Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-194/2024 04.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X6 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X18 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X7, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1975-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən tarixdə və mənbədən 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 9,907 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,17 qram qurudulmuş marixuananı satış məqsədilə əldə edib üzərində daşımaqla Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evində saxlamış, 06 yanvar 2023-cü il tarixdə saat 18 radələrində qanunsuz olaraq qazanc əldə etmək məqsədilə narkotik vasitə olan heroindən 1,296 qram çəkidə olan bir bükümünü götürərək yaşadığı evin yaxınlığında tanışı Şahid7n İzzət oğluna 20 manat pulun qarşılığında satmış, daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 18 radələrində Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X23 rayonu, Çinarlı qəsəbəsi ərazisində saxlanılaraq Şəmkir RPŞ-nin Kür PB-ya gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir büküm təmiz çəkisi 1,296 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 20 radələrində polis bölməsinin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedərkən evin həyətyanı sahəsindən küçəyə çıxan və özünü şübhəli aparan qardaşı Şahid6d oğlu şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli gödəkçənin sol cibindən qardaşı Təqsirləndirilən şəxs məxsus bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,34 qram narkotik vasitə olan qurudulmuş marixuana, altı ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,075 qram, 0,078 qram, 0,079 qram, 0,082 qram, 0,083 qram, 0,091 qram və bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,572 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 8,06 qram olan Şahid7n İzzət oğlunun üzərindən aşkar edilərək götürülmüş xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evinə baxış keçirilərkən, evin dam hissəsindən tərkiblərinə görə eyni olan iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qram və 0,42 qram, bir ədəd kağız bükümdə çəkisi 12,20 qram olmaqla, ümumi təmiz çəkisi 12,83 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 07 yanvar 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir RPŞ-nin Kür PB-ya gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki ağ rəngli cins şalvarın sağ cibindən bir ədəd qara rəngli kağız bükümdə Şahid7n İzzət oğluna satmış olduğu, həmçinin özünə məxsus, qardaşı Şahid6 üzərindən aşkar edilmiş bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindəki narkotik vasitə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış təmiz çəkisi 0,551 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid7n İzzət oğlu polislər tərəfindən saxlanıldıqdan sonra sonuncu üzərində aşkar edilmiş narkotik vasitəni ondan aldığını bildirmişdir. Bundan sonra ona zəng edib polislərin evinin yaxınlığında avtomobillə hərəkət etdiklərini və ola bilsin ki, onu axtardıqlarını demişdir. O, həmin vaxt evdə olmamış, dərhal qardaşı Şahid6 zəng edərək yaşadığı evin çardağında şkafın başında sarı rəngli “Prima” markalı siqaret qutusu olduğunu, həmin qutunu götürüb əzməsini və arxa atmasını demişdir. Elman ondan səbəbini soruşduqda o, sonuncuya narahat olmamasını və əzib arxa atmasını bildirmişdir. Bir qədər sonra onu yenidən yığıb polis əməkdaşlarının evinə girdiyini demişlər. O, zəng edən şəxsə kənardan baxmasını və nə baş verməsini deməsini xahiş etmişdir. Həmin şəxs onu bir də yığıb qardaşı Elmanın polislər tərəfindən saxlanıldığını demişdir. Bu zaman o, Elmanın siqaret qutusunu ata bilmədiyini anlamışdır. O, qaçmağın mənası olmadığını başa düşüb evinə getmiş, polislərin Elmanı apardıqlarını və evdə baxış keçirdiklərini görmüşdür. Çünki polis əməkdaşları xx.xx.2023-cü il tarixdə axşam vaxtı onun evinə gəlmişlər. O, qapıdan çıxmaq istəyən zaman Yasin adlı polis əməkdaşı ilə üzbəüz gəlmişdir. Bunu görən polis əməkdaşları onun qoluna qandal vurub üzərini axtarmışlar və cibindən çıxanları “Niva” markalı avtomobilin üstünə yığmışlar. Həmin vaxt digər sakinlər də orada olmuşdur. Daha sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Həmin vaxtı gecə saat 11-12 radələri olmuşdur. Elmanın əlindən siqaret qutusunu götürüb vəkilin iştirakı ilə üzərinə baxış keçirilənədək Yasin adlı polis əməkdaşı həmin qutunun içərisinə narkotik vasitə qoymuşdur. Siqaret qutusunun içərisindən çıxan 6 ədəd kağız büküm və bir qədər marixuana, həmçinin evindən aşkar edilmiş şprislər ona məxsus olmuşdur. Onu səhərədək polis şöbəsində saxlamışlar, növbəti gün günorta saat 11-12-nin yarısı isə vəkilin gəldiyini və çəkiliş aparacaqlarını demişlər. Çəkilişdən əvvəl də Yasin kabinetdə 0,5 qram heroini onun cibinə qoyaraq çəkilişdə çıxarıb təqdim etməsini bildirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər narkotik vasitə istifadə etmiş, saxlanılmamışdan təxminən 1 il 8 ay əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, bəzi vaxtlarda marixuanadan da istifadə etmiş, əvvəllər xuliqanlıq cinayəti ilə məhkumluğu olmuş, “WhatsApp” proqramı vasitəsi ilə bir şəxslə əlaqə saxlayaraq narkotik almış, sonuncu narkotiki Gəncə şəhərində bəzi yerlərə atmış, o da gedib götürmüş, ona görə də o, narkotik vasitəni həmişə almış, heç vaxt pay götürməmişdir. O, heç kəsə narkotik vasitə satmamış, sadəcə yaxın olduğu şəxslərlə birlikdə pul qoyub bir dəfə o, bir dəfə də başqası narkotik götürmüşlər. Polislərin evinə gəlməsi ilə bağlı qonşuluqda yaşayan 15-16 yaşlı uşaq ona məlumat vermiş, o, həmin uşağa polislər barəsində ona bildirməsini əvvəlcədən deməmiş, məlumat verən şəxs onun narkotik vasitə istifadə etdiyini bilmiş, o, həmin uşağa narkotik vasitə verməmiş, sonuncu sadəcə onun qonşusu olduğu üçün məlumat vermişdir. O, Elxan Həsənovu tanımış, lakin sonuncu ilə narkotik vasitə alış-verişi olmamış, Elxan Həsənovun işi ayrı-ayrı şəxslərin üzünə durmaq olmuşdur. Polis şöbəsində onu döyüb hədələdikləri üçün narkotik vasitəni üzərinə götürmüşdür. Ona narkotiki üzərinə götürməyəcəyi halda qardaşı Elmanın da üzərinə narkotik vasitə qoyacaqlarını demişlər. Narkotik vasitəni evin çardağında qəbul etdiyi üçün oradan şprislər də aşkar olunmuşdur. Lakin çardaqda narkotik vasitə olmamış, çardaqda narkotik vasitənin yadından çıxıb qalması da mümkün olmamış, çünki orada narkotik olmuş olsa idi anasının yas mərasimi olduğu vaxt narkotik götürmək üçün Gəncə şəhərinə getməzdir. İçərisində narkotik vasitə olan “Prima” markalı siqaret qutusunu pilləkənin başlanğıcında, qapının ağzında qardaşının təmir alətləri yığdığı şkafın başına qoymuşdur. Gəmiricilərə görə “Prima” qutusunu çardaqda gizlətməmişdir. Yasin adlı polis əməkdaşı şəxsi axtarışdan əvvəl 0,5 qram heroini onun cibinə qoyub çəkilişə getdiyini demişdir. Ona zülm verdikləri üçün o, Yasinin onun cibinə qoyduğu narkotik vasitəni üzərinə götürmüşdür. Elektroşoku o qədər vurmuşlar ki, qulağı qaralmış, təcridxanaya daxil olarkən də guya ki, xəsarətinin olmadığı qeyd edilmişdir. “Prima” markalı siqaret qutusunun içərisindəki 6 kağız büküm heroin və 1 büküm marixuana onun olmuş, lakin siqaret qutusunun içərisində olan 7 qrama yaxın çəkidə bir büküm onun olmamış, həmin bükümü polislər qutuya qoymuşdur. O, narkotiki həmin bükümlərdə almış, çünki Gəncə şəhərinə yol uzaq olduğu üçün o, bir dəfəyə bir neçə büküm almışdır. Verilmiş sorğulara cavabda onun xx.xx.2023-cü il tarixdə saxlanıldığı qeyd edilsə də, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında saxlanılmış, qonşular da bunu görmüşdür. Onun xəsarətlərinin nə üçün 2 saylı İstintaq təcridxanasında qeydə alınmamasını bilməmiş, təcridxanaya daxil olarkən elektroşokun təsirindən qulağı qaralmış, bundan başqa döydükləri üçün çiyinləri də gömgöy olmuşdur. Hər hansı bir nəticəsi olmayacağını fikirləşdiyi üçün ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiqlə bağlı heç bir quruma şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, Şahid7n İzzət oğlu həmkəndlisi olmuş, sonuncu ilə münasibəti yaxşı olmuş, aralarında heç bir narazılıqları və ya ədavətləri olmamışdır. Şahid6d oğlu isə onun qardaşı olmuşdur. 1999-cu il tarixdə Azərbaycan Respublikası CMin 221-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyinə görə tutulmuş, 2003-cü il tarixdə azadlığa buraxılmışdır. O, uzun müddətdir narkotik vasitə heroindən mütəmadi olaraq istifadə etmişdir. 29 dekabr 2022-ci il tarixdə anası X4 vəfat etdikdən sonra Sabirabad rayonu, Qalaqayın kəndində yaşayan qardaşı Şahid6 yas mərasimində iştirak etmək üçün onun yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evinə gəlmişdir. xx.xx.2023cü il tarixdə saat 18 radələrində həmkəndlisi Elxan Həsənov onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edib bədənində ağrılar olduğu üçün narkotik vasitə lazım olduğunu bildirmiş, o da telefonda sonuncuya narkotik vasitə olduğunu və evlərinə gəlib buradan götürməsini demişdir. Telefon zəngindən sonra Elxan Həsənov qara rəngli “QAZ 31” markalı avtomobillə onun yaşadığı ünvana gəlmiş, o, sonuncunun yanında heç kimin olmadığı görüb Elxan Həsənovun gəldiyi avtomobilə əyləşmiş və avtomobilin içərisində sonuncuya heroin olan kağız büküm vermiş, Elxan Həsənov isə ona 20 (iyirmi) manat pul vermişdir. Sonuncu içərisində heroin olan kağız bükümü aldıqdan sonra o, avtomobildən düşüb evinə getmişdir. Elxan Həsənov da gəldiyi qara rəngli “QAZ 31” markalı avtomobillə çıxıb getmişdir. Sonuncu getdikdən sonra o, küçədə dayanan zaman tanımadığı azyaşlı uşaqların öz aralarında yaşadıqları küçədə yerləşən çörək sexinin yaxınlığında polis əməkdaşlarının qara rəngli “QAZ 31” markalı avtomobili saxladaraq içərisində olan şəxsi aparmaları barədə danışdıqlarını eşitmiş, həmin vaxt o, polis əməkdaşları tərəfindən tutulan şəxsin Elxan olduğunu bilib evdən piyada uzaqlaşaraq qardaşı Şahid6 mobil nömrəsinə zəng edib evin giriş hissəsində yerləşən çardağın alt hissəsində olan rəfin üst hissəsində sarı rəngli “Prima” siqaret qutusu olduğunu bildirmiş və həmin qutunu götürüb əzərək evdən kənar bir yerə atmasını demişdir. Elmanla telefon əlaqəsindən sonra yaşadığı küçədə yerləşən məktəbin həyətində olan su arxının içərisi ilə küçədə yerləşən boş evə getmişdir. Həmin boş evdə olan zaman qardaşı Şahid6 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra gizlənməyin mənasız olduğunu başa düşüb oradan çıxaraq öz evinə gəlmişdir. Evə gəlib çatan zaman polis əməkdaşlarının onların həyətlərində olduğunu görmüş və polislər onu görən kimi yanına yaxınlaşaraq polis şöbəsinə gedəcəklərini bildirmiş, o da etiraz etməyib sonuncularla birlikdə Şəmkir rayon polis şöbəsinin Kür PB-nə getmişdir. Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan ağ rəngli şalvarının cibindən bir ədəd kağız bükümdə heroin aşkar edilmiş, həmin heroin bükümlə birlikdə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və 0,551 qram olduğu müəyyən olunmuşdur. Qardaşı Şahid6 sarı rəngli “Prima” siqaret qutusunun içərisində narkotik olması barədə heç bir məlumatı olmamış, həmin narkotik vasitəni o, Gəncə şəhəri ərazisindən tanımadığı şəxsin ona göndərdiyi hesab kartının nömrəsinə 70 manat pul mədaxil edərək atdığı ünvana gedib oradan götürmüş, o, həmin şəxsi tanımamış və həmin mesajlar da istifadəsində olan telefondan silinmişdir. Qardaşı Şahid6 üzərindən aşkar edilən siqaret qutusunun içərisində olan 6 ədəd kağız bükümdə ümumi çəkisi 1,27 qram, 1 (bir) ədəd kağız bükümdə ümumi çəkisi 1,04 qram və 1 (bir) ədəd sellofan bükümdə ümumi çəkisi 7,98 qram narkotik vasitəyə bənzər kütlələr ona məxsus olmuş və həmin narkotik vasitələri siqaret qutusunun içərisinə yığmağının məqsədi satmaq olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etitafedici ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində Elxan Həsənovun xx.xx.2023-cü il tarixdə onun yaşadığı evinə gəldiyini, sonuncuya bir büküm narkotik vasitə olan heroin verdiyi, əvəzində pul almadığını, qardaşı Şahid6 üzərindən aşkar edilmiş “Prima” siqaret qutusunun içərisindəki 6 ədəd bükümdə və bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. O cümlədən Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi də elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyi üçün ibtidai istintaqın əvvəlində etirafedici ifadələr verdiyini, qardaşı Şahid6 üzərində aşkar edilmiş siqaret qutusunun içərisində olan bir ədəd şəffaf sellofan bükümdəki 7,572 qram narkotik vasitə olan heroinin özünə məxsus olmadığını və həmin bükümü qutuya polis əməkdaşlarının qoyduğunu göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu döyüb hədələdikləri üçün ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. O, Elxan Həsənovun məhkəmə iclasında narkotik vasitəni ondan almadığını deyəcəyini düşünməmiş, çünki sonuncunun işi ayrı-ayrı şəxslərin üzünə durmaq olmuşdur. Bununla belə o, Elxan Həsənova narkotik vasitə satmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Elxan Həsənovun və Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etmələri və üzərində daşımaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. X24 Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlamışlar. Polis bölməsində sonuncunun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı narkotik vasitəni haradan əldə etməsi soruşulanda Elxan Həsənov narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq o, əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. İlhamın evinin qarşısında qardaşı Şahid6 onları görüb özünü şübhəli aparmış və qaçmaq istəmişdir. Ona görə də onlar Şahid6 saxlayıb bölməyə gətirmişlər və üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunmuşdur. Şifahi sorğu-sual zamanı narkotik vasitəni haradan əldə etməsi soruşulduqda Şahid6 qardaşı Təqsirləndirilən şəxs telefonla zəng edərək həmin qutunu aparıb atmasını dediyini bildirmiş, lakin o, polislər oraya çatana qədər həmin qutunu ata bilməmişdir. Daha sonra onlar əməliyyat tədbirini davamı etdirərək Təqsirləndirilən şəxs Çinarlı qəsəbəsində saxlamışlar və üzərinə baxış keçirildikdə sonuncunun da üzərində narkotik vasitə aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və dam örtüyündə bükümlərdə narkotik vasitə aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Elxan Həsənov və Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş, Elxan Həsənov üzərində aşkar edilmiş narkotik vasitəni 20 manat müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə onda olan narkotik vasitəni Gəncə şəhərindən aldığını demiş, onlar əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Gəncə şəhərinə getsələr də Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən almasını müəyyənləşdirə bilməmişlər. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir-təzyiqə yol verilməmiş, narkotik vasitə həm İlhamın üzərindən, həm də evindən aşkar olunmuşdur. İlham qardaşı Elmana zəng edərək polislərin gəldiyini və evdə olan qutunu atmasını dediyini bildirmişdir. Hadisənin üzərində xeyli vaxt keçdiyindən o, Elxan Həsənovun saxlanılma tarixini xatırlamamış, lakin həmin vaxtı şər qarışmışdır. Elmanın üzərində 5-6 büküm narkotik vasitə heroin və marixuana olmuş, Elmanı da Elxanla eyni gün saxlayib bölməyə gətirmişlər. Vaxtını xatırlamasa da İlhamı Elmanı saxladıqları vaxtdan çox keçmədən saxlamışlar. Hər üç şəxs ardıcıl olaraq saxlanılmışdır. Şahid6 üzərindən bükümlər halında narkotik vasitə aşkar edildiyini xatırlasa da növünü və miqdarını xatırlamamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs, Şahid6 və Elxan Həsənova fiziki və ya psixoloji təsir-təzyiq olmamışdır. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Təqsirləndirilən şəxs saxlanılması vaxtı və şəraiti ilə bağlı ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid2 həmin ifadəsində göstərmişdir ki, ................. 07 yanvar 2023-cü il tarixdə saat 08 radələrində yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Çinarlı qəsəbəsi sakini Təqsirləndirilən şəxs Çinarlı qəsəbəsində saxlanılaraq Kür PB-nə gətirilmişdir. Polis bölməsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə fasiləsiz videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarın sağ cibindən kağız bükümü stolun üzərinə qoymuş, həmin kağız büküm açıldıqda içərisində kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu və Gəncə şəhər sakinindən 30 (otuz) manat qarşılığında aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız bükümlə birlikdə çəkisi 1 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, İlham Şəmkir rayonu, Çinarlı qəsəbəsində evlərinin yaxınlığında küçədə saxlanılmış, hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs saxlanılma vaxtını dəqiq xatırlamamış, əməliyyat tədbirləri axşamdan səhərədək davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, keçən ilin yanvar ayının əvvəlləri Şəmkir RPŞ-nin Kür polis bölməsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkillərinə Elxan Həsənovun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və onlar şöbəyə məxsus avtomobillə Şəmkir rayonu, Çinarlı qəsəbəsinə getmişlər. Həmin qəsəbədə Elxan Həsənov saxlanılaraq X26 gətirilmiş, müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış və Elxan Həsənovun şalvarının cibindən narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sonuncunun cibindən aşkar olunmuş narkotik vasitə müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Elxan Həsənov cibindən aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün 20 manata Təqsirləndirilən şəxs aldığını bildirmişdir. X20 Təqsirləndirilən şəxs Çinarlı qəsəbəsindəki ünvanını da onlara tərif etmişdir. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra əməliyyat tədbirinin davamı olaraq onlar Təqsirləndirilən şəxs evinə getmişlər. İlhamın yaşadığı yer alman tikilisi olmuş, yəni bir böyük çardağın altında 4-5 ev yerləşmişdir. Evə yaxınlaşanda Təqsirləndirilən şəxs qardaşı Şahid6la qarşılaşmışlar və sonuncu həmin vaxt özünü şübhəli aparmışdır. Elmandan İlhamın harada olmasını soruşduqda sonuncu qardaşının evdə olmadığını bildirmiş və onlardan ayrılıb darvazadan çıxmağa çalışmışdır. Buna görə də onlar Şahid6 saxlayıb X26 aparmışlar. Müdafiəçi ilə təmin olunduqdan sonra Şahid6 üzərində şəxsi axtarış aparılmış və üzərindən siqaret qutusuna bənzər qutu aşkarlanmışdır. Şifahi sorğu-sual zamanı Şahid6 üzərindən aşkarlanan qutunun qardaşı İlhama məxsus olduğunu bildirmişdir. Qutunun nə üçün onun üzərində olması ilə bağlı suala isə Şahid6 qardaşının ona zəng edərək həmin qutunu atmasını dediyini, ona görə də həmin qutunu atmağa çıxdığını və bu zaman polislər tərəfindən saxlanıldığını bildirmişdir. Elman həmin qutunun içərisində nə olduğunu bilmədiyini və açmadığını demişdir. Qutunun içərisindən xatırladığı qədəri ilə bükümlərdə iki növ narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra bu barədə yenidən rəhbərliyə məlumat verildikdən sonra əməliyyat tədbiri davam etdirilmiş, Təqsirləndirilən şəxs yerini müəyyən etdikdən sonra sonuncunu Çinarlı qəsəbəsində saxlamışlar və X26 gətirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin çardağından iynələr və narkotik vasitə də aşkar olunmuşdur. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması tarixini dəqiq xatırlamasa da ilin əvvəli olduğunu dəqiq deyə bilmiş, ümumiyyətlə saxlanılan hər üç şəxsi eyni gündə saxlayıb-saxlamadıqlarını da xatırlmamamışdır. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Təqsirləndirilən şəxs saxlanılması vaxtı və şəraiti ilə bağlı ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki, ................. 07 yanvar 2023-cü il tarixdə saat 08 radələrində yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayonu, Çinarlı qəsəbəsi sakini Təqsirləndirilən şəxs Çinarlı qəsəbəsində saxlanılaraq Kür PB-nə gətirilmişdir. Polis bölməsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə fasiləsiz videoçəkiliş altında Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarın sağ cibindən kağız bükümü stolun üzərinə qoymuş, həmin kağız büküm açıldıqda içərisində kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu və Gəncə şəhər sakinindən 30 (otuz) manat qarşılığında aldığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kağız bükümlə birlikdə çəkisi 1 qram olması müəyyən edilmişdir. Daha sonra narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs saxladıqları tarixi dəqiq xatırlamasa da, ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin xüsusatı ətraflı göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin baş əməliyyat müvəkkili Şahid1, RPŞ-nin Kür PB-nin İTB-nin sahə rəisi Şahid4 və RPŞnin Kür PB-nin əməliyyat müvəkkili Şahid5 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gədəbəy RPŞ-nin Yeni Saratovka polis bölməsinin növbətçi köməkçisi vəzifəsində işləyən X2 ifadəsində göstərmişdir ki, xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saxlanılaraq Şəmkir RPŞ-nin X26 gətirilmiş və üzərində şəxsi axtarış keçirilmişdir. O da həmin şəxsin üzərində aparılmış şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir büküm narkotik vasitə marixuananı təqdim etmişdir. Bundan başqa şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. İfadəsinin davamı olaraq İsfəndiyar İsfəndiyarlı bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisi 1 qram olmuş və şifahi sorğu-sual zamanı sonuncu aşkar edilmiş narkotik vasitəni Gəncə şəhərindən 30 manat qarşılığında aldığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı xüsusatla bağlı etiraz etməmişdir. Təqsirləndirilən şəxs bildiyi qədəri ilə 07 yanvar 2023-cü il tarixdə səhər saat 11 radələrində saxlanılmış, çünki o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək növbədə olmuş və Təqsirləndirilən şəxs bölməyə əməliyyatçılar tərəfindən gətirildiyini görmüşdür. Ona görə də, bölmədə həmin vaxtı növbədə olduğu üçün Təqsirləndirilən şəxs bölməyə gətirilməsi vaxtını dəqiq demişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs bölməyə Yasin və Orxan adlı əməliyyatçılar gətirmişdir. Təqsirləndirilən şəxs 06 yanvar deyil, 07 yanvar 2023-cü il tarixdə saxlanılmışdır. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün sərbəst ifadəsində şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitənin növünü yanlış olaraq marixuana olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun inspektor-kriminalisti X1 İsfəndiyar Xəqani oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6d oğlu ifadəsində göstərmişdir ki, 06 yanvar 2023-cü il tarixdə axşam saatlarında evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək qapının yanında şkafın üzərində siqaret qutusu olduğunu və onu atmağını demişdir. O, həmin siqaret qutusunu götürüb evdən çölə çıxanda polislər onu saxlamış və X26 aparmışlar. Orada videoçəkiliş ilə siqaret qutusunun içərisini boşaltmışlar. Daha sonra onu rayon polis şöbəsinə aparmışlar. Baş verənləri olduğu kimi təhqiqatçıya da danışmış və ifadəsini alınmışdır. İki gün sonra isə onu buraxmışlar. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, o, narkotik vasitədən istifadə etməsə də, qardaşı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmişdir. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evdə yaşamamış, sadəcə yas mərasimində iştirak etmək üçün həmin evə gəlmişdir. Ona görə də qardaşı İlhamın başqa şəxslərə narkotik vasitə verməsi barədə məlumatı olmamışdır. İlham siqaret qutusunu nə üçün atmağını deməmiş, sadəcə götürüb tullamağını bildirmişdir. O, siqaret qutusunun içərisində narkotik vasitə olmasını da bilməmişdir. Baxış zamanı siqaret qutusunun içərisindən 5-6 ədəd nazik kağızlar aşkar edilmiş, kağız bükümlərdən əlavə bir ədəd də sellofan büküm olmuşdur. Həmin qutu qardaşının ona atmağını dediyi qutu olmuşdur. Siqaret qutusunun içərisindən çıxan kağızlarda toz kimi narkotik vasitələr olmuşdur. Daha sonra onu qardaşı İlhamın yaşadığı evə aparmışlar, evin ikinci mərtəbəsində İlhamın qaldığı otaq yerləşmiş və oradan da içərisində narkotik vasitə olan sellofan və şpris götürmüşlər. Səhv etmirsə sellofandakı ot kimi narkotik vasitə olmuşdur. Qardaşı İlham ondan təxminən 2 saat sonra saxlanılmışdır. Çünki o, saxlanılandan iki saat sonra qardaşı İlhamı şöbəyə gətirilmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixoloji, yaxud fiziki təsir göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7n İzzət oğlu ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Elşən adlı şəxs onu narkotik vasitə istifadəçisi etmiş və sonuncu ona birlikdə narkotik vasitə istifadə etməyi təklif etmişdir. O, Elşənlə avtomobilə əyləşib getmiş və yolun kənarında avtomobili saxladıqda polis əməkdaşları onları tutmuşlar. Elşən də narkotik vasitəni guya İlhamdan aldığını demiş və sonuncunu buraxmışlar. İfadəsinin davamı olaraq Elxan Həsənov bildirmişdir ki, o, əvvəllər narkotik vasitə olan “kokos” istifadə etmiş, narkotik vasitə olduğu vaxtlar 2-3 gündən bir istifadə etmiş, narkotik vasitəni ona Elşən gətirmiş, sonuncu narkotik vasitənin bir çetini 20 manata vermiş, Təqsirləndirilən şəxs həmyerli kimi tanımış və sonuncunun narkotik vasitə istifadəçisi olması barədə məlumatı olmamış, o, İlhamdan narkotik vasitə almamış, o, narkotik vasitəni yalnız Elşəndən almış, sonuncu bir neçə nəfəri də şərləyib tutdurmuşdur. Polis şöbəsində onu məcbur etdikləri üçün ibtidai istintaq zamanı narkotik vasitəni İlhamdan aldığını demiş, lakin narkotik vasitəni İlhamdan almağını deməyi üçün onu məcbur edənlərin adlarını bilməmiş, əvvəlki işinə görə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmədə də Elşənin adını demiş, lakin sonuncunu üzə çıxaran olmamış, polis şöbəsində ona təzyiq göstərilməsi barədə müraciətinə baxılmayacağı üçün hər hansı bir quruma şikayət etməmişdir. O, İlhamın narkotik vasitə istifadə edib-etməməyini bilməmiş, saxlanılan günü İlhamla görüşməmiş, İlhamdan heç vaxt narkotik vasitə almamış və sonuncunun nə vaxt saxlanılmasını da bilməmişdir. Şahid7n İzzət oğlunun məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Elxan Həsənov həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evdə olan zaman bədənində ağrılar olduğu üçün eyni qəsəbədə yaşadığı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə zəng edib bədənində ağrılar olduğunu, dayana bilmədiyini və ona narkotik vasitə satmasını bildirmişdir. Həmin vaxt İlham ondan nə qədər pulunun olduğunu soruşmuş, o da 20 manatı olduğunu demişdir. Təqsirləndirilən şəxs telefonda onun yaşadığı evə gəlməsini bildirmişdir. O da Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Elşən adlı şəxsə məxsus qara rəngli “QAZ 31“ markalı taksi ilə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Həmin vaxt Elşən idarə etdiyi avtomobili İlhamın evinin qarşısında saxlamış və o, sonuncuya zəng edərək evinin giriş darvazasının qarşısında qara rəngli avtomobilin içərisində olduğunu demişdir. Həmin vaxt İlham çöldə olduğu üçün ona yaxınlaşmış, maşının içərisində ona kağız bükümdə heroini verib ondan 20 manat pul almışdır. Taksi sürücüsü Elşən də İlhamın ona narkotik vasitə satdığını görmüşdür. İlhamdan narkotik vasitə heroini 20 manata aldıqdan sonra Elşənə onu öz evinin qarşısında aparıb düşürməsini bildirmişdir. Elşən avtomobili idarə edib ona məxsus evin qarşısında saxlamış, o, avtomobildən düşmək istəyən zaman polis əməkdaşları yaxınlaşaraq üzərində narkotik vasitə saxlamasında şübhəli olduğumu bildirib onları Şəmkir rayon polis şöbəsinin Kür Bölməsinin inzibati binasına gətirmişlər. Polis bölməsində müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman kağız bükümün içərisində narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümlə birlikdə heroinə bənzər narkotik vasitə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə 1,63 qram olduğu müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Elxan Həsənov bildirmişdir ki, o, ibtidai istintaq zamanı ifadəsini təzyiq altında vermiş, polis şöbəsində polislər qarşına narkotik vasitə qoyub aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını deməyə məcbur etmişlər. Bundan başqa ona hər hansı formada təzyiq göstərilməmişdir. O, təzyiq göstərilməsi barədə hər hansı bir quruma şikayət etməmişdir. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə də məhkum edilmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/34 nömrəli məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Elxan Həsənovun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündəki “gümüşü” rəngi kağız bükümdə təmiz çəkisi 1,296 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 2) Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Şahid6d oğlunun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “Prima” adlı siqaret qutusunun içərisində - 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,34 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır, - 05 ədəd kağız bükümlərdə və 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,091 qram, 0,079 qram, 0,075 qram, 0,082 qram, 0,083 qram, 7,572 qram, ümumi təmiz çəkisi 7,982 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 3) Tədqiqata təqdim olunmuş üzərində “Şahid6d oğlunun qardaşı Təqsirləndirilən şəxs məxsus evdən aşkar olunan narkotik vasitəyə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki - 01 ədəd kağız bükümdə təmiz çəkisi 12,20 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, - 02 ədəd kağız bükümlərdə tütün hissəcikləri və ayrı ayrılıqda təmiz çəkiləri 0,21 qram və 0,42 qram olmaqla, ümumi təmiz çəkisi 0,63 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kanabbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 4) Tədqiqata təqdim olunmuş “Şahid6 qardaşı Təqsirləndirilən şəxs məxsus evindən aşkar edilmiş 18 ədəd şpris və 01 ədəd falqa” sözləri və imzalar olan polietilen torbadakı: - 10 (on) ədəd 1 ml-lik, 04 (dörd) ədəd 3 ml-lik içərisi iz şəklində birdəfəlik şprislərin içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı, - 02 ədəd 1ml-lik, 02 ədəd 3 ml-lik şprislər zavod üsulu ilə hazırlanmış və tamlığı pozulmamışdır, - 01 ədəd gümüşü rəngli falqa rulonunun üzərində narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi; 5) Tədqiqata təqdim olunmuş 2 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər; 6) Tədqiqata təqdim edilmiş 02 ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: heroinin təmiz çəkisi – 1,296 və 7,982 qr., tədqiqata sərf edildi – 0,32 qr. (hər bir obyektə görə 0,04 qr.), qalıq – 1,256 və 7,702 qram. Marixuananın təmiz çəkiləri – 0.34, 12.20 və 0.63 qr., tədqiqata sərf edildi – 0,08 qr. (hər bir obyektə görə 0,02 qr.), qalıq – 0.32, 12.18 və 0.59 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/35 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,551 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: heroinin ümumi təmiz çəkiləri - 0,551 və 1,256 qr., tədqiqata sərf edildi – 0,1 qr. (hər bir obyektdə görə 0,05 qr.), qalıq – 0, 501 və 1,206 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/856 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid6d oğlunun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “Prima” markalı siqaret qutusunun içərisindəki: 07 yanvar 2023-cü il tarixli 16/34 saylı rəyində göstərilməyən, 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,078 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,078 qram olan heroin və qalıq təmiz çəkiləri 0.051 qram, 0.039 qram, 0.035 qram, 0.042 qram, 0.043 qram, 7.532 qram olan heroinlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: heroinin təmiz çəkisi – 0,078 qr., qalıq təmiz çəkiləri – 0.051, 0.039, 0.035, 0,042, 0.043, 7.532 qr., tədqiqata sərf edildi – 0,14 qr. (hər birindən 0,02 qr.), qalıq – 0.058, 0.031, 0.019, 0.015, 0.022, 0.023 və 7.512 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1155 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X16 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 412 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi əlamətləri aşkar edilmir, o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şahid7n İzzət oğlu həmin gün saat 19:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 18:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şahid6d oğlu həmin gün saat 21:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 20:00-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 09:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin şübhəli şəxs vəziyyətindən çıxarılması və müvəqqəti saxlama yerindən azad edilməsi barədə” qərardan görünür ki, şübhəli şəxs Şahid6d oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə kifayət qədər əsaslar olmadığından o, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs vəziyyətindən çıxarılmış və saxlanıldığı Şəmkir RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Şahid7n İzzət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Şahid7n İzzət oğlunun üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofanda olan kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 1,63 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Elxan Həsənov üzərindən aşkar edilən kütləni Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan həmkəndlisi İlham adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Şahid6d oğlunun üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli gödəkçənin sol cibindən bir ədəd siqaret qutusunu çıxardaraq həmin qutunun içərisində olan 7 ədəd kağız bükümü və 1 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda 6 ədəd kağız bükümün və 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər 1 ədəd kağız bükümdə isə narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin bükümlər elektron tərəzidə çəkildi və bir ədəd şəffaf sellofan bükümün çəkisinin 7,98 qram olması, 6 ədəd kağız bükümlərin çəkisinin 1,27 qram olması, digər 1 ədəd kağız bükümün çəkisinin isə 1,04 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Şahid6 həmin kütlələrin qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu və sonuncunun ona zəng etməsindən sonra qardaşının yaşadığı evin giriş darvazasından sağda yerləşən dolabın üzərinə qoyulmuş içərisində həmin kütlələr olan siqaret qutusunu küçəyə atmaq istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid6d oğlunun ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, qardaşı Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə Şahid6d oğlunun və sonuncunun müdafiəçisinin iştirakı ilə qardaşı Təqsirləndirilən şəxs məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin dam örtüyündən 1 ədəd kağız bükümdə ümumi çəkisi 1 qram, 1 ədəd kağız bükümdə ümumi çəkisi 2 qram və 1 ədəd kağız bükümdə ümumi çəkisi 16 qram narkotik vasitəyə bənzər kütlə, həmçinin 18 ədəd şpris və 1 ədəd falqa aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki ağ rəngli cins şalvarın sağ cibindən bir ədəd kağız bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 1 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütləni tanımadığı Gəncə şəhər sakinindən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs Şahid7n İzzət oğlunun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı yeri əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Şahid7n İzzət oğluna narkotik vasitəni aldığı yeri əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid7n İzzət oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Elxan Həsənov ifadəsində göstərdiyi xüsusatları, o cümlədən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan heroni 20 manata Təqsirləndirilən şəxs aldığını sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs da öz növbəsində 20 manata bir büküm narkotik vasitə olan heroini Elxan Həsənova satdığını etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid6d oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları, həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş siqaret qutusunun içərisində olan 6 ədəd kağız bükümdəki və 1 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə olan heroinin, 1 ədəd kağız bükümdəki narkotik vasitə olan marixuananın, o cümlədən qardaşı Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş 3 ədəd kağız bükümlərdəki narkotik vasitə olan marixuananın və şprislərin Təqsirləndirilən şəxs aid olduğunu sonuncunun üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs da öz növbəsində şəxsi axtarış zamanı qardaşı Şahid6 üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki 7 ədəd kağız bükümdə və 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitələrin, eləcə də yaşadığı evdən aşkar edilmiş 3 ədəd kağız bükümdə olan narkotik vasitələrin və şprislərin özünə məxsus olmasını etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Şahid7n İzzət oğlunun narkotik vasitələr qəbul etməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələri saxlamasında şübhəli bilinən Şahid7n İzzət oğlu həmin tarixdə saxlanılaraq Şəmkir RPŞ-nin Kür PB-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitələrin satışı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şahid7n İzzət oğlunun narkotik vasitələri əldə etdiyi İlham adlı şəxsi müəyyən edərək saxlanılması və yaşadığı evə təxirəsalınmaz baxış keçirilməsi məqsədi ilə İlham adlı şəxsin Çinarlı qəsəbəsində yaşadığı ünvanda olarkən, sonradan şəxsiyyəti müəyyən edilən İlhamın qardaşı Şahid6d oğlu polis əməkdaşlarını görən zaman əlində olan siqaret qutusuna oxşar bükülünü öz üstündə gizlətməyə və qaçmağa cəhd edərkən saxlanılmış, Şahid6 üstündə gizlətdiyi kütlənin narkotik vasitə olmasını və qardaşı Təqsirləndirilən şəxs məxsus olmasını etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir RPŞ-nin Kür PB-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin Kür PB-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,551 qram narkotik vasitə olan heroin, qardaşı Şahid6d oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Prima” siqaret qutusundan götürülmüş 0,34 qram marixuana və 7,982 qram heroin, eyni zamanda Təqsirləndirilən şəxs yaşadı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 12,20 qram marixuana və 0,63 qram marixuana, 18 ədəd tibbi şprislər və 01 ədəd falqa Təqsirləndirilən şəxs məxsus olmuş, narkotik vasitə olan heroini və marixuananı Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisindən tanımadığı şəxsdən 70 manata əldə edərək satış məqsədi ilə özündə saxlamış, X14 üzərindən aşkar edilərək götürülmüş 1,296 qram çəkidə narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs 20 manata almış, Şahid6 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Prima” siqaret qutusunda aşkar edilərək götürülmüş 0,34 qram marixuana və 7,982 qram heroin qardaşı Təqsirləndirilən şəxs məxsus olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmiş, Şahid7n İzzət oğlunun isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs, Elxan Həsənovun və Şahid6 analoji cinayətlərdə iştirakı müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Çinarlı qəsəbə İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasında narkoloji və psixiatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,501 qram heroinin, Şahid6d oğlunun üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,32 qram qurudulmuş marixuananın, 06 ədəd kağız bükümlərdə və 01 ədəd şəffaf polietilen bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,68 qram heroinin, Təqsirləndirilən şəxs məxsus evdən tapılan 01 ədəd kağız bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,18 qram qurudulmuş marixuananın, 02 ədəd kağız bükümlərdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,59 qram qurudulmuş marixuananın, 18 ədəd şprisin və 01 ədəd falqanın maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilməsi, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd diskin, Şahid6d oğlunun üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd diskin, Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış və götürmə istintaq hərəkətinə dair 01 ədəd diskin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd diskin iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin MSY-nə daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10:10-da Şəmkir RPŞ-nin Kür PB-yə gətirilmiş və polis bölməsinin “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda 5 nömrədə qeydiyyata alınmış, həmin gün saat 12:15-də isə RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin 1(076)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid7n İzzət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, maddi sübut olan ekspertiza tədqiqatında sonra qalıq qalmış 1,256 qram heroin isə məhv edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində iş materiallarında olan sənədlərdə göstərilən 07 yanvar 2023-cü il tarixdə səhər saatlarında deyil, məhz 06 yanvar 2023-cü il tarixdə axşam saatlarında saxlanıldığını, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini onun üzərinə Yasin adlı polis əməkdaşının qoyduğunu, videoçəkilişdən sonra ona işgəncə verildiyini, çəkilişdən qabaq isə heç nə etmədikləri üçün həmin vaxt bununla bağlı heç nə demədiyini, qardaşı Şahid6d oğlunun üzərində aparılmış şəxsi axtarış zamanı təqdim etdiyi siqaret qutusunun içərisindən aşkar edilmiş çəkisi 7 qarama yaxın olan bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə heroinin ona məxsus olmadığını, həmin bükümü Yasin adlı polis əməkdaşının siqaret qutusunun içərisinə qoyduğunu güman etdiyini, yaşadığı evindən aşkar edilmiş bir neçə bükümdə olan narkotik vasitə marixuanaların ona məxsus olmadığını, həmin bükümlərdə olan narkotik vasitə marixuananı polis əməkdaşlarının evinə qoyduğunu, polis şöbəsində onu döyüb hədələdikləri üçün narkotik vasitəni üzərinə götürdüyünü, bu səbəbdən etirafedici ifadələr verdiyini, Şahid7n İzzət oğluna da narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etitafedici ifadəsi, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3, Şahid1, Şahid4 və Şahid5 ifadələrində Şəmkir rayonu, Çinarlı qəsəbə sakini Şahid7n İzzət oğlu barəsində daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Elxan Həsənovu saxlayaraq Şəmkir RPŞ-nin Kür PB-ya gətirdiklərini və şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə olan heroini sonuncunun Təqsirləndirilən şəxs 20 manata aldığını bildirdiyi üçün əməliyyat-axtarış tədbirini davam etdirərək Təqsirləndirilən şəxs qardaşı Şahid6 saxladıqlarını, sonuncunun da şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki 7 ədəd kağız bükümlərdə və bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitələrin qardaşı Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyi üçün yenə də əməliyyat-axtarış tədbirləri davam etdirərək Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə səhər saatlarında yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxladıqlarını və Şəmkir RPŞ-nin Kür PB-ya apardıqlarını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, üzərinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və sonuncunun həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin Kür PB-nin polis əməkdaşları X2 və X8 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında polis bölməsinə gətirildiyini, həmin gün sonuncunun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə heroin aşkar edildiyini göstərmişlər. Eyni zamanda iş materiallarında olan Şəmkir RPŞ-nin Kür PB-dan və RPŞ-nin MSY-dən daxil olmuş sənədlərdən görünür ki, Elxan Həsənov xx.xx.2023-cü il tarixdə saat 19:00-da RPŞ-nin X26 gətirilmiş və həmin gün saat 21:00-da RPŞ-nin MSY-nə təhvil verilmiş, Şahid6 xx.xx.2023-cü il tarixdə saat 20:30-da X26 gətirilmiş və həmin gün saat 23:10-da MSY-ə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə xx.xx.2023-cü il tarixdə saat 10:10-da X26 gətirilmiş və həmin gün saat 12:15-də RPŞ-nin MSY-ə təhvil verilmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, habelə digər ilkin sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli xx.xx.2023-cü il tarixdə saat 09:30-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmış, onun iştirakı ilə də bütün istintaq hərəkətləri xx.xx.2023-cü il tarixdə saat 11:30-dan etibarən aparılmışdır. Habelə iş üzrə şahid qismində dindirilmiş Şahid7n İzzət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 1(076)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün təsviriəsaslandırıcı hissəsindən görünür ki, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Elxan Həsənovun işi üzrə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə səhər saatlarında saxladıqlarını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etitafedici ifadəsində Elxan Həsənovun xx.xx.2023-cü il tarixdə onun yaşadığı evinə gəldiyini, sonuncuya bir büküm narkotik vasitə olan heroin verdiyi, əvəzində pul almadığını, qardaşı Şahid6 üzərindən aşkar edilmiş “Prima” siqaret qutusunun içərisindəki 7 ədəd bükümdə və bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsində Elxan Həsənovun xx.xx.2023-cü il tarixdə onun yaşadığı evinə gəldiyini və 20 manata bir büküm narkotik vasitə olan heroini sonuncuya satdığını, şəxsi axtarış zamanı qardaşı Şahid6 üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki 7 ədəd kağız bükümdə və 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitələrin, eləcə də yaşadığı evdən aşkar edilmiş 3 ədəd kağız bükümdə olan narkotik vasitələrin və şprislərin özünə məxsus olduğunu etiraf edərək ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış, habelə izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadəni oxuduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini göstərmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Şahid7n İzzət oğlu üzərindən aşkar edilən kütləni Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan həmkəndlisi İlham adlı şəxsdən aldığını etiraf etmişdir. Habelə xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Şahid6d oğlu şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş siqaret qutusunun içərisində olan 6 ədəd kağız bükümdəki və 1 ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə olan heroinin, 1 ədəd kağız bükümdəki narkotik vasitə olan marixuananın, o cümlədən qardaşı Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş 3 ədəd kağız bükümlərdəki narkotik vasitə olan marixuananın və şprislərin Təqsirləndirilən şəxs aid olduğunu göstərmişdir. Sözügedən videoçəkilişdə Şahid6 qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Şahid6 istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Həmin xüsusatla bağlı Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs yaşadığı evə baxış onun və müdafiəçisinin iştirakı ilə keçirilmiş, baxış zamanı siqaret qutusunun içərisindən 5-6 ədəd nazik kağızlar aşkar edilmiş, kağız bükümlərdən əlavə də bir ədəd sellofan büküm olmuş, saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixoloji, yaxud fiziki təsir göstərilməmişdir. Habelə xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarın sağ cibindən bir ədəd kağız bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin 1 qram təşkil etməsi müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütləni tanımadığı Gəncə şəhər sakinindən 30 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, qardaşı Şahid6 üzərindən şəxsi axtarış zamanı aşkar edilən siqaret qutusunun içərisindəki narkotik vasitələrin hamısının özünə məxsus olduğunu, qardaşı saxlanılan günü sonuncuya zəng edərək şkafın başında olan siqaret qutusunu əzib atmasını dediyini, xx.xx.2023-cü il tarixdə Elxan Həsənovun bir neçə dəfə ona zəng edərək bədənində ağrılar olduğu üçün özünə narkotik vasitə verməsini dediyini, bu səbəbdən də həmin gün sonuncuya narkotik vasitə verdiyini, lakin qarşılığında pul almadığını, narkotik vasitəni də üzərində şəxsi istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin sualına qəti olaraq cavab verib şəxsi axtarış zamanı üzərində aşkar olunan narkotik vasitə olan heorinin özünə məxsus olduğunu, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Hətta iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etdiyini və əməlindən səmimi peşman olduğunu göstərib təqdimatın təmin edilməməsini xahiş etmişdir. Eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından və Şəmkir RPŞ-dən daxil olmuş məktublarda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izi aşkar olunmamışdır. Bundan əlavə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxsla həm Elxan Həsənov, həm də ki qardaşı Şahid6 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 20 manata bir büküm narkotik vasitə olan heroini Elxan Həsənova satdığını, o cümlədən şəxsi axtarış zamanı qardaşı Şahid6 üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki 7 ədəd kağız bükümdə və 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitələrin, eləcə də yaşadığı evdən aşkar edilmiş 3 ədəd kağız bükümdə olan narkotik vasitələrin və şprislərin özünə məxsus olmasını etiraf etmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/34 nömrəli məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Elxan Həsənovun üzərindən aşkar edilmiş bir bükümdə olan heroinlə Şahid6 üzərindən aşkar edilmiş siqaret qutusunun içərisindəki 6 ədəd kağız bükümdə və 1 ədəd şəffaf sellofan bükümdə olan heroinlər, o cümlədən Şahid6 üzərindən aşkar edilmiş 1 bükümdə olan qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş 3 büküm marixuanalar xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/35 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Elxan Həsənovun üzərindən aşkar edilmiş bir bükümdə olan heroinlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. O cümlədən Təqsirləndirilən şəxs qardaşı Şahid6 üzərindən, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan bir neçə büküm narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsinə baxmayaraq, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1155 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar edilməmiş, əksinə onda narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar edilmişdir. Habelə Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmə isitntaqı zamanı verdiyi ifadəsində hər hansı bir nəticəsi olmayacağını fikirləşdiyi üçün ibtidai istintaq zamanı ona göstərilmiş fiziki və psixoloji təzyiqlə bağlı heç bir quruma şikayət etmədiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etirafedici ifadəsində, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə və “həbs” qətimkan tədbirlərinin seçilməsinə dair məhkəmə qərarında Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə səhər saatlarında deyil, məhz 06 yanvar 2023-cü il tarixdə axşam saatlarında saxlanıldığını iddia etsə də, iş materiallarında olan rəsmi sənədlərə, eləcə də istintaq hərəkəti protokollarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılması öz təsdiqinni tapmamış, müdafiə tərəfi də qeyd edilən xüsusatla bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid6 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə axşam saatlarında saxladığını göstərmələri işin faktiki halları ilə uyğun gəlmədiyindən və iş materialları ilə təkzib edildiyindən həmin xüsusat öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7n İzzət oğlu Təqsirləndirilən şəxs narkotik vasitə almadığını və polis şöbəsində onu məcbur etdikləri üçün ibtidai istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni İlhamdan aldığını qeyd etdiyini göstərsə də, o, elə cari məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaq zamanı onu həmin məzmunda ifadə verməyə məcbur edən polis əməkdaşlarının adlarını bilmədiyini, eləcə də polis şöbəsində ona təzyiq göstərilməsi barədə müraciətinə baxılmayacağı üçün hər hansı bir quruma şikayət etmədiyini göstərmişdir. Bununla belə, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)- 152/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid7n İzzət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, maddi sübut olan ekspertiza tədqiqatında sonra qalıq qalmış 1,256 qram heroin isə məhv edilmişdir. Həmin hökmün təsviri-əsaslnadırıcı hissəsindən görünür ki, Elxan Həsənov barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı ifadə verərkən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə olan heroini 20 manat Təqsirləndirilən şəxs aldığını etiraf etmiş və özünün müdafiəsi üçün hər hansı bir dəlil gətirməmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/35 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyi ilə Elxan Həsənovun üzərindən aşkar edilmiş bir bükümdə olan heroinlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil etməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Elxan Həsənovun əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasını nəzərə alıb, onun cari məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan, qeyri-obyektiv ifadə kimi qəbul edir və ittihamın həllində Elxan Həsənovun ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/34 nömrəli və xx.xx.2023-cü il tarixli, 16/35 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyləri, o cümlədən Şəmkir Rayon Məhkəməsinin 1(076)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, ittihamın həllində Elxan Həsənovun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi əsas götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişlər. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etirafedici ifadəsini, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı və həmin tarixdə şübhəli şəxs qismində verdiyi qismən etirafedici ifadəsi, xx.xx.2023-cü tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və marixuana narkotik vasitə hesab olunur; heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/34 nömrəli və xx.xx.2023-cü il tarixli, 16/35 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəylərinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 0,551 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar, həmçinin qardaşı Şahid6d oğlunun üzərindən aşkar edilmiş və Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuananın, o cümlədən xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş marixuananın ümumi təmiz çəkisi 13,17 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil etsə də, qardaşı Şahid6d oğlunun üzərindən aşkar edilmiş və Təqsirləndirilən şəxs məxsus heroinin ümumi təmiz çəkisi 8,06 qram olmaqla külli miqdar təşkil edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Şahid7n İzzət oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil etməsi Təqsirləndirilən şəxs 20 manata bir büküm heroini Elxan Həsənova satmasını, həmçinin qardaşı Şahid6 üzərindən aşkar edilmiş iki növ narkotik vasitənin, yəni qurudulmuş marixuananın və heroinlərin Təqsirləndirilən şəxs məxsus olması, həmin heroinlərin çəkilib 7 ədəd bağlamaya bükülməsi və ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, qeyd edilən heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə Elxan Həsənovun üzərindən aşkar edilmiş heroinlə eynilik təşkil etməsi, Təqsirləndirilən şəxs məxsus yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaların çəkilib 3 ədəd bağlamaya bükülməsi, həmin marixuanalarla Şahid6 üzərindən aşkar edilmiş marixuananın xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil etməsi, eləcə də Şahid6 üzərindən və Təqsirləndirilən şəxs yaşadığı evindən sonuncuya məxsus narkotik vasitə olan marixuanaların aşkar edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməməsi faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib yaşadığı evdə saxladığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını üngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 158 (bir yüz əlli səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,501 qram heroin, Şahid6d oğlunun üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,32 qram qurudulmuş marixuana, 06 ədəd kağız bükümlərdə və 01 ədəd şəffaf polietilen bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,68 qram heroin, Təqsirləndirilən şəxs məxsus evdən tapılan 01 ədəd kağız bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,18 qram qurudulmuş marixuana, 02 ədəd kağız bükümlərdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,59 qram qurudulmuş marixuana, 18 ədəd şpris və 01 ədəd falqa məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, Şahid6d oğlunun üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1155 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 yanvar 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 ( üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 158 (bir yüz əlli səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,501 qram heroin, Şahid6d oğlunun üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,32 qram qurudulmuş marixuana, 06 ədəd kağız bükümlərdə və 01 ədəd şəffaf polietilen bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,68 qram heroin, Təqsirləndirilən şəxs məxsus evdən tapılan 01 ədəd kağız bükümdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,18 qram qurudulmuş marixuana, 02 ədəd kağız bükümlərdə olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,59 qram qurudulmuş marixuana, 18 ədəd şpris və 01 ədəd falqa məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, Şahid6d oğlunun üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış və götürmə istintaq hərəkətinə dair 01 ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-194/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-194/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver