Məhkəmə qərarları › İş №1(100)-194/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-194/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-194/2023 29.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X2 ibarət tərkibdə, X7 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bərdə rayonunda doğulmuş, Ukrayna Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ukrayna Respublikası, Nikolayev şəhəri, Krasnıx Mayeşikov küçəsi, bina 29, mənzil 123 ünvanda qeydiyyatda olmaqla, ünvan 1s” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 70 qram, 115 qram, 25 qram, 95 qram, 345 qram, 35 qram, 210 qram, ümumi təmiz çəkisi 895 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, Nüşabə küçəsi, ev 16 ünvanında evin ikinci mərtəbəsində mətbəxdə yerləşən masanın altında saxlamış, 14 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin ikinçi mərtəbəsində mətbəxdə yerləşən masanın altından 01(bir) ədəd göy rəngli və 06 (altı) ədəd şəffaf rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 70 qram, 115 qram, 25 qram, 95 qram, 345 qram, 35 qram, 210 qram külli miqdarda, yəni ümumi təmiz çəkisi 895 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və masanın üzərindən elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, milliyyətcə azərbaycanlıdır, Azərbaycan Respublikasının Bərdə şəhərində doğulmuş, orta məktəbi Bərdə şəhərində bitirmişdir. Ukrayna Respublikasının vətəndaşı olsa da Azərbaycan dilində sərbət danışır, kiril və latın qrafikalı əlifbanı oxuyur. İttihamın mahiyyəti ona tam aydındır, ittihamın mahiyyəti üzrə də ifadə vermişdir. Onun tərcüməçiyə ehtiyacı yoxdur. O, ünvan 2 ünvanda yaşamış və heç bir yerdə işləməmişdir. Uzun illər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 raddələrində yaşadığı evdə olmuş, Bərdə rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş, ona evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən evə baxış keçirəcəklərini bildirmişlər. Baxış zaman ona evdə narkotik vasitə varsa təqdim edilməsi təklif olunmuşdur. Daha sonra o, polis əməkdaşları ilə birlikdə evin ikinci mərtəbəsində olan otağa gedərək, masanın altında gizlətdiyi karton qutularda sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaları təqdim etmişdir. Onda digər narkotik vasitələr də olmuşdu. Belə ki, onun təqdim etdiyi sellofan torbada sadəcə narkotik tərkibli bitkilərin toxumları və az miqdarda marixuana olmuşdur. Masanın üzərindən aşkar olunaraq götürülmüş elektron tərəzi qardaşına məxsus olmuşdur. Belə ki, qardaşı diş həkimi işlədiyindən o, həmin elektron tərəzini almışdır. Evinə baxış keçirildikdən sonra o, Bərdə rayon polis şöbəsinə dəvət edilmiş, polis şöbəsində müdafiəçisi X4 iştirakı ilə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli bitkilərin toxumlarını 2022-ci ilin iyul ayının ortasında Bərdə-Tərtər yolunun kənarından özü istifadə etmək üçün yığmışdır. Həmin narkotik vasitədən heç kimə verməmiş və satmamışdır, narkotik vasitəni özü istifadə etmək məqsədi ilə saxlamışdır. Bu barədə heç kimə heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə edilməsi, yaşadığı evdə, evin həyətyanı sahəsindəki yarımtikilidə, saxlaması və satışı ilə bağlı şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbuıl edilmişdir. Bunun üçün o, X3, X10 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Nüşabə küçəsi 16 ünvanına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olması, narkotik vasitəni yaşadığı evdə və evə bitişik yarımçıq binada saxlaması barədə şübhəli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə və evə bitişik tikiliyə video çəkiliş vasitəsilə baxış keçiriləcəyi bildirilmiş, sonuncu yaşadığı evə videoçəkilişlə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazıb təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir narkotik vasitə olub-olmaması soruşulmuş və ona əgər varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs öz istifadəsi üçün yaşadığı ünvanda narkotik vasitə olduğunu demiş və yerini göstərmək üçün evin həyətinə daxil olmuşdur. Evin həyətinə daxil olduqdan sonra evin ikinci mərtəbəsinə pilləkənlə çıxaraq, pilləkənlə üz-üzə olan otağa keçib masanın altında saxladığı qutuların içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanya bənzər kütlələrin yerinə əli ilə göstərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qutuların içərisində olan kütlələr narkotik vasitə olan marixuanaları öz istifadəsi üçün saxladığını, hissi-hissə istifadə etdiyini və özünə məxsus olamasını bildirmişdir. Kütlələri müharibə vaxtı Tərtər rayonundan yolun kənarından yığıb gətirib saxladığını və şəkər xəstəliyinə görə istifadə etdiyini bildirmişdir. Həmçinin masanın üzərindən 01 ədəd aptek tərəzisi də aşkar edilmiş, sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin tərəzinin diş həkimi işləmiş qardaşına məxsus olmasını və tərəzinin qardaşından qaldığını bildirmişdir. Aşkar edilən tərəzi işlək vəziyyətdə olmuşdur. Baxış zamanı masanın üzərində boş siqaret qutuları olmuş, siqaret qutularının üzərlərinə ardıcıllıqla nömrələr yazılmışdır. Masanın altında 07 (yeddi) ədəd sellofan torbalarda qurudulmuş marixanaya oxşar kütlələr elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkilərinin 375 qram, 225 qram, 0,45 qram, 105 qram, 0,80 qram 50 qram və 125 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş kütlələr yaşıl rəngli sellofana yığılaraq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılıb, üzərinə polis şöbəsinin 91 sayı möhürü vurulmuş və üzəri imzalanıb ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Həmçinin baxış zamanı 01 ədəd aşkar edilmiş elektron tərəzi də götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus evin digər otaqlarına baxış keçirilərkən narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda əlavə hər hansı bir narkotik vasitə olub-olmaması soruşulmuş, sonuncu narkotik vasitə olduğunu bildirib pilləkəndən düşərək yaşadığı evə bitişik yardımçı tikiliyə getmiş, yardımçı tikilidə kəndirdən asılmış vəziyyətdə olan 2 ədəd narkotik vasitə olan marixunaya oxşar kütlənin hissələrinin yerini göstərib təqdim etmişdir. Həmin kütlələr götürülüb yaşıl rəngli sellofana qoyulub, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 125 qram olmuşdur. Kütlə qablaşdırılıb üzərinə 91 saylı möhür vurulmuş və üzəri iştirakçılar tərəfindən imzalanıb ekspertizaya təqdim edilməsi üçün götürlmüşdür. Bundan sonra həmin yardımçı tikiliyə baxış keçirilmiş, hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsinə baxış kerilimiş, hər hansı bir narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi soruşulmuş, sonuncu həmin kütlələrin ona məxsus olmasını, 02 il əvvəl Tərtər rayonunda yolun kənarından yığdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən, sonuncunun yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(021)-124/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin gün saat 11:20dən başlayaraq saat 11:57-dək video çəkilişlə Təqsirləndirilən şəxs razılığı əsasında, onun iştirakı ilə ünvan 4 evə və evin həyətindəki yardımçı tikiliyə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsindəki otaqda masanın altında karton qutularda olan selofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş, aşkar edilən selofan torbadakı kütlələrin ayrı ayrılıqda çəkiləri 375 qram, 225 qram, 45 qram, 105 qram, 80 qram, 50 qram və 125 qram olmuş, həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və masanın üzərindən aşkar edilən bir ədəd elektron tərəzi götürülmüş, evin həyətində olan yardımçı tikilidən isə 125 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə yaşıl rəngli selofan torbada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitələri Bərdə-Tərtər yolunun kənarından yığıb əldə etməsini bildirmişdir. Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı əlavə narkotik vasitələr aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılmasına” haqqında protokoldan görünür ki, həmin gün saat 12:45-dən başlayaraq saat 12:49-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs razılığı əsasında, onun iştirakı ilə ünvan 4 evə və evin həyətindəki yardımçı tikiliyə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsi və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin ikinci mərtəbəsindəki otaqda masanın altında karton qutularda olan selofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etməsi, aşkar edilən selofan torbadakı kütlələrin ayrı ayrılıqda çəkilərinin 375 qram, 225 qram, 45 qram, 105 qram, 80 qram, 50 qram və 125 qram olması, həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və masanın üzərindən aşkar edilən bir ədəd elektron tərəzinin götürülməsi, evin həyətində olan yardımçı tikilidən isə 125 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilməsi, həmin kütlənin yaşıl rəngli selofan torbada qablaşdırılıb götürülməsi müşahidə edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən hər hansi bir əşya aşkar edilməməsi müşahidə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 dekabr 2022-ci il tarixli Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən tərtib edilərək 15 dekabr 2022-ci il tarixdə Bərdə RPŞ-yə göndərilmiş, 1 ədəd SD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki içərisində zənglər, SMS mətnləri və abunəçilərə dair məlumatlar vardır. Həmin diskin üzərində əlyazma ilə yazılmış 24785 və xx.xx.2022 rəqəmi yazılmışdır. Diskin içərisində 4 ədəd fayl vardır. 1-ci fayla “506918036 SMS”, 2-ci fayla “**********36”, 3-cü falya “Abunneçiler” 4-cü fayla “Antenna” sözləri yazılmışdır. Həmin faylların içərisində müxtəlif tarixlərdə qeyd olunan nömrələrə müxtəlif mobil nömrələrdən gələn zənglərin və sms-lərin olması görünür. Həmin zənglərə və sms-lərə baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin və sms-lərin olmadığı aşkar edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 01 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, PHŞ/6.28-2-2022-697 nömrəli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-in poliklinikasının rakoloji və ruhi-əsəb kabinetlərində dispanser deydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon polis şöbəsinə verilən əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən evindən və evə bitişik tikilidə aşkar edilib götürülən, Təqsirləndirilən şəxs məxsus ümumilikdə 895 qram cəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, eləcə də 2 ədəd 120 qram çəkidə narkotik tərkibli çətənə bitkisi hissələrini əldə etdiyi mənbə müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 15 sentyabr 2022-ci il tarixli, 16/1111 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr ..” sözləri və imzalar olan göy rəngli polietilen torbada olan, 01 ədəd göy rəngli və 6 (altı) ədəd şəffaf rəngli polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 70 qrqm, 115 qram, 25 qram, 95 qram, 345 qram, 35 qram, 210 qram, ümumi təmiz çəkisi 895 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr ..” sözləri və imzalar olan yaşıl rəngli polietilen torbadakı, 2 (iki) ədəd təmiz çəkisi 120 qram bitki nümunəsinin hissələri, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd göy rəngli polietilen torbada olan marixuanalar həm öz aralarında və digər yaşıl rəngli polietilen torbada təqdim olunmuş 2 (iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri ilə tərkiblərinə görə eynidirlər. Aşkar edilmiş marixuananın ümumi təmiz çəkiləri 895qr, tədqiqata sərf edildi-035qr (hərob 0,05qr), qalıq-894,65qr (1-7№-ni ob) Çətənə bitkisinin hissələri ümumi təmiz çəkisi-120qr, tədqiqata sərf edildi-01qr(hər ob 0,05qr), qalıq-119,9qr (8-9№-ni ob) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.1, 234.4.1, və 237.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edildiyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus 895 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 894,65 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 120 qram çətənə bitkisi hissələrindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 119,9 qram çətənə bitkisi hissələri və evə baxış zamanı götürülmüş 1 ədəd elektron tərəzi saxlanması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X5 19 noyabr 2022-ci il tarixli, 1765 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 5(021)-200/2022 nömrəli qərarından görünür ki, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenatı Şahid1 tərəfindən qəbul edilmiş 14 sentyabr 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarının qanuniliyinin yoxlanılmasından imtina edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı aşkar edilən narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs o, satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 70 qram, 115 qram, 25 qram, 95 qram, 345 qram, 35 qram, 210 qram, ümumi təmiz çəkisi 895 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında evin ikinçi mərtəbəsində mətbəxdə yerləşən masanın altında saxlaması məhkəmədə öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 120 qram çətənə bitkisinə dair hissədə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.1, 234.4.1 və 237.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul olunmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması, onu qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 14 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-nin saxlanılan Təqsirləndirilən şəxs məxsus 894.65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik təşkil məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-nin saxlanılan Təqsirləndirilən şəxs məxsus 894.65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 119.9 qram çəkidə 2 ədəd çətənə bitkisi hissələri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar