Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-192/2021 28.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 1989-cu ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olan və yaşayan, 18 dekabr 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayonu, Qaracəmirli kəndinin ərazisində faktiki mülkiyyətində olmuş, 02 sentyabr 2020-ci tarixli, 355530 nömrəli etibarnamə əsasında idarə etdiyi “Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ev istiqamətində hərəkətdə olarkən həmkəndlisi X6 evinin yaxınlığında piyada hərəkət edən qonşusu Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan, xx.xx.1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs görüb avtomobili onun yanında saxlamış və avtomobildən düşərək ona yaxınlaşıb evlənmək məqsədilə adam oğurlamaq niyyətilə Zərərçəkmiş şəxs əynindəki paltarlarından tutaraq əlləri ilə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib sonuncuya sağ gözaltı nahiyənin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə avtomobilin arxa sağ oturacağına onun iradəsinə zidd və iradəsindən kənar qanunsuz olaraq evlənmək məqsədilə zorla mindirmiş, sonra bir əli ilə Zərərçəkmiş şəxs saçından tutub saxlamaqla avtomobilin sağ ön hissəsindən sərnişin oturacağına və oradan isə sükan arxasına keçərək avtomobilini idarə etməklə onu evlənmək məqsədilə oğurlayıb təxminən 200 metr məsafəni qətt edərək sürətlə hərəkət etmiş, həmin vaxt avtomobilin yoldakı çuxura düşərək dayanması və nasazlıq səbəbindən öz-özünə açılmış sağ qabaq qapısını bağlamaq istəyərkən Təqsirləndirilən şəxs sağ əli ilə tutub saxladığı Zərərçəkmiş şəxs buraxmış və bu vəziyyətdən istifadə edərək sonuncu avtomobilin arxa sağ qapısını açaraq düşüb qaçmışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şəmkir rayonu Qaracəmirli kəndində anası Gülçöhrə Quliyeva və azyaşlı övladları Gülçin, Gülər və Knyaz ilə birlikdə yaşayır, arvadı Şahid4 ilə təxminən 4 ay əvvəl qeyri-rəsmi ayrılmış, buna görə də sonuncu hazırda Cəlilabad rayonunda valideynləri ilə birlikdə yaşayır. O, özünə məxsus “Vaz 21011” markalı, sarı rəngli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi taksi fəaliyyəti göstərib övladlarına baxır. Zərərçəkmiş şəxs onun qonşusudur. Lakin, buna baxmayaraq hər ikisi ailə qurmamışdan əvvəl bir-birilərini sevmişlər. Lakin, valideynləri onların ailə qurmaqlarına imkan verməmiş, daha sonra Ofelya ailə qurmuş, lakin bir neçə ildən sonra boşanıb atasının evində yaşamağa başlamışdır. Bundan sonra bir müddət əlaqələri olmuş, təxminən 5-6 il əvvəl Ofelya onu evinin hamam otağında olan böyük ölçülü vedrəni götürməkdə ona köməklik etməyi xahiş etmiş və həmin vaxt da onun ailə üzvləri bunu səhv anlayıb barəsində Şəmkir rayon prokurorluğuna şikayət etdiklərinə görə araşdırma aparılmışdır. Bundan bir müddət sonra o, Ofelya ilə danışmış, təxminən 4 ay əvvəl isə arvadı Şahid4 ondan ayrılıb getdiyindən 3 azyaşlı uşaqları onun himayəsində qalmışdır. O, da övladlarına baxmaqda çətinlik çəkmiş və buna görə də ailə qurmağı planlaşdırmışdır. O, bununla bağlı Ofelya ilə danışmış və sonuncu da onunla ailə qurmağa razılıq vermişdir. 14 dekabr 2020-ci il tarixdə, saat 16 radələrində o, Ofelya ilə yaşadığı evin giriş qapısının qarşısında söhbət edərkən ona, “bir saatdan sonra anasına kənddə yerləşən aptekdən dərman almaq üçün gedəcək, həmin vaxt gəlib onu aparım” məzmunlu sözlər demişdir. O, da Zərərçəkmiş şəxs ilə razılaşmış və həmin günü saat 17 radələrində idarə etdiyi “Vaz 21011” markalı avtomobili ilə dükana gedib ərzaq alaraq yaşadığı evə gəlmişdir. Sonra isə o, idarə etdiyi avtomobili ilə kəndin mərkəzinə doğru hərəkət edərkən Ofelyanın küçə ilə aptekdən yaşadığı evə doğru tək piyada getdiyini görmüş və avtomobilini arxaya doğru sürüb onun yanına yaxınlaşmışdır. O, avtomobildən düşüb Ofelyaya yaxınlaşmış və avtomobilinə minməsinə demişdir. Həmin vaxt Ofelya ondan, öz istəyi ilə getməsini kiminsə bilməməsi üçün onu zorla avtomobilə mindirməsini xahiş etmişdir. Ofelya ərindən boşanmış və kənddə adına söz yayılmasını istəməmişdir. Buna görə də o, Ofelyanın qolundan və sinəsindən tutmaqla dartışdırıb idarə etdiyi avtomobilin arxa oturacağına mindirmiş və qabaq sərnişin oturacağından avtomobilə daxil olub qabaq sürücü oturacağında əyləşmiş, sonra isə Ofelyanı yaşadığı evə aparmaq üçün avtomobili hərəkət etdirmişdir. Təxminən küçə ilə yaşadığı evə doğru 100 metr məsafə qət etdikdən sonra Ofelya ona getmək istəmədiyini və onu buraxmasını demişdir. Bundan sonra o, avtomobili saxlayıb qapısını açıb, Ofelyaya getməsini demişdir. Bundan sonra o, yaşadığı evə gəlmiş, bir neçə dəqiqədən sonra Ofelyanın bacısı Aynurə onun yaşadığı evə gəlib onu bacısı Ofelyanı zorla qaçırmaqda günahlandırmaqla söyüb təhqir etmiş və avtomobilinin arxa şüşəsini daşla vurub sındırmışdır. O, Ofelyanı zorla qaçırmamış, ona xəsarət yetirməmiş, onun öz xahişi ilə zorla aparmasını nümayiş etdirmək məqsədilə zorla avtomobilinə mindirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayır. 2000-ci ildə Şəmkir rayonu Qaracəmirli kənd sakini Vüqar İsmayılov ilə ailə qurmuş, 2005-ci il tarixdə ailədaxili söz-söhbətləri olduğuna görə ayrılmış, birgə nigahlarından 16 yaşlı İlkinə adlı övladı vardır. O, heç bir yerdə işləmir, lakin 2 qrup əlillik dərəcəsinə görə 230 manat təqaüd alır. Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs də əvvəllər ailəli olmuş, təxminən bir müddət əvvəl Rəşad arvadı Günəşdən ayrılmışdır. Ailə qurmamışdan əvvəl Rəşadın ona qarşı sevgi münasibəti olub, ancaq o, Rəşadı istəməmiş, sonradan təxminən 6 il əvvəl o, boşanıb atası evində yaşayan vaxt isə Rəşad evli olduğu halda onların həyətinə daxil olmuş, bununla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılmışdır. Həmin vaxtdan sonra Rəşadla onun arasında heç bir narazılıq, münasibət və əlaqə olmamışdır. 14.12.2020-ci il tarixdə saat 17 radələrində o, evlərindən çıxıb yaşadığı kəndin mərkəzində yerləşən aptekə xəstə anasına dərman almaq üçün təxminən 300-400 metr küçə ilə piyada hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi sarı rəngli “VAZ 21011” markalı avtomobilini onun yanında saxlayıb ona avtomobilə əyləşməyini demişdir. O, Rəşada yanından getməyini deyib iradını bildirmiş, sonra yoluna davam edib aptekə getmişdir. O, aptekdən dərman alıb yolla evinə qayıdanda Rəşadın avtomobilinin kənardan getdiyini görmüş, lakin fikir verməmişdir. O, evlərinə çatmağına təxminən 200 metr qalmış artezianın yanında həmkəndlisi X6 yaşadığı evinin qarşısında Rəşad küçədə idarə etdiyi həmin avtomobilini onun qarşısında saxlamışdır. Həmin vaxt Rəşad avtomobildə tək olmuşdur. O, yoluna davam etmiş və bu vaxt Rəşad avtomobili arxaya doğru hərəkət etdirib onun qarşısında saxlamış, bundan sonra Rəşad sükanın arxasından düşmüş və ona yaxınlaşıb qolundan və kürək nahiyələrinən hər iki əlləri ilə tutub avtomobilin sağ arxa qapısına tərəf gətirmiş, sonra əli ilə arxa qapını açıb onu çəkişdirmiş və zorla avtomobilə əyləşdirib qapını bağlanması üçün düyməsini basmışdır. Sonra Rəşad sükana tərəf getmək istəmiş, o isə qapını açıb düşmək istəmiş, lakin Rəşad imkan verməyib yenidən qapını bağlayaraq Rəşad avtomobilə sükanın arxasına əyləşmək istəmişdir. Ancaq o, qapını açıb düşmək istədiyindən Rəşad geri qayıdıb yenidən ona əlləri ilə zor tətbiq edib avtomobildən düşməyinə imkan verməyərək avtiomobilin qapısını bağlamışdır. Həmin vaxt qapının çərçivəsi ilə ayna hissəsi onun sifətinin sağ nahiyəsinə dəydiyindən ağrı hiss edib əli ilə başını tutmuşdur. Rəşad isə dərhal qabaq sağ oturacaqdan salona daxil olub əli ilə onun saçından tutmaqla sükanın arxasında əyləşmiş və avtomobili tək əli ilə işə salmışdır. Sonra Rəşad bir əli ilə onun saçından tutmaqla əli ilə başını aşağı salmışdır ki, heç kəs onu avtomobildə görməsin, digər əli ilə isə avtomobili idarə etmişdir. Yolda gedərkən Rəşad onu hədələmişdir ki, bu barədə sonradan heç kəsə məlumat verməsin, əks halda onu şərlədiyini deyəcəyini və buna görə də ona heç kəsin inanmayacağını bildirmişdir. Təxminən 100-200 metr Rəşadın avtomobilində kəndin çıxış hissəsinə doğru hərəkət etmiş, həmin vaxt Rəşaddan onu buraxmasını tələb etsə də, onu buraxmamışdır. O, isə düşməyə cəhd etdiyindən, eləcə də Rəşad bir əli ilə onu saxladığından sükanı sağa-sola döndərmişdir. Bu vaxt avtomobil təpə kimi bir az yüksək yerə çıxıb dayanmış, qapıları açılmış, avtomobildən düşmək istəmişdir. Həmin vaxt Rəşad yenə əli ilə onun tutmaqla avtomobildən düşməyə icazə verməmişdir. Sonra Rəşad yenə təxminən 100 metr avtomobili idarə etmiş və həmkəndlisi İlhamın evinin qarşısında avtomobil yenidən öz-özünə dayanmışdır. Bu vaxt qapaq sağ qapı açılmış, həmin vaxt Rəşad onu buraxmış və həmin qapını örtmək istəyəndə avtomobil hansısa səbəbdən dayanmışdır. Rəşad bir əli ilə avtomobili işə salmaq istəyərkən və digər əli ilə sükanı tutduğundan onu buraxmışdır. O, da bundan istifadə edərək arxa qapını açaraq avtomobildən düşmüşdür. Həmin vaxt Rəşad arxasınca düşməsə də, çağırıb demişdir ki, “əşyan qaldı, əşyan qaldı”. O, isə oradan iti addımlara qaçmaqla yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. O, təxminən 100 metr məsafə qət etdikdən sonra Rəşadın avtomobillə onun yanına çatdığını görüb, dərhal oradakı döngədən dönməklə bibisi Xalidənin evinə doğru hərəkət etmişdir. Düşünmüşdür ki, o, yaşadığı evə doğru getsə yenidən Rəşad onu avtomobilinə zorla mindirərəcəkdir. Rəşad onun döngədən dönməsini gördüyündən çıxıb getmişdir. O, bibisinin yaşadığı evə çatmış, lakin bibisi Xalidə evində olmamış, yalnız gəlini Səbinə və 8 yaşlı qızı Mələk olmuş, onlara da utandığından bir söz deməmişdir. Lakin, Səbinə onun gözünün altında xəsarət olmasını görüb, ondan nə olduğunu soruşmuş və o, sonuncuya bir söz deməmişdir. Bundan sonra bibisinin nəvəsi Mələyə onunla evlərinə geməsini demişdir. Belə ki, o, yolda Rəşadın yenidən onu qaçırmaq istəməsindən qorxmuşdur. Bundan sonra yolda təsadüfən atası Vadəddini qohumu Hilalın avtomobili ilə getdiyini görmüş, atası avtomobili onların yanında saxlatmış, onlar avtomobilə əyləşib evə gəlmişlər. O, həmin vaxt Rəşadın idarə etdiyi “Vaz 21011” markalı avtomobilini yaşadığı evin qarşısında dayandığını görmüşdür. O, utandığından bu barədə əvvəlcə valideynlərinə heç bir söz deməmiş, lakin sonra bu barədə bacısı Aynurəyə demiş və sonuncu da əsəbləşib Təqsirləndirilən şəxs yaşadığı evə doğru getmişdir. Sonra bacısı Aynurə gəlib onun qaçırılmağı ilə bağlı Azəbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmiş, həmçinin o, da Şəmkir rayon polis X14 bölməsinə bu barədə ərizə ilə müraciət etmişdir. İzahat verdikdən sonra bədəninin üzərində xəsarətlər olduğuna görə tibbi müayinədən keçmiş, həmçinin onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Rəşadın onu zorla avtomobilə mindirib avtomobili idarə edəndə ondan xoşu gəldiyindən evlənmək istədiyini demişdir. Hadisə zamanı ətrafda kənar şəxs və ya şəxslərin olmadığını, həmin vaxt orada olan Səfərin evinin küçəyə baxan divarında müşahidə kameralarının olmasını, Rəşadın ona qarşı etdiyi hərəkətlərə görə sonuncunu nəlayiq söyüşlərlə təhqir etməsini, Təqsirləndirilən şəxs ona əvvəllər ailə qurmağı təklif etmədiyini bildirmişdir. Qeyd edilən hadisəni əvvəlcədən planlaşdırmadığını, hadisə günü ətrafdakı şəxslərin Rəşadın onu zorla qaçırması kimi anlaması üçün sonuncudan onu zorla qaçırmasını xahiş etmədiyini bildirmişdir. Rəşadın onu könüllü azad etmədiyini, Rəşadın idarə etdiyi avtomobilin nasazlığı səbəbindən dayanmasından istifadə edib qaçdığını, Təqsirləndirilən şəxs ona hər hansı formada cinsi əlaqədə olmağı təklif etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Qaracəmirli kəndində valideynləri ilə birlikdə birlikdə yaşayır, Zərərçəkmiş şəxs onun babasını qardaşı qızıdır. 14.12.2020-ci il tarixdə saat təxminən 18 radələrində o, yaşadığı kənddə “Vaz 2106” markalı, 57BF426 dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib qohumu Sabirin evinin qarşısında Ofelyanı və qohumu azyaşlı Mələyi görmüşdür. Həmin vaxt avtomobilində olan Vadəddin avtomobili saxlayıb qızı Ofelyanı avtomobilə mindirməyini demiş və o, da avtomobili saxlamış, bundan sonra Ofelya və Mələk avtomobilində əyləşmişlər. O, da həmin şəxsləri yaşadığı evə gətirib düşürtmüşdür. O, avtomobilə minərkən Ofelyanın sağ göz nahiyəsinin altında qızartı görmüş, lakin bu haqda ondan heç nə soruşmamışdır. Həmin günü axşam saatlarında bilmişdir ki, həmin vaxtı həmkəndlisi Rəşad Ofelyanı zorla idarə etdiyi avtomobilə evlənmək məqsədilə zorla mindirmiş və daha sonra isə Ofelya maşından düşüb qohumu Sabitgilə getmiş, oradan gedərkən yolda onlarla rastlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Qaracəmirli kəndində qaynanası Gülçöhrə Quliyeva, azyaşlı övladları Gülçin, Gülər və Knyaz ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə qurmuş, birgə nigahlarından yuxarıda qeyd edilən azyaşlı övladları vardır. Zərərçəkmiş şəxs onun qonşusudur. Təxminən 5-6 il əvvəl Ofelya əri Rəşadı evinə daxil olmasına görə şərləmiş və buna görə də onunla aralarında narazılıq yaranmışdır. Təxminən 2020-ci ilin yay aylarında onun iş yerindən aldığı pulların müqabilində Rəşad özünə tanımadığı şəxsdən “Vaz 21011” markalı, sarı rəngli **-BA-*** dövlət nömrə nişanlı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci il sentyabr ayının əvvəllərində Rəşad ilə aralarında narazılıq yarandığından azyaşlı övladlarını da Rəşadın yanında qoyaraq ondan qeyrirəsmi ayrılıb valideynlərinin yanına getmişdir. Təxminən 2020-ci ilin dekabr ayının 20-də o, ata evindən Qaracəmirli kəndində gələndə eşitmişdir ki, Rəşad qonşuları Ofelyanı qaçırmaq istədiyinə görə polis əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra o, “Vaz 21011” markalı, sarı rəngli **-BA-*** dövlət nömrə nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə qonşulara məlumat vermişdir. Həmin vaxt avtomobilin arxa pəncərəsi sındırılmış vəziyyətdə olmuşdur. Ona bildirmişlər ki, həmin avtomobilin şüşəsini Ofelyanın bacısı Aynurə sındırmışdır. Həmin pəncərəni də təmir etdirib 1400 manata Ramin adlı şəxsə satmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17.12.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir rayonu, Qaracəmirli kəndinin ərazisində Səfər Qasımovun yaşadığı evin qarşısındadır. Zərərçəkmiş şəxs avtomobildən düşüb qaçdığı yolun örtüyü enişli-yoxuşlu, torpaqlı çınqıllıdır. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 15.12.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD-R diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən disk götürülmüş və maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 25.12.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı görüntünün 1,40 dəqiqədən ibarət olmasını, görüntünün 06-cı saniyəsində Zərərçəkmiş şəxs küçə ilə piyada gəlməsi, həmin vaxt sarı rəngli “Vaz 21011” markalı avtomobilin sürücüsü, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gördükdən sonra avtomobilini arxaya doğru idarə edərək sonuncunun qarşısında saxladığını, görüntünün 17-ci saniyəsində Təqsirləndirilən şəxs avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşdığını, 22-ci saniyəsindən 52-ci saniyyəsinə qədər olan müddətlərdə Təqsirləndirilən şəxs zorla Zərərçəkmiş şəxs qolundan tutub dartışdırmaqla avtomobilin arxa oturacağına mindirməyə çalışması və 52-ci saniyədə Ofelyanı avtomobilin arxa oturacağına mindirib qapını örtdükdən sonra sükana doğru gedərkən Zərərçəkmiş şəxs avtomobilin qabaq qapısını açıb düşməsi görünür. Bundan sonra Təqsirləndirilən şəxs yenidən avtomobilin arxa oturacağına tərəf gəlib fiziki zor tətbiq edərək Ofelyanı avtomobilin arxa oturacağına mindirib qapısını örtdükdən sonra qabaq sərnişin oturacağı tərəfdən avtomobilə əyləşib və 1-ci dəqiqə 31-ci saniyəsində isə avtomobili sürüb oradan uzaqlaşması görünür. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. “Avtomobilə baxış keçirilməsi haqqında” 26.02.2021-ci il tarixli protokoldan görünür ki,hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21011” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə mütəxəssis qismində dəvət edilmiş Qabil Şükürovun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Qabil Şükürov bildirmişdir ki, təqdim olunmuş avtomobil 1975-ci il buraxılışlı olduğundan uzun müddət istismar olunmuş, avtomobilin qabaq və arxa sağ qapılarının nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Avtomobilin qeyd olunan qapıları nasaz vəziyyətdə olduğundan hər hansı yüngül təsirdən, yəni daşlıçınqıllı örtüklü, enişli-yoxuşlu avtomobil yollarında hərəkət etdirərkən açıla bilər. Eləcə də həmin qapılar toxunma nəticəsində, yəni əl və ayaq ilə toxunarkən də açıla bilər. Həmin avtomobil maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin müvəqqəti duracağına təhvil verilmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin 15.02.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs 14.12.2020-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayonu Qaracəmirli kəndinin ərazisində piyada hərəkət edən qonşusu Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Zərərçəkmiş şəxs gördükdən sonra ona fiziki zor tətbiq edib əynindəki paltardan tutmaqla idarə etdiyi “Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına zorla mindirərək evlənmək məqsədilə oğurlayıb 200 metr məsafə qət etdikdən sonra avtomobilin qapısı açılmış bundan sonra Zərərçəkmiş şəxs avtomobildən düşüb qaçmışdır. Həmin zaman ətrafda hər hansı şəxs olmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16.02.2021-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs baş vermiş hadisənin yeri, hadisənin baş vermə şəraiti, hadisə yerinin xüsusiyyətləri barədə istintaqa vermiş olduğu ifadəsindəki xüsusatları təsdiq etmişdir. “Üzləşdirmə haqqında” 20.12.2020-ci il tarixli protokoldan görünür ki,zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Vaddədin qızı və şübhəli şəxs Təqsirləndirilən şəxs ifadələri arasında mühüm ziddiyət olduğuna onlar arasında videoçəkilişlə üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Vaddədin qızı ifadəsində, 14 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən həmkəndlisi Səfər Qasımovun yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs zorla idarə etdiyi “Vaz 21011” markalı avtomobilin arxa oturacağına mindirib onu qaçırmasını, təxminən 200 metr məsafə qətt etdikdən sonra avtomobilin qapısı açıldığından Təqsirləndirilən şəxs avtomobilini məcburən saxlamasını, bundan istifadə edən Zərərçəkmiş şəxs avtomobildən düşüb qaçmasını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünün köçürüldüyü disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək iş materiallaırna əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 15.12.2020-ci il tarixli 1538 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sağ gözaltı nahiyənin hematoması küt əşyanın təsirindən törəmiş, törəmə müddətləri 14 dekabr 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözaltı nahiyənin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.01.2021-ci il tarixli 24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “şizofreniya, turmavari gedişli, terapevtik remissiya vəziyyəti XBT 10 ( Psixi və davranış pozuntularının beynalxalq təsnifatı 10-cu baxış) F 20.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik terapevtik remissiya (nisbi yaxşılaşma) mərhələsində olduğundan ona qarşı törədilmiş qanunazidd əməlin mahiyyətini və nəticələrini başa düşə bilər. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməli düzgün qavrayaraq həmin əməl barəsində düzgün ifadə verə bilər. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14.01.2021-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqlı vəziyyətdə olmuş, əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür və halhazırda tibbi xarakterli məcburi müəlicəyə ehtiyacı yoxdur Şəmkir Rayon Poliklinikasının 22.01.2021-ci il tarixli 448 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. “Şübhəli şəxsin tutulması haqqında” 18.12.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 20.12.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Şəmkir rayon Qaracəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.03.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Qaracəmirli kəndində anası Quliyeva Gülcöhrə əsgər qızı, həyat yoldaşı Şahid4 və övladları X4, X7 və X15 oğlu ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ № 762935 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında 12.06.2012-ci il tarixdə nikah bağlanmışdır. AZ № 11278112 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 12.11.2014cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. AZ № 11278103 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 07.02.2013cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. AZ № 11278111 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 01.03.2012ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 10.03.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı 26 fevral 2021-ci il tarixdə X5 tərəfindən təqdim edilərək baxış keçirilmiş “Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və saxlanılması üçün Şəmkir rayon polis şöbəsinin müvəqqəti duracağına təhvil verilmişdir. Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd “DVD-R” markalı və istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Vaddədin qızı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkətinin videogörüntüsü köçürülmüş 1 ədəd “DVD-R” markalı disklər cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ilə yaşadığı evin giriş qapısının qarşısında söhbət edən zaman sonuncunun ona bir saatdan sonra anasına kənddə yerləşən aptekdən dərman almaq üçün gedəcəyini, həmin vaxt gəlib onu aparmasını dediyini, həmin günü saat 17 radələrində idarə etdiyi “Vaz 21011” markalı avtomobili ilə dükana gedib ərzaq alaraq yaşadığı evə gəldikdən sonra idarə etdiyi “Vaz 21011” markalı avtomobili ilə kəndin mərkəzinə doğru hərəkət edərkən Zərərçəkmiş şəxs küçə ilə aptekdən yaşadığı evə doğru tək piyada getdiyini gördükdən sonra avtomobildən düşüb ona yaxınlaşmaqla avtomobilinə minməsini deyən zaman sonuncunun ona “məni avtomobilinə zorla mindir ki, kimsə görsə, elə bilsinlər ki, mən öz istəyimlə yox, zorla səninlə gedirəm” məzmunlu sözlər deməsini, buna görə də Zərərçəkmiş şəxs qolundan və sinəsindən tutaraq dartışdırıb idarə etdiyi avtomobilin arxa oturacağına mindirməsini, daha sonra isə Zərərçəkmiş şəxs yaşadığı evə aparmaq üçün avtomobili təxminən 100 metr küçə ilə yaşadığı evə doğru hərəkət etdirərkən Zərərçəkmiş şəxs könüllü azad etməsini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərəçəkmiş şəxsin və şahidlərin ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilib Şəmkir rayon polis şöbəsinin müvəqqəti duracağında saxlanılan “Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X2 qaytarılmalıdır. Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd “DVD-R” markalı və istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Vaddədin qızı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkətinin videogörüntüsü köçürülmüş 1 ədəd “DVD-R” markalı disklərin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 dekabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Şəmkir rayon polis şöbəsinin müvəqqəti duracağında saxlanılan “Vaz 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X2 qaytarılsın. Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd “DVD-R” markalı və istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Vaddədin qızı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkətinin videogörüntüsü köçürülmüş 1 ədəd “DVD-R” markalı disklərin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-192/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-192/2021
28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver