Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-193/2023 14.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-ci il tarixdə Bərdə rayonu Məşədiibişli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmımiş və götürülməmiş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, hal-hazırda Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 3,232 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1(bir) ədəd “Viceroy” siqaret qutusunun içərisində olan 01 ədəd qara rəngli polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 22 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli cins şalvarın sol yan cibindən külli miqdarda, yəni 1(bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,232 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuana və heroindən mütamadi olaraq istifadə etmişdir. Bərdə Rayon məhməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum eidlmişdir. xx.xx.2022-ci il tarixdə istifadə etmək məqsədilə 1 qarama yaxın heroin narkotik vasitəsi əldə etmiş, qara rəngli sellofanda “Viceroy” markalı siqaret qutusunun içərisinə yerləşdirib, həmin qutunu da şalvarının yan cibinə qoymuşdur. Yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə daxil olub, onu polis çöbəsinə aparmışlarş. Bərdə rayon polis şöbəsində şəxsi axtarış zamanı özünün “Viceroy” markalı siqaret qutusunun içərisinə yerləşdirdiyi 01 ədəd qara rəngli sellofan bükümdə olan heroini şalvarının sol yan cibindən götürmüşlər. Həmin 01 ədəd qara rəngli içərisində heroin olan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1 qrama yaxın olmuşdur. Qalan narkotiki isə hazırda xatırlamadığı polis əməkdaşları aşkar edilən narkotik vasitənin üzərinə əlavə etmişlər. Polis əməkdaşlarının təzyiqi nəticəsində ibtidai istintaq zamanı etirafedici ifaədlər verməklə, 3,46 qram heroinin ona məxsus olmasını bildirmişdir. Həmçinin həmin təzyiq nəticəsində ibtidai istintaq dövründə və barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə heçnə bildirməmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ttiham olunduğu CM-in 234.1-1- ci maddəsinin sanksiyası çox olduğu üçün əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 22 sentyabr 2022-ci il tarixdə saat 22:00 radələrində adı çəkilən şəxsin Bərdə şəhəri, H.Əliyev prospektində olması müəyyən edilmişdir. Bundan sonra Bərdə rayon polis şöbəsinin PPXB-in, polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə həmin əraziyə getmişdirlər. Onlar Bərdə şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs görüb yaxınlaşdıq. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımasında və satmasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirərək Bərdə RPŞ-nə dəvət edilmiş və Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Bərdə RPŞ-nə gəlmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına X10 müdafiəçi qismində dəvət edildi. Bundan sorna yenidən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olubolmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilmiş. Bundan sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Viceroy“ markalı siqaret qutusunun içərisində bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə heroin olan bükülü, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon masaya qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Vceroy “ markalı siqaret qutusunun içərisində bir ədəd ağ sellofana bükülmüş bükümdə heroin olan bükülü baxış keçirildikdə həmin bükümlərdə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra 1 ədəd göy rəngli içərisində heroinə bənzər kütlə ilkin çəkisi 3,46 qram olduğu müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək götürülmüşdür. Sonradan keçirlmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi və ya satışı ilə maşğul olmasıöz təsdiq tapmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də polis şöbəsində olduğu zaman ona hər hansı təzyiq olunmamışdır. Həmçinin onun yaşadığı evdə olmamışlar və sonuncunu yaşadığı evin yaxınlığında küçədə saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən külli miqdar deyil, CM-in 234.1-ci maddəsinin tərkibini yaradacaq çəkidə narkotik vasitə aşkarlanması, qeyd olunan narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən eyni tərkibə malik narkotik vasitə qoyulmasına dair fikirlər isə həm gülünc həm də absurddur. İsrarla bildirir ki, belə bir hal baş verməmiş, deyilənlər Təqsirləndirilən şəxs tərəfindən uydurulmaqla məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə deyilən sözlərdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 X5 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 sentyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2022-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Bərdə RPŞ-nin inzibati binasının xidməti otağında, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd heroinə bənzər kütlə aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən yuxarıda qeyd olunan əşyalardan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 sentyabr 2022-ci il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung A 8” modelli telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 24 sentyabr 2022-ci il tarixli, 4(021)-132/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1133 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Bərdə şəhəri, H.Əliyev propektində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (ədəd) bükümdə olan heroinə bənzər kütlə...” sözlər və imzalar olan zərfdəki, 1(bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,232 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1829 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon məhməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum eidlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bərdə Rayon məhməsinin xx.xx.2022-ci il tarixli qərarı ləgv edilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 17 günü azadlığın məhdudlaşdırılmasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla 02 ay 08 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə İcra Pobasiya şöbəsinin 10 aprel 2022-ci il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində çəkliməmiş cəzası yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 oktyabr 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabında göstərilmişdir ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxin məhkəmə tibb ekspertizasının 26.09.202-ci il tarixli, 776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon icra başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 6662 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, 1971-ci il təvəllüdlü atası-X14, 1971-ci il təvəllüdlü anası X12, 1997-ci il təvəllüdlü qardaşı-X3 ibarət ailə tərkibi ilə ünvan 2 ünvanda yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05003949 saylı hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2019-cu il tarixdən 15 aprel 2021-ci il tarixadək həqqiqi hərbi xidmətə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Ambulator kitabçasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs qarşadaşı X1 psixoloji pozuntudan əziyyət çəkir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsə CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 3,232 qram lakin tədqiqatdan sonra qalıq qalmış 0,1 qram olan heroin tanınmış, tədqiqatdan sonra qalıq qalmış 3,132 qram olan narkotik vasitə-heroin, Bərdə rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağında saxlanılmasına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə маddi сцбut кiмi tанынmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı üzərindən aşkar olunan heroinə bənzər kütlənin 1 qarama yaxın olmasına, ondan aşkar edilən narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən tərəfindən əlavə narkotik vasitə qoyulmasına, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Sözügedən xüsusat təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, şəxsi axtarış istintintaq hərəkətlərinin protokolu, videoçəkiliş, məhkəmə tibbi ekspertizasının, məhkəmə-bioloji ekspertizasının rəyləri və işin faktiki halları ilə tamamilə təkzib edilir. Belə ki, məhkəmə istintaqı zamanı elan edilməklə tədqiqi edilmiş Elvin Qulumzadənin ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, “05 sentyabr 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitələrin satışı ilə məşğul olan “A İran” adlı istifadəçi ilə tanış olmuş, həmin şəxs ona narkotikin satışı ilə bağlı konum atacağını və 80 manat pul göndərəməyini demişdir. Həmin şəxsin göndərdiyi ad və soyad olmayan plastik karta 80 manat pul mədaxil etdikdən sonra sonuncu ona konum atmışdır. 20 sentyabr 2022-ci il tarixdə şəxsin atdığı konuma əsasən Bakı şəhəri, H.Aslanov m/s-na getmiş və oradan siqaret qutusunda olan heroini götürərək Bərdə rayonuna qayıtmışdır. Bərdə rayonunda həmin İran İslam Respublikası vətəndaşından aldığı heroindən istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə istifadə etdiyi heroin qara rəngli sellofanda “Viceroy” markalı siqaret qutusunun içərisində olmuş və həmin qutunu şalvarımın cibinə yerləşdirmişdir. Bərdə şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman polis əməkdaşları onun yanına yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişlər. Bərdə rayon polis şöbəsində video görüntü vasitəsi ilə hüquq və vəzifələri izah edildikdən sonra üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şalvarımın sol yan cibindən “Viceroy” markalı siqaret qutusunun içərisinə yerləşdirdiyi 01 ədəd qara rəngli sellofan bükümdə olan heroin aşkra edilrək götürmüşdür. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 3,46 qram olmuşdur. Həmin 01 ədəd bükümdə olan heroin onundur və istifadə etmək üçün cibinə yerləşdirmiş və saxlamışdır. Həmin heroin qablaşdırdılrılmış, zərfə və protokola imza etmişdir”. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş X2 Fariz Təbriz oğlu və Şahid3 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də polis şöbəsində olduğu zaman hər hansı təzyiq olunmamışdır. Həmçinin, onun yaşadığı evdə olmamışlar və sonuncunu yaşadığı evin yaxınlığında küçədə saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən 3.46 qram çəkidə heroin aşkar edilmiş, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən heroin əlavə edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə məhkmədə udurma həqiqət uyğun olmayanifadələr verir. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və video çəkilişdən görünür ki, Bərdə RPŞ-nin inzibati binasının xidməti otağında, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd heroinə bənzər kütlə aşkar edilmiş, Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 3,46 qram olmuşdur, bundan sonra həmin narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Zərf və protokol təqsirləndirlən şəxs və müdafiəçisi tərəfindən imzalanmış, hər hansı etiraz, vəsatət və şikayət daxil olmamışdır. Bundan başqa məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1(bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,232 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.09.202-ci il tarixli, rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs X11 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi –həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs qardaşı Qulamzadə Süleymanının psixi xəstə olması, özünün İİ-ci Qarabag müharibəsinin dövründə hərbi xidmətdə olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X11 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1829 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 3,232 qram lakin tədqiqatdan sonra qalıq qalmış 0,1 qram olan heroin tanınmış, tədqiqatdan sonra qalıq qalmış 3,132 qram olan narkotik vasitə-heroin, Bərdə rayon polis şöbəsinin“maddi sübutların saxlanması otağında saxlanılmasına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə маddi subut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin“ maddi sübutların saxlanması otağında verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz tədqiqatdan sonra qalıq qalmış 3,132 qram olan narkotik vasitə-heroin məhv edilməli, 1 ədəd “DVD” disk cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 22 ssentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi tədqiqatdan sonra qalıq qalmış 3,132 qram olan narkotik vasitə-heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 32 manat 40 qəpik qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-193/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-193/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver