Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-188/2025 02.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2007-ci il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qısqanclıq niyyətilə qəsdən xüsusi amansızlıqla adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, bacısı xx.xx.2008-ci il təvəllüdlü Şahid2 sevgi etirafı etməsi, narahat etməsi, qorxutması, o cümlədən 25 aprel 2022-ci il tarixdə gizlincə yaşadığı fərdi yaşayış evinə daxil olaraq ailəsini kənddə rüsvay etməsi səbəbindən həmkəndlisi, xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qısqanclıq niyyətilə qisas almaq məqsədilə öldürmək qərarına gəlmiş, 18 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən ictimai yer hesab olunan insanların kütləvi toplaşdığı “Uğur” şadlıq sarayında təşkil olunmuş həmkəndlisi X2 nəvəsinin kiçik toy məclisində olarkən davranışı ilə ictimai qaydalara, hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakıların fövqündə qoyub öz üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək məqsədilə cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək törətdiyi əməlin ictimai təhlükəli olduğunu qabaqcadan dərk edib və ictimai təhlükəli nəticələrini arzu edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə kiçik toy məclisinin pozulması və zərərçəkmiş şəxsə zor göstərilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşmaqla onunla bir masada əyləşmiş yaxın qohumu hesab edilən qardaşı Şahid4 gözləri qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək rəhmsizlik və qəddarlıq nümayiş etdirib Zərərçəkmiş şəxs qəsdən çoxsaylı zərbələr vuraraq ona 1 ədəd sol qulaqaltı nahiyənin sol çənəbucağı səviyyəsindən ağız və traxeya boşluğuna keçən, səthi boyun damarlarını, sol üz sinirini, qırtlağı və sol badamcığı zədələyən deşilmiş- kəsilmiş yara ilə müşayiət olunan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və 1 ədəd sol qulaq seyvanının yuxarı üçdə birinin sərbəst kənarının kəsilmiş yarası, 1 ədəd boyunun aşağı üçdə birinin sağ ön-yan səthinin daxilə keçməyən kəsilmiş yarası, 1 ədəd sol bazunun orta üçdə birinin arxa səthinin deşilmiş-kəsilmiş yarası, 1 ədəd sağ əlin arxa səthinin İ daraq sümüyü proyeksiyasında kəsilmiş yarası ilə müşayiət edilən, cəmi 4 ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, lakin həmin vaxt ətrafda olan şəxslərin müdaxilə edərək ona mane olması, o cümlədən zərərçəkmiş şəxsin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Elsevərin yanında işlədiyini, Elsevərin onun ustası olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, Elsevərin onların evinə girəcəyini, bacısını yoldan çıxartmaq məqsədi olacağını düşünməmişdir. Bildirmişdir ki, Elsevəri bu səbəbdən vurmuşdur. Hadisə baş verən gün restorana getmiş, özünü saxlaya bilməyərək zərərçəkmiş şəxsi evlərinə girdiyinə görə cəzalandırmaq üçün vurmuşdur. Vurduqdan sonra polisə təslim olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsin dəfələrlə bacısına sataşdığını eşitmiş, həmçinin Elsevərin bacısına “gəl otur maşına, oturmasan atanı öldürəcəm” demiş, bacısının 14-15 yaşı olduğu üçün qorxmuşdur. Həmçinin bildirmişdir ki, Elsevər bacısına məktub göndərmiş, məktubun içərisində pul olmuş, lakin məktubun içərisində yazılar kiril əlifbası ilə yazıldığı üçün nə olduğunu bilməmişdir. O qeyd etmişdir ki, məktubu tapdıqdan sonra anası ilə polisə getmiş və izahat vermişdir. Həmçinin əlavə etmişdir ki, zərərçəkmiş şəxsi bu hadisədən sonra ilk dəfə toyda görmüş, həmin vaxta qədər Elsevərlə qarşılaşmamışdır. O, hər iki ailənin də toya dəvət edildiyini, əvvəlcədən zərərçəkmiş şəxsi vurmaq fikrinin olmadığını, görən zaman isə təqsirləndirilən şəxsi cəzalandırmaq istədiyini bildirmiş, Elsevəri vurduğu bıçağını isə sexdə işləyəndə lazım olduğu üçün arabir üzərində gəzdirdiyini demişdir. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxsin toya gələcəyini əvəlcədən bilməmiş, onu toyda görən zaman isə cəzalandırmaq istəmişdir. O bildirmişdir ki, Elsevərin qardaşı başqa kənddə yaşamış, onu sonradan tanımış, həmçinin Elsevəri bıçaqladıqdan sonra qardaşı ona stul atmışdır. O, hadisə zamanı heç nə soruşmadan zərərçəkmiş şəxsi qulaq nahiyəsindən vurmuş, lakin Elsevərə neçə bıçaq zərbəsi yetirdiyini bilməmişdir, həmçinin qeyd etmişdir ki, niyyəti zərərçəkmiş şəxsi qulağından vurmaq olmuş, lakin istəmədən boynuna zərbə vurmuşdur. O, Elnur adlı qohumu ilə polis şöbəsinə gedib təslim olmuş, bıçağı da polis əməkdaşlarına vermiş, həmçinin hadisə zamanı bıçağı qolundan çıxartdığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ifadəsində bildirmişdir ki, toyda oturan zaman Umudun qulluq edən şəxslərdən biri olduğunu düşünmüş, hadisə baş verərkən heç nə başa düşməmiş və gözünü açanda xəstəxanada olduğunu görmüşdür. Həmçinin o, hadisənin necə baş verdiyini unutduğunu bildirmiş və təqsirləndirilən şəxslə aralarında əvvəllər problem olmadığını əlavə etmişdir. Eyni zamanda təqsirləndirilən şəxslə tanışlıqlarının qohumluq əsasında olduğunu, qızının birinin Umudun əmisi oğlu ilə evli olduğunu qeyd etmiş, həmçinin qonşu olduqlarını əlavə etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə qonşuluqda yaşayan ailənin övladının kiçik toy mərasimində baş tutmuş, o, toya ailə üzvləri ilə birlikdə qatılmış və Umudu toyda olan zaman görmüşdür. Umudun onun üzünə və qollarına bıçaqla vurduğunu bildirmiş, həmçinin vurulduqdan sonra çölə çıxaraq insanlardan onu xəstəxanaya aparmalarını istəmişdir. Maşın olmadığı üçün onu xəstəxanaya qonşusu və qızı aparmış, həmin zaman qardaşı kənarda olmuş, Umuda onu vurduğuna görə heç kim təzyiq göstərməmişdir. Umud ona 5 bıçaq zərbəsi yetirmiş, lakin bıçaq zərbələrinin hansı ardıcıllıqla dəydiyini unutmuş, qulağına bıçaq zərbəsi aldıqdan sonra ayağa qalxmışdır. Hadisədən 3 il əvvəl Umudun babası Əhliman evlərinə gedərək ona “səni Umudgilin həyətinə girəndə görmüşəm” demiş, o isə Əhlimana “mən girməmişəm, həmin vaxt evdə olmuşam” deyərək cavab vermişdir. Həmçinin bu hadisədən sonra Əhlimanla münasibətləri yenə əvvəlki kimi davam etmiş, lakin Umud onun yanından işdən çıxmış, Umudla sonralar qarşılaşsalar da, Umud ona heç nə deməmişdir. Həmçinin o, nə Umudun özü ilə, nə də Əhlimanla qarşılaşanda salamlaşmamış, başını aşağı salıb keçmişdir. Umudun anası 6-7 ay onun əvəzinə çalışmış, yaxın qonşu və qohum münasibətləri olmuşdur. O, bu hadisədən sonra bir az uzaqlaşmaq üçün Bakıya getmiş, lakin iş olmadığına görə getdikdən 2 ay sonra geri qayıtmışdır. O, 3 il ərzində bir dəfə Əhlimanın qardaşı oğlu ilə bir az problem yaşamış, amma Əhliman onu başa salmış, qohum olduqlarını bildirmiş, bundan sonra məsələ bağlanmışdır. Həmçinin əvvəllər Umudun anası Gülnarəyə həkim kağızı alıb verdiyini bildirmiş, eyni zamanda Umudun əvvəllər çox sakit olduğunu sonra da ətrafındakı uşaqların onu dəyişdirdiyini əlavə etmişdir. O, evdəki məktubların ona aid olmadığını və yazmağı bacarmadığını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs şikayətçi olmadığını, barışmış olduqlarını bildirmiş və ona dəymiş ziyanın ödənildiyini qeyd etmişdir. Məhkəmə istintaqı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, qızının ağlaya-ağlaya evdən çıxdığını görmüş, daha sonra çölə çıxmışdır. Çıxan zaman Əhliman qapını döyənin kim olduğunu soruşmuş, həmin vaxt Elsevərin küncdən çıxdığını görmüş, daha sonra isə yoldaşı da arxasınca getmişdir. Onlar getdikdən sonra Umuda “dur biz də gedək, görək nə məsələdi?” demişdir. Gedən zaman Əhlimanın Elsevərdən evə girənin o olub-olmamasını soruşduğunu görmüş, Elsevər isə boynuna almamışdır. Həmçinin Elsevər boynuna almasa belə, onların evinə dəfələrlə düşdüyünü qeyd etmiş, ən son evlərinə düşən zaman saatın səhər 5 olduğunu əlavə etmişdir. Həmçinin dəfələrlə otağa batareya ilə işləyən işığın düşdüyünü görmüşdür. O, ayaqqabının içindən yazı və 3 manat pul tapdığını bildirmiş, lakin Əhliman gedən zaman ona heç nə deməmiş, daha sonra isə polisə xəbər vermişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ona dəfələrlə hədə-qorxu gəlmiş, qorxutmuşdur. Ona “əgər mənə yaxınlaşmasan, məndən pul götürməsən, səni də, ailəni də kənddə biabır edəcəm” demiş, həmçinin onu dəfələrlə təhdid etmiş, ona məktub yazıb verməyə çalışmış, eyni zamanda yazdığı məktubun içinə pul qoymuşdur. Bu bir müddət davam etmiş, o qorxduğu üçün Elsevərin elədiklərinin heç birini ailəsinə deyə bilməmişdir. Daha sonra Elsevər evlərinə düşmüş, ayaqqabısının içinə pul qoymuş, həmçinin evə girən zaman ayaq izləri də düşmüşdür. Ayaqabbının içərisində pul və əlyazması olmuşdur. O, məktəbə. yaxud da hazırlığa gedən zaman Elsevər maşınla arxasınca getmiş, onu məktəbə aparmaq istəmiş, lakin o, Elsevərin maşınına minməmişdir. Eyni zamanda anasına dedikdən sonra qorxduğu üçün 6 ay dili tutulmuş, danışa bilməmiş, bu səbəbdən də Bakıya xəstəxanaya getmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona pulu hansı məqsədlə verdiyini bilməmiş, onların telefonda əlaqələri olmamış, hazırlıqdan çıxan zaman maşınla arxasınca düşmüş və onu gedəcəyi yerə qədər aparmağı təklif etmişdir. Həmçinin bildirmişdir ki, məktub tapılana qədər qorxduğu üçün evdə heç nə deməmiş, məktubun içində yazılanları isə kiril əlifbası ilə yazıldığı üçün başa düşməmişdir. O, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onların evinə dəfələrlə düşmüş, həmçinin yolda ona yaxınlaşan zaman Umudun istədiyi vaxt gəlib onun yanında işləyə biləcəyini demişdir. O, toyda olan hadisə ilə bağlı heç nə bilmədiyini, həmin zaman hazırlıqda olduğunu hadisəni isə evə gedən zaman öyrəndiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər onların evinə dəfələrlə düşmüş, Elsevərin evə düşdüyünü isə zirzəminin sementi qopduğu üçün başa düşmüşlər. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, saat 15:05-də toya getdiklərini bildirmişdir. Toyda yemək yeyən zaman yoldaşının əlini üzünə tutduğunu görmüş, həmin zaman qızı da yanında olmuşdur. O, qızına “görəsən noldu arımı vurdu?” demiş, ayağa qalxıb yanına gedən zaman isə qan axdığını görmüşdür. O bildirmişdir ki, oğlu əsgər olduğu üçün onun da, özünün də telefonu stolun üzərində olmuşdur. Həyat yoldaşının arxasınca getmiş, daha sonra oğlunun zəng etmək ehtimalını düşünərək geri qayıtmış və telefonu götürmüşdür. O, telefonu götürüb Elsevərin yanına geri qayıdana qədər Elsevər balaca qızı və qonşusu Elmar tərəfindən Şəmkir xəstəxanasına aparılmışdır. O, orada Elsevəri kimin necə vurduğunu bilməmişdir. Elsevərin vəziyyəti ağır olduğu üçün Şəmkirdən Gəncəyə göndərilmiş, Gəncədə yerləşən X1 Elsevəri qəbul etməmiş, daha sonra isə X13 adına Xəstəxanaya aparılmışdır. Orada Elsevərə ilkin yardım göstərilmiş və təcili yardımla Bakıya göndərilmişdir. Bakıda Elsevər əməliyyat olunmuş, orada olan zaman ona Elsevərin toyda vurulmaq videosu atılmış, videoya baxan zaman Elsevəri vuranın Umud olduğunu görmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onlar gecə yatan zaman Əhliman və həyat yoldaşı onlara getmiş, oğlu yan otaqdan gələrək evin qapısının bərk döyüldüyünü demişdir. Həmin zaman həyat yoldaşı, o və oğlu evdə olmuş, onlar həyat yoldaşına “sən bizim evə giribsən” demiş, elə onlada əlaqələri bitmişdir. Həmçinin bildirmişdir ki, daha sonra oğurluğa görə Əhliman Elsevəri polisə şikayət eləmiş, lakin həmin vaxt Elsevər evdə olmuş və elə hadisə olmamışdır. Həmçinin iki gün sonra məktub var deyilmiş, daha sonrada məktubun içərisində pul olduğu deyilmişdir. O, bildirmişdir ki, Əhlimanı əvvəllərdə tanımış, onlara gələn zaman yoldaşından Əhlimanın niyə gəldiyini soruşmamışdır. Həmçinin bildirmişdir ki, hadisə günü Elsevər və qardaşı eyni masada oturmuş, o, Elsevər ayağa qalxdığı üçün yanına getmiş başqa heç nə diqqətini çəkməmişdir.O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı sarayda Elsevərlə eyni stolda oturduqlarını bildirmiş, həmçinin hadisə zamanı Elsevərin ayağa qalxdığını görmüş, daha sonra özü də qalxmışdır. O, bildirmişdir ki, hadisə zamanı başqa heçnə görməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Umudu əvvəllər tanımış, hadisə baş verən zaman qardaşını ilk kimin vurduğunu bilməmişdir. Daha sonra Umudu qaçan zaman görmüş, arxasınca stul atmış daha sonra isə Umudu tapmaq üçün çölə çıxmışdır. O, qeyd etmişdir ki, həmin vaxt qardaşı ilə eyni masada əyləşmiş, hadisə toyun gedişatında baş vermiş və heç bir səs eşitməmişdir. Həmçinin bildirmişdir ki,o ayağa qalxan zaman Umud Elsevəri vurmağa davam etmiş, o Umuda stul atan zaman onlar arasında təxminən 3-4 metr məsafə olmuşdur. O, qeyd etmişdir ki, qardaşı və Umudu ayırmağa çalışmamış stulu isə ayağa qalxdıqdan sonra götürmüşdür. Azərbaycan Respublikası CPM-in maddəsinin tələbinə əsasən Şahid4 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Elsevər də onun kimi avtomobil təmiri işi ilə məşğul olmuşdur. Elsevərin avtomobil təmiri sexi Şəmkir rayonu, Dəllər- Cırdaxan kəndində yerləşmişdir. Qardaşı Elsevər sakit təbiətli insan olmuş, heç kimlə problemi olmamışdır. O, Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, Umud onun həmkəndlisi olmuşdur. Həmçinin, Umud qardaşı Elsevərin avtomobil təmiri sexində müəyyən müddət çilingər köməkçisi kimi işləmişdir. 2022-ci ilin aprel ayında ona qardaşı Elsevərin həmkəndliləri Umudun yaşadığı evə qanunsuz daxil olduğunu demişlər. O, bununla bağlı Umudun yaşadığı evə getmişdir. Orada Umudun valideynləri Asif və Gülnarə qardaşı Elsevərin yaşadıqları evə qanunsuz daxil olduğunu demişlər. O, heç bir söz demədən oradan çıxıb getmişdir. Umudun anası Gülnar daha sonra polis şöbəsinə müraciət edərək, Elsevərdən şikayət etmişdir. Daha sonra Şəmkir rayon polis şöbəsində araşdırma aparılmış və qardaşı Elsevər sərbəst buraxılmışdır. Həmin hadisələrdən sonra Elsevər işlədiyi sexi müəyyən müddət bağlayaraq işlətməmişdir. Umudun və ailəsinin Elsevər ilə münasibəti tamamilə kəsilmişdir. Hadisə olan günü, yəni 18 yanvar 2024-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən “Uğur" şadlıq sarayında həmkəndliləri Alim Pənciyevin nəvəsi Elminin kiçik toyu olmuşdur. Toy məclisi saat 14:00-da başlamışdır. Bütün kənd camaatı toy mərasiminə gəlmişdir. O, şadlıq sarayında musiqiçilərin yanında yerləşən masada əyləşib yemək yemişdir. Onunla bir masada qardaşı Elsevər və digər həmkəndliləri əyləşmişdir. Həmin gün saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs qəflətən onların əyləşdiyi masaya yaxınlaşaraq qısa zaman ərzində Elsevərin arxa tərəfinə keçib əlində olan bıçaq ilə Elsevərin boyun- boğaz nahiyəsinə bir neçə zərbə vurduğunu görmüşdür. Daha sonra Elsevərin boyun-boğaz nahiyəsindən qan tökülməyə başlamışdır. Umud Elsevəri bıçaqla vurduqdan sonra şadlıq sarayında qarışıqlıq düşmüş və Umud qaçaraq şadlıq sarayından uzaqlaşmışdır. Umud şadlıq sarayının içərisindən çölə tərəf istiqamətdə qaçarkən Elsevər əlini boyun-boğaz nahiyəsinə tutaraq qanı axa-axa Umudun arxası ilə qaçmağa başlamışdır. Bundan sonra Elsevər qanı itirdiyi üçün yerində dayanmışdır. Şadlıq sarayının içərisində olan adamlar Elsevərin yanına toplaşmışlar. Onlar dərhal orada olan parça ilə Elsevərin boyun-boğaz nahiyəsini örtmüşlər. Daha sonra onların masasında əyləşmiş Elmar Elsevəri öz avtomobilinə əyləşdirərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun Təqsirləndirilən şəxs yaşadığı evə qanunsuz daxil olması, bacısına sevgisini etiraf etməsi səbəbindən qısqanclıq niyyətilə bıçaqladığını öyrənmişdir. Umud birinci zərbəni Elsevərin boyun-boğaz nahiyəsinə endirmişdir. Daha sonra Umud bir neçə dəfə Elsevərin qol və çiyin nahiyəsinə zərbələr endirməyə başlamışdır. Bütün qeyd etdikləri onların gözlərinin önündə baş vermişdir. Umud Elsevəri öldürmək niyyətilə arxadan yaxınlaşaraq qardaşı Elsevərin həyatı təhlükəli nahiyəsinə, yəni boyun-boğaz nahiyəsinə bir neçə bıçaq zərbəsi vuraraq öldürməyə çalışmışdır. Lakin, şadlıq sarayında olan şəxslərin dərhal hadisəyə müdaxilə etməsi və Umudun qorxusundan qaçaraq oradan uzaqlaşması, eləcə də qardaşı Elsevərin vaxtında xəstəxanaya çatdırılması nəticəsində Təqsirləndirilən şəxs qardaşımı öldürə bilməmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, toyda Elsevərlə yan-yana oturmuş, qabağına qan düşmüş, həmin zaman Umudun çıxıb getdiyini görmüşdür. O, bildirmişdir ki, Umudun nə zaman gəldiyini və Elsevərlə Umudun dava etdiyini görməmiş,ayağa qalxan zaman insanlar kütləvi halda çölə çıxmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Umud və Elsevər arasında əvvəllər söz-söhbət olduğunu eşitmiş, lakin sevgi mövzusu olduğunu eşitməmişdir. Həmçinin bildirmişdir ki, Umud Elsevəri vuran zaman onları heç kim ayırmamışdır.O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, toyda olan zaman Elsevərlə eyni stolda oturmuş, lakin bir az uzaqda olmuşdur. Elnar ayağa qalxan zaman Umudun Elsevəri vurduğunu bilmiş, daha sonra da Elsevər xəstəxanaya aparılmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Elsevəri xəstəxanaya o özü aparmış, Elsevərin qardaşı da onlarla eyni masada oturmuş və masadan hamıyla birgə qalxmışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, bildirmişdir ki, toyda yemək yeyən zaman dava düşdüyünü görmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, toyda Elsevərin qardaşı ilə yan-yana oturmuş, qanı görmüş, lakin içkili olduğu üçün hadisənin necə baş verdiyini bilməmişdir. Həmçinin qeyd etmişdir ki, Umudun Elsevəri vurduğunu görməmiş, orada insanlardan eşitmiş və Elnarın əlində stul görmüşdür. O, Umud və Elsevər arasında əvvəllər problem olması ilə bağlı məlumatsız olduğunu demiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onlar toyda oturan zaman o və Elsevər yan-yana oturmuşdur. Daha sonra ara qarışmış, Umudun getdiyini görmüş və hamıyla birgə çölə çıxmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Umud çölə çıxdıqdan sonra arxasınca Elsevər də çıxmış, lakin Umudun Elsevəri vurduğunu görməmişdir. Həmçinin qeyd etmişdir ki, Elsevərin əvvəllər Umudgilin evinə girdiyi barədə eşitmiş, lakin Umud və Elsevər arasında əvvəllər mübahisə olmamışdır. O, verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, toyda oturan zaman Elsevərin ayağa qalxdığını görmüş, daha sonra isə dava düşmüş, bir anda ortalıq qarışmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Umud və Elsevərin nə üstündə mübahisə etdiyini bilməmiş, Elsevər ayağa qalxan zaman Umud onun qarşısında olmuş daha sonra isə öncə Umud sonra da Elsevər çölə çıxmışdır. O, Umudun əlində olan bıçağı sonradan gördüyünü qeyd etmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə o toyda olan zaman baş vermiş, daha sonra hər kəs çölə çıxmışdır. Hadisədən sonra təqsirləndirilən şəxsi paltarını dəyişməsi üçün evə aparmış, yolda olarkən Təqsirləndirilən şəxs əməlini etiraf etmişdir. Daha sonra isə təqsirləndirilən şəxsi Şəmkir rayon Polis Şöbəsinə təhvil vermişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o toya getdiyini, hadisə zamanı isə çölə hamıyla birgə çıxdığını bildirmiş, həmçinin istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası CPM-in maddəsinin tələbinə əsasən Şahid9 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən avtomobil təmiri sexində slesar köməkçisi işləyir. Həmin avtomobil sexini Dəllər-Cəyir kənd sakini X3 icarə əsasında işlədir. O, bir neçə ildir ki, Elməddin Mirzəyevin yanında köməkçi kimi işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 18 yanvar 2024cü il tarixdə o, işlədiyi avtomobil təmiri sexində olmuşdur. Həmin vaxt sexin yanında yerləşən “Uğur” şadlıq sarayında toy məclisi olmuşdur. Toy məclisi günorta saatlarında başlamışdır. Həmin gün saat 15 radələrində o, işlədiyi sexin sanitar qovşağına gedib qapını açan zaman bir nəfər əlində bıçaq olan şəxs görmüşdür. Qeyd etdiyi şəxsin əli və əlində olan bıçaq qan içərisində olmuşdur. Bu zaman o, həyəcanlanmış və çox qorxmuşdur. Həmin şəxsdən kim olduğunu, əlində bıçaq orada nə etdiyini soruşmuşdur. Həmin şəxs adının Umud olduğunu, “Çebiş” ləqəbli Elsevər adlı şəxsi bıçaqla vuraraq öldürdüyünü bildirmişdir. Həmçinin, Umud Elsevər adlı şəxsi yaxşı edib öldürdüyünü deyərək Elsevəri nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Umud adlı şəxs ondan nə etməli olduğunu, qaçıb gizlənməyinə köməklik etməyini xahiş etmişdir. O da Umud adlı şəxsə törətdiyi cinayət əməlinin qarşılığında gedib dərhal polisə təslim olmalı olduğunu demişdir. Biraz keçdikdən sonra markasını xatırlamadığı avtomobil sexin yanına gələrək Umud adlı şəxsi oradan götürüb getmişdir. Azərbaycan Respublikası CPM-in maddəsinin tələbinə əsasən şahidlər Şahid8, Şahid6, Şahid7 məhkəməyədək icraat zamanı vermiş ifadələri elan edilmiş mahiyyəti üzrə Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Telefon məlumatından protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs Asif oğluna bıçaqla xəsarət yetirməsi barədə Şəmkir Rayon Prokurorluğuna məlumat daxil olmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” Qərardan görünür ki, baş vermiş cinayət faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 18 yanvar 2024-cü il tarixli Protokolla müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir rayon mərkəzindən 6 kilometrlik məsafədə yerləşən Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yerləşən “Uğur” şadlıq sarayıdır. Şadlıq sarayının qapısından içəri daxil olub üzbəüz dayandıqda qarşı tərəfdə musiqiçilər üçün nəzərdə tutulmuş yer, sağ və sol tərəflərdə üzəriləri sarı rəngli örtüklərlə örtülmüş stollar, ağ rəngli örtüklərlə örtülmüş stullar vardır. Musiqiçilərin oturduğu yerin qarşısında bir ədəd ağ rəngli stol müşahidə edilir. Hadisənin baş verdiyi yer həmin stolun yanından bir qədər aralıda yerləşən ikinci stoldur. Baxış zamanı üzərində qanabənzər şübhəli ləkələr aşkar olunan, Zərərçəkmiş şəxs hadisə baş verən zaman şadlıq sarayının zalında əyləşdiyi stul altlığı götürülərək zərfə qoyulmaqla qablaşdırılıb möhürlənmişdir. Bundan əlavə “X14” həyətində, ön tərəfdəki asfalt örtüyün üzərində olan qanabənzər ləkələrdən hər iki tərəfi pambıq çöpə batırılmaqla nümunələr tərəfimdən götürülmüş, zərfə qoyulub qablaşdırılmaqla möhürlənmiş, müvafiq fotoşəkillər çəkilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 18 yanvar 2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində arxa bel nahiyəsində “JOİN LİFE ZARA” yazılı emblemi olan qara rəngli cins şalvar, sol döş nahiyəsində “Gianxong” yazılı emblem olan qara uzunqol köynək və sol döş nahiyəsində “ТВ” yazılı emblemi olan boz rəngli önü zəncirbəndli uzunqol köynək olmuş və onları istintaqa könüllü təhvil vermiş, müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əşyaya baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tiyəsinin uzunluğu 7 sm, dəstəyinin uzunluğu isə 10 sm olan boz rəngli qatlanan cib bıçağı Şəmkir rayon polis şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əşyaya baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tiyəsinin uzunluğu 7 sm, dəstəyinin uzunluğu isə 10 sm olan boz rəngli qatlanan cib bıçağı Şəmkir Rayon Polis Şöbəsinə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 yanvar 2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona sözügedən maddə üzrə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli, 4(076)-12/2024 nömrəli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 4(104)-12/2024 nömrəli qərarı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması haqqında” 20 yanvar 2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs əli ilə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən “Uğur” şadlıq sarayını göstərərək toy məclisinin 18 yanvar 2024-cü il tarixdə saat 14:00-da başladığını, Elsevərin də toya gəldiyini görüb qıcıqlandığını, Zərərçəkmiş şəxs gizlincə evlərinə girməyini və bacısına sevgi etirafı etməyini unuda bilmədiyini, həmin hadisədən sonra bütün kənddə bu söhbət danışıldığını, hətta atasının buna görə evdən çıxa bilmədiyini, anasının isə 1 ay işə getmədiyini, özünün utandığından məktəbə getmədiyini, bütün bunlara görə Elsevərə bıçaqla xəsarət yetirmək qərarına gəldiyini, bunun üçün üzərində olan cib bıçağını köynəyinin sol qolunun içərisinə qoyduğunu, daha çox sağ əlindən istifadə etdiyi üçün Elsevərə daha rahatlıqla zərbələr endirməyi planladığını, Elsevərin əyləşdiyi masaya yaxınlaşaraq sağ əli ilə köynəyinin sol qolunun arasından bıçağı çıxarıb arxa tərəfdən Elsevərin boyun-boğaz nahiyəsinə zərbələr endirməyə başladığını, birinci zərbəni Elsevərin boğazına endirdiyini, daha sonra bir neçə dəfə Elsevərin qol və çiyin nahiyəsinə zərbələr endirməyə başladğını, Elsevər ayağa qalxdıqdan sonra paltarından tutaraq sol boyun-qulaq nahiyəsinə zərbə endirdiyini, hadisə zamanı Elsevərin adını bilmədiyi qardaşının da yanında əyləşdiyini, ətrafda olan insanların onu tutaraq restoranın həyətinə çıxardıqlarını, Elsevərin hadisə zamanı yanında əyləşmiş qardaşının stulla üzərinə hücum çəkdiyini, o isə oradan uzaqlaşdığını, restoranın yaxınlığında yerləşən avtomobil təmiri sexinə getdiyini hadisəni tək törətdiyini, başqa şəxsin hadisənin törədilməsində iştirak etmədiyini bildirmiş, müvafiq şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında” 22 yanvar 2024-cü il tarixli Protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı, yəni 18 yanvar 2024-cü il tarixdə əynində olmuş tünd - göy rəngli gödəkcə, belində qara kəmər olan boz rəngli cins şalvar, cib dəsmalı da daxil olmaqla bütün paltarları arvadı Şahid1 tərəfindən istintaqa könüllü olaraq təhvil verilmiş, sözügedən paltarların şəkli çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH Dəllər Cırdaxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 24 nömrəli Arayışa əsasən Təqsirləndirilən şəxs qeyd olunan ünvanda anası, atası, bacısı və qardaşı ilə birlikdə yaşayır, yaşadığı yerdə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH Dəllər Cırdaxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 25 nömrəli Arayışa əsasən Zərərçəkmiş şəxs qeyd olunan ünvanda arvadı və oğlu ilə birlikdə yaşayır, yaşadığı yerdə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Dəllər Cırdaxan tam orta məktəbindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən Təqsirləndirilən şəxs həmin məktəbin 11-ci sinfində oxuyur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH Dəllər Cırdaxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 24 nömrəli Arayışa əsasən Təqsirləndirilən şəxs qeyd olunan ünvanda anası, atası, bacısı və qardaşı ilə birlikdə yaşayır, yaşadığı yerdə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş Təqsirləndirilən şəxs barəsində olan 06 fevral 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş Zərərçəkmiş şəxs oğlunun barəsində olan 06 fevral 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs oğlunun barəsində olan 16 fevral 2024-cü il tarixli Qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 20 fevral 2024-cü il tarixli Protokoldan görünür ki, video “Uğur” şadlıq sarayının toy mərasim zalının təhlükəsizlik kamerasından çəkilmişdir. Mərasim zalında masa arxasına əyləşmiş çox saylı insanlar var, toyun gedişatı zamanı üzərində boz rəngli uzunqol köynək, qara şalvar olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əyləşdiyi masaya arxa tərəfdən yaxınlaşaraq əlində olan kəsici-deşici alətlə sonuncunun boğaz nahiyəsinə bir neçə dəfə zərbə vurduğu aydın görünür. Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs bıçaqla zərbə vurduğu zaman ətrafda olan şəxslər və zərərçəkmişlə bir masada əyləşən sonuncunun qardaşı Şahid4 ayağa qalxaraq baş vermiş hadisəyə müdaxilə etməsi səbəbindən Təqsirləndirilən şəxs cinayətkar niyyətini başa çatdıra bilməyərək hadisə yerindən qaçaraq uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RMX-nın xx.xx.2024-cü il tarixli, 32 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyata dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-1311012-9410/2024 saylı əməliyyat tapşırığına cavab məktubuna əsasən Təqsirləndirilən şəxs cinayətə sövq edən, təhrik edən və kömək edən şəxslərin dairəsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi X5 Şəxsinin Səmkir Rayon Şöbəsi tərəfindən verilmiş 20 yanvar 2024-cü il tarixli, 60 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sol əlin İİİ barmağının əsas falanqasının bayır səthinin kəsilmiş səthi yarası iti kənarlı alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 18 yanvar 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi X5 Şəxsinin Səmkir Rayon Şöbəsi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli, 150 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol qulaq seyvanının yuxarı üçdə birinin sərbəst kənarının 1 ədəd kəsilmiş yarası, sol qulaqaltı nahiyənin sol çənəbucağı səviyyəsindən ağız və traxeya boşluğuna keçən, səthi boyun damarlarını, sol üz sinirini, qırtlağı və sol badamcığı zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, boyunun aşağı üçdə birinin sağ ön-yan səthinin daxilə keçməyən 1 ədəd kəsilmiş yarası, sol bazunun orta üçdə birinin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ əlin arxa səthinin İ daraq sümüyü proyeksiyasında 1 ədəd kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici- kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 18 yanvar 2024-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmamışdır. Ağırlıq dərəcəsinə görə sol qulaqaltı nahiyənin sol çənəbucağı səviyyəsindən ağız və traxeya boşluğuna keçən, səthi boyun damarlarını, sol üz sinirini, qırtlağı və sol badamcığı zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, sol qulaq seyvanının yuxarı üçdə birinin sərbəst kənarının 1 ədəd kəsilmiş yarası, boyunun aşağı üçdə birinin sağ ön-yan səthinin daxilə keçməyən 1 ədəd kəsilmiş yarası, sol bazunun orta üçdə birinin arxa səthinin 1 ədəd deşilmiş- kəsilmiş yarası və sağ əlin arxa səthinin İ daraq sümüyü proyeksiyasında 1 ədəd kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi _______ İdarənin adı kompleks-məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 fevral 2024-cü il tarixli, 143 nömrəli rəyindən görünür ki,
1. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəliyi aşkar edilmir.
2. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. İİ. 1. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında hərəkətinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur, ANLAQLİ olmuşdur. İİ. 2. Hazırda Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. İİ. 3. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. İİ. 4. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərkəmişlə mübahisəsi ola bilər. İİ. 5. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İİ. 6. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə tibbi-kriminalistik ekspertizasının 18 mart 2024-cü il tarixli, 93/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol qol arxa səthində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qara rəngli şalvar, boz rəngli cins şalvar və cib dəsmalı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus jaket, köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə şakar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 19 mart 2024-cü il tarixli, 129/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçağın, həmçinin Zərərçəkmiş şəxs məxsus gödəkcə, finka, cins şalvar, kəmər, cib dəsmalı, Təqsirləndirilən şəxs məxsus cins şalvar, bir ədəd zəncirbəndlə bağlanan uzunqol köynək, 02 ədəd çubuqlu tamponlar və bir ədəd oturacaq altlığı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edilsikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(lİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi “H” antigeni varsa) Lakin, göstərilən ləkələrdə bir neçə şəxsin qarışıq qanı olduğu halda , bu ləkələrdə həmçinin, 0 (l) qruplu Təqsirləndirilən şəxs qarışmış qanının olması mümkündür (əgər sonuncunun hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus digər uzunqol köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir rayonu, Dəllər-Cırdaxan kənd sakini Qanuni nümayəndə 12 oktyabr 2022-ci il tarixli müraciəti əsasında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/1247 nömrəli material üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 02 iyun 2022-ci il tarixli, 4/479 nömrəli rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş 03 ədəd 9x21sm ölçülü və 01 ədəd 11,2x6,5sm ölçülü kağız parçaları üzərində olan yazılar Zərərçəkmiş şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli, 506/182 nömrəli rəyinin surətindən görünür ki,
1. Şahid2 ona qarşı edilən hüquqazidd hərəkətdən əvvəl və həmin hərəkətlər törədilərkən hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi (ruhi) xəstəlik keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi (ruhi) xəstəlik keçirmir.
2. Şahid2 keçirdiyi ekstremal psixi vəziyyəti onun nitqində və psixoloji vəziyyətində qüsurların yaranmasına səbəb ola bilərdi. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4 və 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun evinə dəfələrlə girməsinə, azyaşlı bacısını narahat etməsinə görə sonuncudan qisas almaq qərarına gəlmiş və onu öldürmək istəmişdir. Belə olan halda isə o toyda rastlaşdığı Elsevərin qardaşı ilə stolda oturmasını görmüş, bu səbəbdən də arxadan sonuncuya yaxınlaşaraq ona ardıcıl olaraq 5 (beş) bıçaq zərbəsi vurmuşdur. Həmin stolda oturan Elsevərin qardaşının və başqa şəxslərin onun üzərinə qaçaraq dayandırması nəticəsində sonuncu niyyətini həyata keçirə bilməmiş, şadlıq evini dərhal tərk etmişdir. Eləcə də, hadisənin baş vermə motivi olaraq Zərərçəkmiş şəxs dəfələrlə qanunsuz olaraq Təqsirləndirilən şəxs ailəsi ilə yaşadığı evə daxil olması, bu xəbərin kəndin ərazisində yayılması və nəticədə təqsirləndirilən şəxsin ailə üzvlərinin utancına səbəb olmuşdur. Belə olduğu halda Təqsirləndirilən şəxs cəmiyyətdə özünün və ailəsinin biabır olmasını qəbul edə bilməmiş, Elsevəri qardaşının yanında həyatdan məhrum etmək məqsədilə ardıcıl bıçaq zərbələri ednirmiş, eyni əməllə də eləcə də silah qismində istifadə olunan alətdən istifadə edərək, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan hərəkəti törətmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Eləcə də, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib- edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Qeyd olunanlara əsasən toyun gedişatı zamanı Zərərçəkmiş şəxs xəsarət yetirən Təqsirləndirilən şəxs həmçinin toy məclisinin dağılmasına, bərqərar olunmuş birgə yaşayış qaydalarına zidd hərəkət etmiş, məqsədi toyun dağılması olmasa belə, Elsevərə məhz toy məclisinin gedişatında zərbə vurması ilə məclisin dağılmasına gətirib çıxarmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması Cinayət Məcəlləsinin 59.1.2 eləcə də zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi 59.1.12-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4 və 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Valeh Qədimov qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4 və 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Eləcə də, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Qeyd olunan halda yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə 10 ilədək azadlıqdan məhrumetmə cəzasısına məhkum olunur. Cinayət Məcəlləsinin 29.120.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə ona maksimum cəza həddinin ¾ qədər cəza verilə bilər. Eləcə də, zərərçəkmiş şəxslə barışmasına görə cəzanın cəza həddinin ¾ qədər cəza verilə bilər. Belə olan halda ona 05 (beş) il 07 (yeddi) ay 15 (on beş) gündən artıq cəza verilə bilməz. Eləcə də, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən ona 02 (iki) il cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 195 (yüz doxsan beş) pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd oturacaq altlığı, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş paltarlar, Zərərçəkmiş şəxs məxsus paltarlar sahiblərinə qaytarılmalı, götürülmədikdə məhv edilməli. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd qatlanan cib bıçağı məhv edilməli. Təqsirləndirilən şəxs istifadəsində olmuş “+99***-***-**-**” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk, Zərərçəkmiş şəxs isitifadəsində olan “+99***-***-**-**" mobil nömrəyə dair "xxxx" MMC- dən daxil olmuş 1 ədəd disk, X4 tərəfindən təqdim edilmiş 01 ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4-cü maddəsi ilə 05 (beş) il 07 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 195 (yüz doxsan beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd oturacaq altlığı, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş paltarlar, Zərərçəkmiş şəxs məxsus paltarlar sahiblərinə qaytarılsın götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd qatlanan cib bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs istifadəsində olmuş “+99***-***-**-**” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk, Zərərçəkmiş şəxs isitifadəsində olan “+99***-***-**-**" mobil nömrəyə dair "xxxx" MMC- dən daxil olmuş 1 ədəd disk, X4 tərəfindən təqdim edilmiş 01 ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.