Məhkəmə qərarları › İş №1(100)-191/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-191/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-191/2024 14.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X12 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X29 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 06 iyun 2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbanın içərisində ayrı-ayrı 2 (iki) ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 560 qram və 765 qram, 1 (bir) ədəd polietilen torbanın içərisində üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 3725 qram olmaqla, ümumi təmiz çəkisi 5050 qram çəkidə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 410 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd üzərində “Adidas” yazısı olan idman çantasının içərisində Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Bərdə Rayon Statistika İdarəsi deyilən ərazidən və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxlamış, həmçinin istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq tiyə və dəstək hissədən ibarət olub açıq vəziyyətdə ümumi uzunluğu 200 mm olan tiyəsi boz rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu isə deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını əldə edib üzərində saxlamaqla gəzdirmiş, həmin tarixdə saat 01:06 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində olan bir ədəd “Adidas” yazısı olan idman çantasının içərisindən qeyd edilən çəkidə narkotik vasitələr və əynindəki qara rəngli şalvarın sağ yan cibindən qeyd edilən soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 06 iyun 2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbanın içərisində ayrı-ayrı 2 (iki) ədəd şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 560 qram və 765 qram, 1 (bir) ədəd polietilen torbanın içərisində üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 3725 qram olmaqla, ümumi təmiz çəkisi 5050 qram çəkidə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 410 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 1 ədəd üzərində “Adidas” yazısı olan idman çantasının içərisində Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Bərdə rayon Statistika İdarəsi deyilən ərazidən və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib saxlamış, 06 iyun 2023-cü il tarixdə saat 01 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərində olan bir ədəd “Adidas” yazısı olan idman çantasının içərisindən həmin çəkidə narkotik vasitələr aşkar edilərək götürülmüş, əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 yanında olmuş və cinayət məsuliyyətindən yayınmaq üçün hadisə yerindən qaçmağa cəhd göstərən Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Nüşabə küçəsində onu tutmaq üçün yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, yerdən götürdüyü daş parçası ilə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi sayılan əməliyyat qrupunun üzvü Bərdə RPŞ-nin PPXB-nin polis serjantı Zərərçəkmiş şəxs3 baş nahiyəsindən qəsdən bir dəfə vuraraq sağ təpə nahiyəsinin şişkinliyi, sağ əlin İ barmağının İİ falanqasının ön səthinin sıyrığından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib zor tətbiq etməklə müqavimət göstərmiş, həmin vaxt yaxınlıqdakı ərazidə yaşadığından səs-küyə hadisə yerinə gələrək ictimai borcunu yerinə yetirən Tərtər RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs2 qabaqcadan əldə edib üzərində gəzdirdiyi orta hissəsində eni 1,7 sm, qalınlığı 1,7 mm olan qara rəngli metala oxşar materialdan hazırlanmış tiyəsinin uzunluğu 6,5 sm olmaqla soyuq silah hesab edilməyən bıçaqla qəsdən bir dəfə vurmaqla sağ əl nahiyəsinin İİİ və İİ barmaqlarının kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, daha sonra cinayətkar əməllərini davam etdirərək ona yaxınlaşmaqla xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi sayılan əməliyyat qrupunun digər üzvü Bərdə RPŞ-nin NMQ-nın üzvü Zərərçəkmiş şəxs1 həmin bıçaqla qəsdən iki-üç dəfə sağ qol, döş və qarın nahiyələrindən vuraraq sonuncuya sağ bazunun orta və aşağı 1/3-nin bayır səthinin, döş qəfəsinin və qarının sağ yarısının cızıqlarından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2lə birlikdə pivə içməyə getmişdir. O, İmdaddan 15-20 metr irəlidə dayanmışdır. Daha sonra polis əməkdaşları İmdadı aparmaq istəyən zaman sonuncu özünə xəsarət yetirmək üçün bıçaq çıxartmışdır. İmdad qaçmaq istəyəndə polislər sonuncuya atəş açmışlar. Həmin vaxtı digər polislər onu polis avtomobili ilə şöbəyə, Şaiq müəllimin otağına aparmışlar. Orada ona təzyiq göstərib döymüşlər, qarşısına qadın paltarı qoyub həmin paltarı ona geyindirərək çəkəcəkləri və yaşlı anasını polis şöbəsinə gətirib sonuncunun üzərinə narkotik qoyacaqları ilə hədələmişlər. Daha sonra içərisində narkotik olan idman çantasını onun çiyninə atıb İmdadın üzünə durmasına məcbur etmişlər. Bıçağı da cibinə polis əməkdaşları qoymuşdur. Polislər məhkəmədə verdikləri ifadələrində bıçağın çantadan çıxdığını desələr də, həmin bıçaq çantadan çıxmamış, bıçaq onun cibinə qoyulmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, qətiyyən narkotik vasitə istifadə etməmiş, əvvəllər məhkum olunmamış, saxlanılan gün də Mingəçevir şəhərindən yasdan gəlmişdir. Təqsirləndirilən şəxs2 onun 40 illik qonşusu olmuş və sonuncu hadisə günü bıçaq çıxaranda polislər onu götürüb aparmışlar. O, qaçmağa cəhd göstərməmişdir. İmdad vurulan vaxt sonuncunu görməmiş, çünki həmin vaxt onu artıq qara avtomobillə aparmışdılar. Onu 3-4 nəfər polis əməkdaşı sürüyə-sürüyə aparmış, digər polis əməkdaşları isə İmdadın arxasınca düşmüşdür. Saxlanıldığı vaxt yay fəsli iyun ayı olmuş və üzərində də heç nə olmamışdır. O, hadisə günü bütün baş verənləri görmüş, onları ayrı-ayrı istiqamətlərdə deyil, eyni yerdə saxlamışlar. Polislər ona təzyiq göstərdikləri üçün etirafedici ifadələr vermiş, üzləşmə vaxtı da polislərin dediyini bildirmişdir. O sanksiya zamanı hər şeyi olduğu kimi demişdir. İbtidai istintaq zamanı ağbirçək qadın vəkili olmuşdur. Bununla belə, ibtidai istintaq zamanı heç bir orqana şikayət etməmiş, ilk dəfədir ki, tutulduğu üçün haraya və kimə şikayət edəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadəsi, həmçinin xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs1 həmin ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 ona məxsus +99***-***-**-** saylı mobil nömrəyə zəng edərək Bərdə şəhəri, Koroğlu küçəsində olduğunu və taksi tapa bilmədiyini bildirib, taksiyə əyləşərək onun yanına gəlməsini dedikdə o, həmin vaxt tanımadığı ağ rəngli taksiyə əyləşərək, Təqsirləndirilən şəxs2 olduğu yerə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Koroğlu küçəsi ilə Vaqif küçəsinin kəsişməsində yerləşən “Yavər” inşaat mağazasının qarşısında dayanmışdır. Təqsirləndirilən şəxs2 onun gəldiyi avtomobilə əyləşdikdən sonra onlar yaşadığı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Saray dairəsi” adlı yerin yaxınlığında taksidən düşmüşlər. Daha sonra birlikdə yaxınlıqdaki yaşayış binasının qarşısında yerləşən çardağın alt hissəsində dayanıb söhbət edən zaman Təqsirləndirilən şəxs2 birlikdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Atəş adlı şəxsə məxsus kafeyə getməyi və pivə içməyi təklif etmişdir. O da İmdada gecə vaxtı olduğu üçün kafenin bağlı olduğunu bildirdikdə, sonuncu kafenin açıq olduğunu deyərək birlikdə getmələrini istəmişdir. Daha sonra onlar olduqları Bərdə şəhəri, H.Əliyev prospektində “Sarayın dairəsi” adlı yerdən göy rəngli nömrəsi xatırlamadığı “VAZ 2106” markalı avtomobilə əyləşərək, birlikdə Bərdə şəhəri, Statistika İdarəsinin yaxınlığında yerləşən Atəş adlı şəxsə məxsus kafenin yaxınlığında avtomobildən düşmüşlər. Taksi sürücüsü isə avtomobilini sürərək oradan getmişdir. O, Atəş adlı şəxsin kafesinin bağlı olduğunu görüb oradan qayıtmaq istəsə də, Təqsirləndirilən şəxs2 dayandıqları yerin yaxınlığında bir nəfərlə görüşəcəyini bildirib, ondan bir neçə dəqiqə gözləməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun göstərdiyi ünvana yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 cibindən bıçaq çıxararaq ona vermiş və hər ehtimala qarşı bıçağı üzərində saxlamasını demişdir. Təqsirləndirilən şəxs2 ilə birlikdə təxminən 3-4 metr məsafə getdikdən sonra sonuncu ona orada narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürəcəyini demişdir. Bunun ardınca təxminən 5-6 metr məsafə getdikdən sonra Təqsirləndirilən şəxs2 həmin ərazidə yerdə olan dəmir qazpaylayıcı qurğunun arxa hissəsində bir ədəd qara rəngli çantanı götürmüşdür. Təxminən 2-3 metr də getdikdən sonra polis əməkdaşlarının onların üzərinə gəldiyini görmüşlər. Həmin an Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli çantanı onun üzərinə ataraq oradan qaçmışdır. O isə çantanı tutan zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, İmdadın ona verdiyi çantanı təqdim etmişdir. Polis əməkdaşları çantanın içərisinə baxış keçirən zaman 2 ədəd polietilen və 1 ədəd sellofan torbalarda bükümlər aşkar etmişlər. Həmin bükümlərin 2-si qara rəngli, biri isə iç-içə göy və şəffaf rəngli sellofan torba olmuşdur. İç-içə olan göy və şəffaf rəngli sellofan torbanın içərisində 2 ədəd şəffaf rəngli sellofan torbalar olmuşdur. Həmin torbaların birinin üzərinə “R”, digərinin üzərinə isə “K1” yazılmışdır. Həmin bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin olmuşdur. Digər 1 ədəd qara rəngli polietilen büküm polis əməkdaşları tərəfindən kəsici alətlə bir hissəsi kəsilib içərisinə baxıldıqda qəhvəyi rəngli kütlələr olduğu, yəni heroinə bənzər kütlə olduğu görünmüşdür. Bundan başqa digər 1 ədəd qara rəngli polietilen büküm polis əməkdaşları tərəfindən kəsici alətlə bir hissəsi kəsilib içərisinə baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. İçərisində narkotik vasitələr olan bütün bükümlər elektron tərəzidə çəkilmiş və onun təqdim etdiyi 1 ədəd idman çantasına yığılaraq 1 ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun üzərində aşkar edilmiş 1 ədəd mobil telefon və Təqsirləndirilən şəxs2 ona verdiyi 1 ədəd qatlanan bıçaq da təhqiqatçı tərəfindən ayrı-ayrı ağ rəngli kağız zərflərdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. O, narkotik vasitələrin hansı ünvanda olması barədə dəqiq bilməsə də, Təqsirləndirilən şəxs2 taksi ilə sözügedən ünvana gələrkən mobil telefonunun “WhatsApp” ilə hansısa şəxslə danışdığını görmüşdür. Saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı hər hansı bir polis əməkdaşı tərəfindən zorakılıq edilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində saxlanılarkən Təqsirləndirilən şəxs2 onu orada qoyaraq qaçdığından daha sonra nələr baş verdiyini görməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələr polis əməkdaşlarının özlərinin yazdığı ifadələrdir, onlar yazıb o da imza etmişdir. Polis əməkdaşları onu təpiklə döymüşlər, lakin xəsarəti olmamışdır. Polis əməkdaşı Şamxal Piriyev onu döyməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la pivəxanaya getmişdir. Tural pilləkənlə yuxarı qalxmış, o da aşağıda telefonla danışmışdır. Bu zaman polis əməkdaşı İdris müəllimgil oraya gəlib ona avtomobilə əyləşməsini demişlər. O, əyləşməyib nə məsələ olmasını soruşmuşdur. Polislər də “otur gedək şöbədə aydınlaşdırarıq” demişlər. Həmin vaxt yuxarıdan səs-küy gəlmiş və o, polislərin Turalı aprardıqlarını görmüş, çünki sonuncu qışqırmışdır. Həmin vaxt o, özünə qəsd etmək üçün bıçaq çıxartmış və nə üçün onu şöbəyə apardıqlarını soruşmuşdur. Bu zaman İdris əlini belinə atıb silahını çıxartmış və birinci onun ayağına atəş açmışdır. O da qaçmağa başlamışdır. Qaçandan sonra İdris arxasınca təxminən 7-8 dəfə atəş açmışdır. Həmin güllələrdən üçü başına, biri isə ayağına dəymişdir. O, orada polislərlə təxminən saat yarım mübahisə etmiş və polislər onu avtomobilə əyləşdirə bilməmişlər. Daha sonra onu Bərdə RPŞ-ə aparmışlar. Həmin vaxt onu xəstəxanaya aparmamışlar. Şöbədə o, polislərin Turalı döyüb çantanı sonuncunun boynuna asdıqlarını görmüşdür. Turaldan nə baş verdiyini soruşanda sonuncu Şaiq müəllimin onun üzünə durması üçün döydüyünü, özünü isə buraxacaqlarını demişdir. Lakin Tural onun üzünə durmamışdır. Sonuncunu MSY-ə düşürüb yenidən təzyiq göstərərək döymüşlər, ailəsi ilə hədələmişlər və qabağına başqa bir şey qoymuşlar. Daha sonra Turalla onu üzləşdirmişlər. Onlar ifadələrində üzərlərində narkotik vasitə olmadığını demişlər. Məhkəmə iclasında dindirilmiş şahidlər onun Turala bıçaq verdiyini desələr də, onlardan biri bıçağın çantadan çıxdığını, biri sağ cibindən çıxdığını, biri də arxa cibindən çıxdığını demişdir. Lakin onlarda nə çanta, nə də ki narkotik vasitə olmamışdır. Onun üzərində kiçik bıçaq olmuş, Turalın üzərinə isə bıçağı döyüb qoymuşlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmiş və CM-in 234.1-ci maddəsi məhkum olunmuş, 5-6 aydır ki, cəzasını çəkib çıxmışdır. Həbsdən azad olunandan sonra narkotik vasitə istifadə etməmiş, heç qanında da narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 qonşusu olmuşdur. Bərdə RPŞ-nin rəisi Ənvər müəllim onu şöbəyə çağırıb 3 gün ərzində Bərdədən çıxmağını istəmişdir. Sonuncu bu sözü tək ona yox, çox adama demişdir. O da imkanının olmadığını, Bərdədən də başqa heç bir yerə gedə bilməyəcəyini demişdir. Ənvər müəllim arvadının rəhmətə getdiyini və uşağına görə ona hörmət etdiyini demişdir. O da Bakı şəhərinə getmişdir. Saxlanıldığı gün Bakı şəhərindən yeznəsinin yas mərasimində iştirak etmək üçün gəlmiş, elə həmin gün gecə saat 1-ə işləmiş polislər onu saxlamışlar. Saxlanılan vaxt yolda hərəkətdə olmamışlar, 5-6 nəfərlə birlikdə binanın qabağında söhbət etmişlər, pivə içmək qərarına gəlmişlər, kafenin qabağında olanda da polislər gəlmişdir. Onun üzünə durması üçün Turalın üstünə narkotik vasitə qoymuşlar. Əvvəl də onun üzünə adam qoymuşlar və o, özünü asdığı və doğradığı üçün heç nə edə bilməmişlər. Onu hər dəfə polis şöbəsinə aparanda döydükləri, üzərinə narkotik vasitə qoyduqları və həbsə göndərdikləri üçün hadisə günü polislər yaxınlaşanda sonuncularla getmək istəməmişdir. Onun əvvəlki işlərinin hamısı yükləmə olmuşdur. O, bıçaq çıxaranda heç kimə vurmamış, öz boynuna vurmuşdur. Üzərindəki digər xəsarətlərin hamısını polislər törətmiş, çünki 8 güllə atmışlar və 4-ü ona dəymişdir. O, polis əməkdaşı İdrisə xəsarət yetirməmiş, polislər onu döymək üçün orada ağac qırmışlar, onu vurmaq istəyəndə də ağac özlərinə dəymişdir. 27 nəfər polis əməkdaşı onun üstünə düşmüş, xəsarətləri də göz qabağında olmuşdur. Polis əməkdaşı İdris birinci gülləni 4-5 metr məsafədən onun ayağına atmış və güllə birbaşa onun ayağında dəymişdir. İdrisin ifadəsində iki dəfə havaya xəbərdarlıq atəşı açdığını deməsi yalan olmuş, çünki xəbərdarlıq atəşi açılmamışdır. Atəş açılandan sonra o, qaçmağa başlamış, təxminən 20-30 dəqiqə sonra ayağı tutulmuş, həmin vaxt qaçanda arxasınca 3 dəfə atəş açılmış, ümumilikdə isə ona 7-8 dəfə atəş açılmış, 3-ü başına, biri də ayağına dəymişdir. Həmin vəziyyətdə onu xəstəxanaya aparmaq əvəzinə polis şöbəsinə aparıb çantanın ona məxsus olmasını boynuna almağı üçün döymüşlər. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadəsi, həmçinin xx.xx.2023cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs2 həmin ifadələrində göstərmişdir ki, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə həmin ölkəyə məxsus olan nömrə ilə “WhatsApp” proqramında yazışarkən, söhbət zamanı həmin şəxs ona “məkan” ataraq orada narkotik vasitə olduğunu bildirmişdir. O da həmin şəxsdən ehtiyat edərək polis əməkdaşlarının onu tutacağını fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 00 radələrində o, qonşusu Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə zəng edərək Bərdə şəhəri, Yavər İnşaat adlı mağazanın yaxınlığında olduğunu və taksi ilə gələrək onu oradan götürməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 tanımadığı taksi ilə gələrək onu oradan götürüb birlikdə yaşadığı binanın qarşısına getmişlər. Binanın qarşısında Təqsirləndirilən şəxs1la söhbət zamanı o, sonuncuya H. Əliyev prospektində narkotik vasitə qoyulacağını, amma həmin narkotik vasitəni götürməyə qorxduğunu demişdir. Bu zaman Təqsirləndirilən şəxs1 ona narahat olmamasını, birlikdə həmin yerə getməyi və narkotik vasitəni özünün götürəcəyini demişdir. Ona görə də, onlar yenidən başqa bir taksi ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Statistika İdarəsinin yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs1 narkotik vasitənin olduğu yeri göstərərək, birlikdə setka qapıdan həyətyanı sahəyə daxil olub bir neçə addım irəlilədikdən sonra o, geri küçəyə qayıdaraq çıxmışdır. Həyətyanı sahədən çöldə Təqsirləndirilən şəxs1 gözləyərkən bir neçə nəfər şəxsin onun dayandığı istiqamətdə gəldiyini görüb oradan Bərdə şəhəri, Nüşabə küçəsi istiqamətində qaçdıqdan sonra yorulduğu üçün dayanmışdır. Həmin vaxt orada olan şəxslərin birinin simasından tanımış və polis əməkdaşları olduqlarını bilmişdir. O, qorxduğu üçün cibində olan bıçaqla sağ boyun nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra polis əməkdaşları yerdən götürdükləri daş parçaları ilə onun dayandığı istiqamətə atmışlar. Həmin daş parçalarından biri onun baş nahiyəsinə, digərləri ilə bədənin müxtəlif nahiyələrinə dəymişdir. Hadisə zamanı heç bir polis əməkdaşına xəsarət yetirməmiş, ancaq özünü müdafiə etmişdir. Polis əməkdaşları ilə yaşanan münaqişə zamanı adını və soyadını bilmədiyi polis əməkdaşı 3 dəfə odlu silahdan atəş açmış, həmin güllələrdən biri onun sol topuq nahiyəsinə dəymiş və o yerə yıxılmışdır. Hansı şəraitdə xəsarət aldıqlarını bilmədiyi polis əməkdaşları onu və orada olan digər polis əməkdaşlarını xəstəxanaya gətirmişlər. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş heroin və marixuananın yerini sonuncuya o bildirsə də həyətə girəndən sonra özü geri qayıtmışdır. Həmin idman çantasını Təqsirləndirilən şəxs1 oradan götürmüşdür. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bıçaqdan isə məlumatı olmamış, çünki o sonuncuya bıçaq verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, ibtidai istintaq zamanı heç nəyə imza etməmiş, təqdim olunmuş imza ona məxsus deyil, o, ifadənin altına “şər” sözünü yazmış, həmin yazı da ona məxsus olmuş, izahatında hər şeydən imtina etdiyini yazmış, nə polis şöbəsində, nə də prokurorluqda heç nəyə imza etməmiş, Sərxan müəllim ona “narkotiki götürək və sənin işinə CM-in 315-ci maddəsi ilə baxaq” demiş, Şaiq müəllimin stolunun alt tərəfində onun qanı olmuş, beş barmağını qanlı ora çəkmişdir. Şəxsi axtarış zamanı yanında müdafiəçi olmuş, o, bıçağı xəstəxanada qolundakı sarığın altından çıxartmış, həmin bıçaq qara bıçaq olmuşdur. O, özlərinin nə bıçaq qoymasını bilməmişdir. Qara bıçaq çoxdan onda olmuş, düymə ilə açılmış, o, həmin bıçağı polislərə görə üzərində saxlamış, çünki onu dəfələrlə səbəbsiz yerə saxlamışlar. Ona təzyiq göstərən olsa əlbəttə ki bıçaqla nə isə etməli olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin X6 Bərdə şəhəri Statistika İdarəsinin yaxınlığında külli miqdarda narkotik vasitələrin üzərində saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat qrupu yaradılmış və o, digər polislərlə həmin əraziyə getmişdir. Həmin ərazidə o, Zərərçəkmiş şəxs3 və Şahid2 ilə birlikdə bir yerdə, digər dörd nəfər əməkdaş isə digər ərazidə yerləşmişlər. Oraya yaxınlaşan zaman iki nəfərin yaxınlaşdığını görmüşlər. Vəzifələri həmin şəxsləri orada olan “arka”-dan çıxarkən saxlamaq olmuşdur. Daha sonra o, həmin yerdən bir nəfərin qaçdığını görmüş, lakin digər şəxs Təqsirləndirilən şəxs1 görməmişdir. Təqsirləndirilən şəxs1 digər əməkdaşlar nəzarət etmişlər. Təqsirləndirilən şəxs2 yolun sağ tərəf istiqamətində qaçmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 əlində heç nə olmamışdır. Digər əməkdaşlar paralel olaraq Təqsirləndirilən şəxs1 saxlamışlar. Təqsirləndirilən şəxs2 qaça-qaça üzərində olan bıçaqla özünə xəsarət yetirmişdir. Onlar Təqsirləndirilən şəxs2 polisin qanuni tələbinə tabe olmağı bildirmiş, Təqsirləndirilən şəxs2 isə özünə və onlara xəsarət yetirəcəyini demişdir. Təqsirləndirilən şəxs2 bir əlində bıçaq digər əlində isə daş olmuşdur. Sonuncu özünü müdafiə üçün onlara daş atmışdır. Həmin daşlardan biri Zərərçəkmiş şəxs3 başına dəyərək xəsarət yetirmişdir. Sonradan təsadüfən həmin ərazidən keçən Tərtər RPŞ-nin əməkdaşı Zərərçəkmiş şəxs2 da onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs2lə tanışlığının olduğunu və sonuncu ilə özünün danışacağını demişdir. Təqsirləndirilən şəxs2 yaxınlaşanda Zərərçəkmiş şəxs2 orta barmağı səhv etmirsə kəsilmişdir. O, Təqsirləndirilən şəxs2 bunu bilərəkdən, yaxud bilməyərəkdən etməsini bilməmişdir. Eldəniz barmağından xəsarət aldıqdan sonra o, əlindəki dəyənəklə vuran zaman qol nahiyəsindən xırda da olsa xəsarət almışdır. Lakin Eldənizin əlindəki kəsik böyük olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əlindəki bıçaqla dəfələrlə öz başına, qoluna və qarnına xəsarətlər yetirmiş, daha sonra isə Şahid2 üzərinə hücum çəkmişdir. İmdad Orxanın üzərinə hücum çəkən zaman o, xidməti silahı ilə iki dəfə havaya xəbərdarlıq atəşi açmış və Təqsirləndirilən şəxs2 polisin qanuni tələbinə tabe olmasını bildirmişdir. Sonuncu tələbə tabe olmadığı üçün o, İmdadın ayaq nahiyəsinə bir dəfə atəş açaraq zərərsizləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 tibbi yardım göstərilmişdir. O, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışda iştirak etməmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisi ilə bağlı olmuş, məzmunu külli miqdarda narkotik vasitələrin üzərində saxlamaları barədə olmuş, narkotik vasitə digər əməkdaşların deməsinə görə Təqsirləndirilən şəxs1 üzərində olan çantadan aşkar edilmişdir. Onlar yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə hərəkət etmişlər. O, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışda iştirak etməmiş, çünki sonuncunu digər əməkdaşlar saxlamışlar. Əməliyyat zamanı qrup iki yerə bölünmüş, onlar üç nəfər olmuş, digər qrupda isə 4 nəfər olmuşdur. Binanın girişi olan “arka”-dan sağda üç nəfər onlar, solda isə digər dörd nəfər əməkdaş dayanmışdır. Onlar İmdadgil hərəkətə başlayarkən saxlamalı idilər. Təqsirləndirilən şəxs2 bu zaman sağ istiqamətdə qaçmış, onlar da sonuncunun arxası ilə qaçmışlar. Təqsirləndirilən şəxs2 danışa-danışa qaçmış, o, sonuncudan dayanmasını tələb edəndə, İmdad onluq heç bir işin olmadığını deyərək qaça-qaça özünə xəsarət yetirmiş, polis əməkdaşı yaxınlaşanda isə onlara müqavimət göstərmişdir. Polis əməkdaşı Zərərçəkmiş şəxs2 təsadüfən gəlmiş, həmin işlə əlaqəsi olmamış, Eldəniz İmdadı tanıdığı üçün sonuncu ilə danışacağını demişdir. Hadisə gecə saat birdən sonra baş vermişdir. O, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 yaxınlaşıb sonuncunun əlini tutduğunu görmüş, sonra isə Eldəniz xəsarəti ilə bağlı xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs2 əlindəki bıçaq ələ keçən olduğundan bir neçə dəfə dəyənəklə vursalar da yerə düşməmişdir. Onlar Təqsirləndirilən şəxs2 dəfələrlə polisə tabe olmasını bildirsə də sonuncu buna məhəl qoymamışdır. Həmin vaxt silah ancaq onda olmuş və o, iki dəfə havaya xəbərdarlıq atəşi açdıqdan sonra Təqsirləndirilən şəxs2 ayaq nahiyəsinə atəş açmışdır. Onlar qaçdığı yer şəhərin içəri tərəfi olmuş, lakin işıqlandırma olmamışdır. İşıqlandırma olmasa da Təqsirləndirilən şəxs2 onlara yaxın məsafədə qaçdığından sonuncunun özünə xəsarət yetirməsini görmüşlər. Ətrafdakı insanların təhlükəsizliyi, ən əsası da polis əməkdaşı Şahid2 üzərinə doğru hərəkət etdiyi üçün o, Təqsirləndirilən şəxs2 atəş açmışdır. Hadisə yerində silah tətbiq etməsi ilə bağlı prokurorluqda araşdırma aparılmışdır. O, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışda iştirak etməmiş, lakin digər əməkdaşların deməsinə görə sonuncunun üzərindən narkotik vasitə aşkar olunmamış, üzərindən sadəcə 1000 manat pul və bir ədəd bıçaq aşkarlanmışdır. Eşitdiyinə görə narkotik vasitə Təqsirləndirilən şəxs1 üzərində olan çantadan aşkar edilmişdir. Ona dəymiş xəsarətlə bağlı Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə bir qrupda olmuşdur. Təqsirləndirilən şəxs2 təxminən 100 metr qaçandan sonra daş atmış və həmin daş torpaqlı olmuşdur. O, Təqsirləndirilən şəxs2 nisbətən yaxın olduğundan daşlardan biri qoluna dəymiş, daşın üzərindəki torpaq isə gözünə sıçramışdır. Bundan sonra o, elə yerindəcə qalmış, Təqsirləndirilən şəxs2 arxası ilə digər əməkdaşlar getmişdir. Ona görə də, ona dəyən daşı Təqsirləndirilən şəxs2 atmış, çünki o sonuncunun arxası ilə qaçmışdır. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etməmişdir. Xəsarəti ilə bağlı Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Tərtər RPŞ-nin İTB-nin sahə rəisi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə radələrində evinə gedən zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 polislərlə mübahisə etdiyini görmüşdür. O, avtomobilini saxlayaraq Təqsirləndirilən şəxs2 yaxınlaşmışdır. Həmin vaxt İmdadın əlində bıçaq olmuş və anlaşılmazlıq nəticəsində İmdadın əlindəki bıçaq onun barmağına dəymişdir. İmdad bunu qəsdən etməmişdir. Bundan sonra o, tibbi yardım göstərilməsi üçün Bərdə Diaqnostika və Müalicə Mərkəzinə getmişdir. Hazırda onun İmdaddan heç bir şikayət və tələbi yoxdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, Tərtər RPŞ-də işləmiş, Bərdə şəhərində isə yaşamışdır. O, İmdad və polis əməkdaşlarını yaşadığı evin yaxınlığında, yolun kənarında görmüşdür. Həmin vaxt hava qaranlıq olmuş və polis əməkdaşlarından xatırladığı İdris, Bəhruz və Taryeli görmüşdür. O, İmdada yaxınlaşan vaxt xatırladığı qədəri ilə üç polis əməkdaşı və vətəndaşlar olmuşdur. İmdad həmin vaxt ona “uşağımı saxlamaq istəyirəm, imkan vermirlər” kimi sözlər demiş və əlindəki bıçaqla özünə xəsarətlər yetirmişdir. O, sonuncunun həm özünə, həm də ətrafdakılara xəsarət yetirməməsi üçün bıçağı əlindən almağa çalışanda İmdadın əlindəki bıçaq onun barmağına dəyərək kəsmişdir. Daha sonra o, oradan aralanmış və avtomobilə minib xəstəxanaya getmişdir. O, xəstəxanada olanda İmdadı da xəstəxanaya gətirmişlər, çünki sonuncunun da xəsarəti olmuşdur. İmdadın xəsarətləri bıçaqla özünə yetirdikləri və ayağındakı güllə yarası olmuşdur. İmdada atəş açılan zaman o, orada olmuş, atəş səsini eşitmiş, lakin barmağı yaralanandan sonra oradan aralanmışdır. O, sonra bilmiş ki, İdris İmdada atəş açmışdır. O, İdrisin digər polis əməkdaşlarına bıçaqla xəsarət yetirməsini görməmişdir. O, İmdadı tanıdığı üçün sonuncuya yaxınlaşmış, çünki mübahisə olmasını istəməmişdir. İmdad polislərdən xeyli aralıda olmuş, çünki sonuncunun əlində bıçaq olduğundan heç kim İmdada yaxın getməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat 01:06 radələrində yaşadığı ünvanda səs-küy eşidib həyətə çıxdıqda əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 əlində olan bıçaqla polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını və sonunculara daş atdığını görmüşdür. O, İmdadı tanıdığı üçün sonuncuya yaxınlaşmışdır. Həmin vaxt İmdad sanki onun tanıdığı adam deyil, başqa bir şəxs olmuşdur. O, sonuncuya polislərin qanuni tələblərinə tabe olmasını bildirməsinə baxmayaraq İmdad əlində olan bıçaqla onun barmağına xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 özünün və digər əməkdaşların həyat və sağlamlığı üçün real təhlükənin olduğunu görüb xidməti tabel silahı ilə havaya 2 dəfə xəbərdarlıq atəşi açmış, ardınca isə xidməti silahı ilə İmdadın ayağının topuq nahiyəsinə atəş açmışdır. Güllənin təsirindən İmdad yerə yıxıldıqdan sonra polislər sonuncunu saxlayıb ilkin tibbi yardım göstərilməsi üçün Bərdə Diaqnostika və Müalicə Mərkəzinə aparılmışlar. Daha sonra isə o da Bərdə Diaqnostika və Müalicə Mərkəzinə getmiş və orada ona ilkin tibbi yardım göstərilmişdir. İmdad Abdulayev tamamilə yalan danışmış və o, xəsarəti İmdadın bıçaq zərbəsi nəticəsində almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, bir neçə atəş səsi eşitmiş, ancaq sayını dəqiq xatırlamamışdır. Barmağı yaralanandan sonra o, hadisə yerindən aralanmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və həmin ifadəni oxuyaraq imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xızı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-də əməliyyat müvəkkili işləyən zaman iki nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Bərdə şəhəri, Statistika İdarəsi yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkət etdiklərini görüb sonunculara yaxınlaşmışlar. Bu zaman onların hər biri başqa istiqamətlərə qaçmışdır. O, polis əməkdaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə birlikdə İmdadın arxasınca qaçmışdır. Təqsirləndirilən şəxs2 həmin vaxt nalayiq ifadələr işlətmiş, onlar sonuncuya dəfələrlə tabe olması bildirsə də İmdad bunu etməmişdir. Təqsirləndirilən şəxs2 əlində böyük bıçaq da olmuş və sonuncu atdığı daş ilə Zərərçəkmiş şəxs3 başından xəsarət yetirmiş, Taryel də yıxılmışdır. Bundan sonra İmdad digər polis əməkdaşı İdrisə bıçaq atmışdır. Həmin vaxt təsadüfən oradan Tərtər RPŞ-nin əməkdaşı Zərərçəkmiş şəxs2 keçmiş və sonuncu İmdada yaxınlaşaraq tabe olmasını demişdir. Lakin İmdad yenə əməllərinə davam edərək onlara bıçaq atmış və özünə xəsarətlər yetirmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs1 xidməti silahı ilə Təqsirləndirilən şəxs2 atəş açmış və sonuncu təslim olmuşdur. Təslim olduqdan sonra onlar Təqsirləndirilən şəxs2 Bərdə Diaqnostika və Müalicə Mərkəzinə aparmışlar. Orada Təqsirləndirilən şəxs2 tibbi yardım göstərilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən 1006 manat pul və bir ədəd xırda bıçaq aşkarlanmışdır. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 üzərinə gələrək iki metr məsafədən ona bıçaq atsa da, hadisə zamanı o, hər hansı bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs2 üzərində iki bıçaq olmuş, birini gizlətmiş və həmin bıçaq xəstəxanada sarğının altından aşkar edilmişdir. Digər bıçaq isə Təqsirləndirilən şəxs2 qaçan zaman özünə xəsarət yetirdiyi bıçaq olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Zeynalov X10 Orxan Bəkir oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, yəni saxlanılması, daşınması və satılması ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrup iki hissəyə bölünmüşdür. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Statistika İdarəsinin yaxınlığında onun olduğu qrup Təqsirləndirilən şəxs1 yaxınlaşaraq sonuncunu saxlayıb polis şöbəsinə gətirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs1 əlində idman çantası olmuşdur. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçının otağında Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Bu zaman sonuncunun üzərindən 3 büküm narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra aşkar olunanlar ekspertizaya göndərilmişdir. İfadəsinin davamı olaraq Şamxal Piriyev bildirmişdir ki, əməliyyatda o, Sarı Adıgözəlov, Nəriman Əliyev, Şahid5 və Zərərçəkmiş şəxs1 iştirak etmişdir. Xatırladığı qədəri ilə aşkar olunan bükümlərin çəkiləri 1.340 kq, 3.800 kq və 0.460 kq olmuşdur. Onlardan 0.460 kq olan büküm marixuana, digər bükümlər isə heroinə bənzər kütlələr olmuşdur. Aşkar olunan narkotik vasitələrlə bağlı şəxslərin nə dediklərini hadisədən uzun müddət keçdiyindən yadında qalmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitədən əlavə bıçaq da aşkar edilmiş və Təqsirləndirilən şəxs1 həmin bıçağı Təqsirləndirilən şəxs2 ona verdiyini demişdir. Onlar Təqsirləndirilən şəxs1 Statistika İdarəsinin yaxınlığında saxlayıb, polis şöbəsinə aparmışlar. Digər polis əməkdaşları isə orada qalmışdır. O, Təqsirləndirilən şəxs2 saxlanılan vaxt nə baş verməsini görməmişdir. Hadisə gecə saat 1-2-yə işləmiş baş vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 piyada olmuşlar. Aşkar olunan narkotiklər böyük idman çantasının içərisində olmuşdur. O, Təqsirləndirilən şəxs2 saxlanılmasını görməmiş və sonuncunun saxlanılmasında iştirak etmədiyi üçün niyə silahla yaralanmasını bilməmişdir. Saxlanılan zaman, həmçinin polis şöbəsində olarkən Təqsirləndirilən şəxs1 qarşı hər hansı psixi yaxud fiziki zor tətbiq edilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri X22, RPŞ-nin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid6 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 Şamxal Məhəmmədəli oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən, zərərçəkmiş və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/589 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinə bənzər və narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr..” sözləri və imzaları olan üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı, tünd göy rəngli idman çantasının içərisində: 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada olan ayrı-ayrı 2 (iki) ədəd şəffaf polietilen torbalarda və 1 (bir) ədəd polietilen torbadakı üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 560 qram, 765 qram, 3725 qram olmaqla ümumi təmiz çəkisi 5050 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; - 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 410 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; 2) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı, tünd göy rəngli idman çantasında olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 5050 qr., tədqiqata sərf edildi 0,3 (hər bir obyektə 0,1) qr., qalıq - 5049,7 qram. Marixuananın ümumi təmiz çəkisi – 410 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq - 409,9 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/590 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patron tutumuna malikdir. 2) Tədqiqata təqdim edilən iki ədəd bıçağın bir ədədi zavod üsulu ilə, digər bir ədədi isə kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdırlar və soyuq silah hesab edilmirlər. Üzərində təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir; 2) Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorluğunun icraatında olmuş 96 C-23 nömrəli ilkin yoxlama materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3/998; 3/999 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Makarov” (“PM”) konstruksiyalı, “ВГ 3971” №-li tapançanın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, sonuncu təmizləmədən sonra həmin silahdan atəş(lər) açılmışdır. Müvafiq metodika olmadığından atəşin vaxtını və sayını müəyyən etmək mümkün deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 387 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ bazunun orta və aşağı 1/3-nin bayır səthinin, döş qəfəsinin və qarının sağ yarısının cızıqları iti kənara malik alət (alətlər) ola bilsin ki, bıçaq təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 388 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin şişkinliyi, sağ əlin İ barmağının İİ falanqasının ön səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 394 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ əl nahiyəsinin İİİ və İİ barmaqlarının kəsilmiş yaraları, kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə birlikdə sağlamlığına qısa müddətdə pozulamasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 392 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - boyunun sağ arxa yan səthinin, alının sol yarısında təpə nahiyəsinə qədər davam edən, sağ bazunun orta 1/3-nin sağ saidin arxa 1/3-nə qədər davam edən, sol bazunun aşağı 1/3-nin arxa, sol dirsək oynağının və sol saidin yuxarı 1/3-nin arxa səthlərinin, sağ saidin orta və yuxarı 1/3-nin arxa səthlərinin, sağ dirsək oynağının arxa səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, qarının ön səthinin sağ yarısının, sağ diz oynağının ön səthinin sıyrıqları, sol xarici qulaq seyvanının bayır büküşü və arxa səthinin, sol arxa təpə, ənsə nahiyələrinin, üzün sol yarısında qulaq sırğalığı nahiyəsinin, sağ baldırın yuxarı 1/3-nin ön səthinin, sağ baldırın aşağı 1/3-nin ön səthinin əzilmiş-cırılmış yaraları küt əşyanın (əşyaların) təsirindən, sol baldır-ayaq oynağının tış topuğun köhnə düzgün, bitişmiş sınığı, sol ayağın bayır və iç topuq nahiyələrinin dəlib keçən odlu silah yaraları odlu silahdan açılmış güllə təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1430 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1431 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X26 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 528 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, o, öz hərəkətlərini ölçübbiçmək və ya onlara hesabat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xsətəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik olmamış, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onda cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 törətmiş olduğu hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X26 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 533 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, o, öz hərəkətlərini ölçübbiçmək və ya onlara hesabat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xsətəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik olmamış, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onda cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 törətmiş olduğu hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 01:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 01:06-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 07:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 01:06-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman sonuncu Təqsirləndirilən şəxs2 ona saxlamaq üçün verdiyi bir ədəd qara rəngli üzərində “adidas” sözləri yazılmış çantanı sağ çiynindən çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Xiaomi” mobil telefonu, şalvarın sağ yan cibindən bir ədəd qatlanmış vəziyyətdə olan bıçağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Qara rəngli çantaya baxış zamanı içərisində 02 (iki) ədəd qara rəngli polietilenə bükülü formada və içərisində 01 (bir) ədəd açıq şabalıdı rəngli olmaqla şəffaf rəngli polietilenə bükülü formada bağlamaların olması müşahidə edildi. 01 (bir) ədəd açıq şabalıdı rəngli olmaqla şəffaf rəngli polietilen torbaya baxış zamanı içərisində 02 (iki) ədəd şəffaf rəngli polietilen torbaya yığılmış formada ilkin görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlələrin olması aşkar edildi. Hər iki torba elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 1,340 kq olması müəyyən edildi. Digər 01 (bir) ədəd qara rəngli polietilenə bükülü formada olan bağlamaya baxış zamanı içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 3,800 kq olması müəyyən edildi. Sonuncu 01 (bir) ədəd qara rəngli polietilenə bükülü formada olan bağlamaya baxış zamanı isə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 0,460 kq olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş mobil telefon, bıçaq və 04 (dörd) ədəd bağlamada narkotik vasitələr müvafiq qaydada qablaşdırılmaqla götürüldü. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1006 (bir min altı) manat pulu təqdim etdi. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın arxa sol cibindən 01 (bir) ədəd bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Qeyd edilən əşyalardan başqa Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilən digər hər hansı əşya aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(021)-156/2023 saylı “əməliyyat axtarış tədbirlərinin keçirilməsinin qanununiliyinin yoxlanılması barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri əldə edərək satış məqsədilə üzərində saxlamaları, istifadə etmələri və qanunsuz dövriyyəsi ilə məşğul olmaları, həmçinin üzərlərində soyuq silah olması barədə daxil olmuş məlumatları nəzərdən keçirib onun cinayət başında yaxalanması və üzərinə şəxsi axtarış keçirilməsi zamanı qanun pozuntusu aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, iş üçün əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq Bərdə RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs2 yerə atmış olduğu 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd “Samsung” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Bərdə RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 hadisə vaxtı istifadə etdiyi “Makarov” (“PM”) konstruksiyalı, “ВГ 3971” №-li tapança və içərisində 05 (beş) ədəd patronlar olan sandıqca müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, hadisə yerinə - Bərdə şəhəri, Nüşabə küçəsində yerləşir. Baxış zamanı Bərdə RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmiş və baxış zamanı hadisə yerindən 3 (üç) ədəd “Makarov” (“PM”) konstruksiyalı, “ВГ 3971” №-li tapançaya aid gilizlər aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 ilə digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı çiynində olan çantadan aşkar edilmiş 04 (dörd) ədəd bağlamada olan narkotik vasitələri və əynindəki şalvarının cibindən aşkar edilmiş 01 (bir) ədəd bıçağı Təqsirləndirilən şəxs2 ona verdiyini sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs2 isə narkotik vasitələrin olması barədə Təqsirləndirilən şəxs1 dedikdə sonucunun həmin narkotik vasitələri götürə biləcəyini dediyini, həmçinin Təqsirləndirilən şəxs1 bıçaq vermədiyini sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki: 1) +99***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış və həmin nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan mesajlara baxdıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir; 2) +99***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmışdır. Həmin nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan mesajlara baxdıqda iş üçün əhəmiyyət kəsb edən aşağıdaki məzmunda mesajlar aşkar edildi: xx/xx/2023,11:43:20,**********95,**********04,Eyneni veren adam bir yerdeyem narahat olma; xx/xx/2023,20:39:19,**********76,**********95,Senin xeyrin ücün zəng edm..100 qrm ot varıydı.400m; xx/xx/2023,11:46:15,**********13,**********95,qaqa sen alah ozun nese ceksen menede di men olum diraznidem ite donmusem men olum seherdeyem buterefte; xx/xx/2023,19:49:38,**********35,**********95,Qaqa pervinnen bir yerdeyik hesne tapa bilmirik imkan varsa birdene eyne ver cekey; xx/xx/2023,23:35:10,**********99,**********95,Qəşəngdi qaqam. Deməsən Poznuzajiqanya; xx/xx/2023,21:38:13,**********35,**********95,Abi ma azca eyne verersen olsa; xx/xx/2023,22:17:24,**********35,**********95,Qaqiya eyne ver dana; xx/xx/2023,11:43:20,**********95,**********04,Eyneni veren adam bir yerdeyem narahat olma; 3) +99***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış və həmin nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan mesajlara baxdıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir; 4) +99***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış və həmin nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan mesajlara baxdıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir; 5) +99***-***-**-** saylı mobil nömrə X13 adına qeydiyyata alınmış və sonuncunun əri Təqsirləndirilən şəxs1 Mehan oğlunun istifadəsində olmuşdur. Həmin nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan mesajlara baxdıqda iş üçün əhəmiyyət kəsb edən aşağıdaki məzmunda mesajlar aşkar edildi: xx/xx/2023,16:58:59,**********60,**********77,E kislyin meniyín olsun ey 4.gun bunan qabag soyus suydnki axsam s; xx/xx/2023,16:59:02,**********60,**********77,endedi pul... İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş “Xiaomi” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon işlək vəziyyətdə olmadığı üçün baxış keçirmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bərdə rayonu ərazisində üzərlərində qanunsuz olaraq narkotik vasitələr və soyuq silah saxlamaları, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaları barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi barədə” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitələri əldə edərək satış məqsədi ilə üzərlərində saxlamaları, istifadə etmələri və qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmaları, həmçinin üzərlərində soyuq silah olması barədə qərəzsiz və mötəbər mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və üzərlərində şəxsi axtarış aparılması qərara alınmış, həmçinin həmin məqsəd ilə Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1, RPŞ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs3, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid5, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X1, RPŞ-nin PPXB-nin polis nəfəri X11, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert-kriminalisti Şahid6 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, üzərlərində qanunsuz olaraq narkotik vasitələr və soyuq silah saxlamaları, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 01:06-da Bərdə şəhəri, H.Əliyev prospekti, Statistika İdarəsinin yaxınlığında saxlanılaraq Bərdə RPŞ-ya gətirilmiş, Təqsirləndirilən şəxs2 isə həmin vaxtı müqavimət göstərərək Bərdə şəhəri, Nüşabə küçəsində ona bıçaqla, əməliyyat qrupunun üzvü Zərərçəkmiş şəxs3 daşla, hadisə yerinə təsadüfən gələn Tərtər RPŞ-nin İTB-nin sahə rəisi Zərərçəkmiş şəxs2 da bıçaqla xəsarət yetirmiş, yenidən onun üzərinə gələrək xəsarət yetirmək istəyərkən onun tərəfindən xidməti silah ilə havaya 2 dəfə xəbərdarlıq atəşi açılmış, lakin Təqsirləndirilən şəxs2 buna əhəmiyyət verməyərək bıçaq ilə qərəzli formada yenidən onun üzərinə gəldiyi üçün Təqsirləndirilən şəxs2 ayağının topuq nahiyəsinə atəş açmış, sonuncu yıxıldıqdan sonra onlar tərəfindən saxlanılıb X15 aparılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 33-də yaşayan X8 istifadəsində olan mobil nömrədən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək ünvanda oldu silah səsinin gəlməsi və bıçaqlanma hadisəsinin baş verməsi barədə verdiyi məlumat həmin xidmət tərəfindən xx.xx.2023-cü il tarixdə saat 01:12-də rayon polis şöbəsinə ötürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bərdə şəhəri, Nüşabə küçəsində yaşayan X4 istifadəsində olan mobil nömrədən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək küçədə münaqişə olması barədə verdiyi məlumat həmin xidmət tərəfindən xx.xx.2023-cü il tarixdə saat 01:16-da rayon polis şöbəsinə ötürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs2 sağ əlinin 3-cü barmağının kəsilmiş yarası diaqnozu ilə Bərdə RMX-ya daxil olması barədə xx.xx.2023-cü il tarixdə saat 02:50-də xəstəxanadan polis şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 sağ qol və qarın nahiyəsinin bıçaq xəsarəti diaqnozu ilə X15 daxil olması barədə xx.xx.2023-cü il tarixdə saat 05:00-da xəstəxanadan polis şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 sol qulağın kəsilmiş yarası, sol ayağın topuğunun dəlib keçən yarası diaqnozu ilə X15 daxil olması barədə xx.xx.2023-cü il tarixdə saat 05:00-da xəstəxanadan polis şöbəsinə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində RPŞ-də ərizə, şikayət və ya cinayət xarakterli material, yaxud cinayət işi yoxdur, münaqişəli ailə kimi qeydiyyatda deyillər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hadisənin baş verdiyi yerin ətrafında yerləşən obyektlərdə, eləcə də digər hər hansı bir video müşahidə kamerasına düşübdüşməməsi halları yoxlanılmış, lakin heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorunun köməkçisi X14 qəbul etdiyi xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bərdə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət başında yaxalanması üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 xidməti silahdan 03 (üç) dəfə atəş açmaqla Təqsirləndirilən şəxs2 sağlamlığına zərər vurması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılaraq toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğundan alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğundan alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzanın çəkilməmiş 11 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur; Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X36 Dispanserinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin dispanserdə müşahidədə deyillər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda deyil, Təqsirləndirilən şəxs2 isə xx.xx.2015-ci il tarixdən (marixuana) xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Bərdə şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı – xx.xx.1988-ci il təvəllüdlü X23, oğulları xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd Həsənli və xx.xx.2011-ci il təvəllüdlü Turan Həsənli ilə birlikdə Bərdə şəhəri, H. Əliyev prospekti, ev 4, mənzil 3-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının 11739538 və 11739865 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd Həsənli və xx.xx.2011-ci il təvəllüdlü Turan Həsənli adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Bərdə şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 anası - X5 və övladı – X9 ilə birlikdə Bərdə şəhəri, H. Əliyev prospekti, ev 4, mənzil 8-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AA5317806 nömrəli şəxsiyyət vəsiqəsinin rutəindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü Kifayət Abdullayeva adlı qızı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5049,7 qram narkotik vasitə olan heroinin və 409,9 qram qurudulmuş marixuananın, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 götürülmüş “Xiaomi” markalı mobil telefonun və 01 (bir) ədəd bıçağın, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 1006 manat məbləğində pulun və 01 (bir) ədəd bıçağın, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefonun və sonuncunun cinayət hadisəsi zamanı istifadə etdiyi 01 (bir) ədəd bıçağın maddi sübut kimi tanınması və Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilməsi, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, hadisə yerinə baxış, üzləşdirmə, o cümlədən digər istintaq hərəkətlərinə dair, həmçinin telefon danışıqlarına dair özündə məlumatları əks etdirən cəmi 08 (səkkiz) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-nə daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 da xx.xx.2023-cü il tarixdə RPŞ-nin MYS-nə daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində sol qulağın yuxarı nahiyəsinin, hər iki qolunun sarıqda olan yaraları, sağ dizinin və diz aşağı, sol daban nahiyəsinin sarıqda olan yaraları aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 isə xx.xx.2023cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində - sol yanaq, sol qulaq seyvanında, gicgahında tikiş qoyulmuş yaralar sağ boyun və çiyində, hər iki bazu və saiddə, qarında, hər iki diz və budda, sağ baldırda sıyrıq və qançır izləri, sol topuq nahiyəsində cərrahi əməliyyatdan sonraki vəziyyət – gips qoyulmuş yara (güllə yarası) aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs2 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs2 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs2 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfiondən psixi və fiziki zorakılıq göstərildiyini, sonuncuların onu döydüklərini, qadın paltarı geyindirməklə və həmin formada videoçəkiliş etməklə, o cümlədən xəstə anasını polis şöbəsinə gətirərək sonuncunun da üzərinə narkotik vasitə qoymaqla hədələdiklərini, buna görə də məcbur olub içərisində narkotik vasitələr olan üzərində “adidas” yazılmış qara rəngli çantanın özünə məxsus olmasını etiraf etdiyini və Təqsirləndirilən şəxs2 üzünə durduğunu, təzyiq altında qaldığı üçün etirafedici ifadələr verdiyini, saxlanılan zaman üzərində hər hansı bir narkotik vasitə və soyuq silah olmadığını, narkotik vasitə ilə soyuq silahı polislərin onun üzərinə qoyduğunu göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılıq göstərildiyini, sonuncuların onu döydüklərini, saxlanılan zaman polis əməkdaşı Zərərçəkmiş şəxs1 onun arxasınca tapançadan 7-8 dəfə atəş açdığını, güllələrdən 3-4-nün başına dəydiyini, 1 güllənin isə ayağının topuq nahiyəsinə dəydiyini, saxlanılan zaman hər hansı bir polis əməkdaşına müqavimət göstərmədiyini, sonunculara xəsarət yetirmədiyini, polislərin onu döymək üçün orada ağac qırdlqalrını və onu vurmaq istəyən zaman ağacın özlərinə dəydiyini, buna görə də polislərin xəsarət aldığını, polis şöbəsində Təqsirləndirilən şəxs1 fiziki zorakılıq olunduğunu, sonuncunun da məcbur olub qarşısına qoyulan narkotik vasitə ilə soyuq silahın özünə məxsus olduğunu etiraf etdiyini və onun üzünə durduğunu, saxlanılan zaman üzərində hər hansı bir narkotik vasitə olmadığını göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onların məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatları, həmin tarixdə şübhəli şəxs qismində verdiyi ilkin ifadələri, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özlərini qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə, eləcə də şübhəli şəxsin dindirilməsi və üzləşdirmə istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş polis əməkdaşı Zərərçəkmiş şəxs1 ifadəsində daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 saxlamaq istəyən zaman sonuncunun hadisə yerindən qaçdığını, lakin Təqsirləndirilən şəxs1 digər polis əməkdaşlarının saxladıqlarını, özünün Zərərçəkmiş şəxs3 və Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs2 arxasınca qaçdıqlarını, sonuncudan dayanmasını tələb etdikdə Təqsirləndirilən şəxs2 üzərində olan bıçağı əlində tutaraq bədəninin müxtəlif nahiyələrinə, yəni dəfələrlə öz başına, qoluna və qarnına xəsarətlər yetirdiyini, daha sonra digər əlində olan daşı ataraq polis əməkdaşı Zərərçəkmiş şəxs3 başına xəsarət yetirdiyini, həmin vaxtı oradan təsadüfən keçən və Təqsirləndirilən şəxs2 tanıyan Tərtər RPŞ-nin İTB-nin sahə rəisi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 yaxınlaşaraq polislərin qanuni tələbinə tabe olmasını tələb etdikdə sonuncunun əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs2 əlindəki bıçaq ələ keçən olduğundan bir neçə dəfə dəyənəklə vursa da bıçağın yerə düşmədiyini, həmin vaxtı Təqsirləndirilən şəxs2 əlindəki bıçaqla onun qol nahiyəsinə xəsarət yetirdiyini, ardınca isə Təqsirləndirilən şəxs2 cinayətkar əməllərini davam etdirərək onların tələbinə tabe olmaq əvəzinə, buna məhəl qoymayaraq əlindəki bıçaqla polis əməkdaşı Şahid2 üzərinə hücum çəkdiyini, bunu görən kimi özü istifadəsində olan xidməti silahdan iki dəfə havaya xəbərdarlıq atəşi açdığını, lakin Təqsirləndirilən şəxs2 yenə də onların tələbinə məhəl qoymayaraq əmrə tabe olmadığı üçün o, xidməti silahdan bir dəfə atəş açaraq Təqsirləndirilən şəxs2 topuq nahiyəsindən vurmaqla zərərsizləşdirdiyini göstərmişdir. Qeyd edilən xüsusatları digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da ifadələrində təsdiq etmişlər. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5, X3, X22, X19, Şahid2 və Şahid6 da ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə narkotik vasitə və ya soyuq silah qoymadığını, şəxsi axtarış zamanı çiynində olan qara rəngli idman çantasının içərisindən aşkar olunan narkotik vasitə olan heroin və marixuananın Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu və Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə etdiyini etiraf etdiyini göstərmişlər. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişlər. O cümlədən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı verilmiş suallara cavab olaraq xx.xx.2023-cü il tarixdə gecə saatlarında evində olan zaman tanışı Təqsirləndirilən şəxs2 onu Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Atəş adlı şəxsə məxsus kafeyə pivə içmək məqsədi ilə dəvət etdiyini, lakin kafenin bağlı olması səbəbindən kafenin qarşısında olduqları zamanı Təqsirləndirilən şəxs2 ona bir ədəd bıçaq verərək yaxınlıqda narkotik vasitənin olmasını bildirdiyini və həmin yerin yaxınlığında içərisində narkotik vasitələr olan çantanı götürərək getmək istəyən zaman polis əməkdaşlarının onlara yaxınlaşdığını, bu zaman Təqsirləndirilən şəxs2 əlindəki çantanı ona ataraq hadisə yerindən qaçdığını, onu isə polis əməkdaşlarının saxlayaraq polis şöbəsinə gətirdiklərini bildirib çiynində olan üzərində “adidas” sözləri yazılmış qara rəngli idman çantanı təqdim edib içərisində narkotik vasitələr olmasını etiraf etmişdir. Çantanın içərisinə baxış zaman 03 (üç) ədəd bağlamada narkotik vasitə olan heroin, 01 (bir) ədəd bağlamada isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Elektron tərəzidə çəkildikdə heroinin ümumi çəkisi 5140 qram, marixuananın ümumi çəkisi isə 0,460 qram olması müəyyən edilmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs1 qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs1 istintaq hərəkətinin əvvəlində təhqiqatçının, sonunda isə müdafiəçisinin suallarına qəti olaraq cavab verib saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən şikayət və tələbinin olmadığını, heç kimin üzərinə narkotik vasitə və soyuq silah hesab edilən bıçaq qoymadığını, bıçaqla içərisində narkotik vasitələr olan çantanı ona Təqsirləndirilən şəxs2 verdiyini göstərmişdir. Habelə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etitafedici ifadəsində hadisə günü gecə saat 01 radələrində Atəş adlı şəxsin kafesinin bağlı olduğunu görüb oradan qayıtmaq istədiyini, lakin Təqsirləndirilən şəxs2 dayandıqları yerin yaxınlığında bir nəfərlə görüşəcəyini bildirib, ondan bir neçə dəqiqə gözləməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun göstərdiyi ünvana yaxınlaşan zaman Təqsirləndirilən şəxs2 cibindən bıçaq çıxararaq ona verdiyini və hər ehtimala qarşı bıçağı üzərində saxlamasını dediyini, Təqsirləndirilən şəxs2 ilə birlikdə təxminən 3-4 metr məsafə getdikdən sonra sonuncunun ona orada narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürəcəyini dediyini, bunun ardınca təxminən 5-6 metr məsafə getdikdən sonra Təqsirləndirilən şəxs2 həmin ərazidə yerdə olan dəmir qazpaylayıcı qurğunun arxa hissəsində bir ədəd qara rəngli çantanı götürdüyünü, təxminən 2-3 metr də getdikdən sonra polis əməkdaşlarının onların üzərinə gəldiyini, həmin an Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli çantanı onun üzərinə ataraq oradan qaçdığını, çantanı tutan zaman isə polis əməkdaşlarının onu saxlayaraq polis şöbəsinə gətirdiklərini göstərmişdir. Hətta xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilməsi istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən yuxarıda ifadəsində göstərdiyi xüsusatlara bir daha təsdiq edərək müstəntiqin və müdafiəçisinin suallarına qəti olaraq cavab verib saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən şikayət və tələbinin olmadığını, heç kimin üzərinə narkotik vasitə və soyuq silah hesab edilən bıçaq qoymadığını, bıçaqla içərisində narkotik vasitələr olan çantanı ona Təqsirləndirilən şəxs2 verdiyini göstərmişdir. Həmin xüsusatları Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadəsində də təsdiq etmişdir. Qeyd edilən izahat və ifadələrin hamısı Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə alınmış, habelə izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs1 ifadəsinin doğruluğunu imzası ilə təsdiq etmişdir. Eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından və Bərdə RPŞ-dən daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Həmçinin iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını, satış məqsədi olmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını və əməlindən peşman olduğunu göstərib təqdimatın təmin edilməməsini xahiş etmişdir. O cümlədən Təqsirləndirilən şəxs1 müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı heç bir orqana şikayət etmədiyini və ilk dəfədir ki tutulduğu üçün haraya və kimə şikayət edəcəyini bilmədiyini göstərmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq xx.xx.2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 ona mobil telefon vasitəsi ilə zəng edərək görüşmək istədiyini, daha sonra sonuncu ilə Bərdə şəhəri, H.Əliyev prospekti “Saray dairəsi” adlanan yerin yaxınlığında görüşdüyünü və birlikdə taksi ilə eyni prospektdə yerləşən Statistika İdarəsinin yaxınlığına getdiklərini, orada Təqsirləndirilən şəxs1la birlikdə tanımadığı həyətə daxil olduğunu, daha sonra özünün geri qayıtdığını, Təqsirləndirilən şəxs1 isə həyətdə qaldığını və ağacların yanından nəsə götürdüyünü, Təqsirləndirilən şəxs1 götürdüyü narkotik vasitələrdən xəbərinin olmadığını və sonuncunun yalan danışdığını, bir qədər sonra Təqsirləndirilən şəxs1 həyətdən küçəyə çıxaraq “gəldilər” deyə qışqırdığını, həyətə narkotik vasitəni tullayan şəxsin İran vətəndaşı olmadığını, həmin şəxsin bir neçə dəfə də ona narkotiklə bağlı “WhatsApp” mobil tətbiqində mesajlar yazdığını, məlum hadisədən bir gün əvvəl də həmin şəxsin “WhatsApp” mobil tətbiqində ona mesajlar yazaraq 450 qram narkotik vasitə olduğunu, hadisə günü də “WhatsApp” mobil tətbiqində həmin şəxsdən ona səsli mesaj gəldiyini və narkotik vasitənin olduğu yerin şəkilinin göndərildiyini, həmin şəxsin məhz nəyə görə ona mesajlar yazdığını bilmədiyini, polislər gəldikdən sonra yüklənməkdən qorxduğu üçün qaçmağa başladığını, hər hansı bir polis əməkdaşına xəsarət yetirmədiyini, hadisə vaxtı üzərində olan bıçaqla yalnız özü-özünə boyun nahiyəsindən xəsarət yetirdiyini, sağ ayağında, hər iki əllərində və barmaqlarında olan xəsarətləri isə polislərin ona daş atan zaman yerə yıxılarkən aldığını, lakin konkret olaraq ona daş atan polislərin adlarını bilmədiyini göstərmişdir. Göründüyü kimi müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə narkotik vasitənin qoyulduğu yerə getdiyini və Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitələr olan qara rəngli çantanı götürdüyünü etiraf edərək polis əməkdaşları tərəfindən döyüldüyünü bildirməmiş, əksinə bədəni üzərində olan xəsarətlərin bir qismini özü-özünə yetirdiyini, qalan qismini isə ayağından güllə yarası aldıqdan sonra yerə yıxılan zaman aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etitafedici ifadəsində xx.xx.2023-cü il tarixdə təxminən saat 00 radələrində o, qonşusu Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə zəng edərək Bərdə şəhəri, Yavər İnşaat adlı mağazanın yaxınlığında olduğunu və taksi ilə gələrək onu oradan götürməsini xahiş etdiyini, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 tanımadığı taksi ilə gələrək onu oradan götürüb birlikdə yaşadığı binanın qarşısına getdiklərini, binanın qarşısında Təqsirləndirilən şəxs1la söhbət zamanı sonuncuya H.Əliyev prospektində narkotik vasitə qoyulacağını, amma həmin narkotik vasitəni götürməyə qorxduğunu dediyini, Təqsirləndirilən şəxs1 isə ona narahat olmamasını, birlikdə həmin yerə getməyini və narkotik vasitəni özünün götürəcəyini dediyini, daha sonra sonuncu ilə birlikdə yenidən başqa bir taksi ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Statistika İdarəsinin yaxınlığına getdiklərini, orada Təqsirləndirilən şəxs1 narkotik vasitənin olduğu yeri göstərərək, birlikdə setka qapıdan həyətyanı sahəyə daxil olub bir neçə addım irəlilədikdən sonra özünün geri küçəyə qayıdaraq çıxdığını, həmin vaxtı bir neçə nəfər şəxsin onun dayandığı istiqamətdə gəldiyini görüb oradan Bərdə şəhəri, Nüşabə küçəsi istiqamətində qaçdığını, ona görə də içərisində narkotik vasitələr olan idman çantasını Təqsirləndirilən şəxs1 həyətdən götürdüyünü göstərmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 387 nömrəli və xx.xx.2023-cü il tarixli, 394 nömrəli məhkəmə-tibb ekspertizasının rəylərinə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin iti kənara malik alətin (alətlər) ola bilsin ki, bıçaq təsirindən törəndiyi və həmin xəsarətlərin törənmə müddətinin qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəldiyi ös təsdiqini tapmışdır. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 388 nömrəli məhkəmətibb ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətin küt əşyanın (əşyaların) təsirindən törəndiyi və həmin xəsarətin törənmə müddətinin qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəldiyi də ös təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 polis əməkdaşı Zərərçəkmiş şəxs1 onun arxasınca tapançadan 7-8 dəfə atəş açdığını və güllələrdən 3-4-nün başına dəydiyini göstərsə də, xx.xx.2023-cü il tarixli, 392 nömrəli məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 baş nahiyəsində güllə yarasının olması öz təsdiqini tapmamışdır. Habelə xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış zamanı hadisə yerindən 3 (üç) ədəd “Makarov” (“PM”) konstruksiyalı, “ВГ 3971” №-li tapançaya aid gilizlər aşkar edilərək götürülmüşdür. Hətta iş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə vaxtı istifadə etdiyi “Makarov” (“PM”) konstruksiyalı, “ВГ 3971” №-li tapançasının sandıqçasında 05 (beş) ədəd patron qalmış və həmin patronlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Eləcə də iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorluğunun icraatında olmuş 96 C-23 nömrəli ilkin yoxlama materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/998; 3/999 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd sandıqça “Makarov” (“PM”) konstruksiyalı yivli tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patron tutumuna malikdir. Tədqiqata təqdim edilmiş “Makarov” (“PM”) konstruksiyalı, “ВГ 3971” №-li tapançanın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, sonuncu təmizləmədən sonra həmin silahdan atəş(lər) açılmışdır. Müvafiq metodika olmadığından atəşin vaxtını və sayını müəyyən etmək mümkün deyil. Həmçinin iş materiallarında olan Bərdə rayon prokurorunun köməkçisi X14 qəbul etdiyi xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, Bərdə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət başında yaxalanması üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 xidməti silahdan 03 (üç) dəfə atəş açmaqla Təqsirləndirilən şəxs2 sağlamlığına zərər vurması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılaraq toplanmış materialda hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin nə də ki müdafiəçisinin Bərdə rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Ümumiyyətlə Təqsirləndirilən şəxs2 müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında onlara elan edilmiş ittihamla özlərini təqsirli bilməyərək ifadələrində polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldıqlarını göstərsələr də iş materiallarında, xüsusilə də onların ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdikləri ilkin izahatlarında, həmin tarixdə şübhəli şəxs qismində verdikləri ilkin ifadələrində, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özlərini qismən təqsirli bilməklə verdikləri etirafedici ifadələrində, həmçinin şəxsi axtarış, şübhəli şəxsin dindirilməsi və üzləşdirmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, eləcə də barələrində tərtib olunmuş tibbi sənədlərdə və “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarlarında Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 fiziki və ya psixi zorakılığa məruz qalmaları xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs1 müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, heç kimin üzərinə narkotik vasitə və soyuq silah hesab edilən bıçaq qoymadığını, bıçaqla içərisində narkotik vasitələr olan çantanı ona Təqsirləndirilən şəxs2 verdiyini göstərmişdir. Eləcə də Təqsirləndirilən şəxs2 şəxsi axtarış istintaq hərəkətlərinə dair videoçəkilişdə müdafiəçisinin iştirakı ilə verilmiş suallara qəti olaraq cavab verib hadisə vaxtı üzərində olan bıçaqla özüözünə boyun nahiyəsindən xəsarət yetirdiyini, sağ ayağında, hər iki əllərində və barmaqlarında olan xəsarətləri isə polislərin ona daş atan zaman yerə yıxılarkən aldığını, lakin konkret olaraq ona daş atan polislərin adlarını bilmədiyini göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X16 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmalarına dair iddiaları öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri ifadələrində göstərdikləri xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalmaları, o cümlədən iddia etdikləri digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 verdikləri ifadələrini yoxlayaraq, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyri-səmimi olmalarını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiklərini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatlarını, həmin tarixdə şübhəli şəxs qismində verdikləri ilkin ifadələrini, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özlərini qismən təqsirli bilməklə verdikləri etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi və üzləşdirmə istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdikləri ilkin izahatları, həmin tarixdə şübhəli şəxs qismində verdikləri ilkin ifadələri, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özlərini qismən təqsirli bilməklə verdikləri etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələrin, o cümlədən Təqsirləndirilən şəxs1 aşkar edilmiş soyuq silahın qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarın tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və marixuana narkotik vasitə hesab olunur; heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/589 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 410 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil etsə də, heroinin ümumi təmiz çəkisi 5050 qram olmaqla külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanusuz olaraq narkotik vasitələri əldə etmə və saxlama kimi hərəkətləri həyata keçirmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək və cinayətkar niyyətlərini həyata keçirmək üçün sonuncu ilə aralarında razılıq əldə olunduqdan sonra Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Bərdə rayon Statistika İdarəsi deyilən əraziyə gedib istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq narkotik vasitə olan heroin və qurudulmuş marixuana əldə edərək saxlamışlar. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/590 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçaq soyuq silah hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələrin iki növdə olması, yəni heroinlə qurudulmuş marixuana əldə etmələri, heroinin ümumi təmiz çəkisinin külli miqdar təşkil etməklə şəxsi istehlak miqdarından dəfələrcə artıq olması (5050 : 0,15 = 33666,6), heroinin çəkilib 03 ədəd bağlamaya bükülməsi, hər bir bağlamanın içərisində olan heroinlərin ayrı-ayrılıqda ümumi təmiz çəkisinin belə külli miqdar təşkil etməsi, qeyd edilən heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olması, eləcə də Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 heroin və marixuana əldə etmələrinə baxmayaraq, onların narkotik vasitə olan heroindən, o cümlədən narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməmələri faktları Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib saxladıqları külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etmələrini tam olaraq sübuta yetirir. Bundan başqa, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 ilə barışdıqlarını və sonuncudan şikayət və tələblərinin olmadığını göstərmişlər. Bununla belə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşlarına xəsarət yetirmədiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2011-ci il 15 iyul tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin dörd şərtini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətmiş; - təqsirləndirilən şəxs zərər çəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərər çəkmişlə barışmış olmalıdır. Göstərilən şərtlərin dördü də mövcud olduqda təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilmiş Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunması başlıca şərtlərdən biri onun zərərçəkmiş şəxslə barışmış olması, ikinci şərt isə onun zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsində göstərilmişdir ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Bununla belə, hazırki iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmamış, sonunculara dəymiş ziyanı ödəməmiş və ümumiyyətlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 315-ci maddələri ilə elan edilmiş ittihamı qəbul etməmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs2lə barışması və sonuncudan şikayət və tələbinin olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən deyil, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, o cümlədən Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə tərkibi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2lə barışmasını və sonuncudan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsini Cinayət Məcəlləsinin 61.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində, digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri, digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o ittiham olunduğu əməlləri 06 iyun 2023-cü il tarixdə törətmişdir. Göründüyü kimi az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2022-ci il tarixdən 02 (iki) il keçməmiş və məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməlləri törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halların olmasını, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddəllərinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti onlara təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətlərinin başlanğıcı onların tutulduğu vaxtdan, yəni 06 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi isə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 55 (əlli beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 üçün ayrı-ayrılıqda 330 (üç yüz otuz) manat pul onların vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5049,7 qram narkotik vasitə olan heroin və 409,9 qram qurudulmuş marixuana, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd bıçaq, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd bıçaq və Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs2 cinayət hadisəsi zamanı istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilməli, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 götürülmüş “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 1006 manat məbləğində pul və Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, hadisə yerinə baxış, üzləşdirmə, o cümlədən digər istintaq hərəkətlərinə dair, həmçinin telefon danışıqlarına dair özündə məlumatları əks etdirən cəmi 08 (səkkiz) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1430 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməlidir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1431 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 234.4.1, 234.4.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 üçün ayrıayrılıqda 330 (üç yüz otuz) manat pul onların vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5049,7 qram narkotik vasitə olan heroin və 409,9 qram qurudulmuş marixuana, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd bıçaq, şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 01 (bir) ədəd bıçaq və Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs2 cinayət hadisəsi zamanı istifadə etdiyi 01 (bir) ədəd bıçaq məhv edilsin. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 götürülmüş “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 götürülmüş 1006 manat məbləğində pul və Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, hadisə yerinə baxış, üzləşdirmə, o cümlədən digər istintaq hərəkətlərinə dair, həmçinin telefon danışıqlarına dair özündə məlumatları əks etdirən cəmi 08 (səkkiz) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar