Məhkəmə qərarları › İş №1(100)-191/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-191/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-191/2023 04.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, ev 13-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, bina 40, mənzil 9 yaşamış, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi 1-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xocahəsən qəsəbəsində yaşamış, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan metadonu qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qohumu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olaraq 500 manat qazanc əldə etmək və istifadəsi üçün narkotik vasitəni verməsi barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1.001,63 qram olmaqla qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi təmiz çəkisi 69,679 qram olmaqla ağ rəngli kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edilən 10 ədəd qəhvəyi rəngli dairəvi formada olan narkotik vasitə metadon həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 20,290 qramı çəkidə olan psixotrop maddə metamfetamini və 19,630 qram çəkidə olan narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, 982 qram narkotik vasitə olan heroini, 49,389 qram psixotrop maddə olan metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan narkotik vasitə metadonu və həmin narkotik vasitələri satmaq üçün istifadə etdiyi bir ədəd elektron tərəzini idarə etdiyi özünə məxsus “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillin salonundakı saxlanc yerində birlikdə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan qara rəngli kiçik cib çantasında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 20,290 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir bükümdə külli miqdarda təmiz çəkisi 19,630 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 03 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 məxsus olan “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı saxlanc yerində satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd külli miqdarda, yəni təmiz çəkisi 982 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bağlamada külli miqdarda, yəni təmiz çəkisi 49,389 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan metadonu qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qohumu Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Milad adlı şəxslə qabaqcadan əlbir olan, bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olaraq istifadəsi üçün 1-2 qram narkotik vasitəni verməsi barədə razılaşdıqdan sonra istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1.001,63 qram olmaqla qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, yəni ümumi təmiz çəkisi 69,679 qram olmaqla ağ rəngli kristal formada küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edilən 10 ədəd qəhvəyi rəngli dairəvi formada olan narkotik vasitə metadon həblərini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 20,290 qramı çəkidə olan psixotrop maddə metamfetamini və 19,630 qram çəkidə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımış, 982 qram narkotik vasitə olan heroini, 49,389 qram psixotrop maddə olan metamfetamini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan narkotik vasitə metadonu və bir ədəd elektron tərəzini Təqsirləndirilən şəxs1 idarə etdiyi sonuncuya məxsus “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillin salonundakı saxlanc yerində birlikdə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncunun idarə etdiyi “Ford Fision” markalı, ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib şübhəli şəxs qismində üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sol yan cibində olan qara rəngli kiçik cib çantasında satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib saxlayaraq daşıdığı 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 20,290 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, digər bir bükümdə külli miqdarda təmiz çəkisi 19,630 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 03 yanvar 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1 məxsus olan “Ford Fision” markalı ** VN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundakı saxlanc yerində satış məqsədi ilə qanunsuz olaraq birlikdə əldə edib saxladıqları bir ədəd külli miqdarda, yəni təmiz çəkisi 982 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər bir ədəd bağlamada külli miqdarda, yəni təmiz çəkisi 49,389 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd narkotik vasitə metadon həbləri və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Bakı şəhərindən olan dostu Tural adlı şəxs ona bildirmişdir ki, Gəncə şəhərində Rüfət adlı dostu var və nə vaxt istəsə Gəncə şəhərində ona qonaqlıq verə bilər. O, adını Rüfət olaraq bildiyi şəxsi əvvəllər tanımamış və heç zaman görməmişdir. O, Rüfət adlı şəxslə Votsapp sosial şəbəkəsi vasitəsi ilə danışırmış. O, Rüfətlə telefonla danışan vaxt onu Gəncə şəhərinə dəvət etmişdir. O da Gəncə şəhərinə getməyə razılıq vermişdir. O, Rüfətlə danışan zaman qaynı Təqsirləndirilən şəxs2 da onunla birlikdə Gəncə şəhərinə gələcəyini bildirmişdir. Daha sonra isə bu barədə Ümüdə bildirmiş və onunla getməsini xahiş etmişdir. Ümüd də onunla razılaşmışdır. Daha sonra 02 yanvar 2022-ci il tarixdə Rüfətlə danışarkən onu Gəncə şəhərində gözlədiyini bildirmişdir. Rüfətin dəvəti ilə qaynı Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi «Ford Fusion» markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. Həmin vaxt Rüfət ona Yevlax rayonunda olan vaxt onunla əlaqə saxlamağını istəmişdir. O da Yevlax rayonunda olan vaxt Votsapp vasitəsi ilə Rüfətə zəng vurmuşdur. O, Rüfətlə danışan vaxt onu Gəncə şəhərinin girişində qarşılayacağını bildirmişdir. O, 03 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Gəncə şəhərinə çatmışdır. O, Gəncə şəhərinin girəcəyində olan vaxt Votsapp vasitəsi ilə Rüfətin xatırlamadığı nömrəsinə zəng vurmuşdur. Həmin vaxt Rüfət ondan harda olduğunu soruşmuş, o da Rüfətə Gəncə şəhərinin girişində olduğunu bildirmişdir. Rüfətdə ona “səni görürəm” demişdir. Sonradan ona məlum olmuşdur ki, Turalın ona Rüfət adı ilə tanış etdiyi şəxs əslində polis əməkdaşı Sərxandır. O, başa düşmüşdür ki, onu Gəncə şəhərinə çağıran şəxs polis əməkdaşı olmuşdur. Həmin vaxt onun idarə etdiyi avtomobilin qabağında «Niva» markalı avtomobil dayanmışdır. Polis əməkdaşları onlara yaxınlaşmış, onu və Ümüdü avtomobildən çıxardıb Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Gəncə Baş Polis İdarəsində ona bildirmişlər ki, “bizim xəbərimiz var ki, sən istifadəçisən”. Daha sonra onu Rəşad adlı polis əməkdaşı qəbul etmişdir. Rəşad ondan buraxılmağı üçün altmış min manat pul istəmişdir. Həmin vaxt onlara maşınını verməyi təklif etmişdir. Lakin onunla razılaşmamışlar. Bundan sonra onu Gəncə şəhər Baş Polis İdarəsində döyməyə başlamışlar. Onu iki gün müddətində döymüşlər. Sonra Sərxan adlı polis əməkdaşı gəlib ona əgər narkotik vasitənin ona məxsus olduğunu etiraf edəcəyi təqdirdə ona kömək ediləcəyini bildirmişdir. O da Sərxanın sözü ilə razılaşmışdır. Polis əməkdaşları onun üzərinə və idarə etdiyi avtomobilə narkotik vasitə və psixotrop maddə qoymuşlar. İfadəsində göstərdiklərini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı ilkin ibtidai araşdırma başlayarkən vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində ilkin ibtidai araşdırma zamanı verdiyi izahatı, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ilkin ibtidai araşdırma başlayarkən verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə özünü təqsirli bilir. Təxminən 1 ildir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2021-ci il tarixdə dostu Bağır adlı şəxs ona zəng edərək onu Bakı şəhəri, Masazır qəsəbəsinə aparmağını ondan xahiş etmiş, o da onunla razılaşmışdır. O, dostu Bağırı özünə məxsus olan “Ford fusion” markalı, **-VN-*** qeydiyyat nömrəli avtomobil ilə Masazır qəsəbəsinə aparmış, Masazır qəsəbəsində 1-ci işıqforun yanında avtomobilini saxlamış, dostu Bağır ona məxsus olan telefonu götürərək avomobilindən düşmüş, təxminən 20 dəqiqədən sonra Bağır geriyə qayıtmış və onlar birlikdə yaşadığları Lökbatan qəsəbəsinə qayıtmışlar. Onlar Lökbatan qəsəbəsində olarkən ona artıq məlum olmuşdur ki, onlar narkotik vasitənin arxası ilə getmişlər. Bağır aldığı vasitəni öz istifadəsi üçün gətirdiyini bildirmişdir. Bağır narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə Milad adlı şəxsdən öz istifadəsi üçün alırmış. xx.xx.2021-ci il tarixdə ona Milad adlı şəxsdən zəng gələrək Bağırın onu pis vəziyyətdə qoyduğunu və Bağırın telefonunu söndürdüyünü bildirmişdir. Ona narkotik vasitənin qoyulduğu yeri bildirərək həmin yerin şəklini ona göstərmiş, həmin narkotik vasitəni Masazır qəsəbəsində yerləşən transformatorun qarşısında qoyulduğu yerin şəklini ona atmış və ondan xahiş etmişdir ki, həmin narkotik vasitəni oradan gedib götürsün. O isə həmin narkotik vasitənin pulunu verə bilməyəcəyini söyləmişdir. Həmin narkotik vasitəyə görə ondan 170 manat pul istəmişdir. O isə cəmi 70 manat pulu olduğunu bildirmişdir. Həmin “Whatsapp” programı ilə danışdığı Milad adlı şəxs onunla razılaşmış və nömrəsini unutduğu “Kapital Bank” kartına 70 manat pul köçürmüşdür. 100 manat isə Milad adlı şəxsə borclu qalmışdır. O, aldığı həmin narkotik vasitələri qaynı Təqsirləndirilən şəxs2la birlikdə istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə Milad adlı şəxs yenidən ona “Whatsapp” programı ilə zəng edərək ona borclu qaldığı 100 manatı soruşmuşdur. O isə pulu düzəldə bilmədiyini söyləmişdir. Milad isə onun borclu olduğu 100 manatının müqabilində yenidən Masazır dairəsinə getməyini və orada qoyulan 10 qram metamfetamini götürməyini, özündə saxlamağı, özü deyəndə istədiyi yerə atıb şəklini çəkib ona göndərməyini xahiş etmişdir. O və qaynı gedib həmin narkotik vasitəni götürüb Lökbatan qəsəbəsinə qayıtmışlar. Götürdükləri həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə qaynı Ümüdə vermiş və Ümüdə bildirmişdir ki, həmin narkotik vasitəni hara istəyirsə aparıb qoysun və şəklini çəkib ona gətirsin. Qaynı Ümüd isə Lökbatanda yerləşən Səfərbərlik xidməti yaxınlığında işıq transformatorunun yanına tullayıb həmin yerin şəklini öz telefonu ilə çəkib ona gətirmişdir. O isə həmin şəkili Milad adlı şəxsə göndərmiş və onun qarşılığında Milad 100 manat borcunu sildiyini bildirmişdir. Bundan sonra isə xx.xx.2022-ci il tarixdə İran vətəndaşı olan Milad ona zəng edərək haləhvalını soruşmuş, o isə cavabında 500 manat borcunun olduğunu və pula ehtiyacının olduğunu bildirmişdir. Milad isə ona cavabında köməklik edə biləcəyini söyləmiş və Miladın deməsinə əsasən Masazır dairəsində yerləşən kafenin qarşısında olan plakatın qabağında 1 ədəd şəffaf rəngli polietilenin içərisində olan narkotik vasitələri götürmüşdür. Sellofanın içərisində iki ədəd ayrı-ayrı sellofanlar olmuş, bir ədəd sellofanın içərisində 1 kiloqram heroin və 10 ədəd dərman həbləri olan üzərinə m 40 yazılmış 1 konvalyut dərman həbləri, digər sellofanda isə 75 qram psixotrop maddə olan metamfetamin olmuşdur. O, qaynı Təqsirləndirilən şəxs2la birlikdə təxminən 21 qram metamfetmindən və təxminən həmin miqdarda heroindən götürərək əynində olan qara rəngli gödəkçənin sol iç yan cibində saxladığı qara rəngli kiçik cib çantasının içərisinə qoymuşdur. Sonra qaynı Ümüd ilə birlikdə həmin narkotik vasitələrdən iki çetini istifadə etmişlər. Təxminən saat 06 radələrində Gəncə şəhərinə çatmışlar. Gəncə şəhərində olarkən Gəncə şəhərinin girişində avtomobili saxlayaraq Milada zəng edərək Gəncə şəhərinə çatdığını bildirmiş, sonra isə Gəncə şəhərində həmin kütlələri verəcəyi adamla əlaqə saxlayıb Gəncə şəhərinin girəcəyində olduğunu bildirmişdir. Həmin narkotik vasitələri Gəncə şəhərinə gətirməyi üçün Milad adlı şəxsin göstərişi ilə onun “Lion” kart hesabına Gəncə şəhərində narkotik vasitəni çatdıracağı şəxs tərəfindən 100 manat pul vurulmuşdur. Həmin pulun 80 manatına Bakı şəhərindən çıxmamışdan qabaq öz avtomobilinə benzin vurmuşdur. O, Gəncə şəhərinə çatdıqda iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşları olduqlarını bildirmişlər və onları Gəncə şəhər Baş Polis idarəsinin inzibati binasına dəvət etmişlər, orada hüquqlarını müdafiə etmək üçün 1 saylı vəkillər birosunun vəkili Nüşabə Cəbrayılovanın iştirakı ilə üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Gəncə şəhərinə özü ilə götürdüyü qara rəngli gödəkcənin sol yan iç cibində qara rəngdə cib çantasının içində qoyduğu iki ədəd polietilenə bükülmüş heroin və metamfetamin tərəzidə çəkilərək gütürülmüşdür. Elektron tərəzidə çəkilərkən üzərindən çıxan narkotik vasitə heroinin çəkisi 20,26 qram, üzərindən aşkar olunan psixotrop maddənin çəkisi isə 21,89 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərində olan “REDMi NOT 9” markalı mobil telefon etirazı olmadan götürülüb qablaşdırılmış, həmçinin onu da bildirmişdir ki, üzərində olmuş narkotik vasitələr qablaşdırılaraq götürülərkən onun vəkili və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən narkotik vasitələr aşkar olunduqdan sonra ondan avtomobilində narkotik vasitə olması soruşulmuş, o da könüllü olaraq avtomobilində narkotik vasitələrin olduğunu etiraf etmişdir. Onun razlığı ilə avtomobilə baxış keçirilməsi üçün ərizə vermişdir ki, heç bir etirazı yoxdur. Avtomobilinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, avtomobilinin içərisində olan şəffaf rəngli polietilenin içərisində olan iki ədəd şəffaf rəngli polietilendə metamfetamin, digər pelietilendə isə heroin və bir tabletqa içərisində M40 adlı metadon aşkar edilmişdir. Həmin saxlancın içərisində ekektron tərəzidə olmuşdur. Həmin tərəzini də Gəncə şəhərində narkotik vasitəni verəcəyi adama verməli idi. Həmin narkotik vasitə olan heroinin çəkisi 984 qram, digər polietilendə olan metamfetaminin çəkisi 50 qram olmuşdur. O, Milad adlı şəxsə cəmi bir dəfə “Kapital Bank”a məxsus olan karta pul atıb onun da müqabilində öz şəxsi isdifadəsi üçün narkotik vasitə götürmüş, Milad isə ona məxsus “Unibankın Lion” kartının kodunu Gəncədə görüşəcəyi şəxsə göndərməyini demiş, o da həmin adama kodu atmış, həmin adam onun kartına 100 manat pul göndərmişdir. O, avtomobilində gətirdiyi tərəzini Miladın göstərişi əsasında Gəncə şəhərində narkotik vasitələri çatdıracağı şəxsə verməli idi. Milad adlı şəxsin göndərdiyi narkotik vasitə və psixotrop maddələri Gəncə şəhərinə gətirməyi üçün Gəncə şəhərindəki alıcı metamfetamini götürərkən ona 500 manat pul verməli idi, o isə həmin pul ilə banka olan borcunu qaytarmaq istəyormiş. Bir qutu olan m 40 dərmanını özü üçün götürmüşdür. Ümüdlə Milad adlı şəxsin əlaqəsi olmamış, Miladla yalnız özü “Whatsapp”la danışmışdır. İsdifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuş, əməlindən səmimi peşman olmuş, bir daha belə əməllərə yol verməyəcək, 100 manatdan 80 manata benzin vurduqdan sonra hərəsinə bir qutu siqaret, “Cola” və enerji içkisi “Hell” almışlar (iş vərəqə: cild İ, səh.35-37, 77-81, 97-100). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs1 təklif edilərkən o, ibtidai istintaqın ilkin mərhələsində və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələri ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiklərini təsdiq edir. Hər şey Təqsirləndirilən şəxs1 məhkəmədə dediyi kimi olmuşdur. Onların saxlanılmasında iştirak edən polis əməkdaşları onu çox döymüşlər. Ona görə polis əməkdaşları ona hansı sənədi vermişlərsə o da imza etmişdir. Həmin vaxt onu və Təqsirləndirilən şəxs1 polis idarəsində ayrı-ayrı otaqlarda döymüşlər. Döyülməsi nəticəsində onun bədənində xəsarətlər olmuşdur. O, Bakıdan Gəncəyə gələn müddət ərzində narkotik vasitədən istifadə etmişdir. O, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. İfadəsində göstərdiklərini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı ilkin ibtidai araşdırma başlayarkən vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində ilkin ibtidai araşdırma zamanı verdiyi izahatı, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ilkin ibtidai araşdırma başlayarkən verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə özünü təqsirli bilir. Təxminən bir ildir ki, narkotik vasitə istifadəçisidir, psixotrop maddə metamfetamin qəbul edir. Yeznəsi Təqsirləndirilən şəxs1 təxminən 3-4 gün əvvəl sosial şəbəkədə Milad adlı İran vətəndaşı ilə tanış olmuşdur. Yeznəsi Elgün xx.xx.2022-ci il tarixdə Milad ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edərək danışmış, Milad Elgünə saat 20 radələrində Bakı şəhəri, Masazır qəsəbəsində yerləşən “Arpa çayı” lövhəsinin qarşısında narkotik vasitə sayılan metamfetamin və heroin qoyacaqlarını, həmin narkotik vasitəni Gəncə şəhərinə aparmağı Elgündən xahiş etmişdir. Narkotik vasitəni Gəncə şəhərində çatdıracağı şəxsin nömrəsini də Elgünə vermişdir. Milad sonra bildirmişdir ki, həmin narkotik vasitəni çatdırmağı üçün Gəncə şəhərində narkotik vasitəni götürəcək şəxs 500 manat pul verəcəkmiş. Elgün də onunla birlikdə idarə etdiyi “Ford Fusion” markalı, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Miladın xahişini yerinə yetirmək məqsədi ilə danışdıqları ünvana getmiş və Elgün onun dediyi lövhənin qarşısından polietilen torbada olan narkotik vasitəni götürmüşdür. X10 adına olan “Unibanka” məxsus “Leon” plastik kartına 100 manat pul vurmuşdur ki, həmin pula yanacaq alıb avtomobil ilə Gəncə şəhərinə gedib-qayıtsınlar. Elgünlə o, avtomobil ilə Gəncə şəhərinə yola düşmüşlər. Bakı şəhərindən çıxanda Elgünlə o, metamfetamin və heroindən siqaret falqasının üzərinə səpib alışqanla yandırmış və tüstüsünü çəkmişlər. Sonra Gəncə şəhərinə gəlmişlər. Saat 06:50 radələrində Elgün Gəncə şəhərinin giriş hissəsində avtomobili saxlayıb Miladla telefonla danışmışdır. Onlar Gəncə şəhərinə çatdıqda tanımadıqları iki nəfər şəxs onlara yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirmişlər və onları Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Onlar da həmin şəxslərə etiraz etməyərək birlikdə Gəncə şəhər BPİ-nə gəlmişlər. Gəncə şəhər BPİ-də ona hüquqları izah olunmuş və ona Yusif Hüseynov adlı vəkil təyin olunmuşdur. Vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunla qadağan olunmuş predmet və əşya aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Milad “Whatsapp” vasitəsi ilə Elgünün isdifadəsində olan ***-***-**- ** “Whatsapp” nömrəsinə zəng edərək onun qeyd etdiyi ünvandan narkotik vasitəni götürüb digər ünvana çatdırmağını xahiş etmişdir. Elgün də onunla birlikdə Miladın qeyd etdiyi Masazır qəsəbəsində narkotik vasitəni qoyduğu yerə getmiş və Miladın dediyi narkotik vasitəni götürüb evə gəlmişlər. Təxminən bir neçə saat X10 “Whatsapp” nömrəsinə zəng edərək, həmin narkotik vasitəni hər hansı bir ünvana atıb şəklini ona yollamağını bildirmişdir. Elgün isə ona bildirmişdir ki, “həmin narkotik vasitələri hara istəyirsən apar qoy və şəklini çəkib gətir”, o isə həmin narkotik vasitələri Lökbatanda yerləşən səfərbərlik xidməti yaxınlığında işıq transformatorunun yanına tullamış və öz telefonu ilə həmin yerin şəklini çəkib Elgünə gətirmişdir. Elgün də öz telefonu vasitəsi ilə həmin şəkili Milada göndərmişdir. Sonuncu dəfə o, Elgünlə birlikdə metamfetamini və heroini Bakı şəhərində Masazır qəsəbəsində Miladın müəyyən etdiyi yerdən götürüb Gəncə şəhərinə gətirmişlər. Onun Elgünlə birlikdə narkotik vasitələri və psixotrop maddələri müxtəlif ünvanlara çatdırmaqda maddi marağı olmasa da, onun marağı həmin narkotik vasitə və psixotrop maddələrdən qəbul etməsi olub. Elgün Milad adlı şəxsə ona məlum olmayan banka məxsus plastik kart vasitəsi ilə pulu göndərmişdir. Milad isə Elgünə məxsus “Unibank”ın “Leon” plastik kartına 100 manat pulu xx.xx.2022-ci il tarixdə göndərmişdir. Elgünün avtomobilində saxladığı elektron tərəzini almaqda məqsədi Milad adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün olmuşdur. O, həmin narkotik vasitələrin bir yerdə və ya ayrı-ayrı olmasından xəbəri olmamışdır. Elgünlə onun həmin narkotik vasitələrdən götürüləcək gəlirlə bağlı heç bir razılaşmaları olmamışdır. Onun İran vətəndaşı Miladın narkotik vasitələri satması ilə bağlı heç bir əlaqəsi olmamışdır (iş vərəqə: cild İ, səh.55-57, 83-85, 109-112). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs2 təklif edilərkən o, ibtidai istintaqın ilkin mərhələsində və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələri ilə əlaqədar olduğunu bildirmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması və Gəncə şəhəri ərazisinə satmaq üçün narkotik vasitə və psixotrop maddələr gətirməsi barədə məlumat daxil olmuşdur. 03 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə ilə Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinə gələcəyi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə edildikdən sonra Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməlliyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 03 yanvar 2022-ci il tarixdə saat 06:50 radələrində onlar birlikdə Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinə getmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi «Ford Fusion» markalı avtomobillə gəlmişdir. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Elgünü və onunla bir maşında olan Təqsirləndirilən şəxs2 Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs1 hüquqları izah olunmuş, müdafiəçi ilə təmin olunmuş, müdafiəçisinin və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs1 gödəkçəsinin cibindən kiçik cib çantasını çıxararaq içərisində olan iki ədəd polietilendə bükülmüş metamfetaminə və heroinə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs1 pula ehtiyacı olduğu üçün təqdim etdiyi kütləni adını unutduğu İran vətəndaşının Bakı şəhəri, Masazır qəsəbəsində yerə atdığını, telefon vasitəsilə həmin kütlələrin yerini ona bildirdiyini və həmin kütlələri Gəncə şəhərində tanımadığı şəxsə verməli olduğunu bildirmişdir. Narkotik vasitələri Gəncə şəhərində verəcəyi şəxsin ona 500 manat pul verəcəyini, həmin 500 manat pul müqabilində narkotik vasitəni Gəncə şəhərinə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 İran vətəndaşı ilə özünə məxsus “Redmi Note 9 S” markalı mobil telefonu ilə danışdığı üçün təhqiqatçı tərəfindən həmin mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi iki ədəd polietilenə bükülmüş kütlələr elektron tərəzi ilə çəkilmişdir. Bir ədəd polietilenin içərisində ümumi çəkisi təxminən xatırladığı qədər 21 qram olan metamfetaminə bənzər kütlənin, ikinci polietilenin içərisində ümumi çəkisi təxminən xatırladığı qədər 20 qram olan heroinə bənzər kütlənin olması müəyyən edilmiş, həmin kütlələr zərfdə qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 üzrindən həmin maddələr aşkar edildikdən sonra, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə narkotik vasitə olub-olmaması soruşulduqda avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı onun idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs1 heç bir etirazının olmadığını bildirmişdir. Sonra müdafiəçisinin iştirakı ilə Gəncə şəhər Baş Polis İdarəsinin inzabati binasının qarşısında Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Fusion” markalı, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin içərisində saxlanc yerində iki ədəd polietilenə bükülmüş metamfetaminə və heroinə bənzər kütlə, içərisində 10 ədəd dərman həbləri olan üzərinə “Metadon 40” yazılmış bir konvalyut dərman həbləri aşkar edilərək götürülmüşdür. Həmin avtomobildən həmçinin elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 İran vətəndaşının Masazır qəsəbəsində narkotik vasitələri qoyduğu yerə həmin tərəzini də qoyduğunu və həmin tərəzini oradan götürdüyünü demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Ford Fusion” markalı, **-VN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin saxlanc yerindən götürülmüş kütlələr elektron tərəzi ilə çəkilmişdir. Birinci polietilenə bükülmüş içərisində metamfetaminə bənzər kütlənin ümumi çəkisi təxminən xatırladığı qədər 50 qram, ikinci polietilenə bükülmüş heroinə bənzər kütlənin ümumi çəkisi təxminən xatırladığı qədər 984 qram olmuşdur. Həmin kütlələr və 10 ədəd dərman həbləri zərfdə qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanan Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edildikdən sonra üzərində müdafiəçisinin iştirakı ilə və video çəkilişdən isrifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, bacısının əri Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə narkotik vasitə olan metamfetamin və heroin gətirmişlər. Həmin narkotik vasitələri Elgünün Bakı şəhərində Milad adlı İran vətəndaşının telefon vasitəsi ilə Bakı şəhəri, Masazır qəsəbəsində özünün dediyi yerdən götürdüyünü və Elgünlə birlikdə tanımadıqları Gəncə şəhər sakininə çatdırması üçün Gəncə şəhərinə gətirdiklərini bildirmişdir. Şahid1 ifadəsinin yekununda göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılarkən, həmçinin onların üzərində şəxsi axtarış keçirilərkən onlara qarşı heç bir fiziki təsir, təzyiq göstərilməmiş və ya digər hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxslərlə bağlı onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən heç bir qeyri-prosessual hərəkətlərə yol verilməmiş, təqsirləndirilən şəxslərin hansısa polis əməkdaşının onlardan hər hansı məbləğdə pul tələb etməsini bildirmələri heç bir həqiqəti əks etdirməyən, tamamilə yalan və uydurma məlumatlardır. Hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunmaq üçün bu cür ifadə vermişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 anasıdır. 2022-ci ilin yanvar ayının əvvəlində oğlu Elgün sonuncunun qaynı Ümüdlə birlikdə çıxıb getmişlər. Elgün ona qonaqlığa getdiyini bildirmişdir. Daha sonra ona zəng gəlmiş və oğlu Elgünün tutulduğu bildirilmişdir. Onunla danışan şəxs polis əməkdaşı olduğunu və adının Rəşad olduğunu bildirmişdir. Həmin şəxs ondan oğlu Elgünün buraxılması üçün altmış min manat pul istəmişdir. O isə səhərə qədər vaxt verməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Şəmkir rayon X5 Bölməsinin baş müstəntiqi vəzifəsində işləyir. O, əvvəllər Gəncə şəhər Baş Polis İdarəsinin İsitintaq və Təhqiqat İdarəsinin müstəntiqi vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan hazırki cinayət işi 03 yanvar 2022-ci il tarixdə onun icraatına qəbul edilmişdir. Həmin cinayət işi onun icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs kimi cəlb edilmişlər, onun tərəfindən qanunla nəzərdə tutulmuş qaydada iş üzrə zəruri istintaq və prosessual hərəkətlər keçirilmişdir. Sonradan onun iş yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq həmin cinayət işi başqa müstəntiqin icraatına verilmişdir. Şahid4 ifadəsinin davamında göstərmişdir ki, həmin cinayət işi onun icraatında olarkən Təqsirləndirilən şəxs1 anası kimi özünü təqdim edən bir nəfər qadın ona telefonla zəng edərək hansısa polis əməkdaşının həmin qadınla qeyri-prosessual əlaqə saxlayaraq Təqsirləndirilən şəxs1 buraxılması üçün pul istədiyini bildirmiş, o isə həmin qadına hazırda cinayət işinin onun icraatında olduğunu, əgər kimsə hər hansı qeyri-qanuni hərəkətlərə yol vermişdirsə, bütün bu cür hərəkətlərə qanuni şəkildə hüquqi qiymət veriləcəyini demişdir. Şahid4 ifadəsinin davamında həmçinin göstərmişdir ki, qeyd olunan cinayət işi onun icraatında olduğu vaxt təqsirləndirilən şəxslərin hər ikisi özlərini tam təqsirli bilərək bu barədə könüllü olaraq ifadələr vermişlər, onlara qarşı hər hansı qanunsuz və qeyriprosessual hərəkətlərə yol verilməmiş, onlara heç kim tərəfindən fiziki və sair təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən onun üzərindən 02 ədəd polietilenə bükülmüş bükülü aşkar edilmiş, birinci polietilenin içərisində şəffaf rəngli metamfetaminə bənzər kütlə, ikinci polietilenin içərisində heroinə bənzər kütlə aşkar edilmiş, metamfetaminə bənzər kütlənin çəkisinin 21,89 qram olduğu, heroinə bənzər kütlənin çəkisinin isə 20,26 qram olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 pula ehtiyacı olduğu üçün aşkar edilmiş narkotik vasitələri adını unutduğu İran vətəndaşının Bakı şəhəri, Masazır qəsəbəsində yerdə atdığını, telefon vasitəsilə həmin kütlələrin yerini ona bildirdiyini və həmin kütlələri Gəncə şəhərində tanımadığı şəxsə verməli olduğunu bildirmiş, narkotik vasitələri Gəncə şəhərində verəcəyi şəxsin ona 500 manat pul verəcəyini və həmin 500 manat pulun müqabilində narkotik vasitəni Gəncə şəhərinə gətirdiyini bildirmişdir, həmçinin Təqsirləndirilən şəxs1 gəldikləri nəqliyyat vasitəsində də narkotik vasitə saxladıqlarını bildirmiş və həmin nəqliyyat vasitəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.29-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” barədə protokoldan görünür ki, video çəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Bakı şəhərindən Təqsirləndirilən şəxs1la birlikdə Gəncə şəhərinə metamfetamin və heroin gətirmiş, həmin maddələri Təqsirləndirilən şəxs1 Bakı şəhərində Milad adlı İran vətəndaşının telefon vasitəsilə Bakı şəhəri, Masazır qəsəbəsində təyin etdiyi yerdən götürərək, tanımadıqları Gəncə şəhər sakininə çatdırmaları üçün Gəncə şəhərinə gətirmişlər (iş vərəqə: cild İ, səh.52-54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi” barədə protokoldan görünür ki, video çəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsindən 02 ədəd polietilenə bükülmüş bükülü aşkar edilmiş, birinci bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğu, ikinci bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu, həmçinin içərisində 10 ədəd dərman həbləri olan üzərində “Metadon 40” yazılmış bir konvalyut dərman həbləri, bundan başqa həmin maddələrin yanında elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr tərəzi ilə çəkilərkən psixotrop maddə metamfetaminə bənzər kütlənin ümumi çəkisinin 50 qram olduğu, narkotik vasitə heroinə bənzər kütlənin çəkisinin isə 984 qram olduğu müəyyən edilmişdir, daha sonra aşkar edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.32-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2022-ci il tarixli, 6/12 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azəbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №91” dairəvi möhür əksi olan iki ədəd kağız paketin içərisində olan: -üzərində “Vət Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 20,290 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 19,630 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -“Vət Təqsirləndirilən şəxs1 məxsus Ford Fision markalı......” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bağlamada təmiz çəkisi 982,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 49,389 qram olan ağ rəngli kristallik formada maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Təqdim olunmuş ümumi sayı 10 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,4 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. (iş vərəqə: cild İ, səh.64-69). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 05 yanvar 2022-ci il tarixli, 11 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 1, səh.144). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 05 yanvar 2022-ci il tarixli, 12 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 1, səh.143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həmin nömrəyə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlarla bağlı "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif tarixlərdə çoxsaylı zənglərin olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Tural dünen sen mene zeng edende menden kola isteyende men lokbatanda olmuşam? Sene de yalandan demişem ki, şehere gedirem. Eger ele söhbet etmisense, duz etmemisen, yalan demisen, sen mene zeng edende men Xocasən yolunda idim, adam var idi, o adami goturdum getdik şehere 3 dene derman goturdum Ruslan ucun. Mehi də menimlə idi, her ne ise” məzmununda, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “sene 20 manat olsa yari goture bilerik” məzmununda, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “And ola Allaha agrim tam dayanmayib” məzmununda, ***-***-**-** saylı mobil nömrəsinə “Salam qaqaw necesen ? Deyirem birden bir tike neyinse olar birden yaman pis agriyiram mawinin matoru vurdu qoymuwam kamrangilin yanina birinci gun pul goturecem senede verecem” məzmununda, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Qaqa qurban sene draznit olmiwam and ola Allaha pati ele beynime duwdu ki olmayan kimi balamin cani seher inwallah qardawun qullugunda dayanacaq arxayin ol” məzmununda, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Qurban sene uzagi 25 deqiqeye gelim yari kola alinar?” məzmununda, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə “evdə boşduğdusa viski hədiyyə ediblər bizon da var gələrdim sizə patida var bir balaca” məzmununda mesajların olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin 31 dekabr 2021-ci il tarixdə saat 23:42:48 və 23:43:03 dəqiqələrdə anten dairəsi Masazır qəsəbəsini göstərdiyi müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh.160-161). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların olduğu "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəsinə “Qaqa canim agriyir emanet lazimdi aç da teli sen canin” məzmununda, ***-***-**-** saylı mobil nömrəsinə “4169-7385-1814-6778 KAPİTAL BANK qardaşım imkan var 5 manat vur kartıma yer var, emanet dalıyca gedıb gelırem, soram uje mende olacag emanet, Qaqam qardaş bilib agiz acdim sene, emanet elden çixacaq qardawim. qadan alim senin, bidene atda kartima. artiq derecede xahiş edirem” məzmununda mesajların olduğu müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh.158- 159). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı götürülmüş ona məxsus olan “Redmi” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 mobil telefonunun menyusunda telefon nömrələrinin olduğu bölməyə daxil olunarkən «İran, milan» adı yazılmış nömrə vardır. Həmçinin zənglərin siyahısına baxılarkən 01 yanvar 2022-ci il tarixdə, saat 05:37:05-də gələn «İran, milan» adı yazılmış şəxsin nömrəsindən zəng gəldiyi müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh.165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, “Kapital Bank”dan daxil olmuş bank sənədlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 anası X3 adına olan “Kapital Bank”aid kart hesabına 02 yanvar 2022-ci il tarixdə 100 manat pul köçürülmüş, daha sonra həmin tarixdə həmin kartdan əvvəlcə 85 manat, daha sonra isə digər məbləğlərin çıxarıldığı müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh.217-227). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 13 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1001,53 qram olan narkotik vasitə heroin, 69,579 qram psixotrop maddə metamfetamin və 9 ədəd metadon həbləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı iki ədəd mobil telefonlar və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmişdir, həmçinin rabitə məlumatlarının əks olunduğu "xxxx" MMC-dən götürülmüş 02 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, şəxsi axtarış və baxış aparılmasının videogörüntüsünü özündə əks etdirən və təqsirləndirilən şəxs kimi dindirmə zamanı istifadə edilmiş videogörüntüləri əks etdirən 03 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, hazırki cinayət işindən Milad adlı şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır (iş vərəqə: cild 3, səh.105-128). Cinayət işinin materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 yanvar 2022-ci il tarixdə tutulmuşlar (iş vərəqə: cild 1, səh.22, 45). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04 yanvar 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində əvvəli 03 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh.136-139, 140-142). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 fevral 2022-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (iş vərəqə: cild 1, səh.257, 258). Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilirlər (iş vərəqə: cild İ, səh.208, 211). Cinayət işinin materiallarına əlavə edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.212,213). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin, həmçinin “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metadon» narkotik vasitəsinin isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədilə əldə etdikləri “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik vasitələrin və psixotrop maddələrin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuş, həmçinin “metadon” narkotik vasitəsi də şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı onların Gəncə şəhərinə birlikdə gətirdikləri Təqsirləndirilən şəxs1 üzərindən və onların gəldikləri nəqliyyat vasitəsindən aşkar edilmiş narkotik vasitələrin onlara aidiyyətinin olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onların üstünə və nəqliyyat vasitəsinə qoyulmasını, onların polis əməkdaşlarının dəvəti ilə Gəncə şəhərinə gəlmələrini, onların saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının onlara fiziki təzyiq göstərmələri nəticəsində həmin narkotik vasitələrin onlara məxsus olmalarına dair etirafedici ifadələr verdiklərini bildirmələrini onların cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduqları müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onların təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxslərin həmin ifadələri məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, cinayət işinin materialları və təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı verdiyi ifadələri, həmçinin cinayət işi üzrə toplanmış sübutlar qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində 03 yanvar 2022-ci il tarixdə müdafiəçilərinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 500 manat pulun müqabilində aşkar edilmiş narkotik vasitələri İran vətəndaşının Bakı şəhərinin Masazır qəsəbəsində atdığını, telefon vasitəsilə həmin kütlələrin yerini ona bildirdiyini və həmin maddələri Gəncə şəhərində tanımadığı şəxsə verməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 isə sorğu-sual zamanı Elgünlə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə aşkar edilmiş həmin narkotik vasitələri gətirdiklərini, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 Bakı şəhərində Milad adlı İran vətəndaşının telefon vasitəsilə Bakı şəhərinin Masazır qəsəbəsində təyin etdiyi yerdən götürərək tanımadıqları Gəncə şəhər sakininə çatdırmaları üçün gətirdiklərini bildirmiş (iş vərəqə: cild İ, səh.29-30, 52-53), sonra 03 yanvar 2022-ci il tarixdə verdikləri ilkin izahatlarında da həmin etirafedici halları bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh.35- 37, 55-57), daha sonra da şübhəli şəxs qismində dindirilərkən və 04 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də hər iki təqsirləndirilən şəxs ittiham olunduqları cinayətləri hansı şəkildə törətməsinə dair bütün halları təfərrüatı ilə göstərərək, Təqsirləndirilən şəxs1 İran vətəndaşı Milad adlı şəxsdən sonuncunun dediyi yerlərə qoymaq üçün qaynı Ümüdlə birlikdə gedib narkotik vasitələri götürüb Miladın dediyi yerlərə gətirdiklərini etiraf etmiş, hətta bəzi hallarda qaynı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri aparıb harasa bir yerə qoyub şəklini Milada göndərməsindən ötrü həmin yerin şəklini çəkməsini də dediyini və Miladın da narkotik vasitələri aparıb harasa bir yerə atıb şəklini ona gösdərdiyini, o isə Milada göndərdiyini bildirmiş, polis əməkdaşları tərəfindən sonuncu dəfə Gəncə şəhərinə Ümüdlə birlikdə narkotik vasitə gətirərkən saxlanılarkən də həmin maddələri yenə də İran vətəndaşı Miladın deməsinə asasən apardıqlarını etiraf etmiş, digər Təqsirləndirilən şəxs2 da öz ifadəsində həmin halları təsdiq edərək törətdikləri cinayət əməlini təfərrüatı ilə göstərmişdir (iş vərəqə: cild İ, səh.77-81, 83-85, 97-100, 109- 112). Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilərkən də video çəkilişdən istifadə edilmiş və həmin video çəkilişlər məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onların sərbəst şəkildə ifadə verdikləri və onlara qarşı hər hansı təsir, təzyiqin göstərilməsi müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlinin törədilməsinə heç bir aidiyyətinin olmamasına dair ifadəsində göstərdikləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə ilkin araşdırma mərhələsindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılaraq üzərlərində şəxsi axtarış aparıldığı andan başlayaraq, sonradan verdikləri izahatlarında da, həmçinin onların ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhərindən Gəncə şəhərinə aşkar edilmiş həmin narkotik vasitələri gətirdiklərini, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 Bakı şəhərində Milad adlı İran vətəndaşının telefon vasitəsilə Bakı şəhərinin Masazır qəsəbəsində təyin etdiyi yerdən götürərək tanımadıqları Gəncə şəhər sakininə çatdırmaları üçün gətirdiklərini, Təqsirləndirilən şəxs1 İran vətəndaşı Milad adlı şəxsdən sonuncunun dediyi yerlərə qoymaq üçün qaynı Ümüdlə birlikdə gedib narkotik vasitələri götürüb Miladın dediyi yerlərə gətirdiklərini etiraf etmiş, hətta bəzi hallarda qaynı Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri aparıb harasa bir yerə qoyaraq şəklini Milada göndərməsindən ötrü çəkib Təqsirləndirilən şəxs1 göndərdiyini bildirmişdir. Onların həmin ifadələrindən, həmçinin cinayət işinin faktiki hallarından da görünür ki, aşkar edilmiş narkotik vasitələri Bakı şəhərindən Gəncə şəhərinə gətirərkən də Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri onlar birlikdə Milad adlı İran vətəndaşının dediyi yerdən götürərək, Təqsirləndirilən şəxs1la birlikdə də Gəncə şəhərində Miladın dediyi şəxsə verəcəklərini və həmin cinayət əməlinin törədilməsində birbaşa iştirak etdiyini dərk etmiş və onlar birlikdə hazırki cinayət əməlini törətmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən onlara qarşı fiziki təzyiqlər göstərilərək etirafedici ifadələr vermələrinə məcbur edilmələrinə dair göstərdikləri halların araşdırılması ilə əlaqədar olaraq məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsindən məhkəməyə daxil olmuş 16 may 2023-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhər Baş Polis İdarəsinin X6 qəbul olunarkən onlar tibbi müayinədən keçirilmiş və həmin vaxt onların üzərində hər hansı xəsarət müəyyən edilməmişdir, həmçinin “tibbi müayinənin keçirilməsinin Qeydiyyat kitabı” məhkəmədə tədqiq edilərkən də təqsirləndirilən şəxslərdə hər hansı bir xəsarət aşkar edildiyi müəyyən edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş 11 may 2023-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən müayinə olunmuş və həmin vaxt onların bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir (cinayət işinin materialları). Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslərin döyülməsi barədə ifadələrində göstərilənləri yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 barəsində olan 9 saylı şəxsi işi və Təqsirləndirilən şəxs2 barəsində 10 saylı şəxsi işi və onların tibb kitabçaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından tələb edilərək götürülmüş və məhkəmə baxışında tədqiq edilmiş, həmin vaxt təqsirləndirilən şəxslərdə hər hansı xəsarətlərin olması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş “Təqsirləndirilən şəxs1 müraciəti əsasında toplanmış 570-c-22 saylı material” məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıbqalmaması, polis əməkdaşlarının təhriki ilə Gəncə şəhərinə gəlməsinə dair bildirdikləri ilə əlaqədar, eyni zamanda onun anası Zümrüd İslamovanın şikayəti ilə əlaqədar araşdırma aparılmış və Gəncə şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət tərkibi müəyyən edilmədiyindən 31 oktyabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 da polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması və fiziki təzyiqlər nəticəsində etirafedici ifadələr verməsinə dair ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş 621-C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki və ya digər hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə şəhər Prokurorluğunda toplanmış həmin material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən 24 oktyabr 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərin ilkin ibtidai araşdırma zamanı verdikləri ifadələrini mötəbər sübut növü kimi qəbul edərkən qeyd etməyi zəruri hesab edir ki, onların həmin ifadələri cinayət işi üzrə toplanmış digər sübutlarla da təsdiq edilməklə yanaşı, cinayət işinin obyektiv halları ilə də tamamilə təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı götürülmüş ona məxsus olan “Redmi” markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs1 mobil telefonunun menyusunda telefon nömrələrinin olduğu bölməyə daxil olunarkən «İran, milan» adı yazılmış nömrənin olduğu, həmçinin zənglərin siyahısına baxılarkən 01 yanvar 2022-ci il tarixdə, saat 05:37:05-də gələn «İran, milan» adı yazılmış şəxsin nömrəsindən zəng gəldiyi müəyyən edilmiş (iş vərəqə: cild 2, səh.165), həmçinin iş materiallarında olan “Kapital Bank”dan daxil olmuş bank sənədlərinə baxış zamanı Təqsirləndirilən şəxs1 anası X3 adına olan “Kapital Bank”aid kart hesabına 02 yanvar 2022-ci il tarixdə 100 manat pul köçürüldüyü, daha sonra həmin tarixdə həmin kartdan məbləğlərin çıxarıldığı müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh.217-227). Təqsirləndirilən şəxslərin ilkin ifadələrində İran vətəndaşından narkotik vasitələri götürüb onun dediyi yerlərə də atmaları ilə bağlı təfərrüatı ilə göstərdikləri, narkotik vasitələri Gəncə şəhərinə gətirərkən həmin şəxsin onun bank kartına 100 manat pul köçürməsi iş üzrə digər sübutlarla yanaşı, qeyd edilən sübut növləri ilə də birmənalı şəkildə sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 məhkəmə baхışında vеrdiyi ifadəsinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Məhkəmə şahid Zümrüd İslamovanın ifadəsində göstərdiyi hallarla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, əvvəla hər hansı polis əməkdaşının Təqsirləndirilən şəxs1 buraxılması üçün pul istəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri həmin cinayət əməlini törətmələrini hər hansı şəkildə təkzib edən hal deyil. Bundan başqa, şahid Zümrüd İslamovanın polis əməkdaşının ondan oğlu Elgünün buraxılması üçün altmış min manat pul istəməsi ilə əlaqdar göstərdiyi hallarla əlaqədar Gəncə şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət tərkibi müəyyən edilmədiyindən 31 oktyabr 2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar və materiallar məhkəmə araşdırması zamanı tədqiq edilərkən həmin qərardan şikayət verilmədiyi də müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə baxışı zamanı ifadələrində törətdiklərini cinayət əməllərini inkar etsələr də, həmin inkaredici hallar “şəxsi axtarış haqqında” və “baxış keçirilməsi” haqqında protokollar, həmin istintaq hərəkətlərinin video görüntülərinin əks olunduğu disklər, digər maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda ilkin araşdırma zamanı heç bir təsir, təzyiq olmadan, müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri cinayət işinin hallarına uyğun olduğundan, həmin ifadələrində ittiham olunduğu cinayətləri hansı şəkildə törətməsinə dair bütün halları təfərrüatı ilə göstərməsi və həmin ifadələrində göstərdikləri iş üzrə digər şahidlərin də ifadələri və digər sübutlarla da təsdiq edildiyindən məhkəmə onların ibtidai istintaq zamanı verdiyi həmin etirafedici ifadələrini sübut növü kimi qəbul edir Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan metadonu qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri qənaətinə gələrkən aşkar edilmiş narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə çox olmasını, həmin narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olmasını, aşkar edilmiş narkotik vasitələrin olduğu yerdən həmçinin tərəzinin də aşkar edilməsini, cinayət işinin materiallarında narkotik vasitənin dövriyyəsinə dair təqsirləndirilən şəxslərin iş materiallarında olan onların istifadə etdikləri mobil nömrələrlə bağlı əldə edilmiş mesaj mətnləri ilə də təsdiq edilməsinə dair sübutları və cinayət işinin onların təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən ağır cinayət törətmələri, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 03 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə şəhər Məhkəməsinin 04 yanvar 2022-ci il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçildiyi vaxtdan hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Odur ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının rəyləri əsas götürülməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və tədqiqat üçün istifadə edildikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş 1001,53 qram olan narkotik vasitə heroin, 69,579 qram psixotrop maddə metamfetamin, 9 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilməli, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalı, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş rabitə məlumatlarının əks olunduğu "xxxx" MMC-dən götürülmüş 02 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, şəxsi axtarış və baxış aparılmasının videogörüntüsünü özündə əks etdirən və təqsirləndirilən şəxs kimi dindirmə zamanı istifadə edilmiş videogörüntüləri əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və tədqiqat üçün istifadə edildikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş 1001,53 qram narkotik vasitə heroin, 69,579 qram psixotrop maddə metamfetamin, 9 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilsin, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonlar müvafiq olaraq təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş rabitə məlumatlarının əks olunduğu "xxxx" MMC-dən götürülmüş 02 ədəd disk, "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, şəxsi axtarış və baxış aparılmasının videogörüntüsünü özündə əks etdirən və təqsirləndirilən şəxs kimi dindirmə zamanı istifadə edilmiş videogörüntüləri əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Dadaş İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar