Məhkəmə qərarları › İş №1(100)-197/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-197/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-197/2023 17.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 1022,629 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, təsir maddəsinin miqdarı 2,32 qram təşkil edən 58 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə olan metadon həblərini və təmiz çəkisi 4,728 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 1015 qramını və narkotik vasitə olan 58 ədəd metadon həblərini yaşadığı Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 8 ünvanında, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 2,301 qramını və psixotrop maddə olan metamfetaminin 1,71 qramını işlədiyi Gəncə şəhəri, Atatürk prospekti 279 ünvanında yerləşən təkər sexində, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 5,328 qramını və psixotrop maddə olan metamfetaminin 3,018 qramını isə üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə sat 20 radələrində Daxili İşləri Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospkti 279 ünvanında yerləşən təkər təmir sexində saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunun içərisində 12 ədəd şəffaf polietilen kəsiyi bükümlərində külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,428 qram, 0,409 qram, 0,429 qram, 0,476 qram, 0,468 qram, 0,443 qram, 0,423 qram, 0,417 qram, 0,436 qram, 0,445 qram, 0,474 qram ümumi təmiz çəkisi 5,32 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 6 ədəd şəffaf polietilen kəsiyi bükümlərində külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,364 qram, 0,392 qram, 0,925 qram, 0,481 qram, 0,424 qram, 0,432 qram ümumi təmiz çəkisi 3,018 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin yaşadığı ünvan 5 ünvanına baxış keçirilərkən evin zirzəmisində olan rəfin üzərindən 1 ədəd polietielen torbada təmiz çəkisi 1015 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 ədəd konvalutda təsir maddəsinin miqdarı 2,32 qram təşkil edən 58 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə olan metadon həbləri, bundan başqa Gəncə şəhəri, Aataürk prospekti 279 ünvanında yerləşən təkər təmiri sexinin daxilində olan otaqda 1 ədəd siqaret qutusunun içərisində 5 ədəd şəffaf polietilen kəsiyi bükümlərində külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,473 qram, 0,490 qram, 0,443 qram, 0,461 qram, 0,434 qram, ümumi təmiz çəkisi 2,301 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 4 ədəd şəffaf polietilen kəsiyi bükümlərində külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,391 qram, 0,442 qram, 0,423 qram, 0,454 qram, ümumi təmiz çəkisi 1,71 qram kustar üsulla hazırlanmış metamfeatmin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Narkotik vasitəni müxtəlif şəxslərdən alır. 24 mart 2022-ci il tarixdə təxminən saat 20:00 radələrində o, həmin təkər sexində həmin sexdə işləyən tanıdığı Mehman adlı şəxslə olan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq onun narkotik vasitəni satmaqda və üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirirərk onları DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gətirmişlər. Şəxsi axtarış zamanı o, üzərində saxladığı bir ədəd siqaret qutusunda olan 12 ədəd sellofan bükümlərdə heroini, 6 ədəd sellofan bükümlərdə isə metamfetamini təqdim etmişdir. Sonra ona həmin narkotik vasitəni aldığı mənbəni deməyini bildirmişlər. O isə tanımadığı şəxslərdən aldığını demişdir. Bundan sonra polis əməkdaşları ona hədə-qorxu gəlmiş və təkər sexinə və yaşadığı evə narkotik vasitə qoyulacağını həmin narkotik vasitənin ona məxsus olmasını etiraf edərək təqdim edəcəyni demişlər, o da polis əməkdaşlarının təklifi ilə razı olmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş heroini və metanfetamini cibinə qoymuş, müdafiəçi dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, üzərində saxladığı bir ədəd siqaret qutusunda olan 12 ədəd sellofan bükümlərdə heroini, 6 ədəd sellofan bükümlərdə isə metamfetamini təqdim etmişdir. Həmin bükümlər çəkilərək qanuna müvafiq qaydada bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, yaşadığı evdə və təkər təmiri sexində də narkotik vasitə və psixotrop maddə saxladığını etiraf etmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisindən bir ədəd lampa şüşəsinin içərisindən bir ədəd sellofan torbada narkotik vasitə heroin və 6 ədəd konvalyutda, cəmi 58 ədəd narkotik vasitə metadon həbləri aşkar olunaraq heroin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 1 kiloqram 55 qram olmuşdur. Həmin narkotik vasitələr qanuna müvafiq qaydada bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb götürülmüşdür. Bundan sonra təkər təmiri sexinə baxış keçirilərkən sexin arxa tərəfində olan otağın döşəməsi üzərində olan avtomobil diskinin içərisində saxladığı bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindəki beş ədəd sellofan bükümlərdə narkotik vasitə heroini, 4 ədəd sellofan bükümlərdə isə psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bükümlər çəkilərək qanuna müvafiq qaydada bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Onun üzərindən, yaşadığı evdən və Zaura məxsus sexdən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və metadon həblərini, psixotrop maddə metamfetamini polis əməkdaşlarının dedikləri kimi 2-3 gün əvvəl Vasqa adlı şəxsin Yevlax şəhərində Yevlax yazısının altında qoyduğu yerdən götürdüyünü bildirmişdir. O, həmin narkotik vasitəni və psixotrop maddəni həm özü istifadə etmək üçün, əldə etmiş, üzərində gəzdirmişdir. O, həmin narkotik vasitədən heç kimə nə verməmiş, nədə ki satmamışdır. Özü istifadə etmək üçün əldə edərək üzərində saxlamışdır. İbtidai istintaq zamanı ifadəsində narkotik vasitəni həm istifadə etmək həm də satmaq niyyəti ilə əldə etməsini deməsini onunla əsaslandırmışdır ki, ifadəsini oxumamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddən başqa təkər sexindən və evindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə vəkilə deməmiş və bu barədə heç bir yerə şikayət etməmişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, X14 tutduğu vəzifədə xidmət edir. 24 mart 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və satması barədə məlumat almışlar. Bundan sonra Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ataürk prospektin olduğunu müəyyən edərək həmin şöbənin məsul növbətçisinin köməkçisi, polis baş serjantı X20 və polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Gəncə şəhəri, Ataürk prospekti 279 ünvanında yerləşən təkər təmiri sexində olduğunu müəyyən edərək Təqsirləndirilən şəxs və həmin sexdə işləyən Şahid4 ilə birlikdə saxlanılaraq BNMİ QBRŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçinin iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd Prima markalı siqaret qutusunu çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki sellofan bükümlərdəki kutələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və uzərində başqa əşya olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sol yan cibindən aşkar olunmuş həmin bir ədəd siqaret qutusunda olan sellofan bükümlər stolun üzərinə tökülüb baxış keçirərkən 12 ədəd sellofan bükümlərdə qəhvəyı rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, 6 ədəd sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar edilmişdir. Həmin 12 ədəd içərisində heroinə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 5.63 qram, 6 ədəd metamfetaminə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 3,38 qram, olduğu müəyyən edilmişdir. Həmin sellofan bükümlər olduğu siqaret qutusuna qoyulub həmin qutu da bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi, sellofan bükümlərdə olan kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Həmin heroinin və metamfetaminin hər bir qramını 30 manata Vaska kimi tanıdığı, telefon nömrəsini xatırlamadığı, şəxsiyyəti barədə digər məlumatının olmadığı şəxslə əlaqə saxlayaraq həmin şəxsin Yevlax şəhərinə, "Yevlax” nişanının altına atdırdığı yerdən tapıb alaraq əldə etmiş, һəq narkotik vasitəni və psixotrop maddəni satış məqsədi və özünün istifadəsi üçün saxlamışdır. Bundan başqa yaşadığı evdə və saxlandığı təkər təmiri sexində nakotik vasitə və psixotrop maddə saxladığını, bildirmişdir. Sonra Şahid4 hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçinin iştirakı təmin edilmişdir. Bundan sonra Şahid4 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilir. Şahid4 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, narkotik və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra X4 üzərində şəxsi axtarış keçirilmiş və Şahid4 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, narkotik və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 8 ünvanına baxış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və baxış keçirilən zaman aparılan video çəkilişə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus həmin fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilmədən öncə sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə pul, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar saxlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində narkotik vasitələr saxladığını bildirib onları həmin zirzəmiyə baxış keçirməyə dəvət etmişdir. Təqsirləndirilən şəxs sağ tərəf divarın yanına qurulmuş rəfin yuxarı hissəsində olan iri lampa şüşəsini götürüb stolun üzərinə qoyaraq içərisindəki kütlələrin narkotik vasitə olduğunu bildirmişdir. Həmin şüşə qabın içərisindəki bir ədəd sellofan torbaya baxış keçirilərkən içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin şüşə qabın içərisinə baxış zamanı hər birində 10 ədəd və birində 8 ədəd həb olmaqla cəmi 6 ədəd konvalutda, üzərində Methadone 40 yazısı olan cəmi 58 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. İçərisində heroinə bənzər kütlənin olduğu torba elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 01 kiloqram 55 qram olduğu müəyyən edilmişdir. Həmin torba və metadon həblərinə bənzər həblər birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzərinə imzalar edilib DİN-in Zərflər üçün möhürü ilə möhürlənmiş, ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra baxış başa çatmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin qramını 30 manata, metadonun bir listini isə 35 manata şəxsi axtarış zamanı bildirdiyi Vaska adlı şəxsdən satış və özünün istifadəsi üçün aldığını, narkotik vasitənin bir hissəsini də saxlandığı, Zaur adlı şəxsin istifadəsində olan təkər təmiri sexində gizlədib saxladığını, sexdə işləyən işçilərin və sexin istifadəçisi Zaurun onun bu əməlindən xəbərsiz olduğunu bildirmişdir. Daha sonra Şahid5 istifadəsində olan Gəncə şəhəri, Atatürk prospekti 279 ünvanında yerləşən təkər sexinə baxış keçirilməzdən əvvəl Şahid5 istifadəsində olan təkər təmiri sexində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə saxlamasından məlumatının olmadığını bildirmişdir. Bundan sonra Şahid5 istifadəsində olan təkər təmiri sexinə baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs arxa otaqda narkotik vasitə və psıxotrop maddə saxladığını bildirmişdir. Bundan sonra onlar əməliyyat axtarış qrupunun üzvlər, Təqsirləndirilən şəxs arxasınca alçaq qapıdan həyətə keçib ətrafa yığılmış köhnə avtomobil təkərlərinin arasından keçib arxa tərəfdə olan bir otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs otağın döşəməsi üzərində olan avtomobil diskinin içərisindən bir ədəd siqaret qutusunu götürüb təqdim edərək içərisindəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin qutuya baxış zamanı 5 ədəd sellofan bukümlərdə qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, 4 ədəd sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar edilmişdir. Həmin 5 ədəd içərisində heroinə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2.07 qram. 4 ədəd metamfetaminə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1.94 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan bükümlər olduğu siqaret qutusuna qoyulub həmin qutu da bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra baxış başa çatmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni 2-3 gün əvvəl Vaska adlı şəxsdən satış və özünün istifadəsi üçün aldığını, həmin sexdə gizlədib saxladığı kütlələri özünün istifadəsi üçün saxladığını sexdə işləyən işçilərin və sexin istifadəçisi Zaurun onun bu əməlindən xəbərsiz olduğunu bildirmişdir. Sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. O, Təqsirləndirilən şəxs keçirilmiş müvafiq əməliyyataxtarış tədbirləri nəticəsində tanımış, onunla heç bir ədavət və düşmənçiliyim olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında dediklərinin yalan olduğunu, ona heç bir hədəqorxu gəlinmədiyni onun evinə və Şahid5 işlədiyi təkər sexinə narkotik vasitə və psixotrop maddə qoyulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X20 şahid X5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən bir ildir ki, Gəncə şəhəri Atatürk prospekti 279 ünvanında yerləşən, təkər təmiri sexində fəhlə işləyir. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin əvvəllərindən tanıyır. Belə ki, Pərvin arabir onun iş yerinə gəlib onlarla söhbət etmişdir. Onunla münasibəti yaxşı olumuşdur. Onun narkotik vasitə və ya psixotrop maddə satdığını və saxladığını bilməmişdir. 24 mart 2022-ci il tarixdə təxminən saat 20:00 radələrində o, həmin sexdə Pərvinlə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq narkotik vasitəni satmaqda və üzərlərində saxlamağında şübhəli olduqlarını bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra onu oradan azad etmişlər və o, çıxaraq yaşadığı evə gəlmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. O, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. O, narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. O, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satdığını və üzərində saxladığını bilməmişdir. Saxlanılarkən ona qarşı hər hansı qanunsuz hərəkət olmamış, heç kimdən şikayəti və tələbi yoxdur. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməmişdən əvvəl onun üzərinə şəxsi axtarış keçirən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Gəncə şəhəri Atatürk prospekti 279 ünvanında yerləşən təkər satışı və təmiri sexini icarəyə götürüb işlədir, özü də həmin sexdə təkər təmir edir. Narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs təxminən iki aydır ki, tanıyır. Belə ki, Pərvin arabir onun iş yerinə gəlib onlarla söhbət edir. Onunla münasibəti yaxşı olmuşdur. Onun narkotik vasitə və ya psixotrop maddə satdığını və saxladığını bilməmişdir. 24 mart 2022-ci il tarixdə təxminən saat 20:00 radələrində o, həmin sexdə olmamışdır. O, sexə qayıdanda eşitmişdir ki, Pərvinlə sexdə işləyən Mehmanı polis şöbəsinə aparmışlar. Sonra o, təxminən saat 02:30 radələrində həmin sexdə olarkən 3-5 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq Pərvinin sexdə narkotik vasitə saxladığını bildirib sexə baxış keçirilməsi zərurətinin olduğunu demişlər. O, etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Sonra onların iştirakları ilə Pərvin sexin arxa otağında, döşəmənin üzərindəki avtomobil diskinin içərisində gizlədib saxladığı bir ədəd siqaret qutusunda olan 5 ədəd sellofan bükümdə narkotik vasitə heroini və 4 ədəd bükümdə psixotrop maddəni təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilib sonra bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. O, heç kimə narkotik vasitə satmamışdır. O, haradasa narkotik vasitə saxlamır. O, narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə satdığını, üzərində, istifadəsində olan sexdə saxladığını bilmədiyini bildirmişdir.Baxış keçirilməmişdən əvvəl sexə polis əməkdaşlarından gələn olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun Pərvinlə normal münasibətləri var. Heç bir ədavət və düşmənçiliyi yoxdur. Pərvin artıq 13 ildir ki, evlidir. Bu evlilikdən üç azyaşlı övladları var. Pərvin artıq bir neçə ildir ki, narkotik vasitə istifadə edir. O, həmin vaxtdan Pərvinin narkotik vasitə istifadə etdiyini bilirmişdir. Pərvin narkotik vasitə olan heroin istifadə etmişdir. Lakin onun heç vaxt narkotik vasitə istifadə etdiyini və satdığını görməmişdir. Pərvin fərdi əməklə məşğul olur və özü-özünü dolandırmışdır. Onların dolanışıqlarına Pərvinin qaynatası daha çox kömək etmişdir. Buna görə onlar dəfələrlə ona müalicə götürməsini məsləhət etsələr də o, razılaşmamışdır. 24 mart 2022-ci il tarixdə gecə vaxtı gəlini İlahə ona zəng edərək Pərvinin tutulduğunu, polis əməkdaşları Pərvinlə və müdafiəçi ilə birlikdə yaşadıqları Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 8 ünvanına evə gələrək Pərvinin qanunsuz olaraq üzərində narkotik vasitə saxladığı üçün tutulduğunu, evdə axtarış aparacaqlarını bildirmişdir. Bundan sonra evdə və həyətyanı sahədə axtarış aparılmış, həmin vaxtı evdə İlahə və azyaşlı uşaqlar olmuşdur. Axtarış zamanı yaşadıqları evin zirzəmisindən narkotik vasitə aşkar olunduğunu öyrənmişdir. Bununla bağlı çəkiliş aparılmış və sənədləşmə aparılmışdır. Bundan sonra polis əməkdaşları Pərvinlə birlikdə getmişlər. O, Pərvinin narkotik vasitə istifadə etdiyini bilsə də onun narkotik vasitə satması barədə məlumatı olmamışdır. O, heç vaxt Pərvinin üzərində və ya yaşadıqları evdə narkotik vasitə görməmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib istifadə etməsi, saxlaması, və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, zərurət olduğu halda yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd Prima markalı siqaret qutusunu çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki sellofan bükümlərdəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və üzərində başqa əşya olmadığını demişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sol yan cibindən aşkar olunmuş həmin bir ədəd siqaret qutusunda olan sellofan bükümlər stolun üzərinə tökülüb baxış keçirərkən 12 ədəd sellofan bükümlərdə qəhvəyı rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, 6 ədəd sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar edilmişdir.Həmin 12 ədəd içərisində heroinə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 5.63 qram, 6 ədəd metamfetaminə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 3,38 qram, olduğu müəyyən edilmişdir.Həmin sellofan bükümlər olduğu siqaret qutusuna qoyulub həmin qutu da bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlandı, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 8 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində narkotik vasitə saxladığını bildirmişdir.Təqsirləndirilən şəxs sağ tərəf divarın yanına qurulmuş rəfin yuxarı hissəsində olan iri lampa şüşəsini götürüb stolun üzərinə qoyaraq içərisindəki kütlələrin narkotik vasitə olduğunu bildirmişdir. Həmin şüşə qabın içərisindəki bir ədəd sellofan torbaya baxış keçirilərkən içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin şüşə qabın içərisinə baxış zamanı hər birində 10 ədəd və birində 8 ədəd həb olmaqla cəmi 6 ədəd konvalutda, üzərində Methadone 40 yazısı olan cəmi 58 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. İçərisində heroinə bənzər kütlənin olduğu torba elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin bir kiloqram 55 qram olduğu müəyyən edilmişdir. Həmin torba və metadon həblərinə bənzər həblər birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzərinə imzalar edilib DİN-in Zərflər üçün 7(2) möhürü ilə möhürlənmişdir. Baxış keçirilməsi və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 istifadəsində olan Gəncə şəhəri, Atatürk prospekti 279 ünvanında yerləşən təkər sexinə baxış zamanı Təqsirləndirilən şəxs arxa otaqda narkotik vasitə və psıxotrop maddə saxladığını bildirmişdir. Bundan sonra ətrafa yığılmış köhnə avtomobil təkərlərinin arasından keçib arxa tərəfdə olan bir otaqda döşəməsi üzərində olan avtomobil diskinin içərisindən bir ədəd siqaret qutusunu götürüb təqdim edərək içərisindəki kütlələrin narkotik vasitə heroin və psıxotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin qutuya baxış zamanı 5 ədəd sellofan bukümlərdə qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, 4 ədəd sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar edilmişdur.Həmin 5 ədəd içərisində heroinə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisının 2.07 qram. 4 ədəd metamfetaminə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək. qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1.94 qram olduğu müəyyən edilmişdir. Həmin sellofan bükümlər olduğu siqaret qutusuna qoyulub həmin qutu da bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 8 ünvanında olan mənizlinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid5 Vaiqf oğlu ərizə yazaraq təkər təmir sexinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMCdən daxil CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********26 saylı mobil nömrə ilə +**********99 saylı mobil nömrə arasında xx-xx-2021-ci il tarixdə saat 23:19:58-də “Qaqas basina donum imkan versa sipicqanin ucu boyda kubik qret eliyersen taksi gelir cixiram” məzmunlu sms mətni, +**********00 saylı mobil nömrə arasında xx-xx-2021-ci il tarixdə saat 18:37:54-də “**********adi Fagan yix de 60pyl verejek de men demisem gaga Sen allah Sen rehberdayimin goru Gor hara and verdim tapsir goy dash olsun basina donum Sen menim gagam sene erkim belim berkdir kishi oglu bunlar gaypedir Sen balanin jani de dash goysun” məzmunlu sms mətni, +**********78 saylı mobil nömrə arasında xx-xx-2022-ci il tarixdə saat 10:47:27-də “QAQA SAMİRDİ 1 ELAMALK KOLA YOLA QADASİ XAYİS ELYRAM PARVİN” məzmunlu sms mətni, +**********00 saylı mobil nömrə arasında xx-xx- 2022-ci il tarixdə saat 13:31:57-də “Gaga doza gonder gadan alim pul 30.az butındu” məzmunlu sms mətni, saat 13:40:08-də “Gadan alım Dunen kımın ele basına donum gardasımsan” məzmunlu sms mətni, xx-xx-2022-ci il tarixdə saat 20:44:10-də “80az yarı yarı 2leylı” məzmunlu sms mətniləri müəyyən edilmişdir. Bundan başqa “X2” adlı digər faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə müxtəlif mobil nömrələr arasında, çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs Gəncə şəhərində müxtəlif anten dairələrində olmuşdur. Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı istifadə edilmiş video çəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ QBRŞ-də BNMİ QBRŞ-nin təhqiqatçısı, poli mayoru X11, BNMİ QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Əmrah Fikrət oğlu, həmin şöbənin sürücüsü, polis baş serjantı Şahid2, həmin şöbənin növbətçi köməkçisi, polis baş serjantı X20, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd Prima markalı siqaret qutusunu çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək içərisindəki sellofan bükümlərdəki kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirir və üzərində başqa əşya olmadığını deyir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs sol yan cibindən aşkar olunmuş həmin bir ədəd siqaret qutusunda olan sellofan bükümlər stolun üzərinə tökülüb baxış keçirərkən 12 ədəd sellofan bükümlərdə qəhvəyı rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, 6 ədəd sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar edildi. Həmin 12 ədəd içərisində heroinə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 5.63 qram, 6 ədəd metamfetaminə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 3,38 qram, olduğu müəyyən edildi. Həmin sellofan bükümlər olduğu siqaret qutusuna qoyulub həmin qutu da bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlandı, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanaraq Zərf ekspertizaya göndərilməsi üçün tərəfimdən götürüldü. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi, sellofan bükümlərdə olan kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfrtamindir. Həmin heroinin və metamfetaminin hər bir qramını 30 manata Vaska kimi tanıdığı, telefon nömrəsini xatırlamadığı, şəxsiyyəti barədə digər məlumatının olmadığı şəxslə əlaqə saxlayaraq həmin şəxsin Yevlax şəhərinə, "Yevlax” nişanının altına atdırdığı yerdən tapıb alaraq əldə etmiş, һəq in arkotik vasitəni və psixotrop: maddəni satış məqsədi, və özünün istifadəsi üçün saxlamışdır. Bundan başqa yaşadığı evdə və saxlandığı təkər təmiri sexində nakotik vasitə və psixotrop maddə saxladığını, saxlanılarkən heç bir qanunsuz hərəkət olmadığını bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, BNMİ QBRŞ-də BNMİ QBRŞ-nin təhqiqatçısı, poli mayoru X11, BNMİ QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Əmrah Fikrət oğlu, həmin şöbənin sürücüsü, polis baş serjantı Şahid2, həmin şöbənin növbətçi köməkçisi, polis baş serjantı X20, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi X6 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 8 ünvanına baxış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və baxış keçirilən zaman aparılan video çəkilişə heç bir etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus həmin fərdi yaşayış evinə baxış keçirilməyə baş anıldı Baxış keçirilmədən öncə sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə pu. q Zıl-zinət əşyaları və digər qiymətli əşyalar saxlanmadığını bildirdi. Hərvin Həsənova narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində narkotik vas tə ər saxladığını bildirib bizi həmin zirzəmiyə baxış keçirməyə dəvət etdi. Biz Təqsirləndirilən şəxs arxasınca evin həyətində olan həmin zirzəmiyə daxil olduq. Təqsirləndirilən şəxs sağ tərəf divarın yanına qurulmuş rəfin yuxarı hissəsində olan iri lampa şüşəsini götürüb stolun üzərinə qoyaraq içərisindəki kütlələrin narkotik vasitə olduğunu b dırdi. Həmin şüşə qabın içərisindəki bir ədəd sellofan torbaya baxış keçirilərkən içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar olundu. Həmin şüşə qabın içərisinə baxış zamanı hər birində 10 ədəd və birində 8 ədəd həb olmaqla cəmi 6 ədəd konvalutda, üzərində Methadone 40 yazısı olan cəmi 58 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər aşkar olundu. İçərisində heroinə bənzər kütlənin olduğu torba elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin bir kiloqram 55 qram olduğu müəyyən edildi. Həmin torba və metadon həblərinə bənzər həblər birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırıldı, üzərinə imzalar edilib DİN-in Zərflər üçün 7(2) möhürü ilə möhürləndi, tərəfimizdən ekspertizaya göndərilməsi üçün götürüldü. Bundan sonra baxış başa çatdı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroinin qramını 30 manata, metadonun bir listini isə 35 manata şəxsi axtarış zamanı bildirdiyi Vaska adlı şəxsdən satış və özünün istifadəsi üçün aldığını, narkotik vasitənin bir hissəsini də saxlandığı, Zaur adlı şəxsin istifadəsində olan təkər təmiri sexində gizlədib saxladığını, sexdə işləyən işçilərin və sexin istifadəçisi Zaurun onun bu əməlindən xəbərsiz olduğunu bildirdi. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, BNMİ QBRŞ-də BNMİ QBRŞ-nin təhqiqatçısı, poli mayoru X11, BNMİ QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Əmrah Fikrət oğlu, həmin şöbənin sürücüsü, polis baş serjantı Şahid2, həmin şöbənin növbətçi köməkçisi, polis baş serjantı X20, Şahid5, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və oun müdafiəçisi X7 iştirakı ilə Şahid5 istifadəsində olan Gəncə şəhəri, Atatürk prospekti 279 ünvanında yerləşən təkər sexinə baxış keçirilməzdən əvvəl Şahid5 istifadəsində olan təkər təmiri sexində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə saxlamasından məlumatının olmadığını bildirdi. Bundan sonra Şahid5 istifadəsində olan təkər: təmiri sexinə baxış keçirilməyə başlanıldı. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa (ədat etməsi təklif edildi. Təqsirləndirilən şəxs arxa otaqda narkotik vasitə və psıxotrop maddə saxladığını bildirdi. Bundan sonra biz əməliyyat axtarış qrupunun üzvlər: Təqsirləndirilən şəxs arxasınca alçaq qapıdan həyətə keçib ətrafa yığılmış köhnə avtomobil təkərlərinin arasından keçib arxa tərəfdə olan bir otağa daxil olduq. Təqsirləndirilən şəxs otağın döşəməsi üzərində olan avtomobil diskinin içərisindən bir ədəd siqaret qutusunu götürüb təqdim edərək içərisindəki kütlələrin narkotik vasitə heroin və psıxotrop maddə metamfetamin olduğunu bildirdi. Həmin qutuya baxış zamanı 5 ədəd sellofan bukümlərdə qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə, 4 ədəd sellofan bükümlərdə isə ağ rəngli kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələr olduğu aşkar edildi. Həmin 5 ədəd içərisində heroinə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisının 2.07 qram. 4 ədəd metamfetaminə bənzər kütlələr olan bükümlər birlikdə elektron tərəzidə çəkilərək. qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1.94 qram olduğu muəyyən edildi Həmin sellofan bükümlər olduğu siqaret qutusuna qoyulub həmin qutu da bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlandı, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün tərəfimdən götürüldü.. Bundan sonra baxış başa çatdı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddəni 2-3 gün əvvəl Vaska adlı şəxsdən satış və özünün istifadəsi üçün aldığını, həmin sexdə gizlədib: saxladığı: kütlələri özünün istifadəsi üçün saxladığını sexdə işləyən işçilərin və sexin istifadəçisi Zaurun onun bu əməlindən xəbərsiz olduğunu bildirdi. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən, və təkər təmiri sexindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən, və təkər təmiri sexindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq +**********99 saylı mobil nömrənin sahibi Rəhim Bağırov, +**********00 saylı mobil nömrənin sahibi Hümbət Cəfərov, +**********78 saylı mobil nömrənin sahibi, həmçinin Fəqan və Samir adlı şəxslərin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/339 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 12 ədəd sellofan bükümdə narkotik vasitə heroinə və 6 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr....” sözləri və imzalar olan kağız paketdəki; - 12 (on iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qram, 0,428 qram, 0,409 qram, 0,429 qram, 0,476 qram, 0,468 qram, 0,443 qram, 0,423 qram, 0,417 qram, 0,436 qram, 0,445 qram, 0,474 qram, ümumi təmiz çəkisi 5,328 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. - 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,364 qram, 0,392 qram, 0,925 qram, 0,481 qram, 0,424 qram, 0,432 qram, ümumi təmiz çəkisi 3,018 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusundə olan 4 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə və beş ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlələr....” sözləri və imzalar olan kağız paketdəki;- 5 (beş) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,473 qram, 0,490 qram, 0,443 qram, 0,461 qram, 0,434 qram, ümumi təmiz çəkisi 2,301 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. - 4 (dörd) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,391 qram, 0,442 qram, 0,423 qram, 0,454 qram, ümumi təmiz çəkisi 1,71 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs yaşadığı evin aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə heroinə və 6 ədəd konvalyutda 58 ədəd üzərində Metadon 40 yazısı olan narkotik vasitə Metadon həblərinə bənzər həblər....” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 1015 qram maddə, kustar üsulla hazılanmış narkotik vasitə - heroindirTədqiqata təqdim edilmiş 3 (üç) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər Qeyd: Heroinin ümumitəmiz çəkisi – 5,328 qram, 2,301 qram, 1015 qram, tədqiqata sərf edildi – 0,9 qram (hər ob. 0,05 qr) qalıq – 4,728 qram, 2,051 qram, 1014,95 qramdır. Metmafetaminin ümumi təmiz çəkisi, 3,018 ram, 1,71 qram, tədqiqata cəmi sərf edildi -0,55 qram (hər ob. 0,05 qr) qalıq -2,718 qram, 1,51 qramHeroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir.Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsinin labaratoriyasında texniki avadanlıq olmadığından təqdim olunan dərman preparatlarının tədqiqatını aparmaq mümkün olmadı. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/417 saylı rəyindən görünür ki, tədqiqata təqdim edolmiş, üzərində “Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X23 Bölməsinin dairəvi möhür əksi olan bir ədəd kağız paketin içərisində olan: Təqdim olunmuş ümumi sayı 58 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 2,32 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir.Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirTədqiqata təqdim edilmiş 1 ədəd bükümdə olan həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.Qeyd: Metadon həblərinin ümumi sayı – 58 ədəd, tədqiqata sərf edildi – 6 ədəd, qalıq – 52 ədəd. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 442 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət yoxdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1568 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 mart 2022-ci ildən hesablanmışdır. Gəncə şəhər evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Yusifbəyli küçəsi ev 8 ünvanında anası Şahid6, həyat yoldaşı Şahid7, övladları X16, X13 və X17 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 035661 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid7 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. AZE № 11994399 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2010cu il tarixdə anadan olmuşdur. AZE № 11995893 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2011ci il tarixdə anadan olmuşdur. AZE № 11331012 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.2014cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmün surətindən görünür ki, Həsənov X8 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən Həsənov X8 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və məhkəməkimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizalarının xx.xx.2022-ci il tarixli tədqiqatından 4,728 qram, 2,051 qram,1014,95 qram çəkilərdə heroin, 2,08 qram çəkidə metadon və 2,718 qram və 1,51 qram metamfetamin, maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verilmişdir. Eləcə də 05 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 08 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ifadəsində üzərindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğunu, lakin evindən və təkər sexindən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını. narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə üzərində saxlamadığını bildirsədə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdəfiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir və təxminən bir aydır ki, narkotik vasitə və psixotrop maddə əldə edərək tanıdığı şəxslərə satır. O, yalnız telefon vasitəsilə Vasqa adlı şəxslə əlaqə saxlayaraq onun qoyduğu yerdən narkotik vasitəni və psixotrop maddəni tapıb əldə edərək evə gətirmişdir. Həmin kütlələri bükümlərə ayırıb həm özü istifadə etmiş, həm də tanıdığı şəxslərə satmışdır. Sonuncu dəfə 2-3 gün əvvəl Vasqanın Yevlax şəhərində Yevlax yazısının altına qaydurduğu narkotik vasitə heroini və metadon həblərini, psixotrop maddə metamfetamini əldə edərək yaşadığı evə gətirib zirzəmidə saxlamışdır. Bir hissəsini isə bükümlərə ayırıb üzərində və Zaurun istifadəsində olan təkər təmiri sexində saxlamışdır. 24 mart 2022-ci il tarixdə təxminən saat 20:00 radələrində o, həmin təkər sexində həmin sexdə işləyən tanıdığı Mehman adlı şəxslə olan zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq onun narkotik vasitəni satmaqda və üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyini bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X12 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X18 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, üzərində saxladığı bir ədəd siqaret qutusunda olan 12 ədəd sellofan bükümlərdə heroini, 6 ədəd sellofan bükümlərdə isə metamfetamini təqdim etmişdit. Həmin bükümlər çəkilərək qanuna müvafiq qaydada bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra o, yaşadığı evdə və təkər təmiri sexində də narkotik vasitə və psixotrop maddə saxladığını etiraf etmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisindən bir ədəd lampa şüşəsinin içərisində saxladığı bir ədəd sellofan torbada narkotik vasitə heroin və 6 ədəd konvalyutda, cəmi 58 ədəd narkotik vasitə metadon həbləri aşkar olunaraq heroin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 1 kiloqram 55 qram olmuşdur. Həmin narkotik vasitələr qanuna müvafiq qaydada bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb götürülmüşdür. Bundan sonra təkər təmiri sexinə baxış keçirilərkən sexin arxa tərəfində olan otağın döşəməsi üzərində olan avtomobil diskinin içərisində saxladığı bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindəki beş ədəd sellofan bükümlərdə narkotik vasitə heroini, 4 ədəd sellofan bükümlərdə isə psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin bükümlər çəkilərək qanuna müvafiq qaydada bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Onun üzərindən, yaşadığı evdən və Zaura məxsus sexdən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və metadon həblərini, psixotrop maddə metamfetamini 2-3 gün əvvəl Vasqanın Yevlax şəhərində Yevlax yazısının altında qoyduğu yerdən götürmüşdür. O, həmin narkotik vasitəni və psixotrop maddəni həm özü istifadə etmək üçün, həm də satmaq niyyəti ilə əldə etmiş, üzərində gəzdirmiş, üzərində, evində və Zaura məxsus sexdə saxlamışdır. O, həmin narkotik vasitədən heç kimə nə verməmişəm, nədə ki satmamışam. Özü istifadə etmək üçün əldə edərək üzərində saxlamışdır. Özündən başqa hər hansı bir şəxsin saxladığı narkotik vasitədən xəbəri olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bununla əlaqədar hər hansı vəsatəti və şikayəti yoxdur. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X9 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metadon- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşılı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs, Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Qeyd edilən hökm üzrə təyin edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizalarının xx.xx.2022-ci il tarixli tədqiqatından 4,728 qram, 2,051 qram,1014,95 qram çəkilərdə heroin, 2,08 qram çəkidə metadon və 2,718 qram və 1,51 qram metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X9 üzrə Dövlət Komissiyasının Daimi X21 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 05 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 103 (yüz üç) manat 30 (otuz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 24 mart 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizalarının xx.xx.2022-ci il tarixli tədqiqatından 4,728 qram, 2,051 qram,1014,95 qram çəkilərdə heroin, 2,08 qram çəkidə metadon və 2,718 qram və 1,51 qram metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X9 üzrə Dövlət Komissiyasının Daimi X21 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 05 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 103 (yüz üç) manat 30 (otuz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar