Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-189/2022 17.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X10 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni təmiz çəkisi 6,098 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 1,028 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 12 oktyabr 2021-ci il tarixdə, saat 16:00 dəqiqədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Bərdə şəhəri H.Aslanov küçəsi döngə 6 ev 1 ünvanın yaxınlığında müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb, Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati bınasında üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən, yəni əynində olan sarı rəngli gödəkçənin sağ iç cibindən həmin qeyd edilən 1 (bir) ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 6,098 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,028 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, O, Bakı şəhərində qohumu Raminin yanında fəhlə işləyirdi. O, təxminən 4-5 ay olar ki, psixotrop maddə metamfetamin istifadə edir. Tutulmamışdam qabaq o, Bakı şəhərində işlədiyi yerdən icazə alıb anasını görmək üçün ünvan 3 ünvanına gəlmişdir. Gəldikdən təxminən bir neçə gün sonra evdə olduğu zaman evin qapısı döyülmüş və o, bir az ləng çölə çıxmışdır. O, evin həyətinə çıxan zaman bir nəfər şəxsin evin hasarından həyətinə tullandığını görmüş, həmin şəxs həyətə düşən kimi dərhal qapını içəridən açmış və əlavə 3 nəfər şəxs içəri daxil olmuşdur. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regionla şöbəsinə aparmışlar. Şöbədə olan zaman 11-12 radələrində çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Çəkilişdən əvvəl onun öz istifadəsi üçün cibində saxladığı psixotrop maddə olan metamfetamindən əlavə onun gödəkcəsinin cibinə 2 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və tərəzi qoymuşlar. Lakin o, həmin narkotik vasitə heroinin və tərəzinin kim tərəfindən onun cibinə qoyulduğunu bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq, üzərində olan metamfetaminin təxminən 0,5 qram olduğunu, onu Bakı şəhərindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, o, ibtidai istintaq zamanı verdiyi ifadələrini oxumadığını və təyziq altında verdiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “Təxminən bir neçə aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Tutulmamışdın təxminən 3 gün əvvəl o, 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində olarkən Anar adlı tanışının vasitəsilə İran İslam Respublikasının vətəndaşı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 240 manata iki ədəd bükümdə olmaqla narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb yaşadığı Bərdə şəhərinə gətirmiş və həmin kütlələri üzərində saxlamışdır. 12 oktyabr 2021-ci il tarixdə təxminən 16:00 radələrində yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitəni üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərdikdən sonra onların polis əməkdaşları olduqlarını bilmiş, polis əməkdaşları ona Bərdə rayon polis şöbəsinə gedəcəklərini bildirmiş, o, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsində xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçilərin siyahısı təqdim edilmiş, təqdim olunmuş vəkillərin siyahısından X1, bu barədə ərizə ilə müraciət etmiş, müdafiəçi X7 dəvət olunaraq ona təqdim olunmuş, müdafiəçinin iştirakı ilə video müşahidə altında üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkcənin sağ iç cibində saxladığı 2 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini, eləcə də elektron tərəzini cibindən çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, içərisində heroin olan bükümün çəkisi 7,36 qram, metamfetamin olan bükümün çəkisi isə 1,32 qram olmuş, həmin bükümlər tərəzi ilə birlikdə ağ rəngdə kağız zərfə qoyularaq qablaşdırılmış, o və digər iştirakçılar zərfin üzərini imzalamış, həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüş, üzərindən axtarış zamanı başqa qanunsuz əşya aşkar olunmamışdır. Protokol ucadan oxunduqdan sonra müdafiəçinin iştirakı ilə onu imzalamışdır. Verilmiş suallara cavab olaraq narkotik vasitə və psixotrop maddəni 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərindən adını bilmədiyi İran vətəndaşından aldığını, həmin narkotik vasitə və psixotrop maddəni heç kimə vermədiyini və satmadığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, narkotik vasitə və psixoitrop maddə barədə heç kimə heç nə demədiyini, üzərində aşkar olunmuş elektron tərəzini üstündə gəzdirdiyi narkotik vasitə və psixotrop maddəni qramlara bölüb özü istifadə etmək üçün saxladığını, üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar olunmuş bir ədəd “SAMSUNG DUOS” markalı mobil telefon işləmədiyini, həmin mobil telefonun üzərində heç bir mobil nömrə olmadığını, o, ümumiyyətlə mobil telefon istifadə etmədiyini bildirmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs tutulanadək tanımamışdır. 12 oktyabr 2021-ci il tarixdə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə heroindən qanunsuz olaraq istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, Şahid1 bu barədə 12 oktyabr 2021-ci il tarixli raportla rəhbərliyə məruzə etmiş, Təqsirləndirilən şəxs yerinin müəyyən olunub ifşa olunması məqsədilə 12.10.2021-ci il tarixli əməliyyat-axtarış tərdbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə 12.10.2021-ci il tarixli müvafiq əmrlə əməliyyat qrupu yaradılmış, o da daxil olduğu əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə saat 16.00 radələrində ünvan 4 ünvanının yaxınlığında müəyyən etmiş, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, orada saxlayıb Bərdə rayon polis şöbəsinə gətirmişlər. Bərdə rayon polis şöbəsinin inzibati binasında xidməti iş otaqlarının birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanunu nə kimi əşya varsa həmin əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin sağ iç cibindən iki ədəd sellofan bükümü və bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərin birinin içərisində heroin, digərinin içərisində isə şüşə, yəni, metamfetamin olduğunu bildirmiş, sonra gödəkcəsinin sol iç cibindən bir ədəd «Samsung» markalı mobil telefonu da çıxarıb masanın üzərinə qoymuşdur. Üstündə əlavə qeyri qanunu əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra Raufun üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş, başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd sellofanda olan bükümlərə baxış keçirilmiş, ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, lakin dəqiq neçə qram olması yadında qalmamışdır. Sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iki ədəd sellofan bükümlərdəki narkotik vasitə olan heroinə bənzər maddə və psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılmış, bir ədəd elektron tərəzi ilə birlikdə zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Həmin narkotik vasitələri tutulmamışdan üç gün əvvəl Bakı şəhərindən tanımadığı və adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 240 manata aldığını bildirmişdir. Daha sonra Rauf heroinin bir qramını 19 (on doqquz) manata, metamfetaminin bir qramını isə 20 (iyirmi) manata aldığını bildirmişdir. X15 Respublikasının vətəndaşını 3-4 gün əvvəl Bakı şəhərində topazda tanış olduğu Anar adlı şəxsin vasitəsilə tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, üstündə aşkar olunmuş elektron tərəzini narkotik maddəni qramlara bölüb özü istifadə etmək üçün üstündə saxlamışdır. Təqsirləndirilən şəxs üstündə aşkar olunan narkotik maddədən heç kimə satmadığını, özü istifadə etmək üçün saxladığını, özü narkotik maddə qəbul etdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs o və ya digər polis əməkdaşları tərəfindən hər hansı təyziq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, Rauf adlı şəxsin qanunsuz olaraq narkotik vasitə heroin əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə DİN BNMİ QBRŞ-ya əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş 1 ədəd “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan sarı rəncli gödəkçənin sağ iç cibindən 01 ədəd polietilen kəsiyi bükümündə olan narkotik vasitə heroini və 01 ədəd polietilen kəsiyi bükümündə olan psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmiş, həmin bükümlər və bir ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 07 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, həmin diskin içərisində 18 dəqiqə 47 saniyə müddətində davam edən video görüntülərdə Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə hüquq və vəzifələrinin izah edilməsi, üzərində şəxsi axtarış aparılarkən əynində olan sarı rəngli gödəkçənin sağ iç cibində saxladığı iki ədəd: onlardan bir ədəd polietilen kəsiyi bükümündə olan narkotik vasitə-heroin və bir ədəd polietilen kəsiyi bükümündə olan psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini təqdim etməsi, heç bir təsir və təzyiq olmadan sərbəst ifadə verərək narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını, öz şəxsi istifadəsi üçün saxlamasını, üzərində aşkar olunmuş elektron tərəzini isə narkotik vasitəni və psixotrop maddəni qramlara bölüb istifadə edmək üçün saxladığını, heroinin bir qramını 19 manata, metamfetaminin bir qramını isə 20 manata Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirməsi, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamasını bildirməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin 13 oktyabr 2021-ci il tarixli 16/1084 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ döş cibindən çıxarıb təqdim etdiyi…..» sözləri və imzalar olan kağız paketdəki;1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,098 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,028 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 1 (bir) ədəd qara rəngli elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və bu səbəbdən müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Heroin, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ ) daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyaşısının İİ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 11 yanvar 2022-ci il tarixli 74 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə şəhər poliklinikasının Publik Hüquqi şəxsin 17 yanvar 2022-ci il tarixli, 30 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə şəhər poliklinikasının Publik Hüquqi şəxsin 17 yanvar 2022-ci il tarixli, 28 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq təmiz çəkisi 6,048 qram olan narkotik vasitə heroin, tədqiqata sərf olunduqdan sonra qalıq təmiz çəkisi 0,978 qram olan psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, təmiz çəkisi 6,048 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,978 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmiş, 01 ədəd “DVD” diskin isə cinayət işi materiallarında saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli, 7085 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X6 ilə birlikdə Bərdə şəhəri H.Aslanov küçəsi döngə 6 ev 1 ünvanında yaşamış və orada yaşadığı müddətdə yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 12 oktaybr 2021-ci il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan və Bərdə Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktaybr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 İdarəsinin tərəfindən verilmiş 11 yanvar 2022-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və tərəzinin ona məxsus olmamasına, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına və polis əməkdaşları tərəfindən ona təyziq göstərilməsinə dair ifadələri, özünün ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, üzərinə “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə baxış zamanı, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Onun üzərində şəxsi axtarış aparılan zamanı prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, baxış zamanı, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və tərəzinin ona məxsus olmasını, həmin narkotik vasitə heroini metamfetamini 09 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində olarkən Anar adlı tanışının vasitəsilə İran İslam Respublikasının vətəndaşı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 240 manata aldığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda yəni şəxsi istehlak miqdarından artıq olmasına, həmçinin üzərindən iki növdə olmaqla narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilməsinə, şəxsi axtarış zamanı üzərindən tərəzi aşkar edilməsinə, Gəncə Şəhəri Narkoloji Dispanserinin 11 yanvar 2022-ci il tarixli 74 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olsa da narkotik vasitə heroin istifadə etməməsinə baxmayaraq üzərində külli miqdarda narkotik vasitə olan heroin saxlamasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını, maddi sübutlar, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 12 oktaybr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 11 yanvar 2022-ci il tarixli 74 nömrəli rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi təmiz çəkisi 6,048 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,978 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı, istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 15 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olaraq Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi təmiz çəkisi 6,048 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,978 qram olan psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin və həmçinin 1 ədəd “DVD” disk cinayət işinin materialında saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-189/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-189/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver