyalənin yaşadığı evin həyətinə yığışdıqlarını və ağlaşdıqlarını görmüşdür. O, Röyalənin yaşadığı evə daxil olduqda Röyalənin ağzı üstə döşəmənin üzərində hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. Röyalənin meyitinin ətrafında heç bir qanabənzər iz, əşya və ya predmet müşahidə etməmişdir. O, Röyalənin yaşadığı evin həyətində olarkən Səlimi səsləsə də, Səlim evdən çölə çıxmamışdır. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib Səlimdən cinayət hadisəsi barədə məlumatı olubolmadığını soruşmuşlar. Əvvəlcə, Səlim özünü guya heç nədən xəbəri olmayan şəxs kimi aparsa da, sonradan Röyaləni öldürdüyünü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əvvəllər Türkiyə Respublikasında yaşasa da, 2020-ci ilin fevral ayında Azərbaycan Respublikasına gəlmişdir. X16 onun xalasının nəvəsi olmuşdur. Röyalə Tağıyeva səmimi, tərbiyəli, öz namusunu qoruyan, heç kim ilə nikahdankənar münasibəti olmayan, yalnız üç azyaşlı övladını böyütməyi düşünən, alaq təmizləməyə gedib işləməklə övladlarını dolandıran xanım olmuşdur. Röyalə təxminən üç-dörd il əvvəl əri Səlimdən boşanmışdır. Səlim ailəsinin maddi və mənəvi ehtiyaclarını ödəmədiyindən, o cümlədən ailəsinə qarşı laqeyd münasibət göstərdiyindən Röyalə Səlimdən boşanmaq qərarına gəlmişdir. Röyalə hər gün saat 04:00 radələrində iş yoldaşları ilə birlikdə Tərtər rayonu ərazisində alaq təmizləməyə getmiş, saat 19:00-20:00 radələrində isə yaşadığı evə qayıtmışdır. Səlim Röyalənin gecə saatlarında alaq təmizləməyə getməsinə qarşı çıxaraq dəfələrlə sözlə hədələmişdir. Buna baxmayaraq o, ümumiyyətlə, Röyaləgilə getməmiş, sonuncu dəfə Röyalə ilə yalnız iki il öncə əlaqəsi olmuşdur. Röyalənin telefon nömrəsini bilmədiyindən aralarında telefon söhbəti belə baş tutmamışdır. Səlimi isə üç-dörd il öncə təsadüfən yolda görmüş və anası ilə bir neçə dəqiqə hal-əhval tutmuşdur. Səlimin əvvəllər Röyaləyə qarşı zor tətbiq etməsinin şahidi olmamış, bu barədə heç nə eşitməmişdir. 06 sentyabr 2020-ci il tarixdə xalasının nəvəsi Tutu saat 05:00 radələrində anası Yeganəyə zəng vurub Röyalənin keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü demişdir. Bundan sonra anası Yeganə ilə birlikdə yol üstündən Tutunu da götürməklə birlikdə hadisənin baş verdiyi Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən evə, daha sonra Tərtər rayon mərkəzi xəstəxanasının meyitxanasına getmişlər. Hadisə yerində olarkən onlar Röyalənin keçmiş əri Səlim tərəfindən öldürüldüyünü bilmişlər. Bundan başqa danışılanlara əsasən, mərhum X33 Əsədov tərəfindən qətlə yetirilən zaman onların azyaşlı övladlarının digər otaqda yatdıqlarını, övladları Sənan Əsədzadənin oyanıb atasının anasını boğmasını gördüyünü, Röyalə Tağıyevanın ona keçmiş əri Təqsirləndirilən şəxs alaq təmizləməyə gedərək işləməsinə qarşı olduğunu desə də, real ölüm hədəsi ilə bağlı heç nə danışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Röyalə yaşadıqları kənddən və digər kəndlərdən olan qadınlar ilə birlikdə hər gün həmkəndlisi Qoşqara məxsus avtomobil ilə Ağdam rayonu, Ergi qəsəbəsinə soğan yığımına getmiş, orada günəmuzd işləməklə övladlarını dolandırmışdır. 06 sentyabr 2020-ci il tarixdə onlar hər gün olduğu kimi Röyalə ilə soğan yığımına getmək üçün həmişəki kimi saat 03:30 radələrində Qoşqar avtomobili ilə Şıxarx qəsəbəsinin mərkəzinə gələrək qadınların toplaşmalarını gözləməyə başlamışdır. Soğan yığmağa gedəcək qadınların hamısı gəlsə də, Röyalə gəlib çıxmamışdır. Buna görə də o, sonuncunun Şahid3 ilə Qoşqarın avtomobilindən düşüb Röyaləni çağırmaq üçün yaşadığı evə getmişdir. O, Röyalənin yaşadığı evin qapısını döyəndə azyaşlı qızı Rövşanə qapını açaraq anasını çağırdığını, lakin oyanmadığını bildirmişdir. O, Məruzə ilə birlikdə Röyalənin xəstələndiyini düşünüb narahatlıq keçirmiş və bu səbəbdən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra Röyalənin üzü üstdə döşəmənin üzərində uzandığını, ağzının isə yerdəki yastığa dirənmiş vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt Röyalənin əynindəki gecə geyimi qarın nahiyəsinədək yuxarı çəkilmiş vəziyyətdə olmuşdur. Bu zaman o, Röyaləni çağıra-çağıra yaxınlaşıb silkələməyə başlamış, Məruzə isə Röyalənin hərəkət etmədiyini görüb bundan şübhələnərək ona cəld şəkildə Röyalədən uzaqlaşmasını və polisə məlumat verməsi üçün Qoşqarı çağırmağa getməsini demişdir. Bundan sonra Qoşqar Məruzənin onlarla birlikdə işləməyə gedən oğlu Xaliq ilə birlikdə gəlib Röyalənin nəbzini yoxlamaqla öldüyünü dəqiqləşdirmiş və daha sonra polisə məlumat vermişdir. O və Məruzə isə Röyalənin qonşuluqda yaşayan qaynı Əsədi və eltisi Şərəfi çağırmışlar. Bir qədər sonra hüquq mühafizə orqanlarının əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Sonradan məlum olmuşdur ki, Röyalə keçmiş əri Səlim tərəfindən yastıqla boğularaq öldürülmüşdür. O, Röyalə Tağıyevanın çox sakit qadın olduğunu, heç kim ilə arasında mübahisə yaranmadığını, keçmiş əri Təqsirləndirilən şəxs övladlarına aliment ödəmədiyindən Röyalə Tağıyevanın hər gün işləməyə getdiyini, Təqsirləndirilən şəxs Röyalə Tağıyevanı səbəbsiz yerə incitdiyini, Şahid3 eşitdiklərinə görə, Röyalə Tağıyevanın tez-tez keçmiş əri ilə dalaşdıqlarını deməklə ağladığını, Röyalə Tağıyevanın heç kim ilə yaxın münasibətinin olmadığını, səmimi, tərbiyəli, öz namusunu qoruyan, yalnız üç azyaşlı övladını böyütməyi düşünən, alaq təmizləməklə övladlarını dolandıran xanım olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində yaşasa da, mərhum bacısı Röyalə Tağıyeva ilə sıx əlaqələri olmuş, Röyalə arabir övladları ilə birlikdə onun yaşadığı evə qonaq gəlmişdir. Röyalə alaq təmizləməyə getməklə məşğul olan, heç kim ilə hər hansı problemi olmayan, şəxsi həyatında yalnız övladlarını düşünən bir xanım olmuşdur. Röyalə əri Səlimin məsuliyyətsiz hərəkətlərindən, ailəsinin ehtiyaclarına dəstək olmamasından və mütəmadi olaraq təzyiqlərə məruz qalmasından bezib təxminən üç-dörd il əvvəl rəsmi qaydada ərindən boşanmışdır. Boşandıqdan sonra Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən həyətdəki iki evdən birində övladları ilə yaşamağa başlamış, digər evdə isə Təqsirləndirilən şəxs özü yaşamışdır. Röyalə boşandıqdan sonra şəxsi həyatında heç kim ilə sevgi münasibəti olmamış, yeganə arzusu övladlarını yaxşı şəkildə böyüdərək təhsil almalarını təmin etmək olmuşdur. Röyalə boşanmasına baxmayaraq Səlimdən yaxasını qurtara bilməmişdir. Röyalə hər gün saat 03:00-04:00 radələrində övladlarının maddi ehtiyaclarını qarşılamaq üçün alaq təmizləməyə getdiyinə görə Səlim onu hədələyərək işləməsinə qarşı çıxmış və dəfələrlə fiziki təzyiqə məruz qalmışdır. 04 sentyabr 2020-ci il tarixdə Röyalə övladları ilə birlikdə onun yaşadığı Bərdə şəhərinə gəlmiş və bir gün onun evində gecələdikdən sonra Tərtər rayonuna qayıtmışdır. Röyalə onun evində qaldığı gün işlədiyi üçün çox yorğun olmuş, hətta divanda uzanıb yuxuya getmişdir. 06 sentyabr 2020-ci il tarixdə saat 06:00 radələrində bacıları ona Röyalənin öldürülməsi ilə bağlı məlumat verdikdən qısa müddət sonra o, Tərtər rayonu, Şıxarx qəsəbəsinə getmiş, hadisənin baş verdiyi evə çatdıqda həkim briqadasının və hüquq mühafizə orqanlarının əməkdaşlarının orada olduqlarını görmüşdür. Hadisə yerində olan zaman ona Röyalənin keçmiş əri Səlim tərəfindən öldürüldüyü məlum olmuşdur. Sonradan ona X33 Əsədov tərəfindən qətlə yetirilən zaman onların azyaşlı övladlarının digər otaqda yatmalarını, övladları Sənan Əsədzadənin oyanıb atasının anasını boğmasını gördüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, mərhum X16 isə Səlimin keçmiş arvadı olmuşdur. Səlim və Röyalə birgə nikahda olmuş və həmin nikahdan üç övladları dünyaya gəlmişdir. Ancaq Səlim və Röyalənin münasibətləri alınmadığına görə onlar bir neçə il əvvəl rəsmi qaydada boşanmışlar. Həmin vaxtdan Səlim onunla birlikdə, Röyalə isə övladları ilə birlikdə onların yaşadığı həyətdə yerləşən digər evdə yaşamağa başlamışdır. O, hadisədən təxminən dörd-beş gün əvvəl gecə saatlarında Səlimin Röyalənin yaşadığı evin pəncərəsindən içəri baxdığını görmüş və Səlimdən nə üçün belə etdiyini soruşmuşdur. Bu zaman Səlim ona Röyalənin mobil telefon vasitəsilə kim ilə danışdığını öyrənmək üçün yaşadığı evin içərisinə baxdığını söyləmişdir. Həmin vaxt Röyalənin özü də Səlimi görüb təhqir etmişdir. 05 sentyabr 2020-ci il tarixdə axşam saatlarında o, Röyaləni yaşadığı evin həyətində qab yuyarkən görmüş, həmin vaxt Röyalə digər qardaşı Əsədin arvadı Şərəf ilə söhbət etmişdir. Bir qədər sonra o, yatmaq üçün yaşadığı evə getməyə qərar vermiş və buna görə Səlimə də gedib yatmağı təklif etmişdir. X41 evində qalıb televizora baxacağını dediyindən o, özü evə gəlib yatmışdır. Ertəsi gün səhər saatlarında qardaşı Əsəd yaşadıqları evə gəlib onları oyadaraq Röyalənin öldüyünü və bu səbəbdən yaşadığı evin qarşısına çoxlu sayda insanların toplaşdıqlarını demişdir. Bu zaman Səlim yuxudan oyanıb çay içmək istədiyini demiş və “Gedib görək qonşular nə üçün gəliblər Röyaləgilə?” sözlərini demişdir. O, Səlimə çay verdikdən sonra dərhal Röyalənin yaşadığı evə getmiş, oraya çatdıqda polis əməkdaşları ondan Səlimi çağırmasını istəmişlər. Səlim də onun çağırışından sonra həmin yerə gəlmişdir. Polis əməkdaşları onları Tərtər rayon polis şöbəsinə apardıqdan sonra isə Röyalənin qardaşı Səlim tərəfindən yastıqla boğularaq öldürüldüyü məlum olmuşdur. O, 06 sentyabr 2020-ci il tarixdə saat 03:00 radələrində mərhum Röyalə Tağıyevanın yaşadığı evdən səs-küy gəlməsini eşitməmiş, heç vaxt Röyalə Tağıyevanın yaşadığı evə hər hansı kənar şəxsin gəlməsini görməmiş, bu barədə heç bir şey eşitməmiş, qardaşı Təqsirləndirilən şəxs Röyalə Tağıyevanı konkret olaraq hansı səbəbdən öldürməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, X16 onun qonşusu olmuş və yaşadığı kənddə yaşayan digər qadınlar ilə birlikdə hər gün Tərtər rayonu, Ələsgərli kənd sakini Qoşqara məxsus olan avtomobil ilə Ağdam rayonu, Ergi qəsəbəsinə soğan yığımına getmiş, orada günəmuzd işləməklə övladlarını dolandırmışdır. 06 sentyabr 2020-ci il tarixdə hər gün olduğu kimi anası Məruzə, o cümlədən kənddə yaşayan digər qadınlar ilə soğan yığımına getmək üçün saat 03:30 radələrində Qoşqar avtomobili ilə onu və anası Məruzəni yaşadıqları evdən götürüb qəsəbənin mərkəzinə gələrək qadınların toplaşmalarını gözləmişdir. Soğan yığmağa gedəcək digər qadınların hamısı gəlsə də, Röyalə gəlib çıxmamış, buna görə də anası Nuranə adlı qadın ilə birlikdə avtomobildən düşüb Röyaləni çağırmaq üçün yaşadığı evə getmişdir. O isə Qoşqar ilə birlikdə avtomobildə gözləməişlər. Az sonra Nuranə qaça-qaça gələrək Röyaləni çağırsa da, ayılmadığını demiş və onlardan Röyalənin yaşadığı evə gəlmələrini istəmişdir. Buna görə də o, Qoşqar ilə birlikdə Röyalənin yaşadığı evə getmiş, ancaq evə daxil olmamışdır. Qoşqar evə daxil olub bir neçə dəqiqə sonra çölə çıxmış və Röyaləni çağırdıqda cavab vermədiyinə görə əlini boğaz nahiyəsinə qoymaqla nəbzini yoxladığını, ölməsini müəyyən etdiyini demiş, daha sonra mobil telefon vasitəsilə polisə məlumat vermişdir. Bunun ardınca anası Məruzə Röyalənin qonşuluqda yaşayan qaynına və eltisinə xəbər vermək üçün evdən çıxmışdır. Az sonra isə Tərtər rayonu, Şıxarx qəsəbəsində yerləşən polis məntəqəsində xidmət aparan polis əməkdaşları Röyalənin yaşadığı evə gəlmişlər. Bundan sonra Röyalənin keçmiş əri Səlim də oraya gəlmiş və qohum-qonşular Səlimə Röyalənin öldüyünü demişlər. Həmin gün polis əməkdaşları Səlimi və daha bir neçə nəfər şəxsi polis şöbəsinə aparmışlar. Daha sonra Röyalənin keçmiş əri Səlim tərəfindən yastıqla boğularaq öldürüldüyü məlum olmuşdur. Röyalə Tağıyevanın heç kim ilə yaxın münasibətinin olmamış, səmimi, tərbiyəli, öz namusunu qoruyan, yalnız üç azyaşlı övladını böyütməyi düşünən, alaq təmizləməklə övladlarını dolandıran xanım olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X1 bədəni üzərində çoxsaylı xəsarətlər olması müəyyən edilmiş və ona məxsus olan 01 ədəd çəhrayı rəngli don, 01 ədəd qara rəngli büstqalter və 01 ədəd trusik götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2020-ci il tarixli paltarların götürülməsi və baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd boz-qəhvəyi rəngli uzunqol köynək və 01 ədəd ağ rəngli qolsuz mayka Təqsirləndirilən şəxs tərəfindən könüllü surətdə təqdim edilmiş və götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X14” X28 Bərdə rayonlararası zona mərkəzinin 15 oktyabr 2020-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, X9 meyitinin məhkəmə-tibbi ekspertizasına və əlavə məhkəmə-bioloyi, məhkəmə-kimyəvi, məhkəmə-histolofi müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla belə nəticəyə gəlinmişdir ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər — sol yanaq və burun büküşünün sol yarısında 8 ədəd, sağ qulaqaltı-çeynəmə nahiyəsində 1 ədəd, burun-dodaq büküşünün sağ yarısında 1 ədəd, alt dodaq nahiyəsində-sol ağız bucağında-dodaq haşiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd sıyrıqlar, boyun nahiyəsinin sol yarısında 1 ədəd, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında 1 ədəd, boyun nahiyəsinin sağ yarısında 1 ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində 2 ədəd, sağ sağrı nahiyəsinin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin aşağı 1/3-nin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin iç səthində 1 ədəd qançırlar, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında-qançır sahəsində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1 ədəd, sağ bud-çanaq oynağının ön-bayır səthində 1 ədəd sıyrıqlar, boyun nahiyəsində yumşaq toxuma içərisinə qansızma, qırtlaq və dilaltı sümük ətrafı yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızma vardır.Təsvir olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidir, ölümdən az vaxt əvvəl törənmişdir, müddəti 06 sentyabr 2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə a) boyun nahiyəsindəki xəsarətlər — qançır, dəri və dərialtı yumşaq toxuma içərisinə, qırtlaq və dilaltı sümük ətrafi yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızma birgə xəsarət olub canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, b) bədən səthindəki qalan digər xəsarətlər birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 ölümünə səbəb boyun üzvlərinin əl ilə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 6-9 saat olar baş vermişdir. X1 arxa keçəcək dəliyində qeyritəbii yolla cinsi əlaqədə olmaya aid hər hansı bir əlamət müəyyən edilməmişdir. Eləcə də onun uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. X1 meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X15” X28 Bərdə rayonlararası zona mərkəzinin 08 sentyabr 2020-ci il tarixli 332 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər — boyun nahiyəsinin aşağı şöbəsinin 2 ədəd, sol gözaltı nahiyədə 1 ədəd, sol körpücüküstü nahiyədə 2 ədəd, sol körpücükaltı nahiyədə 1 ədəd, sol bazu oynağının ön səthində 3 ədəd, sol kürəküstü nahiyədə 1 ədəd, sağ kürək nahiyəsində 1 ədəd, sağ saidin orta 1/3-nin ön səthində 1 ədəd, sol saidin aşağı 1/3-nin ön səthində 1 ədəd, döş qəfəsinin sol yarısının ön yan səthində - orta qulaqaltı xətt üzrə Vİİ qabırğanın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri 1 (bir) günə qədər olmaqla 06 sentyabr 2020-ci il tarixə uyğun gələ bilər, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə, həmçinin qarşılıqlı mübarizə şəraitində də əmələ gələ bilmələri inkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloyi ekspertizasının 25 dekabr 2020-ci il tarixli 3/2046 nömrəli rəyindən görünür ki, təqdim edilmiş yastıq üzlüyünün səthində bir ədəd zədə vardır. Həmin zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. Təqdim edilmiş üzərində “TağıyevaRöyalə Mirzə qızına məxsus...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş donun, büstqalterin və üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazı qeydləri olan bükülüdən aşkar edilmiş köynəyin, şalvarın, maykanın, həmçinin təqdim edilmiş yataq örtüyünün səthində trasolofi zədə yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ədliyyə NazirliyiMəhkəmə Ekspertizası Mərkəzinin lifli materialların tədqiqi ekspertizasının 25 dekabr 2020-ci il tarixli 6/2679 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlardan qara rəngli köynəyin üzərindən aşkar edilmiş tünd çəhrayı rəngli pambıq liflər, cinsi əlamətlərinə görə X10 məxsus olduğu qeyd olunan donun tərkib liflərinə uyğun gəlir. X10 məxsus olduğu qeyd olunan paltarlar üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. Hadisə yerinə baxış zamanı götürülməsi qeyd olunan yastıq üzlüyü və yataq örtüyünün üzərindən aşkar edilmiş tünd çəhrayı rəngli pambıq lifləri cinsi əlamətlərinə görə X10 məxsus olduğu qeyd olunan donun tərkib liflərinə uyğun gəlir. Hadisə yerinə baxış zamanı götürülməsi qeyd olunan yataq örtüyünün üzərindən aşkar edilmiş göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan şalvarın liflərinə uyğun gəlir. Hadisə yerinə baxış zamanı götürülməsi qeyd olunan yastıq üzlüyü üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarların tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon məhkəməsinin hakimi Kamil Rzayevin təqsirləndirilən şəxsin barəsində təyin olunmuş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloi ekspertizasının keçirilməsi ilə bağlı ixtisaslaşdırılmış psixiatriya müəssisəsinə yerləşdirilməsinə dair 02 dekabr 2020-ci il tarixli 4(061)92/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eskpertiza Mərkəzi” X34 yerləşdirilmiş, barəsində sözügedən tibb müəssisəsi tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli 138 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman fiziolofi affekt vəziyyətində olmamış, hadisə baş verən zaman şüur və dərketməsinə təsir göstərən psixi-emosional vəziyyətdə olmamış, onun emosional vəziyyətində iş üçün əhəmiyyətli hesab olunacaq hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəlik müşahidə edilmiş, ona ittiham edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən “Paranoid şizofreniya” formasında xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir. Lakin onda müəyyən edilən “Paranoid şizofreniya” kimi psixi xəstəliyin gedişində davamlı remissiya vəziyyəti olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman həmin patologiya onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyəti qənaətbəxş səviyyədə olduğuna görə həmin şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur və onda müşahidə edilən psixi xəstəliyin gedişində uzun müddət davam edən remissiya vəziyyəti yaranmışdır. Buna görə Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar olaraq özünə və ətrafındakılara zərər vermək təhlükəsi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən X9 yaşadığı fərdi yaşayış evinin yataq otağıdır. Hadisə yerindən 01 ədəd göy rəngli yastıq üzlüyü və 01 ədəd sarımtıl rəngli yataq örtüyü götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 sentyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 4(061)-69/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 06 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “X40 üzrə X30 Ərazi Bölmələrini İdarəetmə Birliyi Tərtər rayon mərkəzi xəstəxanası” X27 daxil olmuş 30 noyabr 2020-ci il tarixli 675 nömrəli məktubdan görünür ki, Tərtər rayonu Şıxarx qəsəbəsində yaşayan, xx xxxxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 09 fevral 2019-cu il tarixdən Tərtər rayon mərkəzi xəstəxanasının ruhi-əsəb kabinetində “Şizofreniya paranoid forma, paranoid qüsur halı” diaqnozu ilə dispanser qeydiyyatında olmuş, 12 iyul 1990-cı il təvəllüdlü mərhum X16 isə Tərtər şəhər poliklinikasının şöbələrinə hər hansı xəstəliklə əlaqədar müraciət etməmiş və dispanser qeydiyyatında dayanmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(061)-1966/2018 saylı qətnaməsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 aralarında 07 oktyabr 2011-ci il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 315 Ne705841 nömrəsi ilə qeydə alınmış nikahları pozulmuş, onların birgə nikahlarından dünyaya gəlmiş 2012-ci il təvəllüdlü Şahid8, 2013-cü il təvəllüdlü Sənan Əsədzadə və 2016-cı il təvəllüdlü Rüqayyə Əsədzadə adlı uşaqların anasının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 aprel 2018-ci il tarixdən başlayaraq ataları Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulub anaları X10 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 fevral 2021-ci il tarixdə Tərtər rayon polis şöbəsindən daxil olmuş 17 dekabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Tərtər rayonu Şıxarx qəsəbəsində yaşamış, 12 iyul 1990-cı il təvəllüdlü X1 hər hansı şəxs və ya şəxslər ilə yaxın münasibətdə olubolmamasını müəyyən etmək üçün bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, ancaq Röyalə Tağıyevanın hər hansı şəxs ilə yaxın münasibətdə olması ilə bağlı məlumat əldə edilməmiş, qonşularından və yaxın çevrəsindən əldə edilən məlumata əsasən Röyalə Tağıyevanın dərin mənəvi keyfiyyətlərə malik insan olduğu, heç kim ilə şəxsi yaxınlıq münasibətinin olmadığı, əxlaqlı həyat tərzi sürdüyü müəyyən edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs cinayəti törətməzdən əvvəl, həmçinin cinayət hadisəsini törətdikdən sonra bununla bağlı hər hansı şəxs və ya şəxslərə məlumat vermədiyi müəyyən olunmuş, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra hansı şəxs və ya şəxslər ilə əlaqədə olmasını müəyyənləşdirmək məqsədilə çoxsaylı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş 10 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Əsədov X23 rayon məhkəməsinin 22 fevral 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3 min misli miqdarında cərimə edilmiş, Tərtər rayon məhkəməsinin 18 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 01 il şərti sınaq müddəti təyin olunmaqla 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 11 noyabr 2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, Tərtər rayon polis şöbəsinin 05 aprel 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, həmin tarixdə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və yuxarıda qeyd olunan cinayət əməlləri üzrə məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 18 fevral 2021-ci il tarixli 1-12 nömrəli məktubdan və məktuba əlavə edilmiş amnistiya aktının tətbiq edilməsi barədə qərarın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Tərtər rayon məhkəməsinin 22 fevral 2007-ci il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 3000 manat cərimə cəzasından azad edilmiş və məhkum qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 mart 2021-ci il tarixdə qəbul olunmuş toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla 01 ədəd yastıq üzlüyü, 01 ədəd yataq örtüyü, X10 məxsus olan 01 ədəd don, 01 ədəd büstqalter, 01 ədəd trusik, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs Röyalə Tağıyevanın ağzından və boğazından tutub kürəyi üstə yatdığı yerə uzatmaqla müqavimətini qırdıqdan sonra başının altında olan yastığı ağzının üzərinə, dizini isə bədəni üzərinə sıxmaqla sonuncuya dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid boyun nahiyəsinin sol yarısında 1 ədəd, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında 1 ədəd, boyun nahiyəsinin sağ yarısında 1 ədəd, boyun nahiyəsində yumşaq toxuma içərisinə qansızma, qırtlaq və dilaltı sümük ətrafı yumşaq toxuma içərisinə, dilin kökü nahiyəsində dil əzələsinə qansızmalar, həmçinin dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol yanaq və burun büküşünün sol yarısında 8 ədəd, sağ qulaqaltı-çeynəmə nahiyəsində 1 ədəd, burun-dodaq büküşünün sağ yarısında 1 ədəd, alt dodaq nahiyəsində və sol ağız bucağının dodaq haşiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd sıyrıqlar, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthində 2 ədəd, sağ sağrı nahiyəsinin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin aşağı 1/3-nin bayır səthində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin iç səthində 1 ədəd qançırlar, boyun nahiyəsinin orta 1/3-nin sol yarısında-qançır sahəsində 1 ədəd, sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1 ədəd, sağ bud-çanaq oynağının ön bayır səthində 1 ədəd sıyrıq xəsarətləri yetirməsi onun zərərçəkmiş şəxsi öldürmək niyyətində olmasına dəlalət edir. Məhkəmə bu nəticəyə gələrkən Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 3-cü bəndini də qeyd edir. Belə ki, Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 3-cü bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı boşandıqdan sonra mərhum X16 ilə tez-tez mübahisə etdiyini, ancaq həmin mübahisələrin tarixini xatırlamadığını, boşandıqdan sonra Röyalə Tağıyevanı özünün düşməni hesab etdiyini, onun mobil telefonla kimlərləsə danışdığını, iş yoldaşlarının alaqdan tez qayıtmasına baxmayaraq onun evə gec qayıtmasını, bir neçə şəxsdən Röyalənin əxlaqsız hərəkətlər etməsini eşitdiyini bildirsə də, təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri özünün əvvəlki ifadələri ilə yanaşı istintaq materiallarında olan şahid ifadələri, istintaq hərəkətinin protokolları, həmin protokollara əlavələr və digər istintaq sənədləri ilə tam təkzib edilərək, onun X11 hər hansı ciddi əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən öldürdüyünü bir daha təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs X11 öldürməsi barədə dedikləri ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və eləcə də şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Röyalə Tağıyevanın iş yoldaşı Şahid2 ifadəsində göstərmişdir ki, R.Tağıyeva onunla birlikdə, gündəlik hamı kimi eyni saatda işə gedib qayıtmış, onun heç kimlə yaxın münasibətinin olmamış, səmimi, tərbiyəli, öz namusunu qoruyan, yalnız üç azyaşlı övladını böyütməyi düşünən, vaxtlı-vaxtında aliment ala bilmədiyi üçün alaq təmizləməklə övladlarını dolandıran qadın olmuşdur. Şahid2 ifadəsində göstərdikləri iş üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid11 ifadələri, həmçinin yaşayış yerindən verilmiş 22 fevral 2021-cil tarixli arayışla, 17 dekabr 2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu ilə və Röyalə Tağıyevanın istifadəsində olmuş nömrəyə daxil olmuş və çıxmış zənglərə baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokolla da təsdiq edilmişdir. Bundan başqa, şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qardaşı Şahid12 da ifadəsində bildirmişdir ki, o, Röyalənin Səlimdən boşanmasından sonra hər hansı şəxslə görüşüb danışmasına, sevgi münasibəti yaşamasına, əxlaqsız həyat tərzi keçirməsinə şahidlik etməmiş, bu barədə heç nə eşitməmişdir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxsla Röyalə Tağıyeva ayrı evlərdə olmaqla eyni həyətdə yaşamışlar. Təqsirləndirilən şəxs R.Tağıyevanın kimlərləsə danışması, əxlaqsız hərəkətlər etməsi barədə ifadələr versə də, məhkəmə hesab edir ki, onun dedikləri dəqiqləşdirilməmiş, uydurulmuş məlumatlardır. Belə ki, Təqsirləndirilən şəxs R.Tağıyevanın kimlə danışdığını araşdırmamış, onun əxlaqsız hərəkətlər etməsi ilə bağlı kimlərin danışmasını nə ibtidai, nə də məhkəmə istintaqı zamanı deyə bilməmiş, eyni həyətdə yaşamaqla müşahidəsində olduğu R.Tağıyevanın hansı formada əxlaqsızlıq etməsini nə müəyyən, nə də sübut edə bilməmişdir. Onun öz müdafiəsi üçün irəli sürdüyü həmin fikirlər nəinki təsdiq edilmiş, hətta bütövlükdə təkzib edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 6-cı bəndini də qeyd edir. Belə ki, Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Təqsirləndirilən şəxsin ifadəsində dediyi fikirlər təkzib edildiyindən, uydurulmuş, işin faktiki halları ilə təkzib edilən ehtimallar olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin motivi qısqanclıq deyildir və o, boşanmış olduğu zərərçəkmişin həyatına qanunsuz olaraq müdaxilə etməklə və əsassız olaraq onu əxlaqsız hərəkətlər etməklə ittiham edib bəhanə ilə sonuncunu öldürmüşdür. Məhkəmənin bu mövqeyi Ali Məhkəmənin xuliqanlıq niyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan hallarla bağlı tövsiyəsinə də uyğundur. Belə ki, Ali Məhkəmənin X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mövqeyi ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin motivi ilə bağlı öz əməlinə verdiyi qiymət (təqsirləndirilən şəxsin subyektiv yanaşması çərçivəsində) uydurulmuş, ağlasığmaz ehtimal, yəni bəhanə olmamalı, işin faktiki halları ilə də təsdiq edilməlidir (Ali Məhkəmənin bülleteni, 2020,№1). Qadın zorakılığna qarşı mübarizə aparmaq məqsədilə BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı X24 elan etmiş və BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif etmişdir. Məhkəmə yuxarıda sadalananları, işin faktiki hallarını, Ali Məhkəmənin mövqeyini və qadın zorakılığına qarşı dövlət siyasətini nəzərə alaraq cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edib hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun ifadəsində göstərdikləri heç bir sübutla təsdiq olunmamaqla yanaşı, iş üzrə sübutların məcmusu ilə tam təkzib edildiyindən Təqsirləndirilən şəxs CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPMnin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işinin materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 fevral 2021-cı il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş 10 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Əsədov X23 rayon məhkəməsinin 22 fevral 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3 min misli miqdarında cərimə edilmiş, Tərtər rayon məhkəməsinin 18 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 01 il şərti sınaq müddəti təyin olunmaqla 03 il müddətinə azadlıqdan məhrum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 11 noyabr 2011-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, Tərtər rayon polis şöbəsinin 05 aprel 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, həmin tarixdə cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-in 39.1.11-ci maddəsinə əsasən xitam verilmiş və yuxarıda qeyd olunan cinayət əməlləri üzrə məhkumluğu ödənilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu az ağır cinayətə görə məhkumluğun ödənilməsi üçün CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulan üç illik müddət keçdiyindən, onun məhkumluğu ödənilmiş hesab olunur. Belə və ziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə S.Səmədova azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi reyimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 06 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar-Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd yastıq üzlüyü, 01 ədəd yataq örtüyü, X10 məxsus olan 01 ədəd don, 01 ədəd büstqalter, 01 ədəd trusik, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka zərərçəkmiş və təqsirləndirlən şəxsin yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 185,46 (yüz səksən beş manat qırx altı qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X21 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 36 (otuz altı) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X13 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2020-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar-Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd yastıq üzlüyü, 01 ədəd yataq örtüyü, X10 məxsus olan 01 ədəd don, 01 ədəd büstqalter, 01 ədəd trusik, zərərçəkmiş şəxsin yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd mayka təqsirləndirlən şəxsin yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 185,46 (yüz səksən beş manat qırx altı qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X21 həyata keçirdiyindən 210 (iki yüz on) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar