Məhkəmə qərarları › İş №1(100)-192/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-192/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-192/2020 05.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Məhkəməsinin hakimləri: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Qasımov Zabil Köçəri oğlunun iştirakları ilə, X4 Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasını keçirərək məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, 2019-cu ilin avqust ayının əvvəllərindən etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-BB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olarkən ayrı-ayrı vaxtlarda bir neçə dəfə taksi xidməti göstərdiyi həmkəndlisi, xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq qərarına gəlmiş və xx xxxxxx 2019-cu il tarixdə, saat 14:40 radələrində Zərərçəkmiş şəxs xahişi ilə onu rayonun Qovlar şəhərindən evlərinə apararkən istəyinə çatmaq üçün münasib şəraitin əmələ gəldiyini görüb, sonuncunu evlərinə aparmaq əvəzinə əvvəlcədən planlaşdırdığı, Ceyrançöl qış otlaq sahəsinə aparıb orada cinsi əlaqədə olmaq niyyətini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadıb, guya anasının həmin istiqamətdə yerləşən Kür çayının kənarında tanışı ilə yeyib içdiyini, sərxoş olduğuna görə vəziyyətinin yaxşı olmadığını bildirərək onun yanına getməyi təklif etdikdə anasının sərxoş olduğunu eşidən Zərərçəkmiş şəxs həmin yerə getməyə razılaşdıqdan sonra o, avtomaşınla sonuncunu “Ceyrançöl” qış otlaq sahəsinin Tovuz rayonunun ərazisində yerləşən hissəsinə, çöllük əraziyə aparıb həmin ərazidə, saat 17.30 radələrində idarə etdiyi avtomaşını saxladıqdan sonra arxa oturacağa keçərək Zərərçəkmiş şəxs qolundan tutub onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Anarənin onun təklifini rədd edib yumruqla vuraraq müqavimət göstərməsini və qışqırmasını görüb zor tətbiq etməklə və öldürmə hədəsi ilə Zərərçəkmiş şəxs zorlamaq qərarına gəlmiş, cinayətkar qəsdini başa çatdırmaq məqsədi ilə əvvəlcə avtomobilin salonundan götürdüyü rezin şarı Anarənin boğaz nahiyəsinə keçirməklə və əli ilə vurmaqla ona fiziki zor tətbiq edərək boyun nahiyyəsinin, hər iki körpücük nahiyyələrinin, sağ bazunun, sağ saidin, sol saidin və sol əlin qançırları ilə müşayiət olunan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək müqavimətini qırmış, daha sonra isə avtomobilin saxlanc yerindən götürdüyü istintaqa məlum olmayan bıçağı nümayiş etdirib Zərərçəkmiş şəxs öldürməklə hədələyərək avtomobildən düşüb əvvəlcə öz şalvarını və trusikini aşağı çəkmiş, daha sonra isə fiziki zor tətbiq edərək avtomobilin arxa oturacağında olan Anarənin qolunu arxaya burub əynindəki şalvarını və trusikini aşağı endirərək gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs iradəsi əleyhinə cinsiyyət orqanına daxil etməklə zorla təbii yolla cinsi əlaqədə olaraq sonuncuya sağ böyük cinsiyyət dodağının selikli qişasında olan qansızma sahəsi ilə müşayiət edilən və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə onu zorlamışdır. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu şifahi vəsatət verərək bildirdi ki, xx xxxxxx 2019-cu il “telefon cihazının götürülməsi” protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd SAMSUNQ markalı telefonun yaddaşında hadisədən sonra Təqsirləndirilən şəxslə aralarında olan söhbətin səs yazıları iş üçün əhəmiyyət kəsb etdiyindən göürülmüş və xx xxxxxx 2019-cu il tarixli telefon cihazlarına baxış protokoldan görünür ki, Zərərçəkmiş şəxs qeyd etdiyi SMS-lər screenshot olunaraq, istintaq üçün əhəmiyyət kəsb edən səs yazıları “flash carda”a köçürülərək protokola əlavə olunmuşdur. xx xxxx 2020-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sərbəst səs fonoqramı nümunələri götürülərək CD diskə köçürülmüşdür. Həmçinin “Subutların qiymətləndirilməsi, cinayət əməlinin tövsif edilməsi və maddi subut qismində tanınma haqqında” xx xxxx 2020-ci il tarixli qərarda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs götürülmüş səs fonoqramı nümunələrinin qeydə alındığı 2 ədəd CD disk eləcə də “ Transcend” markalı fləş yaddaş kartı maddi subut kimi tanınmışdır. Lakin cinayət işinin materiallarından görünür ki, “təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında” xx xxxx 2020-ci il tarixli protokolda həmin maddi sübutların təqsirləndirilən şəxsə və müdafiəçiyə təqdim edilməsi öz əksini tapmamışdır. Qeyd olunan bu halların məhkəmə baxışında aradan qaldırılması mümkün deyildir. Odur ki, ibtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını, təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçi Zabil Qəhrəmanovun vermiş olduğu vəsatəti müdafiə edirək əlavə olaraq bildirdi ki, ibtidai istintaqın yekununda ona cinayət işinin istintaq materialları təqdim olunsada, CD disk və fləş yaddaş kartı təqdim olunmamışdır. Məhkəmə cinayət işinin materiallarını, Təqsirləndirilən şəxs müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlunun vəsatətini nəzərdən keçirib qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs müdafiəçi Qəhrəmanov Zabil Köçəri oğlunun vəsatəti təmin edilməli, ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud qanun pozuntularına görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması, kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 maddələrinin tələblərinin pozulması sonda təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, ********* nömrəli cinayət işinin materiallarında olan “cinayət işinin materialları ilə tanış etmə haqqında” 22 və xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət işinin materialları təqdim olunmasına baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən xx xxxx 2020-ci il tarixli qərarla maddi subut kimi tanınmış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs götürülmüş səs fonoqramı nümunələrinin qeydə alındığı 2 ədəd CD disk eləcə də “Transcend” markalı fləş yaddaş kartı onlara təqdim olunmamışdır. Bu da təqsirləndirilən şəxsin qanunvericiliyin tələbinə müvafiq olaraq cinayət işi materialları və cinayət işində mövcud olan maddi sübutlarla tam tanış olması imkanından məhrum olmasına və həmçinin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 285.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolla tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmişdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 303.3.8-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri yalnız: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.1); cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə (155.3.2); əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə (155.3.3) - tətbiq oluna bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” yarımbəndindən, eləcə də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.3-cü maddəsindən belə aydın olur ki, şəxsin azadlıqdan məhrum edilməsi üçün onun hüquq pozuntusu törətdiyinə dair əsaslı şübhənin olması zəruridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi şəxsin cinayət əməlində təqsirli bilindiyi halda qərar verilməzdən əvvəl onun həbsi üçün dörd əsas qəbul edilən səbəb göstərir: təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə riski (“Stöqmüller Avstriyaya qarşı” iş); təqsirləndirilən şəxsin azad olunduğu təqdirdə ədalət mühakiməsinin həyata keçirilməsinə maneə törədəcəyi riski (“Vemhoff Almaniyaya qarşı” iş), digər cinayət əməlləri törədəcəyi riski (“Matznetter Avstriyaya qarşı” iş) və ya ictimai qaydanı pozması riski (“Letelye Fransaya qarşı” iş). “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Avropa Məhkəməsinin presedentlərinə görə həbs qətimkan tədbirinin tətbiqinə, bir qayda olaraq, cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir. Bu halda isə şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır. Təqsirləndirilən şəxs barəsində seçilən “həbs” qətimkan tədbirinin müddətinin xx xxxx 2020-ci il tarixdə bitməsini nəzərə alaraq, məhkəmə xx xxxx 2020-ci il tarixli qərarla “həbs” qətimkan tədbirinin müddətini məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirmədən saxlamışdır. Beləliklə məhkəmə şərh olunan normalara əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlin ictimai təhlükəliliyini və xarakterini, təqsirləndirilən şəxsin həbsdən azad olunması üçün maddi və prosessual əsasların olmadığını, həmçinin həbs qətimkan tədbirinin müddətinin bitməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə uzadılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1., 303.2., 303.3.1., 303.3.8-cı maddələrini rəhbər tutub məhkəmə, Qərara alır:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayətişi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri xx xxxxxx 2020ci il tarixdən hesablanmaqla 1 ay müddətinə uzadılsın.

3. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, müdafiəçiyə və təqsirləndirilən şəxsə göndərilsin.

4. Qərardan şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar