Məhkəmə qərarları › İş №1(100)-197/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-197/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-197/2021 26.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X39 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi X9, müdafiəçilər - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1999-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri Cavanşir küçəsi ev 57-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təxminən 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 1 ünvanında yerləşən anası Şahid17 məxsus evin yataq otağında olan, içərisində pul və zinət əşyalarının olduğunu əminliklə bildiyi sandığın qıfılını qabaqcadan əldə edib üzərində saxladığı açarla açmaqla həmin sandığın içərisində olan Zərərçəkmiş şəxs məxsus olan və sonuncu tərəfindən saxlanılması üçün Şahid17 verilmiş 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və 1255 (bir min iki yüz əlli beş) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağını, 652 (altı yüz əlli iki) manat 50 (əlli) qəpik dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”nı, 700 (yeddi yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyant üzüyü, 440 (dörd yüz qırx) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəstini, 55 (əlli beş) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 54902 (əlli dörd min doqquz yüz iki) manat 50 (əlli) qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasının qayınatasının bibisi qızıdır. Onun Ağgül ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, Ağgülü 7-8 ildir ki tanıyır. Şahid17 onun anasıdır. Şahid20 onun atasıdır. Onun Rövşən ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2016-cı il tarixdə o, qəbul imtahanında 428 bal yığaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuşdur. Həmin ilin senyabr ayında o, kirayədə bacısı Tünzalə və bibisi oğlu Əvəzlə Bakı şəhərində kirayədə yaşamağa başlamışdır. O, universiteti orta qiymətlərlə oxumuşdur. Universitetdə oxuduğu dövrdə 5-6 kəsiri olmuşdur. Hal-hazırda o, universitetin 4 kursunu bitirmişdir. Bacısı Tünzalə isə hal-hazırda Tibb universitetində 7-ci kursunda təhsil almaqdadır. Əvəz isə Memarlıq universitetində təhsil almışdır. Əvəz hal-hazırda hərbi xidmətdədir. O, halhazırda Bakı şəhərində bacısı Tünzalə ilə Nəsimi rayonunda, Memar Əcəmi metrosunun yaxınlığında kirayədə yaşamışdır. O, universitet illərində sessiyaları keçmək bütün tələbləri yerinə yetirmişdir. Həmin illərdə sosial insan olaraq ətrafında təxminən 5 qız və 2 oğlan tanışı olmuşdur. Mütamadi olaraq o, həmin ətrafında olan şəxslərlə restoran, kafe və kinoteatrla getmişdir. Universitetdə oxuduğu dövrdü o, işləməmişdir. Bacısı Tünzalə isə 2017-ci il tarixdən aptekdə işləməyə başlamışdır. Əvəzdə onun kimi işsiz olmuşdur. Ona və bacısı Tünzaləyə aylıq kirayə üçün 200 manat pul və xərclik üçün isə aylıq 100 manat pul yollamışlar. Həmçinin o, bacısı Tünzalə və Əvəz dəfələrlə Bakı şəhərində gəzmiş və kafe restoranlarda oturmuşdur. 2017-ci ilin yay ayında o, yay tətilənə gəldikdə xatırlamadığı məkanda və tarixdə Ağgülü görmüşdür. O, həmin yayı valideynləriylə keçirmişdir. Tünzalə də onlarla olmuşdur. Yay tətili bitdikdə o və Tünzalə Bakı şəhərinə getmişlər. Bakı şəhərində kirayədə qaldığı ünvandan Əvəzdə gəlmişdir. O, universitet həyatını keçmiş ildə kimi davam etdirmişdir. O, Tünzalə və Əvəz həmin vaxt işsiz olmuşdur. Ona və Tünzaləyə valideynləri baxmışdır. 2018-ci ilin yay aylarında o, Bərdə şəhərində olmuş və valideynləriylə birlikdə yay tətilini keçirtmişdir. Tünzalə Bakı şəhərində qalmışmış, belə ki, orada işə qəbul olmuşdur. O, təxminən 10 sentyabr və ya 11 sentyabr 2018-ci il tarixdə Bakı şəhərinə Universitet üçün getmişdir. O, Bakı şəhərinə gəldikdən bir müddət sonra onun, bacısı Tünzalənin və Əvəzin Bakıda kirayədə qaldığı evə Ağgül və Rövşən gəlmişlər. Həmin vaxt Ağgülün əlində göy rəngli paket olmuşlar. Həmin paketi Ağgül onların yaşadığı evə qoymuşdur. Ağgül evdən çıxanda həmin paketdən paltar götürərək əynini dəyiş atasıyla və bacısı Tünzalə ilə getmişdir. Həmin paketi Ağgül onun və Tünzalənin yatdığı otağa qoymuşdur. Axşam saatlarında atası Rövşən, bacısı Tünzalə və Ağgül onlara gəlmişlər. Evdə Əvəz və o olmuşdur. Həmin günun səhəri atası Rövşən və Ağgül Bərdə şəhərinə geri qayıtmışlar. 25 noyabr 2018-ci il tarixdə o, və bacısı Tünzalə səhər saatlarında xalası Ziyafətin oğlu olan Elmirin toy mərasimində iştirak etmək üçün Bərdə şəhərinə, daha sonra isə Kətəlparaq kəndinə getmişdir. Toy kəndin çıxacağında “Ağ Saray” deyilən yerdə olmuşdur. Həmin gün o, öz evlərində olmamışdır. O, toyun gecəsi xalasıgildə qalmışdır. Həmin gün ailəsidə orada qalmışdır. Həmin gecəsinin səhəri “3 günlük” məsasimində içtirak edərək, bacısıyla birlikdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində o, normal həyat tərzinə qayıtmışdır. Yenə dost tanışı, münasibəti olduğu oğlan Mahir, Əvəz və bacısı Tünzalə ilə kafe və restoranlarda olmuş, gözəllik salonlarında olmuşdur. O, özünə baxmağı sevmiş və bu səbəbdən zahiri görünüşünə və paltarlarına daima fikir vermişdir. Bundan sonra 01 fevral 2019-cu il tarixdə semestr tətili zamanı o, tək Bərdə şəhərinə qayıtmışdır. Təxminən 20 fevral ayında Ağgül onu görmək üçün yanına gəlmişdir. 13 fevral 2019-cu il tarixdə o, Bakı şəhərinə qayıtmışdır. 28 fevral 2019-cu il tarixdə onun kirayədə yaşadığı Bakı şəhərində olan evə polis əməkdaşları gələrək onu və bacısıı Bərdə RPŞ-nə gətirmişlər. Bərdə rayon polis şöbəsində o, Ağgül və Ağgülün qardaşı Adili görmüşdür. Onun polis əməkdaşları izahatını almışlar. Bundan sonra o və bacısı evə getmişdir. Səhəri günü onu və bacısını yenidən polis şöbəsinə dəvət etmişlər. Həmin gün o və bacısı polis şöbəsinə gəldikdə Adil və Ağgül orada olmuşlar. Onu Bayramın otağına qaldırmışlar. Otağında qarşısında Adil olmuşdur. O, otağa daxil olmuşdur. Otağda özünü CAB-ın rəisi kimi təqdim edən Bayram və əməliyyat müvəkiili Elgiz ondan izahat almağa başlamışlar. Ondan Ağgülün pulundan xəbərinin olmasını soruşmuşlar. O, isə bu barədə nəsə bilmədiyini demişdir. Bayram ona təzyiq göstərməyə başlamışdır. Bu zaman Elgiz otaqdan çıxmışdır. O, təzyiq altında qalıb öz xətdiylə yazı yazmışdır. Bu yazını daha sonra müstəntiq kompyuterə köçürmüş və o, izahatı imzalamışdır. Daha sonra onu “KPZ”, yəni Müvəqqəti saxlama yerinə aparmışlar. O, iki gün sonra MSY-dən sərbəst buraxılmışdır. MSY-dən çıxdıqdan sonra müstəntiqin otağına getmiş və yenidən izahata imza atmışdır. Bundan sonra isə o, evə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 25 noyabr 2018-ci il tarixdən 26 noyabr 2018-ci il tarixə keçən gecə xalası Ziyavətgildə qalmışdır. O, verdiyi ilkin izahatda göstərdiklərini Bayram adlı polis əməkdaşının təziyi altında vermişdir. Zərərçəkmiş şəxs ona hər hansı bir paketi əmanət etməmişdir. Həmin vaxt Ağgülün əlində torba olsa da, o, həmin torbanın içərisində nə olduğunu bilməmişdir. Həmin torbanın içərisində gördüyü qədəri ilə paltarlar, mobil telefon adapteri və gündəlik məişət əşyaları olmuşdur. Bundan başqa, Ağgül ona ev almaq istəməsi ilə bağlı, həmçinin torbanı verib “Sənə əmanət edirəm” sözlərini deməmişdir. O, verdiyi ilkin izahatda göstərdiklərini Bayram adlı polis əməkdaşının təziyi altında vermişdir. Ağgül, Rövşən və Tünzalə evə gəldikdə Əvəz yatmışdır. Zərərçəkmiş şəxs özü ilə gətirdiyi torbanı evdə qoyub rəfiqəsigilə getdikdən sonra kirayə qaldığı bibisi oğlu Şahid18 evə gəldiyini və Zərərçəkmiş şəxs məxsus olan torbanı görəərk içərisində nə olmasını soruşduğunu, torbanın içərisində nə olduğunu bilmədiyini deyən zaman isə Şahid18 əli ilə torbaya toxunaraq içərisində pul olmasını dediyini, daha sonra sellofan torbanı açaraq içərisindəki pullarla sosial şəbəkədə paylaşmaq məqsədilə iç-içə keçirilmiş torbalardakı pulu çıxarıb şəkillər çəkdiklərini o, təzyiqlərə məruz qaldığım üçün demişmişdir. Onun ümumiyyətlə Eldar adlı tanışı yoxdur. Bəhmən Məmmədov isə onun tanışıdır. Lakin, o, nə 25 noyabr 2018-ci il tarixdə Bərdə rayonunda yaşadığı evdə sandığın içərisində torbadan pul götürməmiş, nə də pulları xərcləməmişdir. Xərclədiyi pullarla onun ailəsi göndərdiyi pullar olmuşdur. O, 2018-ci ilin əvvəllərindən hazırkı dövrədək o, 051 658 14 77 və 050 899 34 78 mobil telefon nömrələrindən istifadə etmişdir. Mahir onun sevgilisi olmuşdur. O, Mahirlə 2017-ci il tarixdə tanış olmuşdur Belə ki, Mahir onu Bakə şəhərində yolla gedərkən yaxınlaşaraq tanış olmuşdur. Bundan sonra o, Mahirlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, Mahirlə dəfələrlə kafelərdə olmuşdir. Həmin vaxt hesabı Mahir ödəmişdir. 15 sentyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs onlara gəldikdə evdə Əvəz və o olmuşdur. Ağgül getdikdə evdə o, qalmışdır. Axşam evə Əvəz gəlmiş və yatmışdır. Onun xatırlamadığı tarixdə anası Rüxsarə ona polis əməkdaşlarının təsir göstərməsi barədə Bərdə rayon prokuroruna məlumat vermişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid17 onun dayısı X13 Ədilovanın arvadıdır. O, Şahid17 təxminən iyirmi ildən çoxdur tanıyır. Şahid17 Tünzalə Ədilova, Aygün Ədilova və Təqsirləndirilən şəxs adlı üç qızı var. Tünzalə Ədilova və Təqsirləndirilən şəxs Bakı şəhərində yaşamışlar. O, 15 sentyabr 2018-ci il tarixdə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini qardaşı qızı Şahid7 özünə satmaqla bağlı şifahi şəkildə razılığa gəlmişdir. Həmin razılaşmada o, özü, qardaşı Şahid1 və Şahid7 iştirak etmişlər. O, özünə məxsus olan evi həmin vaxt qardaşı qızı Şahid7 80.000 manat pula satmağa qərar vermişdir. 15 sentyabr 2018-ci il tarixdə onlar arasında baş tutan razılaşmaya əsasən Şahid7 evi almaq üçün verəcəyi pulun 52.000 manatını ona nəğd şəkildə ödəmiş və pulun qalan hissəsini isə ev sənədləşdirildikdən sonra verəcəyini bildirmişdir. Şahid7 ona verdiyi 52.000 manat pul qədərini dəqiq bilmədiyi 50 və 100 manat dəyərində olan əskinaslar şəklində göy rəngli torbanın içərisində olmuşdur. Qardaşı və qardaşı qızı pulu verərək onun evindən getdikdən sonra o, içərisində 52.000 manat pul olan torbaya özünə məxsus olan 800 manat dəyərində orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağı, 500 manat dəyərində orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”, 700 manat dəyərində 4 qram çəkidə 1 ədəd gül formasında olan brilyant üzük, 1000 manat dəyərində 8 qram çəkidə sırğa dəsti, 300 manat dəyərində 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağı qoymuşdur. Həmin qızıl-zinət əşyalarının əyarı 585, istehsalçı ölkəsi Rusiya Federasiyası olmaqla, texniki vəziyyətlərində hər-hansı bir zədəsi və deformasiya olmamışdır. O, qeyd etdiyi bütün zinət əşyalarını gül bəzəkli dəsmalın içərisinə bükmüşdür. O, qızıl-zinət əşyalarını pulla birlikdə qara rəngli dona bükərək göy torbanın içərisinə yerləşdirmişdir. 2018-ci ilin sentyabr ayının sonlarında o, dayısı oğlu Şahid20 mobil telefonla zəng edərək evi satmağını bildirmişdir. O, evi satmazdan əvvəl Rövşənə evi satmaq istədiyilə bağlı məlumat vermişdir. Həmin telefon söhbəti zamanı Rövşənə evi satmaqla bağlı qardaşı qızı Şahid7 ilə 80.000 manat pula razılaşdığını və həmin pulun 52.000 manatını əvvəlcədən aldığını demişdir. Həmin vaxt Rövşən ona qızları Tünzalə və Nəsibənin Bakı şəhəri Binəqədi rayonunda kirayəyə qaldıqları mənzilin sahibinin kirayədən çıxaracağını demişdir. O, da dayısı oğlu Şahid20 Bakı şəhərində ev almaq istədiyini və Rövşənin qızlarının da onunla birlikdə alacağı həmin evdə yaşaya biləcəklərini bildirmişdir. O, həmin telefon danışığı zamanı Rövşənlə birlikdə ev almaq üçün Bakı şəhərinə getməklə bağlı razılığa gəlmişdir. 2018-ci ilin sentyabr ayının sonlarında Rövşənlə birlikdə Bakı şəhərinə getmiş və Rövşənin qızları Tünzalə və Nəsibənin, eləcə də Rövşənin bacısı oğlu Şahid18 kirayə qaldığı mənzilə yollanmışlar. O, Rövşənlə birlikdə həmin mənzilə çatan zaman Tünzalə və Nəsibə həmin mənzildə olsa da, Şahid18 evdə olmamışdır. Mənzilə çatan zaman onun 52.000 manat pulu və qızıl-zinət əşyalarını içərisinə yığdığı göy rəngli torba da onun üzərində olmuşdur. Təxminən yarım saat həmin evdə dincəldikdən sonra evə baxmaq üçün yollanmalı olmuşlar. Evdən çıxmazdan öncə o, göy rəngli torbanı Təqsirləndirilən şəxs etibar edərək ona həmin torbanın içərisində 52.000 manat pul və qızıl-zinət əşyaları olduğunu və həmin torbadan muğayat olmasını tapşırmışdır. O, bu sözləri Nəsibəyə deyən vaxt Tünzalə də onun torbanı Nəsibəyə etibar etdiyini görmüşdür. Bundan sonra o, dayısı oğlu Rövşən və Rövşənin qızı Tünzalə ilə birlikdə Bakı şəhərində “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən çayxanalardan birinə yollanmış və orada yerləşən çayxanalardan birində əyləşərək Rövşənin Zaur adlı tanışı ilə ev barəsində söhbət etmişlər. Bunun ardınca çayxanadan çıxaraq müxtəlif ünvanlarda yerləşən evlərə baxmışlar. Lakin, baxdığı evlərdən heç biri onun xoşuna gəlməmişdir. Həmin gün təxminən 1 saat yarım sonra o, Rövşən və Tünzalə ilə birlikdə evə qayıtmışdır. Evə çatıb qapını döyən zaman qapını Şahid18 açmışdır. İçəri daxil olaraq əllərini yuduqdan sonra o, Nəsibədən əmanət etdiyi torbanı verməsini istəmişdir. Nəsibə isə həmin torbanı evdə Şahid18 yatdığı otaqda yerləşən paltar dolabının içərisinə qoyduğunu və gedib götürməyini bildirmişdir. O, torbanı götürərək baxan zaman torbanın özünün qoyduğu vəziyyətdə olmadığını və dağınıq şəkildə olduğunu aşkarlamışdır. Daha sonra torbanın içərisinin açıldığından şübhələnərək Nəsibədən torbanın nə üçün belə olduğunu soruşmuşdur. Nəsibə əvvəlcə torbanın açıldığını boynuna almasa da, sonradan bibisi oğlu Əvəzin torbanı açmaq üçün məcbur etdiyini demişdir. Nəsibənin özünün deməsinə görə, Əvəz onlar evdə olmadığı müddətdə evə gələrək torbanı görmüş və Nəsibədən torbanın içərisində nə olduğunu soruşmuşdur. Nəsibə isə Əvəzə torbanın içərisində pul olduğunu və torbanın ona məxsus olduğunu demişdir. Əvəz isə torbanı əli ilə yoxlayıb Nəsibəyə içərisində pul olduğunu deyərək torbanı açmağa məcbur etmişdir. Nəsibənin özünün deməsinə görə, Nəsibə və Əvəz torbanı açaraq içərisində olan pullarla şəkil çəkdirmiş və Əvəzin məcbur etməsi nəticəsində puldan 2 ədəd 100 manatlıq əskinaslar şəklində olan 200 manat pul götürdüklərini etiraf etmişdir. Nəsibənin ona danışdığı bu söhbətlərdən sonra o, əsəbi şəkildə torbanın içərisini açaraq yoxladıqdan sonra pulu və qızıl-zinət əşyalarını yerinə qoymuş və torbanı özüylə götürmüşdür. Həmin gün təxminən saat 22:00 radələrində o, dayısı oğlu Rövşənlə birlikdə Bərdə şəhərinə yola düşmüş və təxminən saat 02:00 radələrində Bərdə şəhərinə çatmışdır. Keçən müddət ərzində o, hələ də ev tapmadığı üçün Şahid7 satdığı Kamal Cabbarov küçəsində yerləşən öz evində yaşamağa davam etmişdir. 2018-ci ilin noyabr ayının sonlarında o, səhhətində problem yarandığı üçün yoxlanmaq məqsədilə Bakı şəhərinə getmək istəmişdir. Buna görə də evində torbanın içərisində saxladığı 51.800 manat pulu o, Bakı şəhərindən qayıdanadək saxlaması üçün dayısı oğlunun arvadı Şahid17 vermək qərarına gəlmişdir. Həmin gün axşam saatlarında Rüxsarəgilin yaşadığı Bərdə şəhərinə Cavanşir küçəsinə getmişdir. Qapını döydükdən sonra Təqsirləndirilən şəxs qapını açmışdır. O, evə daxil olaraq Rüxsarənin özünün və qızı Aygünün evdə olduğunu görmüşdür. Onlara Bakı şəhərinə getdiyini, buna görə də torbanın içərisindəki pulu və qızıl-zinət əşyalarını Rüxsarəgilə etibar edərək saxlamalarını demişdir. Daha sonra torbanı qızları Aygün və Nəsibənin yanında əlbəəl Rüxsarəyə saxlaması üçün vermişdir. Rüxsarə ondan torbanın nə üçün belə ağır olduğunu və içərisinə nə qoyduğumu soruşmuşdur. O, da Rüxsarəyə həmin miqdarda pul və qızıl-zinət əşyaları olduğu üçün belə ağır olduğunu demişdir. Bundan sonra Rüxsarə torbanı açıb içərisindəkilərə baxmışdır. Ertəsi gün o, müalicəsiylə əlaqədar Bakı şəhərinə getmişdir. Lakin, müalicə alacağı həkim yerində olmadığı, həmçinin, bacısının əri vəfat etdiyi üçün məcbur olaraq Bərdə şəhərinə qayıtmışdır. Yas məclisində Rüxsarə bir qohum kimi iştirak etmişdir. O, Rüxsarəyə bir neçə dəfə söhbətləri zamanı yas məclisinin “Qırx mərasimi”ni yola verərək, əmanəti götürəcəyini demişdir. Rüxsarə isə ona həmin vaxt heç bir problem olmadığını və torbanın yerində olduğunu bildirmişdir. 06 yanvar 2019-cu il tarixdə Rüxsarə onun mobil istifadəsində olan 051 913 19 63 mobil nömrəsinə zəng edərək Nəsibənin Bərdə şəhərinə gəldiyini və onu görmək istədiyini söyləmişdir. O, da Rüxsarənin qızlarını çox istədiyi üçün çay içmək və görüşmək məqsədilə Rüxsarəgilin evinə yollanmışdır. Həmin gün çay içərək söhbət edən zaman o, Nəsibənin yanında Rüxsarədən pulları və qızıl-zinət əşyalarını 12 yanvar 2019-cu il tarixdə götürəcəyini bildirmişdir. Rüxsarə isə həmin vaxt ona gülərək “Gör hələ verdiyin pul yerindədir?” sualını vermişdir. O, Rüxsarənin bu sözündən təsirlənərək Rüxsarədən verdiyi bu sualın nə mənanı ifadə etdiyini soruşmuşdur. Lakin, Rüxsarə yenidən gülərək ona zarafat etdiyini bildirmişdir. Rüxsarənin bu sözündən sonra daha o, pullarla bağlı söhbət etməmiş və bir daha torbanı 12 yanvar 2019-cu il tarixdə təhvil alacağını bildirmişdir. 12 yanvar 2019-cu il tarixdə təxminən saat 16:00 radələrində o, torbanı geri almaq üçün Rüxsarənin yaşadığı evə getmişdir. Həmin vaxt Nəsibə və Aygün də evdə olmuşlar. Rüxsarə ona toyuqlar üçün qonşunun həyətindən ot yığmalı olduğunu və qonşunun həyətinə gedib-gəldikdən sonra torbanı gətirib verəcəyini, buna görə də bir qədər gözləməyini bildirmişdir. O da, Rüxsarənin dediyi kimi Rüxsarəgilin evində gözləməyə başlamışdır. Təxminən 10-15 dəqiqə sonra Rüxsarə evə qayıdaraq evdəki sandığın ağzını açaraq torbanı götürmək üçün getmişdir. O, da Rüxsarənin arxasınca gedərək sandığın yerləşdiyi otağın qapısının ağzında dayanmışdır. Rüxsarə sandığın ağzını açaraq göy torbanı götürüb ona uzatmışdır. O, həmin torbanı əlinə alaraq torbanın içərisinin bomboş olduğunu və içərisində qara rəngli dondan başqa heç nəyin olmadığını aşkar etmişdir. Bu barədə Rüxsarədən soruşan zaman Rüxsarə dizinə göyərək dərhal əri Rövşənə zəng etmiş və Rövşənə telefonda “Başıma yaxşı daş saldın” deyərək, Rövşəndən evə gəlməsini istəmişdir. Bir neçə dəqiqə sonra Rövşən evə gəlmiş və nə baş verdiyini soruşmuşdur. O da, Rövşənə arvadı Rüxsarəyə etibar etdiyi, içərisində 51.800 manat pul və qızıl-zinət əşyaları olan göy rəngli torbanın ona boş şəkildə qaytarıldığı demişdir. Rövşən həmin vaxt ona narahat olmamağını və harada olsa, həmin pulların və qızıl-zinət əşyalarının tapılaraq qaytarılacağını söyləmişdir. Bundan sonra keçən müddət ərzində Rüxsarə və Rövşən müxtəlif bəhanələrlə onu yubadaraq pulunun qaytarılacağını bildirmişlər. 27 fevral 2019-cu il tarixdə onun mobil telefonuna Bərdə rayon polis şöbəsindən zəng gəlmiş və özünü Vüsal adlı əməliyyatçı kimi təqdim edən polis əməkdaşı ona barəsində şikayət olduğuna görə Bərdə rayon polis şöbəsinə gəlməli olduğunu bildirmişdir. O, polis şöbəsinə qardaşı Adil ilə gəldikdən sonra Rüxsarənin evindən oğurluq edilməsi ilə əlaqədar ərizə ilə müraciət etdiyi ona məlum olmuşdur. Daha sonra polis şöbəsinin əməkdaşları Rüxsarənin evindən oğurlandığını bildirdiyi pulun əslində onun özünə məxsus olduğunu aydınlaşdırmışlar. Bundan sonra həmin gün axşam saatlarında o, polis əməkdaşlarının Rüxsarənin yaşadığı evə gedərək baxış keçirmələri ilə bağlı xəbər tutmuşdur. O, əməliyyat müvəkkili Vüsalın iştirakı ilə Rüxsarə ilə üzləşmişdir. Üzləşmə zamanı onun Rüxsarənin evinə pul və qızılzinət əşyalarını qoymağı məlum olmuşdur. Həmin günün səhəri onu və Adili polis şöbəsi Vüsal adlı polis əməkdaşı çağırmışlar. O, və Adil polis şöbəsinə gəldikdə orada Nəsibə və Tünzaləni görmüşlər. Həmin vaxt Nəsibəni Bayram adlı polis əməkdaşının otağına aparmışlar. O, Bayram adlı polis əməkdaşının otağının qarşısında dayanarkən Nəsibə içəridə hər hansı bir təsir olmadan 51800 manat pulu və qızıl-zinət əşyalarını götürməsini etiraf etmişdir. Bundan sonra Bayram onu və Adili içəri dəvət etmişdir. Nəsibəni göstərərək oğurluğu onun etməsini bildirmişdir. Bu söhbətdən sonra o və Adil evə getmişlər. İki gün sonra o, polis şöbəsində Nəsibə ilə üzləşmişdir. Üzləşmə zamanı Nəsibə onun üzünə baxaraq 51800 manat puldan 15000 manat hissəsini və qızıl-zinət əşyalarını oğurlamasını, yerdə qalan 36800 manatın isə atası Rövşən və anası Rüxsarədə olmasını etiraf etmişdir. Hadisədən üç gün sonra polis şöbəsində o, Şahid6, Şahid20, Şahid11, Şahid17, Şahid19, Şahid4, Şahid5 iştirakı ilə 52000 manat pul və qızılların əvəzinə yaşadıqları evi ona verəcəkləri barədə akt bağlanmışdır. Bundan sonra isə Rövşəngil verdikləri sözə əməl etməmişlər və bügünədək nə pulu nədə ki evi ona verməmişlər. O, 2018-ci ilin iyul ayında deyil, sentyabr ayında Şahid20la Bakı şəhərinə getmişdir. Bundan başqa 2018-ci ilin iyul ayında o, heç öz evimi satmamış və buna görə də pul əldə etməmişdir. O, 2018-ci ilin sentyabr ayında Bakı şəhərində olan zaman Şahid18 Nəsibə və Tünzalənin kirayə qaldığı mənzildə görmüşdür. 2018-ci ilin noyabr ayının sonlarıda içərisində pullar və qızıl-zinət əşyaları olan torbanı Şahid17 verən zaman orada Rüxsarədən başqa qızları Aygün və Nəsibə olmuşdur. O, içərisində pullar və qızıl-zinət əşyaları olan torbanı Şahid17 12 yanvar 2019-cu il tarixdə tələb etmişdir. Ərizəsində 12 fevral 2019-cu il yazılması isə ərizə kompüter vasitəsilə yazılan zaman baş verən texniki səhv ucbatından belə olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, 2018-ci ilin noyabr ayının sonlarında o, Şahid17 51800 manat pulu və qızıl zinət əşyalarını verərkən əvvəlcə donumun içərisinə, daha sonra isə paketə qoymuşdur. Həmin qara rəngli donu və paketi müstəntiq Mətin Qənbərov Şahid17 evinə baxış keçirdərkən götürmüşdür. Bundan sonra o, müstəntiq Mətin Qənbərovdan əşyaları tələb etdikdə, Mətin Qənbərov ona qara rəngli donu və sellofanı vermişdir. Bununla bağlı o, möhürlü qəbzə imza atmışdır. Həmin don və sellofan Rüxsarənin evinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, həmçinin sellofanın və donun içərisində ona məxsus 51800 manat pul və qızılları olmuşdur. Onun 51800 manat və qızıl-zinət əşyalarının Nəsibə tərəfindən oğurlnamasının əvəzinə Nəsibənin atası Rövşən və Rövşənin qohumları Vidadi, Əbülfət, İlqar, Qalib və Sabirə tərəfindən akt tərtib edilmişdir. Həmin akt ilk növbədə polis şöbəsində akt tərtib edilməlidi olmuşdur. Lakin sonra Rövşən polis şöbəsinə özünü pis his etdiyi üçün gələ bilmədiyini öyrəndikdə, Rəfailin evinə Rövşənin yanına getmişlər. Həmin evdə Rövşən və Rövşənin qohumları Vidadi, Əbülfət, İlqar, Qalib və Sabirənin iştirakı ilə akt tərtib edilmişdir. Həmin akt Qalib tərəfindən tərtib edilmişdir. Akt tərtib edildikdən sonra, aktda 52000 pul yazılmışdır. Bildirirəm ki, həmin 52000 manat qismində yazılmışdır. Sabirə Rövşənin adından qızılları verəcəyini dedikdə, ondan oğurlanan qızıllar aktda salınmamışdır. Həmin 52000 manat pulu o, qardaşı Adilin qızı İradədən aktla almışdır. Həmin akt cinayət işinə əlavə edilmişdir. O, həmin pulu Rüxsarəgilə Rövşən ilə birlikdə Bakı şəhərində ev almaq üçün evlərə baxmış, o, Rüxsarə yaxın olduğundan, Adilinin və İradənin həmin vaxt Bakı şəhərində olması ilə, həmçinin Rüxsarənin qızları Nəsibə və Tünzalə onunla Bakıda alacağı evdə qalacaqları üçün o, Rüxsarə güvənmiş və bu səbəbdən pulu və qızılları Rüxsarəyə etibar etmişdir. O, İİ qrup əlildir və bununla əlaqədar 233 manat pensiya alır, qardaşı Adildə ona köməklik etmiş və o, bununla dolanır. Akt tərtib edildikdən sonra İlqar, Əbülfət və Rövşənin bacısı Natella ilə birlikdə 7 saylı Daşınmaz əmlak şöbəsində görüşmüş, həmin vaxt Bərdə şəhəri Cavanşir küçəsi ev 57 yerləşən ev Rövşənin adına keçməli daha sonra isə onun adına keçirilməli olmuşdur. Onu həmin yerə İlqar öz şəxsi “cipə” oxşar avtomobilində ora aparmı olmuşdur. Lakin sonradan adlarını göstərdiyi şəxslər bundan imtina etmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həqiqətəndə onun qızıdır. Zərərçəkmiş şəxs onun ərinin uzaq qohumudur. Ağgül ilə yaxşı münasibəti olmuş, Ağgül onun evində tez-tez gələrək qalmış, həftənin ən azı dörd günü onlarda yaşamışdır. 2018-ci ilin sentyabr ayında Ağgül onların evinə əlində sellofanla birlikdə gəlmişdir. Ağgül ona sellofan torbanını götürərək saxlamağını, ondan bir müddət sonra götürücəyini demiş, o, Ağgülə şkafın üstündə olan sandıqcanın haçarını götürərək sellofanı sandıqcaya qoymağını bildirmişdir. Ağgül onlarla bərabər bir evdə yaşamışdır. 25 noyabr 2018-ci il tarixdə Nəsibə bacısı Ziyafətin oğlu Elmirin toyunda iştirak etməkdən ötrü səhər saatlarında taksi ilə bir başa Kətəlparaq kəndinə gəlmişdir. 26 noyabr 2020-ci il tarixdə Nəsibə Tünzalə ilə birlikdə Kətəlparaq kəndindən Bərdə şəhərində yerləşən Təzə avtovağzaldan Bakı şəhərinə yola düşmüşlər. 12 fevral 2019-cu il tarixdə o, mətbəxdə olarkən Ağgül onun yaşadığı evdə gələrək onlarla yaşadığı müddətdə bizə qoyduğu sellofanda pulların və qızılların olmasını ona demişdir. O, bundan sonra əri Rövşəni bu məsələni gələrək aydınlaşdırması üçün çağırmışdır. Rövşən evə gəlmiş baş verənləri danışmışdır. Rövşən isə Ağgülü evdən qovmuşdur. Bundan sonra 27 fevral 2020-ci il tarixdə onu polis şöbəsinə dəvət etmişlər. Həmçinin Şahid17 ifadəsində göstərmişdir ki, o, onun yaşadığı Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanında onun fotoşəkilləri ilə tanış olduğu sellofan olmuşdur. Şəkildəki qaralı-qızılı don onun xatırladığı qədər orada olmamışdır. Onlarda olan don qara rəngli olmuşdur. Həmin əşylarını Ağgül onlarda evdə qoyaraq getmişdir. O, isə həmin sellofanı və qara rəngli donu evin həyətində olan dama qoymuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid20 Göygüz oğlu ifadəsində göstərmişdir ki, Şahid17 onun arvadıdır. Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxs atasının bibisi qızıdır. Onun Ağgül ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Şahid1 atasının bibisi oğludur. Adil ilə onun heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ağgül 2018-ci ilin sentyabr ayında onun yanına gələrək Adilin və ailəsinin evdə yola vermədiklərini demişdir. Onun Ağgülə yazığı gəldiyini görə evində qalmağı təklif etmişdir. Ağgül bundan sonra arada bir gələrək onlarda qalmışdır. 2019-cu ilin fevral ayına kimi Zərərçəkmiş şəxs onun evində yaşamışdır. 2019-cu ilin fevral ayının 12-də arvadı Rüxsarə ona zəng edərək, Ağgülün şər atdığını, guya ki, Ağgülün 52000 manat pulunu və qızıl zinət əşyasının oğurlanmasını bildirmişdir. O, dərhal evə gəlmişdir. Rüxsarədən məsələni soruşmuşdur. Rüxsarə Ağgülün 2018-ci ilin sentyabr ayında selofan torba ilə birlikdə gəldiyini, həmin selofan torbada sənədlər və şəxsi gigiyena əşyalarının olmasını, daha sonra həmin selofan torbanı kiçik otaqda olan sandıqcaya qoymasını bildirmişdir. Lakin Zərərçəkmiş şəxs həmin selofan torbada 52000 manat pul və qızıl zinət əşyasının olduğunu bildirmiş, buna görə Rüxsarə ilə sözlə mübahisə etmişdir. O, bu sözlərdən sonra Ağgülü evdən qovmuşdur. 27 fevral 2019-cu il tarixdə işdə oturmuşdur. Onun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs onu Bərdə rayon polis şöbəsinə dəvət eləmişdir. O, Bərdə rayon polis şöbəsinə gəldikdə Zərərçəkmiş şəxs ərizə ilə şikayət etdiyini öyrənmişdir. Polis şöbəsində onu və Rüxsarəni saxlamışlar. Həmin günü onun evində polis əməkdaşları onun və Rüxsarənin iştirakı olmadan müstəntiq Mətin Qənbərov və tanımadığı 3 nəfət polis əməkdaşının iştirakı ilə axtarış olmuşdur. Həmin günün səhəri Bakı şəhərindən Nəsibə və Tünzaləni polis şöbəsinə gətirmişlər. Tünzalənin iştirakı ilə daha sonra evdə olan Nəsibə və Tünzalənin əşyalarını, geyim və gigiyena daxil olmaqla polis şöbəsinə gətirmişlər. O, həmin evə getmişdir. O, şöbədən çıxaraq gedərkən Adil ona evini aktla verməyini, yoxsa işgəncəni və şiddəti dayandırmayacağını demişdir. Həmin günün səhəri o, tək Rəfail gilə getmişdir. Rəfailin evdə olmasını o, dəqiq bilmir. Evdə həmin vaxt Vidadi, Sabirə, Qalib və Əbülfət orda olmuşdur. Bir müddət sonra evə Adil və Ağgül gəlmişdir. O, ailəsini xilas etmək üçün evindən keçməyə razılıq vermişdir. Aktı həmin vaxt Qalib tərtib etmişdir. Aktda 52000 pulun öhdəlindən evimin Ağgülə veriləcəyi göstərilmişdir. Şahid20 ifadəsində həmçinin göstərmişdir ki, onun qohumu Ağgül ona evə hər hansı bir pul və ya digər zinət əşyaları qoyması barədə məlumat verməmişdir. 2018-ci ilin yay ayında o, Bakı şəhərinə qızlarının yanına getmək üçün, özünü yoxlatmaq üçün getmişdir. O, 2018-ci ilin iyul ayında Bakı şəhərinə Zərərçəkmiş şəxs ilə getmişdir. Lakin həmin vaxtı o, Ağgülün evini satılmasını bilməmişdir. Ağgül 2018ci ilin sentyabr ayından bizdə qalsa da, o, onun evini satılması barədə məlumatı polis şöbəsində verdiyi şikayət əsasında bilmişdir. Həmin vaxt Ağgülün yol xərcini o, çəkmişdir. Ona hal-hazırda təqdim edilən akt həmin aktdır və imza ona məxsusdur. O, imza edərkən aktı oxumamışdır. Bundan əlavə tərtib olunarkən oxunmuşdur. O, Rüxsarə və Nəsibənin işgəncə altında olmağını Adilin sözlərindən bilmişdir. O, savadısız olduğundan hər hansı bir orqana şikayət verə bilcəyini bilməmişdir. O, Rüxsarə, Nəsibə, Aygün və Tünzalə Bərdə rayonu Kətəlparaq kəndində yerləşən “Ağ saray” restoranında Elmirin toy şənliyində iştirak edərək, Kətəlparaq kəndində Elmirgilin evində gecəni qalmışdır. Onun, Rüxsarə, Nəsibə və Tünzalədə üzərimizdə bir mobil telefon olmuş və həmin mobil telefonda bir nömrə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid11 Göygöz oğlu ifadəsində göstərmişdir ki, Şahid20 onun qardaşıdır, onun Rövşən ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun Rövşən ilə yaxşı münasibəti var. Zərərçəkmiş şəxs onun uzaq qohumudur, onun Ağgül ilə heç bir münasibəti yoxdur. 2019-cu ilin fevral ayında xatırlamadığı şəxs Ağgülün şikayət etdiyini və Rövşən ilə Rüxsarənin polis şöbəsində olmasını ona demişdir. O, bundan sonra polis şöbəsinə Rövşən və Rüxsarənin arxasınca gəlmişdir. O, heçnə öyrəni bilmədiyindən Rövşəngilin evinə getmişdir. Bundan sonra həmin günün axşamı polis əməkdaşları Rövşənin Cavanşir küçəsi ev 57 ünvanında yerləşən evində axtarış kiçirtmişlər. Bu zaman onun iştirakıyla protokol tərtib edilmiş və evdən heçnə aşkar edilməmişdir. Axtarışdan sonra Aygünlə birlikdə öz evinə getmişdir. Axtarış keçirildikdən sonra səhəri gün Rövşən polis şöbəsindən çıxmışdır. Həmin günü Nəsibə və Tünzaləni Bakıdan polis əməkdaşları gətirmişlər. Nəsibə və Tünzalə polis şöbəsində olmuşlar. Bir gün sonra o, İlqar, Natella, Sabirə və İlqar polis şöbəsinin qarşısında olarkən Adil polis şöbəsindən çıxaraq onun xatırlamadığı şəxslərlə söhbət etməyə başlamışdır. Bundan sonra hamısı razılaşaraq Sabirəgilə getmişlər. O, bilmədi nəyə görə Sabirəgilə getmişlər. Sabirəgilə çatdıqda orada xatırlamadığı şəxslər polis şöbəsində Nəsibə və Tünzaləni döyülməməsinə görə evi Ağgülə verilməsi danışmışdır. Bundan sonra Qalib Nəsibəinin, Tünzalənin və Rüxarənin polis şöbəsindən çıxmağına görə akt tərtib edilmişdir. Aktı o, oxumamış, lakin imza etmişdir. Akt bundan sonra Ağgülə verilmiş, həmin günün səhəri isə Nəsibə və Tünzaləni polis şöbəsindən buraxılmışdır. Şahid11 ifadəsində həmçinin göstərmişdir ki, o, Şahid4 və Şahid2 Şahid17 2019-cu ilin fevral ayında polis şöbəsinə gələrək evindən oğruluq hadisəinin olmasını göstərməsi barədə heç nə bilmir. Oğurluq barədə o, polis şöbəsində bilmişdir. Ona hal-hazırda təqdim edilən akt həmin aktdır və imza ona məxsusdur. O, imza edərkən aktı oxumamışdır. Akt yazılarkən oxundu o, isə dəqiqlikdə aktda yazılanları eşitmiş, bu səbəbdən aktı oxumamışdır. O, Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə və rayon prokuroruluğunun onlara kömək etməsini bilmədiyindən ora xəbər etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, Şahid17 onun qohumudur. Onun Rüxsarə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ədilova X5 qızıdır, onun Nəsibə ilə heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs onun bacısıdır, onun Ağgül ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2018-ci ilin fevral ayında Bərdə RPŞ-nə Vüsal adlı polis əməkdaşı onu və bacısı Ağgülü dəvət etmişdir. O, bacısı Ağgüllə birlikdə polisə gəlmişdir. Polis şöbəsində o, Rüxsarə və Rüxsarənin adını bilmədiyi qardaşı oğlunu görmüşdür. Polis əməkdaşı Vüsal ondan Ağgülün 52000 manat pulu və qızıl-zinət əşyalarını Rüxsarənin evinə qoyub-qoymamasını soruşmuşdur. Həmin vaxt o, bacısından onun qızına evini alarkən Ağgülə verdiyi 52000 manat pulu və öz qızıllarını Ağgül Rüxsarənin evinə 2018-ci ilin noyabr ayında qoymuşdur. O, hansı səbəbdən pulu Rüxsarənin evinə qoymasını Ağgüldən soruşduqda, Ağgül, ona Bakıya ev almağa getməsini və yas düşdüyündən pulun orda qalmasını demişdir. Bir neçə gün sonra polis əməkdaşı Vüsalın Bakı şəhərindən bu oğurluqla bağlı şübhəli olan Nəsibə və Tünzaləni gətirməsini öyrənmişdir. Bundan sonra onu və Ağgülü polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində Nəsibə və Tünzaləni görmüşdür. Nəsibə və Tünzalə onu tanımamışlar. Həmin vaxt Nəsibə və Tünzaləni CAB-ın rəisi Bayramın otağına aparmışlar. Nəsibə və Tünzalə otağa daxil olduqda Bayram orada əməliyyat yönlü söhbətlər aparmışdır. O, qapının qarşısında dayanarkən heç bir təsir və təzyiq olamadan X8 saxlaması üçün verdiyi 52000 manat pulu və qızıl-zinət əşyalarını oğurlamasını, qızılları Bakı şəhərində satmasını, pulları isə Əvəz adlı şəxslə xərcləməsini etiraf etməsini eşitmişdir. Bu söhbət sonra Bayram otaqdan çölə çıxaraq ona cinayətin üstünün açılmasını demişdir. Bundan sonra Nəsibə və Tünzalə polis şöbəsində hansısa otağa aparmışlar. Həmin gün Nəsibə və Tünzalı ilə Ağgül polis şöbəsində üzləşdirilmişdir. Bundan sonra o və Ağgül evinə qayıtmışdır. Hadisədən üç gün sonra polis şöbəsində Şahid6, Şahid20, Şahid11, Şahid17, Şahid19, Şahid4, Səbinə Məhərrəmova və Zərərçəkmiş şəxs iştirakı ilə 52000 manat pulun əvəzinə yaşadıqları evi Ağgülə verilməsi barədə akt bağlanmışdır. Bundan sonra isə aktı bağlayanlar verdikləri sözə əməl etməmişlər və bügünədək nə pulu nədə ki evi Ağgülə verməmişdirlər. Elgiz və ya Bayram Nəsibəyə hər hansı bir təzyiq və ya təsir göstərməmişdir. Nəsibə tam sərbəst öz razılığı ilə törətdiyi cinayəti etiraf etmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-də hər hansı bir təzyiq göstərilməmişdir. O, qulağıyla eşitmiş, Nəsibə hər hasnı bir təzyiq altında olmadan 52000 manat pulu və qızıl-zinəy əşyalarını götürməsini etiraf etmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Ağgülün 51800 manat və qızıl-zinət əşyalarının Nəsibə tərəfindən oğurlamasının əvəzinə Nəsibənin atası Rövşən və Rövşənin qohumları Vidadi, Əbülfət, İlqar, Qalib və Sabirə tərəfindən akt tərtib edilmişdir. Həmin akt ilk növbədə polis şöbəsində tərtib edilməlidi olmuşdur. Lakin sonra Rövşən polis şöbəsinə özünü pis his etdiyi üçün gələ bilmədiyini öyrəndikdə, Rəfailin evinə Rövşənin yanına getmişlər. Həmin evdə Rövşən və Rövşənin qohumları Vidadi, Əbülfət, İlqar, Qalib və Sabirənin iştirakı ilə akt tərtib edilmişdir. Həmin akt Qalib tərəfindən tərtib edilmişdir. Akt tərtib edildikdən sonra, aktda 52000 pul yazılmışdır. Həmin 52000 manat qismində yazılmışdır. Sabirə Rövşənin adından qızılları verəcəyini dedikdə, ondan oğurlanan qızıllar aktda salınmamışdır. Həmin 52000 manat pulu o, İradədən Ağgül aktla almışdır. Həmin akt cinayət işinə əlavə edilmişdir. Ağgül həmin pulu X28 ilə birlikdə Bakı şəhərində ev almaq üçün evlərə baxması, Ağgül Rüxsarə yaxın olduğundan, o və İradənin həmin vaxt Bakı şəhərində olması ilə, həmçinin Rüxsarənin qızları Nəsibə və Tünzalə Ağgül ilə Bakıda alacağı evdə qalacaqları üçün Ağgül Rüxsarə güvənmiş və bu səbəbdən pulu və qızılları Rüxsarə etibar etmişdir. Ağgül İİ qrup əlildir və bununla əlaqədar 233 manat pensiya alır, həmçinin o da Ağgülə köməklik edir, Ağgül ərsiz qadındır. Həmin vaxt akt tərtib edilərkən orada qızım Arzu olmuşdur. Şahid17 təqdim etdiyi diskdə ki, səs o və Sabirəyə aiddir. O, otaqda olarkən Nəsibənin işgəncəyə məruz qalması barədə heç bir söhbət olmamışdır. Rövşən və akta imza atan digər şəxslər evi Ağgülə bir səbəbdən vermişdirlər. Həmin səbəb isə Ağgülün oğurlanan pul və qızıllarının əvəzinə Ağgülə ev verərək razı salmaq olmuşdur. Bu yolla otaqda olanlar Ağgüldən barışıq almaq istəmişdilər. Həmin günü Ağgül ilə Rövşəngil barışmışdır. Lakin sonradan Rövşən sözünə əməl etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşu kimi tanımış, onun İradə ilə heç bir münasibəti yoxdur. O, əvvəl verdiyi ifadəni təstiq edir, 2014-cü ildə Elnun Məmmədov ilə ailə həyatı qurmuşdur. 2016-cı ilin fevral ayında nənəsi Məxmər vəfat etdikdən o və yoldaşı Elnur Bərdə şəhərinə gəlmişlər. Bərdə şəhərindən qayıtdıqdan sonra o, Elnur ilə məsləhətləşib, bibisi Ağgülün evini almağı demişdir. Elnur əlini toplayıb, həmin sonra almaqlarını demişdir. Elnur pul yığdıqdan sonra 2018-ci ilin sentyabr ayında o və Elnur ilə bərabər Bərdə şəhərinə gəlmişlər. Bərdə şəhərində K.Cabbarov küçəsi ev 25-də yerləşən evə baxdıqdan sonra Elnur həmin evi almağa razılıq vermişdir. Bundan sonra Elnur Bakıya getmişdir. Getməmişdən əvvəl Elnur ona 52000 manat pul vermişdir. O, Ağgül ilə əvvəlcə 52000 manatı Ağgülə verməli olması, sonra isə 28000 manatı sənədləşmədən sonra verməsi ilə razılaşmışdır. Bundan sonra həmin vaxt, yəni 15 sentyabr 2018-ci il tarixdə Ağgül, Adil, İbad və Arifin iştirakı ilə akt tərtib edilmiş, o, Ağgülün evini görə ilkin olaraq 52000 manat vermiş, sonradan isə 28000 manat verməli olmuşdur. Həmin alqı-satıqıdan əri Elnurun məlumatı olmuşdur. Həyat yoldaşı hərbiçidir, Elnurun əmək haqqısı 1800-2000 manat arasındadır, həmçinin həyat yoldaşı nümünəvi işçi olduğundan Elnura əlavə pul mükafatlarıda verilir. Həmin pulu həyat yoldaşının razılığı ilə vermişdir. Həyat yoldaşı halhazırda Laçın şəhərindədir. Nənəsi Məxmər 2016-ci ilin fevral ayında vəfat etmiş, lakin ilkin ifadə verərkən müstəntiq onu dəqiq anlamdığından 2018-ci il göstərmişdir.Şahid7 ifadəsində Həmçinin göstərmişdir ki, o, həmin evin alqı-satqısı ilə bağlı olaraq, pulu tam ödəmədiyi üçün, həmçinin notarial qaydada müqaviləyə görə pul çox çıxdığı üçün akt tərtib edərək, evin 52.000 manata alındığını göstərmişlər. O, Zərərçəkmiş şəxs evin sənədlərini istəməmiş, evin sənədi Ağgüldə qalmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində Şahid7 verdiyi ifadəyə uyğun ifadə verərək işin halları ilə bağlı sonuncunun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdən DİO-da xidmət edir. O, 2019-cu il tarixdə Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. 2019-cu ilin fevral ayında Şahid17 onun xidməti iş otağına gələrək yaşadığı evdən oğurluq hadisəsinin olmasını demişdir. O, Rüxsarəni faktla bağlı sorğu sual edərkən ona Şahid17 Bərdə şəhəri Cavanşir küçəsində yerləşən həyət evindəki sandıqdan 52000 manat pul naməlum şəraitdə oğurlanması məlum olmuşdur. Pulun kimə məxsus olmasını o Rüxsarədən soruşduqda Rüxsarə Ağgül adlı qohumunun evinə torbada pulları qoymasını və bundan sonra Rüxsarənin pulları tapa bilməməsini bildirmişdir. Bundan sonra Ağgülü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə Ağgül gəldikdə Ağgüldən pul əlaqədar ərizə alınmışdır. Rüxsarə xatırlamadığı polis əməkdaşları əməliyyət yönlü söhbətlər apardıqda Rüxsarə pulu Ağgüldən təhvil alarkən Nəsibə və Tünzalə bunu görməsi məlum olmuşdur. Bu hadisədən əməliyyat müşavirəsində ona Təqsirləndirilən şəxs və X6 polis şöbəsinə dəvət etməyi tapşırılmışdır. O və əməliyyat müvəkkili Elgiz Bakı şəhərinə yollanmışlar. Bakı şəhəri Nəsimi rayonu, 4cü mikrayon Zərifə Əliyeva adına göz klinikasının qarşısında yerləşən yeni tikili binanın qarşısında Nəsibəni və Tünzaləni polis şöbəsinə dəvət etmişlər. Nəsibə və Tünzalənə imkanlarının olmamamasını onlara dedikdə Nəsibə və Tünzaləni xidməti avtomobilə dəvət etmişlər. o və Elgiz Bərdə PRŞ-nə gəldikdə sonuncuları izahatları alınması üçün Bərdə RPŞ-nə təhvil vermişlər. O, Nəsibə və Tünzaləyə hər hansı bir təzyiq göstərməmiş, Nəsibə və Tünzalənin izahatlarının alımasında iştirak etməmişdir. Növbəti gün günorta saatlarında o, polis şöbəsinə gəldikdə Nəsibənin oğurluq hadisəni törətməsini etiraf etməsini öyrənmişdir.Həmçinin Şahid2 ifadəsində göstərmişdir ki, Nəsibəyə polis şöbəsində hər hansı bir təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə hər hansı fiziki və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısıdır. Zərərçəkmiş şəxs onun atasının uzaq qohumudur. Ağgül ilə yaxşı münasibəti olmuş, Ağgül onun evində tez-tez gələrək qalmış, həftənin ən azı dörd günü onlarda yaşamışdır. Bakı şəhərində bacısı Nəsibə ilə Nəsimi rayonunda, Memar Əcəmi metrosunun yaxınlığında kirayədə yaşamışdır. Nəsibə Universitetdə oxuduğu dövrdü işləməmişdir. O isə 2017-ci il tarixdən aptekdə işləməyə başlamışdır. Valideyinləri ona və bacısı Nəsibəyə aylıq kirayə üçün 200 manat pul və xərclik üçün isə aylıq 100 manat pul yollamışlar. Anasının bildirdiyinə görə, 2018-ci ilin sentyabr ayında Ağgül onların evinə əlində sellofanla birlikdə gəlmişdir. Ağgül ona sellofan torbanını götürərək saxlamağını, ondan bir müddət sonra götürücəyini demiş, o, Ağgülə şkafın üstündə olan sandıqcanın haçarını götürərək sellofanı sandıqcaya qoymağını bildirmişdir. Ağgül onlarla bərabər bir evdə yaşamışdır. 25 noyabr 2018-ci il tarixdə Nəsibə bacısı Ziyafətin oğlu Elmirin toyunda iştirak etməkdən ötrü səhər saatlarında taksi ilə bir başa Kətəlparaq kəndinə gəlmişdir. 12 fevral 2019-cu il tarixdə o, mətbəxdə olarkən Ağgül onun yaşadığı evdə gələrək onlarla yaşadığı müddətdə bizə qoyduğu sellofanda pulların və qızılların olmasını ona demişdir. O, bundan sonra atam Rövşəni bu məsələni gələrək aydınlaşdırması üçün çağırmışdır. Rövşən evə gəlmiş baş verənləri danışmışdır. Rövşən isə Ağgülü evdən qovmuşdur. Bundan sonra 27 fevral 2020-ci il tarixdə onu polis şöbəsinə dəvət etmişlər. Şahid X16 həmçinin ifadəsində göstərmişdir ki, 28 fevral 2019-cu ildə Bakı şəhərində yaşadıqları evdə olarkən Bərdə rayon PŞ-nin İstintaq Bölməsinin sabiq rəisi Taleh Şamilov, polis əməkdaşları Şahid2 və Şahid3 onlara gəlmişlər, onlar tərəfindən kirayədə yaşadıqları evdə axtarış aparılmış, bacısı Nəsibənin və özünün bütün paltarlarları polis əməkdaşları tərəfindən götürülmüşdür. Bugünədək paltarlarını ala bilməmişlər. Həmin gün o, Bərdə RPŞ-nə gətirilmiş və 2 gün Bərdə rayon PŞ-də otaqların birində saxlanılmışdır. Həmin vaxt anasına, bacısına və özünə Bərdə rayon Polis Şöbəsində işgəncələr verilmiş, Şahid2 tərəfindən ona iki sillə vurulmuş, nalayiq sözlərlə təhqir olunmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda Bank Respublikada hüquqşünas vəzifəsində çalışır, ali hüquq təhsillidir. Şahid17 onun bibisidir, onun Rüxsarə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. X21 onun bibisi Rüxsarənin əridir, onun Rüxsarə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ədilova X18 və Rövşənin qızıdır, onun Nəsibə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2019-cu ilin fevral ayının sonlarında Rüxsarə atasına məxsus Bərdə şəhərində yerləşən bitki məhsullara dükanına gələrək ona evlərindən pul oğurlamasını demişdir. O, Rüxsarəyə uşaqlarından soruşmasını, pulları onların götürməsini soruşmuşdur. Rüxsarə uşaqlarından əmin olmasını ona demişdir. O, Rüxsarəyə polis şöbəsinə gedərək bu barədə məlumat verməyə demişdir. O, bundan sonra Rüxsarə ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Rüxsarə evindən 5000 manat pulunun oğurlanmasını demişdir. Həmin vaxt pulun Ağgülə məxsus olması bilmişdir. Bir müddət sonra polis şöbəsinə Ağgül və Adil gəlmişlər. Ağgül və Adil Rüxsarənin evinə 52000 manat pulu qoymasını və həmin pulun oğurlanmasını bildirmişdir. Bu zaman polis şöbəsində olan əməkdaşlar ona işin uzanmasını onun getməyini bildirmişlər. Bundan sonra polis şöbəsinə o, Əbülfət və İlqar gəlib işlə maraqlanaraq getmişdir. Bir neçə gün o, Əbülfət, İlqar, anası Sabirə və Natella ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin qarşısında olan zaman, Nəsibənin Ağgülə məxsus 15000 manat pulu oğurladığı etiraf etməsini bilmişdir. Bundan sonra Əbülfət, İlqar, anası Sabirə və Natella ilə birlikdə evə getmişlər. Onların evdə Rövşən xəstə olduğundan qalmışdır. Həmçinin həmin vaxt onlara Vidadi, Əbülfət və İlqar olmuşdur. X43 Zərərçəkmiş şəxs məxsus pulun Nəsibənin oğurlanması etiraf etməsini demişdir. Həmin vaxt Rövşən Nəsibənin uşaq olaraq belə etməsini, bu səbəbdən Nəsibəni atmayacağını demiş, özünü məxsus evi bunun qarşılığında Ağgülə verəcəyini bildirmişdir. Bundan sonra xatırlamadığı şəxs Ağgül və Adilə zəng vuraraq onlara çağırmışdır. Bu zaman evdə anası Sabirə, Vidadi, Rövşən, Adil və Ağgül arasında söhbət olmuş, söhbət zamanı pulun əvəzinə Ağgülə ünvan 5 ünvanında yerləşən evi Ağgülə verilməsi təklif edilmişdir. Ağgül ilk öncə razılaşmasada daha sonra bu təklif ilə razılaşmışdır. Əbülfət həmin vaxt evin verilməsinə razı olmamışdır. Əbülfət Nəsibəsinin tutulmasını və evin Ağgülə verilməməsini demişdir. Rövşən razılaşmamış, qızının tutulmasına razı ola bilməyəcəyini demiş və evini verməyə könüllü olaraq razılaşmışdır. Bu zaman evin sənədinin düzgün olmamasını bildikdə, evdə sənəd tərtib olunmasını Ağgül tələb etmişdir. Bu zaman otaqda digər şəxslər sənədin onun tərəfimdən yazılmasını bildirmişdir. Anası onun tərəfimdən yazılmamasına razılaşmadıqda, Rövşənin əlinin yaxşı işləməməsini, bu səbəbdən Qalibin akt yazmasını, evinin öz istəyi ilə verməsini demişdir. Bu zaman o, akt tərtib etmişdir. Aktı otaqda olan o, Vidadi, Rövşən, Əbülfət, İlqar, anası Sabirə və Ağgül oxuyaraq imzalamışdır. Bundan sonra Ağgül polis şöbəsinə barışıq ərizəsi vermişdir. Həmin günün səhəri o, Nəsibəni polis şöbəsindən götürüərəkb evə aparmışdır. Şahid4 ifadəsində həmçinin göstərmişdir ki, ona hal-hazırda təqdim edilən akt həmin aktdır və imza ona məxsusdur. O, imza edərkən aktı oxumuş və aktı o, tərtib etmişdir. Ağgülün oğurlanmış pulun əvəzinə Rövşən öz razılığı ilə evini Ağgülə vermişdir. Rövşən və Rövşənin ailəsi Rövşənin arvadı Rüxsarənin və qızları Nəsibənin polis şöbəsində saxlanılmasını öyrəndikdə hər hansı bir hüquqmühafizə orqanına şikayət vermədikləri üçün onlarda verməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 qızının ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 qızı ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid17 onun baldızıdır, onun Rüxsarə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. X21 onun baldızı Rüxsarənin əridir, onun Rövşən ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ədilova X18 və Rövşənin qızıdır, onun Nəsibə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təxminən 2019-cu ilin fevral ayının sonlarında o, Rüxsarənin polis şöbəsində tutlmağını eşidərək, Əbülfət, İlqar, oğlum Qalib və Natella ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin qarşısında olan zaman Nəsibənin Ağgülə məxsus 15000 manat pulu oğurladığı etiraf etməsini bilmişdir. Bundan sonra Əbülfət, İlqar, oğlum Qalib və Natella ilə birlikdə evə getmişdir. Onların evində Rövşən xəstə olduğundan qalmışdır. Həmçinin həmin vaxt onlarda Vidadi, Əbülfət və İlqar olmuşdur. X43 Zərərçəkmiş şəxs məxsus pulun Nəsibənin oğurlanması etiraf etməsini demişdir. Həmin vaxt Rövşən Nəsibinin uşaq olub belə etməsini, bu səbəbdən Nəsibəni atmayacağını demiş, Rövşən özünə məxsus evi bunun qarşılığında Ağgülə verəcəyini bildirmişdir. Bundan sonra xatırlamadığı şəxs Ağgül və Adilə zəng vuraraq onlara çağırmışdır. Bu zaman evdə o, Vidadi, Rövşən, Adil və Ağgül arasında söhbət olmuş, söhbət zamanı pulun əvəzinə Ağgülə ünvan 5 ünvanında yerləşən evi Ağgülə verilməsi təklif edilmişdir. Ağgül ilk öncə razılaşmasada daha sonra bu təklif ilə razılaşmışdır. Əbülfət həmin vaxt evin verilməsinə razı olmamışdır. Əbülfət Nəsibəsinin tutulmasını və evin Ağgülə verilməməsini demişdir. Rövşən razılaşmamış, qızının tutulmasına razı ola bilməyəcəyini demiş və evini verməyə könüllü olaraq razılaşmışdır. Bu zaman evin sənədinin düzgün olmamasını bildikdə, evdə sənəd tərtib olunmasını Ağgül tələb etmişdir. Bu zaman otaqda digər şəxslər sənədin oğlu Qalib tərəfindən yazılmasını bildirmişdir. O, Qalib tərəfindən yazılmamasını dedikdə, Rövşənin əlinin yaxşı işləməməsini, bu səbəbdən Qalibin akt yazmasını, evinin öz istəyi ilə verməsini demişdir. Bu zaman oğlu Qalib akt tərtib etmişdir. Aktı otaqda olan o, Vidadi, Rövşən, Əbülfət, İlqar, oğlu Qalib və Ağgül oxuyaraq imzalamışlar. Bundan sonra Ağgül polis şöbəsinə barışıq ərizəsi vermiş və Rövşən gilin ailəsi ilə onların ailə arasında əlaqələr kəsilmişdir. Həmçinin Şahid5 ifadəsində göstərmişdir ki, ona hal-hazırda təqdim edilən akt həmin aktdır və imza ona məxsusdur. O, imza edərkən aktı oxumamış, ancaq aktın məzmununun Ağgülə məxsus 52000 manat pulun əvəzinə Rövşənin öz evini Ağgülə verməsini bilərək imza atmışdır. Ağgülün oğurlanmış pulun əvəzinə Rövşən öz razılığı ilə evini Ağgülə vermişdir. Təqsirləndirilən şəxs baldızı Ziyafətin oğlu Elmirin toyunda iştirak etməkdən ötrü Bərdə şəhərinə gəlmişdir. Elmirin toyu noyabr ayının sonlarında Bərdə rayonunda olmuşdur. Rövşən, Rüxsarə, Tünzalə, Nəsibə və Aygün “Ağ Saray” restoranında baş verən toyda iştirak etmişdir. Toydan sonra o, Rövşən, Rüxsarə, Tünzalə, Nəsibə və X29 kəndində yerləşən evinə getmişdir. Toy evində çay içdikdən sonra Rövşən qızları Rövşən, Tünzalə, Nəsibə və Aygün ordan gecəikən getmişlər. Rüxsarə gecəni toy evində qalmışdır. Bir müddət sonra isə o da evə getmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid20 Gözgöz oğlunu o, dostu Rəfailə görə tanımışdır. Onun Rövşən ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. X37 ilə yaxın dostluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs o, əvvəllər tanımamış, onun Ağgül ilə heç bir münasibəti olmamışdır. 2019-cu ilin fevral ayının sonlarında o, Rəfailgilə getdikdə orada Rövşən və Əbülfət olmuşdur. Daha sonra evə İlqar, Qalib, Natella və Sabirə gəlmişdir. İlqar, Qalib, Natella və Sabirə arasında gedən söhbətdən o, Rövşənin qızı Nəsibənin Zərərçəkmiş şəxs Cavanşir küçəsi ev 52 ünavanında yerləşən evə qoyduğu təxminən 27-35 min manat arası pulu oğurlamasını anlamışdır. Rüxsarə isə birinci dəfə polisə gedərək bu barədə şikayət etmişdir. Söhbət əsnasında Rövşən Bərdə şəhəri Cavanşir küçəsində yerləşən evi pulun əvəzində Ağgülə verməsini təklif etmişdir. Zəngdən sonra Ağgül, Adil və İradə ora gəlmişlər. Stol arxasında Ağgül və Adil ilə oturaraq barışıq olması üçün söhbət etmişlər. Bu zaman Ağgülə Cavanşir küçəsi ev 52 ünvanında yerləşən evi 52000 manat pulun və qızıl-zinət əvəzində verilməsi təklif edilmişdir. Ağgül bu təklif razılaşmamış və ev yox pul və qızılları lazım olmamasını təklif etmişdir. Lakin daha sonradan Ağgülü razı sala bilmişlər. Bu zaman evin sənədləri olmadığından Ağgül akt tərtib olunması tələb etmişdir. Qalib aktı tərtib etmiş, onun adını akta yazmaqla. Aktda Ağgülə 52000 manat əvəzinə Rövşənə məxsus Cavanşir küçəsi ev 52 ünvanında yerləşən ev verilməsi göstərilmişdir. O, Rövşən başda olmaqla orada olan şəxslərə üzünü tutaraq əgər Rövşən aktda yazılan öhdəliyi yerinə yetirməyəssənizsə o imza atmamasını demişdir. Rövşən kişi olduğunu evi oğurlanmış pulun Əvəzinə Ağgül verəcəyini bildirmişdir. Bundan sonra o, akta imza atmışdır. Həmin günün səhəri Ağgül polisə gedərək barışıq ərizəsi vermişdir. Həmçinin Şahid6 ifadəsində göstərmişdir ki, hal-hazırda təqdim edilən akt həmin aktdır və imza ona məxsusdur. Nəsibəyə polis şöbəsində təzyiq göstərilməsi barədə mənim heç bir məlumatım yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 20 ildən çoxdur Bərdə şəhəri Nəcəf bəy Vəzirov küçəsində yaşayır. Onunla qonşuluqda Zərərçəkmiş şəxs məxsus olan ev olmuşdur. Onun Zərərçəkmiş şəxs ilə yaxşı qonşuluq münasibətləri olmuşdur. Bundan başqa onun Zərərçəkmiş şəxs qardaşı Şahid1la da yaxşı münasibətləri var. Onların münasibətləri yaxşı olduğundan Zərərçəkmiş şəxs məxsus olan evin açarları da əksər vaxt onun özündə olmuşdur. O, ehtiyac olduğu zamanlarda Zərərçəkmiş şəxs evinin işıqlarını yandırır, həyətbacasına nəzarət edir və digər köməklikləri etmişdir. 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs qardaşı Adil, qardaşı qızı İradə və bacısı oğlu Arif ilə birlikdə evə gələrək evi satmaq istədiyini bildirmişdir. O, da qonşuluqda yaşadığı üçün həmin evi kimə satmaq istədiyi ilə maraqlanmışdır. Bu zaman Zərərçəkmiş şəxs evi qardaşı qızı İradəyə satmaq istədiyini demişdir. O, da Şahid1 özünü tanıdığından Zərərçəkmiş şəxs qızı İradə ilə qonşuluqda yaşamaqdan məmnun qalacağını söyləmişdir. Həmin vaxt ondan və Zərərçəkmiş şəxs başqa Şahid1, Şahid1 qızı İradə və bacısı oğlu Arif də bizim yanlarında olmuşlar. Söhbət zamanı o, Zərərçəkmiş şəxs evi 80.000 manat pula qardaşı qızı İradəyə satmaqla bağlı razılığa gəldiklərini bilmişdir. Həmin evi almaqla bağlı razılaşandan sonra İradə onun yanında ilkin olaraq 52.000 manat pulu Zərərçəkmiş şəxs vermişdir. Bunun ardınca həmin evin İradəyə satılması ilə bağlı akt tərtib edilmiş, o, da həmin akta imza etmişdir. Həmin akta ondan başqa Şahid1, Zərərçəkmiş şəxs, Şahid9 və Adilin qızı Şahid7 imza etmişdir. İradə həmin pulun qalanını isə Zərərçəkmiş şəxs ev alandan sonra evdən çıxanda verəcəyini demişdir. O, sonradan Zərərçəkmiş şəxs evinin satılması müqabilində verilmiş 52.000 manat həmin pulunun oğurlanmasını eşitmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət Universitetin tələbəsidir. Təqsirləndirilən şəxs o, 2017-ci ilin sentyabr ayından tanıyır. Onun Nəsibə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Nəsibə 2017-ci ilin sentyabr ayında o, universitetdə olarkən Nəsibə onun yanına gələrək onunla tanış olmaq istədiyini demişdir. Nəsibə həmin vaxt eyni vaxtda iki oğlanla münasibəti olmuşdur. Oğlanlardan biri Ayxan digəri isə Mahir olmuşdur. O, hər günümü Nəsibə ilə univerdsitetdə keçirmişdir. Nəsibə dərslərə girməyərək universitetin yemekxanasında oturmuşdur. O və Nəsibə yeməkxanadan çıxaraq müxtəlif klublara getmişlər. Nəsibə Bakı şəhərində bacısı Tünzalə və bibisi oğlu Əvəzlə qalmışdır. Həmin vaxt onun münasibətdə olduğu Məhəmmədin dostu Seymur ilə Nəsibənin münasibəti yaranmışdır. Seymur və Nəsibə bir dəfə cinsi əlaqəda olduqdan sonra ayrılmışlar. Bir müddət sonra Nəsibənin Bəhmən ilə münasibəti yaranmış və o da Bəhməni tanımışdır. O və Nəsibə Bəhmənin yanına Bəhmənin oxudunu Texniki universitetə getmişlər. 2018-ci ilin əvəllərində o, Eldar adlı oğlan ilə tanış olmuşdur. Eldar ilə Nəsibənin yaxın münasibəti olmuş, Nəsibə Eldar ilə bir yerdə qalmış, Eldar ilə Nəsibə cinsi əlaqəda olmuşdur. Eldar və Nəsibə çox vaxt onun yanına sərxoş vəziyyətdə gəlmişlər. Nəsibədən o nə olduğunu sorşduqda, Nəsibə ona Eldar ilə marixuana çəkməsini demişdir. O, dəfələrlə Nəsibə marixuana çəkməməsini Nəsibəyə demişdir. Lakin Nəsibə ona qulaq asmamışdır. Məhəmməd ona klublara getməyi qadağan etdikdən sonra o, klublara getməmişdir. Nəsibə isə onsuz klublara getməmişdir. Bundan əvvəl Nəsibə və Əvəzlə klublara getmişlər. Nəsibə klublarda spirtli içki içmiş və siqaret çəkmişdir. Bir müddət sonra Nəsibə Mahir ilə tanış olmuşdur. Bundan sonra yay tətili olmuş və Nəsibə Bərdə şəhəri getmişdir. 2018-ci ilin sentyabr ayında Nəsibə yenidən Bakı şəhərinə gəlmişdir. O, Nəsibə ilə yenidən köhnəki həyatlarına davam etmişdir. Nəsibənin Mahir ilə münasibəti olmuş, o, arada bir Nəsibə ilə kluba getmişdir. 2018-ci ilin noyabr ayında Nəsibə qohumu toyu üçün Bərdə şəhərinə gəlmişdir. Həmin vaxt “Mojo” kluba Nəsibə ilə birlikdə gedərək Nəsibə spirtli içki qəbul etmişdir. Nəsibə Bəhmən ilə münasibətini kəsmişdir. 2019-cu ilin fevral ayında Nəsibə ona xalası Ağgül barədə danışmışdır. Belə ki, gua Ağgül onların Bərdə şəhərində yerləşən evlərinə sellofanda pul qoyaraq və hal-hazırda həmin pulları tələb etmişdir. Nəsibə ilk əvvəl Ağgülün Bakı şəhəri Memar Əcəmidə olan evdən pulunun itməsini desədə, sonradan Bərdə şəhərində evindən itməsini bildirmişdir. Bir müddət sonra Bəhmən və Mahir ona Nəsibəyə yazması üçün yazmışlar. Nəsibə ona cavab vermiş, həmin günün səhəri onun Bakı şəhərində olan evlərinə polis əməkdaşları Tünzalə ilə birlikdə gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq Mətin Qənbərov onun izahatını almışdır. Bundan sonra o, Nəsibə ilə bir otaqda üzləşdirilmişdir. Bayram həmin üzləşməni təşkil etmişdir. Həmin vaxt Bayram pulun onda olmasını soruşmuş, lakin o, Bayrama pulun onda olmamasını demişdir. Bundan sonra Nəsibə ilə ona həqiqətləri danışsın diyə görüşdürülmüşdür. O, təklikdə Nəsibə ilə görüşmüşdür. Nəsibə həmin vaxt: “Mən sənin bura düşməyini istəməzdim. Mən pulu oğurlamamışam, anam Rüxsarənin canına and verirəm. Əvəz hardadır? Əvəz niyə yoxdur burda. Yaxşı”. O, Nəsibəyə Əvəzin burda olmamasını demişdir. Bundan sonra o, çölə çıxmışdır. Həmin günün gecəsini otəldə qalmışdır. Səhəri gün o, polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona Nəsibə pulu oğurlamasını etiraf etməsi məlum olmuşdur. Bu zaman Nəsibə ona pulun Əvəzdə olmasını bildirmişdir. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. Nəsibə də həmin günün polis şöbəsindən çıxmışdır. O, polis şöbəsində olan hadisədən sonra Nəsibə ilə arasında soyuqluq olmuşdur. O, Nəsibə ilə münasibətini kəsmişdir. Nəsibə özünə qapanıq qız olmuş, Nəsibə ona həyatı ilə bağlı çox işi yalan danışmış, həqiqəti gizlətmişdir. 2019-cu ilin iyun ayında Nəsibə onun yaşadığı evə gələrək ona evdən qaçmasını köməklik etməyini bildirmişdir. Nəsibəyə yemək və pul verərək köməklik etmişdir. Bundan sonra o, Nəsibəni görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid13 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid13 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid20 onun həm qonşusudur, həmdə ki qohumudur. Onun Rövşən ilə yaxşı münasibəti var. Rövşənin qızı Nəsibə ilə heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs onun uzaq qohumudur, o, Ağgül ilə qonşu yaşayır. onun Ağgül ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, qonşu və qohum olaraq hər gün Ağgülün tez-tez Rövşəngildə qalmasını gözüylə görərək şahid olmuşdur. Ağgülün Rüxsarə ilə çox yaxın münasibəti olmuşdur. Ağgül həmçinin Rövşəngilə qalmışdır. Rüxsarə ilə Rövşənin toyu olduqdan sonra, Rüxsarə ilə Ağgül çox yaxın olmuşdurlar. Ağgül anası Məhməri Rüxsarəgilə aparırmış, Rüxsarə Ağgülün anasıda baxmışdır. Ağgülün anası Məhmər vəfat etdikdən sonra isə, Ağgül Rüxsarə daha çox yaxın olmuşdur.Həmçinin Şahid13 ifadəsində göstərmişdir ki, əgər Zərərçəkmiş şəxs pis bir şəxs olsaydı, yəni hər hansı bir pis vərdişi və ya digər mənfi xarakteristikası olmuş olsaydı Ağgülü heç kim evinə buraxmazdı. O, oğurluq barədə hər hansı bir məlumat bilmir. Lakin küçədə olan müxtəlif şəxslərdən Ağgül Rüxsarəgilə bir miqdar pul qoymasını, həmin pul isə hal-hazırda ortada olmamasını eşitmişdir. O, gördüyü qədər, Ağgül Rüxsarəgilə tez-tez qonaq gələrək Rüxsarəgildə qalmışdır. Ağgül və Rüxsarənin çox yaxın münasibəti olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid13 verdiyi ifadəyə uyğun ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid15 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid15 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisidir. Onun Ağgül ilə heç bir düşmənçilik və ədavəti yoxdur. Rüxsarə onun uzaq qohumudur və həmçinin onun qonşusudur. Onun Rüxsarə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun Rövşən, Nəsibə və Tünzalə ilə heç bir yaxın münasibəti olmamışdır. Onun Rövşən, Nəsibə və Tünzalə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2018-ci ilin sentyabr ayında Ağgülün Bərdə şəhəri K.Cabbarov küçəsi ev 25-də yerləşən evini bacısə İradə almışdır. Bu zaman İrada Ağgülə əvin əvəzində ilkin olaraq 52000 manat pulu vermişdir. Onun bibisi Ağgülün qonşusu və qohumu Rüxsarə ilə çox yaxşı münasibəti olmuşdur. Ağgül ilə Rüxsarə yaxın bacı kimi olmuş və Ağgül arada bir Rüxsarə gildə qalmışdır. 2019-cu ilin fevral ayında onlara Ağgülün 52000 manat pulu və qızıl-zinət əşyalarını Rüxsarəgilə evə qoyması və həmin pul və həmin qızıllar oğurlanması məlum olmuşdur. Bununla bağlı atası Adili və Ağgülü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Ağgül və atası Adilə pulları və qızılları Nəsibə oğurlanması məlum olmuşdur. Bundan sonra Rövşəngilin müxtəlif qohumları atasi Adilə və Ağgülə Nəsibədən şikayət verilməməsini xahiş etmişdir. Ağgül ərsiz qadın olduğundan yaxın adamı kimi hamı Adilə müraciət etmişdir. 2019-cu ilin fevralın sonların atası onda polis şöbəsinə getməsini xahiş etmişdir. Polis şöbəsinə o, atası Adil və Ağgüllə birlikdə getmişdir, lakin o, polis şöbəsinə girməmiş, avtomobildə oturmuşdur. Bu zaman Adil və Ağgülə polis şöbəsinə gedib-gəlmişlər. Adil və Ağgül gəldikdən sonra ona Rəfailin evinə getmələri, Rövşəngil barışmaq istəməsi məlum olmuşdur. Rəfailgilin evinə çatdıqda onlar üçü evə keçmişlər. Evin içərisində onlarda başqa Qalib, Sabirə, Vidadi, Əbülfət olmuşdur. Rövşən divanda uzanmışdır. Stol arxasında böyüklər oturaraq baş verən hadisələri müzakirə etməyə başlamışlar. Müzakirə zamanı Rövşəngilin qohumları X32 məxsus oğurlanmış pulun və qızıl-zinət əşyalarının əvəzində Rövşənin evini təklif etmişlər. Belə ki, Rövşənə məxsus evi alandan sonra Ağgül barışıq ərizəsi verməli olmuş, bundan sonra isə iş xitam olunmalı olmuşdur. Ağgül və Adil buna razılaşmamışlar. Ağgül pulunu və qızıllarını istəmişdir. Lakin orada olan şəxslər Nəsibənin Ağgülgilin namusu olmağını, qızı bu yaşda tutdurmağın düzgün olmadığını demişlər. Bundan sonda Adil və Ağgül yumşalmış və pulu və qızlılların əvəzinə evi götürməyə razılıq vermişlər. Atası Adil baş tutmuş razılaşmanın sənəd üstündə olmağını tələb etdikdə, Qalib akt tərtib etmişdir. Aktı yazarkən Qalib aktı oxumuşdur. Bundan sonra hər kəs aktı oxumuş və imzalamışdır. Həmin gün Ağgül bibisi polis şöbəsinə gedərək barışıq vermişdir. Bundan sonra Nəsibəni buraxmışlar, lakin Rövşən sonradan evi verməkdən imtina etmişdir.Həmçinin Şahid15 ifadəsində göstərmişdir ki, o, otaqda olarkən Nəsibənin işgəncəyə məruz qalması barədə heç bir söhbət olmamışdır. Rövşən və akta imza atan digər şəxslər evi Ağgülə bir səbəbdən vermişlər. Həmin səbəb isə Ağgülün oğurlanan pul və qızıllarının əvəzinə Ağgülə ev verərək Ağgülü razı salmaq olmuşdur. Bu yolla otaqda olanlar Ağgüldən barışıq almaq istəmişlər. Həmin günü Ağgül ilə Rövşəngil barışmışdır. Lakin sonradan Rövşən sözünə əməl etməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, taksi kimi işləyərək pul qazanır, onun “Khazar LD” markalı 90 – PT – 769 dövlət nömrə qeydiyyat nişanlı avtomobili var. Təqsirləndirilən şəxs ilə o, 2017ci il tarixdə Bakı şəhəri Əcəmi metrostansiyanın yanında yerləşən “Çardaq lounge” çay evində olarkən tanış olmuşdur. O, tez-tez Nəsibə ilə görüşərək çay evində oturmuşdur. Həmçinin o, Nəsibə ilə avtomobilində gəzmişdir. Nəsibə onunla tanış olmamışdan əvvəl siqaret çəkirdi və spirtli içki qəbul etmişdir. Nəsibə marixuana da qəbul etsədə onunla tanış olduqdan sonra bu işdən uzaq olmuşdur. Həmin vaxt Nəsibə ilə o, adları yadında qalmayan otellərdə görüşərək cinsi əlaqəda olmuşdur. Həmin vaxt otellərin pulunu özü ödəmişdir. Həmçinin Nəsibənin kirayədə qaldığı 9 mkr-da yerləşən evindədə Nəsibə ilə görüşərək cinsi əlaqəda olmuşdur. Həmin evdə Nəsibənin bacısı Tünzalə və bibisi oğlu Əvəz qalmışdır. Əvəzi tanımasada, Əvəzlə qərəzli münasibəti olmamış, lakin Nəsibə ona Əvizin əliylə müxtəlif yerlərinə toxunmasını və cinsi əlaqə olmaq istəməsini demişdir. O, Nəsibə ilə tez-tez dalaşmışdır. Nəsibə müxtəlif oğlanlarla münasibətinin olmasını görəndə Nəsibədən soyumuş və Nəsibə ilə mübahisə edərək bir müddət danışmamış, sonralar isə arabir Nəsibə ilə görüşərək cinsi əlaqəda olmuşdur. Nəsibə oxuduğu Bakı Dövlət Universitetində dərslərə getməmişdir. 2018-ci ilin sentyabr ayında o, Nəsibə ilə yuxarıda göstərdiyi səbəblərə görə ayrılmışdır. Bundan sonra o, Nəsibə ilə yenidən otellərdə görüşərək cinsi əlaqəda olmuşdur. Həmin vaxt Nəsibə yenidən başqa oğlanlarla görüşməni öyrənib Nəsibə ilə dalaşmışdır. Bir müddət sonra 2019-cu ilin fevral–mart ayında o, Nəsibə ilə yenidən görüşdükdən sonra, Nəsibi ilə oteldə görüşərək Nəsibə ilə cinsi əlaqəda olmuşdur. Həmin günün səhəri isə Nəsibəni Bərdə rayon polis şöbəsinə aparmışlar. Bir müddət sonra isə o da polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, izahat verdikdən sonra Bakı şəhərinə qayıtmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsyla 2018-ci ilin əvvəllərində oxuduğu Azərbaycan Texniki universitetində tanış olmuşdur. Belə ki, Nəsibə tez-tez oxuduğu Universitetin yeməkxanasına gəlmişdir. Bu zaman o, Nəsibəyə yaxınlaşaraq Nəsibə ilə tanış olmaq istədiyini demişdir. Nəsibə ona öz telefon nömrəsini vermişdir. Təxminən 10 gün sonra onu Nəsibə yaşadığı Bakı şəhəri Memar Əcimə tərəfdə yerləşən evinə dəvət etmişdir. Həmin evdə o, Nəsibə ilə cinsi əlaqə olmuşdur. Nəsibə ilə o, bundan sonra daima olaraq görüşmüşdür. Nəsibə o, oxuduğu universitetə gəlmişdir. Axşamlar o, Nəsibə ilə müxtəlif gecə klublarına getmiş, “Saray” çay evində oturmuş. Nəsibə siqaret çəkmiş, spirtli içki qəbul etmişdir. Həmçinin Nəsibə marixuanada çəkmişdir. O, dəfələrlə Nəsibəyə bu pis vərdişlərindən uzaq durmasını desədə, Nəsibə ona qulaq asmamışdır. O, Nəsibə ilə Nəsibənin evində və müxtəlif otellərdə görüşərək cinsi əlaqəda olmuşdur. Əvəz bir dəfə gecə saat 03 radələrində Nəsibənin yanında görərək onunla mübahisə etmişdir. Əvəzdə onun Nəsibə ilə münasibətini bilmiş və Əvəzdə Nəsibə ilə marixuana çəkmişdir. 2018-ci ilin yay ayında Nəsibə yay tətili üçün Bərdə şəhərinə getmişdir. O, birdə Nəsibəni 2018-ci ilin sentyabr ayının ortalarında görmüşdür. Nəsibə yaşadığı yüngül həyatı davam etdirmişdir. Həmçinin 2018-ci ilin noyabr ayında Nəsibə Bərdə şəhərinə qohumunun toyuna getmişdir. Nəsibə toydan qayıtdıqdan sonra dəyişmişdir. Nəsibə ona soyuq davranmış, həmçinin müxtəlif başqa oğlanlarla münasibətdə olmağını o, bilmişdir. Aralarında soyuqluq olmuşdur. Belə bir müddət davam etmişdir. Nəsibə onunla münasibətini saxlamışdır. 2019cu ilin mart ayında onu Bərdə RPŞ-nin polis əməkdaşları telefonla Bakı şəhərində görüşərək Bərdə RPŞ-nə çağırmışlar. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Bu zaman polis şöbəsində o, Nəsibənin 52000 manat pulu oğurlamasını öyrənmişdir. O, polis şöbəsində izahat verərək Bakı şəhərinə qayıtmışdır. X30 ifadəsində göstərmişdir ki, o, öz yaşadığı evdə Nəsibə onun yanında marixuana çəkmiş, lakin o, marixuana çəkməmiş və Nəsibənin haradan marixuana əldə etməsindən xəbəri yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid16 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid16 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X6 o, 2016-cı il tarixdən tanıyır. Onun Tünzalə sevgili münasibəti olaraq, o, gününün əksər vaxtını Tünzalə keçirtmişdir. Lakin o, Tünzalədən 2019-cu ilin yanvar ayında ayrılmışdır. Onun Tünzalə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tünzaləni tanıdıqdan sonra 1 il sonra o, Nəsibəni tanımışdır. 2019-cu ilin fevral ayında o, telefon vasitə ilə əlaqə saxlayaraq həl-əhval soruşmuş, Tünzalə ilə maraqlanmışdır. Nəsibə Bərdə rayonunda olmasını bildirərək, Bakıya gəldikdə onunla əlaqə saxlayacağını demişdir. Təxminən bir və ya iki həftə sonra Nəsibə gecə onunla əlaqə saxlayaraq axşam görüşməklərini demişdir. Həmin vaxt Nəsibə gecikdiyindən gecə Tayfur ilə “Torquvu” deyilən küçədə görüşərək, “Mojo” kluba getmişdir. “Mojo” gecə klubundan Nəsibə rəfiqəsi Böyükxanım və hal-hazırda adını xatırlamadığı rəfiqəsi ilə ora gəlmişdir. O, həmin günü Nəsibə və rəfiqələri ilə gecə klubunda spirtli içki qəbul etmişdir. Nəsibə və rəfiqələri orda siqaret çəkmişlər. O, ilk dəfə idi Nəsibəni belə vəziyyət görmüşdür. Saat 04 radələrinədək o və Nəsibəgil gecə klubunda olmuşlar. Bundan sonra Nəsibə evə taksi ilə getmişdir. Həmin vaxt hesabı o ödəmişdir. 2019-cu ilin fevral ayının sonlarında polis əməkdaşları onu Bərdə RPŞ-nə dəvət etmişlər. O, polis şöbəsinə Böyükxanım, Mahir və adını xatırlamadığım digər şəxslər ilə gəlmişdir. O, Mahir və avtomobildə əyləşən digər şəxsi həmin vaxt tanımış, bundan qabaq o, Mahir və avtomobildə əyləşən digər şəxsi tanımamışdır. Polis şöbəsində o izahat veriərək oradan Bakı şəhərinə qayıtmışdır.Həmçinin Şahid16 ifadəsində göstərmişdir ki, Nəsibə onunla “Mojo” gecə klubunda spirtli içki içib və siqaret çəksə də, o, Nəsibənin yüngül həyat sürməsi barədə heç bir söz deyə bilməz. O, bir dəfə Nəsibə ilə gecə klubuna getmiş, hesabı isə həmin vaxt o, vermişdir. İzahatda imza onundun, lakin izahatında kafelərdə pulu yarı-ba-yarı ödəməyini yazdırmağımı xatırlamır. O, Təqsirləndirilən şəxs polis şöbəsində bir dəfə müstəntiq yanında görmüş, həmin vaxt Nəsibə qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməsini görməmişdir. O, həmin vaxt Nəsibənin hər hansı bir psixi və ya fiziki zor tətbiqə qalması görünməmişdir. O, müstəntiq Mətin və Nəsibənin yanında olarkən onun görmə qabiliyyətində və ya psixi-fizioloji, yəni ətrafada baş verən hadisələri düzgün görərək, duyaraq, anlama qabiliyyətində heç bir problem olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid18 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid18 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, onun Rövşən adlı dayısı var. Rövşənin Ruxsarə adlı arvadı var, Rövşənin üç qızı var. Qızlarının adı Tünzalə, Aygün və Nəsibədir. Onun qızlarla münasibəti normaldır, araıarında heç bir düşmənçilik yoxdur. O, Bərdə rayonu, Balaqacar kəndində yaşadığı üçün hazırlıq vaxtlarım olanda Bərdə şəhərində Rövşən dayısının evində qalmışdır. 2015-ci ildə o, Azərbaycan Memarlıq və İnşaat unitversitetinin «Su təsərrüfatı və mühəndis komunikasiyası sistemləri fakültəsinə daxil olmuşdur. Onun dayısı qızı Tünzalə Azərbaycan Tibb Universitetində oxuduğu üçün Bakı şəhərində Tünzalə ilə eyni kirayədə yaşamağa başlamışdır. 2016-cı ildə isə dayısı qızı Nəsibə Bakı Dövlət Universitetinin «Fizika» fakültəsinə daxil olmuşdur. Həmin fakültəyə daxil olandan sonra Nəsibə də onlarla kirayədə yaşamağa başlamışdır. Onun anasının Ağgül adlı qohumu var. O, Ağgülü dayısı Rövşəngildə olan zaman görmüş, Ağgülü çox da görməmişdir. 2018-ci ilin yay aylarında Ağgül Rövşən dayısı ilə onun Bakı şəhərində kirayədə qaldığı evə gəlmişlər. Lakin həmin vaxt o, evə gecə gəldiyi üçün Ağgülü orada görməmişdir. Ağgülün ora gələcəyini, ona Rövşən demiş, lakin Ağgülün ora nə üçün gəlməsindən onun xəbəri olmamışdır. Bundan sonra isə o, 2019-cu ilin mart ayının əvvəllərində dayısı qızı Tünzalə öz mobil nömrəsindən ona məxsus olan 050 885 26 46 mobil nömrəsinə zəng vuraraq, onların evinə polis gəlməsini, onun evə gələ biləcəyini ondan soruşmuşdur. O, da Universitetdə olduğunu buna görə də dərsdən çıxa bilməyəcəyini Tünzaləyə bildirmişdir. Lakin Tünzaləyə atası Rövşənə bu barədə məlumat verəcəyini demişdir. Tünzalə isə ağlayaraq, atası Rövşənə özü deyəcəyini ona bildirmişdir. Atası İlqarla bu barədə danışandan sonra atası ona Tünzalə və Nəsibənin qaldığı otağa girməməyi bildirmişdir. O, da Nəsibə və Tünzalənin otağına girməyərək üç gün həmin evdə qalmışdır. Daha sonra isə həmin evin yiyəsi baş verənləri yəni, evə polislərin gəldiyini, Tünzalə və Nəsibənin Bərdə rayonuna aparılmasını bildiyi üçün onları həmin evdən kirayədən çıxarmışdır. O, isə həmin vaxtdan Xəzər rayonu, Qala kəndində olan öz evlərində qalmağa başlamışdır. Daha sonra onun Tünzalə və Nəsibə ilə heç bir əlaqə saxlamamışdır. Həmçinin Şahid18 ifadəsində göstərmişdir ki, Nəsibənin Təqsirləndirilən şəxs ilkin izahat verən zaman Zərərçəkmiş şəxs kirayədə qaldığınız Bakı şəhərində yerləşən evə gəlməsini, evdə özü ilə sellofan torba gətirməsini, həmin torbanın içərisini açan zaman isə orada pul olmasını, həmin pulları sizinlə birlikdə stolun üzərinə düzərək şəkil çəkdirməsini, puldan 2 ədəd 100 manatlıq əskinaz götürməyim barədə dedikləri hamısı yalandır, həmin izahatın necə yazıldığını bilmir, amma bu deyilənlərin hamısı yalandır. O, Nəsibənin nə üçün belə yazmasını bilmir, amma nəyə görə belə izahat verməsindən xəbərim yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid19 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid19 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, onun Rövşən adlı qaynı var. Rövşənin Ruxsarə adlı arvadı var, Rövşənin üç qızı var. Qızlarının adı Tünzalə, Aygün və Nəsibədir. Onun qızlarla münasibəti normaldır, aralarında heç bir düşmənçilik yoxdur. Onun Əvəz adlı oğlu var, Əvəz Azərbaycan Memarlıq və İnşaat universitetinin «Su təsərrüfatı və mühəndis komunikasiyası sistemləri fakültəsində oxuduğu üçün Bakı şəhərində yerləşən evdə Tünzalə və Nəsibə ilə birlikdə kirayə yaşayırlar. 2019-cu ilin fevral ayında balaca qaynı Əbülfət ona zəng vuraraq, Rövşən və Ruxsarəni polis şöbəsinə aparılmasını, Rövşəngilə gəlməyi demişdir. O da Rövşəngilə gedən zaman evdə Ruxsarə və Rövşənin olmamasını, yalnız Aygünün olmasını görmüşdür. O, Əbülfətdən Ruxsarə və Rövşənin nə üçün polis şöbəsinə aparılmasını soruşanda, Əbülfət ona Rüxsarə və qızların polis şöbəsinə nə üçün aparılmasından xəbəri olmadığını demişdir. Səhəri gün Ruxsarə və Rövşən polis şöbəsindən çıxaraq evə gələn zaman, Rövşənin Ağgülün adlı qohumunun şikayət etməsini, 52000 manat pulu Rövşənin arvadı Ruxsarəyə verməsini, həmin pulun isə oğurlanmasını bilmişdir. Bundan sonra Rövşənin qızları Tünzalə və Nəsibə polis şöbəsinə gətirmiş, orada izahatları alınmışdır. Nəsibə polis şöbəsindən çıxandan sonra Rövşən onu qaynı Rəfailin evinə çağırmışdır. O, arvadıyla birlikdə Rəfailin evinə getmişdir. Həmin yerdə akt tərtib edilmişdir. Akta Vidadi, Rövşən, Əbülfət, Qalib, Rəfailin arvadı Səbirə, Ağgül və o, imza etmişdir. Həmin aktı Ağgülə Rövşənin qızını tutmasınlar, akt əsasında Rövşən öz evini, Ağgülə vermiş, Ağgül isə 3 sot torpaq sahəsini Rövşənə verməsi üçün tərtib edilmişdir. Akt isə Ağgülün şikayət etməməsi üçün tərtib edilmişdir. Bundan sonra Ağgül isə şikayət etməyəcəyini bildirmişdir. Sonradan o, eşitdiyinə görə Rövşənin qızı Nəsibə öz izahatında həmin pulun bir hissəsini götürdüyünü göstərmiş, lakin polis şöbəsindən çıxandan sonra Nəsibə həmin izahatı polis şöbəsində təsir altında yazdığını, izahatı atası və anasının polis şöbəsinin çıxması üçün elə verdiyini bildirmişdir. Bundan başqa Şahid19 ifadəsində göstərmişdir ki, ona hal-hazırda təqdim edilən akt həmin aktdır və imza ona məxsusdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid21 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid21 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2003-cü ildən tarixdən Azərbaycan Respublikası Milli orduda, hazırki vəzifəsində, yəni Sumqayıt şəhəri N saylı hərbi hissəsində şəxsi heyətin uçot bölməsinin köməkçisi kimi 2018-ci il tarixdən xidmət edir. Hərbi rütbəsi kapitandır. 06 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında baş vermiş müharibadə iştirak etməkdən ötrü könüllü olaraq Qarabağa yollanmışdır. İkinci Qarabağ mühabəsində kənd Horadiz döyüşü, Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə, kənd Horadiz döyüşündə, Zəngilan uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Halhazırda hərbi hissə ilə bərabər olaraq Laçın şəhərində xidmət edir. Şahid1 onun qaynatısıdır, Zərərçəkmiş şəxs yoldaşı İradənin bibisidir. O, Təqsirləndirilən şəxs tanımır, onun Ağgül ilə heç bir münasibəti yoxdur. Ona həyat yoldaşı İradə Bərdə şəhərində K.Cabbarov küçəsində yerlıəşən 25 nömrəli evin Ağgül tərəfindən satılmasını bildirmişdir. Həmin illərdə o, 1800-1900 manat arası əmək haqqı almışdır, bundan əlavə xəstəlik pulu, 13 və 14 əmək haqqlarını almışdır. Bu səbəbdən onun imkanı həmin evi almağa çatmışdır. O, İradə ilə razılaşıb İradəyə 52000 manat pulu həmin evi alması üçün vermişdir. Bundan sonra 2018-ci ilin sentyabr ayında evə baxıb Bakı şəhərinə geri qayıtmışdır. X46 xanım ilə akt tərtib edərək Ağgülə 52000 manatı vermiş, yerdə qalan pulu isə ev sənədləşməsindən sonra verməli olmuşdur. Bu hadisələrdən sonra 2019-cu ilin mart aylarında o, həmin evi tələb etdikdə yoldaşı İradə ona Ağgül ev qarşılığında verdiyi 52000 manat pulu Şahid17 evinə qoymasını, lakin Rüxsarənin qızı həmin pulu oğurlayaraq Bakı şəhərində xərcləməsini demişdir.Həmçinin Şahid21 ifadəsində göstərmişdir ki, Ağgülə məxsus evə o, baxıb həmin evi almağa razılıq vermiş, 52000 manat pulu o, İradəyə pul vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 2011-ci il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəmdə isə 2016-cı ildən xidmət edir, Şahid17 onunla həmkəndlidir, onun Rüxsarə ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs və X6 o, əvvəllər tanımamış, onun Nəsibə və Tünzalə ilə heç bir münasibəti yoxdur. 27 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Bərdə RPŞ-nə müraciət edib 52000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlanmasını bildirmişdir. Faktla bağlı o da daxil olmaqla Bərdə RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Zərərçəkmiş şəxs oğurluq hadisəsində Şahid17, Təqsirləndirilən şəxs və X6 şübhəli bildiyi üçün sonuncuların ətrafında əməliyyat-axtarış tədbriləri keçirməyə başlamışlar. Nəsibə və Tünzalənin Bakı şəhəri Nəsimi rayonu, 4-cü mikrayon Zərifə Əliyeva adına göz klinikasının qarşısında yerləşən yeni tikili binan olmağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Bərdə RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Vüsal Bakı şəhərinə yola düşmüşdür. Vüsal Bakı şəhərində olarkən Nəsibə və Tünzaləni Bərdə RPŞ-nə dəvət etmiş və sonuncular Vüsaldan pulları olmadığı üçün Vüsaldan Bərdə şəhərinə aparlamalarını xahiş etmişlər. Vüsal Bərdə PRŞ-nə gəldikdə sonuncuları izahatları alınması üçün Bərdə RPŞnə təhvil vermişdir. O, Nəsibə və Tünzaləyə hər hansı bir təzyiq göstərməmiş, Nəsibə və Tünzalənin izahatlarının alımasında iştirak etməmişdir.Həmçinin Şahid3 ifadəsində göstərmişdir ki, Nəsibəyə o və Bayram hər hansı bir təzyiq və ya təsir göstərməmişlər. Nəsibə ilkin izahat verərkən o, Nəsibənin yanında olmamışdır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-də hər hansı bir təzyiq göstərilməmişdir. Nəsibə yalan danışır. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə hər hansı fiziki və ya psixoloji təsir göstərilməmişdir. Əgər Nəsibəyə fiziki və ya psixoloji təsir göstərilmişdirsə digər hüquq mühafizə orqanına xəbər verərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 fevral 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan və sonuncu tərəfindən saxlanılması üçün Şahid17 verilmiş 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və 800 (səkkiz yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağını, 500 (beş yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”nı, 700 (yeddi yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyant üzüyü, 1000 (min manat) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəstini, 300 manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısını Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanında yerləşən evin yataq otağında olan sandıqdan oğurlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid20, Şahid17, Şahid11 Göygöz oğlu, Şahid4, Şahid5 qızı, Şahid6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 52000 pulun öhdəliyində, Bərdə şəhər Cavanşir küçəsində yerləşən evi, Şahid20 və ailə üzvləri həmin pulunun öhdəliyində Zərərçəkmiş şəxs mülkiyyətinə verməyi, əlavə olaraq Həsənova X1 2-3 sot torpaq alıb verməyi öz öhdəsinə götürürlər. Odur ki, qeyd olunanları öz imzalarımızla təstiq edirik. İmza: Şahid6 o., Şahid20, Şahid11 Göygöz oğlu, (imza yoxdur) Şahid17 q, Şahid19 o, Şahid4 o, Şahid5 q., Zərərçəkmiş şəxs q. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs Bərdə RPŞ-nə ünvanladığı ərizədən görünür ki, 27.02.2019-cu il tarixdə dayısı oğlunun arvadı Şahid17 onun 52.000 manat pulun və qızıl ziniyət əşyalarının qaytarmaması barədə ərizə ilə müraciət etmişdir. Hazırda Şahid17 52.000 manat və qızıl ziniyət əşyaları qarşısında ona öz yaşadığı evi verəcəyinə söz vermişdirş Ona görə də onun heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.10.2019-cu il tarixli “üşləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid17 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Şahid17 üzünə: “2018-ci ilin noyabr ayının sonlarında mən səhhətimdə problem yarandığı üçün yoxlanmaq məqsədilə Bakı şəhərinə getmək istədim. Buna görə də evimdə torbanın içərisində saxladığım 51.800 manat pulu mən Bakı şəhərindən qayıdanadək saxlamağın üçün sənə vermək qərarına gəldim. Həmin gün axşam saatlarında sizin yaşadığınız, Bərdə şəhərinə Cavanşir küçəsində yerləşən evə getdim. Sizə Bakı şəhərinə getdiyimi, buna görə də torbanın içərisindəki pulu və qızıl-zinət əşyalarını onlara etibar edib saxlamalarını dedim. Daha sonra torbanı qızların Aygün və Nəsibənin yanında əlbəəl saxlamağın üçün sənə verdim. Sən məndən torbanın nə üçün belə ağır olduğunu və içərisinə nə qoyduğumu soruşdun. Mən də sənə həmin miqdarda pul və qızıl-zinət əşyaları olduğu üçün belə ağır olduğunu dedim. 27 fevral 2019-cu il tarixdə mənim mobil telefonuma Bərdə rayon polis şöbəsindən zəng gəldi və özünü Vüsal adlı əməliyyatçı kimi təqdim edən polis əməkdaşı mənə barəmdə şikayət olduğuna görə Bərdə rayon polis şöbəsinə gəlməli olduğumu bildirdi. Mən polis şöbəsinə gəldikdən sonra sənin evindən oğurluq edilməsi ilə əlaqədar ərizə ilə müraciət etdiyin mənə məlum oldu. Daha sonra polis şöbəsinin əməkdaşları sənin evindən oğurlandığını bildirdiyi pulun əslində mənim özümə məxsus olduğunu aydınlaşdırdılar. ”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 iyul 2019-cu il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus olan evin satılması barədə sonuncunun qardaşı Şahid1, qardaşı qızı Şahid7, Şahid9 və qonşusu Şahid8 məlumatlı olmuş, Zərərçəkmiş şəxs 2018-ci ilin sentyabr ayında qardaşı qızı Şahid7 ev sataraq həmin alqı-satqını aktlaşdırmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 sentybar 2020-ci il tarixli ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, əməliyyat tapşırığına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Tərəfimdən əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixdən keçən gecə və həmçinin 25 noyabr 2018-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanında olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məxsus 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və 800 (səkkiz yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağını, 500 (beş yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”nı, 700 (yeddi yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyant üzüyü, 1000 (min manat) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəstini, 300 manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısını Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanında Təqsirləndirilən şəxs oğurlaması müəyyən edilmiş, oğurluq hadisəsindən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Bərdə rayon polis şöbəsində etiraf etmişdir. Təqsirləndirilən şəxs oğurluq hadisəsində sonra pulları Bakı şəhərində yerləşən müxtəlif kafe, restoran və otellərdə müxtəlif şəxslər ilə xərcləmişdir. Təqsirləndirilən şəxs oğurluq hadisəsindən sonra qızıl-zinət əşyalarını nə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs oğurluq hadisəni tək və ya digər şəxslərlə törədilməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, qəradan görünür ki, 16 oktyabr 2020-ci il tarixli baxış protokolu ilə götülmüş Zərərçəkmiş şəxs təqdim etdiyi Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanına baxış zamanı boş olaraq aşkar edilmiş, Şahid17 içərisində pul və qızıl zinət əşyaları ilə dolu verdiyi sellofan və qara don cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 28.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası BƏSSİ-dən daxil olmuş 24.11.2020-ci il tarixli 012-24038-1220 saylı məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 01.09.2018-ci il tarixdən 26.03.2019-cu il tarixədək Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.10.2019-cu il tarixli “üşləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə: “2018-ci ilin sentyabr ayının sonlarında evdən çıxmazdan öncə mən göy rəngli torbanı sənə etibar edərək həmin torbanın içərisində 52.000 manat pul və qızıl-zinət əşyaları olduğunu və torbadan muğayata olmağını tapşırdım. Mən torbanı götürüb baxan zaman onun özümün qoyduğu vəziyyətdə olmadığını və dağınıq şəkildə olduğunu aşkarladım. Daha sonra torbanın içərisinin açıldığından şübhələnərək səndən torbanın nə üçün belə olduğunu soruşdum. Bu zaman sən torbanın açıldığını boynuna almadın. Sonradan mənə məlum olduğuna görə, sənin özünün deməyiinə görə, Əvəz biz evdə olmadığımız müddətdə evə gələrək torbanı görmüş və səndən onun içərisində nə olduğunu soruşmuşdu. Əvəz isə torbanı əli ilə yoxlayıb sənə içərisində pul olduğunu deyərək torbanı açmağa məcbur edib. Sənin özünün deməyinə görə, siz torbanı açaraq içərisində olan pullarla şəkil çəkdirmiş və Əvəzin sizi məcbur etməsi nəticəsində puldan 2 ədəd 100 manatlıq əskinaslar şəklində olan 200 manat pul götürdüklərini etiraf etmişdin. 2018-ci ilin noyabr ayının sonlarında torbanı sənin özünün və bacın Aygünün yanında əlbəəl saxlaması üçün anan Rüxsarəyə verdim. Anan məndən torbanın nə üçün belə ağır olduğunu və içərisinə nə qoyduğumu soruşdu. Mən də Rüxsarəyə həmin miqdarda pul və qızıl-zinət əşyaları olduğu üçün belə ağır olduğunu dedim.”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.08.2020-ci il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 26 avqust 2020-ci il tarixdə Bərdə rayonu prokuroru kiçik ədliyyə müşaviri X11 tərəfindən cinayət işi üzrə icraat təzələnərək, əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilmişdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.03.2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” prokoldan görünür ki, 01 mart 2019-cu il tarixdə saat 18:00-da Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis baş leytenantı X41 tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.03.2019-cu il tarixli “şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2019-cu il tarixdə Bərdə RPŞ-nin müstəntiqi, polis baş leytenantı X24 tərəfindən Bərdə PŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.09.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə: “2018-ci ilin noyabr ayının sonlarında mən sizin evdə sənin yanında əlbəəl Rüxsarəyə saxlaması üçün göy rəngli torbanın içərisində 51800 manat nağd pul və qızıl-zinət əşyalarını verdim və sən Nəsibə bunu gördün. Bunda əlavə mən Bakı şəhərində olduqda Nəsibə saxlaması üçün həmin pulu vermişəm. Bundan sonra, polis şöbəsində mən Bayram adlı polis əməkdaşının otağının qarşısında dayanarkən sən içəridə hər hansı bir təsir olmadan 51800 manat pulu və qızıl-zinət əşyalarını götürməyini etiraf etdin. Mən MSY-də Nəsibə ilə üzləşərkən Nəsibə orada da etiraf etmişdir.”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.09.2020-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayından 12 yanvar 2019-cu il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 1 ünvanında yerləşən anası Şahid17 məxsus evin yataq otağında olan, içərisində pul və zinət əşyalarının olduğunu əminliklə bildiyi sandığın qıfılını qabaqcadan əldə edib üzərində saxladığı açarla açmaqla həmin sandığın içərisində olan Zərərçəkmiş şəxs məxsus olan və sonuncu tərəfindən saxlanılması üçün Şahid17 verilmiş 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və 800 (səkkiz yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağını, 500 (beş yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”nı, 700 (yeddi yüz) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyant üzüyü, 1000 (min manat) manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəstini, 300 manat dəyərində 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısını gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 55100(əlli beş min yüz) manat məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İfadənin yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs Şahid17 məxsus evin darvazasını, 2018-ci ilin noyabr ayında Nəsibə və Aygünün yanında içərisində 51800 manat nağd pul, 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağı, 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”, 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyant üzük, 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəsti, 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısı olan göy rəngli torpabanı Şahid17 verdiyi yeri və 12 yanvar 2019-cu il tarixdə Nəsibənin yanında Rüxsarədən pulları və qızıl-zinət əşyalarını istədiyi yeri təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.09.2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 22 sentyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X17 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24.09.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərədən görünür ki, “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış keçirildi. Baxış zamanı müəyyən edilmiş ki, Təqsirləndirilən şəxs istifadəsində 07 aprel 2018-ci il tarixdən 07 sentyabr 2019cu il tarixədək olan müddət ərzində +994 51 658 14 77 saylı mobil nömrə və 03 yanvar 2019-cu il tarixdən 31 oktyabr 2019-cu il tarixədək olan müddət ərzində +994 50 *** ** ** saylı mobil nömrə olmuşdur. 23 noyabr 2018-ci il tarixdə +994 51 658 14 77 saylı mobil nömrənin saat 21:41 dəqiqədə anten dairəsi Bərdə rayonu Cəyirli kəndi, saat 22:47 dəqiqədə isə Bərdə şəhəri, Nizami küçəsi 8a olmuşdur. 24 noyabr 2020-ci il tarixdə +994 51 658 14 77 saylı mobil nömrənin saat 09:55 dəqiqədə anten dairəsi Bərdə şəhəri Nizami küçəsi ev 72, saat 13:50 dəqiqə Bərdə rayonu, Kətəlparaq kəndi olmuş, saat 14:59 dəqiqə anten dairəsi Bərdə rayonu, Kətəlparaq kəndi olmuşdur. 25 noyabr 2020-ci il tarixdə +994 51 658 14 77 saylı mobil nömrənin anten dairəsi saat 00:19 dəqiqə Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 01:11 dəqiqə anten dairəsi Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 08:08 dəqiqə anten dairəsi Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 09:32 dəqiqə anten dairəsi Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 10:00 dəqiqə anten dairəsi Bərdə rayonu olmuş, saat 10:23 dəqiqə anten dairəsi Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 10:38 dəqiqə anten dairəsi Bərdə rayonu olmuş, saat 11:11 dəqiqə anten dairəsi Bərdə rayonu olmuş, saat 12:12 dəqiqə anten dairəsi Bərdə rayonu olmuş, saat 13:24 dəqiqə anten dairəsi Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 13:33 dəqiqə anten dairəsi Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 13:35 dəqiqə anten dairəsi Bərdə şəhəri, Nizami küçəsi 8a olmuş, saat 13:39 dəqiqə anten dairəsi Bərdə rayonu olmuşdur. Həmçinin anten dairələrindən məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99451 *** ** ** saylı mobil nömrənin anten dairələri 23 noyabr 2018-ci il tarixdə saat 17:33 dəqiqələri radələrində Bakı şəhərini tərk edərək, həmin gün saat 21:41 dəqiqələri radələrində Bərdə rayonuna daxil olmuş, 24 noyabr 2018-ci il tarixdə saat 13: 50 dəqiqə radələrində Təqsirləndirilən şəxs məxsus +99451 *** ** ** saylı mobil nömrənin anten dairələri Bərdə rayonu Kətəlparaq kəndinin ərazisini göstərmiş, lakin 24 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixə keçən gecə saat 00:19 radələrində Təqsirləndirilən şəxs məxsus +99451 *** ** ** saylı mobil nömrənin anten dairələri Bərdə şəhəri Nizami küçəsini göstərmişdir. Həmin zaman Təqsirləndirilən şəxs özünə məxsus +99451 *** ** ** saylı mobil nömrə ilə bacısı X4 adına olan +99451 *** ** ** saylı mobil nömrə ilə əlaqə saxlamış, Tünzalə Ədilova məxsus mobil nömrənin isə anten dairəsi Bərdə rayonu Uğurbəyli kəndi olması müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs 23 noyabr 2018-ci il tarixdə saat 21 radələrində Bakı şəhərindən gələrək Bərdə rayonuna daxil olmuş, 24 noyabr 2018-ci il tarixdə günorta saatlarında Bərdə rayonu Kətəlparaq kəndində olsada həmin günün gecəsi Bərdə şəhərinə yaşadığı evə geri qayıtmış və 25 noyabr 2018-ci il tarixə keçən gecə saat 00 radələrində Uğurbəyli kəndində olan bacısı X16 ilə əlaqə saxlamış, bundan sonra isə 26 noyabr 2018-ci il tarixdə Bərdə rayonunun ərazisi tərk etmişdir. Bununla da, baxış keçirilmiş Təqsirləndirilən şəxs telefon danışıqlarından görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixə keçən gecə Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanında yerləşən evində olmuş və yaşadığı evi 25 noyabr 2018-ci il tarixdə günorta saatlarında tərk etmişdir. Təqsirləndirilən şəxs məxsus +99450 *** ** ** saylı mobil nömrə ilə Şahid17 məxsus +99451 *** ** ** saylı mobil nömrə arasında olan “SMS” yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs “SMS”`lə: “Ağgülü qoyma çölə çıxsın Əvəznən danışacam, görüm xəbəri var. Əvəzlə danışdım, dedim bəs itib, barmaq izi verəcəklər, elə dedimki nəsə eləyibsə qoy desində. Dediki problüm deyil. Özdə sənə deyirəm qoyma Ağgül çölə çıxsın Ağgülü mənim dalımca göndərərsiz”. Bundan sonra Təqsirləndirilən şəxs məxsus +99450 *** ** ** saylı mobil nömrə ilə X7 məxsus +99451 *** ** ** saylı mobil nömrə arasında olan “SMS” yazışmalardan görünür ki, Tünzalə Ədilova “SMS”`lə Təqsirləndirilən şəxs: “Bizdədi Ağgül, Sənə nəsə dedi? O kimdi ki sənə deyir ki pul götürmüsən. Mamam Ağgülün dediyini deyir? Yoxsa öz fikrin dediki Nəsibə götürüb.”. Təqsirləndirilən şəxs isə “SMS”`lə Tünzalə Ədilovaya: “Başa düşürsən bu az deyil 15000. Plusda. Qızıllar.”. Tünzalə Ədilova “SMS”`lə Təqsirləndirilən şəxs: “Nədi bəyəm səf deyirəm? Eliyərsən?”. Təqsirləndirilən şəxs isə “SMS”`lə Tünzalə Ədilovaya: “Gicsən sən. Mən ... yeyərəm e. O bilsin nə deməkdi.” Beləliklə də, Təqsirləndirilən şəxs mobil nömrələrin anten dailərinə keçilmiş və “SMS” `yazışmalarını analiz etdikdə, Təqsirləndirilən şəxs 23 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək olan müddət ərzində Bərdə rayonunda olması, konkret olaraq isə 24 noyabr 2018-ci il tarixdən 25 noyabr 2018-ci il tarixə keçən gecə və 25 noyabr 2018-ci il tarixdə günorta satlarında sonuncunun Bərdə rayonu Kətəlparaq kəndində deyil cinayət hadisənin baş verdiyi ünvanda, yəni ünvan 7nin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 4(021)-80/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 22.09.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25.09.2020-ci il tarixli 4(104)-83/2020 nömrəli qərarından görünür ki, Gəncə Apelyasiyası Məhkəməsinin Cinayət Kollegiysının qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri qüvvəsində saxlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.10.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərədən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi sellofan, qara rəngli don və qəbzə baxış keçirilmişdir. Baxış zamanı sellofanın yaşıl konturlarla olmaqla üzərində qadın şəklinin olması, don qara rəngli olmaqla üzərində qızılı rəngli bəzəklərin olması müəyyən edilir. Qəbzin üzərində “HK-1/541” qeydiyyat nömrəsi var, “Azərbaycan Respublikası DİN 94” möhürüylə möhürlənmiş və üzərində Zərərçəkmiş şəxs imzası var. Qəbzdə yazılanlardan görünür ki, Zərərçəkmiş şəxs qəbzi Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X24 vermiş ki, Şahid17 məxsus Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanında baxış zamanı boş götürülmüş qara rəngli donu Bərdə RPŞ-dən təhvil almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanasının 19.10.2020-ci il tarixli 765 nömrəli arayışından görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə şəhər Ruhi-Əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasının 19.10.2020-ci il tarixli 787 nömrəli arayışından görünür ki, 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1999-cu ildə Bərdə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri Cavanşir küçəsi ev 57-də qeydiyyatdadır. Ailə üzvləri aşağıdakılardır: 1.Anası: Şahid17-01.10.1967-ci il təvəllüdlü

2. Atası: Şahid20-23.07.1965-ci il təvəllüdlü 3.Bacısı: X25-23.07.1998-ci il təvəllüdlü

4. Bacısı: X16-22.08.1996-cı il təvəllüdlü Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Bərdə şəhər icra nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli xasiyyatnamədən görünür ki, xx.xx.1999-cu ildə Bərdə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs həqiqətən ünvan 9 ünvanda yaşadığı müddətdə qonşular və qohumları ilə mehriban olmuşdur. Mütamadi olaraq spirtli içki və narkotik maddələr qəbul edir. Daimi iş yeri yoxdur. Əxlaq normakarından kənar davranışları var, yüngül həyat tərzi sürməkdədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.10.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə: “2018-ci ilin noyabr ayının sonlarında sizin evdə sənin yanında əlbəəl Rüxsarəyə saxlaması üçün göy rəngli torbanın içərisində qara donla birlikdə 51800 manat nağd pul və qızıl-zinət əşyalarını verdim və sən Nəsibə bunu gördün. Bunda əlavə mən Bakı şəhərində olduqda Nəsibə saxlaması üçün həmin pulu vermişəm. Bundan sonra, polis şöbəsində mən Bayram adlı polis əməkdaşının otağının qarşısında dayanarkən sən içəridə hər hansı bir təsir olmadan 51800 manat pulu və qızıl-zinət əşyalarını götürməyini etiraf etdin. Mən MSY-də Nəsibə ilə üzləşərkən Nəsibə orada da etiraf etmişdir. 12 fevral 2020-ci il tarixdə mən Rüxsarədən pul və qızılları tələb etdikdə, Rüxsarə başına döyərək pulu və qızılların olmamasını demişdir. Bu zaman evi axtarmağa başladı. 26 fevral 2020-ci il tarixdək mən ondan pulu və qızılları tələb etdim. Bundan sonra isə 27 fevral 2020-ci il tarixdə məni polis şöbəsinə dəvət etdilər ki, Rüxsarə qızıl və pulların itməsi ilə bağlı müraciət etmişdir.”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.10.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə Şahid17 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Şahid17 üzünə: “təxminən 2018-ci ilin noyabr ayının 14-də mən sizin evdə sənə sellofanda və qara rəngli donun içərisində 51800 manat pulu və qızıl-zinət əşyalarını verdim. Həmin sellofan və qızıl-zinət əşyalarını olan sellofan və qara rəngli don sizin evə baxış keçirilən zaman aşkar edilmişdir. Mən Rüxsarənin evində yaşamamışam. Rüxsarənin evindən aşkar edilən don və sellofanı mən ona qızıl-zinət və pullarla birlikdə vermişəm.”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.09.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə şahid Təqsirləndirilən şəxs ilə Şahid3 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid3 üzünə: “məni polis şöbəsində oğurluq cinayət əməlini törətməkdə etiraf edici izahatı Bayram adlı şəxsin təsiri altında vermişəm. İlkin ifadələrim düzgün ifadə verməmişəm. Həqiqətdə Elgiz mənə təsir göstərməmişdir. Lakin Şahid3 mənə Bayram adlı şəxsin məni söyərkən bunu görüb eşitmişdir.”-sözlərini demişdir. Şahid3 isə Təqsirləndirilən şəxs üzünə: “Bayram adlı şəxs Nəsibəyə təsir göstərməmiş və onu söyməmişdir. Mən Təqsirləndirilən şəxs qarşı polis şöbəsində hər hansı bir fiziki və ya psixoloji təsir göstərilməsini görməmişəm.” -sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.09.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə şahid Təqsirləndirilən şəxs ilə Şahid2 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 üzünə: “məni polis şöbəsində oğurluq cinayət əməlini törətməkdə etiraf edici izahatı Bayram adlı şəxsin təsiri altında vermişəm. Şahid2 mənə təsir göstərməmişdir. Lakin Şahid2 mənə Bayram adlı şəxsin məni söyərkən Vüsal bunu görüb eşitmişdir.”-sözlərini demişdir. Şahid2 isə Təqsirləndirilən şəxs üzünə: “Təqsirləndirilən şəxs qarşı təsdir göstərilməsini mən bilmirəm. Mən Nəsibəyə təsir göstərməmişəm. Bayramın Nəsibəyə qarşı hər hansı bir təsir göstərməsini və Nəsibəni söyməsini mən görməmişəm. Mən Təqsirləndirilən şəxs qarşı polis şöbəsində hər hansı bir fiziki və ya psixoloji təsir göstərilməsini görməmişəm.” sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.09.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Şahid1 ilə Şahid11 Göygöz oğlu üzləşdirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Şahid11 Göygöz oğlunun üzünə: “2019-ci ilin fevral ayında mənə polis şöbəsindən zəng gəldi, bundan sonra mən və Ağgül polis şöbəsinə gəldim. Polis şöbəsinin qarşısında mən Əbülfəti və İlqarı görmüşəm. Həmin vaxt Sabirə və Vidadi mənə barışıq olmasını dedilər. Bundan sonra Rəfailgilə getməyi təklif etdilər, belə ki, Rövşən orda idi. Sən, Əbülfətin iştirakı ilə Rəfailin evində Ağgülün Nəsibə tərəfindən oğurlanan 51800 manat pulun əvəzində könüllü olaraq Rövşən ünvan 10 ünvanında yerləşən evi Ağgülə vermişdir. Akt tərtib olundu ki, Ağgülə dəyən maddi ziyan ödənilməsi qarşılığında olmuşdur.”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli 4(021)-84/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 oktyabr 2020-ci il tarixli 01-Tt/588 saylı Bakı Dövlət Universitetindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2016/2017-ci tədris ilində BDU-nun əyani təhsilma forması, Azərbaycan bölməsi üzrə dövlət sifarişi əsasında Fizika fakültəsinin Fizika ixtisassına qəbul olunmuşdur. Tələbənin təhsil müddətində dərsə davamiyyəti qənaətbəxş olmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə 25 fənn üzrə dəsrlərdə iştirak etmədiyi üçün imtahanlara buraxılmamış, yalnız 4 fənn üzrə tələb olunan kreditləri toplaya bilmişdir. ), 2019/2020-ci il tədris ilinin payız semestrindən Universitet ilə əlaqə saxlamadığına görə 23.06.2020-ci il tarixli 3/352 nömrəli əmrlə tələbələr sırasından xaric edilmişdir. Məktuba əlavədə Təqsirləndirilən şəxs 2018/2019-cu tədris ilinin payız semestrində tədris olunan fənlərdən “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi (mühazirə)” – 07.11.2018-ci il, 14.11.2018-ci il, 28.11.2018-ci il, “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi (məşğələ)” - 14.11.2018-ci il, “Elektrodinamika (mühazirə)” - 05.11.2018-ci il, “Elektrodinamika (məşğələ)” - 02.11.2018-ci il, “Molekulyar fizikanın müasir problemləri (mühazirə)” – 02.11.2018-ci il, “Molekulyar fizikanın müasir problemləri (məşğələ)” – 01.11.2018-ci il, “Atom fizikası (məşğələ)” – 02.11.2018-ci il, “Atom fizikası (mühazirə)” – 01.11.2018-ci il tarixlərdə iştirak etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.11.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə Şahid20 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Şahid20 üzünə: “2018-ci ilin sentyabr ayının sonlarında mən sənlə Bakı şəhərinə ev almaq üçün getmişəm, sən mənə ev tapmaqda tanımadığım Zaud adlı şəxsin vasitəsilə köməklik etmisən, həmçinin 27 fevral 2019-cu il tarixdə sən Bərdə polis şöbəsində polis əməkdaşlarının yanında təstiq etdin ki, mən içərisində pul və qızıl-zinət əşyaları olan torbanı vermişəm. Bundan əlavə sən Rövşən Sabirənin evində mənim oğurlanmış pullarımın və qızıl-zinət əşyalarımın əvəzinə öz evini könüllü olaraq mənə verməyə razılıq verdin, mən həmin vaxt evi istəmədim, pulları istəyirdim”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.11.2020-ci il tarixli “üşləşdirmə haqqında” protokolundan görünür ki, Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Şahid1 ilə Şahid20 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Şahid20 üzünə: “sən Rövşənin iştirakı 2019-cu ilin fevral ayında Rəfailin evində Ağgülə məxsus oğurlanmış 51800 manat pulun və qızılzinət əşyalarının əvəzinə Bərdə şəhəri Cavanşir küçəsi ev 57-də yerləşən evini Ağgülə könüllü olaraq verdin. Həmin akt tərtib edildi və Rövşən akta qol çəkdi. Qohum kimi məni ora dəvət etdilər və orada barışıq olmasını xahiş etdilər. Əgər Ağgülün pulu oğurlanmamışdırsa, hansı səbəbdən sən akta qol çəkib evini verdin..”-sözlərini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin 09 oktyabr 2020-ci il tarixli 9/3341 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 585 əyar qızıl-zinət əşyalarının 2018-ci ilin noyabr ayına olan tarixə 1 qramının qiyməti 55 manat olduğu nəzərə alaraq, 5 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3502,50 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər gül formasında olan üzüyün üzərində olan qaşların istehsal yeri, ölçüsü, keyfiyyəti və s. aydin olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi rayonlararası Psixonevroloji Dispanserin 22 oktyabr 2020-ci il tarixli 587/266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış psixoloji müayinə zamanı ekspert psixoloq aşağıdakı nəticə gəlmişdir: 1. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması, keçirdiyi hiss və həyəcanları, ağrıları şişirtməyə meyillilik və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. 2. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyətlərinə və hadisə şəraitini nəzərə alaraq o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. 3. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillidir. 4. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillidir. 5. Təqsirləndirilən şəxs verdiyi ilkin izahatı təzyiq altında veribverməməsi istintaq hərəkətləri ilə aydınlaşdırılmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.12.2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 22 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.01.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X12 27.02.2019-cu il tarixli HK-1/541 saylı material üzrə Təqsirləndirilən şəxs almış olduğu izahata baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, izahat kompyuter vasitəsilə yazılmışdır. İzahatın məzmununda: “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda ünvan 11likdə kirayədə qalıram. İzahatımın kompüter vasitəsi ilə müstəntiq tərəfindən yazılmasına etiraz etmirəm. İzahat verməyimin səbəbi mənə məlumdur. Subayam, rəsmi qaydada heç yerdə işləmirəm. Hazırda Bakı Dövlət Universitetində Fizika fakültəsinin 3-cü kursunda təhsil alıram. Ailədə atam Şahid20, anam Şahid17 qızı və bacılarım Aygün və Tünzalə ilə birlikdə yaşayıram. Atam Rövşən dəmirçidir, anam evdar qadındır, bacım Tünzalə Ədilova Azərbaycan Tibb Universitetində təhsil alır, digər bacım Aygün isə təhsil almayıb. Zərərçəkmiş şəxs tanıyıram, o, atam Rövşənin bibisi qızıdır, münasibətlərimiz yaxşı olmuş, heç bir ədavətimiz və düşmənçiliyimiz olmamışdır. Zərərçəkmiş şəxs ailə həyatı qurmamışdır. Anası rəhmətə gedənə kimi o anası ilə, sonra isə bizim evdə yaşamışdır. Ağgül bir müddət əvvəl özünə Bakı şəhərində ev almaq istəyirdi, lakin mən onun ev almaq üçün pulu hardan aldığını bilmirdim. Təxminən 2018-ci ilin aprel ayından Ağgül özünə ev alacağını, mənim və bacımın da o evdə yaşayacağımızı deyirdi. Hətta 2018-ci ildə sentyabr ayında Ağgül atam Rövşənlə birlikdə Bakı şəhərinə gəlib özünə ev axtarırdı. Mən həmin vaxt bacım Tünzalə ilə birlikdə ünvan 12 ünvanında yerləşən Zərifə Əliyeva adına göz klinikasının yanında kirayədə qaldığımız evdə idim. Ağgül və atam Rövşən bizə gəlib bizimlə görüşdü. Oradan da atam Rövşən, bacım Tünzalə və Zərərçəkmiş şəxs ev axtarmaq üçün Bakı şəhərinə mənim bilmədiyim ünvanlara getdilər. Həmçinin Ağgül bizim evimizdə olan zaman mənə əlində olan torbanı verib “sənə əmanət edirəm” dedi. Onlar çıxıb getdikdən sonra mən Zərərçəkmiş şəxs verən torbanı şkafda gizlətmək istəyərkən bu zaman bizimlə evdə kirayədə qalan bibim oğlu Şahid18 qapını açarla açaraq evə daxil oldu. Əvəz mənim əlimdə olan selofan torbanı görüb, məndən həmin torbada nə olduğunu soruşdu. Mən ona bildirdim ki, həmin selofan torbanı Zərərçəkmiş şəxs əmanət edib, içərisində nə olduğunu bilmirəm. Şahid18 əli ilə torbanı yoxlayaraq mənə həmin selofan torbada pul olduğunu bildirdi. Daha sonra Şahid18 təklif etdi ki, selofan torbanı açaq. Mən onun təklifi ilə razılaşmadım. Mən Əvəzə dedim ki, “birdən işarə filan qoyar bilər selofan torbanı açdığımızı”. Sonra bibim oğlu Əvəz ilə birlikdə qərara gəldik ki, selofan torbanın içərisinə baxaq. Əvəz selofan torbanın içərisində 4 ədəd iç-içə keçirilmiş selofan torbalar var idi. İç-içə keçirilmiş selofan torbaların axırıncısının içərisində qara rəngli dona bükülmüş don var idi. Pullar həmin dona bükülmüşdü. Pulları gördükdə Əvəz təklif etdi ki, pullarla şəkil çəkdirək. Mən pulların bir hissəsin masanın üzərinə düzdüm. Qalan hissəsin isə əlimdə tutub mobil telefon ilə şəklini çəkdim. Həmin pulları əlimdə tutduqda təxmini 6 santimetr qalınlıqda olardı. Pulların təqribi 20 ədədi 50 manatlıq əskinas olardı. Qalan pullar isə 100 manatlıq əskinasda idi. Pulların şəklini çəkmədə məqsədimiz, həmin fotoları sosial şəbəkələrdə paylaşmaq olub. Lakin mən həmin foto şəkilləri sosial şəbəkədə paylaşmamışam. Fotoşəkillər çəkildikdən sonra biz pulları selofan torbaya yığmağa başladıq. Bibim oğlu Əvəz həmin pulun üzərindən 200 manat pul götürməyi təklif etdi. Mən əvvəllcə razı olmadım. Lakin Əvəz pulun üzərindən 2 ədəd 100 manatlıq əskinası götürdü. Qalan pulları qara donun içərisində selofan torbaya yığdıq. Həmin pulun içərisindən götürdüyümüz 200 manatı Əvəz ilə böldük. Sonradan Ağgül atam və bacımla birlikdə bizim evimizə qayıtdı və mən onun selofan torbasını özünə qaytardım. Həmin gün evin almaqla bağlı axtarışlar heç bir nəticə vermədiyi üçün atamla Ağgül bizim evimizdən çıxıb, Bərdə şəhərinə gəldilər. 2018-ci ilin sentyabr ayında mən bir neçə günlük tətil olduğuna görə Bakı şəhərindən Bərdə şəhərinə evimizə gəldim. Evimizdə söhbət zamanı anam Rüxsarəyə bildim ki, Zərərçəkmiş şəxs Bakı şəhərində mənə verdiyi torbada olan pulu anam Rüxsarəyə verib. Söhbət əsnasında mən anama dedim ki, Ağgül həm də Bakı şəhərinə gələn zaman həmin torbanı saxlamağım üçün mənə də vermişdi. Anam mənə başqasına aid əşya vəya pulu götürdüyüm üçün irad bildirdi. Sonradan mən Bakı şəhərinə çıxıb getdim və 2018-ci ilin noyabr ayında yenidən xalam oğlu Elmirin toy məclisində iştirak etmək üçün Bərdə şəhərinə evimizə gəldim. Mən bilirdim ki, Ağgülün bizdə pulu var idi və fikirləşdim ki, həmin pulu götürüb həyatımı daha yaxşı yaşayım. Belə ki, anamgilin hər ay mənə göndərdiyi pul zəruri ehtiyacları güclə qarşılayırdı. Elə bu an mən oğurluq etmək qərarına gəldim. Noyabr ayının 25-də gecə atam və bacılarım yatdıqdan sonra əvvəllcədən yerini bildiyim sandığın qıfılının açarını şkafın üstündən götürüb sandığı açdım. İçərisində üst-üstə selofon torbaların içindəki pulu götürüb çantama qoydum. Belə ki, mən anamın dediyinə əsasən bildirdim ki, həmin selofon torba sandıqdadır. Mən həmin günün səhərisi günorta saatlarında Bakı şəhərinə kirayə qaldığım evə getdik. Gecə pulu götürən zaman fikirləşdim ki,pulu saymağa vaxtım yoxdur. Lakin bilirdim ki,mənim götürdüyüm pulun miqdarı çoxdur. Mən Ağgülə məxsus pulu götürdüyüm barədə ailə üzvlərimizdən heç kimə heçnə demədim.Sonradan da həmin pulu saymadım. Miqdarının çox olduğunu bilsəm də dəqiq sayını bilmədim və həmin pulları mütamadi olaraq qeyrisabit şəkildə ayrı-ayrı restoranlarda oturmaqla mütamadi gözəllik salonlarına, geyimimə və eləcə də digər ehtiyaclarıma xərclədim. Hazırda Zərərçəkmiş şəxs nməxsus oğurladığım pulları xərcləmişəm və o puldan heçnə qalmamışdır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, oğurladığım pullarla marixuana alıb, tanışım Məmmədov Bəhmənlə çəkmişəm. Bəhmən Məmmədov 1998-ci il təvəllüdlü olmaqla Azərbaycan Texnologiya Universitetinin İV kusunda oxuyur. Mən Bəhməndən başqa, Texnologiya Universitetinin İV kurs tələbəsi Eldar adlı şəxslə tramadol qəbul etmişəm. Sual: Zərərçəkmiş şəxs ərizə və izahatında ona məxsus qızıl zinət əşyalarının və 52 000 manat pulun oğurlandığını bildirmişdir. Bu haqda nə deyəbilərsiz? Cavab: Mən bu barədə bildirirəm ki, mən Zərərçəkmiş şəxs məxsus qədərini bilmədiyim pulu götürmüşəm ,lakin ona məxsus qızıl zinət əşyalarını götürməmişəm. Sual:Siz Zərərçəkmiş şəxs məxsus pulu götürdüyünüzü kimə demişdiniz? Cavab:Mən bu barədə heçkəsə məlumat verməmişəm. Sual: Etdiniyiniz əməldən peşmansınızmı? Cavab: Etdiyim əməldən peşmanam. Sual: İzahatınıza əlavəniz varmı? Cavab: Xeyr, izahatıma əlavəm yoxdur. İzahatım mənə ucadan oxundu, sözlərimlə doğru yazılıb, doğru olmasını imzamla təsdiq edirəm. İmza: Təqsirləndirilən şəxs. İzahatı aldı: X47”- görünür. İzahat 03 vərəqdən ibarətdir, izahatın hər vərəqəsini Təqsirləndirilən şəxs imzalamış, sonuncu vərəqi həmçinin Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Mətin Qənbərov imzalamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.01.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 51800 (əlli bir min səkkiz yüz) manat məbləğində nağd pulu və 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “onluq” olan 1 ədəd 20 qram çəkisində qalın boyunbağını, 585 əyarlı, Rusiya istehsalı orta hissəsində qızıl “beşlik” olan 1 ədəd 10 qram çəkisində “Ərəb boyunbağısı”nı, 585 əyarlı, Rusiya istehsalı 1 ədəd 4 qram çəkidə gül formasında olan brilyant üzüyü, 585 əyarlı, Rusiya istehsalı 8 qram çəkidə sırğa dəstini, 585 əyarlı, Rusiya istehsalı 2 ədəd 0,5 qram dəyərində olan uşaq qolbağısını oğurlanması əvəzinə Zərərçəkmiş şəxs ev verilməsi göstərilən Şahid6, Şahid20, Şahid11 Göygöz oğlu, Şahid19, Şahid4, Şahid5 qızı tərəfindən imzalanmış aktın əslinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, əl yazısı ilə bənövşə qələmlə yazılmışdır. Aktın məzmununda: “Biz aşağıda imza edənlər, Şahid20, Şahid17, Şahid11 Göygöz oğlu, Şahid4, Şahid5 qızı, Şahid6 tərtib edirik aktı ondan ötəri ki, 52000 pulun öhdəliyində, Bərdə şəhər Cavanşir küçəsində yerləşən evi, Şahid20 və ailə üzvləri həmin pulunun öhdəliyində Zərərçəkmiş şəxs mülkiyyətinə verməyi, əlavə olaraq Həsənova X1 2-3 sot torpaq alıb verməyi öz öhdəsinə götürürlər. Odur ki, qeyd olunanları öz imzalarımızla təstiq edirik. İmza: Şahid6 o., Şahid20, Şahid11 Göygöz oğlu, (imza yoxdur) Şahid17 q, Şahid19 o, Şahid4 o, Şahid5 q., Zərərçəkmiş şəxs q. Tarix: 03.03.2019”- görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.02.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinin 09 oktyabr 2020-ci il tarixli 9/3341 nömrəli rəyi nəzərə alınaraq dəyişikliklər və əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi yenidən ittiham elan edilməsi və 22 dekabr 2020ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılması,Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CMnin 180.3.2-ci maddəsinn tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs yaşadığı evə qohumluğa görə, yəni yaşadığı evdə olan sandıqcaya sahibinin onun valideyni olmasından daxil olması sonuncunun bu xüsusat üzrə əməlində oğurluq cinayətinin qanunsuz daxil olma olmadan törədilməsi nəzərə alınması, Şahid18 barəsində Azərbaycan Respublikasının CM-nin 177.3.2 və 194-cü maddələrinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Şahid20, X25, Şahid17 və X4 barəsində Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Şahid1 Qəhraman oğlu, Zərərçəkmiş şəxs Qəhraman qızı və X2 əməlində Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Şahid1 əməlində Azərbaycan Respublikasının CM-nin 182.1-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, 16 oktyabr 2020-ci il tarixli baxış protokolu ilə götülmüş Zərərçəkmiş şəxs Qəhraman qızının təqdim etdiyi Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanına baxış zamanı boş olaraq aşkar edilmiş, Şahid17 içərisində pul və qızıl zinət əşyaları ilə dolu verdiyi sellofan və qara donun həmin tarixli qərarla cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilməsi nəzərə alınması, Şahid18 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibi olmadığından barələrində həmin maddələr ilə cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Şahid20 və Şahid17 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Şahid18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması rədd edilməsi, Bərdə rayon prokurorluğunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması, eləcə də qanunsuz azadlqdan məhrum edilməsi faktına dair aparılmış 168с-20 saylı material üzrə Azərbaycan Respublikasının 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs, Şahid18 və X10 və Eldar adlı şəxsin barəsində 234.1, 234.2 və 234.4.1-с1 maddələrinin tərkibi olmadığından barələrində cinayət işinin başlanılması rədd edilməsi bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, X25 psixi vəziyəti ilə əlaqədar olaraq dindiriləməmələri nəzərə alınması, Təqsirləndirilən şəxs, Şahid18 və X10 və Eldar adlı şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması rədd edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs Qəhraman qızının atasının adı Qəhrəman kimi oxunması və qəbul edilməsi, işdə olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, baxış protokolları, üzləşdirmə protokolları, götürmə protokolu, ifadənin yerində yoxlanılması protokolları, ekspert rəyləri, maddi sübutlar və digər istintaq şənədləri cinayət işi üzrə sübut növü kimi tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 55100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 55130 manat pulun alınaraq ona verilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi qəbzdən görünür ki, mülki iddia ərizəsi üçün Zərərçəkmiş şəxs tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs məxsus pulları və qızıl-zinət əşyaları oğurluq etməməsinə dair xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən xüsusatlar işin faktiki hallarına uyğun deyil. Belə ki, qeyd olunan xüsusatlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahatı, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, “Azercell MMC”dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə məlumatları olan “DVD” diskə baxış protokolu, baxış protokolları, zərərçəkmiş şəxs, şahid ifadələri, əməliyyat tapşırığına cavab və üzləşdirmə protokolları ilə və s. sübutlarla tam təkzib edilmişdir. Odur ki, Məhkəmə həmin xüsusatlara tənqidi yanaşaraq inandırıcı hesab etmir. Məhkəmə sözügedən xüsusatları Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin tərkibi vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilməli, barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.03.2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” prokoldan görünür ki, 01 mart 2019-cu il tarixdə saat 18:00-da Bərdə RPŞ-nin İstintaq bölməsinin sabiq müstəntiqi, polis baş leytenantı X41 tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 4(021)-80/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 22.09.2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli 4(021)-84/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22.12.2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 22 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01.03.2019-cu il tarixdən 03.03.2019-cu il tarixədək və 22.09.2020-ci il tarixdən 22.12.2020-ci il tarixdək bu iş üzrə cəmi 3 ay 2 gün həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanına baxış zamanı boş olaraq aşkar edilmiş, Şahid17 içərisində pul və qızıl zinət əşyaları ilə dolu verdiyi sellofan və qara don cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanına baxış zamanı boş olaraq aşkar edilmiş, Şahid17 içərisində pul və qızıl zinət əşyaları ilə dolu verdiyi sellofan və qara don qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 55100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 55130 manat pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs (mülki iddaçı) Zərərçəkmiş şəxs ödənilməsinə dair mülki iddia təmin edilməklə, 55130 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01.03.2019-cu il tarixdən 03.03.2019-cu il tarixədək və 22.09.2020-ci il tarixdən 22.12.2020-ci il tarixdək bu iş üzrə cəmi 3 ay 2 gün həbsdə və ev dustaqlığında saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 4 il 8 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Zərərçəkmiş şəxs təqdim etdiyi Bərdə şəhəri Cavanşir küçəsi ev 57 ünvanına baxış zamanı boş olaraq aşkar edilmiş, Şahid17 içərisində pul və qızıl zinət əşyaları ilə dolu verdiyi sellofan və qara don qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 55100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 55130 manat pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutulub zərərçəkmiş şəxs (mülki iddaçı) Zərərçəkmiş şəxs ödənilməsinə dair mülki iddia təmin edilsin və 55130 manat Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar