Məhkəmə qərarları › İş №1(100)-190/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-190/2020

12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-190/2020 12.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X27 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X11 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə xx.xx.1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ailəli, Qazax rayonu Canallı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ailəli, Qazax rayonu Canallı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: KərimovElbrusSədioğlu partlayıcı maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə 2019-cu ilin oktyabr ayının əvvəllərində Qazax şəhərində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 21013» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi «VAZ 2105» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxxx 2019-cu ildə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan keçməklə Gürcüstana getmiş, həmin tarixdə Gürcüstanın Tbilisi şəhərində yerləşən istintaqa məlum olmayan mənbədən 15 bağlamada ümumilikdə 3003,5 qram çəkidə, hamarlüləli odlu ov silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan patronların və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə edilən bilən partlayıcı maddə hesab olunan tüstüsüz barıtı Təqsirləndirilən şəxs2la birlikdə əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 21013» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində rezin örtüyün altında gömrük nəzarətindən gizlədib saxlayaraq Gürcüstandan Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 21 radələrində Qazax rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs2 partlayıcı maddələri tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə 2019-cu ilin oktyabr ayının əvvəllərində Qazax şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 21013» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi «VAZ 2105» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxxx 2019-cu ildə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postundan keçməklə Gürcüstana getmiş, həmin tarixdə Gürcüstanın Tbilisi şəhərində yerləşən istintaqa məlum olmayan mənbədən 15 bağlamada ümumilikdə 3003,5 qram çəkidə, hamarlüləli odlu ov silahlarında döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan patronların və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə edilən bilən partlayıcı maddə hesab olunan tüstüsüz barıtı Təqsirləndirilən şəxs1la birlikdə əldə edib, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi «VAZ 21013» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsində rezin örtüyün altında gömrük nəzarətindən gizlədib saxlayaraq Təqsirləndirilən şəxs1 tərəfindən Gürcüstandan Azərbaycan Respublikasına daşımasına və həmin tarixdə saat 21 radələrində Qazax rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin «Qırmızı Körpü» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi «VAZ 21013» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. 2019-cu ilin sentyabr ayının əvvəllərində yaşadığı Qazax rayonu, Canallı kəndində sərnişin gözləyən zaman yanına həmkəndlisi Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onun Gürcüstana tez-tez sərnişin apardığını bildiyini və birgə iş qurub pul qazanmaq istədiyini bildirmişdir. O, Müşfiqdən nə iş qurmaq istədiyini soruşduqda, Müşfiq «Qırmızı Körpü» gömrük postunda «kantrabanda»-da onun yaxın tanışı Təvəkkül adlı şəxs işlədiyini, onun onlar üçün Gürcüstandan müxtəlif ərzaq məhsulları və məişət əşyaları gətirib Qazax rayonunda satmaları üçün hər bir şərait yarada biləcəyini bildirmişdir. O, təklifi qəbul edib Müşfiqlə 2019-cu ilin sentyabr ayından oktyabr ayının 12nə qədər təxminən 6-7 dəfə hər biri öz avtomobili ilə Gürcüstanın ərazisinə keçən kimi sərhədə yaxın ərazidə marketlərdən müxtəlif məhsullar alıb «Qırmızı Körpü» gömrük postuna geri qayıtmışlar, oradan da Qazax rayonuna gəlmişlər. Gömrük postunda onlar həmişə heç bir problemlə üzləşmədən istənilən çəkidə təxminən 40-50 kiloqram çəkidə müxtəlif ərzaq məhsulları gətirmələri üçün şərait yaratmışdır. Hər dəfə nəqliyyat vasitələrinə səthi yoxlama aparılaraq onlar gömrük postundan keçib Azərbaycana qayıtmışlar. Əvvəlcədən də Təvəkkül Müşfiqə onların gömrük postunu ancaq onun növbədə olduğu tarixlərdə keçmələrini tapşırmışdır. Onlar da eyni qaydada təxminən 6-7 dəfə Gürcüstana gedib-qayıtmışlar. Onlar onun idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş barıtı Qazax şəhərinin mərkəzində, 5-mərtəbəli binanın alt hissəsində, hərbi hissə ilə üzbəüz yerləşən ovçu mağazasına satacaqlarını planlaşdırmışlar. Belə ki, həmin mağazanın satıcısı X1 Müşfiqin vasitəsi ilə tanımışdır. Həmin tarixdə, yəni xx xxxxxxx 2019-cu il tarixdə o, Gürcüstana getməmişdən öncə Müşfiq ona bildirmişdir ki, qeyd etdiyi mağazanın satıcısı ilə danışıb razılaşsın, satıcı ilə razılaşmışlar ki, qeyd olunan barıtın ondan bir kiloqramını 60 manata alacaq barədə razılaşmışlar. Həmin barıtın Gürcüstanda qiyməti isə təxminən 28-30 manatdır. Bu razılıqdan sonra səhər saatlarında Müşfiq və İslamla birlikdə Gürcüstanın Tbilisi şəhərinə getmişlər. Oradan Müşfiqlə birlikdə 4 kiloqram barıt əldə etmiş və qaçaqmalçılıq yolu ilə 3 kiloqramını o, 1 kiloqramını isə Müşfiq Azərbaycana gətirmişlər. «Qırmızı körpü» gömrük postunda onun idarə etdiyi nəqliyyat vasitəsi nəzarət xəttində saxlanılmış, o ştrix kodu təsdiq etmək üçün nəzarətçiyə yaxınlaşdıqda ona avtomobili qırmızıdadır demişlər. Daha sonra o, Müşfiqə avtomobilin qırmızıda olduğunu bildirmiş, o, isə cavabında «Narahat olma, maşını Təvəkkülün buraxdıracağını bildirmişdir. Bundan sonra gömrük postunda olan inspektor onun idarə etdiyi avtomobilə əyləşmiş və avtomobili anbarın qarşısına aparmasını xahiş etmişdir. Bundan sonra avtomobili yoxlanılmış və avtomobilin arxa yük yerinə çatanda o, Təvəkkül müəllimə bildirmişdir ki: «Təvəkkül müəllim, burada 3 kilo Müşfiqin barıtı var», cavabında Təvəkkül ona bildirmişdir ki: «Mənə fərq etmir, istər qardaşım olsun, fərqi yoxdur». Müşfiq isə həmin vaxt gömrük nəzarətindən keçmiş və həmin zaman Təvəkkül inspektora «Get 305-i yola ver getsin» demişdir. Ondan sonra gömrük inspektoru onun avtomobilini yarımçıq tam yoxlamadan saxlayıb Müşfiqin avtomobilini yoxlamağa getmiş, onun avtomobilini isə əməliyyatçı Elnur və Təvəkkül yoxlamağa davam etmişlər. Daha sonra həmin barıt aşkar edilib götürülmüş və müvafiq sənədləşmə işləri aparılmışdır. Sonra o, Müşfiqlə əlaqə saxlamış və baş vermiş hadisəni tam danışmış, Müşfiq isə cavabında «Narahat olma mən Təvəkkülə deyəcəm, həll edəcəkdir, izahat verəndə öz üzərinə götür, mən həll eliyəcəm hər şeyi» demişdir. Bundan sonra isə, o başa düşmüşdür ki, bu bir qurmadır, telefonla danışıb Müşfiqə bir neçə dəfə onun işini yoluna qoymağı təklif etmiş, o isə, “get nə edirsənsə et” demişdir. Qeyd olunan barıtı o, Müşfiqlə birlikdə Tbilisi şəhərində ovçu mağazasından almış, bu zaman İslam adlı tanışları da onlarla bir olsa da, onun barıta heç bir aidiyyatı olmamış, İslam sadəcə müxtəlif ərzaq məhsullarını öz üzərində gətirmək məqsədi ilə onlarla birlikdə gedibgəlmişdir. İslam öz adına ərzaq gətirmiş və bunun müqabilində onlar İslama 10 manat pul vermişlər, sonra isə məhsulları mağazalara satıb pul qazanmışlar. Cinayət əməlini Müşfiqlə birlikdə onun təklifindən sonra törətmək qərarına gəlmiş və bu barədə qabaqcadan razılaşmışlar. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Müşfiqlə birlikdə aldıqları barıtlar müxtəlif kisələrdə olmaqla, ümumi 4 kq olmuş, həmin 3 kq barıtın 1 kiloqramını Müşfiq öz maşınına qoyaraq ölkəyə keçirmişlər. Daha sonra o, Müşfiqlə birlikdə Təqsirləndirilən şəxs2 avtomobilində Azərbaycan Respublikası ərazisinə keçmiş barıtı Cəlal Allahverdiyevin mağazasında satmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2ona Azərbaycan Respublikası CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, idarə etdiyi «VAZ 2105» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gürcüstana gedib müxtəlif ərzaq məhsulları alıb geri, yəni Azərbaycana qayıdıb satıb çörək pulu qazanır. Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi uzun müddətdir ki tanıyır, münasibətləri normaldır, heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin sentyabr ayının ortalarında Elbrus ona təklif etmişdir ki, birlikdə idarə etdiyi nəqliyyat vasitəsi ilə Gürcüstana gedib oradan ərzaq məhsulları alıb Qazaxa gətirib orada satıb qazanc əldə etsinlər. O, bununla razılaşmışdır belə ki, ərzaqları Elbrus öz pulu ilə almış, o, isə Elbrusa həmin malları Azərbaycan Respublikası ərazisinə gətirməkdə köməklik etmişdir. Bunun müqabilində də Elbrus ona 30-50 manat arası pul verirmiş. Aldıqları mallar ərzaq, ət məhsulları, müxtəlif növ uşaq bezləri, yuyucu vasitələr və sair məişətdə istifadə olunan məhsullardan ibarət olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında o, Elbrus və İslamla birlikdə Qazax şəhərində görüşmüş, orada beş mərtəbə binanın altında yerləşən, hərbi hissə ilə üzbə-üz ovçu mağazasında İslamla Elbrus satıcı ilə barıt alıb-almaması ilə bağlı sövdələşmiş, həmin vaxt İslamla Elbrus mağazaya getmiş, o isə evə bəzi şeylər almaq üçün evə getmiş və bir müddət sonra qayıtmışdır. Onlar birlikdə saat təxminən səhər 11 radələrində Qırmızı körpü gömrük postundan keçməklə Gürcüstana keçmişlər. Orada bazarda ərzaq məhsulları aldıqdan sonra Tbilisi şəhərində stadionun yanında yerləşən ovçu mağazasından birlikdə 3 kiloqram barıt almış, həmin barıtı Qazaxa gətirib qeyd etdiyi mağazaya satıb gəliri Elbrusla aralarında əvvəllər də olduğu kimi bərabər böləcəkmişlər. Həmin 3 kiloqram barıtı Elbrus Tbilisi şəhərində idarə etdiyi avtomobilin arxa yük yerində rezinin alt hissəsində gizlətmişdir. Daha sonra onlar gömrük postunu keçmişlər. Elbrusun avtomobilindən həmin barıt aşkar edilərək götürülmüşdür. O, Elbrusla birgə Tbilisi şəhərində Elbrusun pulu ilə barıt almış, o sadəcə Elbrusun yanında durmuş, sonra həmin barıtı Elbrus avtomobilində gizlətmiş və gömrük postunda saxlanılmışdır. O, başqa bir cinayət əməli törətməmişdir. O, Elbrusa təklif etmiş ki, barıt alıb Qazaxda satıb pul qazansınlar. Bu məqsədlə də Elbrusu mağazaya göndərmiş ki, satıcı ilə danışsın, onu isə satıcı görməsin. Sonradan da barıtın satışından əldə olunacaq gəliri bərabər payla ikisi arasında böləcəkmişlər. Onun idarə etdiyi avtomobildə 1 kiloqram barıt keçirməyi, Təvəkkülün onların etdiyi əmələ göz yumması və ümumiyyətlə Gürcüstandan artıq miqdarda mallar gətirməkləri və nəzarətdən keçməmələri barədə Elbrusun dedikləri yalandır. Təvəkkülün onların barıt gətirməkləri barədə heç bir məlumatı olmamışdır. Onun Təvəkkül ilə aralarında çoxdan yaxşı münasibətləri olmuş, belə ki, o da əvvəllər broker şirkətinin əməkdaşı olmaqla gömrük əməkdaşları ilə sıx əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4ifadəsində göstərdiki, Təqsirləndirilən şəxs1 2019-cu ilin yay aylarından rayondan tanıyır. O, Təqsirləndirilən şəxs1la ayda bir dəfə Gürcüstana gedib Elbrus və Müşfiqin pulu ilə ərzaq malları alıb gətirmiş, bunun müqabilində hər dəfəsinə 10 manat pul almışdır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında Qazax şəhərinin mərkəzində yerləşən parkda yerləşən çayxanada olarkən Gürcüstana getmək barədə aralarında razılaşmışlar. Bundan sonra onlar hər üçü birlikdə Gürcüstana getmişlər. X16 şəhərində bazarlıq etdikdən sonra bir ovçu dükanına yaxınlaşmışlar. Elburs və Müşfiq həmin mağazaya girdikdən sonra əllərində qara sellofanla geri gələrək həmin sellofanı yalnız Elbrusun idarə etdiyi avtomobilin baqaj hissəsinə qoydular. Daha sonra axşam saatlarında onlar “Qırmızı Körpü” gömrük postuna yaxınlaşmış, orada o, piyada idxal xətti üzrə sərhədi keçmiş, əlində olan əşyaları bəyan etdikdən sonra rahatlıqla keçmişdir. Azərbaycan tərəfinə keçdikdən sonra ona məlum olmuşdur ki, Müşfiq gömrük nəzarətindən keçmiş, Elbrus isə barıt gətirdiyinə görə saxlanılmışdır. Onun törədilən cinayət əməlində heç bir iştirakı olmamış və o, sadəcə Gürcüstandan üzərində ərzaq məhsulları gətirib 10 manat çörək pulu qazanmaq üçün Elbrus və Müşfiqlə birlikdə getmişdir. Şahid4 məhkəmə iclasında suallara cavab olaraq bildirdi ki, Elburs Kərimov və Təqsirləndirilən şəxs2 barıt almalarından xəbərdar olsada, barıtın miqdarı barədə gömrükdə xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7ifadəsində göstərdiki, heç bir yerdə işləmədiyi üçün boş vaxtlarında “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitələrinin idxal xəttindən gələn yüklərin yükləmə boşaltma işlərində fəhləlik etməklə dolanışığını təmin edir. xx.xx.2019-cu il tarixdə “Qırmızı Körpü” gömrük postunun idxal xəttində olan zaman ona Elnur adlı gömrük əməkdaşı yaxınlaşmış və bildirmişdir ki, ölkə ərazisinə gələn nəqliyyat vasitəsinə baxış keçirtməlidir və ona həmin baxışda hal şahidi qismində iştirak etməsi təklif olunmuşdur. O, bu təklifi qəbul etmiş və “Vaz 21013” markalı **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yanına getmişdir. Elnur adlı gömrük əməkdaşı adı və soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs1 məxsus nəqliyyat vasitəsinə baxış keçirərkən onun və digər Şahid3 adlı çəxsin hal şahidi qismində iştirak edəcəyini bildirmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində, rezin örtüyün alt hissəsindən 15 ədəd sellofan paketdə qablaşdırılmış barıta bənzər predmet aşkar edilmişdir. Həmin predmetlər tərəzi vasitəsilə çəkildikdə hər birinin çəkisi 200 qram olmaqla ümumilikdə 3 kiloqram barıta bənzər predmet olduğu müəyyən olunmuşdur. Bundan sonra aşkar olunmuş faktla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 X5ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2ifadəsində göstərdiki,xx.xx.2019-cu il tarixdə ona “Vaz 21013” markalı **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində barıta bənzər predmetlərin olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə sözügedən nəqliyyat vasitəsi tərəfindən nəzarətə götürülmüş, “Qırmızı Körpü” gömrük postu ərazisinə daxil olduqdan sonra saxlanılaraq gömrük yoxlamasına cəlb olunmuşdur. Həmin nəqliyyat vasitəsinə iki nəfər hal şahidi dəvət edib, hal şahidlərinin və vətəndaşın iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21013” markalı **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan rezin ötrüyün altından 15 ədəd sellofan paketdə qablaşdırılmış barıta bənzər predmet aşkar edilmişdir. Aşkar olunmuş predmetlər tərəzi vasitəsilə çəkildikdə hər birinin çəkisi 200 qram olmaqla ümumilikdə 3 kiloqram olduğu müəyyən olunmuşdur. Bundan sonra aşkar olunmuş faktla bağlı protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9ifadəsində göstərdiki,təqsirləndirilən şəxsin hər ikisini hələ növbə rəisi işlədiyi vaxtdan tanıyır, Müşfiqlə bir az daha yaxın əlaqəsi vardır. Təqsirləndirilən şəxs1 barəsində Şahid2 əməliyyat məlumatı daxil olmuş və rəisin göstərişi ilə bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 məxsus “Vaz 21013” markalı **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qırmızıya qoyulmuşdur və yalnız həmin gün yəni xx xxxxxxx 2019-cu il tarixdə “Vaz 21013” markalı **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində barıta bənzər predmetlərin olması bildirilmişdir. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə sözügedən nəqliyyat vasitəsi nəzarətə götürülmüş, “Qırmızı Körpü” gömrük postu ərazisinə daxil olduqdan sonra saxlanılaraq gömrük yoxlamasına cəlb olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21013” markalı **-BG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan rezin örtüyün altından 15 ədəd sellofan paketdə qablaşdırılmış barıta bənzər predmet aşkar edilmişdir. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 dal-qabaq gəldiklərindən və həmkəndli olduqlarından onun göstərişinə əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 2105» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı qaçaqmalçılıq yolu ilə hər hansı hüquqpozma obyekti keçirməsi faktı aşkar olunmadığından Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsi buraxılmışdır. Təqsirləndirilən şəxs1 ona aşkar edilmiş barıtların Müşfiqə məxsus olmasını bildirmiş və o, Müşfiqə zəng edərək bu barədə soruşduqda Təqsirləndirilən şəxs2 barıtın ona heç bir aidiyyatı olmadığını bildirmişdir. Şahid X9 məhkəmə iclasında suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəsinin özünə məxsus avtomobili olmuş, onlar hər biri özünə məxsus avtomobillə gömrük postundan keçmiş, o, əvvəllərdə hər iki şəxsin müxtəlif ərzaq mallarının ölkəyə gətirməsinin şahidi olmuşdur. Lakin onların birlikdə işlədiklərini bilməmişdir. Təvəkkül Bayramov əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 avtomobilindən barıt aşkarlanan zaman həmin barıtın Müşiq Məmmədova məxsus olduğunu bildirmiş, lakin həmin vaxt Təqsirləndirilən şəxs2 avtomobilində barıt olduğunu bildirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2ifadəsində göstərdiki,20 ilə yaxın müddətdir ki, Qazax rayon Ovçular dayaq məntəqəsinin müdiri vəzifəsində işləyir. Həmin məntəqədə yivsiz ov silahlarının və sursatının satışına müvafiq icazə sənədləri əsasında müxtəlif ov malları və məhsulları satılır. 2019-cu il vaxtını dəqiq xatırlamadığı vaxtda Elburs Kərimov ona yaxınlaşaraq Gürcüstan Respublikasından ucuz qiymətə batır gətirdiyini bildirmişdir. Lakin o, həmin barıtın mənbəyi və mənşəyi ona bəlli olmadığından, habelə qeyri-qanuni yolla əldə olunmasından ehtiyat etdiyindən qəti olaraq barıt almaqdan imtina etmişdir. Həmin vaxt mağazada tanımadığı müştəri Təqsirləndirilən şəxs1 olan barıtı almışdır. Şahid X2 məhkəmə iclasında suallara cavab olaraq bildirdi ki, hər iki təqsirləndirilən şəxsi tanıyır. Lakin Təqsirləndirilən şəxs2 onun mağazasında olmamışdır. Barıt satışı ilə bağlı yalnız ona Elburs Kərimov müraciət etmişdir. O, bu barədə Təqsirləndirilən şəxs2la qabaqcadan hər hansı razılıq əldə etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli raportdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə 21:00 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda, Əməliyyat və X6 şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “VAZ-21013” markalı, 57BG328 dövlət nömrə nişanlı minik nəqliyyat vasitəsi ilə gələn Təqsirləndirilən şəxs1 şifahi sorğu sual zamanı idarə etdiyi minik maşınında gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmet olmadığını bildirmiş, daha sonra hal şahidlərinin iştirakı ilə nəqliyyat vasitəsinə baxış keçirilmiş və nəqliyyat vasitəsinin baqaj hissəsindən 15 ədəd sellofanda hər birinin çəkisi 200 qram olan ümumilikdə 3 kiloqram barıta bənzər predmet aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26315/26316/26459 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 3003,5 qram çəkidə kütlənin tərkibində nitrat qrupundan maddə, karbon, alüminium, natrium kimi kimyəvi elementlər vardır və bu tərkibə əsasən həmin kütlə partlayıcı maddə - tüstüsüz barıtdır. Barıt təyinatı üzrə hamarlüləli odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronların və kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunur və istifadəyə yararlıdır. Eyni zamanda müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş hamarlüləli odlu ov silahlarında istifadə olunan barıtın 1kq-nın orta bazar qiyməti təxminən 60.00 manat, 3 kq-nin qiyməti isə 180.00 manat müəyyən olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının Hüseynbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qazax rayonu, Canalı kəndində qeydiyyatda olmaqla, ailə üzvləri arvadı X17, oğulları X12, X13 və X18 ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti başçısının Hüseynbəyli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Qazax rayonu, Canalı kəndində qeydiyyatda olmaqla, ailə üzvləri arvadı X8, qızı xx.xx.2002-ci il təvəllüdlü X14, oğulları xx.xx.2003-cü il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə birlikdə həmin ünvanda yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2103” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi 90-FD305 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə 24 və 27 sentyabr, eləcə də 05, 06, 09 və xx xxxxxxx 2019-cu il tarixlərdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmiş və həmin tarixlərdə geri qayıtmışlar. İstintaqa məlum olan xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsində tüstüsüz barıt partlayıcı maddəsinin aşkar edilməsi faktından başqa birgə keçdikləri tarixlərdə nə Təqsirləndirilən şəxs1, nə də ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitələrindən, eləcə də üzərlərindən qanunla qadağan olunmuş predmetlərin qaçaqmalçılıq yolu ilə keçirilməsi, habelə icazə verilən miqdardan artıq miqdarda ərzaq və ya digər məhsulların keçirilməsi xüsusatları aşkar edilməmiş, bundan başqa həmin tarixdə xx xxxxxxx 2019-cu il tarixdə “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttini keçərkən Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsinin arxa yük hissəsindən gizlədilmiş halda tüstüsüz barıt patrlayıcı maddəsinin aşkar edilməsi faktından başqa Təqsirləndirilən şəxs2 idarə etdiyi nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə hər hansı hüquqpozma obyekti keçirməsi faktı aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdən etibarən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** və Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrələri arasında çoxlu sayda danışıqlar aparılmış, ələlxüsus hadisə baş verən tarixdə, yəni xx.xx.2019-cu il tarixdə səhər saat 07:44-dən saat 10:54-ə qədər 5 dəfə, saat 18:58-dən sonra isə həmin tarixdə günün sonuna qədər 29 dəfə telefon vasitəsi ilə danışıq aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli “maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 15 kisədə ümumi çəkisi 3003,5 qram çəkidə tüstüsüz barıt partlayıcı maddə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və yekun qərar çıxarılana kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsi “Azərterminal kompleks” Birliyinə verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 1518 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Qazax ruhi xəstəxanasında psixo-narkoloji qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “qətimkan tədbiri seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “qətimkan tədbiri seçilməsi barədə” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Vətəndaşın şəxsiyyət vəiqəsinin” ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü il tarixdə anadan olmuş X12 adlı oğlu, xx.xx.2004-cü il tarixdə anadan olmuş X13 adlı oğlu və xx.xx.2008-ci il tarixdə anadan olmuş X19 adlı oğlu var. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-c tarixli “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 sərbəst ifadə verərkən xx xxxxxxx 2019-cu il tarixdə Gürcüstanın Tiblisi şəhərində tanışı Təqsirləndirilən şəxs2la birlikdə əldə etdiyi 3003,5 qram tüstüsüz barıt partlayıcı maddəsini gömrük nəzarətindən gizlətdiyi yeri, yəni idarə etdiyi “VAZ 21013” markalı **-BG-*** dövlət qeydiyyatnişanlı avtomobilin arxa yük hissəsində rezinin alt hissəsini əyani şəkildə göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video yazıları, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmədə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsi cinayət işi üzrə məhkəmədə dindirilmiş digər təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş istintaq hərəkətlərinin protokolları ilə tam təkzib olunur. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü tam təqsirli bilib, səmimi ifadələr verərək, Təqsirləndirilən şəxs2la razılaşaraq Gürcüstana gedib birlikdə bir kiloqramını 28- 30 manata barıt alıb gəlib Azərbaycan Respublikası ərazisində bir kiloqramını 60 manata sataraq qazanc əldə etmək istədikərini, bu məqsədlə xx xxxxxxx 2019-cu il tarixdə Gürcüstandan barıt alaraq gömrük nəzarətindən gizlin yolla Azərbaycan Respublikası ərazisinə keçirmək istədiklərini bildirmiş, bundan əlavə iş üzrə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edərək Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 barıt almaları barədə onun yanında razılaşdıqlarını bildirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 həmin ifadələrinə təndiqi yanaşaraq həmin ifadələri təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2la birlikdə Gürcüstandan Respublikasından 4 kq barıt aldığını həmin barıtın 1 kq-nın Təqsirləndirilən şəxs2 məxsus avtomobildə, qalan 3 kq-nın isə özünə məxsus avtomobildə keçirmək istədiklərini, lakin onun avtomobilinin gömrük sərhəddində saxlanılmasına baxmayaraq Təqsirləndirilən şəxs2 məxsus avtomobilin isə Azərbaycan Respublikası ərazisinə keçdiyini, daha sonra Təqsirləndirilən şəxs2 avtomobilində ölkə ərəzisinə keçirilən 1 kq barıtı Təqsirləndirilən şəxs2la birlikdə Cəlal Allahverdiyevin ovçu mağazasına satmalarını göstərsə də həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, əlavə şahid qismində dindirilmiş Təvəkkül Bayramov məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 məxsus «VAZ 2105» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil gömrük əməkdaşları tərəfindən yoxlanılarkən orada gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş hər hansı mal aşkar edilmədiyini göstərmişdir. Həmin hal cinayət işi materiallarında olan CD diksə baxış zamanıda öz təsdiqini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatla bağlı məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ona məxsus Qazax rayon Ovçular mağazasında ona barıt satmaq istədiyini lakin həmin barıtın mənbəyi və mənşəyi ona məlum olmadığına görə barıtı almaqdan imtina etdiyi üçün Təqsirləndirilən şəxs1 həmin barıtı mağazada müştəri olan onun tanımadığı başqa bir şəxsə satdığını göstərsə də həmin halın nə zaman baş verdiyini, Təqsirləndirilən şəxs1 tərəfindən nə qədər barıt satıldığını xatırlamadığını göstərmiş və təqsirləndirilən şəxslərlə barıt alınması barədə aralarında qabaqcadan hər hansı razılıq olmadığını bildirmişdir. Bununla bağlı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Gürcüstan Respublikasından alınmış barıtın müxtəlif kisələrdə olmaqla yalnız Təqsirləndirilən şəxs1 avtomobilinə qoyulduğunu göstərmişdir. Odur ki, məhkəmədə həmin ifadələr cinayət işinin müəyyən edilmiş obyektiv halları, şahid ifadələri ilə birbaşa təkzib olunduğuna görə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadələrini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 cinayətin açılmasına, onun digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, himayəsində bir azyaşlı övladının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, səmimi etirafını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi; Təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, təqsirləndirilən şəxslər Elburus Kərimovun və Təqsirləndirilən şəxs2 cinayətlərin törədilməsində rolunu, cinayətlərin törədilməsi zamanı və bundan sonra onların davranışını, cinayətlərin törədilməsində əsas məqsədlərinin qazanc (90 manat) əldə etməklə öz dolanacaqlarını təmin etmək olmasını, törətdikləri cinayətlərin və onların özlərinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, cinayət işinin materialları və məhkəmə istintaqı zamanı müəyyən olunmuş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu və əməllərində cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hallar kimi qəbul olunaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-in 62-ci maddəsinin tətbiq olunmaqla təqsirli bilindikləri həmin Məcəllənin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün, cərimə cəzasının təyinini məqsədəuyğun sayır və hesab edir ki, bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, CM-in 62-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərə cərimə cəzası təyin edərkən onlardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64-cü maddəsinə əsasən iştirakçılıqda törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan-Dövlət Gömrük Komətisinin “Azərterminalkompleks” birliyində saxlanılan 15 kisədə 3003,5 qram tüstüsüz barıt xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 210 manat məbləğində məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi imkanları olmadığından onların hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx xxx 2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatlardan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxslərə vəkillər 25 iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş cəmi 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 150 manat, ümumilikdə 300 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat cərimə cəzası, CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə cəzası, CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin. Hər iki təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Dövlət Gömrük Komətisinin “Azərterminalkompleks” birliyində saxlanılan 15 kisədə 3003,5 qram tüstüsüz barıt xüsusi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərcləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına onların hər biri üçün ayrı-ayrılıqda 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldıqları) andan 20 (iyirmi) gün müddətində X27 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar