Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-190/2025 07.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə İclas katibləri: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, müşaviri X8 Zərərçəkmiş şəxs və nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbacanlı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə "xxxx"ın Bərdə filialında baş kredit mütəxəssis vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Bərdə şəhəri, Şəhriyar küçəsi ev 53-də yaşayan Zərərçəkmiş şəxs ilə 2023-cü ilin may ayının sonlarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb onun adına işlədiyi bankda bank hesabı açıb depozit qoymaqla yüksək məbləğdə gəlir əldə edəcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib aldadıb inandırmaqla etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 30 may 2023-cü il tarixdə günorta saatlarında, dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən işlədiyi "xxxx"ın Bərdə filialının inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 60.000 (altmış min) manat pulunu, 08 iyun 2023-cü il tarixdə günorta saatlarında, dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən işlədiyi "xxxx"ın Bərdə filialının inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 30.000 (otuz min) manat pulunu, 21 iyun 2023-cü il tarixdə günorta saatlarında, dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən işlədiyi "xxxx"ın Bərdə filialının inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 60.000 (altmış min) manat pulunu, 02 avqust 2023cü il tarixdə dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən işlədiyi "xxxx"ın Bərdə filialının inzibati binasının qarşısında onun bu cinayətkar niyyətindən xəbərsiz olan iş yoldaşı - "xxxx"ın Bərdə filialının baş kredit mütəxəssisi vəzifəsində işləyən Şahid1 vasitəsilə 86.000 (səksən altı min) manat pulunu, 21 avqust 2023-cü il tarixdə dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən işlədiyi "xxxx"ın Bərdə filialının inzibati binasının qarşısında onun cinayətkar niyyətindən xəbərsiz olan iş yoldaşı "xxxx"ın Bərdə filialının baş kredit mütəxəssisi vəzifəsində işləyən Şahid1 vasitəsilə 20.500 (iyirmi min beş yüz) manat olmaqla vahid niyyətlə ümumilikdə külli miqdar hesab edilən 256.500 (iki yüz əlli altı min beş yüz) manat pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, O, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır, 2 azyaşlı övladı var. Hadisədən əvvəlki müddətdə "xxxx"ın Bərdə filialında baş mütəxəssis işləmişdir. Zərərçəkmiş şəxs onun qonşusudur, dostluq münasibətləri olmuşdur. Hadisədən əvvəl "xxxx"da əmək haqqı az olduğu üçün maddi sıxıntıları olmuş, tanış və qohumlarından müxtəlif məbləğlərdə borca pul alsa da geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs maddi imkanın yaxşı olduğunu görüb onu aldatmaq qərarına gəlmiş, Turala zəng edərək işlədiyi "xxxx"ın Bərdə filialında guya kampaniya olduğunu, banka pul qoyulduqdan sonra əlavə qazanc əldə edəcəklərini demişdir. Tural pulunun olmadığını, Elcana deyəcəyini bildirmişdir. Tural Elcana dedikdən sonra Elcan banka pul qoymağa razılıq vermiş, 20 000 manat pulu Elxandan alıb yaşadığı evin qarşısında ona vermişdir. Təxminən 10 gün sonra Turalın ona verdiyi 20 000 manat pulu və əlavə qazanc olaraq 1500 manatı Elcana verilməsi üçün Turala qaytarmış, Tural da həmin pulu Elcana vermişdir. Bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə pullar alaraq pulların bir hissəsini sonradan Elcana qaytarıb qazanc olduğunu demiş, inam yaratmışdır. xx.xx.2023-cü ildə o, yenidən Elcana zəng edərək pul lazım olduğunu və qazanc əldə edəcəyini vəd verdiyi üçün Elcan onunla razılaşaraq Bərdə şəhərində görüşüb işlədiyi bankın qarşısında ona 60 000 manat pul vermişdir. Həmin pulu özündə saxlamış və təxminən 10 gün sonra Elcanın verdiyi puldan 3800 manatı geri qaytarıb qazanc olduğunu bildirmişdir. Elcandan xx.xx.2023-cü il tarixdə 30 000 manat pul almış, həmin pulun bir qismini xərclədikdən sonra 5700 manat pulu Elcana qaytarıb 90000 manat pulu qalmasını və əlavə qazanc əldə edəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Elcanın verdiyi 90000 manat pulun guya qazanc faizi olan 5700 manat da yenidən Elcana vermiş, Elcanda özünə inam yaratmışdır. Elcana mütəmadi qazanc əldə edəcəyini deyib köməklik göstərməsinin lazım olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən tanışı Elcan zəng edərək əlavə 90 000 manat pul lazım olduğunu, Bakı şəhərində olduğu üçün pulu iş yoldaşı Şükür adlı şəxsə verməsini demişdir. Bundan sonra o, iş yoldaşı Şükürə zəng edərək tanışı Elcanın pul gətirəcəyini və pulu götürüb Bakı şəhərinə bank vasitəsi ilə hesabına göndərməsini xahiş etmişdir. O, Elcana əvvəl verdiyi pulun xeyri olan 4000 manat olduğunu, Şükürə 86 000 manat verməsini, 4000 manat pul isə həmin pulun xeyri olaraq bankda hesaba qoyacağağını demişdir. Buna görə Elcan Şükürlə görüşüb 86 000 manat pulu Şükürə vermiş, Şükür isə xx.xx.2023-cü il tarixdə «Respublika Bank»ın Bərdə filialından onun «Respublika Bank»da olan cari hesabına 52.200 manat və 33.800 manat pulu göndərmişdir. Şükürə Elcanın verdiyi pulu iki dəfəyə göndərməsini dediyi üçün Şükür iki dəfə olmaqla, ümumilikdə 86.000 manat pulu bank vasitəsilə göndərmişdir. Həmin pulu öz şəxsi maraqları üçün istifadə edib Elcana 5700 manat pul vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü ildə Elcana zəng edib bankda yeni kampaniya olduğunu demiş və 20500 manat pul verməsini istəmiş, Elcan həmin 20500 manat pulu taksi sürücüsü ilə iş yoldaşı Şükürə göndərmişdir. Şükür həmin pulu işlədiyi Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən "xxxx"ın qarşısında taksi sürücüsündən alıb ona vermişdir. Həmin vaxtdan etibarən Elcana hər hansı məbləğ pul qaytarmamışdır. Elcanın verdiyi pulları isə borclarına vermiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Elcana qalıq 168.000 manat pulu ödəyə bilməmiş, Elcan şübhələnib pulları geri istəyəndə pulu qaytara bilməmişdir. O, "xxxx"da istifadəsində olan kompüterdə bank hesabı yaradaraq həmin hesabda guya 336206 manat pul olması barədə şəkli mobil telefonla Zərərçəkmiş şəxs göndərmiş və Elcanı şəxsi hesabında pul olmasına inandırmışdır. Bir müddət sonra Elcan ondan pulları geri istəmiş O, isə Elcana işlədiyi "xxxx"ın inzibati binasında təmir işləri aparıldığı üçün həmin pulu şəxsi hesabından çıxara bilmədiyini və pulu geri qaytara bilmədiyini demişdir. O, Elcanı pul tapmaq üçün vaxt qazanmaq vasitəsilə aldatmaq istəsə də sonradan Elcanın atası Nizaməddin yaşadığı evə gələrək oğlu Elcanın verdiyi pulları tələb etmiş, O isə yaşadığı evi sataraq pulu verəcəyini vəd etsə də evi sata bilmədiyi üçün pulu qaytara bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Elcanı aldadaraq işlədiyi "xxxx"da kompaniya olduğunu və buna görə də birgə qazanc əldə edə biləcəyini vəd verib müxtəlif vaxtlarda ümumilikdə 256.500 manat pul almışır. Elcandan aldığı pulları birclarına və şəxsi ehitiyaclarına xərcləmiş, onda hər hansı məbləğ pul qalmamışdır. Məhkəmə baxışında iş olduğu müddətdə zərərçəkmiş şəxsə məxsus pul vəsaitini tam şəkildə ödəmiş,ona dəymiş maddi ziyanı vermiş, onunla və ailə üzvləri ilə barışıq əldə etmdişdir. Tutduğu əməldən səmimi peşmandır, zərərçəkmişdən də buna görə üzrxahlıq etmiş və barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Şəhriyar küçəsi, ev 53-də yaşayır. xırda ticarətlə məşğuldur. Bərdə şəhəri, «Təzə Bazar»da kənd təsərrüfatı məhsulları iplər, polietilen örtüklər, çadırlar, ot bağlamalarının ipləri, gündəlik istifadə edilən sellofan torbalar və sair xırdavatların alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır. Şikayət etməmişdən 7-8 ay əvvəl tanışı Tural ona zəng edərək qohumu Bəxtiyarın Bərdə şəhərində işlədiyi "xxxx"ın Bərdə filialında kampaniya olduğunu, banka pul qoyulduqdan sonra əlavə qazanc əldə edə biləcəyini demişdir. Tural onun yanında Bəxtiyarla mobil telefonla danışdıqdan sonra razılaşmış, Tural ona pulu Bəxtiyarın işlədiyi banka köhnə tarixə yazaraq əlavə pul qazanmasını demişdir. Tural ondan 2023-cü ilin fevral və mart aylarında 20 000 manat pul alıb Bəxtiyara vermiş, 10 gün keçdikdən sonra 20 000 manat pulla əlavə 1500 manat pulu gətirib ona vermişdir. Bu hal 2-3 dəfə təkrar olmuş, 2023-cü ilin aprel ayının sonunda o, Tural və Bəxtiyarla Bərdə şəhərində yerləşən «Qədirxum» çay evində oturub çay içmiş, Tural getdikdən sonra Bəxtiyar ona işlədiyi "xxxx"da yeni kampaniya olduğunu, bankda hesab açıb pul qoyduqdan sonra pul qoyaraq qazana biləcəyini deyib pul istəmişdir. Bəxtiyar 60000 manatlıq kampaniya olduğunu, pulu öz adına qoyacağını demişdir. Buna görə də o, Bəxtiyarın sözünə inanaraq xx.xx.2023-cü ildə 60000 manat pulu Bərdə şəhəri "xxxx"-ın qarşısında özünə məxsus olan “Ford” yük markalı, ** DX *** nömrə nişanlı avtomobilin içərisində vermiş, Bəxtiyar 10 gün sonra xeyir olaraq 3800 manat pul vermiş, lakin 60000 manat pul Bəxtiyarda qalmış, həmin puldan əlavə qazanc olacağını demişdir. xx.xx.2023-cü il tarixdə Bəxtiyar ona zəng edərək bankda yeni kampaniya olduğunu və yer olmasını deyib 30 000 manat pul lazım olduğunu demiş və o, Bəxtiyarın işlədiyi "xxxx"ın qarşısına gedərək idarə etdiyi «Mercedes» markalı ** KC *** nömrə nişanlı avtomobilin içində Bəxtiyara daha 30 000 manat pul vermişdir. Ümumilikdə Bəxtiyarda 90000 manat pulu olmuş, təxminən 7-8 gün sonra Bəxtiyar ona 90000 manat pula görə guya qazanc olaraq 5700 manat pul vermiş, 90000 manat pula görə əlavə pul verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Bəxtiyar yenidən pul lazım olduğunu dediyi üçün o, əlavə 60000 manat pulu aparıb Bərdə şəhəri "xxxx"ın qarşısında idarə etdiyi «Ford» markalı avtomobilin içərisində Bəxtiyara vermişdir. Təxminən bir neçə gün sonra Bəxtiyar ona 60000 manat pula görə guya xeyir olaraq 3800 manat pul vermiş, həmin vaxt Bəxtiyarda 150 000 manat pulu qalmışdır. xx.xx.2023-cü ildə Bəxtiyar əvvəl verdiyi 90000 manat pula qarşı xeyir olaraq 5700 manat pul vermiş, yanında heç kim olmamışdır. xx.xx.2023-cü il tarixdə Bəxtiyar yenidən işlədiyi bankda kampaniya olduğunu və əlavə olaraq 90 000 manat pul istəmişdir. Bəxtiyar Bakı şəhərində olduğunu pulu Bərdə şəhərində iş yoldaşı Şükür adlı şəxsə verməyi bildirmişdir. Həmin vaxt Sumqayıt şəhərindən Bərdə şəhərinə qonaq gələn əmisi Şahid4 bu barədə məlumat vermiş, Bərdə şəhərində "xxxx"da işləyən Bəxtiyar adlı tanışı vasitəsilə banka pul qoyub əlavə pul alması barədə məlumat vermişdir. Əmisi İsanın Sumqayıt şəhərində ev satdığını bildiyi üçün ona da pul verməsini təklif etmiş, əmisi isə 60 000 ABŞ dolları, yəni 102 000 manat pulu olduğunu və sentyabr-oktyabr aylarında özünə ev alacağını, pulun onda lazım olacağını deyərək həmin pulu ona vermişdir. Həmin pula qarşı ona 4000 manat xeyr verəcəyini dediyi üçün 86 000 manat pulu iş yoldaşı Şükür adlı şəxsin ***-***-**-** saylı telefon nömrəsini ona göndərərək pulu həmin şəxsə verməyi demişdir. xx.xx.2023-cü il 86 000 manat pulu Şükürə yaşadığı evin qarşısında vermişdir. Son dəfə isə həmin danışıqdan bir neçə gün sonra Bəxtiyarın istəyi ilə o, tanış taksi sürücüsü Zahid adlı şəxslə görüşüb 20 500 manat pulu Zahidə vermişdir. Bəxtiyar onu inandırdığı üçün və yeni kampaniya olduğunu bildirdiyinə görə o, işdən çıxa bilmədiyi üçün 20500 manat pulu taksi sürücüsü Zahidə, Zahid isə Bəxtiyarın işlədiyi bankın qarşısında Şükürə vermişdir. Bəxtiyar onu inandırmaq üçün “WhatsApp” sosial şəbəkəsində cədvəli ona göndərmiş, cədvəldə 336 000 manat pul olması və həmin hesabın ona məxsus olduğu qeyd edilmişdir. Sonradan verdiyi pulları tələb etdikdə Bəxtiyar ona müxtəlif bəhanələr gətirib pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Bəxtiyarın onu aldatdığını başa düşmüş, pulunu geri istəmiş, yoxsa şikayət edəcəyini demişdir. Bəxtiyar ona işlədiyi «Accsess Bank»ın müdirinin yerində olmadığını və bu səbəbdən adına olan hesabdan pulunu çıxarıb verə bilməyəcəyini demişdir. Bundan sonra o, Bəxtiyarın onu aldatdığını görüb bu barədə valideynlərinə demiş, atası Nizaməddinlə birlikdə Bəxtiyarın evinə gedərək valideynləri ilə söhbət etmiş, söhbət vaxtı Bəxtiyar onu aldadaraq ümumilikdə 256 500 manat pul aldığını etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi "xxxx"da müxtəlif kampaniyalar olduğunu pul qoyaraq əvvəlki tarixə rəsmiləşdirəcəyini və əlavə faiz əldə edə biləcəyini demiş, 2023-cü ilin may ayından başlayaraq bir neçə ay ərzində 256500 manat pul almışdır. Bəxtiyar bank hesabı açacağını desə də onu aldatmışdır. Təqsirləndirilən şəx tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxs həbs edilməsini istəmir və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhərində yaşayır. “Perla” mebel salonunda satış üzrə menecer işləyir. Təqsirləndirilən şəxs onun qohumu, bibisi oğludur. Zərərçəkmiş şəxs isə onun dostudur. Elcan ilə qohumu Bəxtiyar qonşu olsa da aralarında təxminən 1 il əvvəl dostluq münasibəti yaranmışdır. Bəxtiyar və Elcan arasında hər hansı bir narazılıq, ədavətləri və ya düşmənçilik olmamışdır. Təxminən 6-7 ay əvvəl qohumu Bəxtiyar ona zəng edərək işlədiyi "xxxx"ın Bərdə filialında kampaniya keçirildiyini və buna görə də həmin banka pul qoyulduqdan sonra əlavə qazanc əldə edəcəyini demişdir. Özünün pulu olmadığını deyəndə Bəxtiyar ona Elcana bu barədə deməsini bildirmiş, Bəxtiyarın xahişi ilə Elcana məlumat vermiş, Elcan Bəxtiyara pul verməyə razılıq verdikdən sonra Elcan 20 000 manat pulu Bəxtiyara vermişdir. Söhbət zamanı Elcanın Bəxtiyara verdiyi 20000 manat pulun xeyiri olan 1500 manat verəcəyini demişdir. Bir neçə gün sonra Bəxtiyar Elcanın 20 000 manat pulu və əlavə olaraq həmin pulun xeyri olan 1500 manat pulu birlikdə gedib Elcanın yaşadığı ünvanın qarşısında ona vermişdir. Bəxtiyar və Elcan arasında olan pul məsələləri haqqında onun başqa məlumatı olmamışdır. 2023-cü il sentyabr ayının əvvəli, işlədiyi mebel salonunda olarkən Bəxtiyarın dostu Vüsal ona zəng edib harada olmağını soruşanda o, işdə olduğunu demiş, təxminən 5 dəqiqə sonra Vüsal onun işlədiyi mebel salonuna gəlmiş, ona bibisioğlu Bəxtiyarın Elcana külli miqdar borcu olduğunu demişdir. Bir qədər sonra yanına Bəxtiyar və Bəxtiyarın iş yoldaşı Şükür gəlmişdir. Həmin vaxt Bəxtiyar avtomobildən düşməmiş, Şükür isə avtomobildən düşüb Bəxtiyarın Elcana pul verməli olduğunu demişdir. Sonra isə Elcan və Bəxtiyarın qardaşı Sənan onların yanına gəlmişdir. Elcan və Sənandan sonra Bəxtiyar yanlarına gəlmişdir. Bəxtiyardan pulun harada olduğunu soruşduqda, Bəxtiyar pulu əsgər yoldaşına verdiyini demiş, Elcan yanında Bəxtiyara 320 000 manat verəcəyi olduğunu demişdir. Bəxtiyar onların yanında Elcana yaxın vaxtlarda 320 000 manat pulu qaytarıb verəcəyinə söz vermiş olmasa özünə məxsus olan evi və digər əmlakı satıb pulu qaytaracağını demişdir. X7 etibarından suiistifadə edərək guya pulu işlədiyi "xxxx"a qoyacağını vəd verərək pulları ələ keçirməsi məlum olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Bəxtiyar ona bankda hesab açaraq pul qoyacağını və qazanc əldə edəcəyini bildirmişdir. Bəxtiyar ondan 20 000 manat pul istəmiş, 2023-cü ilin fevral və ya mart ayında ona zəng edərək işlədiyi "xxxx"ın Bərdə filialında kompaniya keçirildiyini və buna görə də həmin Banka pul qoyulduqdan sonra əlavə qazanc əldə edəcəyini demişdir. Həmin vaxt o, özünün pulu olmadığını demiş, həmin vaxt Bəxtiyar ona Elcana banka pul qoyub deməyini xahiş etmiş, o, da Bəxtiyarın xahişi ilə Elcanla demiş, Zərərçəkmiş şəxs isə Bəxtiyara pul verməyə razılıq verdikdən sonra Elcan 20000 manat pulu Bəxtiyara verdikdən 10 gün sonra Bəxtiyar 20000 manat pulu və xeyri olan 1500 manat pulu onun yanında Elcana vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, Bərdə rayonu, Tumaslı kəndində yaşayır fərdi təsərrüfatla məşğul olur, Bərdə rayonu, Təhlə kəndində yerləşən özünə məxsus ferması var. Orada təxminən 100 baş iri-buynuzlu mal-qarası saxlayır, Zərərçəkmiş şəxs doğma qardaşı oğludur, Bərdə şəhəri, yaşayır. Elcan bazarda xırda ticarətlə məşğul olmuş müxtəlif iplər, örtüklər, çadırlar, gündəlik istifadə edilən sellofan torbalar və xırdavatların alqı-satqısını etmişdir 2023-cü ilin may ayının əvvəlində o, yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən özünə məxsus 1 otaqlı mənzili 52000 (əlli iki min) manata satmış, özünə məxsus mal-qaranı satdığı üçün yaşadığı evdə əlavə 52000 manat pulu olmuşdur. Bərdə şəhərindən ev alacağı üçün Sumqayıtda olan mənzili və özünə məxsus mal-qaranı satmış, ümumilikdə 102 000 (yüz iki min) manat pulu qardaşı Nizaməddinin evinə gəlmiş, Bərdə şəhərindən 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində fərdi yaşayış evi alacağını demişdir. Elcan isə ona Bəxtiyarı təxminən 20 ildir tanıdığını, münasibətlərinin yaxşı olduğunu, "xxxx"ın Bərdə filialında şöbə müdiri işlədiyini, pulu ona verməsini, banka qoyub faiz əldə edəcəyini, sentyabr-oktyabr aylarında ev alacağı üçün həmin pulu geri qaytaracağını demişdir. Pulun faizindən ona pul verməyəcəyini bildirdikdən sonra o, Elcana inanıb razılaşmış və həmin pulu qardaşı Nizaməddinin yanında Elcana vermişdir. 2023-cü ilin sentyabr ayının 22-də Elcan Bəxtiyar adlı şəxsin aldatdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Bakıxanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. Təxminən 10 ildir ki, "xxxx"ın Bərdə filialında baş kredit mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuş, "xxxx"ın Bərdə filialında baş kredit mütəxəssisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs isə onun qonşusudur. Hadisədən təxminən 2 ay əvvəl o, məzuniyyətdə olarkən iş yoldaşı Bəxtiyar ona zəng edərək Bakı şəhərində olduğunu, tanışı Elcan adlı şəxsin pul verməli olduğunu, Elcanın pulu gətirib verəcəyini, pul verdikdən sonra isə Bərdə şəhəri ərazisində yerləşən «Respublika Bank» vasitəsi ilə hesabına göndərməyi xahiş etmiş, o, isə buna etiraz etməmişdir. Bəxtiyarla telefonla danışdıqdan sonra Elcan onun yaşadığı evin qarşısına gəlmiş, qara rəngli sellofan torbada ona pul vermiş, lakin miqdarını deməmişdir. Elcanın gətirdiyi pulun müəyyən hissəsi ABŞ dolları, müəyyən hissəsi isə manatla olmuş, lakin pulun ümumi məbləğini bilmir. Bəxtiyar ona zəng edərək Elcanın verdiyi ABŞ dolları ilə pulu manata dəyişib sonra isə «Respublika Bank»a gedib oradan göndərməsini bildirmiş, 02 avqust 2023-cü il tarixdə 52 000 manat pulu Bərdə şəhəri ərazisində yerləşən «Respublika Bank» vasitəsi ilə Təqsirləndirilən şəxs şəxsi hesabına göndərmişdir. Qalan 33 800 manat pulu isə özünə məxsus «Kia Sportage» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 10 avqust 2023-cü ildə isə 33 800 manat pulu bank vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına göndərmişdir. 21 avqust 2023-cü ildə Bəxtiyar zəng edərək taksi sürücüsünün pul gətirib verəcəyini, həmin pulu işlədiyi Bankın qarşısına çıxıb götürməyi demiş, o, isə işlədiyi bankın qarşısına çıxıb tanımadığı sürücünün gətirdiyi qara rəngli sellofan torbada olan pulu götürmüş, məbləği bilməmiş Bəxtiyar işə qayıtdıqdan sonra özünə vermiş, Bəxtiyarın Elcandan aldığı pulları nə məqsədlə aldığını bilməmiş və bu barədə maraqlanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qaraqoyunlu kəndində yaşayır. Onun özünə məxsus «VAZ-2106» markalı, **-ES-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Elcanı «Təzə bazar»da kənd təsərrüfatı məhsulları satan şəxs kimi tanımış, aralarında münasibətləri yaranmışdır. Bərdə şəhər sakini Bəxtiyarı və Şükürü isə tanımamışdır. 2023-cü ilin avqust ayının sonu Zərərçəkmiş şəxs ona zəng edərək Bərdə şəhərində yerləşən "xxxx"da işləyən Şükür adlı şəxsə pul aparıb verilməli olduğunu dediyi üçün o, Elcanın sifarişi ilə Zərərçəkmiş şəxs işlədiyi mağazaya getmiş, Zərərçəkmiş şəxs 20 500 (iyirmi min beş yüz) manat pulu onun yanında sayıb ağ rəngli kağızın arasına büküb Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən "xxxx"da işləyən Şükür adlı şəxsə aparıb verməyi xahiş etmişdir. Həmin pullar 100 və 50 manatlıq əskinaslarla olmuş, Elcan pulu ona verərkən əlaqə saxlamaq üçün Şükürün mobil telefon nömrəsini ona vermişdir. Elcan pulu aparıb verməyə görə yol haqqı kimi ona 5 manat vermişdir. Pulu götürüb Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən "xxxx"ın qarşısına getmiş, Şükürə zəng etdikdən sonra Şükür işlədiyi bankın qarşısında idarə etdiyi avtomobilə yaxınlaşmış, Şükür pulu ondan götürmüş, Şükür uzaqlaşarkən Elcana zəng edib pulu Şükürə verməsini bildirmişdir. Sonradan isə Elcandan Bəxtiyarın onu aldatdığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Şəhriyar küçəsi, ev 53-də yaşayır və fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs doğma oğludur. Zərərçəkmiş şəxs həyat yoldaşı və 2 azyaşlı uşaqları ilə birlikdə onun yanında yaşayır və xırda ticarətlə məşğuldur. Zərərçəkmiş şəxs Bərdə şəhəri, «Təzə bazar»da kənd təsərrüfatı məhsullarında istifadə edilən iplər, polietlin örtüklər, çadırlar, gündəlik istifadə edilən sellofan torbalar və sair xırdavatların alqı-satqısı ilə məşğul olur. X11 ümumilikdə 256 500 (iki yüz əlli altı min beş yüz) manat pul verməsi barədə onun sonradan məlumatı olmuşdur. Belə ki, Bəxtiyar işlədiyi "xxxx"da müxtəlif kompaniyalar olduğunu və həmin kompaniya vaxtı maxinasiya edərək pul qoyub əlavə gəlir götürə biləcəyini demişdir. Bu səbəbdən pul lazım olduğunu bildirərək ümumilikdə oğlu Ecan Həsənlidən hissə-hissə olmaqla 256 500 (iki yüz əlli altı min beş yüz) manat pulu 2023-cü ilin may ayından başlayaraq bir neçə ay ərzində almışdır. Sonradan Bəxtiyar həmin puldan 28500 (iyirmi səkkiz min beş yüz) manat bir, Bəxtiyar həbs edildikdən sonra aldıqları puldan 60000 (altmış min) manat geri qaytarsa da lakin həmin puldan qalıq olaraq 168000 (yüz altmış min) manat pulu geri qaytarmamışdır. Təqsirləndirilən şəxs "xxxx"ın Bərdə filialında şöbə müdiri işlədiyini bildirərək Elcandan həmin pulları hissə-hissə alaraq banka qoyduqdan sonra guya faizini Elcana verməklə oğlunu aldatmışdır. Elcan pulu hissə-hissə Təqsirləndirilən şəxs verərkən bir neçə dəfə pulu özü və Elcan tanıdığı şəxsin vasitəsilə Bəxtiyara vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, O ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Elçin Əsədov küçəsi, ev 18-də yaşayır. Təqsirləndirilən şəxs oğludur. Elcanı isə hadisədən sonra tanımış, aralarında heç bir narazlıq, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Elcan onunla eyni küçədə yaşasa da sonuncu ilə münasibəti və əlaqəsi olmamışdır. X14 şəhəri, Bakıxanov küçəsi ev 17 ünvanında öz ailəsi ilə yaşamışdır. 2023-cü ildə Elcan onu yaşadığı küçədə görüb yaxınlaşaraq Bəxtiyarın 80.000 manat pul verəcəyini demişdir. Nə pul olması ilə maraqlananda Elcan Bəxtiyarın onu aldatdığını, pulu banka pul qoyub qazanc əldə etmək üçün pul aldığını, lakin Bəxtiyar pulu banka qoymayıb onu aldatmasını bildirmişdir. O, oğlu Bəxtiyardan Elcandən nə məqsədlə pul aldığını soruşduqda Bəxtiyar ilkin olaraq guya Bakı şəhərində iş qurduğunu, ona görə də pul alması barədə məlumat vermişdir. Sonrdan Bəxtiyar ona Elcandan banka qoyub xeyr götürmək üçün 140.000 manat pul aldığını, həmin pulu isə banka qoymadığını demişdir. Həmin söhbətdən 15 gün keçdikdən sonra Elcan atası ilə onun işlədiyi mağazaya gələrək Bəxtiyarın Elcandan banka pul qoyub xeyr götürmək üçün hissə-hissə ümumilikdə 240.000 manat pul alıb aldatdığını demişdir. Bəxtiyar Elcandan aldığı pulları banka qoymamış Elcanı inandırmaq üçün Elcandan aldığı pulların xeyri olaraq arada bir pullar qaytarıb vermiş, sonradan o, bildiyinə görə Bəxtiyar Elcandan aldığı pulların xeyri olaraq ümumilikdə ona 28.500 manat pul qaytarıb vermişdir. Elcan Bəxtiyarın barəsində Bərdə RPŞ-nə şikayət etmiş, Bəxtiyar yaşadığı evi Elcanın adına sənədləşdirmək istəsə də, Bəxtiyarın həyat yoldaşı evin Elcana verilməsinə razılıq verməmiş, sonradan isə oğlugil ABkı şəhərinə köçmüş və zərərçəkmişə vurulmuş ziyan Bəxtiyarın özü və digər ailə üzvləri tərəfindən tam şəkildə ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, Mingəçevir şəhərində yaşasa da, hadisə vaxtı "xxxx"ın Bərdə filialının müdiri vəzifəsini icra etmişdir. Təqsirləndirilən şəxs bankda mütəxəssis işləmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirməsi barədə əvvəl məlumatı olmamışdır. 2023-cü ilin iyul-avqust aylarında 2 aylıq “Access Bank»ın Bakı şəhəri 20 yanvar filialının müvəqqəti müdiri vəzifəsini icra etdiyi üçün həmin bankın Bərdə filialında olmamışdır. O, 2023-cü ilin sentyabr ayının əvvəlində işlədiyi bankın Bərdə filialına qayıtdıqdan sonra Təqsirləndirilən şəxs əhvalının yaxşı olmadığını görüb nə baş verdiyini soruşmuş, Bəxtiyar ona həqiqəti deməyib qohumlar və tanışına xeyli borcu olduğunu demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “ "xxxx" Azercell Telekom MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan **********52 saylı nömrə ilə aparılmış sms mətnlərdə xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrəyə “Oyundayam. Gəlirəm” “Gel evine meni esebden catdatma” məzmununda, xx.xx.2023cü il tarixdə “Sən başa düşmədiyin şeylər var. İnan mən bu vəziyyətə düşmək istəməzdim. Hamının gözündən düşmüş,yalançı biri olmaq istəməzdim. Sizi xoşbəxt eləməyə çalışmışdım. Mənim üstündə çox haqqın var.bHaqqını Halal elə. Uşaqlara yaxşı baxın. Seçilməsin kimlərdənsə. Mən sizin üçün varıydım. Məni bu günə salan o X10 lənət eləsin” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 sayı nömrədən **********52 saylı nömrəyə “Sen serefsizsennn, Senin uzunu de gormek istemiremmm, Redd eliyecem seni heyatimdann dayan, Ar olsun sene ar elxani ustumuze gondermisen senn, Senen evli qalacagimi dusunursen bunlardan sonra” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “heç nə istəmirəm səndən, Məni bundan sonra görmüyəssiz. Son xahişim uşaqları çıxar görüm. Başqa heç nə istəmirəm səndən” məzmununda xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Usaqlar sene qenim olsunn, Qurtardi” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömərədən **********37 saylı nömrəyə “Fidan son dəfə nolar. Allah haqqı heç kim üzümü görməyəcək” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Evin acarin ver bura” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömərəyə “Evdən paltarımı götürüm gətirib verəcəm, Uşaqları çıxar görüm.”, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Usaq zad yoxdu” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********7 saylı nömrəyə “Qırağa keç aç telefonu, Mən onsuzda sınmışam. Nolardı ki səndə məni sındırmazdın.Mən səndən güc alırdım.Son gücümü sənlə itirdim.İndi bildim ki,Mən hər şeyimi itirdim.Məni bağışla. Hər şey üçün bağışla” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sen meni sindirdin.bir alcaqdan otru evini vermek isteyirsen..sene dedimki gel men deyenleri ele gedek, Sen ne eledin getdin evde planlar qurdun geldin ustumuze” məzmununda xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Fidan mən onda deyiləm. Mən düşmüşdüm. Birləşib məni heç elədiniz. Mən planımı sənə demişdim. Sənə dedim ki bəlkə də pozuldu söhbət heç satılmadı ev. Mənə xoş deyildi bu vəziyyətə düşmək. Hamınızın mənə olan münasibətini gördüm. Hər şey mənim üçün bitti. Fürsəti gözləyirəm inan. Mənə elə baxmağın məni bitirdi. Səndən güc alırdım. Gücümü itirdim. Səni hər şeydən çox sevdim bu həyatda. Son nəfəsimə kimi səni sevdim. Səni xoşbəxt eliyə bilmədim. Bir buna pis oluram. Allah haqqı hər şeyi sizin üçün eləməyə çalışdım. Uşaqlarımıza yaxşı bax. Hirsləndirsələrdə vurma onları. Qoyma ağlasınlar. Üzləri gülsün həmişə. Həmişə xoş xatirələri danış. Qoy məni onlar yaxşı tanısınlar” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sene dedim ki gel gedek buralardan butun elediklerine baxmayaraq.sen yene oz bildiyin edirsen” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Uşaqları çıxar qapının ağzına, Mən düz olduğumu sübut eliyəndə hamı üçün gec olacaq” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Men senin yanindayam.getir faizdeki pullari her seyi geride qoyub gedek burdan, Evdesen? bax gor Aminin adyali evde qalib?axtariram tapmiram, Men mamamgile qayitdim onsuz evde qalmirsan da acari neynirsen ki, Eve getme mamamgil evdedi” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Nəyə gediblər?” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Men salondayam ona gore, Mamam narahatdi getdik biz” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Nolub?” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Ureyi tutmusdu” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Gəl qapını aç” məzmununda,xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Usagi getir basqa yere aparsan menen incime” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Səninkilər ailəni dağıtdı bunu bil.” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sen dagittin aileni” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Mən səhvləri elədim. Sənin atan anan dağıtdı.” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sen deyendi..get erizeni ver bosan, Men evdeyem ne sozun var gel dr birazdan gedecem” məzmununda, xx.xx.2023-cü il tarixdə **********44 saylı nömrədən **********37 saylı nömrəyə “Sene plan qurub serefsizler olara inanma bax sora meni esidmeyib pesman olanda mene deme niye bele eleyirsen bax o serefsizlere inanma” məzmununda, xx.xx.2023-cü il tarixdə **********44 saylı nömrədən **********37 saylı nömrəyə “O seni quru yurtda qoyub gedecek bax sene deyirem men men ele insanlari her gun gorem ailesin usagin atir gedir indi canini ordan kutarib kreditin verib” məzmununda, xx.xx.2023-cü il tarixdə **********44 saylı nömrədən **********37 saylı nömrəyə “senen uzaqlasacaq ayil ta besdi bizi oldurme sen eger hensisa bir ise qarissan qizil satsan kredit gotursen kimnense pul isdesen mamami da meni de yaninda gormeyeceksen bizsiz hecne eleme bax deyirem sene olar isdeseler bu deqa pul tapar masinlari verer elxana bu deqa pul goturer bas dus isdemirler veli deyen olsun siz durun qiraga ozleri hell eleyecek” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********44 saylı nömrəyə “Ewi olmuyun, gotur anani da cix get,bezdirmiyin adami ta...ev satilanda veriilmeyecek pul..hemin puldu da..kim de hara gedir getsin..guya ele bextiyara umid qalmisam.onsuz menin ucun lazimsiz insandi o..men veziyyetden cixib ev satilanda az pul cixsin deye edirem..sabah gedib tutulanda hami bizim ustumuze dusecekk” məzmununda, xx.xx.2023-cü il tarixdə **********44 saylı nömrədən **********37 saylı nömrəyə “Lazimsizdisa niye onun yerine sen pul axtarirsan? Sozlerinle emellerin uygun gelmir sen veliynen danismirsane senin bir kelmenden senin ciyarini bilirem, men senin evin elinde qalsin deye her sey eleyiriy hamiyla dusmen oluruq bunu basa dusmursense hecne oz bildiyinde ol” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********44 saylı nömrəyə “O pul evden cixacaq onsuz basa dusmursenn 30000 nedi onun payini vereciyik qurtardi sonra basqa seyler mene maraqli deyil.kredit zad..bir dene bu veziyyetden cixilsin” məzmununda, xx.xx.2023cü il tarixdə **********44 saylı nömrədən **********37 saylı nömrəyə “Senen isdediymiz odu sen pul axtarma hecne eleme pul isdeseler bu deqa taparlar tapirsansa da get tap hecne dedesi anasi qalib qiraga bu dusub ortaya” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********44 saylı nömrəyə “Dedesninin, anasinin evi satilmire,onlar narahat deyil, hazirda bizim ev satilir ..bizde onun payini vermeliyik ki bu isden qurtaraq neter ki indi deyirlere vaxtinds evi satmadiniz..o tutulanda deyecekler sizs gore tutuldu..biz onun payini verib bu meseleni bagliyaciyiq..men olmurem bextiyardan otru neyime lazimdi borcun xercin icindedi o mene usaq saxliyacaq??ama by veziyyetden cixilmalidi usaqsan sen mamama qosulmusan..men evimi verirem kimese” məzmununda, xx.xx.2023-cü il tarixdə **********44 saylı nömrədən **********37 saylı nömrəyə “Hecne sen meni basa dusmedin tap ver 15 min sora da mehkemeni tapib verersen” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********44 saylı nömrəyə “Menim pulum var kimese pul tapam..ozleri tapir, Deyecem atam legv elesin..get tutul vecime deyilseenn sen insan dsyilsenn” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “İnsan sən deyilsən. Camaatın pulunu yemişəm.Bir poxdu yemişəm. Heç kim nə sənə nədə dədənə inanmır pul verməyə. Camaatın əlindən 3 dəfə sənəd verib alanda belə olmalı idi.” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Mene son sozunu de razisan deyilsen???caamata soz demeliyik deyilsense deyim legv olsunsun? Qapida 2 masin var aparin verin razi olsun, Siz haminiz firildaqsizzs, Bu is qurtardii, Sabah gedib erize verecem” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Məndə başa düşürəm ən yaxşı yol o idi. Ama o yenə əl çəkmiyəcək. Yenə şikayət verəcək. Ömrü boyu əl çəkmiyəcək. Fırıldaq sizsiniz. Əri niydim da. Nəysə. Axşam danışarıq. Biz tikmişik yenə tikərik. Kreditləri ödəmərik onu verərlər məhkəməylə az az ödəyərik” məzmununda xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Bextiyar deqiq sozunu de istemirsizse legv edek, Caamat xeber gozleyir, Soz deyilse geri donusu olmayacaq bu isin, Tutilacaqsan, mene qerar cixarsa sene dusen pul verilecek ev satilandaa,Razi deyilsende??hewne deyirem legv olsunsun..ama bu isin geri donusu olmuyacaq bilesen...men o ise hec vaxt getmiyecem..sabah gedib erize verecem..mehkeme ne qerar cixarsa sene dusen pul verilecek ev satilandaa, Ay insan bir soz de????” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Gözlə danışım deyirəm” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Bu isde zererli cixan sen olacaqsann .bax bizim yolnan getmesen ..onlar seni sehv yola salirr, Tez ol bir azz soz demeliyemm, masini verin elxana razi olsun, Atam deyir bir 10 12 hazirlasin deyrcem olani budu qalanini da istese bir sey fikirleserik” məzmununda, xx.xx.2023cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Fidan atana de gözlədə bilir sabaha kimi? Qızılların hansı satılacaq hansı yox?” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “O pulu tapmasaz hec kim mende incimsen .men oz bildiyimi edecem .sabah erizemi verecem, Burda itiren sen olassan valideynlerin yox bilesen, Mene vaxtinda dedinki elxan verir bizi yubatdiniz ele bildiniz men razi olacam?” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Elxan atandanda səndəndə qorxur. Həmdə deyir o iş boş məsələdi. Nolar fidan mən özümü hörmətdən salmışam onsuz. Səndə salma” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Fso Bextiyarr neter meslehetdi bizim is siznen qurtardi..elxan da pox yeyir o biriler de menim hec kime verecek hesabim yoxdur” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “İşdən çıxanda oturaq söhbət eliyək. Tapa bilmirəm pul. Siz köməklik edin tapaq. Allah haqqı məndə sən deyənlə razı, Ama tapa bilmirəm. Məndə deyirəm elə olsun.” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sohbet qurtarib menim ucun !!siz menim dalimca is cevirdiyinizi zenn edirsiz?? Anan deden tutulanda cixaracaqlar narahat olma, Evlerin satib seni cixarcaqlar oldu???, Elcangil elizaminle danisiblar siz o pulu vermesez onlar verib tuturacaq seni hecneynen qurtara bilmiyessenn, Mesele budu, Elizamin bizi gozleyir razilasmaz elcanla razilasacaqlarrr, Mende sabah erizemi verecem onsuz da neter ola ola, Oturun fikirlesin bu pul 2 saata verilmelidi” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Atana de gözlətsin. Sabah tezdənə kimi görək neynirik” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Basa dusmursen gozlede bilmirr atamliq is qalmayibb, Basa dusmursen gozlede bilmirr atamliq is qalmayibb,Onlar pulu isteyir atam kimdir ki” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Qoy atama deyim elxana desin kimdirsə onla danışsın gözlətsin” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Elxan tanimir bosuna demesinn, Elxan pul versin aparin verin qurtarin bu meseleni, Ozunuze problem yaratmayin elcan da danisib bu isi geciksen o da oz bildiyini edecekk” məzmununda, xx.xx.2023cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə, “Bildim da. Bir çıx işdən gedək qızıllar görək nə eləyir. Əlimizdə nə komalanır. Atanada de birazda o tapsın.” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Atam ancaq o 2000 mini vere bilir basqa hecne mamangilin” məzmununda, xx.xx.2023-cü il tarixdə **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Mamamgilin deyil o. O elxanındı. Heç atan deməsin ki o puldu qaytardığı. Desin ki özüm bunu düzəldə bilirəm. Yerdə qalanda siz bir təhər düzəldin” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Senin basin isleyir? deyirem bizde yoxdu basa dusmursenn???deden niye duzeltmirr???gedin tapin biz hardan alaq?cahidden istesin atan” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Men gelene qeder qizillarimin pulun al getir 3120 manat menimkidi ,100 manat da atamin” məzmununda SMS-in olması aşkar edilmişdir. 3-cü fayla baxarkən xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sen ne cur insansan,sen neter insanligini itirmisen? bu etdiklerinden sonra yalanlarina davam edirsende duzun demirsen bu boyda hadisenden sonra..birde ne menim ne de bu usaqlarin uzun gormuyessen..” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “0... 70 mi de getir cox ela fikirlerim var gedeciyik buralardan evi de sataciyiq yaxsi olacaq her seyi allatmis ol..ondan sonra senin adini da bilmiyecem Bextiyarr, Bayrama da demisen 12 mindi pul...qoy dediklerin duz cixmasin.sene dedim ki onsuz bataqliqdasan mene her seyin duzun de.12 si o pul gelmesin sen yene meni allatmis ol..ondan sonra senin adini da bilmiyecem Bextiyarr, Hele senin cox poxlarin cixacaq,hele senden cox wey ewideceyik men buna adim kimi eminem, Sen menim dediklrimi hece saydin da ele...gedib erizemi verib bosanacam rast ki beledi qurtardi” məzmununda SMS-in olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan olan 1 ədəd “iPhone 13 Pro” markalı mobil telefona baxış keçirilərkən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə mühafizə olunan ekran kilidinə “000112” rəqəmli şifrələri tətbiq edilməklə tefefona daxil olundu. Mobil telefonun içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin və WhatsApp yazışmalar olması Təqsirləndirilən şəxs istifadəsində olan **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Sən başa düşmədiyin şeylər var. İnan mən bu vəziyyətə düşmək istəməzdim. Hamının gözündən düşmüş,yalançı biri olmaq istəməzdim. Sizi xoşbəxt eləməyə çalışmışdım.Mənim üstündə çox haqqın var.Haqqını Halal elə. Uşaqlara yaxşı baxın. Seçilməsin kimlərdənsə.Mən sizin üçün varıydım. Məni bu günə salan o X10 lənət eləsin” məzmununda, **********37 sayı nömrədən **********52 saylı nömrəyə “Sen serefsizsennn, Senin uzunu de gormek istemiremmm, Redd eliyecem seni heyatimdann dayan, Ar olsun sene ar elxani ustumuze gondermisen senn, Senen evli qalacagimi dusunursen bunlardan sonra” məzmununda **********52 saylı nömrədən **********37 saylı nömrəyə “heç nə istəmirəm səndən, Məni bundan sonra görmüyəssiz. Son xahişim uşaqları çıxar görüm. Başqa heç nə istəmirəm səndən” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Usaqlar sene qenim olsunn, Qurtardi” məzmununda, **********52 saylı nömərədən **********37 saylı nömrəyə “Fidan son dəfə nolar. Allah haqqı heç kim üzümü görməyəcək” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Evin acarin ver bura” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömərəyə “Evdən paltarımı götürüm gətirib verəcəm, Uşaqları çıxar görüm.” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Usaq zad yoxdu” məzmununda **********52 saylı nömrədən **********7 saylı nömrəyə “Qırağa keç aç telefonu, Mən onsuzda sınmışam. Nolardı ki səndə məni sındırmazdın. Mən səndən güc alırdım. Son gücümü sənlə itirdim.İndi bildim ki, mən hər şeyimi itirdim. Məni bağışla. Hər şey üçün bağışla” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sen meni sindirdin.bir alcaqdan otru evini vermek isteyirsen..sene dedimki gel men deyenleri ele gedek, Sen ne eledin getdin evde planlar qurdun geldin ustumuze” məzmununda **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Fidan mən onda deyiləm. Mən düşmüşdüm. Birləşib məni heç elədiniz. Mən planımı sənə demişdim. Sənə dedim ki bəlkə də pozuldu söhbət heç satılmadı ev. Mənə xoş deyildi bu vəziyyətə düşmək. Hamınızın mənə olan münasibətini gördüm. Hər şey mənim üçün bitti. Fürsəti gözləyirəm inan. Mənə elə baxmağın məni bitirdi. Səndən güc alırdım. Gücümü itirdim. Səni hər şeydən çox sevdim bu həyatda. Son nəfəsimə kimi səni sevdim. Səni xoşbəxt eliyə bilmədim. Bir buna pis oluram. Allah haqqı hər şeyi sizin üçün eləməyə çalışdım. Uşaqlarımıza yaxşı bax. Hirsləndirsələrdə vurma onları. Qoyma ağlasınlar. Üzləri gülsün həmişə. Həmişə xoş xatirələri danış. Qoy məni onlar yaxşı tanısınlar” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sene dedim ki gel gedek buralardan butun elediklerine baxmayaraq.sen yene oz bildiyin edirsen” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Uşaqları çıxar qapının ağzına, Mən düz olduğumu sübut eliyəndə hamı üçün gec olacaq” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Men senin yanindayam.getir faizdeki pullari her seyi geride qoyub gedek burdan, Evdesen? bax gor Aminin adyali evde qalib?axtariram tapmiram, Men mamamgile qayitdim onsuz evde qalmirsan da acari neynirsen ki, Eve getme mamamgil evdedi” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Nəyə gediblər?” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Men salondayam ona gore, Mamam narahatdi getdik biz” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Nolub?” məzmununda **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Ureyi tutmusdu” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Gəl qapını aç” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Usagi getir basqa yere aparsan menen incime” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Səninkilər ailəni dağıtdı bunu bil.” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sen dagittin aileni” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Mən səhvləri elədim. Sənin atan anan dağıtdı.” məzmununda **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sen deyendi..get erizeni ver bosan, Men evdeyem ne sozun var gel dr birazdan gedecem” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “İnsan sən deyilsən. Camaatın pulunu yemişəm.Bir poxdu yemişəm. Heç kim nə sənə nədə dədənə inanmır pul verməyə. Camaatın əlindən 3 dəfə sənəd verib alanda belə olmalı idi.” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Mene son sozunu de razisan deyilsen???caamata soz demeliyik deyilsense deyim legv olsunsun? Qapida 2 masin var aparin verin razi olsun, Siz haminiz firildaqsizzs, Bu is qurtardii, Sabah gedib erize verecem” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Məndə başa düşürəm ən yaxşı yol o idi. Ama o yenə əl çəkmiyəcək. Yenə şikayət verəcək. Ömrü boyu əl çəkmiyəcək. Fırıldaq sizsiniz. Əri niydim da. Nəysə. Axşam danışarıq. Biz tikmişik yenə tikərik. Kreditləri ödəmərik onu verərlər məhkəməylə az az ödəyərik” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Bextiyar deqiq sozunu de istemirsizse legv edek, Caamat xeber gozleyir, Soz deyilse geri donusu olmayacaq bu isin, Tutilacaqsan, mene qerar cixarsa sene dusen pul verilecek ev satilandaa, Razi deyilsende??hewne deyirem legv olsunsun..ama bu isin geri donusu olmuyacaq bilesen...men o ise hec vaxt getmiyecem..sabah gedib erize verecem..mehkeme ne qerar cixarsa sene dusen pul verilecek ev satilandaa, Ay insan bir soz de????” məzmununda, saylı nömrədən **********37 saylı nömrəyə “Gözlə danışım deyirəm” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Bu isde zererli cixan sen olacaqsann .bax bizim yolnan getmesen ..onlar seni sehv yola salirr, Tez ol bir azz soz demeliyemm, masini verin elxana razi olsun, Atam deyir bir 10 12 hazirlasin deyrcem olani budu qalanini da istese bir sey fikirleserik” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Fidan atana de gözlədə bilir sabaha kimi? Qızılların hansı satılacaq hansı yox?” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “O pulu tapmasaz hec kim mende incimsen .men oz bildiyimi edecem .sabah erizemi verecem, Burda itiren sen olassan valideynlerin yox bilesen, Mene vaxtinda dedinki elxan verir bizi yubatdiniz ele bildiniz men razi olacam?” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Elxan atandanda səndəndə qorxur. Həmdə deyir o iş boş məsələdi. Nolar fidan mən özümü hörmətdən salmışam onsuz. Səndə salma” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Fso Bextiyarr neter meslehetdi bizim is siznen qurtardi..elxan da pox yeyir o biriler de menim hec kime verecek hesabim yoxdur” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “İşdən çıxanda oturaq söhbət eliyək. Tapa bilmirəm pul. Siz köməklik edin tapaq. Allah haqqı məndə sən deyənlə razı, Ama tapa bilmirəm. Məndə deyirəm elə olsun.” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Sohbet qurtarib menim ucun !!siz menim dalimca is cevirdiyinizi zenn edirsiz?? Anan deden tutulanda cixaracaqlar narahat olma, Evlerin satib seni cixarcaqlar oldu???şlSabah tezdənə kimi görək neynirik” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Basa dusmursen gozlede bilmirr atamliq is qalmayibb, Basa dusmursen gozlede bilmirr atamliq is qalmayibb,Onlar pulu isteyir atam kimdir ki” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Qoy atama deyim elxana desin kimdirsə onla danışsın gözlətsin” məzmununda, xx.xx.2023-cü il tarixdə **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Elxan tanimir bosuna demesinn, Elxan pul versin aparin verin qurtarin bu meseleni, Ozunuze problem yaratmayin elcan da danisib bu isi geciksen o da oz bildiyini edecekk” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə, “Bildim da. Bir çıx işdən gedək qızıllar görək nə eləyir. Əlimizdə nə komalanır. Atanada de birazda o tapsın.” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Atam ancaq o 2000 mini vere bilir basqa hecne mamangilin” məzmununda, **********52 saylı nömrədən **********37 saylı nömrəyə “Mamamgilin deyil o. O elxanındı. Heç atan deməsin ki o puldu qaytardığı. Desin ki özüm bunu düzəldə bilirəm. Yerdə qalanda siz bir təhər düzəldin” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Senin basin isleyir? deyirem bizde yoxdu basa dusmursenn???deden niye duzeltmirr???gedin tapin biz hardan alaq?cahidden istesin atan” məzmununda, **********37 saylı nömrədən **********52 saylı nömrəyə “Men gelene qeder qizillarimin pulun al getir 3120 manat menimkidi, 100 manat da atamin” məzmununda SMS-in olması aşkar edildi. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, **********37 saylı nömrəni arvadı X5 istifadə edir, mobil telefon vasitəsilə qeyd olunan SMS yazışmalarını arvadı Fidan İsrafilova ilə qarşılıqlı yazışmaların olduğunu bildirdi. Yuxarıda qeyd olunan SMS yazışmaları komputer vasitəsilə printerdən çapa verilərək protokola əlavə edilmişdir. Həmin mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İşə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bərdə RMX PHŞ-dən verilən 06 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetdə dispanserində qeydiyyatda deyil. İşə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş "xxxx" QSC Bərdə Filialından verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Access Bank» QSCnin müştəri xidmətləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə 11 oktyabr 2023-cü il tarixdə işçi tərəfindən heç bir üzrlü səbəb göstərilmədən bütün iş günü işə gəlməməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci Maddəsinin, «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsini üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbanamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İşə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 17 aprel 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Həsənli X2 Bəxtiyar Abbas oğlu tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli notarial qayadad təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İstintaq materiallarına əlavə edilmiş 19 aprel 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş üzrə sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü ildə Azərbaycan Respublikası CM-nın 178.3.2-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Bərdə Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 4(021)-209/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs, 178.3.2-ci maddəsi ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan Bərdə Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 4(021)-238/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Amin Mustafayev və xx.xx.2022-ci il təvəllüdlü Nahid Mustafayev adlı azyaşlı övladları var. İş materiallarından olan və məhkəmədə tədqiq edilən Bərdə RİHB-nin Bərdə şəhər icra nümayəndəliyindən verilən 4819№li xx.xx.2023-cü il tarixli arayış və xasiyyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Bakıxanov küçəsi17№li evdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-413/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri ünvan 4 ünvana dəyişdirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş maddi ziyanın tam ödənilməsi, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması, Cinayət Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbt xarakterizə edilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissənin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində....“külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ.......başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən aldatma və etibardan sui-istifadə etməklə külli miqdar ziyan vurmaya görə törədilən dələduzluğa görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 7 №li qərarının 3-cü bəndinə əsasən dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 39-cu maddəsinə əsasən dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl edilməli, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alınmalıdır. Hazırki iş üzrə də əməlin ictimai təhülkəliliyinin vurulmuş maddi ziyanın miqdarı ilə bağlı olması, həmin ziyanın tam şəkildə məhkəmə baxışı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə ödənilməsi, himayəsində 2 azyaşlı övladının olması yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, cəzasını ağırlaşdıran halların olmaması məhkəmədəki davranışı törətdiyi əməldən səmimi peşmanlıq çəkərək bunu hər məhkəmə iclasında ifadə etməsi, azadlıqdan məhrum etmə cəzasını real çəkəcəyi təqdirdə cinayət hadisəsi ilə bağlı aralarında ciddi narazılıq yaranmış və sonradan çətinliklə bərpa etdiyi ailə münasibətlərinə ciddi təhlükə törətmə ehtimalının yüksək olması, himayəsində olan (arvadı və azyaşlı uşaqlarının məhrumiyyətlərlə üzləşməsi) uzun müddət davam edən məhkəmə baxış iclaslarında daimi iştirak edərək məhkəmənin timsalında dövlət qarşısında məsuliyyətini dərk etməsi onun islah yolunda olmasını təsdiq edən obyektiv əlamətlər olmaqla məhkəmə tərkibində onun cəmiyyətdən təcrid olmadan da islah ola bilməsinə əsaslı inan yaratmışdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2021-ci il tarixli 15 №li qərarının 48-ci bəndinin 2-ci hissəsinə əsasən təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. İş materialları, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı öz müdafiəsi üçün məhkəmə baxışında hər hansı dəlil gətirmədiyindən məhkəmə bununla bağlı hər hansı əlavə əsaslandırma aparılmasını zəruri və vacib hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən cinayət əməlinin mülki fəaliyyət əleyhinə olan cinayətlər kateqoriyasına aid edilməsi, şəxsin cinayət əməlini ibtidai stintaq və məhkəmə baxışında tam etriraf etməsi, səmimi peşmanlıq çəkməsi, cinayət hadisəsindən sonra zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəməsi, eləcə də zərərçəkmiş şəxsin təqsiləndirilən şəxsə cəza təyini ilə bağlı mövqeyini nəzərə alıb hesab edir ki, hazırki iş üzrə təyin edilmiş cəzanı real olaraq çəkmədən də Təqsirləndirilən şəxs Ababs oğlunun islah olması mümkündür. Həmçinin təqsirləndirildiyi maddəyə əsasən Təqsirləndirilən şəxs dəymiş ziyanın 50 faizi həcmində dövlət büdcəsinə vəsait ödəyəcəyi təqdirdə onun cəzadan azad edilməsi mümkünlüyü nəzərə almaqla ona təyin edilən cəzanın şərti tətbiq edilməsi mümkündür. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoya bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 15.4-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. İş üzrə məhkəmə məsrəfi olan 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia isə verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxsin üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-190/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-190/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver