Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-189/2020 21.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər- Şəmkir rayon Vəkil Bürosunun vəkili X7, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1962-ci il tarixdə Ermənistan Respublikası Krasnosel rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Şəmkir rayonunun Sarıtəpə kəndində pasport qeydiyyatında olan və yaşayan, barəsində Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı onun bu hərəkətlərindən əsəbiləşib sərxoş halda üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 40 mm, dəstəyinin uzunluğu 65 mm və ümumi uzunluğu 105 mm olan kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön divarının plevra boşluğuna keçən, sağ ağ ciyəri zədələyən, hemotoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə günorta saatlarında qonşuluqda olan Cəfərin oğlu Mübarizin ərzaq mağazasına gedib bir ədəd 700 qramlıq araq və bir ədəd siqaret alıb evə qayıtmışdır. Həmin gün axşam saat 19 radələrində atası Rüstəmlə oturub çörək yeyən zaman aldığı həmin 700 qramlıq arağı özü tək içmişdir. Saat 23 radələrində siqaret çəkmək üçün evin qarşısına küçəyə çıxmış və evin qarşısında olan daşın üstündə oturub siqaret çəkmişdir. Həmçinin balaca cib bıçağının dəstəyi qırıldığına görə evdən lenta götürüb bıçağın dəstək hissəsinə sarımışdır. Bir neçə dəqiqədən sonra keçmiş qonşusu Zərərçəkmiş şəxs küçə ilə keçən zaman onu görüb yanına gəlmişdir. Elnur onun yanına gələn zaman içkili vəziyyətdə olmuşdur. Elnur gəlib onunla salamlaşmış və yanında əyləşmişdir. Elnurla söhbət edən zaman hər ikisi içkili olduğuna görə aralarında sözlə mübahisə yaranmış və onların hər ikisi ayağa qalxmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlətməyə və ona sataşmağa, onu ələ salmağa başlamış, ona əl-qol atmış və başında olan papağını əliylə vurub yerə salaraq onu təhqir etmişdir. O, içkili olduğuna görə Elnurun ona qarşı etdiyi hərəkətlərdən bərk əsəbiləşib əlində olan balaca dəstəyini lenta ilə sarıdığı bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sağ tərəfindən bir dəfə vurmuşdur. Sonra arxaya çəkilib bıçağı cibinə qoymuşdur. Sonra Elnur ondan aralaşıb getmiş, o isə evinə getmiş və yatmışdır. Səhərə yaxın iki nəfər polis əməkdaşı gəlib onu şöbəyə aparmışdır. Hadisə vaxtı orada Elnur və ondan başqa heç kim olmamışdır. O, Elnura ümumilikdə bir dəfə döş qəfəsi nahiyəsinin sağ tərəfindən bıçaqla vurub xəsarət yetirmişdir. O, içkili olduğuna və Elnurun onu təhqir etdiyinə görə Elnuru bıçaqla vurmuşdur. Törətdiyi əməldən peşman olmasını, özünün yaşlı və yaşlı xəstə atasının onun himayəsində olmasını, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, eləcə də zərəçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ondan şikayətçi olmamasnı nəzərə alınmaqla ona həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində fəhlə kimi işlədiyi istixanadan çıxıb yaşadığı evə gəlmişdir. Evə gələrkən yolda ərzaq mağazasından özü içmək üçün pivə almışdır. Axşam evdə nahar edərkən aldığı həmin pivələri içmişdir. Sonra bir müddət evdə oturub televizora baxmışdır. Həmin gün saat 23 radələrində siqaret almaq üçün yaxınlıqda yerləşən Mübarizə məxsus ərzaq mağazasına getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçərkən Asifin evin qarşısında olan daşın üstündə əyləşdiyini görmüşdür. Asiflə salamlaşdıqdan sonra mağazaya keçmişdir. Mağazadan siqaret alıb qayıdarkən Təqsirləndirilən şəxs yanında dayanmış və onun yanında əyləşmiş və Asiflə söhbət etmişdir. Asiflə söhbət edən zaman hər ikisi sərxoş olduqlarına görə sözləri düz gəlməmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Asifə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Asif əsəbiləşmiş, o, Asifi sakitləşdirib evlərinə aparmaq üçün qucaqlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bıçaqla onun sağ döş qəfəsinə vurmuşdur. Sonra kənara çəklib ondan aralanıb evlərinə getmişdir. O, sağ döş qəfəsi nahiyəsindən isti qan axdığını görmüşdür. Tez qışqırıb kömək çağırmış və həmin vaxt küçənin baş tərəfində olan tanımadığı şəxslər gəlib ona kömək edərək evlərinə tərəf aparmışlar. Evlərinə çatana yaxın anası Şahid3 küçəyə çıxmış və onun yaralı olduğunu görüb qışqırmışdır. Həmin vaxt küçə ilə keçən həmkəndliləri Ənvərin oğlu Emin avtomobilini saxlamış və onu avtomobillə anası Şahid3 ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbə xəstəxanasına aparmışdır. Onu xəstəxanada cərrahi əməliyyat etmişlər. Hadisə zamanı həmin yerdə ondan və Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə bir dəfə döş qəfəsi nahiyəsindən bıçaqla vurub xəsarət yetirmiş və geri çəkilib getmişdir. Asifin təkrar vurmaq imkanı olsa da onu vurmamış, vurmağa cəhd də göstərməmişdir. Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirməsinə baxmayaraq, hazırda o, Təqsirləndirilən şəxslə barışmış, sonuncu ona dəymiş maddi və mənəvi ziyan ödəmişdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası yoxdur və məhkmədən təqsirləndirlən şəxsə həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Sarıtəpə kəndində evinin yanında özünə məxsus ərzaq mağazasını işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımışdır. Onlar onun həmkəndliləri olmaqla, onunla qonşuluqda yaşamışlar. Onların hər ikisi ilə münasibəti yaxşı olmuş, ədavət və düşmənçiliyi olmamışdır. xx xxx 2020-ci il tarixdə günorta saatlarında Asif işlətdiyi ərzaq mağazasına gələrək bir ədəd markası yadında qalmayan 700 qramlıq araq və bir qutu siqaret almış və pulunu verib getmişdir. Həmin gün axşam saat təxminən 22 radələrində Zərərçəkmiş şəxs mağazaya gələrək bir qutu markasını xatırlamadığı siqaret alıb pulunu ödəmiş və getmişdir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs qardaşı Şahid4 ona xx xxx 2020-ci il tarixdə gecə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evinin qarşısından keçərkən orada hər ikisi içkili olduqlarına görə Təqsirləndirilən şəxslə aralarında mübahisə yarandığını və mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir dəfə döş qəfəsi nahiyəsindən vuraraq ona ağır xəsarət yetirdiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində evdə olarkən oğlu Elnur qonşu Mübarizin ərzaq mağazasına siqaret almaq üçün getmişdir. Aradan bir müddət keçdikdən sonra o, evin qarşısına küçəyə çıxmışdır. Həmin vaxt oğlu Elnur ona yaxınlaşaraq, qonşu Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, tez qışqıraraq həmin vaxt öz avtomobili ilə küçədən keçən həmkəndliləri Emin İbrahimova əl edib avtomobili saxlatdırmış və oğlu Elnuru qonşusu Təqsirləndirilən şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirib, Elnuru xəstəxanaya aparmasını xahiş etmişdir. Emin İbrahimov etiraz etməmiş və onunla birlikdə Elnuru Şəmkir rayon Kür qəsəbə xəstəxanasına aparmışlar. Orada Elnuru cərrahi əməliyyat etmişlər. Sonradan ona məlum olmuşdur ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evinin qarşısından keçərkən orada hər ikisi içkili olduqlarına görə Təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir dəfə döş qəfəsi nahiyəsindən vuraraq ona ağır xəsarət yetirmişdir. Hazırda oğlu yaxşıdır. Onlar Təqsirləndirilən şəxslə barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Rüstəm oğlu ifadəsində göstərmişdir ki, Elnur onun həmkəndlisidir, onunla münasibəti yaxşıdır, ədavət və düşmənçiliyi yoxdur. xx xxx 2020-ci il tarixdə saat 23 radələrində atasına baş çəkmək üçün atası evinə getmişdir. O, atası evinə çatdıqda atası Rüstəmin küçədə dayandığını görmüşdür. Ondan nə baş verdiyini soruşduqda atası Rüstəm qardaşı Təqsirləndirilən şəxs qonşu Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini və Elnuru Kür qəsəbə xəstəxanasına apardıqlarını bildirmişdir. O, tez avtomobilinə əyləşib Kür qəsəbəsinə xəstəxanaya getmişdir. Oraya çatdıqda Elnurun cərrahi əməliyyatda olduğunu bildirmişlər. O, Zərərçəkmiş şəxs əməliyyatdan çıxanadək orada gözləmiş və Elnur cərrahi əməliyyatdan çıxıb palataya yerləşdirildikdən sonra səhərə yaxın çıxıb atası evinə gəlmişdir. O, evə çatanda atası səhərə yaxın polis əməkdaşlarının gələrək Asifi polis şöbəsinə apardıqlarını bildirmişdir. Səhəri gün o, Mübarizin ərzaq mağazasına gedib onunla söhbət edərkən hadisə barədə ona da bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçərkən orada hər ikisi içkili olduqlarına görə qardaşı Təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs qarşı nəlayiq ifadələr işlətdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir dəfə döş qəfəsi nahiyəsindən vuraraq ona ağır xəsarət yetirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi hadisə yeri Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin qarşısıdır (c.1.i.v. 07-11) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020ci il tarixli, 143 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşdur. (C.l. i.v 19). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020– ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (C.l. i.v 23-24). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt Zərərçəkmiş şəxs vurub xəsarət yetirmiş olduğu bıçaq müvafiq protokol tərtib edilərək götürülmüş, fotoşəkillər çəkilmişdir.( C.l. i.v 43-50) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020ci il tarixli ərizədən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş maykada cinayətin izlərinin olması ehtimalı nəzərə alınaraq, istintaq üçün əhəmiyyət kəsb etdiyindən həmin mayka xx xxx 2020-ci il tarixdə baxış keçirilməklə götürülərək protokollaşdırılmışdır.( C.l. i.v 66-77) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. (C.l. i.v 65) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman o, Zərərçəkmiş şəxs bıçaqla qəsdən vuraraq xəsarət yetirdiyi yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir.( C.l. i.v 78-83) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının xx xxx 2020-ci il tarixli 525 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının ön divarının plevra boşluğuna keçən, sağ ağ ciyəri zədələyən, hemotoraksa səbəb olmuş bir ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddəti xx xxx 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsində görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir.( C.l. i.v 125- 127) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020–ci il tarixli, 208 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal–hazırda Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla orada yaşayır və ailə təkibi atası X2 ibarətdir.( C.l. i.v 127). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ambulator məhkəmə- psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli, 214 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. (C.l. i.v 133-135) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (C.l. i.v 145). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-trasoloji, soyuq silah ekspertizasının xx xxxx 2020-ci il tarixli 3/553;3/554 saylı rəyindən görünür ki,-tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik tiyəli və müxtəlif təyinatlı predmetləri olan təsərrüfat-məişət təyinatlı çoxpredmetli turist bıçağıdır, soyuq silah hesab edilmir.Təqdim edilmiş maykanın səthində rəyin tədqiqi hissəsində sayı qeyd olunmaqla, təsvir edilən zədələr vardır. Maykanın səthində olan “a” zədəsi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş maykanın səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Təqdim edilmiş maykanın material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilmə-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır.Təqdim edilmiş maykanın səthində olan “b” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir.Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədələrin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından fiziki qüvvənin təsiri nəticəsində yaranan zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyildir.Təqdim edilmiş maykanın səthindəki zədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx xxx 2020-ci il tarixli, 525 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “döş qəfəsinin ön divarının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası“ xəsarəti ilə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. (C.l. i.v 154-157) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq və Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd mayka iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və məhkəməyədək saxlanılması üçün Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir.(C.l. i.v 159-171) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(076)-58/2020 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. (C.l. i.v. 106-107) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(076)-60/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs“ qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.( C.l. i.v 121-122) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir.( C.l. i.v. 123) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, özünün yaşlı və yaşlı atasının onun himayəsində olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünün yaşlı və yaşlı atasının onun himayəsində olmasını,yaşayış yerindən müsbət xarakterizə olunmasını) cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünün yaşlı və yaşlı atasının onun himayəsində olmasını,yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “ev dustağlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020–ci il tarixədək “ev dustaqlığında” saxlandığı müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin “ev dustaqlığında” olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə Şəmkir RPŞ-nə saxlanılan maddi sübutlar Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd mayka sahibinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 ( yüz iyirmi səkkiz ) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş müdafiəçi X5 ibtidai istintaq orqanına verdiyi hesabatdan görünür ki, ibtidai istintaq zamanı müdafiəçi Təqsirləndirilən şəxs 19 (on doqquz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə ibtidai istibtaq zamanı göstərilmiş cəmi 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X5 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 114 (yüz on dörd) manat məbləğində pul köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020ci il tarixdən xx xxxxxx 2020–ci il tarixədək “ev dustaqlığında” saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 14 (on dörd) gün azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Şəmkir RPŞ-də saxlanılan maddi sübutlar Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka sahibinə qaytarılsın, imtina edildikdə məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini istintaqda, Şəmkir rayon Vəkil Bürosunun vəkili X7 həyata keçirdiyindən ona, cəmi 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X5 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 114 (yüz on dörd) manat məbləğində, təqsirləndirilən şəxsə məhkəmdə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz ) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X8 Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-189/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-189/2020
21.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver