Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-186/2022 04.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X10 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1955-ci il tarixdə Göygöl rayonu, Hacıməlik qəsəbəsində anadan olmuş, evli, orta təhsilli, işləməyən, təqaüdçü, məhkumluğu olmayan, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində qızı Şahid2 keçmiş əri, əvvəllər də aralarında dəfələrlə mübahisə və münaqişəsi olmuş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən evinə gələrək qızı Gülnarın ayrı yaşadığı evdə olmayıb onun evində olmasını iddia edərək Gülnarı çağırmasını tələb etməsi səbəbindən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onun, arvadı Şahid1 və qızı Gülnarın ünvanına nalayiq sözlər işlətdikdən sonra o, Zərərçəkmiş şəxs birdəfəlik yaxa qurtarmaq məqsədi ilə sonuncunu öldürmək niyyətinə gəlmiş və bu niyyətlə də Zərərçəkmiş şəxs üstünə hücum çəkib sonuncu ilə qarşılıqlı əlbəyaxa olan zaman evin həyətindəki masa üzərində olmuş məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün mühüm əhəmiyyət kəsb edən döş qəfəsinin ürək yerləşən nahiyəsinə zərbələr endirib, döş boşluğuna nüfuz edərək iki tərəfli hemopnevmoraks, hər iki ağ ciyərin, perikardın, diafraqmanın, yumşaq toxumaların zədələnmələri ilə müşayət olunan döş qəfəsinin sağ yarısının ön səthində bir, sol yarısının ön səthində iki ədəd, ayrıayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa ağır zərər, həmçinin alt dodağın sol yarısında bir, döş qəfəsinin sol yarısının ön-bayır səthində üç, bayır səthində iki ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan, ümumilikdə 9 ədəd xəsarət yetirdikdən sonra arvadı Şahid1 onun əlindən bıçağı alaraq hərəkətlərini davam etdirməsinin qarşısını aldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, qızı Gülnar 2008-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmiş, Gülnar Azərlə evləndikdən sonra 5-6 ay Gəncə şəhəri, Gülüstan qəsəbəsində Azərin valideynləri ilə birlikdə yaşadıqdan sonra Gülnar ilə Azərin anası arasında narazılıqları olduğundan arvadı Şəkərlə birgə Gülnarı Hacıməlik qəsəbəsində yerləşən evlərinə gətirmişlər. Bir müddət sonra Azər də Gülnarın yanına gəlmiş və onlar birlikdə yaşadıqları vaxtlar Azər mütəmadi olaraq evə spirtli içkilər qəbul edib gəldiyinə görə Gülnarla aralarında dava-dalaşları olmuş, hər dəfə də onlar dalaşdıqdan sonra Azər valideynləri evinə gedib bir müddət orada qaldıqdan sonra yenə də Gülnarın yanına qayıtmışdır. Sonra Şəkərlə o, Gülnar üçün yaşadıqları qəsəbədə ev inşa etdirmək qərarına gəlib qəsəbədən Gülnar üçün torpaq sahəsi alıb ev inşa etdirməyə başlamışlar. Ev inşa olunarkən lazım olan tikinti materiallarını o, öz pulu ilə almasına baxmayaraq, Azər özü də fərdi usta işlədiyi üçün gəlib evin inşa olunmasında köməklik etmişdir. Təxminən 3-4 il ev inşa edilib qurtardıqdan sonra Azər Gülnarla birlikdə həmin evdə yaşamağa başlasalar da Azər yenə də spirtli içkilər qəbul edib evə gec gəldiyinə görə Gülnarla aralarında narazılıqları, davaları olmuşdur. O, özü bir neçə dəfə Azərin Gülnarla dalaşmasına görə Azərdən ondan polisə şikayət etməsinə baxmayaraq, Gülnar Azərdən şikayətçi olmayıb Azərlə barışmışdır. 2010-cu ildə Gülnar rəsmi olaraq Azərlə boşanmış və həmin vaxtdan Azər uşağına görə Gülnara aliment pulu ödəməyə başlamışdar. Lakin, bir müddət sonra Gülnar Azərlə barışmış və onlar yenə də Gülnarın evində yaşamağa başlamışdar. Az bir müddət sonra Azərlə Günay yenidən dalaşmışlar və Azərin Gülnarı döydüyü ona məlum olmuşdur. Qızı Gülnarın belə həyat tərzi keçirməsi ona və arvadı Şəkərə pis təsir etmişdir, O, dəfələrlə Azərlə söhbət edərkən spirtli içkilər qəbul etməməsini xahiş etməsinə, onun Gülnarla dalaşıb onu döyməsinin bir valideyn kimi ona və arvadına da pis təsir etdiyini deməsinə baxmayaraq, Azər spirtli içkilər qəbul etdikdən sonra yenə də öz hərəkətlərini davam etdirmişdir. 2021-ci ilin sentyabr ayının ortalarında Azər valideynləri evində yaşadığı vaxtlar Gülnarın yaşadığı evin hasarından həyətə girib Gülnarı qorxutduğuna görə o, Azərin anası Zərqələmə zəng edərək Azərin yenə də belə bir hərəkət edərsə, Azəri öldürəcəyini bildirmişdir. 25.09.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evlərinin mətbəxində arvadı Şəkərlə birlikdə televizora baxdığıqları vaxt mətbəxin küçə tərəfdən pəncərəsinin döyüldüyünü eşidib pəncərədən baxdıqda Azərin olduğunu görmüş və Şəkər ona çölə çıxmamasını, özünün Azəri yola salacağını deyib həyətə getdikdə o da Şəkərin arxasınca həyət qapısına tərəf getmişdir. Qapı açılarkən Azər həyətə girib ona “Sən məni öldürəcəksən, gəlmişəm, öldür” deyib onun və Şəkərin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, Azərin spirtli içki qəbul etiyini, sərxoş olduğunu görmüş, Azər onunla əlbəyaxa olduğu vaxt Azər onu yerə yıxıb həyət boyunca sürüməyə başlamış, həmin vaxt arvadı Şəkər onu Azərin əlindən almağa çalışsa da Azər onu burxmayıb sürüməkdə davam edərək həyət qapısının yanına gətirib onun üstünə uzanmış vəziyyətdə boğazından tutmuşdur. Bu zaman o, giriş qapısının yanındakı ərzaq stolunun üstündə olan bıçağı götürüb birinci dəfə Azərin bədəninin sağ yuxarı nahiyəsinə bıçaqla bir zərbə vurmuşdur. Bu vaxt Azər hər iki əli ilə onun vurduğu yeri tutduğu vaxt o, bıçaqla Azərə aşağıdan yuxarı bir neçə zərbə vurmuşdur. Həmin vaxt qonşuları da həyətə daxil olmuşlar və onları ayırmışlar. Sonra o, “DİN”-in 102 xidmətinə zəng edib Azəri bıçaqlaması barədə məlumat vermişdir. O, 12 il Azərin hərəkətlərinə dözdüyünü, Azərin onun, arvadının ünvanına nalayiq söyüşlər söydüyü üçün masının üzərində olan bıçağı görüb həmin bıçaqla Azəri vurmuş, lakin onu öldürmək niyyəti olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 2008-ci ildə Gülnar ilə evlənmiş, bir müddətdən sonra Gülnarla münasibətləri pozulmuşdur. Birlikdə yaşadıqları müddətdə aralarında yaranmış mübahisələrə görə bir neçə dəfə ayrılıb sonra yenidən birlikdə yaşamışlar. 2010-11-ci illərdə Göygöl rayonu, Hacıməlik qəsəbəsində Gülnarın adına alınmış torpaq sahəsində Gülnarın atası ilə birlikdə ev tikmişlər. Gülnarın valideynlərinin onların ailə işlərinə qarışması səbəbindən Gülnarın valideynləri ilə əlaqəni kəsmişdir. 2012-ci ildə Gülnar ilə boşanmalarına baxmayaraq, sonralar yenidən barışaraq birlikdə yaşamağa başlamışlar. 25.09.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhərində tanışı ilə birlikdə yeməkxanada yemək yedikləri vaxt araq içmiş, sonra ailə üzvləri yadına düşdüyü üçün Gülnarın evinə getməyi qərara alıb taksi ilə Gülnarın Hacıməlik qəsəbəsində yerləşən evinə gəlmişdir. Lakin, evin qapısını döyməsinə baxmayaraq, qapını açan olmadığından Gülnarın valideynləri evində olduğunu fikirləşib piyada Amilin evinin yanına gəlib evin qapısını döymüş, həmin vaxt Amil qapını açıb ondan nə səbəbə gəldiyini soruşduqda o, Gülnarı çağırmasını demiş və evin həyətinə daxil olmaq istəsə də Amil ona imkan verməmiş, onunla mübahisə etməyə başlamışdır. Amil ilə mübahisə etdikləri vaxt Amilin arvadı Şəkərdə evdən çıxıb ona «a köpək oğlu bəs deyilmi, çiling-ağac oynayırıqmı» demişdir. Amil ilə mübahisə etdikləri vaxt Amil onun sifətindən şillə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, Amil isə onun bədənindən çoxsaylı zərbələr vurmuşdur. Ayıldıqda xəstəxanada olduğunu və hadisə zamanı Amilin ona bıçaqla 6 dəfə vurduğu ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən evlərində əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Qızı Şahid2 Zərərçəkmiş şəxs ilə evləndikdən sonra Azərin valideynlərinin yaşadığı Gülüstan qəsəbəsində yerləşən evində Azərin valideynləri ilə birlikdə yaşamalarına baxmayaraq 8-9 aydan sonra Azərin valideynləri ilə Gülnarın münasibətləri pis olduğundan, həmin ərəfədə Gülnar hamilə olduğuna görə, müalicəyə ehtiyacı olduğundan o, Gülnarı öz evinə gətirmiş və həmin vaxtdan Gülnar onlarla birlikdə yaşamışdır. Bir neçə ay sonra Gülnarın uşağı olduqdan sonra Azər də gəlib onların evinə gəlib Gülnarla birlikdə yaşamağa başlamışlar. Azər həmişə spirtli içkilər qəbul etdiyinə görə Gülnarla aralarında dava-dalaşları olduqdan sonra Azər valideynləri evinə gedib valideynləri ilə yaşamağa başlamışdır. Həmin vaxtlar artıq Gülnarın bir daha Azərin valideynləri evinə qayıtmayacağını başa düşüb Amil ilə Gülnar üçün Hacıməlik qəsəbəsində torpaq yeri alıb ev tikdirmək qərarına gəlib yaşadıqları evdən 2 küçə aralıda torpaq yeri alıb Gülnar üçün ev inşa etdirməyə başlamışlar. Təxminən 2 ildən sonra Gülnarın evi hazır olduqdan sonra Gülnar Azərlə barışmış,o, Gülnarın oğlunu öz yanında saxlamış Gülnar ilə Azər isə birlikdə Gülnar üçün inşa etdirdikləri evdə yaşamışlar. Gülnargil evlərinə köçdükdən sonra oğlanları Azərin mütəmadi olaraq spirtli içkilər qəbul etdiyini, həmişə Gülnar ilə pis rəftar etdiyini bildiklərinə görə Azərin gəlib Gülnarla yaşamasına razı olmadıqları, həmişə onlardan Gülnarın Azərlə ayrılmasını tələb etdiklərinə, lakin Gülnarın Azərlə ayrılmaq, boşanmaq istəmədiyinə, həmçinin Amil ilə birlikdə yaşadıqları evi tam hazır etməmişdən Gülnarın evini tikdirib qurtardıqları üçün onlarla əlaqəni kəsmişlər. Gülnar Azərin spirtli içkilər içməsini tərgirmədiyini görüb onunla boşanmasına baxmayaraq, boşandıqdan sonra da Azər uşağı ilə görüşmək üçün gəldiyini deyib Gülnarın evinə gəlib-getmişdir. 25 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Amil ilə birlikdə yaşadıqları evin mətbəxində televizora baxdıqları vaxt küçə tərəfdən mətbəxin pəncərəsinin bərk döyülməsini eşitmişdir. Amil əyləşdiyi yerdən durub pəncərəyə yaxınlaşdıqda Azərin olduğunu demiş və durub həyət qapısını açmaq üçün getmişdir. Amil qapını açdıqda Azər evin həyətinə daxil oldmuş, onun hərəkətlərindən və danışığından sonuncunun sərxoş olduğunu görmüş və hiss etmişlər. Azər onlardan Gülnarı və oğlu Xəyalı soruşub onları çağırmaqlarını tələb etmişdir. Amil ilə o, Gülnargilin onların evdə olmadıqlarnını deməklərinə baxmayaraq Azər onlara inanmayıb onların onun ailəsini dağıtdıqlarını, onların birlikdə yaşamasına imkan vermədiklərini deyib onun ünvanına nalayiq söyüşlər söyərək onunla cinsi əlaədə olmaq üçün gəldiyini demişdir. Amil Azərə söyüş söyməməsini dedikdə Azər Amilin də varyoxuna nalayiq söyüş söydükdən sonra Azər ilə Amil əlbəyaxa olmuş və Azər Amili həyətdəki, onun müəyyən işlər gördyü, mətbəx stolu kimi istifadə etdiyi stolun yanında yerə yıxıb üzərinə əyilmiş vəziyyətdə əlləri ilə Amilin sinəsindən, bədənindən vurmağa başlamışdır. O, qışqırıb Azəri tutub onu kənara çəkmək, Amili vurmaması üçün tutub saxlamaq istəməsinə bamayaraq, Azər Amili vurmaqda və əlləri ilə boğazından tutub sıxmaqda davam etdiyi vaxt Amil stolun üzərində olan, dəstəyi qırmızı, ağ və göy rəngli olan mətbəx bıçaığını götürüb Azərin altında olduğu vəziyyətdə bir neçə dəfə sinə nahiyyəsindən vurmuşdur. O, Amilə polisə və təcili yardıma zəng etməli olduğunu dedikdə Amil özü polisə və təcili yardıma zəng edərək əvvəlcə polisə, sonra isə təcili yardıma Azərin sərxoş vəziyyətdə evə gəlib onunla dalaşdığı vaxt Azəri bıçaqla vuruduğunu deyib məlumat vermişdir. Bir neçə dəqiqədən sonra evlərinə polis işçiləri və təcili yardım gəlmiş və Azəri xəstəxanaya aparmışlar. Azərlə Amil mübahisə etmiş, sonra isə 15-20 dəqiqə ərzində əlbəyaxa olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, 2008-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmiş, toy şənliyindən sonra Azərin valideynlərinin yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən valideynləri evində yaşamağa başlamışdır. Azərin mütəmadi olaraq spirtli içkilər qəbul etmişdir. Azərin anası Zərqələmlə arasında münasibətləri pisləşdiyindən təxminən 7-8 ay sonra o, hamilə olduğu vaxt Azərgilin evindən çıxıb valideynlərimin evinə gəlib onlarla yaşamağa başlamışdır. Bir neçə ay sonra Azər də onun valideynlərinin evinə gəlib onunla birlikdə yaşamışdır. Azər onun valideynlərinin evinə gəldikdən bir neçə ay sonra valideynləri Hacıməlik qəsəbəsində torpaq yeri alıb onun üçün ev inşa etdirməyə başlamışlar. Həmin vaxtlar yaşca ondan böyük olan 3 qardaşı valideynlərinin onun üçün ev inşa etdirdiklərini bilib istər onunla, istərsə də valideynlərilə əlaqəni kəsmiş və onlarla əlaqə saxlamamışlar. Azər spirtli içkilər qəbul etməkdə davam etdiyi üçün onunla rəsmi boşanmış və həmin vaxtdan Azər uşağa görə ona aliment ödəməyə başlamışdır. 25 seynyabr 2021-ci il tarixdə səhər saatlarında Azər telefonla mesaj göndərərək geyim paltarlarını avtobusla ona göndərməsini xahiş etdiyi üçün o, Azərin paltarlarını hazırlamışdır. Həmin gün saat 21 radələrində Azərin anası Zərqələm ona zəng edib danışarkən Azərin evə gəlib-gəlmədiyini soruşduqda o, Azərin gəlmədiyini demiş və Azərin yeməkxanada yemək yediyi ona məlum olmuşdur. Buna görə də Azərin artıq onun evinə gələcəyi təqdirdə sərxoş olacağını bilmişdir. Zərqələmlə bir neçə dəqiqə danışıb qurtardıqdan sonra anası Şəkər ona zəng edib həyacanlı vəziyyətdə Azərin onların evinə gəlib atası Amil ilə dalaşdığını dediyi üçün o, tez oğlu Xəyalı yuxudan oyadıb onunla birlikdə atası evinə gəlmiş və Azərin evin həyətində sinə nahiyyəsi qanlı uzanmış vəziyyətdə olduğunu, atası ilə anasının həyacanlı vəziyyətdə Azərin yanında dayandıqlarını görüb nə hadisə baş verdiyini soruşmuşdur. Həmin vaxt atası ona Azərin sərxoş vəziyyətdə gəlib onların ünvanına nalayiq söyüşlər söyüb sonra evin həyətində onunla əlbəyaxa olub, yerə yıxıb yumruq zərbələri ilə döydüyü və boğazından tutub sıxdığı vaxt həyətdəki masaın üzərindən götürdüyü bıçaqla bir neçə dəfə Azəri vurduğunu demişdir. Bir neçə dəqiqədən sonra atasının evinə polis işçiləri və həkimlər gəlmiş, Azəri xəstəxanaya aparmışlar. Onun 25.09.2021-ci il tarixdə saat 20-21 radələrində Azərin onun yaşadığı evə gəlməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən evində əri Taleh Şükürov və oğlu Cənan ilə birlikdə yaşamışdır. Yaşadıqları ev qonşuları Təqsirləndirilən şəxs evi ilə üz-üzə yerləşir. Həmişə Amil və onun arvadı Şəkər ilə bir qonşu kimi yaxşı münasibətləri olmuşdur. Amil və Şəkərin qızları Gülnar ilə münasibətləri həmişə yaxşı olmuş, onlar Gülnar üçün Hacıməlik qəsəbəsində ev inşa etdirmiş və mütəmadi olaraq evinə gedib gəlmişlər. Şəkərlə aralarında olan söhbətlər zamanı Şəkər ona Gülnarın əri Azərin mütəmadi olaraq spirtli içkilər içdiyini, sərxoş vəziyyətdə evə gəlib Gülnarla dalaşdığını, Azərin Gulnarla dalaşdıqdan sonra evdən çıxıb getdiyini, bir müddət sonra yenə də qayıtdığını, bir sözlə Azərin Gülnarla aralarında tez-tez narazılıqları olduğunu, buna görə də Gülnarın Azərlə boşandığını demişdir. 25 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində o, əri Taleh ilə qonaq getdikləri Hacıməlik qəsəbəsində yaşayan bacısı evindən qayıdıb evə daxil olduqdan sonra Amilgilin evinin həyətindən Şəkərin həyacanlı qışqırıq səslərini eşidib Taleh ilə birlikdə Amilgilin evinin həyətinə keçdikdə Azərin həyət qapısından 2-3 metr məsafədə torpaq üzərində uzandığını, sinəsinin qan olduğunu, çətinliklə nəfəs aldığını, Amilin kənarda dayandığını görmüş, Şəkərin qışqırıb ağlayaraq Amilə «niyə belə hərəkət etdin, niyə bunu vurdun» dediyini eşitmişdir. Həmin vaxt Amilin geyim paltarının arxa və qabaq tərəfinin torpağa sürtülmüş vəziyyətdə olmuşdur. Amil Talehə həyətdəki stolun üzərində olan qırmızı, göy və ağ rəngli plastmas dəstəkli bıçağı göstərib həmin bıçaqla Azəri vurduğunu, Azərin 12 ildir onu bezdirdiyini, 12 ildir ona əzab verdiyini və bu səbəbdən də bu gün bu hadisənin baş verdiyini, Azərin sərxoş vəziyyətdə evinə gəlib onunla dalaşıb onu yerə yıxıb boğduğu vaxt bıçaqla onu vurduğunu demişdir. Onlar Amilin evinin həyətində olduqları vaxt polis işçiləri sonra isə təcili yardımın işçiləri həyətə daxil olmuş, Azəri təcili yardım avtomaşınına qoyub aparmışlar. Həyətdə polis işçiləri Amildən hadisənin necə baş verdiyini soruşduqda Amil polis işçilərinə Azərin sərxoş vəziyyətdə evin həyətinə gəlib onunla dalaşıb onu yerə yıxıb boğduğu vaxt Azəri bıçaqla vurduğunu demiş və Azəri vurduğu bıçağı da göstərmişdir. O, Azərin əvvəllər Amilin evinə gəlib onunla mübahisələri olduğunu görmədiyini, əri Talehlə birlikdə Amilin evinin həyətinə daxil olduqda həyətdə Amili və Şəkəri gördüyünü, həmin vaxt artıq hadisənin, yəni Amilin Azəri bıçaqla vurduğunu, Gülnarın isə onlarla eyni vaxtda həyətə gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, 2021-ci il tarixdə saat 22 radələrində Göygöl RPŞ-si üzrə əməliyyat qrupunun tərkibində növbədə olduğu vaxt şöbənin növbətçi hissəsinə Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evin həyətində keçmiş kürəkənini bıçaqla vurub xəsarət yetirdiyi barədə verdiyi məlumat əsasında o, əməliyyat qrupunun üzvləri RPŞ-nin TB-nin təhqiqatçısı Şahid7 və sahə rəisi Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs evinə getmiş, evin həyətinə daxil olduqda həyətdə Təqsirləndirilən şəxs, sonuncunun arvadı Şahid1, qızı Gülnarın, 2 nəfər ər-arvad olan qonşularının olduqlarını və sonradan şəxsiyyəti onlara məlum olan Zərərçəkmiş şəxs həyətə giriş qapısından təxminən 2 metr məsafədə sağ olmasına baxmayaraq yerdə uzanmış, hərəkətsiz, çətin nəfəs aldığını, sinə nahiyyəsinin qanli olan vəziyyətdə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs onlara Zərərçəkmiş şəxs göstərərək qızı Gülnarın boşandığı əri olduğunu, Azərin uzun illər mütəmadi olaraq spirtli içkilər qəbul edərək Gülnarı, onu və arvadı Şəkəri narahat etdiyini, bir qədər əvvəl sərxoş vəziyyətdə onun evinə gəlib Gülnarın onun evində olmadığı halda Gülnarı çağırmasını ondan tələb etdiyini, o, arvadı Şəkər ilə birlikdə Azərə Gülnarın onun evində olmadığını bildirdikdə onların hər ikisinin ünvanına nalayiq söyüşlər söydüyünü və onunla əlbəyaxa olub dalaşdığı vaxt həyətdəki stolun üstündən götürdüyü bıçaqla Azəri bir neçə dəfə vurub xəsarət yetirdiyini bildirmiş və dəstəyi göy və ağ rəngli plastmasdan olan mətbəx bıçağı göstərib Azəri həmin bıçaqla vurduğunu və polisə özü zəng edib məlumat verdiyini demişdir. Onlar Azəri həmin vaxt həyətə gəlmiş təcili tibbi yardım avtomaşınına qoyub xəstəxanaya yola salıb hadisə barədə rayon prokurorluğuna məlumat verilməsi üçün RPŞ-nin növbətçi hissəsinə zəng edib məlumat vermiş, sonra isə Təqsirləndirilən şəxs RPŞ-nə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Eldar oğlu və Şahid8 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl RPŞdən daxil olmuş 25.09.2021-ci il tarixli “raportda” göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin gün Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra saat 21-53 dəqiqədə Azərbaycan Respublikası DİN-nin 102 Məlusat Mərkəzinə zəng edərək keçmiş kürəkəni Zərərçəkmiş şəxs bıçaqla vurması barədə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl RPŞdən daxil olmuş 25.09.2021-ci il tarixli “raportda” göstərilmişdir ki, Zərərçəkmiş şəxs həmin gün saat 23-50 dəqiqədə Gəncə şəhəri TTYX-na döş qəfəsinin daxilə keçən bir neçə bıçaq xəsarətləri ilə xəstəxanaüya daxil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26.09.2021-ci il tarixli “hadisə yerinin baxışın keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı zərbələr vurduğu yer Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evinin həyəti olmuşdur, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27.09.2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evinin həyətində Zərərçəkmiş şəxs vurduğu bıçağı götürdüyü masanı və Zərərçəkmiş şəxs bıçaqla çoxsaylı zərbələr vurduğu yeri göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26.09.2021-ci il tarixli tarixli “geyim paltarlarının götürülməsi haqqında” protokolundan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd cins şalvar, kəsilmiş vəziyyətdə olan 1 ədəd qısaqol köynək və 1 ədəd mayka Zərərçəkmiş şəxs daxil olduğu Gəncə şəhəri Birləşmiş Xəstəxananın cərrahiyyə şöbəsindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleksməhkəmə trassoloji, kriminalistik, biloji və soyuq silah ekspertizasının 24.11.2021-ci il tarixli 3/1797, 3/1808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq deşici-kəsici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır. Zərərçəkmiş şəxs məxsus köynəyin qollarının ilkin tibbi yardım zamanı kəsildiyi, həmin köynəyin ön səthində 5 ədəd müxtəlif ölçülü bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq və ya bıçağa bənzər xassəli alətin təsirindən əmələ gəlmiş zədələr olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10.12.2021-ci il tarixli 334 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində 24.11.2021-ci il tarixli 3/1797, 3/1808 nömrəli rəyində təsvir olunan və ya ona oxşar bıçaqla yetirilməyə, eləcə də müayinə olunanın dediyi vaxtda və şəraitdə yetirilməyə uyğun olan, döş boşluğuna nüfuz edərək iki tərəfli hemornevmoraks, hər iki ağ ciyərin, perikardın, diafraqmanın, yumşaq toxumaların zədələnmələri ilə müşayət olunan döş qəfəsinin sağ yarısının ön səthində bir, sol yarısının ön səthində iki ədəd, alt dodağın sol yarısında bir, döş qəfəsinin sol yarısının ön-bayır səthində üç, bayır səthində iki ədəd olmaqla cəmi doqquz ədəd deşilmiş-kəsilmiş yaralar və döş qəfəsinin sol yarısının arxa səthində fasiləli sıyrıq olduğunun müəyyən edildiyi, həmin xəsarətlərdən döş boşluğuna nüfuz edərək iki tərəfli hemornevmoraks, hər iki ağ ciyərin, perikardın, diafraqmanın, yumşaq toxumaların zədələnmələri ilə müşayət olunan döş qəfəsinin sağ yarısının ön səthində bir, sol yarısının ön səthində iki ədəd ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər, alt dodağın sol yarısında bir, döş qəfəsinin sol yarısının ön-bayır səthində üç, bayır səthində iki ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 29.09.2021-ci il tarixli 327 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədənində 25.09.2021-ci il tarixdə törənməyə uyğun olan hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24.12.2021-ci il tarixli əşyaların maddi “sübut kimi tanıması haqqında” qərardan görünür ki, hadisə zamanı X11 Məhərrəmovu vurduğu bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs geyinmiş olduğu geyim paltarları-1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd mayka maddi sübut kimi tanınaraq rayon prokurorluğunda məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə psixatrik-psixoloji ekspertizasının 09.12.2021-ci il tarixli 754/244 nömrəli rəyindən görünür ki, müayinə zamanı (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD, Lüşertestlərinə əsasən) X5 neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşkar olunur, əhval-ruhiyyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir: Verbal qiymət - 70 VQ; Qeyri-verbal qiymət - 74 RQ, Ümumi qiymət - 90 ZQ-dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən Təqsirləndirilən şəxs aşağıdakılar aşkarolunur: praktiki olaraq özünün fikirlərini müdafiyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflik tproblemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert psixoloq kimi aşağıdaı nəticəyə gəlirəm: 1.Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2.Təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq cinayət törədilən vaxt güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən təqdim olunmuş arayışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 14.04.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə cəzasına məhaum olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhəkəməsinin 26.07.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan cinayət işinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş, Gəncə şəhəri Kəpəz RPŞ-nin TB-də qəbul edilmiş 02.09.2019-cu il tarixli qərarla barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonu Hacıməlik qəsəbə İYD-dən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid1 ilə yaşamışdır və yaşayış yerindən müsbət səciyyələndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 26.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 26.09.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı Azəri öldürmək niyyətinin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsini daha inandırıcı hesab edib digər sübutlarla öz təsdiqini tapdığından həmin ifadəyə üstünlük verir. Belə ki, təqsirləndirilən şəxsin verdiyi ifadəsindən görünür ki, “...Azər onu burxmayıb sürüməkdə davam edərək həyət qapısının yanına gətirib onun üstünə uzanmış vəziyyətdə boğazından tutduğu vaxt giriş qapısının yanındakı ərzaq stolunun üstündə olan bıçağı götürüb birinci dəfə Azərin bədəninin sağ yuxarı nahiyəsinə bıçaqla bir zərbə vurmuşdur. Bu vaxt Azər hər iki əli ilə onun vurduğu yeri tutduğu vaxt o, bıçağı sol əlindən sağ əlinə keçirib Azəri öldürmək məqsədi ilə ürək nahiyəsinə aşağıdan yuxarı bir neçə zərbə vurmuşdur. Azəri vurduqdan sonra arvadı Şəkər bıçağı onun əlimdən almağa çalışmışdır. Həmin vaxt qonşuları da həyətə daxil olmuşlar. Şəkər ona “sən neylədin, sən Azəri öldürdün” deyib bıçağı onun əlindən almış, Azəri vurmağına mane olmuşlar...” məzmunlu ifadə vermiş və verdiyi həmin ifadə işin faktiki halları ilə uyğunluq təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları və digər istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs 25 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində qızı Şahid2 keçmiş əri, əvvəllər də aralarında dəfələrlə mübahisə və münaqişəsi olmuş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən evinə gələrək qızı Gülnarın ayrı yaşadığı evdə olmayıb onun evində olmasını iddia edərək Gülnarı çağırmasını tələb etməsi səbəbindən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onun, arvadı Şahid1 və qızı Gülnarın ünvanına nalayiq sözlər işlətdikdən sonra o, Zərərçəkmiş şəxs birdəfəlik yaxa qurtarmaq məqsədi ilə sonuncunu öldürmək niyyətinə gəlmiş və bu niyyətlə də Zərərçəkmiş şəxs üstünə hücum çəkib sonuncu ilə qarşılıqlı əlbəyaxa olan zaman evin həyətindəki masa üzərində olmuş məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün mühüm əhəmiyyət kəsb edən döş qəfəsinin ürək yerləşən nahiyəsinə zərbələr endirib, döş boşluğuna nüfuz edərək iki tərəfli hemopnevmoraks, hər iki ağ ciyərin, perikardın, diafraqmanın, yumşaq toxumaların zədələnmələri ilə müşayət olunan döş qəfəsinin sağ yarısının ön səthində bir, sol yarısının ön səthində iki ədəd, ayrıayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa ağır zərər, həmçinin alt dodağın sol yarısında bir, döş qəfəsinin sol yarısının ön-bayır səthində üç, bayır səthində iki ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan, ümumilikdə 9 ədəd xəsarət yetirdikdən sonra arvadı Şahid1 onun əlindən bıçağı alaraq hərəkətlərini davam etdirməsinin qarşısını aldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ”Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 2002-ci il 12 dekabr tarixli 3 №li qərarının 6-cı bəndinin izahının da nəzərə alır. Belə ki, qərarın 2 və 3-cü bəndinin izahına görə, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə bu mənada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin vacib həyati orqanlarına ardıcıl bıçaq zərbələrini vurmasını, orada olan arvadı Şəkər tərəfindən onun qarşısının alınmasını, eləcə də zərərçəkmiş şəxsə vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən ölüm hadisəsinin təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəbə görə baş verməməsini qeyd edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti törətdikdən bilavasitə sonra təqsirini boynuna almaqla könüllü məlumat verməsi həmin Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsı həmin Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş arayışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 14.04.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə cəzasına məhaum olunmuş, Gəncə şəhəri Nizami Rayon Məhəkəməsinin 26.07.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan cinayət işinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş, Gəncə şəhəri Kəpəz RPŞ-nin TB-də qəbul edilmiş 02.09.2019-cu il tarixli qərarla barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.10 - 59.1.12-ci maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10 - 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 29, 120.1-ci maddəsi ilə təyin ediləcək cəzanın son həddi, sözü gedən maddənin yuxarı həddinin dörddə üçündən (10 il 6 aydan) çox ola bilməz. Eləcə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi” müddəası məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63-cü maddəsinin tətbiqindən sonra müəyyən edilən cəzanın son həddinin (10 il 6 ayın) dörddə üçü (7 il, 10 ay, 15 gün) müddəasını özündə ehtiva etdiyindən və Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən cəza müddətinin hesablanması həmin Məcəllənin 63-cü maddəsinin tətbiqindən sonra əldə edilmiş son hədd əsasında aparıldığından təqsirləndirlən şəxsə Qanunun qeyd olunan tələbləri bıxımından cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 26.09.2021-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar - Göygöl rayon prokurorluğuda saxlanılan X11 Məhərrəmovu vurduğu bıçaq məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd mayka ona qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356,384 -387-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, ona 07 (yeddi) il, 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Göygöl rayon prokurorluğuda saxlanılan X11 Məhərrəmovu vurduğu bıçaq məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd köynək, 1 ədəd mayka ona qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-186/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-186/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver