Məhkəmə qərarları › İş №1(100)-187/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-187/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-187/2023 14.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkimluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Belə ki o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2159,66 qramkustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, yaşadığı Bərdə şəhəri, H.Əliyev prospekti ev 36 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 23 iyul 2022-ci il tarixdə saat 15:45 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvana baxış keçirilən zaman həmin evin yataq otağında olan çəkməcələrdə satış məqsədi ilə saxladığı 02 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 289,660 qram və 1870 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 2159,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, H.Əliyev prospekti ev 36 ünvanında yaşayır. Təxminən 10 ildir ki, narkotik vastəsi olan heroin istifadə edir. xx.xx.2022-ci il evdə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək evində narkotik vasitəsi saxlamağından sübhəli olduğunu bildirərək evə baxış keçirdəcəklərini demiş, o da etirazının olmadığını bildirmiş, bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə videokamera vasitəsilə yaşadığı evə baxış keçirimişlər. Baxış zamanı ona evdə narkotik vasitə olub-olmaması ilə bağlı sual verilmiş, o da könüllü olaraq yaşadığı ünvanın yataq otağına gedərək çarpayının sağ tərəfində çəkməcədə gizlətdiyi salafan torbada içərisində narkotik vasitə olan hеroini təqdim etmişdir. İçərisində narkotik vasitə heroin olan sellofana baxış keçirilmiş, narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra sellofan torba qablaşdırıldmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra o çarpayının sol tərəfində olan çəkməcədə gizlətdiyi sellofan torbada olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torbaya da baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Həmin heroin ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin onun istifadə etdiyi elektron tərəzi də götürülmüşdür. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o şübhəli şəxs qismində tutulmuş və müdafiəçi X4 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etmiş, həmin kütləni öz istifadəsi üçün yaşadığı ünvanda saxlamış, həmin narkotik vasitədən hər hansı bir şəxs verməmiş və ya satmamış, ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tətbiq edilməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olduğu üçün onun, Şahid2 və Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 23 iyul 2022-ci il tarixdə saat 15 radələrində adı çəkilən şəxsin Bərdə şəhəri, H.Əliyev küçəsində oması müəyyən edilmişdir. Bundan sonra Yusif Əliyev, Şahid2 və Şahid3 ilə birlikdə Bərdə şəhəri, H.Əliyev küçəsi ev 36 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik maddə saxlamasında şühəli olması barədə əməliyyat məlumatının daxil olduğunu və yaşadığı evə baxış keçiriləcəyi bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu təsdiq edərək, təqdim edəcəyini və heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşadığı evinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayının sağ tərəfində olan çəkməcədə olan narkotik vasitələrə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və sellefon ilə birlikdə çəkisi 1915 qram müəyyən edilərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin çarpayının sol tərəfində yerləşən çəkməcədə də narkotik vasitə olmasını bildirərək “Astaraçay” çay qutusunun içərisində sellofona bükülü vəziyyətdə olan narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və sellefon ilə birlikdə çəkisi 293,87 qram olaması müəyyən edilmışdır. Daha sonra həmin çarpayının sol tərəfində yerləşən çəkməcənin üzərində bir ədəd elktron tərəzi aşkar edilmiş və qablaşdırılıaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını, öz şəxsi istifadəsi üçün saxladığını və həmin tərəzini narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmiş və video çəkiliş yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə dəvət edilmiş və o, heç bir etiraz etməyərək Bərdə RPŞ-nə gəlmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına X5 müdafiəçi qismində dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu isə üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncunun üzərindən qanunala qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon məhkəməsinin 25 iyul 2022-ci il tarixli 4(021)-90/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etəmin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/872 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlı sarınmış 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 289,660 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus narkotik vasitə heroinə bənzər kütlə..” sözləri və imzalar olan polietilen torbadakı, 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 1870 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar olunan elektron tərəzi..” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin olçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli 1023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən epizodik istifadə etməsi halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyaqcı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 iyul 2022ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvnına videoçəkilişlə baxış keçirilmiş, ikinci mərətbəsində yerləşən yataq otağından yerləşən çarpayının sağ tərəfində yerləşən çəkməcədə 1 ədəd sol tərəfindən yerləşən çəkmədə 1 ədəd kəskin spesifik iyli, narkotik maddəyə bənzə kütlələr və sol tərəfdə yerləşən çəkməcənin üzərindən isə bir ədəd elektron tərəzi aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 iyul 2022ъи ил тарихли шяхси ахтарыш апарылмасы щаггында тяртиб едилмиш протоколдан эюрцнцр ки, Bərdə RPŞ-nin inzibati binasının xidməti otağında, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığına ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 29 avqust 2022-ci il tarixli 4632 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 16 sentyabr 2022-ci il tаriхli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadklıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirləməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, H.Əliyev 36 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkiləri - 289,660 qram və 1870 qram, lakin tədqiqatdan sonra qalıq qalmış 289,460 qram və 1869,8 qram olan narkotik vasitə olan heroin və elektron tərəzimaddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərinə, yaşadığı ünvan 9 ünvanınakeçirilmiş şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi narkotik vasitələri özü istifadə etmək üçün yaşadığı evdə saxladığı barədə ifadələrinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin özün müdafə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2159,66 qramkustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti ev 36 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 23 iyul 2022-ci il tarixdə saat 15:45 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 10 ünvana baxış keçirilən zaman həmin evin yataq otağında olan çəkməcələrdə satış məqsədi ilə saxladığı 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 289,660 qram və 1870 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 2159,66 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin qanunsuz olaraq əldə etməsinə dair hissədə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, onu qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 16 sentyabr 2022-ci il tаriхli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadklıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gördüyü kimi Təqsirləndirilən şəxs əvvələr məhkum olunması, qanunla müəyyən olunmuş müddət keçdiyindən keç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 23 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə Rayon Polis Şöbəsidə saxlanılan ümumi təmiz çəkiləri - 289,660 qram və 1870 qram, lakin tədqiqatdan sonra qalıq qalmış 289,460 qram və 1869,8 qram olan narkotik vasitə olan heroin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu andan, 23 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə Rayon Polis Şöbəsidə saxlanılan ümumi təmiz çəkiləri - 289,660 qram və 1870 qram, lakin tədqiqatdan sonra qalıq qalmış 289,460 qram və 1869,8 qram olan narkotik vasitə olan heroin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar