Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-197/2025 11.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1975-ci il tarixdə Quba şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-156/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gün hissəsi azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 05 (beş) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 (iki) ay 07 (yeddi) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Quba şəhəri, H.Əliyev prospekti, ev 196, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, saxlamaq, daşımaq və satmaq niyyəti ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, şəxsiyyəti istintaqa məlum olmayan tanışı «Qədir» adlı şəxslə, eləcə də sonuncunun qohumu kimi özlərini təqdim edən və şəxsiyyətləri istintaqa məlum olmayan bir nəfər qadın və bir nəfər kişi olmaqla iki nəfər şəxslə qabaqcadan razılaşıb əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra öz aralarında cinayət rollarını bölüşdürüb «WhatsApp» internet sosial şəbəkə vasitəsi ilə «Qədir» adlı şəxslə, eləcə də digər bir nəfər qadınla danışdıqdan sonra Samux rayonu, İnstitut qəsəbəsi, Bağmanlar küçəsi, Atabəylər prospekti yolunda yerləşən “Köhnə zapravka” adlanan yerdə, qırmızı kərpicli hasarın arxa tərəfində yarımtikilinin içərisində gizlətmiş olduğu içərisində 1 (bir) ədəd xeyli miqdarda qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 49,900 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,964 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzəriləri yapışqanlı lentlə sarınmış 6 (altı) ədəd külli miqdarda qara rəngli polietilen torbalarda ayrıayrılıqda 1770 qram, 1750 qram, 1735 qram, 1635 qram, 1720 qram və 1430 qram olmaqla ümumi təmiz çəkiləri 10040 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd sintetik bazar çantasının məkanını (konumunu) və fotoşəkillərini fayl formasında «WhatsApp» mobil tətbiqi vasitəsilə istifadəsində olan nömrəsinə göndərdikdən sonra xx.xx.2024-cü il tarixdə Samux rayonuna gəlməklə göstərilmiş ünvanda həmin yeri məkan (konum) və fotoşəkilə əsasən tapıb ona göndərilmiş xeyli miqdarda olan narkotik vasitə tiryək, külli miqdarda olan narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan sintetik bazar çantasını götürüb qəsdən satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıyarkən həmin tarixdə saat 04:05-də Samux rayonu, İnstitut qəsəbəsi, Bağmanlar küçəsi, Atabəylər prospektində yerləşən “Köhnə zapravka” adlanan yerdə, qırmızı kərpicli hasarın arxa tərəfində yarımtikilinin yaxınlığında Samux RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq Samux şəhəri, Heydər Əliyev prospekti 85 ünvanında yerləşən Samux RPŞ-nin inzibati binasına gətirilib əlində daşıdığı sintetik bazar çantasına videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin çantada satış məqsədi ilə əldə edib saxladığı 1 (bir) ədəd xeyli miqdarda qara rəngli polietilen kəsiyi bükümündə təmiz 49,900 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 1 (bir) ədəd külli miqdarda şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,964 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzəriləri yapışqanlı lentlə sarınmış 6 (altı) ədəd külli miqdarda qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda 1770 qram, 1750 qram, 1735 qram, 1635 qram, 1720 qram və 1430 qram olmaqla ümumi təmiz çəkiləri 10040 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasında olarkən “Qədir” adlı şəxslə tanış olmuş və sonuncu ilə münasibəti yaranmışdır. Saxlanılmamışdan qabaq İran İslam Respublikasına məxsus nömrədən ona zəng gəlmiş və telefonu açdıqda bir nəfər qadın “Qədir” adlı tanışının bacısı olduğunu demişdir. Həmin qadınla danışıq zamanı sonuncuya narkotik vasitə istifadə etdiyini demiş, həmin qadın isə ona narkotik vasitə göndərə biləcəyini söyləmiş, o da qadınla razılaşaraq bir qədər şəxsi istifadəsi üçün narkotik vasitə göndərməsini demişdir. Bundan sonra o, yaşadığı Quba şəhərindən Xaçmaz şəhərinə getmiş, orada dustaq yoldaşı olmuş Şahid1 avtomobilinin etibarnaməsinin müddətinin bitdiyini və bunun üçün Bakı şəhərinə getməli olduğunu bildirib, onunla birlikdə gəlməsini xahiş etmişdir. Sonuncu da onunla razılaşmış və taksi kimi fəaliyyət göstərən tanışı Fərruxa zəng edərək onları Bakı şəhərinə aparmasını demişdir. Bundan sonra o, Şahid1 və Şahid2 ilə birlikdə Bakı şəhərinə Gənclik metro stansiyasının yaxınlığına getmişlər. Bakı şəhərinə gedərkən yolda iranlı ilə danışmış və sonuncu narkotik vasitəni həmin əraziyə qoyacağını demişdir. Bakı şəhərində olarkən iranlı qadın narkotiki oraya qoymağının alınmayacağını, Gəncə şəhəri ərazisinə qoya biləcəyini demişdir. Bundan sonra o, Tərlan və Fərruxa avtomobilin etibarnaməsinin Tovuz rayonunda qeydiyyatda olduğunu deyərək oraya getməli olduğunu bildirmişdir. Onlar birlikdə Gəncə şəhərinə yola düşmüşlər. İranlı qadın ona narkotik vasitəni qoyduğu yerin məkan məlumatını göndərmişdir. Samux rayonuna çatdıqdan sonra Fərruxa avtomobili saxlamasını demiş və iranlı qadının ona göndərdiyi məkanda göstərilən köhnə yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Oraya daxil olan kimi 5-6 nəfər polis əməkdaşı onu tutmuş, sonra isə “aeroport” çantasını üzərinə qoymuşlar. Həmin vaxt səhhəti pis olduğundan sadəcə çantanın içərisində “nəşə” olduğunu bilmişdir. Polis əməkdaşları ona heç nə etməsələr də, onunla birlikdə gəlmiş uşaqların arxasınca xidməti silahdan atəş açmışlar. O da bunu görüb həmin uşaqların getməsi qarşılığında çantanı üzərinə götürmüşdür. İranlı qadınla danışığına əsasən Bakı şəhərindən 2-3 qram “kokos” götürməli olmuş, lakin orada narkotik vasitəni götürməsi alınmadığı və bunun üçün Gəncə şəhərinə getməli olduğundan götürməli olduğu narkotik vasitənin çəkisi sonradan 10 qram olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, İranlı qadınla “WhatsApp” mobil tətbiqi vasitəsilə danışmış və razılaşmaya əsasən 5 qram “kokos” və 5 qram “patı” götürməli olmuşdur. Sonuncu ona əlavə olaraq “gül” qoymağını da təklif etsə də o, bununla razılaşmamışdır. Narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmiş, İranlı qadınla razılaşmalarına əsasən narkotik vasitəni şəxsi istifadəsi üçün götürməli olmuş, həmin maddədən də heç kimə satmaq məqsədi olmamışdır. Narkotik vasitənin qramına görə iranlıya 25-30 manat verəcəkmiş, çünki 10 qram narkotik vasitə aldığı üçün ümumilikdə 250-300 manat pul göndərməli idi. İranlı qadının əvvəlcədən ona atdığı şəkildən narkotik vasitənin kiçik ölçüdə olması görünmüşdür. Həmin qadın əvvəlcə ona “Qədir” adlı şəxsin bacısı olduğunu desə də, sonradan sonuncunun Qədirin bacısı olmadığını məlum olmuşdur. Çünki “Qədir” narkotiklə məşğul olmamışdır. O, Samux rayonuna Tərlan və Fərruxla birlikdə getmiş, Fərrux taksi sürücüsü olmuş, Tərlanı isə cəza çəkmə müəssisəsindən tanımışdır. O, səhhətinin tez-tez pisləşdiyini bildiyi üçün həmin şəxslərdən onunla birlikdə gəlməsini istəmişdir. Tərlan və Fərruxun narkotik vasitəni götürmək üçün Bakı, daha sonra Tovuz şəhərlərinə getməkləri barədə heç bir məlumatı olmamışdır. Polis əməkdaşları onu döyməmiş, İranlının ona göndərdiyi məkana tək getmiş, həmin vaxtı Fərrux və Tərlan avtomobildə gözləmişlər. Polis əməkdaşlarının nə üçün silahdan atəş açdıqlarını bilməmiş, çünki həmin vaxt onu yarımtikilinin içərisinə salmışlar. Ola bilsin ki, yaranmış səs-küyə uşaqlar gəlmiş, bu zaman da polislər atəş açmışlar. Polis əməkdaşları onu yarımtikilinin qarşısında tutub içəri salmışlar və içərisində narkotik vasitə olan çantanı polis əməkdaşları özləri götürmüşdür. Polislər ona ümumi ifadələrlə psixi təzyiq göstərmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitələrdən, psixotrop maddələrdən və güclü təsir edən dərmanlardan istifadə etmişdir. Yaşadığı evdə arvadı və azyaşlı övladı ilə birlikdə qalmışdır. Əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-in 221 və 234-cü maddələri ilə məhkum olunmuş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində 01 il 03 ay azadlıqdan məhrumetmə cəzasına cəzası verilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 02 ay 07 gün vaxtından əvvəl azad edilərək həbsdən çıxmışdır. İstifadəsində ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuşdur. 2014-cü il tarixdə o, cəzaçəkmə müəssisəsindən çıxan zaman demişlər ki, “Hepatit-C” xəstəliyinə yoluxmuş, o da müalicə olunmaq qərarına gəlmiş və buna görə həmin ildə, yəni xatırladığı qədəri ilə 2014-cü ildə İran İslam Respublikasına müalicə üçün getmişdir. Həmin ərəfələr o, müalicə olunmuş və orada müalicə vaxtı Qədir adlı şəxslə tanış olmuşdur. Həmin şəxs əslən azərbaycanlı olmuşdur. O, sonuncunun mobil nömrəsini götürmüş, çünki aralarında münasibət yaranmışdır. Qədir xatırladığı qədəri ilə Təbriz şəhərində qalmış, lakin o, sonuncunun soyadını və ünvanını dəqiq bilməmişdir. Aradabir necə olarsa danışmışlar. Tutulmamışdan qabaq, yəni 10 gün əvvəl onun mobil telefonuna «WhatsApp» mobil tətbiqi proqramına zəng gəlmiş, nömrə İran İslam Respublikasına məxsus olmuş, o, telefonu açan zaman tanımadığı bir qadın ona Qədirin qohumu olduğunu demiş və aralarında söhbət davam etmişdir. O, həmin qanının adını və +98-991-147-4712 mobil nömrəsini telefonun kontaktında “Şebbam Xuseyn” kimi yazmış, Qədirin adını və +**********37 nömrəsini isə “Elman Naseri” kimi yazmışdır. Həmin qadının nə adını, nə soyadını, nə də ki ünvanını bilməmiş, sadəcə olaraq Qədirin qohumu kimi tanımışdır. O, həmin İranlı olan qadınla danışmağa başlamış, aralarında münasibət yaranmış, yaşayış vəziyyətindən bir qədər gileylənən zaman söhbət əsnasında o, narkotik vasitələrin istifadəçisi olduğunu demiş, münasibətlər yaxşı olduğundan həmin qadın da bir dəfə ona tanışları vasitəsilə bir qədər narkotik vasitə verə biləcəyini demişdir. O, etiraz etməmiş və qadınla razılaşmışdır. Həmin qadınla söhbət edən zaman sonuncu ona demişdir ki, narkotik vasitəni Bakı şəhərində bir yerə qoydura bilərmiş, həmin yerin də fotoşəkilini və məkanını (konumunu) onun mobil telefonuna göndərəcəkmiş ki, o, gedib götürsün. 18 yanvar 2024-cü il tarixdə günorta təxminən saat 13 radələrində o, iranlı qadınla «WhatsApp» mobil tətbiqi proqramı ilə səsli danışmış və sonuncu ona Bakı şəhərinə getməsini və orada olan zaman narkotik vasitələrin fotoşəkilini və məkanını (konumunu) ona atacağını demişdir. O da yaşadığı Quba rayonundan Xaçmaz rayonuna getmiş ki, oradan da Bakı şəhərinə getsin. Xaçmaz rayonunda tanışı və dustaq yoldaşı olmuş Şahid1 ilə parkda təsadüfən görüşmüş və bir qədər sonuncu ilə söhbət etmişdir. Həmin vaxtı Bakı şəhərinə tək getməyi fikirləşsə də, Tərlanla söhbət edərkən ona məxsus “Qaz 5312” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı maşına görə etibarnamənin vaxtı bitdiyinə görə Bakı şəhərinə getməli olduğu üçün tək getməməyə görə sonuncuya onunla getməyi təklif etmiş, Tərlan da boş-bekar adam olduğu üçün etiraz etməmişdir. Xaçmaz rayonunda Tərlan taksi tanışı olan Şahid2 kimi bildiyi şəxsə zəng edərək sonuncunu çağırmışdır. Fərrux özü Şabran rayonunda qalmış, buna görə də Tərlanın zəngindən bir müddət sonra onların yanına gəlmiş, onları Bakı şəhərinə aparıb gətirməyə görə 40 manata razılaşmışdır. Onlar Fərruxun “Opel Astra” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinə getmişlər. “Şamaxinka” adlanan yerə çatan zaman o, taksi sürücüsünə Gəncliyə sürməsini demiş, sonuncu da həmin metroya tərəf sürmüşdür. Gənclik Bakı şəhərindən digər istənilən yerə yaxın olduğu üçün o, özü ora sürdürmüş ki, həmin vaxtı ona konum gəlsə gənclik tərəfdən tez çatsın. Gənclik metrosunda bir müddət gözləmiş, uşaqlara dönər alıb vermiş, həmin vaxt yaddaşa “Şebbam Xuseyn” adı ilə qeyd etdiyi qadınla danışmış və sonuncuya narkotik vasitəni qoyacağı yerin fotoşəkilini, ya da konumunu, məkanını atmasını demişdir. Ancaq elə olmuş ki, iranlı qadın ona həmin yerin fotoşəkilini ata bilməmişdir. Ona görə də o, Bakı şəhərindən narkotik vasitəni götürə bilməmişdir. “Şebbam Xuseyn” adlı qadın isə narkotiki Gəncə şəhərinə qoyacağını, həmin şəhərə çatan kimi xəbər etməsini və ona narkotiki götürəcəyi məkanı göndərəcəyini demişdir. O da həmin qadına “Gəncə şəhərinə getməkdənsə, İrana gələrəm” demiş, qadın isə ona “Bakıda alınmayacaq” demişdir. Bundan sonra o, Tərlana etibarnamə verən şəxsin Tovuz rayonunda qeydiyyatda olduğunu və həmin rayona getməli olduğunu demişdir. Tərlan birinci olaraq etiraz etsə də o, israr etdiyi üçün və əlavə olaraq hər bir adam görə 25 manat pul verəcəyi üçün onunla razılaşmışdır. Daha sonra onlar Gəncə şəhərinə yola düşmüşlər. “Şebbam Xuseyn” adlı qadın ona çantada 30 qram heroin, bir neçə qram tiryək və 10 qram patı olacağını, həm də hədiyyə olaraq “gül”, yəni qurudulmuş marixuana da verəcəyini demişdir. Onun iranlı qadınla danışdığını nə Tərlan, nə də ki, taksi sürücüsü bilməmişdir. Yolboyu o, ümumi söhbətlər etmiş, Tovuz rayonu, Qovlar qəsəbəsində yaşayan Pənah adlı şəxsin ondan xəbərsiz ona məxsus maşını götürüb apardığını demiş, həmin vaxt o, həbsdə olmuş və xəbəri olmamış, bununla bağlı məhkəmə olmuş və məhkəməni udmuş, ona pul verməli olduğunu demişlər. Beləliklə o, Tərlan və sürücünü maşın məsələsinə görə getdiyini inandırmışdır. Təxminən saat 03:30 radələrində Samux rayonu ərazisinə daxil olan zaman o, “Şebbam Xuseyn” adlı qadınla danışmış və ona narkotik vasitə olan çantanın fotoşəkilini və konumunu (məkanını) mobil telefonda «WhatsApp» mobil tətbiqi proqramına göndərmişdir. O, məkan ilə taksi sürücüsünə yol göstərmiş, bəhanə olaraq da demiş ki, guya onun burada yaşayan qohumu var, ondan əlüstü pul götürməli imiş. Samux rayonu, İnstitut qəsəbəsi ərazisində, Atabəylər prospekti yolunda dayanmışlar. Həmin vaxt “Şebbam Xuseyn” adlı qadının qardaşı kimi təqdim etdiyi bir kişi ilə danışmış, sonuncu ona qadının qardaşı olduğunu demiş, ancaq o, bütün işləri qadınla görmüş, həmin şəxs sonradan onunla danışmışdır. Gəldikləri həmin yerlərin adını konumda naviqatorda yazmış, daha sonra o, avtomobildən düşmüş, arxasınca isə siqaret çəkmək üçün Tərlan düşmüş, o, Tərlandan qabaqda gedərək qırmızı hasarın qurtaracağında göy rəngli təkərli dəmir zibil qablarının yanından içəri keçmişdir. İçəridə yarımtikili olmuş və o, piyada tək olaraq yarımtikilinin içərisinə daxil olmuşdur. Sonradan bilmiş ki, həmin yerə “Köhnə zapravka” adlanan yanacaq-doldurma məntəqəsi olmuşdur. Həmin tikiliyə daxil olan zaman üzəri şifer qırığı və karton kağızla örtülü bir şey görmüş, həmin şiferi götürən zaman isə “moskva sumkası” adlanan ağ-qara rəngli çanta-torba görmüşdür. Həmin çanta-torbanı götürüb çıxan zaman tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatının olduğunu demişlər və onlarla birlikdə Samux Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. O da etiraz etməyək polislərlə birlikdə Samux RPŞ-yə getmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, təhqiqatçının təklifindən sonra əlində olan çantatorbanı təqdim edib içərisində narkotik vasitələr olduğunu demişdir. Çanta-torbaya baxış keçirilərkən 6 ədəd qara rəngli, üzəri yapışqanlı lentlə sarınmış torbalarda narkotik vasitəyə oxşar kütlə aşkar edilərək elektron tərəzidə çəkilmiş və ümumilikdə təmiz çəkisi 10,73 kiloqram, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmiş və çəkisi 53,4 qram, eləcə də 6,1 qram çəkidə psixotrop maddə metamfetamin da aşkar edilmişdir. Qeyd edilən kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı, tiryəki və psixotrop maddə metamfetamini Samux rayonu, İnstitut qəsəbəsi, Bağmanlar kəndi, “Köhnə zapravka” adlanan yerdə qırmızı kərpicli hasarının arxa tərəfində yarımtikilinin içərisində olan “moskva sumkası” adlanan ağ-qara rəngli çantadan əldə etmiş, “Şebbam Xuseyn” adlı İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən qadın ona «WhatsApp» mobil tətbiqi proqramına həmin çantanın fotoşəkilini və konumunu (məkanını) göndərmiş, çantada heroin, tiryək və metamfetamin olduğunu demiş, həm də hədiyyə olaraq “gül”, yəni qurudulmuş marixuana qoyacağını demiş, sumkada 30 qram heroin, bir neçə qram tiryək və 10 qram patı olacaqmış, həm də hədiyyə olaraq “gül”, yəni qurudulmuş marixuana da qoyacaqmış. Ondan aşkar edilən narkotik vasitənin bu qədər olacağını bilməmişdir. Aşkar edilən narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olmamış, heç kimə satmamış, öz istifadəsi üçün üzərində saxlamış, yanında olan Tərlan və Fərrux adlı şəxslərin onun narkotik vasitə dalınca getməsindən xəbərləri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları ibtidai istintaq zamanı elan edilmiş məzmunda ifadə verməyini dedikləri üçün həmin formada ifadə vermişdir. Polis əməkdaşı Şahid3 onu döyməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Samux RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərişdir ki, xx.xx.2024-cü il tarixdə Azad adlı şəxsin narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onlar dərhal təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirərək Samux rayonu, İnstitut qəsəbəsi, Atabəylər prospektində yolun sol kənarındakı zibil qutularının yanında əlində çanta ilə birlikdə hərəkətə başlayan Azad adlı şəxsə yaxınlaşıb saxlamışlar və çantanın içərisində nə olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs çantanın içərisində narkotik vasitə olduğunu demişdir. Bundan sonra onlar sonuncunu polis şöbəsinə dəvət etmişlər və orada video çəkiliş əsasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Çantanın içərisində narkotik vasitə olan marixuana və tiryək, həmçinin psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ona məxsus olmuş, məzmunu sonuncunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və alqı-satqısı ilə məşğul olması barədə olmuşdur. Aşkar edilmiş narkotik vasitələr çantanın içərisində ayrı-ayrı bağlamalarda, yəni marixuana 5-6, tiryək 1, metamfetamin də 1 bağlamada olmuşdur. Marixuananın çəkisi digərlərinə nisbətən daha çox olmuşdur. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs şifahi sorğu zamanı iranlı ilə danışdığını və çantanın iranlı tərəfindən göndərildiyini bildirmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmiş, yaxınlaşarkən də sonuncu tək olmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncu taksi ilə gəldiyini demiş, həmin vaxtı səhər radələri olduğu üçün yolda hərəkət olmamış, yolunun kənarında isə sadəcə bir avtomobil hərəkətə hazır vəziyyətdə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobillə gəldiyini dedikdən sonra onlar taksi sürücüsünü də polis şöbəsinə dəvət etmişlər. Taksi sürücüsünün yanında başqa bir nəfər də olmuş, həmin şəxslərin hər ikisi Təqsirləndirilən şəxs nə məqsədlə Samux rayonuna gəldiyini bilmədiklərini demişlər. Təqsirləndirilən şəxsla birlikdə Samux rayonuna gələn şəxslərə heç bir təzyiq göstərilməmiş, sonuncular onların dəvəti əsasında öz avtomobilləri ilə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmiş, əməliyyat tədbiri zamanı xidməti silahdan istifadə olunmamış, narkotik vasitələrin hamısı təqsirləndirilən şəxsin üzərindəki çantadan aşkar edilmişdir. Təqsirləndirilən şəxs da içərisində narkotik vasitə olan çantanı götürməmişdən qabaq deyil, çantanı götürüb hərəkətə başladıqdan sonra saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci il tarixdə tutulan zaman tanış olmuşdur. Şahid2 isə təxminən iki ay əvvəl tanımış, sonuncu “Opel Astra” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, Bakı-Xaçmaz taksisi işləmiş, bir dəfə xatırlamadığı gündə Xaçmaz rayonundan Bakı şəhərinə gedərkən Fərruxla tanış olmuşdur. O, hər ehtimala qarşı Bakı şəhərinə gedərkən Fərruxla getməsi üçün sonuncunun nömrəsini götürmüşdür. İstifadəsində ***-***-**-** mobil nömrə olmuşdur. O, Fərruxla istifadəsində olan ***-***-**-** mobil nömrə ilə iki-üç dəfə əlaqə saxlamışdır. 18 yanvar 2024-cü il tarixdə təxminən saat 13 radələrində o, Xaçmaz rayonunda parkda olan zaman təsadüfən Azadla rastlaşmışdır. Bir qədər söhbət edəndən sonra söhbət əsnasında sonuncu ona “Qaz 5312” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı maşını olduğunu, etibarnaməsinin müddətinin bitdiyini və Bakı şəhərinə getdiyini bildirib tək getməmək üçün onunla getməyi təklif etmişdir. O da işləmədiyi üçün getməyə etiraz etməmiş və razılıq vermişdir. Xaçmaz rayonunda Şahid2 zəng edərək harada olduğunu və onunla bərabər başqa bir tanışının Bakı şəhərinə getmək istədiyini demiş, Fərrux isə indi gələ biləcəyini demiş, o da Azadla gözləmişdir. Bir müddət sonra Fərrux gəlmiş və onları Bakı şəhərinə aparıb gətirməyə görə 40 manata razılaşmışdır. Onlar Bakı şəhərinə yola düşmüşlər. “Şamaxinka” adlanan yerə çatan zaman X10 sürməsini demiş, sonuncu da Gənclik metrosuna sürmüşdür. Gənclik metrosunda bir müddət gözləmişlər və gec olduğundan o, dönər almışdır. Bundan sonra Azad ona etibarnamənin Tovuz rayonunda qeydiyyatda olduğunu və Tovuz rayonuna getmək lazım olduğunu demişdir. O da birinci olaraq etiraz etmiş, lakin Azad israr etmiş ki, onunla birlikdə getsin, onu tək buraxmasın, həm də taksi sürücüsünü özü razı salsın. O da Fərruxla söhbət etmiş və sonuncunu razı salmışdır. Bundan sonra onlar Gəncə şəhərinə yola düşmüşlər. Yolboyu ümumi söhbətlər etmişlər, Azad ona, özündən xəbərsiz və özünə məxsus maşını Tovuz rayonu, Qovlar qəsəbəsində yaşayan Pənah adlı şəxsin götürüb apardığını, həmin vaxtı özünün həbsdə olduğunu, xəbəri olmadığını, bununla bağlı məhkəmə olduğunu və məhkəməni udduğunu demişdir. Onlar Gəncə şəhərinə naviqator vasitəsilə getmişlər. Gəncə şəhəri ərazisinə daxil olan zaman təxminən saat 03:30 radələri olmuşdur. Yolda bir dəfə ayaqyoluna getmək üçün dayanmışlar. Gəncə şəhərinə təxminən 100 km qalmış Azad Samux rayonuna keçmək lazım olduğunu və orada olan tanışından pul götürəcəyini demişdir. Onlar Samux rayonunu tanımadıqları üçün naviqator qoşmuşlar və Samux rayonu İnstitut qəsəbəsinə gəlmişlər, bir dəfə də yolu ikinci səfər gəlmişlər. Azad yolu yadına sala bilmədiyini demiş, Fərrux da naviqatora baxıb Samux rayonunun özünə 6-7 km məsafə qaldığını demişdir. Axırda onlar əsəbiləşmiş və Fərrux avtomobili saxlayıb Azadın özünün düşüb piyada tapmasını və necə olur ki öz qohumunun evini tanımadığını demişdir. Bundan sonra Azad avtomobildən düşmüş, arxasınca isə o düşmüş, Azad yolu o biri tərəfə keçmiş, o isə avtomobilin arxa tərəfindən torpaqlıq bir yerdə hasarın dibinə keçmiş ki, həm ayaqyoluna getsin, həm də siqaret çəksin. Bir qədər keçmiş yolun o biri tərəfindən hasarın arxasından səs-küy gəldiyini eşidib yolu keçmək istəyən zaman həmin vaxt tanımadığı şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib polis olduqlarını demişlər və onu Samux Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da heç nə başa düşməmiş və polis əməkdaşları ilə Samux RPŞ-ya getmişdir. Onunla bərabər Azad və Fərruxu da saxlamışlar və onlar üçü də polis şöbəsinə gəlmişdir. Samux RPŞ-də sən demə Azad Fərruxa və ona hər şeyi yalan dediyini və kiminləsə danışıb narkotik götürməyə gəldiyini öyrənmişdir. X14 şəhərinə gələn zaman ona öz mobil telefonunda hansısa bir maşının etibarnaməsini göstərirmiş ki, o, inansın. Onun əvvəldən heç nədən xəbəri olmamış, o, Azada etibar edib güvənərək Gəncə şəhərinə gəlmişdir. Sonradan həm də məlum olmuşdur ki, sən demə Azad ondan istifadə edib Fərruxu da razı saldırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bağırov X3 Tərlan İslam oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/93 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 49,900 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 2) Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,964 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 3) Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan bazar çantasında üzəriləri yapışqanlı lentlə sarınmış 6 (altı) ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda 1770 qram, 1750qram, 1735 qram, 1635 qram, 1720 qram və 1430 qram olmaqla, ümumi təmiz çəkisi 10040 qram bitki mənşəli kütiələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 4) Tiryək və metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1ci siyahısının İİ bəndinə daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 270 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 74 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Onun “Emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli və kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, yalan danışmağa və özündən uydurmağa meyilli deyildir, hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə adi psixi emosional vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 04:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 04:05-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əlində olan çantanı təqdim edərək içərisində narkotik vasitə marixuana və tiryək, psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya baxış zamanı içərisində 06 (altı) ədəd bağlamada ilk görünüşdən narkotik vasitə marixuanaya bənzər kütlə, 01 (bir) ədəd bükümdə ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 (bir) ədəd bükümdə ilk görünüşdən narkotik vasitə tiryəkə bənzər kütlə olması aşkar edilmişdir. İçərisində marixuanaya bənzər kütlələr olan 06 (altı) ədəd bağlama elektron tərəzidə çəkildikdə 10,73 kiloqram, içərisində tiryəkə bənzər kütlə olan 01 (bir) ədəd büküm çəkildikdə 53,4 qram və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 (bir) ədəd büküm çəkildikdə 6,1 qram olması müəyyən edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs üzərindən iki ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs əlində olan çantandan aşkar edilmiş narkotik vasitələr, psixotrop maddələr və iki ədəd mobil telefonlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə marixuana və heroin, eləcə də psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran vətəndaşından aldığını, içərisində narkotik vasitələr dolu olan torbanı İran vətəndaşı ilə danışdığı yerdən götürmək istəyən zaman polis əməkdaşlarının onu saxladığını, narkotik vasitələri yaşadığı evə aparıb az-az istifadə etmək niyyətinin olduğunu, saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, xx.xx.2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan tanımadığı qadının göndərdiyi məkandan (konumdan) içərisində narkotik vasitə heroin və tiryək, psixotrop maddə metamfetamin olan çantanı götürdüyü yeri və saxlanıldığı şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A03” markalı mobil telefonun yaddaşında İran İslam Respublikasına məxsus +98-***-***-**-** mobil nömrənin “Şebbam Xuseyn” adı ilə, “Qədir” adlı İran İslam Respublikası vətəndaşına məxsus +98-***-***-**-** mobil nömrənin isə “Elman Naseri” adı ilə yaddaşa verildiyi aşkar edilmişdir. Mobil telefondakı “WhatsApp” mobil tətbiqinə daxil olduqda “Şebbam Xuseyn” adı ilə qeydiyyata alınmış +98-***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında şəxsi axtarış zamanı sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə dair ümumi danışıqlar olduğu, sonuncuların bir-birinə qarşılıqlı səs yazıları göndərdikləri, “Şebbam Xuseyn” adı qadının Təqsirləndirilən şəxs 9-10 kiloqrama yaxın “gül”, yəni narkotik vasitə marixuana göndərdiyini, külli miqdarda göndərdiyi marixuanaya görə verməli olduğu pulu tez bir zamanda göndərməsini, telefonlara cavab verməsini, telefona cavab verməməsinin səbəbini bildirməsini, telefona cavab vermədiyi və göndərdiyi narkotik vasitənin pulunu vermədiyi halda onu ifşa edəcəyini bildirdiyi, eləcə də Təqsirləndirilən şəxs həmin qadına narahat olmamasını və sonuncunun göndərdiyi məkana çatdığını söylədiyi aşkar edilmişdir. Həmçinin “Şebbam Xuseyn” adı qadının “WhatsApp” mobil tətbiqində Təqsirləndirilən şəxs Samux rayonunda sonuncunun götürməli olduğu narkotik vasitənin qoyulduğu yerin şəkillərini göndərdiyi və şəkillərdə ox işarəsi ilə narkotik vasitələrin yerinin dəqiq göstərildiyi aşkar edilmişdir. Eyni zamanda “Şebbam Xuseyn” adı qadının qardaşı kimi təqdim etmiş şəxslə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrə dair danışıqlar olduğu, sonuncuların bir-birinə qarşılıqlı səs yazıları göndərdikləri, həmin şəxsin Təqsirləndirilən şəxs “Şebbam Xuseyn” adı qadının ona 9-10 kiloqrama yaxın narkotik vasitə marixuana göndərdiyini, həmin qadının göndərdiyi narkotik vasitələrə görə pulu ödəmədiyi halda onu ifşa edəcəyini söylədiyi aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia 1280” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diksə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsinə aid məlumatlara baxdıqda həmin nömrənin xx.xx.2024-cü il tarixdə gecə saatlarında antena dairəsinin Samux rayonu, Nəbiağalı kəndi ərazisində olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadə etməsi, gəzdirməsi, satışı və satış məqsədi ilə əldə etməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə etməsində, istifadə etməsində, üzərində gəzdirməsində, satışında və satış məqsədi ilə əldə etməsində şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə etməsində, istifadə etməsində, üzərində gəzdirməsində, satışında və satış məqsədi ilə əldə etməsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 04:05-də Samux rayonu, Bağmanlar kəndində, köhnə yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Samux RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 49,900 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, 01 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 5,964 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və üzəriləri yapışqanlı lentlə sarınmış 06 (altı) ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda ümumi təmiz çəkisi 10040 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi müəyyən edilmiş, “Qədir” adlı şəxsin, eləcə də İran İslam Respublikasından olan bir nəfər qadının və özünü qadının qardaşı kimi təqdim edən bir nəfər kişinin şəxsiyyətini və ünvanını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-156/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif tarixlərdə 05 (beş) dəfə məhkum olunmuş və həmin əməllərinə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gün hissəsi azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 05 (beş) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 (iki) ay 07 (yeddi) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanasının poliklinika şöbəsinin narkoloji kabinetində 2000-ci il tarixdən “tiryək narkomaniyası” diaqnozu ilə, psixiatrik kabinetində isə xx.xx.2007-ci il tarixdən “psixiopatiya emosional davamsız tip pozuntusu” diaqnozu ilə qeydiyyatadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba RİH başçısının Quba şəhər İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı – xx.xx.1981-ci il təvəllüdlü X1, övladı – xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə Quba şəhəri, Heydər Əliyev prospekti 196, mənzil 14-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA4152250 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X8 adlı azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 49,700 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,860 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10039,4 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Samux RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, eləcə də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A03” markalı mobil telefon, həmin telefonda quraşdırılmış “WhatsApp” mobil tətbiqində aşkar edilmiş səs yazıların köçürüldüyü 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Samux RPŞ-nin MSY-nə daxil olarkən həkim müayinəsindən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək İranlı qadının ona göndərdiyi məkana getsməsinə baxmayaraq, içərisində narkotik vasitə olan çantanı yarımtikilidən götürə bilmədiyini, polis əməkdaşlarının onu çantanı götürməmişdən əvvəl saxladıqlarını, çantanı polis əməkdaşlarının özlərinin götürdüklərini, İranlı qadınla aralarında olan razılaşmaya əsasən 5 qram heroin və 5 qram metamfetamin götürməli olduğunu, ona görə çantanın içərisində 10 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuananın olmasından xəbərinin olmadığını, polis əməkdaşlarının onu döymədiyini, lakin psixi təsir göstərdiklərini və onunla birlikdə gəlmiş şəxslərin arxasınca xidməti silahdan atəş açdıqlarını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində İranlı qadının ona göndərdiyi məkana gedərək Samux rayonu, İnstitut qəsəbəsi, Bağmanlar küçəsi, Atabəylər prospekti yolundakı “Köhnə zapravka” adlanan yerin yaxınlıqda yerləşən yarımtikilinin içərisinə daxil olduğunu, üzəri şifer qırığı və karton kağızla örtülü bir şey gördüyünü, şiferi götürən zaman “moskva sumkası” adlanan ağ-qara rəngli çanta gördüyünü və həmin çanta götürüb çıxan zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyni, heç kimin onun üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymadığını, çantadan aşkar edilən narkotik vasitələrlə psixotrop maddənin özünə məxsus olduğunu və “WhatsApp” mobil tətbiqindən danışdığı İranı qadının ona göndərdiyi məkana gedib həmin maddələri götürdüyünü göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadələrini oxuduğunu, onun sözləri ilə doğru yazıldığını, hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. İzahatla ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona qarşı psixi zorakılıq hallarına yol verdiyini, eləcə də onunla birlikdə gəlmiş şəxslərə qarşı xidməti silahdan istifadə edərək atəş açdıqlarını göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Ümumiyyətlə də ibtidai istintaq materiallarında əvvəldən sonadək Təqsirləndirilən şəxs onunla birlikdə gəlmiş şəxslərə qarşı polis əməkdaşlarının xidməti silahdan istifadə edərək atəş açdıqlarını göstərməsi öz təsdiqini tapmamış, həmin xüsusatı Təqsirləndirilən şəxs ilk dəfə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlində olan çantanı təqdim edərək içərisində narkotik vasitə marixuana və heroin, psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantaya baxış zamanı içərisində 06 (altı) ədəd bağlamada ilk görünüşdən narkotik vasitə marixuanaya bənzər kütlə, 01 (bir) ədəd bükümdə ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 (bir) ədəd bükümdə ilk görünüşdən narkotik vasitə tiryəkə bənzər kütlə olması aşkar edilmişdir. Şifahi sorğu-sual Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə marixuana və heroin, eləcə də psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran vətəndaşından aldığını, içərisində narkotik vasitələr dolu olan torbanı İran vətəndaşı ilə danışdığı yerdən götürmək istəyən zaman polis əməkdaşlarının onu saxladığını, narkotik vasitələri yaşadığı evə aparıb az-az istifadə etmək niyyətinin olduğunu, saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, bədənində hər hansı xəsarətin olmadığını, əksinə səhhəti ilə əlaqədar polis əməkdaşlarının ona köməklik etdiklərini, narkotik vasitə marixuananın 10 kiloqram olmasını bilmədiyini, İranlı qadının marixuananı artıq çəkidə qoyduğunu, həmin qadınla danışaraq Samux rayonuna gəlib yrımtikilidən çantanı özünün götürdüyünü, çantanın içərisindən aşkar edilmiş narkotik vasitələrdən xəbərinin olduğunu, lakin marixuananın həmin çəkidə olmasını bilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Eyni zamanda təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək tutulan günü üzərindən aşkar edilmiş çantanı götürdüyü yeri əyani olaraq göstərib ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onu içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı götürməmişdən əvvəl saxladıqlarını və həmin çantanı sonuncunun özlərinin götürdüyü göstərsə də, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş “Samsung Galaxy A03” markalı mobil telefondakı “WhatsApp” mobil tətbiqindən aşkar edilmiş “Şebbam Xuseyn” adı şəxsin ona göndərdiyi çantanın qoyulduğu yerin fotoşəkilini Təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair protokola əlavə edilmiş fotocədvəldəki yarımtikilinin şəkili ilə qarşılıqlı müqayisə etdikdə görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs yarımtikilinin içərisində olarkən “Şebbam Xuseyn” adı şəxsin ona mobil tətbiqində göndərdiyi çantanın olduğu eyni yeri, yəni yarımtikilinin eyni küncünü əli ilə işarə edib çantanı məhz həmin yerdən götürdüyünü göstərmişdir. Bu hal isə bir daha Təqsirləndirilən şəxs içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı məhz elə özünün götürməsinə dəlalət edir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 ilə Şahid4 ifadələrində Təqsirləndirilən şəxs içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanı götürüb yarımtikilidən çıxan zaman saxladıqlarını, həmin vaxtı çantanın məhz sonuncunun əlində olduğunu, hər hansı polis əməkdaşının da əməliyyat tədbiri zamanı xidməti silahdan istifadə edərək atəş açmadığını göstərmişlər. Habelə məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 da ifadələrində polis əməkdaşlarının onlara qarşı xidməti silahdan istifadə edərək atəş açdıqlarını təsdiq etməmişlər. Hətta iş materiallarında olan həm Samux RPŞ-dən, həm də 2 saylı İstintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə isitntaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar edilmiş çantanın içərisində narkotik vasitə marixuananın 10 kiloqrama yaxın olmasını bilmədiyini göstərsə də, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş “Samsung Galaxy A03” markalı mobil telefondakı “WhatsApp” mobil tətbiqindən aşkar edilmiş “Şebbam Xuseyn” adı şəxslə aralarında olan yazışmaya dair səs yazılarından aydın görünür ki, səsi göndərən qadın Təqsirləndirilən şəxs 9-10 kiloqram çəkidə marixuana qoyduğunu açıq aydın bildirmiş, Təqsirləndirilən şəxs isə həmin qadına “Çatdım da day, çatdım”, “Çatdım mən, çatmışam” deyə cavab vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ona səsli mesaj göndər qadına cavab verməsi onun həmin qadının əvvəl göndərdiyi səsli mesajları oxumasına və götürəcəyi çantanın içərisində külli miqdarda, yəni 10 kiloqrama yaxın çəkidə narkotik vasitə marixuana olmasını bilməsinə dəlalət edir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində saxlanılarkən üzərindən aşkar edilmiş çantanı götürməmişdən əvvəl polislər tərəfindən saxlanıldığını və ona qarşı psixi zorakılığa yol verildiyini göstərsə də, iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də şahidlərin ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çantanı yarımtikilidən götürdükdən sonra polislər tərəfindən saxlanılması, yəni saxlanılarkən içərisində narkotik vasitələrlə psixotrop maddə olan çantanın artıq onun əlində olması və ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməməsi tam olaraq sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) və tiryək narkotik vasitə, siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 500 qramdır; tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,5 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 50 qramdır; metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/93 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin ümumi təmiz çəkisi xeyli miqdar təşkil etsə də, narkotik vasitə qurudulmuş marixuana ilə psixotrop maddə metamfetaminin ümumi təmiz çəkiləri ayrı-ayrılıqda külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən iki növ narkotik vasitənin və bir növ psixotrop maddənin aşkar edilməsi, narkotik vasitə qurudulmuş marixuana ilə psixotrop maddə metamfetaminin ayrı-ayrılıqda çəkilərinin külli miqdar təşkil etməsi, marixuananın çəkilib altı ədəd bağlamaya bükülməsi, həmçinin Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana ilə psixotrop maddə metamfetaminin də aşkar edilməsinə baxmayaraq, onun narkotik vasitə olan tiryəkdən, yəni üzərindən aşkar edilmiş yalnız bir növə aid narkotik vasitədən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitə ilə psixotrop maddəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində xeyli miqdarda narkotik vasitə tiryək, külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olan çantanı bir təyinat nöqtəsindən digər təyinat nöqtəsinə daşımaqdan ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi əldə etdiyi narkotik vasitə ilə psixotrop maddənin satışından onun payına düşən müəyyən məbləğdə pul vəsaitini götürməli olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-156/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gün hissəsi azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla 05 (beş) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 (iki) ay 07 (yeddi) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu xx.xx.2024-cü il tarixdə, azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi az ağır cinayət hesab olunan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu xx.xx.2025-ci il tarixdə başa çatır. Göründüyü kimi, az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qəti cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablamaqla iki il keçməmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməli törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalı, lakin Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayətə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi və qəti cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu cinayət əməlini törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 37 (otuz yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 222 (iki yüz iyirmi iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 49,700 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,860 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10039,4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A03” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, “Samsung Galaxy A03” markalı mobil telefonda quraşdırılmış “WhatsApp” mobil tətbiqində aşkar edilmiş səs yazıların köçürüldüyü 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 270 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən əllilik dərəcəsi olduğuna görə Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 yanvar 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 222 (iki yüz iyirmi iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 49,700 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,860 qram psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 10039,4 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy A03” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. “Samsung Galaxy A03” markalı mobil telefonda quraşdırılmış “WhatsApp” mobil tətbiqində aşkar edilmiş səs yazıların köçürüldüyü 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-197/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-197/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver