Məhkəmə qərarları › İş №1(100)-191/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-191/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-191/2025 03.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, müdafiəçilər – Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1992-ci ildə Bərdə rayonu, Mehdili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla tutulanadək həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla, tutulanadək həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - XXX Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 həmkəndlisi və əmisi oğlanları olan xx.xx.1993-cü il təvəllüdlü XXX Təqsirləndirilən şəxs2 və xx.xx.2000-ci il təvəllüdlü Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmkəndlisi Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəldikdən sonra 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu, Mehdili kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarışısında iradəsinə zidd olaraq XXX Təqsirləndirilən şəxs2 qayınatası X6 məxsus VAZ 2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsinə əyləşdirib avtomobilin sol arxa hissəsində Təqsirləndirilən şəxs2, sağ hissədə Zərərçəkmiş şəxs, onların aralıq hissəsində o olmaqla, avtomobili isə Şahid1 idarə etməklə Zərərçəkmiş şəxs Ağdam rayonu Quzanlı kəndinə apararkən Bərdə rayonu Qaradəmitrçi kəndi ərazisində Şahid1 Zərərçəkmiş şəxs avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görüb cinayəti başa çatdırmaq imkanınına malik olduğunu dərk edərək cinayət törətməkdən könüllü olaraq imtina edərək idarə etdiyi həmin avtomobili saxlayıb düşdükdən sonra XXX Təqsirləndirilən şəxs2 avtomobilin sükan arxasına keçərək onunla birlikdə Zərərçəkmiş şəxs faktiki olduğu yerdən qanunsuz olaraq Ağdam rayonu Quzanlı kəndinə, tanışı Şahid2 yaşadığı fərdi yaşayış evinə aparıb orada saxlamaqla adam oğurluğu cinayətini törətmişdir. XXX Təqsirləndirilən şəxs2 həmkəndlisi və əmisi oğlanları olan xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2000-ci il təvəllüdlü Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmkəndlisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə evləndirmək məqsədilə oğurlamaq qərarına gəldikdən sonra 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu, Mehdili kəndində Zərərçəkmiş şəxs yaşadığı evin qarışısında iradəsinə zidd olaraq qayınatası X6 məxsus VAZ 2107 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsinə əyləşdirib avtomobilin sol arxa hissəsində özü, sağ hissədə Zərərçəkmiş şəxs, onların aralıq hissəsində Təqsirləndirilən şəxs1 olmaqla, avtomobili isə Şahid1 idarə etməklə Zərərçəkmiş şəxs Ağdam rayonu, Quzanlı qəsəbəsinə apararkən Bərdə rayonu, Qaradəmitrçi kəndi ərazisində Şahid1 Zərərçəkmiş şəxs avtomobilin salon hissəsində qışqırıb etiraz etməsini görüb cinayəti başa çatdırmaq imkanınına malik olduğunu dərk edərək cinayət törətməkdən könüllü olaraq imtina edərək idarə etdiyi həmin avtomobili saxlayıb düşdükdən sonra özü avtomobilin sükan arxasına keçərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs faktiki olduğu yerdən qanunsuz olaraq Ağdam rayonu, Quzanlı qəsəbəsinə, Təqsirləndirilən şəxs1 tanışı Şahid2 yaşadığı fərdi yaşayış evinə aparıb orada saxlamaqla adam oğurluğu cinayətini törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə 1 il əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs həmkəndlisi olmuş və şəhər məktəbində müəllimə kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs ilə təxminən 7 il müddətində münasibətləri olmuş və sözügedən müddət ərzində mobil telefon vasitəsi ilə danışmışlar. O, münasibətlərinin daha da ciddiləşməsi üçün Bəturənin ailəsinə sonuncu ilə evlənmək istədiyini bildirərək söz göndərsə də, Zərərçəkmiş şəxs ailəsi narazılıqlarını bildirmişlər. O, Bəturənin ailəsinin onların evlənməyinə narazılıq etdiyini bildikdən sonra Bəturə ilə danışaraq birlikdə qoşulub qaçmaq qərarına gəlmişlər. Bundan sonra Zərərçəkmiş şəxs ilə plan qurmuşlar və Bəturə ’’Mən avtobusa minməyəcəm, mənim qolumdan tut, elə bilsinlər ki, məni zorla qaçırdırsan və ailəm öz istəyimlə qaçdığımı bilməsin” deyə ona bildirmişdir. O, Zərərçəkmiş şəxs evlənmək məqsədilə və Bəturənin razılığı ilə qaçırmış, sadəcə olaraq Bəturə ondan zorla qaçırılmağı görüntüsü yaratmasını istəmişdir. Daha sonra maşını olmadığı üçün əmisioğlu Təqsirləndirilən şəxs2 avtomobili ilə getməyi fikirləşmiş, eyni zamanda avtomobilin onun adına olduğu üçün birlikdə getmək üçün müraciət etmişdir. Zərərçəkmiş şəxs ilə onun yanına avtomobillə gələcəkləri və Bəturənin yanına çatdıqda avtomobilə onu əyləşdirərək aparacaqları barədə razılaşmışlar. Bundan sonra əmisi oğlanları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə getmişlər və razılaşdıqları kimi Bəturəni avtomobilə əyləşdirərək aparmışlar. Əmisioğlu Şahid1 əvvəl də məhkumluğu olduğunu fikirləşərək qorxmuş və onlarla birlikdə getməkdən imtina etdiyi üçün yolun yarı hissəsində onu avtomobildən endirmişlər. Bundan sonra qurduqları plana uyğun olaraq Zərərçəkmiş şəxs maşına əyləşdirib, hərəkət etməyə başlamışlar. Kəndi çıxdıqdan sonra əmisioğlu Şahid1 avtomobildən enmiş və onlar Ağdam rayonunda dostu Vasifin evinə getmişlər. Evə çatdıqda, Vasif narazılıq etdiyi üçün oradan çıxıb, Tərtər rayonunda yaşayan qohumlarının evinə getmişlər. Bundan sonra Tərtər rayonunda polis tərəfindən saxlanmışlar. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Ağdamda olan dostunun evinə getməmişdən qabaq ona məlumat verməmiş, həmin vaxt Zərərçəkmiş şəxs narazılığı olmamış, lakin ev sahibi işə getdiyi üçün, evdə heç kimin olmayacağını bildirərək narazılıq etmişdir. Şahid1 avtomobili gətirmiş və həmin avtomobil Təqsirləndirilən şəxs2 qayınatasının olsada, Təqsirləndirilən şəxs2 adına olmuşdur. Əmisi onun Bəturəni qaçıracağı və Bəturənin razı olduğunu bilmiş, lakin Şahid1 onlarla getməsinə narazı olmuşdur. Zərərçəkmiş şəxs avtomobilə əyləşdirdikləri yerin yaxınlığında market olmuş və orada tanımadığı şəxslər olsada, həmin şəxslər onları görmüş, lakin heç bir reaksiya verməmişlər. O Zərərçəkmiş şəxs qolundan tutaraq avtomobilə əyləşdirmişdir. Zərərçəkmiş şəxs ilə adətən “instagram” mobil tətbiqi vasitəsilə də danışmış, onunla işdən çıxdıqdan sonra söhbətləşmiş, lakin Bəturənin onunla birlikdə qoşulub qaçmağa razı olmasına dair hər hansı yazışma mövcud olmamış, bu mövzuda söhbətləri ancaq üz-üzə olan zaman danışmışlar. O, Bəturənin onunla birlikdə qaçmağa razı olmasına dair videonu öz dostuna, dostu isə əmisinə göndərmişdir. Zərərçəkmiş şəxs birlikdə qaçmaqa razı olması barədə ərizə yazmış, həmçinin videoda da qeyd etmişdir. Onlar arasında Zərərçəkmiş şəxs qaçırtdıqdan sonra yaxın münasibətləri olmamış, Bəturəni evlənmək məqsədilə qaçırmışdır. Təqsirləndirilən şəxs2 Bəturə ilə danışdığını və Bəturənin də onunla birlikdə qaçmasına razı olduğunu demişdir. İstintaq zamanı ona şöbədə təzyiq olunmuş, “həbs” qətimkan tədbiri ilə bağlı məhkəməyə çıxan vaxt ona polis əməkdaşları tərəfindən fiziki təzyiq olunduğunu bildirməmişdir. Tərtər rayonunda olan vaxt Zərərçəkmiş şəxs ondan şikayət etmək ehtimalını nəzərə alıb, sözügedən videonu çəkmişdir. Ona olunan fiziki təzyiqlərdən sonra bədən səthində xəsarətlər olmuşdur. Onları saxlayan zaman fiziki təzyiq göstərən polis əməkdaşlarının sayı təxminən 14-15 nəfər olmuşdur. Bəturə ilə hadisə baş verən gün danışmasada, hadisədən bir gün əvvəl birlikdə qaçmaq barədə danışmışlar. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Bərdə rayonu Mehdili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, həmkəndlisi Zərərçəkmiş şəxs təxminən 8 ildir ki, görüb bəyənmiş, Bəturəni həmin vaxtdan sevdiyini, bir neçə dəfə sonuncunun özünə də demişdir. Hətta bir ara ikisi sevgili kimi danışımış, lakin sonralar Bəturə ona, anası Nigarın onların gələcəkdə ailə qurmaqlarına qarşı olduğunu bildirmiş, Bəturənin qardaşı və digər yaxın qohumları da, onun Bəturəni sevdiyini bilsələr də, onların birlikdə olmaqlarına razı olmamışlar. O, bir neçə ay bundan əvvələ kimi Bəturə ilə mütəmadi olaraq mobil telefon əlaqəsi saxlamış, lakin sonuncu danışıqdan sonra Bəturə ondan ayrılmaq istədiyini, onların axırının olmadığını dedikdə, sonuncuya bir söz deməmiş, lakin digər vaxtlar Bəturəyə zəng edib onu nə vaxtsa qaçıracağını bildirmişdir. Sonuncu dəfə, təxminən 2023-cü ilin dekabr ayının ortalarında, Bəturəni qaçıracağı ilə bağlı əmisi Xəqaniyə demiş, Xəqani isə buna etiraz edərək, onu fikrindən daşınmağa çalışmışdır. Lakin Bəturəni sevdiyi üçün sonuncunu qaçırmaq fikrindən əl çəkə bilməmiş, 11 yanvar 2024-cü il tarixdə, əmisi oğlanları Şahid1 və XXX Təqsirləndirilən şəxs2 Bəturəni qaçırmaq istədiyini deyib köməklik istəmişdir. Rəhim Bəturənin dayısı oğlu Gündüz ilə göbəkkəstisi olduğunu deyib qızın razı olub-olmadığını soruşduqda, Bəturənin dayısı oğlu Gündüzü deyil onu istədiyini dedikdə, əmisi oğlanları onunla razılaşmış, növbəti gün, yəni 12 yanvar 2024-cü il tarixdə, saat 13 rədələrində danışıqlarına əsasən Təqsirləndirilən şəxs2 və Rəhim ilə kənd poçtunun yanında görüşmüş, sonra üçü Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə minib, oradan Bəturəgilin evinə tərəf hərəkət etmişlər. Həmkəndlisi Ruslanın kiçik mağazasının qarşısında olarkən, Təqsirləndirilən şəxs2 avtomobili saxlamış, çünki o və Təqsirləndirilən şəxs2 Rəhimə, kənddən Bərdə şəhərinə gedən mikroavtobusa minəcəklərini, Bəturənin həmin mikroavtobusa minib dərsə getmək istəyərkən avtomobilə oturdacaqlarını demiş, o və Təqsirləndirilən şəxs2 avtomobildən aşağı düşmüşlər. Bundan sonra mikroavtobusa minmiş, Rəhim də Təqsirləndirilən şəxs2 məxsus avtomobili mikroavtobusun axrasınca sürmüş, həmin mikroavtobus Bəturəgilin evinin yaxınlığına çatdıqda, Bəturənin mirkoavtobusa tərəf gəldiyini görmüş, həmin mikroavtobus saxlamış, o və Təqsirləndirilən şəxs2 Rəhimin idarə etdiyi avtomobilin həmin mikroavtobusun yanında saxladığını görüb tez aşağı düşmüşlər. Bəturə həmin vaxt mikroavtobusun arxasınca gəlmiş, onlar Bəturə ilə üz-üzə gəlib sonuncuya yaxınlaşmış, Rəhimin idarə etdiyi avtomobilin sürücü tərəfdən arxa qapısını açıb Təqsirləndirilən şəxs2 ilə birlikdə Bəturənin qolundan və belindən tutub avtomobilə itələdikdə sonuncu qışqırmağa başlamışdır. O, birtəhər Bəturəyə güc gələrək arxa oturacaqda oturtdurduqdan sonra, özü də sonuncunun yanında, yəni arxa oturacağın orta hissəsində oturmuş, Təqsirləndirilən şəxs2 onun sol tərəfində arxada oturduqdan sonra Rəhim avtomobili sürüb oradan birlikdə uzaqlaşmışlar. Bəturə bir qədər qışqırdıqdan sonra sakitləşmiş, sonra ağlamağa başlamış, Bərdə rayonu, Qaradəmirçi kəndində Rəhim onlarla getməyəcəyini deyərək atasının ona əsəbləşəcəyini bildirərək aşağı düşmüş, o, Bəturədən aldığı mobil telefonu Rəhimə vermiş, həmin telefonu özü ilə aparmasını istəmişdir. Rəhim telefonu ondan alıb piyada geri qayıtmış, Təqsirləndirilən şəxs2 sükan arxasına keçmiş, sonra o, Təqsirləndirilən şəxs2 avtomobili Ağdam rayonu, Quzanlı qəsəbəsinə sürməsini xahiş etmiş, onlar üçü Ağdam rayonu, Quzanlı qəsəbəsinə getmişlər. Orada, dostu Vasifə mobil telefon ilə zəng etmiş, Vasifi iş yerindən tanımış, yaxşı münasibəti olmuşdur. Vasifə qız qaçırtdığını deyib onlara gəlmək istədiyini bildirmiş, Vasif evdə olmasa da, evə getməklərini, evdə yaşlı anasının olduğunu, özünün də bir qədər sonra evə gələcəyini demiş, onlar birlikdə Vasifgilə getmişdir. Təqsirləndirilən şəxs2 avtomobili həmin evin həyətinə salmış, onları Vasifin adını bilmədiyi anası qarşılamışdır. Bəturə içəri keçmiş, o və Təqsirləndirilən şəxs2 isə çöldə qalıb Vasifin gəlməsini gözləmiş, Vasif həmin yerə gələrək onlarla görüşdükdən sonra qızın öz razılığı olub-olmadığını soruşmuşdur. O, Vasifə yalandan iki ildir ki, birbirilərini sevdiklərini demiş, sonra içəri keçmişlər. Vasif Bəturəni sorğu-sual etməyə başlamış, Vasif Bəturədən könüllü gəlib-gəlmədiyini soruşduqda sonuncu könüllü gəlmədiyini, zorla qaçırıldığını demiş, Vasif onların orada qalmaqlarının doğru olmadığını bildirmiş, Vasif Bəturəyə ağlamamasını, sonuncunu evlərinə aparıb valideynlərinə təhvil verəcəyini dedikdə o, bundan narahat olmuş, bu səbəbdən çölə çıxıb Vasifdən onların gəldikləri avtomobilin axtarıldığı üçün sonuncunun avtomobili ilə getməyi və Tərtər rayonu, Ağkənd kəndinə gedib orada yaşayan dayısını ağsaqqal kimi götürdükdən sonra öz kəndlərinə qayıtmağı xahiş etmiş, əslində isə belə bir fikri olmamış, çünki Bəturəni sevmiş, sonuncunu ailəsinə qaytarmaq istəməmişdir. Vasif onun dediklərinə inanmış, içəri keçib onlara avtomobilində nasazlıq olduğunu, düzəldib geri qayıdacağını demiş və özünə məxsus “Mercedes Benz” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə çıxıb getmişdir. Vasif getdikdən sonra Təqsirləndirilən şəxs2 ondan bu qədər şeydən sonra qızı qaytaracağını soruşduqda, o Vasifə yalan dediyini bildirmiş, onlar bir neçə saat çöldə gəzişib arabir içəri keçərək Vasifin gəlməsini gözləmiş, arabir Vasiflə telefonda da danışmışdır. Həmin gün saat 19 radələrində Vasif gəlib evə çıxmış, sonra Bəturəyə sonuncunu evlərinə aparacağını demiş, Bəturə Vasifin avtomobilinə minmiş, o və Bəturə arxada, Təqsirləndirilən şəxs2 isə ön sağ sərnişin oturacağında oturmuşdur. Yolda olarkən Vasif Bəturəyə əvvəlcə Tərtər rayonuna gedib oradan ağsaqqal götürdükdən sonra sonuncunu evlərinə aparıb təhvil verəcəyini demiş, o, yolda olarkən qohumu Sadıqa zəng edib onlara gələcəyini deyərək qız qaçırtdığını bildirmişdir. Onlar Tərtər rayonu, Ağkənd kəndində yerləşən qohumu Sadıqgilin evinə çatmış, orada onları Sadıq və arvadı Samirə qarşılamış, oraya çatdıqdan sonra Vasifə yalandan narahat olmamasını, valideynlərinin Bəturəgilə şəhid anasını minnətçi göndərdiklərini, onların ailəsindən razılıq aldıqdan sonra dayısı ilə birlikdə qızı aparacağını dedikdə Vasif buna inanmışdır. Sonra Vasif işi olduğu üçün getməli olduğunu bildirib ona da bu məsələni tez həll etməsini tapşıraraq sağollaşıb getmiş, onlar orada Bəturəyə bu işi yoluna qoyacaqlarını deyib sonuncunu sakitləşdirmişlər. X23 öz otağına aparmış, orada Sadıqın qardaşı oğlu Pəhlivan da olmuş, onlar həmin gecəni orada qalmışlar. Onlar Sadıqgildə olan zaman Bəturəyə polislərin onları axtardığını deyib polisə gedərkən nə deyəcəyini soruşduqda sonuncu ona polisə gedərkən könüllü gəldiyini, heç bir şikayətinin olmayacağını deyəcəyini bildirmiş, Bəturəyə inanmış, sonra Bəturə ərizə yazmış, həm də telefonda videoqeyd apararaq ondan heç bir şikayətinin olmadığını, könüllü olaraq ona qoşulub qaçdığını demişdir. Növbəti gün, yəni 13 yanvar 2024-cü il tarixdə Vasiflə qohumu Sadıqa məxsus mobil telefon ilə əlaqə saxlamış, Vasifə narahat olmamasını, Bəturənin şikayətinin olmaması barədə ərizə verdiyini, bunu da videoya çəkib atasıgilə göndərdiyini demiş, Vasif də ona xeyir-dua vermiş, bir gecə də Sadıqgildə qaldıqdan sonra növbəti gün, yəni 14 yanvar 2024-cü il tarixdə səhər saatlarında, Təqsirləndirilən şəxs2 ona çıxıb getmək istədiyini demiş, sonuncunun qorxduğunu görüb etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs2 Sadıqgildən çıxıb getmiş, Təqsirləndirilən şəxs2 haraya getdiyini bilməmiş, günortaya yaxın Vasif Sadıqın mobil telefonuna zəng etmiş, ondan nə etdiyini soruşub hazırda harada olduğunu, Bəturənin nə etdiyini soruşduqda Vasifə narahat olmamasını, hələ də Sadıqgildə olduğunu, Bəturənin qartopu oynadığını deyərək sağollaşmışdır. Lakin Vasifin danışığından şübhələndiyi üçün polis əməkdaşlarının yerlərini öyrənə biləcəklərindən qorxmuş, Sadıqdan onları başqa evə aparmasını istədikdə orada olan Sadıqın qardaşı İlhamın oğlu Pəhlivan onu və Bəturəni köhnə avtomobili ilə yaxınlıqda yerləşən öz evinə aparmış, həmin evdə Pəhlivanın arvadı Əfsanə olmuş, Pəhlivan isə evdən çıxıb getmişdir. Əfsanə onlara mətbəxdə çay vermiş, hətta İlhamın arvadı Zülfiyyə də orada olmuş, sonra onlar həyətdə işi olduğunu deyib evdən çıxmış, təxminən 15 dəqiqə orada qaldıqdan sonra çöldən səs eşitmiş, kimin gəldiyini görmək üçün qonaq otağından qapı açılan yataq otağına keçib pəncərəni açdıqda qarşısında polis əməkdaşı olduğunu deyən mülki geyimli bir şəxs olduğunu görmüşdür. Hətta həmin şəxsin polis əməkdaşı olub-olmadığını yenidən soruşduqda, sonuncu onu inandırmaq üçün and içmiş, sonra qapını açmış, polislər içəri keçib onları avtomobillərə oturtmuş, sonra da Bərdə RPŞ-nə gətirmişlər. Tutduğu əməldən peşmandır. Bəturənin onun tərəfindən Pəhlivangilin evində zorlama hadisəsi ilə bağlı dedikləri tamamilə yalandır, o, Bəturəni onunla cinsi əlaqəyə zorlamamış, nə də Bəturə ilə xoşluqla da olsa, cinsi əlaqədə olmamışdır. Bəturənin dedikləri yalan və şər-böhtandır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş XXX Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisioğlu Miraslanla həmkəndliləri olan Zərərçəkmiş şəxs bir-birlərini istəmişlər. Miraslan ona Bəturənin ailəsinin onların evlənməyinə razı olmadıqlarını, Bəturəni istəmədiyi qohumları ilə evləndirmək istədiyini bildirmişdir. Həmçinin Miraslan ona Bəturəni qaçırmaq istədiyini və Bəturənin də buna razı olduğunu bildirmişdir. Miraslan Bəturəni qaçırmaq üçün avtomobil olmadığından kömək etməsini bildirmişdir. O, qaynatasına məxsus olan, lakin sözügedən avtomobili idarə etmək üçün etibarnaməsi olan avtomobili götürmək üçün digər əmisioğlu Şahid1 zəng etmişdir. Qaynına isə özü avtomobil təmiri ilə məşğul olduğu üçün avtomobili təmir edəcəyini bildirmişdir. Əmisioğlu Rəhim isə ondan “avtomobili neynirsən?” deyə soruşduqda, Miraslana qız qaçıracaqlarını bildirmişdir. Daha sonra Rəhim avtomobili gətirmiş və onlar Bəturəni evlərinin yaxınlığında olan bulağın yanında görmüş və Miraslan avtomobildən enərək, Bəturənin qolundan tutub qızı maşına əyləşdirmiş, o, avtomobilin qabaq sərnişin oturacaq yerində əyləşmiş, Şahid1 isə avtomobili idarə etmişdir. Onlar birlikdə hərəkət edərək kəndi keçdikdən sonra, Şahid1 “mən qorxuram, mən getmirəm, atam məni öldürər” deyə bildirib maşından enib qayıtmışdır. Rəhim avtomobildən endikdən sonra Miraslan Zərərçəkmiş şəxs telefonunu da onların olduğu yerin bilinməməsi üçün Şahid1 vermişdir. Daha sonra avtomobili o idarə etmiş və onlar Miraslanın dostu Vasifin Ağdam rayonunda yerləşən evinə getmişlər. Vasif yükdaşıyan avtomobil idarə etdiyi üçün həmin gün işdə olacağını və evdə olmayacağını bildirdikən sonra, Miraslan Tərtər rayonunda yaşayan qohumugilin evinə gedəcəklərini bildirmişdir. Onlar Tərtər rayonuna getmiş və qohumlarıgildə həmin gün qaldıqdan sonra, səhər yuxudan oyanan vaxt Zərərçəkmiş şəxs ərizə yazdığını və razılığı ilə bağlı videogörüntü qeydə aldığını bilmişdir. Zərərçəkmiş şəxs ərizəsində Miraslana öz istəyi ilə gəldiyini qeyd etmişdir. Bundan sonra o, münasibətlərin yaxşı olduğunu görmüş və çıxıb getmişdir. Onun sonradan olanlar barədə isə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq göstərmişdir ki, avtomobili idarə etmək üçün etibarnamə onun adına olmuşdur. Şahid1 isə qaynının həyətindən götürərək onun yanına gətirmişdir və Rəhimin də qız qaçıracaqlarından məlumatı olmuşdur. Onun avtomobili idarə etmək üçün etibarnaməsi olduğundan onun yanında oturacağını, Şahid1 isə avtomobili idarə edə biləcəyini ehtimal etmişdir. Onlar sadəcə kənar müdaxilə olunmaması üçün birlikdə getmişlər. Avtomobili hərəkət etdirdikdən sonra Zərərçəkmiş şəxs avtomobilin yanına çatdıqda Miraslan avtomobildən enərək, Bəturənin qolundan tutub avtomobilə əyləşdirmişdir. Şahid1, Miraslanın Zərərçəkmiş şəxs avtomobilə əyləşdirən vaxt avtomobildən enməmiş, avtomobildə gözləmişdir. Şahid1 Bəturəyə yaxın olmamış, kənarda dayanmışdır. Miraslan Bəturəni avtomobilə əyləşdirən vaxt o müdaxilə etməmişdir. Avtomobili hərəkət etdirib, kəndi keçdikdən sonra Rəhim getməkdən imtina edib qayıtmış, o, isə avtomobili idarə etmişdir. Onun üzərində mobil telefon olmamış və Bəturənin telefonunu Rəhimə verən zaman telefon açıq olmuşdur. Rəhimin üzərində isə mobil telefon olub-olmadığını xatırlamamışdır. Miraslan Zərərçəkmiş şəxs avtomobilə əyləşdirən zaman heç bir səs-küy salmamış və normal qaydada onlar avtomobili hərəkət etdirmişlər. Onun Zərərçəkmiş şəxs şikayətçi olmasından məlumatı olmamışdır. O, Miraslanın polis əməkdaşları tərəfindən saxlanıldığını bildikdən sonra könüllü şəkildə polis şöbəsinə gedərək təslim olmuşdur. Zərərçəkmiş şəxs ərizə yazan vaxt ona heç bir təzyiq olunmamış, könüllü qaydada yazmışdır. Zərərçəkmiş şəxs Miraslanla avtomobilin arxa sərnişin oturacağında əyləşmiş və heç bir narazılığı olmamışdır. İlk öncə avtomobilin ön sərnişin oturacağında əyləşmiş və Rəhim getdikdən sonra isə avtomobili idarə etmişdir. İstintaq zamanı ona fiziki olaraq təzyiq olmuş, istintaq bölməsinin müstəntiqi X28 RPŞ-nin MYS-ə gəlmiş və onu otağa çağırmışlar, otağa daxil zaman isə Kamran onun sinəsinə yumruqla vurmuş və ona yazdıqlarına imza etməsini bildirmişdir. Ona MSY-də də təzyiq göstərmişlər və Qurban adlı şəxs onu şillə ilə vurmuşdur. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, XXX Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan yeni ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamış, əmisi oğulları Təqsirləndirilən şəxs1 və Şahid1 ilə arasında yaxşı münasibət olmuş, həmkəndlisi X12 və sonuncunun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 11 yanvar 2024-cü il tarixdə axşam saatlarında əmisi oğulları Miraslan və Rəhim ilə görüşmüş, Miraslan söhbət əsnasında Bǝturəni qaçırdacağını deyib onlardan kömək istədikdə Rəhim Miraslana Bǝturǝnin dayısoğlu ilə göbəkkəstisi olduğunu bildirmişdir. Miraslan isə Bəturǝ ilə bir-birilərini sevdiklərini, Bəturənin dayısı oğlu Cümşüdü istəmədiyini və qaçmağa razı olduğunu dedikdə onlar da köməklik edəcəklərinə söz vermişlər. Növbəti gün, yəni 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində onlar üçü kənd poçtunun yaxınlığında görüşmüş, həmin yerə idarə etdiyi VAZ 2107 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmiş, sonra danışdıqları kimi avtomobili Rəhim idarə etməli olmuşdur. Ona görə də Rəhim ona məxsus avtomobilin sükan arxasına keçmiş, sonra üçü həmin avtomobilə minib oradan Bǝturǝgilin evinə tərəf hərəkət etmiş, həmkəndlisi Ruslanın kiçik mağazasının qarşısında olarkən Rəhim avtomobili saxlamışdır. Çünki o və Miraslan, kənddən Bərdə şəhərinə gedən mikroavtobusa minməli olmuşlar. Rəhim avtomobili saxladıqdan sonra ikisi də həmin mikroavtobusa minmiş, Rəhim də həmin mikroavtobusun arxasınca avtomobili idarə etməyə başlamış, həmin mikroavtobus Baturǝgilin evinin yaxınlığına çatdıqda Bǝturǝnin mirkoavtobusa tǝrǝf gəldiyini görmüş, həmin mikroavtobus saxladıqda Rəhim də avtomobili həmin mikroavtobusun yaxınlığına sürüb gəlmiş, o və Miraslan aşağı düşüb Bǝturǝyǝ tərəf gedərək üz-üzə gəlib sonuncuya yaxınlaşmışlar. Miraslan Rəhimin idarə etdiyi avtomobilin sürücü tərəfdən arxa qapısını açmış, o və Miraslan birlikdə Bəturənin qolundan və belindən tutub avtomobilə itələmiş, Bəturə qışqırmağa başlamış, Miraslan birtəhər Bəturəyə güc gəlib arxa oturacaqda oturtdurduqdan sonra özü də sonuncunun yanında, arxa oturacağın sol hissəsində oturmuş, Rəhim isə avtomobili sürdükdən sonra oradan uzaqlaşmışlar. Bəturə bir qədər qışqırdıqdan sonra sakitləşmiş, sonra ağlamağa başlamış, Bərdə rayonu, Qaradəmirçi kəndində Rəhim onlarla getməyəcəyini deyib atasının əsəbləşəcəyini bildirmiş, Rəhim avtomobili saxlayıb aşağı düşmüş, Miraslan Bǝturǝdən aldığı mobil telefonu Rəhimə vermiş, həmin telefonu özü ilə aparmasını istəmişdir. Rəhim telefonu Miraslandan alıb piyada geri qayıtmış, o, sükan arxasına keçdikdən sonra Miraslan ondan avtomobili Ağdam rayonu, Quzanlı qəsəbəsinə sürməsini xahiş etmişdir. Onlar üçü Ağdam rayonu, Quzanlı qəsəbəsinə getmiş, Miraslan oradan olan dostu, adını sonradan bildiyi Vasif adlı şəxsə mobil telefon ilə zəng etmiş, sonuncuya qız qaçırtdığını deyib onlara gəlmək istədiyini bildirmiş, Miraslan ona Vasifin evinin olduğu istiqaməti göstərmiş, o da, avtmobili sürmüş, onlar birlikdə Vasifgilə getmişlər. O, avtomobili həmin evin həyətinə salmış, onları Vasifin adını bilmədiyi anası qarşılamış, Bǝturǝ içəri keçmiş, o və Miraslan isə çöldə qalıb Vasifin gəlməsini gözləmişlər. Vasif həmin yerə gəlmiş, onlarla görüşdükdən sonra qızın öz razılığı olub-olmadığını soruşduqda Miraslan Vasifə iki ildir ki, bir-birilərini sevdiyini demiş, sonra onlar içəri keçmiş, Vasif Bǝturǝni sorğu-sual etməyə başladıqda Bǝturǝdən könüllü gəlib-gəlmədiyini soruşmuş, Bǝturǝ könüllü gəlmədiyini, zorla qaçırıldığını demiş, Vasif onların orada qalmaqlarının doğru olmadığını bildirmiş, Vasif Bǝturǝyǝ ağlamamasını, sonuncunu evlərinə aparıb valideynlərinə təhvil verǝcəyini demişdir. Miraslan bundan narahat olmuş, bu səbəbdən çölə çıxıb Vasifdən onların gəldikləri avtomobilin axtarıldığı üçün Vasifin avtomobili getməyi və Tərtər rayonu Ağkənd kəndinə gedib orada yaşayan dayısını ağsaqqal kimi götürdükdən sonra öz kəndlərinə getməyi xahiş etmişdir. Vasif içəri keçib onlara avtomobilində nasazlıq olduğunu, düzəldib geri qayıdacağını demiş və özünə məxsus "Mercedes Benz" markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə çıxıb getmiş, Vasif getdikdən sonra Miraslana bu qədər şeydən sonra qızını qaytaracağını soruşduqda Miraslan ona Vasifǝ yalan dediyini bildirmişdir. Onlar bir neçə saat çöldə gəzişib arabir içəri keçǝrǝk Vasifin gəlməsini gözləmiş, həmin gün saat 19 radələrində Vasif gəlib evə çıxmış, sonra Bəturəyə sonuncunu evlərinə aparacağını demiş, Bəturə Vasifin avtomobilinə minmiş, Bəturǝ vǝ Miraslan arxada, o isə ön sağ sərnişin oturacağında oturmuş, yolda olarkən Vasif Baturǝyǝ əvvəlcə Tərtər rayonuna gedib oradan ağsaqqal götürdükdən sonra sonuncunu evlərinə aparıb təhvil verəcəyini demiş, Miraslan yolda kiməsə zəng edib danışmış, onlar Tərtər rayonu, Ağkənd kəndində yerləşən Miraslanın qohumu Sadıqgilin evinə çatmışlar. Orada onları Sadıq və arvadı Samirə qarşılamış, onlar oraya çatdıqdan sonra Miraslan Vasifǝ yalandan narahat olmamasını, valideynlərinin Bəturǝgilə şəhid anasını minnətçi göndərdiklərini, onların ailəsindən razılıq aldıqdan sonra dayısı ilə birlikdə qızı aparacağını demiş, Vasif də buna inanmış, sonra işi olduğu üçün getməli olduğunu bildirib Miraslana da bu məsələni tez həll etməsini tapşırmış, sonra da sağollaşıb getmişdir. Sonra Samirə Bǝturǝni öz otağına aparmış, orada Sadıqın qardaşı oğlu Pəhlivan da olmuş, onlar həmin gecəni orada qalmış, Sadıqgildə olan zaman Bəturǝ ərizə yazmış, həm da telefonda videoqeyd apardıqda Miraslandan heç bir şikayətinin olmadığını, könüllü olaraq ona qoşulub qaçdığını demiş, o, iki gecə orada qalmışdır. 14 yanvar 2024-cü il tarixdə səhər saatlarında, onların düzgün iş görmədiklərini görüb Miraslana çıxıb getmək istədiyini deyib tutulmaqdan qorxduğunu bildirdikdə sonuncu ona etiraz etməmiş, sonra o, Sadıqgildən çıxıb Bərdə rayonuna qayıtmışdır. 2-3 gün çöllərdə qalmış, üzərində olan bir qədər pul ilə yemək alıb yemiş, qorxduğundan heç bir yerə gedə bilməmiş, sonra belə yaşamağın mənasız olduğunu görüb atası Vidadiyə yerini demişdir. 18 yanvar 2024-cü il tarixdə sat 07 radələrində kəndə getmiş, orada polis əməkdaşları evlərini qoruduğunu görmüş, onlarla görüşmüş, artıq heç bir yerə qaçmaq istəmədiyini bildirmiş, sonra da onu Bərdə RPS-na gətirmişlər. Tutduğu əməldən peşmandır. Həmkəndlisi Zərərçəkmiş şəxs verdiyi ifadəsində onun Tərtər rayonu, Ağkənd kəndində olarkən bıçaq çıxardıb Zərərçəkmiş şəxs və ailə üzvlərini təklikdə öldürməklə hədələdiyinin, Zərərçəkmiş şəxs şikayətçi olmaması üçün sonuncunu kağız parçasına yazı yazmağa məcbur etdiyinin həqiqət olub-olmaması sualına cavab olaraq Bəturənin yalan danışdığını, sonuncunu və ailə üzvlərini öldürməklə hədələmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtdan təxminən 1 il keçdiyi üçün hadisəni tam xatırlamıram. Hadisə baş verən gün təxminən saat 13:00 radələrində evlərinin qarşısında işə getmək üçün avtobus gözləmiş və avtobus gəldikdə onun qapısını açaraq içəri daxil olmaq istəyərkən, avtobusun içərisindən Əhməd və Miraslan ona doğru çıxmış və məcbur şəkildə avtomobilə əyləşdirmiş və Ağdam rayonu istiqamətində hərəkət etmişlər. Daha sonra onu Ağdam rayonunda bir evə apardıqlarını, axşam radələrində isə Əhməd və Miraslan onu evə aparacaqlarını deyərək, Tərtər rayouna aparmışlar. Tərtər rayonunda iki gecə qalmışlar. İki gündən sonra, sanki polislərin gələcəyindən xəbərləri varmış kimi onu yaxınlıqda olan başqa bir evə aparmışlar. Həmin evə getdikdən təxminən 1-2 saat sonra polis əməkdaşları gəlmişlər və daha sonra onları polis şöbəsinə aparmışlar. Əlavə olaraq, zərərçəkiş şəxs Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq göstərmişdir ki, onun təhdid etdikləri üçün özünün razılığı ilə gəlməsi barədə ərizə yazmışlar və video çəkdirmişlər. Əsasən Təqsirləndirilən şəxs2 onu təhdid etmiş, həmçinin onun əvvəllər Təqsirləndirilən şəxs1 ilə hər hansı əlaqəsi olmayıb. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmamış və onlardan şikayətçidir. Şahid1 yolun yarısında Təqsirləndirilən şəxs2 dedikdən sonra avtomobildən enmiş və onun telefonun Təqsirləndirilən şəxs1 əlindən almışdır. Miraslan və Təqsirləndirilən şəxs2 onu məcburi şəkildə qaçırmalarına müqavimət göstərmiş və səs-küy salmışdır. Onun qolundan Miraslan tutmuş və ayağından isə Təqsirləndirilən şəxs2 tutmuşdur. Şahid1 isə ancaq avtomobili idarə etmişdir. Miraslan və Təqsirləndirilən şəxs2 isə avtomobilin içərisində sağ və sol tərəfində dayanmışlar. Onlar onu evlərinin qarşısında avtobusun qapısı açılmış və qapı açıldıqda qışqırmış, lakin sonradan qışqırmaması üçün ağzını bağlayıb avtobusa əyləşdirmişlər. Onu polis şöbəsinə apardıqdan sonra Miraslan və Təqsirləndirilən şəxs2 şikayət etməməsinin və polis şöbəsində ilkin olaraq öz razılığı ilə gəldiyini bildirməsinin səbəbi Təqsirləndirilən şəxs2 bıçaqla onu təhdid edərək, onları şikayət edərsə qardaşını öldürəcəklərini bildirməsi olub. Miraslan 7-8 il əvvəl ona xəbər göndərmiş, lakin telefon vasitəsilə narazılığını bildirmişdir. Həmin vaxtdan sonra onun Miraslanla hər hansı bir əlaqəsi olmamışdır. Şahid1 avtomobildən enib qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 sükan arxasına əyləşmiş və həmin vaxt müqavimət göstərsə də, Miraslan onu tutmuşdur. Əvvəllər Miraslanla arasında yaxın münasibətlər olmasını ekspertin rəyi əsasında demişdir. Həmçinin Miraslan və Təqsirləndirilən şəxs2 şikayətçidir. Miraslan və Təqsirləndirilən şəxs2 onu məcburi şəkildə qaçırmış və onun heç bir razılığı olmamışdır. Təqsirləndirilən şəxs2 ona sual verdikdə ki, “Miraslanı istəyirsən? İstəmirsənsə denən səni qaytaraq” deyə bildirmiş, o isə cavabında Miraslanı istəmədiyini bildirmişdir. Miraslanla həyətdə “qar topu” oynamayıblar. Ona fiziki təzyiq olunması ilə bağlı ehtimal edir ki, qeyd olunub, lakin böyük bir xəsarəti olmayıb. Həmçinin təqsirləndirilən şəxslərin barələrində ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisi nəvəsidir. Tərtər rayonu, Ağkənd kəndində yaşayır. Təxminən axşam saatlarında evdə olarkən Təqsirləndirilən şəxs1 onun yaşadığı evə tanımadığı bir qız gətirmişdir. Onlar evində iki gecə qalmış və mehriban şəkildə olmuş, heç bir narazılıq olmamışdır. Zərərçəkmiş şəxs izahat vermiş və eyni zamanda videoçəkiliş həyata keçirmişdir. O, narahatçılıq varsa ona bildirməyi, narazılıq yoxdursa razılıqla bağlı ərizə vermələrini və polis şöbəsinə məlumat vermələrini bildirmişdir. Daha sonra polis şöbəsinə sözügedən ərizəni və videoçəkiliş verərək, təqdim etmişdir. Həmçinin Miraslan və Zərərçəkmiş şəxs həyətdə “qar topu” oynamışlar. Daha sonra Bərdə RPŞ-nin və Tərtər RİH-in İƏD-üzrə nümayəndələri onun evinə gəlmişdir. Əlavə olaraq, şahid X7 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs könüllü gəlməsi barədə ərizə və video çəkən vaxt öz razılığı ilə etmişdir. Onun polis əməkdaşlarının Miraslanın qaçırdığı qızı axtarmaları barədə məlumatı olduqdan sonra, polis əməkdaşlarına Bəturənin onun evində olduğunu bildirmişdir. Miraslan ilə Bəturənin arasında mehriban münasibət olmuş və Bəturənin hər-hansı narazılığı da olmamışdır. Bəturə videonu çəkən vaxt o da orada olmuş, Bəturə videonu könüllü olaraq çəkmiş və həmin vaxt Bəturəyə heç bir fiziki təzyiq olmamışdır. Miraslanla Bəturənin aralarında olan danışıqda X13 rayonuna aparacağını eşitmiş, buna görə də Miraslana qızı evinə qaytarmasını demişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə şahid X1 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Ağkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olaraq, yəni fəhləlik edərək ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında uzaq qohumu olan Təqsirləndirilən şəxs1 onların evinə gəldikdə qapıya çıxmış, Miraslan ona qız qaçırdığını deyib onları qonaq etməsini xahiş etdikdə o da qapsıına gələnləri öz evinə dəvət etmişdir. Adını sonradan öyrəndiyi Bəturə adlı qız içəri keçmiş, həyat yoldaşı Samirə Bəturə ilə maraqlanmış, Miraslanın yanında əmisioğlu Təqsirləndirilən şəxs2 də olmuşdur. O, nə Miraslanı, nə də Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, görəmiş, onlar içəri keçdikdən sonra Miraslandan qızın könüllü qaçıb-qaçmadığını soruşduqda sonuncu ona qızın özünün könlü olduğunu, neçə ildir, bir-birilərini istədiklərini demiş, həmin gecə Samirə Bəturə adlı qız ilə bir otaqda qalmışdır. Növbəti gün, yəni 13 yanvar 2024-cü il tarixdə Samirə ona qızın könlünün olmadığını, Miraslanın zorla qaçırdığını demiş, həmin ərəfədə qardaşı İlham da onlarda iş görmək üçün evlərinə gəlmiş, İlham da məsələdən xəbər tutmuşdur. Miraslan qızı Şəki rayonuna aparacağını dedikdə qardaşı İlham buna qarşı gəlmiş, Bəturənin Şəki rayonuna aparılmasına imkan verməmiş, o və qardaşı X9 ailəsinə təhvil verməsini istəmişlər. Miraslan isə qızın ailəsi ilə öz ailəsinin görüşüb bu işi yoluna qoyacaqlarını, bir gün daha səbrli olmaqlarını demiş, o və qardaşı İlham buna razı olmadıqda Miraslan vaxvt verməklərini, tezliklə qızdan barışıq alacağını bildirmişdir. Bir neçə dəqiqə sonra Miraslan evə keçib geri qayıtmış, sonuncu əlində kağız parçasını göstərib həmin kağıza qızın şikayəti olmaması ilə bağlı yazı yazdığını demiş, o, onların evində adət olduğu üçün qızın özü ilə birbaşa görüşməmişdir. Bu barədə yoldaşı Samirədən soruşduqda sonuncu ona həmin yazını həqiqətən də qızın yazdığını demiş, Bəturənin artıq rahat olduğunu bildirmiş, Miraslan həmin yazını ona vermişdir. Miraslan onları gətirən Vasif adlı şəxslə onun telefonu ilə danışmış, sonra ondan həmin yazını aparıb Vasifə verməsini xahiş etmiş, o da həmin gün Bərdə şəhərinə gəlib dəmir yolunun yaxınlığında həmin kağızı Vasif adlı şəxsə verib geri qayıtmışdır. Həmin ərəfələrdə qar yağdığı üçün Bəturənin həyətdə qarda gəzdiyini, qartopu oynadığını görmüş, artıq özü də rahat olmuş, onlar bir gecə də onlar da qalmışlar. Növbəti gün, yəni 14 yanvar 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs2 onlarla sağollaşıb çıxıb getmiş, sonra Vasif onun mobil telefonuna zəng edib Miraslanla danışmaq istədiyini demiş, telefonu Miraslana vermiş, Miraslan kənara çəkilib telefonla danışdıqdan sonra onun yanına gəlmişdir. Miraslandan Vasifin nə dediyini soruşduqda sonuncu ona Vasifin qızı soruşduğunu, Vasifə qızın yaxşı olduğunu, hətta qartopu oynadığını dediyini bildirmiş, həmin vaxt qardaşı oğlu Pəhlivan da onların həyətində təmir işləri görmüşdür. Pəhlivan ona Miraslan və Bəturəni çay içməyə qonaq edəcəyi üçün öz evlərinə aparmaq istədiyini demiş, buna etiraz etməmiş, sonra onlar çıxıb getmişlər. O, onların piyada və ya avtomobillə getdiyini bilməmiş, təxminən 15-20 dəqiqə sonra yaşadığı evə polis əməkdaşları gəlmiş, polis əməkdaşları ondan Miraslangilin harada olduqlarını soruşduqda polis əməkdaşlarına onların qardaşı oğlu Pəhlivangildə olduqlarını demişdir. Sonra da polis əməkdaşları geri qayıtmış, onların yanında Miraslan və Bəturə də olmuş, polis əməkdaşları ondan mobil nömrə götürmüş, sonradan onu da izahat vermək üçün Bərdə RPŞ-nə dəvət etmişlər. Zərərçəkmiş şəxs zorla qaçırılması barədə məlumatı əvvəlcə həyat yoldaşı Samirədən öyrənsə də, sonradan qızın şikayətinin olmamasının şahidi olmuş, hətta bunu Samirədən soruşduqda sonuncu Bəturənin narazılığının olmadığını demişdir. Özü qız ilə oğlanın ailə qurmadan yaxınlıq etməsinə qarşı olduğu üçün əvvəlcədən yoldaşı Samirəyə də onları tək qoymamağı tapşırmış, Bəturə Samirə ilə bir otaqda qalmış və Bəturəyə Miraslan yaxın dura bilməmiş, nə də söhbət etməmişdir. Qardaşı oğlu Şahid9 evində baş verənləri qardaşı gəlini Əfsanədən və qardaşının həyat yoldaşı Zülfiyyədən soruşduqda sonuncular ona Miraslan və Bəturənin həmin evə getdikdən sonra Pəhlivanın işi olduğu üçün evdən çıxıb getdiyini, qız ilə oğlana çay verdiklərini, onların mətbəxdə çay içdikləri yerdə bayırdan səs-küy gəldiyi üçün çölə çıxdıqlarını və orada olan polis əməkdaşlarına uşaqların evdə olduğunu dediklərini, polislərin də dərhal içəri keçib onları götürüb apardıqlarını demişlər. Yəni Miraslan və Bəturə demək olar ki, 2-3 dəqiqə ərzində tək qalmış, bu müddət ərzində də bir kişinin bir qadını zorla cinsi əlaqəyə sövq etməsi ağlabatan olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün evdə olmuş, bacısı Zərərçəkmiş şəxs isə həmin vaxt avtobusla kursa getmək üçün evdən çıxmışdır. Daha sonra avtobusda olan şagirdlərdən biri qaçaraq onların evinə gəlib baş vermiş hadisə barədə məlumat verdikdən sonra, dərhal çıxaraq avtobusun arxasınca qaçmış, lakin avtobus artıq uzaqlaşmışdır. Bundan sonra baş vermiş hadisə barədə dərhal Bərdə RPŞ-yə məlumat vermişdir. Polis əməkdaşları tərəfindən 2 gün hər hansı bir məlumat verilməsədə, 3 günün sonu onlara bacısının tapılması barədə məlumat verilmişdir. Əlavə olaraq, Şahid5 ona verilən suallara cavab olaraq göstərmişdir ki, məlumat vermək üçün gələn şagird ona bacısı Zərərçəkmiş şəxs qaçırdıqlarını bildirmiş, eyni zamanda həmin şəxslərin üç nəfər olduqlarını və Bəturəni sürüyərək avtomobilə mindirdiklərini bildirmişdir. Məlumat verən şagirdin adı ehtimal edir ki, İlkanə olmuşdur. Həmin vaxt atası evdə olmamış və Bərdə RPŞ-yə tək getmişdir. Bacısı 3 gün sonra tapılmışdır. Təqsirləndirilən şəxs1 tanıyır və onun sinif yoldaşı olmuşdur. Onun bacısı ilə Miraslanın əlaqələrindən məlumatı olmamış, eyni zamanda bacısının və ailəsinin məlumatı olmamışdır. Bacısını təhdid etdikləri üçün ilk öncə razı olduğunu bildirmişdir. Həmçinin istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Miraslanla əvvəllər birlikdə işləmişlər. Miraslan ona zəng edərək qız qaçırdığını, qızı da onlara gətirəcəyini bildirmişdir. O, Miraslana evə getmələrini, onun da birazdan gələcəyini bildirmişdir. O, Miraslandan qızla münasibətlərinin necə olması barədə soruşduqda, Miraslan qızla iki ilə yaxın müddətdir bir-birlərini istədiklərini bildirmişdir. O, işdən evə qayıdan zaman Miraslanla Zərərçəkmiş şəxs onlarda olduğunu görmüş və Bəturədən razılığının olub-olmamasını soruşduqda, Bəturə qəhərlənərək Miraslanın onu zorla qaçırdığını bildirmişdir. O isə Miraslana qızı qaytarmasını bildirsə də, Miraslan qızı istədiyini, atasıgilin onların ailələrini razı salacağını bildirərək, qızı Tərtər rayonunda yaşayan qohumunun evinə aparacağını bildirmişdir. Daha sonra onlar getmiş və səhərisi gün Miraslana zəng etdikdə, Miraslan qızın razı olması ilə bağlı ərizə yazdığını bildirmişdir. Sözügedən hadisədən sonra Bərdə RPŞ-nin rəis müavininə zəng edərək Miraslanın Bəturəni apardığı yer barədə məlumat vermişdir. Əlavə olaraq, Şahid2 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Miraslan əmisi oğlu ilə birlikdə “VAZ 2107” markalı avtomobillə gəlmişlər. X10 rayonuna öz maşını ilə aparmış, lakin həmin vaxt Bəturə hər hansı narazılıq edəcək hərəkətlər etməmiş, o da bu hərəkətlərdən təəccüblü qalmışdır. Miraslan onlarda iki saat müddət ərzində qalmış və həmin vaxt Zərərçəkmiş şəxs davamlı narazılıq edəcək hərəkətlər etməmiş, lakin ona öz razılığı ilə gəlmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs hər hansı xəsarətləri olmamışdır. Zərərçəkmiş şəxs ağladığını görüb, ondan hansı səbəbə ağladığını soruşduqda, Bəturə onu evlərinə qaytarmalarını bildirmişdir. Zərərçəkmiş şəxs razı olub-olmadığını soruşan vaxt Miraslan və Təqsirləndirilən şəxs2 otaqdan çıxarmış, qızın narazı olduğunu bildikdən sonra isə çıxıb Miraslana qızın narazı olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs razılığını bildirən ərizəni görmüşdür. O, Miraslana narahat olduğunu, ona məlumat verməsini və polis şöbəsinə gedəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və onun qaçırtdığı qız onlara qonaq gəlmiş və o da həmin şəxsləri evə dəvət etmişdir. Onlara çay vermiş və söhbət etmişlər. Əlavə olaraq, Şahid10 ona verilən suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt evdə qaynanası və o olmuşdur. Əri isə həmin vaxt evdə olmamış və Miraslanın hansı nəqliyyat vasitəsilə gəldiyini bilməmişdir. Zərərçəkmiş şəxs öz razılığı ilə gəlib-gəlmədiyini, həmçinin polis əməkdaşları gələcəyi təqdirdə narazılıq etməyəcəyi barədə soruşduqda, Bəturə öz razılığı ilə gəldiyini bildirmişdir. Daha sonra polis əməkdaşları da Miraslangil gəldikdən təxminən 20 dəqiqə sonra gəlmişlər. Zərərçəkmiş şəxs qardaşını gördükdən sonra çıxıb getmişdir. Miraslan və Bəturə onlarda olan müddət ərzində mehriban olmuşlar. Polis əməkdaşları gələn vaxt ərinin evdə olub-olmamasını xatırlamır, lakin ehtimal edir ki, əri artıq gəlmişdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, hadisə təxminən 1 il əvvəl olmuşdur. Bərdə rayon, Mehdili kəndində qız qaçırılma hadisəsinin olması ilə bağlı DİN-in “102” qaynar xəttinə zəng olunmuş və sözügedən məlumat nəticəsində həmin şəxslərin müəyyən edilməsi istiqamətində axtarışa başlanılmışdır. Axtarış başladığı gün hər hansı məlumat əldə olunmasa da, təxminən iki gün sonra şəxsləri Tərtər rayonunda müəyyən etmişlər. Həmin şəxslərin yeri barədə isə tanımadığı şəxs şöbəyə yaxınlaşaraq məlumat vermişdir. Əlavə olaraq, Şahid13 ona verilən suallara cavab olaraq göstərmişdir ki, onlar şəxsləri saxlayan vaxt Zərərçəkmiş şəxs heç bir məlumat verməmiş, lakin sonradan baş verənlər barədə müstəntiqə məlumat vermişdir. Onların yanında Zərərçəkmiş şəxs qohumlarından heç bir şəxs olmamışdır. Zərərçəkmiş şəxs onların portaldan çıxarışı əsasında tanımışlar. Həmçinin Miraslan da heç bir məlumat verməmişdir. Evə gedən vaxt Zərərçəkmiş şəxs mətbəxdə olmuş, onlar qapını döyərək daxil olmuşlar. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 Azay oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Şahid13la eyni məzmunda ifadə verərək, Şahid13 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisi nəvəsidir. Təqsirləndirilən şəxs1 və onun qaçırtdığı qız onlara qonaq gəlmişdir. Həyat yoldaşı Şahid10 ona zəng edərək Miraslanın onlara gəldiyini bildirmişdir. O, evə gələn vaxt çay süfrəsində əyləşmişlər və Miraslandan qızın razılığı olub-olmamasını soruşduqda, Miraslan qızın hər hansı narazılığının olmadığını və narazı olsa idi onun yanında olmayacağını bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da heç bir narazılığını bildirməmişdir. Onlar təxminən 5-10 dəqiqə oturduqdan sonra polis əməkdaşları gəlmiş, Miraslan evin qapısını arxadan bağladı üçün polis əməkdaşları qapını qıraraq evə daxil olmuşlar. Zərərçəkmiş şəxs Miraslana getməyəcəyini, axıra kimi onunla birlikdə olacağını bildirmişdir. Əlavə olaraq, Şahid9 ona verilən suallara cavab olaraq göstərmişdir ki, həmin vaxt evdə olmamış, işdə olmuşdur. Zərərçəkmiş şəxs Miraslanın yanında olduğunu həm ona, həm də arvadına bildirmişdir. Ehtimal edir ki, Miraslan qorxduğu üçün qapını bağlamışdır. Polis əməkdaşları Miraslanı və Bəturəni aparan vaxt onlar əl-ələ tutmuşdular. Onların evində olan vaxt Miraslan və Bəturə mehriban olmuşlar. İstintaq zamanı hazırkı formada ifadə verməmişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid X7 ilə eyni məzmunda ifadə verərək, şahid X1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Ağkənddə yerləşən atasının evində fəhlə işləmişdir. Qardaşı ona qonaqlarının olduğunu bildirmiş və kim olduqlarını soruşduqda “bacıoğlu qız qaçırdıb” deyə bildirmişdir. Həmin vaxtdan bir müddət sonra Miraslan və Bəturənin həyətdə “qar topu” oynadıqlarını görmüş, daha sonra isə onları qonaq çağırmışlar. Bir müddət keçdikdən sonra isə polis əməkdaşları gələrək, Miraslan və Bəturəni aparmışdır. Əlavə olaraq, Şahid8 ona verilən suallara cavab olaraq göstərmişdir ki, onun arvadı Zərərçəkmiş şəxs narazı olub-olmadığını soruşduqda, qız sakit dayanıb. Zərərçəkmiş şəxs ərizə verərək, öz razılığı ilə gəldiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, səhər saat 10:00 radələrində qaynı ona zəng edərək, qonaqlarının olduğunu bildirmişdir. O, qaynının evinə getmiş və Zərərçəkmiş şəxs da içəridə olduğunu görmüşdür. O, Bəturənin qarşısında diz çökərək “qızım, əgər səni zorla qaçırıblarsa, aparım səni evinizə təhvil verim” deyə bildirib əli ilə saçını sığallamış, lakin qız heç bir cavab verməmişdir. Həmin gündən bir gün sonra Miraslan və Bəturə onun oğlunun evinə qonaq getdikdən təxminə 20 dəqiqə sonra polis əməkdaşları onları götürüb aparmışlar. Həmçinin Miraslan və Bəturə həyətdə “qar topu” da oynamışlar. Əlavə olaraq, şahid X8 ona verilən suallara cavab olaraq göstərmişdir ki, qızdan razılığının olub olmamasını soruşan vaxt, qız ona heç bir cavab verməmiş, sakit dayanmışdır. Zərərçəkmiş şəxs ağlamamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Miraslan və Bəturə onlarına evinə qonaq gəlmişlər. Onlar mehriban, danışıb-gülüb yemək yemiş və daha sonra kişilər və qadınlar ayrı otaqlarda yatmışlar. Onlarda olduqları iki gün müddətində, Bəturədən “əgər səni zorla qaçırıblarsa, qaytaraq səni evinizə təhvil verək” deyə soruşduqda, qız sakit dayanmış, lakin Bəturə atasıgili gördükdən sonra fikrini dəyişmişdir. Əlavə olaraq, şahid X4 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs narazılıq etməmiş və iki gün onlarda qalmışdır. Sadəcə növbəti gün qaynının evinə qonaq getmişlər və oradan da polis əməkdaşları gəlib Miraslan və Bəturəni aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs2 qaynının avtomobilini avtoyuma yerində yuyan vaxt əmisioğlanları ona zəng edərək, onları kənddən götürməsini bildirmişlər. Onun Bəturəni qaçıracaqları barədə məlumatı olmamış, avtomobili avtobusun yanında saxlayanda Təqsirləndirilən şəxs2 avtomobilin ön sərnişin oturacağına, Miraslan və qız isə arxa sərnişin oturacaqlarına əyləşən zaman, onun məlumatı olmadığı üçün həyəcanlı şəkildə avtomobili hərəkət etdirmişdir. Bir qədər getdikdən sonra avtomobili saxlamış və avtomobildən enərək getmək istəmədiyini bildirmişdir. Əlavə olaraq, Şahid1 ona verilən suallara cavab olaraq göstərmişdir ki, əmisioğlanlarını götürəcəyini bilmiş, lakin çatdıqda kəndin qızını da gördükdə həyəcanlanmış və avtomobili saxlayaraq getmək istəməmişdir. Onlar qızı da götürəcəklərini ona əvvəlcədən deməmişlər. Həmin yer Zərərçəkmiş şəxs evinin yaxınlığı olmuşdur. Zərərçəkmiş şəxs da avtomobil də hər hansı etiraz etməmişdir. O, qorxduğu üçün avtomobili saxlayaraq enmişdir. O, istintaq zamanı da hazırda verdiyi kimi ifadə vermişdir. Avtomobildən enən zaman ona Bəturənin mobil telefonunu da vermişlər, o da sözügedən telefonu Miraslangilə vermişdir. Avtomobildən endikdən sonra avtomobili Təqsirləndirilən şəxs2 idarə etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt səs-küy salmamış və avtomobildən düşüb getmək imkanı olmuşdur. Hərəkətlərdən qızın qaçırıldığını başa düşmüşdür. X14 istəməsi barədə məlumatı olmamışdır. Avtomobili marşrutun yanında saxlayan zaman Miraslan, Təqsirləndirilən şəxs2 və Bəturə hər üçü marşrutdan enərək onun idarə etdiyi avtomobilə əyləşmişlər. İstintaq zamanı ona fiziki təzyiq olunmamış və ifadəsini özü sərbəst şəkildə vermişdir. Əmisioğlanlarının Bəturənin qaçırılması üçün onlara köməklik göstərməsini demələrini xatırlamamışdır. Miraslanın qız qaçıracağı barədə danışmış, lakin onunla qaçıracağı barədə heç nə deməmişdir. Avtomobili idarə edən zaman Zərərçəkmiş şəxs avtomobildə ağlamış, lakin qışqırmamış və yaxud səs-küy salmamışdır. Zərərçəkmiş şəxs ağladığını görüb avtomobildən enmişdir. Zərərçəkmiş şəxs ona avtomobildən enmək istədiyini deməmişdir. İstintaq zamanı ifadəsini özü oxumamış, müstəntiq ona oxumuşdur. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun əmisi oğullarıdır, onlarla yaxşı münasibəti olmuşdur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Bəturə və sonuncunun ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, 11 yanvar 2024-cü il tarixdə axşam saatlarında əmisi oğulları Miraslan və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, Miraslan söhbət əsnasında Bəturəni qaçırdacağını deyərək onlardan kömək istədikdə Miraslana Bəturənin dayısoğlu ilə göbəkkəstisi olduğunu bildirmişdir. Miraslan isə Bəturə ilə bir-birilərini sevdiklərini, Bəturənin dayısı oğlu Cümşüdü istəmədiyini və Miraslanla qaçmağa razı olduğunu demiş, Miraslana köməklik edəcəyinə söz vermiş, növbəti gün, yəni 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində üçü kəndin poçtunun yaxınlığında görüşmüş, sonra o, danışdıqları kimi avtomobili idarə etməli olmuş, ona görə də Təqsirləndirilən şəxs2 məxsus VAZ 2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan arxasına keçmişdir. Sonra üçü onun idarə etdiyi VAZ 2107 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə minib orada Bəturəgilin evinə tərəf hərəkət etmiş, həmkəndlisi Ruslanın kiçik mağazasının qarşısında olarkən avtomobili saxlamış, çünki Miraslan və Təqsirləndirilən şəxs2 kənddən Bərdə şəhərinə gedən mikroavtobusa minməli olmuş, o, avtomobili saxladıqdan sonra onlar ikisi də həmin mikroavtobusa minməyi planlamışlar. O da, həmin mikroavtobusun arxasınca avtomobili idarə etməyə başlamış, həmin mikroavtobus Bəturəgilin evinin yaxınlığına çatdıqda Bəturənin mirkoavtobusa tərəf gəldiyini görmüş, həmin mikroavtobus saxladıqda idarə etdiyi avtomobili həmin mikroavtobusun yanında saxlamış, Miraslan və Təqsirləndirilən şəxs2 aşağı düşüb Bəturəyə tərəf gəlmişlər. Miraslangil avtomobilə oturduqdan sonra avtomobili üzü qonşu kənd olan Ağalı kəndi istiqamətində sürüb oradan uzaqlaşmış, Bəturə qışqırmağa və ağlamağa başlamış, o, Ağalı kəndindən üzü Qaradəmirçi kəndinə keçmiş, həmin kəndin çıxacağına yaxın Bəturənin sakit dayanmadığını görüb Miraslanın onu aldatdığını bilmişdir. Ona görə vicdanı dözməmiş, avtomobili saxlamış, avtomobildən aşağı düşüb Miraslangilə onlarla getməyəcəyini və atasının buna əsəbləşəcəyini demiş, Miraslan Bəturədən aldığı mobil telefonu ona verib həmin telefonu da özü ilə aparmasını istəmişdir. O da telefonu alıb oradan uzaqlaşmış, atası Xəqaniyə zəng edib Miraslan və Təqsirləndirilən şəxs2 zorla qız qaçırdıqlarını, onun isə bunu görüb onlarla getmədiyini demiş, atası ona evə gəlməsini bildirmişdir. O da piyada sahələrlə yaşadığı kəndə evlərinə qayıtmış, evə gedib ailə üzvlərinə demiş, mobil telefonu anası İlhaməyə vermiş, sonra işə getmişdir. Axşama kimi işlərini görmüş, evə gəldikdə Bəturənin ailə üzvlərinin onların evə gəldiklərini görüb Bəturənin qardaşı Balakişiyə də onlarla getmədiyini, yolda düşüb geri qayıtdığını demiş, Balakişi ondan heç bir şikayətinin olmadığını və bacısının geri qaytarmaqda ona köməklik etməsini demiş, lakin sonradan qorxduğu üçün evdən çıxıb evin arxasında yerləşən atası Xəqanin tikinti materialları olan dükanının arxa tərəfində gizlənmişdir. 2-3 gün orada ac-susuz gizlənmiş, lakin buna tap gətirə bilmədiyi üçün mobil telefonunu açıb atası Xəqaniyə zəng etmiş, atasının yanına getmiş, atası ona izahat verməli olduğunu dediyinə görə atası ilə birlikdə izahat vermək üçün Bərdə RPŞ-nə gəlmişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə şahidlər Şahid3 və Şahid4 istintaq zamanı verdikləri ifadələri elan edilmiş, sözügedən şəxslər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək, iş üzrə onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə şahid X15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Sənan Əsədov ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Əskipara kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır, Bərdə şəhəri-Bərdə rayonu Mehdili kəndi istiqamətində olan marşrut üzrə “Mercedes Benz 208 Mikroavtobus” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür, həmin avtomobil baş etibarnamə əsasında ona məxsusdur, həmin mikroavtobusu “B1, B, C1, C, D1, D” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bərdə rayonu, Mehdili kəndindən üzü Bərdə şəhərinə doğru hərəkət etməyə başlamış, kənd içi 5-6 nəfər abituryent götürmüş, kəndin ATS-nin qarşısında iki nəfər cavan oğlan da mikroavtobusa minmiş, o, Bərutə müəllimin evinin yaxınlığına çatmış, qarşıdan gələn iri “EKARUS” mənə yol verib yolun sağına keçərək müəlliməni gözləmişdir. “EKARUS” keçdikdən sonra müəllimənin gəldiyini görmüş, Bəturə müəllimə avtobusa 2-3 metr qalmış sağ tərəfində ağ rəngli “VAZ 2107” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, avtobusa minmiş iki cavan oğlan da həmin an aşağı düşmüş, heç ödəniş də etməmişlər. Onlarda biri düşdükdən sonra “VAZ 2107” markalı avtomobilin arxa qapısını açmış, digəri ilə birlikdə Bəturə müəlliməni həmnin avtobilə məcburi şəkildə oturtmuşlar. Bəturə müəllimə qışqırmağa başlamış, o, aşağı düşüb müəlliməyə köməklik etmək istəsə də, buna imkan tapmamış, qısa vaxtda Bəturə müəlliməni həmin avtobilə oturdub oradan uzaqlaşmışlar. Bəturə müəlliməni qaçıran şəxsləri tanımamış, onların Bərdə rayonu Mehdili kənd sakinləri olduqlarını bilmiş, onlardan birinin mikroavtobusa arabir mindiyini görmüşdür. Hadisədən sonra onu də izahat vermək üçün Bərdə RPŞ-nə dəvət etdikdə izahat vermək üçün Bərdə RPŞ-nə gəlmiş, sonradan həmin şəxslərin tutulduğunu öyrənmişdir. Onun idarə etdiyi mikroavtobusa minən iki nəfər şəxsin Miraslan və Təqsirləndirilən şəxs2 adlı şəxslər olduğunu, “VAZ 2107” markalı avtomobildə sürücü kimi olan şəxsin isə Rəhim adlı şəxs olduğunu öyrənmiş, hadisə baş verən zaman Bəturə müəllimənin evinin yaxınlığında olduğu üçün oradakı şagirdlərlə birlikdə müəllimənin qapısını döymüş, sonuncunun qardaşı Balakişi çölə çıxdıqda xəbər etmiş, sonra Balakişi bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Avtobusda olan abituryentləri üzdən tanımış, hadisə zamanı mikroavtobusda hansı şagirdlərin olmasını xatırlaya bilməmişdir. Ona məxsus mikroavtobusun sənədləri tam qaydasında olmuş və artıq həmin sənədlərin ksero surətlərini istintaq orqanına təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki XXX Təqsirləndirilən şəxs2 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)-9/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)-12/2024 saylı qərarından görünür ki, XXX Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" Birliyinin Bərdə rayonlararası zona mərkəzindən alınmış 17 yanvar 2024-cü il tarixli 50 saylı məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində sağ və sol bazu nahiyələrinin törənmə müddəti 3-4 günə uyğun gələn qançırları xəsarətləri vardır, həmin xəsarətlər küt əşyanın (əşyların) təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyi edilmir. Eyni zamanda Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir xəsarət aşkar edilməmiş, onun uşaqlıq yolundan tampon götürülərək spermanın olubolmamasının müəyyən etmək üçün məhkəmə-biologiya şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, XXX Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" Birliyi PHŞ-nin Bərdə rayonlararası zona mərkəzindən alınmış 19 yanvar 2024-cü il tarixli 53 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, XXX Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X2 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" Birliyi PHŞ-nin Bərdə rayonlararası zona mərkəzindən alınmış 19 yanvar 2024-cü il tarixli 54 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Zərərçəkmiş şəxs barəsində təyin edilmiş təkrar məhkəmə-tibbi komisyon ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" Birliyi PHŞ-dən alınmış 26 yanvar 2024-cü il tarixli 37 saylı məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində xəsarət və ya xəsarət izi aşkar edilmədi, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yola cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, kompleks məhkəmə tibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" Birliyi PHŞ-dən alınmış 23 fevral 2024-cü il tarixli 47- MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs plaşın arxa səthinin sağ boyun nahiyəsində sağ qolun tikiş xəttinin başlanğıcından başlayan 01 (bir) ədəd kiçik ölçülü və alt paltarının ön səthinin sol nahiyəsində sərbəst kənarının güpür birləşən tikiş xətti boyunca 01 (bir) ədəd xətti bölünmələr aşkar olundu. Bu zədələr sökülmə zədələridir, paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd poluver, 01 (bir) ədəd ətək, 01 (bir) ədəd kalqotka, 01 (bir) ədəd mayka üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə(lər) aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş edilmiş, kompleks məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" Birliyi PHŞ-dən alınmış 26 fevral 2024-cü il tarixli 69/2024- MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman üzərində olan ləkələrdə qan və spermatozoidlər aşkar olunmadı. Sidiyə, ağız suyu, tərə şübhəli ləkə və tükə oxşar obyekt aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş balış üzü, yorğan üzü, mələfə və Zərərçəkmiş şəxs məxsus palto, uzunqol köynək, şalvar (isti alt paltarı), məmədan, qolsuz mayka üzərində, qana, spermaya, sidiyə, ağız suyu, tərə şübhəli ləkə və tükə oxşar obyekt aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 daxil olmuş 23 yanvar 2024-cü il tarixli, 18-1-28/2-124/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X22 Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 daxil olmuş 23 yanvar 2024-cü il tarixli 18-1-28/2-125/2024 nömrəli məktubda göstərilmişdir ki, XXX Təqsirləndirilən şəxs2 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X22 Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nairliyi 2 saylı İstintaq Təcridxanasından və Bərdə RPŞnin MSY-dən daxil olmuş Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 barəsində olan tibbi kitabçaların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul edilərkən və eyni zamanda Bərdə RPŞ-nin MSY-ə daxil olarkən, onların bədən səthi üzərində heç bir xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli, tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İƏD-üzrə nümayəndəliyindən verilmiş 23 ya nvar 2024-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İƏD-üzrə nümayəndəliyindən verilmiş 03 aprel 2024-cü il tarixli arayışdan görünür ki, XXX Təqsirləndirilən şəxs2 atası- Vidadi Əhmədov, anası-X11, arvadı-X5, qızı - 2015-ci il təvəllüdlü Əhmədli Kifayət Təqsirləndirilən şəxs2 qızı, oğlu – 2017-ci il təvəllüdlü Mirşakir Əhməd oğlundan ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 avqust 2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş və notoriat qaydasında təsdiq olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənmiş və o, Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Onun Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Bu hüquq hər kəsin respublika ərazisində sərbəst hərəkət edə bilməsini, özünə yaşayış yeri seçə bilməsini və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsini nəzərdə tutur. Adam oğurluğu cinayətinin obyektini insanın şəxsi azadlığı təşkil edir. Əlavə obyekt qismində şəxsiyyətin həyatı və sağlamlığı çıxış edir. Yaşından, sosial statusundan, milliyyətindən, irqindən və sairədən asılı olmayaraq istənilən şəxs bu cinayətdən zərər çəkmiş ola bilər. Adam oğurluğu cinayətinin obyektiv cəhətini zərər çəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərər çəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və s. daxildir. Təqsirkarın əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə tövsif edilməsi üçün fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi həyat və sağlamlıq üçün təhlükəli olmamalıdır. (Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə tövsif edilir). Bu cinayət formal tərkiblidir və şəxs tutulduğu və başqa yerdə saxlandığı andan başa çatmış sayılır. Oğurlama hərəkətlərinə şəxsin tutulması, bir yerdən başqa yerə aparılması və orada saxlanması, yaxud bu hərəkətlərdən yalnız biri — həmin şəxsin başqa yerdə saxlanması daxildir. Zərər çəkmiş şəxsin saxlanma müddətinin (bir saat, iki gün, bir ay və s.) əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi) iki və ya daha çox şəxsin bu cinayətin törədilməsi üçün qabaqcadan razılığa gəlməklə birgə iştirak etməsini nəzərdə tutur. Bu əlamət üzrə məsuliyyətin yaranması üçün iştirakçılardan hər biri cinayətin törədilməsində (icrasında) bilavasitə iştirak etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Eləcə də, məhkəmə kollegiyası, məhkəmə iclasında tədqiq olunmuş sübutlara ayrıayrılıqda və cəm halında qiymət verərək hesab edir ki, həmin sübutlar cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əldə edilən, bir-birinə uyğun gələn və bir-birini təsdiq və tamamlayan sübutlar olduğu üçün həqiqətə uyğun gələn, mötəbər və mümkün sübutlardır. Məhkəmə belə nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə ittihamda göstərilən cinayətin baş vermə faktı və halları, həmin cinayətin Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi, onların təqsirli olmaları, hər birinin rolu və cinayətdə iştirakının xarakteri, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətlərin tövsifedici əlamətləri müəyyən edilir. Odur ki, məhkəmə təqsirini müəyyən etmək üçün tədqiq edilmiş sübutların məcmusu ilə kifayətlənir və hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğunu törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin könüllü razılıq əsasında qaçırdıqlarını, eyni zamanda Təqsirləndirilən şəxs1 görüntü olaraq Zərərçəkmiş şəxs atasından qorxduğu üçün onu zor tətbiq edərək qaçırmasını bildirməsi, həmçinin Təqsirləndirilən şəxs1 Bəturə ilə münasibətlərinin olması və onu öz razılığı əsasında qaçırması barədə ifadələrinə, bundan başqa şahidlərin sırf Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qohumluq münasibətlərinə dayanaraq verdikləri ifadələrində zərərçəkmiş şəxsin sakit dayandığını və narazılığını biruzə verməməsi barədə ifadələrə qiymət verərək, sözügedən ifadələrin işin fakitiki hallarına uyğun olmadığını, sözgügedən halların hadisənin baş vermə mexanizmi ilə eynilik təşkil etmədiyini və həmin halların məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, eyni zamanda təqsirləndirilən şəxslərin istintaq zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətinin protokolları və toplanılmış digər istintaq materialları ilə təkzib edildiyindən həqiqətə uyğun olmayan, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yaxa qurtarması məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, zərər çəkmiş Zərərçəkmiş şəxs həm məhkəməyədək icraat, həm məhkəmə iclasında göstərmişdir ki, təqsirləndirilən şəxslər ona qarşı zor tətbiq etməklə, iradəsinə zidd olaraq onu qaçırmış, daha sonra isə onu müxtəlif ünvanlara apararaq orada saxlamağa cəhd etmiş, lakin sonradan polis əməkdaşları gəldikdən sonra zorla təqsirləndirilən şəxslərin əlindən alaraq evlərinə gətirilmişdir. Zərərçəkmiş şəxs bu ifadəsi məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla – təqsirləndirilən şəxslərin istintaq zamanı verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətinin protokolları və toplanılmış digər istintaq materialları və məhkəmə iclasında müəyyən edilmiş işin digər halları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbinin olmamasını, məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs1 onkoloji xəstəlikdən əziyyət çəkən anasının vəfat etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, XXX Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağınının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasın cəzalarını yüngülləşdirən hallar kimi, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətlərini ağırlaşdıran halların isə olmadığını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 əməlində bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduğundan, eləcə də əməllərində cəzanı ağırlaşdıran hallar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə onlara təyin ediləcək cəzanın müddəti və ya həcmi Cinayət qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası, törətdikləri cinayətə görə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan on iki il müddətinə azadlıqdan məhrum etmənin dörddə üçündən, çox ola bilməz. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq vurğulayır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlinə görə onlar barəsində təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 9 (doqquz) ildən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsinin sanksiyasında 8 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası göstərilmişdir. Həmçinin, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eyni zamanda onların şəxsiyyətlərini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs1 onkoloji xəstəlikdən əziyyət çəkən anasının vəfat etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini, XXX Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağınının olmasını nəzərə alıb, onları cəmiyyətdən təcrid etmədən, yəni təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq tətbiq etməklə onların islah olunmalarına nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onların cəzalarını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini nəzərə alaraq barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onlarınn cəza çəkmədən islah olunmalarını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5ci maddəsinə əsasən davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışları üzərində nəzarət yaşayış yerləri üzrə müvafiq İcra və Probasiya şöbələrinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və XXX Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın sınaq müddəti ilə şərti hesab olunmasını nəzərə alaraq hesab edir ki, onların barələrində seçilmiş Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və onlar dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs1 vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs2 isə vəkil Müdafiəçi1 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 51 (əlli bir) iş saatı (23 iş saatı xx.xx.2025-ci il tarixədək, 28 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 416 (dörd yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. XXX Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. XXX Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. XXX Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən XXX Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. XXX Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. XXX Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 416 (dörd yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar