Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-197/2020 11.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X21 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Tərtər rayonunun Düyərli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Düyərli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 «a», mənzil 12 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə işinə açıq məhkəmə iclasında baxaraq baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, qayınanası X1 əri ilə 2015-ci ildə boşandıqdan sonra Goranboy şəhər sakini X15 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşaması və yüngül həyat tərzi keçirməsi ilə əlaqədar aralarında yaranmış gərgin şəxsi münasibətlər zəminində xx xxxx 2020-ci il tarixdə saat 17-18 radələrində Zərərçəkmiş şəxsnın yaşadığı ünvan 2 ünvanına gedərək, evin qapısının qarşısında ona pozğun əməllərindən əl çəkməsini bildirdikdə, Zərərçəkmiş şəxsnın onu nalayiq sözlərlə təhqir edərək oradan qovduğu üçün sonuncunun həmin hərəkətləri ilə onun və ailəsinin nüfuzuna xələl gətirməsi qənaətinə gəldiyindən onu öldürməyi qərarlaşdırmış, bu niyyətlə xx xxxx 2020-ci il tarixdə səhər saatlarında valideyinləri ilə bayramlaşmaq məqsədi ilə getdiyi Tərtər rayonunun Düyərli kənd qəbirstanlığında torpağa basdıraraq gizlətdiyi, babası Oruc Hüseynovdan qalan soyuq silah hesab edilməyən bıçağı qazmaqla çıxarıb cibinə qoyaraq günorta saatlarında arvadı və qayınatası ilə birlikdə yaşadığı Goranboy şəhərində olan evinə qayıtmış, evdə arvadı Şahid1nın ona anasının şəxsi həyatına qarışması ilə bağlı iradını bildirməsi səbəbindən aralarında mübahisə baş verdikdən sonra saat 17 radələrində Zərərçəkmiş şəxsnı öldürmək məqsədi ilə sonuncunun yaşadığı ünvan 3 yerləşən ünvana gəlib evin həyət darvazasını döymüş, qapını açan olmasa da, evdən Zərərçəkmiş şəxsnın səsini eşitdiyindən cinayətkar niyyətini həyata keçirmək üçün hasardan evin həyətinə düşüb daha sonra evin giriş qapısından dəhlizə, oradan isə evin qonaq otağına daxil olduqdan sonra Zərərçəkmiş şəxsnın mətbəxdə telefonla danışdığını görüb evin mətbəxinə keçib telefonla danışan qaynanasının üzərinə gedərək, ona nəyə görə pozğun həyat tərzindən əl çəkməyib onun da həyatını məhv etməsini soruşmuş, sonuncu ona kobud cavab verdikdə o, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində olan bıçağı çıxararaq Zərərçəkmiş şəxsnı öldürmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrinə qəsdən 4 dəfə zərbə endirib sonuncuya döş qəfəsinin sol arxa səthində Vİİİ-İX qabırğa arası sahədə olan və çəp-köndələn istiqamətdə davam edən sol döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş, sol tərəfdə İX-X qabırğaarası sahədə olan və döş qəfəsinə nüfuz etməyən kəsilmişdeşilmiş, süd vəzinin və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxsnın yerə yıxılaraq huşunu itirdiyini görüb onun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşmaqla, sonuncunun çağırışı ilə gəlmiş şəxs və tibb işçiləri tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, o, bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyib, X2 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının CM-nin 29, 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında o, Goranboy şəhər sakini X12 ilə ailə həyatı qurmuş, sonuncu ilə birlikdə 2 ay müddətində, yəni 2019cu ilin avqust ayına qədər Tərtər rayonunun Düyərli kəndində valideyinləri ilə birlikdə yaşamışdır. Daha sonra qayınatası Şahid2 birinci qrup Qarabağ əlili olduğu üçün gözləri görmədiyindən o və arvadı Nazpəri məcbur olub qayınatasının yaşadığı və sonuncuya məxsus olan ünvan 1, mənzil 12 ünvanında yerləşən evinə köçmüşlər. Qayınatası Şahid2 hadisədən təxminən 04 ay öncə “Goranboy rayon sakini Ceyhun adlı şəxsin onun ailəsini dağıdıb, Leylanı saxladığını, həmin səbəbdən boşandığını demişdir. O, qayınanası Zərərçəkmiş şəxsnı tez-tez Goranboy rayon sakini Ceyhun adlı şəxsin qeydiyyat nişanını bilmədiyi, qəhvəyi rəngli “Mersedes E” markalı avtomobilində görüşdür. Bununla bağlı o, dörd ay əvvəl qayınanası Leylanın evinə gedərək sonuncuya “bilirəm səni Ceyhun saxlayır, bizim adımızı batırma, utandığımdan çölə çıxa bilmirəm” demiş, Leyla isə ona cavabında “əcəb edirəm, hələ bundan artıq sizin adınızı batıracam” demişdir. Qayınatası Tofiqgilə köçdüyündən Leylaya səhvlərini dediyindən, sonuncunun həmin səbəbdən onunla münasibəti olmamış, aralarında ədavət olmuşdur. O, Leylaya Ceyhunla gəzməyi barədə bir neçə dəfə xəbərdarlıq etmiş, lakin hər dəfə Leyla onun sözlərinə məhəl qoymamuş və hər dəfə “əcəb edirəm, sənə dəxlisi yoxdur” demişdir. Daha sonra o, eşitmişdir ki, Leyla evində başqa pozğun qadın saxlayır, həmçinin başqa yerlərdə pozğunluq edə-edə danışır ki, “mən Tofiqin arvadıyam, qızım Nazpəridir, onun əri də Kürdoğludur”. O, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 17-18 radələrində bir daha qayınanası Leylagilə getmişdir ki, pozğun əməllərindən əl çəksin, evinə başqa pozğun qadınlar salmasın, Ceyhunla olan biabırçı münasibətlərini kəssin, həmçinin onların adını orda-burda çəkib biabır etməsin. Leylanın yaşadığı evin çöl qapısının qarşısında dayanıb Leylanı çağırmış və sonuncunun evdə tək olmasını bildikdən sonra evə daxil olmuşdur. Leylaya bir daha Ceyhun adlı şəxslə olan münasibətlərini kəsməsini, evinə başqa pozğun qadın salmamasını və pozğunluğundan əl çəkməsini demişdir. Leyla ona kobud və nalayiq sözlərlə cavab verərək evdən qovmuşdur. O, Leylanın bu hərəkətindən sonra oradan uzaqlaşıb evə gəlmiş və evdə yeməyini yeyib bu barədə heç kimə heç bir söz demədən yatmışdır. xx xxxx 2020-ci il tarixdə səhər qayınatası ona “bu gün bayramdı get Tərtərə valideyinlərinlə bayramlaş” demişdir. O, valideyinləri ilə bayramlaşmaq məqsədi ilə atasıgilə getmiş, lakin atası və anası həmin vaxt evdə olmadığından o, valideyinlərini gözləmədən evdən çıxıb getmişdir. Atasının evindən çıxdıqdan sonra tək gedib babasından qalan qəbirsanlıqda basdırdığı bıçağı götürüb cibinə qoymuş və Goranboy şəhərindəki evinə qayıtmışdır. Evdə arvadı Nazpəriyə “sənin anan düzəlmir” demiş, bu səbədən arvadı ilə mübahisə etmişlər. Həmin vaxt Nazpəri ona “biz ayrılaq, evimizdən çıx” demişdir. O, Nazpəridən bunun səbəbini soruşmuş, sonuncu ona “sən mənim anama hədə qorxu gəlirsən, onun öz həyatıdır, qarışma, gəzir yaxşı edir” demişdir. O isə cavabında “çıx deyirsən çıxım, lakin bu burda qalmayacaq” demişdir. Bundan sonra o, gödəkçəsini geyinib evdən çıxmışdır. Saat 17 radələrində Leylanı əməllərindən çəkindirmək məqsədi ilə Leylagilin evinə gəlmiş, çöl qapını döymüş, lakin qapını açan olmamışdır. O, evdən Leylanın kiminləsə telefonda danışdığını eşitmiş və evdə olduğunu anlamışdır. O, hasardan tullanıb həyətə daxil olmuş, ilk öncə qara rəngli gödəkçəsini çıxarıb həyətdə hasara asıb evin qapısını döymüş, lakin yenə qapını açan olmamışdır. O, qapını açıb dəhlizə, dəhlizdən də qonaq otağına keçmiş, orada Leylanın mətbəxdə kiminləsə telefonla danışdığını eşitmiş və mətbəxə daxil olmuşdur. Evdə başqa heç kim olmamışdır. Leyla onu görüb telefonu söndürmüş və ona burada nə işinin olduğunu demiş, o isə cavabında “Sənə dedim axı pozğunluğunu, fahişəliyini yığışdır, mənim həyatımı niyə məhv eliyirsən” demişdir. Leyla cavabında ona “yaxşı edirəm, sən kimsən həyatıma qarışırsan” demişdir. Həmin vaxt o, sağ arxa cibinə qoyduğu qatlanan bıçağını çıxarıb ilk öncə Leylanın sinə nahiyəsindən vurmuş, Leyla ona əl-qol atmağa başlamış, o, yaxınlaşıb bir daha bıçaqla Leylanın yadında qalmayan nahiyəsindən vurmuş, sonuncu onun üstünə yıxılarkən qırağa çəkilmiş və Leyla yerə yıxılmışdır. Leyla yıxılarkən sonuncunun kürək nahiyəsindən də 2 dəfə bıçaqla vurub bıçağın tiyəsində olan qanı Leylanın üstünə silib cibinə qoymuş və çölə çıxaraq hasardan asdığı gödəkçəsini geyinərək könüllü şəkildə Goranboy rayon polis şöbəsinə gəlib qayınanası Leylanı bıçaqladığını bildirmişdir. Onun Leylanı öldürmək fikri olmamışdır. Hazırda əməlindən peşmandır və zərərçəkmişlə barışmışdır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş X4 ifadəsində göstərmişdir ki, qizi Nazpəri ilk ərindən boşandıqdan sonra Tərtər rayon sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. O, həmin ərəfədə qızı Nazpəri ilə danışmamışdır. Bir dəfə onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, bir nəfər oğlan salam verib, qızı Nazpərinin əri olduğunu, yeni evləndiklərini, halallıq istədiyini demişdir. O, isə “mənim elə bir qızım yoxdur, amma yenədə Allah sizi xoşbəxt etsin” demişdir. Daha sonra o, qızı ilə barışmış, qızı əri Kürdoğlu ilə bəzən onun evinə gəlmiş, o da qızını və əri Kürdoğlunu yaxşı qarşılamışdır. Daha sonra o, qızından Kürdoğlunun evdə tez-tez dava saldığını eşitmişdir. Bu səbəbdən Nazpəri Kürdoğludan boşanmaq istəmişdir. Kürdoğlu da Nazpərinin ondan boşanma səbəbini onda görmüşdür. Hadisədən bir gün əvvəl, xx xxxx 2020-ci il tarixdə Kürdoğlu qızı Nazpəri ilə birlikdə onun evinə gəlmiş, Nazpəri Kürdoğlunu “anamın evinə girmə” deyib evə buraxmamışdır. Kürdoğlu çöldə qalmışdır. O, Nazpəridən Kürdoğlunu evə niyə buraxmadığını soruşmuş, Nazpəri ona cavabında “bütün günü evdə atamla oturub sənin qiybətini qırırlar ki, sən bu həyatda yaşamamalısan”. Sonra o, həyətə çıxanda Kürdoğlunun həyətdə olduğunu, itlərə yaxınlaşıb daha sonra kənara çəkildiyini görmüşdür. O, hadisədən sonra başa düşmüşdür ki, Kürdoğlu itlərlə məşq edirmiş ki, onu öldürməyə gələndə itlər hürməsin. Həyətdə olanda o, Kürdoğludan “gül kimi işləyirdin, niyə görə işləmədin” deyə soruşmuş, Kürdoğlu isə ona “maaş az idi ona görə çıxdım, bir də sənə bir söz deyim, Tofiq mənə deyir ki, sən necə oğlansan ki, Leylanı öldürmürsən” demişdir. O da cavabında “a bala mən ondan boşanmışam, məndən nə istəyir?” demişdir. Daha sonra Kürdoğlu Nazpərini də götürüb çıxıb getmişdir. Onun və Kürdoğlunun arasında həmin vaxt mübahisə olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Nazpəri ona zəng vurmuş “mama virus yayılıb deyirlər, ona görə uşağımı gətirdim ki, 2 gün yanımda qalsın” demiş və həmin vaxtı o, Nazpərinin yanında Kürdoğlunun səsini də eşitmişdir. Kürdoğlu həmin vaxt Nazpəriyə “helə səni öyrədən anandır” demişdir. O, bir az telefonda səs-küy eşitmiş, daha sonra Nazpəri telefonu söndürmüşdür. Həmin günü saat 17 radələrində o, evində mətbəxdə yemək bişirə-bişirə Nazpəri ilə telefonda Kürdoğlu ilə dalaşmasının səbəbi barədə danışmışdır. Nazpəri də ona “cəhənnəm olub getdi” demişdir. Həmin vaxt başını qaldırmış və Kürdoğlunun ayaqqabı ilə içəri girdiyini görüb niyə görə ayaqqabı ilə gəldiyini, çöldə çıxarmamasını demişdir. Kürdoğlu ona dişlərini qıcayıb “niyə görə həyatımı məhv elədin” sözünü deyib arxa cibindən dəstəyi qara rəngli olan, qatlanan bıçaq çıxarmış və əvvəl onun ürək nahiyəsindən vurmuşdur. O, əlləri ilə özünün müdafiə etdiyinə görə Kürdoğlu onun sinə tərəfinə vura bilməmiş və ikinci zərbəni sol baldır nahiyəsindən vurmuş, həmin vaxtı o, yerə yıxılarkən Kürdoğlu iki dəfə də onun kürək nahiyəsindən bıçaqla vurmuşdur. O, ağzı üstə yerə yıxılmış, Kürdoğlu əyilib onun gözlərinə baxmış, o, Kürdoğlunun ondan əl çəkməsi üçün gözünü də qırpmamışdır ki, güya ölmüşdür. Kürdoğlu bir az ona baxdıqdan sonra çıxıb getmişdir. O, bir-iki dəqiqə gözlədikdən sonra sürünə-sürünə çölə çıxmış, həyətin darvazasından tutaraq ayağa qalxmış və evinin yanında olan moykada işləyən Elnur adlı oğlana səslənmişdir. Elnur qaçaraq onun yanına gəlmiş, o, “mənə kömək edin” demişdir. Elnur da təcili tibbi yardıma zəng etmiş və onu təcili tibbi yardım maşını Goranboy rayon mərkəzi xəstəxanasına aparmışdır. Kürdoğlu onun pozğun həyat tərzi keçirdiyini zənn edib onu bıçaqla öldürmək istəmişdir. Kürdoğlu onu bıçaqla vurduqdan sonra o, özünü ölülüyə vurduğundan, Kürdoğlu da onun başının üstündə biraz dayandıqdan sonra hərəkət etmədiyini görüb çıxıb getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən təqsirləndirlən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, onlar Kürdoğlu ilə faktiki olaraq 2019-cu ilin iyul ayından, rəsmi olaraq isə həmin ilin sentyabr ayından evlidirlər. Təqsirləndirilən şəxs həmişə anası Leylanın işlərinə qarışmış, anasının Ceyhun adlı şəxslə ər-arvad kimi münasibətlərindən qıcıqlanmışdır. Kürdoğlu da hər dəfə anası Leylanı narahat etmiş, Ceyhunla əlaqə saxlamamasını istəmiş, anası isə hər dəfə Kürdoğluna bunun öz şəxsi işi olduğunu, Kürdoğluya aidiyyəti olmadığını demişdir. Hadisədən bir həftə əvvəl Kürdoğlu ona “ananın toyuqlarının başını kəsəcəm, anan hinin qapısını açanda biləcək ki, nə vaxtsa onun da başını kəsəcəm” demişdir. Hadisədən 3-4 gün əvvəl o və Kürdoğlu ilə anasıgilə getmiş, həmin vaxtı anası Leyla Kürdoğluna “sən heç kimsən mənim üçün, mənim evimə girmə” deyib evə buraxmamış və Kürdoğlu da çöldə qalmışdır. Sonra o və Kürdoğlu evə gəldikdən sonra atası X14 evə buraxmamasını demişdir. O, anası ilə evdə telefonda danışarkən atası da anası Leyla ilə danışmış və “Kürdoğlu ilə işin olmasın” demiş, anası da cavabında atasına “o, mənə neynəyəcək ki, onun şalvarını əynindən çıxardaram” demişdir. xx xxxx 2020-ci il tarixdə atası Tofiq Kürdoğluna “bayramdır, get valideyinlərinlə bayramlaş” demiş, Kürdoğlunun da pulu olmadığından yolu pulu etsin deyə o, ərinə 5 manat pul vermişdir. Kürdoğlu Tərtərə getmiş və günorta saatlarında evlərinə qayıtmışdır. Kürdoğlu Tərtərdə olduğu vaxt anası ilə danışarkən sonuncu ona xx xxxx 2020-ci il tarixdə Kürdoğlunun evinə gedərək Ceyhunla olan münasiblərini kəsməsini bildirdiyini demişdir. Kürdoğlu evə qayıtdıqda o, anasının şəxsi işinə qarışmamasını dediyindən aralarında mübahisə yaranmışdır. Həmin vaxt Kürdoğlu onu döymək istəmiş, əl atmış, lakin o, başını kənara çəkmiş və Kürdoğlunun əli boşa çıxmışdır. Həmin vaxt Kürdoğlu onun başını yerə vurmuş, lakin o, heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs saat 17 radələrində evdən çıxmış, o, Kürdoğlu onu döydüyünə görə 102 xidmətinə məlumat vermiş, əsəbiləşdiyinə görə də Kürdoğlunun evdən 1000 manat pul götürdüyünü də demiş, lakin Kürdoğlu onun pulunu götürməmişdir. Daha sonra o, balkondan baxarkən Kürdoğlunun yol qırağı ilə getdiyini görmüşdür. Kürdoğlu onu balkonda görüb qara rəngə oxşar bıçağını yuxarı qaldırıb qışqıraraq “bax, anandan qisasımı aldım” demişdir. O, həmin vaxtı inanmamış, qonşuya qaçmış, anasına zəng etmiş, lakin anası telefonu açmamışdır. Daha sonra bir daha zəng etdikdə tanımadığı şəxs telefonu götürüb “moykada işləyəndi, Leylanı bıçaqlayıblar xəstəxanaya aparıblar” demişdir. O da dərhal xəstəxanaya getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 2019cu ilin yay aylarında Kürdoğlu Goranboy şəhərindən olan Şahid1 ilə evlənmişdir. Sonuncular təxminən 2-3 ay onun evində yaşamışlar. Sonra Nazpərinin atası Şahid2 gəlib Nazpərini aparmışdır. Şahid2 gözləri kor, Qarabağ əlili olduğundan qızını aparmış, Kürdoğlu da Tofiqin evinə köçüb orada yaşamışdır. Onun Nazpərinin ailəsi ilə münasibəti olmamış, lakin Kürdoğlu gəlib ona və anasına baş çəkmişdir. Hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə o, qonşunun həyətində tövlə tikməsində kömək etmişdir. Axşam saatlarında evə qayıtmış, həmin vaxt arvadı Şölə Hüseynova ona “Qonşular deyir Kürdoğlu gəlmişdi, mən də bacımgildə olmuşam” demişdir. Kürdoğlu evdən bayram sovqatı götürüb getmişdir. O və arvadı Kürdoğlunun qayıdacağını gözləsələr də sonuncu gəlməmişdir. Bir-iki saat sonra isə Goranboy rayon prokurorluğundan ona zəng edib oğlunun qayınanası Zərərçəkmiş şəxsnı bıçaqlaması barədə məlumat verilmişdir. O və arvadı Leyla və Tofiqlə heç bir münasibət saxlamamışlar. X22 bir neçə bıçağı olmuşdur. Atası təxminən 30 il bundan əvvəl rəhmətə getmişdir. Atasının bıçaqları evdə olmuşdur. Təxminən 3-4 il bundan əvvəl yaşadıqları evdə dolabın içində olan, atasına məxsus olan dəstəyinin üzərində gül naxışı olan qatlanan cib bıçağı yoxa çıxmışdır. Həmin vaxt bıçağı Kürdoğlunun götürdüyünü anlamış, lakin sonuncuya heç bir söz deməmişdir. xx xxxx 2020-ci il tarixdə isə oğlu Kürdoğlu yaşadıqları evə gəlmişdir. Lakin həmin vaxt o da anası Şölə də evdə olmamışlar, Kürdoğlu onları gözləmədən evdən bayram sovqatı da götürüb çıxmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən X1 yaşadığı fərdi yaşayış evidir. Fərdi yaşayış evində qapıdan 23 sm məsafədə qonaq otağında yerləşən aynalı termo istiqamətində yerdə açıq qəhvəyi rəngdə, eni 8 sm, uzunluğu 15 sm olan taxta parçası vardır. Həmin taxta parçasının üzərində qanabənzər ləkə vardır. Mətbəxin giriş qapısı ilə yataq otağının giriş qapısı arasında olan xalçanın üzərində qanabənzər ləkələr vardır. Baxış zamanı yerdə taxta parçası üzərində olan qanabənzər ləkələrdən və xalçanın üzərində olan qanabənzər ləkələrdən pambıq tamponla nümunə, həmçinin qeyd edilən taxta parçası qablaşdırılaraq müvafiq qaydada götürülmüşdür. (cild İ, v.4-27) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v. 38-39) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(045)-22/2020 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesbalanmışdır. (İ cild i.v. 128-130) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş paltarları və hadisə zamanı istifadə etdiyi bıçağı könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs paltarları və bıçağı könüllü surətdə verməyə etiraz etməmişdir. Ona görə də Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd tünd qırmızı rəngdə, üzərində “İCON” yazısı həkk edilmiş, üzərində qanabənzər ləkələr olan qısaqol köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli balonka gödəkçə, həmçinin dəstəyinin bir tərəfinin baş və aşağı hissəsi qara rəngdə plastmasdan, orta hissəsinin aliminium rəngdə dəmirdən, baş hissəsində gül təsviri, dəstəyinin digər tərəfi aliminium rəngdə olan, tiyəsinin üzərində qanabənzər ləkələr olan qatlanan bıçaq müvafiq qaydada götürülərək qablaşdırılmış və möhürlənmişdir. (cild İ, v.47-66) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, X8 hadisə zamanı anası X1 əynində olmuş paltarları könüllü surətdə verməsi təklif edilmiş və Şahid1 anasının hadisə zamanı əynində olmuş və xəstəxanada tibb işçiləri tərəfindən ona təhvil verilmiş paltarları könüllü surətdə vermiş, X1 hadisə zamanı əynində olmuş 1 ədəd hərbi rənglərdə naxışları olan, zəncirbəndli, papaqlı, üzərində qanabənzər ləkələr və zədələr olan idman gödəkçəsi, 1 ədəd qırmızı rəngli, tamlığı tibb işçiləri tərəfindən pozulan, üzərində qanabənzər ləkələr və zədələr olan mayka, 1 ədəd qırmızı rəngli, üzərində qanabənzər ləkələr və zədələr olan qolsuz jilet, 1 ədəd qara rəngli cins şalvar və 1 ədəd açıq sarı rəngli, üzərində qanabənzər ləkələr və zədələr olan büstqalter müvafiq qaydada qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. (cild İ, v.82-100) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə edilmiş cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə saat 17:25-də Goranboy RPŞ-nə gələrək həmin gün saat 17 radələrində qayınanası X2 ailə münaqişəsi zəminində 4 bıçaq zərbəsi yetirərək öldürdüyünü bildirmişdir. (cild İ, v.136) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertin X6 adına tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, 183 nömrəli rəyindən görünür ki, Şahid1nın məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (cild İ, v.233-235) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertinin X1 adına tərtib etdiyi xx xxxxx 2020-ci il tarixli, 182 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sol arxa səthində Vİİİ-İX qabırğaarası sahədə olan və çəp-köndələn istiqamətdə davam edən sol döş qəfəsinə nüfüz edən kəsilmiş-deşilmiş və sol tərəfdə İX-X qabırğaarası sahədə olan və döş qəfəsinə nüfuz etməyən kəsilmiş-deşilmiş yarası süd vəzisinin və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yaraları kəsici-deşici alətin(lərin), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. (cild İ, v.236-239) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, 152 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (bax:cild İ, v.240-242) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-lifli materialların kriminalistik ekspertinin xx xxxxx 2020-ci il tarixli, 16/236 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X3 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X3 məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X3 məxsus 01 ədəd gödəkçənin üzərindən tapılmış tündqırmızı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. (cild İ, v.211-218) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməballistik ekspertinin və məhkəmə-trasoloji ekspertinin xx xxxxx 2020-ci il tarixli, 16/237/238 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən zərərçəkmiş şəxs X3 məxsus paltarların üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin(o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarlar üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilən şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarların üzərində hər hansı mexaniki zədə aşkar olunmamışdır (İ, v.219-224) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri X17 xx.xx.2020-ci il tarixli 1652 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. (İ cild i.v. 172) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (cild i.v. 175) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş arayışdan və Goranboy Rayon İcra Hakimiyyətinin Başçısının Goranboy şəhər X20 üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 82 saylı məktubundan görünür ki, Hüseynli X9 şəhəri, S.Civəzadə küçəsi, ev 9A, mənzil 12 ünvanda yaşamış və ailə təkibi arvadı X12, qayınatası Şahid2 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmənarkoloji ekspertinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, 433 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, v.10-11) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs və X4 barədə məlumatların əldə edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əslən Tərtər rayonunun Düyərli kəndindən olmaqla 2019-cu ilin avqust ayından ünvan 5 mənzil 12 ünvanında yaşamış, spirtli içkilər, narkotik vasitələr qəbul etməyə, ətrafdakılarla münaqişə törətməyə meyilli olmamışdır. X1 yüngül həyatı tərzi keçirməklə cəmiyyət içində mənfi xarakterizə olunan, şəxsiyyətləri müəyyən olunmayan şəxslərlə sıx münasibət saxlaması, həmin şəxslərin onun evinə girib-çıxması, Goranboy şəhər sakini X15 ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olması və həmin münasibətlərin hal-hazıradək davam etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında qeyd edilən məsələylə bağlı bir neçə dəfə mübahisə olmuş, lakin bu barədə rayon polis şöbəsinə hər hansı ərizə və ya şikayət daxil olmamışdır. (cild İİ, v.53) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi bioloji ekspertinin xx xxxx 2020-ci il tarixli, 687 nömrəli rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa, betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan X3 məxsus ola bilər. Hadisə yerindən götürülmüş tamponlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan X3 məxsus ola bilər. Zərərçəkmiş X3 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd qırmızı kofta üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan X3 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə və bir ədəd şalvar üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə olunmamışdır. (İİ, v.54-61) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2020-ci il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild İİ, v.12-15) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhəkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək niyyətində olmaması ilə bağlı ifadəsinə, onun özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və digər subutlarala təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq, təqsirləndirlən şəxsin ağır cinayətin məsuliyytindən yaxa qurtarmaq üçün uydurulmuş ifadə kimi qiymələndirb sübut kimi qəbul etmir.Məhkəmə bu mənada təqsirləndirlən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini daha inadırıcı hesab edib sübut kimi qəbul edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cinayət cəzası daşımalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksinyasında doqquz ilədən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasının yuxarı həddi on dörd il müddətə azadlıqdan məhrum etmə cəzası ilə məhdudlaşdırıldığından, həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət etməyə cəhd görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilə biləcək cəzasının yuxarı həddi 10 (on) il 6 (altı) aydan artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllənin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikasının CM-nə 59.1.10-ci maddəsinə könüllü gəlib təqsirini boynuna alması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslə barışıq əldə etməsihəmistinaq orqanı tərəfindən, həm də məhkəmə istinaqı zamanı Azərbaycan Respublikasının CM-nin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasəncəzanı yüngülləşdirilən hal kimi qəbul edilmiş, eləcədəonunəməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 9-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 60-cı maddəsində göstərilən əsaslar olduqda başa çatmış cinayətlərə görə cəza təyin edilərkən bu müddət müvafiq maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən artıq olmayan müddətlə məhdudlaşmalı, cinayət etməyə cəhdə görə isə dörddə üçün dörddə üçündən çox olmayan müddətə bərabər olmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 63.3 və 60-cı maddələrinə, eləcədə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarına əsasən hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 120.1-ci maddəsinin saksiyasında nəzrədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin, yəni on dörd ilin dörddə üçünün dörddə üçündən atıq olamamlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Goranboy rayon prokurorluğunda saxlanılan maddi sübutlar- hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd taxta parçası, hadisə zamanı istifadə edilmiş bıçaq məhv edilməli, Zərərçəkmiş şəxsnın hadisə zamanı əynində olmuş 1 ədəd qırmızı rəngli, qısaqol köynək, 1 ədəd sarımtıl rəngli bustqalter, 1 ədəd tünd boz rəngli, iki ədəd arxa, iki ədəd yan və iki ədəd böyür cibləri olan cins şalvar, 1 ədəd kamuflaj naxışlı, iki yan cibli, ön hissəsi zəncirbəndli, uzunqol, kapişonlu yaz gödəkçəsi, 1 ədəd tünd qırmızı rəngli, ön hissəsi zəncirbəndli, iki yan cibli, qolsuz jilet ona qaytarılmalı, imtina edildikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, iki ədəd yan cibləri olan uzunqol gödəkçə, 1 ədəd qara rəngli, iki yan, iki arxa cibli cins şalvar, 1 ədəd tünd-qırmızı rəngli, ön hissəsində basma tipli naxış əlavəsi olan qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı imtina edildikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş müdafiəçinin ibtidai istintaq orqanına verdiyi hesabatdan görünür ki, ibtidai istintaq zamanı müdafiəçi Təqsirləndirilən şəxs 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X5 işlədiyi Goranboy rayon Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 12 (on iki) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 127 manat (yüz iyirmi yeddi ) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Goranboy rayon prokurorluğunda saxlanılan maddi sübutlar- bir ədəd taxta parçası, bir ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxsnın hadisə zamanı əynində olmuş 1 ədəd qırmızı rəngli, qısaqol köynək, 1 ədəd sarımtıl rəngli bustqalter, 1 ədəd tünd boz rəngli, iki ədəd arxa, iki ədəd yan və iki ədəd böyür cibləri olan cins şalvar, 1 ədəd kamuflaj naxışlı, iki yan cibli, ön hissəsi zəncirbəndli, uzunqol, kapişonlu yaz gödəkçəsi, 1 ədəd tünd qırmızı rəngli, ön hissəsi zəncirbəndli, iki yan cibli, qolsuz jilet ona qaytarılsın ,imtina edildikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, iki ədəd yan cibləri olan uzunqol gödəkçə, 1 ədəd qara rəngli, iki yan, iki arxa cibli cins şalvar, 1 ədəd tünd-qırmızı rəngli, ön hissəsində basma tipli naxış əlavəsi olan qısaqol köynək Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 127 (yüz iyirmi yeddi) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Goranboy rayon Vəkil Bürosunun vəkili X11 həyata keçirdiyindən 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Goranboy rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X21 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-197/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-197/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver