Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-195/2022 10.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi –Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və Təqsirləndirilən şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1988-ci ildə Tərtər rayonu, Yenikənd kəndində anadan olmuş, evli, orta təhsilli, mağazada satıcı işləyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, Tərtər rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t di: Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə, saat 20:05 radələrində Hindarx- Borsunlu asfalt yolunun Tərtər rayonunun Qarağacı kəndi ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla sürücülük hüququ olmadan idarə etdiyi mülkiyyət hüququ üzrə atası X8 məxsus “VAZ 21150” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq Hindarx-Borsunlu asfalt yolunun Tərtər rayonu, Qarağacı kəndi ərazisindən keçən hissəsində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda lazımi ehtiyyatlılıq və diqqətlilik göstərməyərək Ağdam rayonu istiqamətində yolun sol kənarından sağ kənarına keçmək istəyən piyada X9 ehtiyyatsızlıqdan vuraraq sonuncunun dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid açıq kəllə-beyin travması, başın sağ alın nahiyəsinin əzilmiş yarası, sağ alın-təpə və kəllə əsası sümüklərinin sınıqları, baş beyin qişalarına, yumşaq qişa altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, sağ gözyuvasıaltı nahiyəsinin qançırı, sol kürək, sol diz oynağı, sağ diz oynağı, sağ baldır, sağ bud, sol dirsək oynağı, sol əl nahiyələrinin və sağ bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthi ilə sağ dirsək oynağı nahiyəsini əhatə edən sahənin sıyrıqları ilə müşayiət edilən xəsarətlər almasına və aldığı başın küt travması ilə əlaqədar əllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərə qansızma xəsarətləri səbəbindən 19 oktyabr 2021-ci il tarixdə ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməklə nəqliyyat vasitəsini dayandırmalı, zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda bunları etməmiş və hadisəni törətdikdən sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildiyini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə isə təqsirli bilmədiyini qeyd edib ifadəsində göstərdi ki, o,ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Yenikənd kəndində yaşayır və 1 övladı var. X9 əvvəllər tanımamışdır. 19 oktyabr 2021-ci il tarixdə, saat təxminən 20:05-də o, sürücülük hüququ olmadan atası X8 məxsus idarə etdiyi “VAZ-21150” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bibisi X22 rayonu, İsmayılbəyli kəndində yaşayan anasıgilə aparan zaman asfalt yolda avtomobili saatda təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Tərtər rayonu, Qarağacı kəndi ərazisindən keçən zaman o, yolun sağ tərəf hərəkət zolağı ilə hərəkətdə olarkən qəflətən yolun sol tərəf hərəkət zolağından çıxan piyada sonradan adı ona məlum olmuş Faniz Quliyev yolu sağ tərəfə keçmək istəyərkən həmin şəxsi görmədiyi üçün vurmuşdur. Hadisədən sonra avtomobilini saxlayıb düşmüş, lakin bibisi Vəsilənin zob xəstəliyi olduğu üçün həyəcanlandığını görüb, boğulmaması üçün Vəsiləni anasıgilə düşürüb sonra hadisə yerinə qayıtmaq qərarına gəlmişdir. Buna görə də təkrar avtomobilə əyləşib bibisini Tərtər rayonu, Bayandurlu kəndində yaşayan dayısı Ərəstunun evinə aparmışdır. Bundan sonra idarə etdiyi avtomobil işə düşmədiyi üçün dostu Samirə zəng edərək rayon polis şöbəsinə aparmasını xahiş etmişdir. Bir qədər sonra Samir onun yanına gəldikdən sonra rayon polis şöbəsinə gedərək etdiyi əməli könüllü etiraf etmişdir. X18 almış olduğu xəsarətlərdən Tərtər rayon Mərkəzi xəstəxanada öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, həmin avtomobili darə etmək üçün sürücülük hüququ olmamışdır. Hadisə baş verən zaman yanında bibisi Vəsilə olmuşdur. O, bibisi Vəsilənin həyəcanlandığını görüb boğula biləcəyindən qorxduğu üçün bibisini aparmaq qərarına gəldiyindən hadisə yerində qalmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 ifadəsində göstərdi ki, mərhum X14 onun oğludur. Faniz Quliyev onunla birlikdə yaşamışdır. X37 fəhlə işləmiş və subay olmuşdur. 19 oktyabr 2021-ci il tarixdə, saat təxminən 17:50 radələrində o, özünə məxsus iri-buynuzlu heyvanları yaşadığı fərdi yaşayış evinin həyətinə gətirmişdir. Həmin vaxt arvadı X3 X37in yaşadıqları evdə olub-olmamısını soruşmuş, Tərlan Quliyeva isə X25 rayonu, Qarağacı kəndinə gedib özünə siqaret alıb gələcəyini bildirmişdir. Bundan sonra o, özünə məxsus heyvanlara qulluq etdikdən sonra yaşadığı evə keçib çay içmək istəyən zaman bacısı və qardaşının həyat yoldaşı onun yaşadığı evə gələrək ona X25 rayonu, Qarağacı kəndi ərazisindən keçən asfalt yolda avtomobil vurmasını bildirmişdir. Həmin vaxt o, dərhal hadisənin baş verdiyi Tərtər rayonu, Qarağacı kəndi ərazisindən keçən hissəsinə getmişdir. Orada olan zaman X37i görmədiyini görüb Tərtər rayon Mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada olan zaman ona məlum olmuşdur ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə ediyi “VAZ-21150” markalı avtomobili ilə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman X37i asfalt yolu soldan sağa keçərkən vurmuş və hadisə yerindən qaçmışdır. Hadisə yerinə getmiş təcili tibbi yardım stansiyasının əməkdaşları tərəfindən X31 rayon Mərkəzi xəstəxanasına çatdırılsa da, lakin yol-nəqliyyat hadisəsi zamanı Faniz Quliyevin almış olduğu xəsarətlərdən vəfat etmişdir. Həmçinin bildirdi ki, hazırda təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs baldızı oğludur. 19 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə olan zaman anası Qəmərin qıc olması baş verdiyindən Sahildən onu anasının yaşadığı Tərtər rayonu, İsmayılbəyli kəndinə aparmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs isə etiraz etməyərək saat təxminən 20 radələrində atası X8 məxsus “VAZ-21150” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə evdən çıxıb İsmayılbəyli kəndi istiqamətində hərəkət etmişlər. Həmin vaxt o, avtomobilin arxa sərnişin hissəsinin sağ tərəfində əyləşmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə Ağdam rayonu istiqamətində Tərtər rayonu, Qarağacı kəndi ərazisindən keçən asfalt yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman qəflətən asfalt yolun sol tərəfindən çıxan sonradan adı ona məlum olan piyada X9 vurmuşdur. Lakin o, avtomobilin arxa sərnişin hissəsinin sağ tərəfində əyləşdiyi üçün qarşı tərəfi yaxşı görə bilmədiyindən hadisənin necə baş verdiyini görə bilməmişdir. Hadisədən sonra bu barədə Təqsirləndirilən şəxs ona Faniz Quliyevin asfalt yolun sol tərəfindən hərəkət istiqamətinə qəflətən çıxdığından yolnəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Təqsirləndirilən şəxs avtomobili saxlayıb aşağı düşmüş, lakin onun zob xəstəliyi olduğundan həyəcandan boğulduğu üçün Sahil təkrar avtomobilə əyləşərək onu Tərtər rayonu, Bayandurlu kəndində yaşayan qaynı Ərəstunun evinə aparmışdır. Orada özünə gəldikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkətə gəlmədiyini görüb dostu Samirə zəng edərək onu Tərtər rayon polis şöbəsinə aparmasını xahiş etmişdir. Samir gəldikdən sonra Sahili götürüb rayon polis şöbəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Tərtər RPŞ-nin DYPB-ndə xidmət edir. Təqsirləndirilən şəxs və X9 əvvəllər tanımamışdır. Heç bir qohumluq əlaqəsi və ya ədavəti yoxdur. 19.10.2021-ci il tarixdə saat təxminən 20:20 radələrində Tərtər rayonu, Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat aldığından hadisə yerinə getmişdir. Hadisə Hindarx-Borsunlu asfalt yolunun Tərtər rayonu, Qarağacı kəndi ərazisindən keçən hissəsində baş vermişdir. O, hadisə yerinə çatanda artıq mərhum Faniz Quliyevin xəstəxanaya aparıldığını görmüşdür. Bundan sonra radiostansiya vasitəsi ilə növbətçi hissəyə məlumat verərək istintaq-əməliyyat qrupunun gəlməsini xahiş etmiş və özü DYPB-nin digər əməkdaşları ilə birlikdə hadisə yerində gözləyərək hadisə yerini mühafizə etmişdir. Həmin vaxt baş vermiş hadisəni törədən sürücü, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs hadisə yerindən qaçması məlum olmuşdur. Bundan sonra o, dərhal Təqsirləndirilən şəxs tapılması isitiqamətində tədbirlər görülməsi üçün aidiyyəti üzrə məruzə etmiş və əməkdaşlara lazimi göstərişlər vermişdir. Hadisə yeri baş müstəntiq tərəfindən istintaq əməliyyat qrupunun üzvlərinin, hal şahidlərinin iştirakı ilə müayinə olunmuşdur. Hadisə yeri yolun Qarağacı kəndi hissəsindən keçən hissəsi olmuş və sol tərəf hissəsində yaşayış məntəqələri, yaxınlıqda dayanacaq və piyada keçidi, həmçinin Qarağacı kəndinə döngə olmuşdur. Müayinə zamanı yolun sol tərəf hissəsinə tökülmüş qan izləri və ət qırıntılarına, sağ tərəfə tökülmüş həmin vaxt mərhum Faniz Quliyevin əlində olmuş əşyaların və avtomobilin ön şüşə və işğının şüşəsindən tökülmüş qırıntılarına, o cümlədən sağ tərəf hissədə aşkar edilmiş avtomobilin sol yan güzgüsünə uyğun olaraq avtomobilin hərəkət istiqamətinin yolun piyadaya nisbətdə sağ tərəfi olması, həmçinin avtomobilin markasının “VAZ-21150” markalı olması müəyyən edilmişdir. Qan izləri hərəkət hissəsinn sağ kənarına nisbətdə 4.6 metr, şüşə qırıntılarına nisbətdə isə 4,7 metr məsafədə yerləşmişdir. Sağ tərəf yol çiyni və ehtiyyat hissə 2,4, sol tərəfi isə 1,7 metr olması müəyyən edilmişdir. Hadisə yeri müayinə olunduqdan sonra protokol tərtib edilmiş, o, həmçinin hal şahidləri və digər iştirakçılarla birlikdə həmin protokolu imzaları ilə təsdiq etmişlər. Tərəflərindən sürücünün şəxsiyyətinin və avtomobilin yerinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, Faniz Quliyev isə aldığı xəsarətlərdən xəstəxanaya çatdırılmasına baxmayaraq ölmüşdür. Lakin hadisədən bir qədər sonra sürücü Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gələrək təslim olduğunu öyrənmişdir. Sonradan ona Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan və sərxoş olmadan idarə etdiyi “VAZ- 21150” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada X9 vuraraq hadisə yerindən qaçması, sonra isə rayon polis şöbəsinə gələrək təslim olması məlum olmuşdur. Həmçinin ifadəsində bildirmişdir ki, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin gün Tərtər TTYS-də sərxoşluq müayinəsindən keçirilən zaman sərxoş olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Eldəniz oğlu Şahid3 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 19.10.2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Hindarx-Borsunlu asfalt yolunun Tərtər rayonu, Qarağacı kəndi ərazisindən keçən hissəsidir, yolun sol tərəfi kənd tipli tikililərlə, sağ tərəfi isə əkin sahələri ilə əhatə olunmuşdur və ətrafda yaşayış məntəqələri vardır. Yolun səthi düzdür, qurudur, bişmiş asfalt təbəqə ilə örtüklüdür. Hadisə baş verən yerdə yolun ümumi eni 7,6 metr, hadisənin baş verdiyi hərəkət hissəsinin eni 3,8 metrdir, hadisə yerində yerə tökülmüş qan izlərinə, avtomobildən tökülmüş ehtiyyat hissələrinin qırıqlarına və piyadanın əlində olmuş sellofandan tökülən qırıntılara uyğun olaraq, həmçinin 22 oktyabr 2021-ci il tarixdə təkrar müayinə zamanı sürücünün göstərməsinə uyğun olaraq piyadanı vurma nöqtəsi müəyyən edilmişdir. X33 asfalt yolu avtomobilin hərəkət istiqamətinə nəzərən sol tərəfdən sağ tərəfə iti yerişlərlə keçmək istəmiş və vurulma nöqtəsinə qədər 4,6 metr məsafə qət etmişdir. Hadisə yerində tormoz izi müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş “yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə baş verdiyi yer Hindarx-Borsunlu asfalt yolunun Tərtər rayonunun Qarağacı kəndi ərazisindən keçən hissəsidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 19 oktyabr 2021-ci il tarixli 581 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluğu olmadığı müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X11nin 22 oktyabr 2021-cu il tarixli, 390 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol əl nahiyəsinin səthi dəri kəsilmələri kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni 19.10.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X23-Təcrübi Tədris” birliyinin 16 noyabr 2021-ci il tarixli, 19 saylı ekspert rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər-açıq kəllə-beyin travması, başın sağ alın nahiyəsinin əzilmiş yarası, sağ alın-təpə və kəllə əsası sümüklərin sınıqlar, baş beyin qişalarına, yumuşaq qişa altına, baş-beyin toxumasına və mədəciklərinə qansızması, sağ gözyuvasıaltı nahiyənin qançırı, sol kürək, sol diz oynağı, sağ diz oynağı, sağ baldır, sağ bud, sol dirsək oynağı, sol əl nahiyələrinin və sağ bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthi ilə sağ dirsək oynağı nahiyəsini əhatə edən sahənin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza nəticəsində törənə bilər, müddəti qərarda göstərilən 19.10.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, qişalar altına, baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun ölümü meyitin məhkəmə-tibbi müayinəsindən əvvəl doğru 2-4 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qruppu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, prizalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (03.11.2021-ci il tarixli, 3503/k №-li akt). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021-ci il tarixli 8/2953 saylı rəyindən görünür ki, «VAZ-21150» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən piyada X6 hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X11” Publik hüquqi şəxsin 14 dekabr 2021-ci il tarixli, 912/2021-MTBŞ saylı ekspert rəyindən görünür ki, X6 ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/İ/. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş damalı dəftər vərəqi kəsiyi üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X10 məxsus ola bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 05 yanvar 2022-ci il tarixli, 02 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin 14 yanvar 2022-ci il tarixli 309-123-122 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi verilməmişdir və halhazırda sürücülük hüququndan məhdudlaşdırılmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X27 Ərazi bölmələrinin idarəetmə birliyi Tərtər Rayon Mərkəzi X16 şəxsin 25 oktyabr 2021-ci il tarixli, 869 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər RMX PHŞ-ya müraciət etməyib və poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22 yanvar 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X8 məxsus “VAZ 21250” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, hadisə yerindən götürülmüş X10 aid qan nümunələri, avtomobilə aid sol yan güzgü və avtomobilin sol ön sola dönmə xəbərdaredici işiğının qırıntıları maddi sübut qismində tanınmış və “VAZ 21250” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Tərtər rayon polis şöbəsinin DYPB-nin duracağına, hadisə yerindən götürülmüş X10 aid qan nümunələri, avtomobilə aid sol yan güzgü və avtomobilin sol ön sola dönmə xəbərdaredici işiğının qırıntıları maddi sübutların saxlama otağına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 19 oktyabr 2021-ci il tarixli “könüllü gəlib təqsirini boynuna almaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə könüllü olaraq Tərtər rayon polis şöbəsinə gələrək törətdiyi əməli etiraf etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd İƏD üzrə nümayəndəsinin 09 noyabr 2021-ci il tarixli, 271 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri-arvadı X20 və oğlu X17 ilə birlikdə Tərtər rayonu, Yenikənd kəndində yaşayır və yaşayış yeri üzrə müsbt xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 19.10.2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Tərtər Rayon Məhkəməsinin 22.10.2021-ci il və 26.11.2021-ci il tarixli tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 19.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, 26.11.2021-ci il tarixdə həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxs X13 tərəfindən verilmiş 23.02.2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, X13 təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur və ona dəymiş ziyan tamamilə ödənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan atası X8 məxsus “Vaz 21150” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxs X9 vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə zərərçəkmiş şəxsi vurduqdan sonra avtomobili saxlamış, lakin bibisi Vəsilənin zob xəstəliyi olduğu üçün həyəcanlandığını görüb törətdiyi əməlin mahiyyətini və nəticəsini başa düşməsinə baxmayaraq öz avtomobilinə minərək qanunla onun üzərinə düşən vəzifələrin icrası məqsədi ilə heç bir hərəkət icra etməyərək hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağ olub-olmamasını müəyyən etməyə cəhd belə etməmiş, təcili tibbi yardıma zəng etməmiş, polis orqanına törətdiyi cinayət əməli barədə heç bir məlumat verməmişdir. Əksinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vurduqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobillə vurduqdan sonra qeyd edilən maddədə göstərilən vəzifələri və ya ən azı onların bir hissəsini icra etməli idi. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 37ci maddəsinin İV hissəsində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı: - nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; - zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; - hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə himayəsində azyaşlı övladının olmasını, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkum olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif olunur. Zərərçəkmiş şəxsin ölümü yolnəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cəza təyin ilə bağlı məhkəmə onu xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan zərərçəkmiş şəxsi avtomobillə vurub, hadisə yerindən qaçsa da, törətdiyi cinayət barədə səmimi etiraf etmiş, könüllü gələrək təqsirini boynuna almış, həmin hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən razı qaldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası və CM-nin 264-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın qanunla nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Həmçinin məhkəmə hesab edir ki, Cinayət Məcəllənin 68.1.1-1, 66.3 və 66.4-cü maddələrinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndinin 2-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində əsasən hesab edir ki, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın icrası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 66-cı maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza ilə bağlı cəzaçəkmə müəssisəsinin növünə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qəsdən törədilən böyük ictimai təhlükə törətməyən – Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə əsas cəza qismində azadlıqdan məhrum etmə deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin olunacağından, eyni zamanda ehtiyatsızlıqdan törədilən – Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə təyin olunacaq əsas cəzanın – azadlıqdan məhrum etmənin müddəti 5 ildən artıq olmadığından, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 19 oktyabr 2021-ci il tarixdən 10 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay, 21 (iyirmi bir) gün müddət ona təyin ediləcək cəzaya daxil edilərək həmin cəzadan çıxılmalıdır və onun üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərində saxlanılacaq cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.3-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunaraq Tərtər rayon polis şöbəsinin DYPB-nin duracağında saxlanılan “VAZ 21150” markalı, **-OZ-*** qeydiyyat nişanlı avtomobil qanuni sahibi X8 qaytarılmalı, hadisə yerindən götürülmüş X10 aid qan nümunələri, avtomobilə aid sol yan güzgü və avtomobilin sol ön sola dönmə xəbərdaredici işiğının qırıntıları məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 100 (yüz) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Tərtər rayon Vəkil Bürosunun vəkili X15 prosessual hərəkətlərdə 30 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 28 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdən 10 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay, 21 (iyirmi bir) gün müddət ona təyin edilmiş əsas cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 8 (səkkiz) ay, 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş 5 (beş) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X7 vəkil işlədiyi Tərtər rayon Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Məhkəmə məsrəfi hesab edilən 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-195/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-195/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver