Məhkəmə qərarları › İş №1(100)-190/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-190/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-190/2022 18.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və X1 ibarət tərkibdə, X2, X3 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 3000 manat cərimə cəzasından 500 manat ödəmiş, 2500 manat isə ödənilməmiş olaraq qalmış, Gəncə şəhəri, Nizami rayonu, Qaçaq Nəbi küçəsi dalan 3, ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,833 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ına daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 20 radələrində məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təmiz çəkisi 5,833 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 5,562 qramı hissəsini bölərək yaşadığı evdə saxlayıb, 0,271 qram hissəsini isə əynində olan göy rəngli cins şalvarın ön sol yan cibinə qoyub Gəncə şəhəri, Nizami rayonu, Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yaxınlığında daşıyarkən saxlanılıb Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin mətbəxindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 sentyabr 2021-ci il tarixdə saat 23.50də Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən bölməyə gətirilərək 04 sentyabr 2021-ci il tarixdə üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, özünü yalnız CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroini iynə vurma yolu ilə qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yaxınlığı ilə piyada gəzən zaman bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirib onlarla birlikdə Gəncə şəhər Nizami RPİ-yə getməsini xahiş etmişlər. Daha sonra onu Nizami RPİ-yə aparıb dövlət hesabına müdafiəçi ilə təmin etdikdən sonra ona üzərində qanunla saxlanılması qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi bildirilmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən yaşadığı evə aid qapının açarları, cib dəsmalı, pambıq parçası və “Fly” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotiki yerdən tapdığını bildirmişdir. Bükümü açdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək məqsədi ilə iki hissəyə bölüb üzərində saxladığını, özünün uzun müddətdir ki, narkotik vasitə olan heroini iynə vurma yolu ilə damara vuraraq qəbul etdiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, imzalarla təsdiq olunmuşdur. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və çəkisi təxminən 0.4 qram olmuşdur. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmiş və evin yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən taxta şkafının rəfindən bir ədəd yaşıl rəngli işlənmiş şpris aşkar olunmuş, həmin şpris vasitəsi ilə damarına narkotik vasitə heroin vurduğunu polis əməkdaşlarına bildirmiş, sonra evin həyət darvazasının sağ tərəfində yerləşən mətbəx otağında yerdə olan qırmızı rəngli “Final” markalı çay qutusunun içərisindən qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar olunmuşdur. Polis əməkdaşlarına həmin bükümün ona məxsus olmadığını bildirmişdir. Yaşayış evinə baxış keçirilməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş və imzalanmışdır. Evindən aşkar olunmuş kütlə tərəzidə çəkilmiş və çəkisi təxminən 5.6 qram olmuşdur. Daha sonra aşkar olunaraq götürülmüş kütlələr qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 23:50 radələrində Gəncə şəhəri Eminbəyli küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhələndiklərini bildirib onu Nizami RPB-nə gətirmişlər. Polis bölməsində dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərində saxlanması qanunla qadağan edilmiş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmiş və sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına bükümlərdə olan kütlələrin narkotik vasitə heroin olduğunu, həmin günü saat 08 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2 saylı tam orta məktəbin yaxınlığında yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, özünün uzun müddətdir ki, narkotik vasitə olan heroini iynə vurma yolu ilə damara vuraraq qəbul etdiyini bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroindən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol imzalarla təsdiq olunmuşdur. Aşkar olunmuş kütlə tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi təxminən 0.54 qram olmuşdur. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılaraq möhürlənib götürülmüşdür. İfadəsinə əlavə olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə saxlanılaraq üzərinə baxış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olsa da, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroindən məlumatının olmadığını, həmin narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin kimin tərəfindən qoyulduğunu bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, buna görə də özünü CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini, həmin əmələ görə də peşmançılıq çəkdiyini, uzun illərdir narkotik istifadəçisi olduğundan özünün daim narkotik vasitəyə ehtiyacının olduğunu, ibtidai istintaq dövründə də bu məzmunda ifadə verərək evindən aşkar edilmiş narkotik vasitədən məlumatının olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olduğu vaxt, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-yə məlumat daxil olmuşdur ki, Anar adlı Gəncə şəhər sakini daimi üzərində narkotik maddə gəzdirməkdə və istifadə etməkdə şübhəlidir və hazırda Gəncə şəhəri Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yanındadır. Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunduqdan sonra həmin gün saat 20:30 radələrində əməliyyat qrupu yaradılmış və o, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yanında adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan, ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən yaşadığı evə aid qapının açarları, cib dəsmalı, pambıq parçası və “Fly” markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, təxminən 4 gün əvvəl Bakı şəhəri Alatava qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bükümü açdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək məqsədi ilə iki hissəyə bölüb üzərində saxladığını, özünün uzun müddətdir ki, narkotik vasitə olan heroini iynə vurma yolu ilə damara vuraraq qəbul etdiyini bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin bir hissəsini yaşadığı evdə saxladığını, həmin narkotik vasitələrdən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, imzalarla təsdiq olunmuşdur. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 0.4 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə, eləcə də videoçəkiliş vasitəsi ilə onun ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmiş və evin yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən taxta şkafının rəfindən bir ədəd yaşıl rəngli işlənmiş şpris aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin şpris vasitəsi ilə damarına narkotik vasitə heroin vurduğunu bildirmişdi. Sonra evin həyət darvazasının sağ tərəfində yerləşən mətbəx otağında yerdə olan qırmızı rəngli “Final” markalı çay qutusunun içərisindən qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhərində tapdığı və şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin bir hissəsinin həmin bükümdə olduğunu, özü sonradan istifadə etmək məqsədi ilə həmin çay qutusunun içərisində saxladığını bildirmişdi. Yaşayış evində baxış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol imzalarla təsdiq olunmuşdur. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 5.6 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş kütlələr qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPŞ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə versə də, ifadəsində Təqsirləndirilən şəxsla bağlı daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin istifadəsi və dövriyyəsilə bağlı olduğunu göstərmiş, lakin dövriyyə ilə bağlı konkret məlumatların əldə olunmadığnı bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami RPB-nin sahə rəisi vəzifəsində xidmət edərkən xx.xx.2021-ci il tarixdə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Anar adlı Gəncə şəhər sakininin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik maddə gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olduğunu və hazırda Gəncə şəhəri Eminbəyli küçəsində olduğunu bildirmişdir. Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunandan sonra həmin gün saat 23:30 radələrində əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid3 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Eminbəyli küçəsində adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs saxlayaraq Nizami RPB-nə gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan, müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmiş və daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar edilərək götürülmüşdü. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdə olan kütlələrin narkotik vasitə heroin olduğunu, həmin gün saat 08 radələrində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2 saylı tam orta məktəbin yaxınlığında yerdən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, özünün uzun müddətdir ki, narkotik vasitə olan heroini iynə vurma yolu ilə damara vuraraq qəbul etdiyini bildirmişdi. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroindən heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdi. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və imzalarla təsdiq olunmuşdu. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və sellofanla birlikdə çəkisi 0.54 qram olmuş, bundan sonra həmin kütlə qablaşdırılaraq, möhürlənib götürülmüşdü. İş materiallarına əlavə edilmiş 14 iyul 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21.00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 14 iyul 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar olunmuş, həmin büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli, toz halında, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,4 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Bakı şəhərində yerdən tapdığını, bükümü iki yerə bölərək bir hissəsini yaşadığı evdə saxladığını göstərmişdir. İş materiallarına əlavə edilmiş 14 iyul 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə aşkar edilərək götürüldükdən sonra Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilərək, 14 iyul 2021-ci il tarixdə saat 22:40-da, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 5 ünvanda baxış aparılmış, baxış zamanı evin yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən taxta şkafın rəfindən bir ədəd yaşıl rəngli işlənmiş şpris aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin şprislə öz bədəninə narkotik vasitə vurduğunu bildirmiş, bundan sonra həyətyanı sahədə giriş darvazasından sağ tərəfdə yerləşən 1 otaqlı mətbəxə baxış keçirilərkən otaqda yerdə olan qırmızı rəngli “Final” markalı çay qutusunun içərisindən qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar olunmuşdur. Büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli, toz halında olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 15 iyul 2021-ci il tarixli 16/701 nömrəli maddə və materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “qızılı” rəngli kağız bükümdə təmiz çəkisi 0,271 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 5,562 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvan 6 ünvanında yataq otağından aşkar olunan 1 ədəd şpris” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd istifadə edilmiş 2 ml-lik bir dəfəlik şprisdə narkotik vasitə izləri aşkar olunmadı. İş materiallarına əlavə edilmiş 16 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Gəncə ŞBPİ-nin MSY-dən buraxılmışdır. İş materiallarına əlavə edilmiş 4 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00.30-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 4 sentyabr 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar olunmuş, həmin bükümlər açıldıqda içərisində tünd qəhvəyi rəngli, toz halında, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bükümlər elektron tərəzidə çəkilmiş və çəkisinin 0,54 qram olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 4 sentyabr 2021-ci il tarixli 16/920 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş 0,54 qr narkotik vasitə heroinə bənzər kütlə....” yazı və imzalar olan kağız paketdəki, iki ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram, 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional Bölməsinin 17 dekabr 2021-ci il tarixli 16/1308 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” yazı və imzalar olan kağız paketdəki heroin ilə üzərində “....vət. Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu....” yazı və imzalar olan kağız paketdəki heroin və “.... üzərindən götürülmüş 0,54 qr narkotik vasitə heroinə bənzər kütlə.” sözlər və imzalar olan kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimləvi tərkiblərinə görə müxtəlifdirlər. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasına dair 29 dekabr 2021-ci il tarixli 1577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə saat 23.50-də Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş 05 sentyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Gəncə ŞBPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2021ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdən axtarışa elan edilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri ərazisində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(044)-170/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 01 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinləri haradan və kimdən əldə etməsi müəyyən olunmamış, onun narkotik istifadəçisi olması, mütəmadi narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan əlavə o, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarından müəyyən olunmuşdur ki, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2 may 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat ödənilməmiş qalan cərimə cəzası hazırkı hökmlə tam birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş “videodiskə baxış keçirilməsi barədə” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 15 dəqiqə 49 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı polis mayoru X4 bildirir ki, həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa da təqdim etməsi təklif edildi, sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı üzərindən yaşadığı evə aid qapının açarları, cib dəsmalı, pambıq parçası və “Fly” markalı köhnə istehsal mobil telefon, əynində olan göу rəngli cins şalvarın ön sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bikülmüş büküm aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan kütləin narkotik vasitə heroin olduğunu, təxminən 4 gün bundan əvvəl Bakı şəhəri Alatava qəsəbəsində yerdən tapdığını, bükümü açdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək məqsədi ilə iki hissəyə bölüb üzərində saxladığını, özünün uzun müddətdir ki, narkotik vasitə olan heroini iynə vurma yolu ilə damara vuraraq qəbul etdiyini bildirdi. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin bir hissəsini yaşadığı evdə saxladığını, həmin narkotik vasitələrdən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirdi. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edildi, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olundu. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkildi və çəkisi 0.4 qram oldu. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq götürüldü və üzəri dəftərxananın 110 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc zor tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. İş materiallarına əlavə edilmiş “videodiskə baxış keçirilməsi barədə” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 36 dəqiqə 10 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, evdə axtarış keçirilməmişdən əvvəl təhqiqatçı polis mayoru X4 bildirir ki, həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Qaçaq Nəbi: küçəsində yerləşən kilsənin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə axtarış keçirildi və evin yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən taxta şkafının rəfindən bir ədəd yaşıl rəngli işlənmiş şpris aşkar olundu. Təqsirləndirilən şəxs həmin şpris vasitəsi ilə damarına narkotik vasitə heroin vurduğunu bildirdi. Sonra evin həyət darvazasının bağ tərəfində yerləşən mətbəx otağında yerdə olan qırmızı rəngli “Final” markalı çay qutusunun içərisindən qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar olundu, Təqsirləndirilən şəxs Bakı şəhərində tapdığı və şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin bir hissəsinin həmin bükümdə olduğunu, özü sonradan istifadə etmək məqsədi ilə həmin çay qutusunun içərisində saxladığını bildirdi. Yaşayış evində axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edildi, tərtib edilmiş protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq olundu. Aşkar olunmuş kütlə aptek tərəzisində çəkildi və çəkisi 5.6 qram oldu. Daha sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş kütlələrinin tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq götürüldü və üzəri dəftərxananın 110 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, о saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc zor tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da evdə axtarışın başa çatdırılması elan edilir. İş materiallarına əlavə edilmiş evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 245/85 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 3000 manat cərimə cəzasından 500 manat dövlət büdcəsinə ödəmiş, 2500 manat hissəsi isə ödənilməmiş qalmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, özünü CM-in 234.1-ci maddəsilə təqsirli bilərək ifadəsində xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə saxlanılaraq üzərinə baxış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, lakin yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroindən məlumatının olmadığını, həmin narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin kimin tərəfindən qoyulduğunu bilmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, buna görə də özünü CM-in 234.1-ci maddəsilə təqsirli bildiyini, həmin əmələ görə də peşmançılıq çəkdiyini, uzun illərdir narkotik istifadəçisi olduğundan özünün daim narkotik vasitəyə ehtiyacının olduğunu, ibtidai istintaq dövründə də bu məzmunda ifadə verərək evindən aşkar edilmiş narkotik vasitədən məlumatının olmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu, yəni yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroindən məlumatının olmaması, həmin narkotik vasitənin ona məxsus olmamasına dair ifadəsini uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadə kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 iyul 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə aşkar edilərək götürüldükdən sonra Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilərək, 14 iyul 2021-ci il tarixdə saat 22:40-da, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 5 ünvanda baxış aparılmış, baxış zamanı evin yataq otağında giriş qapısından sağ tərəfdə yerləşən taxta şkafın rəfindən bir ədəd yaşıl rəngli işlənmiş şpris aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin şprislə öz bədəninə narkotik vasitə vurduğunu bildirmiş, bundan sonra həyətyanı sahədə giriş darvazasından sağ tərəfdə yerləşən 1 otaqlı mətbəxə baxış keçirilərkən otaqda yerdə olan qırmızı rəngli “Final” markalı çay qutusunun içərisindən qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar olunmuşdur. Büküm açıldıqda içərisində açıq qəhvəyi rəngli, toz halında olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Qeyd olunan xüsusat “videodiskə baxış keçirilməsi” haqqında 01 sentyabr 2021-ci il tarixli protokolla da təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarından müəyyən olunmuşdur ki, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir. Həmçinin maddə və materialların məhkəmə ekspertizasına dair rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr evindən aşkar edilmiş narkotik vasitələrlə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə, yəni Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması, həmçinin təkrarən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması kimi tövsifi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 5,833 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində və yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİnin CAŞ-ına daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat saat 20 radələrində istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 5,833 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 5,562 qramı hissəsini bölərək yaşadığı evdə saxlayıb, 0,271 qram hissəsini isə əynində olan göy rəngli cins şalvarın ön sol yan cibinə qoyub Gəncə şəhəri, Nizami rayonu, Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yaxınlığında daşıyarkən saxlanılıb Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizami RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tədbirin davamı olaraq xx.xx.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin mətbəxindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 5,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 03 sentyabr 2021- aparılması zamanı əynində olan göy rəngli cins şalvarının ön sol yan cibindən 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 5,833 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 5,562 qram hissəsinin yaşadığı evdən, 0,271 qram hissəsinin isə üzərindən, həmçinin təkrarən 0,187 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,422 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin üzərindən aşkar edilməsini onun həmin narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Lakin iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində evindən aşkar edilmiş 5,562 qram narkotik vasitə olan heroinin ona məxsus olmadığını bildirsə də, məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, “...10 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu Alatava qəsəbəsində olan zaman yerdən 01 ədəd sellofan bükülü tapmış, həmin bükülünü əlinə götürüb içərisinə baxış keçirmiş, baxış zamanı kütlənin iyindən narkotik vasitə heroin olduğunu düşünmüş və həmin kütləni əynində olan şalvarın cibinə qoyub özü ilə birlikdə Gəncə şəhərinə gətirmişdir. Həmin kütlədən ailə üzvlərinin xəbəri olmaması üçün Gəncə şəhəri Qaçaq Nəbi küçəsində yerləşən evinin mətbəxindəki “Final” çayının içərisinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə saat 20:20-də Gəncə şəhəri Qaçaq Nəbi küçəsində yerləşən kilsənin yaxınlığı ilə piyada gəzən zaman bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirib onlarla birlikdə Gəncə şəhər Nizami RPİ-yə getməsini xahiş etmişlər. Daha sonra onu Nizami RPİyə aparıb dövlət hesabına müdafiəçi ilə təmin etdikdən sonra ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi bildirilmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən yaşadığı evə aid qapının açarları, cib dəsmalı, pambıq parçası və Fly markalı köhnə istehsal mobil telefon, əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən bir ədəd qızılı rəngli siqaret falqasına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, təxminən 4 gün bundan əvvəl Bakı şəhəri Alatava qəsəbəsində yerdən tapdığını, bükümü açdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək məqsədi ilə iki hissəyə bölüb üzərində saxladığını, özünün uzun müddətdir ki, narkotik vasitə olan heroini iynə vurma yolu ilə damara vuraraq qəbul etdiyini bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin bir hissəsini yaşadığı evdə saxladığını, həmin narkotik vasitələrdən bu günə qədər heç kimə satmadığını, borc və ya pay olaraq vermədiyini bildirmişdir....”. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə evindən aşkar edilmiş narkotik vasitə olan heroini taparaq bir hissəsini evində saxladığını, digər hissəsini isə üzərində şəxsi istifadəsi üçün saxladığını və gəzdirdiyini bildirmiş, həmin vasitələri satmaq niyyətinin olması, olduğu təqdirdə kimə, nə vaxt və harada satacağı, habelə həmin narkotik vasitəni digər şəxsi maraq məqsədi ilə yaymağı ilə bağlı hər hansı xüsusat göstərməmiş, istintaq orqanı tərəfindən də həmin hallar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasına dair 29 dekabr 2021-ci il tarixli 1577 nömrəli rəydən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Gəncə şəhər Nizami RPŞ-nin əməkdaşı Şahid1 sərbəst ifadəsində Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat məlumatının onun narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsilə bağlı daxil olduğunu bildirsə də, dövlət ittihamçısının vəsatəti əsasında ifadəsi elan olunduqdan sonra ifadəsində uzun müddət keçdiyi üçün xatırlamadığından ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə onun sərbəst ifadəsində və bundan sonra suallara verdiyi cavablarda əməliyyat məlumatı ilə bağlı göstərdiklərini daha inandırıcı ifadələr kimi qəbul etməklə, ifadəsi elan olunduqdan sonra ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirməsini isə həqiqi və obyektiv ifadə kimi qəbul etmir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Nizami RPŞ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə versə də, ifadəsində Təqsirləndirilən şəxsla bağlı daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin istifadəsi və dövriyyəsilə bağlı olduğunu göstərsə də, dövriyyə ilə bağlı konkret məlumatların əldə olunmadığnı bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinləri haradan və kimdən əldə etməsi müəyyən olunmamış, onun narkotik istifadəçisi olması, mütəmadi narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları vardır. Göründüyü kimi həm polis əməkdaşlarının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması ilə bağlı ziddiyyətli ifadələri, həmçinin əməliyyat tapşırığının icrası ilə bağlı verilmiş ziddiyyətli məktubu məhkəmə mötəbər sübut kimi qəbul etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən, həmçinin sonrakı tarixdə üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsi, heç də onun tərəfindən həmin narkotik vasitəni satış məqsədilə əldə etməsinə və saxlamasına dəlalət etmir. Belə ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitələrin çəkilərək xırda bağlamalara bükülməməsi, onun üzərindən həmin vasitələrin satışında istifadə edilən digər predmetlərin (məs. tərəzi və s.) aşkar edilməməsi, uzun müddət narkotik istifadəçisi olması, narkomaniya xəstəliyindən əzab çəkməsi və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitənin satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki,“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı ilə müəyyən edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2 may 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat ödənilməmiş qalan cərimə cəzası hazırkı hökmlə tam birləşdirilmişdir. Həmçinin tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan əmələ görə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən hazırkı cinayət əməlini törətmişdir. Onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmçinin Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs CM-in 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat ödənilməmiş qalan cərimə cəzası da hökmlə tam birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsinin məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində olan 3000 manat cərimə cəzasından 500 manat dövlət büdcəsinə ödəmiş, 2500 manat hissəsi isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsini müəyyən edən 67-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş 2500 manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə Gəncə ŞBPİ-nin MSYdən azad edilmiş, həmçinin 4 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2021-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə Gəncə ŞBPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirlər, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qaytarılmış 0,121 qram, 5,412 qram, 0.282 qram olan heroinlər və 01 ədəd istifadə edilmiş birdəfəlik şpiris məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat 20 (iyirmi) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə növündə cəzanın ödənilməmiş qalan 2500 (iki min beş yüz) manat məbləğində hissəsi hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdən 16 iyul 2021-ci il tarixədək, 4 sentyabr 2021-ci il tarixdən 5 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə növündə cəza və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qaytarılmış 0,121 qram, 5,412 qram, 0,282 qram olan heroinlər və 01 ədəd istifadə edilmiş birdəfəlik şpiris məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat 20 (iyirmi) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar