Məhkəmə qərarları › İş №1(100)-194/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-194/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-194/2020 28.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafıəçi– Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X9, X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı övladı olan, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Düz Qırıqlı kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(005)-1058/2019 saylı qərarına əsasən həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 04 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş mariuxananı hazırlamaqla əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı Tovuz rayonunun Düz Qırıqlı kəndində yerləşən meşə zolağında “Qorpun” adlanan ərazidə yabanı halda bitən, aqrotexniki qaydada qulluq olunmayan, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaq və gövdələrinin satış məqsədi ilə qanunsuz olaraq polietilen torbalara yığaraq yaşadığı Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisinə daşımış, orada istintaqa məlum olmayan vaxtda həmin çətənə bitkilərinin gövdə və yarpaqlarını qurudaraq külli miqdarda - 25200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı kustar üsulla satış məqsədilə qanunsuz hazırlamaqla əldə edib evinin zirzəmisində saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı həmin fərdi yaşayış evinin zirzəmisinə əməliyyat tədbiri kimi keçirilən baxış zamanı sonuncunun satış məqsədi ilə qanunsuz olaraq hazırlamaqla əldə edib daşımaqla saxladığı külli miqdarda - 25200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, yaşadığı kəndin ərzisində torpaq sahələrində suvarma işləri ilə məşğul olmuşdur.2019-cu ilin yayında həmkəndlisi İsbəndiyarin torpaq sahəsini suvaranda Qorpun deyilən yerdə çətənə bitkiləri olduğunu görmüşdür. O, çətənə bitkilərinin narkotik tərkibli olmasını bilmiş, ona görə də təxminən 10 gün əvvəl həmin çətənə bitkilərinin yetişmişindən hər birinin hündürlüyü təxminən 1 metrdən çox olan, 2 ədəd kol yığıb evə gətirib zirzəmidə gizlətmişdir. Gətirdiyi çətənə bitkilərini zirzəmiyə giriş qapısının sağ tərəfində pəncərənin çərçivəsinin üzərinə yığmışdır. Evdə arvadı Ülviyyə ondan zirzəmidə nə olmasını soruşduqda Ülviyyəyə narkotik vasitə olması barədə heç nə deməmiş və Ülviyyəyə həmin bitkilərə toxunmamasını, aparacağını bildirmişdir. Gətirdiyi çətənə bitkilərinin kütləsi dəqiq çəkisini tərəzidə çəkmədiyi üçün təxminən 10-15 kq olmşdur. Həmin marixuananı yığıb saxlamaqda məqsədi özü istifadə etmək olmuş, satmaq məqsədi olmamışdır. Yığıb topladığı narkotik vasitədən heç kimə verməmiş və satmamışdır. xx.xx.2019-cu il tarixdə Zaur adlı həmkəndlisinin torpaq sahəsində taxıl suvardığı zaman Ülviyyənin mobil telefonundan ona mesaj gəlmişdir. Ülviyyənin mobil telefonuna zəng etdikdə telefonda ona icra nümayəndəsi Elçin cavab vermişdir. Elçin ona təcili evə gəlməsini bildirmişdir. Elçinə evə bir saatdan sonra gələ biləcəyini bildirdikdə, Elçin ona təcili evə gəlməsini demişdir. Bir neçə dəqiqə keçməmiş dostu Ramil ona zəng vurub yaşadığı evin qarşısında polislərin olduğunu bildirmişdir. Yenidən arvadının mobil telefonuna zəng edib icra nümayəndəsi ilə danışanda onun olduğu yeri soruşaraq gözləməsini və gəlib gətirəcəklərini bildirmişdir. Bu zaman polis əməkdaşlarının qurudulmuş marixuana ilə əlaqədar məlumatlarının olduğu üçün onu axtardıqlarını başa düşmüşdür. Ona görə də o, qorxduğundan mobil telefonunu söndürüb yaxınlıqda olan üzüm bağının arasına girib gizlənmişdir. Həmin vaxt olduğu yerə tərəf avtomobil gəldiyini görmüş və başa düşmüşdür ki, onu aparmaq üçün gəlirlər. Dərhal üzüm bağının cərgəsinin arasında otluqda gizlənmişdir. Avtomobil dayanmış və gələn səslərdən avtomobildən düşən adamların onu axtardığını başa düşmüşdür. Qorxduğu üçün gizləndiyi yerdə polislərin getməsini gözləmişdir. Gələnlərin heç birini görməmiş, onların neçə nəfər olmasını bilməmişdir. Gələn şəxslər getdikdən sonra gizləndiyi yerdən uzaqlaşaraq başqa yerə gedib otun arasında gizlənərək havanın qaralmasını gözləmişdir. Üzərində 6 manat pulu olduğu üçün gizlənmək üçün Ağcabədi rayonu, Köyük kəndində yaşayan qaynı Familin yanına getmək qərarına gəlmişdir. Ona görədə hava qaraldıqdan sonra piyada Bakı-Gürcüstan yolunun kənarına gələrək oradan Bakı istiqamətinə gedən avtobuslardan birini saxlatdırıb minmişdir. Məqsədi orada polisdən gizlənmək olmuşdur. Yevlax rayonunda avtobusdan düşərək oradan Ağcabədi rayonuna gedən tanımadığı avtomobillərin biri ilə Köyük kəndinə Familin evinə getmişdir. Familə 10 gün əvvəl yaşadığı Düz Qırıqlı kəndinin torpaq sahələrinin yaxınlığında qorpundan yabanı halda bitən tərkibində narkotik maddə olan çətənə bitkilərindən yığıb evə gətirdiyi nəşəni polislər bilib gəlib onu axtardığını, ona görə də gizləndiyini demişdir. Həmin vaxtı Famil ona günahı varsa gedib polislərə özünü təqdim etməsini demişdir. O, gecəni Familin evində qalmağı, ertəsi gün gedib Tovuz rayon polisşöbəsinə təslim olmağı qərarlaşdırmışdır. Növbəti gün Qovlar polis bölməsində işləyən Elman müəllimlə danışaraq, gəldiyini demişdir. Axşam tərəfi Qovlar polis bölməsinə gəlib özünü təqdim edib, evindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, özü çəkmək üçün tək Düz Qırıqlı kəndinin torpaq sahələrinin yaxınlığında qorpunda yabanı halda bitən çətənə bitkilərindən yığıb topladığını bildirmişdir. O, həmin narkotik vasitədən heç kimə satmamış və verməmişdir. Bir il bundan əvvəl sağ ayağından ilan sancdığı üçün ayaqlarında olan ağrıların götürülməsi üçün istifadə məqsədi ilə yığmışdır. Qovlar rayon polis bölməsindən onu Gəncə şəhərində yerləşən DİN-nin BNMİ-nin QBRŞ-nə gətirmişlər. Orada hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə siyahı təqdim edilmiş və həmin siyahıdan seçdiyi vəkil ilə təmin olunmuşdur. Həmin müdafiəçinin iştirakı ilə protokol tərtib olunmuş və izahat vermişdir. Yaşadığı evin zirzəmisindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana özünə məxsus olmuş, yabanı halda bitmiş çətənə bitkilərindən yığıb toplamış, həmin narkotik vasitədən heç kimə verməmiş, satmamışdır.Tutuduğu əməldən peşmandır,himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınmaqla məhəkməədən ona yüngül cəza təyin olunmasını xahiş edir Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 QBRŞ-nin əməkdaşı Şahid8 ifadəsindəgöstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 12:50 radələrində onlar əməliyyat axtarış qrupunun üzvləri BNMİ-nin QBRŞnin balansında olan “Xəzər” markalı **-PZ-*** dövlət nömrə nişanlı, «BMV» markalı, **-AP- *** dövlət qeydiyyat nişanlı və «Chevrolet Niva» markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillərlə Tovuz rayonu, Düz Qırıqlı kəndinə gələrək, Tovuz rayon İHB-nm Düz Qırıqlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə görüşmüş və keçiriləcək əməliyyat axtarış tədbirinin mahiyyəti barədə ona da məlumat vermişlər. Bundan sonra tədbirdə iştirak edən, protokolda göstərilmiş şəxslərlə birlikdə saat 14:20 radələrində Təqsirləndirilən şəxs Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən, yaşayış evinin qarşısına gəlmişlər. Düz Qırıqlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında atası Şahid12 Mirməhəmməd oğlunu müəyyən edib ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona, oğlu Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddə olan bitkilər əkibbecərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuna saxlaması barədə DİN-in BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatları daxil olduğu üçün evinə, həyətyanı torpaq sahəsinə baxış keçirilməsi məqsədi ilə oğlu Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarı elan etmişlər. Şahid12 oğlu Anarın evdə olmadığını bildirərək, sonuncunun arvadı Şahid13 çağıraraq gəlişlərinin mahiyyəti barədə məlumat verdikdən sonra Anarı evə çağırmasına tapşırıq vermişdir. Bundan sonra Şahid13 istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefonuna zəng edib evə dəvət etmişdir. Lakin Təqsirləndirilən şəxs gəlməmiş, tərəflərindən yenidən zəng edilərək ona tərkibində narkotik maddə olan bitkilər əkib becərməsində, evində narkotik vasitə qurudulmuş marixuna saxlamasında və narkotik vasitələrin qeyri qanuni dövriyyəsində şübhəli olduğu üçün hüquqları izah olunaraq gəlməsi təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs mobil telefonunu söndürərək qəsdən qaçıb gizlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs atası Şahid12 və arvadı Şahid13 yaşadıqları evin həyətyanı torpaq sahəsində Təqsirləndirilən şəxs tərkibində narkotik maddə olan bitkilər əkib becərməsi və evində narkotik vasitə qurudulmuş marixuna saxlması ilə bağlı əmliyyat məlumatları olduğu üçün yaşadıqları evə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. Şahid12 həmin ev ona məxsus olduğu üçün evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Şahid13 və qayınatası Şahid12 videoçəkiliş altında baxış aparılacağı elan olunmuş, onların videoçəkiliş altında baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Baxış zamanı Şahid13 narkotik vasitə olan qurudulmuş marixuananın tünd yaşıl rəngli, kəskin iyli olması izah edildikdə, sonuncu bir həftə əvvəl əri Təqsirləndirilən şəxs yaşadığı evə gətirib zirzəmiyə qoyaraq saxladığı ona məlum olmayan həmin əlamətlərdə olan bitki kütləsini könüllü olaraq təqdim etmək istədiyini bildirmişdir. Ülviyyənin zirzəmidə qapısı olmayan çərçivənin sağ tərəfində yerdə pəncərənin çərçivələrinin üzərinə yığılmış tünd yaşıl rəngli, kəskin iyli qurudulmuş marixunaya oxşar bitki kütləsini təqdim etmişdir. Ü. Cəlilova həmin bitki kütləsinin əri Təqsirləndirilən şəxs tərəfindən bir həftə bundan əvvəl gətirdiyini, nə olmasını bilmədiyini bildirmişdir. Aşkar olunmuş kəskin iyli, tünd yaşıl rəngli, qurudulmuş marixunaya oxşar bitki kütləsi Şahid13 və orada iştirak edən şəxslərin iştirakı ilə videoçəkiliş altında altı ədəd ağ rəngli polietilen kisələrə qablaşdırılaraq ağzı tikilərək bağlanıb üzəri imzalanaraq möhürlənmiş və tərəflərindən götürülmüşdür. Daha sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs arvadı Şahid13 və atası Şahid12 bildirmişdir ki, həmin zirzəmiyə Anardan başqa heç kim girməmiş, aşkar olunan nrakotik vasitə Anara məxsus olmuş,lakin onların məlumatları olmamışdır. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə bu haqda protokol tərtib edilmiş, protokol ucadan iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan bir gün sonra yəni xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs DİN-in BNMİ-nin Qərb bölgəsindəki regional şöbəsinə könüllü gələrək təslim olmuş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, yaşayış evinin zirzəmisindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuna yaşadığı Tovuz rayonu, Düz Qırıqlı kəndində Qorpun deyilən yerdə yabanı halda bitmiş, çətənə bitkilərinin kollarından yığaraq toplayıb əldə etmişdir. A. Cəlilov xx.xx.2019-cu il tarixdə saat 12:30 radələrində onlar Tovuz rayonu, Düz Qırıqlı kəndi ərazisində yerləşən qobu deyilən əraziyə gələrək yığıb toplayaraq qurudulmuş marixunanı əldə etdiyi qobu adlanan yeri göstərmişdir. Tərəflərindən həmin əraziyə baxış keçirilərkən ərazidə həqiqətən yabanı halda çətənə kolları bitdiyi müəyyən edilmişdir. Çətənə kollarına baxışda mütəxəssis qismində iştirak edən alim aqranomun iştirakı ilə baxış keçirilmiş və çətənə kollarının yabanı halda bitdiyi, qulluq olunmadığı müəyyən olunmuşdur. Həmin çətənə kollarından iki ədəd çətənə bitkisinin kolları kökündən çıxarılaraq ağ rəngli sintetik kisəyə qablaşdırılmış, ağzı bağlanıb möhürlənmiş,müvfaiq protokol tərtib olunmuş, kisənin üzəri Təqsirləndirilən şəxs, müdafiəçinin və digər baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır.Baxış zamanı “SAMSUNG” markalı mobil telefonla aparılmış videoçəkiliş DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 QBRŞ-nin əməkdaşları Şahid4, Şahid5 və Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində yaşadıqları evin qarşısında dayanarkən bir neçə mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Polis əməkdaşları xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş X2 Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşı olduqlarını bildirib və oğlu Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində tərkibində narkotik maddə olan bitkilər əkib-becərməsi, kultivasiya etməsi və fərdi yaşayış evində narkotik vasitə olan qurudulmuş marixuana saxlaması barədə evlərinə, həyətyanı torpaq sahələrinə icazəsiz baxış keçirməyə başlamışlar. Polis əməkdaşları ondan oğlu Anarın evdə olub-olmamasını soruşmuş, o oğlu Təqsirləndirilən şəxs evdə olmadığını bildirərək, Anarın arvadı Şahid13 çağırmış və polis əməkdaşlarının bildirdiklərini ona demişdir. Bundan sonra Şahid13 istifadəsində olan mobil telefonla Anarın istifadəsində olan ***-***-**-** mobil telefonuna zəng edib evə dəvət etsə də, lakin Anar gəlməmişdir. Polis əməkdaşları tərəfidən yenidən oğlu Anara zəng edilərək ona tərkibində narkotik maddə olan bitkilər əkib becərməsində, evdə narkotik vasitə qurudulmuş marixuna saxlamasında və narkotik vasitələrin qeyri qanuni dövriyyəsində şübhəli olduğu üçün evə gəlməsi təklif olunmuşdur. Lakin Anar evə gəlməmişdir. Bundan sonra polis əməkdaşları icazəsiz olaraq evin həyətyanı torpaq sahəsində videoçəkiliş əsasında baxış keçirməyə başlamışlar.Baxış zamanı polis əməkdaşları yaşayış evinin zirzəmisinə gəlmiş, zirzəmidən hər birinin hündürlüyü təxminən 1 metrdən çox olan, 2 ədəd narkotik vasitə olan marixunaya oxşar bitki kütləsi aşkar edilmişdir. Polis əməkdaşları həmin narkotik vasitə olan 2 ədəd kolu əllərində gəldikləri avtomobilə qoymuşlar. Oğlu Təqsirləndirilən şəxs törətdiyi əməldən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında polis əməkdaşları gələrək, iş üzrə xüsusi biliyinin əhəmiyyət daşıdığını, mütəxəssis qismində onlara kömək etməyini xahiş etmişlər. Heç bir etirazını bildirməmiş və iş üzrə aqronom ixtisası üzrə mütəxəssis qismində təyin edilməyi barədə qərarla tanış olmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra saat 22:30 radələrində onlar Tovuz rayonu, Düz Qırıqlı kəndi əraizisndə yerləşən “Qorpun” adlanan əraziyə getmişlər. Orada olduqları zaman Təqsirləndirilən şəxs adlı şəxs yığıb toplayaraq qurudulmuş marixuananı əldə etdiyi “Qorpun” adlanan yeri göstərmişdir. Həmin əraizyə baxış keçirilərkən bitkilərin yabanı halda olan çətənə kolları olduğunu, onlara aqrotexniki qulluq olunmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən gələcəkdə sübut əhəmiyyəti kəsb edə biləcəyindən iki ədəd çətənə bitkisinin kolları kökündən çıxarılaraq ağ rəngli sintetik kisəyə qablaşdırılmış, ağzı bağlanıb möhürlənmiş, kisənin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra müdafiəıçinin və digər baxışda iştirak edən şəxslərlə bilrikdə bu haqda protokol tərtib edilmiş, protokol ucadan iştirakçılara oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxiliİşlər Nazirliyinin Baş X2 QBRŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirinəticəsində Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisində 06 ədəd ağ rəngli polietilen ümumilikdə 25200 qram çəkidə qurudulmuş narkotik vasitə marixuana aşkar edilib götürülmüşdür. Əməliyyataxtarıştədbirininkeçirilməsivəəşyalarıngötürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və yaddaş kartına (flaşkart) protokola əlavə edilmişdir. (C.1. i.v 09-11) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28486 nömrəli rəyindən görnür ki, “Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2019-cu il tarixdə Tovuz rayonu, Düzqırığlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış evinin...” yazılar və imzalar olan 06(altı) ədəd sintetik torbalardakı ayrı-aryılıqda təmiz çəkiləri-4150,0 qram ; 5405,0 qram; 4255,0 qram; 6290,0 qram; 4575,0 qram; 525,0 qram ümumi çəkisi- 25200 qram (25 kq 200 qram) olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 (altı) ədəd sintetik torbalardakı, ümumi çəkiləri-25200,0 qram olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd-marixuananın ümumi çəkisi-25200,0 qram,cəmi tədqiqata istifadə olundu-0,3 qram, qalıq- 25199,7 qram.( C.1. i.v 17-20) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (C.1. i.v 30). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 QBRŞnin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən “Qorpun” adlanan ərazidə yabanı halda aşkar edilmiş 02 ədəd çətənə bitkisinin kolları aşkar edilib götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və əşyaların götürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və 01 ədəd “CD” diskə əlavə edilmişdir. (C.1. i.v 43-45). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 4(005)-1058/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. (C.İ. i.v 94-76). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2019cu il tarixli 007-11273-1219 nömrəli əməliyyat tapşırığına verilmiş xx.xx.2020-ci il tarixli 206-610-1220 nömrəli cavab məktubundan görünürki, Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu, Düz Qırıqlı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin zirzəmisindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın yaşadığı Tovuz rayonunun ətrafında sahibsiz yerlərdə, su arxı keçən yerlərdə kolların arasında əkilibbecərildiyi və Təqsirləndirilən şəxs tərəfindən həmin ərazidən yığıldığı bildirilmişdir.( C.1. i.v 107-108, 180) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmişxx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 25200 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edildikdən sonra qalan 25199,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana işi üzrə maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (C.1. i.v 226-243) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmişTovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bş X2 Qərb Bölgəsində Regional Şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid8 əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. (C.1. i.v 224-225) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli, 3028 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” (C.İ. i.v 112-113). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 verilən arayışdan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 1(062)-51/2009 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxx 2009-cu il tarixdən xx xxxx 2009-cu il tarixədək həbsdə qaldığı müddət azadlıqın məhrum etmənin 1 (bir) günü azadlığın məhdudlaşdırmasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzasından çıxılmış üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hazırda cinayət işi üzrə məhkumluğu olnmayan şəxsdir. (C.İ. i.v 122-123). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti başçısının Düz Qırıqlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xəsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. (İ cild i.v 127). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti başçısının Düz Qırıqlı kənd İƏD üzrə nümayəndəsi tərfindən verilmiş 185 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Düz Qırıqlı kəndində yaşayır və ailə tərkibi 1989-cu il təvəllüdlü arvadı Şahid13, 2011-ci il təvəllüdlü oğlu X10, 2014-cü il təvəllüdlü qızı X8, oğlu 2017-ci il təvəllüdlü X7 ibarətdir. (İ cild i.v 129). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublka Narkoloji X12 Şəxsinin xx.xx.2020-ci il tarixli xx/xx-1494 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmayib və qeydiyyatda yoxdur. (İ cild i.v 130). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3228 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...çətənə bitkilərinin yığdığı yerdən götürülmüş bitki nümunələri...” yazısı və imzalar olan bir ədəd ağ rəngli torbadakı sayı 02 (iki) ədəd quru vəziyyətdə ümumi çəkisi-120,0 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir”. Təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Çətənə bitkilərinin ümumi çəkisi 120,0 qram (1-2№liob) tədqiqata istifadə olundu- 0,04 qram (hər ob 0,02 qram) qalıq 119,96 qram. (C.İ. i.v 219-222) Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onda aşkar edilən narkotik vasitənin çəkisinin 10-15 kq olması və satmaq üçün deyil, özünün istifadəsi üçün əldə etməsi, saxlaması və daşıması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, həmçinin iş üzrə Şahid12 polis əməkdaşları tərəfindən ona məxsus evə onun razılığı olmadan baxış keçirilməsi ilə əlaqədar ifadəsinə, sonucunun xx xxxxxx 2019cu il tarixli ərizəsi və eləcə də yaşayış evinə baxış keçirlməsi haqqında xx.xx.2019-cu il tarixdə tərtib olunmuş protokollarla təkzib edildiyindən tənqidi yanaşaraq Şahid12 oğlunu məsuliyyətdən yayındrmaq məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib,ifadəsinin həmin hissəsini sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 25200 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı kustar üsulla satış məqsədilə qanunsuz hazırlamaqla əldə edib evinin zirzəmisində saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması, qanunsuz olaraq əldə edib, daşıyb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 verilən arayışdan və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 1(062)-51/2009 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxx 2009-cu il tarixdən xx xxxx 2009-cu il tarixədək həbsdə qaldığı müddət azadlıqın məhrum etmənin 1 (bir) günü azadlığın məhdudlaşdırmasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzasından çıxılmış üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış məhkumluğu olnmayan şəxsdir. (C.İ. i.v 122-123). Təqsirləndirilən şəxs əvvələr məhkum olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən hazırda heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində saxlanılan qalıq çəkisi 25199,7 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Əməliyyataxtarıştədbirininkeçirilməsivəəşyalarıngötürülməsinin videogörüntülərinin əks edildiyi 01 ədəd“CD” diskvə 01 ədəd yaddaş kartı (flaşkart) cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 134 (yüz otuz dörd) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabata əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut 25199,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Əməliyyataxtarıştədbirininkeçirilməsivəəşyalarıngötürülməsinin videogörüntülərinin əks edildiyi 01 ədəd“CD” diskvə 01 ədəd yaddaş kartı (flaşkart) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 134 (yüz otuz dörd) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X14 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar