Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-188/2023 03.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Ağdam rayon Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Sarıçoban kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə istintaqla müəyyən edilə bilinməyən vaxt və mənbədən satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 02 (iki) ədəd şəffaf sellofanda olan 15 (on beş) ədəd ağ sellofan bükümlərə ayrılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,396 qram, 0,426 qram, 0,443 qram, 0,912 qram, 0,471 qram, 0,458 qram, 0,457 qram, 0,426 qram, 0,923 qram, 0,420 qram, 0,919 qram, 0,441 qram, 0,432 qram və 0,446 qram olmaqla ümumi təmiz çəkisi 7,664 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmin Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 05 (beş) ədəd konvalyut kəsiyində ayrı-ayrılıqda təmiz çəkiləri 0,4 qram olmaqla ümumi təmiz çəkisi 0,68 qram sintetik narkotik vasitə olan metadonu, həmçinin həmin Qanunun İİ Siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni 04 (dörd) ədəd gümüşü kağız bükümün içərisində olan 4 (dörd) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,037 qram, 0,764 qram, 0,094 qram və 0,541 qram olmaqla ümumi təmiz çəkisi 2,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı Ağdam rayonu Sarıçoban kəndində yaşadığı fərdi yaşayış evinə daşıyıb 01 (bir) ədəd şüşə balonun içərisinə yerləşdirib yaşadığı evin həyətindəki yardımçı tikilinin dolabında xx.xx.2022-ci il saat 14 radələrinədək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunub götürülənədək qəsdən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun illərdir ki, narkotik vasitələrdən, o cümlədən də heroin və metamfetamin tapdıqda istifadə etmişdir. Tutulmamışdan bir müddət əvvəl Bakı şəhərində xəstəxanada müalicə olunmuş və müalicəsini davam etdirmək üçün yaşadığı evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Ağdam rayonu Sarıçoban kəndində yaşadığı evdə ona məxsus otaqda yatarkən çarpayının yanında səs gəldiyi üçün oyanmışdır. Həmin şəxs polis əməkdaşı olduğunu deyərək onunla xeyli söhbət etmişdir. Söhbət zamanı adını bilmədiyi polis əməkdaşı onun narkotik vasitə istifadəcisi olduğun və anasının tibb bacısı kimi evdə qanunsuz olaraq xəstə qəbul edərək müalicə etməsini deyərək ona hədə-qorxu gəlmiş, evinə narkotik vasitə qoyacaqlarını və buna razı olmasını bildirmiş, əus halda anasını cinayət məsuliyyətinə cəlb edəcəklərini demişdir. Bu səbəbə görə polis əməkdaşının təklif ilə razı olmuşdur. Bundan sonra digər polis əməkdaşları da gəlmiş və onlar cglə çıxmışlar. Narkotik vasitəni həyətdə yardımçı tikili kimi onun yatdığı yerdə dolabın içərisinə qoyacaqlarını və videoçəkliş zamanı təqdim etməsini bildirmişlər. Bundan sonra dedikləri kimi Ağdam rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək özlərini təqdim edib narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadığı evə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirəcəklərini ona bildirmişlər. O, polis əməkdaşlarının yaşadığı evə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirmələrinə etirazının olmadığını bildirmişlər. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirmişlər. Yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilən zaman həmin yardımçı tikilidə olan dolabın içərisində 1 ədəd şüşə bankada narkotik maddələr olduğunu bildirərək həmin şüşə bankanı içərisində olan narkotik maddələrlə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Həmin şüşə bankanın içərisində üç ədəd siqaret qutularının üzərinə çəkilmək üçün nəzərdə tutulmuş kiçik ölçülü şəffaf sellofan və ayrılıqda şüşə bankanın içərisində 17 ədəd üzərinə “metadon” yazısı yazılmış dərman preparatı olmuşdur. Birinci şəffaf sellofanın içərisində “şüşə” adı ilə tanıdığı narkotik maddənin olduğu dörd ədəd gümüşü rəngli kağız bükümlər, həmin gümüşü rəngli kağız bükümlərin də, hər birinin içərisində bir ədəd şəffaf sellofan bükümlər olmuşdur. Elektron tərəzi vasitəsilə çəkilərkən birinci bükümün çəkisi 0.97 qram, ikinci bükümün çəkisi 1.44 qram, üçüncü bükümün çəkisi 0.71 qram, dördüncü bükümün çəkisinin isə 0.24 qram olması müəyyən edilmişdir. Həmin şüşə bankada olan digər kiçik ölçülü şəffaf sellofanın içərisində “kakos” adı ilə tanıdığı narkotik maddənin olduğu səkkiz ədəd daha kiçik ölçüdə sellofan bükümlər, həmin sellofan bükümlərin hər birinin çəkiləri müvafiq olaraq, 0.31 qram, 1.08 qram, 1.04 qram, 1.04 qram, 0.56 qram, 0.56 qram, 0.55 qram və 0.55 qram olması müəyyən edilmişdir. Üçüncü kiçik ölçülü şəffaf sellofanda da “kakos” adı ilə tanıdığı narkotik maddənin olduğu səkkiz ədəd daha kiçik ölçüdə sellofan bükümlər olmuşdur. Həmin bükümlər də ayrı-ayrılıqda şəffaf sellofanlarda olmaqla, həmin sellofan bükümlərin hər birinin çəkiləri müvafiq olaraq, 0.37 qram, 0.51 qram, 0.55 qram, 0.53 qram, 0.53 qram, 0.53 qram, 0.54 qram, 0.53 qram olması müəyyən edilmişdir. Bundan sonra “şüşə” və “patı” adıyla tanıdığı narkotik maddələrin olduğu bükümlər ayrı, “kakos” adıyla tanıdığı narkotik maddələrin olduğu bükümlər ayrı, “metadon” dərman preparatı da ayrılıqda zərflərə qoyularaq müvafiq qaydada özünün və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə Ağdam rayon polis şöbəsinə gəlmiş, Polis Şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı bir qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Sonra ona deyildiyi kimi narkotik vasitə olan heroini özü istifadə etmək üçün həmin yerdə saxladığını, həmin narkotik maddələri istifadə etmək niyyəti ilə saxlasa da, həmin vaxt bədənində tələbat yaranmadığından istifadə etmədiyini, həmin narkotik maddələri tapdığı yeri əyani qaydada göstərdiyini, heç kimə narkotik maddə satmadığını, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən aşkar edilib götürülənlərdən başqa hər hansı bir narkotik maddəsi olmadığını, əməlini etiraf etməsi üçün heç bir təzyiq olmadığını, əməlini şəxsi iradəsiylə etiraf etdiyini bildirmişdir. Sonra ifadələrində də satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək saxlamaqda özünü təqsirli bildiyini, narkotik vasitə satmadığını və satmaq niyyəti olmadığını, özünü satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə saxlamaqda təqsirli bilmədiyini, satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək saxlamaqda özünü təqsirli bilirək həmin əməlin cinayət xarakterli olduğunu bildiyini və törətdiyi həmin əməldən peşman olmasını, etdiyi əməli səmimi olaraq etiraf etdiyini, özünə qarşı heç vaxt, heç bir qeyri qanuni hərəkət, təzyiq olunmadığını, heç kimdən, heç bir şikayəti, tələbi, iddiası olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİO-da xidmət edir, polis kapitanı rütbəsindədir. Ağdam rayonu Sarıçoban kənd sakini Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə bağlı olaraq əvvəllər məhkum olunmuş şəxs kimi əvvəlcədən tanımış, onun özü və ailəsi ilə aralarında heç bir ədavət və düşmənçilik olamamışdır. xx.xx.2022-ci il tarixdə ona etibarlı mənbədən Təqsirləndirilən şəxs X2 dövriyyəsi ilə məşğul olması, narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla şöbə rəhbərliyinə məruzə olunduqdan sonra icrası ona həvalə olunmuş və tərəfindən qəbul olunmuş “əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar əsasında həmin gün saat 14 radələrində şöbənin CAB-nin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına getmişlər. Təqsirləndirilən şəxs həyət giriş qapısının qarşısına çıxdıqda özlərini təqdim edərək X2 dövriyyəsində şübhəli olmasını ona izah etmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq əvvəllər narkotik vasitə istifadə etsə də artıq istifadə etməməsini, evində narkotik vasitə olmamasını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüqularını izah etmiş, o da ərizə ilə müraciət edərək yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə razı olmasını bildirmişdir. Bundan sonra videoçəkilişlə yaşıl rəngli və dəmir materialdan olan həyətə giriş qapısının qarşısından videoçəkilişlə baxışa başlanmışdır. Videoçəkilişdə təhqiqatçı iştirakçılar barədə anket məlumatlarını, baxışın videoçəkilişlə aparılmasını elan edərək Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində narkotik vasitə olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olmamasını bildirmiş və ondan başqa, yəni əvvəllər tutulduğundan başqa olmadığını əlavə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Heç bir qeyri qanuni əşya predmet aşkar olunmamışdır. Bundan sonra növbəti, yəni mavi rəngli taxta materialdan qapısı olan sonuncu otağa daxil olunaraq baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs bir daha yaşadığı həmin otaqda hər hansı bir qeyri qanuni əşya predmet, narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamaması barədə sual vermiş, Təqsirləndirilən şəxs dolabda narkotik vasitə və psixotrop maddə olmasını və təqdim etmək istədiyini bildirərək dolabın içərisindən bir ədəd şüşə balonu çıxararaq təqdim etmişdir. Həmin balonun qapağını təhqiqatçı açaraq içərisindən ilk olaraq ağ rəngli salfeti çıxarıb içərisi boş olduğundan stolun üzərinə qoymuş, bundan sonra balondan bir ədəd sellofan çıxarmış və sellofanın içərisində 04 ədəd gümüşü kağız büküm aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda içərisindən sellofan bükümlərin olmasını müəyyən etmişdir. Təqsirləndirilən şəxs bükümlərdə metamfetamin olmasını və Bakı şəhəri Maştağa qəsəbəsində tanımadığı qadından almasını qeyd etmişdir. Həmin bükümlər açılaraq içərisində şəffaf rəngli kristal maddələr olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin psixotrop maddələrin tökülməməsi üçün əlavə olaraq kağız bükümlərə bükülməsini qeyd etmişdir. Həmin 04 ədəd büküm elektron tərəzidə çəkilərək 0,97 qram, 1,44 qram, 0,71 qram və 0,24 qram olmaları müəyyən olunaraq yenidən eyni qaydada qablaşdırılaraq dolabın üzərində kənara qoyulmuşdur. Bundan sonra balondan daha bir sellofan çıxarılmış, həmin sellofanda 08 ədəd şəffaf sellofan bükümlərin olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin bükümlərin heroin olmasını və Bakı şəhəri Maştağa qəsəbəsində tanımadığı qadından almasını bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək çəkilərinin 0,31 qram, 1,08 qram, 1,04 qram, 1,04 qram, 0,56 qram, 0,56 qram, 0.55 qram və 0,55 qram olması müəyyən olunmuş və həmin bükümlər eyni qaydada qablaşdırılaraq dolabın üzərinə kənara qoyulmuşdur. Bundan sonra balondan daha bir sellofan çıxarılmış, həmin sellofanda 07 ədəd şəffaf sellofan bükümlərin və 01 ədəd gümüşü kağız bükümlərin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin heroin olmasını və Bakı şəhəri Maştağa qəsəbəsində tanımadığı qadından almasını bildirmişdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək çəkilərinin 0,37 qram, 0,51 qram, 0,55 qram, 0,53 qram, 0,53 qram, 0,53 qram, 0.54 qram və 0,53 qram olması müəyyən olunmuş və həmin bükümlər eyni qaydada qablaşdırılaraq dolabın üzərində kənara qoyulmuşdur. Bundan sonra balondan 05 ədəd qəhvəyi rəngli blester və blester kəsikləri çıxarılmışdır. Blesterin biri 06 ədəd həblə dolu, digəri 05 ədəd həblə dolu, 01 ədəd həb yeri boş, digər blester kəsiklərinin isə birində 04 ədəd həb, digər iki ədəd belster kəsiyində isə hər birində 01 ədəd həb olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin həblərin metadon həbi olmasını, əvvəl 20 ədəd olmasını, 03 ədədini istifadə etməsini, Bakı şəhəri Maştağa qəsəbəsində tanımadığı qadından almasını bildirmişdir. Bundan sonra aşkar olunmuş 04 ədəd bükümdə metamfetaminə bənzər olan şəffaf kristal maddələr 01 ədəd kağız zərfdə, aşkar olunmuş 16 ədəd bükümdə heroinə bənzər toz maddələr 01 ədəd kağız zərfdə, 05 ədəd blester kəsiyində aşkar edilmiş 17 ədəd həb isə 01 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra həyətyanı sahədə baxış davam etdirilsə də heç bir qeyri qanuni əşya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra baxış fərdi yaşayış evində davam etdirilsə də fərdi yaşayış evində də heç bir qeyri qanuni əşya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra rayon Polis Şöbəsinə qayıdaraq Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində mavi rəngli uzunqol köynək, mavi rəngli cins şalvar, qara rəngli corab və dəri materialdan qara rəngli çəkələk olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət predmeti sayılan, qanunla dövriyyəsi qadağan edilmiş hər-hansı bir əşya, olması, olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qanunla qadağan olunmuş əşya predmet, narkotik vasitə olmamasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin şəxsi axtarış zamanı üzərindən heç bir qeyri qanuni əşya və predmet, narkotik vasitə aşkar edilməyərək şəxsi axtarış üzrə videoçəkiliş yekunlaşdırılmışdır. Həmçinin o, suallara cavab verərək Təqsirləndirilən şəxs saxlanılarkən və ya araşdırmanın sonrakı gedişatında ona qarşı heç bir qeyri qanuni hərəkət olunmadığını, Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini özü könüllü olaraq etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqət olmadığını, ona hədə-qorxu gəlinmədiyini, anasının cinayət məsuliyyətinə cəlb olunmaması üçün evinə narkotik vasitə qoyulmasına razı olması bardə təklif edilmədiyni və hədələnmədiyni bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlamasında və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, narkotik vasitələrin qanunusuz istifadəsində, saxlamasında və satışında şübhəli olması müəyyən edildiyindən, Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(013)-91/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirilməsi barədə Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş 26 avqust 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Ağdam rayonu Sarıçoban kəndində yerləşən evinə və həyatyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Sarıçoban kəndində yerləşən evinə və həyatyanı torpaq sahəsinə keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs dolabda narkotik vasitə və psixotrop maddə olmasını və təqdim etmək istədiyini bildirərək dolabın içərisindən bir ədəd şüşə balonu çıxararaq təqdim etmişdir. Həmin balunun içərisindən bir ədəd sellofan çıxarılmış və sellofanın içərisində 04 ədəd gümüşü kağız büküm aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda içərisindən selloofan bükümlərin olması müəyyən olunmuşdur. Həmin bükümlər açılaraq içərisində şəffaf rəngli kristal maddələr olamsı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddələrin tökülməməsi üçün əlavə olaraq kağız bükümlərə bükülməsini qeyd etmişdir. Həmin 04 ədəd büküm elektron tərəzidə çəkilərək 0,97 qram, 1,44 qram, 0,71 qram və 0,24 qram olmaları müəyyən olunaraq yenidən eyni qaydada qablaşdırılmışdır.Bundan sonra balondan daha bir sellofan çıxarılmışdır. Həmin sellofanda 08 ədəd şəffaf sellofan bükümlərin olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək çəkilərinin 0,31 qram, 1,08 qram, 1,04 qram, 1,04 qram, 0,56 qram, 0,56 qram, 0.55 qram və 0,55 qram olması müəyyən olunur və həmin bükümlər eyni qaydada qablaşdırılmışdır.Bundan sonra balondan daha bir sellofan çıxarılmışdır. Həmin sellofanda 07 ədəd şəffaf sellofan bükümlərin və 01 ədəd gümüşü kağız bükümlərin olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək çəkilərinin 0,37 qram, 0,51 qram, 0,55 qram, 0,53 qram, 0,53 qram, 0,53 qram, 0.54 qram və 0,53 qram olması müəyyən olunur və həmin bükümlər eyni qaydada qablaşdırılmışdır. Bundan sonra balondan 05 ədəd qəhvəyi rəngli blester və blester kəsikləri çıxarılmışdır. Blesterin biri 06 ədəd həblə dolu, digəri 05 ədəd həblə dolu, 01 ədəd həb yeri boş, digər blester kəsiklərinin isə birində 04 ədəd həb, digər iki ədəd belster kəsiyində isə hər birində 01 ədəd həb olması müəyyən olunmuşdur. Bundan sonra aşkar olunmuş 04 ədəd bükümdə metamfetaminə bənzər olan şəffaf kristal maddələr 01 ədəd kağız zərfdə, aşkar olunmuş 16 ədəd bükümdə heroinə bənzər toz maddələr 01 ədəd kağız zərfdə, 05 ədəd blester kəsiyində aşkar edilmiş 17 ədəd həb isə 01 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, dövriyyəsi qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Dsikə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:03-dən saat 14:53-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Sarıçoban kəndində yerləşən evinə və həyətyanı sahəsinə keçirilmiş baxış protokolu və videogörüntülərin yaddaşına köçürüldüyü 01 (bir) ədəd Kompakt Diskə baxış protokolu ilə müəyyən edilmişdir ki, evin həyətinə giriş yaşıl rəngli dəmir qapı vasitəsilədir. Həyətə daxil olduqda sol tərfədə mişar daşından hörülmüş hamam və tualet, daha sonra isə üzbəüzdə ikimərtəbəli mişar daşından hörülmüş kürsülü fərdi yaşayış evi yerləşir. Sağ tərəfdə təxminən 30 metr uzunluğunda yardımçı tikililər mövcuddur. İlk olaraq birinci otağa daxil olunur. Birinci otaq tibbi ləvazimatlar olan otaqdır. Həmin otağa baxış zamanı heç bir qeyri qanuni əşya predmet aşkar olunmur. Bundan sonra ikinci otağa daxil olunur. Həmin otaqda da heç bir qeyri qanuni əşya predmet aşkar olunmur. Üçüncü otağa daxil olunda həmin otağın tövlə kimi istifadə olunması, otaqda ot kiplərinin olması müəyyən olunur. Həmin otağa baxış zamanı heç bir qeyri qanuni əşya predmet aşkar olunmur. Bundan sonra həmin otaqdan çıxaraq eyvanda olan şkaflara və qab-qacağa baxış keçirlir və heç bir qeyri qanuni əşya predmet aşkar edilmir. Bundan sonra eyvanın qurtaracağından olan qapıdan keçərək sağda olan otağa daxil olunur. Həmin otağa daxil olduqda heç bir qeyri qanuni əşya predmet aşkar olunmur. Bundan sonra növbəti, yəni mavi rəngli taxta materialdan qapısı olan sonuncu otağa daxil olunaraq baxış keçirlir. Otağa baxarkən görünür ki, otaqda yaşayış vardır. Otaqda sol tərəfdə divan, üzərində örtük, sağ tərəfdə sərinkeş, arxasında stol, qarşıda çarpayı, çarpayı ilə divanın arasında taxta materialdan dolab yerləşir. Sadalanan əşyalara baxış zamanı təhqiqatçı Əhliyət Qasımov tərəfindən Təqsirləndirilən şəxs bir daha yaşadığı həmin otaqda hər hansı bir qeyri qanuni əşya predmet, narkotik vasitə və ya psixotrop maddə saxlayıb saxlamaması barədə sual olunur. Bu suladan sonra Təqsirləndirilən şəxs dolabda narkotik vasitə və psixotrop maddə olmasını və təqdim etmək istədiyini bildirərək dolabın içərisindən bir ədəd şüşə balonu çıxararaq təqdim edir. Həmin balunun qapağı Əhliyyət Qasımov tərəfindən açılaraq içərisindən ilk olaraq ağ rəngli salfeti çıxarır və salfetin içərisi boş olduğundan stolun üzərinə qoyur. Bundan sonra balondan bir ədəd sellofan çıxarılır və sellofanın içərisində 04 ədəd gümüşü kağız büküm aşkar olunur. Həmin bükümlər açıldıqda içərisindən selloofan bükümlərin olması müəyyən olunur. Təqsirləndirilən şəxs bükümlərdə metamfetamin olmasını və Bakı şəhəri Maştağa qəsəbəsində tanımadığı qadından almasını qeyd edir. Həmin bükümlər açılaraq içərisində şəffaf rəngli kristal maddələr olamsı müəyyən olunur. Təqsirləndirilən şəxs həmin psixotrop maddələrin tökülməməsi üçün əlavə olaraq kağız bükümlərə bükülməsini qeyd edir. Həmin 04 ədəd büküm elektron tərəzidə çəkilərək 0,97 qram, 1,44 qram, 0,71 qram və 0,24 qram olmaları müəyyən olunaraq yenidən eyni qaydada qablaşdırılaraq dolabın üzərinədə kənara qoyulur. Bundan sonra balondan daha bir sellofan çıxarılır. Həmin sellofanda 08 ədəd şəffaf sellofan bükümlərin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin heroin olmasını və Bakı şəhəri maştağa qəsəbəsində tanımadığı qadından almasını bildirir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək çəkilərinin 0,31 qram, 1,08 qram, 1,04 qram, 1,04 qram, 0,56 qram, 0,56 qram, 0.55 qram və 0,55 qram olması müəyyən olunur və həmin bükümlər eyni qaydada qablaşdırılaraq dolabın üzərinə kənara qoyulur. Bundan sonra balondan daha bir sellofan çıxarılır. Həmin sellofanda 07 ədəd şəffaf sellofan bükümlərin və 01 ədəd gümüşü kağız bükümlərin olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümlərin heroin olmasını və Bakı şəhəri Maştağa qəsəbəsində tanımadığı qadından almasını bildirir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilərək çəkilərinin 0,37 qram, 0,51 qram, 0,55 qram, 0,53 qram, 0,53 qram, 0,53 qram, 0.54 qram və 0,53 qram olması müəyyən olunur və həmin bükümlər eyni qaydada qablaşdırılaraq dolabın üzərinə kənara qoyulur. Bundan sonra balondan 05 ədəd qəhvəyi rəngli blester və blester kəsikləri çıxarılır. Blesterin biri 06 ədəd həblə dolu, digəri 05 ədəd həblə dolu, 01 ədəd həb yeri boş, digər blester kəsiklərinin isə birində 04 ədəd həb, digər iki ədəd belster kəsiyində isə hər birində 01 ədəd həb olması müəyyən olunur. Təqsirləndirilən şəxs həmin həblərin metadon həbi olmasını, əvvəl 20 ədəd olmasını, 03 ədədini istifadə etməsini, Bakı şəhəri Maştağa qəsəbəsində tanımadığı qadından almasını bildirir. Bundan sonra aşkar olunmuş 04 ədəd bükümdə metamfetaminə bənzər olan şəffaf kristal maddələr 01 ədəd kağız zərfdə, aşkar olunmuş 16 ədəd bükümdə heroinə bənzər toz maddələr 01 ədəd kağız zərfdə, 05 ədəd blester kəsiyində aşkar edilmiş 17 ədəd həb isə 01 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülür. Bundan sonra həyətyanı sahədə baxış davam etdirilsə də heç bir qeyri qanuni əşya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilmir. Bundan sonra baxış fərdi yaşayış evində davam etdirilsə də fərdi yaşayış evində də heç bir qeyri qanuni əşya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilmir və iştirakçılar həyətə qayıdırlar. Bununla da həmin qovluqda olan videoçəkiliş bitir. Bundan sonra növbəti qovluq açıldıqda eyni videogörüntünün davamı olması müəyyən olunur. Belə ki, Əhliyət Qasımov videoçəkiliş zamanı baxışın gedişatında baş verənləri qeyd edir və baxışı yekunlaşdırır və videoçəkliş dayandırılır. Ağdam Rayon Polsi Şğbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri hansı yolla əldə etməsini dəqiqləşdirmək, sözügedən narkotik vasitələr və psixotrop maddələrdən kimlərəsə satıb-satmamasını və cinayət əməlini şəxslərlə əlbir olaraq törədib törətməməsini müəyyən etmək mümkün olamışdır. “İfadənin yerində yoxlanması haqqında”xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. Materialların məhkəmə ekspertizanın xx.xx.2022-ci il tarixli, 16/1025 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində “01 ədəd siqaret sellofanının içərisində ümumi çəkiləri 3,36 qram olmaqla çəkiləri 0,94 qram, 1,44 qram, 0,71 qram və 0,24 qram olan 04 ədəd büküm” yazı və imzalar olan kağız paketdəki:-04 (dörd) ədəd gümüşü kağız bükümlərdə olan 4 (dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,037 qram, 0,764 qram, 0,094 qram, 0,541 qram, ümumi təmiz çəkisi 2,436 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metafetaminlərdir.Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim olunmuş üzərində “01 ədəd siqaret sellofanının içərisində ümumi çəkisi 5,69 qram olmaqla 0,31 qram, 1,08 qram, 1,04 qram, 1,04 qram, 0,56 qram, 0,56 qram, 0,55 qram və 0,55 qram olan 08 ədəd büküm, bir ədəd siqaret sellofanının içərisində ümumi çəkisi 4,09 qram olmaqla 0,37 qram, 0,51 qram, 0,55 qram, 0,53 qram, 0,53 qram, 0,54 qram və 0,53 qram olan 08 ədəd büküm” yazı və imzalar olan kağız paketdəki: -2 (iki) ədəd şəffaf sellofan bükümlərdə olan ümumi sayı 15 (on beş) ədəd olan və ağ sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,396 qram, 0,426 qram, 0,443 qram, 0,912 qram, 0,471 qram, 0,458 qram, 0,457 qram, 0,426 qram, 0,923 qram, 0,420 qram, 0,919 qram, 0,441 qram, 0,432 qram, 0,446 qram, ümumi təmiz çəkisi 7,664 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 1 (bir) ədəd gümüşü kağız bükümdəki təmiz çəkisi 0,315 qram olan boz rəngli, dənəvərşəkilli maddənin tərkibində narkotik vasitə və psixotrop maddə yoxdur.Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısının İ bəndinə daxildir.Tədqiqata təqdim olunmuş üzərində “üzərinə metadol” yazılmış 17 həb” yazı və imzalar olan kağız paketdəki 5 (beş) ədəd konvalyutda, ümumi sayı 17 (on yeddi) ədəd olan həblərin MEM-nin X7 lazımi texniki avadanlıq olmadığından tədqiqatı aparılmadı. Həmçinin, həmin rəyin qeydində ümumi təmiz çəkisi -7,664 qram olan heroinin 0,75 qramının tədqiqata sərf edilməsi və qalıq çəkisinin 6,914 qram olması, ümumi təmiz çəkisi 2,436 qram metamfetaminin 0,12 qramının tədqiqata sərf edilməsi və qalıq çəkisinin 2,316 qram olması qeyd olunmuşdur. Materialların məhkəmə ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/5100 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş iştirak etdi Təqsirləndirilən şəxs..........” yazı və imzalar olan zərfdə 5 ədəd üzərində “Methadone 40” yazılan konvalyut kəsiyində üzərində “F/M40” yazılan ümumi sayı 17 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında eyni olub, sintetik narkotik vasitə metadondur. Təqdim olunmuş 17 ədəd həbin tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,68 qramdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir.Həmin rəyin qeydində 17 ədəd metadon həbinin 02 ədədinin tədqiqata sərf edilməsi və 15 ədədinin qalıq qalması qeyd edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1732 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 648 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 26 avqust 2022-ci ildən hesablanmışdır. X17 Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. X8 X16 Poliklinika Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır. Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Sarıçoban kəndində həyat yoldaşı X5, övladları X6 və X9 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ümumi təmiz çəkisi -7,664 qram olmuş, 0,75 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,914 qram olan heroin, ümumi təmiz çəkisi 2,436 qram olmuş, 0,12 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,316 qram olan metamfetamin, ümumi sayı 17 ədəd olmuş, 02 ədədi tədqiqata sərf edildikdən sonra sayı 15 ədəd olan metadon və həmin narkotik vasitə və spixotrop maddələrin aşakr olunduğu şüşə balon maddi sübut kimi tanınaraq Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Eləcə də dörd ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, …Təxminən 2022-ci ilin avqust ayının 20-də Ağdam rayonu Sarıçoban kəndinin kənarında gəzərkən orada zibillikdə bir ədəd sellofan paket diqqətini cəlb etmiş, həmin sellofan paketi yerdən götürüb baxdıqda içərisində müxtəlif bükümlərdə “kakos” adı ilə tanıdığı heroin, “şüşə” adı ilə tanıdığı metamfetamin və “metadon” adıyla tanıdığı həblər olduğunu görmüşdür. Belə ki, narkotik tərkibli maddələrdən istifadə etdiyi üçün həmin bükülülərin içərisində olan narkotik maddələri tanımış, içərisində çoxlu sayda bükümlər olan həmin sellofanı götürdükdən sonra Ağdam rayonu Sarıçoban kəndində yaşadığı evə aparıb, yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə dolabın içərisində olan şüşə bankaya yığmış və həmin narkotik maddələri şəxsi istifadəsi üçün saxlamaq qərarına gəlmişdir. Həmin narkotik maddələrdən bədənində tələbat yarandığı zaman istifadə etmək üçün saxlamış, lakin onların üzərindən götürüb istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Ağdam rayonu Sarıçoban kəndində yaşadığı evdə olarkən Ağdam rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək özlərini təqdim edib narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadığı evə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirəcəklərini ona bildirmişlər. O, polis əməkdaşlarının yaşadığı evə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirmələrinə etirazının olmadığını bildirmişlər. Bundan sonra Ağdam rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirmişlər. Yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə baxış keçirilən zaman həmin yardımçı tikilidə olan dolabın içərisində 1 ədəd şüşə bankada narkotik maddələr olduğunu bildirərək həmin şüşə bankanı içərisində olan narkotik maddələrlə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Həmin şüşə bankanın içərisində üç ədəd siqaret qutularının üzərinə çəkilmək üçün nəzərdə tutulmuş kiçik ölçülü şəffaf sellofan və ayrılıqda şüşə bankanın içərisində 17 ədəd üzərinə “metadon” yazısı yazılmış dərman preparatı olmuşdur. Birinci şəffaf sellofanın içərisində “şüşə” adı ilə tanıdığı narkotik maddənin olduğu dörd ədəd gümüşü rəngli kağız bükümlər, həmin gümüşü rəngli kağız bükümlərin də, hər birinin içərisində bir ədəd şəffaf sellofan bükümlər olmuşdur. …Ağdam rayonu Sarıçoban kəndində yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilinin içərisində yerləşən dolabın içərisində olan 1(bir) ədəd şüşə bankanın içərisindən aşkar olunmuş 4(dörd) ədəd gümüşü kağız bükümlərdə olan 4(dörd) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,037 qram, 0,764 qram, 0,094 qram, 0,541 qram, ümumi təmiz çəkisi 2,436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 2(iki) ədəd şəffaf sellofan bükümlərdə olan ümumi sayı 15(on beş) ədəd olan ağ sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,094 qram, 0,396 qram, 0,426 qram, 0,443 qram, 0,912 qram, 0,471 qram, 0,458 qram, 0,457 qram, 0,426 qram, 0,923 qram, 0,420 qram, 0,919 qram, 0,441 qram, 0,432 qram, 0,446 qram, ümumi təmiz çəkisi 7,664 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini özü istifadə etmək üçün həmin yerdə saxladığını, həmin narkotik maddələri istifadə etmək niyyəti ilə saxlasa da, həmin vaxt bədənində tələbat yaranmadığından istifadə etmədiyini, həmin narkotik maddələri tapdığı yeri əyani qaydada göstərdiyini, heç kimə narkotik maddə satmadığını, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən aşkar edilib götürülənlərdən başqa hər hansı bir narkotik maddəsi olmadığını, əməlini etiraf etməsi üçün heç bir təzyiq olmadığını, əməlini şəxsi iradəsiylə etiraf etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metadon- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir.Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ümumi təmiz çəkisi -7,664 qram olmuş, 0,75 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,914 qram olan heroin, ümumi təmiz çəkisi 2,436 qram olmuş, 0,12 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,316 qram olan metamfetamin, ümumi sayı 17 ədəd olmuş, 02 ədədi tədqiqata sərf edildikdən sonra sayı 15 ədəd olan metadon və həmin narkotik vasitə və spixotrop maddələrin aşakr olunduğu şüşə balon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 148 (yüz qırx səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 26 avqust 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan ümumi təmiz çəkisi -7,664 qram olmuş, 0,75 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,914 qram olan heroin, ümumi təmiz çəkisi 2,436 qram olmuş, 0,12 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,316 qram olan metamfetamin, ümumi sayı 17 ədəd olmuş, 02 ədədi tədqiqata sərf edildikdən sonra sayı 15 ədəd olan metadon və həmin narkotik vasitə və spixotrop maddələrin aşakr olunduğu şüşə balon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 148 (yüz qırx səkkiz) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-188/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-188/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver