Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-190/2021 09.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və İ dərəcəli hüquqşünas X12, zərərçəkmiş şəxsin hüquqi X9, zərərçəkmiş şəxsin hüquqi X9 nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Nümayəndə, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1988-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X7 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəldən tanıdığı qonşusu X23 ilə anası və bacıları haqqında cəmiyyət arasında xoşagəlməz sözlər işlətməsindən təsirlənib sonuncu ilə görüşərək aralarında yaranmış və bir müddət davam etmiş narazılığa son qoymaq üçün Xətai Zeynalovu öldürmək qənaətinə gəlmiş, aralarında mövcud olan həmin mübahisəyə aydınlıq gətirmək məqsədilə sonuncu ilə 08 may 2020-ci il tarixdə, saat 00:50 radələrində işlədiyi “Turan eli” restoranının yaxınlığında görüşüb hadisənin baş verdiyi Tərtər şəhərinin Cavanşir küçəsinə gəlmiş, orada Xətai Zeynalovdan ailəsinin barəsində rüsvayedici məlumatları yaymasının səbəbini soruşmuş və bu istiqamətdə aralarında sözsöhbət yarandığından həmin gün saat 01:30 radələrində yaranmış gərgin mübahisə zamanı qarşılıqlı dalaşma şəraitində, yaşadığı evdən çıxarkən Xətai Zeynalovu öldürmək məqsədilə özü ilə götürüb qanunsuz olaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, tiyəsinin üzərində “STAİNLESS” yazısı həkk olunmuş, bir tərəfi kəsici olub ucu deşici hissəyə malik olan, açıq vəziyyətdə ümumi uzunluğu 258 mm təşkil edən, qatlanan, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə Xətai Zeynalova çoxsaylı bıçaq zərbələri endirərək təhlükəsiz yaşamaq konstitusion hüququna qəsd etməklə sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa zərər vurmayan burun nahiyəsinin 1 ədəd qançırı; sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsi nahiyəsinin ön səthində oyma bərabərliyində döş boşluğuna keçməyən 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının bayır səthində-ön orta xətdən 16 sm sağa V qabırğa bərabərliyində döş boşluğuna keçməyən 1 ədəd, bel nahiyəsinin sağ yarısında-orta xətdən 6 sm sağa daxilə keçməyən 1 ədəd, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin ön və bayır səthlərində yumşaq toxumanı deşib-keçən 1 ədəd, yumşaq toxuma içərisində qurtaran 1 ədəd deşilmiş-kəsilmiş yaralar, sol əl nahiyəsinin İ barmağının dırnaq falanqasının, sağ əl nahiyəsinin İİ barmağının İİ falanqasının, sağ əlin V barmağının dırnaq falanqasının cəmi 3 ədəd kəsilmiş yaraları; həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində-ön-orta xətdən 3.2 sm sola İV qabırğa bərabərliyində ağ ciyərin və ürəyin yaralanması ilə daxilə keçən 1 ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində-deltaya bənzər əzələ nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd kəsilmiş-deşilmiş yaraları xəsarətləri yetirib sonuncunun döş qəfəs nahiyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanması ilə əlaqədar ürəyin və ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirməsi ilə ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək Xətai Zeynalovu qisas almaq məqsədilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 1988-ci il tarixdə Tərtər şəhərində anadan olmuşdur və anası Şahid13 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. X6 1997-ci ildə vəfat etmişdir. Anası xırda ticarətlə məşğul olsa da özü işləmir. 2005-ci ildə Tərtər şəhərində yerləşən 1 nömrəli orta məktəbin Xİ sinfini bitirmiş, 2006-2007-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçmişdir. Ruhi xəstəliyi olmamış, buna görə heç bir dispanser və ya xəstəxanada qeydiyyatda olmamışdır. Tərtər şəhər sakini X14 əvvəllər tanımışdır. Belə ki, Xətai Zeynalov qonşusu olmuşdur. Əvvəllər onunla Xətai arasında heç bir düşmənçilik və ədavət olmamış, onlar sadəcə qonşu kimi münasibət saxlayaraq bir-birlərini görən zaman salamlaşmış, dərin münasibətləri olmamışdır. Xətai Zeynalov əvvəllər Ukrayna Respublikasında yaşamış, Xətainin nə vaxt Bakı şəhərinə qayıtdığını bilməmiş, lakin tanışlarından Xətainin Ukrayna Respublikasından gəldiyini və daha Bakı şəhərində yaşayacağını eşitmişdir. Xətainin hər ikisi xəstə olmaqla iki övladı olmuşdur. Eşitdiyinə görə Xətai övladlarını şikəst olmaları səbəbindən müalicə etdirmək üçün Bakı şəhərində yaşamışdır. Lakin elan edilmiş mövcud karantin vəziyyəti ilə əlaqədar olaraq Xətai Bakı şəhərindən Tərtər şəhərinə - anasının yanına qayıtmışdır. Xətainin ailəsini də tanımışdır. Belə ki, Xətainin atası Sabir idman müəllimi, anası Afət ədəbiyyat müəllimi, qardaşı Səlim isə bədən tərbiyəsi müəllimi işləmişdir. Onun Xətainin ailə üzvlərinin heç biri ilə heç vaxt pis münasibəti olmamış və bir qonşu kimi onların həmişə hörmətini saxlamışdır. Lakin Xətai karantin rejiminin elan olunması ilə əlaqədar Tərtər şəhərinə qayıtdıqdan sonra Xətaidən xoşagəlməz sözlər eşitmişdir. Xətai onun özü və bacıları haqqında bir çox Tərtər şəhər sakininin yanında nalayiq ifadələr işlətmişdir. Ancaq bu barədə konkret şəxslərdən heç nə eşitməmişdir. Həmçinin çayxanada oturduğu zamanlarda Xətainin ailə üzvləri haqqında pis-pis sözlər danışdığını da eşitmişdir. Eyni zamanda Tərtər şəhərində yaşayan cavan şəxslərin mimikalarından, həmin şəxslərin ona olan münasibətindən də Xətainin onların yanında barəsində xoşagəlməz sözlər danışdığını hiss etmişdir. Təxminən 2020-ci ilin mart ayının sonlarında Xətaini yaşadıqları Tərtər şəhəri H.Əliyev prospektində görmüş və yaxınlaşıb qonşu kimi salam verərək söhbət etmişdir. Xətaiyə “Qonşu, məndən sənə nə vaxtsa pislik gəlib? Mənim səninlə indiyədək düşmənçiliyim olub? Mən indiyə kimi sənin və ailən haqqında nə vaxtsa xoşagəlməz söz demişəm?” suallarını vermiş, Xətai isə ona “Səndən belə şeylər eşitməmişəm” cümləsini demişdir. Daha sonra Xətaiyə “Bəs sən nəyə görə mənim və ailəm haqqında xoşagəlməz sözlər işlətmisən?” deyə soruşmuş, Xətai həmin vaxt ona “Mən Tərtərin arxivin bilirəm” cavabını vermişdir. Daha sonra ona nalayiq formada “Nə demişəmsə, şeyimin əlindən gəlir” sözlərini demişdir. Bu zaman Xətaini yola vermiş, aralarında mübahisə yaranmasını istəməmişdir. Bir neçə gün sonra yenidən Xətainin yenə də onun və ailəsinin haqqında danışdığını eşitmişdir. Xətaini hər dəfə görəndə ona düzgün hərəkət etmədiyini, bunun yaxşı hərəkət olmadığını bildirmiş, Xətai isə onun sözlərinə əhəmiyyət verməmiş və onun haqqında danışmağa davam etmişdir. Bu da onun daxilində Xətaiyə qarşı kin yaratmışdır. Xətainin onun barəsində danışdığı sözlərə görə artıq evdən çölə çıxmağa utanmış və nə edəcəyini bilməmişdir. Xətaini görəndə ona kinayəli-kinayəli baxmasına dözə bilməyib yolunu dəyişmişdir. Bundan başqa Xətai şəhər sakinləri ilə söhbət edən zaman onu görəndə əli ilə söhbət etdiyi şəxslərə göstərib gülmüşdür. Xətainin onun barəsində digərlərinə danışmaqla güldüyünü anlamışdır. Onun yaşadığı evin həyətində “Turan eli” adlı restoranı yerləşir. Həmin restoranın torpaq sahəsi anası Sədaqətə məxsusdur. Onlar həmin restoranın təmir-tikinti işlərinə başlasalar da, lakin təmiri başa çatdıra bilməmişlər. Buna görə də Tərtər şəhər sakini olan tanışı Şahid8 ilə restoranın sonuncu tərəfindən təmir edilməsi, işə başladıqdan sonra isə birlikdə işlətməklə bağlı razılığa gəlmişlər. Şahid8 da onunla razılaşaraq restoranı təmir etdirmişdir. 07 may 2020-ci ildə saat 06:00 radələrində yuxudan durub yuyunduqdan sonra yeməyini yemiş və yaşadığı evin qarşısına çıxmışdır. Restoranın açarı onun özündə olduğundan hər gün restoranı özü açmış və həmişə olduğu kimi restorandakı stol-stulları səliqəyə salmaqla məşğul olmuşdur. Həmin gün saat 10:00 radələrində Şahid8 da restorana gəlmişdir. Restoranda olan zaman dayısı oğlu Anar da restorana gəlmiş, bir müddət oturduqdan sonra çıxıb getmişdir. Nahar saatlarında restoranda yeməyini yedikdən sonra şəhərə çıxıb bir az gəzmiş və gəzdikdən sonra təxminən saat 18:00 radələrində yenidən restorana qayıtmışdır. Bu zaman digər dayısı oğlu, Tərtər rayon polis şöbəsinin əməkdaşı Taleh də restorana gəlmişdir. Ancaq Taleh restoranda oturmamış və onunla söhbət etdikdən sonra çıxıb getmişdir. Buna baxmayaraq o, saat 18:00-dan sonra 08 may 2020-ci il saat 00:15 radələrindək restoranda olmuşdur. Həmin müddət ərzində restorandan çölə çıxmış, ancaq kimləri gördüyünü və kimlərlə söhbət etdiyini xatırlamamışdır. Təxminən saat 00:00 radələrində mağazadan aldığı 2 ədəd spirtli “Go” adlı enerji içkisi içmiş və saat 00:30 radələrində restoranı bağlamışdır. Restoranı bağlamazdan əvvəl çölə çıxmış, bu zaman Xətaini evlərinin qarşısında görmüşdür. Xətaiyə “Qonşu, gəl söhbət edib çay içək” demiş, Xətai isə ona “Müştərilərin var, gedəndən sonra gələrəm” sözlərini söyləmişdir. Müştərilər saat 00:30 radələrində çıxıb getdikdən və restoranı bağladıqdan sonra Xətai onun yaşadığı evin aralığına gəlmiş və ona gedib söhbət etməyi təklif etmişdir. Bunun ardınca Xətai yaşadığı evə getmiş və təxminən 20-30 dəqiqədən sonra evdən çıxıb gəlmişdir. Xətainin evdən gec çıxması onda şübhə yaratmış və Xətainin evdən bıçaq götürə biləcəyini fikirləşmişdir. Bu səbəbdən öz yaşadığı evə daxil olaraq 2 ay əvvəl Bərdə şəhəri ərazisində yerləşən bazarda tanımadığı satıcıdan aldığı dəstəyi qırmızı rəngli, qatlanan bıçağı götürmüş və əynindəki gödəkçənin sağ cibinə qoyduqdan sonra çölə çıxmışdır. Həmin vaxt Xətainin də evdən çıxdığını görmüş və Xətai ilə söhbət edə-edə yanaşı irəliləmişdir. Onlar təxminən 20 dəqiqə söhbət edə-edə Tərtər şəhəri Cavanşir küçəsi ilə irəliləmiş və yol boyu Xətaiyə qonşu olduqlarını xatırladaraq dəfələrlə onun və ailəsinin haqqında xoşagəlməz sözlər danışmamasını xahiş etmişdir. Yol boyu bir neçə dəfə onlar arasında mübahisə yaranmış və Xətaidən nə üçün bu qədər məsafə qət etdiklərini soruşduqda, Xətai ona söhbət edə-edə getdiklərini bildirmişdir. Onlar Cavanşir küçəsinə çatıb bir qədər hərəkət etdikdən sonra asfalt yolun ortasında dayanmışlar. Həmin vaxt saat 01:30 radələri olmuşdur. Onlar Tərtər şəhər bələdiyyəsinin sabiq sədri Nizami Kərimovun evinin darvazası yaxınlığında asfalt yolun ortasında bir-biri ilə mübahisə etmiş, Xətai həmin mübahisə zamanı onu nalayiq söyüşlərlə təhqir etmişdir. Daha sonra Xətai yumruqla onun sol çənə nahiyəsinə, ardınca isə təpiklə sol omba nahiyəsinə vurmuşdur. Bu zaman Xətainin əlini cibinə atdığını görüb onu bıçaqla vurmaq istədiyini düşündüyünə görə gödəkçəsinin sağ cibinə qoyduğu bıçağı dərhal çıxararaq açmış və ilk zərbəni Xətainin kürəyinin sağ tərəfindən endirmişdir. Xətaini bıçaqla vurmazdan əvvəl Xətai ilə üzbəüz vəziyyətdə dayanmışdır. Xətaini bıçaqla vuran zaman Xətai ona müqavimət göstərmiş, həmin vaxt ikisi də müvazinətini itirərək yerə yıxılmışdır. Bundan sonra özünü itirərək əlində olan bıçaq ilə Xətainin bədəninin müxtəlif nahiyələrinə daha bir neçə dəfə zərbə endirmiş, sonrakı zərbələri özü yerdə olan zaman Xətaiyə vurmuşdur. Lakin həmin vaxt Xətaiyə konkret olaraq neçə zərbə endirdiyini xatırlamamışdır. Xətaiyə zərbələr endirən zaman Xətai hələ ölməmiş və nəfəs almağı davam etdirmişdir. Xətainin yolun ortasında qalmasını istəmədiyindən arxa tərəfinə keçib qucaqlamaqla Xətaini sürüyərək sabiq bələdiyyə sədri Nizami Kərimovun həyətyanı sahəsinin barısının kənarına gətirmiş və otun üzərinə uzatdıqdan sonra oradan qaçıb getmişdir. Hadisə vaxtı onun əynində şabalıdı rəngli gödəkçə, mavi rəngli cins şalvar, qara rəngli, qısaqol, ön tərəfində ağ-bozumtul rəngli zolaqları olan kofta, ayağında isə qara rəngli, üzəri parça, alt hissəsi isə rezin materialdan olan idman ayaqqabısı olmuşdur. Hadisəni törətdikdən sonra qaçıb yaşadığı evə gəlmiş, həmin vaxt saat 01:50 radələri olduğundan evdə hamı yatılı olmuşdur. Buna görə onun cinayət hadisəsi törətməsindən ailə üzvlərindən heç kimin xəbəri olmamışdır. Lakin evə daxil olan zaman köhnə evlərinin arxa tərəfində yerləşən yeni tikdirdikləri evin aralıq qapısından bacısı Naibəyə səslənərək hamama girmək istədiyini və ona təmiz paltar verməsini xahiş etmişdir. Bacısı da ona paltar gətirmiş və həmin vaxt əynindəki paltarlar üzərində qan ləkələri olduğundan bacısının onu görməməsi üçün qapının arxasında dayanmışdır. Daha sonra cinayəti törətdiyi bıçağın üzərindəki qanı silərək yeni tikdirdikləri yarımçıq tikilinin dəhlizində olan mişar daşlarının arasında gizlətmişdir. Sonra bacısı Naibənin gətirdiyi paltarı götürərək hamama daxil olmuş və yuyunduqdan sonra paltarını dəyişmiş, hadisə vaxtı əynində olan paltarları isə soyunub hamam otağındakı su ilə dolu vedrənin içərisinə atmışdır. Sonrada onun həmin paltarların yuyulub-yuyulmamasından xəbəri olmamışdır. Hamam otağından çıxdıqdan sonra yaşadığı evin həyətinə bitişik olan “Turan eli” restoranına getmişdir. Həmin vaxt həyəcanlı olduğundan və qorxduğundan restoranda olan videomüşahidə aparatının kabellərini kəsmiş və aparatı özü ilə götürmüşdür. Həmin aparatı yaşadığı evin həyətinə qoymuş, kabelləri kəsdikdən sonra isə evə gedib otağına daxil olaraq bir az dincəlmişdir. Həmin gün, yəni 08 may 2020-ci il tarixdə saat 06:00 radələrində oyanaraq anası ilə birlikdə bazara getmiş, saat 07:00 radələrində restoranı açmışdır. Restoranı açan vaxt Xətainin qardaşı Səlim və Zöhrab adlı şəxslər də oraya gəlmiş və ondan Xətainin axşam onunla birlikdə olub-olmamasını soruşmuşlar. Səlim və Zöhraba axşam Xətainin onu çağırdığını, amma harada olması barədə məlumatı olmadığını bildirmişdir. Daha sonra Səlim və Zöhrab ona restoranın kamerasına baxmaq istədiklərini dedikdə kameranın çoxdandır işləmədiyini söyləmişdir. Səlim və Zöhrab həmin vaxt onu hədələdiklərindən nə edəcəyini bilməmiş və gəlib prokurorluğa təslim olmaq istəmişdir. Lakin Zöhrab onu izlədiyi üçün qorxusundan Tərtər şəhəri Ə.Paşayev küçəsində tanımadığı şəxsə məxsus “VAZ-2106” markalı, rəngini xatırlamadığı taksi avtomobili ilə Bərdə şəhərində poçtun yanına getmiş və həmin yerdə avtomobildən düşüb "xxxx" ASC-nin Bərdə rayon filialına gedərək arxa tərəfinə keçmişdir. Banklın arxa tərəfində olan zaman “Qaqaş” ləqəbi ilə tanıdığı Tərtər şəhər sakini Şahid1 ona yaxınlaşmışdır. Həmin şəxsin ona yaxınlaşdığını görüb dərhal qaçmağa başlamış və bankın qarşısında “VAZ-21015” markalı, gümüşü rəngli avtomobilə əyləşərək “Pojarninin kruqu” adlanan yerə getmişdir. Həmin yerə çatdıqdan sonra yenidən “VAZ-2106” markalı, ağ rəngli avtomobilə əyləşərək sinif yoldaşı Şahid3 yaşadığı Bərdə rayonu Mirzəxan kəndinə yollanmışdır. Şahid3 yaşadığı evə çatan zaman sinif yoldaşı evdə olmuş və Hacıya qonşusu Xətaini öldürməklə cinayət törətdiyini etiraf etmişdir. Hacı isə ona gedib təslim olmasını məsləhət görmüşdür. Sonra Hacıya təslim olacağanı demiş, ancaq 30-40 dəqiqə Hacı ilə birlikdə oturmuşdur. Hacı onun anasına zəng edərək “Naib gəlmək istəyir” cümləsini demiş, anası Sədaqət isə Hacıya “Gəlməsin, biz özümüz gəlirik” sözlərini çatdırmışdır. Təxminən 30 dəqiqə sonra anası Sədaqət dayısı Elbəyi və dayısının oğlu Anar ilə birlikdə gəlib onu Tərtər rayon prokurorluğuna aparmışlar. Prokurorluqda olan zaman səmimi şəkildə törətdiyi cinayəti etiraf etmişdir. Bundan başqa o, Xətai Zeynalovu qəsdən öldürmək məqsədi olmadığını, yalnız özünü müdafiə etmək üçün bıçaqla bir neçə dəfə vurduğunu, hadisəni törətdiyi bıçağı cinayəti törətdikdən sonra yeni tikdirdiləri yarımçıq evin dəhlizində olan mişar daşlarının arasında gizlətdiyini, bıçağı gizlətdiyi yeri ifadəsi yerində yoxlanılan zaman göstərdiyini, hadisəni törədən zaman Xətai Zeynalov ilə ikilikdə olduqlarını və yanlarında başqa heç kimin olmadığını, hadisə vaxtı Xətai Zeynalovun onun sol əlinin baş barmağını dişlədiyini və sol omba nahiyəsinə təpik vurduğunu, sol əlinin üzərində sıyrıq olduğunu, Xətai Zeynalovun əlində hər hansı əşya olmasını görmədiyini, Xətai Zeynalov ilə Cavanşir küçəsində mübahisə edən zaman sonuncu onu yumruq və təpik ilə vurduqdan sonra əlini cibinə atdığından Xətai Zeynalovun onu bıçaqla vuracağını düşünüb gödəkçəsinin sağ cibindən bıçağı çıxararaq özünü müdafiə etmək məqsədilə xəsarətlər yetirdiyini, hadisədən əvvəl “Go” adlı spirtli içki içdiyi üçün sərxoş vəziyyətdə olduğunu, Xətai Zeynalova ilk bıçaq zərbəsini endirdikdən sonra Xətai Zeynalov ona müqavimət göstərdiyindən yerə yıxıldıqlarını və sonrakı zərbələri Xətai Zeynalovun bədəninin hansı nahiyələrindən vurmasını xatırlamadığını, restoranda olan videomüşahidə kameralarını hadisədən əvvəl söndürdüyünü, naqillərini isə hadisənin baş verməsindən sonra kəsdiyini və yaddaş aparatını götürüb yaşadığı evin həyətinə qoyduğunu, kameranı söndürməkdə məqsədinin Xətai Zeynalovun onu söhbətə çağırması olduğunu, belə ki, restoranda davadalaş yaranacağı halda, naqilləri əvvəlcədən kəsərək həmin görüntülərin videomüşahidə kamerasında qeydə alınmasına mane olmaq istədiyini, Xətai Zeynalov ilə yol boyu gedərkən sonuncunun onun sağ tərəfində olduğunu, yol boyu mübahisə zamanı Xətai Zeynalovun ona söyüş söydüyünü, söyüşlərini içinə atsa da Xətai Zeynalova söyüş söyməməsini bildirdiyini, Cavanşir küçəsində yerləşən Nizami Kərimovun həyətyanı sahəsinin tininə çatdıqda aralarındakı mübahisənin kəskinləşdiyini, bu zaman Xətai Zeynalovun ona yumruq atdığını, lakin dəymədiyini, sonradan onun sol omba nahiyəsinə təpik vurduğunu və əlini cibinə atdığını, buna görə də özünün dərhal gödəkçəsinin sağ cibindən qatlanan bıçağı çıxararaq açdığını, daha sonra Xətai Zeynalovun sağ tərəfinə keçərək sağ əlimdə olan bıçaqla kürək nahiyəsinə zərbə vurduğunu, Xətai Zeynalov onunla əlbəyaxa olarkən gödəkçəsindən tutduğunu və həmin vaxt Xətai Zeynalovun artıq dizi üstə yerə çökdüyünü, bu zaman qarşı tərəfdən sonuncunun sinə nahiyəsinə bir neçə dəfə zərbə vurduğunu, lakin həmin zərbələrin sayını xatırlamadığını, həmin anda Xətai Zeynalovun ölməsini bildiyindən qoltuq nahiyəsindən tutub avtomobil əzməsin deyə Nizami Kərimovun həyətyanı sahəsinin barısının kənarında olan otluq yerə uzandırdığını və hadisə yerindən qaçdığını, bıçağı yaşadığı evdən götürən zaman uc hissəsinin əyri olmadığını və bıçağın tiyəsinin uc hissəsinin hansı zərbədən sonra əyilməsini xatırlamadığını, həmçinin törətdiyi cinayət əməlindən çox peşman olduğunu və hadisənin belə nəticələnməsini heç cür istəmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 2002-ci ildə X3 ilə ailə qurmuş və həmin nikahdan iki oğlu dünyaya gəlmişdir. Onlar 2019-cu ilin sentyabr ayına kimi Ukrayna Respublikasında, həmin vaxtdan sonra isə Bakı şəhərində birlikdə yaşamışlar. “COVİD-19” adı ilə tanınan pandemiya ilə bağlı 08 mart 2020-ci il ünvan 3 ünvanında yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs onların evi ilə qonşuluqda yaşadığından o, Naibi uşaqlıqdan tanımış, ancaq qohumluqları və əvvəllər aralarında heç bir ədavət olmamışdır. Hadisə baş verən günədək Xətai ilə Naib arasında münasibətlər yaxşı olmuş, hətta aralarında hər hansı xırda narazılıq belə olmamışdır. Belə ki, onlar çox vaxt evin qarşısında danışıb gülmüş, bir yerdə oturub durmuş, Xətai heç vaxt Naibdən narazılıq etməmişdir. Xətai bir qonşu kimi Naibin atasının olmadığını bilib onun xətrini istəmişdir. 07 may 2020-ci il tarixdə günorta vaxtı Xətai nahar edərək həmişəki kimi evin qarşısına çıxmışdır. Onların yaşadığı evin həyətinin darvazası Tərtər şəhəri H.Əliyev prospektinə açılır. Həmin gün Xətai saat 23:00 radələrində evə gələnədək darvazanın qarşısında aptek işlədən “Qaqaş” ləqəbi ilə tanınan Kəniş və digər 4 nəfər ilə söhbət etmişdir. Hava qaranlıq olduğundan qapının arasından baxmış, Xətaini görüb evə çəkilmişdir. Təxminən saat 00:10 radələrində Xətai evə qayıtmış və ərinə axşam yeməyi təklif etmiş, Xətai isə hələ yemək istəmədiyini, Naibin onu çağırdığını və yeməkxanadakı müştərilər getdikdən sonra, yəni 15-20 dəqiqə sonra çölə çıxmasını dediyini və Naibin onunla nə isə işi olduğunu bildirmişdir. Daha sonra Xətai paltarını dəyişib həmişə evdə geyindiyi paltarları geyinmiş və Naib ilə görüşüb gəldikdən sonra yemək yeyəcəyini demişdir. Ərinin dərman atacağını bildiyindən əlüstü Xətaiyə iki sosiska vermişdir. Xətai təxminən 20 dəqiqə ərzində evdə olduqdan sonra təxminən saat 00:35-də evdən çıxmışdır. Bundan 10-15 dəqiqə sonra Xətainin arxasınca çıxmış, qapıdan baxıb heç kimin olmadığını görmüşdür. Narahat olub həyətdə gəzməyə başlamış, tez-tez həyət qapısını açıb küçəyə baxmışdır. Təxminən saat 01:50 radələrində evə daxil olmuş, öz mobil telefonundan Naib ilə bir evdə yaşayan bacısı Naibənin işlətdiyi “Whatsapp” sosial şəbəkəsindəki səhifəsinə baxmış və 3 dəqiqə əvvəl onlayn olduğunu gördüyündən Naibəyə iki dəfə mesaj yazmışdır. Həmin mesajlarda o, Naibəyə əgər yatmayıbsa ona zəng etməsini qeyd etmiş, cavab gəlmədiyi üçün isə Naibəyə adı çəkilən sosial şəbəkə vasitəsilə zəng etmişdir. Ancaq Naibə bu dəfə də telefona cavab verməmişdir. Həmin vaxt ara küçəyə, yəni Naibin yaşadığı evin qarşısına minik avtomobili gəlmiş və Naibgilin evinin dəmir darvazası bir neçə dəfə açılıb örtülmüşdür. Daha sonra Xətainin qayıtdığını zənn edib evə tərəf getmiş, həmin vaxt gələn avtomobilə doğru baxmamış, avtomobil oradan çıxıb getsə də, Xətai qayıtmamışdır. Həmin vaxtdan Xətainin mobil telefonunda olan hər iki mobil nömrəyə dəfələrlə zəng etsə də, nömrələrdən biri söndürülmüş, digəri isə zəngi çağırsa da Xətai zəngə cavab verməmişdir. Buna görə də təxminən saat 03:00 radələrində onlarla birlikdə yaşayan qaynı Şahid4 yuxudan oyadıb Xətainin Naib ilə birlikdə çıxıb getdiyini, ancaq hələ də qayıtmadığını bildirmişdir. Səlim isə avtomobili işə salaraq qardaşını axtarmaq məqsədilə şəhərə çıxmışdır. Saat 04:00 radələrində Xətainin anası Şahid5 yuxudan oyanmış, Xətainin evə gəlmədiyini bilib Naibin yaşadığı evə gedərək Naibəni üç dəfə çağırmışdır. Naibə bu çağırışlara səs verib darvazanın ağzına çıxmışdır. Afət Naibədən qardaşı Naibi xəbər almış, Naibə qardaşının təxminən saat 00:00 radələrindən yeməkxananı bağlayıb gəlib evdə yatdığını, özünün isə divana uzanıb yuxuya getdiyini bildirmişdir. Daha sonra Naibə onun qayınanası Afət ilə dayandıqları yerə tərəf gələrək darvazanın ağzında onlarla görüşmüş, bu zaman o, X30 çağırdığını söyləmişdir. Naibə isə buna cavab olaraq qardaşı Naibin saat 00:00 radələrindən evdə yatdığını demişdir. Bundan sonra Səlim çıxıb gəlmiş, ancaq qardaşını tapa bilməmişdir. Buna görə də qayınanası Afəti yenidən Naibin yaşadığı evə göndərmiş, bu zaman Naibin özü evdən çölə çıxmışdır. X33 soruşmuş, Naib isə axşam Xətaini Kəniş adlı şəxs ilə sonuncunun işlətdiyi aptekin qarşısında dayandığını, özünün yeməkxananı bağlayıb evə gəldiyini demişdir. Bu səbəbdən Səlim gedib Kənişi çağırmış, Kəniş isə Səlimə axşam Xətai ilə bir yerdə olduqlarını, Xətainin Naib ilə görüşüb ayrıldığını görməsini bildirmişdir. Bundan sonra onlar Naibə işlətdiyi yeməkxananın kameralarına baxmaq istədiklərini demiş, Naib isə kameraların hələ qoşulmadığını bildirmişdir. Daha sonra onlar yeməkxananın sahibi İlqarı çağırmış, İlqar kameralarda nasazlıq olsa da, baxa biləcəklərini demişdir. Buna görə də onlar hamılıqla yeməkxanaya daxil olmuş, həmin vaxt Naibin özü də orada olmuşdur. Ancaq İlqar videomüşahidə aparatının yerində olmadığını görüb Naibdən soruşmuş, Naib isə həmin yerə keçmədiyini söyləmişdir. Bu söhbət baş tutan zaman hava artıq işıqlanmış və onlar Naibin özünü şübhəli aparmaqla oradan uzaqlaşdığını müəyyən etmişlər. Həmin vaxt Afət Naibin qaçdığını, onun arxasınca getməyi bildirmiş, buna görə də Səlim və dostları Naibin arxasınca yollanmışlar. Həmin gün, yəni 08 may 2020-ci il tarixdə saat 07:00 radələrində onlar Cavanşir küçəsində Xətainin meyitinin tapılmasını eşitmişlər. Məlum olmuşdur ki, Xətainin bədəni üzərində bir neçə bıçaq yarası vardır. Buna görə də Naibin Xətaini tək şəkildə öldürmədiyini, bu işdə başqa şəxslərin də iştirak etdiyini hesab etmişdir. Belə ki, onlar həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs görərkən üz-gözündə heç bir sıyrıq, cızıq, və qan ləkəsi olmamış, ancaq, Xətainin çeçələ barmaqlarında dırnaqları uzun olmuşdur. Bundan başqa Xətai və Naibin qarşılıqlı əlbəyaxa olduqları halda, sonuncunun üz-gözündə sıyrıq olmalı olduğunu, Naibin tək şəkildə Xətaiyə gücü çatmayacağını, Xətainin heç vaxt narahat ayaqqabı ilə uzağa getmədiyini, hadisə vaxtı mərhum ərinin ayağında olmuş ayaqqabının oğluna məxsus olduğunu, buna görə də Xətainin, meyitinin aşkar edildiyi yerdə öldürülmədiyini, başqa yerdə öldürüb avtomobil ilə gətirib həmin yerə qoyulduğunu, Xətainin Naib ilə münasibətlərinin yaxşı olduğunu, ona görə də hadisəni Xətai ilə pis münasibəti olan başqa şəxsin Naib ilə birlikdə törətdiklərini, ancaq konkret olaraq heç kimdən şübhələnmədiyini, Xətai öldürüldükdən sonra istifadəsində olan mobil telefonun barmağı telefona toxundurulmaqla kodunun açıldığını, lakin Xətainin telefonunun nə məqsədlə açılmasını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X23 onun işlətdiyi aptekin binasının sahibi olmuşdur. 08 may 2020-ci il tarixdə saat 06:00 radələrində Xətainin qardaşı Səlim və bacanağı Zöhrab onun qardaşının evinə gələrək Xətainin dünən axşamdan evə gəlmədiyini demiş və birlikdə gedib kamera görüntülərinə baxmağı bildirmişlər. Onlar Səlim və Zöhrab ilə birlikdə aptekə gələrkən Xətainin qonşusu Naibin küçədə dayandığını görmüşlər. Buna görə də Naibdən “Turan eli” restoranının kamera görüntülərinə baxmağı xahiş etmiş, Naib isə onlara kameranın yaddaş blokunun olmadığını bildirmişdir. Daha sonra onlar aptekin kamerasına baxsalar da, heç nə müəyyən edə bilməmişlər. Bundan sonra Zöhraba məxsus avtomobil ilə Tərtər rayon polis şöbəsinə gedib Xətainin barəsində məlumat olub-olmaması ilə maraqlanmış, ancaq heç bir məlumat olmadığını öyrənmişlər. Daha sonra xəstəxanaya yollanmış və oradan da Xətai barəsində heç bir məlumat ala bilməmişlər. Sonra Xətainin yaşadığı evin yanına gəlmiş və Səlim vasitəsilə Xətainin dostları ilə zəngləşmiş, ancaq onların heç biri telefona cavab verməmişdir. Buna görə də onlar Dəyanət və Ceyhun adlı həmin dostların evinə gedərək onlarla görüşmüş, ancaq onlar da Xətainin harada olması barədə məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra onlar yenidən Xətainin yaşadığı evin qarşısına gəlmiş, Xətainin qohumlarının orada toplaşdıqlarını görmüş, həmçinin Səlimin yaxını olan Mübariz adlı polis əməkdaşı da həmin yerdə olmuşdur. Həmin vaxt Xətainin anası Afət ona Xətainin başına nə gəlibsə, Naibin obyekti istiqamətində gəldiyini və gedib həmin yerdəki kameraya baxmağı demişdir. Bu səbəbdən onlar yenidən Naibin obyektinə getmişlər. Onlar obyektin icarədarı İlqarın orada olduğunu görüb İlqardan kameranın işləyib-işləmədiyini soruşmuş, İlqar isə kameranın işlədiyini, ancaq yaddaş aparatını kiminsə götürdüyünü demişdir. Buna görə də onlar Naibdən nə üçün yalan dediyini soruşmuş, bu zaman Naib tutulmuş və özünü şübhəli aparmağa başlamışdır. Həmin vaxt Xətainin xalası Mərziyyə Naibin üzərinə getməməyi tapşıraraq məsələni aydınlaşdırmaq üçün onları həmin yerdən uzaqlaşmışdır. Onlar uzaqlaşan kimi Xətainin anası X31çdığını demişdir. O isə Zöhrab ilə birlikdə sonuncuya məxsus avtomobil ilə Naibin arxasınca yollanmış və polis əməkdaşı Mübarizin də Naibi axtardığını görmüşlər. Mübarizin avtomobili köhnə olduğundan Zöhrabın avtomobilinə əyləşmiş və onlar birlikdə Naibi tapıb polis şöbəsinə təhvil vermək üçün getmişlər. Onlar Naibin “VAZ-2106” markalı taksi avtomobilinə əyləşərək Bərdə şəhəri istiqamətində getdiyini görüb həmin avtomobili müşayiət etmiş, bununla belə taksi avtomobili uzaqlaşmaqda davam etmişdir. Daha sonra Zöhrab onu və Mübarizi Bərdə şəhərində yerləşən "xxxx" ASC-nin filialı qarşısında düşürüb çıxıb getmişdir. Onlar avtomobildən düşəndə Naibin “VAZ-21015” markalı, metal rəngli avtomobilə əyləşib qaçdığını görmüşlər. Naib həmin avtomobil ilə Yevlax şəhəri istiqamətində getmiş, daha sonra Zöhrab avtomobil ilə geri qayıdaraq onu və Mübarizi götürmüşdür. Bu zaman onlar Zöhraba Naibin “VAZ-21015” markalı, metal rəngli avtomobilə əyləşib qaçdığını söyləmişlər. Bunun ardınca onlar əvvəlcə Bərdə şəhəri ərazisində yerləşən avtovağzala, oradan isə Səlimi də götürüb Bərdə rayonunun çıxışındakı yol polisi postuna getmişlər. Həmin yerə çatanda Xətainin qardaşı Səlimə Xətainin meyitinin tapılması ilə bağlı zəng edilmiş, buna görə də onlar Tərtər rayonuna geri qayıtmışlar. Hadisə yerinə çatan zaman Xətainin bıçaqla qətlə yetirildiyini müəyyən etmiş, bir qədər sonra isə hüquq-mühafizə orqanının əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Bundan başqa Xətai Zeynalov və Təqsirləndirilən şəxs arasında hər hansı münaqişə olub-olmaması barədə heç bir məlumatı olmadığını, həmçinin Xətai Zeynalovun hər hansı şəxs ilə münaqişə yaradan adam olmadığını və hadisənin hansı səbəbdən baş verməsini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X23 onun bacanağı olmuşdur. 08 may 2020-ci il tarixdə baldızı Xəyalə onun mobil telefonuna zəng edərək saat 00:00 radələrində Xətainin yaşadığı evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirmişdir. Buna görə də dərhal Xətainin yaşadığı evə getmiş və oradan Xətainin qardaşı Səlim ilə birlikdə Xətainin kiminlə birlikdə getdiyinə kameradan baxmaq məqsədilə icarədarı olan Kənişin evinə yollanmışlar. Həmin vaxt Kənişin atası oğlunun qardaşıgildə olduğunu demiş, onlar da Kənişin qardaşının evinə gedib Kənişi oradan götürərək geri qayıtmışlar. Təxminən saat 06:00 radələrində geri qayıdan zaman Xətainin qonşusu Naibin küçədə dayandığını görmüşlər. Buna görə də Naibdən “Turan eli” restoranının kamera görüntülərinə baxmağı xahiş etmiş, Naib isə onlara kameranın yaddaş blokunun olmadığını bildirmişdir. Daha sonra onlar Kənişin işlətdiyi obyektin kamerasına baxsalar da, heç nə müəyyən edə bilməmişlər. Bundan sonra özünə məxsus avtomobil ilə Tərtər rayon polis şöbəsinə gedib Xətainin barəsində məlumat olubolmaması ilə maraqlanmış, ancaq heç bir məlumat olmadığını öyrənmişdir. Daha sonra xəstəxanaya yollanmış və oradan da Xətai barəsində heç bir məlumat ala bilməmişdir. Sonra Xətainin yaşadığı evin yanına gəlmiş və Səlim vasitəsilə Xətainin dostları ilə zəngləşmiş, ancaq onların heç biri telefona cavab verməmişdir. Buna görə də onlar Dəyanət və Ceyhun adlı həmin dostların evinə gedərək onlarla görüşmüş, ancaq onlar da Xətainin harada olması barədə məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra onlar yenidən Xətainin yaşadığı evin qarşısına gəlmiş, Xətainin qohumlarının orada toplaşdıqlarını görmüş, həmçinin Səlimin yaxını olan Mübariz adlı polis əməkdaşı da həmin yerdə olmuşdur. Həmin vaxt Xətainin anası Afət ona Xətainin başına nə gəlibsə, Naibin obyekti istiqamətində gəldiyini və gedib həmin yerdəki kameraya baxmağı demişdir. Bu səbəbdən onlar yenidən Naibin obyektinə getmişlər. Onlar obyektin icarədarı İlqarın orada olduğunu görüb İlqardan kameranın işləyib-işləmədiyini soruşmuş, İlqar isə kameranın işlədiyini, ancaq yaddaş aparatını kiminsə götürdüyünü demişdir. Buna görə də onlar Naibdən nə üçün yalan dediyini soruşmuş, bu zaman Naib tutulmuş və özünü şübhəli aparmağa başlamışdır. Həmin vaxt Xətainin xalası Mərziyyə Naibin üzərinə getməməyi tapşıraraq məsələni aydınlaşdırmaq üçün onları həmin yerdən uzaqlaşmışdır. Onlar uzaqlaşan kimi Xətainin anası Afət ona Naibin qaçdığını demişdir. Bundan sonra Kəniş ilə birlikdə özünə məxsus avtomobil ilə Naibin arxasınca yollanmış və polis əməkdaşı Mübarizin də Naibi axtardığını görmüşlər. Mübarizin avtomobili köhnə olduğundan Zöhrabın avtomobilinə əyləşmiş və onlar birlikdə Naibi tapıb polis şöbəsinə təhvil vermək üçün getmişlər. Onlar Naibin “VAZ-2106” markalı taksi avtomobilinə əyləşərək Bərdə şəhəri istiqamətində getdiyini görüb həmin avtomobili müşayiət etmiş, bununla belə taksi avtomobili uzaqlaşmaqda davam etmişdir. Daha sonra Kəniş və Mübarizi Bərdə şəhərində yerləşən "xxxx" ASC-nin filialı qarşısında düşürüb çıxıb getmiş və Naibin qaçdığı avtomobilə çatanda Naibin avtomobildə olmadığını görmüş, taksi sürücüsü ona Naibin avtomobildən enərək Yevlax şəhəri istiqamətində getdiyini demişdir. Daha sonra avtomobil ilə geri qayıdaraq Kəniş və Mübarizi düşürdüyü yerdən götürmüşdür. Bu zaman Kəniş və Mübariz ona Naibin “VAZ-21015” markalı, metal rəngli avtomobilə əyləşib qaçdığını söyləmişlər. Bunun ardınca onlar əvvəlcə Bərdə şəhəri ərazisində yerləşən avtovağzala, oradan isə Səlimi də götürüb Bərdə rayonunun çıxışındakı yol polisi postuna getmişlər. Həmin yerə çatanda Xətainin qardaşı Səlimə Xətainin meyitinin tapılması ilə bağlı zəng edilmiş, buna görə də onlar Tərtər rayonuna geri qayıtmışlar. Hadisə yerinə çatan zaman Xətainin bıçaqla qətlə yetirildiyini müəyyən etmiş, bir qədər sonra isə hüquq-mühafizə orqanının əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Bundan başqa Xətai Zeynalov və Təqsirləndirilən şəxs arasında hər hansı münaqişə olub-olmaması barədə heç bir məlumatı olmadığını, həmçinin Xətai Zeynalovun hər hansı şəxs ilə münaqişə yaradan adam olmadığını və hadisənin hansı səbəbdən baş verməsini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X3 onun qardaşı olmuşdur. Xətai 2002-ci ildə Xəyalə Paşayeva ilə ailə qurmuş və həmin nikahdan iki xəstə övladı dünyaya gəlmişdir. Xətai ailəsi ilə birlikdə əvvəllər Ukrayna Respublikasında, sonradan isə Bakı şəhərində yaşamış, 08 mart 2020-ci il tarixdə “COVİD-19” adı ilə tanınan pandemiya ilə bağlı ünvan 3 ünvanında onunla və anası ilə birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs onun ailəsi ilə qonşuluqda yaşamışdır. Naibi uşaqlıqdan tanımış, aralarında qohumluq və heç bir ədavət olmamışdır. Hadisə baş verən günədək Xətai ilə Naibin münasibətləri yaxşı olmuşdur. 07 may 2020-ci il tarixdə saat 00:20 radələrində yaşadığı evə gəlib özünə məxsus olan avtomobili həyətə daxil etmiş və Xətainin hələ evə gəlmədiyini düşünüb giriş qapısını bağlamamışdır. Daha sonra evə daxil olub Xətainin evdə yemək yediyini görmüş və bu səbəbdən qayıdıb qapını bağlayacağını bildirmişdir. Bu zaman Xətai ona qapını bağlamamasını demişdir. Buna baxmayaraq qapını içəri tərəfdən bağlayaraq yatmışdır. Gecə saatlarında Xətainin arvadı Xəyalə onu yuxudan oyadaraq Xətainin evdən çıxıb hələ də gəlmədiyini, telefon zənglərinə də cavab vermədiyini bildirmişdir. Buna görə də tez yerindən qalxıb saata baxmış və saatın 03:20 olduğunu görmüşdür. Daha sonra dərhal əynini geyinib avtomobili işə salaraq həyətdən çıxmış və Tərtər şəhərinin mərkəzi küçələrini gəzmiş, eyni zamanda qardaşının mobil telefonuna zənglər etmişdir. Ancaq Xətainin mobil telefonunda olan hər iki mobil nömrəyə dəfələrlə zəng etsə də, nömrələrdən biri söndürülmüş, digəri isə zəngi çağırsa da Xətai zəngə cavab verməmişdir. Təxminən 15-20 dəqiqə ərzində şəhəri gəzib Xətaini axtarandıqdan sonra evə qayıtmış, gələrkən Ceyhuna dəfələrlə zəng etmiş, ancaq zəngə cavab ala bilməmişdir. Daha sonra Kənişə zəng etmiş, ancaq Kəniş də zəngə cavab verməmişdir. Həmin vaxt artıq saat 05:00 radələri olduğunda hava işıqlanmışdır. Yaşadığı evə gələndə Xətainin bacanağı Zöhrabın da Xətaidən xəbər ala bilməmələri xəbərini eşidib gəldiyini görmüşdür. Bundan sonra Zöhrab ilə birlikdə yaşadığı evin qarşısında yerləşən aptekdə işləyən tanışı Kənişi oyatmaq üçün getmiş və həmin aptekdəki kamera görüntülərinə baxmışlar. Bu zaman təxminən saat 00:00 radələrinədək Xətainin dostları Kəniş və Kənişin qardaşı Nicat ilə birlikdə dayanıb söhbət etdiklərini, saat 00:08-də Kəniş və Nicatın apteki bağlayıb getdiklərini, Xətainin isə yaşadığı evə daxil olmaqla görüntüdən itdiyini görmüşlər. Aptekdəki kamera görüntülərini izlədikdən sonra o, Naib ilə görüşərək işlədiyi yeməkxanadakı kameraların işləyib-işləmədiyini soruşmuş, Naib isə ona kameralar yerləşdirilsə də, hələ quraşdırılmadıqlarını bildirmişdir. Bu səbəbdən kameralar quraşdırmaq işi məşğul olan Turala zəng etmiş və Naibgilin restoranının kamerasının işlədiyini öyrənmişdir. Tural gələnədək restoranı işlədən İlqar gəlib çıxmış, onlar birlikdə içəri keçib kamera görüntülərinə baxmışlar. Ancaq içəri daxil olmazdan əvvəl İlqar kameralarda bir qədər problem və nasazlıq olduğunu, ancaq yenə də baxmağın mümkün olduğunu söyləmişdir. Onlar videomüşahidə aparatının qoyulduğu piştaxtaya yaxınlaşanda İlqar yaddaş aparatını orada görməmiş və Naibdən aparatın harada olduğunu soruşmuşdur. Naib də ona aparatlar olan yerə keçmədiyini, aparatı götürmədiyini bildirmişdir. Sonra İlqar mətbəxə keçmiş və aparatı naqilləri kəsilmiş vəziyyətdə gətirmişdir. Ancaq Naibdən aparatın naqillərinin kim tərəfindən kəsildiyini soruşmamışdır. Çünki hər gün restoranı gecə Naibin özü içəridən bağlamışdır. Daha sonra onlar Turalın arxasınca avtomobil göndərmiş, bu zaman Naibi içəridə görməmişdir. Daha sonra diqqətlə baxdıqda anası Afətin də yanında olmadığını müəyyən etmişdir. Restorandan bayıra çıxdıqda anası ona Naibin qaçdığını, buna görə də dərhal polis əməkdaşı Mübarizin avtomobil ilə Naibin arxasınca getdiyini, Kənişin də Zöhrabın ilə birlikdə sonuncunun avtomobili ilə Naibin arxasınca yollandığını demişdir. Bir-iki dəqiqə sonra Kəniş mobil telefon vasitəsilə ona zəng edərək Naibin zavodun yanından taksiyə oturub getdiyini və arxasınca yollandıqlarını demiş, öz avtomobili ilə Naibin istiqamət götürdüyü Bərdə şəhərinə doğru getmişdir. Tərtər və Bərdə rayonları arasındakı posta çatıb dayanaraq Tərtər şəhərinə qayıtmaq istəyəndə onun mobil telefonuna zəng edilmiş və Xətainin meyitinin Cavanşir küçəsində tapılması ilə bağlı xəbər verilmişdir. Sonradan Naibin yaxınları tərəfindən gətirildiyini və Xətaini öldürməsini etiraf etdiyini eşitmişdir. X43 tək öldürmədiyini, bunun planlaşdırılmış iş olduğunu, qətlin sifariş əsasında həyata keçirildiyini, ancaq hazırda konkret olaraq heç kimdən şübhələnmədiyini, cinayəti törədən ikinci şəxs barədə dəqiq məlumatı olmasa da, Xətainin kiminlə problem yaşamasını mütləq yaxın olduğu Dəyanət, Ceyhun və digər dostlarından birinə demiş olduğunu, çünki Xətainin bütün gün Ceyhun, Dəyanət, polis əməkdaşı Ruslan ilə birlikdə olduğunu, Ceyhuna məxsus avtomobildə əyləşərək saatlarla Ceyhun ilə gərgin söhbətlər etməsinin şahidi olduğunu bildirmişdir. Bundan başqa Xətainin ayağında öz ölçüsünə uyğun olmayan, oğlunun dabanı basılmış çit ayaqqabı ilə evdən çıxmasının evdən arxayın şəkildə, mübahisə yaranacağını bilmədən çıxmasına dəlalət etdiyini, qardaşını hadisədən 3-4 gün əvvəl gərgin, dilxor vəziyyətdə görsə də, bu barədə Xətaidən heç nə soruşmadığını, qeyd olunan dilxorçuluğun Xətainin ürəyində olan narahatçılıq səbəbindən yaranmasını hesab etdiyini, hadisədən 3 gün əvvəl Xətainin ürəyi narahat olduğuna görə qardaşını həkimə apardığını, Xətainin hadisədən bir neçə gün əvvəl Mübariz ilə arasında mübahisəsi yarandığını, Dəyanətin Xətaiyə mesaj yazaraq Mübariz ilə görüşməsini xatırlatdığını, hadisədən 3 gün əvvəl Xətainin arvadı Xəyaləyə “Mübariz mənim haqqımda səhvə yol verib. Mən onu yerinə oturtdum. Dedim ki, mən sözümü yeyən oğlan deyiləm” sözlərini dediyini, ancaq həmin söhbətin nədən ibarət olmasını bilmədiyini, Xəyalənin həmin gün Xətai evə gəlib bu söhbəti danışdıqdan sonra sonuncunun mobil telefonuna baxan zaman Xətainin Mübarizin qonşusu olan Yavər adlı şəxs ilə 15 dəqiqə danışdığını, Yavərdən əvvəl isə Mübariz ilə danışdığını, həmin şəxslər arasında söhbətin nədən getdiyini, həmin şəxslərin Xətainin kiminlə söz-söhbəti, mübahisəsinin yaranmasını bildiklərini, 07 may 2020-ci il tarixdə saat 19:00 radələrində Xətainin yaşadığı evin qarşısında yerləşən bərbərxanada Vasif adlı bərbərə oğlunun saçını kəsdirən zaman, bərbərxananın içərisində Xətai ilə oraya gəlmiş bir nəfər arasında pul söhbətinin olduğunu, Vasifin deməsinə görə həmin şəxsin Xətaidən borcunu istədiyini və bu zaman Xətainin həmin borc sahibinə “Sən mənə vaxt qoya bilməzsən” sözlərini dediyini, daha sonra Xətai və həmin şəxsin bərbərxanadan bayıra çıxdıqlarını, təxminən 5-6 il əvvəl Mübarizin anası Ukrayna Respublikasına gedən zaman Xətaiyə 100 ABŞ dolları məbləğində pul göndərdiklərini, həmin pulun Xətaiyə çatmadığını, Xətai Mübarizə zəng edərkən Mübarizin bəhanələr gətirib həmin pulu vermədiyini, ona görə də Xətai və Mübariz arasında mübahisə yarandığını, əvvəllər Naibin yanında un və taxıl satan Hacı adlı şəxsin Kənişin işlədiyi obyektin yanında yerləşən elektrik avadanlıqları satılan mağazada satıcı işləyən Xəyala Naibin əvvəllər bir neçə dəfə Xətainin üzərinə getmək istədiyini, ancaq Hacının buna imkan vermədiyini, 07 may 2020-ci il tarixdə Naibin Hacıya “Hacı, narahat olma, o söhbət qurtardı” sözlərini dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X3 onun oğlu olmuşdur. Xətai 2002-ci ildə Xəyalə Paşayeva ilə ailə qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Xətai əvvəllər ailəsi ilə birlikdə Ukrayna Respublikasında, sonralar isə Bakı şəhərində yaşamış, 2020-ci ilin mart ayında ailəsini də götürüb Novruz bayramı münasibəti ilə ünvan 3 ünvanında onunla birlikdə yaşamağa başlamışdır. Digər oğlu Səlim də həmin ünvanda onlarla birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs onlarla qonşu olmuş və Hümbəti uşaqlıqdan tanımışdır. Bununla belə aralarında heç bir qohumluq münasibəti, o cümlədən heç bir ədavət olmamışdır. Hadisə baş verədək oğlu Xətai ilə Naibin münasibətləri həmişə yaxşı olmuşdur. Hətta söz düşəndə Naibi tərifləyərək yetim və tək olsa da, ancaq zəhmətkeş olduğunu demişdir. 07 may 2020-ci il tarixdə gecə saatlarında evdə yatdığı vaxt saatın neçə olduğunu bilməsə də, səsindən oğlu Xətainin evə gəldiyini bilmiş və paltarını dəyişdiyini hiss etmişdir. Gəlini Xəyalə oğluna yemək vermiş və oğlunun evə gəldiyindən arxayın olub yuxuya getmişdir. Ancaq Xətainin evdən nə vaxt çıxıb getdiyini bilməmişdir. Gecə yarıdan keçmiş yuxudan ayılıb bayıra çıxanda gəlini Xəyalənin həyətdə olduğunu və qapıların açıq olduğunu görmüşdür. Həmin vaxt Xəyalə ona Xətainin saat 01:30 radələrində Naibin çağırışı ilə evdən çıxdığını, ancaq geri qayıtmadığını demişdir. Buna görə də Naibgilin yaşadığı həyətin qapısına doğru gedib Naibi, daha sonra isə bacısı Naibəni səsləmiş, Naibə dərhal bayıra çıxanda Xətainin Naib ilə birlikdə getdiyini, ancaq hələ də evə gəlmədiyini söyləmiş və Naibin harada olmasını soruşmuşdur. Naibə isə cavabında ona Naibin işlədiyi obyekti bağlayaraq gəlib yatdığını, heç yerə çıxmadığını demişdir. Daha sonra yenidən Naibəyə qardaşını çağırmasını söyləmiş, elə həmin vaxt Naib çölə çıxmışdır. Bu zaman Naibi heç kim oyatmamış, oyaq olmuşdur. Naib çölə çıxdıqdan sonra ona Xətaini görmədiyini, işlədiyi obyekti təxminən saat 00:30 radələrində bağlayıb evə gələrək yatdığını demişdir. Naibin dediklərinə inanmış, ancaq Naib onun üzünə baxmadan danışdığına görə şübhələnib gəlini Xəyaləyə videokameralara baxmaq lazım gəldiyini bildirmişdir. Həmin vaxt arrtıq hava işıqlaşmış, Naib gedib işlədiyi obyekti açmış, Səlim də artıq gəlmişdir. Səhər tezdən bacısı Mərziyyə ilə Naibin yanına gedərək kamera görüntülərinə baxmaq istədiklərini, bəlkə də Xətainin haraya getməsinin görüntülərdə öz əksini tapdığını demişlər. Naib isə onlara kameraların işləməsinə baxmayaraq, qoşulmadığını söyləmişdir. Daha sonra Naib işlədiyi restorana daxil olmuş, onlar da Naibin arxasınca içəri keçmişlər. Bu zaman Naib onlara Xətainin dünən axşam Ceyhun və Dəyanət adlı dostları ilə çay içib getdiyini, bundan sonra Xətaini görmədiyini bildirmişdir. Həmin vaxt oraya restoranın sahibi İlqar gəlmiş, kamera görüntülərinə baxmaq istəyərkən videomüşahidə aparatının işçilər tərəfindən hara isə qoyulduğunu və tapacağını demiş, bir qədər sonra isə sözügedən aparatı mətbəxdən tapıb gətirmişdir. Bu zaman onlar aparatın kabellərinin hamısının kəsildiyini görmüşlər. Bunu görən Naib “Afət xala, mən Xətaiyə nə edənəm ki? Onu canımdan çox istəyirəm” sözlərini demiş, həmin vaxt İlqar səsini çıxarmamış və naqillərin kim tərəfindən kəsilməsini heç kimdən soruşmamışdır. Bu zaman o, Naibin artıq küçədə qaçdığını görüb Zöhraba bu barədə xəbər etmiş, buna görə də küçədə olanlar Naibin arxasınca getmişlər. Təxminən 1 saat yarım sonra Xətainin meyiti Tərtər şəhəri Cavanşir küçəsində aşkarlanmış, oğlunun məhz Naib tərəfindən öldürüldüyünü eşitmişdir. Ancaq Naibin bu cinayəti tək törətmədiyini, vasitəçi kimi Xətaini evdən çağırıb kiminsə göstərişi ilə qətlə yetirdiyini, çünki, anası və bacısının deməsinə görə, Naibin çoxlu borcları olduğunu qeyd etmişdir. Bu qənaətə gəlmək üçün bir neçə səbəb göstərmişdir. Birincisi, Naibin oğlu Xətai ilə qarşılıqlı əlbəyaxa olacağı halda, Xətainin çeçələ barmaqlarındakı dırnaqlarının uzun olması səbəbindən Naibin üz-gözündə sıyrıqlar yaranmalı olduğunu, ancaq həmin gün səhər saatlarında Naibi yaxından görən zaman onun üz-gözündə heç bir sıyrıq, cızıq və qan ləkəsi aşkar etmədiyini, ikincisi, Naibin Xətaiyə tək şəkildə gücünün çatmayacağını, üçüncüsü hadisə zamanı Xətainin ayağında oğluna məxsus, dabanı basılmış çit ayaqqabı olduğunu, bu səbəbdən Xətainin uzağa gedə bilməyəcəyini demişdir. Həmçinin oğlunun ölümündə Naibin bacısı Naibədən də şübhələndiyini, belə k, Mərziyyə ilə birlikdə Naibədən qardaşının harada olmasını soruşanda Naibənin tez çölə çıxdığını, Naibənin onun “Nə yaxşı yatmamısan?” sualına “Həyəti, qapının ağzını yuyub indi uzanmışdım ki, səsini eşitdim” sözləri ilə cavab verdiyini, daha sonra onları yaşadığı evə baxmağa buraxdığını, evə girərkən yataq otağındakı bütün pal-paltarın yerə tökülmüş və dağınıq vəziyyətdə olduğunu bildirmişdir. Əlavə olaraq o, oğlu Xətainin “Doqu” ləqəbi ilə tanınan Ceyhun adlı şəxsin avtomobilində oturaraq saatlarla söhbət etdiyini, “Dido” ləqəbi ilə tanınan Dəyanət adlı şəxs ilə birgə çox vaxt keçirdiyini, hadisədən 2 gün əvvəl gecə saat 00:00 radələrində zibil atarkən Xətai Ceyhunun avtomobilinin ön oturacağında əyləşib əli ilə nə isə barədə danışdığını, onu görən kimi avtomobilin qapısını açıb yerə düşərək ona zibili yerə qoyub çıxıb getməsini dediyini, daha sonra yenidən avtomobilə əyləşdiyini, bu səbəbdən Ceyhun və Dəyanət adlı şəxslərin Xətainin hər hansı şəxs ilə problemi olacağı halda, bu barədə bildiklərini, hadisədən 3 gün əvvəl Xətainin arvadı Xəyaləyə “Mübariz mənim haqqımda səhvə yol verib, mən də onu yerinə oturtdum. Dedim, mən sözümü yeyən oğlan deyiləm” sözlərini dediyini, ancaq söhbətin nədən getməsini bilmədiyini, Xəyalənin deməsinə görə, Xətainin evə gəlib bu söhbəti danışdıqdan sonra ərinin telefonuna baxıb Mübariz adlı şəxsin qonşusu olan Yavər adlı şəxs ilə arasında 15 dəqiqə müddətində telefon danışığı baş tutmasını aşkarladığını, ona görə də həmin şəxslərin söhbətin nədən ibarət olması, Xətainin hansı şəxs ilə arasında söz-söhbət və ya mübahisə yaranmasını bildiklərini söyləmişdir. Bundan başqa o, 07 may 2020-ci il tarixdə Xətainin evin qarşısındakı bərbərxanada işləyən Vasifə oğlunun saçını kəsdirərkən oraya gəlmiş bir nəfər ilə arasında pul söhbəti olduğunu, Vasifin onlara deməsinə görə, həmin şəxsin Xətaidən borcunu istədiyini, Xətainin isə həmin şəxsə “Sən mənə vaxt qoya bilməzsən” sözlərini dediyini, hadisənin baş verdiyi gecə Naibin dayısı Elbəyinin oğlu Anarın Naibin işlədiyi restorana gəlib sonuncu ilə ikilikdə söhbət etdiyini, eşitdiyinə görə Tərtər şəhər sakinləri Sənan və “Ülü” adlı şəxslərin tez-tez Naibin yanında olduqlarını, “Qaqaş” ləqəbi ilə tanınan Kəniş adlı şəxsin hadisənin baş verdiyi gecə saat 00:00 radələrində işlədiyi apteki bağlayıb evə gedərkən Xətai ilə Naibin nə isə barəsində danışaraq aralaşdıqlarını gördüyünü, həmin vaxt Ceyhun adlı şəxsə məxsus avtomobilin restoranın qarşısında dayandığını, Ceyhun, Dəyanət və Vüqar adlı şəxslərin isə həmin restoranın içərisində oturduqlarını, bütün bunlara görə sözügedən şəxslərin Xətaini Ceyhuna məxsus avtomobil ilə həmin yerdən aparıb birlikdə öldürmələrindən şübhələndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Naib orta məktəbdə onun sinif yoldaşı olmuşdur və Naib ilə aralarında dostluq münasibətləri vardır. Hadisədən təxminən 1 ay əvvəl Bərdə rayonu Mirzəxan kəndində müvəqqəti yaşayaraq baramaçılıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 08 may 2020-ci il tarixdə saat 08:31-də Naib ona mobil telefon vasitəsilə zəng edərək hansı kənddə yaşadığını soruşmuş, Naibə Mirzəxan kəndində olduğunu demişdir. Bundan sonra Naib telefonu söndürmüş və saat 08:49-da Naibin anası Sədaqət ona zəng edərək oğlunu xəbər almışdır. Sədaqətə Naibin ona zəng etdiyini və onun yanına gələcəyini deməsini bildirmişdir. Ardınca Sədaqətdən nə baş verdiyini soruşmağa çalışan zaman sonuncu telefonu söndürərək ona heç bir məlumat verməmişdir. Təxminən 20-30 dəqiqə sonra isə Naib yenidən ona zəng edib yaşadığı kəndə gəldiyi barədə xəbər vermiş və qarşılamasını xahiş etmişdir. Naibi qarşılayan zaman özündə olmadığını, əsdiyini müşahidə etmiş, Naibi yaşadığı evə aparmışdır. Yaşadığı evdə Naibdən nə baş verdiyini soruşmuş və Naib ona əvvəllər özünün də tanıdığı qonşusu olan Xətai Zeynalovu bıçaqla vurub öldürdüyünü bildirmişdir. Naibdən nə üçün belə etdiyini soruşduqda, Naib Xətainin həmişə arxasınca nalayiq sözlər danışdığını, həmin gün onu yenə də söyüb təhqir etdiyini, ona görə də Xətaini bıçaqla bir neçə dəfə vuraraq öldürdüyünü söyləmişdir. Daha sonra Naibə onsuz da tutulacağını, bu səbəbdən gedib təslim olmasını məsləhət görmüşdür. Naib isə polis əməkdaşlarının ona qaçmasına görə acıqları tutacağından polis şöbəsinə getməyə qorxduğunu demişdir. Bu zaman o, Naibə birlikdə prokurorluğa getməyi və təslim olmasını təklif etmişdir. Onlar bu səpkidə söhbət edərkən saat 09:59-da Naibin bacısı Naibə istifadəsində olan 051 *** ** ** mobil nömrəsi ilə onun istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə zəng edərək yenidən Naibi soruşduqda Naibin yanında olduğunu bildirmişdir. Bir qədər sonra Naibin anası ona qardaşı Elbəyi ilə birlikdə gəlib Naibi təslim etmək məqsədilə götürüb aparacaqlarını söyləyərək onlar gələnədək Naibin yanında gözləməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqə sonra Naibin anası Sədaqət, dayısı Elbəyi və dayısı oğlu Anar gəlib Naibi götürərək Tərtər rayon polis şöbəsinə təslim etmək üçün aparmışlar. Sonra isə özü də könüllü şəkildə ifadə vermək üçün Tərtər rayon prokurorluğuna gəlmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Xətai Zeynalovu söyüş söyməsi səbəbi ilə Tərtər şəhəri Cavanşir küçəsində öldürməsi, həmin vaxt yanlarında başqa heç kimin olmaması, Xətai Zeynalovun bıçaqla vuran kimi dərhal ölməsi barədə ona danışdığını, ancaq vurulan bıçaqların dəqiq sayını demədiyini, özünün də bu barədə Təqsirləndirilən şəxs heç nə soruşmadığını, Təqsirləndirilən şəxs və Xətai Zeynalov arasında təxminən 3 ay əvvəl də mübahisənin baş verdiyini, bu mübahisəni Təqsirləndirilən şəxs işlətdiyi yeməkxanada olarkən gördüyünü, Təqsirləndirilən şəxs ona Xətai Zeynalovu öldürməsini dedikdən təxminən yarım saat sonra anasının zəng etdiyini və törətdiyi cinayət barədə ona məlumat verdikdən sonra söhbət edərək təslim olmasına çalışdığını, təslim olmayacağı halda özünün bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyini, ancaq həm Təqsirləndirilən şəxs özü təslim olmağa razılıq verdiyindən, həm də anası qohumları ilə birlikdə gələrək Təqsirləndirilən şəxs aparacaqlarını bildirdiyindən bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyi lüzum bilmədiyini, Təqsirləndirilən şəxs ona hadisənin gecə saatlarında baş verməsini desə də, hadisənin baş vermə saatı barədə dostu ilə heç nə danışmadığını və Təqsirləndirilən şəxs həyəcanlı olması səbəbindən onu çox sorğu-suala tutmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X23 ilə heç bir qohumluğu, ədavəti yoxdur, hər ikisini Tərtər rayon sakini kimi tanımışdır. Bundan başqa münasib yer olduğu üçün Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri, H.Əliyev prospektində yerləşən həyətlərində “Turan Eli” adlı ailəvi restoran tikdirmiş, həmin binanın tikildiyi yeri Naibdən icarəyə götürmüşdür. Restoran təxminən 2020-ci ilin mart ayında açılmışdır. Təqsirləndirilən şəxs restoranda işləməyi təklif etsə də, Naib Moskvaya gedəcəyini bildirmiş, buna görə də rəsmi işçi olmamışdır. Bununla belə Naib Moskvaya getmədiyinə görə ona köməklik etmiş, öz həyətləri olduğu üçün arxa qapının açarları Naibdə olmuş və səhərlər tezdən restoranı açmışdır. Xətai Zeynalovu yaxından tanımamışdır, işlətdiyi restoranla qonşuluqda yaşamış, karantin müddətində bir neçə dəfə görüb salamlaşmış, evlərinə gedən qaz turbası ilə bağlı söhbət edərək maneçilik törədən turbanın qaz idarəsi tərəfindən kəsilməli olduğu barədə Xətainin fikrini dəstəkləmişdir. 07 may 2020-ci il tarixdə təxminən saat 24 radələrinə kimi restoranda olub evə getmiş, ondan əvvəl restoranda müştərilər olmuş, lakin həmin şəxslərin kimliyinə fikir verməmişdir. Həmin axşam evə getdikdə artıq restoranın bağlanma vaxtı olduğundan Naib restoranda tək qalmışdır. Evə getib yatmış, səhəri gün, yəni 08 may 2020-ci il tarixdə saat təxminən 07 radələrində zəng telefonuna zəng gəlmiş və restorana getmişdir. Restorana çatdıqda Xətainin anası, xalası, qardaşı ona yaxınlaşmış, Xətainin axşamdan gedib qayıtmadığını deyərək kameralara baxmaq baxmaq lazım olduğunu bildirmişlər. Həmin vaxt Naib restoranın qapısını açmış, içəriyə daxil olduqda video-aparat olan kabinəyə baxdıqda aparatı görməmiş, Naibi çağırıb aparatın yerini soruşduqda Naib aparatın xarab olduğuna görə aparıb düzəltdirmək üçün çıxartdığını ona demişdir. Aparatı gətirməsini Naibdən istədikdə Naib mətbəx tərəfdən, qapının ağzından aparatı gətirmiş, bu zaman kabellərin kəsildiyini görmüşdür. Naibdən təəccüblə kabelləri niyə doğradığını soruşduqda onun üzünə baxmış, konkret söz deməmiş, adamlar çox olduğundan çox da Naibin üstünə getməmiş və sonra aydınlaşdırarıq demişdir. Arxaya çöndükdə Xətainin qohumlarının restoranda olduğunu görmüş, lakin Naiblə söhbətini eşidib-eşitmədiklərini bilməmişdir. Xətainin qohumları ona kameralara baxmaq lazım olduğunu bildirdikdə aparatda bir az nasazlıq olsa da baxmaq üçün problemin olmadığını bildirmiş, lakin aparatdan anlayışının olmadığına görə Turalı çağırmalı olduğunu demişdir. Daha sonra Turala zəng etmiş, Tural artıq məlumatının olduğunu, oraya gəldiyini, yolda olduğunu bildirmişdir. Həmin vaxt Naib də orada olmuşdur. Tural gəlib aparatı qoşduqda Xətainin qohumları ilə birlikdə görüntüyə baxmış və bu zaman axırda Naibin aparat olan kabinəyə yaxınlaşdığını və görüntünün dayandığını müşahidə etmişdir. Bunu görəndə Xətainin anasının ya da xalasının “polisə zəng edin, gəlsinlər” deməsini eşitmiş, restoranın qarşısına çıxdıqda kiminsə Naibin harada olduğunu soruşduğunu görmüş, Xətainin qohumlarından kimsə də əli ilə bazarın əks istiqamətini göstərərək Naibin həmin istiqamətdə getdiyini demişdir. Sonra Naibin arxasınca getdiklərini və bir az keçmiş Xətainin meyitinin Cavanşir küçəsində tapılması xəbərinin gəldiyini, həmin gün Xətainin Naib tərəfindən öldürüldüyünün məlum olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, işlətdiyi obyektdə cəmi 8 kamera quraşdırılmışdır, onlardan 2 kamera bayırda quraşdırılmışdır, hadisədən təxminən 15 gün əvvəldən çöldəki kameralarda nasazlıq yaranmışdı və bu səbəbdən arada tutulub açılırmış. Şəhərdə kamera işinə baxan Tural adlı şəxsi həmin ərəfələrdə görüntülərin yaddaşa yaxşı düşmədiyinə görə bir neçə dəfə restorana çağırmış, Tural ondan gördüyü işin qarşılığında pul almamış, ona görə də teztez çağırmağın ayıb olunduğunu düşünərək bayırdakı kameraları düzəltdirmək üçün bir az vaxt keçməsini gözləmişdir. Təqsirləndirilən şəxs onun restoranında rəsmi işçi kimi işləməmiş, ancaq restoran Naibgilin həyətində tikildiyindən, mətbəx Naibgilin həyətində olduğundan və aldığı bütün ərzaqların mətbəxə yığıldığından səhərlər çay qaynatması və restoranın qapısını açması üçün etibar edərək açarın birini Naibə vermiş, ancaq bunun qarşılığında pul verməmişdir. Bekar vaxtlarda Naib restoranda olmuş, tanışları ilə çay içmişdir. Hər şeyi Naibə etibar etdiyini başa düşmdüş və Naib də oradan heç nə oğurlamamışdır. 08 may 2020-ci ildə səhər vaxtı kabellərin kəsildiyini gördükdə Naibdən bunun səbəbini soruşmuş, Naib ona “əmi,əmi” deyərək, konkret cavab verməmiş, adamlar çox olduğundan Naibin üstünə çox da getməmiş, eyni zamanda Xətainin Naib tərəfindən öldürüldüyünü bilməmişdir. Restoranda olduğu müddətdə Naibin Xətaini öldürdüyünü planlaşdırmasını hiss etməmiş, hadisə baş verən gün də Naib axşam restorana gəlmiş, lakin qeyri-adi hərəkətlər etməmişdir. Əlavə olaraq Şahid6 Tərtər şəhər sakini kimi tanıdığını, “Dido” ləqəbinin olduğunu, qohumluğu və ədavətinin olmadığını, qarşılaşdıqda salamlaşdığını, Dəyanətlə oturub-durmadığını, hərdən restoranın qarşısından keçərkən gördüyünü, Şahid7 isə xatırlaya bilmədiyini, şəklini görəcəyi halda bəlkə tanıyacağını, lakin Mübarizlə də heç bir münasibətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, onun evi Xətai Zeynalovun meyitinin aşkar edildiyi yer ilə üzbəüz istiqamətdə küçənin sol tərəfində yerləşir. Hər gün saat 22:00 radələrində yatır və ertəsi gün saat 08:00 radələrində yuxudan oyanır. 07 may 2020-ci il tarixdə də hər gün olduğu kimi saat 22:00 radələrində yatmışdır. Gecə saatlarında qəflətən ucadan səs-küy gəldiyini eşitmiş və dərhal saatı bilmək üçün mobil telefonunun saatına baxmışdır. Bu zaman saatın 02:11 olduğunu görmüşdür. Gələn səs-küyü cəmi bir dəfə eşitmiş, lakin nə səs olduğunu anlaya bilmədiyindən yenidən yuxuya getmişdir. Saat 08:00 radələrində isə yuxudan oyanmış və həyətinin giriş darvazasını açarkən yolun digər tərəfində olan üzbəüz istiqamətdəki küçədə sağ tərəfdə hasarın dibində naməlum şəxsin uzandığını aşkarlamışdır. Elə həmin vaxt qonşusu Zalın oğlu Bulud oraya gəlmiş və Buluda qeyd etdiyi yerdə kiminsə uzandığını demişdir. Bulud isə həmin yerə doğru boylanaraq uzanıqlı vəziyyətdə olan şəxsin öldüyünü söyləmişdir. Bundan sonra özünə məxsus ev telefonu ilə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə məlumat vermiş və bir qədər sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Həmçinin o, Xətai Zeynalovu əvvəllər tanımadığını, sonradan həmin şəxsin qonşusu Cümşüdün kürəkəni olmasını öyrəndiyini, Xətai Zeynalov ilə hər hansı şəxs arasında münaqişə yaranıb-yaranmaması barədə məlumatı olmadığını, gecə saatlarında səs-küy eşidib ayıldıqdan sonra sadəcə yatağından qalxmadan mobil telefonunun saatına baxaraq yatdığını, çölə çıxmadığını və bu səbəbdən heç kimi görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində doğulub böyümüşdür. Təqsirləndirilən şəxs və X3 ilə heç bir qohumluğu, düşmənçiliyi olmamış, hər ikisini Tərtər şəhər sakini kimi tanımış, eyni zamanda qonşu olmuşdur. Təqsirləndirilən şəxs Tərtərdə, Xətai Zeynalovun isə sonradan Ukraynada yaşadığını, karantin başlayandan sonra Tərtərə gəldiyini, Naibin yaşadığı həyətdə kafe açılandan sonra aradabir öz yoldaşları ilə orada çay içdiyini, Naibin ona çay verdiyini, bir dəfə də həmin yerdə Xətai ilə çay içdiyini bildirmişdir. 07 may 2020-ci il tarixdə, saat 20 radələrində mən qardaşı Əli və dostları ilə Naibin həyətində olan “Turan Eli” kafesində çay içmişdir, oradan çıxıb əmisi oğlu Kənişin aptekinin qarşısında və eyni zamanda Xətainin yaşadığı evin yanında Kəniş, Xəyal və Xətai ilə söhbət etmiş, təxminən saat 22 radələrində hava qaraldıqda çıxıb evlərinə getmişdir. Səhəri gün, yəni 08 may 2020-ci il tarixdə, saat 11 radələrində evdən küçəyə çıxanda Xətainin yaşadığı evin qarşısında çoxlu adamların yığışdığını görmüş, yaxınlaşdıqda ötən gecə Təqsirləndirilən şəxs Xətaini öldürdüyünü öyrənmişdir. Xətai Zeynalov və Təqsirləndirilən şəxsla heç bir telefon əlaqəsi olmamışdır. Müşahidələrinə və eşitdiyinə görə Naib ilə Xətainin münasibəti yaxşı olmuş, aralarında narazılıq olduğunu eşitməmişdir. Bir yerdə olduqları vaxtlarda nə Naib, nə də Xətai bir-biri barəsində, aralarında olan problem barədə ona heç nə deməmişdir. Naib evlərinin qarşısında obyekt tikdirirmiş, oradan keçəndə xeyir-dua verib tikintidən söhbət etmiş, şüşəni neçəyə aldığını soruşmuş, ancaq Xətai ilə problemi olması barədə heç nə danışmamışdır. Hadisədən təxminən 1 ay əvvəl, yəni 03 aprel 2020-ci il tarixdə əmisi oğlu Kənişin apteki ilə yan-yana olan mağazada işləyən Xəyalın ad günündə olmuş, Xəyalın işlədiyi mağazada stol açılmış, yemək sifariş verib ad günü yüngül qeyd etmiş, yeyib içəndən sonra Xəyalın “Lifan” maşını ilə şəhərə çıxıb bir az gəzmiş, sonra onu evə düşürmüşdürlər. Mağazada yemək yeyəndə və oradan çıxıb maşınla gedəndə Təqsirləndirilən şəxs ilə Hacının orada dayandığını görməmişdir. Əlavə olaraq Xətai ilə bir yerdə çox olmadığını, Xətainin son vaxtlar Tərtərə gəldiyini, çay içən vaxtlarda da Xətainin Naib və ailəsi barədə bir kəlmə də söhbət etmədiyini, Xətainin Naiblə arasında hər hansı problem olduğunu bilmədiyini, Xətainin Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü eşitdiyini, digər şəxslərin iştirakı barədə məlumatsız olduğunu, Məmməd adlı qardaşının olmadığını, qardaşının adının Əli olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur, X3 ilə heç bir qohumluğu yoxdur. Hər ikisi ilə münasibəti yaxşı olmuş, aralarında ədavət olmamışdır. Təqsirləndirilən şəxs ilə Xətai Zeynalov qonşu olmuşdurlar. Hər ikisinin həyəti H.Əliyev prospektinə baxır. Təqsirləndirilən şəxs əvvəllər evlərinin küçəyə tərəf olan yerində un satmış, son vaxtlarda un satdığı yerdə ailəvi restoran tikdirmiş, öz yaşayış evlərinin qarşısında üzü prospektə tərəf, restoranın təmirini İlqar adlı şəxs edib işlədirmiş, Naib də həmin restoranda olurmuş. Restoran 2020-ci ilin təxminən mart ayında açılmışdır. Özünə məxsus VAZ-2106 markalı, ** BJ *** nömrəli, göy rəngli avtomobillə taxsi fəaliyyəti göstərdiyini, siqaret çəkdiyini, maşın sürəndə spirtli içki içmədiyini bildirmişdir. Vaxtı olanda həmin restoranda oturub çay, kofe içmiş, Xətai Zeynalovun həmin restoranda olduğunu görməmişdir. 07 may 2020-ci il tarixdə axşam saatlarına kimi taksi fəaliyyəti ilə məşğul olmuş, saat təxminən 23 radələrində Naibin işlətdiyi “Turan eli” restoranına gəlmiş, bazarın qabağından keçib maşını öz hərəkət istiqamətində kafenin qarşısında, üzü qəsəbə tərəfə saxlamışdır. Həmin vaxtı tək olmuş, maşından düşüb kofe içmək üçün kafeyə keçəmk istəmiş, xalası oğlanları Rusiyadan zəng vurduqları üçün kafeyə keçmədən qayıdıb maşında oturub telefonla danışmışdır. Təxminən 1 saat telefonla danışdıqdan sonra Naibin restoranın giriş şüşə qapılarını içəridən bağladığını görmüş, əli ilə sağollaşıb maşını geri döndərərək benzin töküb evə getmiş və yatmışdır. Səhəri günü, yəni 08 may 2020-ci il tarixdə, saat təxminən 08-09 arası polisdə işləyən əmisi oğlu Taleh Hümmətli zəng vurub Naibin yerini soruşmuş, Xətaini öldürüb qaçdığını bildirmiş, o da Naibin yerini bilmədiyini demişdir. Bir neçə saat sonra Naibin Bərdə rayonunda yaşayan sinif yoldaşı Hacının yanında olduğu məlum olmuş, atası Elbəyi, bibisi Sədaqətlə birlikdə ona məxsus maşınla gedib Naibi prokurorluğa gətirmiş, gətirən zaman Naibin əlində “Go” içkisi də olmuşdur. Əlavə olaraq o, Naibi gətirəndə maşında Xətaini nə vaxt öldürdüyünü soruşduğunu, Naibin axşam o gedəndən sonra spirtli içki içib bu hadisəni elədiyini dediyini, maşında olarkən bibisi və atasının Naibdən hadisəni nəyə görə etdiyini soruşduqlarını, Naibin namus üstündə Xətaini öldürdüyünü, bacısı haqqında gedib səy-səy danışdığını, hadisədən bir gün öncə maşınını kafenin yanında saxlayanda qarşısında bir neçə maşının saxladığını, kafedə adamların oturduğunu, həmin maşınlara fikir vermədiyini, kimə məxsus olduğunu bilmədiyini, saat təxminən 24 radələrində oradan gedəndə artıq qarşısında maşınların olmadığını, kafeyə daxil olduqda, sağda və sol tərəfdə bir neçə adamların əyləşdiklərini, həmin şəxslərin kim olduqlarını xatırlamadığını, restoranın içərisinə keçəndə salam verdiyini, bara tərəf gedib kofe içmək istədiyini, lakin telefonuna zəng gəldiyinə görə kafeni tərk edib maşında telefonla danışdığını, bu zaman Naibin kiməsə çay, yaxud kofe verdiyini bildirmişdir. Kafedə olarkən Naib ilə başqa söhbət etməmiş, yaxınlaşıb nəsə deməmiş, həmin gün həmişə olduğu kimi, evə gəlib saat 02-03 arası yatmışdır. Həmin müddətdə evdən çıxmamış, evdə televizora, internetə baxmışdır. Təxminən 10 ildən çoxdur iki nömrədən, yəni ***-***-**-** və ***-***-**-** nömrələrdən istifadə etmiş, hadisə olan vaxtı da həmin nömrələr işlək olmuşdur. Xətai Zeynalovu sonuncu dəfə hadisədən təxminən 10 gün qabaq evlərinin qarşısında Vasifin bərbərxanasında xəstə oğlunun başını düzəltdirəndə görmüşdür. Xətai gələndə Vasifin yanında növbə gözləyirmiş, xəstə uşağı gətirdiyinə görə növbəsini Xətaiyə verib getmiş, saçını düzəltdirməmişdir. Həmin vaxtı bərbərxanada başqa adamlar, eləcədə Xətai ilə söhbət edən başqa adamlar olmamışdır. Naiblə birlikdə olan vaxtlarda Xətainin Naibin ailəsi haqqında danışması barədə söhbət etməmiş, yalnız hadisədən sonra maşında olarkən bu barədə məlumatı yaranmışdır. Xətai ilə Naib arasında hansı problem olduğunu bilməmişdir. X34 Hümbətov tərəfindən tək öldürüldüyünü eşitdiyini, digər şəxslərin iştirakı barədə heç nə bilmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində doğulub böyümüşdür. Təqsirləndirilən şəxs Tərtər şəhər sakini kimi tanımış, ancaq Naib ilə yaxın münasibəti olmamış, kənardan-kənara “salam-əleykim” etmiş, heç vaxtı Naib ilə oturub-durmamışdır. X3 ilə qohumluğu olmasa da, Xətai ilə yaxın dost olmuş, münasibətləri həmişə yaxşı olmuşdur. Xətai əvvəllər yaşadığı Ukrayna Respublikasından Tərtər şəhərinə gələndə həmişə onunla görüşmüşdür. 2020-ci ilin mart ayında Xətai ailəsi ilə birlikdə Tərtər şəhərinə gəlmiş və pandemiya ilə əlaqədar olaraq elan edilmiş karantin rejiminə görə Tərtər şəhərində qalmışdır. Tərtər şəhərində qaldığı müddətdə tez-tez Xətai ilə görüşmüş, əsasən axşam saatlarında birlikdə Cavanşir küçəsi yaxınlığında piyada gəzmişlər. Ölümündən təxminən bir həftə əvvəl Xətai bədbin olmuş, fikirli halda gəzmiş, Xətaidən nə baş verdiyini soruşanda ürəyinin xəstə olduğunu demişdir. Bununla bağlı Xətai tez-tez ürək həkimi Firdovsinin yanına getmişdir. 07 may 2020-ci il tarixdə tanışı Vüqar ilə birlikdə “GES” deyilən yerdə çayxanada oturmuş, bu zaman Xətai qəflətən içəri daxil olsa da, çox qalmadan Firdovsi adlı həkimin yanına gedəcəyini demişdir. Təxminən saat 21:00 radələrində onlar çayxanadan çıxanda Xətaiyə zəng edib nə üçün görüşmək üçün gəlmədiyini soruşmuş, Xətai isə gələcəyini demişdir. Bundan təxminən 10-15 dəqiqə sonra Xətai onların yanına gəlmiş və onlar hər axşam həmin yerdə, yəni onun yaşadığı binanın yanında görüşmüşlər. Xətai Vüqar ilə onun dayandığı yerə çatan kimi “Mən evdən çıxanda ağlıma gəldi ki, öləcəm, dost-tanış qapıya yığılacaq, deyəcəklər yazığın 2 xəstə uşağı qaldı” sözlərini demiş, Xətainin bu sözlərinə görə zarafatla qoluna vurub “Deyəsən başın qaçıb, belə şeyləri fikirləşmə” cavabını vermişdir. Vüqarın yanında Xətaidən oğlunun canına and verdirib onlardan gizlətdiyi nə isə oubolmadığını bildirmiş və nə üçün son bir həftə ərzində halının pis olduğunu soruşmuşdur. Xətai də uşaqlarının canına and içərək yalnız ürəyinin ağrıdığını, buna görə özünü pis hiss etdiyini, başqa heç bir şeyinin olmadığını qeyd etmişdir. Onlar həmin gün təxminən saat 22:30 radələrində ayrılmış, onun özü yaşadığı mənzilə qalxmış, Xətai isə öz evlərinə doğru getmişdir. Vüqar isə təxminən 15 dəqiqə əvvəl onlardan ayrılmışdır. 08 may 2020-ci il tarixdə təxminən saat 06:00 radələrində Xətainin qardaşı Səlim Zöhrab adlı şəxs ilə birlikdə onun yaşadığı binanın beşinci mərtəbəsində yerləşən mənzilinə gəldikdə çölə çıxmışdır. Həmin vaxt Səlim onun mobil telefonuna zəng etdiyini deyib nə üçün cavab vermədiyini soruşmuş, gecə yatmazdan əvvəl telefonunun səsini aldığını bildirmişdir. Daha sonra Səlim və Zöhrab ona Xətainin gecə saatlarında evdən çıxıb hələ də qayıtmadığını söylədikdə Səlimə Xətainin axşam saatlarında ondan ayrılıb evə getdiyini demişdir. Bu zaman Səlim Xətainin onlardan ayrılandan sonra evə gəlib çörək yediyini və gecə arvadına Naibin onu çağırdığını deyərək çıxıb getdiyini bildirmişdir. Buna görə də tez Xətaigilin yaşadığı ünvana gedib oraya çoxlu sayda adamların toplaşdığını görmüşdür. Orada olan şəxslər Naibin işlədiyi restoranın videomüşahidə aparatının kabellərini kəsdiyini, özünü şübhəli aparıb qaçdığını söyləmişdir. Az sonra Xətainin meyitinin Cavanşir küçəsində tapıldığını demişdir. Sonradan məlum olmuşdur ki, Naib Xətaini bıçaqlayaraq öldürmüşdür. Bundan başqa Xətai Zeynalov ilə sonuncu dəfə ölümündən bir həftə əvvəl “Hamamın üstü” deyilən kafedə ikilikdə yemək yediyini və pivə içdiyini, Xətai Zeynalov ilə birlikdə vaxt keçirərkən Təqsirləndirilən şəxs və ailəsi barədə nə yaxşı, nə də pis mənada bir kəlmə də söhbət etmədiklərini, X34 Hümbətov ilə bağlı ona heç bir söz danışmadığını söyləmişdir. Həmçinin o, bildirmişdir ki, Mübariz adlı şəxsi Tərtər şəhər sakini kimi tanıyır. Belə ki, Xətaidən əvvəllər Mübarizin də Ukrayna Respublikasında yaşamasını eşitmişdir. Xətainin ölümündən təxminən bir həftə əvvəl hava qaralan vaxt Xətai ilə gəzib pivə içərkən Vüqar ona mobil telefon vasitəsilə zəng etmiş və gəlib tez borc istədiyi pulu götürməsini demişdir. Bu səbəbdən Xətai ilə birlikdə tələsik Vüqarın yanına gedəndə hərbi zavodun yaxınlığındakı beşmərtəbənin yanında Mübarizin 3-4 nəfər şəxs ilə səkidə oturduğunu görmüşdür. Həmin vaxt Xətai ona “Dayan, Mübariz ilə 5-10 dəqiqə söhbət edim, Ukraynada etdiyi səhvləri sənin yanında ona deyim, gör necə oğlandır?” sözlərini desə də, X22 Respublikasında etdikərinin ona maraqlı gəlmədəyini söyləmiş və Vüqarın onları gözlədiyini xatırlatmışdır. X18 ilə görüşməsinə imkan verməmiş, yolu davam edən zaman Xətai ona Mübarizi burada hörmətli oğlan kimi tanısalar da, əslində alçağın biri olduğunu demişdir. Daha sonra Xətai övladlarının canına and verib ertəsi gün Mübariz ilə görüşməyi onun yadına salmasını xatırlatmasını bildirmişdir. Ertəsi gün Xətai ilə mesajlaşarkən ona “Sən demişdin ki, Mübariz ilə söhbət etməyi yadıma sal” yazmış, Xətai isə yazdığı cavab mesajında Mübarizi söyərək, “Mübariz mənə lazımdır ki?” sözlərini demişdir. Bundan sonra o, Xətaiyə “Dünən məni “öldürürdün” ki, bu dəqiqə Mübariz ilə söhbət etməliyəm” deməsini xatırlatmış, Xətai isə cavabında dünən içkili olması səbəbindən Mübariz ilə görüşmək istədiyini bildirmişdir. Buna baxmayaraq Xətai ilə Mübariz arasında mübahisənin baş verməsini, ümumiyyətlə, onların bir yerdə olmalarını görmədiyini və eşitmədiyini, Mübariz ilə heç vaxt görüşüb söhbət etmədiyini, sonuncu dəfə Mübarizi hadisədən bir ay sonra Tərtər şəhəri ərazisində çay içərkən yolun digər tərəfi ilə keçən zaman gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində doğulub böyümüşdür, Təqsirləndirilən şəxs Tərtər şəhər sakini kimi tanımış, qohumluğu, ədavəti yoxdur, yaxın münasibəti olmayıb, kənardan-kənara salamı olmuşdur. X3 ilə uzaq qohumluğu olmuşdur, Xətai Zeynalov dayısının baldızı oğludur, yəni Xətainin xalası onun rəhmətlik dayısının arvadıdır. Xətaini uşaq vaxtlarından tanımışdır, Xətai Zeynalov böyüyəndən sonra mövsümü işlə əlaqədar Ukrayna Respublikasına işləməyə getmişdir, uşaqları xəstə olduğu üçün Bakıda yaşayırmış. Xətai Zeynalov hər dəfə Tərtərə gələndə onunla görüşmüşdür. 2020-ci ilin mart ayının 8-dən Xətai karantinə görə Tərtərə gəlmiş və orada qalmışdır. Tərtərdə qaldığı müddətdə tez-tez, əsasən axşamlar işdən sonra görüşmüşdürlər. Bəzən hər gün, bəzən 3 gündən bir görüşləri olmuşdur. Xətai Zeynalov əsasən öz işindən danışmış, mövsümə gedib pul qazanandan sonra həyətində yarımçıq qalan obyekti tikdirmək istədiyini demişdir. Xətainin ölümündən təxminən bir həftə əvvəl ürəyindən müalicə almış, sonuncu dəfə ölümündən bir gün əvvəl, yəni 07 may 2020-ci il tarixdə Xətaigilin darvazasının qarşısında siqaret çəkib söhbət etmişdirlər. Söhbət zamanı Xətai Zeynalov ondan xahiş etmişdir ki, səhəri gün ona məxsus minik avtomaşını ilə Bərdədə işləyən Firdovsi həkimin yanına aparsın. O sabah günortadan sonra gedə biləcəklərini bildirib saat 23 radələrində ayrılmış, Xətai evinə keçmiş, o da maşını sürüb evinə getmiş və telefonu səssizə qoyub yatmışdır. Səhəri günü, yəni 08 may 2020-ci il tarixdə Xətainin qardaşı Səlim ona çoxlu zəng etmiş, lakin o, zəngləri eşitməmiş, bunu sonradan bilmişdir. Daha sonra o, səhər tezdən Səlimin onların həyətinə gəlib qapını döydüyünü, anasının onu oyatdığını, gedib Səlimlə görüşdüyünü, Səlimin ona Xətainin gecə evdən çıxıb qayıtmadığını bildirdiyini, harda olduğunu bilibbilmədiyini, ona bir söz deyib-deməyini soruşduğunu bildirmişdir. O Səlimə yəqin haradasa qonaqlıqda olduğunu demiş, paltarını geyinib Səlimgilin darvazasının ağzına gəlmiş, orada adamların yığışdığını və Naibin də orada olduğunu görmüşdür. Xətainin anası və atası Naibgilin evinə gedib anasına “siz bilirsiniz, axşam onu Naib çağırıb” demiş, Xətainin arvadı Xəyalə isə Xətainin evə gəlib yatmaq istəyəndə Naibin çağırdığını demişdir. O Xətaigilin evinin qarşısında olanda sahə rəisi Aslan müəllimə zəng gəlmiş, Cavanşir küçəsində bir kişi meyitinin tapıldığı bildirilmişdir. Sahə rəisi ilə yanaşı o da öz maşını ilə Cavanşir küçəsinə getmiş, uzaqdan kurtkasından Xətainin meyiti olduğunu bilmiş, sonra Xətaini Təqsirləndirilən şəxs öldürdüyünü bilmişdir. Əlavə olaraq o, Xətai Zeynalovla birlikdə olan vaxtlarda Naib və ailəsi barədə söhbət etmədiklərini, X36 Hümbətovun arasında problemin olduğunu eşitmədiyin, hətta Xətai öz həyətlərində axırıncı obyekti tikəndə Naib özündə olan tikintiyə aid alətləri, nərdivan, ayaqaltı və başqa avadanlıqları Xətaiyə verdiyini, münasibətlərinin yaxşı olduğunu, 07 may 2020-ci il tarixdə Xətai ilə görüşməzdən əvvəl, yəni saat 22.30 radələrində Naibin yaşadığı həyətdə tikilmiş restoranı işlədən Şahid8 ilə şəxsi işinin olduğuna görə kafeyə getdiyini, kafedə İlqarla görüşdüyünü, stolda İlqarın qonağının olduğunu, oturub çay içdiyini, Təqsirləndirilən şəxs da kafedə barın arxasında dayandığını, Təqsirləndirilən şəxs sonuncu dəfə orada gördüyünü, Xanlar rayonundan gəldiyinə görə yorğun olduğunu, təxminən saat 23 radələrində kafedən çıxıb maşına tərəf gedəndə Xətainin öz darvazalarının qarşısında tək dayandığını görüb görüşdüyünü, maşını Xətagilin darvazası ilə kafenin arasında saxladığını, Xətai ilə bir yerdə olan vaxtlarda aralarında Mübariz adlı şəxs barəsində söhbətlərinin olmadığını, Mübariz adlı şəxsi tanımadığını, Xətainin bir neçə dəfə ondan borc pul istətəsə də vermədiyini, Xətai ilə tez-tez görüşüb maşında oturaraq söhbət etdiklərini, ancaq saatlarla oturmadıqlarını, Xətainin öz işlərindən, görəcəyi işlərdən danışdıqlarını, bəzən sözünü kəsmədiyinə görə söhbətlərinin uzandığını, lakin söhbət zamanı kiminləsə mübahisəsi, ədavəti olmasından bir kəlmə də danışmadığını, Xətainin öldürülməsində Təqsirləndirilən şəxsla birlikdə başqa şəxslərin iştirakı barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində doğulub böyüyüb, Təqsirləndirilən şəxs və X14 Tərtər şəhər sakinləri kimi tanıyır, qohumluq əlaqəsi və düşmənçiliyi olmayıb. 08 may 2020-ci il tarixdə səhər vaxtlarında küçədə səs eşidib çölə çıxmış, Cavanşir küçəsində adam öldürüldüyünü və polislərin orada olduğunu görmüş, soruşduqda ölən şəxsin Sabir müəllimin oğlu Xətai olduğunu demişdirlər. Xətainin üzərinə örtməsi üçün evə gedib bir ədəd ağ örtük gətirib polislərə vermiş, sonra evə getmişdir. Sonradan Xətaini Təqsirləndirilən şəxs öldürdüyünü eşitmişdir. Təxminən 4 il bundan əvvəl Xətaigilin obyeklərinin birini icarəyə götürüb gözəllik salonu etmək istəyirmiş, ərim ilə Xətaigilə getmiş, Xətai icarə haqqını çox baha dediyinə görə obyekti icarəyə götürməmişdir. Bundan başqa Xətai ilə onun heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ilə də heç bir əlaqəsi olmamış, Təqsirləndirilən şəxs bacısı Nigar onun sinif yoldaşı olmuş, bir neçə dəfə Naibdən taxıl almış, yaxşı, mədəni adam kimi tanımışdır. Həmin şəxslərlə telefon danışığı olmamışdır. Əlavə olaraq hadisə olan gecə evdə bacısı, əri və qızlarının olduğunu, evdə həmin adamlarla yaşadığını, hadisədən əvvəlki gün anasının cümə məclisi olduğunu, epilepsiya xəstəliyi tutduğundan, saat neçədə yatdığını xatırlamadığını, həmin gecə bayırda heç bir səs-küy eşitmədiyini, evlərinin birinci mərtəbəsində yatdığı üçün səsin ora gəlmədiyini, hadisədən əvvəl evinin yaxınlığında heç bir dava-dalaş olduğunu görmədiyini və eşitmədiyini, son zamanlar ***- ***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında Şahid13 ibtidai istintaqa verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş və ibtidai istintaq zamanı Şahid13 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində “Min bir xırdavat” mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs onun oğludur və ünvan 5 ünvanında oğlu Təqsirləndirilən şəxsla birlikdə yaşamışdır. Qızı Şahid14 isə 2020-ci ilin mart ayından etibarən azyaşlı uşaqları ilə birlikdə qonaq gəlmiş və hadisə baş verən tarixədək Tərtər şəhərində onunla qalmışdır. Təqsirləndirilən şəxs sakit təbiətli, kimsə ilə işi olmayan, tərbiyəli oğlan olduğunu, kimsə ilə dava-dalaş etdiyini, söz-söhbətinin olmasını eşitmədiyini və bu barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Tərtər şəhərində yerləşən “Turan Eli” restoranında işləmiş, hər gün saat təxminən 23 və ya 00 radələrində restoranı bağlayıb evə gəlmişdir. Təqsirləndirilən şəxs ən yaxın dostu Hacı olmuş və hadisənin baş verdiyi gündən bir gün sonra da Naibin Hacıgildə olmasını bilib qardaşı Elbəy, qardaşı oğlu Anarla birlikdə Bərdə rayonuna yollanaraq Naibi oradan götürüb Tərtər rayon prokurorluğuna gəlmişdir. 07 may 2020-ci il tarixdə hər zaman olduğu kimi saat 07:00-da Naiblə birlikdə evdən çıxaraq piyada şəkildə mağazaya getmiş, Təqsirləndirilən şəxs onu mağazaya qoyduqdan sonra işlətdiyi “Turan Eli” restoranına qayıtmışdır. Saat 15 radələrində evə gəldikdən bir müddət sonra Naib də evə gələrək şəxsi işləri ilə məşğul olmuş, az vaxt sonra yenidən işinə qayıtmışdır. Axşam tez yatdığı üçün Naibin nə zaman evə gəldiyi bilməmiş, evdə olan zaman qızı Naibədən başqa onlara kimsə gəlməmişdir. Yuxuya getdikdən sonra saat təxminən 02-03 radələrində qonşusu Şahid5 yaşadığı həyətə gələrək onu səsləyən zaman səsə yuxudan oyanmış, lakin çölə çıxmamışdır. Qızı Naibə çölə çıxdıqda Xətaninin anası Afətin Xətaidən narahat qaldığını, Xətainin gecə evdən çıxarkən arvadı Xəyaləyə Naiblə görüşə getdiyini bildirdiyini və nigaran qaldığı üçün Naibin evdə olub-olmadığını soruşmaq üçün gəldiyini bildirmişdir. Naibə Naibin evdə olmasını, Xətaidən məlumatlı olmadıqlarını Afətə demişdir. Səhər vaxtlarında Naib onu yenidən işlədiyi mağazaya aparmış və yolda olan zaman çərçivəsində, habelə evdə olduqları vaxtlarda da Naib Xətaini öldürməsini, ciddi hər hansı məsələnin baş verməsini bildirməmişdir. Lakin bir-neçə gün öncə Naib yaşadığı evdə olarkən Xətainin çayxanada bacısı Naibə haqqında xoşagəlməz sözlər danışdığını və bu hadisədən bərk əsəbiləşləşdiyini demiş, o Naibə sakitləşməsini, danışılan şayiələrə fikir verməməsini demişdir. 08 may 2020-ci il tarixdə səhər saat 09 radələrində bazarda olan zaman adını unutduğu şəxslər Naibi polislərin apardığını bildirdikdən dərhal sonra yaşadığı evə getmiş, Naiblə telefon vasitəsilə əlaqə saxlayan zaman Naib ona Hacıgildə olduğunu bildirdikdən sonra qardaşı oğlu Anarın avtomobili ilə qardaşı Elbəylə birlikdə Bərdə şəhərinə yollanaraq Hacıgilə getmiş, Naibi könüllü şəkildə rayon prokurorluğuna təhvil vermişdir. Yolda olan vaxtı Naibin Xətaini mütəmadi olaraq ailəsi haqqında iftira dolu sözlər yaydığına görə, üzünə qarşı da söyüş söyərək “demişəm, yaxşı eləmişəm” sözləri işlətdiyinə görə aralarında mübahisə yarandığını və nəticədə Xətaini bıçaqla qətlə yetirdiyini dediyini bildirmişdir. Əlavə olaraq Xətaigilin ailəsi ilə heç zaman mübahisələrinin olmadığını, Naibin hər zaman paltarlarını özü yuduğundan paltarlarına qarışmadığını, hamamda olan su dolu vedrənin içərisində Naibin paltarlarının olub-olmadığına fikir vermədiyini, Xətainin onun ailəsi haqqında alçaldıcı sözlər danışmasını hadisədən bir müddət öncə Naibin ona dediyini, bu barədə kimsəyə məlumat vermədiyini, yalnız səbirli olmasını və söz-söhbətə fikir verməməsini Naibin diqqətinə çatdırdığını bildirmişdir. Məhkəmə baxışı iclasında Şahid14 ibtidai istintaqa verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş və ibtidai istintaq zamanı Şahid14 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Xırdalan şəhərində yaşayır. 2020-ci ilin fevral-mart ayından etibarən azyaşlı uşaqları ilə birlikdə anası Sədaqətgilə qonaq gəlmiş və hadisə baş verən tarixədək Tərtər şəhərində anası Sədaqət və qardaşı Naib ilə birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs sakit təbiətli, heç kim ilə işi olmayan, tərbiyəli oğlan olmuşdur. Naibin hər hansı şəxs ilə dava-dalaş etməsini, söz-söhbətinin olmasını eşitməmiş və bu barədə məlumatı olmamışdır. Naib Tərtər şəhərində yerləşən “Turan eli” restoranında işləmiş və hər gün təxminən saat 23:00 və ya 00:00 radələrində restoranı bağlayıb evə gəlmişdir. Qardaşı Naibin ən yaxın dostu Hacı olmuş və hadisənin baş verdiyi gündən bir gün sonra Naibin Hacıgildə olmasını bilib dayısı Elbəyi, dayısıoğlu Anar və anası Sədaqət ilə birlikdə Bərdə rayonuna yollanmış, Naibi dostunun evindən götürərək Tərtər rayon prokurorluğuna gətirmişlər. 07 may 2020-ci il tarixdə o, anası Sədaqətə məxsus evdə olmuş və hər zaman olduğu kimi anası saat 07:00-da Naib ilə birlikdə evdən çıxaraq piyada şəkildə mağazaya getmişdir. Naib anasını mağazaya qoyduqdan sonra işlədiyi restorana qayıtmışdır. Həmin gün təxminən saat 15:00 radələrində Naib evə qayıtmış və bir müddət evdə qaldıqdan sonra işlədiyi yerə qayıtmışdır. Onun özü isə həmin gün vaxtı dəqiq xatırlamasa da, tez yatmış və Naibin evə nə zaman gəldiyini bilməmişdir. Yalnız Naib gecə saatlarında onu səslədikdən sonra oyanıb hamamın qapısının ağzına gəlmiş və qardaşının xahişindən sonra paltarlarını gətirib yenidən otağına qayıtmışdır. Naib hamam otağında olduğundan qardaşının üzünü görə bilməmişdir. Gecə vaxtı, təxminən saat 02:00-03:00 radələrində qonşuluqda yaşayan Afət yaşadıqları evə gələrək qapıda onları səsləmişdir. Yuxudan durub əynindəki pijamanın üzərindən xalat geyinməklə qapıdan çölə çıxmış və Afəti görmüşdür. Afət ondan Naibin harada olmasını soruşaraq “Xətai hələ də evə gəlməyib, Naibi çağır” sözlərini demişdir. O Naibi çağırdıqdan sonra evə daxil olmuş, buna görə də Afət və Naibin nə danışdığını bilməmişdir. Xətai evə gəlmədiyindən ailəsi nigaran qalmış, lakin onun baş verən hadisələrdən həmin vaxt məlumatı olmamışdır. Bundan sonra narahat qaldığı üçün mobil telefonundakı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Xətainin arvadı Xəyaləyə mesaj yazaraq Xətainin gəlib-gəlmədiyini xəbər almışdır. Ancaq onun Xətai ilə heç bir şəxsi münasibəti olmamış, yalnız qonşu kimi Xətaini və ailəsini tanımışdır. Daha sonra səhər saatlarında qardaşı Naibin Xətaini ailələri haqqında xoşagəlməz sözlər yaydığı üçün öldürdüyünü eşitmişdir. Bundan başqa Xəyalə Paşayevanın ifadəsində hadisə baş verən tarixdə saat 01:50 radələrində onların yaşadığı evin qapısı qarşısına minik avtomobilinin gəlməsi və bu xüsusatın cinayət işi ilə əlaqəli ola bilmə ehtimalını bildirməsi ilə bağlı yalan danışdığını, gecə vaxtı yaşadıqları evin həyətinə minik avtomobilinin gəlmədiyini, Şahid5 ifadəsində hadisə baş verən gün gecə vaxtı onların yaşadığı evə gələrək ona “Nə yaxşı yatmamısan?” deyə sual verməsi və özünün isə guya ona Şahid5 “Qapının ağzını yuyub indi uzanmışdım” deyə cavab verməsi ilə bağlı qeyd etdiklərinin tamamilə şər və böhtan məzmunlu olduğunu, Şahid5 ilə arasında belə dialoq olmadığını, əvvəllər Xətai Zeynalovun ailəsi ilə heç vaxt mübahisə yaşamadıqlarını, Təqsirləndirilən şəxs hamam otağında paltar verərkən oradakı içərisi su ilə dolu vedrədə üzərində qan ləkələri olan paltarların olmasına fikir vermədiyini, qardaşının həmişə paltarlarını özü yuduğunu və nə özünün, nə də anasının Təqsirləndirilən şəxs paltarlarına qarışmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında Şahid7 ibtidai istintaqa verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş və ibtidai istintaq zamanı Şahid7 ifadəsində göstərmişdir ki, əvvəllər Ukrayna Respublikasında yaşamışdır. Ancaq hadisədən 5-6 ay əvvəl anasının xəstəliyi ilə əlaqədar olaraq Tərtər şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə arasında heç bir münasibət olmamış, Naibi şəhər ərazisindəki bazarın yanında işlətdiyi restorana müştəri qismində gedən zaman bir-iki dəfə görmüşdür. Naib restoranın bufetində işləmiş, onların arasında heç bir söhbət baş tutmamışdır. X23 ilə isə arasında heç bir qohumluq olmasa da, münasibət saxlamışlar. Belə ki, Ukrayna Respublikasının Xarkov şəhərində qardaşının evində yaşadığı vaxtlarda Xətai Kiyev şəhərində yaşamış, bir dəfə 2015-ci ildə Tərtər şəhərindən qatarla Ukrayna Respublikasına qayıdan zaman Xətainin atası Sabir oğluna çatdırması üçün ona 1 kq həcmində bankada üzüm yarpağı, 1 ədəd jurnalist vəsiqəsi və 100 ABŞ dolları pul göndərmişdir. Həmin vaxt anası da onunla birlikdə getmiş, Xətaiyə çatdırmalı olduğu jurnalist vəsiqəsini özünə məxsus olan sənədlərin arasına qoymuşdur. Mahaçqala şəhərindən keçərkən gömrük əməkdaşları onların sənədlərini yoxlamış, sənədlərin arasındakı, Xətaiyə çatdırmalı olduğunu həmin qırmızı üzlüyə malik vəsiqənin nə olduğunu ondan soruşduqda gömrük əməkdaşlarına həmin vəsiqənin özünə məxsus olmadığını və sahibinə çatdırmaq üçün ona verildiyini demişdir. Bu zaman gömrük əməkdaşı hara isə zəng edib vəsiqənin nömrəsini oxumuş, bir qədər sonra ona həmin vəsiqənin saxta olması ilə bağlı məlumat vermişdir. Daha sonra gömrük əməkdaşlarının yanında Xətai ilə görüntülü əlaqə saxlayıb Xətaini onlarla danışdırmış, sonra telefonda ona əgər pulu varsa, anasının ona verdiyi pulun üzərinə 150 ABŞ dollar da əlavə edib işi qaydasına qoymasını, geri qayıdanda həmin pulu ona ödəyəcəyini bildirmişdir. Buna görə də Xətainin dediyi kimi etmiş və Xarkov şəhərinə çatdıqdan sonra Xətaiyə zəng edib əşyaları gəlib aparmasını demişdir. Xətai də tərəvəz malları almaq məqsədilə Xarkov şəhərinə gələndə onun qardaşının evinə baş çəkmiş və göndərilən əşyaları götürüb onun 150 ABŞ dolları pulunu da ödəmişdir. Getməzdən əvvəl onlar birlikdə yemək də yemiş, sonra Xətai gəldiyi “Kamaz” markalı avtomobil ilə çıxıb getmişdir. Bundan sonra Xətai Kiyev şəhərində, onun özü isə Xarkov şəhərində yaşamış, aralarında yalnız bir dəfə telefon danışığı olmuş, həmin vaxt Xətai ona xalasının oğlunun Moskva şəhərində ölməsi barədə danışmışdır. Bu söhbətdən sonra o, bir də heç vaxt Ukrayna Respublikasında Xətai ilə görüşməmişdir. Anasının xəstəliyi ilə əlaqədar Tərtər şəhərində olarkən Xətai də Tərtər rayonunda olmuş, Xətaini tez-tez Tərtər rayon İcra Hakimiyyətinin yaxınlığında polis əməkdaşı Ruslan, Dəyanət və tanımadığı digər dostları ilə dayanıb söhbət edərkən görmüş, salam verib keçmiş, hər gördükdə görüşməmişdir. Xətaini çox vaxt “Dodu” ləqəbi ilə tanınan Dəyanət ilə birlikdə görmüş və onlar İcra Hakimiyyətinin yanındakı işıqforun yaxınlığında dayanmışlar. Xətai ilə cəmi bir neçə dəfə görüşüb söhbət etmişdir. Bu görüşlərin birincisi təxminən 2020-ci ilin mart ayında polis əməkdaşı olan Xasayın arvadının yas mərasimində olmuş, həmin vaxt Xətai bir həftə əvvəl Azərbaycan Respublikasına qayıtdığını demişdir. Onlar yas mərasimindən çıxdıqdan sonra gedəcəkləri yol eyni olduğu üçün hərbi zavodun yanına kimi piyada getmiş, oradan isə yaşadıqları evlərə yollanmışlar. Birlikdə yol gedərkən aralarında baş tutan söhbət zamanı Xətai ondan Tərtərə gəlməsinin səbəbini soruşmuş, o da cavabında Xətaiyə anasını gətirdiyini, həm də qardaşının “qara bayramı”na gəldiyini bildirmişdir. Xətai vəsiqəsini gömrükdən keçirdiyinə görə ona qonaqlıq borclu olduğunu, istədiyi vaxt qonaqlıq verməyə hazır olduğunu dilə gətirmiş, ancaq “Çox sağ ol, allah canını sağ eləsin” deməklə söhbəti sonlandırmışdır. İkinci görüşləri isə Xətai ilə evlərinin qarşısında telefon mağazasının tikinti işlərini aparan zaman görüşmüş, tikintiyə xeyir-dua verib keçmişdir. Sonuncu dəfə Xətaini hadisənin baş verməsindən 3 gün əvvəl Tərtər rayon İcra Hakimiyyətinin yanında tanımadığı 3-4 nəfər şəxs ilə dayanıb söhbət edərkən görmüş, yaxınlaşıb həmin şəxslərin hamısı ilə görüşüb təxminən 5 dəqiqə söhbət etmişdir. Həmin vaxt Xətai ona 11 may tarixində yük avtomobili ilə Ukrayna Respublikasını gedəcəyini, getmək istəsə, onu da apara biləcəyini söyləmişdir. Ancaq Xətaiyə anasını da aparmalı olduğunu, karantin rejimi olduğu üçün yollarda qalacaqlarından çəkindiyini bildirmişdir. Daha sonra Xətai Boispbıl şəhərində bacısının oğlunun tutulduğunu, özünün getməli olduğunu demiş, ondan qardaşına sözün olubolmadığını xəbər almışdır. O isə sözü olmadığını demiş və bundan sonra Xətaini görməmişdir. 08 may 2020-ci il tarixdə bazarın qarşısında olan zaman Xətainin qonşusu Naib tərəfindən öldürüldüyünü eşitmiş, ancaq bunun hansı səbəbdən baş verməsini bilməmişdir. Həmin gün Xətainin dəfn mərasimində iştirak etmiş və yas mərasimində oturmuşdur. Bundan başqa Xətai Zeynalov ilə aralarında heç vaxt mübahisə yaşanmadığını, Xətai Zeynalovun ölümündən bir neçə gün əvvəl aralarında hər hansı görüşün nəzərdə tutulmadığını, mərhum ilə bir-birlərinə pul borclarının olmadığını, yalnız ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini, Xətai Zeynalov ilə arasında telefon danışığının Ukrayna Respublikasında olarkən baş tutduğunu, Tərtər şəhərinə gəldikdən sonra ***-***-**-** mobil nömrəsindən istifadə etdiyini və həmin nömrə vasitəsilə Xətai Zeynalov ilə arasında telefon danışığının olmadığını, həmçinin Yavər adlı şəxs ilə Tərtər şəhərində qonşu olduğunu, qonşuluq münasibətlərinin həmişə yaxşı olduğunu, aralarında heç bir narazılıq yaşanmadığını, hadisədən əvvəl Xətai Zeynalov ilə Təqsirləndirilən şəxs arasındakı münasibətlərdən və söz-söhbətlərdən məlumatı olmadığını, ancaq sonradan X34 Hümbətovun bacısı haqqında nalayiq sözlər danışmasını eşitdiyini, 07 may 2020-ci il tarixdə Xətai Zeynalovun yaşadığı evin qarşısında yerləşən Vasif adlı şəxsin bərbərxanasında olmadığını, həmin bərbərxananı tanımadığını, heç vaxt oraya müştəri qismində getmədiyini, həmin gün günorta saatlarında yeni şəxsiyyət vəsiqəsi almaq üçün Tərtər rayon polis şöbəsinə gedib vəsiqəni aldıqdan sonra yaşadığı evə qayıtdığını, “Dodu” ləqəbi ilə bilinən Dəyanət adlı şəxsi və Naibin işlədiyi restoranın sahibi İlqarı Tərtər rayon sakinləri kimi tanısa da, onlarla yaxınlığının, hər hansı söhbətinin olmadığını, Dəyanəti tez-tez Xətai Zeynalovun yanında gördüyünü, İlqarı isə hadisədən əvvəl sonuncu dəfə Xətai Zeynalovun dəfnində iştirak edən zaman gördüyünü bildirmişdir. Məhkəmə baxışı iclasında Şahid15 ibtidai istintaqa verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş və ibtidai istintaq zamanı Şahid15 ifadəsində göstərmişdir ki, Tərtər şəhərində yerləşən bazarda fəhlə işləyir. Təqsirləndirilən şəxs onun bacısının oğludur. Naibin əvvəllər heç kim ilə dava-dalaş etməsini, söz-söhbəti olmasını eşitməmiş və bu barədə məlumatı olmamış, Naib barəsində fikirləri müsbət olmuşdur. Xətai Zeynalovu isə əvvəllər tanımamış, Xətai və Naib arasında hər hansı mübahisənin və ya düşmənçiliyin baş verməsi barədə məlumatı olmamışdır. Naibin Xətaini öldürməsinin səbəbi sonuncunun Naibin ailəsi haqqında xoşagəlməz sözlər danışması və bununla da Naibi təhqir etməsi olmuşdur. Belə ki, hadisədən sonra Naib ilə yolda Tərtər rayon prokurorluğuna gələrkən Naib ona Xətaini namus məsələsinə görə öldürüyünü söyləmişdir. Belə ki, 08 may 2020-ci il tarixdə saat 10:00 radələrində Tərtər rayon polis şöbəsindən ona zəng edilərək Naibin Xətaini öldürməsi barədə məlumat verilmiş və Bərdə rayonunda adını hazırda unutduğu kənddə olması bildirilmişdir. Ondan Naibin gətirilməsinə kömək etməsi xahiş olunduğundan oğlu Anarın idarə etdiyi “Vaz-2106” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacısı Sədaqəti də götürüb Bərdə rayonuna yollanmışdır. Yolda olarkən Naib mobil telefon vasitəsilə ona zəng edərək dostu Hacının yaşadığı evdə olduğunu demiş və evin ünvanını başa salmaqla gəlib onu götürüb hüquq mühafizə orqanlarına aparmasını xahiş etmişdir. Bərdə rayonunda yerləşən həmin ünvana gedərək Naibi götürmüş və Tərtər rayon prokurorluğuna gətirərək təhvil vermişdir. Yolda etdikləri söhbət əsnasında Naib Xətaini namus məsələsinə görə öldürdüyünü demişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs sonuncu dəfə hadisədən 1 ay əvvəl gördüyünü, bacısının yaşadığı evə sıx gediş-gəlişi olmadığından Təqsirləndirilən şəxs şəxsi həyatıda baş verənlər barəsində məlumatı olmadığını, 08 may 2020-ci il tarixdə hadisənin baş verməsi ilə bağlı Tərtər rayon polis şöbəsindən onun mobil telefonuna zəng edilməzdən əvvəl Təqsirləndirilən şəxs özündən, ailəsindən, habelə yaxın ətrafından heç bir zəng qəbul etmədiyini, hadisə barəsində məlumatı yalnız polis şöbəsindən gələn zəng sayəsində aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 may 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 8 ünvanında yerləşən X20 məxsus fərdi yaşayış evinin həyətinin darvazasının qarşısı və onunla üzbəüz istiqamətdə yerləşən fərdi yaşayış evi ilə həyətyanı torpaq sahəsinin arasıdır. Hadisə yerindən 01 cüt idman ayaqqabısı, 01 ədəd üzərində qanabənzər ləkələr olan yarpaq və 04 ədəd üzərində qanabənzər ləkələr olan tampon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 may 2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 bədəni üzərində çoxsaylı bıçaq xəsarətləri olması müəyyən edilmiş və ona məxsus olan 01 ədəd göy rəngli gödəkçə, 01 ədəd qırmızı rəngli uzunqol köynək, 01 ədəd qara rəngli mayka, 01 ədəd mavi rəngli cins şalvar, 01 ədəd trusik, 01 cüt qara rəngli corab və 01 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdə saat 11:05-də Tərtər rayon prokurorluğuna gələrək Xətai Zeynalovu anası və bacısını ağır söyüşlərlə təhqir etdiyinə görə öldürdüyünü bildirmiş, heç bir təsir və təyziq altında olmadan, şəxsi iradəsi ilə könüllü olaraq gəlib təqsirini boynuna almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəto törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 may 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü müdafiəçisinin iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmişdir. İfadəsinin yerində yoxlanması zamanı da Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş və hadisəni törətdiyi şəraiti yerində göstərmiş və istintaq hərəkətinin görüntüləri özündə əks etdirən fotoşəkillər çəkilməklə fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 may 2020-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı onun X14 öldürdüyü bıçaq yaşadığı evin həyətində yerləşən yeni tikilmiş yarımçıq evin dəhlizində mişar daşlarının arasında gizlədildiyi yerdə aşkar edilmiş, bıçağa baxış keçirilən zaman dəstəyinin qırmızı şirmai ilə örtülmüş, uc hissəsi əyilmiş vəziyyətdə, qatlanan tipli olduğu müəyyən edilmiş və bıçaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 may 2020-ci il tarixli videomüşahidə aparatına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış Tərtər şəhəri H.Əliyev prospektində yerləşən “Turan eli” restoranının içərisində keçirilmiş, restoranın sahibi Şahid8 01 ədəd ağ rəngli sellofan torbada videomüşahidə aparatını göstərərək aparatın özünə məxsus olmasını və restoranın içərisindəki müşahidə kabinəsində qoyulmasını, aparat vasitəsilə restoranın çölündə və içərisində quraşdırılan müşahidə kameralarının idarə edilməsini bildirmişdir. 07 may 2020-ci il tarixdə müşahidə aparat və naqilləri işlək vəziyyətdə olmuş, 08 may 2020-ci il tarixdə səhər saatlarında restorana daxil olduqda müşahidə aparatının naqillərinin kəsilmiş vəziyyətdə mətbəxin qapısı qarşısında olmasını aşkarlamışdır. Daha sonra Şahid8 təqdim etdiyi videomüşahidə aparatına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin aparat qara rəngli olmaqla alt və ön hissəsində “Fujitech” yazıları, alt hissəsində 20180928-0393 seriya nömrəsi yazılmışdır, ön sağ tərəfində bir ədəd yaddaş kartının daxil edilməsi üçün yeri və idarəetmə düymələri mövcuddur. Aparatın arxa hissəsindən kameralara uzanan səkkiz ədəd naqil 20-25 smdən kəsilmiş və qısa qapanma səbəbindən enerji bloku sıradan çıxmışdır. Aparatın yaddaşındakı 07 may 2020-ci il saat 23:00-dan 08 may 2020-ci il saat 00:44-dək olan görüntülərdə Təqsirləndirilən şəxs xidmət etdiyi həmin restoranın içərisində bir neçə müştərinin əyləşdiyi, müştərilər getdikdən sonra Təqsirləndirilən şəxs restoranın mətbəxində su içib qabını tulladığı, daha sonra bufetə keçib siqaret yandırdığı, restoranın içərisində hərəkət edib bufetə qayıtdığı, bufekdə olan elektrik şkafından işıqları söndürdüyü, bufetin yanında videomüşahidə aparatı olan kabinəyə yaxınlaşaraq əlini aparata uzatdığı və 08 may 2020-ci il tarixdə saat 00:44-də görüntünün kəsildiyi əksini tapmışdır. Həmçinin baxış zamanı restoranın bayır hissəsində quraşdırılmış 2 ədəd kameranın nasazlıqdan işlək vəziyyətdə olmadığı və görüntünün qeydə alınmadığı məlum olmuşdur. Baxış keçirilərkən videomüşahidə aparatının 07 may 2020-ci il saat 23:00-dan Təqsirləndirilən şəxs tərəfindən söndürülənədək, yəni 08 may 2020-ci il saat 00:44-dək yaddaşında olan görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd diskə köçürülərək götürülmüş və istintaq hərəkətinin görüntüləri özündə əks etdirən fotoşəkillər çəkilməklə fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 may 2020-ci il tarixli paltarların götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan anası Şahid13 tərəfindən təqdim edilən 01 ədəd qəhvəyi rəngli gödəkçə, 01 ədəd göy rəngli şalvar və 01 ədəd göy rəngli qısaqol köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 may 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2020-ci il tarixdə Tərtər rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Rəhman İbrahimov tərəfindən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər rayon Məhkəməsinin 10 may 2020-ci il tarixli 4(061)-28/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 08 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Tərtər rayon mərkəzi xəstəxanası” X38 daxil olmuş 13 iyun 2020-ci il tarixli 357 nömrəli məktubdan görünür ki, X26 hər hansı bir xəstəlik ilə bağlı xəstəxananın şöbələrinə və ruhiəsəb kabinetinə müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən daxil olmuş 16 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, 30 may 2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, 22 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, 22 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X19” X44 Bərdə rayonlararası zona mərkəzinin 09 may 2020-ci il tarixli 154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər – sol mil-bilək oynağı nahiyəsində bir ədəd sıyrıq, sol əl nahiyəsinin İ barmağının dırnaq falanqasının arxa səthində ətrafları qançırla əhatə olunmuçş iki ədəd sıyrıq vardır. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qarşılıqlı mübarizə şəraitində törənə bilər, müddəti 08 may 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X19” X44 Bərdə rayonlararası zona mərkəzinin 18 iyun 2020-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-bioloji, məhkəmə-histoloji, məhkəmə tibbi-kriminalistik laborator müayinə cavablarına, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq nəticəyə gəlinmişdir ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər – döş qəfəsi nahiyəsinin ön səthində - vidaici oyma bərabərliyində döş boşluğuna keçməyən bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində - ön-orta xətdən 3,2 sm sol İV qabırğa bərabərliyində ağ ciyərin və ürəyin yaralanması ilə döş boşluğuna keçən bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarının ön səthində - deltayabənzər əzələ nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində - orta körpücük xətti üzrə Vİ qabırğaarası sahə bərabərliyində döş boşluğuna keçməyən bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının bayır səthində - ön orta xətdən 16 sm sağa V qabırğa bərabərliyində döş boşluğuna keçməyən bir ədəd, bel nahiyəsinin sağ yarısında - orta xətdən 6 sm sağa daxilə keçməyən bir ədəd, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin ön və bayır səthlərində yumşaq toxumanın deşib-keçən bir ədəd, yumşaq toxuma içərisində qurtaran bir ədəd deşilmiş-kəsilmiş yaralar, sol əl nahiyəsinin İ barmağının dırnaq falanqasının, sağ əl nahiyəsinin İİ barmağının İİ falanqasının, sağ əlin V barmağının dırnaq falanqasının cəmi üç ədəd kəsilmiş yaraları, burun nahiyəsinin bir ədəd qançırı vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az vaxt əvvəl törənmişdir, qeyd olunan deşilmiş-kəsilmiş və kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların) təsirindən, burun nahiyəsindəki qançır isə küt əşyanın təsirindən törənmişdir, dərəcəsinə görə: a) ön-orta xətdən 3,2 sm sol İV qabırğa bərabərliyində ağ ciyərin və ürəyin yaralanması ilə döş boşluğuna keçən bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarının ön səthində - deltayabənzər əzələ nahiyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən bir ədəd yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər; b) döş qəfəsi nahiyəsinin ön səthində - vidaici oyma bərabərliyində döş boşluğuna keçməyən bir ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının bayır səthində - ön orta xətdən 16 sm sağa V qabırğa bərabərliyində döş boşluğuna keçməyən bir ədəd, bel nahiyəsinin sağ yarısında - orta xətdən 6 sm sağa daxilə keçməyən bir ədəd, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin ön və bayır səthlərində yumşaq toxumanın deşib-keçən bir ədəd, yumşaq toxuma içərisində qurtaran bir ədəd deşilmiş-kəsilmiş yaralar, sol əl nahiyəsinin İ barmağının dırnaq falanqasının, sağ əl nahiyəsinin İİ barmağının İİ falanqasının, sağ əlin V barmağının dırnaq falanqasının cəmi üç ədəd kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; c) burun nahiyəsinin qançırı canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X1 ölümünə səbəb döş qəfəsi nahiyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanmaları ilə əlaqədar ürəyin və ağ ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 12-15 saat olar baş vermişdir. X1 bədəni üzərindəki yaralar qarşılıqlı mübarizə şəraitində bıçaqla yetirilə bilər. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin, tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2020-ci il tarixli 16/399 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X16 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X16 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X16 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2020-ci il tarixli 16/400/401 nömrəli məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatlarını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan X1 əynində olmuş uzunqol gödəkçənin səthində olan “a”, “b”, “d”, “f” zədələri, uzunqol poluverin səthində olan zədələr, maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Belə zədə yaradan predmetlərə təqdim edilmiş bıçaq da aiddir. Təqsirləndirilən şəxs məxsus paltarların üzərindəki zədələr fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb – cırılma zədələridir. X1 əynində olmuş uzunqol gödəkçənin üzərində olan “c”, “e” zədələri və şalvarın üzərində olan bir ədəd zədə, Təqsirləndirilən şəxs məxsus şalvarın və köynəyin üzərindəki zədələr bərk predmetə ilişməsi və ya fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Təqsirləndirilən şəxs məxsus gödəkçənin səthində olan zədə istiliyin təsirindən yaranmağa xarakterik termik zədədir. Zədələrin xarakterini nəzərə almaqla onların əmələ gəlmə mexanizminin müəyyən edilməsi ilə bağlı sualın həlli xüsusi ədəbiyyatlarda müvafiq metod olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyul 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 mart 2020-ci il tarixdən 08 avqust 2020-ci il sааt 11:00-dək Hümbətоv Nаib Nаdir оğlunun istifаdəsində оlmuş ***-***-**-** və ***-***-**-** mоbil nömrələrinə, X13 istifаdəsində оlmuş ***-***-**-** və ***-***-**-** mоbil nömrələrinə dахil оlаn və çıхаn zənglər, həmçinin ötürülmüş və qəbul еdilmiş SMS-lər, zənglərin аntеn dаirəsi, həmin mоbil nömrələrin və mоbil tеlеfоnlаrın sаhiblərinin аnkеt məlumаtlаrı bаrədə məlumаtlаrın, habelə həmin mоbil nömrələrin hаnsı İMЕİ kоdlu mobil tеlеfоnlаrdа istifаdə оlunmаsı, həmin İMЕİ kоdlu mоbil tеlеfоnlаrın istifаdə оlunduğu bаşqа mоbil nömrələrə dахil оlаn və çıхаn zənglər, ötürülmüş və qəbul еdilmiş SMS-lər, zənglərin аntеn dаirəsi, həmin mоbil nömrələrin və mоbil tеlеfоnlаrın sаhiblərinin аnkеt məlumаtlаrının çıхаrılmаsı bаrədə qərаra əsasən əldə edilmiş məlumatların olduğu Tərtər rayon polis şöbəsindən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı Hümbətоv Nаib Nаdir оğlunun istifаdəsində оlmuş ***-***-**-** və ***-***-**-** mоbil nömrələrinə və X13 istifаdəsində оlmuş ***-***-**-** və ***-***-**-** mоbil nömrələrinə müxtəlif şəxslərdən çoxsaylı telefon zənglərinin dахil olması, həmin nömrələrdən müxtəlif şəxslərə çoxsaylı telefon zənglərinin çıxması, Nаib Hümbətоvun istifаdəsində оlmuş ***-***-**-** mobil nömrəsindən sonuncu dəfə 07 may 2020-ci il tarixdə saat 23:41 dəqiqədə Şahid3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilməsi, eləcə də Хətаi Zеynаlоvun istifаdəsində оlmuş ***-***-**-** mobil nömrəsindən sonuncu dəfə 07 may 2020-ci il tarixdə saat 22:54 dəqiqədə X11 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilməsi və 52 saniyə müddətində davam edən danışığın baş tutması, Хətаi Zеynаlоvun istifаdəsində оlmuş ***-***-**-** mobil nömrəsinə sonuncu dəfə 30 aprel 2020-ci il tarixdə saat 20:28 dəqiqədə Pərviz Aslanovun istifadəsində olan ***-***- **-** mobil nömrəsindən zəng edilməsi və 16 saniyə müddətində davam edən danışığın baş tutması, həmin gün 20:27 dəqiqədə Xətai Zeynalovun istifadəsində olmuş eyni mobil nömrədən Pərviz Aslanova iki dəfə zəng edilməsi və müvafiq olaraq 06 və 03 saniyə müddətində davam edən danışıqların baş tutması, bundan başqa Hümbətоv Nаib Nаdir оğlunun istifаdəsində оlmuş ***-***-**-** mobil nömrəsinə 26 aprel 2020-ci il tarixdə saat 20:50 dəqiqədə X13 istifаdəsində оlmuş ***-***-**-** mobil nömrəsindən zəng edilməsi müəyyən olunmuşdur. Diskə baxış keçirilən zaman diskdə qeyd olunan mobil nömrələrə daxil olan və çıxan zənglər, anten dairəsi, həmin mоbil nömrələrin və mоbil tеlеfоnlаrın sаhiblərinin аnkеt məlumаtlаrı, həmçinin həmin mоbil nömrələrin hаnsı İMЕİ kоdlu tеlеfоnlаrdа istifаdə оlunmаsı bаrədə məlumаtlаr göstərilmiş, hədəf nömrələrdən göndərilmiş və qəbul еdilmiş SMS-lər qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X19” X44 13 avqust 2020-ci il tarixli 524/2020-MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən X13 AB0 sistemi üzrə qan qrupu 0/İ/, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim edilən X3na məxsus gödəkçə, uzunqol mayka, şalvar, mayka, trusik, hadisə yerindən götürülmüş bir ədəd qurumuş yarpaq hissəsi üzərindəki ləkələrdə və hadisə yerindən dörd ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri 0-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə X3na məxsus ola bilər. Təqdim edilən bir ədəd qatlanan cib bıçağı üzərində qan, X16 məxsus bir cüt idman ayaqqabısı, bir cüt corab, Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, qısaqol köynək, üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 iyun 2020-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Tərtər rayon polis şöbəsinin 07 dekabr 2020-ci il tarixli 184-24906-1220 nömrəli məktubla vermiş olduğu cavabdan görünür ki, X1 hadisədən 3-4 gün əvvəl Mübariz və Yavər adlı şəxslər ilə arasında hansı səbəbdən mübahisənin baş verməsinin öyrənilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmiş, bununla yanaşı mərhum Xətai Zeynalovun dostluq münasibətində olduğu Şahid6 və Şahid10 Xətai Zeynalov ilə hər hansı şəxs arasında problemin olması barədə məlumatlarının olmaması müəyyən edilmişdir. Həmçinin, cinayət hadisəsini törətmiş Təqsirləndirilən şəxs hadisəni törədən zaman tək olduğu, hər hansı şəxsin hadisənin törədilməsində köməkçiliyi, əlbirliyi və iştirakçılığının olmadığı, Təqsirləndirilən şəxs dayısı X17 Hümbətovun hadisə barəsində məlumatlı olmadığı müəyyən edilmiş, anncaq hadisənin baş verdiyi tarixdə saat 01:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələn minik avtomobilinin və avtomobilin sürücüsünün müəyyən olunması ilə bağlı əməliyyat yolu ilə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Tərtər şəhəri Cavanşir küçəsində yerləşən asfalt yolun üzərində Xətai Zeynalovu öldürdükdən sonra onun meyitini hadisənin baş verdiyi asfalt yolun kənarına çəkib uzandırmaqla çıxıb getmişdir. Bundan başqa 07 may 2020-ci il tarixdə mərhum Xətai Zeynalovun evinin yaxınlığında yerləşən Vasif adlı şəxsin işlədiyi bərbərxananın içərisində Xətai Zeynalovdan verdiyi pul borcunu geri tələb edən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs X14 hadisənin baş verməsindən təxminən 2-3 ay əvvəl X34 Hümbətovun özünün və ailə üzvlərinin barəsində nalayiq ifadələr danışması, digər şəxslərin yanında onu hörmətdən salması, digər şəhər sakinlərinin yanında Təqsirləndirilən şəxs əli ilə göstərib gülüş hədəfinə çevirmək istəməsi səbəbindən aralarında yaranan mübahisə zəminində öldürməsi əməliyyat yolu ilə müəyyən edilmiş, həmin cinayətin törədilməsində digər şəxslərin bu və ya digər formada iştirakı və marağı, digər şəxslərin cinayətin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs təhrik etmədiyi müəyyənləşdirilmiş, o cümlədən Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu, tez-tez görüşüb söhbət etdiyi Sənan və Ülvi adlı şəxslərin mövcud olduğu qeyd edilsə də, Sənan adlı şəxsin, habelə əvvəllər elektrik avadanlıqları mağazasında satıcı işləyən Xəyal adlı şəxsin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmiş, Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu hər hansı şəxs ilə Xətai Zeynalov arasında əvvəllər narazılıq yaranmadığı, Xətai Zeynalovun öldürülməsində başqa hər hansı şəxsin bu və ya digər formada marağı və iştirakının olmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 iyun 2020-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X8 11 iyun 2020-ci il tarixli 2441 nömrəli məktubla vermiş olduğu cavabdan görünür ki, istintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilmiş, tədbirlər zamanı daxil olmuş məlumatlardan müəyyən edilmişdir ki, X2 Naib Nadir oğlunun bacısı ilə görüşdüyünü (onu saxladığını) təxminən 2019-cu ildə adı məlum olmayan bir şəxsin yanında demiş, bunu eşidən Təqsirləndirilən şəxs bu barədə Xətai Zeynalova xəbərdarlıq etmişdir. 2020-ci ildə bu söhbət güclənmiş, Təqsirləndirilən şəxs və Xətai Zeynalov arasında mübahisə artmış, bu söhbəti yekunlaşdırmaq məqsədilə Təqsirləndirilən şəxs dostu Şahid3 hər iki şəxs ilə ayrı-ayrılıqda görüşərək onları sakitləşdirməyə çalışmışdır. Lakin hadisədən iki-üç gün əvvəl hər iki şəxsin aralarında olan telefon danışığından sonra məsələ qəlizləşmiş və 08 may 2020-ci il tarixdə hər iki şəxs görüşmüşlər. Görüş zamanı X48 Hümbətovun bacısı ilə aralarında olan münasibəti gizlətməmiş, bu zaman Təqsirləndirilən şəxs Xətai Zeynalovu bıçaq ilə vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər RİHB-nın Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.12.2020-ci il tarixli 2000 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2-də yaşayır və anası 1953-cü il təvəllüdlü Şahid13 ibarət ailə tərkibi var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər RİHB-nın Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs barədə şəhər İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 19 noyabr 2020-ci il tarixli 638/291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki ruhi psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21.1 maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X16 məxsus olan bir cüt idman ayaqqabısı, bir ədəd gödəkçə, bir ədəd kofta, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd trusik, bir cüt corab, dörd ədəd tamponda qan nümunəsi, üzərində qan ləkələri olan bir ədəd yarpaq, bir ədəd dəstəyi qəhvəyi rəngli açılıb bağlanan bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar və bir ədəd köynək maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 mart 2021-ci il tarixli qərardan görünür ki, 13 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 120.1 və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında isə 09 ildən 14 ilədək azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Naib Hümbərovun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, könüllü olaraq gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəllənin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir, Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma) olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 228.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2020-ci il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəto törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Tərtər rayon Məhkəməsinin 10 may 2020-ci il tarixli 4(061)-28/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 08 may 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 08 may 2021-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd soyuq silah hesab edilən dəstəyi qəhvəyi rəngli açılıb bağlanan ov bıçağı xüsusi müsadirənin obyektidir, ona görə də məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası DİN-nin silah-sursat anbarına təhvil verilməli, digər maddi sübut X3na məxsus olan bir ədəd idman ayaqqabısı, bir ədəd gödəkçə, bir ədəd kofta, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd trusik və bir cüt corab, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar və bir ədəd köynək qanuni sahiblərinə qaytarılmalı, qəbul etməkdən imtina edilərsə məhv edilməli, həmçinin iş üzrə mаddi sübut kimi tanınmış dörd ədəd tamponda qan nümunəsi və üzərində qan ləkələri olan bir ədəd yarpaq məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 127 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 120.1-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 11 (on bir) il 03 ( üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 08 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd soyuq silah hesab edilən dəstəyi qəhvəyi rəngli açılıb bağlanan ov bıçağı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası DİN-nin silah-sursat anbarına təhvil verilsin, X16 məxsus olan bir ədəd idman ayaqqabısı, bir ədəd gödəkçə, bir ədəd kofta, bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd trusik və bir cüt corab, Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar və bir ədəd köynək qanuni sahiblərinə qaytarılsın, qəbul etməkdən imtina edilərsə məhv edilsin, dörd ədəd tamponda qan nümunəsi və üzərində qan ləkələri olan bir ədəd yarpaq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfi olan 127 manat 80 qəpik məbləğində ekspertiza xərcinin dəyəri Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Nural Əliyev