Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-192/2025 24.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış və ya başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermişdir. Belə ki, o, 21 yanvar 2024-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında olarkən +**********47 saylı mobil telefon nömrəsi vasitəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” proqram təminatından istifadə edərək, “İnstagram” sosial şəbəkəsində “nigarfarhad_official” adı ilə qeydiyyatdan keçmiş, xeyli sayda izləyicisi olan bloggerinfluyenser Nigar Aliyevanın köməkçisi Şahid “Whatsapp” proqram təminatında qeydiyyatdan keçdiyi +**********45 saylı mobil telefon nömrəsinə Bakı Metropoliteninin “Nərimanov” stansiyasının ətrafında guya bir qrup radikal dindar ekstremist şəxslər tərəfindən 22 yanvar 2024-cü il tarixdə, səhər saat 06:00-dan axşam saat 18:00 radələrinədək olan müddətdə terror təxribat hadisələri törədiləcəyi barədə səsli mesaj göndərərək, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 216-cı maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ali təhsillidir və dəfələrlə müxtəlif iş yerlərinə, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinə (bundan sonra “DTX”) müraciət edərək işsiz olduğunu bildirmişdir. DTX-nin Gəncə şəhər idarəsinin əməkdaşı olan Elvin Abdullayev adlı şəxs “+**********28” nömrəsi ilə 25 yanvar 2024-cü il tarixdə, səhər saatlarında ona zəng edib, iş təklifiylə bağlı yaxınlaşmasını desə də, sonradan sözügedən idarənin əməkdaşları onu həmin idarəyə, oradan isə Bakı şəhərinə aparmışlar. DTX-nin İstintaq Baş İdarəsində müstəntiq X3 ondan şikayət olunduğunu bildirərək, fonetik ekspertiza keçiriləcəyi üçün səs yoxlanması adıyla özünün “A4” vərəqdə hazırladığı və təxribat olacağı ilə bağlı məlumatları əks etdirən mətni səsli şəkildə ona oxutdurmuş və sözügedən səsi də özünə məxsus telefona qeyd etmişdir. Məhkəmədə təqdim edilən səs, müstəntiqin ona yazaraq oxutdurduğu səs olmuş, o, Şahid hər-hansı audio səs göndərməmişdir. Özü dəfələrlə vətənə təmənnasız xidmətlər göstərmiş və dostları da buna şahiddir. Məhkəməyə təqdim edilən səs onun tutulduğu vaxtdan sonrakı dövrə aid olmuşdur. Şübhəli şəxs qismində tutularkən telefonundan hansısa məlumatı silməsi üçün elə bir şərait olmamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hazırkı ittihamda əks olunan səs yazısı ona məxsus olmamış, müstəntiq tərəfindən mətn ona oxutdurularaq telefona yazılmışdır. Nigar Əliyevanı sosial şəbəkədən tanımış və ona vətənpərvər şəxs olduğu üçün daim rəğbət bəsləmişdir. İstintaq zamanı müstəntiq onun iki dəfə səsini yazmış, belə ki, birinci dəfə özlərinin “A4” vərəqində hazırladıqları mətni, ikinci dəfə isə onun işlə bağlı müraciət etməsini əks etdirən mətni oxutduraraq səsini qeydə almışlar. Tutulduqdan sonra Nigar Əliyeva tərəfindən onun səsinin ictimaiyyətə paylaşılıb-paylaşılmadığı haqqında məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt Nigar Əliyevanın yanında köməkçi kimi işləmişdir. Nigar Əliyevanın “instagram” sosial şəbəkəsində olan hesabı açıq hesab olmuş və hesabın “bio” hissəsində əlaqə vasitəsi kimi onun nömrəsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs həmin nömrəni oradan götürərək, müxtəlif vaxtlarda fərqli nömrələrdən Nigar xanımı bəyəndiyinə dair mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs mesajlarda qeyri-etik ifadələr işlətməsə də, o, dəfələrlə narazılığını bildirərək, bu tərz mesajlar atmamasını demiş, lakin davamlı olduğundan Təqsirləndirilən şəxs telefonunda olan “whatsapp” ani mesajlaşma proqram təminatında bloka atmışdır. Daha sonra Təqsirləndirilən şəxs ona audio səs formatında “whatsapp” proqram təminatından mesaj göndərmiş və o da Təqsirləndirilən şəxs şikayət etmişdir. Audio səsin məzmunu, Nərimanov rayonu ərazisində yerləşən parkın yaxınlığında, səhər saat 06:00 radələrindən sonra terror təxribatı törədiləcəyi və onların xəbərdar edilməsindən ibarət olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs audio səs yazısında, Qarabağ müharibəsi iştirakçılarının da pul müqabilində sözügedən təxribatda iştirak edəcəyini qeyd etmiş, həmin səs yazısında qeyd olunanlarla bağlı DTX-ni məlumatlandırmaq istədiyini, lakin zənglərinə cavab vermədikləri üçün ona məlumat vermək istədiyini də bildirmişdir. Əlavə olaraq Şahid məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs audio səs yazısında Nərimanov rayonu ərazisində, səhər saat 06:00 radələrində terror təxribatı törədiləcəyi və onların xəbərdar olmasını istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs audio səs formatında olan həmin mesajı “whatsapp”ani mesajlaşma proqram təminatının vasitəsilə göndərdiyini də öz ərizəsində qeyd etmişdir. Təqsirləndirilən şəxs atdığı səsdən Nigar Əliyevanın xəbəri olmamış və o, Təqsirləndirilən şəxs Gəncə şəhərində olan konsertdə görməmişdir. Təqsirləndirilən şəxs törədiləcək terror aktının xaricdən sərmayələşdirildiyini də demişdir. Həmin ərazidən keçməsə də, Təqsirləndirilən şəxs dediklərinin gerçək olmasından ehtiyat edərək şikayətçi olmuşdur. Dövlət orqanlarına şikayət etdikdən sonra, bu barədə hər-hansı tədbirin görülüb-görülməməsi barədə məlumatı olmamışdır. Mobil telefonunu dəyişdiyi üçün sözügedən səs yazısı hazırda telefonunda mövcud olmamış, lakin ərizə yazdığı vaxt həmin səsli mesajı təqdim etmişdir. Təqsirləndirilən şəxs səsli mesajda qeyd olunanlar barədə DTX-yə məlumat verdiyi üçün polis şöbəsinə məlumat verməyərək, DTX-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs onu narahat etməsi barədə əvvəllər hüquqmühafizə orqanlarına şikayət etməmişdir. Təqsirləndirilən şəxs ona atdığı səs yazısı təxminən 1 dəqiqədən artıq olmuş, lakin sözügedən səs yazısının tam olaraq neçə dəqiqə olmasını xatırlamamışdır. Ərizəni DTX-nin Nərimanov rayon şöbəsinə yazmış, eyni zamanda Təqsirləndirilən şəxs göndərdiyi səs yazısını da ərizə yazan vaxt, “whatsapp” proqram təminatı vasitəsilə göndərərək təqdim etmişdir. Təqsirləndirilən şəxs səs yazısını DTX-nin konkret hansı əməkdaşına və hansı mobil telefon nömrəsinə göndərməsini, eyni zamanda Təqsirləndirilən şəxs ünvanladığı audio səsdə kənardan hər hansısa səsin gəlməsini xatırlamamışdır. Dövlət orqanlarına ərizə yazdıqdan sonra içərisində səs yazısı olan mobil telefonu dəyişdiyi üçün həmin telefonu təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona göndərdiyi audio səs yazısında “ola bilər” yaxud “olacaq” deməsini xatırlamamışdır. Təqsirləndirilən şəxs ona səs atdığı zaman “whatsapp” proqram təminatı “24 saatdan sonra mesajları təmizləmə” rejimində olduğu üçün, həmin audio səs avtomatik olaraq silinmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 yanvar 2024-cü il tarixli, 4(009)-27/2024 saylı Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 yanvar 2024-cü il tarixli “kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən 01 ədəd kompakt diskin üzərində “Verbatim” sözü və 8/18-123 nömrəsi vardır. 01 ədəd disk “DELL” markalı kompüterə quraşdırıldıqda onun daxilində 01 ədəd adı “səs 1” olan audio faylı olduğu müəyyən edilmişdir. Həmin audio faylı 04 dəqiqə 41 saniyədən ibarət səs yazısıdır. Səs yazısında özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin Nərmin və Nigar (Əliyeva) adlı şəxsləri guya metropolitenin “Nərimanov” stansiyası yaxınlığında baş verə biləcək terror-təxribat hadisələri barədə xəbərdar etməsinə dair ifadələr səsləndirilir. Baxışı keçirilən səs yazısında özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs “Salam Nərmin xanım mənəm Təqsirləndirilən şəxsdi sizə səs göndərən məni bağışlayın səs göndərirəm hansı ki özümə borc bildim mən istiyirəm ki Nigar xanım Əliyevanın xəbəri olsun hansı ki mən deməliyəm də yəni deməsəm ürəyim partlayar yəni onun elə bilsin ki bir həm izləyicisi kimi həm də nə bilim Allahtəala tərəfindən göndərilmiş bir qoruyucusu kimi mən o insanı çox istiyirəm də yəni dünyalar qədər xətrini Nərmin xanım sizdən xahiş edirəm Nigar xanım Əliyeva da səsimə vaxt olsa qulaq assın savaxların qətiyyən elə siz də Nigar xanım Əliyeva da bütün əməkdaşlarınız da qohumtanış əqrabalarınız da qətiyyən və qətiyyən Nərimanov metrosu yaxınlığı tərəflərdə və ya metronun yanı tərəflərdən əsla və əsla maşınla və ya piyada şəkildə əsla və əsla o tərəflərdə olmayın yəni böyük təxribat gözlənilir hansı ki mən məlumat vermək istiyirəm zəng eliyirəm götürmürlər mənim telefonumu elə bilirlər yenə işə görə tələbmi eliyirəm neynirəm yəni mən yenə də öz vəzifə borcumdu hansı ki bir qrup radikal dini ekstermist qrup tərəfindən respublikamızda, ölkəmizdə terror, təxribat etməyə hazırlaşılır, hansı ki pul müqabilində insanlar tutuluf 10 (on) manat, 20 (iyirmi) manat müqabilində hər bir insan tutuluf hansı ki İkinci Qarabağ döyüşlərində də iştirak edən bir qrup müharibə iştirakçılarından ola bilsin ki, müharibə vaxtlarından hansısa silah və ya silahlar gətirə bilər özlərinnən saxlıya bilərlər, yəni hər şey edə bilərlər yəni bu savaxlarım guya adını qoyurlar mitinqdi amma mitinq yox böyük bir təxribat ola bilər hansı ki, hüquq-mühafizə orqanlarına da Bakıda da mənim istər qohumum olsun, istər Gəncədə də olsun hər yerdə onsuzda bibimoğlanlarının ikisidə biri Gəncə şəhər Baş Polis İdarəsində, digəri isə Bakıda hansı ki əməliyyatçılardı, biri əməliyyatçıların böyüyü, digəri isə əməliyyatçıdı yəni X4 əməliyyatçılardı mən yəni lazımi yerlərə demişəm yəni mən özümə borc billəm də yəni deyirəm ki yəni ehtiyatlı olsunlar da yəni Nigar xanım da siz də yəni ehtiyatlı olun birdən o tərəflərdən keçərsiz eliyərsiz yəni diqqətli olun ehtiyatlı olun mənim ürəyimdən gəldi yəni dedim heç kim mana vinimaniya vermir, heç kim mana baş qoşmur amma mən dediklərim həmişə də düz çıxır Azərbaycanın özünü tərifləmək kimi çıxmasın e yəni Azərbaycanı qoruyan mən deyərdim ki yeganə insanam əvvəlcədən olacaq olan hadisələri hansı ki mən daim hər şeyi izliyirəm hər bir şeyə nəzarət eliyirəm yəni əməlli başlı təxribata hazırlaşılır, savaxlarım səhər saat tezdən sıfır altı nol-noldan (06:00) günorta on yeddi nolnola (17:00) qədər və ya axşam altıya (6-a) qədər “Nərimanov” metrosu yaxınlığında, Nərimanov tərəflərdə təxribat ola bilər hansı ki silahlı insidens də ola bilər, nə bilim partlayış da ola bilər bıçaqlaşma da ola bilər hər bir şey ola bilər bir qrup radikal diniekstremist qruplar tərəfindən ixtişaşlar ola bilər, daha doğrusu yəni bu barədə mən istədim Dövlət Təhlükəsizlik Xidmətini məlumatlandırım, amma onlar mənim telefonuma cavab vermirlər hansı ki özləri bilərlər məndən yəni demək mən Nigar xanımı istiyirəm ki bilsin yəni Nigar xanıma qurvan olum mən o insanın xətrini yəni dünyalar qədər çox istiyirəm çox savaddı, çox güclü insandı yəni bir izləyicisi olaraq həmdəki bir nətər deyim e mən dünənnəri də baxıram sosial şəbəkədə deyəsən əsəbləşib kim nə gəldi yazır yəni çox da elə bənd olmasın yəni güclü insanlar haqqında həmişə çox insanlar bir misal var e deyir kim nəyəsə məsələn çatmaq istiyir o məqama çatammır deyə uje dözə bilmir deyə istiyir o insan kimi olsun amma paxıllıqdan o insan haqqında nə gəldi deyir bax həmin məqamlardı elə bil ki məni bağışdıyın Nərmin xanım siz Allah üzrlü hesab eliyin mən yəni özümə borc bildim ki deyim də mən xahiş edirəm sizdən də Nigar xanım Əliyevadan da e bütün əməkdaşlarınızdan da yaxın, dost, əqrəbanız qohumlarınız da savax Bakı şəhərində qətiyyən maşınnan nə də piyada şəklində Nərimanov metrosu yaxınlığında park tərəflərdə qətiyyən olmayın o ərazilərdə yəni böyük təxribatlar böyük iğtişaşlar gözlənilir hansı ki xaricdən kimlərsə də maliyyələşdirir yəni mən özümə borc bilif deyirəm bir daha Nərmin xanım üzrlü hesab edin sizə səs göndərdiyimə görə sağ olun yəni xahiş edirəm Nigar xanım Əliyeva bilsin bu məsələni.” sözlərini səsləndirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 yanvar 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokldan görünür ki, “İnstagram” sosial şəbəkəsində “nigarfarhad_official” adlı hesabın ana səhifəsində “324 posts”, “816K followers”, “142 following”, “NİGAR ALİEVA”, “Public figure”, “AİD GROUP təklif/iradlar:Nərmin(50)339-44-45”, “İşbirliyi:(50)201-83-60”, “Founder of AİD HOLDİNG and AİD GROUP’s” sözləri əks olunmuşdur. Həmin “İnstagram” hesabından çıxarış fotoşəkil formasında əldə edilərək həmin protokola əlavə edilmişdir. Sözügedən “İnstagram” hesabında qeyd edilənlərdən başqa iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizasının 06 fevral 2024-cü il tarixli 295 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. O, halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-fonoskopik ekspertizasının 05 mart 2024-cü il tarixli 3-16-16/2-4/191 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən <K1> kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər İHB-nin 3 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş 15 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Arif Qareyevin məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, özünü ona Azərbaycan Respublikası CM-in 216-cı maddəsi elan olunmuş ittihamla təqsirli bilmədiyini, eyni zamanda “İnstagram” sosial şəbəkəsindən tanıdığı “nigarfarhad_official” adı ilə qeydiyyatdan keçmiş Nigar Əliyeavın köməkçisi Şahid “whatsapp” ani mesajlaşma proqram təminatından Bakı Metropoliteninin “Nərimanov” stansiyasının ətrafında guya bir qrup radikal dindar ekstremist şəxslər tərəfindən 22 yanvar 2024-cü il tarixdə, səhər saat 06:00-dan axşam saat 18:00 radələrinədək olan müddətdə terror təxribat hadisələri törədiləcəyi məzmununda audio səs göndərmədiyini, istintaq zamanı barəsində şikayət olduğu üçün fonetik ekspertiza keçiriləcəyi ilə bağlı səs yoxlanması adıyla müstəntiq Nicat Hüseynov tərəfindən “A4” vərəqdə hazırlanmış təxribat olacağı ilə bağlı məlumatları özündə əks etdirən mətnin səsli şəkildə ona oxutdurulduğunu və sözügedən səsi Nicat Hüseynovun öz mobil telefonuna yazdırması barədə göstərdiyi sözügedən xüsusatlar, iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (təqsirləndirilən şəxsin istintaq zamanı qismən etirafedici ifadəsi, şahidin ifadəsi, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, protokollar, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Belə ki, məhkəmə-fonoskopik ekspertizasının 05 mart 2024-cü il tarixli 3-16-16/2- 4/191 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən <K1> kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Həmçinin, 25 yanvar 2024-cü il tarixli “kompakt diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən 01 ədəd kompakt diskin üzərində “Verbatim” sözü və 8/18-123 nömrəsi vardır. 01 ədəd disk “DELL” markalı kompüterə quraşdırıldıqda onun daxilində 01 ədəd adı “səs 1” olan audio faylı olduğu müəyyən edilmişdir. Həmin audio faylı 04 dəqiqə 41 saniyədən ibarət səs yazısıdır. Səs yazısında özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin Nərmin və Nigar (Əliyeva) adlı şəxsləri guya Metropolitenin Nərimanov stansiyası yaxınlığında baş verə biləcək terror-təxribat hadisələri barədə xəbərdar etməsinə dair ifadələr səsləndirilir. Baxışı keçirilən səs yazısında özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs “Salam Nərmin xanım mənəm Təqsirləndirilən şəxsdi sizə səs göndərən məni bağışlayın səs göndərirəm hansı ki özümə borc bildim mən istiyirəm ki Nigar xanım Əliyevanın xəbəri olsun hansı ki mən deməliyəm də yəni deməsəm ürəyim partlayar yəni onun elə bilsin ki bir həm izləyicisi kimi həm də nə bilim Allahtəala tərəfindən göndərilmiş bir qoruyucusu kimi mən o insanı çox istiyirəm də yəni dünyalar qədər xətrini Nərmin xanım sizdən xahiş edirəm Nigar xanım Əliyeva da səsimə vaxt olsa qulaq assın savaxların qətiyyən elə siz də Nigar xanım Əliyeva da bütün əməkdaşlarınız da qohum-tanış əqrabalarınız da qətiyyən və qətiyyən Nərimanov metrosu yaxınlığı tərəflərdə və ya metronun yanı tərəflərdən əsla və əsla maşınla və ya piyada şəkildə əsla və əsla o tərəflərdə olmayın yəni böyük təxribat gözlənilir hansı ki mən məlumat vermək istiyirəm zəng eliyirəm götürmürlər mənim telefonumu elə bilirlər yenə işə görə tələbmi eliyirəm neynirəm yəni mən yenə də öz vəzifə borcu hansı ki bir qrup radikal dini ekstermist qrup tərəfindən e respublikamızda ölkəmizdə terror, təxribat etməyə hazırlaşılır, hansı ki pul müqabilində insanlar tutuluf 10 (on) manat, 20 (iyirmi) manat müqabilində hər bir insan tutuluf hansı ki İkinci Qarabağ döyüşlərində də iştirak edən bir qrup müharibə iştirakçılarından da hansındansa ola bilsin ki, müharibə vaxtlarından ola bilər ki, hansısa silah və ya silahlar gətirə bilər özlərinnən saxlıya bilərlər yəni hər şey edə bilərlər yəni bu savaxlarım guya adını qoyurlar mitinqdi amma mitinq yox böyük bir təxribat ola bilər hansı ki, hüquqmühafizə orqanlarına da Bakıda da mənim istər qohumum olsun istər Gəncədə də olsun hər yerdə onsuzda bibimoğlanlarının ikisidə biri Gəncə şəhər Baş Polis İdarəsində digəri isə Bakıda hansı ki əməliyyatçılardı hamısı biri əməliyyatçıların böyüyü, digəri isə əməliyyatçıdı yəni X4 əməliyyatçılardı mən yəni lazımi yerlərə demişəm yəni mən özümə borc billəm də yəni deyirəm ki yəni ehtiyatlı olsunlar da yəni Nigar xanım da siz də yəni ehtiyatlı olun birdən o tərəflərdə keçərsiz eliyərsiz yəni diqqətli olun ehtiyatlı olun mənim ürəyimdən gəldi yəni dedim heç kim mana vinimaniya vermir, heç kim mana baş qoşmur amma mən dediklərim həmişə də düz çıxır Azərbaycanın özünü tərifləmək kimi çıxmasın e yəni Azərbaycanı qoruyan mən deyərdim ki yeganə insanam əvvəlcədən olacaq olan hadisələri hansı ki mən daim mən hər şeyi izliyirəm hər bir şeyə nəzarət eliyirəm yəni əməlli başlı yəni təxribata hazırlaşılır savaxlarım səhər saat tezdən sıfır altı nol-noldan (06:00) günorta on yeddi nol-nola (17:00) qədər və ya axşam altıya (6-a) qədər Nərimanov metrosu yaxınlığında Nərimanov tərəflərdə təxribat ola bilər hansı ki silahlı insidens insident də ola bilər nə bilim partlayış da ola bilər bıçaqlaşma da ola bilər hər bir şey ola bilər bir qrup radikal dini-ekstremist qruplar tərəfindən ixtilaşlar ola bilər yəni ixtişaşlar ola bilər daha doğrusu yəni bu barədə mən istədim Dövlət Təhlükəsizlik Xidmətini məlumatdınım məlumatlandırım amma onlar mənim telefonuma cavab vermirlər hansı ki özləri bilərlər məndən yəni demək mən Nigar xanım istiyirəm ki bilsin yəni Nigar xanıma qurvan olum mən o insanın xətrini yəni dünyalar qədər çox istiyirəm çox savaddı, çox güclü insandı yəni bir yəni izləyicisi olaraq həmdəki bir nətər deyim e mən dünənnəri də baxıram sosial şəbəkədə deyəsən əsəbləşib kim nə gəldi yazır yəni çox da elə bənd olmasın yəni güclü insanlar haqqında həmişə çox insanlar bir misal var e deyir kim nəyəsə məsələn çatmaq istiyir o məqama çatammır deyə uje yəni dözə bilmir deyə istiyir o insan kimi olsun amma paxıllıqdan o insan haqqında nə gəldi deyir bax həmin məqamlardı elə bil ki mən bağışdıyın Nərmin xanım siz Allah üzrlü hesab eliyin mən yəni özümə borc bildim ki deyim də mən xahiş edirəm sizdən də Nigar xanım Əliyevadan da e bütün əməkdaşlarımızdan da yaxın, dost, əqrəbanız qohumlarınız da savax Bakı şəhərində qətiyyən maşınnan nə də piyada şəklində Nərimanov metrosu yaxınlığında park tərəflərdə qətiyyən olmayın o ərazilərdə yəni böyük təxribatlar böyük iğtişaşlar gözlənilir hansı ki xaricdən kimlərsə də maliyyələşdirir yəni mən özümə borc bilif yəni deyirəm bir daha Nərmin xanım üzrlü hesab edin sizə səs göndərdiyimə görə sağ olun yəni xahiş edirəm Nigar xanım Əliyeva bilsin bu məsələni.” sözlərini səsləndirir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 216-cı maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 yanvar 2024-cü il tarixli, 4(009)-27/2024 saylı Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs vəkil Müdafiəçi3 38 (otuz səkkiz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 38 (otuz səkkiz) iş saatı (22 iş saatı xx.xx.2025-ci il tarixədək, 16 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına müdafiəçi üçün 308 (üç yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 25 yanvar 2024cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri - 120 (yüz iyirmi manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 38 (otuz səkkiz) iş saatına görə hüquqi yardımla bağlı, dövlət büdcəsindən Müdafiəçi3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 308 (üç yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-192/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-192/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver