Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-186/2023 17.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçilər –Bərdə rayon vəkil bürosunun vəkili X6 və Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi Məhəmmədəli oğlunun iştirakları ilə, xx xxxx 2004-cü ildə Tərtər rayonu, Xoruzlu kəndindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işsiz, məhkum olunmamış, Tərtər rayonu, Xoruzlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 22 iyul 2022-ci tarixdə saat 10 radələrində Tərtər rayonu, Xoruzlu kəndi ərazisində yerləşən əkin sahəsində həmkəndlisi və qonşusu xx.xx.2015-ci il təvəllüdlü X7 zor tətbiq etməklə təqsirkar şəxs üçün aşkar surətdəondörd yaşına çatmamış şəxsə qarşı uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edərək bərkləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə daxil edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və sonuncuya arxa keçəcək dəliyinin iki ədəd çat, cırılmış yara və qançırı xəsarətləri, həmçinin sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol sağrı nahiyəsinin qançırı xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkimiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki,ailə üzvləri ilə birlikdə Tərtər rayonu Xoruzlu kəndində yaşayır. X10 onun həmkəndlisi və qonşusudur. Bəhlul İlyaszadənin ailə üzvləri ilə aralarında heç bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. 22 iyul 2022-ci il tarixdə saat təxminən 10 radələrində o, sahədə malqaralarını otardığı zaman Bəhlul velosipedlə onun yanına gəlib velosiped sürüb oynadığını görmüşdür. Həmin vaxt o, Bəhlulu yanına çağırmış və ehtiraslandığı üçün onun qısa şalvarını aşağı çəkib yerə yıxaraq bərkləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə sürtmüşdür. Həmin vaxt Bəhlul ağladığı üçün onuburaxaraq ayağa durmuş,Bəhlul da velosipedini sürüb evlərinə tərəf getmiş, o isə sonuncunun ardınca gedərək onların evlərinə çatdıqdan sonra Bəhlulun anası Türkanı görüb oğlu Bəhlulun onların yonca sahəsində ağladığını gördüyü üçün onlara təhvil vermək üçün gəldiyini demişdir. Bundan sonra qayıdıb evlərinə getmiş və evdə atası Tahirə məxsus mobil telefonu götürüb Bəhlulun atası Bəhruzun xatırlamdığı mobil telefon nörməsinə zəng edərək oğlu Bəhlulun onlara məxsus yonca sahəsində ağladığını görüb onu evlərinə aparıb təhvil verdiyini demişdir. Bir müddət sonra isə Bəhlulun valideyinləri onun valideyinlərinə bu barədə məlumat verib danışdıqları üçün anası Pərvanə o, yatılı olduğu zaman onu durğuzub Bəhlulun atasının onun atası Tahirə zəng edərək törətdiyi hadisəni danışdığını və Bəhlula cinsi təcavüz etdiyini dediyini bildirmişdir. O da bu barədə anasına danışmış və Bəhlula qarşı cinsi təcavüz etdiyini etiraf etmişdir. Bundan sonra Valideyinləri üzrxahlıq üçün Bəhlulgilə getdiyi üçün o da valideyinlərinin ardınca Bəhlulgilə getmiş və Bəhlulun atası Bəhruzdan üzürxahlıq etmişdir. Sonradan isə onların rayon polis şöbəsinə şikayət etdiklərini eşitmiş və polis əməkdaşlarının dəvəti ilə atası ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir Bəhlul İlyaszadə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, cinsiyyətorqanınıonunarxasınasürtmüşdür. lakin spermasını axıtmamış və boşalmamışdır. Bəhlul İlyaszadə ilə əvvəllər də hər hansı formada cinsi əlaqədə olmamış və ya ona qarşı hər hansı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Bəhlul İlyaszadəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra bu barədə öz valideyinlərinə danışmışdır. Bəhlulu evlərinə apardığı zaman sonuncu evə velosipedlə, özü isə piyada getmişdir.İbtidaiistintaqzamanıifadəsində cinsiyyət orqanını Bəhlulun arxa keçəcək dəliyinə daxil edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını, həminvaxt arxa nahiyəsinin qanadığını görməsini, törətdiyi əməli etiraf etməsi üçün rayon polis şöbəsində hər hansı təziqə məruz qalmadığını deməyini onunla əsaslandırmışdır ki, ifadəsini oxumamış müstəntiq nə yazmışdırsa imza etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında son sözündə ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini, Bəhlul İlyaszadəyə qarşı hər hansı cinayət törətmədiyini, ibtidai istintaq zamanı ifadələrində cinayət törətməsini etiraf etməiyini isə müstəntiqlə vəkilinin onu aldadaraq cinayəti etiraf etməsini dedikləri üçün etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı X10 dindirmə zamanı suallara cavab olaraq susmuş və başını aşağı-yuxarı etməklə cavab vermiş və onun dindirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirdi ki,ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Xoruzlu kəndində yaşayır. Heç bir yerdə işləmir, 3 azyaşlı övladı var. Təqsirləndirilən şəxs onun həmkəndlisi və qonşusudur. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 22 iyul 2022-ci il tarixdə, saat təxminən 11 radələrində yaşadığı evdə olan zaman xx.xx.2015-ci il təvəllüdlü oğlu X10 həyəcanlı vəziyyətdə və ağlaya-ağlaya yaşadıqları evə gəlmiş, onunla birlikdə isə qonşuları Təqsirləndirilən şəxs gəlmiş və ona yaxınlaşaraq oğlu Bəhlulun kəndin ərazisində su borusunun üzərindən yerə yıxıldığını və qorxduğunu bildirmiş, ona su verməyini məsləhət görüb çıxıb getmişdir. Bəhluldan nə baş verdiyini soruşduqda sonuncu ağlaya-ağlaya qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqları evin yaxınlığında velosiped sürən zaman Rəmzinin onu aldadaraq özlərinə məxsus yonca sahəsinə aparıb örüş yerində mal-qaranın yanında yoncanın içərisinə uzandırıb arxa keçəcək nahiyəsinə cinsiyyət orqanını soxduğunu bildirmişdir.Həmin vaxt o, oğlu Bəhlulun əynində olan qısa şalvarın qan içində olduğunu görmüşdür. Bundan sonra Bəhlulun arxa nahiyəsinə baxan zaman onun arxa keçəcək dəliyindən qan axdığını görmüşdür. Sonra həyat yoldaşı Bəhruza zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra həyat yoldaşı Bəhruz yaşadığı evə gəlmiş və Rəmzinin ona da zəng edib Bəhlulun yıxıldığını dediyini bildirmişdir. Bəhlul olanları həyat yoldaşı Bəhruza da danışdıqdan sonra onlar Bəhlulu götürüb yaşadıqları kənddə yaşayan Briliyant adlı həkimin yanına aparmışlar. Həkim Bəhlulun arxa nahiyəsinə baxdıqdan sonra onun arxa keçəcək dəliyindəki xəsarətin yıxılma nəticəsində deyil, cinsi təcavüz nəticəsində yetirliməsinin mümkün olduğunu bildirmişdir. Bundan sonra yaşadıqları evə gəldikdən sonra həyat yoldaşı Bəhruz Rəmzinin atası Tahirə zəng edərək evə dəvət etmiş və onlar sonuncuya baş verənlər barədə danışmışlar. Rəmzinin atası Tahir isə övladından imtina edəcəyini bildirmiş, bir qədər sonra isə Rəmzi onların yaşadıqları evə gəlmiş və törətdiyi işi həyat yoldaşı Bəhruza əvvəlcə etiraf etməsə də sonradan etiraf edib onu bağışlamalarını xahiş etmişdir. Tahir və həyat yoldaşı Pərvanə oğlu Rəmzinin səhv hərəkətlər etdiyini bildirsələr də onlarla razılaşmayaraq DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Bəhlulun həmin vaxtı əynində olmuş qısa şalvarını və koftasını istintaqa təqdim etmişdir. Hadisədənikigünsonra Rəmzinin valideyinləri səhər saatlarında onların yaşadıqları evə gələrək barışıq ərizəsi vermələri üçün onlara pul təklif etmişlər, lakin o və həyat yoldaşı Bəhruz razılaşmayıb bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişlər. Bəhlulu Xoruzlu kənd orta məktəbinin 1-ci sinfini bitirb. Lakin utancaq uşaq olduğu üçün yad adamlarla danışmır. Bəhlul ona ağlaya-ağlaya bildirmişdir ki, onu Rəmzi yonca sahəsinə apararaq yerə yıxıb və cinsiyyət oraqını onun arxa keçəcək dəliyinə soxmuşdur. O qışqırıb ağladıqdan sonra Rəmzionu buraxıb və əgər kiməsə bu barədə danışacağı təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Onlar oğlu Bəhlulu həkimə aparanda həkimə ilk öncə nə baş verdiyini deməmişlər. Belə ki, o, həkimə demişdir ki, “həkim deyillər guya yıxılıb, amma mən bilirəm ki, oğlum yıxılmayıb”. Siz də baxın görün oğluma nə olub”. Bundan sonra həkim oğlunu müayinə edib və ona arxa keçəcək nahiyəsindən təcavüz edilə biləcəyini, belə ki, xəsarətlərinin yıxılmaya xarakterik olmadığını bildirmişdir.Təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Xoruzlu kəndində yaşayır. Fərdi qaydada fəhlə işləyərək ailəsini dolandırır. Evlidir, 3 azyaşlı övladı var. xx.xx.2015-ci il təvəllüdlü X10 onun oğludur. X17 isə onun həmkəndlisi və qonşusudur. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 22 iyul 2022-ci il tarixdə, saat təxminən 11 radələrində yaşadığı kənddə yerləşən məktəbin ərazisindən sökülmüş mişar daşlarını yaşadığı evə gətirmək istədiyi zaman Təqsirləndirilən şəxs ona atası Tahirin istifadəsində olan xatırlamadığı mobil nörmədən zəng edərək harada olduğunu soruşmuş və oğlu Bəhlulun velosipeddən su borusunun üzərinə yıxıldığını və arxa nahiyəsindən qan axdığını demişdir. O, isə sonuncuya “uşaq yıxıla-yıxıla yekələr” ifadəsini işlətmişdir. Bir qədər sonra isə həyat yoldaşı Qanuni nümayəndə ona ağlaya-ağlaya zəng edərək Rəmzinin oğlu Bəhlula nəsə etdiyini və arxasından qan gəldiyini bildirib yaşadıqları evə gəlməsini istəmişdir. Həmin vaxt o, dərhal yaşadığı evə getdikdən sonra həyat yoldaşı Türkan ona evdə olduğu zaman Bəhlulun həyəcanlı vəziyyətdə və ağlaya-ağlaya qonşuları Rəmzi ilə birlikdə yaşadıqları evə gəldiyini, Bəhlulun velosiped sürən zaman Rəmzinin onu özlərinə məxsus yonca sahəsinə apararaq örüş yerində mal-qaranın yanında yoncanın içərisinə uzandırıb arxa keçəcək nahiyəsinə cinsiyyət orqanını soxduğunu bildirmişdir. Həmin vaxt o, Türkanla birlikdə Bəhlulun əynində olan qısa şalvarın qan içində olduğunu və arxa nahiyəsinə baxan zaman isə arxa keçəcək dəliyindən qan axdığını görmüşdür. Bundan sonra birlikdə oğlu Bəhlulu götürüb yaşadığı kənddə yaşayan Briliyant adlı həkimin yanına aparmışlar. Həkim Bəhlulun arxa nahiyəsinə baxdıqdan sonra arxa keçəcək dəliyinə cinsi təcavüz nəticəsində xəsarət yetirilmənin mümkün olduğunu və yıxılmaqla bu cür xəsarət alınmasının mümkün olmadığını demişdir. Bundan sonra yaşadığı evə gələrək o, Rəmzinin atası Tahirə zəng edib yaşadığı evə dəvət etmiş və baş verənlər barədə danışmışdır. Tahir isə övladından imtina edəcəyini demişdir. Bir qədər sonra isə Rəmzi onun yaşadığı evə gələrək törətdiyi işi etiraf edib bağışlanmağını xahiş etmişdir. Lakin onlar Rəmzi və ailə üzvləri ilə razılaşmamışlar. Həmin vaxt Tahir və həyat yoldaşı Pərvanə oğlu Rəmzinin səhv hərəkətlər etdiyini bildirsələr də onlar razılaşmayıb DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Bəhlul Tərtər rayonu, Xoruzlu kənd orta məktəbinin 1-ci sinfini bitirsə də utancaq uşaq olduğu üçün yad adamları görəndə danışmır. Ancaq anası Türkanın və onun yanında danışır. Bəhlul ona da həyat yoldaşı Türkana danışdığı kimi baş verələnləri ətraflı danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki,Tərtər rayonu, Xoruzlu kəndində yaşayır. 1982-ci ildən Tərtər MRX-nin Xoruzlu həkim məntəqəsinin həkimi vəzifəsində çalışır. X10 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Həmin şəxslərlə və ailə üzvləri ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. 22 iyul 2022-ci il tarixdə, saat təxminən 16 radələrində Qanuni nümayəndə həyat yoldaşı Bəhruz Abbasov ilə birlikdə övladları Bəhlul İlyaszadəni onun yaşadığı evə gətirərək Bəhlul İlyaszadənin arxa anus nahiyəsində xəsarət olduğunu və otura bilmədiyini bildirmişlər. Həmin vaxt o, Bəhlul İlyaszadənin anus ətrafına baxmış və həmin hissədə sıyrıntıların olduğunu görmüşdür. Bundan sonra Bəhlulun anus hissəsinin daxilində xəsarətin olmasını ehtimal edib Bəhlulun valideynlərinə cərraha müraciət etmələrini məsləhət görmüşdür. Həmin vaxt Bəhlul İlyaszadənin valideynləri Qanuni nümayəndə və Bəhruz ona Bəhlula qarşı kimin cinsi təcavüz etməsi barədə heç nə deməmişlər. Belə ki, Bəhululun valideynləri yəqin ki, həmin vaxt utandıqları üçün ona bu barədə məlumat verməmiş və uşağın yıxıldığını demişlər. O, isə həmin vaxt Bəhlulun yarasına baxdıqdan sonra yıxılma nəticəsində yaranmağa xarakterik olmadığınıgördüyü üçün anus dəliyinin daxilində də problem ola biləcəyindən şübhələnib cərraha müraciət etmələrini məsləhət görmüşdür. Lakin Bəhlula qarşı cinsi təcavüzün olmasından şübhələnsə də dəqiqliklə deyə bilməmişdir. Bir neçə gün sonra isə o, yaşadığı kəndin ərazisində kənd sakinlərindən xatırlamadığı şəxslərdən Bəhlula qarşı həmkəndlisi Təqsirləndirilən şəxs cinsi təcavüz etdiyini eşitmişdir. Bəhlulun valideynləri həmin vaxt ona Bəhlula qarşı Rəmzinin cinsi təcavüz etməsi barədə heç nə deməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Xoruzlu kəndində yaşayır. Heç bir yerdə işləmir. İİ qrup əlildir. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Təqsirləndirilən şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs subaydır və heç bir yerdə işləmir. Qanuni nümayəndə və həyat yoldaşı Şahid1 onun qonşusudur. Həmin şəxslərlə əvvəllər aralarında münasibətləri yaxşı olmuş və aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 22 iyul 2022-ci il tarixdə, saat təxminən 16:30 radələrində Bəhruz ona istifadəsində olan xatırlamadığı mobil nömrəsindən zəng edərək oğlu Rəmzinin Bəhlula qarşı cinsi təcavüz etdiyini bildirib yaşadığı evə gəlməyini xahiş etmişdir. Buna görə də o, oğlu Rəmzi və həyat yoldaşı Şahid4 ilə birlikdə Bəhruzun yaşadığı evə getmişdir. Orada olan zaman Bəhruz və həyat yoldaşı Türkan övladları Bəhlulu göstərib arxa nahiyəsindən Rəmzinin təcavüz etdiyini bildirmişlər. O, isə belə bir hadisənin mümkün olmadığını bildirmiş və üzürxahlıq edib hər şeyi aydınlaşdırmağın lazım olduğunu demişdir. Lakin onlar Türkanınsakitləşmədiyini görüb həyat yoldaşı Pərvanə ilə birlikdə Türkanı sakitləşdirməyə çalışsalar da Türkan onlara məhəl qoymamışdır. Sonradan polis əməkdaşlarının dəvəti ilə o, oğlu Rəmzini rayon polis şöbəsinə gətirmişdir.Qanuni nümayəndə ifadəsində yalan danışmışdır. Belə ki, o, həyat yoldaşı Pərvanə ilə birlikdə Türkanın və həyat yoldaşı Bəhruzun əsəbi olduğunu görüb üzürxahlıq etsələr də, lakin oğlu Rəmzi səhv etdiyini deyib üzr istəməmişlər. Rəmzi də həmin vaxt onlar kimi Türkanı və Bəhruzu sakitləşdirməyə çalışmışdır. Belə ki, o, oğlu Rəmzinin Bəhlula qarşı təcavüz etdiyinə inanmır. Çünki ki, oğlu Rəmzi belə bir iş görə bilməz. Oğlu Rəmzinin nə üçün Bəhlula qarşı seksual xarakterli hərəkətlər etdiyini etiraf etməsini isə bilməmişdir. O, oğlu Rəmzidən Bəhlula qarşı cinsi təcavüz edib-etməməsi və Bəhlula qarşı seksual xarakterli hərəkətlər edib-etməməsi barədə sorğu edən zaman Rəmzi belə bir hadisə törətmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,hadisənin baş verdiyi yerə zərəçəkmiş şəxs X8 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin Tərtər rayon Xoruzlu kəndi ərazisində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı göstərib təqdim etdiyi ailəsinə məxsus əkin sahəsi olması və əkin sahəsində yonca bitkisinin olması müəyyən edilmişdir. Baxış zamanı zərəçəkmiş şəxs və onun qanuni nümayəndəsi hadisənin baş verdiyi yeri göstərib təqdim etmişlər. Bəhlul İlyaszadə hadisənin baş verdiyi yeri göstərib təqdim etsə də asta səslə hadisə yerinin həmin yer olduğunu bildirmiş, lakin başqa heç nə danışa bilməmişdir. Zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun hadisə günü ona danışdıqlarını əyani şəkildə göstərərək danışmışdır. Baxış zamanı protokol tərtib edilmiş, foto və videoçəklişdən istifadə edilmiş və istintaq materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,zərərçəkmiş şəxs X7 məxsus 01 (bir) ədəd boz rəngli göy zolaqlı,oturacaq hissəsində qanabənzər ləkələr olan qısa şalvar, üzərində ot ləkəsinə bənzər yaşıl rəngli ləkələr olan 01 (bir) ədəd mavirəngli, sinəsində müxtəlif yazı və şəkillər olan kofta müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs ifadəsinin həqiqliyini yoxlamaq məqsədi ilə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti həyata keçirilmiş və sonuncu ifadəsinin yerində yoxlanması zamanı da ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və törətdiyi əməli etiraf edərək törətdiyi cinayət əməlini hadisənin baş verdiyi yerdə əyani şəkildə göstərərək ifadə etmişdir. Onun göstərdiyi xüsusatlar arasında ziddiyyət müəyyən edilməmişdir. İstintaq hərəkətinin gedişinə dair protokol, foto və videoçəkliş istintaq materiallarına əlavə edilmişdir. Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki,tapşırıq əsasında bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və Bəhlul İlyaszadəyə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin Tərtər rayon Xoruzlu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilsə də, hadisəni görmüş şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, həmçinin zərərçəkmiş şəxsə qarşı hər hansı başqa şəxsin də analoji hərtəkətlərə yol verməsi barədə hər hansı fakt müəyyən edilməmişdir. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir və gələcəkdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı hal müəyyən edilərsə bu barədə istintaq qrupuna məlumat veriləcəkdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 235 saylı rəyindən görünür ki,azyaşlı X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sol sağrı nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X1 arxa keçəcək dəliyində müəyyən edilmiş xəsarətlər – 2 (iki) ədəd çat, cırılmış yarası və qançırı uzunsov küt əşyanın təsirindən ola bilsin gərginləşmiş kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində əmələ gələ bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Azyaşlı Zərərçəkmiş şəxs müayinəsi zamanı mütəmadi olaraq arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri müşahidə olunmamışdır. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 507/2022-MTBŞ saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – A/İİ/. X4 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunmuş X7 məxsus şortik üzərində insan qanı ləkələri aşkar olunmuş, bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən X7 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan X7 məxsus kofta üzərində şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş X7 məxsus şortik və kofta üzərindəki ləkələrdə spermatozoidlər aşkar olunmadı. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 616 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və həkətlərinə rəhbərlik etmək iqtidarnda olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yyardım üçün həkim psixiatra müraciət etməməsi, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür, intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 616 saylı rəyindən görünür ki,X4 fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. X4 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. X5 pedaqoji baxımsızlıq aşkar edilir. X10 hal-hazırda hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkmir. X10 hər hansı psixi pozuntudan əziyyət çəkmir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1545 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Tərtər rayon Xoruzlu kənd inzibati ərazi dairəsi üzrə namyəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxsTərtər rayon Xoruzlu kəndində atası Şahid3, anası Şahid4 və X14 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tərtər rayon X12 Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,Təqsirləndirilən şəxs narkoloji və ruhi əsəb kabinetlərində qeydiyyatda dayanmır. № 192120 saylı vəsiqənin surətindən görünür ki, Şahid3 oğlu İİ qrup əlilidir. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xəstəliklər cədvəlinin “1a” maddəsinə əsasən (Nazirlər kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki,iş üzrə maddi sübut olan hadisə zamanı zərəçəkmiş şəxs X3 əynində olmuş üzərində qan ləkələri olan 01 ədəd qısa şalvar və 01 ədəd kofta Tərtər rayon PŞ-də saxlanılır.Eləcə də iki ədəd disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək on dörd yaşına çatmayan Zərərçəkmiş şəxsilə qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, cinsiyyət orqanını onun arxasına sürtdüyünü, son sözündə isə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs qarşı hərhansı seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Həmin vaxt o, Bəhlulu görüb yanına çağırmış və ehtiraslandığı üçün onun qısa şalvarını aşağı çəkib yerə yıxaraq bərkləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə daxil edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa başlamışdır. Həmin vaxt Bəhlul İlyaszadə qışqıraraq ağladığı üçün o, sonuncunu buraxaraq ayağa durmuş və Bəhlulun arxa nahiyəsinin qanadığını görmüşdür. Cinsi əlaqə təxminən 15-20 saniyə davam etmiş, lakin spermasını axıtmamış və boşalmamışdır. Bəhlul İlyaszadəyə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra bu barədə öz valideyinlərinə danışmışdır. Törətdiyi əməli etiraf etməsi üçün rayon polis şöbəsində hər hansı təziqə məruz qalmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən atasının İİ qrup əlili olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Tərtər Rayon Polis Şöbəsində saxlanılan zərəçəkmiş şəxs X3 əynində olmuş üzərində qan ləkələri olan 01 ədəd qısa şalvar və 01 ədəd koftazərər çəkmiş X3 qanunui nümayəndəsinə və ya onun yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. Eləcə də cinayət işinə əlavə edilmişiki ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k me t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 23 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Tərtər Rayon Polis Şöbəsində saxlanılan zərəçəkmiş şəxs X3 əynində olmuş üzərində qan ləkələri olan 01 ədəd qısa şalvar və 01 ədəd kofta zərər çəkmiş X3 qanunui nümayəndəsinə və ya onun yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin. Eləcə də cinayət işinə əlavə edilmiş iki ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-186/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-186/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver