Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-196/2022 23.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu (məruzəçi hakim) və X3 ibarət tərkibdə, X19, X15 və Bayramova Aysel Hafiz qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X16 və Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Tərtər rayonunun, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Tərtər rayonu, Yuxarı Qapanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyul 2012-ci il tarixdə anası Şahid1 gecə saatlarında həmkəndlisi X17 tərəfindən fiziki güc tətbiq edilərək zorlanmasına görə məhkəmə tərəfindən təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkib yenidən yaşadıqları Tərtər rayonu, Yuxarı Qapanlı kəndinə geri qayıdarkən o, ailə üzvləri ilə birlikdə Murad Balacayevdən kənddən çıxıb getməsini tələb etmiş, lakin sonuncunun bununla bağlı tələblərə əməl etməməsilə Murad Balacayevin onu alçaltdığını düşünmüş və sonuncunu öldürmək niyyətini qətiləşdirmiş, 18 oktyabr 2021-ci il tarixdə saat 16:00 radələrində dostu Şahid5 idarə etdiyi “Lada Priora” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər rayonu, Yuxarı Qapanlı kəndinin çıxışında yerləşən özlərinə məxsus əkin sahəsinə nəzarət etmək və həmin ərazini yırtıcı heyvanların hücumundan qorumaq məqsədi ilə dostu Şahid6 2020-ci ilin sentyabr ayının əvvəllərində müdafiə olunmaq üçün hər hansı bir sənədləşmə aparılmadan qanunsuz olaraq aldığı 12 kalibrli, ******* nömrəli, “CHURCİLL 12-GA MAGNUM” modelli, hamar lüləli yivsiz ov tüfəngini Şahid5 xəbəri olmadan və görə bilməyəcəyi, maşının sərnişinlər üçün nəzərdə tutulmuş arxa sağ oturacağının altında, ayaqaltı hissəsində yerləşdirərək, həmin gün saat 16:30 radələrində sonuncu ilə birlikdə Tərtər rayonu, Yuxarı Qapanlı kənd sakini Sənan Qurbanova məxsus fermanın yaxınlığında yerləşən otlaq sahəsinin yanından keçərkən həmkəndlisi X9 orada olduğunu görüb, yaranmış fürsətdən istifadə edərək sonuncunu öldürmək barədə əvvəlcədən formalaşmış niyyətini reallaşdırmaq üçün Şahid5 avtomobili saxlamasını tələb edərək gözlənilmədən maşından düşüb sağ arxa oturacağın altından odlu silahı götürərək Murad Balacayevi qəsdən həyatdan məhrum etmək məqsədi ilə üzərinə gedib təxminən 15 metr məsafədən əlində olan yivsiz hamar lüləli ov tüfəngi ilə sonuncunun döş qəfəsi nahiyəsinə bir dəfə atəş açaraq sonuncuya sağlamlığa ağır zərərvurmaya aid edilən sol İİİ-İV-V-Vİ qabırğalarının sınıqları, daxili üzvlərin-ağciyər, mədə yaralanmaları və döş qəfəsi nahiyəsinin daxilə keçən və keçməyən, sol bazu, sol dirsək oynağı, sol əl nahiyələrinin kor toxunub keçən odlu silah(qırma) yaralanmaları, həmçinin döş qəfəsi nahiyəsinin odlu silah (qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ağ ciyər, mədə) yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə mərhum Murad Balacayevi qisas zəminində qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə həmkəndlisi X17 yaşadıqları evə gizlicə daxil olaraq əlində olan bıçaqla anası Şahid1 hədə-qorxu gələrək onu zorlamışdır. Muradın törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib qurtardıqdan sonra isə kəndə qayıtmışdır. O, Murada tanışları vasitəsilə məlumat göndərərək kənddən çıxıb getməsini tələb etsə də Murad onun bu tələbinə məhəl qoymayaraq kənd ərazisində sərbəst hərəkət etmişdir. Muradın bu hərəkətləri onda qıcıq yaratdığı üçün dəfələrlə Muradı öldürmək haqda fikrə düşmüş, lakin sonra fikrindən daşınmışdır. Ailə üzvlərinə Muradı öldürəcəyilə bağlı məlumat vermiş, bundan sonra atası Şahid2 Muradın atasını çağıraraq oğlunu kənddən çıxarmağını tələb etmiş, lakin yenə də Murad kənd ərazisində qalmaqda davam etmişdir. 18 oktyabr 2021-ci il tarixdə dostu Şahid5 istifadəsində olan mobil telefona zəng edərək onlara gəlməsini xahiş etmişdir. Nabili dəvət etməkdə onun niyyəti oturaraq yeyib-içmək olmuşdur. Yeyib-içdikdən sonra Nabilə torpaq sahəsinə baş çəkmək üçün onu Ağdam rayonu, Dördyol İki qəsəbəsinin yaxınlığına aparmağını xahiş etmişdir. Onlar yola çıxmamışdan əvvəl 2020-ci ilin sentyabr aylarında Nabilin qardaşı Şahid6 500 manat qarşılığında aldığı “Vinchester” markalı ov tüfəngini, Nabilin idarə etdiyi, qardaşı Şahid6 məxsus olan “Lada Priora” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının altında, ayaqaltı hissəsində yerləşdirmiş, silahın qoyulmasını Nabil görməmişdir. Həmin silahı Erməni silahlı birləşmələri tərəfindən Azərbaycana edilən hücumlardan sonra kənd ərazisini tərk etmədiyinə görə ehtiyat üçün, həmçinin kənd ərazisində ov etmək üçün almışdır. Bundan sonra Ağdam rayonu, Dördyol İki qəsəbəsi istiqamətində yola düşmüşlər. Onlar bir qədər hərəkət etdikdən sonra Tərtər rayonunun Yuxarı Qapanlı kəndinin çıxış hissəsində olan otlaq sahəsində bir nəfər şəxsin xırda buynuzlu heyvan otardığını görmüşdür. Lakin həmin şəxs uzaqda olduğundan kimliyini müəyyənləşdirə bilməmiş, maşınla yaxınlaşan zaman isə həmin şəxsin Murad olduğunu görmüş və dərhal dostu Nabildən avtomobili saxlamasını xahiş etmişdir. Muradı görən zaman silahın da nəqliyyat vasitəsində olduğu ağlına gəlmiş və yaxşı fürsət yarandığını düşünərək Muradı öldürmək qərarına gəlmişdir. Lakin, həmin zaman Nabilə Muradı gördüyünü bildirməmişdir. Nabil heç bir məlumatı olmadan idarə etdiyi avtomobili saxlamışdır. O, avtomobildən düşərək arxa sərnişin oturacağının altında, ayaqaltı hissəsinə qoyduğu “Vinchester” markalı ov silahını götürmüş və Nabilə maşınla biraz qabağa gedərək onu orada gözləməsini tapşırmışdır. Həmin vaxt “Vinchester” markalı ov tüfəngi ilə birlikdə Murad Balacayevə doğru hərəkət etmişdir. Muradın qardaşı Namiq isə təqribən 100 metr aralıda dayanmışdır. Murada yaxınlaşaraq “sən ev tapmırdın mənim evimə girirdin” sözlərini demiş, Murad isə ona “mən sənin evinə girməmişəm, nə olubsa keçmişdə qaldı” sözlərini demişdir. Muradın onun ailəsinə qarşı etdiyi hərəkətinə görə tüfəngi Murada doğru tuşlayıb, onun sinə nahiyəsinə bir dəfə atəş açmışdır. Atəş açdıqdan sonra Murad Balacayev yerə yıxılmış və o, Nabilin idarə etdiyi avtomobilə doğru hərəkət edərək avtomobilə əyləşib Nabildən onu hadisə yerindən uzaqlaşdırmasını xahiş etmişdir. Yolda olan zaman qardaşı Koroğluya zəng edib, Murad Balacayevi “Vinchester” markalı ov tüfəngi ilə vurduğunu bildirmiş və qardaşından polisə zəng edərək hadisə ilə bağlı məlumat verməsini xahiş etmişdir. Koroğlu ilə danışan zaman polis əməkdaşlarını İsmayılbəyli meşəsinə gedən yolun yaxınlığında olan artezian quyusunun yanında gözləyəcəyini bildirmişdir. Qaraqoyunlu kəndindən çıxan zaman Nabildən nəqliyyat vasitəsini saxlamasını tələb etmiş, Nabil maşını saxlamışdır. Maşından düşərək Nabillə sağollaşmış və sonuncudan çıxıb getməsini xahiş etmişdir. Nabil getdikdən sonra Qaraqoyunlu kəndinin çıxışında yerləşən meşəyə getmiş və Murad Balacayevi vurduğu “Vinchester” markalı ov tüfəngini ağacın altında gizlətmişdir. Qayıdan zaman polis əməkdaşlarının onu artezian quyusunun yanında gözlədiklərini görmüş və onlara yaxınlaşaraq təslim olmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisədən əvvəl maşında silahın olmasından Şahid5 xəbəri olmamış, Ağdam rayonu, Dördyol İki qəsəbəsinin yaxınlığında olan əkin sahəsini yırtıcı quşlardan və heyvanlardan mühafizə etmək üçün özü ilə silah götürmüş, Nabildən isə onu həmin əkin sahəsinə aparmasını xahiş etmiş, silahı avtomobilə qoyması barədə Nabilə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, təxminən 9 il əvvəl qardaşı X17 həmkəndliləri olan Şahid1 evinə gizlicə daxil olaraq sonuncuya hədə-qorxu gəlməklə onu zorlamışdır. Murada törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 2018-ci ildə cəzasını çəkib qurtardıqdan sonra kəndə qayıtmışdır. Murad azadlığa çıxdıqdan sonra Şahid1 ailəsi ilə aralarında barışıq əldə etmişlər. Bundan sonra Şahid1 əri Elman və övladları ilə aralarında heç bir münaqişə baş verməmişdir. 18 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində özünə məxsus xırdabuynuzlu heyvanları otarmaq üçün Tərtər rayonu, Yuxarı Qapanlı kəndinin çıxışında yerləşən kənd əhalisi arasında “Toxmaq” adı ilə tanınan ərazidə olan torpaq sahəsinə getmişdir. O, arteziyan quyusunun yaxınlığında, böyük qardaşı Rizvan Balacayev “Qoşa Ağac” adlanan yerin yanında, kiçik qardaşı isə göy qapılı fermaya yaxın ərazidə qoyun otarmışlar. Həmin gün saat 16:30 radələrində önündən sonradan Şahid5 adlı şəxsə məxsus olduğunu bildiyi ağ rəngli “Lada Priora” markalı avtomobil keçmişdir. Bir qədər sonra qardaşı Rizvan ona zəng edərək kiçik qardaşı Muradın vurulduğunu demişdir. Bundan sonra o, və böyük qardaşı Rizvan dərhal Muradın yanına getmişlər. Murad həmin vaxt hələ sağ olmuş, Muraddan ona kimin atəş açdığını soruşduqda, hadisəni Şahid1 kiçik oğlu Ziyadxanın törətdiyini bildirmişdir. Onlar Muradı dərhal maşına qoyaraq xəstəxanaya aparmışlar. Xəstəxanaya çatdıqda həkimlər onlara artıq Muradın vəfat etdiyini bildirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, qardaşı Murad Balacayevin öldürüldüyü vaxt yanında Ağdam rayonu, Şotlanlı kəndindən olan Şahid5 adlı şəxs olmuş, o, Təqsirləndirilən şəxs cinayət törətməyə təşviq etmişdir. Bundan başqa Nabil özünə məxsus silahı Ziyadxana vermiş, Ziyadxanı idarə etdiyi maşınla hadisə yerinə aparmış, qardaşı Murad Balacayevə atəş açılan zaman Nabil maşında Ziyadxanın Murada atəş açmasını gözləmiş, atəş açdıqdan sonra isə dərhal hadisə yerindən uzaqlaşdırmışdır Əlavə olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 9 il əvvəl qardaşı X17 həmkəndliləri olan Şahid1 evinə gizlicə daxil olaraq sonuncuya hədə-qorxu gələrək zorlamışdır. Törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə Murada azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 2018-ci ildə isə cəzasını çəkib qurtararaq kəndə qayıtmışdır. Murad azaldığa çıxdıqdan sonra Şahid1 ailəsi ilə aralarında barışıq əldə edilmiş, aralarında heç bir münaqişə baş verməmişdir. 18 oktyabr 2021-ci il tarixdə özünə məxsus xırdabuynuzlu heyvanları otarmaq üçün Tərtər rayonu, Yuxarı Qapanlı kəndinin çıxışında yerləşən, “Toxmaq” adı ilə tanınan ərazidə olan torpaq sahəsinə getmişdir. O, artezian quyusunun yaxınlığında, “Qoşa Ağac” adlanan yerin yanında, ortancıl qardaşı Namiq “ağ ev” adlanan yerin yaxınlığında, kiçik qadaşı Murad isə göy qapılı fermaya yaxın ərazidə qoyun otarmışdır. Həmin gün saat 16:30 radələrində önündən sonradan Şahid5 adlı şəxsə məxsus olduğunu bildiyi ağ rəngli “Lada Priora” markalı avtomobil keçmişdir. O, həmin avtomobilin içində sürücü və bir nəfər şəxsin olduğunu görmüşdür. Maşın onun qarşısından keçib kiçik qardaşı Muradın yaxınlığında dayanmışdır. Həmin vaxt Murad ondan 400-500 metr aralıda olmuşdur. “Lada Priora” markalı maşından düşən bir nəfər şəxsin qardaşı Murada yaxınlaşdığını görmüşdür. Həmin vaxt qardaşı Murad yerdə uzanmışdır. Həmin şəxs Murada yaxınlaşdıqdan sonra Murad yerdən qalxmışdır. Murad Balacayev yerdən qalxan zaman atəş səsinin gəldiyini eşitmiş, Muradın isə yerə yıxıldığını görmüşdür. Atəşi açan şəxs isə qaçaraq gəldiyi nəqliyyat vasitəsinə oturmuş və hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o, dərhal qardaşı Namiqə zəng edərək Murada kiminsə atəş açdığını demişdir. O, dərhal Muradın yanına qaçmış və onlar Namiqlə birlikdə Muradın yanına çatmışlar. Murad həmin vaxt ölməmiş, onlar Muraddan kimin atəş açdığını soruşduqda, Şahid1 kiçik oğlu Ziyadxanın atəş açdığını bildirmişdir. Onlar Muradı dərhal maşına qoyaraq xəstəxanaya aparmışlar. Xəstəxanaya çatdıqda həkimlər onlara artıq qardaşının vəfat etdiyini bildirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, qardaşı Murad Balacayevin öldürüldüyü vaxt yanında Ağdam rayonu, Şotlanlı kəndindən olan Şahid5 adlı şəxs olmuşdur. Nabil özünə məxsus silahı Ziyadxana vermiş, Ziyadxanı idarə etdiyi maşınla hadisə yerinə aparmış, maşında Ziyadxanın Murada atəş açmasını gözləmiş, atəş açdıqdan sonra isə dərhal hadisə yerindən uzaqlaşdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 9 il əvvəl uşaqları və həyat yoldaşı evdə olmadığı vaxt həmkəndlisi X17 gecə saatlarında yaşadıqları evə gizlicə daxil olaraq əlində olan bıçaqla ona hədə-qorxu gələrək onu zorlamışdır. Bundan sonra Murad törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib bitirdikdən sonra kəndə geri qayıtmışdır. Həyat yoldaşı Şahid2 həmkəndlisi Muradın atasına onun kənddən çıxıb getməsi barədə xəbər göndərmiş, ancaq Murad bu tələblərə məhəl qoymayaraq kənd ərazisində sərbəst hərəkət etmişdir. X28 bu cür hərəkətlərini görüb qıcıqlandığından atası Şahid2 Muradı öldürəcəyini demişdir. Ziyadxanın bu sözlərindən narahat olduğundan həyat yoldaşı Şahid2 Muradın böyüklərinə barışıq üçün məlumat göndərmişdir. Aralarında barışıq olmasına baxmayaraq, Murad Balacayev saymazyana hərəkətlərlə və törətdiyi əməldən peşmançılıq çəkmədən kənd ərazisində gəzib-dolaşmışdır. 18 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Ziyadxanın dostu Nabil onların yaşadığı evə gəlmişdir. Onlar həyətdə birlikdə günorta yeməyi yemişlər. Daha sonra Nabil Ziyadxanla birlikdə çıxıb getmişdir. O, həmin vaxt oğlu Ziyadxanda hər hansı bir narahatlıq hiss etməmişdir. Axşam saat 17 radələrində həyat yoldaşı Elman ona zəng edərək oğlu Ziyadxanın həmkəndlisi Muradı öldürdüyü barədə ona məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Tərtər rayon polis şöbəsinə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 9 il əvvəl o, Ağcabədi rayonunda heyvan bazarında olan zaman həmkəndlisi X17 gecə saatlarında yaşadıqları evə gizlicə daxil olaraq əlində olan bıçaqla həyat yoldaşı Şahid1 evdə tək olmasından istifadə etməklə hədə-qorxu gəlmiş və sonuncunu zorlamışdır. Bundan sonra Muradın törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını çəkib bitirdikdən sonra o, Murada tanışları vasitəsilə məlumat göndərərək kənddən çıxıb getməsini tələb etmişdir. Lakin Murad onun bu tələbinə məhəl qoymayaraq sanki heç nə olmamış kimi kənd ərazisində sərbəst hərəkət etmişdir. Oğlu Ziyadxan həmkəndliləri Muradın bu cür hərəkətlərini görüb qıcıqlandığından ona Muradı öldürəcəyi barədə demişdir. O, bundan narahat olub Muradın atasına oğlunu kənddən çıxarmağı barədə yenidən xəbər göndərmişdir. Böyüklərin iştirakı ilə aralarında barışıq olmasına baxmayaraq, Murad Balacayev saymazyana hərəkətlərlə və törətdiyi əməldən peşmançılıq çəkmədən heç nə olmamış kimi kənd ərazisində gəzib-dolaşmışdır. 18 oktyabr 2021-ci il tarixdə günorta saatlarında Ziyadxanın dostu Nabil onlara qonaq gəlmişdir. Birlikdə günorta yeməyi yedikdən sonra o, özünə məxsus xırdabuynuzlu heyvanları Qazyan kəndi yaxınlığında yerləşən ərazidə otarmaq üçün aparmışdır. Bundan sonra Ziyadxan və dostunun hara getdikləri barədə məlumatı olmamışdır. Axşam saat 17 radələrində dayısı oğlu Eyvaz ona zəng edərək oğlu Ziyadxanın həmkəndliləri Muradı öldürdüyü barədə məlumat vermişdir. O, dərhal həyat yoldaşı Şahid1 zəng edib Ziyadxanın törətdiyi hadisəni demiş və dərhal kəndə gəlmişdir. Evə çatdıqda Tərtər rayon polis şöbəsinin əməkdaşlarının onlara gəldiyini görmüşdür. Polis əməkdaşları ondan Ziyadxanın yerini soruşmuşlar. Bir qədər sonra oğlunun könüllü olaraq polis əməkdaşlarına təslim olduğu barədə məlumat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə o, əsgərlikdə olan zaman həmkəndlisi X17 gecə saatlarında yaşadıqları evə gizlicə daxil olaraq əlində olan bıçaqla anası Şahid1 evdə tək olmasından istifadə etməklə hədə-qorxu gəlmiş və sonuncunu zorlamışdır. Bundan sonra Murad törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, cəzasını çəkdikdən kəndə qayıtmışdır. O və ailə üzvləri Murada kəndin sakinləri vasitəsilə məlumat göndərərək kənddən çıxıb getməsini tələb etsələr də Murad bu tələblərə məhəl qoymayaraq kənd ərazisində sərbəst hərəkət etməyə davam etmişdir. Qardaşı Ziyadxan isə mərhum Murad Balacayevin bu cür hərəkətlərini görüb qıcıqlandığından sonuncunu öldürəcəyi barədə onlara bir neçə dəfə məlumat vermişdir. 18 oktyabr 2021-ci il tarixdə o, səhər yuxudan durduqdan sonra Bərdə rayonu, Alpoud kəndinə xırdabuynuzlu heyvanlar almaq üçün getmişdir. Lakin heyvan sahibi ilə razılığa gələ bilmədiyi üçün evə qayıtmışdır. Günorta saatlarında evə qayıtdıqdan sonra yuxusuz olduğu üçün öz otağına keçib yatmışdır. Axşam saat 17 radələrində qardaşı Ziyadxan öz istifadəsində olan mobil nömrədən ona zəng edərək həmkəndliləri Muradı öldürdüyünü demişdir. Daha sonra danışıq zamanı qardaşı Ziyadxan ona hadisə barədə polisə məlumat verməsini bildirmişdir. O, bundan sonra Tərtər rayon polis şöbəsinin Yuxarı Qapanlı kəndinin sahə rəisinin köməkçisi polis nəfəri Şahid7 hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Tərtər rayon polis şöbəsinin əməkdaşları onların yaşadıqları evə gəlmişlər. Polis əməkdaşları onlara rayon polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Onlar rayon polis şöbəsinin inzibati binasına çatanda artıq qardaşı Təqsirləndirilən şəxs tutulduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 şahid X5 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, X17 və Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. Təxminən 9-10 il bundan əvvəl X17 gecə saatlarında kənd sakini Şahid2 evinə gizlicə daxil olaraq Şahid1 evdə tək olmasından istifadə edərək hədə-qorxu gəlmiş və onu zorlamışdır. Bundan sonra Murada məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bir müddət sonra Murad cəzasını çəkib bitirdikdən sonra yaşadıqları Tərtər rayonu, Yuxarı Qapanlı kəndinə geri dönmüşdür. 18 oktyabr 2021-ci il tarixdə o, özünəməxsus heyvanları otlaq sahəsində otarmaq üçün həmin əraziyə aparmışdır. Həmin vaxt mərhum Murad Balacayevin qardaşı Namiq də onun yanında əkin sahəsini suvarmışdır. Onlar birlikdə söhbət edən zaman suyun gəlmədiyini görmüşlər. Namiq suyun hansı səbəbdən gəlmədiyini müəyyən etmək üçün arteziana doğru getmiş, suyun dağıldığı yeri düzəldən zaman Namiqin istifadə etdiyi mobil telefona zəng gəlmişdir. Namiq Balacayev telefonla danışdıqdan sonra dərhal özünə məxsus “VAZ 2107” markalı maşına doğru qaçmışdır. O, Namiqdən nə baş verdiyini soruşduqda sonuncu qardaşı Muradın vurulduğunu demişdir. Namiqlə birlikdə maşına əyləşib Murad Balacayevin vurulduğu yerə getmişdir. Həmin vaxt Namiqin böyük qardaşı Rizvan da onlarla eyni vaxt hadisə yerinə çatmışdır. Onlar hadisənin baş verdiyi yerə çatanda Muradın sağ olduğunu görmüşlər. Qardaşları Muraddan onu kimin vurduğunu soruşduqda həmkəndlisi Ziyadxanın onu vurduğunu demişdir. O, bundan sonra dərhal təcili tibbi yardıma zəng etmiş, sonra isə 102 xidmət mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir qədər sonra qardaşları Muradı maşına qoyub xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, qardaşı Şahid6 hadisədən təxminən 2-3 il əvvəl ovçular mağazasından özünə rəsmi sənədlə təxminən 700 manata “Vinchester” markalı ov silahını ov etmək məqsədilə almışdır. Həmin silah onların yaşadığı evdə olmuşdur. Lakin o, heç vaxt həmin silahdan istifadə etməmişdir. Təxminən 3-4 ildir ki, o, Tərtər rayonu Yuxarı Qapanlı kəndində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə dost olmuşlar və onlar tez-tez bir-birinin evinə gedib-gəlmişlər. 2020-ci ilin sentyabr ayında Ziyadxan erməni silahlı birləşmələrinin hücumundan sonra kənd ərazisini tərk etmədiyi üçün, eyni zamanda ov məqsədi ilə qardaşı Şahid6 “Vinchester” markalı ov tüfəngini 500 manat qarşılığında almışdır. Lakin həmin vaxt Ziyadxanın ailə üzvlərindən heç kəsin bununla bağlı məlumatı olmamışdır. Qardaşı Şahid6 məxsus ağ rəngli “Lada Priora” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. O, sürücülük vəsiqəsi olmadan, həmçinin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadan qardaşı Orxana məxsus avtomobili tez-tez Tərtər rayon ərazisində idarə etmişdir. 18.10.2021-tarixdə qardaşı Şahid6 Bakı şəhərinə getdiyinə görə, o, ailə üzvlərinin xəbəri olmadan Orxana məxsus “Lada Priora” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobili götürərək bir neçə saat Tərtər şəhəri ərazisində idarə etmişdir. Günorta radələrində dostu Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsilə onun istifadəsində olan mobil telefona zəng edərək, ona maşınsız olduğunu, onu Ağdam rayonu ərazisində yerləşən X32 qəsəbəsinə aparmasını demişdir. O, dostu Ziyadxanla razılaşmış və avtomobili idarə edib Ziyadxanın yaşadığı Tərtər rayonu Yuxarı Qapanlı kəndinə getmişdir. Ziyadxan həmin vaxt onu evə dəvət etdiyindən Ziyadxanın yaşadığı evə girmişdir. Evin qarşısında olan çardağın altında masada əyləşmişlər. Ziyadxan və ailə üzvləri onların oturduğu süfrəyə yemək gətirmişlər. Onlar yemək yedikdən sonra dostu Ziyadxan onu Ağdam rayonunun X32 qəsəbəsinə aparmasını istəmişdir. Qardaşı Orxana məxsus “Lada Priora” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yola çıxmışlar. Həmin gün saat 16 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kəndinin çıxış hissəsində olan zaman anidən Ziyadxan ondan maşını saxlamağı tələb etmişdir. Ziyadxandan nəyə görə maşını saxlamağı tələb etdiyini soruşduqda ona bununla bağlı heç bir məlumat verməmiş və yenə də maşını saxlamağında israr etmişdir. O, nəqliyyat vasitəsini saxlamış və Ziyadxan tez maşından düşərək arxa sərnişin oturacağının altında ayaqaltı hissəsində yerləşdirilmiş silahı götürərək yol qırağına tərəf hərəkət etmişdir. Bu zaman ondan silahı nəyə görə götürdüyünü soruşduqda ona cavab verməmişdir. O, maşını 5-6 metr qabağa verərək yoldan kənara çıxarmış və düşərək Ziyadxanın hara getdiyini öyrənməyə çalışmışdır. Bu zaman onun əlində silahla adını sonradan bildiyi Murad adlı şəxsə atəş açdığını görmüşdür. Atəş açdıqdan sonra Ziyadxan əlində olan silahla birlikdə maşına doğru gəlmiş və ondan Ziyadxanı oradan uzaqlaşdırmağı xahiş edərək avtomobilə əyləşmişdir. O, dərhal maşını işə salaraq Ağdam rayonu X32 qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Yolda olan zaman Ziyadxan qardaşı Koroğluya zəng etmiş, Murad Balacayevi “Vinchester” markalı ov tüfəngi ilə vurduğunu bildirmiş və Koroğludan polisə zəng edərək hadisə ilə bağlı məlumat verməsini xahiş etmişdir. Koroğlu ilə danışan zaman polis əməkdaşlarını İsmayılbəyli meşəsinə gedən yolun yaxınlığında olan artezian quyusunun yanında gözləyəcəyini bildirmişdir. Tərtər rayonu, Azadqaraqoyunlu ərazisindən keçən zaman Ziyadxan ondan maşını saxlamağı tələb etmiş və o, kəndin çıxışında maşını saxlamışdır. Ziyadxan əlində olan silahla birlikdə avtomobili tərk edərək polis əməkdaşlarına təslim olacağını bildirmiş və ondan getməyi tələb etmişdir. O, nəqliyyat vasitəsini idarə etməkdən qorxduğu üçün Azadqaraqoyunlu kəndində tanımadığı yerdə saxlamış və taksi tutaraq Ziyadxangilə getmək qərarına gəlmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Tərtər rayon polis şöbəsinin əməkdaşları ona zəng vurmuş və o, olduğu ünvanı polis əməkdaşına izah etdikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşları gəlib onu Azadqaraqoyunlu ərazisindən götürərək rayon polis şöbəsinə gətirmişlər. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs ilə yaxın dost olduqlarını, Ziyadxanın ona kimisə öldürəcəyi və ya digər qanunsuz hərəkətlər edəcəyi ilə bağlı məlumat vermədiyini, Ziyadxanın silahı avtomobilə qoymasından xəbərinin olmadığını, həmçinin Murad Balacayevlə aralarında olan ədavət və düşmənçilikdən məlumatı olmadığını, Murad Balacayevi öldürmə səbəbini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqribən 2016-cı il tarixdə heyvandarlıqla məşğul olduğu üçün vəhşi heyvanlardan qorunmaq məqsədi ilə “Vinçester” tipli ov silahı almışdır. Həmin silahdan yalnız yaylaqda olan zaman vəhşi heyvanları qorxutmaq məqsədi ilə təxminən 2-3 dəfə havaya atəş açmaqla istifadə etmiş, yaşayış məntəqələrində, insanlar olduğu yerlərdə istifadə etməmişdir. 2018-ci ildə özünə məxsus mal-qaranı satdıqdan sonra silahın istifadəsi üçün zərurət qalmadığından həmin silahdan istifadə etməmişdir. 2020-ci ilin sentyabr ayında erməni silahlı birləşmələri tərəfindən edilən hərbi təcavüz zamanı dostu Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu, Yuxarı Qapanlı kəndini tərk etməmiş və onda olan silahı və atını satmağını xahiş etmişdir. Həmçinin Ziyadxan silahdan ov etmək məqsədi ilə istifadə edəcəyini bildirmişdir. Ziyadxanla at qarşılığında 300 manat, silah qarşılığında isə 500 manat pulun verilməsini razılaşmış və o, atı və silahı Ziyadxana satmışdır. O, silahı Ziyadxana satan zaman hər hansı rəsmi orqan və ya vəzifəli şəxslərdən müvafiq icazə, rəsmi sənəd almamışdır, həmçinin silah Ziyadxanın adına rəsmiləşdirilməmişdir. 18 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində iş müsahibəsi üçün Bakı şəhərinə getmək məqsədi ilə yola çıxmışdır. Kürdəmir rayonu ərazisində olan zaman Tərtər rayon, Azadqaraqoyunlu kəndinin sahə rəisi Babək istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək adına qeydiyyatda olan silahla Ziyadxan tərəfindən qətl hadisəsi törədildiyini bildirmiş və dərhal rayon ərazisinə qayıtmağını tələb etmişdir. Polis əməkdaşının bu tələbindən sonra o, dərhal Tərtər rayonuna qayıtmışdır. Qayıtdıqdan sonra ona məlum olmuşdur ki, Ziyadxan həmin silahla həmkəndlisi Murad Balacayevə atəş açaraq qətlə yetirmiş, daha sonra polis əməkdaşlarına təslim olmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, qardaşı Şahid5la Ziyadxan arasında yaxın dostluq münasibəti olmuş, qardaşı Şahid5 hadisə vaxtı idarə etdiyi “Lada Priora” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus olmuş, hadisə olan gün o, Bakı şəhərinə getdiyi üçün maşını evdə qoymuş, Nabil maşını ondan xəbərsiz götürərək idarə etmiş, hadisə baş verdikdən sonra Nabilin ona məxsus maşınla Ziyadxanı aparması barədə məlumatı olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində evdə oluduğu vaxt Ziyadxan istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək həmkəndliləri Muradı kəndin örüş yerində ayağından vuraraq yaraladığını, ondan Muradı xəstəxanaya aparmağını istəmişdir. O, daha sonra yenidən Ziyadxanla əlaqə saxlayaraq atasına məlumat verdiyini soruşduqda Ziyadxan ona atasının məlumatı olmadığını bildirmişdir. O, dərhal həmin ərazidə öz heyvanlarını otaran qardaşı Rövşənə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra həmkəndlisi Şahid2 zəng edərək oğlu Ziyadxanın Muradı yaraladığını, bu səbəbdən evə gəlməsini xahiş etmişdir. Bir qədər sonra baş vermiş hadisə ilə əlaqədar Elmanın yaşadığı evə getmişdir. Oraya çatdıqda Tərtər rayon polis şöbəsinin əməkdaşlarının Elmanı və ailə üzvlərini özləri ilə birlikdə rayon polis şöbəsinə apardığını görmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 2012-ci il tarixdə həmkəndlisi X17 gecə saatlarında bibisi oğlu Şahid2 evinə gizlicə daxil olaraq Şahid1 evdə tək olmasından istifadə edib onu zorlamışdır. Bundan sonra Murad məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş, cəzasını çəkib bitirdikdən sonra yaşadıqları Tərtər rayonu, Yuxarı Qapanlı kəndinə geri dönmüşdür. Bu səbəbdən həmkəndlisi Elman onunla danışaraq Murad Balacayevin kənddən çıxıb getməsini tələb etmişdir. O, yarana biləcək münaqişənin qarsısını almaq məqsədi ilə bir neçə dəfə Muradın yaxınları ilə görüşərək Elmanın ona dediklərini çatdırmışdır. Muradın qardaşı Şahid4 ona yaxın zamanda qardaşını kənddən çıxaracağını bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Murad kəndi tərk etməmişdir. Buna baxmayaraq bir müddət sonra onun iştirakı ilə hər iki ailə arasında barışıq olmuşdur. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Tərtər rayonu, Yuxarı Qapanlı kəndi ərazisində olan kənd təsərrüfatı təyinatlı otlaq sahəsidir. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Əhlimanlı X6 Murad Yaqub oğlunu qətlə yetirdiyi silahı Tərtər rayonu, İsmayılbəyli kəndi ərazisində yerləşən meşə zolağına qoyduğu yeri göstərmiş,qeyd edilən yerə baxış keçirilmiş və bir ədəd qara rəngli, üzərində “3544634”, “Churchill 12 GA 3 “MAGNUM” yazıları həkk edilmiş 01 ədəd silah aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və istintaqa könüllü olaraq təqdim etdiyi tünd boz rəngli cins şalvar, boz rəngli qarşısında dairəvi formada emblemi olan qısaqol köynək və qara rəngli, boyun hissəsində “STRONG JEANS, M” sözləri yazılmış gödəkçə iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X14” X30 Bərdə rayonlararası zona mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 18 nömrəli “meyitin ekspertizası”na dair rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-kimyəvi, məhkəmə-histoloji labarator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər: sol İİİ-İV-V-Vİ qabırğaların sınıqları, daxili üzvlərin-ağciyər, mədə yaralanmaları ilə döş qəfəsi nahiyəsinin daxilə keçən və keçməyən, sol bazu, sol dirsək oynağı, sol əl nahiyələrinin kor toxunub keçən odlu silah(qırma) yaralanmaları vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az vaxt əvvəl törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 18.10.2021-ci ilə uyğun gəlir, xəsarətlərin xarakterinə, formasına, morfoloji əlamətlərinə, yumşaq toxuma içərisindən aşkar edilərək çıxarılan metal yad cismə(qırmaya) əsasən demək olar ki, bu yaralar patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş(atəşlər) nəticəsində qırmaların təsirindən törənmişdir və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddir. X1 ölümünə döş qəfəsi nahiyəsinin odlu silah(qırma) yaralanmaları ilə əlaqədar daxili üzvlərin (ağ ciyər, mədə) yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 3-5 saat olar baş vermişdir. X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarətlərin yerləşdikləri nahiyəyə və yara kanallarının istiqamətinə görə demək olar ki, atəşin istiqaməti soldan sağa doğru, xəsarət alan şəxslə odlu silahın lüləsinin en kəsiyi sol tərəfli olmuşdur. Yaraların ətrafında atəşin əlavə faktorları (hisin, alov yanğının, tam yanmamış barıt qırıntılarının təsir izlərinin və s.) olmamasına, qırmaların səpələnmə zonasına görə demək olar ki, atəş atəşin əlavə faktorları təsir etmədiyi məsafədən açılmışdır. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil, və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X7 regional bölməsinin 19 yanvar 2022-ci il tarixli, 16/1351 nömrəli məhkəmə-trasoloji ekspertizasına dair rəyindən görünür ki, X1 hadisə zamanı əynində olmuş uzunqol poliverin, qısaqol köynəyin və maykanın üzərindəki çoxsaylı zədələr odlu silahdan açılmış atəş zamanı çıxan qırmaların təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədələridir. X1 hadisə zamanı əynində olmuş şalvarın üzərində olan 03 ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmış dartılıb-cırılma zədəsidir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əyinində olmuş paltarların üzərində mexaniki zədə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X7 regional bölməsinin 17 yanvar 2022-ci il tarixli, 16/1350 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs və X12 məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri olmuşdur.Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mirkohissəcikləri arasında X12 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur.Tədqiqata təqdim edilmiş, X12 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mirkohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X14” X30 Gəncə şəhər şöbəsinin 19 noyabr 2021-ci il tarixli, 45 nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim olunmuş pambıq tamponlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) RH+ dir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd kofta, bir ədəd köynək üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. X2 məxsus bir ədəd mayka, bir ədəd cins şalvar, bir ədəd koftanın və götürülmüş üç ədəd tamponların üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) olduğundan X2 məxsus ola bilər. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2021-ci il tarixli 3/1831;3/1834 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal olunmuş, 12 kalibirli, “3544634” nömrəli “CHURCHİLL” modelli, tək hamarlüləli (yivsiz) pompalı odlu ov silahıdır, silahın patronluğunun qəlbə birləşən hissədə yivləri istismar nəticəsində yeyilmişdir. Bu səbəbdən də patronluq silahın qəlb hissəsinə tam bərkimir. Buna görə də, silah texniki cəhətdən nasaz vəziyyətdədir, lakin təyinatı üzrə atəş açmaq üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd giliz- zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibirli patronun atəşlə ayrılmış hissəsidir - gilizdir. 01 ədəd giliz təqdim edilmiş 12 kalibirli, “CHURCHİLL” modelli “3544634” nömrəli ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd predmet müxtəlif kalibirli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir – qırmalardır və döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq həmin qırmaların digər atış komponentləri ilə birlikdə müvafiq kalibirli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 12 kalibirli, “CHURCHİLL” modelli, “3544634” nömrəli ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik qurluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduğundan onların təqdim edilmiş 12 kalibirli, “CHURCHİLL” modelli, “3544634” nömrəli ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” əllərindən silinərək götürüldüyü qeyd edilən tampon nümunələrin səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Bu hissəciklər öz kimyəvi tərkib hissəsinə görə təqdim edilmiş silahın lülə kanalından aşkar edilmiş hissəciklərlə eynilik təşkil edir. Təqdim edilmiş tampon nümunələrin səthindən aşkar edilmiş tam yanmamış tüstüsüz barıt hissəcikləri təqdim edilmiş silahdan atəş açılan zaman da yarana bilər. Lakin yivsiz odlu silahın patronlarına doldurulan barıt kimyəvi tərkibcə eynilik təşkil etdiyindən təqdim edilmiş tampon nümunələrin səthindən aşkar edilmiş tam yanmamış tüstüsüz barıt hissəciklərinin konkret olaraq təqdim edilmiş silahdan atəş açılan zaman yaranıb-yaranmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji dispanserinin 10 yanvar 2022ci il tarixli 11/04 nömrəli ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən və törətməzdən əvvəl hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərini olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli “könüllü gəlmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq Tərtər rayonu, Qaraqoyunlu kəndi ərazisinə gələrək Murad Balacayevin bir neçə il bundan əvvəl anası Şahid1 fiziki zor tətbiq edərək zorladığı üçün öldürdüyünü demiş, şəxsi iradəsi ilə və heç bir təsir və ya təzyiq altında olmadan könüllü olaraq təslim olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və Tərtər rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(061)-52/2021 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbestmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 26 oktyabr 2021-ci il tarixli, 5241 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Tərtər rayon Mərkəzi Xəstəxanasının 27 oktyabr 2021-ci il tarixli, 881 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəstəliklə bağlı Tərtər RMX PHŞ-ya müraciət etməmiş və poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabnetlərində dispanser qeydiyyatında olmamışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndəliyinin 29 oktyabr 2021-ci il tarixli, 439 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Yuxarı Qapanlı kəndində yaşamış, ailə üzvləri 07.06.1968-ci il təvəllüdlü atası Şahid2, 23.04.1973-cü il təvəllüdlü anası Şahid1, 16.06.1993-cü il təvəllüdlü qardaşı X4 ibarət olmuşdur. Yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2013-cü il tarixli hökmünün surətindən görünür ki, X17 Azərbaycan Respublikası CM-nin 149.2.4 və 157.1-ci maddələrilə təqsirli bilinərək, qəti olaraq 04 il 08 ay 07 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 3(061)-123/2022 saylı qərarının surətindən görünür ki, maddi sübut kimi Tərtər rayon prokurorluğunun maddi sübutla otağında saxlanılan bir ədəd 12 kalibrli, ******* nömrəli “CHURCİLL 12-GA MGNUM” modelli, hamar lüləli, yivsiz ov tüfənginin müsadirə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, həmin Məcəllənin 61.1.10-cu maddəsində nəzərdə tutulan cinayətin odlu silahdan törədilməsi cəzasını ağırlaşdırıcı hal kimi qəbul olunduğundan ona cəza təyin olunarkən həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutlar – Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd boz rəngli qısaqol köynək və 01 ədəd qara rəngli gödəkçə yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, X12 məxsus 01 ədəd boz-qara rəngli cins şalvar, 01 ədəd qəhvəyi rəngli köynək, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd 135 sm uzunluğunda dəyənək, meyitə baxış zamanı götürülmüş 03 ədəd pambıqda hopdurulmuş qan ləkələri, 01 ədəd giliz və 07 ədəd qırma məhv edilməlidir. Cinayətin törədildiyi alət olan 01 ədəd 12 kalibrli, ******* nömrəli, “CHURCİLL 12-GA MAGNUM” modelli, hamar lüləli yivsiz ov tüfənginin Tərtər rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 3(061)-123/2022 saylı qərarına əsasən müsadirə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 327 (üç yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 18 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutlar – Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd boz rəngli qısaqol köynək və 01 ədəd qara rəngli gödəkçə yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, X12 məxsus 01 ədəd boz-qara rəngli cins şalvar, 01 ədəd qəhvəyi rəngli köynək, 01 ədəd ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli mayka yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd 135 sm uzunluğunda dəyənək, meyitə baxış zamanı götürülmüş 03 ədəd pambıqda hopdurulmuş qan ləkələri, 01 ədəd giliz və 07 ədəd qırma məhv edilsin. Cinayətin törədildiyi alət olan 01 ədəd 12 kalibrli, ******* nömrəli, “CHURCİLL 12-GA MAGNUM” modelli, hamar lüləli yivsiz ov tüfənginin Tərtər rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 3(061)-123/2022 saylı qərarına əsasən müsadirə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 327 (üç yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-196/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-196/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver