Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-192/2023 10.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi–Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Tərtər şəhəri, N.Nərimanov küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını və bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq əldə edib özünə məxsus “Toyota Prius” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı minik avtomobilində saxlayaraq gəzdirmiş, 20 iyun 2022-ci il tarixdə saat 19:50 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər şəhəri, Nizami küçəsində saxlanılaraq idarə etdiyi həmin avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Tərtər rayon polis şöbəsini inzibati binasının qarşısına gətirilib həmin gün saat 20:00 radələrində ona məxsus “Toyota Prius” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən avtomobilin ön sol oturacağının yan tərəfindən bir ədəd kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı və avtomobilin sol ön orturacağının üzərindən bir ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək özünə məxsus “Toyota Prius” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı minik avtomobilində saxlamaqla daşımış, 20 iyun 2022ci il tarixdə saat 19:50 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər şəhəri Nizami küçəsi ərazisində saxlanılaraq idarə etdiyi həmin avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Tərtər rayon polis şöbəsinin inzibati binasının qarşısına gətirilib həmin gün saat 20:00 radələrində ona məxsus “Toyota Prius” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən avtomobilin arxa sağ oturacağında olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli kiçik ölçülü plastik qabda təmiz çəkisi 0,952 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bunda başqa o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,793 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 53,09 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində və idarə etdiyi “Toyota Prius” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, 11 iyul 2022-ci il tarixdə, saat 15:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri H.Aslanov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinə gətirilib həmin gün saat 16:10 radələrində üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,219 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gün saat 16:30 radələrində isə ona məxsus “Toyota Prius” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin salonundan 41 (qırx bir) ədəd şəffaf sellofan kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,271 qram, 0,259 qram, 0,237 qram, 0,259 qram, 0,235 qram, 0,193 qram, 0,251 qram, 0,265 qram, 0,264 qram, 0,245 qram, 0,283 qram, 0,239 qram, 0,273 qram, 0,298 qram, 0,231 qram, 0,237 qram, 0,258 qram, 0,272 qram, 0,235 qram, 0,249 qram, 0,234 qram, 0,236 qram, 0,285 qram, 0,269 qram, 0,279 qram, 0,262qram, 0,257 qram, 0,242 qram, 0,273 qram, 0,274 qram, 0,316 qram, 0,281 qram, 0,287 qram, 0,254 qram, 0,330 qram, 0,222 qram, 0,258 qram, 0,254 qram, 0,221 qram və 0,256 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar hesab edilən 10,574 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 16 (on altı) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,62 qram, 3,15 qram, 3,86 qram, 3,65 qram, 3,28 qram, 2,80 qram, 3,18 qram, 3,56 qram, 3,51 qram, 2,52 qram, 2,77 qram, 3,97 qram, 3,31 qram, 3,14 qram, 3,51 qram və 3,26 qram olmaqla ümumi təmiz çəkisi 53,09 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır, iki azyaşlı övladı var və işləmir. 01 iyun 2014-cü il tarixdən 22 fevral 2022-ci il tarixədək MN-nin N saylı hərbi hissəində xidmət etmişdir N-cı il tarixdə “Aprel” döyüşlərində və 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır. İİ Qarabağ müharibəsi zamanı o travma aldığına görə bədənində ağrılar yaranmışdır. Həmin ağrılara görə “patı” adlanan psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. Təxminən iki ildir ki, həmin psixotrop maddədən istifadə edir. Öznə məxsus “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 20 iyun 2022-ci il tarixdə saat 19 radələrində Tərtər şəhəri Nizami küçəsində olarkən Tərtər RPŞ-nin əməkdaşları ona yaxınlaşıb avtomobilində və üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu və avtomobilinə baxış aparmaq isdədiklərini bildirmişlər. O polis əməkdaşlarına öz razılığını bildirmiş, sonra onun və polis əməkdaşlarının iştirakı ilə videokamera vasitəsilə avtomobilnə baxış aparılmışdır. Baxış zamanı avtomobilin ön sol oturacağının üzərində bir ədəd açılıb-bağlanan bıçaq, həmin oturacağın yan tərəfində isə bir ədəd qara rəngli çexolda olan bıçaq aşkar edilb götürülmüşdür. Bundan əlavə avtomobilinin arxa sağ oturacağında ona məxsus olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı, içərisində “patı” adlanan psixotrop maddə- metamfetamin olan bir ədəd ağ rəngli kiçik plastik qab aşkar edilmiş və götürülmüşdür. Bundan sonra bununla bağlı protokol tərtib edilmiş və o imza etmişdir. Bundan sonra Tərtər RPŞ-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Sonra isə ondan hazırda Tərtər şəhəri, N.Nərimanov küçəsində yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlayıb-saxlamadığı soruşuldu, o isə kirayə yaşadığı həmin evdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirdirmişdir. Bundan sonra evinə baxış aparılmasına etirazının olub-olmaması soruşulmuş, o isə heç bir etirazımın olmadığını bildirmiş və baxış aparılmasına etiraz etmədiyi üçün ərizə yazmışdır. Sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə kirayə yaşadığı evinə baxış aparılmış və baxış zamanı evində hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi protokola imza etmişdir. Bundan başqa 11 iyul 2022-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində özünə məxsus avtomobili avtoyuma məntəqəsinə vermək üçün yolun kənarında saxlayıb gözləyən zaman bir neçə mülki formada olan polis yanına yaxınlaşıb narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğun bildirib onu Bərdə rayon polis şöbəsin gətirmişlər. Sonra digər polis işçiləri onun avtomobilini də gətirmişlər. Üzərinə baxış zamanı 1 ədəd ad rəngli sellofan bükümdə heroin aşkar olunmuş çəkisi təxminən 0.35 qram olmuşdur. Avtomobilə baxış zamanı narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitənin ona məxsus olmadığını demiş, lakin boynuna götürməsə evinə də narkotik vasitə qoyacaqlarını demişlər. Ona görə də razılaşmışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Sonra dəvət olunmuş müdafiçinin iştirakı ilə ona hüqnuq va vəzifəlri izah edildikdən sonra video görünütü vasitsəi ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd üzərində “LİNE” yazısı olan siqart qutusu, 1 ədəd göy rəngli alışqan, 4 ədəd 1 manatlıq pul əskinasları, əynindəki qara rəngli şalvarın sağ yan gibindən 1 ədəd qara rəngli elektron avtomobil açar və 1 ədəd ağ rəngli seloffan bükümdə heroinə bənzər kütlə, əynindəki şalvarın arxa sağ, cibindən 2 ədəd mobil felefon çıxarıb masaya qoymuşdur. Onun təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdə baxış keçirildikdə həmin 1 ədəd bükümün içərisində heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 1 ədəd ad rəngli sellofan bükümdə heroinə bənzər kütlə bükümlə birlikdə ilkin çəkisi 0.35 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə keçinlən zaman ona deyildiyi kimi özünə məxsus "Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə saxladığını bildirmişdir. İştirakçıların və müdafiəçinin iştirakı ilə vadeogörüntü vasitəsi ilə xidməti otaqdan çıxıb idarə etdiyi “Toyota Prius” markalı avtomobilə yaxınlaşmışlar. Avtomobilin salon hissəsinə baxış keçirilmiş və avtomobilin salonunun qoltuqlatı hissəsindən 1 ədəd ağ təngli seloffan büküm və 1 ədəd ağ rəngli plasitk qab təqdim etmişdir. Özünün və müdafiçisinin iştirakı ilə həmin ağ rəngli bükümə baxış keçirilən zaman 1 ədəd ağ rəngli bükümün içəsindən 16 ədəd hər birinin içərisi dolu vəziyyətdə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra 1 ədəd ağ rəngli plasitik qabda 41 ədəd hər biri seloffan bükümdə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Sonra 1 ədəd plastik qabda olan 41 ədəd seloffan bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və 41 ədəd hər biri ayrı-ayrı seloffan bükümdə olan heroinə bənzər kütlələr birlikdə 13,31 qram müəyyən olunmuşdur. Qeyd edilən 41 ədəd büküm ekepertizaya təqdim edilməsi üçün zərfə qoyualraq qablaşdırılmışdır. Yuxarıda üzərindən və avtombilindən aşkar edilərək götürülümüş narkotik vasitəyə bənzər kütlələr özünə aid olduğunu bildirmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələrdən başqa narkotik maddənin olub-olmaması ondan soruşulmuş, üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa heç bir narkotik vasitə olmadığını bildirmişdir. Sorğu zamanı ona deyildiyi kimi narkotik vasitələri Bakı şəhərindən tanımadığı şəxsdən aldığını və şəxsi istifadə üçün saxladığını, həmin narkotik vasitədən heç kimə vermədiyini və satmadığını demişdir. Tərtər rayon Polis Şöbəsində ona heç bir zorakılıq edilməmiş, o, öz əməlimi könüllü şəkildə etiraf etmiş, avtomobilindən açılıb-bağlanan bıçaq vəfat edən atasından yadigar qalmış və təxminən 20 ildir ki, özündə saxlamış, digər bıçaq isə uzun müddətdir onda olmuş və ev işlərində istifadə etmiş, lakin dəqiq olaraq haradan və nə vaxt əldə etməyimi xatırlamadığını bildirmişdir. Bərdə rayon polis şöbəsində avtomobilindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini hədələndiyi üçün boynuna alması ilə bağlı şikayət etməmiş və bu barədə vəkilinə də istintaq zamanı bildirməmişdir.Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili işləyir. 11 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “Toyota Prius” markalı, **-NY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitələr saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olduğu üçün onun, Bərdə RPŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyataxtarış tədbirləri həyata keçirilmiş və 11 iyul 2022-ci il tarixdə saat 15 radələrində adı çəkilən şəxsin Bərdə şəhəri H.Aslanov küçəsində olması müəyyən edilmişdir. Ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində idarə etdiyi avtomobildə saxlamasında şübhəli olduğunu bildirərək Bərdə RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə idarəyə gəlmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi və hüquqlarının müdafiəsi üçün Bərdə Vəkil burosunun vəkili X7 iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumatla əlaqədar uzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü ola aq təqdim tməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəng şalvarın sol yan cibindən 1 ədəd üzərində “Line” yazısı olan siqaret qutusu, 1 ədəd göy qəpə alışqan, 4 ədəd 1 manatlıq pul əskinasları, həmin şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli avtomobil açarı və 1 ədəd ağ rəngli sellofan kəsiyi bükumündə heroinə bənzər kütlə, əynindəki şalvarın sağ arxa cibindən 2 ədəd mobil telefon çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükumə baxış keçirildikdə həmin bükümün içərisində heroinə bənzər kütlə olması müəyyən olundu. Bundan sonra həmin sellofan büküm içərisində olan heroinə bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilib çəkisinin 0,35 qram olması müəyyən edildi. Şifahı sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı 10-NY548 dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə saxladığını bildirmişdir. İştirakçıların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqda Təqsirləndirilən şəxs və yuxarıda adları qeyd edilən şəxslərin iştirakları ilə avtomobilin salonuna baxış keçirilmiş, avtomobilin salonunun qoltuqaltı hissəsindən 1 ədəd ağ rəngli sellofan büküm və 1 ədəd ağ rəngli plastik qab çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə həmin ağ rəngli bükümə baxış keçirilən zaman bükümün içərisindən hər birinin içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 16 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin 16 ədəd kibrit qutusunda olan kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə 89 qram olması müəyyən olunmuşdur. Sonra kibrit qutuları zərfə qoyularaq ekspertizaya təqdim olunması üçün qablaşdırıldı. Bundan sonra 1 ədəd ağ rəngli plastik qabın içərisinə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə bax ş keçirilən zaman həmin qabın içərisində 41 ədəd sellofan kəsiyi bükümlərində heroinə bənzər kütlələrin olması müəyyəm edilmişdir. Sonra plastik qabdakı bükümlərdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və 41 ədəd hər biri ayrı-ayrı seloffan bükümdə olan heroinə bənzər kütlələr birlikdə 13,31 qram olduğu müəyyən edilmişdir. Qeyd edilən 41 ədəd büküm ekpertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. İbrahım Həsənov yuxarıda üzərindən və avtombilindən aşkar edilərək gotürülmüş narkotik vasitəyə bənzər kütlələrin özünə aid olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələrdən başqa narkotik maddənin olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs üzərindən və avtomobilındən aşkar edilərək götürülmüş narkotik vasitələrdən başqa heç bir narkotik vasitə olmadığını bildirmişdir. Sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqəti əks etdirmədiyini, ona heç bir hədə-qorxu gəlinmədiyin və etiraf etməsə evinə narkotik vasitə qoyulacağının deyilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Tərtər rayon polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində X3 dövriyyəsi ilə məşğul olması barədə xx.xx.2022-ci il tarixdə Tərtər rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq əməliyyat-axtyarış tədbirləri həyata keçirilməsi üçün xx.xx.2022-ci il tarixdə onun tərəfindən qərar qəbul edilmiş və tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus “ Toyoto Prius “ markalı **-NY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə RPŞ-nin qarşısından keçərkən Təqsirləndirilən şəxs yaxınlaşıb, avtomobilində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün üzərinə və avtomobilinə baxış keçirəçəyimizi bildirmişlər. Təqsirləndirilən şəxs bununla razılaşmışdır. Tərtər RPŞ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmişdir. Baxış keçirən zamanı avtomaşının ön sol oturacağında 1 ədəd bıçaq, sol oturacağında isə 1 ədəd bıçaq aşkar olunmuşdur. Avtomobilin sağ arxa oturacağına baxış keçirən zamanı qara rəngli gödəkçənin sağ yan cibində 1 ədəd plasmas qutu aşkar olunmuşdur. Həmin qutuya baxış keçirən zamanı qutunun icərisində narkotik vasitə hesab olunan metofetamin aşkar olunmuşdur. Aşkar plasmas qutu elektron tərəzidə çəkildi qutu ilə birlikdə 12,14 qram təşkil etmişdir. Avtomobildə aşkar olunmuş predmentlər qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edildimiş və ondan iştirakçilarla birlikdə imza etmişdir. Baxış zamanı zamanı həm foto, həm də video çəklişdən istifadə edilmişdir. Bundan sonra Tərtər rayon polis şöbəsinin inzibati binasında dövlət hesabına şübhəli şəxsin hüquqlarının müdafiəsi üçün vəkilin iştirakları ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə hüquq və vəzifələrini izah etmiş, o üzərində şəxsi axtarışın keçirilməsinə heç bir etirazın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qara gödəkçənin sol yan cibində üzərinə Line X yazılmış siqaret və yandıran aşkar olunmuşdur. Şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir predment aşkar edilməmişdir. Protokol təhqiqatçı tərəfindən ucadan oxunmuş və düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Şəxsi axtarış zamanı həm foto, həm də video çəklişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **- NY-*** dövlət nömrə nişanlı Toyota Pirus markalkı avtomobilində və üzərində qanunsuz narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi, üzərində saxlaması, satışı və idarə etdiyi **-NY-*** dövlət nömrə nişanlı Toyota Pirus markalkı avtomobilində narkotik vasitənin saxlamsı barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifaşa edilməsi və cianyət başında yaxalanması üçün onun polis şöbəsinə gətirirək üzərinə şəxsi axtarış və idarə etdiyi **-NY- *** dövlət nömrə nişanlı Toyota Pirus markalkı avtomobilə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq idarə etdiyi **-NY-*** dövlət nömrə nişanlı Toyota Pirus markalkı avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. «Şəxsi axtarış aparılması, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins sağ yan cibindən 1 ədəd qara rəngli avtomobil açarı və 1 ədəd ağ rəngli sellofan kəsiyi bükumündə heroinə bənzər kütləni çıxardaraq təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı 10- NY548 dövlət qeydiyyat nişanlı avtomobilinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən salonunun qoltuqaltı hissəsindən 1 ədəd ağ rəngli sellofan büküm və 1 ədəd ağ rəngli plastik qab çıxardaraq təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 20 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salonunun qabaq hissəsində olan sol oturacaqda 1 ədəd qatlanan cib bıçağı, həmin oturacağın yan hissəsindən 1 ədəd qara çexolda bıçaq bunda başqa həmin avtomobilin arxa oturacağınnı üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd plasmas materialından olan qutuaşkar edilrərk götürülmüş və həmin çeklər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs məxsus evdən hər hansı narkotik vasitə, dövriyyəsi qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Tərtər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı məşğul olması müəyyən edilmişdir. Lakin hazırda hansı şəxs və şəxslərə narkotik vasitə və ya psixotrop maddələrin satması və kimlərə əlbir olubolmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bərdə Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. Materialların məhkəmə ekspertizanın xx.xx.2022-ci il tarixli, 16/817 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs......” sözlər və imzalar olan zərfdəki, 1(bir) ədəd şəffaf sellefon kəsiyi bükümündə təmiz çəkisi 0,219 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan zərfdəki, 41(qırx bir) ədəd şəffaf sellefon kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,271 qram, 0,259 qram, 0,237 qram, 0,259 qram, 0,235 qram, 0,193 qram, 0,251 qram, 0,265 qram, 0,264 qram, 0,245 qram, 0,283 qram, 0,239 qram, 0,273 qram, 0,298 qram, 0,231 qram, 0,237 qram, 0,258 qram, 0,272 qram, 0,235 qram, 0,249 qram, 0,234 qram, 0,236 qram, 0,285 qram, 0,269 qram, 0,279 qram, 0,262qram, 0,257 qram, 0,242 qram, 0,273 qram, 0,274 qram, 0,316 qram, 0,281 qram, 0,287 qram, 0,254 qram, 0,330 qram, 0,222 qram, 0,258 qram, 0,254 qram, 0,221 qram, 0,256 qram ümumi təmiz çəkisi 10,574 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir.Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketi açdıqda içərisində, 16 (on altı) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,62 qram, 3,15 qram, 3,86 qram, 3,65 qram, 3,28 qram 2,80 qram, 3,18 qram, 3,56 qram, 3,51 qram, 2,52 qram, 2,77 qram, 3,97 qram, 3,31 qram, 3,14 qram, 3,51 qram, 3,26 qram, ümumi təmiz çəkisi 53,09 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə-ballistik ekspertizanın xx.xx.2022-ci il tarixli, 16/692 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir.Tədqiqata təqdim edilən bir ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşisi xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/693 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə.” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ağ rəngli kiçik ölçülü plastik qabda təmiz çəkisi 0,952 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1914 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Bərdə Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində dispanser qeydiyyatında durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyun 2022-ci ildən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev distaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək müyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyul 2022-ci ildən hesablanmışdır. Bərdə şəhər ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri 5 nömrəli evdə ailə üzvləri həyat yoldaşı Şahid7, övladaları X2 və X6 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AA ******* saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X2 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. AA ******* saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. № 1-5770 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində “Suqovuşanın azad olunması” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» 10.12. 2022-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra qalıq qalmış 0,199 qram, 9.754 qram olan narkotik vasitə - heroin, tədqiqatdan sonra qalıq qalmış 52,77 qram olan narkotik vasitə - qurudulmuş marixuana, tədqiqatdan sonra qalan 0,902 qram olan psixotrop maddə olan metamfetamin, bir ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı və 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılır. Eləcə də dörd ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, avtomobildən aşkar edilmiş narkotik vasitələrlərin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “Samsung A 7” markalı mobil teleof istifadə etmişdir. Həmin mobil telefonda “İnstaqram sosial şəbkədən “İnstaqram” sosial səhifənin adını hazırda xatırlamadığı üçün bilmir. İstifadəsində olan “İnstaqram” sosial şəbəkəsində tanışları arasında “Qara Bazar” kimi deyilən səhifəyə daxil olmuşdur. Həmin səhifəyə salam yazmış və “Qara Bazar” adı ilə istifadədə olan adını bilmədiyi şəxs ona cavab olaraq salam yazmışdır. O həmin şəxsə yazmağa başlamış və həmin şəxsə bədənində ağrılar olduğu üçün narkotik vasitə lazım olduğunu bildirmişdir. “Qara Bazar” adı ilə istifadə olunan səhifənin istifadəçisi ona Bakı şəhərinə gəlməyini və Bakı şəhinə gəlib çatanda narkotik vasitə verəcəyini bildirmişdir. O təxminən iyul ayının 1-2-si tarixlərində Bakı şəhərində“Baba” adlı şəxs onun istifadəsində olan “İnstaqram” sosial səhifəmə ərazi şəkli göndərmiş və həmin ərazinin Bakı şəhəri 20 yanvar prospekti olduğunu bildirmişdir. O həmin şəxsin göstərdiyi ünvana getmişdir. Həmin ünvanda ağ sellofan büküm görmüş və həmin selofanı götürüb idarə edtiyi avtomobilə gəlib əyləşmişdir. Avtomobildə götürdüyü ağ sellofana baxan zaman həmin sellofanın içərisində iki büküm görmüş və həmin bükümü açan zaman birində marixunan, digər bükümun içərisndə heroin olduğunu görmüşdür. O həmin bükümü Bakı şəhərində avtomobilə yerləşdirib özü ilə Bərdə rayouna gətirmişdir. Bükümdə olan heroini ayrı-ayrı sellofan bükümlərə büküb ağ plastik qaba yerləşdirmişdir. Digər marixuana olan bükümü isə boş spiçka qutularına yığıb həmin ağ rəngli sellofan bükümdə saxlamışdır. Həmin marixuana olan bükümlər 16 ədəd, heroin olan bükümlər isə 42 ədəd oldu. 42 ədəd heronin 1 ədədini götürmüş və öz istifadəsi üçün şalvarının sağ yan cibinə yerləşdirmişdir. O, 11 iyul 2022-ci il tarixdə saat 14 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində özünə məxsus avtomobildə yolun kənarında saxlayan zaman polis bir neçə mülki formada olan şəxs yanına yaxınlaşıb narkotik vasutə saxlamaqda və gəxzdirməkdə şübhəli olduğun bildirib onu Bərdə rayon polis şöbəsin gətirmişdirlər. Bərdə rayon polis şöbəsində müdafiçinin iştirakı ilə ona hüqnuq va vəzifəlri izah edildikdən sonra video görünütü vasitsəi ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd üzərində “LİNE” yazısı olan siqart qutusu, 1 ədəd göy rəngli alışqan, 4 ədəd 1 manatlıq pul əskinasları, əynindəki qara rəngli şalvarın sağ yan gibindən 1 ədəd qara rəngli elektron avtomobil açar və 1 ədəd ağ rəngli seloffan bükümdə heroinə bənzər kütlə, əynindəki şalvarın arxa sağ, cibindən 2 ədəd mobil felefon çıxarıb masaya qoymuşdur. Onun təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdə baxış keçirildikdə həmin 1 ədəd bükümün içərisində heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 1 ədəd ad rəngli sellofan bükümdə heroinə bənzər kütlə bükümlə birlikdə ilkin çəkisi 0.35 qram olduğu müəyyən edilmişdiri. Şəxsi axtarış və götürmə keçinlən zaman özünə məxsus "Toyota Prius” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə saxladığını bildirmişdir. İştirakçıların və müdafiəçinin iştirakı ilə vadeogörüntü vasitəsi ilə xidməti otaqdan çıxıb idarə etdiyi “Toyota Prius” markalı avtomobilə yaxınlaşmışdırlar. Onun və yuxarıda adları qeyd edilən şəxslərin iştirakı ilə avtomobilin salon hissəsinə baxış keçirilmiş və avtomobilin salonunun qoltuqlatı hissəsindən 1 ədəd ağ təngli seloffan büküm və 1 ədəd ağ rəngli plasitk qab təqdim etmişdir. Özünün və müdafiçisinin iştirakı ilə həmin ağ rəngli bükümə baxış keçirilən zaman 1 ədəd ağ rəngli bükümün içəsindən 16 ədəd hər birinin içərisi dolu vəziyyətdə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin 16 ədəd spiçka karopkasında dolu vəziyyətdə olan marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə 16 ədəd dolu spiçka qutusu 0,89 qram müəyyən olunmuşdur. Sonra 16 ədəd spiçka qutusu zərfə qoyularaq ekspertizaya tədqim olunması üçün qablaşdırılmışdır. Bundan sonra 1 ədəd ağ rəngli plasitik qaba Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman həmin 1 ədəd plastik qabda 41 ədəd hər biri seloffan bükümdə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Sonra 1 ədəd plastik qabda olan 41 ədəd seloffan bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və 41 ədəd hər biri ayrı-ayrı seloffan bükümdə olan heroinə bənzər kütlələr birlikdə 13,31 qram müəyyən olunmuşdur. Qeyd edilən 41 ədəd büküm ekepertizaya təqdim edilməsi üçün zərfə qoyualraq qablaşdırılmışdır. Yuxarıda üzərindən və avtombilindən aşkar edilərək götürülümüş narkotik vasitəyə bənzər kütlələr özünə aid olduğunu bildirmişdir. Bakı şəhərindən tanımadığı şəxsdən almış və şəxsi istifadə üçün saxlamış, o, həmin narkotik vasitədən heç kimə verməmiş və satmamış, istifadə etmək məqsədilə saxlamışdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 228.4, 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,199 qram, 9.754 qram olan narkotik vasitə - heroin, tədqiqatdan sonra qalıq qalmış 52,77 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra qalan 0,902 qram olan psixotrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan soyuq silah hesab edilən 2 ədəd bıçaq isə Azərbaycan Respublikası CM-in 99- 1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,199 qram, 9.754 qram olan narkotik vasitə - heroin, tədqiqatdan sonra qalıq qalmış 52,77 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra qalan 0,902 qram olan psixotrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də dörd ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan soyuq silah hesab edilən 2 ədəd bıçaq isə Azərbaycan Respublikası CM-in 99- 1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-192/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-192/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver