Məhkəmə qərarları › İş №1(100)-194/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-194/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-194/2021 20.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Xanlar(indiki Göygöl) rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Gəncə şəhəri Dos 6, ev 25-də daimi qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3, 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən tərkibində narkotik maddələr olan çətənə kolunun toxumlarını əldə edib həmin toxumları 2020-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə yaşadığı Göygöl rayonunun Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib, qanunsuz olaraq ümumi çəkisi 23910 (iyirmi üç min doqquz yüz on) qram olan, külli miqdar hesab edilən 40 (qırx) ədəd narkotik tərkibli çətənə bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, həmçinin qanunsuz olaraq həyətyanı sahəsində yetişdirdiyi tərkibində narkotik maddələr olan çətənə kollarının yarpaqlarından toplayaraq qurutmaqla yaşadığı evin yaşayış olmayan otağında şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 5.319 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan sellofan torbada qanunsuz olaraq saxlamış, eyni zamanda həmin yerdə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların (PK) və Mosin konstruksiyalı karabinlərin ştat patronları olmaqla atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 06(altı) ədəd patronları qanunsuz olaraq daşımaqla saxlamış, 29 iyul 2020-ci il tarixdə saat 19 radələrində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq əkib yetişdərməklə kultivasiya etdiyi ümumi çəkisi 23910 (iyirmi üç min doqquz yüz on) qram çəkidə, külli miqdar hesab edilən 40 (qırx) ədəd narkotik tərkibli çətənə bitkiləri, eləcə də həmin evin yaşayış olmayan otağında qanunsuz olaraq saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 5.319 qram narkotik vasitə olan qurudulmuş marixuana və qanunsuz olaraq əldə edib saxladığı döyüş sursatı hesab edilən 06 (altı) ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3, 234.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən narkotik vasitə olan marixuanadan mütəmadi olaraq istifadə edir. Belə ki, 2020-ci ildən Göygöl rayonu ərazisində yerləşən “Azos” adlanan yerə gedib orada yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yarpaqlarını toplayıb yaşadığı evə gətirib qurutmuş, sonra qurutduğu marixuananı siqaret kağızına doldurub çəkmişdir. Artıq marixuana əldə edib polis tərəfindən yaxalanacağından qorxduğu üçün topladığı çətənə bitkilərinin toxumlarını yaşadığı evin həyətyanı torpaq sahəsində əkmək qərarına gəlmişdir. 2020-ci ilin mart ayının ortalarında günorta saatlarında qurutduğu marixuananı siqaret kağızına doldurub çəkmək istəyən zaman toxumların xeyli hissəsini yaşadığı evin həyətyanı torpaq sahəsində basdırmışdır. Qalan hissəsini isə yaşadığı evdə saxlamışdır. Daha sonra toxumları basdırdığı yerə su tökərək, dibini peyinləmiş, əkdiyi toxumlardan təxminən 30-40 ədəd ağac cücərib inkişaf etmişdir. Bitki cücərdikdən sonra o, mütəmadi olaraq bitkiləri sulayaraq dibini yumuşaltmış, inkişaf etmiş çətənə kollarının yarpaqlarını qurudub yaşadığı evin boş otağında da istifadə etmək üçün saxlamışdır. Sonuncu dəfə 26 iyul 2020-ci il tarixdə səhər saatlarında bitkini sulamışdır. 28 iyul 2020-ci il tarixdə səhər saatlarında Gəncə şəhərinə şəxsi işləri üçün getmiş, daha sonra Göygöl rayon polis şöbsəinin əməkdaşlarının yaşadığı evə gəldiklərini və əkib becərdiyi çətənə kollarını aşkar etdiklərini bilmişdir. Ailə üzvlərinin törətdiyi əməli bildikləri üçün utandığından, həmçinin tutulmaq qorxusu olduğu üçün həmin gün yaşadığı evə gəlməmiş, ertəsi gün isə özü Göygöl rayon polis şöbəsinə gedib təslim olmuşdur. Ümumiyyətlə hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyəti olmamış, çətənə bitkisini gələcəkdə öz şəxsi istifadəsi üçün əkmiş, həmin qurdulmuş marixuananı əkdiyi çətənə bitkisinin yarpaqlarından qurudub şəxsi istifadəsi üçün saxlamış, əkdiyi narkotik tərkibli bitkidən və saxladığı marixuana kütləsindən hər hansı bir şəxsin xəbəri olmamış, yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli kütlə, yəni qurudulmuş marixuananı yaşadığı evin həyətində əkdiyi çətənə kollarından öz istifadəsi üçün yığıb qurudaraq saxlamış, çətənə kollarına aid toxumları Göygöl rayonu ərazisində yerləşən “Azos” adlanan yerə gedib orada yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərindən yığmış, ovçuluqla məşğul olduğu üçün, yəni Gəncə Ovçular cəmiyyətinin üzvü olduğu üçün hadisədən təxminən 5 il əvvəl xatırlamadığı ünvanda yolun kənarından tapdığı 6 ədəd 7.62 kaliblri patronu ovda istifadə etmək məqsədilə saxlamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi bina 119 mənzil 45-də ailəsi ilə birlikdə yaşayır. Hazırda Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru rütbəsi ilə xidmət edir. 29 iyul 2020-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yaşayan Təqsirləndirilən şəxs evinin həyatyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə İctimai Təhlükəsizlik bölməsinin sahə polis nəfəri, polis serjantı Şahid2 aldığı məlumatla rayon polis şöbəsinin rəisinə yazmış olduğu raport əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə, yəni Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərini ifşa edilməsi məqsədilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilməsi ona həvalə edilmişdir. Onun tərəfindən bununla bağlı qərar qəbul edilmişdir. O şöbənin rəisinə raportla müraciət edərək Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə cinayət prosesual qanunvericiliyin tələbləri əsasında baxış keçirilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verməsini xahiş etmiş, şöbə rəisi baxışın keçirilməsi üçün raportu şöbənin cinayətlər haqqında məlumatların uçotu kitabında qeydə alınması və baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş vermişdir. Baxışın keçirilməsi təhqiqatçı Araz Alməmmədliyə həvalə olunmuş, Araz Alməmmədli ilkin olaraq müdafiəçi və mütəxəssis təyin edilməsi barədə qərar qəbul etmişdir. Bundan dərhal sonra o Göygöl rayon Polis şöbəsinin İTB-nin sahə polis nəfərləri Şahid2 Müşviq oğlu, Şahid3, mütəxəssis, X13 Mərkəzinin sektor müdiri olan aqronom Adil Kərimzadə, Göygöl rayonu Vəkil Bürosunun vəkili Fuad Əhmədov, Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı Araz Alməmmədli ilə birlikdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs arvadı Almaz Cəfərova əri Vüqarın evdə oldmadığını bildirdikdə mənzilə daxil olmazdan öncə özləri haqqında və hansı səbəbdən gəlməkləri barədə məlumat vermişlər. Almaz Cəfərova evinə və evinin həyətyanı sahəsinə baş keçirilməsinə etiraz etmədiyi barədə ərizə ilə müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonunun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsindən 40 (qırx) ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kolları, aşkar olunmuşdur. Aşkar olunmuş kollar Almaz Cəfərovanın və digər iştirakçılar qarşısında bir-bir kökündən çıxarılıb sayılmaqla evin həyətinə toplanmış, baxış yaşayış evinə keçirilərək davam etdirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin otağından 6.02 qram qurudulmuş halda şəffaf rəngli sellofan bükümdə narkotik tərkibli kütlə, 3.15 qram çəkidə çətənə kollarına aid toxumlar, 6 ədəd 7.62 kalibrli avtomat patronları aşkar olunmuşdur. Müəyyən olunmuş kolların hündürlük və çəkilərinin, eyni zamanda qablaşdırması üçün şərait olmadığından baxış Göygöl RPŞ-nin inzibati binasının həyətində keçirilməsi üçün dayandırılmışdır. Göygöl RPŞ-nin inzibati binasında davam etdirilmiş baxış zamanı müəyyən edilmişdir ki, aşkar edilmiş 40(qırx) ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kollarının hündürlükləri 50 sm-dən 4 metr 40 sm-dək olmuşdur. Qurudulmuş halda evin otağından müəyyən edilmiş şəffaf rəngli sellofan bükümdə narkotik tərkibli kütlə və çətənə kollarına aid toxumlar baxış zamanı elektron tərəziyə qoyularaq çəkilməklə müəyyən olunmuşdur ki, həmin kütlənin çəkisi 6.02 qram, çətənə kollarına aid toxumların çəkisi isə 3.15 qramdır. Toxumlar və qurudulmuş halda şəffaf rəngli sellofan bükümdə narkotik tərkibli kütlə, həmçinin 40 ədəd kol Məhkəmə-bioloji ekspertizasına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan müəyyən 6 ədəd 7.62 kalibrli avtomat patronlar Almaz Cəfərovaya təqdim edilmiş, A.Cəfərova həmin əşyaların əri Təqsirləndirilən şəxs aid olduğunu demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Bayramov X1 Razim Yadigar oğlu ilə eyni məzmunlu ifadə verərək, Razim Yadigarlının ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Göygöl rayonu Aşıqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Hazırda Göygöl rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsində polis sahə nəfəri vəzifəsində polis serjantı rütbəsi ilə xidmət edir. 29 iyul 2020-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə əkib-becərməsi və saxlaması barədə o, polis nəfəri Şahid3 ilə birlikdə məlumat almış və bununla bağlı rayon polis şöbəsinin rəisinə raportla məlumat vermişlər. Bundan sonra alınmış məlumata əsasən keçirləcək əməliyyat tədbirində iştirak etmək üçün Röyal və ondan başqa cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Razim Yadigarlıdan ibarət qrup yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə cinayət prosesual qanunvericiliyin tələbləri əsasında baxış keçirlməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verilmiş, şöbə rəisi baxışın keçirilməsi üçün raportun şöbənin cinayətlər haqqında məlumatların uçotu kitabında qeydə alınması və baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş vermişdir. Baxışın keçirilməsi təhqiqatçı Araz Alməmmədliyə həvalə olunmuş, Araz Alməmmədli ilkin olaraq müdafiəçi və mütəxəssis təyin edilməsi barədə qərar qəbul etmişdir. Bundan dərhal sonra o, Göygöl rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Razim Yadigarlı, polis nəfəri Şahid3, mütəxəssis, X13 Mərkəzinin sektor müdiri olan aqronom Adil Kərimzadə, Göygöl rayonu Vəkil Bürosunun vəkili X16 RPŞ-nin TB-nin təhqiqatçısı Araz Alməmmədli ilə birlikdə saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı, Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs arvadı Almaz Cəfərova əri Vüqarın evdə oldmadığını bildirdikdə mənzilə daxil olmazdan öncə özləri haqqında və hansı səbəbdən gəlməkləri barədə məlumat vermişlər. Almaz Cəfərova evinə və evinin həyətyanı sahəsinə baş keçirilməsinə etiraz etmədiyi barədə ərizə ilə müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsindən 40(qırx) ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kolları, aşkar olunmuşdur. Aşkar olunmuş kollar Almaz Cəfərovanın və digər iştirakçılar qarşısında bir-bir kökündən çıxarılıb sayılmaqla evin həyətinə toplanmış, baxış yaşayış evinə keçirilərək davam etdirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin otağından 6.02 qram qurudulmuş halda şəffaf rəngli sellofan bükümdə narkotik tərkibli kütlə, 3.15 qram çəkidə çətənə kollarına aid toxumlar, 6 ədəd 7.62 kalibrli avtomat patronları aşkar olunmuşdur. Müəyyən olunmuş kolların hündürlük və çəkilərinin, eyni zamanda qablaşdırması üçün şərait olmadığından baxış Göygöl RPŞ-nin inzibati binasının həyətində keçirilməsi üçün dayandırılmışdır. Göygöl RPŞ-nin inzibati binasında davam etdirilmiş baxış zamanı müəyyən edilmişdir ki, aşkar edilmiş 40(qırx) ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kollarının hündürlükləri 50 sm-dən 4 metr 40 sm-dək olmuşdur. Qurudulmuş halda evin otağından müəyyən edilmiş şəffaf rəngli sellofan bükümdə narkotik tərkibli kütlə və çətənə kollarına aid toxumlar baxış zamanı elektron tərəziyə qoyularaq çəkilməklə müəyyən olunmuşdur ki, həmin kütlənin çəkisi 6.02 qram, çətənə kollarına aid toxumların çəkisi isə 3.15 qramdır. Toxumlar və qurudulmuş halda şəffaf rəngli sellofan bükümdə narkotik tərkibli kütlə, həmçinin 40 ədəd kol Məhkəmə-bioloji ekspertizasına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan əlavə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan müəyyən 6 ədəd 7.62 kalibrli avtomat patronlar Almaz Cəfərovaya təqdim edilmiş, o həmin patronların əri Təqsirləndirilən şəxs aid olduğunu demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Razim Yadigarlının 29.07.2020-ci il tarixli raportundan görünür ki, 29 iyul 2020-ci il tarixdə saat 19 radələrində Göygöl RPŞnin İTB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Dos 6, ev 25-də daimi qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə kəndində yaşayan Təqsirləndirilən şəxs faktiki yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə arvadı X3 iştirakı ilə təxirəsalınmadan baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədən 40 (qırx) ədəd qulluq olunmaqla əkilib becərilmiş narkotik tərkibli çətənə kolları və və yaşadığı evin yataq otağından 6.02 qram qurudulmuş narkotik tərkibli kütlə və 3.15 qram çəkidə çətənə kollarına aid toxumlar aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29.07.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokaloa əlavə edilmiş diskdən görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahisə və evə baxış keçirilmiş. Baxış zamanı Təqsirləndirilən şəxs Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsindən 40 (qırx) ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kolları, yaşadığı evin otağından şəffaf rəngli sellofan bükümdə 6.02 qram qurudulmuş marixuana, çətənə kollarına aid 3.15 qram toxum, bundan əlavə 6 ədəd 7.62 kalibrli avtomat patronlar aşkar edilərək Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra baxışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxış videolentə alınaraq 01 ədəd DVD diskə köçürlərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 30 iyul 2020-cu il tarixli 16/522 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 72” məzmunlu dairəvi möhür əksi ilə möhürlənmiş 6(altı) ədəd sintetik kisələrdə, ümumi sayı 40(qırx) ədəd, ümumi təmiz çəkisi-23910 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 30 iyul 2020-cu il tarixli 16/523 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Göygöl rayonu Üçtəpə kəndindən, Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş narkotik maddəyə bəznər kütlə.” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd polietilen kəsiyində təmiz çəkisi 5.319 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qudurulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş toxumlar.” yazılar və imzalar olan kağız paketdəki, 1 ədəd kiçik ölçülü karton qutuda təmiz çəkiləri 2.989 qram olan bitki toxumları, narkotik tərkibli çətənə(kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 iyul 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdə saat 19:00-da tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə ittiham elan edilmişdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 07.08.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93-3 M, 2 hissəsi (köhnə məcəllə) ilə Zərdab rayon Xalq məhkəməsinin 16.11.1998-ci il tarixli hökmü ilə 01 il azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 93-5 M, 2 hissəsi (köhnə məcəllə) ilə Gəncə şəhəri Kəpəz rayon Xalq məhkəməsinin 28.12.1998-ci il tarixli hökmü ilə əmlakı müsadirə edilməklə 07 il azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Gəncə şəhəri Nizami məhkəməsinin 24.12.2012-ci il tarixli hökmü ilə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 3 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon Məhkəməsinin hakimi Qəlamdar Abbasovun 29 iyul 2020-ci il tarixli 5(066)- 29/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsinə və evə baxış keçirilməsi ilə bağlı təxirasalınmaz əməliyyat tədbirinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası DİN-in Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili X2 29 iyul 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik ekspertizasının 18 avqust 2020-ci il tarixli 20/407R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotların(PK) və Mosin konstruksiyalı karabinlərin ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RİHB-nın Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli 885 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Üçtəpə kəndində yaşayır, arvadı X5, 27.04.2006-cı il təvəllüdlü qızı X7 və 01.07.2009-cu il təvəllüdlü oğlu X6 ibarət ailə üzvləri var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Göygöl RİHB-nın Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonunun Üçtəpə kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2016-cı il tarixli AZE 12840423 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01.07.2009-cu il təvəllüdlü Arif Cəfərov Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 may 2016-cı il tarixli AZE 12840424 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27.04.2006-cı il təvəllüdlü Gözəl Cəfərova Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2020-ci il tarixli, 970 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilkatiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01.02.2021-ci il tarixli 1(100)-92/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon Prokuroruna qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.03.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.1 və 228.1-ci maddələr ilə yenidən dəqiqləşdirilmiş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.03.2021-ci il tarixli “qətimkan tədbirinin nəzərə alınması barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31.07.2020-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 228.1, 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, peşmançılıq keçirməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 14 noyabr 2020-ci il tarixli, 970 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilkatiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 iyul 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdə saat 19:00-da tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2020-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 30.07.2020-ci il tarixdən 31.07.2020-ci il tarixədək, bu iş üzrə bir gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Göygöl rayon polis şöbəsinin xüsusi saxlanc yerində saxlanılan 40 (qırx) ədəd ümumi təmiz çəkisi-23.910 qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin boş otağından aşakar edilmiş ümumi təmiz çəkisi 5.319 qram, narkotik vasitə olan qudurulmuş marixuana məhv edilməli, 06 ədəd döyüş sursatı olan patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silahsursat anbarına təhvil verilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 64.80 (altmış dörd manat səksən qəpik) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 iyul 2020-ci il tarixdən 31 iyul 2020-ci il tarixədək bu iş üzrə cəmi 01 (bir) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 20 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Göygöl rayon polis şöbəsinin xüsusi saxlanc yerində saxlanılan 40 (qırx) ədəd ümumi təmiz çəkisi- 23.910 qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin boş otağından aşkar edilmiş ümumi təmiz çəkisi 5.319 qram, narkotik vasitə olan qudurulmuş marixuana məhv edilsin, 06 ədəd döyüş sursatı olan patron xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64.80 (altmış dörd manat səksən qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Xəqani Səmədov

3. Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar