Məhkəmə qərarları › İş №1(100)-187/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-187/2020

06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-187/2020 06.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, müdafiəçilər – Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkilləri X4, X1 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və yerdə qohumları – X8, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən ayrı-ayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Babək Sultanovun istifadəsində olan “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin siləcəklərinin mühərriki yerləşən hissədə olan boşluqda gizlətməklə saxlamış, Babək Sultanovun əvvəlcədən Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan keçib Gürcüstana gedərək onları orada qarşılayacağı barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1 isə qeyd olunan narkotik vasitəni özünün müşayiəti və nəzarəti altında Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə Gürcüstana apararaq Babək Sultanova təhvil verilməsi və daha sonra birlikdə realizəsini həyata keçirmək üçün sonuncu tərəfindən verilmiş etibarnamə əsasında həmin nəqliyyat vasitəsini idarə edərək Təqsirləndirilən şəxs2la birlikdə Azərbaycan Respublikasından Gürcüstana daşıyarkən, həmin gün saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qəsdən gizli yolla keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı həmin narkotik vasitə avtomobilin qeyd olunan mühərrik hissəsindən aşkar edilərək götürülmüş, Babək Sultanov isə həmin gün saat 19:05 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmişdir. Eləcə də ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və yerdə oğlu X8, qohumu Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən ayrıayrılıqda çəkiləri 458,012 qram, 452,615 qram, 448,819 qram və 407,435 qram olmaqla 4 bağlamada külli miqdarda, ümumilikdə 1766,881 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Babək Sultanovun istifadəsində olan “Mercedes Benz 190 minik” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön alın şüşəsinin siləcəklərinin mühərriki yerləşən hissədə olan boşluqda gizlətməklə saxlamış, Babək Sultanovun əvvəlcədən Qazax rayonu, İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan keçib Gürcüstana gedərək onları orada qarşılayacağı barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1la birlikdə qeyd olunan narkotik vasitəni özlərinin müşayiəti və nəzarəti altında Azərbaycan Respublikasından qaçaqmalçılıq yolu ilə Gürcüstana apararaq Babək Sultanova təhvil verilməsi və daha sonra birlikdə realizəsini həyata keçirmək üçün sonuncu tərəfindən verilmiş etibarnamə əsasında Təqsirləndirilən şəxs1 həmin nəqliyyat vasitəsini idarə edərək onunla birlikdə Azərbaycan Respublikasından Gürcüstana daşıyarkən, həmin gün saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qəsdən gizli yolla keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı həmin narkotik vasitə avtomobilin qeyd olunan mühərrik hissəsindən aşkar edilərək götürülmüş, Babək Sultanov isə həmin gün saat 19:05 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Müşfiq Rəhimov vəsatət verərək vəsatətində hər iki təqsirləndirilən şəxslərə verilmiş cəlb qərarlarında və ittiham aktında avtomaşından narkotik vasitənin gömrük əməkdaşları tərəfindən aşkar edilməsinin tarixi ili və günü qeyd edilmədiyindən, təqsirləndirilən şəxslərin ittiham elan edilən əməldə özlərini qismən təqsirli bilərək öz müdafiələri üçün dəlil gətirmələrinə baxmayaraq, onların göstərdiyi dəlillər istintaq orqanı tərəfindən araşdırılmayraq hüquqi qiymət verilmədiyindən, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi tövsifedici əlamət kimi göstərilməsinə baxmayaraq, ittiham aktında CM-in 61.3 maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal kimi qeyd edildiyindən, ittiham aktı CPM-in tələblərinə uyğun tərtib edilmədiyindən, Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadığından, CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsas olduğundan, cinayət işi üzrə yol verilmiş qeyd olunan kobud pozuntuların aradan qaldırılması üçün cinayət işinin məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş Qazax RPŞ İB-nin müstəntiqi, polis baş leytenantı X9 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri X4 və X7 vəsatət verərək, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmədə həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdilər. X2 və Vüqar Süleymanov vəsatətlərini onunla əsaslandırmışlar ki, ittiham aktında hadisənin baş vermə tarixi və yeri göstərilməmiş, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı real olaraq müdafiəçi ilə təmin olunmamışlar. Bununla da təqsirləndirilən şəxslərin şəxslərin müdafiə hüququ pozulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrı-ayrılıqda müdafiəçilərin vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə, cinayət işinin materiallarını, dövlət ittihamçısının və müdafiəçilərin vəsatətlərini nəzərdən keçirib qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.1-ci və 303.3.6-cı maddələrinin tələbləri pozulduğundan, məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 289.3.1-ci maddəsi isə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlməsini ehtiva edir. Cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsinin baş vermə tarixi və yeri ittiham aktında göstərilməmiş , ittiham aktı cinayət işinin materiallarına uyğun tərtib edilməmiş, ittiham aktında qeyd olunan cinayətin törədilmə vaxtı və yeri qeyri-müəyyən olaraq qalmışdır. Bundan başqa istintaq orqanı tərəfindən təqsirləndirlən şəxsə « qabaqcadan əlbir olan bir qrup şəxs halında» cinayət törətmələrinə görə ittiham verilməsinə baxmayaraq, ittiham aktında təqsirləndirilən şəxslərin həm də cinayətkar qrup halında cinayət törətmələri qeyd olunduğundan, heç bir hüquqi əsas göstərilmədən ikili ittiham verilərək ittihamda qeyri müəyyənlik yaradılmışdır. Bundan başqa təqsirləndirilən şəxslərin ittiham elan edilən əməldə özlərini qismən təqsirli bilərək öz müdafiələri üçün dəlil gətirmələrinə baxmayaraq, onların göstərdiyi dəlillər istintaq orqanı tərəfindən araşdırılmayaraq hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi tövsifedici əlamət kimi göstərilməsinə baxmayaraq, itiham aktında CM-in 61.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal kimi qeyd edilmişdir. Bununla da Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.6-cı maddəsinin tələbləri pozularaq, yəni ittiham aktı cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmədiyindən, təqsirləndirilən şəxslərin nədə ittiham olunmaqları qeyri müəyyən olduğundan süni şəkildə müdafiə huquqları məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntunun məhkmədə aradan qaldırılması mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə təqsirləndirilən şəxlərin barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün də əsaslar yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1., 303.2., 303.3.6-cı maddələrini rəhbər tutub məhkəmə, qərara aldı:

1. Dövlət ittihamçısı X10, X3 Gülmalı qızı və X1 vəsatətləri təmin edilsin.

2. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

3. Təqsirləndirilən şəxslər İslam Mehdi oğlu və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın.

4. Cinayət işi üzrə Qazax rayon Baş Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı X9 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılsın.

5. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxslərə və müdafiəçilərə göndərilsin.

6. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar