Məhkəmə qərarları › İş №1(100)-19/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-19/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-19/2022 21.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 07 noyabr 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 20 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində qardaşı Şahid7, tanışı Zərərçəkmiş şəxs və adları istintaqa məlum olan digər şəxslərlə birlikdə Şahid2 Nemət oğluna məxsus Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynadıqdan sonra Zərərçəkmiş şəxs uduzması ilə əlaqədar çayın pulunu verməli olduğunu bildirən qardaşı Şahid7 vurmaq istəmiş, buna görə şəxsi münasibətlər zəminində aralarında yaranmış münasibətlərinə aydınlıq gətirmək üçün birlikdə küçəyə çıxmışlar. Bu vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, eləcə də çiynindən dartıb kəllə ilə ona zərbə vurmasından əsəbiləşərək üzərində olan istintaqla müəyyən edilməyən dəmir parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq başın tüklü hissəsində təpə nahiyəsinin bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, sonra orada adları istintaqa məlum olan şəxslər onları sakitləşdirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs oradan kənara çəkilərək Təqsirləndirilən şəxs yanına çağırmış mübahisəni davam etdirərək, Təqsirləndirilən şəxs üstünə gedib onu tutub, yıxmaq istəyərkən, Təqsirləndirilən şəxs özündə olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq ona qarının ön divarının daxilə keçən, böyük piyliyi və köndələn çəmbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və sol bazunun arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdiyi üçün onu buraxmış, həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə münasibətləri daim yaxşı olmuşdur. Hadisəyə qədər onunla heç bir narazılığı, mübahisəsi, ədavət və ya düşmənçiliyi olmamışdır. 20 oktyabr 2020-ci il tarixdə Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Qaqaş” kimi çağırılan Şahid2 Nemət oğluna məxsus çayxanaya gedərək, orada qardaşı Şahid7, Zərərçəkmiş şəxs, Rüfət və Ramin ilə birlikdə söhbət edib çay içmişdir. Onlar əvvəlcə nərd, sonra uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynamağa başlamışlar. Zərərçəkmiş şəxs oyunu uduzsa da çayın pulunu vermək istəməmişdir. Buna görə qardaşı Orxan ona irad bildirərək uduzan tərəf kimi çayın pulunu verməli olduğunu söyləmişdir. Buna görə Orxan qardaşı ilə sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs qardaşını sinəsindən tutaraq onu vurmaq istəmişdir. Qardaşı Orxan yaşca ondan kiçik olduğuna görə o, söhbətə müdaxilə edərək Zərərçəkmiş şəxs “utanmırsanmı çörək kəsmişik, bu nə hərəkətdi edirsən, sənə yaraşmır” demişdir. Orxan əsəbi halda onu vurmaq istəmişdir. Bundan sonra Orxan onunla mübahisə etməyə başlamışdır. Sonra Orxan onu küçəyə cağırmışdır. Həmin vaxt qardaşı Orxan özünü müdafiə etmək məqsədilə ona təxminən 30 sm uzunluğunda dəmir boru vermişdir. O, dəmir parçasını əynində olan idman gödəkçəsinin qolunda gizlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxs gedib arxın yanında onu cağırmışdır. Orxana yaxınlaşaraq ona düzgün etmədiyini demişdir. Orxan ona pulun üstündə mübahisə etmədiyini demişdir. O isə nə üçün qardaşı ilə mübahisə etməsinin səbəbini soruşduqda ona “sənə də qıcandım vurmadım, vursaydım yerində qalardın”-deyə cavab vermişdir. O, ona “sən məni vura bilərsən, amma bu söhbətin sonrasını fikirləşirsənmi”-demişdir. Bu vaxt Orxan qəflətən gözləmədiyi anda çiynindən tutub dartmış və ona kəllə atmışdır. O, vaxtında arxaya çəkildiyi üçün Orxanın vurduğu zərbəsi güclü olmamışdır. Sonra o, idman gödəkçəsinin qolunda gizlətdiyi dəmir borunu çıxarıb boru ilə Orxanın baş nahiyəsinə bir dəfə vurmuşdur. Hadisə yerində olan xatırlamadığı uşaqlar dəmir borunu əlindən almışlar. Sonra aralaşıb kənara çəkilmişdir. O, dəmir boru ilə onu vurduqdan sonra Orxan onun ünvanına nalayiq ifadələr işlətdərək üzərinə gəlib onu tutmuş və süpürləşmişlər. Orxan onu vurub yıxmaq istəykərkən Orxanın əlindən çıxmaq üçün üzərində olan dəstəyi qara, tiyəsi gümüşü rəngdə olan bıçaqla Zərərçəkmiş şəxs qoluna vurmuşdur ki, onu buraxsın. Orxanı bıçaqla vurandan sonra onu buraxmış və onun əlindən çıxaraq qardaşı Orxanla hadisə yerindən qaçmışlar. Orxan onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmiş və arxasınca qaçmışdır. O, tutulacağından qorxduğu üçün özünü hüquq-mühafizə orqanlarına təslim etməmişdir. Lakin sonradan düzgün etmədiyini düşünüb könüllü gəlib özünü təslim etmək qərarına gəlmişdir.07.11.2020-ci il tarixdə könüllü olaraq Şəmkir rayon Prokurorluğuna gəlib təslim olmuşdur. Orxan onu tutub vurub yıxmaq istəyərkən onun əlindən çıxmaq üçün bıçaqla qoluna vurmuş, lakin bıçağın onun hansı nahiyyəsinə dəyməsini bilməmiş, məqsədi onu buraxmaq üçün qol nahiyyəsinə vurmaq olmuş, sonra onu buraxmış və əlindən çıxaraq qaçmışdır. Həmin vaxt onları heç kim aralamamış, Orxanı vurduqdan sonra Orxan onu buraxmış, həmin vaxt bıçaq əlində olmuş, Orxana təkrar bıçaq zərbələri vurmaq imkanı daha da əlverişli olmasına baxmayaraq və təkrar zərbələr vurmağına heç bir maneəçilik olmasa da, ona təkrar bıçaq zərbələri vurmayaraq hadisə yerindən qaçıb getmişdir. Hadisə zamanı Orxan öldürmək məqsədi olmamış, yəni onların mübahisəsi olsa da həmin mübahisəyə görə yaranmış dava-dalaş adam öldürmək üçün əsas ola bilməzdi. Orxanla qonşuluqda yaşayır, onunla ilə bir yerdə böyümüş, münasibətləri həmişə yaxşı, səmimi səviyyədə olmuşdur. Hadisədən sonra Orxanla barışdığını, Orxanın sağlamlığı ilə bağlı tibbi xərcləri könüllü olaraq ödənilmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Fəxri ilə bir yerdə böyümüş, münasibətləri həmişə yaxşı, səmimi səviyyədə olmuşdur. Hadisəyə qədər aralarında narazılıq, mübahisə, düşmənçilik və ya ədavət olmamışdır. 20 oktyabr 2020-ci il tarixdə Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Qaqaş” kimi bildiyi Şahid2 Nemət oğluna məxsus çayxanaya getmişdir. Orada Fəxri, onun qardaşı Orxan, Rüfət və Ramin ilə birlikdə söhbət edib çay içmişlər. Onlar əvvəlcə nərd, daha sonra uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynamağa başlamışlar. O, Şahid7 düzgün oynamadığını görüb ona irad bildirmişdir. Orxan ona kobud cavab qaytardığına görə aralarında sözlə mübahisə başlamışdır. Bu vaxt Orxanın qardaşı Fəxri söhbətə müdaxilə edərək qardaşı Orxana qıcandığı üçün ona irad bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə başlamışdır. Sonra çayxanadan küçəyə çıxmışlar. O arxın yanında gedib oturaraq Fəxrini çağırmışdır. Fəxriyə aralarında olan mübahisənin düzgün olmadığını demişdir. O, Fəxriyə “sənə də qıcandım vurmadım, vursaydım yerində qalardın”-demişdir. Fəxri də “səni bıçaqla vuraram”-deyə cavab vermişdir. O da bıçaqla onu vuran oğlanın ünvanına söyərək cavab qaytarmışdır. Bu vaxt aralarında yenidən sözlə mübahisə başlamışdır. Mübahisə zamanı o, Fəxrinin çiynindən tutub dartmış və ona kəllə ilə zərbə vurmuşdur. Bundan sonra Fəxri qəflətən gözləmədiyi anda dəmir boru ilə onun baş nahiyəsinə bir dəfə vurmuşdur. Hadisə yerində olan xatırlamadığı şəxslər dəmir borunu Fəxrinin əlindən almışlar. Sonra Fəxri ondan aralaşıb kənara getmişdir. O, əsəbləşib Fəxrinin ünvanına nalayiq ifadələr işlədərək üstünə gedib onun yaxasından tutmuş və süpürləşmişlər. Bu zaman Fəxri üzərində olan bıçaqla bir neçə dəfə onun qolundan vurmuşdur. Hadisə ani olaraq baş verdiyindən və gecə vaxtı olduğundan Fəxrinin bıçaq çıxartdığını görməmiş və bıçaqla xəsarət aldığını sonradan başa düşmüş, qolunda ağrı hiss etdiyindən onu buraxmışdır. Fəxri bıçaqla onu vurandan sonra qardaşı Orxanla birlikdə hadisə yerindən qaçmışlar. Həmin vaxt Fəxrini söyərək arxasınca qaçmış, lakin xəsarət aldığı üçün dayanmışdır. Bu zaman “Dumboy” ləqəbli dostu Şahid4 və Rüfət Zamanov onun yanına çatmış və xəsarət Fəxrinin onu bıçaqla vurduğunu demişdir. Sonra onlar yoldan keçən xatırlamadığı markalı maşınla xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq xəsarət alması ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Şahid7 qardaşı Fəxriyə köməklik etməmiş və hadisədə hər hansı formada iştirak etməmişdir. O Fəxri ilə tutaşanda Fəxri onu bıçaqla vuran vaxt onları heç kim aralamamış, qolunda ağrı hiss edib onu buraxan zaman Fəxri özü aralaşaraq qaçıb getmişdir. Həmin vaxt Fəxrinin əlində bıçaq olsa da onu təkrarən vurmamış və onun təkrar zərbələr vurmağına heç kim maneəçilik etməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış, sağlamlığı ilə bağlı tibbi xərclər Fəxri tərəfindən ödənilmiş, onu bağışladığını, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs qonşusu olmaqla münasibətləri yaxşı olmuşdur. Hadisədən əvvəl onunla hər hansı narazılığı, mübahisəsi və ya düşmənçiliyi olmamışdır. 20 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Qaqaş” kimi çağırdığı Şahid2 Nemət oğluna məxsus çayxanaya gedərək, orada tanışı Rüfətlə nərd oynamışdır. Bir qədər keçdikdən sonra çayxanaya Zərərçəkmiş şəxs və qardaşı Fəxri gəlmişlər. Onlardan başqa çayxanaya Elşən də gəlmişdir. Fəxri ilə Orxan ayrıca masada əyləşərək çay sifariş vermişlər. Onlar əvvəlcə nərd, daha sonra uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynamağa başlamışlar. Zərərçəkmiş şəxs oyunu uduzsa da çayın pulunu vermək istəməmişdir. O, Orxana irad bildirərək uduzan tərəf kimi çayın pulunu ödəməli olduğunu demişdir. Orxan çay pulunu vermək istəmədiyinə görə aralarında sözlə mübahisə başlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs sinəsindən tutaraq onu vurmaq istəmişdir. Bu vaxt qardaşı Fəxri Orxanın haqsız olaraq onunla mübahisə etdiyinə görə irad bildirərək qonşu olduqlarını və mübahisəsinin doğru olmadığını demişdir. Mübahisə vaxtı Orxan qardaşına da qıcanmışdır. Onlar mübahisə edərək çayxanadan bayıra çıxmışlar. Orada olan şəxslər onları sakitləşdirmişlər. Orxanın Fəxri ilə dalaşa biləcəyini fikirləşmiş və buna görə hər ehtimala qarşı özünü və qardaşını müdafiə etmək üçün çayxananın yaxınlığında təsadüfən tapdığı dəmir parçasını Orxandan gizli Fəxriyə vermişdir. Fəxri dəmir parçanı əynində olan gödəkçənin qolunda gizlətmişdir. Orxan gedib arxın yanında oturmuş və Fəxrini cağırmışdır. Fəxri Orxana yaxınlaşaraq ona “manatın söhbətinimi edirsən, ala manatını verim” demişdir. Orxan ona pul üstündə mübahisə etmədiyini bildirmiş və buna görə onlar yenidən mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Orxan qardaşına “sənə bir şapalaq vursaydım yerə girərdin” dedikdə Fəxri ona “sən məni vura bilərsən, amma bu söhbətin sonrasını fikirləşirsənmi”-deyə cavab vermişdir. Bu vaxt Orxan qəflətən Fəxrinin çiynindən tutub dartmış və ona kəllə atmışdır. Orxan ilə Fəxri əlbəyaxa olmuşlar. Həmin vaxt Fəxri cəld hərəkət edərək gödəkçənin qolundan dəmir parçasını çıxarıb həmin boru ilə Orxanın baş nahiyəsinə bir dəfə vurmuşdur. Xatırlamadığı şəxslər onları aralamışlar. Sonra Fəxri Orxandan aralaşıb kənara çəkilmişdir. Bir neçə dəqiqə sonra Orxan Fəxri tərəfə getmiş və söhbət etdiklərini fikirləşmişdir. Həmin vaxt onların yaxınlığında heç kim olmamışdır. X13 ünvanına söyüş söyərək Fəxri tərəfindən bıçaqlandığını deyərək onun dalınca qaçdığını görmüş, Fəxri Qaqaşın məhləsinə tərəf qaçmışdır. Hava qaranlıq olduğu üçün hadisəni tam olaraq görmək mümkün olmamışdır. Bu səbəbdən Fəxrinin bıçaqla Orxanı vurduğunu görməmişdir. Hadisə yerində olan uşaqlar da Orxanın yanına qaçmışlar. O da qorxub Fəxrinin arxasınca hadisə yerindən qaçmışdır. Orxan isə yenidən qardaşının ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O, qonşuluqda yaşayan Şahid6 evinin qarşısında Fəxriyə catmış və qardaşından bıçaqla Orxanı vurub-vurmadığını soruşduqda Fəxri ona Orxanın onu tutub yıxmaq istədiyini, onunun əlindən çıxmaq üçün bıçaqla qolundan zərbələr vuraraq ona xəsarətlər yetirdiyini demişdir. O da onu danlamışdır ki, bıçaqla Orxanı niyə vurubdur. Hadisə zamanı Orxanla Fəxrinin yaxınlığında heç kim olmamış və onları heç kim aralamamışdır. Onlar bir yerdə olarkən söhbət etdiklərini fikirləşmiş, hava qaranlıq olduğundan hadisənin necə baş verməsini görməmişlər. Fəxri anidən Orxanın yanından aralaşıb qacıb gedən vaxt Orxan söyüş söyərək Fəxrinin onu bıçaqla vurduğunu demiş, bundan sonra Fəxrinin Orxanı bıçaqla vurmasını bilmişlər. Hadisə zamanı nə o, nə də yaxınlıqdakı şəxsələr hadisəyə müdaxilə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nemət oğlu ifadəsində göstərdi ki, adı Binnət olsa da hamı onu “Qaqaş” ləqəbi ilə tanıyır. Yaşadığı evin həyətinə bitişik özünə məxsus çayxana vardır. Dostları və qonşuları ara-bir çayxanaya gəlib domino və ya nərd oynayırlar. Zərərçəkmiş şəxs və X5 tanıyır. Onlarla yaxın dostluq münasibətləri olmasa da qonşu kimi münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı bir düşmənçiliyin və ya mübahisənin olduğunu eşitməmişdir. 20 oktyabr 2020-ci il tarixdə axşam saatlarında Fəxri çayxanaya gəlmiş və qohumu Ramizlə nərdə oynamağa başlamışdır. Bir az keçmişdir ki, çayxanaya Zərərçəkmiş şəxs, Fəxrinin qardaşı Orxan və xatırlamadığı digər şəxslər gəlmişlər. Onlar ayrıca masada əyləşib çay sifariş vermişlər. O, çay verdikdən sonra onlar çayxanada kart oynamağa başlamışlar. O, kart oynanılan məclisləri xoşlamadığı üçün onlara demişdir ki, kartı yığışdırıb domino oynasınlar. Bundan sonra o, çayxanadan çıxıb evə getmişdir. Oğlu Elnura ara-bir çayxanada olan müştərilərə nəzarət etməsini bildirmişdir. Həmin gün yaşadığı evdə anası Əntiqə Cəfərovanın ad gününü qeyd etmişlər. Bacısıgilin qayınanası Qənirənin eyni gündə ad günü olduğuna görə evdən çıxıb onların evinə qonaq getmək istəmişlər. Bu vaxt oğlu Elnur evə gələrək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun qardaşı Orxanla mübahisə etdiyini bildirmişdir. O, darvazadan çölə çıxanda bir neçə şəxsin Orxanı yoldan keçən maşına otuzdurub apardıqlarını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurub qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 Nemət oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şəmkir şəhər sakinləri kimi tanıyır, münasibətləri yaxşıdır. 20 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxıb mağazaya gedərkən Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Qaqaşa” məxsus çayxananın qarşısında tanışı Fidail ilə görüşüb söhbət etmişdir. Fidail çıxıb getdikdən sonra çayxanaya girmişdir. Çayxanada Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və xatırlamadığı digər şəxsləri görmüşdür. O, uşaqlarla salamlaşmış və sonra yenidən bayıra çıxmışdır. Çayxanadan təzə çıxmışdır ki, içəridən səs-küy eşitmişdir. Zərərçəkmiş şəxs və digər uşaqlar mübahisə edərək çayxanadan bayıra çıxmışlar. O, yaşca onlardan böyük olduğuna görə Orxan ilə Fəxrini yanına çağıraraq aralarında olan mübahisənin doğru olmadığını söyləmişdir. Fəxri ilə Orxan sakitləşmişlər. Sonra Orxan kənara gedib Fəxrini çağırmışdır. Fəxri onun yanına getmiş, onların söhbət edərək barışdıqlarını fikirləşmişlər. Onlar həmin vaxt aralıda olmuşlar. Lakin bundan bir qədər sonra qəflətən gözləmədiyi anda Orxan ilə Fəxri əlbəyəxa olmuşlar. Həmin vaxt o, digər uşaqlarla birlikdə onları aralamaq üçün yanlarına gedərkən Fəxri oradan qaçaraq uzaqlaşmış, Orxan əlini qarın nahiyəsindən tutaraq Fəxriyə söyüş söyərək onun dalınca qaçmış və onun tərəfindən bıçaqlandığını demişdir. O, vaxt itirməmək üçün maşınına tərəf qaçmışdır ki, Orxanı xəstəxanaya aparsın. O, maşını işə salıb hadisə yerinə gələnə kimi uşaqlar yoldan keçən maşınla Orxanı xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs nə səbəbə Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bilmir. Hadisə ani olaraq baş verdiyindən, eləcə də hava qaranlıq olduğundan hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini görməmişdir. Həmin vaxt onların yaxınlığında heç kim olmamış və onları heç kim aralamamışdır. Onların əlbəyaxa olduğunu görüb aralamaq üçün yanlarına gedərkən Fəxri özü oradan aralaşaraq qaçıb getmiş, Orxan söyüş söyərək bıçaqlandığını dediyi üçün onun xəsarət almasını bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, adı Ülfət olsa da hamı onu “Rüfət” kimi tanıyır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Şəmkir şəhər sakinləri kimi tanıyır, münasibətləri yaxşıdır. 20 oktyabr 2020-ci il tarixdə işıq kartına pul yükləmək üçün yaşadığı evdən çıxaraq Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən “Zirvə market”inə gedərkən “Qaqaş” kimi çağırdığı Şahid2 Nemət oğluna məxsus çayxananın qarşısında yolun kənarında bir nəfər şəxsin “məni balnisaya çatdırın” dediyini eşitdiyi üçün ona yaxınlaşmış və Zərərçəkmiş şəxs görmüşdür. Orxan əli ilə qarnını tutmuşdur. Orxan bıçaqlandığını bildirərək təcili olaraq onu xəstəxanaya çatdırmasını xahiş etmişdir. Həmçinin Orxanın yanına “Dumboy” ləqəbli tanışı yaxınlaşmışdır. Onlar vaxt itirmədən yoldan keçən xatırlamadığı markalı taksi avtomaşını ilə Zərərçəkmiş şəxs Şəmkir RMX-na aparmışlar. Sonradan ona məlum olmuşdur ki, 20.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində Təqsirləndirilən şəxs və onun qardaşı Şahid7 ilə kart oynadıqdan sonra aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vuraraq ona xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşuları olmaqla münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı bir düşmənçiliyin və ya mübahisənin olduğunu eşitməmişdir. 20 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə hörgü işləri ilə məşğul olarkən bayırdan səs-küy eşitmişdir. O, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmışdır. Qonşuluqda yaşayan “Qaqaşa” məxsus çayxananın qarşısında adamlar toplaşdığını, Zərərçəkmiş şəxs əlini qarın nahiyəsindən tutataraq Qaqaşa məxsus evin həyətinə girdiyini görmüşdür. Fəxri bıçaqla Orxanı vurduğu üçün Orxan onun ünvanına söyüş söymüşdür. Fəxri və qardaşı Orxan sürətlə qarşısından keçib getmişlər. Orxan qardaşı Fəxriyə “ay qa dəmir ilə vurmuşdun, bıçaqla niyə vurdun, özünü yazıq etdin” demişdir. Fəxri isə onun əlindən çıxımaq üçün vurduğunu deyərək ondan uzaqlaşıb getmişlər. Həmin vaxt atası Ramiz onu evə çağırdığı üçün qayıtmışdır. Bildikləri və deyəcəkləri bundan ibarətdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir şəhəri, S.Vurğun küçəsi ev 71-də yerləşən Şahid2 Nemət oğluna məxsus çayxananın qarşısıdır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. “Paltarlara baxış keçirilməsi barədə” 21.10.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli qısaqol köynək və bir ədəd göy rəngli şalvara baxış keçirilən zaman köynək və şalvarda qanabənzər ləkələr olduğu müəyyən edilmişdir. İş üçün əhəmiyyət kəsb ediyindən həmin bir ədəd göy rəngli qısaqol köynək və bir ədəd göy rəngli şalvar müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Paltarlara baxış keçirilməsi barədə” 07.11.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd göy rəngli cins şalvarı, bir ədəd uzunqol jaketi və bir ədəd idman gödəkçəsi baxış keçirilən zaman şalvar, jaket və idman gödəkçəsində qanabənzər ləkələr, ləkələr, zədə, sökülmə, cırılma və sair izlər olduğu müəyyən edilməmişdir. İş üçün əhəmiyyət kəsb ediyindən həmin bir ədəd göy rəngli cins şalvarı, bir ədəd uzunqol jaketi və bir ədəd idman gödəkçəsimüvafiq protokol tərtib edilərək götürülmüşdür. Məhkəmə-tibbi ekspertizasının 03.01.2020-ci il tarixli 1413 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın tüklü hissəsində təpə nahiyəsinin bir ədəd kəsilmiş yarası, qarının ön divarının daxilə keçən, böyük piyliyi və köndələn çəmbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd və sol bazunun arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətlə, ola bilsin ki, biçaqla yetirilmişlər, yetirilmə müddətləri 20 oktyabr 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qarının ön divarının daxilə keçən, böyük piyliyi və köndələn çəmbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, başın tüklü hissəsində təpə nahiyəsinin bir ədəd kəsilmiş yarası və sol bazunun arxa səthinin iki ədəd deşilmişkəsilmiş yaraları isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs yetirilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmamışdır. Məhkəmə-tibbi ekspertizasının 08.11.2020-ci il tarixli 1437 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19.11.2020-cu il tarixli 636/289 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq hazırki cinayət əməlini törədən zaman güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt vəziyyətində) olmamışdır (keçirməmişdir). Maddi sübutların ekspertizasının 25.11.2020-cu il tarixli 572-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində 01 ədəd, sol qolun arxa səthində 01 ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter, şalvar, idman gödəkçəsi üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Maddi sübutların ekspertizasının 02.12.2020-cu il tarixli 892/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sitemi üzrə qan qrupu: B-alfa/İİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. /şəxsiyyəti təsdiq edən sənədə əsasən/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus bir ədəd cins şalvar və köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, həmçinin alfa aqqlyutininidə alınmışdır. Belə olan halda bu qan ləkələri B-alfa/İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd idman gödəkçəsi, cins şalvar və uzunqol sviter üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 09.11.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 20 oktyabr 2020-ci il tarixdə Şəmkir şəhəri S.Vurğun küçəsində yerləşən Şahid2 Nemət oğluna məxsus çayxanada qardaşı Şahid7, Zərərçəkmiş şəxs, Rüfət və Ramin ilə birlikdə çay içib söhbət etdikləri yeri, daha sonra uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynadıqlarını, Zərərçəkmiş şəxs oyunu uduzsa da çayın pulunu vermək istəmədiyini, buna görə qardaşı Orxan ona irad bildirərək uduzan tərəf kimi çayın pulunu verməli olduğunu söylədiyini, Zərərçəkmiş şəxs pulu vermək istəmədiyinə görə qardaşı ilə sözlə mübahisə etdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs qardaşını sinəsindən tutaraq onu vurmaq istədiyini, qardaşını müdafiə etmək üçün söhbətə müdaxilə edərək Zərərçəkmiş şəxs irad bildirdiyini, Zərərçəkmiş şəxs ona qıcandığını, münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxaraq yenidən qarşılıqlı mübahisə edərkən Zərərçəkmiş şəxs qəflətən gözləmədiyi anda onun çiynindən tutub dartaraq ona kəllə atdığını, bundan sonra idman gödəkçəsinin qolundan dəmir borunu çıxarıb boru ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vurduğunu, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşərək qisas almaq niyyətilə üzərində olan bıçaqla onun bədəninin müxtəlif nahiyələrindən vurduğu yeri, daha sonra hadisə yerindən qaçdığı yeri göstərmiş, 09 noyabr 2020-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. “Şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” 07.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.11.2020-ci il tarixdə saat 10:30-da Şəmkir rayon prokurorluğuna gələrək bıçaqla Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsini etiraf etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 07.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 09.11.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26.11.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri V.Xuluflu küçəsi ev 12-də atası X10, anası X4, qardaşları X7, X8 və Şahid7 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəmkir Rayon Konsultativ Poliklinikasının 12.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Şəmkir Rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmırlar. 24.07.2020-ci il tarixli Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, X3 anadangəlmə sol böyrəyi yoxdur. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan DSMF publik hüquqi şəxsin 19 saylı region ərazi filialının 23.12.2020-ci il tarixli arayışından görünür ki, X8 İİİ qrup əlildir.110 manat pensiya alır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan DSMF publik hüquqi şəxsin 19 saylı region ərazi filialının 23.12.2020-ci il tarixli arayışından görünür ki, X10 İİ qrup əlildir.233.20 manat əmək pensiyası alır. № 032108 saylı 14.05.2019-cu il tarixli vəsiqənin surətindən görünür ki, X11 İİ qrup Çernobel əlilidir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 12.12.2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltarlar – 1 ədəd göy rəngdə qısaqol köynək və 1 ədəd göy rəngdə cins şalvarı, Təqsirləndirilən şəxs məxsus paltarlar – 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd uzunqol jaket və 1 ədəd idman gödəkçəsi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Şəmkir rayon prokurorluğuna təhvil verilmişdir. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 03.11.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 11.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qəsdən Zərərçəkmiş şəxs öldürməyə cəhd etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs əməli qəsdən adam öldürməyə yönəlməmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə törətdiyi əməlinin başa çatdırmamasının səbəblərini kifayət qədər araşdırmamışdır. Belə ki, həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs, 20 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində qardaşı Şahid7, tanışı Zərərçəkmiş şəxs və adları istintaqa məlum olan digər şəxslərlə birlikdə Şahid2 Nemət oğluna məxsus Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən çayxanada uduzan tərəfin “çay pulu”nu ödəməsi müqabilində kart oynadıqdan sonra Zərərçəkmiş şəxs uduzması ilə əlaqədar çayın pulunu verməli olduğunu bildirən qardaşı Şahid7 vurmaq istəmiş, buna görə şəxsi münasibətlər zəminində aralarında yaranmış münasibətlərinə aydınlıq gətirmək üçün birlikdə küçəyə çıxmışlar. Bu vaxt Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, eləcə də çiynindən dartıb kəllə ilə ona zərbə vurmasından əsəbiləşərək üzərində olan istintaqla müəyyən edilməyən dəmir parçası ilə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vuraraq başın tüklü hissəsində təpə nahiyəsinin bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, sonra orada adları istintaqa məlum olan şəxslər onları sakitləşdirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs oradan kənara çəkilərək Təqsirləndirilən şəxs yanına çağırmışdır. Həmin vaxt yaxınlıqda olan şəxslər onların söhbət edərək barışmalarını zənn etdiklərindən onlara yaxınlaşmamışlar. Zərərçəkmiş şəxs mübahisəni davam etdirərək, Təqsirləndirilən şəxs üstünə gedib onu tutub yıxmaq isəyərkən süpürləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs özündə olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq ona qarının ön divarının daxilə keçən, böyük piyliyi və köndələn çəmbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və sol bazunun arxa səthinin iki ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirdiyi üçün Zərərçəkmiş şəxs onu buraxmış, həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirərkən Zərərçəkmiş şəxs özünü aktiv müdafiə etməsi, eləcə də onun vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyinə görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməməsinə əsaslanmışdır. Halbu ki, ibtidai istintaq hadisə zamanı Zərərçəkmiş şəxs «özünü aktiv müdafiə etməsi» xüsusatını heç bir sübutla müəyyən etməmiş, əksinə topladığı sübutlarla, yəni təqsirləndirilən şəxsə verilən ittihamda göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıcaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdır. Bu hal isə yəni, Təqsirləndirilən şəxs özü aralaşaraq öz iradəsi ilə hərəkət edib hadisə yerindən getməsi, istintaq orqanının gəldiyi nəticə ilə yəni, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməməsi nəyinki uzlaşmır, hətta tərs mütanasibdir. Zərər çəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi xüsusatını şəxsin əməlini öz iradəsindən aslı olmayan səbəb kimi qəbul edilməsi də əsassız və tamamilə yalnış yanaşmadır. Əgər qeyd edilən həmin xuüsusat şəxsin əməlin hüquqi tövsifinin əlaməti kimi nəzərə alınsa, gərək bütün qəsdən sağlamlığa ağır zərər yetirilən cinayət işlərində təqsirləndirilən şəxslərin əməlləri qəsdən adam öldürüməyə cəhd etmə kimi qiymətləndirilsin. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsində istintaq orqanının əsaslandığı qeyd olunan hallar əsassız və tamamilə yalnışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs oradan kənara çəkilərək Təqsirləndirilən şəxs yanına çağırmışdır. Həmin vaxt yaxınlıqda olan şəxslər onların söhbət edərək barışmalarını zənn etdiklərindən onlara yaxınlaşmamışlar. Zərərçəkmiş şəxs mübahisəni davam etdirərək, Təqsirləndirilən şəxs üstünə gedib onu tutub yıxmaq istəmiş və süpürləşmişlər. Bu zaman Təqsirləndirilən şəxs özündə olan bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq xəsarətlər yetirmiş, o qolunda ağrı hiss etdiyindən Təqsirləndirilən şəxs buraxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuran vaxt onları heç kim aralamamış, Orxan qolunda ağrı hiss edib onu buraxan zaman Təqsirləndirilən şəxs özü aralaşaraq qaçıb getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçaq olsa da, Orxana Rəsulova təkrar bıçaq zərbələri vurmaq imkanı daha da əlverişli olmasına baxmayaraq və təkrar zərbələr vurmağına heç bir maneəçilik olmasa da, ona təkrar bıçaq zərbələri vurmayaraq, istintaq orqanın göstərdiyi öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməməsi kimi yalnış qiymətləndirmədən fərqli olaraq öz iradəsi ilə hərəkət edib hadisə yerindən qaçıb getmişdir. Onun təkrar zərbələr vurmağına heç kim maneəçilik etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bir daha göstərdi ki, Fəxri üzərində olan bıçaqla bir neçə dəfə onun qolundan vurmuşdur. Hadisə ani olaraq baş verdiyindən və gecə vaxtı olduğundan Fəxrinin bıçaq çıxartdığını görməmiş və bıçaqla xəsarət aldığını sonradan başa düşmüş, qolunda ağrı hiss etdiyindən onu buraxmışdır. O, Fəxri ilə tutaşanda Fəxri onu bıçaqla vuran vaxt onları heç kim aralamamış, qolunda ağrı hiss edib onu buraxan zaman Fəxri özü aralaşaraq qaçıb getmişdir. Həmin vaxt Fəxrinin əlində bıçaq olsa da onu təkrarən vurmamış və onun təkrar zərbələr vurmağına heç kim maneəçilik etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bir daha göstərdi ki, Orxan onu vurub yıxmaq istəykərkən Orxanın əlindən çıxmaq üçün üzərində olan bıçaqla Zərərçəkmiş şəxs qoluna vurmuşdur ki, onu buraxsın. Orxanı bıçaqla vurandan sonra onu buraxmış və onun əlindən çıxaraq hadisə yerindən qaçmışdır. Orxan onun ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir və arxasınca qaçmışdır. Orxan onu tutub yıxmaq istəyərkən onun əlindən çıxmaq üçün bıçaqla qoluna vurmuş, lakin bıçağın onun hansı nahiyyəsinə dəyməsini bilməmiş, məqsədi onu buraxmaq üçün qol nahiyyəsinə vurmaq olmuş, sonra onu buraxmış və əlindən çıxaraq qaçmışdır. Həmin vaxt onları heç kim aralamamış, Orxanı vurduqdan sonra Orxan onu buraxmış, həmin vaxt bıçaq əlində olmuş, Orxana təkrar bıçaq zərbələri vurmaq imkanı daha da əlverişli olmasına baxmayaraq və təkrar zərbələr vurmağına heç bir maneəçilik olmasa da, ona təkrar bıçaq zərbələri vurmayaraq hadisə yerindən qaçıb getmişdir. Hadisə zamanı Orxan öldürmək məqsədi olmamış, yəni onların mübahisəsi olsa da həmin mübahisəyə görə yaranmış dava-dalaş adam öldürmək üçün əsas ola bilməzdi. Orxanla qonşuluqda yaşayır, onunla ilə bir yerdə böyümüş, münasibətləri həmişə yaxşı, səmimi səviyyədə olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətlərinə, cinayətin motivinə, işin faktiki hallarına hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş Zərərçəkmiş şəxs öldürməyə yönəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəbələrə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəht hesab olunur. «Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm bir başa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyin) içtimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti) baş vermir. Qəsdən adam öldürmə cinayətini oxşar cinayətlərdən fərqləndirmək üçün təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları,o cümlədən təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri təqsirkarın sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri).Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququn məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qəsdən adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlərin edilməsini, atasının İİ qrup Çernobel əlili olmasını, qardaşının İİİ qrup əlil olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltarlar 1 ədəd göy rəngdə qısaqol köynək və 1 ədəd göy rəngdə cins şalvar sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus paltarlar 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd uzunqol jaket və 1 ədəd idman gödəkçəsi təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 07 noyabr 2020-ci il tarixdən hesablansın.Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltarlar 1 ədəd göy rəngdə qısaqol köynək və 1 ədəd göy rəngdə cins şalvar sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus paltarlar 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd uzunqol jaket və 1 ədəd idman gödəkçəsi təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar