Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-196/2021 16.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X6 və X16 oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1995-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 sentyabr 2020-ci il tarixdə saat təxminən 17:30 radələrində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yerləşən Şahid1 məxsus olan, “Playstation” adlı, oyun zalı kimi fəaliyyət göstərən fərdi obyektin həyətyanı sahəsində Zərərçəkmiş şəxs onu yumruqla bir dəfə vurmasına görə aralarında baş vermiş mübahisə zamanı qisas almaq məqsədilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs kürək və sinə nahiyələrindən 7 (yeddi) dəfə qəsdən vuraraq sonuncuya döş qəfəsinin arxa səthində - sol onurğa yanı xətt üzrə İX-X qabırğaarası nahiyənin, bayır kürək xətti üzərinin, sağ onurğayanı xətt üzrə X-Xİ qabırğaarası nahiyədə, onurğa üzərində İİİ-İV döş fəqərəsi nahiyəsinin, sol qoltuqaltı nahiyənin, döş qəfəsinin sağ yarısında – orta qoltuqaltı xətt üzrə, sol sağrının yuxarı 1/3-nin kəsilmiş-deşilmiş yaraları xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər, sinə nahiyəsindən 1(bir) dəfə qəsdən vuraraq sonuncuya ağ ciyərin zədələnməsi ilə döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə dərəcəsinə görə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuşdur və ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Subaydır və ailəsi atası X3 və anası X1 ibarətdir. O, atası Əbülfət ilə birlikdə yun alveri ilə məşğul olmuşdur. Belə ki, onlar yunu kirli vəziyyətdə alıb təmizlədikdən sonra başqa rayonlara aparıb satmaqla ailəni dolandırırlar. Onların özlərinə məxsus “VAZ- 2106” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri var. Avtomobilin mülkiyyət hüququ ilə atasına məxsus olsa da, avtomobili əksər vaxtlarda sürücülük vəsiqəsi ilə onun özü idarə etmişdir. Zərərçəkmiş şəxs təxminən 4-5 il əvvəl tanımışdır. Belə ki, əvvəllər Şahinin yaşadığı ev onun yaşadığı küçədən bir qədər aralı məsafədə yerləşmişdir. Sonradan Şahin təxminən 2-3 ay əvvəl Bərdə rayonu Əyricə kəndinin girişində yerləşən yeni evə köçmüşdür. Şahin ilə onun münasibəti daim normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Həmçinin, o, Şahin ilə çox yaxın olmamış, aralarında yalnız “salamsağol” münasibəti olmuşdur. 25 sentyabr 2020-ci il tarixdə səhər saatlarında o, atası Əbülfət ilə birlikdə Bərdə rayonundan topladıqları yunu satmaq və yeni yun almaq məqsədilə avtomobil ilə Saatlı rayonuna getmişlər. Təxminən beş gün atası ilə birlikdə Saatlı rayonunun həm şəhər mərkəzini, həm də kəndlərini gəzərək yun alıb-satmışlar. Oraya getdikləri günün ertəsi günü, yəni 26 sentyabr 2020-ci il tarixdə axşam saatlarında telefonda “Whatsapp” sosial şəbəkəsi vasitəsilə dostları ilə yazışmışdır. Həmin vaxt müharibə olacağı ilə bağlı məlumatlar yayıldığından elə dostları ilə söhbətin məzmunu da bu mövzuda olmuşdur. Həmin vaxt Şahin də onunla yazışmağa başlamış və o, Şahin ilə söhbət zamanı Şahin qəflətən ona müharibənin artıq başladığını, özünün guya müharibəyə yollandığını demiş və müharibəyə getmədiyinə görə ona lağ etmişdir. O, Şahinə müharibə başlayacağı təqdirdə özünün könüllü olaraq cəbhəyə gedəcəyini yazmışdır. Şahin isə cavabında artıq onun ünvanına nalayiq ifadələrə keçməklə “Sənin filan yerin çatmaz müharibəyə getməyə, dovşan kimi qaçıb gizlənmisən” sözlərini demişdir. O, bu sözlərdən sonra Şahinə mesaj yazmağı saxlayıb birbaşa zəng etmişdir. Telefonda Şahindən nə üçün onunla bu formada danışdığını soruşduqda Şahin ona əcəb etdiyini, bütün dediklərinin düz olduğunu bildirmişdir. Həmin vaxt aralarındakı mübahisə daha da qızışmış və Şahin telefonda onun ünvana dözülməz nalayiq ifadələr söyləmişdir. O, Şahinə Bərdə rayonuna qayıdan kimi görüşüb üzbəüz söhbət edəcəklərini demiş və telefonu söndürmüşdür. Saatlı rayonunda olduğum günlər ərzində o, beynində Bərdə rayonuna qayıdan kimi Şahin ilə görüşməyi, işlətdiyi nalayiq ifadələrə görə cəzalandırmağı qərarlaşdırmışdır. 29 sentyabr 2020-ci il tarixdə saat 09:00 radələrində atası Əbülfət ilə birlikdə Saatlı rayonundan Bərdə rayonuna gəlmiş və təxminən saat 12:00 radələrində Bərdə rayonuna çatdıqdan sonra əvvəlcə yaşadığı evə getmişdir. Evdə yemək yedikdən sonra evdən çıxmış və həmin vaxt soyadını və atasının adını dəqiq bilmədiyi İntiqam adlı dostu ilə zəngləşib onu Bərdə şəhəri “Təzə məhlələr” deyilən yerdə yerləşən yaşadığı evdən götürmüşdür. İntiqam ilə birlikdə avtomobildə gəzən zaman onlar oyun zallarından birinə gedib kompüter oyunu oynamağı qərarlaşdırmışlar. Onun yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən Orxan adlı şəxsin işlətdiyi “Playstation” oyun zalı var. O, İntiqama həmin zala getməyi təklif etmiş, sonuncu bu təklif ilə razılaşdıqdan sonra, yəni təxminən saat 17:20 radələrində o, İntiqam ilə birlikdə avtomobil ilə Orxanın işlətdiyi oyun zalına getmişlər. Oyun zalının qarşısına çatıb avtomobili zalın qarşısında saxlayan zaman pəncərədən o, Şahinin də orada olduğunu görmüşdür. Belə ki, Şahin ilə Orxan arasında əvvəldən dostluq münasibətləri olmuş, Şahin tez-tez həmin oyun zalında vaxt keçirmişdir. O, Şahini görüb əvvəlcə oradan getmək qərarına gəlsə də, Şahin onu görən kimi Orxan ilə birlikdə dərhal zaldan çölə çıxmışdır. Şahin sürücü pəncərəsi tərəfdən ona təxminən 1-2 metr məsafədə yaxınlaşaraq “Düş gəl görüm kənara, sən nə deyirdin?” deyib onu kənara çağırmışdır. O, avtomobildən yerə enmədən Şahinə indi söhbət etməyin yeri olmadığını, axşam zəng edəcəyini və gedib söhbət edəcəklərini demişdir. Şahin isə cavabında ona elə əsl söhbət etməyin yeri olduğunu deyib avtomobildən enməsində israr etmişdir. O da avtomobildən yerə enmiş, bu zaman Şahinin cüssəli olmasını görüb gücünün çatmayacağını bildiyinə görə avtomobildə olan metal dəstəkli, qatlanmayan tipli bıçağı da götürmüş və əynindəki şalvarın arxa cibinə qoymuşdur. Bundan sonra Şahin ilə birlikdə oyun zalının arxa tərəfində yerləşən həyətə keçmişdir. İntiqam və Orxan onların mübahisə edəcəklərini bildiklərinə görə onların arxasınca həmin yerə gəlmişlər. Daha sonra o, Şahin ilə söhbət etməyə başlamış və Şahindən telefonda nə üçün onun ünvanına nalayiq söyüş söydüyünü soruşmuşdur. Şahin isə ona əcəb edib söydüyünü demişdir. Bu zaman o, Şahinin paltarının yaxasından tutmuş və onlar yaxalaşmağa başlamışlar. Şahin həmin vaxt bir dəfə onun sol gözünün altından yumruq zərbəsi endirmiş və onu qollarının arasında tutub sıxmağa başlamışdır. O, Şahinin əlindən bir təhər çıxıb arxa cibinə qoyduğu bıçağı çıxarıb Şahinin döş nahiyəsindən bıçaq zərbələri endirmişdir. Ancaq həmin vaxt həyəcanlı olduğundan neçə bıçaq zərbəsi endirdiyini xatırlamamışdır. Şahin onu yumruqla vurduğundan o, özünü qorumaq məqsədilə Şahinə bıçaqla zərbələr endirmiş, lakin Şahinin yerə yıxıldığını görüb vurduğu bıçaq zərbələrini dayandırmışdır. Daha sonra İntiqam və Orxan onların yanına gəlmiş və o, dərhal özünə gəlib Şahinin qan itirdiyini və vəziyyətinin pis olduğunu görərək əsəbi soyumuşdur. Əsəbi artıq soyuduğundan Şahini xəstəxanaya aparmağa qərar vermiş və dərhal İntiqam ilə birlikdə Şahini ona məxsus avtomobilin arxa oturacağına əyləşdirməklə Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. Şahini həkimlərə təhvil verdikdən sonra xəstəxananın həyətində olan polis əməkdaşları ona yaxınlaşmışlar. O, törətdiyi cinayət əməlini polis əməkdaşlarına etiraf etmiş və Bərdə rayon polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində hadisənin 29 sentyabr 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Bərdə şəhəri Bahadur Hacıyev küçəsində Orxanın işlətdiyi “Playstation” oyun zalının həyətində baş verdiyini, Zərərçəkmiş şəxs xəsarət yetirməsinin səbəbinin 4 gün əvvəl telefonda onun ünvanına nalayiq söyüşlər söyməsi, bu səbəbdən aralarında yaranan mübahisə olduğunu, hadisə zamanı dostu İntiqamın və oyun zalını işlədən Orxanın orada olduqlarını, Zərərçəkmiş şəxs öldürmək məqsədinin olmadığını, Zərərçəkmiş şəxs ona güc gələcəyini görüb xəsarət yetirdiyini, lakin həyəcanlı olduğundan vurduğu bıçaq zərbələrinin sayını xatırlamadığını, hadisəni törətdiyi bıçağın tiyəsi ilə birlikdə uzunluğunun təxminən 25 sm və qatlanmayan tipli olduğunu, həmin bıçağı hadisədən təxminən 6 ay əvvəl Bərdə şəhərində yerləşən dükanların birindən aldığını, bıçağı işdə istifadə etmək məqsədilə avtomobildə saxladığını, hadisədən sonra bıçağı avtomobilə saxladığı yerə qoyduğunu və şübhəli şəxs qismində dindirilən zaman istintaqa təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri ərazisində yerləşən mebel sexində usta işləməklə ailəsini dolandırmışdır. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı ev onların evinə yaxın məsafədə yerləşir. Onun əvvəllər Təqsirləndirilən şəxs ilə arasında hər hansı düşmənçilik və ədavət olmamışdır. Onlar bir-birini görəndə qısa şəkildə “salam-sağol” etmişlər. Bundan başqa onun Səttar ilə hər hansı digər münasibəti olmamışdır. O, arabir istifadəsində olan 050 *** ** ** mobil nömrəsi vasitəsilə Səttarın istifadəsində olan xatırlamadığı mobil nömrə ilə əlaqə saxlayıb hal-əhval tutmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahı Qüvvələrinin Azərbayan Silahlı Qüvvələrinin bölmələrinə qarşı törətmiş olduğu təxribatlar ilə əlaqədar iki dövlət arasında müharibə başlamışdır. Həmin vaxtdan o, könüllü olaraq döyüşlərə qatılmaq istəmişdir. 27 sentyabr 2020-ci il tarixdə cəbhəyə gedəcəyini düşünüb dost-tanışları ilə sağollaşmışdır. Onun sağollaşdığı şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Belə ki o, Səttara müharibəyə gedəcəyini demiş, Səttar isə ona müharibəyə getməyə “bir yerinin çatmayacağını” bildirmişdir. Ancaq o, vətən üçün döyüşə gedəcəyini, buna cəsarəti olduğunu, Səttara əksinə özünün qorxaq olduğunu, orada-burada gizlənərək müharibədən qaçdığını söyləmişdir. O, bütün bunları mobil telefonunda istifadə etdiyi “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazmışdır. Bu sözləri Səttara yazdıqdan sonra Səttar onun mobil telefonuna zəng etmiş və Bərdə rayonu ərazisində olmadığını, 2-3 gün sonra Bərdə rayonuna qayıdacağını, məhz o zaman söhbəti davam etdirəcəklərini bildirmişdir. O isə Səttara heç bir problem olmadan söhbət edə biləcəklərini, həmçinin bu hərəkətinə görə daha ona salam verməyəcəyini demişdir. Səttar isə ona “Mənə salam verməyən oğlanın var yoxunu” sözlərini işlətmiş və cinsiyyət orqanının adını çəkməklə nalayiq söyüşlər söymüşdür. O, Səttara mobil telefonda söyüş söyməyin düzgün olmadığını düşünüb üzbəüz söhbət edəcəklərini bildirmişdir. Bundan sonra onlar telefon danışığını bitirmişlər. Bu söhbətdən iki gün sonra, yəni 29 sentyabr 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Səttar mobil telefon vasitəsilə ona zəng etmiş və O, Səttarın zəngini görüb telefona cavab vermişdir. Səttar ona Bərdə rayonuna qayıtdığını deyib ortaq tanışları olan Orxanın Bərdə şəhəri Ş.İ.Xətai küçəsində yerləşən oyun zalının yaxınlığında görüşməyi təklif etmiş, o da Səttar ilə razılaşıb Orxanın obyektinin yanına gəlmişdir. Təxminən saat 17:30 radələrində oyun zalının qarşısına çatdıqda Orxanın özü də orada olmuşdur. Orxandan başqa həmin vaxt obyektdə başqa hər hansı şəxs və ya şəxslər olmamışdır. O, oyun zalının çöl tərəfində dayanıb Səttarın gəlməsini gözləməyə başlamışdır. Bundan təxminən 5 dəqiqə sonra Səttar özünə məxsus olan “VAZ-2106” markalı avtomobil ilə həmin yerə gəlmişdir. Bu zaman Səttarın yanında dostu İntiqam da olmuşdur. Səttar avtomobildən düşən kimi ona yaxınlaşmış, o, Səttara özünün döyüşə gedəcəyini, amma Səttarın buna gücünün çatmayacağını, bu səbəbdən müharibə mövzusunda onunla danışmağa haqqının olmadığını demişdir. Səttar isə ona müharibəyə getmək üçün “bir yerinin çatmayacağını” söyləmiş və bu sözləri dedikdən sonra onu oyun salonunun içərisinə çağırmışdır. Oyun zalında konsolların qoyulduğu otaqdan başqa, açıq havada hovuz olan ətrafı hasarlanmış başqa bir yer də olmuş və onlar həmin yerə keçmişlər. Bu zaman Orxan və İntiqam da onların arxasınca gəlmişlər. Qeyd olunan yerə keçdikdən sonra Səttar onun üzərinə gəlmiş və həmin vaxt o, Səttarın çənəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən Səttar səndələyib arxaya çəkilmiş və o, Səttara gedib işi ilə məşğul olmasını, ona əl-qol atmamasını bildirmişdir. Səttar bu zaman əynindəki şalvarın arxa cibindən bıçaq çıxarıb onun üzərinə gəlmişdir. Həmin bıçaq qatlanmayan və ortaölçülü bıçaq olmuşdur. Səttar bıçağı çıxardıqdan sonra onun üzərinə atılıb qoltuqaltı və kürək nahiyələrindən bir neçə dəfə zərbə endirmişdir. O, bıçaq zərbələrindən sonra üzü üstdə yerə yıxılmış və alın nahiyəsinin sağ tərəfi zədələnmişdir. Bundan sonra isə nə baş verdiyini bilməmiş və özünə gəldikdə artıq Mingəçevir şəhərində xəstəxanada olduğunu başa düşmüşdür.Zərərçəkmiş şəxs həmçinin ifadəsində Təqsirləndirilən şəxs onu bıçaqla vurmaqda məqsədinin nə olmasını bilmədiyini, hadisə vaxtı özünün əynində göy rəngli cins şalvar və göy rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs əynində isə göy rəngli cins şalvar və qara rəngli uzunqol köynək olduğunu, Təqsirləndirilən şəxs başqa hər hansı şəxsin ona xəsarət yetirmədiyini, Şahid1 və Şahid2 hadisəni gördüklərini, ancaq hadisə baş verərkən həmin şəxslərdən başqa ətrafda heç kimin olmadığını, Təqsirləndirilən şəxs ilə mübahisə etməsinə Təqsirləndirilən şəxs ona hərbi xidmətə getməyə cəsarətinin olmaması ilə bağlı dediklərinin səbəb olduğunu, ancaq Təqsirləndirilən şəxs yumruqla vurduqdan sonra sonuncunun onu bıçaqla vurmasının da doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində anadan olmuşdur və ailə üzvləri ilə birlikdə Bərdə şəhəri B.Hacıyev küçəsində yaşayır. Ailəsi anası və həyat yoldaşından ibarətdir. Yaşadığı evin yaxınlığında hadisədən təxminən 15-20 gün əvvəl özünə məxsus olan obyektdə “Playstation” oyun zalı açmışdır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, Səttar ilə əvvəllər qohum olmuş, 2012-ci ildə Səttarın bacısı ilə evlənib 2014-cü ildə boşanmışdır. Həmin vaxtdan etibarən onun Səttar, həmçinin Səttarın ailəsi ilə tamamilə əlaqələri kəsilmişdir. Zərərçəkmiş şəxs ilə isə aralarında həm qohumluq münasibəti olmuş, həm də dost olmuşdur. Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə yaxın olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 29 sentyabr 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində obyekti açmış və səliqəyə salmağa başlamışdır. Bir qədər sonra müxtəlif müştərilər gəlib-getdikcə onları yola salmaqla məşğul olmuşdur. Həmin gün təxminən saat 16:00 radələrində Şahin onun işlətdiyi obyektə gəlmişdir. Belə ki, Şahin hər gün olmasa da, tez-tez obyektə gəlmiş, həmin vaxtlarda o, həm Şahin ilə söhbət etmiş, həm də oyun oynamışdır. Həmin gün Şahin obyektə tək gəlmişdir. O, Şahin ilə söhbət edə-edə obyekti səliqəyə salmışdır. Təxminən bir saat keçdikdən sonra, yəni təxminən saat 17:20 radələrində obyektin qarşısında avtomobil tormozunun səsinin gəldiyini eşitmişdir. Həmin vaxt o, zalın arxasında yerləşən həyəti süpürərək zibilləri bir yerə yığmaqla məşğul olmuş, Şahin isə əlindəki telefon ilə zalın giriş qapısından çöl tərəfdə dayanmışdır. O, tormoz səsinə görə qapıya yaxınlaşıb çölə baxmışdır. Bu zaman Səttarın yanında tanımadığı bir nəfər ilə birlikdə atasına məxsus olan dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli “VAZ-2106” markalı avtomobildən enərək zala doğru gəldiyini görmüşdür. Onun Səttar ilə münasibəti olmadığına görə geri qayıdıb yenidən həyətin təmizliyi ilə məşğul olmağa başlamışdır. Təxminən bir-iki dəqiqə ərzində Şahin və Səttar zalın giriş qapısından çöldə dayanıb söhbət etmiş, ancaq o, kənarda dayandığı üçün dəqiq olaraq nə danışdıqlarını eşitməmişdir. Ancaq Səttar və Şahinin uzun müddətdir dost olduqlarını bildiyinə görə onların mübahisə edə biləcəklərini heç ağlına da gətirməmişdir. O, həyətə topladığı zibilləri vedrəyə doldurub həyətin bir qədər arxasında yerləşən zibil qabına aparan zaman Şahin və Səttarın birlikdə zalın içərisindən keçib həyətə çıxdıqlarını görmüşdür. Həmin vaxt onların ikisinin yanında tanımadığı həmin şəxs də olmuşdur. Vedrəni götürüb zibili aparmaqla zibil qabına atan zaman qəflətən şaqqıltı səsi gəldiyini eşitmişdir. Səs gələnə tərəf dönüb baxdıqda isə Şahinin Səttarı bir dəfə yumruqla vurduğunu görmüşdür. Səttar yumruğun təsirindən səndələyib arxasındakı divara dəymiş, bundan sonra əynindəki şalvarın arxa cibindən bıçağı çıxarıb Şahinin döş qəfəsinin yan tərəfindən bir dəfə vurmuşdur. O, artıq bıçaq çıxdığını görüb zibil vedrəsini tullayaraq tez onlara tərəf qaçmışdır. Həmin yerə çatan kimi Səttarın sinəsindən tutub çəkə-çəkə zaldan çölə çıxarmış, həmin vaxt Səttar ona “Şahin öldü” deyib qışqırmışdır. O, həmin vaxt dönüb geriyə baxdıqda Şahinin üst-başı qanlı vəziyyətdə artıq yerə yıxıldığını görmüşdür. Həmin tanımadığı şəxs Şahinin yanında şoka düşmüş vəziyyətdə hərəkətsiz dayanmışdır. Daha sonra o, Səttara təcili tibbi yardım avtomobili çağırmasını demişdir. Lakin onlar qanın çox axdığını gördüklərindən həmin tanımadığı şəxs ilə birlikdə hərəsi Şahinin bir qolundan tutub avtomobilə tərəf aparmış və cəld avtomobilə əyləşdirib çıxıb getmişlər. Oun özü isə zalda qalmış və sonra nə baş verməsi barədə məlumatı olmamışdır. Sonradan Şahinin bir neçə bıçaq zərbəsi aldığını, vəziyyətinin yaxşı olmadığını, həmin tanımadığı şəxsin adının İntiqam olduğunu bilmişdir. Bundan başqa o, hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurduğunu görsə də, sonradan Şahinə bir neçə dəfə bıçaq zərbəsi vurmasını eşitdiyini, ancaq yalnız Təqsirləndirilən şəxs vurduğu ilk bıçaq zərbəsini gördüyünü, bıçağı görən kimi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dayandıqları yerə doğru qaçdığından qalan zərbələri görə bilmədiyini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında hər hansı bir problem olması barədə heç bir məlumatı olmadığını, əksinə onların arasında dostluq münasibətləri olduğunu və Təqsirləndirilən şəxs hansı səbəbdən Zərərçəkmiş şəxs xəsarət yetirməsini bilmədiyini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 Bərdə rayon prokurorluğuna vermiş olduqları ifadələrində Təqsirləndirilən şəxs bıçaqla vurduqdan sonra özünün sərbəst şəkildə Zərərçəkmiş şəxs kənarlaşdığını bildirməsi ilə bağlı düzgün məzmunda ifadələr vermişlər. Belə ki, hadisə zamanı həqiqətən də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra özünü itirib sərbəst şəkildə sonuncudan kənarlaşmışdır. O, ilkin ifadəsində hadisə vaxtı Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra oradan kənarlaşdırdığını izah etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dayandıqları yerə çatarkən sonuncu yerə yıxılmış vəziyyətdə, Təqsirləndirilən şəxs isə əlində bıçaq bir qədər kənarda dayanmış vəziyyətdə olmuşdur. Onun Təqsirləndirilən şəxs həmin yerdən kənarlaşdırmaqda məqsədi başqa nələrinsə baş verəcəyini düşünüb bunun qarşısını almaq istəməsi olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs oraya gəldiyi dostu Şahid2 ilə köməkləşərək Zərərçəkmiş şəxs avtomobilə mindirib xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ilə eyni məktəbdə təhsil almışdır. Həmçinin Səttarın yaşadığı ev onun ailəsinin yaşadığı ev ilə yaxın məsafədə yerləşir. Təqsirləndirilən şəxs ilə arasında həmişə dostluq münasibətləri olmuş, düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs ilə isə arasında yaxın münasibət olmamış, Şahini yalnız bir tanış olaraq tanımışdır. 29 sentyabr 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı evdən çıxıb küçənin başında yerləşən “Sizin market”dən siqaret alıb piyada şəkildə evə qayıdan zaman Səttar idarə etdiyi “VAZ-2106” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanından keçmişdir. Bu zaman Səttar təsadüfən onu görüb avtomobili saxlamış və avtomobildən düşmədən salamlaşıb haraya getdiyini soruşmuşdur. O isə Səttara heç bir işinin olmadığını demişdir. Həmin vaxt Səttar ona birlikdə vaxt keçirməyi təklif etmişdir. O da Səttar ilə razılaşıb idarə etdiyi avtomobilin sağ ön oturacağında əyləşmişdir. Səttar avtomobili ara küçələr ilə idarə edərək "xxxx" ASC-nin yerləşdiyi küçəyə çıxmışdır. Yolda olarkən Səttar ona bir neçə dəqiqəlik yaşadığı evə getməli olduğunu, evdə işini görüb tez qayıdacağını demişdir. Daha sonra Səttar evə getmək üçün avtomobili yaşadığı küçəyə doğru idarə etmişdir. Həmin küçədə yerləşən, Orxan adlı tanışının işlətdiyi “Playstation” oyun zalının qarşısından keçərkən Səttar bilmədiyi səbəbdən avtomobili dayandırmışdır. O, həmin vaxt Şahin və Orxanın oyun zalının qarşısında ayaqüstə dayandıqlarını görmüşdür. Onlar hələ avtomobildən düşməmiş, Şahin Səttara “Nə oldu? Bəs niyə zəng etmədin?” sualını vermişdir. Ancaq o, Səttarın Şahinə nə cavab verdiyini xatırlamamışdır. Bu sualdan sonra Səttar avtomobildən düşüb Şahin ilə birlikdə oyun zalının içərisindən keçməklə arxa tərəfdə yerləşən həyətə çıxmışlar. Onun özü və Orxan Səttar və Şahinin sadəcə söhbət edəcəklərini düşündüklərinə görə onlara yaxın getməmiş və kənarda dayanmışlar. Səttar və Şahin kənara çəkildikdən cəmi bir neçə dəqiqə sonra qəflətən həmin tərəfdən ucadan səs-küy eşidilmiş və onlar dərhal həmin tərəfə keçmişlər. Bu zaman Şahinin üst-başının yaralı vəziyyətdə yerdə uzandığını, Səttarın isə əlində bıçaq kənarda dayandığını görmüşlər. O, əvvəlcə təcili tibbi yardım avtomobili çağırmağı təklif etsə də, Səttar Şahinin çoxlu qan itirdiyini görüb avtomobilə əyləşdirməklə xəstəxanaya aparmağa qərar vermişdir. Buna görə də o və Səttar hərəsi Şahinin bir qolundan tutmaqla Səttarın oyun zalının qarşısında saxladığı “VAZ-2106” markalı avtomobilinə doğru aparmışlar. Şahini avtomobilin arxa oturacağına əyləşdirdikdən sonra Səttar avtomobilin sükanı arxasında, onun özü isə Şahinin başını dik tutmaq üçün arxa oturacaqda əyləşmişdir. X17 rayon mərkəzi xəstəxanasına çatdırıb həkimlərə təhvil verdikdən sonra müharibə vəziyyəti ilə əlaqədar xəstəxananın həyətində xidmət aparan polis əməkdaşları onları görmüş və yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. Ancaq o, həmin polis əməkdaşlarının adlarını bilməmişdir. Səttar, əvvəlcə törətdiyi əməli etiraf etmək istəməsə də, sonradan əməlini etiraf etmiş və polis əməkdaşları Səttarı və polis əməkaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə getmişdir. Bundan başqa o, hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir qədər kənarda oyun zalının içərisində olduğunu, səs-küy gəldikdən sonra dərhal onlara yaxınladığını, həmin vaxt artıq Zərərçəkmiş şəxs yaralanmasını gördüyünü və Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs ilə arasında hər hansı problemin olması barədə heç nə demədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 sentyabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka Bərdə rayon mərkəzi xəstəxanasında götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 sentyabr 2020-ci il tarixli “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2020-ci il tarixdə saat 20:40-da şübhəıli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 sentyabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək 29 sentyabr 2020-ci il tarixdə saat 17:30 radələrində aralarında yaranan mübahisə zamanı əvvəldən tanıdığı Zərərçəkmiş şəxs öz avtomobilindən götürdüyü bıçaqla vuraraq ona xəsarət yetirdiyini, hadisədən sonra həmin bıçağı özündə saxladığını bildirmiş və 1 ədəd bıçağı təqdim etmişdir. Qeyd olunan bıçağa baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 sentyabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar Bərdə rayon polis şöbəsində götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 oktyabr 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 01 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 oktyabr 2020-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək, bilavasitə yoxlamaq məqsədilə sonuncunun ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsinin baş vermə mexanizmini, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri, aralarında mübahisənin yarandığı yeri və s halları əyani olaraq göstərmiş, istintaqa verdiyi ifadə ilə arasında ziddiyət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 4(021)-82/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 29 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 oktyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin 01.10.2020-ci il tarixli 860 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözaltı nahiyənin sıyrığı, sol gözün ağlı qişasının kiçik ölçülü qansızması – küt əşyanın təsirindən törənmişdir, müddəti 29.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 dekabr 2020-ci il tarixli 5927 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və atası 1963-cü iul təvəllüdlü Təqsirləndirilən şəxs Səftər oğlu, anası 1970-ci il təvəllüdlü X2, bacısı 1990-cı il təvəllüdlü X4 və bacısı 1992-ci il təvəllüdlü X5 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 dekabr 2020-ci il tarixli xassiyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X18 Dispanserinin 21.12.2020-ci il tarixli 1328 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs X18 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 26.12.2020-ci il tarixli 1/214 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-na və şəhər poliklinikasına hər hansı bir xəstəlik və ya xəsarətlə müraciət etməmişdir.. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin 16.11.2020-ci il tarixli 1005 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ağ ciyərin zədələnməsi ilə döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin arxa səthində - sol onurğa yanı xətt üzrə İX-X qabırğaarası nahiyənin, bayır kürək xətti üzərinin, sağ onurğayanı xətt üzrə X-Xİ qabırğaarası nahiyədə, onurğa üzərində İİİ-İV döş fəqərəsi nahiyəsinin, sol qoltuqaltı nahiyənin, döş qəfəsinin sağ yarısında – orta qoltuqaltı xətt üzrə, sol sağrının yuxarı 1/3-nin 8 (səkkiz) ədəd deşilmiş-kəsilmiş yaraları iti alət (alətlər), ola bilsin bıçaq təsirindən törənmişlər, müddəti 29.09.2020-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə ağ ciyərin zədələnməsi ilə döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, digər xəsarətlər isə sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 fevral 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqlardan hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanımış və əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 mart 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək, bilavasitə yoxlamaq məqsədilə sonuncunun ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi yeri, aralarında mübahisənin baş verdiyi yeri və s halları əyani olaraq göstərmiş, istintaqa verdiyi ifadə ilə arasında ziddiyət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Publiq huqüqi şəxsinin 29.12.2020-ci 901/2020-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus cins şalvar, Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, uzunqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız A antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qruplu Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus uzunqol köynək üzərində qana şübhəli ləkələr aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Publiq huqüqi şəxsinin 26.01.2021-ci 579-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, 1) ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sol aşağı nahiyəsində iki ədəd, köynəyin bütün arxa səthi boyu yeddi ədəd, köynəyin sağ qolun arxa səthində iki ədəd; maykanın bütün arxa səthi boyu səkkiz ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkan olunmur. 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin sağn yan tikişi üzərində bir ədəd və köynəyin sol qoltuqaltı tikişi üzərində bir ədəd aşkar edilmiş cırılma zədələri, köynəyin müvafiq nahiyələrində küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. 3) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 4) Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə rayonlararası narkoloji xəstəxanasının 21.01.2021-ci il tarixli 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası psixonevroloji dispanserinin ekspertlərinə həvalə edilmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası psixonevroloji dispanserinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.03.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs hadisədə istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı, həmçinin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Bərdə RPŞ-nin saxlancına təhvil verilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.11-ci maddəsinə əsasən hərbi vəziyyət zamanı cinayət törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edilir. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, eləcə də hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır ciinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs hadisədə istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı, həmçinin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka Bərdə rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikasä Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs hadisədə istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 29 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs hadisədə istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı məhv edilsin, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 ədəd uzunqol köynək və 01 ədəd cins şalvar, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Elmin Rüstəmov
2. Xəqani Səmədov
3. Nural Əliyev