Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-191/2022 26.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 9.698 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, külli miqdarda, yəni 2.806 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib satışa hazır vəziyyətə gətirmək üçün narkotik vasitə olan heroini ümumilikdə 29 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində və 02 ədəd sellofan bükümlərdə, psixotrop maddə olan metamfetamini isə 01 ədəd sellofan bükümdə qablaşdırmaqla ümumilikdə qeyd edilən narkotik vasitələri və psixotrop maddəni çəkib satmaq üçün istifadə etdiyi 1 ədəd elektron tərəzi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinin özünə məxsus yataq otağında gizlədərək satış məqsədi ilə saxlamış, narkotik vasitə olan həmin heroinin 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla 0.158 qram təmiz çəkidə olan hissəsini xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığında tanışı X9 10 manat pul müqabilində qanunsuz olaraq satmış, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Asif Bağırov həmin tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Şərikli çörək” adlanan çörək sexinin yaxınlığında saxlanılıb Gəncə şəhəri, Təqsirləndirilən şəxs prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın ön sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla ondan almış olduğu 0.158 qram təmiz çəkidə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüş, narkotik vasitə olan həmin heroinin 02 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində olmaqla ayrı-ayrılıqda 0.159 qram və 0.221 qram, ümumilikdə isə 0.38 qram təmiz çəkidə olan hissəsini isə xx.xx.2021-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında tanışı Şahid2 20 manat pul müqabilində qanunsuz olaraq satmış, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid2 həmin tarixdə, saat 15 radələrində Gəncə şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində olmaqla ondan almış olduğu ayrı-ayrılıqda və ümumilikdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.159 qram və 0.221 qram, ümumilikdə isə 0.38 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüş, eləcə də Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, narkotik vasitə olan həmin heroinin 01 ədəd sellofan bükümdə olmaqla külli miqdarda, yəni 2.132 qram təmiz çəkidə olan hissəsini satış məqsədi ilə üzərində saxlayaraq daşıyarkən xx.xx.2021ci il tarixdə, saat 12 radələrində Gəncə şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olmaqla satış məqsədi ilə üzərində saxlayaraq daşıdığı külli miqdarda, yəni 2,132 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, eləcə də Asif Bağırov və Şahid2 üzərlərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə-heroin, həmin tarixdə yaşadığı Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinin ona məxsus yataq otağında axtarış aparılarkən oradan satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı 1 ədəd sellofan bükümdə və 26 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində qablaşdırılmış külli miqdarda, yəni, müvafiq olaraq 4,651 qram, 0,131 qram, 0,164 qram, 0,058 qram, 0,140 qram, 0,094 qram, 0,052 qram, 0,098 qram, 0,042 qram, 0,138 qram, 0,107 qram, 0,160 qram, 0,098 qram, 0,119 qram, 0,148 qram, 0,081 qram, 0,042 qram, 0,061 qram, 0,120 qram, 0,052 qram, 0,072 qram, 0,062 qram, 0,106 qram, 0,084 qram, 0,051 qram, 0,045 qram, 0,052 qram, ümumilikdə isə 7,028 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, eləcə də Asif Bağırov və Şahid2 üzərlərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə və öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə-heroin, 1 ədəd sellofan bükümdə olmaqla külli miqdarda, yəni 2,806 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixədək Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngə, ev 10-da qardaşı Heydər və onun ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. “Kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən uzun illərdir ki, iynə ilə damara vurma yolu ilə istifadə edir. Narkotik vasitəni müxtəlif yerlərdən əldə etmişdir. Asif və Arif adlı şəxsləri tanıyır. Həmin şəxslər ondan çəkmək üçün narkotik vasitə isətəmiş o, da içərisində kakos kimi tanıdığı heroin olan bükümlərdən onlara pulsuz olaraq pay vermişdir. Belə ki, Arifə 2 büküm, Asifə isə 1 büküm heroin vermişdir. xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdə xalası oğlu Zamanla birlikdə oturub çay içdikləri vaxt polis əməkdaşları evə daxil olaraq onların hər ikisini tutub Gəncə şəhər Nizami rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində ona hədə qorxu gəlinmiş və üzərinə narkotik vasitə qoymuşlar. O qorxusundan razılaşmışdır. Sonra ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra polis idarəsində onun üzərində axtarış aparılacağını bildirmişlər və müdafiəçinin, həmçinin polis əməkdaşlarının iştirakları ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində narkotik vasitə və qanunsuz hər hansı əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, o da üzərinə qoyulmuş əynində olan idman şalvarının sağ yan cibindəki sellofan bükümdəki həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı həmin kütlənin ona polis əməkdaşlarının dedikləri kimi “kakos” kimi tanıdığı narkotik vasitə - heroin olmasını, bir neçə gün əvvəl Bakı şəhərində tanımadığı İran vətəndaşından öz istifadəsi üçün aldığını, satmaq barədə fikri olmadığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış və içərisindəki kütləyə baxış keçirilmişdir. Bükümün içərisində toz halında, qəhvəyi rəngli kakos, yəni heroin var imiş. Sonra isə həmin kütlə sellofan bükümlə birgə elektron tərəziyə qoyulub çəkilmiş, çəkisi 2.3 qram gəlmişdir. Sonra həmin kütlə zərfə qoyulmuş və zərfin ağzı bağlanaraq üzərində qeydlər aparılmış və imzalamaq üçün ona, həmçinin axtarışda iştirak edənlərə təqdim olunmuşdur. Axtarış qurtardıqdan sonra ondan evində də narkotik vasitə olub-olmaması soruşulmuş, o isə evində narkotik vasitə olmadığını bildirmişdir. Ona görə də polislərin evdə axtarış aparılması barədə təklifinə etiraz etmədən razılaşmış və ərizə vermişdir. Bundan sonra polislər onu yaşadığı evin qarşısına aparmışlar. O, özündə olan açarla evin darvazasını açmış və vəkili, həmçinin polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olmuşlar. Evdə axtarış da videoçəkilişlə aparılmışdır. Evin ikinci mərtəbəsinə qalxdıqda ona aid olan otaqda axtarış başlanmışdır. Axtarış zamanı ona məxsus olan otağında çarpayıların altından narkotik vasitə istifadə etdiyi şpristlər, narkotik vasitələri çəkmək üçün istifadə etdiyi elektron tərəzi, eləcə də otağa girişdən sağdakı televizorun arxasında karton qutuda gizlətdiyi, gümüşü rəngli siqaret kağızı bükümlərində, sellofan bağlamada “kakos” kimi bilinən heroin və “şüşə” kimi bilinən metamfetamin aşkar olunmuşdur. O həmin vaxt evindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını demişdir. Bundan sonra evdən aşkar edilən narkotik vasitələr elektron tərəzi ilə çəkilmişdir. Belə ki, ümumilikdə 26 ədəd gümüşü kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan heroinlər çəkilərkən kağız bükümlərdə olan heroinlər 4 qram, sellofan bükümdə olan heroin isə 5 qramdan artıq təşkil etmişdir. Şüşə kimi tanıdığı metamfetamin isə 3 qram təşkil etmişdir. Sonra həmin kütlələr və elektron tərəzi ayı-ayrı qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Evindən tapdıqları şpristləri isə götürməmişlər. Evindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi ona məxsus olmamış, yəqin ki polis əməkdaşları özlər qoymuşlar. Asif və Arif adlı şəxslərə narkotik vasitəni pay verdiyi üçün əməlindən səmimi peşmandır. Onların narkotik vasitəni pul müqabilində almalarına dair göstərdikləri barədə onu qeyd edir ki, həmin şəxslər polisin qorxusundan o cür ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngə, ev 10-da yaşayan Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində, xüsusilə yaşadığı ərazidə qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə aldığı əməliyyat məlumatının yoxlanılması üçün xx.xx.2021-ci il tarixdə tərəfindən raportla rəisə məruzə olunduqdan sonra “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında, o, Nizami RPİ-nin əməkdaşları ilə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən 4 nömrəli tam orta məktəbin yaxınlığında saxlayıb özlərini təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və təxirəsalınmadan Təqsirləndirilən şəxs özləri ilə Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş, bundan sonra Hamletin üzərində narkotik vasitə və psixotrop maddə olubolmaması barədə sual vermiş, müsbət halda təqdim etməyi təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının ön sağ yan cibindən şəffaf rəngli sellofan bükülü çıxarıb təqdim edərək içərisində “kakos” kimi tanınan narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 3-4 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, satmaq niyyətinin olmadığını, iynə ilə vurma yolu ilə istifadə etdiyini bildirmişdir. Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə içərisində olduğu sellofanla birgə elektron tərəzidə çəkildikdə çəkisi 2.30 qram təşkil etmişdir. Sonra isə həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış qurtardıqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs isə yaşadığı evdə heç bir narkotik vasitə və psixotrop maddə olmadığını, evində axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs X10 və Şahid2 tanıyıb-tanımaması, həmin şəxslərə narkotik vasitə satıb-satmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs isə həmin şəxsləri qonşu kimi tanıdığını və onlara narkotik vasitəni satmadığını, sadəcə pay verdiyini bildirmişdir. Bundan sonra axtarış iştirakçıları, o cümlədən onun özü Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinin qarşısına getmişlər. Orada Hamlet üzərində olan açarla darvazanı açmış və birlikdə içəri daxil olmuşlar. Girişdən sağ tərəfdə kürsülü tikili, yəni fərdi yaşayış evi yerləşmişdir. Polis əməkdaşları qapısı açıq olan həmin evə Hamletlə birlikdə daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs evdə özünə məxsus olan otağı göstərmişdir. Həmin vaxt Hamlet evdə olan qapısı bağlı digər otağıda göstərib orada qardaşının yaşadığını bildirmişdir. Hamlet özünə məxsus olduğunu bildirdiyi otağa ilk öncə elə özü daxil olmuş, bundan sonra tərəflərindən həmin otaqda axtarış başlanılmışdır. Belə ki, axtarış zamanı həmin otaqda olan çarpayıların altından istifadə edilmiş və edilməmiş vəziyyətlərdə bir neçə ədəd şprist aşkar olunmuşdur. Hamlet həmin şpristləri narkotik vasitə istifadə etmək üçün saxladığını bildirmişdir. Axtarış bir qədər davam etdikdən sonra əməliyyat müvəkkili Şahid4 Ariz oğlu otağın girişində sağ tərəfdə yerləşən televizor altlığının üzərində olan, yəni televizorun arxa tərəfindəki 01 ədəd üzərində qadın təsviri olan karton qutunun içərisindən 23 ədəd gümüşü rəngli siqaret kağızı bükümləri, həmçinin 02 ədəd şəffaf rəngli sellofan bükümlər aşkar edib onları təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilən kütlələrin nə olduğunu bilmədiyini və özünə məxsus olmadığını, həmin otaqda heç kəsin yatmadığını, yalnız özünün həmin otaqdan istifadə etdiyini bildirmişdir. Həmin bükümlər açıldıqda gümüşü rəngli siqaret kağızında olanlar, eləcə də 02 ədəd şəffaf rəngli sellofan bükümlərdən birinin içərisindəki kütlələrin tünd qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik toz halında narkotik vasitə olan heroinə bənzər kütlələr olması, digər sellofan bükümün içərisindəki kütlənin isə şəffaf rəngli və kristal formalı, kəskin spesifik qoxuya malik psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşını səslədiyi üçün otağa qardaşı Heydər adlı şəxs daxil olmuşdur. Həmin şəxs evə heç kimin daxil olmadığını, həyətə giriş qapısının bağlı olduğunu, Hamletin otağının qapısının açıq olub-olmadığından eləcə də, aşkar edilmiş kütlələrdən xəbərsiz olduğunu bildirib getmişdir. Axtarış zamanı tərəfindən dəmir çarpayının üzərindəki yorğanın altından bir neçə ədəd mobil telefon və 01 ədəd elektron tərəzi aşkar edilərək təhqiqatçıya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tərəzidən də xəbərsiz olduğunu, mobil telefonların isə özünə məxsus olduğunu bildirmişdir. Bundan bir qədər sonra tərəflərindən həmin karton qutunun içərisindən əlavə olaraq 03 ədəd də gümüşü rəngli siqaret kağızında bükümlər aşkar edilərək təhqiqatçıya təqdim edilimişdir. Ümumilikdə 26 ədəd gümüşü rəngli siqaret kağızı bükümləri elektron tərəzidə çəkildikdə onların ümumi çəkisi 4 qram təşkil etmişdir. 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə isə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 5.79 qram təşkil etmişdir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 3 qram təşkil etmişdir. Sonra həmin bükümlər 01 ədəd zərfdə qablaşdırılmış, elektron tərəzi isə ayrıca zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs bir daha həmin bükümlərdən xəbərsiz olduğunu və ona məxsus olmadığını bildirərək qablaşdırmanın üzərində imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Hamletlə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Gəncə şəhər Nizami RPİ-yə daxil olmuş əməliyyat məlumatına əsasən, Təqsirləndirilən şəxs yaşadığı evdə və evin yaxınlığında mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olur. Hamletin narkotik vasitə satdığı şəxslərdən X16 və Şahid2 barələrində Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri mövcuddur. Hamletin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə Hamletin özünə məxsusdur. Belə ki, Hamlet həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlayır, nə onun, nə də başqa polis əməkdaşı tərəfindən Hamletə Əliyevə zorakılıq olmamışdır. Həmin kütlələr Hamletin yaşadığı evdən aşkar edilmişdir. Bunadək heç bir polis əməkdaşı Hamletin evində olmamışdır. Hamlet özü də bildirmişdir ki, həmin otaq özünə məxsusdur, başqa şəxslər otaqdan istifadə etmir. Hamletin qardaşı Heydər də aşkar edilən kütlələrdən xəbərsiz olduğunu bildirmişdir. Axtarış zamanı Hamlet həmin kütlələri hər hansı polis əməkdaşının, yaxud konkret olaraq adını çəkdiyi digər şəxsin onun evinə yerləşdirməsi barədə iddia irəli sürməmiş, sadəcə məsuliyyətdən yayınmaq üçün onların nə olduğunu guya ki, bilmədiyini, xəbərsiz olduğunu və özünə məxsus olmadığını bildirmişdir. Hamlet tutulduğu vaxtdan etibarən müdafiəçisi ilə birlikdə olmuş, danışmaq üçün hər bir şəraiti olmuşdur. Bütün bunlar məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər sakini X8 narkotik vasitə qəbul etməkdə, əldə edib üzərlərində saxlamaqda və daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun üçün “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmişdir. Qəbul edilmiş həmin qərar əsasında Asif Bağırov xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Şərikli çörək” adlanan çörək sexinin yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Həmin vaxt onlar özlərini Asifə təqdim edərək şübhənin mahiyyətini izah etməklə dərhal Asifi Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Orada təhqiqatçı tərəfindən Asif Bağırov şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Asifin üzərinə müdafiəçisinin və təhqiqatçının iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Asifin şalvarının ön sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqa bükümü aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində ilk baxışdan narkotik vasitə olan heroinə bənzər olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 0.2 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə falqa bükümlə birlikdə müvafiq zərfin içərisində qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərində qeydlər aparıldıqdan sonra isə axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı Asif Bağırov həmin kütlənin “kakos” kimi tanınan narkotik vasitə olan heroin olmasını, şəxsi istifadəsi üçün Hamlet adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid2 əvvəllər tanımamış, Şahid2 ilə hər hansı bir münasibəti olmamışdır. xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yaşayan Şahid2 narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla rəhbərliyə məlumat verildikdən sonra “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Şahid2 Gəncə şəhər 4 nömrəli orta məktəbin yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Onlar Şahid2 yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirb üzərinə baxış keçirilməsi məqsədi ilə Şahid2 Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Şahid2 üzərinə baxış keçirilməsi məqsədi ilə müvafiq sənədləşmə aparılması Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Nicad Hüseynova tapşırılmışdır. Şahid2 üzərində baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət olunmuş və Şahid2 təqdim edilmişdir. Şahid2 hüquq və vəzifələri izah olunduqdan sonra o, hüquq və vəzifələrinin ona aydın izah edildiyini, hüquqlarının müdafiə olunması məqsədi ilə ona təqdim olunmuş vəkilə etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Şahid2 üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd açar, bir ədəd alışqa, arxa sağ cibindən bir ədəd “İntel” markalı mobil telefon, 5 ədəd bir manatlıq əskinazlardan ibarət ümumilikdə 5 manat məbləğində pul, sağ yan cibindən isə 02 ədəd ağ rəngli siqaret falqasında bükülü aşkar olunmuşdur.Şahid2 üzərindən aşkar olunaraq götürülmüş həmin 2 ədəd bükülülər müdafiəçinin və digər iştirakçıların iştirakı ilə açılıb içərisinə baxış keçirilən zaman oradan toz şəkilli, qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Şahid2 həmin 2 ədəd bükülülərin içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlandığı gün, yəni xx.xx.2021-ci il tarixdə, günorta saatlarında Gəncə şəhər 4 nömrəli orta məktəbin yaxınlığında 20 manat pul müqabilində Hamlet adlı şəxsdən aldığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin narkotik vasitədən kiməsə satmaq fikrində olmadığını bildirmişdir. Bundan sonra Şahid2 üzərindən aşkar olunub götürülmüş, içərisində narkotik vasitə heroin olan 02 ədəd bükülülər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkilər 0.30 qram və 0.25 qram təşkil etmişdir. Shəmin bükülülər birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 0.54 qram müəyyən edilmişdir. Daha sonra Şahid2 üzərindən götürülmüş həmin narkotik vasitə heroinlər zərfə qoyulub qablaşdırılmış, üzərində qeydlər aparılmış və möhürlənədərk imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid10 Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 17-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Bir neçə aydır ki, narkotik vasitə olan heroindən siqaret çəkmə yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs küçəli kimi uzun müddətdir tanıyır. Hamletin mobil nömrəsi ***-***-**- ** olmalıdır. O, Hamleti əvvəllər tanıdığı bir şəxsin vasitəsi ilə tanımışdır. xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Hamletə zəng edib narkotik vasitə almaq istədiyini bildirmiş, Hamlet isə heç bir problem olmadığını deyib onu 4 nömrəli məktəbin yaxınlığına çağırmışdır. O həmin ünvana tək gedib Hamletlə görüşmüş və 10 manat verib Hamletdən 1 ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroin almış və oradan uzaqlaşmışdır. Həmin gün gecə saat 23 radələrində Gəncə şəhəri, Nizami prospektində “Şərikli Çörək” adlanan mağazanın yaxınlığında olarkən tanımadığı polis əməkdaşları mülki geyimdə olmaqla ona yaxınlaşmış və özlərini təqdim edib onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə şübhəli olduğunu izah edib özləri ilə onu Gəncə şəhər Nizami RPİ-yə gətirmişlər. Orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və hüquqları izah olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli cins şalvarın ön sol yan cibində saxladığı siqaret kağızı bükümündə həmin narkotik vasitə olan heroin aşkar olunaraq ondan götürülmüşdür. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0.2 qram təşkil etmişdir. Bundan sonra isə həmin kütlə qablaşdırılmış və möhürlənərək imzalarla təsdiq olunmuşdur. Sorğu-sual zamanı o həmin kütlənin nə olduğunu, şəxsi istifadəsi üçün Hamlet adlı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini və öz istifadəsi üçün saxladığını etiraf etmişdir. Hamletdən əvvəllər də bir neçə dəfə pul müqabilində narkotik vasitə almış və hər dəfə Hamlet ilə tək görüşmüş, aldığı narkotik vasitəni isə öz istifadəsi üçün əldə etmişdir. Hamletə anası Məhəbbət Bağırovanın adına olan ***-***-**-** saylı mobil nömrədən zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Bir ildir ki, “kakos” kimi tanınan narkotik vasitə olan heroindən şpristə doldurub iynə ilə damarına vurma yolu ilə istifadə edir. Belə ki, istifadə etdiyi narkotik vasitə olan heroini təxminən bir neçə dəfə Gəncə şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında yaşayan Hamlet adlı şəxsdən pul müqabilində almışdır. xx.xx.2021-ci il tarixdə həmişəki kimi yenə Hamletlə Gəncə şəhər 4 nömrəli orta məktəbin yaxınlığında görüşmüş və Hamletdən 02 büküm narkotik vasitə olan heroin istəmiş, Hamlet də ona bir qədər keçdikdən sonra həmişə olduğu kimi 4 nömrəli orta məktəbin yaxınlığındakı zibil qutusunun yanından heroini götürə biləcəyini bildirib 20 manat pulu həmin yerə qoymasını tapşırmışdır. Həmin gün saat 15 radələrində o, Hamletin dediyi yerdə olan zibil qutusunun yanına getmiş və 20 manat pulu oraya qoyub 02 büküm narkotik vasitə olan heroini oradan götürmüşdür. O həmin yerdən aralaşıb piyada gedərkən 4 nömrəli məktəbin yaxınlığında iki nəfər mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu özləri ilə Gəncə şəhər Nizami RPİ-yə aparmış və orada ona dövlət hesabına müdafiəçi təyin edilərək hüquqları izah olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın ön sağ yan cibində saxladığı iki ədəd siqaret kağızı bükümlərində həmin narkotik vasitə olan heroinlər aşkar olunaraq ondan götürülmüşdür. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0.30 qram və 0.25 qram təşkil etmişdir. Bundan sonra isə həmin kütlələr qablaşdırılmış və möhürlənərək imzalarla təsdiq olunmuşdur. Sorğu-sual zamanı o həmin kütlələrin nə olduğunu, şəxsi istifadəsi üçün Hamlet adlı şəxsdən 20 manat pul müqabilində əldə etdiyini və öz istifadəsi üçün saxladığını etiraf etmişdir Mobil nömrədən istifadə etmir, Hamletlə telefon əlaqəsi olmamışdır. Hamletin narkotik vasitə satdığını bildiyi üçün evinə gedib sərbəst narkotik vasitə almıhdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Nizami rayonu,M.S.ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs doğma qardaşıdır. Qardaşı Hamlet uzun müddətdir, yəni anası vəfat edəndən sonra narkotik vasitələrdən istifadə edir. Yaşadıqları ev kürsülü həyət evidir. O və qardaşı Hamlet ayrı otaqlardan istifadə etsələr də bir evdə yaşayırlar. Belə ki, o, evin alt mərtəbəsində, qardaşı Hamlet isə ikinci mərtəbəsində yaşayır. Evin qapılarının açarları həm onda, həm də qardaşı Hamletdə olur. xx.xx.2021-ci il tarixdə, günorta saatlarında yaşadığı evə gəldikdə evlərində polis əməkdaşları olduğunu və qardaşı Hamletin əlində qandalla evə gətirildiyini, həmin vaxt bir nəfər qadının da evdə olduğunu görmüşdür. O, qardaşı Hamletin otağına daxil olduqda Hamlet ondan, otağındakı narkotik vasitələrdən xəbəri olub-olmadığını soruşmuş, o isə bu barədə xəbərinin olmadığını bildirmişdir. Bir qədə sonra polis əməkdaşları qardaşı Hamleti aparıb evlərini tərk etmişlər. Sonradan ona məlum olmuşdur ki, qardaşı Hamlet həmin gün polis əməkdaşları tərəfindən saxlanılmış, polis idarəsinə aparılıb orada üzərindən narkotik vasitə aşkar edilmiş, sonradan polis əməkdaşları qardaşı Hamleti evlərinə axtarış üçün gətirmişlər. Evlərində axtarış zamanı Hamletin otağından da narkotik vasitə aşkar edilmişdir. Lakin o həmin narkotik vasitədən xəbərsiz olmuşdur. Həmin vasitələri, elektron tərəzini yaşadığı evdə görməmişdir. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, üzərində, yaşadığı evdə saxlaması və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri qəbul etməsi, çox vaxt üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(044)-155/2021 saylı qərarından görünür ki, Gəncə şəhər BPİ X2 əməliyyat müvvəkkili Şahid3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. «Şəxsi axtarış haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının ön sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülmüş bükülü aşkar edildi. Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edildi. Həmin kütlə içərisində olduğu sellofanla birgə elektron tərəzidə çəkilir və çəkisi 2.30 qram təşkil etdi. Həmin kütlə qablaşdırılaraq möhürləndi. Təqsirləndirilən şəxs üstündən aşkar olunan heroinə oxşar kütləni Bakı şəhərində tanımadığı İran vətəndaşından satın aldığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üəzrindən 20 manat pul əsginazı aşkar olundu.Həmin pul əsginazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. «Axtarış-götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, 6-cı döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evinə axtarış keçirilmişdir.Axtarış zamanı dəmir çarpayının üzərində olan odelyalın altında bir ədəd gümüşü rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkart olunaraq götürüldü. Televizorun arxa tərəfindəki 01 ədəd üzərində qadın təsviri olan karton qutunun içərisindən 26 ədəd gümüşü rəngli falqaya bükülmüş narkotik vasitə heroin bənzər kütlə müəyyən edildi.Qeyd olunan qutudan həmçinin iki ədəd şəffaf selofan bükülmüş bükümlər aşkar olunaraq götürüldü. Birinci bükümü içərisində qəyvəyi rəngli heroinəı bənzər kütlə, ikinci bükümün içərisində kristal formalı psixotrop maddə metanfetamin aşkar olundu. Ümumilikdə 26 ədəd gümüşü rəngli siqaret kağızı bükümləri elektron tərəzidə çəkildi və ümumi çəkisi 4 qram təşkil etdi. 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə isə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildi və çəkisi 5.79 qram təşkil etdi.İçərisində metanfetamin aşkar olunmuş kütlə isə elektron tərəzidə çəkildi və çəkisi 3 qram təşkil etdi. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. «Baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla X8 üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünə baxış keçirilmmişdir. Diskin içərisində 10 dəqiqə 46 saniyəlik videogörüntü var. Görüntüdə çıxış edən şəxs Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şahid11, görüntüdə olan digər şəxslər isə həmin İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid6, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid7, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X11 və şübhəli şəxs qismində tutulmuş X12r. Şübhəli şəxs qismində tutulmuş Asif Bağırovun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Şahid11 tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edilir, həmçinin bu barədə ona yazılı bildiriş təqdim edilir.Bundan sonra şübhəli şəxs X7 üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmaması soruşulur və müsbət halda onu təqdim etməsi təklif edilir. Şübhəli şəxs Asif Bağırov isə göy rəngli şalvarın ön sol cibindən 1 ədəd gümüşü rəngli büküm çıxarıb təqdim edir və həmin bükümün “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu bildirir. Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir.Həmin kütlə içərisində olduğu sellofanla birgə elektron tərəzidə çəkilir və çəkisi 0.2 qram təşkil edir. Bundan sonra Asif Bağırovun üzərində şəxsi axtarış davam etdirilsə də iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmur. İlkin dindirmə zamanı isə verilən suallara cavab olaraq şübhəli şəxs X16 həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhər 4 nömrəli orta məktəbin yaxınlığında Hamlet adlı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirir. Daha sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. «Baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla Şahid2 üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünə baxış keçirilmişdir. Görüntüdə çıxış edən şəxs Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis leytenantı Nicad Hüseynov, görüntüdə olan digər şəxslər isə həmin İdarənin baş əməliyyat müvəkkilləri: Şahid8, Şahid9, həmin İdarənin kiçik əməliyyat müvəkkili Şahid5 Səyəddin oğlu, şübhəli şəxs Şahid2 və müdafiəçisi X6r. Şübhəli şəxs qismində tutulmuş Asif Bağırovun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Nicad Hüseynov tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edilir, həmçinin bu barədə ona yazılı bildiriş təqdim edilir. Bundan sonra şübhəli şəxs Şahid2 üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmaması soruşulur və müsbət halda onu təqdim etməsi təklif edilir. Şübhəli şəxs Şahid2 isə əynində olan göy rəngli cins şalvarın sağ yan 2 ədəd gümüşü rəngli büküm çıxarıb təqdim edir və həmin bükümün “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu bildirir. Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir.Həmin kütlələr elektron tərəzidə çəkilir, çəkiləri 0.30 qram və 0.25 qram təşkil edir. İlkin dindirmə zamanı isə verilən suallara cavab olaraq şübhəli şəxs Şahid2 həmin kütlələrin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, Gəncə şəhər 4 nömrəli orta məktəbin yaxınlığında Hamlet adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirir.Daha sonra həmin kütlələr zərfdə qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. «Üzləşdirmə haqqında» xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, şahid qismində X16 və Şahid2 ilə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmişdir. Belə ki, həmin üzləşmə zamanı Asif Bağırov və Şahid2 ifadələrində göstərdikləri xüsusatları, yəni Təqsirləndirilən şəxs pul müqabilində onlara narkotik vasitə olan heroin satmasını, üzərlərindən aşkar edilmiş narkotik vasitə heroini pul müqabilində sonuncudan aldıqlarını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadələrini təsdiq etmişlər. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs adətən yaşadığı evdə və yaxın ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olması, Gəncə şəhəri, S.Vurğun küçəsi, ev 17-də yaşayan xx.xx.1994-cü il təvəllüdlü X9 və ünvan 6 yaşayan xx.xx.1993cü il təvəllüdlü Şahid2 qanunsuz olaraq narkotik vasitə heroin satması müəyyən edilsə də, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin mənbəyini, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində digər şəxs(lər) ilə əlbirliyinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr vasitəsi ilə edilmiş giriş-çıxış zənglərinin, antenn dairələrinin, sms mətnlərinin əldə edilməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Məhkəməsindən alınmış xx.xx.2021-ci il tarixli qərar əsasında Bakcell MMCdən qeyd edilən məlumatlar 01 ədəd CD disk şəklində əldə edilərək həmin məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin 4 ədəd fayl var. Birinci faylda 06.2021-ci il tarixdə saat 00:00-dan xx.xx.2021-ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, nömrələrin anten dairələrinin siyahısı mövcuddur. Belə ki, həmin siyahıya diskin içərisində olan üçüncü, yəni ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərinin məxsus olduğu mobil nömrələrin adlarına rəsmiləşdirildiyi şəxslərin şəxsi məlumatları əks olunmuş fayl ilə birgə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Gəncə şəhəri, A.Şaiq küçəsi, ev 9A-da qeydiyyatda olan Məhəbbət Bağırovanın adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə müxtəlif vaxtlarda, cümlədən xx.xx.2021-ci il tarixdə, saat 19:53 dəqiqədə 101 saniyə danışıq olmuşdur. Siyahıda olan digər zənglərin arasında Təqsirləndirilən şəxs istifadəsində olan yuxarıda göstərilən mobil nömrəsi ilə çoxsaylı danışıqlar aparmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olması müəyyən edilmişdir. Digər zənglərin edildiyi mobil nömrələr çoxsaylı olduğundan və iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd olunmamışdır. İkinci faylın içərisində 06.2021ci il tarixdə saat 00:00-dan xx.xx.2021-ci il, saat 00:00-a qədər olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, nömrələrin anten dairələrinin siyahısı mövcuddur. Siyahıda olan zənglər çoxsaylı olduğundan və iş üçün əhəmiyyət kəsb etmədiyindən protokolda ayrı-ayrılıqda qeyd edilməmişdir. Üçüncü və dördüncü fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zəngləri nömrələrinin sahiblərinin adları, soyadları və ünvanları möcvuddur. Həmin məlumatlar arasında yuxarıda qeyd edilən Məhəbbət Bağırovadan başqa iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar olunmadığından ayrı-ayrılıqda protokolda qeyd edilməmişdir. Maddə və materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/683 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş........” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə olan 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2.132 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “......Təqsirləndirilən şəxs yaşadığı ev axtarış zamanı......” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə və 26 (iyirmi altı) ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,651 qram, 0,131 qram, 0,164 qram, 0,058 qram, 0,140 qram, 0,094 qram, 0,052 qram, 0,098 qram, 0,042 qram, 0,138 qram, 0,107 qram, 0,160 qram, 0,098 qram, 0,119 qram, 0,148 qram, 0,081 qram, 0,042 qram, 0,061 qram, 0,120 qram, 0,052 qram, 0,072 qram, 0,062 qram, 0,106 qram, 0,084 qram, 0,051 qram, 0,045 qram, 0,052 qram, ümumi təmiz çəkisi 7,028 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Həmin kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2.806 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Maddə və materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/1185 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş......”, “.....Təqsirləndirilən şəxs yaşadığı ev axtarış zamanı....”, “........vət. X7 götürülmüş 0.2 qram çəkidə heroinə bənzər kütlə”, “Götürül 2 büküm kütlə” yazı və imzalar olan kağız paketlərdəki heroinlər kimyəvi tərkiblərinə görə eynidir. Maddə və materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/652 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.......vət. X7 götürülmüş 0.2 qram çəkidə heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0.158 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Maddə və materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/664 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Götürül 2 büküm kütlə” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd gümüşü kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.159 qram, 0.221 qram, ümumi təmiz çəkisi 0.38 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 31 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tədbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyul 2021-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 29, 120.2.2-ci maddəsi üzrə təqsirli bilinib 11 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatmış, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata CM-in 73.2-ci maddəsinə əsasən, xitam verilərək cinayət məsuliyyətindən azad edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi üzrə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2.606 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, 1.882 qram, 4.401 qram, 1.597 qram, 0.058 qram və 0.18 qram təmiz çəkilərdə narkotik vasitə olan heroinlər, 01 ədəd elektron tərəzi Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də 03 ədəd DVD disk və 01 ədəd CD disk, cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni ona məxsus olmadığını, X9 və Şahid2 narkotik vasitə olan heroini pay verdiyini, yəni pul ilə satmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində yaşayan, adını bilmədiyi İran vətəndaşından əldə etmişdir. Belə ki, “kakos”un bir qramını 35 manata, “şüşə”nin bir qramını isə 45 manata almışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmazdan təxminən bir həftə əvvəl Bakı şəhərinə gedib həmin İran vətəndaşından öz istifadəsi üçün 15 qram “kakos”, yəni heroin, həmçinin 5 qram “şüşə”, yəni metamfetamin almışdır. Buna görə İran vətəndaşına 750 manat pul vermişdir. Qeyd edilən maddələri alıb Gəncə şəhərində yaşadığı evə gətirdikdən sonra onları gündəlik istifadəsi üçün bükümlərə ayırmaq qərarına gəlmişdir. Bunun üçün elektron tərəzidən istifadə edib az miqdarlarda çəkərək kakosu gümüşü rəngli siqaret kağızının bükümlərində qablaşdırmışdır. Şüşə kimi tanıdığı metamfetamini isə sellofan bükümdə saxlamışdır. Bundan sonra həmin bükümlərdən az-az istifadə etmiş, Asif və Arifə də həmin bükümlərdən, yəni içərisində kakos kimi tanıdığı heroin olan bükümlərdən pay vermişdir. Belə ki, Arifə 2 büküm, Asifə isə 1 büküm heroin vermişdir. xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdən “kakos” kimi tanıdığı heroin götürüb şəxsi işi ilə bağlı evdən çıxmış, həmin vaxt Gəncə şəhər 4 nömrəli tam orta məktəbin yaxınlığında olarkən polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları narkotik vasitə əldə etməkdə, saxlamaqda, istifadə etməkdə və satmaqda şübhəli olmasını ona izah etmiş, həmçinin xidməti avtomobilə əyləşdirib özləri ilə birlikdə onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə aparmışlar. Həmin vaxt üzərində sellofan bükümdə narkotik vasitə heroin olmuşdur. Polis İdarəsində ona müdafiəçi təyin edilmiş və ona təqdim olunmuşdur. Müdafiəçi Elmira xanımı özü tələb etmişdir. Bundan sonra polis idarəsində onun üzərində axtarış aparılacağını bildirmişlər və müdafiəçinin, həmçinin polis əməkdaşlarının iştirakları ilə onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində narkotik vasitə və qanunsuz hər hansı əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, o da gizlətməyin mənasız olduğunu düşünüb əynində olan idman şalvarının sağ yan cibində saxladığı sellofan bükümdəki həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə - heroin olmasını, bir neçə gün əvvəl Bakı şəhərində tanımadığı İran vətəndaşından öz istifadəsi üçün aldığını, satmaq barədə fikri olmadığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış və içərisindəki kütləyə baxış keçirilmişdir. Bükümün içərisində toz halında, qəhvəyi rəngli kakos, yəni heroin var imiş. Sonra isə həmin kütlə sellofan bükümlə birgə elektron tərəziyə qoyulub çəkilmiş, çəkisi 2.3 qram gəlmişdir. Sonra həmin kütlə zərfə qoyulmuş və zərfin ağzı bağlanaraq üzərində qeydlər aparılmış və imzalamaq üçün ona, həmçinin axtarışda iştirak edənlərə təqdim olunmuşdur. Axtarış qurtardıqdan sonra ondan evində də narkotik vasitə olub-olmaması soruşulmuş, o isə evindən narkotik vasitə aşkar edilsə işinin ağır olacağını düşünüb “yox” deyə bildirmişdir. Həmçinin düşünürmüş ki, bəlkə evdə axtarış aparılanda evindəki narkotik vasitəni tapmazlar. Ona görə də polislərin evdə axtarış aparılması barədə təklifinə etiraz etmədən razılaşmış və ərizə vermişdir. Bundan sonra polislər onu yaşadığı evin qarşısına aparmışlar. O, özündə olan açarla evin darvazasını açmış və vəkili, həmçinin polis əməkdaşları ilə birlikdə evin həyətinə daxil olmuşlar. Evdə axtarış da videoçəkilişlə aparılmışdır. Evin ikinci mərtəbəsinə qalxdıqda ona aid olan otaqda axtarış başlanmışdır. Axtarış zamanı ona məxsus olan otağında çarpayıların altından narkotik vasitə istifadə etdiyi şpristlər, narkotik vasitələri çəkmək üçün istifadə etdiyi elektron tərəzi, eləcə də otağa girişdən sağdakı televizorun arxasında karton qutuda gizlətdiyi, gümüşü rəngli siqaret kağızı bükümlərində, sellofan bağlamada “kakos” kimi bilinən heroin və “şüşə” kimi bilinən metamfetamin aşkar olunmuşdur. O həmin vaxt qorxmuş və evindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını demişdir. Bundan sonra evdən aşkar edilən narkotik vasitələr elektron tərəzi ilə çəkilmişdir. Belə ki, ümumilikdə 26 ədəd gümüşü kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan heroinlər çəkilərkən kağız bükümlərdə olan heroinlər 4 qram, sellofan bükümdə olan heroin isə 5 qramdan artıq təşkil etmişdir. Şüşə kimi tanıdığı metamfetamin isə 3 qram təşkil etmişdir. Daha sonra həmin kütlələr və elektron tərəzi ayı-ayrı qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Evindən tapdıqları şpristləri isə götürməmişlər. O, səmimi olaraq bildirir ki, üzərindən və evindən aşkar olunan narkotik vasitələri, psixotrop maddəni narkoman xəstəsi olduğu üçün özü istifadə edirmiş. Satan deyil, heç kimə narkotik vasitə satmamışdır. O, ifadəsində daha sonra bildirmişdir ki, aşkar olunan narkotik vasitələri almaq üçün 750 manat pulu Çernobil əlili olduğuna görə dövlətin ona verdiyi yüksək məbləğdə pensiyadan vermişdir. Həmin pensiyadan kənara yığmışdır. Bundan başqa, qardaşı Heydər və ailəsi onun narkoman olduğunu bilmiş, ancaq evində konkret olaraq harada, nə qədər narkotik olmasını bilməmişlər. Onun otağına heç kim girib-çıxmır. xx.xx.2021-ci il tarixdə üzərində külli miqdarda narkotik vasitə götürüb evdən çıxmaqda məqsədi adını çəkmək istəmədiyi bir nəfər tanışı ilə görüşüb birlikdə narkotik vasitə istifadə etmək olmuşdur. Evindən aşkar olunan elektron tərəzini isə təsirinin çox olmaması üçün “kakos” kimi bilinən narkotik vasitəni çəkib ayırmaq məqsədi ilə istifadə etmişdir. Bakı şəhərində İran vətəndaşını tanımır, onunla bir-iki dəfə görüşmüş, Bakı şəhərində, Günəşlidə yaşayır, onu özü gizli nömrə ilə yığmışdır. O, həmin şəxsi görməmiş, sadəcə yerini deyir, o da pulu qoyub o dediyi yerdən malı götürmüşdür. Polis əməkdaşları xx.xx.2021-ci il tarixdə evində onun iştirakı ilə axtarış aparmazdan əvvəl evdə polis əməkdaşı olmamışdır. O, evdən çıxıb qapını bağlamış, elə küçənin yanında olanda onu saxlamışlar. Evin açarı da onun özündə olmuşdur. Polis əməkdaşları tərəfindən ona zorakılıq olmamışdır. İstifadəsində olmuş mobil nömrələr vasitəsi ilə edilmiş telefon zəngləri çoxdur, zənglərin nə ilə bağlı olmasını xatırlamır, gündəlik öz işləri ilə bağlı danışmış, narkotik vasitə ilə bağlı heç kimlə danışmamışdır. Bircə Asifin nömrəsi ilə danışmış, həmin nömrəni də xatırlamır, siyahıda hansı olduğunu dəqiq bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. İbtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun cinayəti tamah məqsədi ilə törətməsini göstərsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti tamah məqsədi ilə törətməsi ona elan edilmiş ittihamla əhatə olunduğundan bu xüsusat ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz və xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməli, cəzaçəkmənin əvvəli hazırkı iş üzrə tutulduğu 11 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65.2-ci maddəsinə tələblərini nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2.606 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, 1.882 qram, 4.401 qram, 1.597 qram, 0.058 qram və 0.18 qram təmiz çəkilərdə narkotik vasitə olan heroinlər, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 03 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 11 iyul 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2.606 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin, 1.882 qram, 4.401 qram, 1.597 qram, 0.058 qram və 0.18 qram təmiz çəkilərdə narkotik vasitə olan heroinlər, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilsin.Eləcə də 03 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-191/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-191/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver