Məhkəmə qərarları › İş №1(100)-188/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-188/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-188/2022 24.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi5, Xəzər Konsaltinq Vəkil Bürosunun vəkili Müdafiəçi7, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi6, Müdafiəçi8 iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə ittiham olunmasına dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ona görə ki, o, Ağcabədi rayonu İmamqulubəyli kənd sakini olan xx.xx.2003-cü il təvəllüdlü, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmamasını zahiri görünüşü və həmkəndlisi kimi ailəvi münasibətlərinin olması ilə əlaqədar aşkar surətdə və etibarlı şəkildə bildiyi Zərərçəkmiş şəxs rayonun İmamqulubəyli kəndinin ərazisində yerləşən “qaynama” kimi tanınan bulağa müntəzəm olaraq su götürməyə getməsini izləyib onu oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 25 may 2021-ci il tarixdə atası Təqsirləndirilən şəxs2 bu barədə bildirməklə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 məxsus Vaz 2107 markalı, 10UP876 dövlət qeydiyyat nişanlı avtomobillə qaçırılması, daha sonra rayonun İmamqulubəyli kəndində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs3 yaşadığı evə gedib Təqsirləndirilən şəxs3 və sonuncunun arvadı Təqsirləndirilən şəxs4, eləcə də, rayonun İmamqulubəyli kəndində yaşayan dayısı Təqsirləndirilən şəxs5 evinə gedərək sonuncuya Zərərçəkmiş şəxs oğurlanması barədə deyib həmin şəxslərin bununla bağlı razılığını almaqla Zərərçəkmiş şəxs qaçırılmasında birgə iştirak etmələri üçün onlarla qabaqcadan vəzifə bölgüsü aparıb cinayət əlaqəsinə girməklə əlbir olmuş, 25 may 2021-ci il tarixdə saat 19 radələrində Ramin Təqsirləndirilən şəxs3 Allahverdiyev, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5la birlikdə Təqsirləndirilən şəxs2 məxsus və sonuncunun idarə etdiyi Vaz 2107 markalı, 10UP876 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun İmamqulubəyli kəndinin ərazisində yerləşən “qaynama” kimi tanınan bulaq ərazisinə getmiş, Zərərçəkmiş şəxs qohumları Şahid1 və Şahid2 ilə birlikdə bulaqdan su götürərək qayıtdığını müşahidə edib onları güdməklə həmin vaxt razılaşdıqları vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 avtomobili Zərərçəkmiş şəxs yanında saxlamasından sonra avtomobildən düşərək Təqsirləndirilən şəxs3 Şahid1, Təqsirləndirilən şəxs5 isə Zərərçəkmiş şəxs qarşısını kəsməsi nəticəsində yaranmış əlverişli şəraitdən istifadə etməklə, Zərərçəkmiş şəxs qollarından və ayaqlarından tutan Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 köməkliyi ilə Zərərçəkmiş şəxs fəal müqavimətini qıraraq sonuncunun orada aman diləyib köməklik istəməsinə baxmayaraq ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ və sol saiddə qançır xəsarətlərini yetirib onu avtomobilin salon hissəsinə zorla oturtmuş, bundan sonra Təqsirləndirilən şəxs2 idarə edərək hərəkətə gətirdiyi avtomobildə həmin avtomobilin içərisində olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5la birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq Təqsirləndirilən şəxs2 tanışı Şahid5 yaşadığı Ağdam rayonu, Üçoğlan kəndində yerləşən fərdi yaşayış evinə, daha sonra isə həmin evdən X1 və sonuncunun qardaşı X3 Bərdə rayonu Otuzikilər kəndində yerləşən evlərinə aparmış və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs həmin evlərdə qanunsuz olaraq saxlayaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında evlənmək məqsədilə oğurlamışdır. Bundan başqa o, 25 may 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs qanunsuz olaraq oğurlayıb saxladığı, Şahid5 məxsus olan fərdi yaşayış evinin yataq otağına gətirərək Zərərçəkmiş şəxs məcburiyyət qarşısında qalıb onunla evlənməyə razılaşmasına nail olmaq məqsədi ilə yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmamasını zahiri görünüşü və həmkəndlisi kimi ailəvi münasibətlərinin olması ilə əlaqədar aşkar surətdə və etibarlı şəkildə bildiyi Zərərçəkmiş şəxs otaqda olan çarpayının üzərindən götürüb döşəmə üzərinə sərdiyi döşəyin üstünə yıxaraq onun müqavimətini qırıb sonuncunun ona artıq müqavimət göstərməsinə fiziki qüvvəsinin kifayət etməməsindən istifadə etməklə əli ilə Zərərçəkmiş şəxs əynindəki paltarları soyundurub öz əynindəki paltarları da soyunmuş, ayaqlarını Zərərçəkmiş şəxs ayaqları arasına salaraq Zərərçəkmiş şəxs sağ və sol budun iç səthində qançırlarla müşayiət olunan sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə öz cinsiyyət orqanını fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs uşaqlıq yoluna zorla yeritməklə qızlıq pərdəsinin tamlığını pozaraq zorla təbii yolla cinsi əlaqədə olmaqla yetkinlik yaşına çatmayan şəxsi zorlamışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ibtidai istintaq orqanı tərəfindən ittiham elan edilmişdir ona görə ki, onlar 25 may 2021-ci il tarixdə Ağcabədi rayonu İmamqulubəyli kəndində Təqsirləndirilən şəxs1 ilə xx.xx.2003-cü il təvəllüdlü, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmamasını zahiri görünüşü və həmkəndlisi kimi ailəvi münasibətlərinin olması ilə əlaqədar aşkar surətdə və etibarlı şəkildə bildiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1lə evləndirilməsi məqsədilə oğurlanması və faktiki olduğu yerdən başqa yerə aparılmasında birgə iştirak etmək barədə qabaqcadan razılığa gəlib cinayət əlaqəsinə girməklə vəzifə bölgüsü aparmış, bundan sonra onlar əlbir olub birlikdə cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi Vaz 2107 markalı, 10UP876 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun İmamqulubəyli kəndinin ərazisində yerləşən “qaynama” kimi tanınan bulağa yollanmış, Zərərçəkmiş şəxs qohumları Şahid1 və Şahid2 ilə birlikdə bulaqdan su götürərək qayıtdığını müşahidə edib onları güdməklə həmin vaxt razılaşdıqları vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 avtomobili Zərərçəkmiş şəxs yanında saxlamış, Təqsirləndirilən şəxs3 avtomobildən düşərək Zərərçəkmiş şəxs yanında olan Şahid1 qarşısını kəsməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Pərvanə Allahverdiyevanın isə avtomobildən düşərək Zərərçəkmiş şəxs qollarından və ayaqlarından tutub sonuncunun orada onu buraxmaları barədə aman diləyib köməklik istəməsinə baxmayaraq ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ və sol saiddə qançırlar xəsarətlərini yetirməklə onu avtomobilin salon hissəsinə əyləşdirmələrindən sonra Təqsirləndirilən şəxs2 idarə edərək hərəkətə gətirdiyi avtomobillə həmin avtomobilin içərisində olan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq faktiki olduğu yerdən qanunsuz olaraq Şahid5 yaşadığı Ağdam rayonu, Üçoğlan kəndində yerləşən fərdi yaşayış evinə, daha sonra isə həmin evdən X1 və sonuncunun qardaşı X3 Bərdə rayonu Otuzikilər kəndində yerləşən evlərinə aparmış və yetkinlik yaşına, yəni on səkkiz yaşına çatmamasını zahiri görünüşü və həmkəndlisi kimi ailəvi münasibətləninin olması ilə əlaqədar aşkar surətdə və etibarlı şəkildə bildiyi Zərərçəkmiş şəxs həmin evlərdə qanunsuz olaraq saxlayaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Təqsirləndirilən şəxs1lə evləndirilməsi məqsədi ilə oğurlamışlar. Lənkəran Ağır Cinayətlər Məhkəməsində cinayət işininin hazırlıq iclası keçirilərək cinayət işi ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayət işini aidiyyəti üzrə göndərərkən ona əsaslanmışdır ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Ruhin Zeynalov tərəfindən Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədildiyi yer Ağcabədi rayonu ərazisi, habelə Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası 149.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədildiyi yer Ağdam rayonu ərazisi olduğundan hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayət işinin aidiyyəti üzrə göndəriməsi barədə qərar qəbul edərkən Azərbaycan Respublikası CPM-nın 74.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası CPM-nın 75.1-ci maddəsində göstərilir ki, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayət işini Gəncə Ağır Cinayətlər Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edərkən qanunun tələblərinə düzgün əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nın 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 8.1-ci bəndinə əsasən Ağcabədi rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.3 və 149.2.3-cü maddələrində nəzərdə tutulan iki cinayət əməlinin törədilməsində təqsirləndirilir və cinayət işinin məhkəməyədək icraatı Ağcabədi rayon prokurorluğu tərəfindən aparılmışdır. Cinayət işinə əlavə olunmuş 29 iyun 2021-ci il tarixli “ibtidai istintaqın davam etdirilməsinin həvalə olunması barədə” qərardan görünür ki, iş üzrə istintaqın davam etdirilməsi Ağcabədi rayon prokurorluğuna həvalə edilmişdir. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini nəzərə alaraq, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, cinayət işinin aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan cinayət işinin baxılmasının aid olduğu məhkəmənin müəyyən edilməsi üçün cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Həmin Məcəllənin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.8, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3 və 149.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar