Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-196/2023 18.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X3 ibarət tərkibdə, X8 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Lerik rayonu, Buruq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə işinə açıq məhkəmə iclasında baxaraq baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qisas almaq niyyətilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, “Facebook” sosial şəbəkəsində dostluq etdiyi Zərərçəkmiş şəxs 13 avqust 2022-ci il tarixdə həmin sosial şəbəkədə paylaşdığı statusa rəy yazması və Zərərçəkmiş şəxs həmin rəyi bəyənməyərək mobil telefon vasitəsilə onunla sözlü mübahisə edib yaşadığı Bərdə rayonuna çağıraraq mütəmadi nalayiq söyüşlərlə təhqir etməsindən əsəbiləşərək sonuncunu qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə 14 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Salyan rayonundan Bərdə şəhəri ərazisinə gələrək, həmin tarixdə, saat 19:30 radələrində Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində asfalt yolun kənarında Zərərçəkmiş şəxs ilə görüşüb əvvəlcə sözlü mübahisə edərək daha sonra isə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağını çıxararaq qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarına ardıcıl 8 dəfə zərbə vuraraq ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid politravma, döş qəfəsi və qarın nahiyəsinin arxa səthinin, sağ döş və qarın boşluqlarına daxil olan 8 (səkkiz) ədəd kəsilmiş-deşilmiş yaraları, pnevmo-hemotraks, travmatik-hemorragik şok ağır dərəcə, qara ciyərin, ağ ciyərin və diafraqmanın kəsilmiş-deşilmiş yaraları xəsarətlərini yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxıldığından sonuncunun öldüyünü düşündüyündən və əvvəllər tanımadığı Şahid1 hadisə yerinə gəlməsini görüb oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs ətrafda olan müəyyən edilməsi mümkün olmayan şəxslər tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımamış, qohumluq və digər hər hansı münasibəti olmamış, düşmənçiliyi və ədavəti olmamışdır. O, Salyan rayonu ,Marışlı kəndində valideynləri ilə birlikdə yaşamış, evin tək övladı olmuşdur. Salyan rayon Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. İstifadəsində olan ***-***-**-** saylı nömrədən mobil telefonla «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçmişdir. 2022ci ilin iyun ayında Sabir ona «Facebook» sosial şəbəkəsində dostluq atmış və o da onu dostluğuna qəbul etmişdir. 13 avqust 2022-ci il tarixdə o, «Facebook» sosial şəbəkəsində Sabirin «status» paylaşdığını görmüşdür .Sabir həmin paylaşımda salam mənasında “smile” qoymuş və həmin «salam» “smile”nin ardınca «alan alsın, almayan ponyatka alsın» yazmışdır. O da həmin paylaşıma «əleykum salam, bu boş temadır» yazmışdır. Həmin günü Sabir ona «Facebook» sosial şəbəkəsində şəxsi mesaj bölməsində «salam, sən mənim postlarıma “comment” yazma, mən zor edib yazıram, kim deyirsə zor edə bilmərəm gəlsin göstərim» yazıb ,söyüşlə «kimin xoşuna gəlmirsə getsin buradan» yazmışdır. O da sosial şəbəkədə onun şəxsi mesaj bölməsinə «mənə söz deyən belə olsun» və Sabirin ona yazdığı söyüşü ona qaytarmışdır. O, Sabirə «çoxu bilir ki, paylaşım nə mənada yazılır» yazmış, Sabir ona var-yox söyüşü yazmışdır. O da Sabirə cavab olaraq var-yox söyüşü yazmışdır. Bu qaydada bir-birilərinə söyüş yazmışlar. Saat təxminən 22:00-23:00 radələrində ona yazdığı söyüşlərə aydınlıq gətirməsi üçün Sabirdən telefon nömrəsini soruşmuş,Sabir də ona əvvəl bir nömrə yazmış, o, Sabirə zəng etmiş, lakin həmin nöməyə zəng çatmamışdır. Sonra Sabir ona həmin nömrənin “whatsapp”ı işləyir, zəng etmək istəsən, ikinci nömrəmə zəng elə və ona ikinci nömrəsini yazmışdır. Həmin nömrələr yadında qalmamış, lakin telefonunun yaddaşında qalmışdır. 13 avqust 2022-ci il tarixdə gecə saat təxminən 23:30 radələrində o, Sabirin ona yazdığı ikinci nömrəsinə zəng vumuş,Sabir cavab vermişdir. Sabirlə telefonda mübahisələri olmuş və bir-birilərinə var-yox söyüşü söymüşlər. O, Sabirdən telefonda harda qaldığını soruşmuş, Sabir ona Bərdədə qalıram, gəlməyənin var-yoxunu “belə-belə” edim demişdir . O da Sabirə iki-üç həftəyə Bərdəyə gələcəm demişdir. Sonra Sabir «Facebook» sosial şəbəkəsində Bərdəyə gələndə ona zəng etməsini yazmışdır. Təxminən bir həftədən sonra 20 ya da 21 avqust 2022-ci il tarixdə Sabir ona «Facebook» sosial şəbəkəsində «salam» yazmış,o Sabirə heç nə yazmamışdır. Bundan 1-2 gün sonra Sabir yenə ona «salam» sonra «alo» yazmış, mənası niyə gəlmədin demək olmuşdur. O, Sabirə «gələcəm, xəbər edəcəm» yazmış,bundan sonra aralarında yazışma olmamışdır. 25 avqust 2022-ci il tarixdə o, Sabirə «ya sabah», yəni 26 avqust 2022-ci il tarixdə «ya da sentyabrın 01-nə kimi Bərdəyə gələcəm» yazmışdır. Sabir ona «məni dolmaısan, sabah burda olmayan “belə-belə” olsun» yazmış, o da Sabirə var- yox söyüşü yazmış, «ayın 27-si gələcəm» demişdir. 27 avqust 2022-ci il tarixdə səhər saat təxminən 09:00 radələrində o, Sabirə «Facebook» sosial şəbəkəsində «bu gün günorta ya axşamüstü ordayam» yazmış və 27 avqust 2022-ci il tarixdə saat təxminən 14:00 radələrindən sonra o, Salyan rayonundan çıxıb Bərdə rayonuna gəlmək üçün Bakı şəhərinə “Sədərək” ticarət mərkəzinə gedib, oradan da Bərdə rayonua gedən marşrutları axtarmışdır. O, Sabirin ona cavab yazmadığını görüb Salyan rayonuna evlərinə qayıtmışdır. O qayıdanda yolda Sabir ona «ola bilsin set olmayıb ona görə yaza bilməmişəm, gərək “whatsapp”da yazaydın» yazmışdır. Onlar“Whatsapp”da mübahisəli yazışmalar etmiş və yenə bir-birilərinə söyüşlər yazmışlar. O, Sabirə «Bərdəyə qayıtmağa pulum yoxdu, qayıdıram evə» yazmışdır. Sabir ona «məni dolamısan» yazmışdır. O, Sabirə «bir az yol pulu yığıb «15 sentyabr 2022-ci il tarixə kimi Bərdəyə gələcəm» yazmışdır. Bundan sonra Sabirlə heç bir danışığı və yazışması olmamışdır. 14 sentyabr 2022-ci tarixdə saat təxminən 10:00 radələrində o, Salyan rayonundan Ağcəbədi rayonuna gəlmiş, yolda «Facebook» sosial şəbəkəsində və “whatsapp”da Sabirə «3-4 saata Bərdə rayonunda olacam, sən harda olacaqsan yazmışdır.Saat 18:30 radələrində Bərdə rayonuna avtovağzala çatmış və taksidən düşmüşdür. O, taksidən düşəndə Sabir ona, «gəl» yazmışdır. O, Sabirə“whatsapp”da «Bərdədə harda olacaqsan» yazmış, Sabir də ona cavabında, «sarayda düş» demişdir. O, Sabirə «mən sarayı tanımıram, sən ora get mənə “konum” at mən gəlim» demişdir. Sabir də ona “konum”(yer təyini) atmış, o da həmin yerə gəlmişdir. Saat təxminən 19:30 radələrində Sabirlə görüşmüşdür. O Sabirə az adam olan yerə, sakit bir yerə getmələrini demiş ,Sabir onu “Ekspress” bankın yanında olan bir küçəyə aparmışdır. «Facebook» sosial şəbəkəsində Sabirin əvvəl yazdığı yazı ilə bağlı söhbət edə-edə Sabirdən bu paylaşımı edəndə kimlərə görə yazmışdımsa həmin adamların adını “taq” (işarə) edib etmədiyini soruşmuş, Sabir də ona söyüş söymüş o da söyüşləri Sabirə qaytarmışdır. Bu zaman onlar mübahisə etmiş, Sabir əlini onun sağ çiyninə atıb mənə deyirsən?” demişdir. O da Sabirə heç nə deməyib sol əli ilə onun çiynindən yaxda sinəsindən tutub sağ əli ilə əynində olan qara rəngli cins şalvarın sağ cibindən özü ilə gətirdiyi qatlanan “knopkalı” cib bıçağını çıxarıb bir neçə dəfə bıçaqla Sabiri vurmuş, axırıncı zərbələr Sabirin kürəyindən dəymişdir. Məqsədi Sabiri öldürmək olmuş, onu öldürmək üçün bıçaqla bir neçə dəfə vurmuşdur. O, Sabiri bıçaqla vuranda sonuncu yerə yıxılmışdır. Həmin vaxt tanımadığı bir nəfər kişi, “nə olub” deyə soruşmuşdur .O da həmin şəxsə «heç nə» demiş və oradan uzaqlaşmışdır. Kənardan baxanda Sabirin yerdə çöməldiyni, həmin kişinin də ondan “nə isə” soruşduğunu görmüşdür. Sonra o bir az da uzaqlaşıb telefona baxmış və Sabirlə dalaşdıqları yerə başqa bir yerdən də yol olduğunu bilmiş və həmin yol ilə yenə dalaşdıqları yerə qayıdanda “whatsapp”da Sabirə «hələ işimiz qurtarmayıb, ya sən Bərdədən sağ çıxacaqsan, ya da mən» yazmışdır. Sonra Sabirə «həmin kişi ordan getdi mi», «ordasanmı, mən həmin küçənin çıxışında gözləyirəm» yazmış, Sabir isə ona cavab verməmişdir. Sonra Sabirə «ölmüsənsə gedim polisə təslim olum, ölməmisənsə gəl görüşək, çalış birinci sən məni vur» yazmiş və yenə dalaşdıqları yerə qayıtmış, adamların nə isə axtardıqlarını görmüş, lakin Sabiri görməmişdir. O, Sabiri baçaqla vurub öldürmək istəmiş, lakin Sabiri görməmişdir. Sabirə bir-iki dəfə “whatsapp”da zəng etmiş, lakin Sabir cavab verməmişdir. O yenidən həmin yerə qayıtmış, lakin yenə Sabiri görməmiş, orada polis əməkdaşlarının, post patrul xidmətinin işçilərinin gedib-gəldiyini görmüşdür. Daha sonra o, həmin yerin yaxınlığında gəzişmiş və Sabirin ölüb-ölmədiyini öyrənmək üçün orada olan tanımadığı mağazadan nə olduğunu soruşmuş, həmin şəxs bıçaqlanma olduğunu bildirmiş, lakin Sabirin ölüb-ölmədiyini öyrənə bilməmişdir. Sonra üstündə pulu olmadığına görə qolunda olan saatı “Unibank” tərəfdə olan tanımadığı telefon dükanında 10 manata satmışdır. Əvvəlcə su alıb içmiş, sonra orada olan dönərxanadan dönər alıb yemişdir. Sonra yağiş yağdığına görə “Ekspress” bankın yaxınlığında dayanacaqda oturmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlamış, adını soruşmuş, o, adını onlara demiş, haradan olduğunu soruşmuşlar. O da Polis əməkdaşlarına Salyan rayonundan olduğunu demiş, sonra polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələndə yolda bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs Bərdə rayonunda tapıb ona yazdığı söyüşləri özünə götürməsi və ondan üzr istəməsi olmuş, əks təqdirdə Sabiri öldürüb təslim olmaq olmuşdur. O, Sabiri bıçaqla vurandan sonra sonuncu yerə yıxılmış, Sabirin öldüyünü düşünmüş və tanımadığı bir kişi gəldiyinə görə aralanmıdşır. O sonrdan Sabirin ölmədiyini bilib onunla görüşərək yenidən bıçaqla vurub öldürmək istəmiş, lakin Sabiri tapmamışdır.Sabir ona var-yox söyüşü etdiyinə görə onun bu söyüşlərini qəbul edə bilməmiş, bu səbəbdən onu öldürmək istəmişdir. Sabirə bərk əsəbiləşdiyinə görə neçə bıçaq zərbəsi vurduğunu dəqiq bilməmişdir.. 3-4 bıçaq zərbəsi vurmuş, hava qaranlıq olmuş, gözü əsəbdən görməmiş, Sabirin qarın və yan nahiyələrinə bıçaqla vurmuşdur. Sabiri bıçaqla vurandan sonra sonuncu yerə yıxılmış, Sabirin öldüyünü zənn etdiiyndən və kənardan bir nəfər tanımadığı kişi ona yaxınlaşdığına görə Sabiri vurmağa davam etməmişdir, Sabiri vurduğu bıçağı “instagram” sosial şəbəkəsi vasitəsilə təxminən üç dörd gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 17 manata almışdır. Həmin bıçağı Sabiri öldürmək məqsədilə almış, bıçaq qatlanan cib bıçağı olmuş, üzərində deşikləri olmuş, “knopkalı” bıçaq olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, qohumluğu və ədavəti olmamışdır. İstifadə etdiyi “***-***- **-**” saylı telefonla «Facebook» sosial şəbəkəsində qeydiyyatdan keçmişdir. Təxminən 2022-ci ilin iyun ayında o,Xəyala “Facebook” sosial şəbəkəsində dostluq atmış və Xəyal da onu dostluğuna qəbul etmişdir. 13 avqust 2022-ci il tarixdə o, «Facebook» sosial şəbəkəsində «post» paylaşmış, həmin paylaşımda “salam” mənasında “smile” qoymuş və həmin “salam” “smile” (emoji) ardınca «alan alsın, almayan ponyatka alsın» yazmışdır.Xəyal da həmin paylaşımı görmüş rəy yazaraq «əleykum salam, bu boş temadı» yazmışdır.Həmin günü o, Xəyala «Facebook» sosial şəbəkəsində şəxsidə «salam, sən mənim postlarıma “comment” yazma, mən zor edib yazıram, kim deyirsə zor edə bilmərəm gəlsin göstərim» yazmış, söyüşlə, «kimin xoşu gəlmirsə getsin burdan» demişdir.Xəyal da sosial şəbəkədə ona şəxsi mesaj bölməsində «mənə söz deyən belə olsun» və onun yazdığı söyüşü Xəyal ona cavab olaraq qaytarmışdır. Xəyal ona «çoxu bilir ki, paylaşım nə mənada yazılır» yazmış, o da Xəyala var-yox söyüşü yazmış, Xəyal da ona var-yox söyüşünü qaytarmışdır. Bu qaydada bir-birilərinə söyüş yazmışlar. Saat təxminən 22:00-23:00 radələrində Xəyal ondan telefon nömrəsini soruşmuş,o da Xəyala nömrəsini yazmışdır. 13 avqust 2022-ci il tarixdə gecə saat təxminən 23:30 radələrində Xəyal onun nömrəsinə zəng etmiş və Xəyalla telefonda mübahisələri olmuş və birbirilərinə var- yox söyüşü etmişlər. Xəyal ondan harda qaldığını soruşmuş,o Bərdədə qaldığını, gəlməyənin “var-yoxunu belə-belə edim” demişdir. Xəyal da iki-üç həftəyə Bərdəyə gələcəm demişdir. O, Xəyala “Facebook” sosial şəbəkəsində Bərdəyə gələndə ona zəng etməsini demişdir. Təxminən bir həftədən sonra 20-21 avqust 2022-ci il tarixdə o, Xəyala «Facebook» sosial şəbəkəsində salam yazmışdır. Xəyal cavab olaraq heç nə yazmamışdır. Bundan təxminən 1-2 gün sonra o, yenidən Xəyala «salam», sonra «alo» yazmış,mənasi bu olmuşdur ki, “niyə gəlmədin”. Xəyal ona «gələcəm, xəbər edəcəm» yazmışdır. Bundan sonra aralarında yazışma olmamışdır. 25 avqust 2022-ci il tarixdə Xəyal ona «ya sabah», yəni 26 avqust 2022-ci il tarixdə «ya da sentyabrın 01-nə kimi Bərdəyə gələcəyini demişdir. O, da Xəyala «məni dolmasanmı, sabah burda olmayan belə-belə olsun» yazmışdır. Xəyal da cavab olaraq ona var-yox söyüşü yazmış, ardınca «ayın 27-si gələcəm» yazmışdır..14 sentyabr 2022-ci il tarixdə «Facebook» sosial şəbəkəsində və “whatsap”da Xəyal ona «3-4 saata Bərdə rayonunda olacağını və ondan harada olacağını soruşmuşdur. Saat 18:30 radələrində o, Xəyala, «gəl» yazmış, Xəyal ondan Bərdədə harda olacağını soruşmuş o, da Xəyala «sarayda düş» yazmış, sonuncu da sarayı tanımadığını, “konum” atmağını bildirmişdir. O, Xəyala “whatsapp”da «yaxşı gəlirəm» yazmışdır. O , Xəyala “konum” (yer təyini, koordinatı) atmışdır. O, Xəyala “ “Unibank”ın yanında dayan, mən də o tərəfə gəlirəm” yazmış və“Ekspres” bankın yanında olan qaranlıq küçədə dayanıb Xəyalı gözləmişdir. Saat təxminən 19:30 radələrində Xəyal gəlmiş və qəflətən arxadan ona bıçaqla zərbələr vurmuş və o, şoka düşmüşdür. Xəyal bıçaqla vuranda o yerə yıxılmış və Xəyal isə qaçıb getmişdir. Həmin vaxt tanımadığı bir nəfər kişi ona yaxınlaşmış o həmin şəxsə bıçaqlandığını bildirmişdir. Bundan sonra o, huşunu itirmiş və sonrakı proseslər yadında qalmamışdır. Ayılanda isə Bərdə RMX-nin Reanimasiya şöbəsində olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona cəza verilsəmini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Hikmət oğlu ifadəsində göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində bir nəfər naməlum şəxsin Bərdə rayonu, 588 saylı qəsəbə sakini 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbərlər vuraraq xəsarət alması barədə Bərdə rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında hadisənin baş verdiyi Bərdə şəhər M.Ə.Rəsuzladə küçəsinə əməliyyat qrupu və növbətçi hissə ilə birlikdə getmişdir. Hadisə yerində şəxsiyyəti müəyyənləşdirilmiş Şahid1 qara şalvar və köynəkli, bir nəfər yaşı 20-25 olan şəxsin hadisə yerində olduğunu bildirmişdir. Bundan sonra həmin sadalanan əlamətlərə uyğun bir nəfər şəxsin Bərdə şəhərindəki “Ekspress” bankın yanında dayanacaqda dayandığını görmüşdür. O, həmin şəxsə yaxınlaşmış və ona suallar vermiş, həmin şəxs Salyan rayonundan olduğunu, adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsə polis şöbəsinə getməli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli qatlanan cib bıçağını ona təqdim etmiş, o da həmin bıçağı sabiq müstəntiq İlqar Əliyevə raport əsasında təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli 4(021)-125/2022 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesbalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 22 noyabr 2022-ci il tarixli protokola və ona əlavə edilmiş fotocədvələn görünür ki, hadisə yeri Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində küçədaxili asfalt yolun sağ kənar hissəsidir. Hadisə yerinə baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik iz yaxud əşya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 681/239 nömrəli rəyindən görünür ki, aparılmış psixoloji müayinə zamanı (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD, Lüşer testlərinə əsasən) Təqsirləndirilən şəxs neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşkar olunur, əhval-ruhiyyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir: Verbal qiymət - 70 VQ; Qeyri-verbal qiymət - 74 RQ, Ümumi qiymət - 90 ZQ-dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən İbrahimxəlilov Təqsirləndirilən şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlinmişdir: Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl , baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 800 nömrəli rəyinən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər-politravma, döş qəfəsi və qarın nahiyəsinin arxa səthinin, sağ döş və qarın boşluqlarına daxil olan 8 (səkkiz) ədəd kəsilmiş-deşilmiş yaraları, pnevmo-hemotoraks, travmatik-gemorragik şok ağır dərəcə, qara ciyərin, ağ ciyərin və diafraqmanın kəsilmiş-deşilmiş yaraları deşici-kəsici təsir göstərə bilən alət(lər) ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə və ayrıayrılıqda törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 11 dekabr 2022-ci il tarixli 738/2022-MTBŞ saylı ekspert rəyin görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: 0/H/-alfa,beta/l/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/ll//, sonuncunun şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus şalvar, kəmər, tamlığı pozulmuş köynək, mayka, «Baytaş» markalı 02 ədəd trusik, «Reebok» yazılı idman şortiki, 01 ədəd ön tərəfi naxışlı açıq göy rəngli trusik, 01 ədəd «Jia Xiang» markalı qara rəngli trusik üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri Oalfa, beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə A/ll/ qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Təqdim edilən 01 ədəd qatlanan cib bıçağı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup göstəriciləri təyin edildikdə A və H antigenləri alındı. Belə olan halda bıçaq üzərində olan ləkələrdə 0/H//İ/ qruplu zərəqçəkmiş şəxs Zərərçəkmiş şəxs və A/ll/ qruplu Təqsirləndirilən şəxs əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa qarışıq qanlarının olması ABO sistemi ilə inkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının 12 dekabr 2022-ci il tarixli 590/MKTŞ-2022 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Firudun oğluna məxsus uzunqol köynəyin arxa səthinin sağ yarısında və sağ yan nahiyəsində 3 (üç) ədəd, qolsuz maykanın sağ yarısında və sağ yan nahiyəsində 5(beş) ədəd dəlib-keçən zədə var. Bu zədələr deşilmişkəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (lər)in təsirindən törənmişdirlər. Zərərçəkmiş şəxs Firudun oğluna məxsus uzunqol köynəyin üzərində 3(üç) ədəd, qolsuz maykanın üzərində isə 5(beş) ədəd zədənin olması, həmin paltarların hər birinin arxa səthində və digər nahiyyələrində müxtəlif istiqamətli, çoxsaylı kəsiklərin aparılması ilə izah oluna bilər. Zərərçəkmiş şəxs Firudun oğluna məxsus uzunqol köynəyin və qolsuz maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs Firudun oğluna məxsus şalvarın, kəmərin, üzərinə “Baytaş” yazılmış iki ədəd tumanın, üzərinə “Jia Xiang” yazılmış tumanın, göy rəngli tumanın, üzərinə “Reebok” yazılmış tumanın (şortikin) üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 747 nömrəli rəyinən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ əl nahiyəsinin İİ barmağının səthi kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmiş, öz əlində olan bıçaqla qarşı tərəfə xəsarət yetirərkən törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 dekabr 2022ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokola və ona əlavə edilmiş fotocədvələn görünür ki, istintaqa təqdim edilmiş 01 ədəd 226 mm ümumi uzunluğu olan metal cib bıçağı tanınmaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tanınma üçün ona təqdim edilmiş 01 ədəd bıçağı diqqətlə nəzərdən keçirib “3” nömrəsi altında tanımaq üçün ona təqdim edilmiş bıçağın ona məxsusluğunu, bıçağı rəngindən, dəstəyinin formasından, tiyəsindəki deşiklərdən tanıdığını, həmin bıçağı Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra polis əməkdaşlarına verdiyini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə bıçaqla öldümək məqsədilə zərbə vurduğu yeri və şəraiti göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 23 noyabr 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanması istintaq hərəkəti haqqında protokola və ona əlavə edilmiş fotocədvələn protokoldan görünür ki, Zərərçəkmiş şəxs 14 sentyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs onun bədənin müxtəlif nahiyələrinə bıçaqla öldümək məqsədilə zərbə vurduğu yeri və şəraiti göstərərək baş vermiş cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 22 noyabr 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 noyabr 2022-ci il tarixli üzləşdirmə protokoldan protokoldan görünür ki, istintaq zamanı verdikləri ifadələrdə ziddiyətlər olan zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzləşmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə sonuncunun onu üzbəüz duruş vəziyyətində deyil, arxa tərəfdən yaxınlaşaraq bıçaqladığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2022-ci il tarixli götürmə protokolu və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Bərdə RPŞ-in CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Təqsirləndirilən şəxs İdirs oğlunun Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçağı istintaqa təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2022-ci il tarixli götürmə protokolu və ona əlavə edilmiş fotocədvələn protokoldan görünür ki X1 Xəyal İdirs oğlunun Zərərçəkmiş şəxs xəsarət yetirərkən sonuncunun əynində olmuş 01 ədəd mayka, 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək və 05 ədəd tumanı könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 138-45896-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubunan görünür ki, xx xxxxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs çoxsaylı bıçaq zərbələri vurmuş, nəticədə sonuncu ağır xəsarətlər almışdır. Təqsirləndirilən şəxs cinayət törədərkən zərərçəkmiş şəxsin müqavimətini qırmaqda onu heç kim köməklik etməmiş, 14 sentyabr 2022-ci il tarixdə Salyan rayonundan Bərdə şəhərinə gəlmiş, telefon vasitəsi ilə Zərərçəkmiş şəxslə danışmış və görüşmüş, bu zaman hadisənin baş verdiyi ərazidə kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığı zaman hadisə yerinə Bərdə şəhəri, Axundov küçəsində yaşayan 28 iyul 1965-ci il təvəllüdlü Şahid1 gəlmiş, bu zaman Təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. Hadisə yerinə hadisə baş verdikdən sonra gəlmiş şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs oğlu arasında əvvəlcədən tanışlıq olmamış, aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə “Facebook” sosial şəbəkəsində tanış olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxslə əvvəlcədən hər hansı dərəcədə münasibəti və tanışlığı olmamışdır. Hadisə baş verən ərazidə müşahidə kameraları olmamışdır. Təqsirləndirilən şəxs polis tərəfindən tutularaq istintaq təhvil verilərkən üzərində telefon aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 15 noyabr 2022-ci il tarixli 275 nömrəli sorğuya cavab məktubunda görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 noyabr 2022-ci il tarixli 199/2022 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinə hər hansı material daxil olmamış və baxılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasından alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 2821 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Salyan RMX”-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 182-39537-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan rayon polis şöbəsində 25 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə material olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Salyan RİHB-nin Marışlı kənd İƏD-si üzrə nümayəndəliyinin 15 sentyabr 2022-ci il tarixli, 455 №-li arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Ailə üzvləri anası X4 və atası Qanuni nümayəndə ibarətdir. Təqsirləndirilən şəxs Salyan rayon Ramiz Qafarov adına Marışlı kənd tam orta məktəbinin Xİ sinif şagirdidir. Təqsirləndirilən şəxs oxuduğu müddətdə özünü nümunəvi şagird kimi göstərmiş, sinif yoldaşları ilə mehriban münasibətləri olmuş, məktəbin müəllim və işçi kollektivinin hörmətini qazanmış, verilən ictimai tapşırıqları vaxtı-vaxtında əməl etmiş, son vaxtlar yaş dövrü ilə bağlı davranışlarında dəyişikliklər olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirlməsi haqqında”qərardan görünür ki, 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd mayka 05 ədəd alt paltarı Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılır, 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşadək olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksinyasında doqquz ilədən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasının yuxarı həddi on dörd il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşdırıldığından, həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət etməyə cəhd görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilə biləcək cəzasının yuxarı həddi 10 (on) il 6 (altı) aydan artıq ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması Azərbaycan Respublikasının CM-nin 59.1.2-ci maddəsinə əsasən, səmimi etirafı, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayanlara azadlıqdan məhrum etmə cəzası 10 ildən artıq olmayan müddətə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.2-ci maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda (yetkinlik yaşına çatmaması və səmimi etirafı, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin (on ilin) dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlinin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində əsəbi psixi-emosional vəziyyətində törədilməsini və ağırlaşdırıcı halların olmamasını nəzərə alır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 15 sentyabr 2022-ci il tarixdən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan qızlar, habelə yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. İş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar- 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd mayka, 05 ədəd alt paltarı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı imtina edildikdə isə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar- 01 ədəd şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd mayka, 05 ədəd alt paltarı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-196/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-196/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver