Məhkəmə qərarları › İş №1(100)-194/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-194/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-194/2025 04.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, hakimlər İbişov İlkin İlqar oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəmkir rayon Məhkəməsini xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 01 ay 20 gün azadlıqdan məhrum etmə sınaq müddəti cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qardaşı, kriminal aləmdə “Yetim Sabir” kimi tanınan X10 ilə qabacaqdan əlbir olan bir qrup şəxs halında Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs özünün və X2 şəhərində yaşayan oğlu Telman Orucovun şəxsiyyəti üzərində zor göstərmə ilə, yəni sonuncuları öldürməklə hədələyərək mütamadi olaraq Sabir Əsgərov istifadəsində olan +**********1 və +**********8 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********4 və +**********4 nömrəli mobil telefona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zənglər edib və səsli mesajlar göndərərək sonuncudan davamlı olaraq, özünə və cəzaçəkmə müəssisələrində cəza çəkən istintaqla müəyyən olunmayan şəxslərə hər ay müxtəlif məbləğlərdə pul göndərməsini tələb etmiş, Zərərçəkmiş şəxs qardaşı Sabir Əsgərova pul verməkdən imtina etdikdə isə hədəni reallaşdırmaq məqsədilə ona istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə edilmiş odlu silahı istintaqa məlum olmayan şəxs vasitəsilə QAZ 3110 markalı avtomobil ilə ona göndərməklə həmin silahla Zərərçəkmiş şəxs yaşadığı evə atəş açmasını bildirmiş, Təqsirləndirilən şəxs isə Sabir Əsgərovla qabacaqdan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə etdiyi, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “TOZ BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “176472” nömrəli, xarici çaxmaqlı hamar qoşalüləli odlu ov tüfəngini Şəmkir rayonunda yerləşən “Elyarın” marketi adlanan ərazidən götürüb üzərində saxlamaqla gəzdirib 12 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına daşımış, bundan sonra Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin dəmir materialından olan giriş qapısına həmin odlu silahdan bir dəfə atəş açaraq darvazanın çöl tərəfində darvazanın sağ son kənarından 126 mm solda 240x310 mm² sahədə darvazanın sağ son kənarından 135 mm solda bir ədəd 6x11 mm ölçüdə batıq zədəsi, həmin zədədən 5 mm yuxarıda bir ədəd 9x6 mm ölçüdə batıq zədəsi, həmin zədədən 12 mm yuxarıda bir ədəd 15x14 mm ölçüdə deşib keçən zədə, həmin deşib keçən zədənin davamı olaraq darvazanın iç tərəfində 16x14 mm ölçüdə deşib keçən zədə, həmçinin darvazanın çöl tərəfində darvazanın sağ son kənarından 139 mm solda bir ədəd 7x8 mm ölçüdə batıq zədə, həmin zədədən 21 sağda bir ədəd 8x8 mm ölçüdə batıq zədəsi, həmin zədədən 90 mm yuxarıda bir ədəd 8x8 mm ölçüdə batıq zədəsi, həmin zədədən 60 mm solda bir ədəd 8x9 mm ölçüdə batıq zədəsi, həmin zədədən 35 mm aşağıda bir ədəd 11x12 mm ölçüdə batıq zədəsi (həmin zədə qapının iç tərəfinə doğru yönəlmiş batıq zədəsi əmələ gətirmişdir), həmin zədədən 50 mm sağda bir ədəd 11x9 mm ölçüdə batıq zədəsi, həmin zədədən 17 mm aşağıda bir ədəd 12x12 mm ölçüdə batıq zədəsi (həmin zədə qapının iç tərəfinə doğru yönəlmiş batıq zədəsi əmələ gətirmişdir) və həmin zədədən 10 mm solda bir ədəd 8x7 mm ölçüdə batıq zədəsi yetirməklə 600 (altı yüz) manat məbləğində zərər vurmuş, həmin vaxt qardaşı Sabir Əsgərovla eyni şəhərdə, X2 şəhərində yaşayan Zərərçəkmiş şəxs oğlu Telman Orucovu öldürəcəyi ilə hədələməklə Zərərçəkmiş şəxs məbləği istintaqla müəyyən edilməyən pul tələb edərək, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor tətbiq etmə hədəsi ilə hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməllərini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Sabirlə Talehin arasında problemlər olması barədə məlumatı var idi. Talehin evinə atəş açılan gecənin ertəsi gün hadisə barədə bilmişdir. Rayonda bir o, bir də bibisi oğlu Şahid1 var idi. Sabir bu hadisəyə görə Şəmkir RPŞ-nin rəis müavini ilə telefonda mübahisə etmiş, bir-birlərinə söyüş söymüşdülər. Hadisədən sonra Bakı şəhərinə getmişdir. O, gedəndən sonra bibisi oğlu Nərimanı və qaynını polis əməkdaşları saxlamışlar. Onu da Bakı şəhərində olanda BMCMİ-nin əməkdaşları saxlamışlar. Saxlanılan zaman Talehin evinə atəş açan şəxsin o, olmadığını deyərək özünə xəsarət yetirmişdir. Onu Sabunçuya, xəstəxanaya aparmışlar, 6-7 gün orada qalandan sonra Şəmkir rayonuna gətirmişlər. Şəmkir RPŞ-ə çatanda artıq hər şey hazır idi, sadəcə sənədlərə imza etmək qalmışdı. Saxlanılan zaman özünə ürəyi tərəfdən xəsarət yetirdiyi üçün sol qolu işləmirdi. Polis şöbəsində sənədlərə imza etməyini istəmişlər, o da imza etmişdir. İfadənin yerində yoxlanılması zamanı hər şeyi polis əməkdaşlarının öyrətdikləri kimi demiş, həmin vaxt xəsarəti var idi, vəziyəti yaxşı deyildi, ayaq üstə dura bilmirdi. Vəziyyəti yaxşı olmadığı üçün polis əməkdaşlarının dedikləri hər şeylə razılaşıb sənədlərə imza etmişdir. Onun bu hadisə ilə heç bir əlaqəsi olmayıbdır. Evində qoşa lülə tüfəngi var, istintaq zamanı onu yox, başqa lüləyi kəsik tüfəngi qarşısına qoymuşlar. Sabir rəisin müavini ilə söyüşlə danışdığı üçün polislər onlarla prinsipə düşmüş, hamını saxlayıb, qaynını və bibisi oğlunu da saxlayıb birinin üzərinə silah, birinin də üzərinə narkotik qoymuşlar. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Şahid6 10 ədəd güllə almış, həmin güllələri itləri və quşları vurmaq üçün istifadə etmişdir. Onun yeganə günahı evində qoşa lülə tüfənginin olmasıdır. Evində tüfəng saxlamağının da səbəbi var idi. Sabirin düşmənləri çox olduğu üçün başına hadisə gəlmiş, həmin hadisədən sonra evdə silah saxlayır. Polis əməkdaşları da evində silah tapdıqlarına görə bu cinayəti onun boynuna qomuşlar. O, Bakı şəhərində olanda ona bibisi oğlu ilə qaynını tutub incitdiklərini bildirmişlər. Bundan sonra Şəmkir RPŞ-nin əməkdaşı Eldəniz adlı əməliyyatçıya zəng edib evində olan silahın yerini bildirmişdir. Polis əməkdaşları evinə gedib silahı götürmüşlər. Şəmkir RPŞ-ə aparılıb sənədlərə qol çəkəndən sonra onun qarşısına lüləsi kəsik, qara boya ilə boyanmış tüfəng qoyub evindən aşkar olunduğunu bildirmişlər. İstintaq zamanı təzyiq altında qalıb məcbur olub silahın ona məxsus olduğunu bildirmişdir. Sonda məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 2024-cü ilin may ayında Rusiyada olanda Sabir ona zəng edib pula ehtiyacı olduğunu, içəridə yatan qardaşlarına pul vermək lazım olduğunu bildirmişdir. O, da etiraz edərək “sizə veriləcək pulum yoxdur” demişdir. Bundan sonra Sabir bir neçə ay ardıcıl olaraq ona zəng etmiş, buna görə də mobil nömrəsini dəyişmişdir. Dekabr ayının sonu Moskva şəhərinə getmiş, yanvar ayının əvvəllərində qonşusu, Sabirin xalasının yoldaşı dünyasını dəyişmiş və buna görə də Moskavadan həmin yas məclisində iştirak etmək üçün qayıtmışdır. Yas məclisində oturarkən ona yenə başqa nömrədən zəng gəlmiş, lakin o, cavab verməmiş, bir neçə dəfə zəng etdikdən sonra səsli mesajlar göndərilmiş. Həmin mesajlara qulaq asanda Sabir olduğunu bilmiş, Sabir yenə həmişəki kimi pul tələb edirdi. Səsli mesjaların birində oğlunun Türkiyədə harada oxuduğunu, İstanbulda yaşadığını bildiyini, tələb etdiyi pulu verənə kimi əlçəkməyəcəyini, əks təqdirdə oğlunu öldürəcəyini bildirib hədələmişdir. Buna baxmayarq yenə ona cavab verməmişdir. Sonra yas yerinin 6 ya 7-ci günü gecə saat 01 radələrində Sabir yenidən ona “qapına bir güllə atdım, ikinci gülləni oğluna atacam” kimi səsli mesaj göndərmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Pərvini tanımır, onunla münasibəti olmayıb. Pərvinin xalası onlarla yaxın qoşudur, xalası da anası da onların evinə çox olublar. Sadəcə kəndlərində belə bir şəxs olduğunu bilmişdir. Pərvinlə əlaqəsi, tanışlığı olmayıbdır. Pərvin heç vaxt onunla görüşüb pul tələb etməyib. Hadisənin ertəsi gün Pərvin saxlanılıb və atəş açdığı silahı təqdim edərək Sabirin göstərişi ilə darvazalarına atəş açdığını etiraf etmişdir. O, təqsirləndirilən şəxsin qanuna uyğun şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərişdir ki, zərərçəkmiş şəxs xalsıgillə qonşuluqda yaşayır, hadisə günü gecə saatlarında xalasının yoldaşının yas mərasimindən evə gətmişlər. Həmin vaxt işıqlar söndüyü üçün evə gələn kimi hamsıda yatmışlar. Ertəsi gün anası zəng edərək xalasıgilin qonşularının qapısına güllə atıldığını bildirmişdir. Həmin vaxt Pərvin evdə yox idi, gəlininin dayısı oğlu ilə birlikdə avtomobillə harasa getmişdilər. Bir qədər sonra baldızı onlara gələrək polis əməkdaşlarının oğlu Şahid1 apardıqlarını bildirmişdir. Polis əməkdaşları onların evinə gələrək telefonlarını əllərindən alaraq hamını üzü üstə yerə uzatmış və ayaqalarını belinə qoyub digər oğluna söyüş söymüşlər. Səs çıxaracağı halda əllərində olan nə olduğunu bilmədiyi əşyaları xalçaların arasına qoyacaqlarını bildirmişlər. 09 nəfər polis əməkdaşı evlərinə gələrək onlara qarşı, evində olan gəlinlərinə qarşı nalayiq hərəklər etmişlər. Bundan başqa o, ifadəsində bildirmişdir ki, onların həmişə quş vurmaq üçün silahları olub. Sonradan polis əməkdaşları onların evinin qarşısına başqa silah da qoymuşlar. O, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı heç yerə şikayət etməmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o evdə olarkən həyat yoldaşı Muxtar ona zəng edib bir nəfər tanışının gələcəyini, ona güllə verməyini bildirmişdir. Pərvin onlara gələndə ona hər adama güllə vermədiklərini, yalnız Ovçular Cəmiyyətinin üzvlərinə verdiklərini bildirmiş, o da itlərin ev quşlarını yediyini bildirib onları vurmaq üçün aldığını demişdir. O, da yoldaşının dediyi kimi Pərvinə güllə vermişdir. Pərvin onlardan cəmi bir dəfə güllə alıb, ona verdiyi güllələrin sayını xatırlamır, xatırladığı qədər 5-10 ədəd olmuşdur. Pərvinə verdiyi gülləllər 16 kalibrili, içərisində iri qırma olan güllələr olmuş. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Talehin evinə güllə atılması barədə məlumatları olmamış, bu barədə polis şöbəsinə ifadə verməyə çağırılanda getdikləri zaman orada məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərişdir ki, qardaşıgildə olan zaman Pərvin ona zəng edərək toyuqlarının it tərəfindən yeyildiyini deyib ona 05 ədəd güllə verməyini istəmişdir. O, da yoldaşına zəng edərək Pərvinin güllə almaq üçün onlara gələcəyini, ona güllə verməsini bildirmişdir. Bundan sonra Pərvinin özünə də zəng edib ehtiyatlı olmasını, lazım olmasa qaytarmasını bildirmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Pərvinə satdığı güllələr 16 kalibrli, içərisində qırma olan güllər idi. Həmin güllələr quş vurmaq üçün deyildi, it vurmaq üçün idi. Zərərçəkmiş şəxs Talehi tanımır, onun evinə güllə atılmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 hadisəni xatırlamadığını ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o, ifadəsində göstərişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Zərərçəkmiş şəxsla hər hansı bir ədavəti və ya düşmənçiiliyi yoxdur. X10 xalası qızı Səkinənin ortancıl övladıdır. Zərərçəkmiş şəxsla çox yaxşı qonşuluq münasiibəti olmuşdur. Bir-birlərinin xeyir-şər işində iştirak etmişlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında küçəyə çıxdıqda Zərərçəkmiş şəxs əmisi oğlu Raufla küçədə rastlaşmışlar. Raufla hal-əhval tutduqda ona naməlum şəxsin Zərərçəkmiş şəxs yaşadığı evin darvazasını güllələdiyini bildirmişdir. Raufla söhbət etdikdən sonra o, əmisi oğlu Raufla birlikdə Talehin evinin darvazasına baxmışlar. Darvazda olan giliz izlərini görmüşlər. Bundan sonra öz yaşadığı evə getmişdir. Həmçinin Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qonşusu Zərərçəkmiş şəxs mobil nömrəsini Təqsirləndirilən şəxs verməmişdir. X6 Zərərçəkmiş şəxs hədə qorxu ilə pul tələb etməsini və pul vermədikdə isə qardaşı Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs yaşadığı evin darvazasını odlu silahdan atəş açılması haqqında onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərişdir ki, Pərvinlə münasibətləri yaxşı olmuş, demək olar ki, hər gün birlikdə olurdular. Hadisə günü Pərvin onu avtomobillə Goranboy rayonuna aparmağını xahiş etmişdir. O, da onu Goranboy rayonuna aparmışdır. Ertəsi gün polis əməkdaşları onu yaşadığı evdən götürüb polis şöbəsinə aparmış, 11 gün saxlayıb işgəncə vermişlər. Onu buraxandan 01 ay sonra yenidən narkotiklə tutmuşlar. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Talehin evinə güllə atılması barədə sonradan eşitmişdir. O, Pərvini Goranboy rayonun aparanda artıq hadisə baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərişdir ki, dayısı oğlu Pərvinin hansısa hadisə törətməsindən məlumatı olmamışdır. Hadisə günü gecə saatları polis əməkdaşları yaşadığı evə gəlib onu aparmışlar. Polis şöbəsində ona təzyiq göstərərək istədikləri kimi ifadə verməyə məcbur etilmişlər və ona da 25 günlük inzibati həbs vermişlər. Onun baş vermiş hadisə barədə heç bir məlumatı olmamış, sadəcə olaraq polis əməkdaşları təzyiq göstərərək istədikləri kimi ifadə verməyə məcbur etmişlər, heç ifadələrin sonundakı imzaların əksəriyyətini o çəkməmişdir. 25 günlük inzibati həbsdən sonra da BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, o, zərərçəkmiş şəxsi tanımır, ümumiyyətlə onun evinə güllə atılmasından xəbəri olmamışdır. Polis əməkdaşları həmin gün gecə saatlarında onu yaşadığı evdən götürüb aparmışlar. Polis əməkdaşları Pərvin güllə atanda onun yanında olduğunu bildirmişlər və o, Pərvinin yanında olmadığını sübut etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında məcbur qalaraq imzalamışdır. Şahid1 məhkəmə iclası zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində ziddiyyətlər olduğu üçün tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və X10 onun dayısı uşaqlarıdır. Həmin şəxslərlə yaxşı münasibəti vardır. Təqsirləndirilən şəxs ilə birlikdə 2021-ci il tarixdə oğurluq etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunmuş, həmin oğurluğa görə barələrində Şəmkir rayon Məhkəməsinin hökmü çıxmışdır. 23 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə onu qonaq çağırmışdır. O, Pərvinin dəvəti ilə razılaşaraq Pərvinin yaşadığı evə getmişdir. Pərvinin evində olanda qızı ilə oynadıqdan sonra Pərvinin saxladığı quşlara baxmış, həmin vaxtı Pərvin ona yeni tutduğu quşu göstərdikdən sonra əlində odlu silahla gələrək göyə atəş açmışdır. Həmin silahın qundağı kəsilmiş, qoşa lüləli odlu silah olmuşdur. O, Pərvindən həmin silahı hardan alması barədə soruşduqda Pərvin ona qardaşı Sabirin düşməninin çox olmasına görə göndərməsini bildirmişdir. Bundan sonra 31 dekabr 2023-cü il tarixdə bayram münasibəti ilə Pərvinin yaşadığı evə getmişdir. Onlarda bayram süfrəsində yeyib içdikdən sonra Pərvin həmin odlu silahı çıxardaraq göyə atəş açmışdır. Pərvin atəş açdıqdan sonra ondan xahiş etmişdir ki, həmin odlu silahı versin o da atəş açsın, Pərvin razılaşaraq həmin odlu silahı ona vermişdir. O, həmin odlu silahı götürərək bir dəfə göyə atəş açmışdır. 11 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Pərvin ona zəng edərək əyninə qara rəngli paltar geyinərək gəlməyini istəmişdir. O, Pərvinin onunla birlikdə oğruluq və ya hər hansı bir qanun pozuntusu etmək üçün çağırdığını anladığı üçün Pərvini çağrışını rədd etmişdir. Pərvin isə ona bildirmişdir ki, gəlməməyinə görə sonra çox peşman olacaq, sonradan ona məlum olmuşdur ki, Pərvin Sabirin göstərişi əsasında Şəmkir şəhəri ərazisində kiminsə qapısını güllələtmişdir. X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, yəqin kiminsə vasitəsi ilə göndərmişdir, lakin kim tərəfindən göndərilməsini dəqiq deyə bilmir. Qorxduğu üçün həmin odlu silahdan istifadə etdiyini gizlətmişdir. O, həmin odlu silahın Təqsirləndirilən şəxs tərəfindən saxlanıldığını və istifadə etdiyini (yəni göyə atəş açmasını) bildirmişdir. Lakin Təqsirləndirilən şəxs qardaşı Sabir Əsgərovla qabaqcadan əlbir olan bir qrup şəxs halında kiminsə evini güllələməklə ondan pul tələb edəcəklərini bilməmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir. O, Bakı şəhərində yaşayırdı. Pərvin Bakı şəhərinə gələndə ona zəng edərək qalmağa yeri olub-olmadığını soruşmuş, o da onu yaşdığı evə dəvət etmişdir. Ertəsi gün işdə olarkən BMCMİ-nin əməkdaşları gəlib yalandan avtomobillərinin batdığını deyib kömək etməyini istəmişlər. O, da müdirdən icazə almalarını bildirmiş, bundan sonra qolunu burub onu öz avtomobillərinə mindirib yaşadığı evə aparmışlar. Evə gedərkən Pərvinin evdə olmadığını, yerdə qan izləri olduğunu görmüşdür. Polis əməkdaşları ona Pərvinlə bağlı suallar vermişlər, o, da onun gecə saat 00-01 radələrində gəldiyini bildirmişdir. Daha sonra üzrərinə narkotik vaistə qoyaraq onu tutmuşlar. Onun kimisə evinə güllə atılması barədə heç bir məlumatı olmamışdır. Pərvinlə yaxın dostluq münasibəti olmayıb, sadəcə tanışıdır. Sabiri tanımır, onu görməmişdir. Şahid9 məhkəmə iclası zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində ziddiyyətlər olduğu üçün tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Şəmkir rayonunda yaşayandan dost olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Pərvin ona zəng edərək Bakı şəhərində olduğunu qalmağa yer axtardığını bildirmişdir. Həmin gecəni onların yaşadığları evdə qalmaq istədiyini bildirmişdir. O, evdə olmadığını və Esmiranın evdə olduğunu bildirmişdir. Pərvin onlara getdiyi zaman Esmira Pərvinin qarşısına çıxmış və gecəni onların evində keçirmişdir. Səhər saatlarında işdən çıxdıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitənin olmasında şübhəli olduğunu bildirdikdən sonra onlarla birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür, əməliyyat-istintaq tədbirlərinin davamı olaraq isə yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə getmişlər. Evə daxil oladuqda Təqsirləndirilən şəxs polis əməkdaşlarını görərək qorxmuş, polis əməkdaşlarının ona görə gəldiyini zənn edərək masanın üzərində olan bıçaq ilə sinə nahiyəsinə zərbə endirmiş, polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərmişlər. Ona ilkin tibbi yardım göstərildikdən sonra onu tcili ibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar, Bundan sonra baxış istintaq hərəkəti davam etdirilmiş. Evdən ona məxsus pasport və Təqsirləndirilən şəxs mobil telefonu və Pərvinin özünə xəsarət yetirdiyi bıçaq götürülmüş. Baxış istintaq hərəkətinin yekunu olaraq protokol tərtib edilmiş. Həmin protokol onun tərəfindən imzalandıqdan sonra Esmira ilə birlikdə polis idarəsinə getmişlər. Həmçinin Şahid9 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvin tərəfindən törədilən hadisələr barədə heç bir məlumatı yoxdur. Şahid7 məhkəmə iclasında iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ilin oktyabr ayından həqiqi hərbi xidmətə yollanmışdır. Həqiqi hərbi xidməti Qazax rayonun “N” saylı hərbi hissəsində başa vurmuşdur. Həqiqi hərbi xidməti 2022-ci ilin yanvar ayında bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi xidmətdə qalmaq fiikirinə gəlmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərindən müddətdən artıq hərbiçilərin kursuna başlamışdır. Kursu Şəki şəhərində keçdikdən sonra xx.xx.2022-ci il tarixdə Şəmkir rayonunda yerləşən Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. Şəmkir şəhərində xidmətə başladıqdan sonra Təqsirləndirilən şəxs ilə kafedə tanış olmuşlar. Tanışlıqları sonradan dost münasibətinə çevrilmiş, tez-tez onların evinə get-gəl yaranmış, onun özünə məxsus Vaz 21074 minik markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil var idi. O, həmin avtomobil ilə dəfələrlə Təqsirləndirilən şəxs Şəmkir şəhərində müxtəlif yerlərə aparmışdır. Bəzən də öz avtomobilini Təqsirləndirilən şəxs sürməyə etibar etmişdir. Bundan sonra 2023-cü ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq yaşadığı evin yaxınlığında bir nəfərlə görüşərək qardaşı tərəfindən göndərilən payı götürmək istədiyini və onun avtomobili ilə getmələrini xahiş etmiş və o da Pərvinlə razılaşmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə gedərək evdən götürmüş, o, Pərvini götürdükdə öz istifadəsində olan “whatsapp” sosial şəbəkəsində qardaşı Sabir Əsgərov ilə konfrans edərək danışmışlar, Sabir Əsgərovdan başqa digər şəxsdə həmin vaxtdı xətdə olmuşlar. Pərvin konfransda danışan zaman həmin şəxs Pərvinə bildirmişdir ki, “Fərid petrol” adlı yanacaq doldurma məntəqəsinə gəlsin, Pərvin də həmin şəxslə razılaşaraq onunla birlikdə ona məxsus Vaz 21074 minik markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanacaq doldurma məntəqəsinin yaxınlığına getmişlər. Orada bir az gözlədikdən sonra Pərvin mobil telefon vasitəsi ilə danışdığı şəxs yanacaq doldurma məntəqəsini tapa bilməmişdir. Sonrada ona yeri bir azda dəqiq izah elədikdən sonra Qaz 3110 dövlət qeydiyyat nömrəsini unutduğu avtomobili Şəmkir şəhərində yerləşən Elyarın marketi adlanan yerin yaxınlığına gəlmişdir. Onu gördükdən sonra marketin yuxarı hissəsində olan döngəyə girməsini Pərvin istəmiş, zəngli konfransda olan şəxs Pərvin dediklərini etdikdən sonra həmin döngəyə girmişdir. Döngəyə girdikdən sonra avtomobiləri arxa-arxaya saxlamışlar, həmin Qaz 3110 dövlət qeydiyyat nömrəsini unutduğu avtomobilin sürücüsü avtomobildən düşərək arxa oturacaqda olan qara rəngli parçaya bürələnmiş əşyanı Pərvinə vermişdir. Pərvin həmin qara parçaya bükələnmiş əşyanı ona məxsus avtomobilin baqajına qoyduqdan sonra Pərvinin yaşadığı evə getmişlər. O, Pərvini düşürdükdən sonra öz yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə təxris əmri çıxdıqdan sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhərinə öz yaşadığı evə getmişdir. 2024-cü il tarixdə fevral ayının əvvələrində Pərvinin qardaşının göstərişi əsasında tanımadığı Şəmkir şəhər sakinin evini güllələməsini bilmişdir. Həmçinin Şahid7 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxsla birlikdə Qaz 3110 dövlət qeydiyyat nömrəsini unutduğu avtomobilin sürücüsü ilə görüşərək həmin şəxsdən silah götürməsini və avtomobilinin baqajında gətirməsi haqqında məlumatı olmamışdır. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, əri Ramin 2009-cü il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra 2014-cü il tarixdə Şahid9 ilə qeyri-rəsmi münasibət qurmuşdur. 2022-ci il tarixdə onlar Şəmkir rayonundan Bakı şəhərinə köçmüşlər. Bakı şəhərinə köçdükdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, M.Mirqasımov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs ilə Şəmkir rayonunda yaşayandan Eşqinlə Pərvin dost olmuşlardır. Eşqinə görə Pərvinlə münasibətləri yaranmışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Pərvin Eşqinə zəng edərək Bakı şəhərində olduğunu qalmağa yer axtardığını bildirmişdir. Həmin gecəni onların yaşadıqları evdə qalmaq istədiyini bildirmişdir. Eşqin də həmin vaxtı işdə olmasını və onun evdə olduğunu bildirmişdir. Pərvin evin qarşısına taksi ilə gəlmişdir. O, Pərvinin qarşısına çıxmışdır. Gecə onlarda qalmış, səhər açıldıqda onlar birlikdə səhər yeməyi yemişlər. Saat 13 radələrində yaşadığı ünvanın qapısı döyülmüşdür. O, qapını açdıqda qeyri-rəsmi nigah münasibətində yaşadığı Şahid9 və onun yanında bir neçə nəfər kişi cinsindən olan şəxsləri görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşıları olduqlarını bildirmişlər. Həmin zaman evdə olan Təqsirləndirilən şəxs evdə olmuşdur. Pərvin polis əməkdaşlarının gəldiyini arxadan eşitmiş və dərhal yan otağa qaçıb stolun üstündən bıçağı götürərək ürək nahiyəsinə vurmuşdur. Bu zaman polis əməkdaşları tez bir zaman da içəri daxil olaraq ona ilk tibbi yardım göstərmiş, X15 zəng vurmuşlar. Daha sonra müəyyən edilmşdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin müvafiq madələri ilə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsində cinayət işi başlanaraq axtarış elan edilmişdir. Saat təxminən 13:03-də Təqsirləndirilən şəxs Təcili və X5 Stansiyasının 14 saylı bölməsinin işçiləri tərəfindən Sabunçu Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış və daha sonra 13:14 dəqiqədən etibarən Şahid9 yaşadığı ünvana baxış prosessual hərəkətləri davam etdirilmişdir. Baxış zamanı həmin ünvandan Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi 01 ədəd bıçaq tipli dəmir predmet aşkar olunaraq götürülmüşdür. Eləcə də Şahid9la bağlı prosessual hərəkətlər keçirildikdən sonra Eşqin və o, polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Baş idarədə izahatı alındıqdan sonra buraxılmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvin tərfindən törədilən hadisə barədə heç bir məlumatı yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Şəmkir rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 08 (səkkiz) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 fevral 2024-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekspertizasının 23 fevral 2024-cü il tarixli 9/1022 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş X11 (VÖEN: **********) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, baxış keçirilmiş 3,40x3, 60m ölçülü dəmir darvazaya dəymiş ziyanın məbləği təxminən 600,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 14 mart 2024-cü il tarixli 3-16-16/2-3/296;3/297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “TOZ BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “176472” №-li, xarici çaxmaqlı hamar qoşalüləli odlu ov tüfəngidir, lakin konsturktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, lüləsi uyğun modeldən olan “1850” №-li tüfəngin lüləsi ilə komplektləşdirilmiş, ilkin təyinatı dəyişdirilmiş qoşa lüləli tüfəng kəsiyidir – odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predment zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli olmaqla, həmin kalibrə malik yivsiz (hamar) lüləli odlu ov tüfəngləri üçün döyüş sursatı hesab edilən patrondur, isdifadəyə yararlıdır. Məhkəmə-psixiatrik ekspertizasının 07 mart 2024-cü il tarixli, 169 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xronki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Şəmkir RMX PHŞ-dan verilmiş xx.xx.2024-cü il tarixli 36 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və halhazırki psixatrik müayinənin nəticələri (ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda az ifadəli emosianal davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, kəskin psixproduktiv simtomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, onda qavrama, yaddaş təfəkkür və intellekt pozuntuları müəyyən olunmaması, törətdiyi əməldə tənqidi münasibət bəsləməsi, həmin əməldən peşiman olduğunu söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmədiyindən o, hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək , öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. 12 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, 12 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı 03 ədəd güllə gilizlərinin qırıntıları və boya qalıqları xüsusi qaydada qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. 13 yanvar 2024-cü il tarixli “götürmə aparılması haqqında” qərardan görünür ki, 13 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi ona qarşı olan hədə qorxu səsli mesajların olduğu 02 ədəd CD disk baxış keçirilərək protokolla götürülmüş və bu barədə protokol tərtib olunmaqla iş materiallarına əlavə edilmiş və 13 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi ona qarşı olan hədə qorxu mesajların olduğu 03 ədəd foto şəkillər baxış keçirilərək protokolla götürülmüş və bu barədə protokol tərtib olunmaqla iş materiallarına əlavə edilmişdir. 29 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxışışın aparılması haqqında” protokoldan görünür ki, 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına baxış keçirilmiş, baxış zamanı 01(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “TOZ BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “176472” №li, xarici çaxmaqlı hamar qoşa lüləli odlu ov tüfəngi və 2 ədəd 16 kalibirli patron xüsusi qayda qablaşdırılaraq götürülmüş, video çəkiliş edilməklə bu barədə protokol tərtib edilmişdir. 02 fevral 2024-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 02 fevral 2024-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 02 fevral 2024-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti video çəkiliş edilməklə rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 02 fevral 2024-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olan qış gödəkçəsinə baxış keçirilərək protokolla götürülmüş və bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. 02 fevral 2024-cü il tarixli“baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 10 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə 01(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “TOZ BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “176472” №-li, xarici çaxmaqlı hamar qoşalüləli odlu ov tüfəng və 2 ədəd 16 kalibirli patronlara baxış keçirilmiş baxış zamnı həmin silahi cinayət zamanı istifadə etdiyi silahı və patron olmasını təsdiq etmiş və bu barədə protokol tərtib edilmişdir. 29 yanvar 2024-cü il tarixli 3-13-110/1-2448/2024 nömrəli əməliyyat raportundan görünür ki, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin darvazasına odlu silahdan atəş açılması hadisəsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni ünvan 6 ünvanda qeydiyyatda olan və Şəmkir şəhəri, Atatürk küçəsi ev 33 ünvanında yaşayan Təqsirləndirilən şəxs törətməsi və hadisədə istifadə edilmiş odlu silah Şəmkir şəhəri, Atatürk küçəsi, ev 33 ünvanın qarşısında olan zibil tullantılarının içərisində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 05 aprel 2024-cü il tarixli 3-13-110/110/1-9845/2024 nömrəli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsində istifadə etdiyi odlu silahı hardan əldə etməsi, hadisə zamanı ona silahı gətirən şəxsin kimliyini və ona hadisə zamanı köməklik edən şəxsin müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiiş və müsbət nəticə əldə olunmamışdır. Bu istiqamətdə tədbirlər davam etdirilir. xx.xx.2024-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 il 01 ay 20 gün müddətə azalıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilən cəza 02 il sınaq müddəti tətbiq edilməklə cəzası şərti hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış protokolundan görünür ki, baxış zamanı 03 ədəd güllə gilizinin qırıntılarının hissəçikləri, 13 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində ona qarşı olan hədə qorxu səsli mesajların olan 02 ədəd CD disk, 13 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi ona qarşı olan hədə qorxu mesajların olduğu 03 ədəd foto şəkillər, 01(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “TOZ BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “176472” №-li, xarici çaxmaqlı hamar qoşa lüləli odlu silah ov tüfəngi və 2 ədəd 16 kalibirli patron, 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını özündə əks etdirən 01 ədəd DVD disk, 18 yanvar 2024-cü il tarixdə Şahid1 şahid qismində dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməlini etiraf etməsinə dair təqsirləndirilən şəxsin dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, və 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olan qış gödəkçəsi maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X12 adlı yetkinik yaşına çatmayan oğlu vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş itthamlarlar üzrə özünü təqsirli bilməyərək, heç bir cinayət törətməməsi, onda silahın olmaması və heç kimə silahdan atəş açmaması, istintaq zamanı verdiyi ifadələri polis əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncə və qeyri-insani rəftara məruz qaldığından imzalaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzləşdirmə protokolu, onun polis əməkdaşları tərəfindən fiziki zorakılığa, işgəncə və qeyri-insani rəftara məruz qalması faktının təsdiqini tapmaması barədə 29 aprel 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsini inandırıcı hesab etməyib, həmin ifadəni məsuliyytdən yayınmaq məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərəçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə ballistik ekspertizasının rəyi, məhkəmə-atəş izlərinin ekspertizasının rəyi, məhkəmə psixiatrik ekspertizasının rəyi, maddi sübutlar, baxış keçirilməsi haqqında protokol, digər istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanılmış digər sübutlarla kifayət qədər sübuta yetirilmiş,təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etməklə hədə-qorxu ilə tələb etməsi məhkəmə istintaqı zamını öz təsdiqini tapmışdır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.1-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarlarının müddəalarını da nəzərə alır. Beləki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.1-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. X9 təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumu hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini, predmetini, obyektini, obyektiv və subyektiv cəhətlərini araşdıraraq qeyd etmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayəti özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə anından bitmiş hesab edilir. X9 təsviri-əsaslandırıcı hissəsində həmçinin qeyd edilmişdir ki, hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olubolmaması əhəmiyyət kəsb etmir. Qeyd olunduğu kimi, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”03 mart 2005-ci il, 01 nömrəli Qərarının 6-cı bəndinə əsasən, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, 02 nömrəli Qərarının 2-ci bəndinə əsasən, hədə-qorxu ilə tələb etmənin soyğunçuluqdan və quldurluqdan fərqləndirilməsi məsələsini həll edərkən nəzərə alınmalıdır ki, əgər zor tətbiq etmə soyğunçuluq və quldurluqda əmlakı ələ keçirmə və yaxud onu əldə saxlama üsuludursa, zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmədə bu hədənin təsirini gücləndirmə vasitəsidir. Soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verdiyi halda, hədə-qorxu ilə tələb etmədə təqsirli şəxsin qəsdi tələb olunan əmlakın gələcəkdə əldə edilməsinə və yaxud quldurluqda və soyğunçuluqda olduğu kimi əmlakın ələ keçirilməsinə deyil, hədənin icra edildiyi vaxt və yaxud gələcəkdə əmlaka olan hüququn əldə edilməsinə və yaxud əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsinə yönəlir. X13 1-1-ci maddəsinə əsasən, CM-nin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxudonların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Göründüyü kimi şəxsin CM-nin 182.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zərərçəkmiş şəxs və ya onun yaxın qohumlarına edilən hədə aşağıdakı məzmunda ifadəolunmalıdır.: 1) onların şəxsiyyəti üzərində zor göstərmədə 2) onların haqqında rüsvayedici məlumatları yaymada 3) onların əmlakının tələf edilməsində X13 1-2-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə CM-nin 227, 232 və 235-ci maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla, istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. X13 3-cü maddəsinə əsasən, CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də CM-nin 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləciyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Yuxarıda qeyd olunan hüquqi əsaslar baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 182.2.1-ci maddəsində göstərilən formada, yəni zərərçəmkiş şəxs Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərməklə, ona məxsus şəxsi evinin darvazasına silahdan atəş açmaqla, əmlakını tələf etməklə və əmlakına 600 manat dəyərəində ziyan vurmaqla, və hədə qorxunun davamı olaraq valideyn üçün daha ağır və ciddi nəticələrə səbəb ola biləcək onun Türkiyədə təhsil alan oğlunu ölümlə hədələməklə hədə-qorxu ilə pul tələb etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 25 dekabr 1998-ci il tarixli, 02 nömrəli Qərarının 3-1-ci bəndinə əsasən, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq CM-nin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə CM-nin 182.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Bundan başqa, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə həmin maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Həmin cinayətin predmeti odlu silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğulardır. Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində sadalanan odlu silah və qeyd olunan digər predmetlərlə edilən hərəkətlər bütövlükdə silah dövriyyəsinin müəyyən növləri kimi qiymətləndirilir. Qanunun 2-ci maddəsinin 16-cı bəndinə görə, silah dövriyyəsi silahın istehsalı, gətirilməsi, aparılması, idxah, ixracı, satışı başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, uçotu, saxlanılması,gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsidir. Bu cinayətin predmetlərini qanunsuz saxlama dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. CM-nin 228.1-ci maddəsində qeyd olunan predmetləri qanunsuz daşıma dedikdə, onların yerinin dəyişdirilməsi məqsədi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının 9-cu bəndi). Göstərilən predmetlərin müvafiq xüsusi icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Odlu silahın və bu cinayətin digər predmetlərini qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarında, yaxud bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Beləlklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin və onun yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etməklə hədə-qorxu ilə tələb etmə cinayət əməllərini törətmə qiymətləndirilməklə Azərbaycan Respublikasının CM-nin 182.2.1 və 228.2.1-ci maddələri ilə tövsif edilməli və Təqsirləndirilən şəxs qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 182.2.1 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.2.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin hökümü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Şəmkir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 20 gün azalıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına və ittiham aktında residiv kimi göstərilməsinə baxmayaraq, həmin məhkumluğun ödənilməsi üçün qanunda nəzərədə tutulan müddət keçdiyindən, halhazırda heç bir hüquqi nəticə yaratmadığından ,onun əvvələr məhkum olunması ağırlaşıdırıcı hal kimi nəzərə alına bilməz. Məhkəmə, həmçinin cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1 və 228.2.1-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2024-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 373,50 (üç yuz yemiş üç manat əlli qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar- Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “TOZ BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “176472” nömrəli, xarici çaxmaqlı hamar qoşa lüləli odlu silah ov tüfəngi və 2 ədəd 16 kalibirli patron Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Silah Sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olan qış gödəkçəsi onun yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməldir. 03 ədəd güllə gilizinin qırıntılarının hissəçikləri məhv edilməldir. Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində ona qarşı olan hədə qorxu səsli mesajların olan 02 ədəd CD disk, Zərərçəkmiş şəxs təqdim etdiyi ona qarşı olan hədə qorxu mesajların olduğu 03 ədəd foto şəkillər, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını özündə əks etdirən 01 ədəd DVD disk, Şahid1 şahid qismində dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, təqsirləndirilən şəxsin dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disklər cinayət işinin materiallarında saxlanılmaldır. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi3 tərəfindən 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi3 işlədiyi Gəncə Reginal Vəkil Bürosunun hesabına 275 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 228.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 182.2.1-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli, “TOZ BM” modelli, patronluğunun uzunluğu 70 mm olan “176472” nömrəli, xarici çaxmaqlı hamar qoşa lüləli odlu silah ov tüfəngi və 02 ədəd 16 kalibirli patron Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Silah Sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olan qış gödəkçəsi onun yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin, 03 ədəd güllə gilizinin qırıntılarının hissəçikləri məhv edilsin. Zərərçəkmiş şəxs təqdim etdiyi içərisində ona qarşı olan hədə qorxu səsli mesajları olan 02 ədəd CD disk, Zərərçəkmiş şəxs təqdim etdiyi ona qarşı olan hədə qorxu mesajların olduğu 03 ədəd foto şəkillər, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasını özündə əks etdirən 01 ədəd DVD disk, Şahid1 şahid qismində dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, təqsirləndirilən şəxsin dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 373,50 (üç yüz yemiş üç manat əlli qəpik) manat məbləğində pul məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət büdcəsi hesabından Müdafiəçi3 üçün 275 manat məbləğində pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar