Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-191/2020 12.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X21 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X3 dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X11, zərəçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Kəlbəcər rayonu, Yellicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli olmaqla himayəsində iki azyaşlı övladı olan, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Yellicə kəndində qeydiyyatda olmaqla, Daşkəsən rayonu, Quşçu kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində kommunal borclarını ödəmək məqsədilə poçt şöbəsinin inzibati binası istiqamətində küçə ilə hərəkətdə olarkən, torpaq mübahisəsinə görə aralarında kəskin münasibətləri olan Şahid1 ilə qarşılaşmış, həmin vaxtı şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı, orada onları sakitləşdirməyə çalışan sonuncunun oğlu Zərərçəkmiş şəxs sağlamlığına qəsdən, xüsusi amansızlıqla ağır zərər vurmaq qərarına gələrək, bu niyyətlə sonuncunun yaxın adamları olan atası Şahid1 və qardaşı Şahid2 yanında, onlara xüsusi əzab verdiyini dərk edərək, üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə endirməklə ona döş qəfəsinin sol arxa-yan səthinin daxilə keçən, beşinci qabırğanın kəsilməsi, sol ağciyərin və ürək kisəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən xüsusi amansızlıqla onun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. Təxminən beş ilə yaxındır ki, Zərərçəkmiş şəxs atası Şahid1la aralarında narazılıq vardır. Belə ki, Şahid1 və onun uşaqları Ərəstun, Məftun və İsmayıl kənddə onların yolunu bağlamış, bu səbəbdən aralarında dəfələrlə mübahisələr olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 11.00 radələrində o, yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində yerləşən evindən çıxıb işıq və qaz pulunu ödəmək məqsədi ilə kənddə yerləşən poçtun inzibati binasına getmək üçün Şahid1 yaşadığı evin yanından keçən zaman həmkəndlisi Vaqif, İsməli və sonuncunun oğlu, Ərəstunun biri-birinə söyüş söyməklə gəldiklərini görmüşdür. İsməli və oğlu Ərəstun onula rastlaşdıqdan sonra onun da ünvanına söyüş söyməyə başlamışlar. O, Şahid1 və Şahid2 söyüşlərinə uyğun olaraq onlara cavab vermiş, daha sonra bayram günü olduğu üçün söyüş söyməmələrini bildirmişdir. Buna baxmayaraq İsməli və Ərəstun söyüş söyəsöyə onun üstünə gələrək ona tərəf daş parçaları atmışlar. Bu zaman Şahid1 uca səslə digər oğlu İsmayılı evdən çağıraraq bıçaq gətirməsini və onu öldürməsini tapşırmışdır. Həmin vaxtı onların yanına gələn İsmayıl əlində olan, lakin görə bilmədiyi əşya ilə onun üzərinə hücum etmiş, İsməli isə ona tərəf daş parçası atarkən o, sol əlini qabağa tutmuş, nəticədə daş parçası sol əlinin iç hissəsinə dəymişdir. Həmin vaxt İsmayıl onu əlində olan və görə bilmədiyi əşya ilə vurmaq istəyən zaman o, sağ əli ilə İsmayılın əlini geri qatlamışdır. Həmin vaxt orada olan kənd sakinləri onları ayırmışlar. Bundan sonra o, 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra isə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur və 4-5 ildir ki, torpaq üstündə münasibətləri pozulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 11.00 radələrində Daşkəsən rayonu, Quşçu kəndində yerləşən evində olan zaman küçədən səs-küy gəldiyini eşidib evin qarşısına çıxmış və atası Şahid1la qonşuluqda yaşayan Vaqif İbrahimovun söhbət etdiklərini, qardaşı Şahid2 da onların yanında olduğunu görmüşdür. Atası Şahid1la Vaqif İbrahimov mübahisə etdikləri məsələyə görə biri-birini inandırmaq üçün söyüş söymüşlər. Həmin vaxt dayısı oğlu Təqsirləndirilən şəxs onların yanından keçib kənarda dayanaraq ailəsinin ünvanına qıcıqlandırıcı sözlər demiş, o və atası Şahid1 Təqsirləndirilən şəxs hərəkətlərini yığışdırmasını və həmin yerdən uzaqlaşmasını demişlər. Həmin vaxt Vaqif İbrahimov onların yanından uzaqlaşaraq getmişdir. Bundan sonra qardaşı Ərəstunla Abbasın arasında sözlə mübahisə yaranmış, atası Şahid1 da Ərəstunu sakitləşdirmişdir. O, Təqsirləndirilən şəxs yaxınlaşıb getməsini bildirmiş və Abbası kənara çəkib ondan aralanıb geri qayıtmaq istəyən zaman Təqsirləndirilən şəxs atası İsməlinin və qardaşı Ərəstunun yanında onu arxadan bıçaqla qəsdən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt kürək nahiyəsində kəskin ağrı hiss etmiş və qışqıraraq Abbasın onu bıçaqla vurduğunu atasına bildirmişdir. Bu zaman orada olan və qonşuluqda yaşayan Şahid5 Abbası qucaqlayıb kənara çəkmiş, atası Şahid1, qardaşı Ərəstun və Ərəstunun arvadı Şəfəq ona yaxınlaşıb yardım etmişlər. Sonradan güclü ağrılar hiss etdiyi üçün özündə olmamış, ayılanda isə xəstəxanada olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxsla torpaq məsələsinə görə aralarında narazılıq olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində oğlu Şahid2, həmkəndlisi Şahid5 və Vaqiflə birlikdə yaşadığı Quşçu kəndində söhbət edə-edə küçə ilə evə tərəf gələn zaman həmkəndlisi Vaqifin arvadı Sünbül Allahverdiyeva poçt şöbəsində işlədiyinə görə Vaqifə irad tutaraq, ona gələn məktubların poçtda açıldığını bildirmişdir. Evin yanına çatan zaman Allahverdi onlardan aralanıb evləri tərəfə getmiş, o isə yaşadığı evin qarşısında Vaqiflə söhbət edən zaman aralarında sözlə narazılıq yaranmış və bir-birlərini inandırmaq üçün söyüşlər söymüşlər. Həmin vaxt digər oğlu Zərərçəkmiş şəxs onların səslərinə evdən çıxıb yanlarına gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs yanlarından keçərkən onun haqqında ərizə yazanların ünvanına, yəni onun ünvanına söyüş söymüş, o isə Abbasa getməsini demişdir. Oğlu Ərəstun da Abbasın sözlərinə cavab olaraq onun ünvanına ərizə yazana söyüş söymüş və onların arasında mübahisə yaranmasın deyə o, Ərəstunun əlindən tutub onu kənara çəkmişdir. Oğlu Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs həmin yerdən uzaqlaşıb getməsini demiş, Vaqif müəllim isə həmin vaxtı çıxıb getmişdir. Ərəstunla Təqsirləndirilən şəxs arasında sözlə narazılıq davam etmiş, səsə gəlinləri Şahid3 və Şahid4 evin qarşısına çıxmışlar. O, Ərəstunun əlindən tutub evə tərəf aparmış, İsmayıl isə Abbası onlardan aralamağa çalışmışdır. X14rdan ayırıb geri qayıdarkən, o, geriyə çevrilərək onlara tərəf baxanda Təqsirləndirilən şəxs cibindən çıxartdığı bıçaqla oğlu İsmayılı qəsdən arxadan vuraraq ona xəsarət yetirdiyini görmüşdür. Həmin vaxt İsmayıl qışqıraraq Abbasın onu bıçaqla vurduğunu demişdir. Bu zaman qonşuluqda yaşayan Şahid5 yaxınlaşıb Təqsirləndirilən şəxs aralayaraq oğlu ismayıla növbəti bıçaq zərbəsi vurmasına mane olmuşdur. O, oğlu Ərəstun, eləcə də gəlinləri Gülgəz və Şəfəq dərhal İsmayıla yaxınlaşaraq ona yardım etmişlər. Həmin vaxt Allahverdi Abbası kənara çəkmiş və oradan uzaqlaşdırmış, o, isə İsmayılı xəstəxanaya çatdırmaq məqsədilə avtomobil gətirmək üçün kəndin mərkəzinə qaçmışdır. Kənd sakini Şahid7la rastlaşaraq ondan İsmayılı xəstəxanaya aparmağını xahiş etmiş və Şahid7 avtomobili ilə oğlu İsmayılı, Ərəstun və Şəfəqi götürüb Quşçu körpüsü deyilən yerə kimi gəlmişlər. Oradan da Şahid8 idarə etdiyi avtomobilə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində o, atası və həmkəndliləri Vaqif və Allahverdi ilə birlikdə məktəbdən çıxıb evilərinə tərəf getmişlər. Yaşadıqları evə çatanda Allahverdi öz evinə getmiş, atası və Vaqif söhbət edən zaman isə aralarında sözlə narazılıq yaranmışdır. Belə ki, Vaqifin arvadı poçt şöbəsində işlədiyinə görə atası Vaqifə irad tutaraq, ona gələn məktubların poçtda açıldığını demiş, Vaqif isə belə şeyin olmadığını bildirmişdir. Atası ilə Vaqif bir-birilərini inandırmaq üçün söyüş söyməyə başlamışlar, həmin vaxt digər qardaşı Zərərçəkmiş şəxs da səslərinə evdən çıxıb yanlarına gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs onların yanından keçərkən onun haqqında ərizə yazanın ünvanına, yəni atasının ünvanıma söyüş söymüşdür. O, Abbasın sözlərinə cavab olaraq, onlardan da ərizə yazanın ünvanına söyüş söymüşdür. Həmin vaxt Vaqif çıxıb getmiş, səsə gəlinləri Şəfəq və Gülgəz də çölə çıxmışlar. Abbasla aralarında mübahisə yaranmasın deyə atası onun əlindən tutub onu kənara çəkmiş, qardaşı Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs həmin yerdən uzaqlaşıb getməsini demişdir. İsmayıl Abbası onlardan aralamağa çalışmış və Abbası onlardan ayırıb geri qayıdarkən, Təqsirləndirilən şəxs cibindən çıxartdığı bıçaqla qardaşı İsmayılı qəsdən arxadan vuraraq ona xəsarət yetirdiyini görmüşdür. Həmin vaxt İsmayıl qışqıraraq Abbasın onu bıçaqla vurduğunu demişdir. Bu zaman qonşuluqda yaşayan Şahid5 yaxınlaşıb Təqsirləndirilən şəxs aralamış, sonuncunun qardaşı İsmayıla növbəti bıçaq zərbəsi edirməsinə imkan verməmişdir. O, atası, eləcə də Gülgəz və Şəfəq dərhal İsmayıla yaxınlaşaraq yardım etmişlər. Həmin vaxtı Allahverdi Abbası kənara çəkmiş və oradan uzaqlaşdırmışdır. Bundan sonra atası İsmayılı xəstəxanaya çatdırmaq məqsədilə avtomobil gətirmək üçün kəndin mərkəzinə qaçmış və atasının köməyə çağırdığı Şahid7 avtomobili ilə qardaşı İsmayılı Quşçu körpüsü deyilən yerə kimi, oradan isə Şahid8 idarə etdiyi avtomobillə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Həmin xəstəxanada həkimlər İsmayıla tibbi yardım göstərməklə əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində qaynı arvadı Şahid3 ilə birlikdə yaşadıqları Quşçu kəndində ev işləri ilə məşğul olan zaman küçədən səs-küy eşidib, evin qarşısına çıxmışlar və bu zaman əri Şahid2la Təqsirləndirilən şəxs arasında sözlə mübahisə baş verdiyini görmüşdür. Həmin vaxt qaynatası Şahid1 Ərərstunu sakitləşdirirmiş, qaynı Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs həmin yerdən çıxıb getməsini demiş və dönüb geri qayıdan zaman Təqsirləndirilən şəxs əlində olan uzun tiyəli bıçaqla İsmayılı qəsdən vuraraq sonuncuya xəsarət yetirmişdir. Bu zaman qonşuluqda yaşayan Şahid5 Təqsirləndirilən şəxs yaxınlaşıb onu qucaqlayıb aralamışdır.Abbas dartınıb İsmayılı yenədə vurmaq istəsə də buna Allhverdi imkan verməmişdir. O və qaynı arvadı Gülgəz qaçıb İsmayıla kömək etmək istəyərkən, qonşusu Gülər İsmayılın yarasını yaylıqla bağlamağı tövsiyyə etmişdir. Gülgəz evdən yaylıq gətirmiş və İsmayılın yarasını yaylıqla bağlamışlar. Qaynatası İsməli Zərərçəkmiş şəxsı xəstəxanaya çatdırmaq məqsədilə avtomobil gətirmək üçün kəndin mərkəzinə getmişdir. Daha sonra o, əri Ərəstunla birlikdə İsmayılı bir qədər kəndin mərkəzinə tərəf apardıqdan sonra qaynatası Şahid1 gətirdiyi avtomobilə əyləşdirərək əvvəlcə “Quşçu körpüsü” deyilən yerə aparmışlar, oradan isə İsmayılı digər bir avtomobillə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki,təxminən 3-4 il olar ki, Şahid1la Təqsirləndirilən şəxs arasında torpaq üstündə münaqişə olmuş və hadisəyə qədər də həmin münaqişə davam emişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 11 radələrində kənddə Şahid1la söhbət edə-edə İsməlinin evinin yanına piyada getmişlər. Həmin vaxt İsməlinin oğlu Ərəstun da onların yanında olmuşdur. Söhbət zamanı İsməli ona irad tutaraq, gələn məktubları poçtda işləyən arvadı Sünbül Allahverdiyevanın açıb baxdığını demiş, o isə İsməliyə cavab verərək gələn məktubların açılmadığını bildirmiş, bu səbəbdən də aralarında xırda narazılıq yaranmış və İsməlidən aralanıb getmişdir. İsməlidən aralanan zaman bir qədər yuxarıdan Təqsirləndirilən şəxs gəldiyini görmüş, Abbasla salamlaşmış və Quşçu kənd tam orta məktəbinə getmişdir. Təxminən 10 dəqiqədən sonra məktəbdən çıxan zaman kənd camaatının İsməligilin evinə tərəf baxdıqlarını görmüşdür. Onlardan nə baş verdiyini soruşduqda, İsməlinin oğlu İsmayılın Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 10 radələrində kənddə oxuduğu məktəbə gedərək müəllimləri ilə görüşmüş və Şahid2la məktəbdən çıxıb söhbət edə-edə evilərinə tərəf gəlmişlər. Həmin vaxt Ərəstunun atası Şahid1 və Vaqif İbrahimov da yanlarında olmuşdur. O, Ərəstun gilin evinə çatanda Ərəstun onu evə dəvət etmiş, lakin o, minnətdarlıq edib yaşadığı ev istiqamətinə getmişdir. Öz evinə çatmağa təxminən 5-6 metr qalmış arxadan Şahid1 qışqırıb onu çağırmış, o, geri çönüb bir az duruxmuş və sonra qaçıb onların yanına gəlmişdir. O, Şahid1 yanına gələndə Zərərçəkmiş şəxs əli ilə döş qəfəsini tutub ufuldadığını görmüşdür. Daha sonra İsmayılın ailə üzvləri onun yanına gəlmişlər və o, həyəcan keçirdiyindən evinə qayıtmışdır. Səhəri gün Abbasla İsmayıl arasında mübahisə baş verdiyini öyrənmişdir. O, daha sonra ifadəsində bildirmişdir ki, Şahid1 və sonuncunun ailə üzvləri Abbasın İsmayılı bıçaqla vurmasını və Abbasın onun tərəfindən hadisə yerindən kənarlaşdırılması, eləcə də Abbasın İsmayılı növbəti dəfə bıçaqla vurmasının qarşısını almasına dair verdikləri ifadələr həqiqətə uyğun deyil. O, İsmayılla Abbasın mübahisə etməsini görməmiş, onların mübahisəsinə müdaxilə etməmiş, hadisə yerinə gələndə Abbasın orada olmasının şahidi olmamış, ümumiyyətlə həmin gün Abbası görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, Şahid1la Təqsirləndirilən şəxs arasında torpaq üstündə mübahisə olmuş, hazırda da həmin mübahisə davam etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Quşçu kəndində yerləşən icra nümayəndəliyinin inzibati binasında işdə olarkən, Təqsirləndirilən şəxsla Şahid1 və onun ailə üzvləri arasında dava-dalaş baş verdiyi barədə məlumat eşitmişdir. Dərhal müavini Şahid15la birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Sonradan ona Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs yaralı vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanaya aparıldığı məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 Şahid14 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki,xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman çöldə səs-küy eşidərək qapının ağzına çıxmış və qızı Xanımdan nə baş verdiyini soruşduqda, Xanım ona Abbasla İsməli və İsməlinin uşaqlarının mübahisə etdiklərini demişdir. Bundan sonra o, evin qapısına çıxaraq çölə baxmışdır və kəndin yuxarı tərəfindən, yəni İsməlinin yaşadığı ev tərəfdən Abbasın qaçaraq gəldiyini görmüşdür. O, Abbasdan nə baş verdiyini soruşduqda, Abbas ona Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs onu təkləyərək döydüklərini, əllərindən zorla qaçdığını demiş qaçaraq kəndin mərkəzinə tərəf getmişdir. Həmin vaxt Abbasın əlindən qan axdığını görmüşdür. Bundan sonra İsməli gəlib yanından keçmiş, lakin İsməlidən heç nə soruşa bilməmişdir. Təxminən 3-4 dəqiqədən sonra İsməlinin arxası ilə oğlu Ərəstun və İsmayılın piyada kəndin mərkəzinə tərəf getdiklərini görmüşdür. Daha sonra isə kənd sakinlərindən İsməlinin oğlu İsmayılın hadisə zamanı xəsarət aldığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 11 radələrində idarə etdiyi “Niva” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən rayonu, Quşçu kəndində yerləşən Mədəniyyət evinin yanında dayanarkən Şahid1 onun yanına gəlmiş və Abbasın oğlu İsmayılı bıçaqla vurub xəsarət yetirdiyini və onu xəstəxanaya aparmaq lazım olduğunu demişdir. O, İsməli ilə birlikdə idarə etdiyi avtomobillə gedib İsmayılı, qardaşı Ərəstunu və Ərəstunun arvadı Şəfiqəni yoldan götürüb Zərərçəkmiş şəxs xəstəxanaya çatdırmaq üçün idarə etdiyi avtomobillə “Quşçu körpü” adlanan yerə aparmışdır. Orada İsməli, İsmayıl, Ərəstun və Ərəstunun arvadı Şəfiqə onun avtomobilindən düşüb başqa avtomobilə əyləşmişlər, o da evinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki,xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində özünə məxsus “VAZ-2107” markalı avtomobillə Daşkəsən rayonu, Quşçu körpüsü deyilən yerdə dayanıb qonaqlarını gözləyən zaman iş yoladaşı Şahid7 idarə etdiyi “Niva” markalı avtomobil onun avtomobilinin yanında dayanmış və İsməli, oğlanları Ərəstun, İsmayıl və Ərəstunun arvadı Şəfəq avtomobildən düşmüşlər. Şahid1 ona Abbasın İsmayılı bıçaqla vurub xəsarət yetirdiyini və İsmayılı onun avtomobili ilə təcili xəstəxanaya çatdırmasını xahiş etmiş, o da etiraz etməmişdir. Bundan sonra Ərəstun və Şəfəq köməkləşib İsmayılı Şahid7 idarə etdiyi avtomobildən düşürüb onun avtomobilinə yerləşdirmişlər və İsmayılı Gəncə şəhərinə 3 saylı xəstaxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində kəndin ərazisində yerləşən Mədəniyyət evinin qarşısında olan zaman həmkəndlisi Şahid1 təlaş içində həmin yerə gələrək, oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını, İsmayılın qan içində olduğunu deyərək avtomobillə onu xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra orada olan sürücü Şahid7 idarə etdiyi avtomobillə İsmayıla kömək etmək üçün Şahid1la onun yaşadığı evin yanına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 Şahid13 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində təxminən 300 metr məsafədən İsməlinin evinin yaxınlığında 25-30 nəfərin yığışdığını görmüş, lakin orada nə baş verdiyini bilməmişdir. Həmin gün o, nə Abbası nə də İsmayılı görməmişdir. İsmayılla Abbasın arasında olan davanı sonradan qonşulardan eşitmişdir. Hadisədən sonra Şahid1 ona yaxınlaşıb Abbasın İsmayılı bıçaqla vurmasının şahidi kimi onun da adını qeyd etdiyini bildirdikdə o, Abbasla İsmayılın arasında olan davadan heç bir məlumatının olmadığı halda onu şahid qismində yazdırdığı üçün İsməliyə etirazını bildirmişdir. Bundan bir neçə gün sonra o, kənddə bulaq başında su növbəsində gözləyərkən İsməli ilə bir nəfər polis əməkdaşı ona yaxınlaşmış, həmin polis əməkdaşı müstəntiq olduğunu bildirib ondan hadisə ilə bağlı nə gördüyünü soruşduqda müstəntiqə heç nə görmədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, torpaq məsələsinə görə narazılıq olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evin qarşısında olarkən Abbasın İsməligil tərəfdən onlara tərəf qaçdığını görmüşdür. Abbas qaçaraq cibindən telefon çıxarıb harasa zəng etərək danışmış, onun yanına çatanda isə dayanmışdır. O, Abbasdan nə baş verdiyini soruşduqda, Abbas ona yol ilə gedərkən İsməlinin, İsmayılın və Ərəstunun onun yolunu kəsib təklədiklərini bildirmişdir. Həmin vaxt Abbasın əlindən qan axdığını görmüşdür. Abbas bunları bildirdikdən sonra kəndin mərkəzinə doğru getmiş, təxminən 3-4 dəqiqə sonra Şahid1 təlaşlı halda kəndin mərkəzinə doğru getdiyini görmüşdür. İsməlidən təxminən 4-5 dəqiqə sonra isə Ərəstun və İsmayılın piyada kəndin mərkəzinə doğru getdiklərinin şahidi olmuşdur. Şahid12 daha sonra ifadəsində Abbasla İsmayılın əlbəyaxa olduqlarını, Ərəstunun isə onlar tərəfə daş atdığını görmədiyini bildirsə də ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsində həmin xüsusatları göstərərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evin qarşısında olarkən İsməligilin evinin qarşısından səs-küy eşitmişdir.İsmayılın Ərəstunun və İsməlinin yaşadıqları evin yanında, Abbasın isə onlardan bir qədər aralıda olduğunu görmüşdür. Onun evi ilə İsməlinin evinin arasında təxminən 130-140 metr məsafə olmuşdur. Abbas, İsməli, İsmayıl və Ərəstunun arasında baş vermiş mübahisəni gördükdən sonra o, dərhal həmin tərəfə getmiş, onların yanına təxminən 40 metr qalmış Abbas ilə İsmayılın əlbəyaxa olduqlarını, Ərəstunun isə onlar tərəfə daş atdığını, daha sonra Abbasın qəflətən İsmayıldan aralanaraq ona tərəf qaçdığını görmüşdür. Abbas ona çatanda Abbasın əlindən qan axdığını görmüş, Abbasdan nə baş verdiyini soruşduqda, Abbas ona yol ilə gedərkən İsməlinin, İsmayılın və Ərəstunun onun yolunu kəsib təklədiklərini bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadə daha inandırıcı olduğundan, eləcə də təqsirləndirilən şəxsin ifadələri və işin faktiki halları ilə uyğun gəldiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadə sübut kimi qəbul edilməlidir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 08 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin sol arxa-yan səthinin daxilə keçən, V qabırğanın kəsilməsi, sol ağciyərin və ürək kisəsinin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yara deşici-kəsici alətin təsirindən törənmiş, yetirilmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilən Məhkəmə-Tibbi Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 09 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol əlin İ barmağının səthi yarası, sol əlin ovuc səthinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 6-9 gündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 98 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkcənin üzərindən tapılmış tünd-göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcənin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcənin üzərindən tapılmış qara rəngli poliakrilonitril kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd gödəkcənin tərkib liflərinə uyğun gəlirlər. Məhkəmədə tədqiq edilən məhkəmə trasoloji ekspertizasının (alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin tədqiqi) xx xxxxxx 2020-ci il tarixli, 99 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkcənin və qolsuz poluverin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqsirləndirilən şəxs məxsus uzunqol poluverin üzərində olan “a” və “b” zədələri və maykanın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsiri ilə, dartılma nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18 Təcrübi və X19 şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 08 saylı rəydə göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkcənin və qolsuz poluverin üzərində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “döş qəfəsinin sol arxa-yan səthinin daxilə keçən V qabırğanın kəsilməsi, sol ağciyərin və ürək kisəsinin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə gödəkcənin və poluverin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi, bioloji ekpertizasının xx xxxx 2020-ci il tarixli, 08 saylı və xx xxx 2020-ci il tarixli, 18 saylı rəylərindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs maye halda qanlarının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Hadisə yerindən götürülməklə təqdqiqata təqdim olunmuş 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli flakonlara qoyulmuş pambıq tamponlar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında qərardan xx xxxxxx 2019-cu il tarixli, protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Daşkəsən rayonu, Quşçu kəndində baş vermişdir. İş materiallarında olan götürmə aparılması haqqında xx xxxxxx 2019-cu il tarixli, protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 cüt corab, 01 ədəd gödəkcə, 01 ədəd qolsuz köynək, 01 ədəd cins şalvar, 01 ədəd idman şalvarı, 01 ədəd mayka və 01 ədəd jaket götürülmüşdür. İş materiallarında olan götürmə aparılması haqqında götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd mayka, 01 ədəd jaket və 01 ədəd gödəkcə götürülmüşdür. İş materiallarından görünür ki, hadisə yerindən götürülmüş 4 ədəd pambıq tamponlar üzərindəki qan ləkələri, eləcə də Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə, o cümlədən Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol gödəkcə, 01 ədəd narıncı rəngli qolsuz pollover və 01 ədəd boz rəngli qolsuz mayka iş üzrə xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. İş materiallarından olan “Daşkəsən rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin xx xxxx 2020-cu il tarixli, 64 nömrəli məktubundan görünür ki, Kamalov X9 şəhər poliklinikasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. İş materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti baçşısının Quşçu İƏD-nin nümayəndəliyinin xx.xx.2020 saylı arayışından və xasiyatnaməsindən görünür ki, Kamalov X10 rayonundan məcburi köçkündür. Daşkəsən rayonu, Quşçu kəndində yaşayır, arvadı X1, qızı X5 və oğlu X7 ibarət ailə üzvləri vardır, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan AZ-İ 262230 saylı nikah haqqında və AZ-İİ 526641, AZ-İİ 093015 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himəyəsində xx xxxx 2008 və xx xxxxxxxx 2010-cu il tarixdə doğulan 2 azyaşlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixli tələbnaməsindən və Daşkəsən rayon məhkəməsinin xx xxxxxx 2011ci il tarixli, 1(030)-26/2011 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Daşkəsən rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli, 03/2012 nömrəli məktubundan görünür ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə Kamalov X9 rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Daşkəsən rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 4(030)-01/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda bıçaq olmaması, Zərərçəkmiş şəxs bıçaqla vurmaması və hadisə zamanı Zərərçəkmiş şəxs əlində olan, lakin görə bilmədiyi əşya ilə onu vurmaq istəyən zaman o, sağ əli ilə İsmayılın əlini geri qatlaması ilə bağlı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığından və eləcə də zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və üzləşdirmə protokolları ilə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri müvafiq olaraq sübut növü hesab etməklə, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs bir dəfə zərbə endirməklə ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi sübut olunsa da, onun zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən, xüsusi amansızlıqla ağır zərər vurmaq qərarına gəlməsi, bu niyyətlə sonuncunun yaxın adamları olan atası Şahid1 və qardaşı Şahid2 yanında, onlara xüsusi əzab verdiyini dərk edərək, Azərbaycan Respublikasının CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi hissəsində istintaq orqanı düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə isə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxx 2020-ci il tarixdə isə istintaqçı iş materallarına istinad etmədən, yalnız öz mülahizələrinə əsaslanıb belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən, xüsusi amansızlıqla ağır zərər vurmaq qərarına gəlmiş, bu niyyətlə sonuncunun yaxın adamları olan atası Şahid1 və qardaşı Şahid2 yanında, onlara xüsusi əzab verdiyini dərk edərək, üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə endirməklə ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, xüsusi amansızlıqla bağlı xüsusat məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hadisə baş verən vaxtı zərərçəkmiş Zərərçəkmiş şəxs atası Şahid1 və qardaşı Şahid2 hadisə yerində olmaları faktı özlüyündə baş vermiş hadisəyə münasibətdə xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti həmdə o vaxt mövcud olur ki, bu cinayət zərərçəkmiş şəxsin yaxın adamlarının gözü qarşısında törədilməklə yanaşı, bu zaman təqsirkar dərk etməlidir ki, o, cinayətin şahidi olan zərərçəkmiş şəxsin yaxın adamlarına əzab verir və bunu arzu edir. Belə məqsədi olmayan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmiş şəxsin əməlində hətta bu cinayəti zərərçəkmiş şəxsin yaxın adamlarının gözü qarşısında törətsə belə xüsusi amansızlıq kimi tövsifedici əlamətin olması istisna edilir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ali Məhkəmənin Plenumunun Qərarının izahından göründüyü kimi qəsdən adam öldürmə zamanı yalnız bu cinayətin zərərçəkmiş şəxsin yaxın adamlarının gözü qarşısında törədilməsi heç də bütün hallarda bu cinayətin xüsusi amansızlıqla törədilməsinə dələlət etmir. İbtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs xüsusi amansızlıqla zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurma ilə bağlı nəticəyə gələrkən bu cinayətin zərərçəkmiş Zərərçəkmiş şəxs atası Şahid1 və qardaşı Şahid2 gözünün qarşısında törədilməsinə əsaslanmış, lakin iş materiallarında Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törədərkən zərərçəkmiş şəxsin atası və qardaşına əzab vermək niyyətində olmasını, bunu dərk edərək həmçinin arzu etməsini təsdiq edən heç bir sübut mövcud olmamışdır. İstintaq orqanı xüsusi amansızlıqla bağlı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərkən konkret hər hansı bir mötəbər sübuta deyil, heç bir əsası olmayan və iş materialları ilə uyğun gəlməyən ehtimala əsaslanmış, belə halı təsdiq edən hansısa istər obyektiv, istərsə də subyektiv əsaslı sübuta istinad etməmiş, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsin belə bir niyyətinin olması sübut olunmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən, ittihamın özündən də göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxsla zərərçəkmiş Zərərçəkmiş şəxs və sonuncunun atası və qardaşı ilə aralarında yaranmış şəxsi münaqişə baş verdikdən sonra o, bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs vurmuşdur. Bu fakt özlüyündə məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyi, məhkəmə ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyi, məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyi və məhkəmə-tibbi, bioloji ekpertizasının xx xxx 2020-ci il tarixli, 18 saylı rəyləri ilə də təsdiq edilmişdir. Belə ki, həmin rəylərlə Təqsirləndirilən şəxs sol əlin İ barmağının səthi yarası, sol əlin ovuc səthinin sıyrığı ilə müşaiyət olunan xəsarət alması, Zərərçəkmiş şəxs məxsus gödəkcənin üzərindən tapılmış tünd-göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus gödəkcənin tərkib liflərinə uyğun gəlməsi, Təqsirləndirilən şəxs məxsus uzunqol poluverin üzərində olan “a” və “b” zədələri və maykanın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsiri ilə, dartılma nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələrinin olması, hadisə yerindən götürülməklə təqdqiqata təqdim olunmuş 1 nömrəli, 2 nömrəli, 3 nömrəli, 4 nömrəli flakonlara qoyulmuş pambıq tamponlar üzərində insana məxsus qan ləkələrinin Təqsirləndirilən şəxs məxsus olmasının istisna edilməməsi öz təsdiqini tapmışdır ki, bu da məhkəmə tərkibinə belə qənaətə gəlməyə əsas verir ki, məhz təqsirləndirilən Təqsirləndirilən şəxsla zərərçəkmiş Zərərçəkmiş şəxs və sonuncunun atası və qardaşı ilə aralarında yaranmış şəxsi münaqişə baş verdikdən sonra o, bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxsla zərərçəkmiş Zərərçəkmiş şəxs və sonuncunun atası və qardaşı ilə aralarında mübahisənin olması şahidlər Şahid12, Şahid10 və Şahid11 ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə olan halda mübahisəsizdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onunla mübahisə edib dalaşan Zərərçəkmiş şəxs yaxın adamlarının yanında bıçaqla vurub xəsarət yetirməsi, bununla da onlara (zərərçəkmiş şəxsin atası və qardaşına) xüsusilə əzab verdiyini dərk etmək və bunu arzu etməyə belə imkanı olmamışdır. Digər tərəfdən, təqsirləndirilən Təqsirləndirilən şəxs onunla mübahisə edən və dalaşan zərərçəmiş şəxsə xəsarət yetirmək üçün bıçaqla zərbə endirməsi o vaxt xüsusi amansızlıq kimi qiymətləndirilə bilərdi ki, onun qəsdinin məhz buna yönəldiyi təkzibedilməz sübutlarla təsdiq edilmiş olardı. İş materiallarında isə, yuxarıda göstərildiyi kimi, belə sübut yoxdur. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini xüsusi amansızlıqla törətməsi təsdiq edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin cinayət-hüquqi qadağaları müəyyənləşdirən Xüsusi hissəsində formalaşdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinin tələbinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin, təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələblərinə görə, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 318.1 maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı əməli Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən onun əməli Azərbaycan Respublikasının CM-nin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində kommunal borclarını ödəmək məqsədilə poçt şöbəsinin inzibati binası istiqamətində küçə ilə hərəkətdə olarkən, torpaq mübahisəsinə görə aralarında kəskin münasibətləri olan Şahid1, Zərərçəkmiş şəxs və Şahid2 ilə qarşılaşmış, həmin vaxt şəxsi münasibətlər zəminində sonuncularla aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa-yan səthinə bir dəfə zərbə endirib həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Daşkəsən rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmünün surətindən və Daşkəsən rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə Kamalov X9 rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasından azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2013-cü il tarixli Qərarının 1.7-ci bəndi tətbiq edilməklə Daşkəsən rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasından azad olunduğundan və həmin tarixdən 7 ildən artıq müddət keçdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Daşkəsən rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə iki ədəd CD disk təqdim edərək bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onu bıçaqla vurmaması, ona xəsarət yetirməməsi barədə verdiyi ifadələr həqiqəti əks etirmir. Onun məhkəməyə təqdim etdiyi disklərdə təqsirləndirilən şəxsin yaxın adamlarının onlara minnətə gəldiklərini və təqsirləndirilən şəxsi bağışlmasına dair videogörüntülər vardır ki, bu da məlum cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edir. Buna görə də həmin CD disklərin maddi sübut kimi tanınmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi CD disk məhkəmədə nümayiş etdirildikdən sonra, məhkəmə ittiham və müdafiə tərəflərinin fikirlərini dinləmiş və müşavirə otağında belə qərara gəlmişdir ki, CD diskdə öz əksini tapan videogörüntülər qanunvericiliyin tələblərinə uyğun əldə edilmədiyindən, yəni həmin görüntülərin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan onlar sübut kimi qəbul edilə bilməz. İş üzrə maddi sübut hesab edilən və Daşkəsən rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə təqsirləndirilən şəxsin ailə üzvlərinə, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol gödəkcə, 01 ədəd narıncı rəngli qolsuz pollover və 01 ədəd boz rəngli qolsuz mayka isə zərərçəkmiş şəxsin özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs 127 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığından onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X15 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Elxan Osmanov 28 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 28 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X8 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 168 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzəzrdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə təqsirləndirilən şəxsin ailə üzvlərinə, Zərərçəkmiş şəxs məxsus 01 ədəd göy rəngli uzunqol gödəkcə, 01 ədəd narıncı rəngli qolsuz pollover və 01 ədəd boz rəngli qolsuz mayka isə zərərçəkmiş şəxsin özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs 127 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil X8 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 168 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığıı) andan 20 gün müddətində X21 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-191/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-191/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver