Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-197/2024 06.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X8 ibarət tərkibdə İclas katibləri: X15, X20 və X16 və X21, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və nümayəndəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Şəmkir rayonu, Düzqışlaq kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini, xx.xx.1999-cu il təvəllüdlü X17 ilə aralarında yaranmış sevgi münasibətlərindən istifadə edib 2022-ci ilin yay aylarından başlayaraq 2023-cü il may ayının 30-a qədər dəqiq məlum olmayan tarixlərdə və müxtəlif vaxtlarda onunla mütəmadi olaraq könüllü cinsi əlaqədə olmuş, 2022-ci ilin noyabr ayından etibarən məlum olmayan tarixlərdə Nərmin Məmmədovanın çılpaq şəkillərini yayaraq qohumları və yaxın ətrafı, eləcə də digər insanlar arasında şəxsi nüfuzu, şərəf və ya ləyaqətini alçaltmaq yolu ilə cəmiyyət içərisində rüsvay edərək, azyaşlı övladı X18 əlindən alıb əmisioğlu olan keçmiş əri Şahid7 verəcəyi, ona və yaxın qohumu olmaqla ayrıldıqdan sonra daimi biryerdə yaşadığı anası X7 zor göstərəcəyi ilə hədə-qorxu gəlməklə 2023-cü ilin yanvar və fevral ayında dəqiq məlum olmayan tarixlərdə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində yerləşən evə gedib Nərmin Məmmədovanın anası X4 ilk dəfə 900 manat, sonra isə 1000 manat olmaqla, ümumilikdə 1900 manat məbləğində pulu hədə-qorxu yolu ilə tələb etməklə təkrar ələ keçirmişdir. Bundan başqa o, 29 may 2023-cü il tarixdə, saat 11:30-da istifadəsində olan "xxxx" mobil operatoruna məxsus “+**********88” mobil telefon nömrədən Nərmin Məmmədovanın istifadəsində olmuş “+**********66” mobil telefon nömrəsinə zəng edərək təklikdə görüşə çağırmış, həmin gün saat 19 radələrində Şəmkir rayonunun, Yuxarı Seyfəli kəndi ərazisində görüşdükdən sonra Nərmin Məmmədovaya zorakılıq edəcəyi və onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək sonuncunun guya ona 5000 (beş) min manat borcu olmasına dair həqiqətə uyğun olmayan məzmunda iltizam yazdıraraq zorla imza etdirməklə pulu ondan təkrarən hədə-qorxu ilə tələb etməklə özündən sair, yəni psixoloji cəhətdən asılı vəziyyətdə olan zərərçəkmiş şəxsi hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırmış və edilmiş psixoloji təzyiq və hədə qorxu nəticəsində 30 may 2023-cü il tarixdə, saat 17 radələrində Nərmin Məmmədova ölümündən əvvəlki dövrdə Təqsirləndirilən şəxs onun barəsində əldə etdiyi rüsvayedici məlumatlarla ona və ailə üzvlərinə hədə-qorxu gəlməsindən cana doyub, əhvalın aşağı enməsi (depressiv vəziyyət) şəklində psixi-emosional hal keçirərək, ölümünün səbəbkarının Təqsirləndirilən şəxs olması məzmununda və qızı Dəniz Məmmədovaya vəsiyyətnamə kimi əlyazma ilə iki ədəd məktub yazaraq, yaşadığı evin həyətində yerləşən tövlənin taxta milindən özünü kənd təsərrüfatı təyinatlı ot kəndiri ilə asıb, boynunun ön səthində qırtlaq qığırdağının yuxarı kənarı səviyyəsindən başlayaraq, öndən-arxaya, aşağıdan-yuxarıya çəp qalxan istiqamətdə gedərək, sağ və sol qulaq seyvanının sırğalıq nahiyəsindən 5 sm aşağıdan keçməklə boyunun arxa səthində qapanan, təkqat stranqulyasiya şırımı ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vurmaya aid mexaniki asfiksiya ilə nəticələnən və ölümünə səbəb olan xəsarət yetirməklə özünü öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilmir. X2 hədə qorxu gəlməmiş, onu özünü öldürməyə vadar etməmişdir. Mərhum ondan 5000 (beş) min manat pul alarkən mən xurma ilə məşğul olduğum üçün həmin pulu ya iki ay ərzində müəyyən məhsul müqabilində qaytaracaqdı və ya hər ay 2500 manat məbləğində pul verəcəkdi. Həmin müddətlərdə məhsulu yararsız hala düşdüyündən qaytara bilməmişdir. İttihamda göstərilən 900 manatla bağlı isə onu deyə bilər ki, X5 ilə birlikdə Kür çayı kənarına gəzməyə getmiş, həmin vaxt kür polis əməkdaşları onları saxlayıb, sənədləri tələb etmiş, üzərində olmadığından təqdim edə bilməmiş, polis əməkdaşları bu mövzunu X37 müzakirə etməyi bildirib Nərminlə onu X40 aparmış, kənarında durduğu yerin Paşayevlərə aid olduğunu demişlər. Polis əməkdaşlarına həmin yerin Paşayevlərə aid olduğunu bilmədiyini desə də, yaşının az olduğunu deyib portala vurub yoxlamış, sonra isə mərhumun X10 ailəsini çağırmağı tələb etmişlər. X37 Nərminin qonşusu polis əməkdaşı işlədiyindən Nərminin adının orda çəkilməsinə razı olmamış, polis əməkdaşları onları buraxmaq üçün 5000 (beş) min manat pul istəmiş, cinayət etmədiyini, pulu onlara verməyəcəyini bildirdikdə məbləği azaldaraq 2500 manat etmiş, yenə çox olduğunu bildirdikdə 1000 manata razılaşmışlar. X5 ilə birlikdə X34 çıxıb Nərmingilin yaşadığı evə getmiş, Nərminin anası Nuriyyəyə olanları danışmış, pulu polisə verib Nərminin adının heç bir yerdə çəkilməməsini, yazılan izahatları yox etməli olduğunu bildirmiş, Nuriyyə isə həmin məbləğdə pulu olmadığını demişdir. Nuriyyəyə “sələmə girib mənə pul tap” deyib həmin gün axşama qədər vaxt qoymuş, avtomobilin X13, bölmədən taksi ilə gəldiklərini demişdir. Nuriyyə getməyini istəyib xəbər verəcəyini demişdir. Növbəti gün səhər Nuriyyə zəng edərək, qonşusu Sədadan 900 manat məbləğində borc pul aldığını bildirmiş, Nərminlə onu aparıb gətirən taksi sürücüsü X24 pulu götürüb ona gətirmiş və birlikdə onunla X40 gedərkən üstüörtülü başına iş gəldiyini polislərlə razılaşsa da, deyilən məbləğdə pulu tapa bilmədiyini dedikdə, sürücü adam öldürmədiyini, qanunsuz iş görmədiyini nə versə, polislərin razı olacağını demişdir. Polis Bölməsinə çatmağa az qalmış əlaqə saxlayanda isə onları saxlayan polis Bölmədə olmadığını, pulu isə sahə polis rəisinə verməyi, avtomobilini götürmək istədiyini dedikdə isə gözləməyimi bildirmişdir. Yarım saat müddətində gözlədikdən sonra polislər gəlib pulu almış, əskik olmasını soruşanda gücünün buna çatdığını demiş, sahə rəisi pulu qəbul etmiş, adlarına yazılan izahatları isə polisdən alıb cırmışdır. Bunu etməsinin səbəbi isə Nərmingilin qonşusu olan və həmin bölmədə işləyən polis əməkdaşının izahatı görməməsi olmuşdur. Nərminin ölümündən 1 gün əvvəl onun 220 manat məbləğində pulu olmuşdur. Həmin müddətdə Nərmin əməliyyat olmuş, xəstəxanaya gedib anası Nuriyyəyə əməliyyat pulunu verməyi təklif etsə də, Nuriyyə əməliyyatın pulunu deyil, götürülən sələmə görə yaranan borcları ödəməyi demişdir. Xəstəxandan qayıdanda Nuriyyə ona zəng edərək, borc verən qadının- Sədanın pulunu istədiyini demiş, telefonla Səda ilə danışanda Nuriyyənin qardaşı oğlu olduğunu, avtomobilini satıb borcunu verəcəyini demişdir. Həmin gün mərhum Nərmin Məmmədova ona zəng edib Sədanın onlara gəlib dava saldığını, pulunu tələb etdiyini bildirmiş, axşama qədər onun pulunu verəcəyini bildirməsini demişdir. Nərmin onunla birlikdə gedib vaxt keçirməyi istəmiş, Nərminə taksi ilə gələcəyini və müəyyən xərcləri çıxacağından 220 manat pulun yalnız 150 manatını Sədaya verəcəyi demiş, Nərmin razılaşmışdır. Bir yerdə Gəncə şəhərində yerləşən “Amin otel”ə getmiş, dəfələrlə getdiyi üçün hamı onları tanımışdır. Yolda gedəndə Nərmin ona qazlı sərin su almağı demiş, həmin vaxt Nərminin telefonunun arxasına 100 manat qoyub 50 manatını isə səhər göndərəcəyini demişdir. Oteldən də normal şəkildə Şəmkirə qayıtmış, səhər Şəmkirdə olanda Nərmin zəng edib telefonu anası Nuriyyə Məmmədovaya verdiyini Nuriyyə isə pulun qalan 50 manat hissəsini Sədaya verməyi demişdir. Aqlay sexinə çatanda Nuriyyəyə zəng edib pulu verməyi xahiş etmiş, kartın nömrəsini atmağını demiş, sonra isə pulu əlbəəl vermişdir. Həmin günü axşam saat təxminən 5-6 radələrində Şəmkir şəhəri 4 yol adlanan ərazidə olarkən mərhum Nərminin keçmiş həyat yoldaşı əmisioğlu Şahid7 ona zəng edərək, Nərminin özünü asaraq öldürməsini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 182.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Şəmkir rayonu, Təzəkənd kəndində yaşamış, Şəmkir və Tovuz rayonu ərzisində meyvə-tərəvəz satışı edib ailəsini dolandırmışdır. X17 əmisi oğlu Şahid7 ilə ailə həyatı qurmuş və bu evlilikdən Dəniz adlı uşaqları olmuşdur. Nərmin və Elmar ailə daxili problemlərlə bağlı rəsmi olaraq 2022-ci ildə boşanmış, o, ailəsi ilə birlikdə Nərminin cehizlərini avtomobilinə yığıb atası evinə aparmışdır. Təxminən 3 ay sonra 2022-ci ilin noyabr ayında işdə olarkən Nərmin ona zəng vurmuş və onunla vacib işi olduğunu deyərək atası evinə gəlməyini xahiş etmişdir. İş ilə əlaqədar Nərminin ona zəng edib çağırdığı gün gedə bilməmiş, səhəri gün günorta saatlarında o, Nərminin yaşadığı Yuxarı Seyfəli kəndində yerləşən atası evinə getmiş, Nərminə zəng etmiş, Nərmin ona Elmarla boşanmazdan əvvəl anası ilə Şəmkir şəhərinə getdiklərini, bu zaman orada tanımadığı şəxsin onun nömrəsini götürdüyünü, əmisi oğlu Elmarla evli ola-ola həmin şəxslə uzun müddət danışdığını və görüşdüyünü, həmin şəxsdən pul da aldığını, həmin adamın onu bezdirdiyini, verdiyi pulu geri istədiyini deyib ağlamışdır. O, Nərmindən həmin şəxsin nömrəsini və ünvanını istəmiş, Nərmin problemlər olacağından qorxaraq ona həmin şəxsin nömrəsini və ünvanını verməmişdir. Nərmin həmin şəxsdə çılpaq şəkilləri olduğunu, həmin şəxsin onu şəkilləri ilə şantaj edəcəyindən qorxduğu üçün nömrə və ünvan verə bilməyəcəyini demiş, həmin şəxsin nə istədiyini soruşduqda şantaj edərək 5 (beş min) manat pul tələb etdiyini demişdir. Nərmin də həmin şəxsdən ehtiyacı olanda az miqdarda pullar aldığını, lakin qeyd olunan məbləğdə pul almadığını demiş, anası Nuriyyənin bilib-bilmədiyini soruşanda anası Nuriyyənin ondan utandığı üçün heçnə demədiyini bildirmişdir. Nərmin həmin adamın çılpaq şəkilləri ilə şantaj edib şəkillərini yayacağı təqdirdə kənd içində rüsvay olacağını, övladı Dənizin əlindən alınacağını bildirmiş və ondan borc olaraq 5 (beş min) manat pul istəmişdir. O, Nərminə kömək edəcəyini deyərək, Nərminə həmin məbləği tapıb verəcəyini bildirmişdir. Nərmin həmin adamın şantaj edərək yayacağı ilə hədələdiyi çılpaq şəkillərini “bluetooth” vasitəsi ilə onun mobil telefonuna göndərmiş, təxminən 3-4 gün sonra o həmin pulu düzəldib borc kimi yaşadığı evin yanında Nərminə vermişdir. Nərmin uşağına görə verilən alimentin yığılaraq çoxaldığını, atası Telmanın Rusiyadan pul göndərəcəyini bildirərək, həmin məbləğin yarı hissəsini qısa müddətdə, qalan hissəsini isə 2023-cü ilin mart ayında qaytaracağını ona demişdir. O, 5 (min) manat pulu Nərminə verən zaman anası Nuriyyə də həmin vaxt uzaqdan bunu görmüş, Nərminə pul verdikdən təxminən 1 ay sonra verdiyi pulu geri istəmişdir. Nərmin də keçmiş əri Elmarın alimenti gecikdirdiyini, atasının isə Rusiya Federasiyasından pul göndərmədiyini deyərək, pulu geri qaytara bilməyəcəyini ona bildirmişdir. 2023-cü ilin yanvar ayından etibarən Nərminlə aralarında sevgi münasibətləri yaranmağa başlamış və faktiki olaraq qeyri-rəsmi ər-arvad kimi münasibətdə olmuş, birbirinə ölənə qədər ər-arvad kimi yaşayacaqları barədə söz vermişlər. Onlar ər-arvad kimi mütəmadi təbii yolla cinsi əlaqədə olmağa başlamışlar. O, Nərminin yaşadığı atası evində, “Vaz 2107” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı öz şəxsi avtomobilində Nərminlə dəfələrlə ər-arvad kimi cinsi əlaqədə olmuşlar. O, Nərminə atası Telman Rusiyadan qayıdarkən pulu atasından alacağını demiş, Nərmin də onun dediyi ilə razılaşmışdır. Bir neçə ay aralarındakı yaxın münasibət davam etmiş, 2023-cü il aprel-may aylarında maddi sıxıntıları olduğu üçün çətinlik çəkməyə başlamış, Nərmindən verdiyi pulu geri istəmişdir. Maddi sıxıntıları olduğu üçün Nərminin pul və digər ehtiyaclarını qarşılaya bilməmiş, Nərmin də daha ondan ayrılacağını, aralarında olan münasibətə son qoyacağını demişdir. Nərmin bu sözləri dedikdən təxminən 5 gün sonra o daha Nərminə zəng vurmamış, Nərmin ona “Whatsapp” proqramı vasitəsi ilə yazmış, aralarındakı münasibət davam etmişdir. O, 2023-cü ilin yanvar ayında pul lazım olduğu üçün Nərminin anası Nuriyyədən 1000 (min) manat pul almış və həmin pulun 150 (yüz əlli) manatını Nuriyyəyə qaytarmalı olduğundan, 2023-cü ilin may ayının 29-da Nərminə zəng edib çölə çıxmağı demişdir. Nərmini evdən götürüb bir az kənara getmişdir. Nərminə 100 (yüz) manat pul vermiş və qalan 50 (əlli) manatını da verəcəyini Nərminə demiş, söhbət etdikdən sonra Nərmini aparıb evlərinə düşürmüş və öz evinə qayıtmışdır. Səhəri gün səhər işə gedərkən Nərminin anası Nuriyyə ona zəng etmiş və 150 (yüz əllli) manat pulun qalan 50 (əlli) manatını niyə vermədiyini soruşmuş, Nuriyyəyə pulu kart göndərməyi demiş, ona kart atacağını bildirmişdir. Daha sonra 30 may 2023-cü il tarixdə axşam saat 18 radələrində Nərminin yaşadığı evdə özünü asaraq intihar etdiyini keçmiş əri Elmardan öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərmişdir ki, Nuriyyədən aldığı pul Nərminlə bir yerdə Kür qəsəbəsi ərazisində maşında olarkən Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb aparılması və ondan pul istəmələrinə görə olmuş, onların barəsində ailə üzvlərinə məlumat verməmələri üçün polislərin dediyi məbləğdə pulu Nuriyyə qonşuluqda yaşayan və sələm verən Səda adlı qadından alıb vermişdir. Sonradan da həmin pulun faizini O vermişdir. Nərminlə münasibətləri könüllü olmuş, Nərmindən nəyəsə görə hansısa məbləğ pul istəməmiş və şəkilləri ilə onu şantaj etməmişdir. Nərminin özünü öldürmə səbəbini bilmir və bunda onun təqsiri yoxdur. Məhkəmədən ona bəraət verilməsini istəyir. Nərminin əvvəl münasibətdə olduğu şəxsin kim olmasını bilmir, bu barədə dəfələrlə Nərmindən soruşsa da, ona deməmiş ancaq pul istəmiş, həmin pulu da tapıb Nərminə vermiş və sonradan maddi vəziyyəti pisləşdiyindən Nərmindən verdiyi pulu geri istəmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərdi ki, mərhum Nərmin qızı olmuş, qızı ayrılıb onlara gəldikdən sonra Elnar 2022-ci il avqust ayından etibarən yaşadığı ünvana gəlib-getmiş, qızı ilə münasibətləri olmuşdur. Elnar hətta qabağına çıxıb “sənin qızınla aramızda münasibət var, bir-birimizi sevirik” demişdir. Elnar ona qızı ilə münasibəti olduğunu deyəndə “etmə, qan düşəcək. uşaqların var, mənim də qızımın uşağı var, onları düşün...” desə də, Elnar ona “bu yolun ucunda ölüm belə olsa, gedəcəm, qızından əl çəkən deyiləm” demişdir. Dəfələrlə Elnara telefonla xəbərdarlıq edib yanlış birşey olduğunu bildirsə də, Elnar onu dinləməmişdir. Ona və qızına hədə qorxu gələrək “evinizdə kişi yoxdu, gecə gəlib sizi öldürərəm!” demişdir. Yoldaşı həmin müddətdə Rusiya Federasiyasında olmuşdur. Elnar qızına azyaşlı nəvəsini ondan alıb atasına verməklə şantaj etmişdir. Qızı hadisədən qısa müddət əvvəl əməliyyat olmuş, hadisədən bir gün 2023-cü ilin may ayının 29-u Elnar qızını götürüb aparsa da, hara getdiklərini bilməmişdir. Bir neçə saat keçəndən sonra Nərminə ardıcıl zəng etsə də, zəngləri cavabsız qalmış, xeyli müddət sonra zəng edib harada olduğunu soruşanda qızı təlaşlı şəkildə zəngə cavab verib “qəbiristanlığın yaxınlığındayam gəlirəm” demişdir. Qızı Nərmin evə gələndə saçı-başı dağınıq vəziyyətdə olmuş, nə olduğunu soruşanda heçnə deməyib ağlayaraq otağa keçib qapını bağlamışdır. Səhəri gün özü həyətdə olanda Nərmin onu yanına çağırıb əlini boynuna dolayaraq “ana məni bağışla” deyib başına gələnləri danışmışdır. Elnarın onu aparıb kağıza qeyri-etik sözlər yazıb altından imzasını çəkdirdiyini, guya əxlaqı yerində olmayan yüngül həyat tərzi sürən qadın olduğunu yazdırdığını, “mənə bıçağı dirəyib qeyri-etik şəkillərimi çəkib” demişdir. 2023-cü ilin may ayının 30-u Elnara zəng edib “nə olubsa, gətir o kağızı ver, sənin də ailən var günahdır...” demiş Elnar isə belə bir hal olmadığını demişdir. Hadisə günü Nərmin arxa tərəfdə telefonla danışanda Nərminin telefonda Elnara “ölümümün səbəbkarı sən olacaqsan” dediyini eşitmişdir, gəlib telefonu əlindən almaq istəyəndə Nərmin huşunu itirib yerə yıxılmışdır. Nərminin üzünə su vurub ayıltmağa çalışmış, qucağına alıb evə gətirmiş, uşaqları otağa qoyub qayıdanda Nərminin mətbəxdə sakit oturan görmüş və heçnə demədən ordan uzaqlaşmışdır. Geri qayıdanda Nərmini mətbəxdə görməmiş, nəvəsi Dənizdən anasının harda olduğunu soruşanda qız anasının harda olduğunu bilmədiyini demişdir. Həyətə çıxıb qonşuya keçib keçmədiyini yoxlayanda qapının bağlı olduğunu görmüş, bağa gedib baxanda isə Nərminin orada olduğunu, özünü asdığını görmüşdür. Nərmin özünü asıb öldürdükdən sonra yaşadıqları evdən Nərminin özü tərəfindən öz xətti ilə yazdığı 2 ədəd kağız parçası olan məktubları da aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Nərmin Elnardan heç bir məbləğdə pul borc almamış, Nərminin əlyazma ilə yazdığı Elnarda borcu olmasına dair yazı Təqsirləndirilən şəxs qızı Nərmin Məmmədovanı şantaj edərək yazdırdığı yazı olmuşdur. Həmin yazı yalnız Təqsirləndirilən şəxs özündə olmuş, orada qeyd olunanlar heç bir həqiqəti əks etdirməmiş, Nərmin xalası Leylaya “Vatsap”da Elnarın boğazına bıçaq dirəyərək öldürməklə və uşağını əlindən aldıracağı ilə hədələdiyini, zorla çılpaq şəkillərini çəkdirdirdiyini bildirmişdir. O, qızı Nərmin Məmmədovanın şantaj edilməsini dayandırması müqabilində Təqsirləndirilən şəxs 1.000 (bir min) manat pul vəsaitini yaşadığı evin qarşısında vermiş, 900 (doqquz yüz) manat məbləğdə pul vəsaitini isə taksi vasitəsi ilə göndərmişdir. İbtidai istintaq zamanı ifadəsində isə zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərmişdir ki, mərhum qızı X17 və nəvəsi ilə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşamışdır. Qızı Nərmin 2019-cu ildə Şəmkir rayonu, Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs Ravil oğlu ilə ailə həyatı qurmuş və 2022-ci ilin yay aylarında ailə daxili problemlərə görə boşanmışdır. Nərmin boşandıqdan sonra 2022-ci il yay aylarında keçmiş ərinin əmisi oğlu Təqsirləndirilən şəxsla cehizlərini onlara gətirib yerləşdirmişdir. Əri Telman 2022-ci ilin iyul ayının 26-sı işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, əri Telman Rusiya Federasiyasına gedəndən bir neçə gün sonra Elnar onlara gələrək Dənizi görməyə gəldiyini bildirmiş, nəvəsi Dənizə alış-veriş etmiş, Elnara acıqlanaraq niyə nəvəmə alış-veriş edirsən?” soruşmuş, heç nəyə ehtiyacı olmadığını demişdir. Elnarın onlara gəlməsi nəvəsi Dənizə alış-veriş etməsi mütəmadi davam etdiyi üçün qızı Nərminə narazılığını bildirmişdir. Elnar 2022-ci ilin avqust-sentyabr aylarında qızı Nərminlə aralarında sevgi münasibəti olduğunu, Nərmini sevdiyini bildirmiş, narazılıq edib qışqıraraq Nərminin qızı yaşında olduğunu deyib Elnarı evdən qovmuşdur. Elnarı evdən qovduqdan sonra onlara bir müddət gəlməsə də, qızı Nərminlə telefonda danışmağa başlamış, o da qızına əsəbləşib Elnardan uzaq durmağı, Elnarın öz ailəsi və uşaqları olduğunu demiş, qızı Nərmin isə üstünə gəlməməyini xahiş etmişdir. Təxminən noyabr ayında qızı Nərminin yaşadıqları evdə öz otağında telefonla Elnarla danışdığını hiss etmişdir. Qızı telefonla danışarkən hönkür-hönkür ağlayıb, qışqırmış, «mənim ömrümü yedin, mənə və uşağım Dənizə az hədə-qorxu gələrək şantaj et» sözlərini demişdir. Dərhal Nərminin yanına gələrək nə baş verdiyini, niyə ağladığını soruşmuş, Nərmin telefonu ona uzadıb artıq yorulduğunu, Elnarın hədə-qorxularından cana doyduğunu bildirmişdir. O, telefonu götürüb Elnara qızından nə istədiyini soruşmuş, Elnar onun sözünə məhəl qoymayaraq onu da şantaj etməyə başlamış, bütün səslərini qeyd elədiyini, hamıya bu barədə məlumat verəcəyini, Nərminlə danışmağından onun da xəbəri ola-ola göz yumduğunu hər kəsə bildirəcəyini deyərək hədə-qorxu gəlmişdir. Elnar hər dəfə qızına və ona hədə-qorxu gələrək qızının şəkillərinin, yazışmalarının əlində olduğunu və həmin şəkilləri hamıya yayacağı ilə bağlı mütəmadi olaraq onları şantaj etməyə başlamışdır. O, Elnarın hədə-qorxu gəlməsindən qorxub bu barədə heç kimə məlumat verməyib çıxış yolu axtarmışdır. 2023-cü ilin fevral ayında Elnar ona zəng vurub, evinə gələrək qızının işinin polisə düşdüyünü və 5 ( beş min) manat pul lazım olduğunu ona demişdir. O, qızının polisdə nə işi olduğunu Elnardan soruşmuş, Elnar isə Nərminlə yanacaq doldurma məntəqəsində avtomobildə olarkən avtomobilin qeydiyyat nişanı olmadığı üçün polislərin onları polis şöbəsinə apardığını və pul istədiklərini bildirmişdir. Elnara pul verməmiş və onu qapıdan qovmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, X17 doğma bacısı qızıdır. Özü Bakı şəhərində yaşadığı üçün bir-birləri ilə telefon vasitəsi ilə əlaqə saxlamış, mobil telefonla zəng edib danışmışlar. Ayrıldıqdan sonra aralarındakı telefon danışığı zamanı Nərmin ona həyatında biri olduğunu etiraf etmişdir. Həmin şəxsin Nərminin keçmiş yoldaşı əmisi oğlu Təqsirləndirilən şəxs olduğunu deməmişdir. Nərmin yoldaşı Şahid7 Ramil oğlu ilə ayrılan zaman keçmiş qayınatası bacısıgilinin yaşadığı ünvana gəlib mübahisə etmişdir. Elnarla Nərminin münasibətini Nərminin ölümündən təxminən 2 ay əvvəl xəbəri olmuş, Nərminə onun keçmiş yoldaşının əmisi oğlu ilə münasibətinin düzgün olmadığını və ailələr arasında böyük münaqişə çıxacağını demişdir. Nərmin Elnarın ona hədə-qorxu gəldiyini, dəfələrlə bacısıgilin yaşadığı ünvana gəlib qapını təpiklə vurduğunu, Nərminin anası Nuriyyə telefonda ağlayaraq danışmışdır. Nərmin telefon zənglərini özünə yönləndirdiyi dediyi üçün telefonda rahat danışa bilməmiş, əlaqə üçün bacısının telefonundan istifadə etmişlər. Nərmin bir dəfə evdən yaşadıqları Şəmkir rayonu, Seyfəli kəndindən qaçıb Bakıya gəlmək, Elnardan uzaqlaşmağa çalışmış, yolda Elnar onu geri qaytarmışdır. Həmin vaxt özü Elnara zəng edib Nərmini evə aparmağı əks halda onu polisə şikayət edəcəyini demiş, Elnar qorxaraq Nərmini evinə aparacağını demişdir. Hadisədən 2 gün əvvəl 2023-cü il may ayının sonları bacısıgilin yaşadığı ünvana gəlib bir gecə onlarda qalmışlar. Həmin vaxt Nərmin çox pis vəziyyətdə olmuş, onunla bir dəfə çöldə-bağda özünü öldürdüyü yerdə danışarkən Elnardan canını qurtara bilmədiyini, onu şantaj elədiyini demişdir. Nərminə atasına zəng edib onu özü ilə Bakıya aparacağını desə də, Nərmin getmək istəməmiş, səhəri gün Bakıya qayıdanda yolda Nərmin ona votsap vasitəsilə səslər atmışdır. Həmin səslərdə Elnarın onu üzərindəki geyimləri çıxarıb şəkillər çəkərək şantaj etdiyini, kağızda isə Elnara guya borc pulu olmasını yazdırıb imzalatdığını demişdir. Nərminə əsəbiləşib “o pulu hardan alacaqsan? icazə verərdin səni öldürərdi” deyə səslər atmış, sonra bacısını yığıb söhbətin böyüdüyünü, zəng vurub Nərminin atasına və polisə məlumat verməyi yoxsa özünün deyəcəyini bildirmişdir. Bacısı Nuriyyə isə əri Telmana yığıb danışacağını demiş, bir neçə saat sonra bacısı qızı X17 ona zəng edib Nərminin özünü həyətdə asıb öldürdüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 da anaları Şahid1 ilə eyni məzmunlu ifadə verərək Nərminin Elnarla münasibətdə olmasını sonradan öyrəndiklərini, hadisədən əvvəl Nərminin aşağı əhvalda olmasını gördüklərini, Elnarın Nərminə hədə-qorxu gəlməsini isə sonradan səs mesajlarına qulaq asdıqda Nərminin ölümünə səbəbkar Elnar olmasını isə öz yazdığı əlyazmadan öyrəndiklərini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdr ki, mərhum Nərmin Məmmədova onun qonşusu və uzaq qohumu olmuşdur. 2023-cü il fevral ayında Nuriyyə ağlayaraq təlaş içində yaşadığı evə gəlib ondan 1000 (min) manat borca pul istəmişdir. Nuriyyədən nə olduğunu soruşanda ona daha sonra deyəcəyini bildirmiş, pulu götürüb getmişdir. Nərminin ölümündən sonra isə Nuriyyə pulu Elnara verdiyini bildirmiş, başqa söz deməmişdir. 30 may 2023-cü ildə o, yaşadığı evdə olan zaman Nuriyyənin qışqırıq səsini eşitmiş, Nuriyyənin ağacdan yıxılaraq xəsarət aldığını güman edib dərhal onun yaşadığı evə getmişdir. Ora çatdıqda Nərminin tövlənin taxta milindən pres kəndirlə özünü asaraq intihar etdiyinin şahidi olmuşdur. Nərminin Elnar adlı şəxsə hər hansı məbləğdə pul borcunun olması barədə məlumatı olmamışdır. Hadisə barədə ona Nuriyyə Nərmin özünü asıb öldürdükdən sonra danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, mərhum X3 həyat yoldaşı, Təqsirləndirilən şəxs isə doğma əmisioğludur. Əmisioğlu Elnarla, keçmiş həyat yoldaşı Nərminin tanışlığı onlar Elnargildə müvəqqəti qaldığı zaman olmuş, sonradan isə bildiyi qədərilə münasibətləri yaranmışdır. Əmisioğlugildə qalmalarının əsas səbəbi ailədə müəyyən problemlər olması olmuş, Nərmin ona kirayəyə çıxmaq istədiyini bildirmişdir. Nərminə kirayəyə çıxmaq və ev tapmağın asan olmadığını demiş, əmisioğlu Elnar kirayə ev tapana qədər onlarda qala biləcəyini demiş, bir neçə ay Elnargillə birlikdə onların yaşadığı evdə qalmışlar. Kirayəyə köçəndən sonra da Nərminlə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqdan sonra Nərmin onu məhkəməyə verib aliment istəmişdir. Alimenti hər ay ödəmiş və uşaqlarını görməyə getmişdir. Nərminlə həmin vaxt qarşılaşmamış, qaynanası Nuriyyəyə zəng edib uşağı götürüb vaxt keçirmişdir. Təqsirləndirilən şəxs ilə əvvəl yaxın münasibətləri olmuş, hətta uşağı görməyə gedəndə də çox vaxt əmisioğluna məxsus avtomobillə getmişdir. Hadisə günü Nərminin dayısı zəng edib Nərminin özünü öldürməsini demiş, sonradan səbəbkarın əmisioğlu olduğunu öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, uşaqla Nərmin eyni evdə yaşamış, Nərminlə ayrılmalarının səbəbi yola getməməkləri olmuşdur. Nərmin özünü öldürəndən bir müddət sonra baş verən hadisədən məlumatı olmuşdur. Daha ətraflı isə o, işi aparan müstəntiqdən öyrənmişdir. Evdən çıxıb kirayədə qalmağı Nərmin istəmiş, Elnarla münasibəti yaxşı olduğu üçün ata-anasıgildən sonra gedib bir müddət onlarda yaşamışlar. Elnargildə yaşadıqları müddətdə yoldaşı, o və Elnarın ailəsi olmuş, kirayə ev tapanda ordan çıxmışlar. Nərminlə biryerdə olanda maddi cəhətdən heç bir problemləri olmamışdır, ayrıldıqdan sonra arada alimenti gecikdirsə də, Nərmin ona heç bir problem yaratmamışdır. Elnarla da Nərminin ölümündən əvvəlki dövrdə münasibət saxlamış, hadisədən təxminən 2 ay əvvəl Elnar ona 5 (beş) min manat pul tapıb Nərminə veməyi təklif etmiş, bundan sonra Nərminlə danışıb məhkəməyə gedib ərizə yazıb alimentdən imtina edəcəyini xahiş edə biləcəyini demişdir. Həmin vaxt Elnardan bunu kimin təklif etdiyini soruşmamış, uşağı görməyə gedəndə qaynanası Elnarın onunla gəlməsinə etiraz etmiş, dəfələrlə xəbərdarlıq etsə də, bunun Nərmin özünü öldürəndən sonra Elnarla aralarındakı münasibətlə bağlı olduğunu bilmişdir. Məhkəmədə dindirilmiş şahid X19 göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Baş vermiş hadisələrdən Nərminin ölümündən sonra Şəmkir Şəhər Baş Polis İdarəsində xəbəri olmuşdur. Oğlunun X5 ilə münasibətinin olduğunu sonradan öyrənmiş, Nərminlə görüşməsi, oğlunun onlara gedib-gəlməsi haqqında məlumatı olmamışdır. X10 niyə özünü öldürməsi, oğlu Təqsirləndirilən şəxsla arasında nə olub bitdiyi haqqında heç bir məlumatı yoxdur. Sonradan öyrənmişdir ki, Nərmin oğlu Elnardan borc pul alıb həmin aldığı borc pulu qaytarmamışdır. Mərhumun ölümü ilə bağlı eşitdiyi isə arlarındakı münasibət vaxtı Elnarla Nərmin arasında söz söhbət olması və bundan sonra özünü öldürməsidir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, prokororluğa gedəndə Nərminin şəkilləri oğlunun telefonunda olmuşdur. Bundan məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, zərərçəkmiş şəxs Nərmin Məmmədova bacısıdır. 2020-ci il yayın əvvəli bacısı X10 ailəsində müəyyən problemlər olduğu üçün ayrılıb atasıgillə yaşamışdır. 2023-cü ilin may ayının 10-u bacısının kiminləsə münasibəti olduğunu öyrənsə də, Nərmin həmin şəxsin kimliyi ilə bağlı ona heç nə deməmişdir. 2023-cü ilin may ayının sonu atasıgilə gedərkən bacısının stressli və qorxu içində olduğunu görmüş, bacısı onun bu hala düşməsinin səbəbini soruşanda münasibətdə olduğu şəxsin bacısına hədə-qorxu gəldiyini, kim olduğunu soruşanda Təqsirləndirilən şəxs olduğunu demişdir. Bacısına gedib polisə müraciət etməsini məsləhət görmüş, bacısı isə ona “sən bu işə qarışma özüm gedib polisə şikayət edəcəm” demişdir. 2023-cü ilin may ayının 30-u əri Seymurla Şəmkir Rayonunun Seyfəli kəndinə qonaq gedib atasıgilin yaşadığı ünvana gəlmiş, otağında bir küncə sıxılmış qorxu içində görmüşdür. 1 gün əvvəl may ayının 29-u günü anası ona Elnarın bacısına onun şəkilləri ilə hədə qorxu gəldiyini bildirmişdir. 2023-cü ilin may ayının 30-u günü anası ona vatsap vasitəsilə səsli mesaj göndərib Nərminin özünü öldürdüyünü bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, bacısı ilə səmimi olsalar da, bacısı Elnardan qorxduğu üçün heç bir şey danışmamışdır. Münasibətləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bacısına şəkilləri ilə hədə-qorxu gələrək aldığı 170 manat alimentin hamısını yığıb ona verməsini istəmişdir. Bacısının pula ehtiyacı olmamış, atası, anası bütün ehtiyaclarını ödəmişlər. Bacısı polisə müraciət etməyini istəməmiş, özünün şikayət edəcəyini demişdir. X31 neçə müddət münasibətdə olduğunu bilmir. Bacısı əvvəllər intihara təşəbbüs edəcək hərəkətlər etməmişdir. Daha əvvəl intiharın səbəbinin Təqsirləndirilən şəxs Xəlil oğlu olduğunu prokurora məlumat verməmişlər. Bacısını son dəfə 2023-cü ilin may ayının 31-i görmüş, atasıgildə anası ilə telefonla danışdığı zaman mətbəxdən “qızımdan əl çək, onu şantaj etməyə ixtiyarın yoxdur” kimi sözlərini eşitmişdir. Anasından kim olduğunu soruşanda ona “yenə Elnar pis əməllərindən əl çəkmir” demiş, Elnarın bacısına hədə qorxu gəldiyini bilmişdir. Bacısının yazdığı məktublar isə intiharından sonra evdən tapılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və fotocədvəldən görünür ki, hadisə yeri Şəmkir rayonu, Seyfəli kəndində yerləşən mərhum Nərmin Məmmədovanın yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin (tövlənin) açıq talvarıdır. Tövləyə daxil olduqda üstü asbest şiferlə örtülmüş talvarın taxta mili və tövlənin divarına söykənmiş vəziyyətdə olan taxta nərdivan, nərdivanın yaxınlığındakı talvarın taxta milinin birinə bağlanmış halda olan ot bağlaması üçün nəzərdə tutulmuş ağ rəngli sintetik təsərrüfat ipi aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən meyitə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, mərhum Nərmin Məmmədovanın meyitinin əynində boz rəngli qısaqol köynək, boz rəngli parça şalvar, qara rəngli alt geyimi tuman və ağ rəngli büstqalter olmuş, meyitin boynunun ön səthində qırtlaq qığırdağının yuxarı kənar hissəsindən başlayaraq, öndənarxaya, aşağıdan-yuxarıya çəp qalxan istiqamətdə gedərək sağ və sol qulaq seyvanının sırğalıq nahiyyəsindən 5 sm aşağı keçən və boyunun arxa səthində qapanan təkqat stranqulyasiya şırımı müşahidə edilir. Bədən səthində başqa xəsarət, yaxud xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan “könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi” haqqında 04 iyun 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən təqdim edilmiş, mərhum qızı - zərərçəkmiş şəxs X10 yazdığı 2 ədəd (əlyazma) məktub və 1 (bir) ədəd CD disk götürülmüş və şərti olaraq 1 və 2 № ilə işarələnmişdir: 1 şərti nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: “X38 Məməmmdova Elnar tərəpinən şantaş olunuram 2 ildi ki məni şantaş eliyir və axır ki mənə 5 min manatığ kağıza qol çəkdirdi guya ona 5 min manat verəcəyim var və məni tək pula yox şəkilərimlədə şantaş eliyir mayın 29 günü piçağı dirədi mənə mənim şəkilərimi çəkdi Sənətə sənətə qol çəkdirdi iki ildə ki mənə hər isdədiyini elədir uşağımı aldır-mağla belə hədə qorxu dələrəy elədirdi mənsə yoruldum uge bilmirəm özumü oldurməyə qərar verdim olumumnen Təqsirləndirilən şəxs səbəbkardı məni bu dərəciyə o gətirdi hədə qorxularıynan”. 2 şərti nömrəli məktubda aşağıdakılar qeyd olunmuşdur: “Canım qızım Dənizim mamasının hər şeyi səni çox sevirəm hər şeydən çox isdədim ama bəzi pis inanların paxılğı imkan vermədi beri yerdə olmağa bilirəm həyat çətin olacağ sənin üçün ama sən güclü qızsan mənim kimi zəif olma hər şeyə dözən qizım olacağsan bilmirəm mə ölənən sonra hada qalacağsan inşalla nənənin babanın yanıda qalarsan çünki olar kimi yaxşı baxan olmuyub sənə onda məndə rahat olaram o dünyada məni bağşla ki boyu böyüyüb yekə qız olana kimi yaninda qalmadim gəzəl qizim səni çox sevirəm tez tez məni yada salarsan bu dünyadan gözüm açığ getdim məni sənən ayirani mənim kimi olsun qızim dənizə”. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “diskdəki məlumatlara baxış keçirilməsi haqqında” 04 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən CD-R disk şəffaf rəngli olub, 120 mm diametrindədir, üzərində “Verbatim™. DVD- R. DVD R. R 4.7. 16x/1x. 4.7 GB. 16x speed vitesse velocidad. 120 min” yazısı və ərəb əlifbası ilə yazılar qeyd edilmişdir. Diski kompüterə taxıb tədqiq edildikdə ümumi həcmi 4.7 geqabayt həcmindədir. Diskin daxilində 3 ədəd audiofayl (səs yazısı) vardır:
1. “AUDİO-2023-06-03-12-58-37” adlı audiofayl: həcmi 147 KB (151.200 bayt) müddəti 11 saniyədir. Həmin audiofaylda aşağıdakılar qeyd edilmişdir: “Mənə hədə-qorxu gələ-gələ yazdırdı o poxu mənə. Mən istəyərək yazmadım ki, ay Leloş.”
2. “AUDİO-2023-06-03-12-58-36” (1) adlı audiofayl: həcmi 200 KB (204.827 bayt) müddəti 18 saniyədir. Həmin audiofaylda aşağıdakılar qeyd edilmişdir: “Çırpa-çırpa yazdırdı, ay Leloş, nə təhər eləyərdim? Çırpa-çırpa yazdırdı, bıçağı dirədi, çırpa-çırpa yazdırdı. Mənim xoşuma mı gəldi onu yazmaq?”
3. “AUDİO-2023-06-03-12-58-36” adlı audiofayl: həcmi 148 KB (152.076 bayt) müddəti 11 saniyədir. Həmin audiofaylda aşağıdakılar qeyd edilmişdir: “İndi mən ona nə deyim, bax, mən nə təhər eləyim? Bilmirəm. Nə olar mənə bir yol göstərin. Allah haqqı axırda özümü öldürəcəyəm. Bilmirəm uje. Bir şey fikirləşə bilmirəm. Beynim elə bir tormozlaşıb. Allaha and olsun, uje yorulmuşam, özümü öldürəcəyəm. Nə olar, olar eh” Diskə baxış zamanı material üçün əhəmiyyət kəsb edən digər fakt və ya hal müəyyən edilməmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(076)-117/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “müqayisəli tədqiqat üçün sərbəst yazı (xətt) nümunələrin götürülməsi haqqında” 04 iyun 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş 01 ədəd damalı dəftər vərəqində X5 tərəfindən icra edilməsi ehtimal olunan yazı qeydləri götürülmüş həmin yazılar aşağıdakı məzmunda olmuşdur: “X42 Ayxan Dəniz. Biri vardı biri yoxdu birdənə Dəniz vardı o Dəniz çox şuluxdu bir yedə durmurdu s aq çox həyasızdı Dəniz xanıx off bu qiz” İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “axtarış və götürülmə aparılması haqqında” 05 iyun 2023-cü il tarixli protokol və əlavəsi olan foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal, fakt və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “mobil telefona baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il protokoldan görünür ki, X10 istifadəsində olmuş “Samsung Galaxy A 23” markalı telefona quraşdırılmış “Whatsapp” proqramında X1 yaxın qohumları və Təqsirləndirilən şəxs istifadəsində olan “+994 50 368 11 88” mobil nömrəsi ilə xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan sevgi və məişət məzmunlu yazışmalar aşkar edilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən “əşyanın götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid8 könüllü şəkildə istintaqa təqdim etdiyi, oğlu Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İşdə olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” 08 iyun 2023cü il protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 12” markalı mobil telefonda “Zənglər” bölməsindəki telefon danışıqlarının 30 may 2023-cü il tarixdən mövcud olması “Qalereya” bölməsindəki şəkillərin isə 31 may 2023-cü ildə çəkildiyi müəyyən edilmiş, əvvəlki tarixlərə dair məlumatlar müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “meyitin qəbirdən çıxarılması” (ekshumasiya aparılması) haqqında 14 iyun 2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kənd qəbiristanlığında basdırılmış, 03 avqust 1999-cu il tarixdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşamış, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış X10 meyiti qazılıb meyiti ağ kəfənə (mələfəyə) bükülmüş halda dəfn edildiyi qəbirdən çıxarılaraq əvvəlcədən əraziyə gətirilmiş müayinə masasının üzərinə qoyulmuş, kəfənin üzərində meyitin çürümə məhsullarından əmələ gəlmiş ləkələr olduğu meyitin kəfəninin alt hissəsinin çürümə hesabına islaq vəziyyətdə olması, kəfən açıldıqda meyitin kəskin çürümə dəyişikliyinə məruz qalması aşkar edilmiş boyunun ön səthində qırtlaq qığırdağının yuxarı kənar səviyyəsindən başlayaraq öndən arxaya, aşağıdan yuxarıya doğru çəp qalxan istiqamətdə gedərək, qulaq seyvanının sırğalıq nahiyəsindən 5 santimetr aşağıdan keçməklə boyunun yan səthində sona çatan təkqat, şırımının eni 0,4-0,5 santimetr olan dəri səviyyəsindən cüzi aşağı stranqulyasiya şırımı, sol qalça çuxuru nahiyəsində üzərində cərrahi tikiş sapları olan əməliyyat kəsiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli, 31 nömrəli rəydən görünür ki, X1 meyiti müayinə olunarkən onun boynunun ön səthində qırtlaq qığırdağının yuxarı kənarı səviyyəsindən başlayaraq, öndən-arxaya, aşağıdan-yuxarıya çəp qalxan istiqamətdə gedərək, sağ və sol qulaq seyvanının sırğalıq nahiyəsindən 5 sm aşağıdan keçməklə, boyunun arxa səthində qapanan təkqat stranqulyasiya şırımı aşkar edilmişdir. Həmin şırım asılma zamanı boyun orqanlarının ilgəklə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş kəndirlə sıxılması nəticəsində törənmişdir, həyatidir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir. X1 bədən səthində stranqulyasiya şırımı istisna olmaqla, kəskin çürümə dəyişiklikləri fonunda digər xəsarət və xəsarət izi aşkar edilməmişdir. X1 ölümünə səbəb asılma zamanı boyun orqanlarının ilgəklə, ola bilsin ki, ekspertizaya tədim edilmiş kəndirlə sıxılmasından törəyən asfiksiya olmuşdur. Gecikmiş meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X10 ölümü meyitin qəbirstanlıqda müayinəyə başlanmasından 12-18 gün əvvəl baş vermişdir. X10 meyiti kəskin çürümə dəyişikliyinə məruz qaldığından və ürək boşluqlarında qan olmadığından ölümündən əvvəl onun qanında etil spirtinin, narkotik vasitələrin və ya psixotrop maddələrin izinin olubolmamasını təyin etmək mümkün olmamışdır. Meyiti kəskin çürümə dəyişikliyinə məruz qaldığından onun arxa keçəcək dəliyi tamlığının pozulub-pozulmamasını təyin etmək mümkün olmamışdır. X11 hamiləlik aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-xətşünaslıq ekspertizasının 25 iyul 2023-cü il tarixli 3-16-16/2-4/1198 nömrəli rəyindən görünür ki, müqayisəedici tədqiqat zamanı müəyyən edilmiş uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan yazıların eyni bir şəxs, X17 tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas vermişdir. Ekspertizaya təqdim edilmiş, şərti 1 nömrəli miləmil şagird dəftər vərəqi üzərində “X38 Məmmədova Elnar tərəfinən şantaş olunuram...” sözləri ilə başlayıb, “.... məni bu dərəciyə o gətirdi hədə qorxularıynan” sözləri ilə bitən məktubdakı yazılar və şərti 2 nömrəli miləmil şagird dəftər vərəqi üzərində “Canım qızım Dənizim mamasının hər şeyi ....” sözləri ilə başlayıb, “.... məni sənən ayırani mənim kimi olsun. Qızım dənizə” sözləri ilə bitən yazılar; üzərində “Məmmədova Nərmin Vİ b İİ” yazıları olan dəftərin üzlük hissəsindəki və 1-ci vərəqində “4 oktyabr 2010 cu il İİ varyant...” sözləri ilə başlayıb, “...4) xeyr” sözləri ilə bitən yazılar, 2-ci vərəqində “14 oktyabr 2010 cu il İİ variant...” sözləri ilə başlayıb, “... = 9/24” sözləri ilə bitən rəqəmlər, 3-cü vərəqində “b) ¾+2 ...” sözləri ilə başlayıb, “...101/2 sözləri ilə bitən rəqəmlər, 4-cü vərəqində “10/3, 2/6/7...” sözləri ilə başlayıb, “...17/10=16” sözləri ilə bitən rəqəmlər, 5-ci vərəqində “13/22...” sözləri ilə başlayıb, “...neçə manat düşürdü.” Sözləri ilə bitən yazılar, 6-cı vərəqində “miyası 1..” sözləri ilə başlayıb, “...qiymətini tapın” sözləri ilə bitən yazılar, 7-ci vərəqində “4-7,65...” sözləri ilə başlayıb, “...1/3 sözləri ilə bitən rəqəmlər, 8-ci vərəqində “2)(-39-2.8)...” sözləri ilə başlayıb, “... 0, s n” sözləri ilə bitən yazılar, 9-cu vərəqində “4/9/27/10...” sözləri ilə başlayıb, “...Həlli.” sözləri ilə bitən yazılar, 10-cu vərəqində “C/y/A/D...” sözləri ilə başlayıb, “...5 sm və 35m” sözləri ilə bitən yazılar, 11-ci vərəqində “olun iki darə...” sözləri ilə başlayıb, “...=140” sözləri ilə bitən rəqəmlər, üzərində “Nərmin” yazıları olan dəftərin üzlük hissəsindəki və 1-ci vərəqində “iyirmi səkiz oktyabr 2010 cu il...” sözləri ilə başlayıb, “...heyvanlar yuvalarına çəkilir” sözləri ilə bitən yazılar, 2-ci vərəqində “ona altı fevral 2011ci il...” sözləri ilə başlayıb, “... sənə yemək gətirməkdən” sözləri ilə bitən yazılar, 3-cü vərəqində “Ala qarğa...” sözləri ilə başlayıb, “ bu diczyalar” sözləri ilə bitən yazılar, 4-cü vərəqində “Qafqaz dağlarından...” sözləri ilə başlayıb, “... Məmmədov olmuşdur” sözləri ilə bitən yazılar, üzərində “F.Ələkbərov adına xanalar kənd orta Məktəbinin Vİ b X17 ədəbyatdan yoxlama yazı” yazıları və dəftərin 1-ci vərəqində “iyirmi oktyabr 2010-cu il...” sözləri ilə başlayıb, “...Dasdanda maraqlı qollarda biridir.” Sözləri ilə bitən yazılar, dama-dama dəftər vərəqi üzərində “X42 ....” sözləri ilə başlayıb, “... Dəniz xanıx off bu qiz” sözləri ilə bitən yazılar, dama-dama dəftər vərəqi üzərində “F.ələkbərov adına...” sözləri ilə başlayıb, “.... 38/48” sözləri ilə rəqəmlər – eyni bir şəxs, X17 tərəfindən icra olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə kompüter-texniki ekspertizasının 02 avqust 2023-cü il tarixli, 5-983 nömrəli rəyindən görünür ki, 1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli “**********00117, **********00117” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A12 markalı “SM-A125F/DSN” modelli “**********09721, **********09725” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2. Tədqiq olunan “Samsung Galaxy A23 markalı, “SM-A235F/DSN” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio Fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu. Tədqiq olunan “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu. 3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli və “Samsung Galaxy A12” markalı “SM-A125F/DSN” modelli mobil smartfonların yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto\. Audio, video fayllar, “WhatsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. 4. Təqdim edilmiş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, çıxan və buraxılmış səsli zənglər və qəbul olunmuş, çıxan, buraxılmış video zənglər) mübadilələri müəyyən olunmuş, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. 5. Təqdim edilmiş “Samsung Galaxy A12” markaı “SM-A125F/DSN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp” proqram təminatı müəyyən olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixoloji ekspertizasının 21 avqust 2023-cü il tarixli 32 nömrəli rəyindən görünür ki, X1 ölümündən əvvəlki fərdi psixi xüsusiyyətlərini təyin etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əsaslanaraq X17 ölümündən əvvəlki dövrdə əhvalın aşağı enməsi (depressiv vəziyyət) şəklində psixi-emosional hal keçirmişdir. Bu hal onun intihar etməsi ilə şərtlənmişdir. Cinayət işində olan 1 saylı şərti məktuba əsaslanaraq (xx.xx.2023-cü il tarixli 3-16-16/2-4/1198 saylı məhkəmə-xətşünaslıq ekspertizası rəyi tərəfindən təsdiq edilmiş) X11 ekstremal psixi vəziyyətin yaranma səbəbi Təqsirləndirilən şəxs onu intim şəkillərlə şantaj etməklə, həmçinin ona qarşı zorakılıq hərəkətləri etməklə sənəd imzaladaraq ondan 5000 (beş min) manat pul mənimsəmək istəməsi, həmçinin Dəniz adlı uşağının əlindən almaqla hədələməsi ilə əlaqəli ola bilər. Cinayət işinin materiallarına əsaslanaraq Təqsirləndirilən şəxs X2 qarşı amansız rəftar etdiyini, onun ləyaqətini alçaltdığını, yaxud da ona hədə-qorxu gəldiyini söyləməyə əsas verir. X12 qarşı törədilmiş bu növ hərəkətlər mərhumun özünü öldürməsinə səbəblərdən biri ola bilərdi. X1 özünü öldürməsi Təqsirləndirilən şəxs tərəfindən ona 5000 manat pul borcu olduğuna dair iltizama imza etdirib həmin məbləğdə pulu ondan hədə-qorxu yolu ilə tələb etməsi və rüsvayedici məlumatlarının yayılaraq insanlar arasında şəxsi nüfuzu şərəf və ya ləyaqətini alçaldılması ilə əlaqəli ola bilər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks-məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 31 avqust 2023-cü il tarixli, 540 nömrəli rəyindən görünür ki, İ. 1. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəliyi aşkar edilmir. İ. 2. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlərə malikdir. İİ. 1. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında hərəkətinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur, ANLAQLİ olmuşdur. İİ. 2. Hazırda Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. İİ. 3. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. İİ. 4. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs adi emosional vəziyyətdə olmuşdur. İİ. 5. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İİ. 6. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd ağ rəngli kənd təsərrüfatı təyinatlı press kəndiri və X1 istifadəsində olmuş “Samsung Galaxy A23” markalı 01 ədəd mobil telefon, 08 iyun 2023-cü il tarixli protokolla Şahid8 tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş oğlu Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında, əşyanın götürülməsi haqqında 04 iyun 2023-cü il tarixli protokolla zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş 01 ədəd disk, X1 ölümündən qabaq yazmış olduğu, ölümünün səbəbkarının Təqsirləndirilən şəxs olması və qızı Dəniz Məmmədovaya vəsiyyət etməsi məzmununda 02 ədəd məktub (əlyazma), 04 iyun 2023-cü il tarixli müqayisəli tədqiqat üçün sərbəst yazı (xətt) nümunələrin götürülməsi haqqında zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən könüllü olaraq istintaqa təqdim edilərək götürülmüş üzərində X5 tərəfindən icra edilən yazı qeydləri olan 01 ədəd damalı dəftər vərəqi, X10 istifadəsində olmuş “+**********66” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs isitifadəsində olan “+**********88” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk, məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 01 ədəd disk, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən Faiq Ələkbərov adına Xanallar kənd tam orta məktəbinin direktoru Elnarə Mustafayeva tərəfindən təqdim edilmiş, içərisində X17 tərəfindən icra edilmiş yazı qeydləri olan 03 ədəd yoxlama yazı dəftəri və 01 ədəd sınaq yazı işi vərəqəsi isə cinayət işi materiallarında əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən sənədə baxış keçirilməsi haqqında 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxışı aparılan “Şəmkir rayon polis şöbəsinin X40 gətirilmiş şəxslərin qeydiyyatı” kitabında qaytanlanmış və tikilmiş 100 səhifə vardır. Kitabın son səhifəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 117 nömrəli zərflər üçün möhürü vardır. Kitabın hər bir səhifəsində 1-ci sütunda “Sıra №-si”, 2ci sütunda “Gətirilmiş şəxsin soyadı, adı və atasının adı” 3-cü sütunda “anadan olduğu il, ay, gün və vətəndaşlığı”, 4-cü sütunda “yaşayış yerinin ünvanı, şəxsiyyəti bildirən sənəd, seriya və nömrəsi kim tərəfindən gətirilmişdir və nə vaxt”, 5-ci sütunda “iş (təhsil) yeri, tutduğu vəzifə”, 6-cı sütunda “nəyə görə gətirilmişdir (hüquq pozuntusunun vaxt, yeri, şəraiti)”, 7-ci sütunda “kim tərəfindən gətirilmişdir”, 8-ci sütunda “ gətirilmənin tarixi və saatı”, 9-cu sütunda “hansı tədbirlər görülmüşdür, yaxud haraya göndərilmişdir”, 10-cu sütunda “ azad etmənin (göndərilmənin) tarixi və saatı) sözləri qeyd edilmişdir. Həmin kitabdan 2023-cü ilin yanvar və fevral ayı ərzində Şəmkir rayon polis şöbəsinin X40 gətirilmiş şəxslərin adına baxış keçirilmiş, həmin dövrü əhatə edən kitabın çıxarış edilmiş 1–6-cı səhifələrində “Təqsirləndirilən şəxs” və “X17” adlarına rast gəlinməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli məktubundan görünür ki, X10 Şahid7 qarşı aliment tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(076)-2865/2022 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Şəmkir rayon Qeydiyyat Şöbəsinin 12 avqust 2023-cü il tarixli, 3- 16-518-426 nömrəli məktubundan görünür ki, X10 nikahı haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamış, öhdəliyində X23 adlı bir uşağı olduğu aşkar edilmişdir. Dəniz Məmmədovanın doğum haqqında akt qeydi isə atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə RMX PHŞ-dən verilən xx.xx.2023-cü il tarixli 225№-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın poliklinika şöbəsində narkoloji və psixatrik kabinetdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Şəmkir rayonu Düzqışlaq Kənd İƏD üzrə nümayəndəlikdən verilən xx.xx.2023-cü il tarixli, 145№li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Düzqışlaq kəndində qeydiyyatda olmaqla xx.xx.2006-cı il təvəllüdü oğlu Fazil Məmmədov, xx.xx.2008-ci il təvəllüdlü oğlu Ayxan Məmmədov və xx.xx.2016-cı il təvəllüdlü oğlu Hüseyn Məmmədov ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakter olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Nərmin Məmmədovanın ondan əvvəl tanımadığı şəxslə sevgi münasibətinin olması, həmin şəxsdən ehtiyacı olduqda pul alması, pulu ondan geri qaytarmasını tələb edib qaytarmayacağı təqdirdə həmin şəxsdə olan çılpaq şəkilləri yayması rüsvay olacağından qorxduğu üçün Nərmindən 5.000 manat pul tələb etməsi, Nərminin rüsvay olmaqdan qorxduğu üçün ondan 5.000 manat pul borca alması, pulu Nərminə verən zaman Nuriyyənin onları kənardan müşahidə etməsi, Nərminin özünün şantaj edildiyi şəkilləri “bluetooth” vasitəsilə Elnarın mobil telefonuna göndərməsi, aldığı borcu 2023-cü ilədək qaytarması barədə söz verməsi, lakin 2023-ü il mart aprel aylarında istədikdə pulu ona qaytara bilməməsi, Nərmin Məmmədovanın ona 5.000 manat pul borcunun olmasına dair iltizama Nərmin Məmmədovaya zor göstərməklə imza etdirməsinin həqiqətə uyğun olmamasını dair dəlillər məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmadığı və həmçinin cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və əlavə edilmiş video-foto çəkilişlərlə və maddi sübutlarla təkzib olunduğuna görə həmin hissəsinə tənqidi yanaşıb inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin hüququndan istifadə edərək xüsusilə ağır cinayət əməlinə görə ağır cəzadan yayınmaq məqsədilə verməsi və özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə araşdırılmış digər sübutlarla biryerdə götürüldükdə mühüm əhəmiyyət kəsb edən mərhum zərərçəkmiş şəxsin öz əlyazma ilə yazdığı işin hallarını və ölüm həddinə çatdırılmasının səbəblərini ehtiva edən əlyazma və səs yazılarından mərhum zərərçəkmiş Nərmin Məmmədovanın məhz sair cəhət psixoloji asılılıq vəziyyətində olduğu Təqsirləndirilən şəxs tərəfindən edilmiş hədə-qorxu (övladının əlindən alınması, barəsində rüsvayedici məlumatlar, çılpaq şəkillərini yayılma hədəsi) nəticəsində öz həyatına son qoyduğunu sübut edir. Cinayət işi üzrə təqsirləndirilən şəxsə verilmiş digər ittiham isə hədə-qorxu ilə tələb etmə ilə əlaqədardır ki, bu da yuxarıda qeyd edildiyi kimi mərhum zərərçəkmiş şəxsin əlyazma ilə yazdığı maddi sübut hesab edilən əlyazmalar, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı ifadəsində özünümüdafiə üçün göstərdiyi əsaslardan biri Nərminin ondan əvvəl yaxın münasibətdə olduğu naməlum şəxsdən borca pul alması, sonradan da həmin şəxsin Nərmini çılpaq şəkilləri ilə şantaj etməsi və ondan verdiyi borc pul daxil olmaqla 5000 (beş) min manat pul istəməsi, həmin pulu da özünün Nərminə verməsi və sonradan istədiyi pulun da məhz həmin pul olmasına münasibətdə qeyd edir ki, həmin hal məhkəmə baxışında təqsirləndirilən şəxsin öz ifadəsindən başqa digər hər hansı sübutla təsdiq edilməmişdir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhkəmə baxışında da ibtidai istintaqda olduğu kimi tam səmimi olmamışdır ki, həmin hal şəxsin özünü ifşa etmədə sərbəstlik hüququ ilə bağlı olduğundan məhkəmə həmin halı cəza təyinində nəzərə almayacaq. Məhkəmənin iş materialları, tədqiq edilmiş sübutlara əsasən gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi Nərmin Məmmədovanın yaxın münasibətdə olduğu “naməlum şəxs”” məhz onun özü olmuşdur. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs mərhum Nərmin Məmmədova ilə yaxın münasibəti sonuncunun əri ilə qaynata evindən ayrılıb təqsirləndirilən şəxsə məxsus evdə yaşadığı müddətdə yaranmış, əri ilə münasibətlərinin soyuq olması ilə bağlı, zərərçəkmiş şəxsin zəif iradə və psixoloji vəziyyətindən istifadə edib ona qayğı və diqqət göstərərək münasibət yaratmış, sonradan isə həmin səmimi münasibət sevgiyə çevrilmiş və aralarında mütəmadi olaraq cinsi yaxınlıqla müşayiət olunan, mənəvi-psixoloji asılılıqla nəticələnmişdir. Belə ki, əksər cinayət işləri üzrə şübhəli və təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı könüllü olaraq verilən ilkin ifadə və izahatlar adətən hadisədən dərhal sonra verildiyindən ifadə verən (şübhəli və təqsirləndirilən ) şəxs hadisəni olduğu kimi, obyektiv əlamətlərlə qavradığı kimi təsvir etməyə çalışır, həmin vaxt onda məsuliyyəti yüngüllləşdirmək, yaxud yayınmaq meyilləri daha az olur. İstintaqın sonrakı mərhələsində xüsusilə istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində şəxsin olduğu mühit və sonrakı dövrdə törədilmiş əməlin hərtərəfli qavranılması isə şəxsi özünümüdafiəyə daha çox meylləndirməklə hadisəni təhrif etməyə (artırıb-azaltmağa) yalan danışmağa uydurmağa (müxtəlif ssenarilər yaratmağa) sövq edir. Təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi 2023-cü il yanvar-fevral aylarında mərhum zərərçəkmiş şəxslə Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində əkin sahələrinin yaxınlığında öz avtomobilində bir yerdə olarkən, Şəmkir RPŞ X40 aparılması orada qanunsuz saxlanılması, ondan 1000 (bir min) manat pul istədiklərinə görə Nuriyyə Məmmədovaya zəng edib bu barədə məlumat verdikdən sonra sonuncunun ona taksi ilə 900 manat pul göndərməsi, polis əməkdaşlarına 850 manat pul verdikdən sonra bölmədən buraxılmaları, Nuriyyə Məmmədovanın qonşuluqda yaşayan sələmə pul verən Səidə adlı qadından faizə götürdüyü pulun özü tərəfindən verilməsi, Nərminə aralarındakı görüş zamanı Gəncə şəhərində 100 manat pul versə də, qalıq 50 manat hissəni də Nuriyyənin istəməsi ibtidai araşdırma zamanı kifayət qədər araşdırılmadığından və cinayət xarakterli halları ehtiva etdiyindən, lakin hazırki iş üzrə məhkəmə baxışının predmeti olmadığından aidiyyəti üzrə araşdırılaraq müvafiq qərar qəbul edilməsi üçün Şəmkir rayon Prokurorluğuna göndərilməsini qanunauyğun sayılır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X14 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir və O həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əvvəl məhkum olunmamasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinə əsasən təqsirkardan.....sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə təkrar törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndilən şəxsin tərətdiyi əməlin mənəvi tərəfini-yəni cəmiyyətdə formalaşmış əxlaqi dəyərlərə olan qəsdi, insanlarda ikrah hissi yaratmasını və ictimai rezonansa səbəb olaraq qınaqla qarşılanmasını və buna münasibətdə cəzanın ümumi xəbərdaredici funksiyasının həyata keçməsindəki rolunu da nəzərə alıb, maddələrin sanksiyalarda nəzərdə tutulmuş həddə cəza təyinini ədalətli və qanunamüvafiq sayır. Həmçinin nəzərdən qaçırılmamalıdır ki, mərhum zərərçəkmiş şəxsin himayəsində fakitiki olaraq ata himayəsindən məhrum olmuş və hazırda da ana qayğısına ehtiyacı olan, nənəsinin himayəsində qalan azyaşlı körpə qız övladı var. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125 və 182.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş orta həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ...ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzacəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Şəmkir rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon, X1 istifadəsində olmuş “Samsung Galaxy A23” markalı 01 ədəd mobil telefon müvafiq olaraq təqsirləndirilən şəxsin yaxın qohumlarına və zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, xx.xx.2023-cü ildə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd ağ rəngli kənd təsərrüfatı təyinatlı press kəndiri məhv edilməli, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən təqdim edilmiş içində səsyazmalar olan 01 ədəd CD disk, X10 ölümündən əvvəl yazdığı ölümünün səbəbkarının Təqsirləndirilən şəxs olması və qızı Dəniz Məmmədovaya vəsiyyət etməsi məzmununda 2 ədəd əlyazma məktub, yazı qeydləri olan 01 ədəd damalı dəftər vərəqi, içərisində X17 tərəfindən icra edilmiş yazı qeydləri olan 03 ədəd yoxlama yazı dəftəri və 01 ədəd sınaq yazı işi vərəqəsi cinayət işi materiallarında saxlanılsın, X10 istifadəsində olmuş “+**********66” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd, və məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 01 ədəd olmaqla ümumilkdə 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan əlavə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkili Müdafiəçi 50(əlli) saat həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 300 (üç yüz) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçrilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 180 (bir yüz səksən manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 125-ci maddəsi ilə 5 (beş) il müddətinə, CM-nin 182.2.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş Şəmkir rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon, X1 istifadəsində olmuş “Samsung Galaxy A23” markalı 01 ədəd mobil telefon müvafiq olaraq təqsirləndirilən şəxsin yaxın qohumlarına və zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, xx.xx.2023-cü ildə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd ağ rəngli kənd təsərrüfatı təyinatlı press kəndiri məhv edilsin, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən təqdim edilmiş içində səsyazmalar olan 01 ədəd CD disk, X10 ölümündən əvvəl yazdığı ölümünün səbəbkarının Təqsirləndirilən şəxs olması və qızı Dəniz Məmmədovaya vəsiyyət etməsi məzmununda 2 ədəd əlyazma məktub, yazı qeydləri olan 01 ədəd damalı dəftər vərəqi, içərisində X17 tərəfindən icra edilmiş yazı qeydləri olan 03 ədəd yoxlama yazı dəftəri və 01 ədəd sınaq yazı işi vərəqəsi cinayət işi materiallarında saxlanılsın, X10 istifadəsində olmuş “+**********66” mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş 1 ədəd, məhkəmə kompüter-texniki ekspertizasından daxil olmuş 01 ədəd olmaqla ümumilkdə 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 180 (bir yüz səksən manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.