Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-187/2022 11.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 2003-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev-119 Q, mənzil 27-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 0,536 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış,Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən 10 fevral 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Nəriman Nərimanov prospektində saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhəri Kəpəz Rayon Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd boz rəngli siqaret falqasına bükülü vəziyyətdə təmiz çəkisi 0,536 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1973,34 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq üzərində və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasındakı X4 məxsus qeyri-yaşayış binasında saxlamış, Gəncə şəhər Nizami RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, 23.08.2021-ci il tarixdə, saat 21:20 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Nəhəng Daş” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Nizami RPB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunda təmiz çəkisi 13,34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq 23 avqust 2021-ci il tarixdə saat 23 radalərində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasında yerləşən X4 məxsus qeyri-yaşayış binasının içərisində 1 ədəd sintetik kisədə təmiz çəkisi 1960 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, o, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ona elan edilmiş ittihamla bağlı bildirir ki, həqiqətən də onun üzərindən 0,536 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin cinayət işi üzrə barəsində olan ittiham aktında göstərilən 1973,34 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona heç bir aidiyyəti yoxdur. O, rəsmi olaraq heç bir yerdə işləmir. O, atasını ümumiyyətlə görməmiş, anası isə o, uşaq olan zaman onu nənəsinin himayəsinə verərək Türkiyə Respublikasına getmişdir. Onu həmin vaxtdan nənəsi saxlamışdır. Təxminən 1 ildən artıqdır ki, psixotrop maddə metamfetamin və narkotik vasitə olan marixuanadan istifadə edir. 10.02.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119Q yaxınlığında olan zaman asfaltda olan “Kent 8” markalı siqaretin qutusunun içərisində siqaret falqasına bükülmüş bükümü tapmış, həmin falqanı açan zaman içərisində əvvəllər bir neçə dəfə istifadə etdiyi üçün tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin “şüşə” adlandırdığı psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə şalvarının cibinə qoymuşdur. Həmin psixotrop maddə olan metamfetamin üzərində ola-ola Gəncə şəhəri, N.Nərimanov prospekti ilə şəhərdə üzü “Panda” market istiqamətində gəzən zaman həmin marketdən bir neçə yüz metr aralıda tanımadığı mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik maddələrin saxlaması və istifadə edilməsində şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə getmişdir. Həmin vaxt cibinə qoyduğu psixotrop maddə metamfetamin üzərində olmuşdur. Bölmənin inzibati binasında olan zaman valideynləri olmadığına və yetkinlik yaşına çatmadığına görə ona Gəncə şəhəri İcra Hakimiyyətindən qanuni nümayəndə kimi X2 təyin etmişlər. Daha sonra hüquqlarının müdafiə olunması üçün qanuni nümayəndənin yanında müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyini bilirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X6 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X11 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulmuşdur. O isə polis əməkdaşlarına üzərində psixotrop maddə “şüşə” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Üzərinə müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə şəxsi axtarış aparılmış, bu zaman əynində olan cins şalvarın sağ yan cibindən siqaret falqasına bükülmüş, psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə müdafiəçi, qanuni nümayəndə və digər iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və falqa ilə birlikdə ümumi təmiz çəkisi 0.69 qram olmuşdur. Həmin kütlə qablaşdırılaraq üzəri onun, müdafiəçinin, qanuni nümayəndənin və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılmış kağız zərf möhürlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində olan zaman üç nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdığını görmüş, xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq narkotik maddələrin saxlaması və istifadə edilməsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin inzibati binasına aparmışlar. Həmin vaxt polis əməkdaşları ona psixi təzyiq göstərərək narkotik vasitə olan marixuananın onun üzərindən aşkar edildiyini etiraf etməsini, həmçinin Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikilidə olan narkotik vasitə marixuananın ona məxsus olmasını etiraf etməsini bildirmişlər, etiraf etməyəcəyi təqdirdə isə onun şəxsiyyətini alçaldacaqlarını demişlər. O isə məcbur olub həmin narkotik vasitə marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilir və həmin cinayəti törətdiyinə görə əməlindən peşmandır. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ifadələrində əməlini etiraf edib ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. X21 ümumiyyətlə görməmiş, anası X13 o, uşaq olan zaman onu nənəsi Böyükxanım Babayevanın himayəsinə verərək Türkiyə Respublikasına getmişdir. Uzun müddətdir ki, o, atası və anasını görmürmüş və onu həmin vaxtdan nənəsi Böyükxanım Babayeva saxlamışdır. Təxminən 1 ildən artıqdır ki, psixotrop maddə metamfetamin və narkotik vasitə olan marixuanadan istifadə edir. 10.02.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119Q yaxınlığında olan zaman asfaltda olan “Kent 8” markalı siqaretin qutusunu təpiklə vurmuş, bu zaman qutunun ağır olduğunu hiss etmiş və içərisinə baxmaq üçün həmin qutunu asfaltdan götürmüşdür. O, həmin “Kent 8” markalı siqaret qutusunun içərisinə baxan zaman içərisində siqaret falqasına bükülmüş bükümü görmüş, daha sonra həmin falqanı açan zaman içərisində əvvəllər bir neçə dəfə istifadə etdiyi üçün tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin “şüşə” adlandırdığı psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin psixotrop maddə olan metamfetamin üzərində ola-ola Gəncə şəhəri, N.Nərimanov prospekti ilə şəhərdə üzü “Panda” market istiqamətində gəzən zaman o, “Panda” marketə çatmamış, həmin marketdən bir neçə yüz metr aralıda tanımadığı mülki geyimdə iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik maddələri saxlaması və istifadə edilməsində şübhəli olduğunu bildirərək, birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə getmiş, həmin vaxt əynində olan cins şalvarın sağ yan cibinə qoyduğu psixotrop maddə metamfetamin üzərində olmuşdur. Bölmənin inzibati binasında olan zaman valideynləri olmadığına və yetkinlik yaşına çatmadığına görə ona Gəncə şəhəri İcra Hakimiyyətindən qanuni nümayəndə kimi X2 təyin etmişlər. Daha sonra hüquqlarının müdafiə olunması üçün qanuni nümayəndənin yanında müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyini, əgər seçməkdə tərəddüd edərsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyini bildirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X6 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X11 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulmuşdur. O isə polis əməkdaşlarına üzərində psixotrop maddə “şüşə” kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Üzərinə müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə şəxsi axtarış aparılmış, bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaret falqasına bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə müdafiəçi, qanuni nümayəndə və digər iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və falqa ilə birlikdə ümumi təmiz çəkisi 0.69 qram gəlmişdir. Həmin kütlə qablaşdırılaraq üzəri onun, müdafiəçinin, qanuni nümayəndənin və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılmış kağız zərf möhürlənmişdir. Bundan başqa, 23 avqust 2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi “Nəhəng Daş” ticarət mərkəzinin yaxınlığında gəzərkən yaşadığı evin qarşısında olan zaman üç nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdığını görmüş, xidməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq narkotik maddələri saxlaması və istifadə edilməsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin inzibati binasına aparmışlar. Həmin vaxt əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunda olan narkotik vasitə də üzərində olmuşdur. Bölmənin inzibati binasında olan zaman valideynləri olmadığına və yetkinlik yaşına çatmadığına görə ona Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətindən qanuni nümayəndə kimi Semur Abdullayevi təyin etmişlər. Daha sonra hüquqlarının müdafiə olunması üçün qanuni nümayəndənin yanında müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyərsə seçə biləciyini, əgər seçməkdə tərəddüd edərsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyini bildirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X12 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, sonra qanuni nümayəndəsi Semur Abdullayev və vəkili X5 iştirakı ilə videogörüntü ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsini bildirmişlər. O, əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd “Sobranie” qutusunda tünd yaşıl rəngdə, ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 19,10 qram olmuşdur. Həmin içərisində narkotik vasitə olan marixuanaya oxşar kütlə əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmışdır. Üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlavə olaraq Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikilidə kisədə qurudulumuş marixuana saxlayır. Bundan sonra onun və qanuni nümayəndəsi, vəkil və polis əməkdaşlarının iştirakı ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikiliyə baxış keçirilmiş və oradan 1 ədəd kisədə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 2 kiloqram, 03 qram təşkil etmişdir. Sonra o, həmin narkotik vasitə olan marixuananı təxminən 10 gün əvvəl Göygöl rayonunda yerləşən “Azos” adlı yerdən şəxsi istifadəsindən ötrü yığaraq qurutmuşdur. Həmin 1 ədəd kisədə olan narkotik vasitə olan marixuana əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmışdır. Daxili İşlər Nazirliyinin 182 saylı möhürü ilə möhürlənərək üzəri onun və iştirakçılar tərəfindən imzalanmışır. Bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Psixotrop maddə metamfetamin ona aiddir və həmin psixotrop maddə metamfetamini yaşadığı evin yaxınlığından tapmışdır. O, həmin psixotrop maddə metamfetamini heç kəsə verməmiş və satmamışdır. O, başqa yerlərdə narkotik vasitə gizlətməmiş, üzərində və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikilidə narkotik vasitə olan marixuananı saxlamağını ondan başqa heç kim bilməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. O, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, uçuq tikilidə narkotik vasitə olan marixuananı saxladığı qeyri-yaşayış binasının X4 məxsus olmasını bilməmişdir və həmin şəxsi ümumiyyətlə tanımır. Narkotik vasitəni yığdığı yeri xatırlamadığına görə göstərə bilməyəcəyini bildirmişdir. O, həmin narkotik vasitədən istifadə etmiş, narkotik vasitədən heç kimə satmamış, nə də saxladığı narkotik vasitəni heç kimə verməmiş, yalnız özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitə olan marixuananı yalnız özü tək olan zaman istifadə etmiş, bu barədə heç kimin məlumatı olmamışdır. O, həmin narkotik vasitə olan marixunanı özü istifadəsi üçün üzərində və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasındakı, sahibsiz, uçuq tikilidə saxlamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir, bununla bağlı hər hansı bir vəsatəti və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 10 fevral 2021-ci il tarixdə Ruhin adlı şəxsin narkotik vasitə qəbul etməsi, mütamadi olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılan araşdırmalar nəticəsində həmin şəxsin ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində aşkar edib əməliyyat müşahidəsinə götürmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədi ilə müvafiq sənədləşmə aparılması Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Elnur Ələkbərova tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi qismində Nadim Heydərov adlı müdafiəçi Polis Bölməsinə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu hüquq və vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Nadim Heydərov adlı vəkilə etirazı olmadığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığına görə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyasından qanuni nümayəndə kimi Lamiyə Məmmədova dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin, qanuni nümayəndənin və digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd boz rəngli siqaret falqasına bükülmüş kütlə aşkar olunmuşdur. Həmin kütlə müdafiəçinin, qanuni nümayəndənin və digər iştirakçıların iştirakı ilə açılıb içərisinə baxış keçirilən zaman orada şəffaf rəngli, kəskin spesifik iyili, ilk görünüşdən psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 10 fevral 2021-ci il tarixdə yaşadığı binanın yaxınlığında yerdən “Kent 8” markalı siqaret qutusunun içərisindən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin psixotrop maddədən kiməsə satmaq fikrində olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində psixotrop maddə metamfetamin olan bükülü tərəzidə çəkilmiş və çəkisi 0,69 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək tərkibinin müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs, o və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman rəqəmsal videoaparat vasitəsilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı psixi təsir və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 2014-ci ildən X10, 2021-ci ildən isə Gəncə şəhər Baş Polis Nizami RPBnin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 23.08.2021-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq alqı-satqısı, saxlaması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və Gəncə şəhər Nizami RPİ-nin PPXT-nin polis serjantı Şahid5 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Nəhəng Daş” ticarət mərkəzinin yaxınlığında tərəflərindən saxlanılaraq Gəncə şəhər BPİ-nin Nizami RPB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmişdir. Bölmənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri Kəpəz RPİ-də axtarış işi açıldığı məlum olmuş və dərhal bu barədə Gəncə şəhəri Kəpəz RPİ-yə məlumat verilmişdir. Bölmənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs valideynləri olmadığına və yetkinlik yaşına çatmadığına görə Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətindən qanuni nümayəndə kimi Semur Abdullayevi təyin etmişlər. Daha sonra hüquqlarının müdafiə olunması üçün qanuni nümayəndənin yanında müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyərsə seçə bilər və təqdim olunmuş vəkillərin siyahısından X7 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmişdir və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X12 dəvət olunaraq ona təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı 1 ədəd “Sobranie” markalı siqaret qutusunu təqdim etmişdir. Bundan sonra tərəflərindən üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra təqdim etdiyi 1 ədəd “Sobranie” markalı siqaret qutusuna onların iştirakları ilə baxış keçirilmiş və 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən tünd yaşıl rəngli, kəskin spesifik qoxuya malik ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd “Sobranie” markalı qutu ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin siqaret qutusu ilə birlikdə ümumi çəkisi 19.10 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuanaya bənzər kütləni təxminən 15 gün əvvəl Göygöl rayonu “Azos” adlı yerdən yığdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitədən başqa Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 2 saylı orta məktəbin arxasında yerləşən, sahibsiz uçuq tikilidə də narkotk vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra 1 ədəd “Sobranie” markalı siqaret qutusunda olan kütlə siqaret qutusu ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs istiqamətləndirilməsi ilə müdafiəçi, qanuni nümayəndə və onların iştirakları ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2 saylı orta məktəbin arxasında yerləşən sahibsiz uçuq tikiliyə baxış keçirilmişdir. Baxış zamanı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2 saylı orta məktəbin arxasında yerləşən sahibsiz uçuq tikilinin içərisindən ağ rəngli torba aşkar edilmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman içərisindən tünd yaşıl rəngli, kəskin spesifik qoxuya malik ilk görünüşdən narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Göygöl rayonu “Azos” adlı yerdən yığdığını və şəxsi istifadəsindən ötrü həmin sahibsiz uçuq tikilidə saxladığını bildirmişdir. Daha sonra həmin kütlə ağ rəngli torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin torba ilə birlikdə çəkisi 2 kiloqram, 03 qram olmuşdur. Bundan sonra həmin kütlə ağ rəngli torba ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı psixi təsir və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 avqust 2021-ci il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Sobrania” markalı siqaret qutusunun içərisindən tünd yaşıl rəngdə, kəskin spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə “qurudulmuş marixuanaya” oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə içərisində olduğu siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 19.10 (on doqquz tam, yüzdə on) qram olmuşdur. Aşkar olunmuş kütlə götürülərək 1 ədəd zərfdə qablaşdırılmış və üzəri şəxsi axtarış iştirakçılarıları tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan “qurudulmuş marixuanaya” oxşar kütləni on beş gün bundan əvvəl Göygöl rayonunda, “Azos” adlanan ərazidən yığdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlədən başqa Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində, 2 saylı tam orta məktəbin arxasında yerləşən sahibsiz, uçuq tikilidə torbanın içərisində narkotik vasitə “qurudulmuş marixuana” gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış “Samsung” markalı kamera ilə video çəkilişə alınmışdır. (iş vərəqə: cild İ, səh. 29-30). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 avqust 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən bildirdiyi yer olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində, 2 saylı tam orta məktəbin arxa hissəsində yerləşən sahibsiz, uçuq tikiliyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi binanın içərisində giriş hissəsinin sağ tərəfində, ağ un torbasının içərisində olmaqla tünd yaşıl rəngli, qurudulmuş, kəskin spesifik iyə malik olan, ilkin baxışdan nakotik vasitə “qurudulmuş marixuanaya” oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin torba ilə birlikdə ümumi çəkisi 2 kq, 03 qram olmuşdur. Həmin torbanın ağzı iplə qablaşdırılmış və və Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunaraq götürülmüş kütlə narkotik vasitə olan “qurudulmuş marixuana”-dır, ona məxsusdur və özü həmin narkotik vasitəni 15 gün öncə Göygöl rayonunda yerləşən “Azos” adlanan ərazidən yığıb şəxsi istifadə etməyi məqsədi ilə saxlamışdır. (iş vərəqə: cild İ, səh. 35-36). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 01 sentyabr 2021-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yerinə, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin arxasında yerləşən yarımtikiliyə X3 iştirakı ilə baxış keçirilmişdir. Məlum olmuşdur ki, baxış keçirilən yer Gəncə şəhəri, Nizami rayon, Yeni Gəncə qəsəbəsi, 2 saylı orta məktəbin arxasında yerləşən, X4 məxsus qeyri-yaşayış binasıdır. X9 bildirmişdir ki, həmin qeyri-yaşayış binasının içərisindən 23.08.2021-ci il tarixdə narkotik vasitə olmasından xəbəri olmamışdır. Baxış zamanı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2 saylı orta məktəbin arxasında yerləşən qeyri-yaşayış binasından əhəmiyyət kəsb edə biləcək əşya və ya predmet götürülməmişdir. Baxış protokoluna fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş vərəqə: cild İ, səh. 215-225). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 sentyabr 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, polis əməkdaşlarının, müdafiəçinin və qanuni nümayəndənin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra onun üzərinə şəxsi axtarış keçirilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sol yan iç cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu təqdim edir. Həmin 1 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisinə baxış keçirilir və baxış zamanı ilk baxışdan kəskin spesifik qoxulu narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunur. Daha sonra həmin şəxsin üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitəyə bənzəyən kütləni haradan əldə etməsi barədə soruşulan zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 10-15 gün bundan əvvəl “Azos” adlı yerdən yığdığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirir. Bundan başqa, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2 saylı orta məktəbin arxasında yerləşən çökəkdə narkotik vasitə marixuana gizlətdiyini bildirir. Müdafiəçi Cəfər Hacıyev ona hər hansı bir təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Sobranie” markalı siqaret qutusu içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin siqaret qutusu və bükülü ilə birgə ümumilikdə çəkisinin 19,10 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Bundan sonra, Təqsirləndirilən şəxs istiqamətləndirilməsi ilə polis əməkdaşlarının, müdafiəçi X5 və qanuni nümayəndə Semur Abdullayevin iştirakı ilə Gəncə şəhəri, Nizami rayonu, 2 saylı orta məktəbin arxasında yerləşən yarımtikilinin yerləşdiyi yerə gedilərək baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yarım tikilinin içərisinə daxil olmağı bildirir və həmin yarım tikilinin içərisində yerləşən divarın sağ tərəfində ağ rəngli torbanı təqdim edir. Həmin torbanın içərisinə baxış keçirilir və baxış zamanı ağ rəngli torbanın içərisindən ilk baxışdan narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülür. Sorğu zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Azos” adlı yerdən yığdığını bildirir. Daha sonra həmin kütlə ağ rəngli torba ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin torba ilə birlikdə çəkisi 2 kiloqram, 03 qram müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. (iş vərəqə: cild İ, səh. 235-236). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd boz rəngli siqaret falqasına bükülü halda, şəffaf rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “metamfetaminə” oxşar kütlə və göy rəngli cins şalvarın sağ yan cibindən 1 manat kağız pul aşkar olunaraq götürülmüşdür. Götürülmüş “metamfetamin”-ə oxşar kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilərək çəkisi 0.69 qram qram olmaqla aşkar olunduğu siqaret falqası ilə zərfə qablaşdırılaraq Daxili İşlər Nazirliyinin möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, 10 fevral 2021-ci il tarixdə yaşadığı binanın yaxınlığında yerdən “Kent 8” markalı siqaret qutusunun içərisindən tapdığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti video çəkilişlə həyata keçirilmişdir. (iş vərəqə: cild İ, səh. 121- 122). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05 mart 2021ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən boz rəngli siqaret falqasına bükülmüş bir ədəd bükülü aşkar olunaraq götürülür, polis əməkdaşları həmin bükülünü açaraq içərisinə baxış keçirirlər, həmin bükülünün içərisindən şəffaf rəngli, kəskin spesifik iyli, ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” bənzər kütlə aşkar olunur. Həmin kütlə tərəzidə çəkilir və çəkisi 0,69 qram gəlir, zərfdə qablaşdırılaraq DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, 10 fevral 2021-ci il tarixdə yaşadığı binanın yaxınlığında yerdən “Kent 8” markalı siqaret qutusunun içərisindən tapdığını bildirir. (iş vərəqə: cild İ, səh. 186). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Regional Bölməsinin 24 avqust 2021-ci il tarixli 16/877 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “23.08.2021-ci il tarixdə vət.Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “Sobranie” adlı siqaret qutusunda təmiz çəkisi 13,34 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “23.08.2021-ci il tarixdə axtarış zamanı aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuana” sözləri və imzalar olan sintetik kisədə, təmiz çəkisi 1960 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1(bir) ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər. (iş vərəqə: cild İ, səh. 49-50). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 11 fevral 2021-ci il tarixli 16/130 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut 0,69 qram kütlə” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə bükülmüş “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,536 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (iş vərəqə: cild İ, səh. 139-140). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin 10.11.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə: cild İ, səh. 260). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 25 mart 2021-ci il tarixli 295 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild İ, səh. 186). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 24 noyabr 2021-ci il tarixli, 1418 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild İ, səh. 261). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 11 fevral 2021-ci il tarixli, 604 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (iş vərəqə: cild İ, səh. 133). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 11 fevral 2021-ci il tarixli, 777 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. (iş vərəqə: cild İ, səh. 134). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsinin 11 fevral 2021-ci il tarixli 128 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2003-cü ildə Gəncə şəhərində anadan olmuşdur. (iş vərəqə: cild İ, səh. 135). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu yetkinlik yaşına çatdığı üçün cinayət işi üzrə qanuni nümayəndəsinin iştirakına xitam verilmişdir. (iş vərəqə: cild İ, səh. 237). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,436 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 13,29 qram olan narkotik vasitə marixuana, Gəncə şəhəri,Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasında yerləşən sahibsiz yarımtikilidən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1959,95 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, həmçinin 10 fevral 2021-ci il tarixdə və 23 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk, həmçinin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasında yerləşən sahibsiz yarımtikiliyə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 299-314). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 mart 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (iş vərəqə: cild İ, səh. 180). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 fevral 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə: cild İ, səh. 115). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 fevral 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, təqsirlənləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. (iş vərəqə: cild İ, səh. 165). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 02 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (iş vərəqə: cild İ, səh. 189-190). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz RPİ-nin 23 avqust 2021-ci il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə tutularaq Gəncə BPİ-nin MSY-nə təhvil verilmişdir. (iş vərəqə: cild İ, səh. 196). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 4(044)-141/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 23 avqust 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə: cild İ, səh. 86-88). Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlaması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmiş, bundan başqa “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsi ümumilikdə 1973,34 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş qurudulmuş marixuana narkotik vasitəsinin yuxarı həddindən dəfələrlə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən psixi təzyiqlərə və ya hər hansı başqa şəkildə hədə-qorxu gəlinərək təzyiqlərə məruz qalıbqalmaması ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş “Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material” məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24.09.2021-ci il tarixdə Gəncə şəhər Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək ərizəsində göstərmişdir ki, onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi istintaq olunur, Polis İdarəsində polis əməkdaşları ona psixoloji təsir edərək metamfetamin psixotrop maddəsinin ona məxsus olmasını etiraf etməsinə məcbur edilmişdir. Həmin materiallardan görünür ki, Təqsirləndirilən şəxs şikayəti ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Gəncə şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 07.02.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamla bağlı 0,536 qram metamfetamin psixotrop maddəsinin ona məxsus olduğunu etiraf edib, 1973,34 qram qurudulmuş marixuana narkotik vasitəsinin isə ona məxsus olmasını inkar etsə də, həmin araşdırma materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs şikayət ərizəsindən görünür ki, o, ibtidai istintaq mərhələsində isə metamfetaminin ona edilən təzyiq nəticəsində etiraf etdiyini bildirmişdir. Qeyd olunanlar Təqsirləndirilən şəxs ifadələrində məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini bir daha təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs ziddiyyətli ifadələrini, elan edilmiş ittiham üzrə ümumilikdə 1973,34 qram qurudulmuş marixuana narkotik vasitəsinin ona məxsus olmamasına dair ifadəsində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi olmadan daşıyaraq üzərində saxlamasını, həmçinin 1973,34 qram qurudulmuş marixuana narkotik vasitəsinin ona məxsus olmamasına dair ifadələri özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı isə etirafedici ifadələri, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasındakı qeyri-yaşayış binasında baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 3 ədəd “DVD” disklərə baxış protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasındakı qeyri-yaşayış binasında baxış zamanı prosessual hərəkətlər videoçəkilişlə, həmçinin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə həyata keçirilmiş, video çəkilişlər zamanı Təqsirləndirilən şəxs həm 23 avqust 2021-ci il tarixdə tutulan zaman onun üzərinə və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasındakı qeyri-yaşayış binasına baxış keçirilərkən, həm də 10 fevral 2021-ci il tarixdə tutulan zaman üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını etiraf etmiş və hər hansı etiraz etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını və onun ilk dəfə məhkum olunacağını nəzərə alaraq ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 23 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməklə, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,436 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 13,29 qram olan narkotik vasitə marixuana, Gəncə şəhəri,Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbin arxasında yerləşən yarımtikilidən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1959,95 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 3 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdən 12 fevral 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin məsul saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,436 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi 13,29 qram və 1959,95 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı video çəkilişin görüntülərini özündə əks etdirən və cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-187/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-187/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver