Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-19/2024 12.08.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11, X1 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X2 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1992-ci ildə Qazax rayonunun Canallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, Qazax rayonunun Hüseynbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Qazax şəhəri, N.Nərimanov küçəsi, ev 17-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, təmiz çəkisi 367,091 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,95 qram, 385 qram, ümumi təmiz çəkisi 385,95 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq olaraq külli miqdarda yəni, təmiz çəkisi 367,091 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,95 qram, 385 qram, ümumi təmiz çəkisi 385,95 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 12 yanvar 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 16 radələrində Gəncə şəhəri ərazisində, Gəncə-Şəmkir yolunun sağ kənarında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 Şöbəsinə gətirilmiş, həmin şöbədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan gödəkcənin alt hissəsində saxladığı 1 ədəd üzəri yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 385 qram narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 367,091 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, əynində olan gödəkcənin sol yan çöl cibindən isə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 0,95 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, birinci qrup Qarabağ müharibəsi əlilidir. Ağrıları ilə əlaqədar 5-6 ildir ki, yalnız narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Hadisədən təxminən bir ay əvvəl telefon vasitəsilə İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə tanış olmuş, belə ki, həmin şəxs əvvəlcə istifadəsində olan +**********73 saylı mobil nömrə ilə daha sonra isə +**********23 saylı mobil nömrə ilə onun istifadəsində olan ********** saylı mobil nömrəyə “Vatsap” vasitəsilə əlaqə saxlayaraq qardaşının da qazi olduğunu, onu tanıdığını deyərək narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o da nəşə kimi tanıdığı marixuana istifadə etdiyini bildirmişdir. Həmin Məhəmməd adlı şəxs ona narkotik vasitə marixuana təşkil edə biləcəyini bildirmiş, o Məhəmmədlə razılaşdıqdan sonra sonuncu ona Şəmkir rayonunda “beş yol” kimi tanınan yerə narkotik vasitə qoyduğunu demiş, bundan sonra Məhəmməd adlı şəxsin dediyi yerə gedərək həqiqətən orada bir ədəd kibrit qutusunda təxminən 1 qram çəkidə narkotik vasitə olan marixuana olduğunu görmüşdür.Bundan sonra həmin narkotik vasitə olan marixuananı götürüb Qazax rayonuna qayıdaraq orada özü istifadə etmişdir. Daha sonra 12 yanvar 2022-ci il tarixdə yenə də, Məhəmmədlə “whatsapp” mobil tətbiqi vasitəsilə danışarkən ona narkotik vasitə göndərməyi təklif etmiş, o da razılaşmışdır. Həmin narkotiki də götürməkdə məqsədi özü istifadə etmək olmuşdur. Məhəmməd adlı şəxs narkotik vasitəni Gəncə şəhərinin giriş hissəsində yerləşən “Beton zavod” deyilən yerin yaxınlığında çuxura qoydurduğunu və narkotiki həmin yerdən götürməsini bildirmişdir. O, həmin yerə çatıb, narkotik vasitəni götürmək istəyən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib, onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 şöbəsinə aparmışlar. Əlavə olaraq bildirmişdir ki, Məhəmməd adlı şəxsi əvvəllər tanımamış, onunla “Whatsapp” mobil tətbiqi vasitəsilə danışaraq ondan təxmini bir-iki dəfə istifadə etmək üçün narkotik vasitə götürmüşdür. O,birinci qrup Qarabağ müharibəsi əlili olduğu üçün narkotik vasitədən ağrılarını sakitləşdirmək üçün istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onu 6 nəfər polis əməkdaşı Gəncə şəhərinin giriş hissəsində “Beton zavod” deyilən yerin yaxınlığında çuxura qoyulmuş narkotik vasitəni götürmək istəyən zaman tutmuşlar. Məhkəmənin diqqətinə çatdırır ki, onun əldə etdiyi narkotik vasitəni satmaq və ya kiməsə hər hansı maraq müqabilində vermək niyyəti olmamış, bu məqsədlə kiminləsə əlbir olmamışdır. Ona qarşı irəli sürülmüş ittiham müstəntiq tərəfindən uydurulmuş, heç bir səbəb olmadan ona narkotik vasitəni satış məqsədi ilə əldə etmək, bu məqsədlə kiminləsə əlbirlik ittihamı verilmişdir. Ona məxsus mobil telefon əlindən zorla alınaraq içərisində olan Whatsapp tətbiqi silinmişdir. Əgər həmin tətbiq silinməsəydi tətbiqdə onun Məhəmməd adlı şəxslə yazışmasından açıq aydın aşkar olunacaqdı ki, o narkotik vasitəni sırf özü üçün istəmiş, narkotik vasitəni satamaq, bu kimi məqsədlərlə kiminləsə əlbir olmaq və ya narkokuryerlik etmək niyyəti olmamışdır. Bir daha bildirir ki, onun telefonunda olan Whatsapp tətbiqi sırf bu baxımdan polis əməkdaşları tərəfindən silinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN BNMİ-nin X16 şöbənin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 yanvar 2022-cı il tarixdə Qazax rayonunun Hüseynbəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Qazax şəhəri, N.Nərimanov küçəsi, ev 17-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satması və üzərində saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edib, əməliyyat qrupunun yaradılması haqqında əmr verildikdən sonra cinаyət əməlinin ifşa оlunmаsı məqsədi ilə əmliyyаt-ахtаrış tədbirlərini həyata keçirmişlər. Keçirilmiş tədbirlər nəticəsində həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində olduğu özünə məxsus Qazax rayon sakini Şahid4 idarə etdiyi “Azsamand” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Gəncə şəhəri ərazisində, Gəncə-Şəmkir yolunun sağ kənarında saxlanılmış və DİN-in BNMİ-nin X16 Şöbəsinə аpаrılmışdır. Təqsirləndirilən şəxs cinayət başında, narkotik vasitəni əldə etdikdən dərhal sonra yaxalanmış, sonuncu hər hansı müqavimət göstərməmiş, narkotik vasitəni atıb qaçmağa cəhd etməmiş, onlarla birlikdə polis şöbəsinə getmişdir. DİN-nin BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs və Şahid4 hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаsı məqəsədi ilə müdаfiəçilərin siyаhısı təqdim еdilmiş və həmin müdаfiəçilərdən kimi istəyirsə sеçə biləcəyini, əgər sеçməkdə tərəddüd еdirsə həmin gün növbətçi vəkilin yаrdımındаn istifаdə еdə biləcəyini bildirilmişdir. Təqsirləndirilən şəxs təqdim оlunmuş müdаfiəçilərin siyаhısındаn X22 оğlunu, Şahid4 isə X6 hüquqlаrının müdаfiə оlunmаsı üçün sеçmişlər. Bundаn sоnrа müdаfiəçilər dəvət оlunаrаq təqdim еdilmiş, hüquq və vəzifələri bir daha izah edilmişdir. Sonra video çəkilişlə hər iki şəxsin barəsində şəxsi axtarış aparılmış, əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana və tiryək olduğunu deyərək əynində olan göy rəngli gödəkcənin zəncirbəndini açıb altından üzəri yapışqanlı lentlə sarınmış qara rəngli bir ədəd bağlamanı çıxarıb otaqdakı stolun üzərinə qoyub içərisindəki kütlənin narkotik vasitə tiryək və qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs əynindəki həmin gödəkcənin sol yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb içərisində olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu göstərib stolun üzərinə qoyaraq həmin qutuda isə marixuana olduğunu demişdir. Təqsirləndirilən şəxs daha sonra əynində olan şalvarın cibindən “Samsung” markalı mobil telefonu, əynindəki gödəkcənin altında olan digər gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli pul qabını, şalvarının yan cibindən özünə məxsus gəldiyi minik avtomobilinin açarını çıxarıb təqdim edərək üzərində başqa əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs məxsus qara rəngli pul qabına baxış zamanı içərisində pul, özünə məxsus beş ədəd plastik kart, özünə məxsus şəxsiyyət, sürücülük, əlillik, Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri, peyvənd sertifikatı, həkim resepti aşkar olunmuş, beş ədəd bank kartları, şəxsiyyət və sürücülük vəsiqələri gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, pul və digər göstərilən əşyalar pul qabı ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung A11” markalı mobil telefonunu ***-***-**-** nömrəsi ilə istifadə etdiyini bildirmiş, həmin telefon da gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bir ədəd bağlamanın üzərində olan lent kəsici alətlə kəsilərkən içərisində iki bağlama olduğu müəyyən edilmiş, həmin bağlamalardan birinə baxış keçirərkən içərisində qara rəngli, kəskin iyli, narkotik vasitə tiryəkə bənzər kütlə olduğu aşkar olunmuş, digər bağlamaya baxış zamanı içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Narkotik vasitə tiryəkə bənzər kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 412 qram, qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə çəkisinin 512 qram, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusunun isə qablaşdırma ilə birlikdə çəkisinin 3 qram olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitələr çəkildikdən sonra bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zaman Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təxminən 6-7 ildir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitə tiryək və marixuananı həmin gün Məhəmməd adlı İran vətəndaşının qoydurduğu yerdən əldə etdiyini, Məhəmmədlə bir ay əvvəl telefon vasitəsilə tanış olduğunu, şəxsi tanışlığının olmadığını bildirmişdir. Bundan sonra Şahid4 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Şahid4 əynində olan şalvarın sağ arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ yan cibindən isə pul çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək üzərində narkotik vasitə və ya digər əşya olmadığını bildirmiş, Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid4 üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, Şahid4 üzərindən aşkar olunmuş pul özünə qaytarılmış, mobil telefon isə gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, sorğu zamanı Şahid4 verilən suallara cavab olaraq təxminən iki ildir ki, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, Təqsirləndirilən şəxs ondan Gəncə şəhərinə avtomobilini sürməsini xahiş etdiyini, qayıdarkən birlikdə narotik vasitə istifadə edəcəklərini dediyini, Təqsirləndirilən şəxs qazi olduğu üçün kömək məqsədilə birlikdə gəldiyini, daha sonra onlar tərəfindən tutulduqdan sonra Elşadın İran vətəndaşından külli miqdarda narkotik vasitə əldə etdiyini öyrəndiyini, özünün hər hansı bir İran vətəndaşı ilə əlaqəsinin olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs Məhəmməd adlı şəxsin mobil nömrəsinin özünə məxsus mobil telefonda olduğunu, saxlanılarkən hər hansı bir işgəncəyə, qeyri-qanuni hərəkətlərə məruz qalmadığını demişdir. Bununla da Təqsirləndirilən şəxs və Şahid4 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Azsamand” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilmiş, avtomobildən narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bununla da istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs və ya Şahid4 ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Həmin şəxslərə qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını Bakı şəhərində fəhləlik edərək əldə edir. Təxminən iki ildir ki, 3-4 aydan bir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Qazax şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, Elşad birinci qrup Qarabağ müharibəsi əlilidir. Narkotik vasitə marixuana istifadə etməsini eşitmişdir. Bakı şəhərində işlədikdən sonra bayramla əlaqədar yaşadığı Qazax rayonuna qayıtmışdır. 12 yanvar 2022-ci il tarixdə günorta radələrində Elşadla görüşərkən sonuncu ona şəxsi işilə əlaqədar Gəncə şəhərinə getməli olduğunu, ayağı protez olduğuna görə avtomobilini idarə edə bilməyəcəyini, bu səbəbdən ona məxsus avtomobili idarə etməsini xahiş etmişdir. O da boş olduğundan, həmçinin Elşadın qazi olmasına görə kömək etmək məqsədilə razılaşmış, bundan sonra Elşadın “Azsamand” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükan arxasında, Elşad isə ön sağ oturacaqda əyləşmiş və birlikdə təxminən saat 14 radələrində Qazax rayonundan Gəncə şəhərinə yola düşmüşlər. Yol boyu Elşadla gündəlik qayğılarından söhbət etmişlər. Elşad Whatsapp tətbiqi vasitəsilə telefonda kiminləsə yazışmış, təxminən saat 16 radələrində Gəncə şəhərinə girmiş və Elşadın istiqamətləndirməsi ilə avtomobili sürərək Gəncə Şəmkir yolunun sağ kənarına dönərək bir qədər getdikdən sonra Elşad ona avtomobili saxlamasını, işini həll edib qayıdacağını demişdir. Elşad avtomobildən düşüb bir qədər gedərək gözdən itmiş və təxminən 2 dəqiqə sonra avtomobilə sarı gəlmiş, uzaqdan əynində olan gödəkcənin şiş vəziyyətdə olduğunu, altında nəsə olduğunu görmüş, bu zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq narkotik vasitəni üzərilərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 şöbəsinə gedəcəklərini bildirmişlər. O və Elşad bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Sonra polis əməkdaşları birlikdə avtomobililə əyləşib özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlmunmаğındаn ötrü müdаfiəçilərin siyаhısını təqdim edilmiş və həmin müdаfiəçilərdən kimi istəyərsə sеçə biləcəyini, əgər sеçməkdə tərəddüd еdərsə həmin gün növbətçi vəkilin yаrdımındаn istifаdə еdə biləcəyini bildirmişlər. Təqdim оlunmuş vəkillərin siyаhısındаn X23 оğlunu hüquqlаrının dövlət hеsаbınа müdаfiə оlunmаsı üçün sеçmiş və bu barədə ərizə ilə müraciət etmiş, müdаfiəçi X12 dəvət оlunаrаq təqdim еdilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışlar. Müdafiəçinin iştirakı ilə onun və Elşadın üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı Elşad əynində olan gödəkcənin altından narkotik vasitə tiryək və qurudulmuş marixuana olan bağlama və həmin gödəkcənin cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu aşkar edilmiş, həmin bükümə və digər əşyalara baxış keçirilmiş, sonra isə ağ rəngli kağız zərfə qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. Həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüş, üzərinə şəxsi-axtarış keçirərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunsuz əşya aşkar olunmamış, sonra protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra müdafiəçinin iştirakı ilə imzalamışlar. Sonra Elşada məxsus avtomobilə Elşadın razılığı və iştirakları ilə baxış keçirilmiş, baxış zamanı avtomobildən narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra müdafiəçilərin iştirakı ilə imzalamışlar. Daha sonra ekspertin rəyi elan edilmiş və Elşadın üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 0,95 qram, 385 qram, ümumi təmiz çəkisi 385,95 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğunu, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olduqlarını öyrənmişdir. Həmin kağız paketdəki 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada olan şəffaf sellofan bağlamada təmiz çəkisi 367,091 qram olan maddə, xaşxaş bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək olduğunu bilmişdir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elşadın Gəncə şəhərinə narkotik vasitə əldə etmək üçün gəlməsini bilməmiş, Elşad şəxsi işi olduğu üçün Gəncə şəhərinə gələcəyini demiş, buna görə də, birlikdə gəlmiş, polis əməkdaşları yaxaladıqdan sonra Elşad Gəncə şəhərinə narkotik vasitə əldə etmək üçün gəldiyi ona məlum olmuşdur. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə-Şəmkir yolunun sağ tərəfində yerləşən yerdən əldə etmiş, lakin həmin narkotik vasitəni kim verməsi barədə heç bir məlumatı olmamışdır. Elşad qazi olduğuna görə avtomobil idarə edə bilməmiş, şəxsi işi olduğu üçün Gəncə şəhərinə gələcəyini, lakin nə üçün gələcəyini deməmişdir. Buna görə də, birlikdə gəlmişdir. X9 Gəncə şəhərindən narkotik vasitə əldə edəcəyini bilməmiş və bu barədə hər hansı bir razılaşmaları olmamışdır. Məhəmməd adlı şəxsi tanımır heç bir əlaqəsi olmamışdır. Elşad yol boyu telefonla yazışsa da, bu barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 4 (043)-11/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X10 azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 fevral 2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında“ protokoldan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 Şöbəsinin təhqiqatçısı Rafiq Əhmədov, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 Şöbəsinin polis nəfəri, polis baş serjantı Şahid2, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X16 Şöbəsinin polis nəfəri, polis serjantı Şahid3, müdafiəçi X3, X4 iştirakları ilə Təqsirləndirilən şəxs və Şahid4 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq iştirakçılardan hər hansı bir etirazlarının olub-olmaması soruşulur, etirazların olmadığı müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs və Şahid4 üzərlərinə həmin vaxtadək şəxsi axtarış keçirilibkeçirilməməsi soruşulur, onlar isə cavabında üzərlərinə şəxsi axtarış keçirilmədiyini bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 tutulduqdan sonra hüquq və vəzifələrinin izah olunduğunu, həmin hüquq və vəzifələrinin aydın olub-olmaması soruşulur, onların hər ikisi hüquq və vəzifələrinin aydın olduğunu bildirirlər. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana və tiryək olduğunu deyərək əynində olan göy rəngli gödəkcənin sepini açıb altından üzəri yapışqanlı lentlə sarınmış qara rəngli bir ədəd bağlamanı çıxarıb otaqdakı stolun üzərinə qoyub içərisindəki kütlənin narkotik vasitə tiryək və qurudulmuş marixuana olduğunu bildirdi. Bundan sonra isə Təqsirləndirilən şəxs əynindəki həmin gödəkcənin sol yan cibindən bir ədəd kibrit qutusu çıxarıb içərisində olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğunu göstərib stolun üzərinə qoyaraq həmin qutuda isə öz istifadə etmək üçün saxladığı marixuana olduğunu deyir. Təqsirləndirilən şəxs sonra əynində olan şalvarın arxa sağ cibindən bir ədəd istifadə etdiyi “Samsung A11” markalı mobil telefonu, əynindəki gödəkcənin altında olan digər gödəkcənin sol yan cibindən bir ədəd qara rəngli pul qabını, şalvarının sağ yan cibindən özünə məxsus gəldiyi minik avtomobilinin açarını çıxarıb təqdim edərək üzərində başqa əşya olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərindən başqa iş üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs məxsus qara rəngli pul qabına baxış zamanı içərisində 20 manat, 5 türk lirəsi, özünə məxsus beş ədəd plastik kart, özünə məxsus şəxsiyyət, sürücülük, əlillik, Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqələri, peyvənd sertifikatı, həkim resepti aşkar olunur. Beş ədəd bank kartları, şəxsiyyət və sürücülük vəsiqələri gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülür, pul və digər göstərilən əşyalar pul qabı ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılır. Sonra Təqsirləndirilən şəxs “Samsung A11” markalı mobil telefonunu ***-***-**-** nömrəsi ilə istifadə etdiyini bildirir. Həmin telefon da gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bir ədəd bağlamanın üzərində olan lent kəsici alətlə kəsilərkən içərisində iki bağlama olduğu müəyyən edilir. Həmin bağlamalardan birinə baxış keçirərkən içərisində qara rəngli, kəskin iyli, narkotik vasitə tiryəkə bənzər kütlə olduğu aşkar olunur. Digər bağlamaya baxış zamanı içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunur. Narkotik vasitə tiryəkə bənzər kütlə qablaşdırma ilə birlikdə elektron tərəzidə çəkilir və çəkisinin 412 qram, qurudulmuş marixuanaya bənzər kütlə isə qablaşdırma ilə birlikdə çəkisinin 512 qram, içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd kibrit qutusunun isə qablaşdırma ilə birlikdə çəkisinin 3 qram olduğu müəyyən edilir. Həmin narkotik vasitələr çəkildikdən sonra bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanıb möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra sorğu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, təxminən 5-6 ildir ki, ancaq narkotik vasitə qurudulmuş marixuana istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə tiryək və marixuananı həmin gün Məhəmməd adlı İran vətəndaşının qoydurduğu yerdən əldə etdiyini, bir ay əvvəl telefon vasitəsilə tanış olduğunu, şəxsi tanışlığının olmadığını, Məhəmmədin ona narkotik vasitələri istifadə etməsini, qalanını sata bilərsə satıb pulunu ona göndərməsini dediyini bildirir. Bundan sonra Şahid4 üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Şahid4 əynində olan tünd göy rəngli şalvarın sağ arxa cibindən bir ədəd “Samsung A52” markalı mobil telefon, sağ yan cibindən isə beş manat pul çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək üzərində narkotik vasitə və ya digər əşya olmadığını bildirir. Şahid4 üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı Şahid4 üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilmir. Şahid4 üzərindən aşkar olunmuş pul özünə qaytarılır, mobil telefon isə gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülür. Sorğu zamanı Şahid4 verilən suallara cavab təxminən iki ildir ki, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, Təqsirləndirilən şəxs ondan Gəncə şəhərinə avtomobil sürməyi xahiş etdiyini, qayıdarkən narotik vasitə istifadə edəciyini dediyini, Təqsirləndirilən şəxs qazi olduğu üçün ona kömək məqsədilə birlikdə gəldiyini, daha sonra polis əməkdaşı tərəfindən tutulduqdan sonra Elşadın İran vətəndaşından külli miqdarda narkotik vasitə əldə etdiyini öyrəndiyini, özünün hər hansı bir İran vətəndaşı ilə əlaqəsinin olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs Məhəmməd adlı şəxsin mobil nömrəsinin özünə məxsus mobil telefonda olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən hər hansı bir işgəncəyə, qeyri-qanuni hərəkətlərə məruz qalmadığını deyir. Bununla da Təqsirləndirilən şəxs və Şahid4 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Bundan sonra yuxarıda qeyd olunan şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus “Azsamand” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilir, avtomobildən narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı bir tələbinin olub-olaması soruşulur, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, 1-ci qrup əlil olmasını nəzərə alaraq bağışlanmasını xahiş edir. Bununla da istintaq hərəkəti başa çatdırılır və video çəkiliş yekunlaşır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 yanvar 2022-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid4 məxsus “Samsung Galaxy A52” markalı mobil telefona baxış keçirilmiş baxış zaman Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən Şahid4 istifadəsində olan ********** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 12:23 radəsində zəng edilərək danışıq həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 yanvar 2022-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A11” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun kontaklar hissəsində “M M” adlı “+**********23” saylı mobil nömrə müəyyən edildi. Təqsirləndirilən şəxs həmin mobil nömrənin Məhəmməd adlı şəxsə məxsus olmasını bildirdi. Həmçinin mobil telefonun “Qalereya” bölməsində Təqsirləndirilən şəxsla digər bir nəfər şəxsin video görüntü ilə danışıq zamanı xx.xx.2021ci il tarixdə ekran şəkli çəkilmişdir. Təqsirləndirilən şəxs həmin şəkildəki şəxsin İran vətəndaşı Məhəmmədə məxsus olmasını, onunla Vatsap vasitəsilə danışıq zamanı çəkdiyini dedi. Bundan əlavə həmin mobil telefonda Vatsap proqramı müəyyən edilmədi. Təqsirləndirilən şəxs Məhəmmədlə Vatsap vasitəsilə danışdıqdan sonra həmin proqramı sildiyini bildirdi. Baxış zamanı həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən digər bir hal aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olmuş, 12 mart 2022-ci il tarixli məktubdan görünür ki, “+**********73” saylı və “+**********23” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatların ələ keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə “+**********23” saylı mobil nömrəyə zəng edilərək danışıq həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə 2 dəfə, xx.xx.2021-ci il tarixdə isə 1 dəfə “+**********23” saylı mobil nömrəyə, həmçin 1 dəfə xx.xx.2021-ci il tarixdə “+**********74” saylı mobil nömrəyə zəng edilərək danışıq həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 13 yanvar 2022-ci il tarixli 16/57 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs əyindəki gödəkcənin altından çıxarıb təqdim etdiyi...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda və 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 0,95 qram, 385 qram, ümumi təmiz çəkisi 385,95 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Həmin kağız paketdəki 1 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada olan şəffaf sellofan bağlamada təmiz çəkisi 367,091 qram olan maddə, xaşxaş bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2022-ci il tarixli 640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 93/29 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının 10-cu baxışı) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının 10-cu baxışı) F07.0 xəstəliyi keçirməsi səbəbindən onun əməli AR CM-nın 22-ci maddəsinin təsiri altına düşür. O, hazırda öz hərəkətlərini qiymətləndirmək hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir:
1. Praktiki olaraq özünün fikirlərini müdafiyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma.
2. Təqsirləndirilən şəxs ona şamil olunan cinayət əməlini törədərkən adi psixiemosional vəziyyətdə olmuşdur.
3. Təqsirləndirilən şəxs ona şamil olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir).
4. Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 14 yanvar 2022-ci il tarixli 63 nömrəli rəyindən görünür ki, Şahid4 bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 14 yanvar 2022-ci il tarixli 64 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əməliyyat tapşırığına 02 may 2022-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və tiryəki hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 385,95 qram olan narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 367,091 qram olan narkotik vasitə tiryəki satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini, İran vətəndaşı Məhəmməd adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi, onun Şahid4 ilə sözügedən cinayət əməlinin törədilməsində əlbir olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qazax rayon İcra və Probasiya şöbəsinin 12 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Qazax Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası xx.xx.2019-cu il tarixdə tam ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kompüter-texniki ekspertizasının 7 noyabr 2023-cü il tarixli 5/1481 nömrəli rəyindən görünür ki,
1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli “**********96622, **********96620” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Tədqiq olunan “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, texniki qeydlər, “Facebook Messenger” proqram təminatı, “İnstagram” və “Tiktok” sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və.s) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-1481” adlı iş çantasında üzərində “BİNGO” yazısı olan üç ədəd DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli mobil smartfonun yaddaşında hal-hazırda “Whatsapp” proqram təminatı müəyyən olunmadı (bax rəyə əlavə olunmuş “Ekspertiza 5-1481” adlı iş çantasında üzərində “BİNGO” yazısı olan üç ədəd DVD-R diskə köçürülmüş “7.65.0.247 versiyalı UFED 4PC” proqram təminatı vasitəsi ilə əldə olunmuş “hesabat”a). 3.“7.65.0.247 versiyalı UFED 4PC” proqram təminatı vasitəsi ilə əldə olunmuş “hesabat”da tədqiq olunan “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli mobil smartfonun yaddaşından “Whatsapp” proqram təminatının pozulmasına dair hər hansı bir (tarix, saat) rəqəmsal izlər müəyyən olunmadı (bax rəyə əlavə olunmuş üzərində “BİNGO” yazısı olan üç ədəd DVD-R diskə). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 yanvar 2022-ci il tarixli Qazax rayon İcra Hakimiyyəti Başçısının Hüseynbəyli Kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Hüseynbəyli kəndində qeydiyyatda olmaqla Qazax rayon, Canallı kəndindində yaşayır. X8 qızı, oğlu-xx.xx.2017-ci il təvəllüdlü oğlu-X7, oğluxx.xx.2019-cu il təvəllüdlü X5 ibarət ailə tərkibi var və yaşadığı yer üzrə müsbət xarakterizə olnur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, Cahangir Nəsibov 26 may 2017-ci il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, Kənan Nəsibov 30 iyul 2019-cu il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 iyun 2016-cı il tarixli, 152894 saylı “VƏSİQƏ” dən görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,18 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,91 qram, 384,96 qram narkotik vasitə qurudulmuş marixuana, 366,741 qram narkotik vasitə tiryək, 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 12 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxsin istifadəsində olmuş “**********” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 367,091 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,95 qram, 385 qram, ümumi təmiz çəkisi 385,95 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması, bu məqsədlə şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşdiyi qənaətinə gəlsə də, satış məqsədinin nədə ifadə olunmasına dair, əməlin cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında törədilməsinə dair yetərli sübutu məhkəməyə təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, bu məqsədlə şəxsiyyəti istintaqa dəqiq məlum olmayan şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşdiyini təsdiq edən yetərli sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanının tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Bundan başqa təqsirləndirlən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində, həmçinin videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə keçririlmiş şəxsi axtarışı zamanı da birinci qrup Qarabağ müharibəsi əlili olduğu üçün narkotik vasitədən ağrılarını sakitləşdirmək üçün istifadə etdiyini, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və aşkar olunmuş narkotik vasitənin öz istifadəsi məqsədi ilə əldə edib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən hakim heyətinin diqqətinə çatdırmışdır ki, ibtidai araşdırma zamanı ona məxsus mobil telefonun əlindən zorla alınaraq içərisində olan “Whatsapp” mobil tətbiqi silinmişdir. Əgər həmin tətbiq silinməsəydi tətbiqdə onun Məhəmməd adlı şəxslə yazışmasından açıq aydın aşkar olunacaqdı ki, o narkotik vasitəni sırf özü üçün istəmiş, narkotik vasitəni satmaq, bu kimi məqsədlərlə kiminləsə əlbir olmaq və ya narkokuryerlik etmək niyyəti olmamışdır. Vurğulayır ki, onun telefonunda olan Whatsapp tətbiqi sırf bu baxımdan polis əməkdaşları tərəfindən silinmişdir. Bu faktın müəyyən olunması, silinmiş tətbiqin, orada olan məlumatların bərpa olunması məqsədilə məhkəmə kompüter-texniki ekspertizası təyin olunmuş, sözügedən ekspertizanın 7 noyabr 2023-cü il tarixli 5/1481 nömrəli rəyindən görünür ki,
1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli “**********96622, **********96620” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Tədqiq olunan “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, texniki qeydlər, “Facebook Messenger” proqram təminatı, “İnstagram” və “Tiktok” sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və.s) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-1481” adlı iş çantasında üzərində “BİNGO” yazısı olan üç ədəd DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli mobil smartfonun yaddaşında hal-hazırda “Whatsapp” proqram təminatı müəyyən olunmadı (bax rəyə əlavə olunmuş “Ekspertiza 5-1481” adlı iş çantasında üzərində “BİNGO” yazısı olan üç ədəd DVD-R diskə köçürülmüş “7.65.0.247 versiyalı UFED 4PC” proqram təminatı vasitəsi ilə əldə olunmuş “hesabat”a). 3.“7.65.0.247 versiyalı UFED 4PC” proqram təminatı vasitəsi ilə əldə olunmuş “hesabat”da tədqiq olunan “Samsung Galaxy A11” markalı “SM-A115F/DSN” modelli mobil smartfonun yaddaşından “Whatsapp” proqram təminatının pozulmasına dair hər hansı bir (tarix, saat) rəqəmsal izlər müəyyən olunmadı (bax rəyə əlavə olunmuş üzərində “BİNGO” yazısı olan üç ədəd DVD-R diskə). Keçirilmiş ekspertiza ilə silinmiş tətbiqin bərpası, məlumatların əldə edilməsi mümkünsüz olsa da, iş üzrə məntiqi nəticəyə gəlməyə əsas vermişdir. Belə ki, işdə olan sənədlərlə həqiqətən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxsla şərti adı Məhəmməd olan şəxs arasında telefon danışıqları olmuşdur. Bu işin mübahisəsiz tərəfidir. Hətta Təqsirləndirilən şəxs şərti adı Məhəmməd olan şəxslə onun arasında aparılan videozəngin ekran şəklini (screenshot) çəkmiş və həmin foto həm ibtidai istintaqa, həm məhkəməyə təqdim edilmişdir. Sözgedən şəxslərin arasında videozəng əlaqəsinin olması, həmçinin danışığın aparılması ibtidai istintaq tərəfindən təsdiqlənsə də, bunun Təqsirləndirilən şəxs istifadəsində olan telefonun qidalandığı müvafiq mobil operatorun giriş-çıxış zəng və SMS məlumatlarında olmaması həqiqətən də tərəflər arasındakı dialoqun internet şəbəkəsindən istifadə edən tətbiqlər vasitəsilə baş tutduğunu tam sübut etmiş olur. Həm Təqsirləndirilən şəxs, həmçinin onunla birlikdə olan Şahid4 tərəfindən Elşadın tutulma anına qədər Whatsapp tətbiqi vasitəsilə danışdığı, SMS vasitəsilə yazışdığı təsdiqlənmiş və bu da işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Dindirilən bütün şəxslər həm təqsirləndilən Təqsirləndirilən şəxs, həm Şahid4, həmçinin dindirilən bütün digər polis əməkdaşları Təqsirləndirilən şəxs cinayət başında, narkotik vasitəni əldə etdikdən dərhal sonra yaxaladıqlarını, sonuncunun hər hansı müqavimət göstərmədiyini, narkotik vasitəni atıb qaçmağa cəhd etmədiyini, onlarla birlikdə polis şöbəsinə gəldiyini məhkəmənin diqqətinə çatdırmışlar. Belə olan halda Whatsapp tətbiqi vasitəsilə danışadanışa hadisə yerinə qədər gələn, narkotik vasitəni bu yolla əldə edən və dərhal, cinayət başında polis əməkdaşları tərəfindən tutulan şəxs hansı zaman kəsiyində mobil telefonda olan Whatsapp tətbiqini silə bilərdi?! Bu mümkünsüz görünməklə, kənar şəxslər tərəfindən sözügedən tətbiqin və içərisində olan məlumatların (yazışma,zəng,məkan) silinə bilmə ehtimalını artırmış olur. Eyni zamanda məhkəmə vurğulayır ki, sözügedən tətbiqin silinməsi, Təqsirləndirilən şəxs və şərti adı Məhəmməd kimi qeyd olunan şəxs arasında danışıqların əldə edilməməsi təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlini satış məqsədilə, cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında törədilməsi ilə bağlı ittihamın sütununu təşkil edəcək subutların əldə olunmaması ilə nəticələnmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa iş materiallarından görünür ki, ilkin əməliyyat məlumatı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olsa da, lakin, əməliyyat tapşırığına 02 may 2022-ci il tarixdə verilmiş cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı və tiryəki hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 385,95 qram olan narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 367,091 qram olan narkotik vasitə tiryəki satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini, İran vətəndaşı Məhəmməd adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi, onun Şahid4 ilə sözügedən cinayət əməlinin törədilməsində əlbir olması müəyyən edilməmişdir. Həmçinin, məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2022-ci il tarixli 640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə verilmiş ittiham yalnız təqsirləndirilən şəxsin ibtidai araşdırmanın əvvəlində cinayət törətməkdə öz təqsirini etiraf etməsi, və narkotik vasitələrin çəkisinin külli miqdar təşkil etməsinə əsaslanmışdır. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə ittiham elan edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədi olmadan əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilibedilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – ümumi təmiz çəkisi 2,566 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 65 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Bununla bağlı məhkə eyni zamanda aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasənyalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə,saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2 və 234.3-cümaddəsində nəzərdə tutulmuş əməllər: -234.4.3. külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir.“Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinəyetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslərtərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2cimaddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirməkimkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundanməhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satmadeyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama,hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində narkotik maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallaraəsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları vəqanunvericiliyin istinad edilən normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında verilən tövsiyələrin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.1 və 234.4.3cü maddələrindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli və Təqsirləndirilən şəxs həmin maddə ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana və tiryək narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı və tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarı 0,5 qram və ondan yuxarı, külli miqdarı isə 50 qram hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, Təqsirləndirilən şəxs yol verdiyi əməl CM-in 234.1-1-ci maddəsilə tövsif edilə bilməz. Belə ki, sözügedən norma 2022-ci ilin may ayından cinayət qanununa əlavə edilməklə qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli isə bu tarixdən əvvəl baş vermişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə eyni zamanda vurğulayır ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşaqlarının olması və birinci qrup əlil olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2022-ci il tarixli 640 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə şübhəli şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 4 (043)-11/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,91 qram, 384,96 qram narkotik vasitə qurudulmuş marixuana, 366,741 qram narkotik vasitə tiryək, 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, həmçinin cinayət işinə əlavə edilmiş 12 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxsin istifadəsində olmuş “**********” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,91 qram, 384,96 qram narkotik vasitə qurudulmuş marixuana, 366,741 qram narkotik vasitə tiryək məhv edilməli, 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon qanuni sahibinə qaytarılmalı, həmçinin cinayət işinə əlavə edilmiş 12 yanvar 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” diskin və həmçinin Təqsirləndirilən şəxsin istifadəsində olmuş “**********” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin ibtida istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X13, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 50 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 300 manat və Təqsirləndirilən şəxs göstərilmiş 88 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 528 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı toplam 02 (iki) gün müddət, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,91 qram, 384,96 qram narkotik vasitə qurudulmuş marixuana, 366,741 qram narkotik vasitə tiryək məhv edilsin, 1 ədəd “Samsung Galaxy A11” markalı mobil telefon qanuni sahibinə qaytarılsın, həmçinin cinayət işinə əlavə edilmiş 12 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” diskin və həmçinin Təqsirləndirilən şəxsin istifadəsində olmuş “**********” saylı mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 50 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 300 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 88 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 528 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 60 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.