Məhkəmə qərarları › İş №1(100)-187/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-187/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-187/2021 25.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi,hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili –X5 və Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid3 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bərdə rayonunun Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, yetkinlik yaşına çatmayan, fərdi əməklə məşğul olan, Bərdə rayonunun Məmmədli kəndində daimi qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmiş Məmmədzadə Ruslan Namiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 25 avqust 2020-ci il tarixdə saat 19 radələrində Bərdə rayonunun Məmmədli kəndinin girəcəyində “dördyol “ adlandırılan və kəndin yaşayış sahələrinin yerləşdiyi yerə çatmağa 400 metr məsafə qalmış olan həmin yol hissəsində xx.xx.2003cü il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan həmkəndlisi Zərərçəkmiş şəxs ilə həmin gündən br gün əvvəl,yəni 24.08.2020-ci il tarixdə kəndin kənarında boş əkin sahəsində mübahisə edib dalaşdıqlarından və sonuncunun kəllə ilə ağız nahiyəsindən vurduğundan, 25 avqust 2020-ci il tarixdə saat 19 radələrində yenidən “ dördyol “ ayrıcında qarşılaşarkən Zərərçəkmiş şəxs ona “ sən cındırsan qeyrətsizssən” deyib aralarında 24.08.2020- ci il tarixdə baş vermiş mübahisədə onu günahlandıraraq, qəsdən yumruqla Təqsirləndirilən şəxs alın nahiyəsindən bir dəfə vuraraq və həmin zərbənin təsirindən Təqsirləndirilən şəxs yerə yıxılmasından istifadə edərək, onun üzərində oturub onu döydüyündən və nəticədə Təqsirləndirilən şəxs sağ bazunun orta 3\1 nin bayır səthinin qançırı, alının sağ yarısında tüklü hissəyə keçən nahiyənin səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirib bu tərsdə döymə hərəkətlərini davam etdirdiyindən, Təqsirləndirilən şəxs həmin vəziyyətdə onun altından çıxmaq üçün cibində olan mətbəx bıçağını çıxarıb, Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön yan divarından qədən bir dəfə vuraraq, həmin nahiyədən daxilə keçən torokoabdominal kəsilib-deşilmiş yaralanması, qara ciyərin sol payının və diafraqmanın zədələnməsi, sol said və sağ bilək nahiyəsində kəsilmiş yaraları ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 avqust 2020 ci il tarixdə saat 19 radələrində o, yaşadığı kənddən kənarda yerləşən pay torpağında əkmiş olduqları yonca sahəsini suvarmağa gedərkən, kəndin girəcəyində dördyol sahəsindən 100-200 metr irəlidə həmyaşıdı Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Həmin vaxt onlar zarafat etmişlər. Bu zaman Ümid ona qarşı söyüş işlətmiş və aralarında mübahisə baş vermişdir. Bu səbəbdən onlar yolun kənarında olan boş əkin sahəsinə Mədət kişinin pay torpağına keçib orada mübahisəni aydınlaşdırmağı qərarlaşdırmışlar. Onlar bir-biri ilə tutaşan zaman, onun başı təsadüfən Ümidin ağzına dəymişdir. O, həmin vaxt Ümidə onu qəsdən vurmadığını bildirsə də, Ümid ona inanmamışdır. Bundan sonra onlar mübahisə etmədən evlərinə qayıtmışlar. Ümidlə aralarında olan mübahisə xırda mübahisə olduğundan o, evdə ailə üzvlərinə heç nə deməmişdir. O, evdə olarkən Ümidin atası Namiq onun atası Namiqi çağırmış, o, onların söhbətinə qulaq asan zaman Ümidin atası Namiq atasına Ümidi vurduğunu deyib öz narazılığını bildirmiş, atası da Ümidin atası Namiqə onu cəzalandıracağını bildirmişdir. Bundan sonra Ümidin atası Namiq çıxıb getmişdir. 25 avqust 2020-ci il tarixdə saat 19 radələrində o, evdən çıxıb kəndin kənarında olan pay torpaqlarında əkdikləri yonca sahəsini suvarmağa gedərkən, kəndin girəcəyinə 200-300 metr qalmış dördyol deyilən yerdə Ümidlə rastlaşmışdır. Bu zaman onların arasında yenidən mübahisə baş vermiş və anidən Ümid onun alın nahiyəsindən qəflətən yumruqla bir dəfə zərbə endirmişdir. Həmin vaxt o, sağ tərəfi üstə yerə yıxılmış və ani vəziyətdə başı gicəllənmişdir. Bu zaman Ümid onun üzərində oturub əlləri ilə onu döyərkən o, sahəyə gedərkən lazım olduğundan üstündə olan evdən götürdüyü mətbəx bıçağını cibindən çıxarıb, Ümidin sol ön yan tərəfindən qarnından bıçaqla bir dəfə vurmuşdur. Ümid bıçağı ondan almaq istəyərkən, bıçaq onun əl-qoluna da dəymişdir. Bundan sonra Ümid atası Namiqə zəng vurub onun tərəfindən bıçaqlandığını demişdir. O da Ümidin atasının gəlib onu döyəcəyini düşünüb qardaşı Əvəzə zəng edib kəndin çıxacağında sahəyə yaxın dördyol deyilən yerdə olduğunu və Ümid tərəfindən döyüldüyünü, Ümidi bıçaqla vurduğunu deyib tez həmin yerə gəlməsini bildirmişdir. Təxminən 10 dəqiqə sonra onun qardaşı Əvəz gəlmiş, beş-on dəqiqə sonra isə Ümidin atası Namiq gəlmişdir. Ümidin atası Namiq onun qardaşı ilə birləşib oğlunu vurduqlarını zənn edib qardaşı Əvəz ilə mübahisə edərkən, əlindəki ağacla qardaşı Şahid4 başından bir dəfə vurub xəsarət yetirmişdir. O, qardaşının başından qan axdığını görüb qorxmuş, özünü itirib nə etdiyinə diqqət etmədən və Şahid1 bu işdə qardaşı Əvəzin o, günahı olmadığını bildirib, Şahid1lə dalaşmışdır. Bu zaman onun dayısı Vaziq sonuncuya məxsus “VAZ-2107” markalı maşını ilə atası Şahid3la birlikdə onların yanlarına gəlmişlər. Ümidin xəsarətinin ciddi olduğunu görən onun dayısı Vaziq və atası Namiq Ümidi xəstəxanaya aparmaq istəsələr də Ümidin atası Şahid1 əsəbi olduğundan razılaşmamışdır. Bundan sonra Vaziq onu, qardaşı Əvəzi və atası Şahid3 maşını ilə götürüb evlərinə gətirib düşürdükdən sonra çıxıb getmişdir. Əməlindən peşmandır, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 avqust 2020 ci il tarixdə saat 19 radələrində o, kəndin girəcəyində dördyol deyilən yolayrıcında Təqsirləndirilən şəxs ilə rastlaşmış və bir-biri ilə zarafat etmişlər. Həmin vaxt o, Ruslana qarşı söyüş işlətmiş və aralarında mübahisə baş vermişdir. Bu səbəbdən onlar yolun kənarında olan boş əkin sahəsinə, Mədət kişinin pay torpağına keçib orada mübahisəni aydınlaşdırmağı qərarlaşdırmışlar. Onlar bir-biri ilə tutaşan zaman, Ruslan başı ilə onun ağzından bir dəfə vurmuşdur. Ruslan həmin vaxt ona qəsdən vurmadığını bildirmiş, o da heç bir söz deməmişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Evdə atası dodağının şişdiyini görüb nə baş verdiyini soruşmuş, o da Ruslanla aralarında baş verənləri atasına demişdir. Bundan sonra atası Ruslangilə gedib onun atasına irad bildirmişdir. 25 avqust 2020-ci il tarixdə saat 19 radələrində o, kəndin girəcəyində dördyol deyilən yolayrıcından keçib mağazaya gedərkən Ruslanın sahəyə tərəf getdiyini görmüş, həmin vaxt onların yenidən mübahisəsi olmuşdur. Mübahisə zamanı o, Ruslanın alnından bir dəfə yumruqla vurmuş, Ruslan yerə yıxılmış və o, sonuncunun üzərində oturub onu qalxmağa qoymamışdır. Bu zaman Ruslan üzərində olan bıçaqla onun sol qabırqa nahiyəsinin altından bir dəfə vurmuşdur. Bundan sonra o, Ruslanı buraxmış və atası Namiqə zəng edib hadisə barədə ona danışmışdır. Bu zaman Ruslan da qardaşına zəng edib onu olduqları yerə çağırmışdır. Ruslanın qardaşı Əvəz onların yanına gəlib dalaşdıqları üçün hər ikisini danlamağa başlamışdır. Bu zaman atası Namiq gəlmiş və Əvəzlə Ruslanı görüb onların birləşərək onu döydüklərini zənn edib əlindəki ağacla Əvəzin baş nahiyəsindən yüngül zərbə endirmiş və Əvəzin başı qanamışdır. Bunu görən Ruslan onun atası ilə dalaşmışdır. Bu zaman Ruslanın atası Namiq və dayısı Vaziq sonuncuya məxsus avtomobillə həmin yerə gəlmişlər. Bu zaman onun atası Ruslanın atası Namiqə dünən onlara gedib Ruslanı tənbeh etməsini deyib iradını bildirmişdir. Ruslanın atası Namiq və dayısı Vaziq onun və atasının bıçaqlandığını görüb onları xəstəxanaya aparmaq istəmişlər. Ancaq onun atası əsəbi olduğu üçün onlara başqa avtomobillə gedəcəklərini bildirmişdir. Bundan sonra Namiq və X13 avtomobilə mindirib evlərinə getmişlər. Sonra onun atası kənd sakini Xanlara zəng vurmuş və Xanlar öz avtomobili ilə həmin yerə gəlib onları Bərdə MRX-na aparmışdır. X8 barışmışdır, ona vurulan zərər ödənilmişdir, ondan şikayət və tələbi yoxdur, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 avqust 2020-ci il tarixdə saat 20 radələrində oğlu Ümidin dodağı şişmiş vəziyyətdə evə gəldiyini görmüşdür. O, Ümiddən bu barədə soruşmuş. Ümid ona Ruslanla dalaşdığını demişdir. Bundan sonra o, Ruslangilin evinə getmiş və Ruslanın atası Şahid3 çağıraraq oğlu Ruslanın Ümidlə dalaşıb onu döydüyünü deyib, oğlunu tənbeh etməsini bildirmişdir. Ruslanın atası Namiq də Ruslanı tənbeh edəcəyini demişdir. 25 avqust 2020-ci il tarixdə təxminən saat 19-20 radələrində Ümid ona öz mobil telefonu ilə zəng vuraraq kəndin girəcəyində dördyol deyilən yol ayrıcının yanında Ruslanla dalaşdığını, Ruslanın onu bıçaqla vurduğunu bildirmişdir. O tez həmin yerə getmişdir. O, həmin yerə çatarkən orada Ruslanla oğlu Ümidin yerdə uzanıqlı olduqlarını, Ruslanın qardaşı Əvəzin isə Ruslanın yaxınlığında dayanmış olduğunu, oğlu Ümidə yaxınlaşanda onun əli ilə qarnını tutduğunu və qarnından qan gəldiyini görmüşdür. O, başa düşmüşdür ki, bıçaq Ümidin qarın nahiyəsinə içəriyə keçdiyindən onun vəziyəti pisdir. Bundan sonra o, Əvəzə yaxınlaşıb niyə onun uşağını bu hala saldıqlarını soruşmuş, Əvəz isə ona hadisə yerinə indi çatdığını, Ümidlə dalaşmadığını demişdir. O, Əvəzə inanmamış və çox əsəbi olduğundan əlindəki ağacla Əvəzin başından bir dəfə vurmuşdur. Həmin vaxt Əvəzin başı qanamış, qan onun sifətinə tökülmüşdür. Ruslanın dayısı onların kəndinin icra nümayəndsi Vaziq “VAZ- 2107” markalı avtomobilində Ruslanın atası Namiql\ə onları yol kənarında görüb avtomobili saxlamışlar. Vaziq və Şahid3 onlara yaxınlaşıb nə baş verdiyini soruşmuş, o da Ruslanın atası Namiqə sonuncunun onun oğlu Ruslanının oğlu Ümidi bıçaqladığını demişdir. Bundan sonra Şahid3 və Vaziq Nuriyev onu və Ümidi öz avtomobilləri ilə Bərdə MRX-na aparmaq istədiklərini bildirmişlər. O da bərk əsəbləşdiyindən onların avtomobilinə ehtiyac olmadığını, özünün avtomobil tapıb xəstəxanaya gedəcəklərini demişdir. Bundan sonra o, həmkəndlisi Xanlara zəng vurub kəndlərinin girəcəyinə dördyol deyilən yerə gəlməsini, onun və oğlunun bıçaqlandığını, onları xəstəxanaya aparmasını bildirmişdir. Bundan sonra Xanlar gəlmiş və onları öz avtomobili ilə xəstəxanaya gətirmişdir. Xəstəxanaya çatan kimi həkimlər oğlu Ümidə baxıb təcili əməliyyat olunmasını bildirərək, onu əməliyyat etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 25 avqust 2020-ci il tarixdə günorta saatlarında kənddə olan zaman qardaşı Namiqlə söhbət edən vaxt qardaşı Namiq ona sonuncunun oğlu Ümidlə Ruslanın dalaşdığını demişdir. Bundan sonra o, hevanları otarmaq üçün sahəyə aparmışdır. Həmin gün saat 19 radələrində qardaşı Şahid1 həyat yoldaşı Sevda onun mobil telefonuna zəng edərək, Namiq və oğlu Ümidin Ruslan tərəfindən bıçaqlandığını, hazırda xəstəxanaya getdiklərini bildirmişdir. O, bunu eşidəndən sonra sahədən qoyunları evlərinə gətirərkən, avtomobil yolu ilə gələrkən Vaziq Nuriyevin idarə etdiyi VAZ-2107 markalı avtomobili ilə Bərdə şəhər istiqamətinə hərəkətdə olduğunu görmüşdür. O, Vaziqin avtomobilini görüb ona avtomobili saxlamasını işarə etmişdir, səbəbi isə ondan sonuncunun bacısı oğlu Ruslanın onun qardaşı Namiqi və qardaşı Namiqin oğlu Ümidi niyə bıçaqla vurub xəsarət yetirdiyini öyrənmək olmuşdur. Vaziq avtomobili saxlamış, o, Vaziqin avtomobildə sükan arxasında oturduğu vəziyətdə ona yaxınlaşıb “sənin bacın oğlu niyə mənim qardaşım oğlu Ümidi bıçaqlayıbdır” deyə soruşmuş, Vaziq də ona cavab olaraq, hadisədən bir neçə dəqiqə əvvəl xəbər tutduğunu, Bərdə şəhərinə getmək üçün tələsdiyini deyib avtomobilini yerindən tərpədib getmək istəmişdir. Bu zaman o, əlindəki ağacla Vaziqə işarə etmək məqsədi ilə ağacı ona tərəf uzatmış, Vaziq isə onun dalaşacağını zənn edib avtomobili sürüb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 24 avqust 2020-ci il tarixdə təxminən saat 21 radələrində evində olarkən həmkəndlisi Şahid1 Siyahət oğlu onu çağıraraq oğlu Ümidlə onun oğlu Təqsirləndirilən şəxs dalaşdıqlarını demiş, o da oğlu Ruslanı danlamışdır. 25 avqust 2020-ci il tarixdə saat 19-20 radələrində onun qohumu Vaziqlə sonuncuya məxsus Vaz-2107 markalı avtomobillə Bərdə şəhərinə gedərkən, kənddən çıxıb, hardasa 300 metr yol getdikdən sonra dördyol ayrıcı deyilən yerə çatdıqda, yolun sol tərəfində oğulları Ruslan və Əvəzi, onların yanında isə Şahid1 və sonuncunun oğlu Zərərçəkmiş şəxs görmüşlər. Həmin vaxt Əvəzin başından qan axıb sifətinə töküldüyünü, Ruslanın və Ümidin üst-başının toz-torpağa bulandığını görüb o, Vaziqə avtomobili saxlamasını bildirmişdir. Vaziq avtomobili saxlamış və onlar avtomobildən düşüb onlara yaxınlaşmışlar. O, oğlu Əvəzdən nə baş verdiyini soruşmuş, Əvəz də özünün dalaşmadığını, qardaşı Ruslanın onu hadisə yerinə çağırdığını, Ruslanın bıçaqla Ümidin qarnından vurduğunu, Şahid1 də onun dalaşmada iştirak etdiyini düşünüb onun baş nahiyəsindən ağacla vurub yarmış olduğunu bildirmişdir. Onlar Ümidin vəziyyətinin ağır olduğunu görüb Ümidi və atasını Vaziqə məxsus avtomobillə xəstəxanaya aparmaq istəmişlər, lakin Ümidin atası razılaşmayaraq başqa şəxsə zəng etdiyini və onlarla getməyəcəyini bildirmişdir. Bundan sonra o, oğlanlarını Vaziqə məxsus VAZ-2107 markalı avtomobilə əyləşdirib evə gətirmiş, Vaziq isə tək çıxıb Bərdə şəhərinə işinin ardınca getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 avqust 2020-ci il tarixdə saat 19 radələrində qardaşı Ruslan özünün mobil telefonu ilə ona zəng edərək, kəndin girəcəyində dördyol deyilən yerdə Ümidin onu döydüyünü, onun da Ümidi bıçaqladığını, Ümidin atası Şahid1 zəng edib dalaşdıqları həmin yerə çağırdığından onun da həmin yerə gəlməsini bildirmişdir. O da tez qaçaraq həmin yerə getmişdir. O, həmin yerə çatan zaman Ümid və Ruslanın dalaşdıqlarından üst-başlarının qan olduğunu, paltarlarının toz-torpağa bulandığını görmüşdür. Bundan 2-3 dəqiqə sonra Ümidin atası Namiq gəlmiş, onun qardaşı ilə birləşərək oğlu Ümidi döydüklərini zənn edib əlindəki ağacla onun başından bir dəfə vurmuş və sonuncunun başı qanamışdır. Ümidin atasının bu hərəkətini görən qardaşı Ruslan arxadan Namiqi vurub ona xəsarət yetirmişdir. Həmin vaxt o, Namiqə oğlu Ümidi vurmadığını desə də sonuncu ona inanmamışdır. Bu zaman onun atası Namiq və dayısı Vaziq, sonuncuya məxsus avtomobil ilə yanlarına gəlmiş. Onun atası və dayısı avtomobildən düşüb onlardan nə olduğunu soruşmuş, Ümidin atası Namiq onun atasına dünən üçün onlara gəlib Ruslanı tənbeh etməsini dediyini, niyə Ruslanı tənbeh etmədiyini soruşmuş, atası da Ruslanı buna görə danladığını bildirmişdir. Ruslan da atasına və Ümidin atasına bu hadisədə onun günahı olmadığını Ümidin ona “cındır, qeyrətsiz” deyib onun alnından yumruqla möhkəm vurub, onu yerə yıxıb döyərkən üstündə olan mətbəx bıçağını çıxarıb Ümidi vurduğunu və bu yolla onu üzərindən çəkindirdiyini bildirmişdir. Bundan sonra onun atası dayısı Vaziqin avtomobili ilə Ümidi və Namiqi xəstəxanaya aparmaq istəsə də Ümidin atası Namiq imtina etmişdir. Bundan sonra onun atası onu və qardaşını dayısı Vaziqin VAZ-2107 markalı avtomobilinə əyləşdirib, evə gətirmişdir. O, sonradan eşitmişdir ki, dayısı onları evdə düşürüb çıxıb gedəndən sonra Bərdə şəhərinə gedərkən, kənd yolunda sahədən qoyunlarını otarmaqdan gətirən Namiqin qardaşı və Ümidin əmisi olan Səbuhi onun avtomobilini saxladaraq, nə səbəbə Ruslanın onun qardaşı Namiqin oğlu Ümidi bıçaqla vurub xəsarət yetirdiyini soruşmuş, dayısı isə Səbuhiyə bunun səbəbini bilmədiyini deyib, Səbuhinin əsəbi olduğunu görüb, onunla dalaşacağından ehtiyatlanıb avtomobili saxlamayıb sürüb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 25 avqust 2020-ci il tarixdə saat 19 radələrində bacısı X6 əri Şahid3 ilə birlikdə özünə məxsus VAZ- 2107 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacısı Laləyə aptekdən davadərman almaq üçün Bərdə şəhərinə gedərkən, kənddən çıxıb dördyol deyilən əraziyə çatan zaman bacısı oğlanları Namiqi və Əvəzi qarşı tərəfdən də Şahid1 və onun oğlu Ümidi görüb, onlardan Ümidin, Ruslanın əyinlərində olan palatarların üst-başının toztorpaq olduğunu və Ruslanın alnından və Əvəzin başından qan axıb sifətinə töküldüyünü, Ümidin isə qarnını əlləri ilə tutub dayanmış olduğunu görüb, avtomobili saxlamışlar. Onlar avtomobildən enib, onlardan nə baş verdiyini soruşmuş. bu vaxt bacısı oğlu X14 dalaşdıqlarını, Ruslanın Ümidin qarnından bıçaqla vurduğunu və Namiqin də ağacla onun başından vurduğunu demişdir. O, X7rnından bıçaqla vurarkən bunun qarşısını niyə almadığını soruşarkən Əvəz ona Ruslan Ümidi bıçaqla vurandan sonra ona zəng vurub belə bir iş gördüyünü və hadisə barədə məlumat verdiyini bildirmişdir. Bundan sonra o və qohumu Şahid3 hər iki tərəfi danlamış, Ümidin bıçaq xəsarətinin ciddi olduğunu görüb, onu öz avtomobili ilə Bərdə MRX- na aparmaq istəmiş, lakin Ümidin atası Şahid1 hadisənin təsirindən bərk əsəbləşdiyindən imtina edərək, başqa avtomobil tutub xəstəxanaya gedəcəklərini demişdir. Bundan sonra o, Əvəzi, Ruslanı və onların atası Namiqi avtomobillə gətirib evlərində düşürüb, Bərdə şəhərinə tək getmək üçün avtomobil ilə yola çıxmışdır. Bu zaman yolda qarşı tərəfdən Şahid1 qardaşı Şahid2 gəldiyini görmüşdür. O, Səbuhinin yaxınlığına çatanda Səbuhi ona avtomobili saxlamağı üçün işarə etmiş, o da avtomobili saxlamışdır. Bu vaxt Səbuhi ona yaxınlaşıb “sənin bacın oğlu niyə mənim qardaşım oğlu Ümidi bıçaqlayıbdır” demiş, o da sonuncuya hadisəni bir neçə dəqiqə əvvəl bildiyini, indi tələsidiyini deyib avtomobili hərəkət etdirmiş, bu zaman Səbuhi əlindəki ağacla onun avtomobilinin qabaq sol qapısının yanına zərbə endirmişdir. Zərbə ona dəymədiyindən o, avtomobili sürüb getmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 25.08.2020-ci il tarixdə saat 20-30 radələrində Bərdə mərkəzi rayon xəstəxanasından, Bərdə rayonunun Məmmədli kənd sakinləri Şahid1 və onun oğlu Zərərçəkmiş şəxs bıçaqlanma nəticəsində hər ikisinin kəsilmiş- deşilmiş yara xəsarəti alaraq, Bərdə MRX- na daxil olmaları barədə Bərdə rayon polis şöbəsinin növbətçi hissəsinə telefonla daxil olmuş məlumat əsasında həmin bıçaqlanma hadisəsi yerinə baxış keçirilmişdir.Baxış keçirilərkən həmin bıçaqlanma hadisəsinin Bərdə rayonunun Məmmədli kəndinin kənarında həmin kəndə daxil olmaq üçün 400 metrlikdə “dördyol” ayrıcı adlandırılan yol sahəsində olaraq baş verdiyi, həmin yerdə heç bir tikili və hər hansı bir obyetin olmadığı, yolun sağ və sol tərəflərə doğru olan və dördyol yol ayrıcı adlandırılan həmin yol sahələrinin çınqıllı- daşlı halda mövcud olduğu, yolun hərəkət hissəsinin eninin 7 metr sağ və sol ehtiyat hissələrinin hər birininn eninin 1, 5 metr olmuş olduğu, yolun sağ və sol tərəflərində boş əkin sahələrinin olmuş olduğu müəyyən olunmuşdur. Baxış zamanı həmin yerin daşlı çınqıllı hisədən ibarət olmaqla kəndə və sağ və sol tərəflərə gedən yol hissələrinin də elə həmin vəziyyətdə olmaqla uzanıb getdiyi, həmin yerdən 400 metr irəlidə kəndə doğru gedən yolun sağ və sol tərəflərində yaşayış sahələrinin olmuş olduğu, bilavasitə hadisənin qeyd olunan yerdə baş verdiyini həmin yerə baxışda iştirak edən Şahid4 göstərib bildirdiyindən, həmin yerlərə baxış keçirilərkən həmin yerlərdə heç bir qan ləkəsinə oxşar ləkə və hadisənin törədilməsində istifadə edilən bıçaq və ya hər hansı bir alət aşkar olunmamışdır. Həmin hadisə baş verən yerdə iş üçün əhəmiyyət kəsb edən hər hansı bir digər hal müəyyən edilməmişdir. Baxışda iştirak edən Şahid4 hadisə yeri üzrə göstərib bildirdiyi yerlərin fotoşəkilləri “ Exsell-2” markalı fotoaparatla çəkilərək, həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə olunaraq,həmin fotoşəkillər Azərbaycan Respublikası DİN-nin zərflər üçün 94 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 avqust 2020-ci il tarixli cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında qərar və ona əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 4(021)-76/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsindən “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi polis mayoru Mütəllim Bayramovun 27.08.2020-ci il tarixli qərarından görürür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26.08.2020ci il tarixli qərarından görünür ki, 25.08.2020- ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və qeyrisinə xəsarət yetirmiş olduğu və hadisədən sonra evlərinin həyətində gizlətmiş olduğu 1 ədəd bıçaq Bərdə RPŞ- nin İTB- nin sahə rəisi, polis kapitanı Eldəniz İsmayılov tərəfindən aşkar olunaraq istintaqa təqdim edildiyindən, həmin bıçaq müvafiq protokol əsasında götürülüb fotoşəkilləri çəkilib bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Bərdə rayonlarası zona mərkəzindən alınmış 28 oktyabr 2020- cu il tarixli 913 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs Namiq oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-döş qəfəsinin sol ön yan divarından daxilə keçən torokoabdominal kəsilmiş- deşilmiş yaralanması, qara ciyərin sol payının və diafraqmanın zədələnməsi, sol said və sağ bilək nahiyəsində kəsilmiş yaraları iti alət ( alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 25.08.2020- ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümümilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Bərdə rayonlarası zona mərkəzindən alınmış 30 avqust 2020- cu il tarixli 777 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ bazunun aşağı 3\1-nin bayır səthinin qançırı, alının sağ yarısında tüklü hissəyə keçən nahiyənin səthi əzilmiş yarası küt əşyanın ( əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 25.08.2020- ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik hüququ şəxsin Məhkəmə - tibbi kriminalstika şöbəsindən alınmış 28.10.2020-ci il tarixli 522-saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə- tibbi kriminalstik və məhkəmə kriminalstik tədqiqinə, qərarın təsviri hissəsində olan iş haqqında olan məlumatlara və ekspertiza qarşısında qoyulmuş suallara əsasən , aşağıdakı nəticəyə gəlirəm:Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın arxa səthinin sol yarısının orta hissəsində bir ədəd deşilmiş- kəsilmiş zədəd aşkar olundu.Bu zədə kafi itilikli ülgücü, yaxşı itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici- kəsici alətin təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin sağ qolunun daxili tikişi tamamilə və sağ yan tikişi üzərində bir ədəd küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik sökülmə zədəsi vardır. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” Publik hüququ şəxsin Məhkəmə - tibbi biologiya şöbəsinin 05 noyabr 2020- ci il tarixli 825 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, mayka, şalvar və bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati erazi dairəsi üzrə nümayəndəsinin 28.08.2020-ci il tarixli xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati erazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Məmmədli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmadan törətməsi CM- nin 59.1.2- ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, qohum olmalarını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, ibtidai istintaq zamanı barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 25 avqust 2020-ci il tarixdən 27 avqust 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd qısaqol köynək, 01 ədəd cins şalvar, 01 ədəd mayka sahibinə qaytarılmalı imtina etdikdə məhv edilməlidir. 01 ədəd mətbəx bıçağı məhv edilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tətbiq edilməklə Təqsirləndirilən şəxs 25 avqust 2020-ci il tarixdən 27 avqust 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd qısaqol köynək, 01 ədəd cins şalvar, 01 ədəd mayka sahibinə qaytarılsın, imtina etdikdə məhv edilsin. 01 ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar