Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-195/2023 09.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, X4 (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1974-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Gədəbəy rayonu, Cücənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi traktorla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 01 fevral 2021-ci il tarixdə saat 18 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 29-cu maddəsinin tələblərini pozaraq sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi mərhum atası X3 miras qalmış “DT-75” markalı traktorla Gədəbəy rayonu, Mormor kəndi ərazisində hərəkətdə olarkən həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu təqdirdə həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, yolun çox qarlı olması səbəbindən traktoru yolun sol tərəfinə çıxararaq dərəyə aşırması nəticəsində traktorun kabinəsinda olan sərnişin X8 alt çənənin əzilmiş yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran və açıq kəllə beyin travması, baş beyinin əzilməsi, sağ gicgah və sağ almacıq sümüyünün açıq sınığı, döş qəfəsinin qapalı küt travması, döş sümüyünün, sağ beşinci qabırğanın qapalı, qəlpəli sınığı, sağ ağciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma qismində həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran xəsarətlər yetirərək, açıq kəllə beyin travması, baş beyinin əzilməsi səbəbindən ehtiyatsızlıqdan X7 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Cücənli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 90-cı illərdə kolxozda əkinlə məşğul olarkən ermənilər tərəfindən topdan mərmi atılması nəticəsində qolunun birini itirmişdir və əmək zədəsi ilə əlaqədar ömürlük ikinci qrup əlilliyə görə əmək pensiyası alır. Mərhum atası X3 ona “DT-75” markalı traktor miras qalmışdır. Həmin traktoru idarə etmək üçün heç bir hüquqverici sənədi olmamışdır. Traktoru idarə etməyi atası Əhməd Zeynalov öyrətmişdir. Həmin traktorla kəndlərində əkin-biçin işlərində işləyib ailəsini dolandırmışdır. Qış fəslində N saylı hərbi hissənin postlarına gedən yolları qar yağıb bağlayanda könüllü olaraq həmin traktorla yolların qarını təmizləmişdir. Ümumiyyətlə, mərhum atası Əhməd Zeynalovun sağlığından indiyədək daim hərbiyə kömək məqsədi ilə qış aylarında postlara gedən yolun qarını təmizləmişlər. Birinci Qarabağ müharibəsi dövründə də atası Əhməd Zeynalov qış aylarında həmin traktorla postlara gedən yolların qarını təmizləyərək hərbiçilərə əllərindən gələn köməkliyi etmişdir. Yolları təmizləmək üçün hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətçi işləyən Şahid1 ona traktorun yanacağını verirmiş. 31 yanvar 2021-ci il tarixdə Şahid1 zəng edib “İsgəndər qalası” postuna gedən yolları qar bağladığını deyib qarı təmizləməyi xahiş etmişdir. Şahid1lə razılaşmışdır. 01 fevral 2021-ci il tarixdə saat 09 radələrində İsgəndər qalasına gedən yolların qarını təmizləmək üçün idarə etdiyi “DT-75” markalı traktorla yaşadığı evdən çıxıb getmişdir. X16 da Cücənli kəndində qonşuluğunda yaşamışdır. Yolda Seymurla qarşılaşmışdır. O, Seymurdan hara getdiyini soruşan zaman “İsgəndər” qalasına gedən yolun qarını təmizləməyə getdiyini bildirmişdir. Seymur Məmmədov onunla birlikdə getmək istədiyini demişdir. X10 razılaşmayıb, yolların pis vəziyyətdə olduğunu deyib getməməyi məsləhət görmüşdür. X18 razılaşmamışdır və onlar birlikdə “İsgəndər” qalasına gedən yolların qarını təmizləməyə getmişlər. Şahid1lə görüşən zaman sonuncu yolları təmizləmək üçün 60 litr yanacaq vermiş və əgər lazım olsa yenə də yanacaq gətirəcəyini demişdir. Hər üçü birlikdə yolun qarla bağlanmış hissəsinə gedib çıxmışlar. O, yolun qarını təmizləməyə başlamışdır. Şahid1 və Seymur Məmmədov qarla bağlanmış yoldan bir qədər aralıda ocaq qalamış və birlikdə yemək yemişlər. Sonra yenidən yolun qarını təmizləməyə başlamışdır. Bir qədər sonra Seymur Məmmədov yanına gəlib traktorun kabinəsinə çıxmaq istəmişdir. Seymur Məmmədova “sən minmə, qar uçqunu ola bilər, bədbəxt hadisə baş verə bilər” demişdir. X5 razılaşmayıb traktorun kabinəsinə minmişdir. Təxminən 10 dəqiqə yolu təmizlədikdən sonra qəflətən X16 “getdik” demişdir. Traktorun necə aşmasını və dərəyə yuvarlanmasını dəqiq xatırlaya bilmir. Hadisə Mormor kəndi istiqamətində geri qayıdarkən baş vermişdir. Traktor sol tərəfə dərəyə aşmışdır. Həmin vaxt Şahid1 yanına gəlmiş və zəng edib hadisə ilə bağlı kiməsə məlumat verib köməyə çağırmışdır. Sonradan olanları xatırlamır. Özünə gəldikdə Gəncə şəhərində xəstəxanada olduğunu görmüşdür. Heç biri hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə zamanı idarə etmiş olduğu “DT-75” markalı traktor keçmiş “kolxoz sovxoz” sistemi ləğv olunduqdan sonra sənədlə mərhum atası Əhməd Zeynalova verilmiş, sonuncu həmin traktoru özəlləşdirmişdir. Lakin traktora dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi alınmamışdır. Onun adına həmin traktorla bağlı heç bir sənədləşmə yoxdur. 2014-cü ildə atası X11 rəhmətə getdikdən sonra həmin traktor ona atasından miras qalmışdır və faktiki olaraq traktor onun mülkiyyətində olmuşdur. Traktorun heç bir qeydiyyat nömrəsi olmamışdır. Traktoru idarə etmək üçün heç bir hüquqverici sənədi olmamışdır. Hadisə nəticəsində traktora təxminən 1500 manat maddi zərər dəymişdir. Həmin yolları təmizləmək müqabilində hərbi hissədən hər hansı əmək haqqı almamış, heç bir müqavilə olmamışdır. Hər dəfə yolları təmizləməyi Şahid1 ondan xahiş edib və yolu təmizləməyi üçün traktora dizel yanacağı vermişdir. Şahid1 xahişini qəbul edib hərbiyə kömək məqsədi ilə özü könüllü olaraq yolun qarını təmizləmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq keçirir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, mərhum X14 onun oğlu olub. Təqsirləndirilən şəxs isə qonşusudur. Seymur Məmmədov fəhləlik etməklə ailəsini dolandırmışdır. 01 fevral 2021-ci il tarixdə səhər saatlarında oğlu Seymur Məmmədov qonşusu Təqsirləndirilən şəxsla birlikdə sonuncunun “DT-75” markalı traktoru ilə Gədəbəy rayonu, Mormor kəndi ərazisində N saylı hərbi hissənin postlarına gedən yolların qarını təmizləməyə getmişlər. Həmin gün təxminən saat 18 radələrində həmkəndlilərindən Təqsirləndirilən şəxs idarə etdiyi “DT-75” markalı traktorun qarda sürüşərək dərəyə aşdığını və hadisə nəticəsində oğlu Seymur Məmmədovun hadisə yerində öldüyünü eşitmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sürücü vəzifəsində xidmət edir. Gədəbəy rayonu, Cücənli kənd sakini Təqsirləndirilən şəxs və X9 hər ikisini əvvəlcədən tanımışdır. Təqsirləndirilən şəxs öz kəndlərində və eləcə də qonşu kəndlərdə “DT-75” markalı traktoru ilə əkin-biçin işlərində işləyərək ailəsini dolandırmış, eyni zamanda hərbi hissənin postlarına gedən yollar qış fəslində qarla bağlanan zaman bir neçə dəfə traktoru ilə gəlib yolları təmizləmişdir. Hərbi hissədə təkcə o, Təqsirləndirilən şəxs tanıdığına görə hər dəfə yollar qarla bağlananda zəng edib sonuncunu çağırırmış. Təqsirləndirilən şəxs yolları açmaq müqabilində əməkhaqqı verməmişlər, yalnız traktorun yanacağını vermişlər. 31 yanvar 2021-ci il tarixdə tabor komandiri postlara gedən yolların qarını təmizləmək lazım olduğunu bildirib Təqsirləndirilən şəxs çağırıb yolları təmizlətməyi tapşırmışdır. Həmin gün Təqsirləndirilən şəxs zəng edib “İsgəndər qalası” postuna gedən yolun qarla bağlandığını bildirib traktoru ilə gəlib yolları açmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs telefon danışığı zamanı onunla razılaşıb traktorun yanacağını verməyi xahiş etmişdir. 01 fevral 2021-ci il tarixdə saat 09 radələrində Gədəbəy rayonu, İsalı kəndi ərazisində Təqsirləndirilən şəxsla görüşən zaman Seymur Məmmədov da oraya gəlib hara getdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs Seymur Məmmədova postlara gedən yolları qardan təmizləməyə getdiyini bildirmişdir. Həmin vaxt Seymur Məmmədov da onlarla getmək istədiyini demişdir. Əvvəlcə razılaşmasalar da, Seymur Məmmədov israrla onlarla gedəcəyini bildirmişdir. Traktorda üç nəfər birlikdə gedə bilmədiyi üçün İsalı kənd sakini Vüsal adlı şəxsdən Niva markalı avtomobili ilə onları Mormor kəndinin qurtaracağına kimi aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs traktorla, Seymur və o isə həmin “Niva” markalı avtomobil ilə Mormor kəndinin qurtaracağına qədər getmişlər. Tabor komandiri həmin yerə 60 litr yanacaq göndərmişdir. Təqsirləndirilən şəxs yanacağı traktora tökmüşdür. Yanacaq çatmayacağı halda əlavə yanacaq gətizdirəcəyini Murada bildirmişdir. Oradan Təqsirləndirilən şəxs yolların qarını təmizləyə-təmizləyə İsgəndər postuna gedən yola tərəf getməyə başlamışdır. Seymur və o, traktorun ardınca piyada getməyə başlamışlar. Qarla bağlanmış yollara çatmamış dinc bir yerdə Təqsirləndirilən şəxs və Seymur Məmmədovla birlikdə yemək yemişlər. Yeməkdən sonra Təqsirləndirilən şəxs traktorla posta gedən yolun qarını təmizləməyə başlamışdır. Seymur Məmmədov təxminən 15-20 dəqiqə onunla həmin yerdə oturub söhbət etdikdən sonra ayağının ağrıdığına görə piyada gedə bilməyəcəyi üçün gedib traktorun kabinəsinə minmişdir. O isə traktorun arxasınca piyada getmişdir. Təqsirləndirilən şəxs traktorla təxminən 4 kilometr yolu qardan təmizlədikdən sonra külək əsməyə başladığı üçün işi yekunlaşdırıb növbəti gün davam etməyi qərara almışlar. O, bir qədər qabaqda gedib Mormor yaylağında onları gözləmişdir. Təqsirləndirilən şəxs traktorla geri qayıtmaq istəyərkən traktorun sol tərəf sepinin qar boşluğuna düşüb sol tərəfi üstdə aşdığını, Seymur və Muraddan hansınınsa kabinədən düşdüyünü görmüşdür. Dərhal baş vermiş hadisə barədə tabor komandirinə məlumat vermişdir. Daha sonra dərənin dibinə gəlib traktora baxan zaman onların heç birinin traktorun içində olmadığını və traktorun mühərrikinin işlək vəziyyətdə olduğunu görmüşdür. O, üzü yuxarı qalxıb traktorun aşdığı yerdən bir az aşağıda Seymur Məmmədovun öldüyünü, Təqsirləndirilən şəxs isə yaralı olduğunu görmüşdür. Yaxınlaşan zaman Murad ondan mobil telefonunu istəyib İsalı kəndində yaşayan qohumu Valeh adlı şəxsə zəng edərək traktoru aşırdığını bildirib köməyə gəlmələrini xahiş etmişdir. O, yenidən tabor komandirinə zəng edərək Seymur Məmmədovun öldüyünü, Təqsirləndirilən şəxs isə yaralı olduğunu bildirib təcili köməyə gəlmələrini xahiş etmişdir. Təxminən 15 dəqiqə sonra tabor komandiri Şahid2, daha sonra isə hərbi tibbi yardım maşını hadisə yerinə gəlmiş və Muradı tibbi yardım maşınına qoyub aparmışlar. Təqsirləndirilən şəxs ümumiyyətlə spirtli içki içən deyil, həmçinin sonuncu həmin gün də traktoru ayıq vəziyyətdə idarə etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-2021-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 1-ci taborunun komandiri vəzifəsində xidmət etmiş, 01 may 2022-ci il tarixdən ordu sıralarından ehtiyata buraxılmış, hal-hazırda təqaüdçüdür. Uzun müddət N saylı hərbi hissədə xidmətdə olmağı ilə əlaqədar olaraq Gədəbəy rayonu, Cücənli kənd sakini Təqsirləndirilən şəxsu da qiyabi olaraq tanımışdır. 2020-ci ildə Vətən müharibəsindən sonra hərbi hissənin ərazisi genişləndiyi üçün hərbi hissənin texnikaları Daşkəsən rayonu, istiqamətində təxliyyə yollarının qardan təmizlənməsinə cəlb olunmuşdur. Ona görə də 2021-ci ilin yanvar-fevral aylarında şərti adı “İsgəndər qalası” olan döyüş mövqelərinə gedən yolların qardan təmizlənməsi üçün mülki əhalidə olan texnikalardan istifadə etmişlər. Çünki “İsgəndər qalası” döyüş postu elə bir vacib mövqedir ki, oraya gedən yollar daim açıq vəziyyətdə olmalıdır ki, hərbi qulluqçuların hərəkəti mümkün olsun. Ona görə də 31 yanvar 2021-ci il tarixdə N saylı hərbi hissəsinin 1-ci taborunun komandiri vəzifəsində xidmət etdiyi dövrdə həmin taborda sürücü vəzifəsində xidmət edən Şahid1 tapşırmışdır ki, “İsgəndər qalası”na gedən yolların qardan təmizlənməsini mülki əhalidə olan texnikalar vasitəsi ilə təmin etsin və həmin texnikanın yanacağını öz şəxsi hesabına verəcəyini bildirmişdir. Şahid1 bildirmişdir ki, həmin yolların qardan təmizlənməsini Gədəbəy rayonu, Cücənli kənd sakini Təqsirləndirilən şəxs xahiş edəcək, sonuncu razı olsa gəlib yolların qarını təmizləyəcək. Həmin gün Şahid1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxsla danışıb razılaşmış və növbəti gün, yəni 01 fevral 2021-ci il tarixdə sonuncu öz texnikası ilə gəlib postlara gedən yolların qarını təmizləyəcəkdir. O, yolların qardan təmizlənməsi üçün öz şəxsi hesabına 60 litr yanacaq alıb Təqsirləndirilən şəxs Şahid1 vasitəsi ilə göndərmiş və bildirmişdir ki, yanacaq çatmasa əlavə yanacaq da alıb verəcək. 01 fevral 2021-ci il tarixdə saat 18 radələrində Şahid1 zəng edib yolları qardan təmizləyən zaman Təqsirləndirilən şəxs idarə etdiyi traktorun qarda sürüşərək dərəyə aşdığını və traktorun kabinəsində olan Seymur Məmmədovun hadisə nəticəsində öldüyünü bildirmişdir. Bu barədə dərhal hərbi hissə komandirinə məruzə edib hadisə yerinə getmişdir. Hadisə yerində Seymur Məmmədovun həqiqətən də öldüyünü, Təqsirləndirilən şəxs isə yaralı halda olduğunu görmüşdür. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Mormor kəndi ərazisində yerləşən “İsgəndər” qalasına gedən yolda yerləşən torpaq örtüklü, üzəri qarla örtülmüş bir tərəfli yoldur. Hadisə baş verən yolun eni 3 metrdir, yolun sağ tərəfi dağlıq, sol tərəfi isə hündür dərə ilə əhatə olunmuşdur. Hadisə yerinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yolu qardan təmizləyərkən Təqsirləndirilən şəxs idarə etdiyi “DT-75” markalı traktor yoldan sol tərəfə aşaraq dərəyə tərəf istiqamətlənmiş və təxminən 20 metr sonra Təqsirləndirilən şəxs və onun yanında olan Seymur Məmmədov traktorun kabinəsindan düşmüş, sonra traktor 60 metr dərinlikdə dərənin dibinə yuvarlanmışdır. Hadisə yerində X7 meyiti aşma nöqtəsindən 20 metr aşağıda, “DT-75” markalı traktorun dayandığı dərədən 60 metr yuxarıdır. Meyitin yanında “DT-75” markalı traktora məxsus yanacaq çəni və oturacaq vardır. Hadisə yerinə baxış zamanı hadisə yerində tormoz izləri aşkar edilməmişdir. “DT-75” markalı traktoru hadisədən sonra dayandığı yerdən çıxarmaq mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 3-22). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 03 nömrəli rəyindən görünür ki, X7 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-politravma-açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah və sağ almacıq sümüyünün açıq sınığı, döş qəfəsinin qapalı küt travması, döş sümüyünün, sağ 5-ci qabırğanın qapalı, qəlpəli sınığı, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qan axma, alt çənənin əzilmiş yarası,sıyrığı, sağ dirsək oynağının, sağ və sol saidin, sağ əlin, sağ budun, sağ və sol dizin, sol baldırın sıyrıqları küt əşyaların təsirindən, ola bilsin qərarın təsviri hissəsində göstərilən 01 fevral 2021-ci il tarixli tırtıllı traktorun dağdan aşması nəticəsində törənmişlər. Qeyd olunan xəsarətlər açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah və sağ almacıq sümüyünün açıq sınığı, döş qəfəsinin qapalı küt travması, döş sümüyünün, sağ 5-ci qabırğanın qapalı, qəlpəli sınığı, sağ ağ ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qan axma həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma, alt çənənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir. X2 ölümünə səbəb açıq kəllə-beyin travması, baş beyinin əzilməsi olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 15-18 saat əvvəl müddətə baş vermişdir. X2 meyitinin bədənində aşkar olunmuş xəsarətlər traktorun aşması nəticəsində törənə bilərdilər. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya müayinəsində etil spirti aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 59-63). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər Vİİ boyun fəqərəsinin, sağ tərəfli İV-V-Vİİ qabırğaların yerini dəyişmiş sınıqları, sağ tərəfli pnevmatoraks, sağ bazu sümüyünün sınığı, sağ bud və baldır sümüklərinin açıq sınığı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 01 fevral 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 82-83). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 aprel 2021-ci il tarixli, 8/716 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “DT- 75” markalı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: cild İ, səh. 102-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatriya ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 738 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir (iş vərəqə: cild İ, səh. 188-189). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 fevral 2021-ci il tarixli, 42 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur (iş vərəqə: cild İ, səh. 23). Azərbaycan Respublikası kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 25/xx-xx-1154 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi haqqında məlumat qeydə alınmamışdır (iş vərəqə: cild İ, səh. 120). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 167). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.119). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X13 cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasına dair ərizə təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 56). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının İsalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Cücənli kəndində qeydiyyatdadır və himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh. 124). Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh. 126-127). Cinayət işinin materiallarına əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının İsalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 125). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsinin 2 saylı Qazax-Tovuz Regional filialının 01 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1993-cü il tarixdən əmək zədəsi ilə bağlı ikinci qrup əlilliyə görə ömürlük əmək pensiyası alır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ikinci qrup ömürlük əlil olmasını, əməlindən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, evli olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun əmək zədəsi ilə əlaqədar bir qolunu itirərək ikinci qrup ömürlük əlil olmasını, hadisə nəticəsində özünün də ağır xəsarətlər almasını, əməlindən səmimi peşmanlığını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfləri – 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Natiq Əliyev (sədrlik edən) Roman Ələkbərli (məruzəçi hakim) Dadaş İmanov
Məhkəmə qərarları › İş №1(100)-195/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-195/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver