Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-19/2025 08.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X1 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Şəmkir rayonu, Ələsgərli kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.2002-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, M.Əhmədov küçəsi, ev 106-da qeydiyyatda olmaqla, Şəmkir şəhəri, 28 may küçəsi, ev 4-ə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək üçün tanışı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla müəyyən edilməyən Əbəlfəz adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Əbəlfəz adlı şəxsin Şəmkir rayonunun “Kraz yolu” yaşayış massivində yerləşən sahibsiz yarımtikilidə gizlətmiş olduğu bir ədəd qara rəngli idman çantasındaki külli miqdarda narkotik vasitələri və psixоtrop maddəni sonuncunun telefonla məlumat verən şəxsə çatdırması müqabilində 12000 manat məbləğində qazanc əldə etməsi barədə razılığa gəlib həmin ünvana gedərək narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, 02 dekabr 2022-ci il tarixdə saat 19 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la birgə Şəmkir rayonunun “Kraz yolu” yaşayış massivində yerləşən sahibsiz yarımtikilidə saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərilərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli idman çantasından 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni altı ədəd bağlamada kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-arılıqda təmiz çəkiləri 3059,14 qram, 1015,2 qram, 1000,6 qram, 1022,6 qram, 1032,1 qram və 992,7 qram olmaqla, ümumi təmiz çəkisi 8122,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni iki ədəd bağlamada kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-arılıqda təmiz çəkiləri 1294,8 qram və 1002,6 qram olmaqla, ümumi təmiz çəkisi 2297,4 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni bir ədəd bağlamada ümumi təmiz çəkisi 111,1 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İİ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 30 ədəd konvalyutda, hər bir konyalvutda 10 ədəd həb olmaqla, ümumilikdə 12 qram təşkil edən 300 ədəd həbdə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddə əldə etmək üçün tanışı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla müəyyən edilməyən Əbəlfəz adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Əbəlfəz adlı şəxsin Şəmkir rayonunun “Kraz yolu” yaşayış massivində yerləşən sahibsiz yarımtikilidə gizlətmiş olduğu bir ədəd qara rəngli idman çantasında olan külli miqdarda narkotik vasitələri və psixоtrop maddəni sonuncunun telefonla məlumat verəcəyi şəxsə çatdırılması müqabilində 12000 manat qazanc əldə etməsi barədə razılığa gələrək narkotik vasitələri və psixitrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, 02 dekabr 2022-ci il tarixdə saat 19 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la birgə Şəmkir rayonunun “Kraz yolu” yaşayış massivində yerləşən sahibsiz yarımtikilidə saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərilərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli idman çantasından 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni altı ədəd bağlamada kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-arılıqda təmiz çəkiləri 3059,14 qram, 1015,2 qram, 1000,6 qram, 1022,6 qram, 1032,1 qram və 992,7 qram olmaqla, ümumi təmiz çəkisi 8122,34 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni iki ədəd bağlamada kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-arılıqda təmiz çəkiləri 1294,8 qram və 1002,6 qram olmaqla, ümumi təmiz çəkisi 2297,4 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni bir ədəd bağlamada ümumi təmiz çəkisi 111,1 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İİ-ci siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 30 ədəd konvalyutda, hər bir konyalvutda 10 ədəd həb olmaqla, ümumilikdə 12 qram təşkil edən 300 ədəd həbdə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iranlı ilə mobil telefon vasitəsilə danışmışdır. Danışıq zamanı iranlı pul qarşılığında ona deyəcəyi narkotik vasitəni götürüb başqa yerə qoymağını təklif etmiş, o da sonuncu ilə razılaşmışdır. Danışıqlarına əsasən iranlı marixuana, heroin və tiryəkdən ibarət olmaqla ümumilikdə 10 kiloqram narkotik vasitənin yerini deməli olmuşdur. Bundan sonra iranlı həmin narkotik vasitənin yerini göndərmiş və onlar Şəmkir rayonu, “Kraz yolu” adlanan əraziyə getmiş, lakin narkotik vasitəni görmədən polis əməkdaşları tərəfindən saxlanılmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, iranlı narkotik vasitəni bir yerdən başqa yerə aparmağı qarşılığında ona 12000 manat pul verəcəyini demişdir. İranlı əvvəlcədən narkotik vasitəni bir yerdən başqa yerə aparmağı qarşılığında dediyi pulun hər hansı hissəsini verməmişdir. O, iranlının onun mobil nömrəsini necə tapmasını bilməmişdir. O, iranlı ilə WhatsApp mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Sonuncu narkotik vasitəni atdığı yerin məkan məlumatını göndərmişdir. İranlı ona adının Əbəlfəz olmasını demişdir. O, narkotik vasitəni götürmək üçün Təqsirləndirilən şəxs1la birlikdə getmiş, lakin sonuncunun onun narkotik dalınca getməsindən xəbəri olmamışdır. Onlar iranlının narkotik vasitəni qoyduğu yerə taksi ilə getmişlər. Oraya çatdıqda narkotik vasitəni götürmək üçün Təqsirləndirilən şəxs1 getmiş, lakin narkotik vasitəni götürməmiş polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları xəsarət qalmayacaq şəkildə onu döyüb psixoloji təzyiq göstərmişlər, etiraf etməyəcəyi halda ailə üzvlərini polis şöbəsinə gətirməklə, həmçinin evinə narkotik vasitə yerləşdirib aşkar edəcəklərini deməklə hədələmişlər. O, Təqsirləndirilən şəxs1 hara getdiklərini deməmiş, sonuncudan sadəcə onunla yol yoldaşı olmasını xahiş etmiş, Nurəddin də razılaşmışdır. Sonuncu hara gedəcəkləri barədə ona sual verməmişdir. O, arabir narkotik vasitə istifadə etmiş, lakin heç vaxt Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitə qəbul etməmişdir. İranlının dediyi yerə çatdıqda narkotik vasitənin arxasınca Təqsirləndirilən şəxs1 getmiş, lakin götürə bilməmişdir. Onlar orada ümumiyyətlə içərisində narkotik vasitə olan çanta görməmiş, həmin çantanı polis əməkdaşlarının özləri gətirib qoymuşlar. O, içərisində narkotik vasitə olan çantanı ilk dəfə polis şöbəsində görmüşdür. Narkotik vasitəni oradan götürüb başqa yerə qoyduqdan sonra həmin yerin fotoşəkilini və məkan məlumatını iranlıya göndərməli olmuş, sonuncu da qarşılığında razılaşdığı məbləği kartına atmalı olmuşdur. O, iranlıya pul göndərməsi üçün hər hansı kart məlumatları göndərməmişdir. O, əvvəllər iranlı ilə danışıb narkotik vasitəni bir yerdən götürüb başqa yerə aparmamış, bu ilk dəfəsi olmuşdur. Onlar iranlının narkotik vasitəni qoyduğu yerə, yəni Şəmkir rayonu, “Kraz yolu” adlanan ərazidəki yarımtikiliyə çatan zaman hava qaralmışdır. O, yarımtikilinin arxa tərəfində olan cığırın yaxınlığında dayanmış, Nurəddin də həmin vaxt narkotik vasitəni götürmək üçün yarımtikiliyə getmişdir. Bir qədər sonra dayandığı tərəfdən qəflətən içərisində polis əməkdaşları olan avtomobil gəlmiş və ona çatan zaman işıqlarını yandırmışdır. Təqsirləndirilən şəxs1 onun yanından aralandıqdan təxminən 2 dəqiqə sonra o, polislər tərəfindən saxlanılmışdır. Əbəlfəz adlı iranlı narkotik vasitəni götürdükdən sonra hara qoymağı barədə heç nə deməmişdir. Onu Gündüz adlı polis əməkdaşı döymüşdür. Bundan əlavə polis şöbəsində ona psixoloji təzyiq göstərilmişlər. Onları saat 18:30-19:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs2 həmin ifadələrində göstərmişdir ki, təxminən bir ildən çoxdur narkotik vasitələrdən istifadə etmişdir. Üç ay əvvəl internetdə sosial şəbəkələr vasitəsi ilə əlaqələr saxlayan zaman tanımadığı bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs ona İran İslam respublikasının vətəndaşı olmasını və adının Əbəlfəz olmasını demişdir. Onlar “İnstaqram” sosial şəbəkəsində tanış olmuşlar. Həmin şəxs onun WhatsApp mobil nömrəsini götürüb onunla əlaqə saxlamışdır. Onlar həmin vaxtdan narkotik barədə söhbət etmiş və Əbəlfəz narkotik vasitə göndərmək istədiyini, həmin narkotik vasitəni götürüb başqa yerə apararaq qoymasını demişdir. Həbs olunmazdan təxminən bir həftə əvvəl Əbəlfəz kimi tanıdığı şəxs ona Şəmkir rayonuna narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni götürüb özündə saxlamasını, daha sonra özünün dediyi yerə aparmağı təklif etmişdir. Eyni zamanda bunun müqabilində ona 12000 manat pul, bir qədər də narkotik vasitə verəcəyini demişdir. 02 dekabr 2022-ci il tarixdə o, tanışı olan Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1la Şəmkir şəhərində çayxanaların birində görüşmüşdür. Onlar oturub çay içdiyi zaman o, bu barədə Nurəddinə bildirmiş və həmin narkotik vasitəni götürüb lazımı yerə çatdırdıqdan sonra alacağı pulu bölməyi təklif etmişdir. Nurəddində də onunla razılaşmışdır. O, Əbəlfəz kimi tanıdığı şəxslə əlaqə saxlayan zaman sonuncu WhatsApp mobil nömrəsinə məkan xidmətindən istifadə edərək ünvan göndərmiş və göndərdiyi narkotik vasitənin həmin ünvanda olduğunu bildirmişdir. Eyni zamanda iranlı narkotik vasitəni bir neçə saat özündə saxlamağı, daha sonra özünün münasib bildiyi yerə qoymağını, həmin yerin ünvanını özünə göndərməyini, başqa şəxsin də həmin narkotik vasitəni götürüb gedəcəyini bildirmişdir. Saat 19 radələrində o, Nurəddinlə taksi ilə Şəmkir rayonu “Kraz yolu” adlanan əraziyə getmişdir. Taksini yola saldıqdan sonra qeyd olunan ünvanın yaxınlığında dayanmışlar. Həmin vaxt o, Nurəddinə çöldə gözətçilik edəcəyini, sonuncunun isə gedib qeyd olunan yerdə olan narkotik vasitələri götürməsini demişdir. Onun gözləri zəif gördüyü üçün oradan narkotik vasitəni götürməsini Nurəddindən xahiş etmişdir. Bir müddət sonra o, səs-küy eşitmiş, nə baş verməsini anlaya bilməmişdir. Bu zaman onu bir neçə polis əməkdaşları saxlayıb Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Sonra onun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Polis əməkdaşları şəxsi axtarışı davam etdirərək onun üzərindən bir ədəd mobil telefon, bir ədəd kağız parçası və bir ədəd alışqan aşkar edilmişlər. Mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. Sonra onun yaşadığı evə baxış keçirilmiş, lakin yaşadığı evdə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Narkotik vasitənin haradan gəlməsi barədə heç bir məlumatı olmamış, ona təqdim olunan mesajların mətnləri və səs yazıları özünə məxsus olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona psixoloji təzyiq göstərildiyi üçün ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. O, sənədlərə imza etmədiyi üçün polis əməkdaşları ona psixoloji təzyiq göstərmişlər. Polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə heç bir quruma şikayət etməmişdir. O, yolun kənarında dayananda arxada cığır kimi yoldan Bəhruz və Elnur müəllim anidən çıxmışlar, o, Bəhruz müəllimin sonradan gəlişini görməmişdir. O, əvvəlcədən Elnur müəllimi və Bəhruz müəllimi orada görməmişdir. Şahid3 və Şahid5 saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı heç bir təzyiq-təsir göstərməmişlər. O, Şahid5 polis şöbəsində görmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində Şəmkir şəhərində yerləşən çayxanaya gəlmiş və Təqsirləndirilən şəxs2 orada əyləşdiyini görüb sonuncuya yaxınlaşaraq üzbəüz əyləşib birlikdə çay içmişlər. Həmin vaxtı o, telefonla oynamışdır. Bir qədər sonra çayxanadan çıxıb taksiyə əyləşmişlər və Şəmkir rayonu, “Kraz yolu” adlanan əraziyə gəlmişlər. O, həmin müddətdə həmişəki kimi telefonla oynamışdır. Çayxanadan taksi ilə getdikləri yer arasında avtomobil yolu ilə 3-4 dəqiqəlik məsafə olmuşdur. Taksidən düşdükdən sonra Təqsirləndirilən şəxs2 yarımtikilidəki otaqda özünə məxsus narkotik vasitə olmasını demiş və ondan gedib götürməyini xahiş etmişdir. O, yarımtikilidəki narkotik vasitənin çəkisini və növlərini bilməmiş, sadəcə həmin narkotik vasitənin qutuda bir neçə dəfə istifadəlik qurudulmuş marixuana olduğunu düşünmüşdür. Bundan sonra o, hasardan keçərək yarımtikiliyə getmiş və qarşısında olarkən içəridən 4-5 nəfər əməliyyatçı çıxaraq qoluna qandal vurub polis şöbəsinə aparmışlar. Şöbədə şəxsi axtarış zamanı qarşısına içərisində narkotik vasitə olan çanta qoymuşlar. O, video çəkiliş zamanı çantanın içərisində narkotik vasitə olmasından məlumatı olmadığını demişdir. Bundan sonra çantanın içərisində olanları təqdim etməyini demişlər, o da çıxarıb tək-tək təqdim etmişdir. O, narkotik vasitənin istifadəsi və alqı-satqısı ilə məşğul olmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, əvvəllər 6-7 dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Lakin o, heç vaxt Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə istifadə etməmişdir. Bununla belə, Elşad onun, o da sonuncunun narkotik vasitə istifadə etdiyini bilmişdir. Çayxanada olan zaman Təqsirləndirilən şəxs2 ona “bir yer var gedək dəyək” demiş, o da yoldaş kimi sonuncu ilə getmişdir. Həmin vaxt Elşad ona narkotik vasitə götürmək üçün getdiyini deməmişdir. Onlar taksidən düşdükdən sonra Elşad ona yarımtikilidə olan narkotik vasitəni götürmək üçün gəldiklərini demişdir. O, narkotik vasitənin xırda qutuda və yarımtikilinin otaqlarından birində olduğunu, həmçinin götürdükdən sonra birlikdə istifadə edəcəyini düşünüb hasardan keçmişdir. Həmin vaxtı hava qaranlıq olmuşdur. Təqsirləndirilən şəxs2 gözləri zəif gördüyü üçün sonuncu ona yarımtikilidən narkotik vasitəni götürə biləcəyini demiş, o da razılaşmışdır. Taksi onları Şəmkir rayonu, “Kraz yolu” adlanan əraziyə gətirdikdən sonra getmişdir. Həmin vaxt saat 18:30 radələri olmuşdur. O, narkotik vasitəni yarımtikilidən götürdükdən sonra istifadə etmək istəmişdir. O, ibtidai istintaq zamanı dindirilməmiş, sadəcə müstəntiq sənədləri imza etməyini dediyi üçün o, imzalamışdır. Polis əməkdaşları onu saxlanılan yerdə döymüş və gözlərinə yaşardıcı qaz sıxmışlar. Təhqiqatçının otağında video çəkiliş əsasında şəxsi axtarış aparılan zaman o, heç nə danışmamışdır. Polis əməkdaşları psixoloji təzyiq edib narkotik vasitəni qəbul etməyəcəyi halda evindən çıxaracaqlarını demişlər, o da məcbur olub sənədlərə imza etmişdir. Onun yarımtikilidə olan narkotik vasitənin növündən və çəkisindən məlumatı olmamışdır. O, ümumiyyətlə yarımtikilinin içərisinə daxil ola bilməmiş, çünki oranın qarşısında olanda yarımtikilinin içərisindən 4-5 nəfər polis əməkdaşı çıxıb onu tutmuşlar. Onun Təqsirləndirilən şəxs2 iranlı ilə əlaqə saxlayıb sonuncunun dediyi narkotik vasitəni pul qarşılığından bir yerdən başqa yerə aparmasına dair razılaşmalarından məlumatı olmamışdır. O, içərisində narkotik vasitə olan çantanı ilk dəfə polis şöbəsində görmüşdür. Onlar saxlanılan zaman orada 10-12 nəfər polis əməkdaşı olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs1 həmin ifadələrində göstərmişdir ki, 02 dekabr 2022-ci il tarixdə saat 18 radələrində dostu Elşadla birlikdə Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən çayxanaya getmişdir. Çayxanada olan zaman Elşad ona WhatsApp sosial şəbəkəsində bir nəfər İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladığını, Şəmkir rayona narkotik vasitə gətirildiyini və gedib narkotikləri götürməyi təklif edərək ona “yaxşı” pul verəcəyini demişdir. O, maddi cəhətdən çətinlik çəkdiyi üçün Elşadla razılaşmışdır. Elşad həmin vaxtı ona özünü Əbülfəz kimi təqdim edən şəxsin yazdığı smslərini və səs yazılarını göstərmişdir. O, Elşadın telefonunu götürərək həmin şəxsin smslərini oxumuş, səs yazılarına da qulaq asmışdır. Həmin şəxs səs yazılarında WhatsApp vasitəsi ilə məkan xidmətindən istifadə edərək Şəmkir rayonu ərazisinə narkotik vasitə qoyacağını, Elşadın həmin narkotik vasitəni götürüb bir müddət özündə saxlamağını, daha sonra özünün göstərdiyi məkana narkotik vasitəni qoymağını və Elşadın kart hesabına 12000 manat pul göndərəcəyini bildirmişdir. Bir müddət sonra Elşad ona özünü Əbülfəz kimi təqdim edən şəxsin WhatsApp mobil tətbiqində məkan xidmətindən istifadə edərək ünvan göndərdiyini və narkotik vasitənin qeyd olunan ünvanda olduğunu demişdir. Onlar taksi ilə qeyd olunan ünvana, yəni Şəmkir rayonu, “Kraz yolu” adlanan əraziyə, sahibsiz yerə getmişlər. Orada kiçik uçuq bina olmuşdur. Həmin binanın üstü örtülü və üç otaqdan ibarət olmuşdur. Onlar taksini yola saldıqdan sonra Elşadın gözü zəif gördüyündən o, özünün orada olan narkotik vasitəni götürüb qayıtması barədə razılaşmışlar. Elşad da öz növbəsində çöldə gözləyərək ətrafa nəzər salacağını bildirmişdir. Elşad çöl tərəfdə dayanmış, o, daş hasardan keçərək həyətə daxil olaraq binanın içərisinə girmişdir. O, içəri girdikdən sonra ən axırıncı otaqda olan ağ rəngli kapron vedrənin altındaki qara rəngli çantanı götürüb çıxmaq istəyərkən polis əməkdaşları onu saxlayıb Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxtı o, Elşadın da polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra sahibsiz binadan götürdüyü qara rəngli çantaya baxış keçirilmişdir. Çanta açılan zaman içərisində qara və şəffaf rəngli polietilen sellofanlarda yapışqanlı lentlə bağlanmış bağlamalar və həblər aşkar edilmişdir. Aşkar edilmiş kütlələr təhqiqatçı tərəfindən şərti olaraq işarələnmişdir. İşarələnmiş sellofanların içərisində olan kütlələri müəyyən etmək məqsədi ilə kəsici alətlə kəsilmişdir. Altı ədəd qara rəngli polietilen sellofanlarda içərisində qəhvəyi rəngli narkotik vasitə heroin, iki ədəd şəffaf rəngli polietilen sellofanlarda qara rəngli narkotik vasitə tiryək, bir ədəd qara rəngli polietilen torbada psixotrop maddə metafemtamin və həblər aşkar edildi. Şərti nömrələrlə işarələnmiş kütlələr elektron tərəzidən çəkilən zaman 1-ci kütlə 1058 aram, 2-ci kütlə 997 qram, 3-cü kütlə 1011 qram, 4-cü kütlə 1049 qram, 5-ci kütlə 1061 qram, 6-cı kütlə 3114 qram olmaqla narkotik vasitə olan heroin, 7-ci kütlə 1084 qram, 8-ci kütlə 1404 qram narkotik vasitə tiryək və 9-cu kütlə 119 qram təşkil edən metamfetamin aşkar edilmişdir. Həblər sayılan zaman hər birində 10 ədəd olan 30 list təşkil etmişdir. Həblərin arxa tərəfində “Medhadone 40” sözləri yazılmışdır. Aşkar edilmiş narkotik vasitə tiryək, heroin, psixotrop maddə metafetamin və 30 list həblər qara çantaya qoyularaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, qeyd olunan kütlələri Şəmkir rayonu, “Kraz yolu” massivində sahibsiz binadan götürdüyünü və tanışı Elşadın onu çanta olan yerə göndərdiyini bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilərək bir ədəd sobranie siqareti, iki ədəd alışqan, 30 qəpik pul və XİOMİ 2 markalı mobil telefon aşkar edilmişdir. Mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, digər əşyalar isə özünə qaytarılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan edilmiş ifadələrindən sadəcə xx.xx.2023-cü il tarixli ifadəsini təsdiq etmişdir. Digər ifadələr onun sözləri ilə yazılmamış, heç bir nəticəsi olmayacağını düşündüyü üçün polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə heç bir quruma şikayət etməmişdir. Təqsirləndirilən şəxs2 ona narkotikin deyil, içərisində narkotik vasitə olan binanın fotoşəkilini göstərmişdir. Şahid3 saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı heç bir təzyiq-təsir göstərməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə narkotik vasitələrlə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında onlar “Kraz yolu” deyilən əraziyə getmişlər. Onlar orada olanda Təqsirləndirilən şəxs2 ərazidəki yarımtikilin çöl tərəfində olmasını, Təqsirləndirilən şəxs1 isə yarımtikilinin içərisində olmasını görmüşlər. Daha sonra onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq sonuncunu saxlayıb polis şöbəsinə gətimişlər. Nurəddinin saxlanılmasından isə xəbəri olmamışdır. Saxlanılan şəxsləri polis şöbəsinə gətirdikdən sonra içərisində təxminən 8 kiloqram narkotik vasitə olan çanta olduğunu demişlər. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, polis şöbəsində aparılan baxışda o, iştirak etməmiş, sonradan çantanın içərisində narkotik vasitə olması oyrənmişdir. Əməliyyat məlumatı şöbəyə ümumi formada daxil olmuş, lakin əməliyyat qrupuna kimin rəhbərlik etdiyini xatırlamamışdır. Əməliyyat tədbirində rəisin özü də iştirak etmiş, çünki qərarı qəbul edən rəis olmuşdur. Sonuncu özü şəxsən tədbirdə iştirak edərək nəzarət etmişdir. Əməliyyat tədbiri zamanı onlar 5-6 nəfər olmuşlar. Tədbir zamanı o, rəislə çöldə dayanmışdır. Bir-birini tanıdıqları üçün Elşad saxlanılan zaman qaçmamış və etiraz etməmiş, avtomobilə otur deyən kimi sərbəst oturmuşdur. Şifahi sorğu-sual zamanı Elşad narkotik vasitəni götürməsi üçün İran vətəndaşı tərəfindən konum atıldığını və narkotik vasitənin arxasınca buraya gəldiyini demişdir. Elşad narkotik vasitəni götürmək üçün kiminlə gəldiyi deməmiş, o da sonuncudan soruşmamışdr. Əməliyyat məlumatı təkcə Elşadla bağlı deyildi, iki nəfər barəsində olmuşdur. Elşadın özü Nurəddinin yarımtikilinin içərisində olduğunu demişdir. Yarımtikilinin içərisindən çıxan zaman o, Nurəddinin üzünü görmüşdür. Sonuncunu digər polis əməkdaşları saxlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Elşad avtomobildə olanda iran vətəndaşının sözüylə atdığı konuma gəldiyini demiş, lakin Nurəddinlə bağlı heç nə deməmişdir. Həmin vaxt rayon rəisi avtomobildə olduğu üçün o, Elşada çox sual verə bilməmişdir. Həmin vaxt narkotiklərlə mübarizə şöbəsinin rəisi işlədiyi üçün iş materiallarında əməliyyat məlumatının ona daxil olmasının göstərilmişdir. Əməliyyat məlumatında narkotik vasitənin iran vətəndaşı tərəfindən həmin əraziyə atıldığı qeyd olunsa da, narkotik vasitənin konkret olaraq kim və ya kimlər tərəfindən oraya atılması bağlı cinayət kimi qalmaqdadır. Əməliyyat məlumatında Elşad və Nurəddinin narkotik vasitəni Qazax rayonu ərazisindən Gürcüstanla sərhəd ərazilərə aparmalı olduqları göstərilmişdir. Narkotik vasitənin çatdırılma yeri başqa rayon olduğuna görə onlar Elşadgili gözləyə bilməyib saxlamışlar, əks halda məsələyə onlar baxa bilməzdi. O, müşahidədə olmamış, oraya gedəndə bir nəfərin yolun kənarında, bir nəfərin yarımtikilinin içərisində olduğunu görmüşdür. Elşadı o və rayonun rəisi saxlayıb şöbəyə gətirmişlər, lakin Nurəddinin tutulması ilə bağlı kimlərin öncədən müşahidədə olması barədə məlumatı olmamışdır. Onlar əməliyyat tədbirinə 2 yaxud 3 avtomobillə getmişlər. O, hadisə yerinə digər əməkdaşlardan sonra getmişdir. Narkotik vasitə götürüldükdən və təqsirləndirilənlər saxlanıldıqdan sonra ərazi nəzarətə götürülmüşdür. O, təqsirləndirilən şəxslərin evlərinə baxışda iştirak etməmişdir. O, uzun müddətdir narkotiklərlə mübarizə bölməsinin rəisi işləmiş, Elşada yaxınlaşanda artıq sonuncu hər şeydən məlumatlı olduğunu bilmişdir. Onlar uzun müddətdir qonşu olduğu üçün Elşad onu tanımışdır. Elşad “mənim arxamca gəlibsən?” demiş, o isə “hə, artıq hər şey məlumdu, olan olub artıq, gəl əyləş avtomobilə gedək” demişdir. Avtomobili o, idarə etmiş, rəis də avtomobildən düşüb şübhəli şəxsin qolundan tutmuşdur. Elşadı avtomobilə əyləşdirəndə o “Elşad burada nə gəzirsən” demiş, sonuncu isə “Bəhruz sən buradasansa hər şeyi bilirsən” demişdir. Əməliyyat məlumatı günorta saatlarında daxil olmuşdur. Təqsirləndirilən şəxslərə heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmiş, o, Elşadı uşaqlığından tanımış, səmimi şəkildə sonuncudan orada nə etdiyini soruşmuş, Elşad da onun artıq hər şeyi bildiyini, deyəsi sözü olmadığını deyib avtomobilə əyləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki RPŞ-nin PPX-nin polis nəfəri Şahid6, eləcə də məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPX-nin polis nəfəri Şahid7 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəlində Şəmkir RPŞ-nin şəxsi heyət üzrə rəis köməkçisi işlədiyi müddətdə İran İslam Respublikasından ölkə ərazisinə gətirilən narkotik vasitənin dövriyyədən çıxarılması barədə əməliyyat tədbiri hazırlanmışdır. Şöbəyə Şəmkir rayonu, “Kraz yolu” adlanan ərazidə yerləşən sahibsiz yarımtikilidən 2 nəfər şəxsin narkotik vasitə götürəcəkləri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və o, həmin qrupa üzv olmuşdur. Bundan sonra onlar əməliyyat məlumatında qeyd edilən Şəmkir rayonu ərazisində “Kraz yolu” adlanan yerə getmişlər. Orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlayıb Şəmkir RPŞ-yə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs1 əlində olan bağlamaya baxış keçirilmiş və təxminən 8 kiloqram heroin, 2 kiloqram tiryək, metamfetamin, həmçinin 300 ədəd üzərində “methadone 40” sözləri yazılan həb aşkar olunmuşdur. Aşkar edilənlər ekspertizaya təqdim edilməsi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılan zaman Şəmkir rayonu, “Kraz yolu” adlanan ərazidəki sahibsiz yarımtikilinin qarşısında olan yolda olmuşdur. Təqsirləndirilən şəxs1 isə əlində bağlama ilə yarımtikilinin içərisindən çıxan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan əməliyyat məlumatı Şəmkir RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məxsus olmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitəni Elşadın Əbəlfəz adlı iranlı ilə telefonla danışıb əldə etdiklərini demişdir. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmişdir. Xatırladığı qədəri ilə Nurəddin və Elşad götürdükləri narkotik vasitəni başqa yerə aparıb qoymalı idilər. Onlar hadisə yerinə təqsirləndirilən şəxslərdən əvvəl gəlib ərazini müşahidə altına almışdılar. Sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni “Kraz yolu” adlanan ərazidəki yarımtikilinin içərisinə qoyan şəxs yaxud şəxslərin kimliyini müəyyən edə bilməmişlər. Həmçinin həmin vaxt onun əməliyyat-axtarış tədbiri keçirməyə səlahiyyəti olmadığı üçün bu barədə dəqiq məlumat verə bilməmişdir. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarış Şəmkir RPŞ-də keçirilmişdir. Saxlanılan zaman və polis şöbəsində olarkən təqsirləndirilən şəxslərə heç bir fiziki, yaxud psixoloji təzyiq göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 və Şəmkir RPŞnin PPX-nin polis nəfəri Namazov X5 Tural Səməddin oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət- Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6881 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188”-li dairəvi möhür əksi “şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş...” yazılar və imzalar olan qara rəngli idman çantasındakı: - 6 (altı) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3059,14 qr., 1015,20 qr., 1000,6 qr., 1022,6 qr., 1032.1 qr. və 992,7qr. olmaqla, ümumi təmiz çəkisi 8122,34 qram (8 kq. 122,34 qr.) qəhvəyi rəngli tozşəkilli maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1294,8 qr. və 1002,6 qr. olmaqla, ümumi təmiz çəkisi 2297,4 qram (2kq. 297,4 qr.) tünd qəhvəyi rəngli qatranabənzər, spesifik iyli maddələr, kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 111,1 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə mefamfefamindir; - üzərində “Methadone 40” markalanma göstəricisi olan 30 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 300 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 300 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 12 qramdır (konvalyulların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr. metadon olmaqla). Qeyd: tiryəkin ümumi təmiz çəkisi 2297,4 qr., tədqiqata sərf edildi – 0,3 qr., qalıq 2297,1 qram; heroinin ümumi təmiz çəkisi 8122,34 qr., tədqiqata sərf edildi – 0,45 qr., qalıq – 8121,89 qram; metamfetaminin ümumi təmiz çəkisi – 111,1 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq 111,0 qram; metadon – 300 həb, tədqiqata sərf edildi 10 həb, qalıq – 290 həb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2071 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş qara rəngli idman çantasındakı 02 (iki) ədəd torbadan birindəki 06 (altı) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda qalıq təmiz çəkiləri 3058,94 qram, 1015,15 qram, 1022,55 qram, 1000,55 qram, 1032,05 qram və 992,65 qram olmaqla, ümumilikdə qalıq təmiz çəkiləri 8121,89 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər torbadakı 02 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1294,65 qram və 1002,45 qram olmaqla, ümumilikdə qalıq təmiz çəkiləri 2297,1 qram tünd qəhvəyi rəngli qatranabənzər maddə, kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 1 (bir) ədəd qara rəngli polietilen bağlamada qalıq təmiz çəkisi 111,0 qram olan ağ rəngli kristalşəkilli maddə, kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərilərində “Methadone 40” markalanma göstəricisi olan 01 (bir) ədəd həbin tərkibində 0,04 qram, 290 ədəd həb nəzərə alınmaqla ümumilikdə 11,6 qram narkotik vasitə metadon müəyyən edildi (maddə və həblərin ilkin təmiz çəkiləri barədə xx.xx.2022-ci il tarixli, 6/6881 nömrəli ekspert rəyində məlumat verilmişdir). Qeyd: tiryəkin ümumi təmiz çəkisi 2297,1 qr., tədqiqata sərf edildi – 0,2 qr., qalıq 2296,9 qram; heroinin ümumi təmiz çəkisi 8121,89 qr., tədqiqata sərf edildi – 0,3 qr., qalıq – 8121,59 qram; metamfetaminin ümumi təmiz çəkisi – 111,0 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq 110,9 qram; metadon – 290 həb, tədqiqata sərf edildi - 10 həb, qalıq – 280 həb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 199 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metanfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 200 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 12 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ruhi xəstəlikdən əzab çəkmir, o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 anlaqlığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 X12 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 13 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ruhi xəstəlikdən əzab çəkmir, o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 anlaqlığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1451 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1452 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 19:10-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin olan tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2022-ci il tarixdə saat 19:10-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli idman çantasına baxış zamanı içərisindən 9 ədəd üzəri yapışqanlı lentlə bağlanmış bağlamalar və 30 list hər birində 10 ədəd həb olan dərman aşkar olunmuşdur. Bağlamalardan yeddi ədədi qara rəngli, iki ədədi isə şəffaf sellofana bükülmüş vəziyyətdə olmuşdur. Bağlamaların hər biri ayrı-ayrılıqda işarələnərək içərisində olan maddənin müəyyən edilməsi məqsədi ilə kəsilib baxılmışdır. Altı ədəd qara rəngli polietilen sellofanlarda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr, iki ədəd şəffaf rəngli polietilen sellofanlarda qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlələr, bir ədəd qara rəngli polietilen torbada psixotrop maddə metafetaminə bənzər kütlələr aşkar edilmişdir. Şərti nömrələrlə işarələnmiş kütlələr elektron tərəzidə çəkilən zaman 1-ci kütlə 1058 qram, 2-ci kütlə 997 qram, 3-cü kütlə 1011 qram, 4-cü kütlə 1049 qram, 5-ci kütlə 1061 qram və 6-cı kütlə 3114 qram olmaqla narkotik vasitə heroinə bənzər kütlələr, 7-ci kütlə 1084 qram və 8-ci kütlə 1404 qram narkotik vasitə tiryəkə bənzər kütlələr, 9-cu kütlə isə 119 qram olmaqla metamfetaminə bənzər kütlələr olması müəyyən edilmişdir. Həblər sayılan zaman hər birində 10 ədəd olmaqla 30 list olması və arxa tərəfində “Medhadone 40” sözləri yazılması aşkar edilmişdir. Çantanın içərisində başqa heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və bir ədəd “Xiaomi” markalı mobil telefondan başqa qanunla qadağan edilən hər hansı predmet aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri tanışı Elşadın tanıdığı Əbəlfəz adlı şəxsin göndərdiyini, lakin həmin şəxsi tanımadığını bildirmişdir. Çantadan aşkar edilmiş bükümlər, həblər və bir ədəd mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd “Samsung” markalı mobil telefondan başqa qanunla qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Qeyd edilən mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 anası X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, ev 19-a baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 anası X3 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, yaşadığı Şəmkir şəhəri, 28 may küçəsi, ev 4-ə baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı götürdüyü Şəmkir rayonu, “Kraz yolu” adlı ərazidə yerləşən yarımtikilidən götürdüyünü bildirmişdir. Həmin tikiliyə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, “Kraz yolu” adlanan ərazidə yerləşən yarımtikilini və saxlanıldığı şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, “Kraz yolu” adlanan ərazidə yerləşən yarımtikilini və saxlanıldığı şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə olunmuş fotocədvəldən və içərisində səs yazıları olan bir ədəd informasiya daşıyıcısı olan diskdən görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş bir ədəd Samsung markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs2 WhatsApp ani mesajlaşma proqramında Rusiya Federasiyasına məxsus mobil operatora aid +7***-***-**-** mobil nömrə, “Əbəlfəz İ” kimi qeydiyyata alınmış kontaktın isə İran İslam Respublikasına məxsus mobil operatora aid +98-***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2la Əbəlfəz adlı şəxs arasında olan danışıqlara baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs2 narkotik vasitə göndərməsi, sonuncunun isə gedərək narkotik vasitəni götürməsi məzmunda qarşılıqlı formada birbirinə həm adi mesajlar, həm də səsli mesajlar göndərmələri, həmçinin Əbəlfəz adlı şəxsin narkotik vasitənin olduğu yerin koordinatlarına dair Təqsirləndirilən şəxs2 məkan məlumatlarını göndərməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan disklərdən görünür ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş disklərə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +99455564-55-57 mobil nömrənin antena dairəsinin xx.xx.2022-ci il tarixdə axşam saatlarında tutulduqları əraziyə yaxınlıqda yerləşən “Şıxəli Qurbanov 2N” şanın əhatə dairəsində olmaları müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İran İslam Respublikasından qanunsuz yolla rayon ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələri əldə edərək birlikdə qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarlardan görünür ki, İran İslam Respublikasından qanunsuz yolla rayon ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələri əldə edərək birlikdə qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilinən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İran İslam Respublikasından qanunsuz yolla rayon ərazisinə gətirilmiş külli miqdarda narkotik vasitələri əldə edərək birlikdə qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilinən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 19:10-da Şəmkir rayonu, “Kraz yolu” adlanan yaşayış massivində Şəmkir-Gədəbəy istiqamətində yolun sağ kənarında, Təqsirləndirilən şəxs1 isə eyni yolun sol kənarında əlində qara rəngli idman çantası ilə birlikdə saxlanılaraq saat 19:40-da Şəmkir RPŞ-yə gətirilmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəmkir RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli qərar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evinə və torpaq sahəsinə baxış keçirilməsi hissəsində qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələrdən istifadə etmələri, həmçinin aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri 12000 manat müqabilində başqa şəxsə çatdırmaq üçün əldə etmələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2la təxminən üç ay əvvəl tanış olan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əbəlfəz adlı şəxsin şəxsiyyətini və narkotik vasitələri aşkar olunduğu yarımçıq tikiliyə qoyan şəxsi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 digər cinayətlərdə iştirakı və onlarla cinayət əlaqəsinə girən şəxslərin olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxananın poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir şəhər İDÜN-nin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 1960-cı il təvəllüdlü anası X6 və 2000-ci il təvəllüdlü bacısı X4 ilə birlikdə Şəmkir şəhəri, 28 may küçəsi, ev 4-ə yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir şəhər mənzil istismar kontorunun xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 1952-ci il təvəllüdlü anası X7, qardaşları X8, X9 və X10 ilə birlikdə Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, ev 19-da yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində olan çantadan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2297,1 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 8121,89 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 111 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 290 həb narkotik vasitə metadon həbi maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, yaşadığı ünvanlara baxış keçirilməsi istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onların bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Təqsirləndirilən şəxs2 ilə gedərkən sonuncunun narkotik vasitələri götürmək üçün getdiyini bilmədiyini, yalnız hadisə yerinə çatdıqdan sonra Təqsirləndirilən şəxs2 ona narkotik dalınca gəldiklərini dediyini, hadisə yerində içərisində narkotik vasitələr və psixotrop maddə olan çantanı götürməmiş polislər tərəfindən saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polislərin ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiklərini, onu döydüklərini, ailə üzlərini polis şöbəsinə gətirməklə və yaşadığı evinə narkotik vasitə qoymaqla hədələdiklərini, məhz buna görə də məcbur olub ibtidai istintaq zamanı etirafedici ifadələr verərək sənədlərə imza etdiyini göstərmişdir. Həmçinin digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 ilk əvvəl narkotik vasitə dalınca getmələrindən xəbərinin olmadığını, yalnız hadisə yerinə çatanda sonuncuya bu barədə məlumat verdiyini, Təqsirləndirilən şəxs1 hadisə yerində içərisində narkotik vasitələr və psixotrop maddə olan çantanı götürməmiş polislər tərəfindən saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polislərin ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verdiklərini, onu döydüklərini, ailə üzlərini polis şöbəsinə gətirməklə və yaşadığı evinə narkotik vasitə qoymaqla hədələdiklərini, məhz buna görə də məcbur olub ibtidai istintaq zamanı etirafedici ifadələr verərək sənədlərə imza etdiyini göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində, həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özlərini təqsirli bilməklə verdikləri etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində Təqsirləndirilən şəxs2la çayxanada oturub söhbət edən sonuncunun ona İran İslam Respublikası vətəndaşının narkotik vasitə göndərdiyini və gedib həmin narkotik vasitəni götürməyi təklif etdiyini, bunun qarşılığında 12000 manat pul əldə edəcəklərini dediyini, maddi cəhətdən çətinlikləri olduğu üçün Təqsirləndirilən şəxs2la razılaşdığını, Təqsirləndirilən şəxs2 özünü Əbəlfəz kimi təqdim edən iranlı ilə aralarında olan mesajları ona göstərdiyini, daha sonra isə taksi ilə iranlının göndərdiyi məkana getdiklərini, Təqsirləndirilən şəxs2 gözləri zəif gördüyü üçün yarımtikilinin ətrafında gözətçilik etdiyini, özünün isə həmin tikiliyə daxil olaraq içərisində narkotik vasitələr və psixotrop maddə olan çantanı götürdüyünü və çölə çıxan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını göstərmişdir. Həmçinin digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 da xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Hər iki təqsirləndirilən şəxsin izahat və ifadələri müdafiəçilərinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda təqsirləndirilən şəxslər əlyazma ilə ifadələrini oxuduqlarını, sözləri ilə doğru yazıldığını, əlavələrinin olmadığını və imzaları ilə təsdiq etdiklərini göstərmişlər. Sözügedən izahat və ifadələrində təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən onlara qarşı fiziki və ya psixi zorakılıq hallara yol verilməsini, eləcə də Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı yarımtikilidən götürməmişdən qabaq polislər tərəfindən saxlanıldığını göstərməmişlər. Həm təqsirləndirilən şəxslər, həm də müdafiəçiləri sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 təhqiqatçının təklifindən sonra əlində olan qara rəngli çantanı təqdim edərək içərisində narkotik vasitələr olduğunu, həmin çantanı Şəmkir rayonunda “Kraz yolu” adlı ərazidən əldə etdiyini, həmin çantanı oraya dostu Təqsirləndirilən şəxs2 WhatsApp ani mesajlaşma proqramında danışdığı özünü iranlı kimi təqdim edən Əbəlfəz adlı şəxsin qoyduğunu, daha sonra həmin şəxsin çantanı qoyduğu yerin koordinatlarına dair məkan məlumatlarını Təqsirləndirilən şəxs2 göndərdiyini, sonuncu ilə birlikdə həmin məkana gedərək orada olan yarımtikilidən çantanı özünün götürdüyünü, çantanı götürən zaman Təqsirləndirilən şəxs2 yarımtikilinin ətrafında gözətçilik etdiyini, çantanın içərisində narkotik vasitə olmasından xəbərinin olduğunu, narkotik vasitələrdən istifadə etmədiyini, çantanı götürmələri qarşılığında iranlının onlara göndərməli olduğu puldan müəyyən hissəsini Təqsirləndirilən şəxs2 ona verməli olduğunu bildirib istintaq hərəkətinin aparılmasına dair hər hansı etirazının olmadığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs1 bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmamışdır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib istintaq hərəkətinin aparılmasına etirazı olmadığını və ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini göstərmişdir. O cümlədən xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 şifahi sorğu-sual zamanı narkotik vasitəni WhatsApp ani mesajlaşma proqramında danışdığı özünü iranlı kimi təqdim edən Əbəlfəz adlı şəxsdən əldə etdiklərini, həmin şəxsin onun mobil nömrəsini haradan əldə etməsini bilmədiyini, yolda gedərkən Təqsirləndirilən şəxs1 narkotik vasitə dalınca getdiklərini dediyini, iranlının ona çantanı qoyduğu yerin koordinatlarına dair məkan məlumatlarını göndərdiyini, Təqsirləndirilən şəxs1la birlikdə iranlının göndərdiyi məkan məlumatlarına əsasən Şəmkir rayonu, “Kraz yolu” deyilən əraziyə getdiyini, gözləri zəif gördüyü üçün Təqsirləndirilən şəxs1 yarımtikiliyə girərək içərisində narkotik vasitə olan çantanı götürdüyünü, həmin ərəfədə özünün ətrafda gözətçilik etdiyini, çantanın içərisində metamfetamin, heroin və dərmanlar olmasından xəbərinin olduğunu, bir ilə yaxın narkotik vasitə istifadə etdiyini, iranlı ilə aralarında olan razılaşmaya əsasən çantanı götürdükdən sonra üç-dörd saat özlərində saxlamalı olduqlarını, daha sonra həmin çantanı özlərinə münasib bir yerə qoymalı və həmin yerin məkan məlumatlarını iranlıya göndərməli olduqlarını, iranlının da bunun qarşılığında onlara 12000 manat məbləğində pul göndərməli olduğunu, eləcə də çantanın içərisində olan heroin və metamfetamindən bir qədərini onlara verməli olduğunu göstərmişlər. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs2 bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmamışdır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs2 istintaq hərəkətinin sonunda müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq iranlının ona pul göndərməsi üçün sonuncuya kart göndərməli olduğunu, iranlının pulu göndərdikdən sonra içərisində narkotik vasitə olan çantanı aparıb digər bir yerə qoymalı olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, dediklərinin hamısının doğru olduğunu göstərmişdir. Habelə xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı yarımtikilidən götürdüyünü bir daha təsdiq etmişdir. Hətta iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid2, Şahid4 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı yarımtikilidən götürüb çıxan zaman, yəni həmin çanta Təqsirləndirilən şəxs1 əlində olarkən saxlanıldığını, salxanılan zaman və polis şöbəsinə gətirilərkən həmin şəxsə qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişlər. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid6 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs2 qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişlər. Eləcə də ayrı-ayrılıqda hər iki təqsirləndirilən şəxs barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri ilə onların bədəni üzərində xəsarətin olması öz təsdiqin itapmamışdır. Həmin rəylərin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq ayrı-ayrılıqda hər iki təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı zorakılığa yol verilmədiyini göstərmişlər. Bununla yanaşı iş materiallarında olan həm Şəmkir RPŞ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublarda təqsirləndirilən şəxslərin hər iki müəssisəyə daxil olarkən tibbi müayinədən keçmələri və bədənləri üzərində xəsarətlərin aşkar olunmağı göstərilmişdir. Həmçinin hər iki təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbirinin seçilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, ayrı-ayrılıqda hər iki təqsirləndirilən şəxs məhkəmə iclasında saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polislər tərəfindən onlara qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmişlər. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş tibbi sənədlərlə hər iki təqsirləndirilən şəxsi fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmamışdır. Halbuki hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı saxlanılan zaman polislər tərəfindən onlara qarşı fiziki zorakılıq hallarına yol verildiyini göstərmişlər. Ümumiyyətlə, məhkəməyədək icraat zamanı ibtidai istintaqın əvvəlindən sonunadək təqsirləndirilən şəxslərin polislər tərəfindən fiziki və psixi zorakılığa məruz qalmalarını göstərmələri iş materiallarında öz təsdiqini tapmır. Hətta Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə ifadə verərkən, müqavilə əsasında müdafiəçisinin eyni ilə məhkəmə istintaqında olduğu kimi Müdafiəçi2 olmasına baxmayaraq, ifadəsində polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini göstərməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la görüşən zaman sonuncunun ilk əvvəl ona narkotik vasitə dalınca getdiklərini demədiyini, yalnız hadisə yerinə çatdıqdan sonra bu barədə məlumat verdiyini iddia etsə də, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 aşkar edilən narkotik vasitəni onlayn yolu ilə tanımadığı iranlıdan əldə etdiyini göstərmişdir. Həmçinin məhkəməyədək icraat zamanı hər iki təqsirləndirilən şəxsin dövlət hesabına, ibtidai istintaqın yekunlarına yaxın isə Təqsirləndirilən şəxs1 həm də müqavilə əsasında müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özlərinin, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, Təqsirləndirilən şəxs1 isə özünü təqsirli bilməyərək ifadələrində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldıqlarını göstərsələr də iş materiallarında, xüsusilə də Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində, həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özlərini təqsirli bilməklə verdikləri etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, o cümlədən hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair videoçəkilişdə, eyni zamanda barələrində tərtib olunmuş tibbi sənədlərdə və həbs qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarlarında Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 fiziki və ya psixi zorakılığa məruz qalmaları xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinə dair videoçəkilişlərdə ayrı-ayrılıqda hər iki təqsirləndirilən şəxs həm təhqiqatçının, həm də müdafiəçilərinin suallarına qəti olaraq cavab verib onlara qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadıqlarını, içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı iranlının dediyi məkana gedərək götürdüklərini göstərmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmalarına dair iddiaları öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxslərin, nə də ki müdafiəçilərinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini yoxlayaraq, ifadələrini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyri-səmimi olmalarını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiklərini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində, həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özlərini təqsirli bilməklə verdikləri etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə, eləcə də hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində, Təqsirləndirilən şəxs2 da məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində, xx.xx.2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində özlərini təqsirli bilməklə verdikləri etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və tiryək narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab olunur; heroinin və metamfetaminin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır; tiryəkin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 50 qramdır; metadonun isə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 1,6 qramdır. İş materiallarında olan birinci məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 əlində olan çantadan aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 8122,34 qram, tiryəkin ümumi təmiz çəkisi 2297,4 qram, psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 111,1 qram, metadonun da ümumi təmiz çəkisinin 12 qram olmaqla ayrı-ayrılıqda hər biri külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslər ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla müəyyən edilməyən Əbəlfəz adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişlər, aralarında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 vəzifələri içərisində külli miqdarda narkotik vasitələr heroin, tiryək və metadon həbi, eləcə də külli miqdar psixotrop maddə metamfetamin olan əl çantasını təyinat nöqtəsindən götürərək daşımaqdan və bir müddət özlərində saxlamaqdan, daha sonra isə qrupun digər üzü olan şəxsiyyəti istintaqa məlum olmayan özünü iranlı kimi təqdim edən şəxsin göstərişi ilə müəyyən olunmuş bir yerə qoymaqdan ibarət olmuş, bunun qarşılığında onlar, mənfəət kimi qrupun digər üzü olan şəxsiyyəti istintaqa məlum olmayan özünü iranlı kimi təqdim edən şəxsin onlara göndərməli olduğu 12000 manat məbləğində pul vəsaitini əldə etməli, eyni zamanda çantanın içərisində olan narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir qədərini şəxsi istifadələri üçün özlərinə götürməli olmuşlar, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qeyd edilən hərəkətləri real olaraq icra etmişlər. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələr ilə psixotrop maddəni eyni anda əldə etmələri, narkotik vasitələrin üç növdə, yəni heroin, tiryək və metadon həbi növündə olması, narkotik vasitələr olan heroinin, tiryəkin, metadonun və psixotrop maddə metamfetaminin ümumi təmiz çəkilərinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi, heroinin çəkilib ayrıayrılıqda altı ədəd bağlamaya, tiryəkin isə iki dədə bağlamaya yığılması, metadonun 300 ədəd həb formasında olması, əl çantasında narkotik vasitə olan tiryəklə metadon həblərinin də aşkar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən yalnız heroindən və psixotrop maddə metamfetamindən, Təqsirləndirilən şəxs1 isə yalnız kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmələri, eləcə də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefona baxış zamanı narkotik vasitələrin dövriyyəsinə aid mesajların və səsli mətnlərin, o cümlədən narkotik vasitələrin olduğu yerin məkanının şəkillərinin aşkar edilməsi faktları Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdıqları külli miqdarda narkotik vasitələri və psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ayrı-ayrılıqda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, ayrı-ayrılıqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ayrı-ayrılıqda onların hər birinə Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrıayrılıqda onlara təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, eyni gündə tutulduqları üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti onlara təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan, yəni 02 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, digər Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 Müdafiəçi1 tərəfindən göstərilmiş 84 (səksən dörd) iş saatı (70 iş saat xx.xx.2025-ci il tarixədək, 14 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 574 (beş yüz yetmiş dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində olan çantadan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2296,9 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 8121,59 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 110,9 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 280 həb narkotik vasitə metadon məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, yaşadığı ünvanlara baxış keçirilməsi istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 199 nömrəli və xx.xx.2023-cü il tarixli, 200 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ayrı-ayrılıqda nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 574 (beş yüz yetmiş dörd) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əlində olan çantadan aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2296,9 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 8121,59 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 110,9 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 280 həb narkotik vasitə metadon məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, yaşadığı ünvanlara baxış keçirilməsi istintaq hərəkətlərinə dair 02 (iki) ədəd disk, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim olunmuş 02 (iki) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-19/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-19/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver