Məhkəmə qərarları › İş №1(100)-187/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-187/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-187/2025 23.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən, bir ədəd göy rəngli sellofan torbada qablaşdırılmış halda təmiz çəkisi 675 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı sol əlində qanunsuz saxlayaraq daşımış, 17 yanvar 2024-cü il tarixdə saat 19:30-da Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri, Vidadi küçəsində saxlanılaraq, RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman 675 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 yanvar 2024-cü ildə günorta saatlarında 010 nömrəsindən ona zəng gəlmişdirr. O gələn zəngi açmış, ona zəng edən Goranboy rayon narkomaniyanın rəisi Şahid2 olmuşdur. Polis əməkdaşı Şahid2 ondan harda olduğunu soruşmuş, o isə Tərtərdə olduğunu demişdir. Şahid2 ona gəlib onunla görüşməli olduğunu bildirmiş, o isə hansı səbəbə görüşəcəyini ondan soruşmuş, Şahid2 cavabında ona “gəl, görəcəksən, səndən şikayət var” demişdir. Şahid2 4-5 gün ona zəng etmiş, o isə hələ gəlmədiyini Tərtərdə olduğunu demiş, daha sonra o, Goranboya gəlmiş, Şahid2 zəng vurmuş və Goranboyda olduğunu bildirmişdir. Şahid2 isə ona evdə gözləməsini, özünün onun evinə gələcəyini demişdir.O, evdə olanda qohumlarına zəng etmiş və narkomaniyanın rəsinin onu aparmaq üçün gəldiyini demişdir. Daha sonra Şahid2 ona zəng etmiş, aşağıda avtomobilin yanında gözlədiyini bildirmişdir. O, aşağı düşmüş avtomobilin arxa qapısını açmış, polis əməkdaşı Şahid2la birlikdə avtomobilin arxa oturacağnda əyləşmişdir. Şahid2 telefonu onun əlindən almışdır. O, Elnurdan hara getdiklərini soruşmuş, Elnur isə cavab olaraq “gedəndə biləcəksən” demişdir. Elnur onun telefonunu açmış, “kontakt”-da olan nə qədər kişi adı varsa hamısını ağ vərəqə qeyd etmiş və qeyd etdikləri insanların hamısını şöbəyə gətizdirmişdir. O, Şahid2 bir belə insanı nəyə görə şöbəyə yığdığını soruşmuş, Elnur isə hamısını narkotiklə yükləyəcəyini demişdir. Elnur həmin şəxslərin adlarının onun telefon kontaktında olduğu üçün çağırıldığını demişdir. O, ona görə çağırılmış şəxslərin qışqırmalarını eşitmişdir.Polis əməkdaşı Şahid2 öz cibindən paket çıxarıb ona “Əgər bu şəxslərin buradan çıxmağını istəyirsənsə paketi götürməlisən” demişdir.O, Şahid2 paketin içindəkinin nə olduğunu soruşmuş, sonuncu götürdükdən sonra biləcəyini ona demişdir. Elnur ondan “nəşə” çəkib-çəkmədiyini soruşmuş, o isə çəkdiyini bildirmişdir. Elnur Gəncədən külli miqdarda “nəşə” gətirəciyini ona demiş və həmin “nəşə” ilə onu yükləyəcəyini bildirmişdir. O, Elnurun yanındakı polis əməkdaşına narkotik vasitə olan “nəşə” gətirmək üçün Gəncəyə gedəcəyini demişdir. Elnur ona “Ya bu narkotik maddəni öz üzərinə götürəcəksən, yada ki, sənə görə gəlmiş bu insanların hamısını sənin üzünə qoyacam.”demişdir. O isə psixoloji təsirə məruz qaldığı üçün narkotik maddəni öz üzərinə götürəcəyini bildirmişdir. Şahid2 ona psixoloji və fiziki təsir göstərərək onu əli qolu bağlı şəkildə döymüşdür. Daha sonra onu otağa aparmışlar və video-çəkiliş etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı və dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O və Goranboy rayon polis şöbəsinin CAİ-nin əməliyyat müvəkkəli Şahid2 daxil olan məlumata əsasən əməliyyat axtarış tədbiri həyata keirmişlər. Daha sonra şübhəli bilinən Təqsirləndirilən şəxs yeri təyin olunmuş və onlar tərəfindən polis şöbəsinə gətirilməsi təmin olunmuşdur. Şöbədə olarkən Təqsirləndirilən şəxs vəkillə təmin olunmuş, videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona hər hansı fiziki ,psixi təsir və təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvü polis kiçik-leytenantı Şahid1lə birlikdə Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin üzərində gəzdirməsi və dövriyyəsi ilə bağlı şübhəli şəxs olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinə dəvət etmiş, sonuncu isə etiraz etmədən onlarla getmişdir. Polis şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuş, vəkillə təmin olunmuş və üzərinə video-çəkilişlə baxış keçirilmişdir. Üzərinə keçirilən baxış zamanı təqribən çəkisi 670 qramdan çox olan marixuana aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş 17 yanvar 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 17 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş 18 yanvar 2024-cü il tarixli 16/86 nömrəli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər maddə...” sözləri və imzalar olan kağız paketdəki, üzəri yapışqan lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 675 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Narkoloji dispanserinin 06 aprel 2024-cü il tarixli 590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokoldan və əlavə edilmiş 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan göy rəngli torbanın içərsindən 675 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmədə tədqiq olunmuş “mobil telefona” baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş və telefondan iş üçün sübut əhəmiyyəti kəsb edən heç bir məlumat əldə edilməmişdir. Məhkəmədə tədqiq olunmuş 17 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 674,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuna iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanması üçün Goranboy RPŞ-nin maddi sübutlar saxlanması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd şəxsiyyət vəsiqəsi, BC kateqoriyalı sürücülük vəsiqəsi, idarə etdiyi «Hyundai Accent» markalı, ** CE *** dövlət nömrə nişanlı avtomobilə məxsus olan qeydiyyat şəhadətnaməsi və etibarnamə, 1 ədəd bank kartı və 1 ədəd “Lüks” marketə məxsus müştəri kartı, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində olan üzərində “west” yazısı olan 1 ədəd siqaret qutusu və 1 ədəd özünə məxsus olan yaşıl rəngli alışqan maddi sübut əhəməiyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs, 1 ədəd telefonun isə X3ytarılmasının nəzərə alınması haqqında qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq olunmuş Goranboy rayon polis şöbəsinin CAB-dan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində saxlaması, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin 15 aprel 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy RPŞ-nin əməkdaşları tərəfindən törətmədiyi cinayət əməlini etiraf etməsi üçün fiziki zorakılığa və psixi təzyiqlərə məruz qalması barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Aparatından daxil olmuş müraciətinə əsasən Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış 192-C-25 nömrəli material üzrə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, Azərbaycan Respublikasının CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasınnı rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək marixuananın ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 15 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs 674,95 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuananı məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1 maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8 № li Qərarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 674,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gəzdirməsi, istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsininin və Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Goranboy Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 674,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Goranboy Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut Goranboy Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 674,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Goranboy Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar