Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-195/2021 22.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1964-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bərdə rayonunun Otuzikilər kəndində qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, Bərdə rayon Xalq Məhkəməsinin 28.02.1991-ci il tarixli hökmü ilə Azərbaycan SSR-in CM-nin 152-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 700 Rubl cərimə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 07.07.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.11.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.10.2009-cu il tarixli qərarı ilə 01 il 11 ay 27 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, 13.08.2011-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin 12.08.2011-ci il tarixli qərarına əsasən cəzasının qalan 02 ay cəzası 300 AZN miqdarında cərimə cəzası ilə əvəz olunmuş, 06.12.2011-ci il tarixdə cərimə cəzasını ödədiyi üçün cərimə cəzasına məhkum edilmiş şəxslərin kitabından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda AR ƏN-nin PX-nin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs stintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7914.97 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və özünə məxsus Vaz 21013 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtobilində saxlamaqla daşımış, 08 dekabr 2020-ci il tarixdə saat 14 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə rayonunun Otuzikilər kəndində yerləşən yaşadığı evin qarşısında ona məxsus Vaz 21013 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb DİN-in BNMİ-nin QBRŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 ədəd ağ kağız vərəqinə bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 10.97 qram və 4.0 qram olmaqla ümumilikdə isə təmiz çəkisi 14.97 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, ona məxsus Vaz 21013 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 3 ədəd sellofan paketin içərisində olan, ayrı-ayrılıqda təmiz çəkiləri 3600 qram, 550 qram və 3750 qram olmaqla ümumilikdə külli miqdarda-yəni, təmiz çəkisi 7900 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evin qarşısında olduğu vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını bildirmələrini deyib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bununla bağlı onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. O getməyə razılaşmamış, buna görə də polis əməkdaşları ona zor tətbiq edib avtomobilə əyləşdirmişlər. BNMİ-nin QBRŞ-nin əməkdaşları onu şöbəyə gətirdikdən sonra şöbənin inzibati binasında otaqlardan birinə salmışlar. Polislər ondan narkotik vasitələri harada saxlayıb gizlətdiyini ondan soruşmuş, xatırlamadığı polis əməkdaşlarından biri onun üzərində saxladığı 1 ədəd narkotik vasitə marixuana bükümünü götürüb əvəzinə iki ədəd bükümdə narkotik vasitəni onun əynində olan gödəkçəmin sağ yan cibinə qoymuşdur. Polislər şəxsi axtarış başa çatdırdıqdan sonra şöbənin həyətinə gəlməklə, şöbənin həyətində olan zaman xatırlamadığı polis əməkdaşları sonradan polis şöbəsinə gətirilən ona məxsus avtomobilinin yük yerində olan göy rəngli sellofan torbalara narkotik vasitə olan marixuana qoymaqla videoçəkiliş ilə avtomobilə baxış keçirmişlər. Bu zaman o məcburiyyət qarşısında həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Təxminən on beş ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Özü birinci, oğlu isə ikinci Qarabağ müharibəsində iştirak edib. Odur ki, qeyd olunanların nəzərə alınmasını və ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 08 dekabr 2020-ci il tarixdə səhər saatlarında qarğılıqda gizlətdiyi marixuananı yaşadığı evə aparmaq üçün istifadəsində olan Vaz 21013 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib qarğılıq əraziyə getməsini, 1 ədəd göy sellofan torbada olan 4 ədəd çətənə kolunun yarpaqlarından qoparıb 2 ədəd kağız vərəqə bükərək şəxsi istifadəsi üçün cibinə qoymasını, içərisində 4 ədəd çətənə kolu olan sellofan torbanı isə avtomobilinin salonunda arxa oturacaqda ayaqaltı hissəyə qoymasını, bundan sonra yaşadığı evə gedərək avtomobilini evin qabağında saxlamasını, avtomobildən düşərək avtomobilində olan torbanı avtomobildən götürüb evin yaxınlığında olan borunun içinə qoymasını, evə gedərək üzərinə götürdüyü iki ədəd marixuana bükümündən birini falqaya büküb istifadə etməsini, digər bükümü isə cibində saxlamasını, həmin narkotik vasitə olan marixuanadan istifadə etdikdən sonra yabanı olduğu üçün yaxşı olmadığını və ona təsir etmədiyini görüb, buna görə də evin qabağında 2020-ci ilin oktyabr ayında su kanalının kənarından yığaraq qurudub saxladığı və 08 dekabr 2020-ci il tarixdə evin qabağına gətirib borunun arasında saxladığı marixuananı yaşadığı evin yaxınlığında olan küllüyə atmaq qərarına gəlməsini, bu məqsədlə yaşadığı evdən çıxmaqla, evin qarşısında olan borunun içərisindən içərisində 4 ədəd çətənə kolu olan 1 ədəd göy rəngli sellofan torbanı götürüb, təxminən 10 metr gedən zama “Niva” markalı avtomobilin gəlməsini, eləcə də polis əməkdaşları olduğunu düşündüyü üçün əlində olan sellofan torbanı yerə atıb orada olan avtomobilinin alt hissəsinə itələməsini, həmin vaxt mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını bildirmələrini deyib, onu polis şöbəsinə aparmalarını, BNMİ-nin QBRŞ-nin əməkdaşları onu şöbəyə gətirdikdən sonra şöbənin inzibati binasında otaqlardan birinə salaraq, xatırlamadığı mülki geyimdə olan polis əməkdaşları onun əlini qandallayıb gözlərini kağızla bağlayıb onu döyməyə başlamalarını, həmin vaxt ona narkotik vasitə satdığını bildirib, narkotik vasitələri harada saxlayıb gizlətdiyini ondan soruşmalarını, özü isə həmin şəxslərə narkotik vasitə satmadığını deməsinə baxmayaraq həmin vaxt xatırlamadığı polis əməkdaşlarından biri onun üzərində saxladığı 1 ədəd narkotik vasitə marixuana bükümünü götürüb əvəzinə iki ədəd bükümdə narkotik vasitəni onun əynində olan gödəkçəmin sağ yan cibinə qoymasını, onlar şəxsi axtarış başa çatdıqdan sonra şöbənin həyətinə gəlməklə, şöbənin həyətində olan zaman xatırlamadığı polis əməkdaşları onun avtomobilinin yük yerində olan göy rəngli sellofan torbalara narkotik vasitə olan marixuana qoymaqla videoçəkiliş ilə avtomobilə baxış keçirilən zaman həmin narkotik vasitələrin özünə məxsus olduğunu bildirilməsini tələb edildiyini, özü isə şöbənin əməkdaşlarının yenidən onu döyəcəklərindən qorxub razılaşmasını göstərməklə, sonuncu ifadəsindən fərqli olaraq ilkin ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən on beş ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. İstifadəsində ***-***-**- ** mobil nömrəsi olmuşdur. 2020-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı Bərdə rayonu, Otuzikilər kəndinin kənarından axan su kanalının yanı ilə əkin sahəsinə gedən zaman yabanı halda narkotik tərkibli çətənə bitkilərinə oxşar kollar görmüş, uzun müddətdir ki, narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin kolların yabanı halda bitən çətənə kolları olduğunu tanımışdır. Avtomobilindən yerə düşüb həmin bitkilərin budaqlarından qırıb avtomobilinin yük yerinə yığmış, sonra həmin bitkiləri yaşadığı kənddə qarğılıq ərazidə sellofan torbalara yığıb gizlətmişdir. 07 dekabr 2020-ci il tarixdə axşam saatlarında qarğılıqda gizlətdiyi marixuananı hər hansı bir şəxsin görməməsi üçün əkin sahəsinə aparıb orada basdırmaq qərarına gəlmiş, bu məqsədlə 08 dekabr 2020-ci il tarixdə saat 13 radələrində istifadəsində olan Vaz 21013 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib qarğılıq əraziyə getmiş, göy sellofan torbalarda saxladığı çətənə kollarından yığdığı marixuananı avtomobilinin yük yerinə qoymuşdur. Həmin vaxt şəxsi istifadəsi üçün həmin marixuananın üzərindən götürüb 2 ədəd kağız bükümə bükərək cibimə qoymuşdur. Bundan sonra marixuananı əkin sahəsində basdırıb saxlamaq üçün yaşadığı evdən bel götürməyə görə avtomobilini idarə edib yaşadığı evə getmiş, yaşadığı evin qarşısında avtomobilini saxlayıb sükandan düşmək istəyən zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları idarə etdiyi avtomobilə əyləşib onu avtomobildə özləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə aparacaqlarını bildirmişlər. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməyrək onlarla birlikdə həmin Şöbəyə getmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, təqdim olunmuş vəkillərin siyahısından X5 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X10 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kağız bükülünü təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Sonra həmin kütləyə baxış keçirilmiş, baxış zamanı kütlənin kəskin iyli, yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 18,52 qram gəlmiş, zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona məxsus Vaz 21013 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vəkilin iştirakı ilə baxış keçirilmiş, həmin vaxt o, avtomobilinin yük yerində narkotik vasitə marixuana saxladığını bildirmiş və cibində gəzdirdiyi avtomobilin açarı ilə avtomobilin yük yerini açıb, 1 ədəd sellofan torbanın içərisində və həmin torbanın içərisində 2 ədəd sellofan torbada olan kütləni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi sellofan torbalara baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisində olan kütlələrin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8100-8200 qram arası gəlmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə olan marixuana 2 ədəd sellofan torbada qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra ifadəsində bildirmişdir ki, üzərindən və avtomobilindən aşkar edilərək götürülən narkotik vasitədən heç kimə verməmiş, nədə ki satmamışdır. Özü istifadə etmək üçün əldə edərək üzərində saxlamış, narkotik vasitələri əldə edərək saxlamağından özündən başqa hər hansı bir şəxsin xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, 2002-ci ildən X8 xidmət edir. Ona Bərdə rayonunun, Otuzikilər kəndində yaşayan Nail adlı şəxsin üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixauana əldə edib saxlaması, istifadə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin xx.xx.1964cü il təvəllüdlü, Bərdə rayonu, Otuzikilər kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə, avtomobilinə və yaşayış yerinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində və avtomobilində narkotik vasitə marixauana gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduqdan sonra, BNMİ-nin QBRŞnin əməkdaşları Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Bərdə rayonu, Otuzikilər kəndində yaşadığı fərdi yaşayış evinin qarşısında idarə etdiyi Vaz 21013 markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə dayandığını görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilindən yerə düşmək istəyərkən onlar sonuncuya yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olmaqla avtomobili ilə birlikdə BNMİ-nin QBRŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs avtomobilini şöbənin həyətində saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobilin açarları ilə qapısını bağlayıb açarı öz üzərinə götürmüş və onlar Şöbəyə daxil olmuşlar. Şöbədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X5 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd kağız bükülüdə kəskin iyli, yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 18,52 qram olması müəyyən edilmiş, zərfdə qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış zamanı sonuncunun üzərindən aşkar edilmiş avtomobil açarları özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, özünə məxsus olduğunu, həmçinin avtomobilində də narkotik vasitə olan marixauana saxladığını və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra sonuncuya məxsus Vaz 21013 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirililməsinə başlanmış, həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin yük yerində narkotik vasitə marixuana saxladığını bildirmiş və cibində gəzdirdiyi avtomobilin açarı ilə avtomobilin yük yerini açıb, 1 ədəd böyük göy rəngli sellofan torbanın içərisində və həmin torbanın içərisində 2 ədəd sellofan torbada olan kütləni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra torbalara baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisində olan kütlələrin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər olması müəyyən edilmiş, kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 8100-8200 qram arası olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə 2 ədəd sellofan torbada qablaşdırılaraq ağzı möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə marixauana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 və Şahid3 da Şahid1la eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu, həmçinin həmkəndlisir. 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçərkən polis əməkdaşları Təqsirləndirilən şəxs təzyiq göstərərək idarə etdikləri avtomobilə əyləşdirib avtomobili idarə edib getmişlər. Təqsirləndirilən şəxs məxsus Vaz 21013 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil isə sonuncunun yaşadığı evin qarşısında qalmış, Təxminən 2-3 saatdan sonra polis əməkdaşları avtomobilin yanına gəlib Təqsirləndirilən şəxs məxsus Vaz 21013 minik markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək özləri ilə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X7 və X11 da Məftun Piriyevlə eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin BNMİ-nin QBRŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 tərəfindən verilmiş raportdan görünür ki, Daxili İşlər Nazirliyi-in BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə 08 dekabr 2020-ci il tarixdə Bərdə rayonunun Otuzikilər kəndində yaşayan Nail adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana əldə edib istifadə etməsi, üzərində saxlaması və onların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində həmin şəxsin, xx.xx.1964-cü il təvəllüdlü Bərdə şəhəri, Otuzikilər qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 dekabr 2020-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, 08 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə, avtomobilinə və yaşayış yerinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin BNMİ-nin QBRŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 tərəfindən verilmiş raportdan görünür ki, 08 dekabr 2020-ci il tarixdə saat 14:10-da DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana əldə edib istifadə etməsində, üzərində saxlamasında və onların qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən xx.xx.1964-cü il təvəllüdlü Bərdə şəhəri, Otuzikilər qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu, Otuzikilər kəndində yerləşən yaşadığı evin qarşısında ona məxsus Vaz 21013 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanından yerə düşən zaman saxlanılaraq avtomobili ilə birlikdə QBRŞ-ya gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08.12.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.12.2020-ci il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08.12.2020-ci il tarixli “axtarış, baxış və götürmə aparılması haqqında” protokollardan görünür ki, 08 dekabr 2020-ci il tarixdə saat 14 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bərdə rayonunun, Otuzikilər kəndində yerləşən yaşadığı evin qarşısında ona məxsus Vaz 21013 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb DİN-in BNMİ-nin QBRŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 2 ədəd ağ kağız vərəqinə bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 10.97 qram və 4.0 qram olmaqla ümumilikdə isə təmiz çəkisi 14.97 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, ona məxsus Vaz 21013 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 3 ədəd sellofan paketin içərisində olan, ayrı-ayrılıqda təmiz çəkiləri 3600 qram, 550 qram və 3750 qram olmaqla ümumilikdə külli miqdarda-yəni, təmiz çəkisi 7900 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 09 dekabr 2020-ci il tarixli 16/797 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “..............şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş........” yazı və imzalar olan bir ədəd kağız paketdəki, 2(iki) ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 10.97qram, 4.0qram, ümumi təmiz çəkisi 14.97qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmçinin rəydən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində, “..............şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus VAZ 21013 m.m ** BB *** d.q.n avtomobilin yük yerindən götürülmüş........” yazı və imzalar olan, 1-ci sellofan paketdəki digər 1(bir) ədəd sellofan paketdə olan 2(iki) ədəd sellofan paketdə, 2-ci sellofan paketdəki, digər 1(bir) bir ədəd sellofan paketdə olan 1(bir) ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 3600qram, 550qram, 3750qram, ümumi təmiz çəkisi 7900qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10.12.2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli 4(043)-109/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 08.12.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.12.2020-ci il tarixli 1029 saylı Azərbaycan Respublikası Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.12.2020-ci il tarixli 1030 saylı Azərbaycan Respublikası Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Otuzikilər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Xalq Məhkəməsinin 28.02.1991-ci il tarixli hökmü ilə Azərbaycan SSRin CM-nin 152-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 700 Rubl cərimə cəzasına məhkum edilmişdir. Bərdə Rayon Məhkəməsinin 07.07.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.11.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.10.2009-cu il tarixli qərarı ilə 01 il 11 ay 27 gün müddətə azadlığın məhdudlaşdırılması təyin edilmiş, 13.08.2011-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin 12.08.2011-ci il tarixli qərarına əsasən cəzasının qalan 02 ay cəzası 300 AZN miqdarında cərimə cəzası ilə əvəz olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.01.2021-ci il tarixli 22 saylı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.01.2021-ci il tarixli 19 saylı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC verilmiş sorğuya cavab olaraq “***-***-**-**” saylı nömrəyə 01.10.2020-ci il tarixdən 09.12.2020-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmin nömrənin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatları CD disk şəklində təqdim edilmişdir. Həmin diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 01.10.2020-ci il tarixdən 09.12.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Bərdə rayonu ərazisində müxtəlif anten dairələrində olmuşdur. Həmin nömrə isə 08.12.2020-ci il tarixdə saat 16:33 dəqiqədə isə Gəncə şəhərində anten dairəsində olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, 01.11.2020-ci il tarixdə Xidmət Səfərovun adına olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəyə mesaj mətni göndərilmişdir. Lakin mesaj mətnlərində iş üzrə əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2020-ci il tarixli 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 16.02.2021-ci il tarixli 200550355/01 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 06.12.2011-ci il tarixdə 300 manat məbləğində cərimə cəzasını ödədiyi üçün cərimə cəzasına məhkum edilmiş şəxslərin kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.03.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması, ona qarşı qanunsuz hərəkətlər edilməsi faktı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin polis əməkdaşları tərəfindən zor tətbiq edilərək onun üzərinə qoyulduğunu bildirməsi araşdırma materialları ilə öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.03.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, keçirilmiş istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.03.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış тəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 7913.97 qram olan marixuana Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, həmçinin 08.12.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk cinayə işinə əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Vətən Müharibəsi X4 Bərdə rayon Şöbəsi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli 008 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən 1994-cü ilə kimi Ağdam rayon istiqamətində gedən döyüşlərdə iştirak edib. 2016-cı ildən Azərbaycan Vətən Müharibəsi X2 Bərdə rayon şöbəsinin üzvüdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Vətən Müharibəsi X4 Bərdə rayon Şöbəsi tərəfindən verilmiş 24.02.2021-ci il tarixli 72062 nömrəli vəsiqənin surətindən görünür ki, X12 Azərbaycan Vətən Müharibəsi X2 Bərdə rayon şöbəsinin üzvüdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə avtomobilindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşlarının onun avtomobilinə qoymasına, üzərindən 2 büküm deyil 1 büküm narkotik vasitə olan qurudulmuş marixuana çıxmasına, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün saxladığına, dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, 1993cü ildən 1994-cü ilə kimi Ağdam rayon istiqamətində gedən döyüşlərdə iştirak etməsini, oğlu X9 Azərbaycan Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2020-ci il tarixli 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 08.12.2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 7913.97 qram olan marixuana Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 08.12.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 7913.97 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 08.12.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 7913.97 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 08.12.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra BNMİ-nin QBRŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD” disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk isə cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Xəqani Səmədov