Məhkəmə qərarları › İş №1(100)-193/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-193/2022

27.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-193/2022 27.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X8 və X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda narkotik vasitə və psixiatrop maddəni əldə etmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi kimyəvi tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 25,203 qram, 50,105 qram, ümumi təmiz çəkisi 75,308 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 15,502 qram, 18,915 qram, ümumi təmiz çəkisi 34,417 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamtetamini üzərində, ayrıayrılıqda təmiz çəkiləri 14,447 qram, 0,953 qram, 1,560 qram, ümumi təmiz çəkisi 16,960 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 11,153 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 2,517 qram təşkil edən narkotik vasitə tiryəki və təmiz çəkisi 0,340 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı qara rəngli əl çantasının içərisinə qoyub idarə etdiyi VAZ 21074 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində, təmiz çəkisi 8,652 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini, təmiz çəkisi 9,304 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini idman çantasının içərisinə qoyub həmin avtomobilin yük yerində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 30 avqust 2021-ci il tarixdə saat 13 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağstafa şəhəri, Rafiq Alicanov küçəsində tutularaq Ağstafa RPŞ-nə gətirilmiş, həmin tarixdə saat 14:05dən 14:31-dək olan müddət ərzində Ağstafa RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şlavarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 25,203 qram, 50,105 qram, ümumi təmiz çəkisi 75,308 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 15,502 qram, 18,915 qram, ümumi təmiz çəkisi 34,417 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamtetamin, həmin tarixdə saat 14:40-dan 15:30-dək olan müddət ərzində istifadəsində olan “VAZ 21074” markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağının üzərindəki qara rəngli əl çantasının içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 14,447 qram, 0,953 qram, 1,560 qram, ümumi təmiz çəkisi 16,960 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 11,153 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, təmiz çəkisi 2,517 qram təşkil edən narkotik vasitə tiryək və təmiz çəkisi 0,340 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, avtomobilin yük yerində olan idman çantasının içərisindən isə təmiz çəkisi 8,652 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroin, təmiz çəkisi 9,304 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir. Mütamadi olaraq “kakos” və “heroin” adlı narkotik vasitələrdən istifadə etmişdir. O, xx.xx.2021-ci il tarixdə gecə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında yerləşən şirkətdən icarəyə götürdüyü “Toyota prius” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həyat yoldaşı və uşaqları ilə birlikdə kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən Ağstafa rayonu, Muganlı kəndinə gəlmişdir. xx.xx.2021-ci il tarixdə tək dostu Qazax şəhər sakini X4 ilə görüşmək məqsədilə “Tayota prius” markalkı avtomobil ilə Qazax şəhərinə getmişdir. O, avtomobili Qazax şəhərində mərkəzi bazarın yaxınlığında küçədə saxlayıb dostu Sərxanın “VAZ 2107” markalı “**-HH-***” dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib hər ikisi Ağstafa rayonuna gəlmişdir. O, bakıda olan vaxt onun əvvəllər tanıdığı Ağstafa şəhər sakini X7 ***-***-**-** mobil nömrəsindən təxminən 27-28 avqust 2021-ci il tarixdə xalası oğlu Şahid6 ilə ona məxsus ***-***-**-** və ***-***-**-**. ***- ***-**-** mobil nömrələrdən birinə zəng vuraraq Qamətə 50 qram narkotik vasitə olan heroin və 50 qram psixotrop maddə olan metamfetamin lazım olduğunu demişdir. O da narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində tanımadığı şəxslərdən onlayn yolu ilə əldə etmiş, həmin tanımadığı şəxs(lər) narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində yolun kənarına qoymuş, o da həmin yerdən götürmüşdür. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, Abşeron rayonundan Ağstafa rayonuna gələndə həmin narkotik vasitə heroin, kokos, psixotrop maddə olan metamfetamini özü ilə gətirmişdir. O, həmin narkotik vasitələrin bir qismini daha sonra götürmək üçün dostu Sərxana məxsus “VAZ 2107” markalı, “**-HH-***” dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan Sərxanın çantasına yerləşdirmişdir. Onun narkotik vasitəni Sərxanın çantasına yerləşdirməsindən Sərxanın xəbəri olmamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 13 radələrində Ağstafa şəhəri, Dəmir yolu vağzalının yaxınlığında R.Alacanov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini ona təqdim etdikdən sonra Ağstafa RPŞ-nə getməli olduğunu demişlər. O da həmin polis əməkdaşları ilə birlikdə Ağstafa RPŞ-nə getmişdir. Ağstafa RPŞ-də şəxsi axtarış zamanı üzərindən və idarə etdiyi Sərxana məxsus avtomobildə saxladığı narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, tiryək, qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. O, narkotik vasitəni və psixotrop maddəni Ağstafa rayonuna Qamət üçün gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Ağstafa rayon polis şöbəsində olarkən şöbə rəhbərliyindən ona bildirmişlər ki, əməliyyat tədbiri keçiriləcək, o da həmin tədbirdə iştirak edəcək. Həmin vaxt ona məlum olmuşdur ki, Ağstafa rayonu, Muğanlı kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirir. Onun ətrafında əməliyyat-axtarış tədbirləri keçiriləcək. Həmin tarixdə saat 12:40 radələrində Təqsirləndirilən şəxs Ağstafa şəhəri R.Alıcanov küçəsində, dəmir yolu vağzalının yaxınlığında olduğu barədə məlumat alıb, əməliyyat istintaq qrupunun üzvləri ilə həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs Ağstafa şəhəri R.Alıcanov küçəsində idarə etdiyi “VAZ 2107” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlayaraq üzərinə və avtomobilinə baxış keçirilməsi üçün saat 12:50 radələrində Ağstafa rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təyin edilmiş vəkili Mehti Hüseynovun iştirakı ilə Ağstafa RPŞ-nin inzibati binasında təhqiqatçı Əlövsət Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, qanunsuz saxladığı digər əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardıb təqdim edərək içərisində narkotik vasitə olan “şüşə” və “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsi barədə sual verilmiş, o həmin kütlələri Bakı şəhərindən əldə etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açılmış, içərisindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmiş, büküm açıldıqda tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 29 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisindən aşkar edilmiş digər 01 ədəd şəffaf rəngli sellofan büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 52,53 qram olduğu müəyyən edilmişir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisindən aşkar edilmiş digər 01 ədəd ağ rəngli sellofan büküm açıldıqda içərisindən ağ rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 14,80 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisindən aşkar edilmiş digər 01 ədəd ağ rəngli sellofan büküm açıldıqda içərisindən ağ rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 19,50 qram olduğu müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs isifadəsində olan avtomobilinə Ağstafa RPŞ-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomobilin dostu Sərxana məxsus olduğunu, tutulmamışdan əvvəl Ağstafa rayon dəmiryolu vağzalına gəlmək üçün dostu Sərxandan aldığını bildirmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və ya qanunsuz saxladığı hər hansı əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs çantasında narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağının üstündə olan qara rəngli əl çantasını göstərərək çantanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantası açıldıqda içərisindən 1 ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin tərəzidən narkotik vasitəni çəkmək üçün istifadə etdiyini bildirmişdir. Bundan başqa əl çantasından içərisində kütlələr olan sellofan bükümlər, boş sellofan kəsikləri, gümüşü rənli kağız parçaları, sellofan torbacıqlar aşkar edilmişdir. Əl çantasının içərisindən aşkar edilmiş 01 ədəd çəhrayı rəngli sellofan büküm açılmış, içərisində 01 ədəd şəffaf rəngli sellofan bükümündə ağ rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 16,53 qram olduğu müəyyən edilmiş, əl çantasının içərisindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan büküm açılmış, içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 14,08 qram olduğu müəyyən edilmiş, əl çantasının içərisindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan büküm açılmış, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar edilmiş, aşkar edilmiş narkotik vasitə olan tiryəkə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 2,59 qram olduğu müəyyən edilmişdir. Əl çantasının içərisindən aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan büküm açılmış, içərisində ağ rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 01 qram olduğu müəyyən edilmiş, əl çantasının içərisindən gümüşü rəngli boş kağız parçaları aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs “şüşəni” həmin kağızların üstündə çəkdiyini bildirmişdir. Aşkar edilmiş gümüşü rəngli boş kağızlar sübut əhəmiyyətinə malik olmadığından götürülməmiş. Əl çantasının içərisindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan büküm açılmış, içərisində sarımtıl rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 2,38 qram olduğu müəyyən edilmişdir. Əl çantasının içərisindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan torbacıq açılmış, içərisində tünd yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin “nəşə” olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,56 qram olduğu müəyyən edilmişdir. Çantanın içərisindən şəffaf rəngli sellofan bükümündə daş parçaları aşkar edilmişdir. Aşkar edilmiş şəffaf rəngli sellofan bükümündə daş parçaları sübut əhəmiyyətinə malik olmadığından götürülməmişdir. Bundan sonra “VAZ 2107” markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna, matorxanasına, arxa yük yerinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 01 ədəd qara rəngli idman çantası aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin çantanın dostu Sərxana məxsus olduğunu bildirmişdir. Həmin çantaya baxış zamanı içərisindən paltarlar, 01 ədəd göy rəngli siqaret qutusuna baxış zamanı içərisindən 02 ədəd şəffaf rəngli sellofan bükümü aşkar edilmişdir. Həmin bükümlərdən birini açdıqda içərisində ağ rəngli, kristal formasında psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş psixotrop maddə olan metamfetaminə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 10,32 qram olduğu müəyyən edilmişdir. 01 ədəd göy rəngli siqaret qutusunun içərisindən aşkar edilmiş digər 02 ədəd iç-içə keçirilmiş sellofan bükümünü açdıqda içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə sellofan ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 10,65 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixiatrop maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur, münasibətləri normaldır. Şahid5 da tanıyır, Afərlə Təqsirləndirilən şəxs məxsus telefonla danışmamış, Şahid5 ona 50 qram metamfitamin və 50 qram heroin alıb ona göndərməsini istəməmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində “Milli ön” aparatı vasitəsi ilə tanımadığı şəxsin hesabına 1100 manat pul ödəməmiş, psixiotrop maddə və narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs Ağstafa rayonuna narkotik vasitə və psixiotrop maddə aparmasından məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs Şahid5la telefon vasitəsi ilə danışdığını görmüş, lakin onların nə barədə danışdıqlarını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 077 503 08 89 mobil nömrə ona məxsusdur və təxminən bir ildir ki, onun istifadəsində olmuşdur. Həmin nömrəyə Təqsirləndirilən şəxs istifadəsində olan 070 536 36 66 mobil nömrədən daxil olmuş “qaqa düşünmə ki, bu da atdı, atamın əmisi qoca kişi rəhmətə gedib, burdayam çıxa bilmirəm, maşınsızam gələ bilirsən gəl qonağımsan”, “qaqa 30 kola, 40 patı istəmişdilər, os...q söhbət idi deyə vermədim”, “sənə sərf etməz”, “sən ucuz bir şey axtarırsan” məzmunlu smsləri xx.xx.2021-ci il tarixdə saat 18-19 radələrindən həmin nömrəni mobil telefonundan çıxarıb işlətmədiyindən oxumamışdır. Çünki onun özünə məxsus ***-***-**-** nömrəsi olmuş və onu işlətmişdir. Elmar onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng etmiş, o da Elmara zəng etmişdir. Onların arasında danışıq ilk dəfə xx.xx.2021-ci il tarixdə səhər saatlarında olmuşdur. Belə ki, qeyd olunan tarixdə səhər saatlarında Elmar ona zəng etmiş, lakin o, yatdığı üçün eşitməmiş, yuxudan qalxdıqdan sonra o, Elmara zəng etmişdir. Həmin vaxt Elmar ona Qazaxda olduğunu, telefona cavab vermədiyinə görə Bakıya qayıtdığını bildirmiş, o da Elmara “uğur olsun” demişdir. Bundan sonra Elmar ona “getmirəm gəlirəm görüşək sənlə işim var” demişdir. Bir neçə dəqiqə sonra Elmar ona təkrar zəng edərək hara gəlməsini soruşmuş, o da Elmara Ağstafa rayonu, dəmiryol vağzalının qarşısında “Poylu dayanacağı” deyilən yerə gəlməsini demişdir. Elmar həmin yerə bir ədəd qırmızı rəngli xarici markalı avtomobillə gəlmişdir. O, avtomobilin ön oturacağında oturmuş, Elmarla bir neçə dəqiqə söhbət etmişdir. Həmin vaxt Elmar ona çay içib, yemək yeməyi təlif etmiş, o isə işi olduğunu bildirmişdir. Bundan sonra Elmar ona heroin və patı olduğunu, onları satmaq istədiyini bildirmiş, o isə Elmara “mənlik deyil, mənim işim hələ qurtarmayıb” demişdir. Elmar ona “sonra görüşərik” deyib getmişdir. Təxminən 15 dəqiqə sonra o evdən çıxıb kirayə götürdüyü çadırın pulunu vermək üçün piyada dəmiryol vağzalı istiqamətdə getmişdir. Bu zaman Elmar ona zəng edərək mən buradayam, səni görürəm, başqa maşındayam, işini qurtar gəl“ demiş, sonuncu isə Elmara “hələ işim var işimi qurtarım görüşərik” deyə cavab vermiş, Elmar isə “yaxşı” demişdir. Təxminən 30-40 dəqiqə sonra o, Elmarla görüşmək üçün sonuncuya zəng etmişdir. Həmin vaxt telefona polis əməkdaşları cavab vermiş və ondan harada olmağını soruşmuş, o da evdə olduğunu bildirmişdir. Polislər onun yaşadığı evin yaxınlığına gələrək sonuncunu polis şöbəsinə gətirmişlər. O, polis şöbəsində olarkən ona Elmardan narkotik vasitə aşkar edildiyini bildirmişlər. Onun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə üç dəfə telefon danışığı olmuş, danışıq zamanı aralarında olan danışığın səbəbi Elmarın ondan hal-əhval tutması, işinin necə qurtarmasını soruşması, xalası oğlu Nemət və Qaməti soruşması olmuşdur. Onun Qaəmət və Elmarla aralarında narkotik vasitə ilə bağlı heç bir söhbət olmamış, onlardan narkotik vasitə istəməmişdir. Elmarla onun avtomobilində söhbət edən zaman ona patı və heroin olduğunu dediyinə görə Elmarın onda narkotik vasitə olduğunu polislərə xəbər etdiyini fikirləşib onu şərləmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağstafa rayon məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021ci il tarixdə saat 14:05-dən 14:31-dək olan müddət ərzində Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı Əlövsət Allahverdiyev tərəfindən Ağstafa rayonu, Muğanlı kənd sakini Təqsirləndirilən şəxs üzərində videoçəklişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümündən küllü miqdarda 2 ədəd bükümdə narkotik vasitə heroin və 2 ədəd bükümdə psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəklişdən istifadə edilmiş və görüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə saat 14:40-dən 15:30-dək olan müddət ərzində Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı Əlövsət Allahverdiyev tərəfindən Ağstafa rayonu, Muğanlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan qara rəngli əl çantasının içərisindən 3 ədəd bükümdə külli miqdarda psixotrop maddə olan metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə narkotik vasitə olan tiryək və 1 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa avtomobilin yük yerində olan idman çantasının içərisindən 1 ədəd bükümdə psixotrop maddə metamfiteman və 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoçəklişdən istifadə edilmiş və görüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 16/900 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Kərimov” yazılar və imzalar olan dörd ədəd kağız paketdəki, hər birində bir büküm olmaqla 4 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 8,652 qram, 11,153 qram, 25,203 qram, 50,105 qram, ümumi təmiz çəkisi 95,113 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Kərimov” yazılar və imzalar olan altı ədəd kağız paketdəki, hər birində bir büküm olmaqla 6 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,953 qram, 1,560 qram, 9,304 qram, 14,447 qram, 15,502 qram, 18,915 qram ümumi təmiz çəkisi 60,681 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə matamfetamindir. - tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Kərimov” yazılar və imzalar olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 2,517 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. - tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Kərimov” yazılar və imzalar olan bir ədəd şəffaf rəngli polietilen torbacıqda təmiz çəkisi 0,340 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Kərimov” yazılar və imzalar olan kağız paketdəki bir ədəd gümüşü rəngli elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yənitərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və bu səbəbdən müqayisəli tədqiqat aparmaq mümkün deyil. - tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Kərimov” yazılar və imzalar olan kağız paketdəki üzərində “Bochome” yazılı bir ədəd qara rəngli kiçik ölçülü çantanın içərisində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və bu səbəbdən müqayisəli tədqiqat aparmaq mümkün deyil. - Tədqiqata təqdim edilən 4 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilən 6 ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 581 №-li xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 1245 №-li 16 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsində əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:13:43, 23:13:31-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Kərimov Anar adlı şəxsin istifadəsində olan ***- ***-**-** nömrəsi arasında 1 dəfə telefon danışığı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 23:13:43, 23:13:31-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Kərimov Anar adlı şəxsin istifadəsində olan ***- ***-**-** nömrəsi arasında 1 dəfə telefon danışığı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10:31:37-dən 18:56:37-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Kərimov Anar adlı şəxsin istifadəsində olan ***- ***-**-** nömrəsi arasında 5 dəfə telefon danışığı olmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə heç bir zəng edilməmişdir. xx.xx.2021-ci il tarixdə saat 21:36:10-da Təqsirləndirilən şəxs istifadəsində olan, lakin Kərimov Günayın adına rəsmləşmiş ***-***-**-** saylı nömrə Sərxan Əfəndiyev adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrsi arasında 1 dəfə telefon danışığı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 20:31:16-dan 20:41:05-dək Təqsirləndirilən şəxs istifadəsində olan, lakin Kərimov Günayın adına rəsmləşmiş ***-***-**-** saylı nömrə ilə Bakı şəhəri, Binəqədi rayon sakini X5 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 5 dəfə telefon danışığı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 23:30:16-da Təqsirləndirilən şəxs istifadəsində olan, lakin Kərimov Günayın adına rəsmləşmiş ***-***-**-** saylı nömrəyə kimə məxsus olduğu bilinməyən ***-***-**-** telefon nömrsindən aşağıdakı məzmunda sms daxil olmuşdur. “kola patı nə qədər oldu qaqa” xx.xx.2021-ci il tarixdə saat 17:41:08-də Təqsirləndirilən şəxs istifadəsində olan, lakin Kərimov Günayın adına rəsmləşmiş ***-***-**-** saylı nömrəyə kimə məxsus olduğu bilinməyən ***-***-**-** telefon nömrsindən aşağıdakı məzmunda sms daxil olmuşdur. “patı da götür brat” Təqsirləndirilən şəxs istifadəsində olan, lakin Kərimov Günayın adına rəsmləşmiş ***-***-**-** saylı nömrədə iş üzrə mühüm əhəmiyyət kəsb edən heç bir sms aşkar edilmədi. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 13:27:13-də “Aztelekom İB Absheron TKQ”-da anten dairəsində olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan, lakin Kərimov Günayın adına rəsmləşmiş ***-***-**-** saylı nömrə isə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 17:29:53-də “Aztelekom İB Absheron TKQ”-da anten dairəsində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli AZF/LGL-27392/21 №-li məktuba əlavə olunmuş bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, -xx.xx.2021-ci il tarixdə saat 15:51-dən 11:30-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Ağstafa rayonu, Muğanlı kəndi ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 14:57-dən 15:16-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Qazax şəhəri ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 15:23-dən 15:48-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Ağstafa şəhəri ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 17:32-dən xx.xx.2021-ci il tarixdə saat 05:07-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Ağstafa rayonu, Muğanlı kəndi ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 05:51-dən saat 06:04-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Ağstafa rayonu, Xətai kəndi ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 07:07-dən saat 09:05-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Qazax şəhəri ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 09:26-dan saat 10:24-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Tovuz rayonu, Şəmkir rayonu, Şəmkir rayonu, Muxtariyyə, Düyərli kəndləri ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 11:12-dən saat 11:15-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Ağstafa şəhəri ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 12:30-dən saat 12:53-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Ağstafa şəhəri ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 13:45-dən saat 14:24-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə Ağstafa şəhəri ərazisində anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 02:06:04-də Şahid5 adına rəsmləşmiş ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə arasında aşağıdakı məzmunda sms yazışması olmuşdur: “işim var telefonu aç” -xx.xx.2021-ci il tarixdə saat 01:56-da Şahid5 adına rəsmləşmiş ***-***-**-** telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən aşağıdakı məzmunda sms daxil olmuşdur: “qaqa düşünmə ki, bu da atdı, atamın əmisi qoca kişi rəhmətə gedib, burdayam çıxa bilmirəm, maşınsızam gələ bilirsən gəl qonağımsan”, “qaqa 30 kola, 40 patı istəmişdilər, os....q söhbət idi deyə vermədim”, “sənə sərf etməz”, “sen ucuz bir şey axtarırsan”. -xx.xx.2021-ci il tarixdə saat 11:18-də Şahid5 adına rəsmləşmiş ***-***-**-** saylı nömrə “Xırdalan ATS Aztelekom İB Abşeron TKQ”da anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 00:01-dən 02:30-dək Şahid5 adına rəsmləşmiş ***-***- **-** saylı nömrə Ağstafa rayonu, Muğanlı kəndi ərazisində anten dairəsində olmuşdur. -Şahid5 adına rəsmiləşmiş ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 11:18, 11:30, 11:40-da 3 dəfə telefon danışığı olmuş, həmin müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi Abşeron rayonu ərazisində anten dairəsində olmuşdur. -Şahid5 adına rəsmləşmiş ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 00:08-də 20 saniyə, 00:09-da 963 saniyə, 02:13-də 299 saniyə, 02:33-də 30 saniyə, 02:34-də 156 saniyə, 02:39-da 786 saniyə, 09:26-da 42 saniyə, 10:10-da 33 saniyə, 10:14-də 193 saniyə, 10:23-də 52 saniyə, 15:54-də 21 saniyə, 11:33-də 37 saniyə, 11:43də 11 saniyə, 12:03-də 49 saniyə, 12:28-də 144 saniyə, 12:37-də 73 saniyə və 12:52-də 15 saniyə, ümumilikdə 17 dəfə telefon danışığı olmuş, həmin müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi Ağstafa şəhəri, Ağstafa rayonu, Muğanlı kəndi və Qazax şəhəri ərazilərində anten dairəsində olmuşdur. -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi 01 iyul 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində şəbəkədə olmamışdır. -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi xx.xx.2021-ci il tarixdə Abşeron rayon ərazisində anten dairəsində olmuşdur. -Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** telefon nömrələri arasında heç bir telefon danışığı və sms yazışması olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMCdən alınmış xx.xx.2021-ci il tarixli BKC/LGL-21646/21 №-li məktuba əlavə olunmuş bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, -xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə aşağıdakı məzmunda sms yazılmışdır: “qaqam telfon menim deyil zeg vuracam axşam daha yjma qardaşm gedim men qala bilmerem daha zeg vurma oldumu” xx.xx.2021-ci il tarixdə isə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə aşağıdakı məzmunda sms yazılmışdır: “Salam ako neçesen elmardı zek çatmir meni yiq ” -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı nömrlərlə Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında heç bir telefon danışığı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" MMCdən alınmış xx.xx.2021-ci il tarixli AZF/LGL-32170/21 №-li məktuba əlavə olunmuş bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 02:06:04-də Şahid5 adına rəsmləşmiş ***-***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə arasında aşağıdakı məzmunda sms yazışması olmuşdur: “işim var telefonu aç” -xx.xx.2021-ci il tarixdə saat 01:56-da Şahid5 adına rəsmləşmiş ***-***-**-** telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən aşağıdakı məzmunda sms yazışması olmuşdur: “qaqa düşünmə ki, bu da atdı, atamın əmisi qoca kişi rəhmətə gedib, burdayam çıxa bilmirəm, maşınsızam gələ bilirsən gəl qonağımsan”, “qaqa 30 kola, 40 patı istəmişdilər, os....q söhbət idi deyə vermədim”, “sənə sərf etməz”, “sen ucuz bir şey axtarırsan”. -xx.xx.2021-ci il tarixdə saat 11:18-də Şahid5 adına rəsmləşmiş ***-***-**-** saylı nömrə “Xırdalan ATS Aztelekom İB Abşeron TKQ”da anten dairəsində olmuşdur. -xx.xx.2021-ci il tarixdə saat 00:01-dən 02:30-dək Şahid5 adına rəsmləşmiş ***-***- **-** saylı nömrə Ağstafa rayonu, Muğanlı kəndi ərazisində anten dairəsində olmuşdur. -Şahid5 adına rəsmiləşmiş ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 11:18, 11:30, 11:40-da 3 dəfə telefon danışığı olmuş, həmin müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi Abşeron rayonu ərazisində anten dairəsində olmuşdur. - Şahid5 adına rəsmiləşmiş ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 00:08-də 20 saniyə, 00:09-da 963 saniyə, 02:13-də 299 saniyə, 02:33-də 30 saniyə, 02:34-də 156 saniyə, 02:39-da 786 saniyə, 09:26-da 42 saniyə, 10:10-da 33 saniyə, 10:14-də 193 saniyə, 10:23-də 52 saniyə, 15:54-də 21 saniyə, 11:33-də 37 saniyə, 11:43də 11 saniyə, 12:03-də 49 saniyə, 12:28-də 144 saniyə, 12:37-də 73 saniyə və 12:52-də 15 saniyə, ümumilikdə 17 dəfə telefon danışığı olmuş, həmin müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi Ağstafa şəhəri, Ağstafa rayonu, Muğanlı kəndi və Qazax şəhəri ərazilərində anten dairəsində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək narkotik vasitə və psixatrop maddəni Bakı şəhərindən alıb Ağstafa şəhərinə gətirməyi tanışı Şahid5 qohumu Şahid6 sifariş etdiyini, həmin müddətdə Bakı şəhərindən Ağstafa rayonuna gəldiyi üçün həmin narkotik vasitə və psixatrop maddəni Afərə təhvil vermək üçün gətirdiyini bildirmişdir. Şahid5 isə qeyd olunan xüsusatları inkar edərək, Şahid6 və Şahid5 heç narkotik vasitə və psixatrop maddə alması ilə bağlı heç bir sifariş vermədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə Şahid6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək narkotik vasitə və psixatrop maddəni Bakı şəhərindən alıb Ağstafa şəhərinə gətirməyi tanışı Şahid5 qohumu Şahid6 sifariş etdiyini, həmin müddətdə Bakı şəhərindən Ağstafa rayonuna gəldiyi üçün həmin narkotik vasitə və psixatrop maddəni Afərə təhvil vermək üçün gətirdiyini bildirmişdir. Şahid6 isə qeyd olunan xüsusatları inkar edərək, Şahid5 ona narkotik vasitə və psixiatrop maddə sifariş etmədiyini, narkotik vasitəni Təqsirləndirilən şəxs Ağstafa rayonuna göndərmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, mənzil 32-də yerləşən evə axtarış aparılması məqsədi ilə gedilsə də, yaşayış evində olan Təqsirləndirilən şəxs qohumu Şahid6 evin qapısını açmayaraq, axtarış aparılmasına mane olub, yaşayış evinin yandırdığından axtarışın aparılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Resprublikası DİN-nin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.3, 149.2.1, 149.2.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 318 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən vaxtından əvvəl cəzadan azad etmə zamanı məhkumluğun ödənilməsi əsas və əlavə cəzanı çəkib qurtardığı vaxtdan hesablanır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi onun üzərindən və avtomobildən aşkar olunan narkotik vasitələrin əvvəllər tanıdığı Ağstafa şəhər sakini X7 və tarixdə xalası oğlu Şahid6 üçün almasına dair verdiyi ifadəsinin Şahid ifadələri, sms bildirirşləri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda narkotik vasitə və psixiatrop maddəni əldə etmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən, qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi kimyəvi tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 25,203 qram, 50,105 qram, ümumi təmiz çəkisi 75,308 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 15,502 qram, 18,915 qram, ümumi təmiz çəkisi 34,417 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamtetamini üzərində, ayrıayrılıqda təmiz çəkiləri 14,447 qram, 0,953 qram, 1,560 qram, ümumi təmiz çəkisi 16,960 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 11,153 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 2,517 qram təşkil edən narkotik vasitə tiryəki və təmiz çəkisi 0,340 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı qara rəngli əl çantasının içərisinə qoyub idarə etdiyi VAZ 21074 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərində, təmiz çəkisi 8,652 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini, təmiz çəkisi 9,304 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini idman çantasının içərisinə qoyub həmin avtomobilin yük yerində satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 30 avqust 2021-ci il tarixdə saat 13 radələrində Ağstafa RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağstafa şəhəri Rafiq Alicanov küçəsində tutularaq Ağstafa RPŞ-nə gətirilmiş, həmin tarixdə saat 14:05dən 14:31-dək olan müddət ərzində Ağstafa RPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şlavarın sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 25,203 qram, 50,105 qram, ümumi təmiz çəkisi 75,308 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 15,502 qram, 18,915 qram, ümumi təmiz çəkisi 34,417 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamtetamin, həmin tarixdə saat 14:40-dan 15:30-dək olan müddət ərzində istifadəsində olan VAZ 21074 markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin arxa oturacağının üzərindəki qara rəngli əl çantasının içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 14,447 qram, 0,953 qram, 1,560 qram, ümumi təmiz çəkisi 16,960 qram təşkil edən külli miqdarda psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 11,153 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin, təmiz çəkisi 2,517 qram təşkil edən narkotik vasitə tiryək və təmiz çəkisi 0,340 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, avtomobilin yük yerində olan idman çantasının içərisindən isə təmiz çəkisi 8,652 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroin, təmiz çəkisi 9,304 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan və şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, müxtəlif növlərdə olması, tərəzi aşkar olunması, özünün etiraf etdiyi kimi dövriyyəsində iştirak etməsi sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən halhazırda onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Məhərrəm Musayevin şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Ağstafa Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobilin salonundan, eyni zamanda yük yerindən götürülmüş ümumilikdə 95,113 qram narkotik vasitə heroinin 94,913 qramı, ümumiliklə 60,681 qram çəkidə psixiatrop maddə metamfetaminin 60,381 qramı, ümumilikdə 2,517 qram narkotik vasitə tiryəkin 2,467 qramı, ümumilikdə 0,340 qram narkotik vasitə olan marixuananın 0,320 qramı, 1 ədəd elektron tərəzi və 1 ədəd qara rəngli əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. Narkotik vasitənin məhv edilməsi Ağstafa RPŞ-nin və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,80 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilisin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Ağstafa Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs və onun idarə etdiyi avtomobilin salonundan, eyni zamanda yük yerindən götürülmüş ümumilikdə 95,113 qram narkotik vasitə heroinin 94,913 qramı, ümumiliklə 60,681 qram çəkidə psixiatrop maddə metamfetaminin 60,381 qramı, ümumilikdə 2,517 qram narkotik vasitə tiryəkin 2,467 qramı, ümumilikdə 0,340 qram narkotik vasitə olan marixuananın 0,320 qramı, 1 ədəd elektron tərəzi və 1 ədəd qara rəngli əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Ağstafa Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64,80 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar