Məhkəmə qərarları › İş №1(100)-198/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-198/2020

24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-198/2020 24.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X20, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Şəmkir rayonunun, Seyfəli kəndində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İİ qrup əlil, Şəmkir rayonu Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Şəmkir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(076)-48/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürməklə digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla 3 nəfəri, o cümlədən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 2 nəfər azyaşlını qəsdən öldürməyə, yəni iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də yandırmaqla və ağır nəticələrə səbəb olmaqla özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 2019-cu ilin noyabr ayından başlayaraq ailədaxili problemlərlə bağlı aralarında olan narazılığa görə onunla birgə Şəmkir rayonunun Seyfəli kəndində yerləşən evdə yaşayan xx.xx.1988-ci il təvəllüdlü X35 və xx.xx.1988-ci il təvəllüdlü gəlini Zərərçəkmiş şəxs2 heç bir hüquqi əsası olmadan evdən çıxmalarını dəfələrlə tələb etmiş, Şəmkir rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Əkbər Vəliyev və Zərərçəkmiş şəxs2 qarşı azyaşlı uşaqları və əşyaları ilə birlikdə onun yaşadığı evindən çıxarılması tələbinə dair iddiasının əsassız hesab edilməsini bildikdən sonra, evdən çıxmamaları səbəbindən qisas alıb onları, yəni iki və daha çox şəxsi ümumi təhlükəli üsulla yandırmaqla qəsdən öldürmək qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün 2019-cu ilin dekabr ayında istintaqla müəyyən edilməyən tarixdə Bakı-Qazax avtomagistral yolunun 392-ci kilometrliyinin Şəmkir rayonu ərazisindən keçən hissəsində yerləşən “777” adlı yanacaq doldurma məntəqəsindən yanacaq məhsulu olan benzin alaraq gətirib evində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində gəlini tərəfindən evin dəhlizinə yığılmış ayaqqabıları təpikləyib yağışın altına atması ilə bağlı yenidən aralarında yaranmış sözlü mübahisə zamanı X35 və Zərərçəkmiş şəxs2 ona nalayiq ifadələr işlətməsindən hiddətlənərək, əvvəlcədən qətiləşdirdiyi cinayətkar niyyətini həyata keçirmək üçün evin giriş dəhlizində bir-birinə yaxın məsafədə olan X35, gəlini Zərərçəkmiş şəxs2 və yataq otağında yatan azyaşlı nəvəsi, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2017-ci il təvəllüdlü Vəliyev Ömər Əkbəroviç və həmin vaxt dəhlizə bitişik mətbəxdə yatan azyaşlı nəvəsi, xx.xx.2016-cı il təvəllüdlü X10 həyatlarını təhlükədə qoyduğunu dərk edib, bunu şüurlu şəkildə arzulayaraq iki və daha çox şəxsi xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə onlara qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq həmçinin arvadı Zərərçəkmiş şəxs1 gözləri qarşısında sonuncuya da əzab və iztirab verdiyini dərk edərək plastik vedrə ilə dolu olan benzini X35 və gəlini Zərərçəkmiş şəxs2 üzərinə, eləcə də evin içərisinə tökərək alışqanla od vurub diri-diri yandırmaqla Əkbər Vəliyevə sifətin, boynun, hər iki yuxarı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki aşağı ətrafların ümumi bədən səthinin 90-95%-ni əhatə edən İİİA-İİİB-İV dərəcəli termiki (alov) yanıqları ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkmiş şəxs2 bədən səthinin 40%-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı ətrafların, döş qəfəsinin ön səthinin, sol aşağı ətrafın İİ-İİİA-İİİB dərəcəli termiki yanıq yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt evin mətbəx otağında yatmış xx.xx.2016-cı il təvəllüdlü olmaqla azyaşlı olduğuna görə özünü müdafiə etmək və müqavimət göstərmək imkanı olmadığı üçün köməksiz vəziyyətdə olan Banu Vəliyeva bədən səthinin 60%-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı və aşağı ətrafların İİİA-İİİB-İV dərəcəli termiki yanıq yaraları, sağ əlin V barmağının yanıq yanığından sonrakı amputasiyası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almış, hadisədən sonra vəziyyətlərinin ağır olması ilə əlaqədar ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhəri, 5 saylı X8 Yanıq şöbəsinə köçürülmüş Əkbər Vəliyev xx.xx.2020-ci il tarixdə, saat 16:30-da almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi intoksikasiyası səbəbindən ölmüş, nəticədə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla X35i qəsdən öldürmüş, eləcə də ümumi təhlükəli üsulla iki və daha çox şəxsi, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı nəvələri Ömər Vəliyev və Banu Vəliyevanı, eləcə də gəlini Zərərçəkmiş şəxs2 diridiri yandırmaqla yaxın qohum olan şəxsləri bir-birilərinin gözləri qarşısında, onlara bununla xüsusi əzab və iztirab verdiyini dərk edib bunu arzulayaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməyə yönəlmiş əməlini azyaşlı olduğuna görə özünü müdafiə etmək və müqavimət göstərmək imkanı olmadığı üçün köməksiz vəziyyətdə olan Banu Vəliyevanın yanğın baş vermiş otaqdan nənəsi Zərərçəkmiş şəxs1 tərəfindən və evin arxa otağında yatmış, azyaşlı olduğuna görə özünü müdafiə etmək və müqavimət göstərmək imkanı olmadığı üçün köməksiz vəziyyətdə olan Ömər Vəliyevin isə anası Zərərçəkmiş şəxs2 tərəfindən həyətə çıxarılaraq həyatlarının qurtarılması, eləcə də gəlini Zərərçəkmiş şəxs2 və azyaşlı nəvəsi Banu Vəliyevanın vaxtında Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına, oradan da Bakı şəhəri, 5 saylı X8 Yanıq şöbəsinə çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində onların həyatlarının xilas edilməsi səbəbindən o, ümumi təhlükəli üsulla iki və daha çox şəxsi xüsusi amansızlıqla qəsdən öldürməkdə ifadə olunan niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, 3 şəxsi, o cümlədən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 2 nəfər azyaşlını qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bundan başqa, xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və daha çox şəxsi öldürmək niyyətilə benzini Şəmkir rayonu Seyfəli kəndində birgə yaşadıqları mübahisəli evə töküb yandırmaqla ümumi sahəsi 197,3 m2 olan orta təmirli, mişar daşından tikilmiş, dam örtüyünün taxta konstruksiyaların üzərinə vurulmuş şifer təbəqələrdən ibarət fərdi yaşayış evinin yanması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işləri ilə bağlı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Əkbər Vəliyevə birlikdə cəmi 49325,00 manat, həmçinin ayrı-ayrılıqda Zərərçəkmiş şəxs1 məxsus 18 adda əşyaların, yəni 10,00 manat dəyərində 1 ədəd “Domotec 5003” markalı elektrik çaynikin, 30,00 manat dəyərində 1 ədəd “SATORİ Sİ- 2010-VL” markalı ütünün, 25,00 manat dəyərində 1 ədəd “Saturn st-ec3802” markalı elektrik sobanın, 50,00 manat dəyərində 1 ədəd 2016-cı ildə alınmış birnəfərlik çarpayının, 400,00 manat dəyərində 5 ədəd çarpayının üzərində 2,5 uzunluğunda, 1,5 metr enində yun materialdan olan yorğanın, 80,00 manat dəyərində 4 ədəd qaz tükündən yığılmış balıncın, 150,00 manat dəyərində 2 ədəd uzunluğu 3 metr, Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 2 metr olan yun xalçanın, 80,00 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan 3 metr enində, 4 metr uzunluğunda tüklü buxov ədyalın, 25,00 manat dəyərində 5 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalının, 20,00 manat dəyərində 4 ədəd orta ölçüdə Türkiyə istehsalı olan istifadə olunmamış çay dəsmallarının, 5,00 manat dəyərində 1 ədəd müxtəlif ölçülü Türkiyə istehsalı olan dəmir materialdan olan qazanın, 55,00 manat dəyərində 12 cüt istifadə olunmuş dəmir materialdan olan çəngəl, bıçaq, qaşıq dəstinin, 18,00 manat dəyərində 12 ədəd Rusiya istehsalı olan xrustal stəkanın, 15,00 manat dəyərində 2 ədəd istifadə olunmuş dəmir çaynikin, 30,00 manat dəyərində 2 ədəd taxta materialdan olan oturacağın, 50,00 manat dəyərində 5 ədəd 2015-ci ildə alınmış yun materialdan olan uzunqol donun, 6,00 manat dəyərində 3 ədəd qısaqol köynəyin, 15,00 manat dəyərində 5 ədəd qadın xələtinin yanması nəticəsində cəmi 1064,00 manat, Zərərçəkmiş şəxs2 məxsus 23 adda əşyaların, yəni 250,00 manat dəyərində 1 ədəd 2015-ci ildə alınmış “İndesit” markalı soyuducunun, 250,00 manat dəyərində 1 ədəd 2017-ci ildə alınmış “İndesit” markalı paltaryuyan maşının, 100,00 manat dəyərində 1 ədəd 2015-ci ildə alınmış dəmir materialdan ikinəfərlik çarpayının, 50,00 manat dəyərində 1 ədəd 2016-cı ildə alınmış birnəfərlik çarpayının, 320,00 manat dəyərində 4 ədəd çarpayının üzərində 2,5 uzunluğunda, 1,5 metr enində yun materialdan olan yorğanın, 210,00 manat dəyərində 3 ədəd yun materialdan olan döşəyin, 80,00 manat dəyərində 4 ədəd qaz tükündən yığılmış balıncın, 450,00 manat dəyərində 3 ədəd uzunluğu 5 metr, Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 4 metr olan yun xalçanın, 80,00 manat dəyərində 2 ədəd Türkiyə istehsalı olan 3 metr enində, 4 metr uzunluğunda tüklü buxov ədyalın, 50,00 manat dəyərində 10 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalının, 1000,00 manat dəyərində 2007-ci ildə alınmış 20 metrlik Türkiyə istehsalı olan, istifadə olunmamış tül pərdənin, 15,00 manat dəyərində 3 ədəd müxtəlif ölçülü Türkiyə istehsalı olan dəmir materialdan olan qazanın, 60,00 manat dəyərində 1 ədəd 1982-ci ildə alınmış Rusiya istehsalı güzgülü trelyajın, 50,00 manat dəyərində 1 ədəd 2005-ci ildə alınmış 1 metr uzunluğunda 45 sm enində taxta materialdan olan tumbanın, 70,00 manat dəyərində 1 ədəd 1,80 m uzunluğunda, 1 metr enində 2010-cu ildə alınmış Rusiya istehsalı masanın, 120,00 manat dəyərində 8 ədəd taxta materialdan olan oturacağın, 120,00 manat dəyərində 1 ədəd 2,2 hündürlüyündə, 1,8 uzunluğunda taxta materialdan olan paltar dolabının, 300,00 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarli, hər birinin çəkisi 2,5 qram olmaqla, cəmi 5 qram çəkidə bir dəst qızıl sırğanın, 70,00 manat dəyərində Rusiya istehsalı olan, 375 əyarli, çəkisi 1,76 qram çəkidə bir ədəd qızıl sepin, 147,00 manat dəyərində Rusiya istehsalı olan, 583 əyarli, çəkisi 2,45 qram çəkidə bir ədəd qızıl üzüyün, 50,00 manat dəyərində 5 ədəd 2015-ci ildə alınmış yun materialdan olan uzunqol donun, 6,00 manat dəyərində 3 ədəd qısaqol köynəyin, 15,00 manat dəyərində 5 ədəd qadın xələtinin yanması nəticəsində cəmi 3863,00 manat, Əkbər Vəliyevə məxsus 9 adda əşyaların, yəni 100,00 manat dəyərində 1 ədəd 2017-ci il istehsalı olan taxta materialdan ikinəfərlik yataq çarpayısının, 210,00 manat dəyərində 3 ədəd yun materialdan olan döşəyin, 25,00 manat dəyərində 5 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalının, 15,00 manat dəyərində 5 ədəd müxtəlif rəngli Türkiyə istehsalı olan istifadə olunmuş orta ölçülü əl dəsmallarının, 100,00 manat dəyərində 1 ədəd 2 hündürlüyündə, 1,6 uzunluğunda taxta materialdan olan paltar dolabının, 40,00 manat dəyərində 2 ədəd 2016-cı ildə alınmış uzunqol gödəkçənin, 6,00 manat dəyərində 3 ədəd qısaqol köynəyin, 30,00 manat dəyərində 10 ədəd uzunqol yün köynəyin, 50,00 manat dəyərində 10 ədəd şalvarın, yanması nəticəsində cəmi 576 manat – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Əkbər Vəliyevə cəmi, 5503,00 manat məbləğində ziyanın vurulması ilə nəticələnən, ümumilikdə zərərçəkmiş şəxslərə 54828,00 manat məbləğində külli miqdarda ziyan vurmaqla və özgənin əmlakını qəsdən yandırmaqla bağlı baş vermiş güclü yanğın prosesində azyaşlı nəvəsinin həyatını qurtaran Zərərçəkmiş şəxs1 ümumi bədən səthinin 25-30%-ni əhatə edən sol said və bazu nahiyəsinin arxa səthinin, döş qəfəsinin, bel nahiyəsinin arxa səthinin, hər iki sarğı nahiyəsinin və hər iki budun yuxarı üçdə birinin arxa və iç səthinin İİ-İİİA-İİİB dərəcəli termiki yanıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alması ilə nəticələnən ağır nəticələrə səbəb olmaqla özgə əmlakını qəsdən məhv etmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməllərini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, maddi sübutlar və ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 120.2.9, 186.2.1 və 186.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək mülki iddiaları qəbul etməyərək, törətdiyi cinayət əməllərini etiraf edib ifadəsində göstərmişdir ki, həbs edildiyi günə qədər ailəsi ilə birlikdə özünə məxsus Şəmkir rayonunun Seyfəli kəndində yerləşən qanunsuz tikilmiş evdə yaşamışdır. Həmin evi 1984-cü ildə şəxsi vəsaiti hesabına tikdirmiş və orada yaşamağa başlamışdır. Hadisəyə qədər həmin evdə o, arvadı Zərərçəkmiş şəxs1, oğlu X20, qızı X9 və nəvəsi X11 qeydiyyatda olmuşlar. X25 ailə həyatı qurduqdan sonra həmin evdən köçüb getmişdir. Hadisədən əvvəl X35 və onun arvadı Zərərçəkmiş şəxs2 ilə münasibətləri yaxşı olmamış, aralarında uzun müddət narazılıq olmuşdur. Belə ki, X35 və arvadı Zərərçəkmiş şəxs2 nəyin bahasına olursa olsun onu öz evindən çıxarmaq istəmiş və bunun üçün əllərindən gələni etmişlər. X35 uzun illər bundan əvvəl aralarında olan narazılıqlara görə evdən çıxıb getmiş və həmin vaxtdan Daşkəsən rayonunda yaşamışdır. Həmin vaxtdan aralarında narazılıqlar olduğu üçün onunla əlaqəsini kəsmişdir. 2019-cu ilin noyabr ayında Əkbər arvadı və iki övladı ilə birlikdə onun razılığı olmadan evə qanunsuz daxil olaraq evində yaşamağa, evinə köçdükdən sonra mütəmadi olaraq onu incitməyə və təhqir etməyə başlamışlar. O, onların əlindən bezmişdir. Əkbər və arvadı Nərgiz ona evdə rahat yaşamağa imkan verməmiş, evdəki olan əşyalarını, evin ayna qapısını vurub sındırmış, çimmək üçün ona evin hamam otağına girməyə qoymamış, işığını və qazını kəsmişlər. O, onlara dəfələrlə evindən çıxmalarını bildirsə də, heç bir nəticə olmamışdır. Əkbər Vəliyevlə aralarında narazılıq olduğuna görə onunla bir evdə yaşaya bilməmiş, onlarla bir evdə yaşamaq dözülməz olmuşdur. Əkbər Vəliyevin və onun ailə üzvlərinin onun evində heç bir qeydiyyatı olmamış, Əkbər Vəliyev ona valideyn kimi hörmət etməmiş, mütəmadi olaraq nalayiq ifadələr işlətməklə onu və mərhum atası Əkbərin ruhunu təhqir etmişdir. Əkbərdən evdən çıxmasını dəfələrlə tələb etsə də, Əkbər evdən çıxmamış, əksinə zorla da olsa onu evdən çıxarmaq istəmişdir. Əkbərin məqsədi onu evdən çıxardıqdan sonra evi satıb borcunu ödəmək olmuşdur. Əkbər və onun ailəsinin evdən çıxması üçün əlindən gələni etmiş, onların evdən çıxmalarına dair iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Əkbər və arvadı Nərgiz öz evində ona rahat yaşamağa imkan vermədiklərinə və onu bezdirdiklərinə görə onları qəsdən öldürmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə yaşadığı evdən həyətə çıxan zaman evin qarşısındakı pilləkənin üzərində olan ayaqqabını təpiklədiyini görən Nərgiz həmin ayaqqabını palçığa bulaşdırıb onun yatdığı otağın pəncərəsinə yaxmışdır. Buna görə aralarında sözlə mübahisə başlamış, mübahisə zamanı Nərgiz və Əkbər nalayiq ifadələr işlətməklə onu təhqir etmişlər. Bu səbəbdən o, DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bir müddətdən sonra təhqiqatçı Şahid7 ona zəng etmişdir. Oğlu Əkbər, gəlini Nərgiz və arvadı Müşabə onun polisə zəng etdiyini bildikdçn sonra onunla mübaşisə etmiş və yatdığı otağın qapısını vurub qırmışlar. O, onlara irad bildirən zaman onlar daha da aqressiv şəkildə onu söyüb təhqir etmişlər. Təxminən saat 22 radələrində X35, Zərərçəkmiş şəxs2, azyaşlı nəvələri Banu Vəliyeva və Ömər Vəliyev evdə olan zaman o, 2019-cu ilin dekabr ayında Şəmkir rayonunda “777” adlı yanacaq doldurma məntəqəsindən aldığı və evin həyətindəki kartof damında saxladığı alüminium qabdakı təxminən 3-4 litr benzini evdən gətirdiyi plastik vedrəyə tökmüşdür. Bundan sonra ətrafa nəzər salıb, həyətdə kənar şəxslərin olmadığını görüb evə daxil olmuş və qabın içərisində olan benzinin bir hissəsini dəhlizə tökmüşdür. Oğlu Əkbər və gəlini Nərgiz evə benzin tökdüyünü görəndə mətbəxdən dəhlizə çıxmışlar. Nərgiz və Əkbər ona "sən də o ...... yoxdur ki bizi yandırasan" demiş, o isə onlara "məni bu dərəcəyə çatdırmayın, sizi indi yandıraram"-deyə cavab vermişdir. Gəlini Nərgiz onun və mərhum atası Əkbərin ruhunu pis-pis söyüşlərlə təhqir etdiyinə görə o, daha da əsəbiləşib qabdakı benzinin əksər hissəsini onların, yəni oğlu Əkbər və gəlini Nərgizin üzərinə töküb alışqanla od vurub onları diri-diri yandırmışdır. Bundan sonra o, evi tərk edib hadisə yerindən uzaqlaşmış, Şəmkir-Seyfəli avtomobil yolunun kənarında yerləşən çardağın altında oturub yağışın qurtarmasını gözləmiş, sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən polis əməkdaşı Şahid7 zəng edərək evi və ailə üzvlərini yandırdığını bildirmişdir. Daha sonra Şahid7 adını bilmədiyi polis əməkdaşları ilə birlikdə olduğu yerə gəlib onu polis şöbəsinə aparmışlar. Hadisə vaxtı arvadını öldürmək niyyəti olmamış, niyyəti yalnız oğlu və onun ailəsini öldürmək olmuşdur. Maddi subut kimi tanımış paltarları - 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd sarımtıl rəngli qısaqol köynəyi istəmir. Məhkəmədə iclasnda zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 mülki iddiasını müdafiə edərək ifadəsində göstərmişdir ki, yanğın baş verdiyi ev mərhum babası Əkbərin sağlığında tikilmişdir. Əkbər Vəliyev ailə həyatı qurduqdan sonra Rusiya Federasiyasına köçüb orada yaşamış, sonradan Azərbaycana qayıtmış və onlara məxsus evdə yaşamışdır. Salatın evli olmaqla ailəsi ilə birlikdə onlardan ayrı yaşamışdır. Hadisədən əvvəlki günlərdə X27 və onun arvadı Zərərçəkmiş şəxs2 atası Təqsirləndirilən şəxsla arasında mütəmadi olaraq ailədaxili narazılıqları, mübahisələri və münaqişələri olmuşdur. Buna səbəb isə atası Təqsirləndirilən şəxs Əkbəri və Nərgizi evdən çıxarmaq istəməsi olmuşdur. Vəli qardaşı və onun ailə üzvlərini evdən çıxarmaq üçün əlindən gələni etmiş, onlara zülm etmiş, evdə rahat yaşamağa imkan verməmiş, polisə əsassız şikayətlər etmişdir. Əkbər həmişə problem yaranmasın deyə atası Vəli ilə üzbəüz gəlməməyə çalışmışdır.xx.xx.2020-ci il tarixdə Bakı şəhərində olduğu vaxt gecə saatlarında əmisi oğlu Xəyal Yaqubov ona zəng vurub atası Təqsirləndirilən şəxs yaşadığı evini, eləcə də qardaşı Əkbər və Nərgizin üzərinə benzin töküb yadırmasını bildirmişdir. Hadisə vaxtı anası Müşabə və qardaşı qızı Banu da xəsarət almışlar. X27, Zərərçəkmiş şəxs2 və onun qızı Banu Vəliyeva aldığı yanıq xəsarətləri ilə bağlı Gəncə şəhərində yerləşən xəstəxanada ilk tibbi yardım aldıqdan sonra, xx xxxxx 2020-ci il tarixdə, anası Müşabə isə xx.xx.2020-ci il tarixdə müalicələrini davam etdirmək üçün Bakı şəhəri, 5 saylı X8 yanıq şöbəsinə köçürülmüşlər. xx.xx.2020-ci il tarixdə qardaşı Əkbər aldığı yanıq xəsarətlərinin təsirindən bədəninin 90%-dan çox hissəsi yandığından xəstəxanada ölmüşdür.Anası Müşabənin vəziyyəti normallaşsa da Zərərçəkmiş şəxs2 və qızı Banu Vəliyevanın vəziyyəti ağır olaraq qalmaqdadır. Təqsirləndirlən şəxsə ağır cəza verilməsini və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 mülki iddiasını müdafiə edərək ifadəsində göstərmişdir ki, 1987-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikahla ailə həyatı qurmuşdur. Yanğın hadisəsinin baş verdiyi ev gəlin gəldiyi vaxtdan sonra mərhum qayınatası Əkbər Vəliyev tərəfindən inşa olunmuş və sonradan evin abadlaşmasında bütün xərcləri oğlu Əkbər çəkmişdir. O, həmin evə gəlin gəldiyi vaxt ev cəmi 1 otaqdan ibarət olmuşdur. Hadisədən əvvəl evdə əri Vəli, oğlu Əkbər, gəlini Nərgiz və nəvələri Banu və Ömər ilə birgə yaşamışlar. Oğlu ailə həyatı qurduqdan sonra işləmək üçün Rusiyaya getmiş, sonradan ailəsi ilə birlikdə Şəmkir rayonuna qayıdaraq onunla birlikdə yaşamağa başlamışdır. Əkbər Rusiyadan qayıtdıqdan sonra Vəli ilə münasibətləri pozulmuşdur. Belə ki, Vəli Əkbərə və Nərgizə evdə normal yaşamağa imkan vnrməmiş, nəyin bahasına olursa olsun onları evdən çıxarmaq istəmişdir. Bu səbəbdən Əkbərlə Vəli arasında mütəmadi olaraq mübahisələr və münaqişələr olmuşdur. Nərgiz deyinsə də, Əkbər atası ilə mübahisə etməkdən daimi çəkinmiş, atasının xasiyyətinə bələd olub ona baş qoşmamışdır. Vəli onları evdə rahat yaşamağa qoymadığına görə barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər etmiş, bu səbəblən Vəliyə şifahi xəbərdarlıq olunmaqla, məhkəmə qərarı ilə cərimə olunaraq azadlığa buraxılırmışdır. Vəli İİ qrup əlil olmasından istifadə edərək oğlu və ailəsini daimi incitməyə çalışmış və onları öldürməklə hədələmişdir. xx xxxxx 2020-ci il tarixdə istixanaya işləməyə getmiş, işdən sonra qonşusu Əzizənin evində hamamda yuyunmuş, evə gələndən sonra Nərgiz ona evin dəhlizinə düzdüyü ayaqqabıları qayınatası tərəfindən təpiklənib yağışın altına atıldığını, buna görə Vəli ilə mübahisə etdiyini bildirmişdir. O, Vəliyə irad bildirərək onları bezdirməməsini demişdir. Vəli isə əksinə durduq yerə qışqırıb onunla mübahisə etməyə başlamışdır. O, birtəhər onu sakitləşdirib evə daxil olmuşdur. Vəlinin evi yandırmasından ehtiyat edərək Əkbərlə Nərgizə evdə ayıq-sayıq olmalarını bildirmişdir. Bir qədər sonra azyaşlı nəvəsi Banunu mətbəxdə olan çarpayıda yatızdırmış, Əkbər isə Öməri evin arxa otaqların birinə aparıb yatızdırmışdır. Saat 22 radələrində Nərgiz ona Vəlinin qabın içində olan benzini yatdığı otağın pəncərəsindən evin qabağına qoyduğunu demişdir. Onlar kapron vedrənin içində nə olduğunu öyrənmək üçün evdən həyətə çıxmış, bu vaxt Vəli onlardan qabaq həyətə çıxaraq vedrəni əlinə götürmüş, vedrədə nə olmasını soruşduqda Vəli onları aldadaraq sidik olmasını bildirmişdir. O, Vəliyə bir daha onları bezdirməməsini, evdən çıxıb getməsini xahiş edərək dəhlizdən çölə çıxıb Vəlinin yanında dayanmışdır. Bu vaxt qəflətən gözləmədiyi anda Vəli vedrənin içində olan benzini Əkbər və Nərgizin üzərinə, eləcə də evin dəhlizinə tökərək üzərində olan alışqanla yandırmış, həmin vaxt yerdən güclü alov qalxmış və evin daxilində sanki partlayış baş vermişdir. Hadisə ani olaraq baş verdiyindən macal tapıb Vəliyə mane ola bilməmişdir. Əkbər və Nərgiz alovlanaraq diri-diri yanmağa başlamış və yanaraq təşvişlə çölə çıxmışlar. Vəli benzini töküb alışqanla yandırdıqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Əkbər yerə yıxılaraq özünü quma bürümüşdür. O, nəvəsi Banunun səsini eşidib evin mətbəxindəki pəncərəsindən cəld otağa daxil olmuş və nəvəsinin yatdığı çarpayıdan yerə düşərək alovlandığını görmüşdür. O, uşağı tez qucağına alaraq pəncərədən çölə çıxmağa çalışmış, evin daxilində yanğın şiddətləndiyi üçün yanıq xəsarətləri almış, birtəhər özünü pəncərədən yerə atmışdır. Əkbər onu görən kimi alovu söndürməyə başlamışdır. O, Banunu evdən çıxardığı zaman Nərgiz evin arxasına keçib evin yataq otağına daxil olub yatmış halda olan Öməri otaqdan çıxarıb qayını Əliqayanın evinə aparmışdır. Qısa zaman ərzində yanğın bütün evi bürümüş və bütünlüklə yanmağa başlamışdır. Oğlu Əkbərin əynində olan paltarlar yandığı üçün əyninə təzə paltar geyinmək üçün qonşuluqda yaşayan Əzizənin evinə getmişdir. O, Nərgiz və Banu qonşuların evinə getmişlər. Qonşular dərhal təcili tibbi yardıma məlumat vermişlər. Təcili yardım əməkdaşları gələnə kimi qayını oğlu Xəyal idarə etdiyi avtomobili ilə gəlini Nərgizi və azyaşlı nəvəsi Banunu xəstəxanaya aparmışdır. Bir müddət sonra evə FHN-nin yanğın söndürənləri gəlib evin içərisindəki yanğını söndürməyə başlamışlar. Lakin, onlar hadisə yerinə gələndə, yanğın bütün evə keçmiş və bütün əşyalar yanmışdır. Yanğının alovlarından onlar macal tapıb evdən heç bir əşyasını çıxara bilməmişlər. Hadisə yerinə gələn qudası Zahiddin ilə birlikdə Əzizənin evinə gedib ağır yanıq xəsarətləri almış oğlu Əkbəri ilk əvvəl Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan da Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına aparmış, orada ona ilk tibbi yardım göstərilmişdir. xx xxxxx 2020-ci il tarixdə Əkbərlə Nərgiz təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə 5 saylı X8 yanıq şöbəsinə aparılmışlar. O, ilk tibbi yardım aldıqdan sonra Gəncə şəhərində yaşayan bacısının evində bir gün qalmış, lakin vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardım maşını ilə 5 saylı X8 yanıq şöbəsinə köçürülmüşdür. Yanğın zamanı ona və ailə üzvlərinə məxsus ev yararsız hala düşmüş və evdəki bütün əşyalar yanaraq məhv olmuşdur. Hadisə nəticəsində ona və ailə üzvlərinə maddi ziyan dəymişdir. Yanğın hadisəsinin baş verdiyi ev 1987-ci ildən, yəni evə gəlin gəldiyi vaxtdan sonra mərhum qayınatası Əkbər Vəliyev tərəfindən inşa olunmuş və sonradan evin abadlaşmasında bütün xərcləri oğlu Əkbər çəkmişdir. Həmin ev ona və ailə üzvlərinə məxsus olmuşdur. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Təqsirləndirilən şəxs onları evdən çıxartmaq istəməsi tələbi əsassız olmuş, çünki X35 xx.xx.1988-ci ildə həmin evdə doğulub boya-başa çatmış, 2015-ci ildə Zərərçəkmiş şəxs2 evə gəlin gəldiyi vaxtdan sonra onun cehiz əşyaları həmin evdə yığılmışdır. Oğlunun uşaqları da həmin evdə böyüyüb boya-başa çatmışlar. Oğlu Əkbər evdə yaşadığı müddətdə və ondan əvvəl daima evin abadlaşmasına vəsait sərf etmişdir. Sonradan Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, kənar şəxslərin diqtəsi ilə oğlu Əkbər və gəlini Nərgiz ilə mübahisə yaratmış və onların evdən çıxmalarını tələb etmişdir. Əri Vəlinin evi yandırması ilə əlaqədar yaşayış evi və içindəki əşyalar ilə birlikdə tamamilə yanaraq onlara xeyli ziyan dəymişdir.Yanğın zamanı evdəki əşyalardan 2015-ci ildə alınmış 1 ədəd “İndesit” markalı soyuducu, 2017-ci ildə alınmış 1 ədəd “İndesit” markalı paltaryuyan maşın, 2018-ci ildə alınmış 1 ədəd “Samsung” markalı noutbuk, 2019cu ildə alınmış 1 ədəd ətçəkən maşın, 2019-cu ildə alınmış 1 ədəd sokçəkən maşın, 2015-ci ildə alınmış dəmir materialdan bir ədəd ikinəfərlik çarpayı, 2016-cı ildə alınmış 1 ədəd birnəfərlik çarpayı, çarpayının üzərində 2,5 uzunluğunda, 1,5 metr enində 4 ədəd yun materialdan olan yorğan, 3 ədəd yun materialdan olan döşək, 4 ədəd qaz tükündən yığılmış balınc, uzunluğu 5 metr, üç ədəd Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 4 metr olan 3 ədəd yun xalça, 2 ədəd Türkiyə istehsalı olan 3 metr enində, 4 metr uzunluğunda tüklü buxov ədyal, 10 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalı, 2007-ci ildə alınmış 20 metrlik Türkiyə istehsalı olan, istifadə olunmamış tül pərdə, 3 ədəd müxtəlif ölçülü Türkiyə istehsalı olan dəmir materialdan olan qazan, Türkiyə istehsalı olan 5 dəst qabqacaq, 1982-ci ildə alınmış Rusiya istehsalı 1 ədəd güzgülü trelyaj, 2005-ci ildə alınmış 1 metr uzunluğunda 45 sm enində taxta materialdan olan 1 ədəd tumba, 2 ədəd kreslo, , 2 ədəd kreslo dəsti, 1 ədəd 1,80 m uzunluğunda, 1 metr enində 2010-cu ildə alınmış Rusiya istehsalı masa, 8 ədəd taxta materialdan olan oturacaq, 1 ədəd 2,2 hündürlüyündə, 1,8 uzunluğunda taxta materialdan olan paltar dolabı, Rusiya istehsalı olan, 583 əyarli, hər birinin çəkisi 2,5 qram olmaqla, cəmi 5 qram çəkidə bir dəst qızıl sırğa, Rusiya istehsalı olan, 375 əyarli, çəkisi 1,76 qram çəkidə bir ədəd qızıl sep, Rusiya istehsalı olan, 583 əyarli, çəkisi 2,45 qram çəkidə bir ədəd qızıl üzük, 5 ədəd 2015-ci ildə alınmış yun materialdan olan uzunqol don, 3 ədəd qısaqol köynək, 5 ədəd qadın xələti – gəlini Zərərçəkmiş şəxs2, 1 ədəd “Domotec 5003” markalı elektrik çaynik,1 ədəd “SATORİ Sİ-2010-VL” markalı ütü, 1 ədəd “Saturn st-ec3802” markalı elektrik soba, 2019-cu ildə alınmış 1 ədəd ətçəkən maşın, 2016-cı ildə alınmış 1 ədəd birnəfərlik çarpayı, çarpayının üzərində 2,5 uzunluğunda, 1,5 metr enində 5 ədəd yun materialdan olan yorğan, 4 ədəd qaz tükündən yığılmış balınc, uzunluğu 3 metr, iki ədəd Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 2 metr olan 2 ədəd yun xalça, 2 ədəd Türkiyə istehsalı olan 3 metr enində, 4 metr uzunluğunda tüklü buxov ədyal, 5 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalı, 4 ədəd orta ölçüdə Türkiyə istehsalı olan istifadə olunmamış çay dəsmalları, 3 ədəd müxtəlif ölçülü Türkiyə istehsalı olan dəmir materialdan olan qazan, Türkiyə istehsalı olan 5 dəst qabqacaq, 12 cüt istifadə olunmuş dəmir materialdan olan çəngəl, bıçaq, qaşıq dəsti, 12 ədəd Rusiya istehsalı olan xrustal stəkan, 1 ədəd kreslo, iki ədəd istifadə olunmuş dəmir çaynik, 2 ədəd taxta materialdan olan oturacaq, 5 ədəd 2015-ci ildə alınmış yun materialdan olan uzunqol don, 3 ədəd qısaqol köynək, 5 ədəd qadın xələti - ona, 2017-ci il istehsalı olan taxta materialdan bir ədəd ikinəfərlik yataq çarpayısı, 3 ədəd yun materialdan olan döşək, 5 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalı, 5 ədəd müxtəlif rəngli Türkiyə istehsalı olan istifadə olunmuş orta ölçülü əl dəsmalları,1 ədəd 2 hündürlüyündə, 1,6 uzunluğunda taxta materialdan olan paltar dolabı, 2016-cı ildə alınmış iki ədəd uzunqol gödəkçə, 3 ədəd qısaqol köynək, 10 ədəd uzunqol yün köynək, 10 ədəd şalvar, 3 cüt yay və qış ayaqqabıları – X35ə və 1 ədəd kreslo, 3 ədəd qısaqol köynək, 2 ədəd çəkmə, 3 cüt yay və qış ayaqqabıları, 2016-cı ildə alınmış 1 ədəd “Samsung” markalı rəqəmsal televizor, 2016-cı ildə alınmış 1 ədəd birnəfərlik çarpayı, 5 ədəd şalvar - əri Təqsirləndirilən şəxs məxsus olmuşdur.O,mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 mülki iddiasını müdafiə edərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə X21 ilə el adəti ilə ailə həyatı qurmuş, birgə evlilikdən 2 övladları- qızı Banu və oğlu Ömər Vəliyevlər dünyaya gəlmişlər. Əkbərlə ər-arvad kimi münasibətləri normal olmaqla ailədaxili hər hansı bir narazılığı, mübahisələri və münaqişələri olmamışdır. Qayınatası Təqsirləndirilən şəxsla birgə yaşadıqları müddətdə sonuncunun onları evdən çıxarmaq istəməsi səbəbindən aralarında mütəmadi olaraq mübahisələr və münaqişələr olmuşdur. Əkbərin atası ilə arasında atabala kimi normal münasibətləri olmasa da, Əkbər həmişə atası ilə üz-üzə gəlməməyə çalışmış, onunla mübahisə etməkdən çəkinmiş, onun xasiyyətinə bələd olduğundan ona baş qoşmamışdır. Lakin, Vəli onları evdə rahat yaşamağa qoymamış, onlara zülm etmiş, birgə yaşadıqları müddətdə dəfələrlə nalayiq ifadələr işlədərək onları təhqir etmişdir. Vəli dəfələrlə müxtəlif yerlərə müraciətlər edərək onlardan əsassız şikayətlər etmişdir. Sonuncu onlardan dəfələrlə evdən çıxmalarını tələb etmiş, hadisədən əvvəl onları öldürməklə hədələmiş, od vurub ev ilə birlikdə onları diri-diri yandıracağı ilə hədələmişdir. Hadisədən əvvəl Vəli torbanın içində olan dəmir qabı evə gətirib, yatdığı otaqdakı çarpayının arxasında gizlətmişdir. Vəli onlara hədə-qorxu gəldiyi üçün qabda benzin olmasını güman etmiş və bu barədə qayınanası Müşabəyə danışmış, lakin qayınanası Vəlinin evi yandıra biləcəyinə inanmamışdır. xx xxxxx 2020-ci il tarixdə yağış yağdığı üçün o, ayaqqabıları palçığa bulaşmaması üçün yığıb dəhlizin içində düzmüşdür. Qayınatası bunu görüb ayaqqabıları təpikləyib yağışın altına atmışdır. Buna görə o, Təqsirləndirilən şəxsla sözlə mübahisə etmiş, daha sonra qayınanası qonşusu Əzizənin evindən gəlib Vəliyə irad bildirərək boş-boş şeylərə görə səs-küy salmamasını xahiş etmişdir. O, qabları yuyub qurtardıqdan sonra Müşabənin qayınatası ilə həyətdə mübahisə etdiklərini görmüşdür. Vəli onu və Əkbəri gördükdən sonra daha da əsəbiləşmişdir. Bundan sonra qayınanası Müşabə azyaşlı uşağı Banunu evin mətbəxində, Əkbər isə Öməri aparıb evin arxa otağında yatızdırmışdır. O, Banunu otağa aparmaq isətəyəndə qayınanası nəvəsi Banu ilə çarpayıda bir yerdə yatacağını deyib onun üzərinə yorğan çəkmişdir. Təxminən saat 22 radələrində evdən həyətə çıxan zaman evin içindən benzin qoxusu hiss etmiş, sonra zala keçib pəncərədən Təqsirləndirilən şəxs yatdığı otağına baxmış və onun telefonla kiminləsə danışdığını eşitmiş, qayınatası ağ rəngli kapron vedrəni yatdığı otağın pəncərəsindən çölə qoymuşdur. O, qorxu içində bu barədə mətbəxdə olan həyat yoldaşına və qayınanasına demişdir. Qayınanası gedib vedrənin içinə baxmaq istəmişdir. Lakin, Vəli onlardan qabaq həyətə çıxaraq vedrəni əlinə götürmüş, onlar ondan vedrədə nə olmasını soruşduqda Vəli onları aldadaraq verdərdə sidik olmasını bildirmişdir. Qayınanası evin dəhlizindən çıxıb Vəlinin yanında dayanaraq ona irad bildirmiş və çıxıb getməsini xahiş etmişdir. O dəhlizdə, Əkbər isə zalın giriş qapısının ağzında olanda qayınatası Vəli qəflətən gözləmədiyi anda vedrənin içində olan benzini onun və ərinin üzərinə, eləcə də evin içərisinə töküb üzərində olan alışqanla yandırmışdır. Bir anda yerdən güclü alov qalxmış və evin daxilində sanki partlayış baş vermişdir. O və Əkbər alovlanaraq diri-diri yanmağa başlamış, şiddətli ağrılar keçirmiş və təşvişlə çölə çıxmışlar. O, əynində olan köynəyi çıxarıb bədənini krantda su ilə islatmış, Əkbər qayınanası Müşabəyə “ay mama gir evdən Banunu çıxart” demişdir. O evin arxasına keçib yumruqları ilə yataq otağının pəncərəsinin şüşələrini sındırıb otağa daxil olmuş, yatmış vəziyyətdə olan Öməri qucağına alıb evin həyətinə baxan pəncərədən çölə çıxmışdır. O, təşviş içində qışqıra-qışqıra oğlu Öməri qonşuluqda yaşayan Əliqayanın evinə aparıb qoyub hadisə yerinə qayıtmış və həmin vaxt qayınanasının azyaşlı qızını yanğından xilas edərək çölə çıxardığını görmüşdür. O, Banunu qucağına alaraq onu da Əliqayanın evinə aparıb qoyandan sonra yenidən hadisə yerinə qayıtmış və həmin vaxt qayınanasının Əkbərə kömək etdiyini, alovu söndürməyə çalışdığını görmüşdür. Qısa zaman ərzində yanğın bütün evi bürümüş və ev bütünlüklə yanmağa başlamışdır. Qonşular dərhal təcili tibbi yardıma məlumat vermişlər. Qonşusu Xəyal idarə etdiyi avtomobili ilə onu və qızını təcili tibbi yardım avtomobilinə çatdırmış, təcili Tibbi yardım onları ilk əvvəl Kür qəsəbə xəstəxanasına, oradan Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına aparmış, orada həkimlər ona tibbi yardım göstərmişlər. Vəziyyətinin ağır olması ilə əlaqədar o, Əkbər və azyaşlı qızı təcili tibbi yardım avtomobili ilə Bakı şəhəri 5 saylı X8 yanıq şöbəsinə köçürülmüşlər. Yanğın zamanı ona və ailə üzvlərinə məxsus ev yanaraq yararsız hala düşmüş və evdəki bütün əşayalar yanaraq məhv olmuşdur. Hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Həmin ev ona və ailə üzvlərinə məxsus olmuşdur. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Təqsirləndirilən şəxs onları evdən çıxarmaq tələbi əsassız olmuşdur. Belə ki, Əkbər xx.xx.1988-ci ildə həmin evdə doğulub boya-başa çatmış, 2015-ci ildə o, həmin evə gəlin gəldiyi vaxtdan sonra onun cehiz əşyaları həmin evdə yığılmışdır. Onun uşaqları da həmin evdə böyüyüb boya-başa çatmışlar. Əkbər evdə yaşadığı müddətdə və ondan əvvəl daima evin abadlaşmasına vəsait sərf etmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onlarla mübahisə edərək evdən çıxmalarını tələb etmişdir. Əri Vəlinin evi yandırması ilə əlaqədar yaşayış evi və içindəki əşyalar ilə birlikdə tamamilə yanaraq onlara xeyli ziyan dəymişdir.Yanğın zamanı evdəki əşyalardan 2015-ci ildə alınmış 1 ədəd “İndesit” markalı soyuducu, 2017-ci ildə alınmış 1 ədəd “İndesit” markalı paltaryuyan maşın, 2018-ci ildə alınmış 1 ədəd “Samsung” markalı noutbuk, 2019-cu ildə alınmış 1 ədəd ətçəkən maşın, 2019-cu ildə alınmış 1 ədəd sokçəkən maşın, 2015-ci ildə alınmış dəmir materialdan bir ədəd ikinəfərlik çarpayı, 2016-cı ildə alınmış 1 ədəd birnəfərlik çarpayı, çarpayının üzərində 2,5 uzunluğunda, 1,5 metr enində 4 ədəd yun materialdan olan yorğan, 3 ədəd yun materialdan olan döşək, 4 ədəd qaz tükündən yığılmış balınc, uzunluğu 5 metr, üç ədəd Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 4 metr olan 3 ədəd yun xalça, 2 ədəd Türkiyə istehsalı olan 3 metr enində, 4 metr uzunluğunda tüklü buxov ədyal, 10 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalı, 2007-ci ildə alınmış 20 metrlik Türkiyə istehsalı olan, istifadə olunmamış tül pərdə, 3 ədəd müxtəlif ölçülü Türkiyə istehsalı olan dəmir materialdan olan qazan, Türkiyə istehsalı olan 5 dəst qabqacaq, 1982-ci ildə alınmış Rusiya istehsalı 1 ədəd güzgülü trelyaj, 2005-ci ildə alınmış 1 metr uzunluğunda 45 sm enində taxta materialdan olan 1 ədəd tumba, 2 ədəd kreslo, , 2 ədəd kreslo dəsti, 1 ədəd 1,80 m uzunluğunda, 1 metr enində 2010-cu ildə alınmış Rusiya istehsalı masa, 8 ədəd taxta materialdan olan oturacaq, 1 ədəd 2,2 hündürlüyündə, 1,8 uzunluğunda taxta materialdan olan paltar dolabı, Rusiya istehsalı olan, 583 əyarli, hər birinin çəkisi 2,5 qram olmaqla, cəmi 5 qram çəkidə bir dəst qızıl sırğa, Rusiya istehsalı olan, 375 əyarli, çəkisi 1,76 qram çəkidə bir ədəd qızıl sep, Rusiya istehsalı olan, 583 əyarli, çəkisi 2,45 qram çəkidə bir ədəd qızıl üzük, 5 ədəd 2015-ci ildə alınmış yun materialdan olan uzunqol don, 3 ədəd qısaqol köynək, 5 ədəd qadın xələti – gəlini Zərərçəkmiş şəxs2, 1 ədəd “Domotec 5003” markalı elektrik çaynik,1 ədəd “SATORİ Sİ- 2010-VL” markalı ütü, 1 ədəd “Saturn st-ec3802” markalı elektrik soba, 2019-cu ildə alınmış 1 ədəd ətçəkən maşın, 2016-cı ildə alınmış 1 ədəd birnəfərlik çarpayı, çarpayının üzərində 2,5 uzunluğunda, 1,5 metr enində 5 ədəd yun materialdan olan yorğan, 4 ədəd qaz tükündən yığılmış balınc, uzunluğu 3 metr, iki ədəd Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 2 metr olan 2 ədəd yun xalça, 2 ədəd Türkiyə istehsalı olan 3 metr enində, 4 metr uzunluğunda tüklü buxov ədyal, 5 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalı, 4 ədəd orta ölçüdə Türkiyə istehsalı olan istifadə olunmamış çay dəsmalları, 3 ədəd müxtəlif ölçülü Türkiyə istehsalı olan dəmir materialdan olan qazan, Türkiyə istehsalı olan 5 dəst qabqacaq, 12 cüt istifadə olunmuş dəmir materialdan olan çəngəl, bıçaq, qaşıq dəsti, 12 ədəd Rusiya istehsalı olan xrustal stəkan, 1 ədəd kreslo, iki ədəd istifadə olunmuş dəmir çaynik, 2 ədəd taxta materialdan olan oturacaq, 5 ədəd 2015-ci ildə alınmış yun materialdan olan uzunqol don, 3 ədəd qısaqol köynək, 5 ədəd qadın xələti - ona, 2017-ci il istehsalı olan taxta materialdan bir ədəd ikinəfərlik yataq çarpayısı, 3 ədəd yun materialdan olan döşək, 5 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalı, 5 ədəd müxtəlif rəngli Türkiyə istehsalı olan istifadə olunmuş orta ölçülü əl dəsmalları,1 ədəd 2 hündürlüyündə, 1,6 uzunluğunda taxta materialdan olan paltar dolabı, 2016-cı ildə alınmış iki ədəd uzunqol gödəkçə, 3 ədəd qısaqol köynək, 10 ədəd uzunqol yün köynək, 10 ədəd şalvar, 3 cüt yay və qış ayaqqabıları Əkbər Vəliyevə və 1 ədəd kreslo, 3 ədəd qısaqol köynək, 2 ədəd çəkmə, 3 cüt yay və qış ayaqqabıları, 2016-cı ildə alınmış 1 ədəd “Samsung” markalı rəqəmsal televizor, 2016-cı ildə alınmış 1 ədəd birnəfərlik çarpayı, 5 ədəd şalvar - Təqsirləndirilən şəxs məxsus olmuşdur. O, mülki iddiasının təmin olunmasını və təqsirləndirilən şəxsə ağır cəza verilməini məhkəmədən xahiş edir. Hadisə vaxtı əynində olmuş ona məxsus paltarları – 1 ədəd göy rəngli yun şalvar və 1 ədəd qırmızı-ağ rəngli hörmə qadın jaketi istəmir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki,hadisədən əvvəl Təqsirləndirilən şəxs X35 və gəlini Zərərçəkmiş şəxs2 evdən çıxarmaq istəməsi səbəbindən aralarında mütəmadi olaraq ailədaxili mübahisələr və münaqişlər olmuşdur. Əkbər əvvəllər ailəsi ilə birlikdə Rusiyada işləyib yaşamış, 2018-ci ilin oktyabr ayında Şəmkirə qayıtmışdır. Vəli ailə üzvləri ilə münaqişəli vəziyyətdə olmuş, Əkbər və Nərgizə evdə rahat yaşamağa imkan vrməmiş və onların barəsində polisə əsassız şikayətlər etmişdir. Əkbərlə Vəlinin arasında ata-bala kimi normal münasibətlər olmasa da, Əkbər atası ilə mübahisə etməkdən həmişə çəkinmişdir. xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Əkbərlə o, kənddə yaşayan bibisi Aybənizin evinə gedib ev işlərində ona köməklik etmişlər. Həmin gün saat 18 radələrində Əkbərlə birlikdə evə qayıtmış, Əkbərlə nərd oynamış, sonra evə qayıtmışdır. O, evə gedəndən təxminən yarım saat sonra evdəki işıqlar sönüb-yanmış, anası Şərqiyyə şam götürmək üçün evdən çölə çıxan vaxt Zərərçəkmiş şəxs2 qaçaraq qorxu içində onların evinə gəlib, qucağında olan azyaşlı oğlu Öməri həyətdə yerə qoymuşdur. Nərgizin bütün bədəni demək olar ki yanmışdır. Onlar, Nərgizdən nə baş verdiyini soruşduqda Nərgiz qayınatası Təqsirləndirilən şəxs benzinin onların üzərinə töküb alışqanla yandırdığını bildirmişdir. Bundan sonra Nərgiz hadisə yerinə qayıtmış, o, nə baş verdiyini öyrənmək üçün onun arxasınca qaçmış, hadisə yerinə çatdıqdan sonra dərhal təcili tibbi yardım stansiyasına məlumat vermişlər. Təcili Tibbi yardım avtomobili gələnə kimi o, qonşuluqda yaşayan Nicat adlı dostu ilə macal tapıb Nərgizin evindən bəzi əşyaları çıxarmışlar. Lakin qısa zaman ərzində yanğın bütün evi bürümüş və ev bütünlüklə yanmağa başlamış, alov yalnız evin arxa otaqlarına keçməmişdir. Təcili tibbi yardım avtomobili gec gəldiyinə görə o, idarə etdiyi “VAZ 2103” markalı avtomobili ilə Nərgizi və azyaşlı qızını aparıb təcili tibbi yardım avtomobili ilə gələn həkim briqadasına təhvil vermişdir. Sonra hadisə yerinə qayıtmış, bir müddət sonra evə FHN-nin yanğın söndürənləri gəlib evi söndürməyə başlamışlar. Lakin onlar hadisə yerinə gələndə, yanğın bütün evə keçmiş və bütün əşyalar yanmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı X35 və gəlini Zərərçəkmiş şəxs2 üzərinə benzin töküb onları diri-diri yandırmışdır. Ağır yanıq xəsarətləri alan Əkbər qonşuluqda yaşayan Əzizənin evinə qaçmış, daha sonra Əkbərin qayınatası Zahiddin onu Gəncə şəhərinə xəstəxanaya aparmışdır. Yanğın nəticəsində Əkbərin qızı Banu və onu anası Müşabə də ağır yanıq xəsarətləri almışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 şahid Xəyal Yaqubovun ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, aralarında normal münasibətlər olmamışdır. Təqsirləndirilən şəxs oğlu Əkbər və gəlini Nərgiz ilə münaqişəli vəziyyətdə olmuş, aralarında mütəmadi olaraq mübahisələr və münaqişlər yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu Əkbəri və gəlini Nərgizi evdən çıxartmaq istəmiş, sonuncuların evdə rahat yaşamasına imkan verməmiş və onların barələrində polisə əsassız şikayətlər etmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs oğlunu və ailəsini öldürməklə və evi yandırmaqla hədələmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 20 radələrində qonşusu Müşabə çimmək üçün onun evinə gəlmişdir. Az sonra Nərgiz ona mesaj yazıb qayınatası Vəlinin evdə səs-küy saldığını və evi yandırmaqla hədələdiyini bildirib qayınanası Müşabənin tez evə gəlməsini xahiş etmişdir. O, bu barədə Müşabəyə demiş və sonuncu çıxıb evlərinə getmişdir. Az sonra Təqsirləndirilən şəxs evindən səs-küy eşitmiş və onların evinə tərəf baxanda evin yandığını, alovun yüksəldiyini görmüş, Təqsirləndirilən şəxs öz evini yandırdığını başa düşmüşdür. Buna görə dərhal istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, sonra evdən çıxıb məhəlləyə tərəf gedəndə Əkbəri çılpaq vəziyyətdə yerdə görmüşdür. Əkbərin bütün bədəni və əynindəki paltarları yanmış, Əkbər onu görən kimi ondan təzə şalvar istəmişdir.O,Əkbərə təzə şalvar vermiş, lakin Əkbər şalvarı əyninə geyinə bilmədiyi üçün ona şortik vermişdir. Bundan sonra o, Əkbəri evdə tək qoyub qonşusu Əliqayanın evinə getmişdir. O, evə gələndə Əliqayanın oğlu Xəyal tibbi yardım göstərilməsi üçün Nərgiz və Banunu öz avtomobili ilə xəstəxanaya aparmışdır. O, qonşusu Şərqiyyəyə Əkbərin onun evində olduğunu bildirmişdir. Sonra Zahiddin öz avtomobili ilə Müşabəni və Əkbəri xəstəxanaya aparmışdır. Yanğın qısa bir zamanda bütün evi bürümüş, onlar macal tapıb yanğını söndürə bilməmişlər. Bir qədər sonra hadisə yerinə FHN-nin yanğın söndürənləri gəlib evin içərisindəki yanğını söndürməyə başlamışlar. Bundan sonra hadisə yerinə xəbəri eşidən qonşular, qohumlar, polis və prokurorluq əməkdaşları gəlmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı X35 və gəlini Zərərçəkmiş şəxs2 üzərinə benzin töküb onları diri-diri yandırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, qonşu kimi aralarında normal münasibətlər olmamışdır. Təqsirləndirilən şəxs oğlu Əkbər və gəlini Nərgiz ilə münaqişəli vəziyyətdə olmuş, aralarında mütəmadi olaraq mübahisələr və münaqişələr yaranmışdır. xx xxxxx 2020-ci il tarixdə Nərgiz yaşadığı evə gəlib qayınatası Təqsirləndirilən şəxs sərxoş halda evə gəlib onu təhqir etdiyini bildirmişdir. O, Nərgizə fikir verməməsini bildirərək onu yola verməsini məsləhət görmüşdür. Nərgizin dediyinə görə Təqsirləndirilən şəxs onları yandırmaq istəmiş, benzin alıb evdə gizlətmişdir. O, Nərgizə benzini tapmasını demişdir. xx xxxxx 2020-ci il tarixdə Müşabə ilə parnikdə işləməyə getmiş, saat 18 radələrində Müşabə ilə evə qayıtmış, Müşabə yuyunmaq üçün qonşusu Əzizənin evinə getmişdir. Saat 22 radələrində evdə yatdığı vaxt Müşabənin ucadan “ay Telli evim yandı gəl” səsinə oyanmışdır. O, evdən çölə çıxanda Müşabəgilin evinin yandığını, alovun yüksəldiyini görmüşdür. Nə baş verdiyini öyrənmək üçün oğlu Qorxmaz ilə tez onların evinə getmiş, lakin orada heç kəsi görməmişlər. Yanğın qısa bir zamanda bütün evi bürümüş, yanğın şiddətləndiyi üçün onlar macal tapıb yanğını söndürə bilməmişlər. Bir qədər sonra hadisə yerinə FHN-nin yanğın söndürənləri gəlib evin içərisindəki yanğını söndürməyə başlamışlar. Sonradan Təqsirləndirilən şəxs həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı X35 və gəlini Zərərçəkmiş şəxs2 üzərinə benzin töküb onları diri-diri yandırması məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qızı Nərgiz təxminən 5 il bundan qabaq həmkəndlisi X22 ilə rəsmi nikaha daxil olmadan ikinci dəfə ailə həyatı qurmuşdur. Birgə evlilikdən 2 övladı, Ömər və Banu dünyaya gəlmişlər. Nərgiz ailə həyatı qurduqdan sonra qayınatası Təqsirləndirilən şəxs ilə münasibətləri əvvəllər normal olmuşdur. Həmin vaxtlar qudası Təqsirləndirilən şəxs maddi dolanışığı normal olmuş, özlərini təmin etmişlər. Təxminən 2-3 il bundan əvvəl kürəkəni Əkbər Yaqubov müflis olduqdan sonra X3 şəhərindən qayıdıb Aşağı Seyfəli kəndində məskunlaşmışlar. Təqsirləndirilən şəxs kürəkəni Rusiya Federasiyasında olduğu müddət ərzində kürəkəni Əkbərə məxsus evdə olmuşlar. Əkbər və qızı X1yıtdıqdan sonra qudası Vəli onlarla mübahisə etməyə və evdən çıxarmağa çalışmışdır. Vəli dəfələrlə Əkbər Nərgizin yaşamağına maneçilik törətmiş, evdə adam ola-ola işığı və qazı kəsmişdir. Son bir il ərzində Əkbər ilə Vəlinin arasında münasibətləri pisləşmişdir. Nərgiz və Əkbər dəfələrlə Vəlinin barəsində Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə şifahi şəkildə, Şəmkir rayon polis şöbəsinə isə yazılı şəkildə müraciət etmiş, Vəlinin onları narahat etməsinin qarşısını almağa çalışmışlar. Lakin Vəli barəsində olan şikayətlərə əhəmiyyət verməmiş, dəfələrlə barəsində Şəmkir rayon məhkəməsinin qərarı ilə cərimələr təyin edilsə də, Təqsirləndirilən şəxs bu tədbirlərdən lazımi nəticə çıxarmamış, Nərgiz və Əkbəri narahat etmişdir. Hadisə baş verən ərəfədə o, öz evində yatmışdır. Evi yaxınlıqda yerləşdiyindən qonşuların birinin evindən tüstü və alov qalxdığını görmüşdür. Dərhal hələ hadisədən bixəbər həmin yanğın baş verən əraziyə yollanmış, yanan evin qudası Vəlinin evi olduğunu görmüşdür. Darvazadan içəri daxil olan kimi, həmkəndlisi Bəhruzun arvadı Əzizə ona Təqsirləndirilən şəxs öz yaşadığı evi içərisində qızı Nərgiz, oğlu Əkbər və azyaşlı nəvələri ola-ola evi yandırıb qaçmasını, Nərgiz, Əkbər, Müşabə və azyaşlı nəvəsi Banunun müxtəlif dərəcəli yanıq xəsarətləri almasını, kürəkəni Əkbərin də Bəhruzun evində olmasını bildirmişdir. O, dərhal Əkbəri, Bəhruzun yaşadığı evdən götürüb Gəncə şəhərində yerləşən 3 nömrəli xəstəxanaya aparmışdır. Bundan əlavə maşında Müşabə və Ömər də olmuşdur. O, Nərgizi xəstəxanaya yerləşdirildikdən və Bakı şəhərinə göndərildikdən sonra Bakı şəhərinə xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinə gedə bilməmişdir. Hadisədən bir müddət sonra kürəkəni Əkbərin ölüm xəbərini eşitmiş, qızı Nərgiz və nəvəsi Banu isə müalicəsinə davam etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evdir. Baxış keçirilən vaxt ev yanğının termiki təsirinə məruz qalmışdır. Evin otaqlarının tavanına taxta atmaların üzərində şifer təbəqələri düzülmüş, döşəməsi taxta örtüklü olmuş, divarları suvaqlanaraq üzərinə boya qatı çəkilmişdir. Otaqların, üzərində olan dam örtüyü tamamilə yanaraq məhv olmuşdur, yalnız zalın tavanında kömürləşmiş taxta atmalar qalmışdır. Baxış keçirilən vaxt həmin otaqların daxilində olan əşyalar yanğının termiki təsirinə məruz qalmış və yanğın nəticəsində tamamilə yanaraq kömürləşmiş, yalnız dəmir materialdan olan hissələri yerində qalmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin otaqlarının divarlarına ağ rəngli boya ilə boyanmış suvaq qatı çəkilmişdir ki, həmin suvaq qatının üzəri hisə boyanmış haldadır. Həmin otaqlarının taxta materialdan olan qapıları yanıb itmiş, kömürləşmiş çərçivələri yerində qalmışdır. Həmin otaqlarının pəncərələrinin şüşələri yerində yoxdur və taxta çərçivələri kömürləşmiş haldadır. Otaqların yanmış taxta döşəməsi üzərində evdəki əşyaların və tavan dam hissəsinin yanğından sonrakı qalıqları vardır. Baxış zamanı evin müxtəlif yerlərindən nümunə üçün yanıq və kömür qalıqları götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir.(İ cild i.v. 13-19) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli “şübhəli şəxs qismində tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(c.1, i.v. 43-44) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli, 113 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır.(c.1, i.v. 74) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(076)-48/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin başlanğıcının xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (C.1. i.v 123-125). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 551/1 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Şəmkir rayonu Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyin ev təsərrüfatbaşına kitabında qeydiyyatda durur və həmin kənddə yaşayır. (C.1. i.v 127). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində qonşuları və həmyaşıdları tərəfindən ailə daxili münaqişələr yaradan, alkoqollu içki düşkünü biri kimi tanınır. Təqsirləndirilən şəxs barəsində dəfələrlə ailəsi və qonşuları tərəfindən şifahi şikayətlər daxil olmuşdur. (C.1. i.v 128). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(076)-499/2019 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilmişdir. (C.1. i.v 140-141). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(076)-519/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və o, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. (C.1. i.v 142-143). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(076)-847/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və o, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. (C.1. i.v 144-145). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(076)-187/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. (C.1. i.v 146-147). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(076)-188/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. (C.1. i.v 148-149). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-797/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdehlər X16 və Zərərçəkmiş şəxs2 qarşı cavabdehlərin azyaşlı uşaqları və əşyaları ilə birlikdə onun yaşadığı fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. (C.1. i.v 150-154). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri, 5 saylı X4 Yanıq şöbəsinə köçürülmüş zərərçəkmiş X21 aldığı geniş sahəli yanıq yaralarından baş vermiş orqanizmin ümumi intoksikasiyası səbəbindən xx.xx.2020-ci il tarixdə, saat 16:30-da ölmüşdür. (İ cild i.v. 178) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti idarəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-00813 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 22:53-də Şəmkir rayon Dövlət X5 Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşayış evində yanğın baş verməsi haqqında məlumat daxil olmuş, Şəmkir rayon DYMH-nin əməkdaşları saat 23:18-də hadisə yerinə çatmışlar. Hadisə yerinə çatanda məlum olmuşdur ki, həqiqətən həmin ünvanda ümumi sahəsi 200m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları alovlanaraq yanırmış, yanğın saat 23:29-da məhdudlaşdırılmış və saat 04:20-də söndürülmüşdür. (C.2. i.v 18- 20). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olmunmamışdır. (c.2, i.v. 67) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 190-11201-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxslər arvadı X17, oğlu X21 və gəlini Zərərçəkmiş şəxs2 ilə dəfələrlə aralarında ailə münaqişəsi olduğu üçün HK-1/1126, HK-1/1259, HK- 1/1307, HK-1/1352, HK-1/1516, HK-1/1756, HK-1/2704, HK-1/2266, HK-1/222 və HK- 1/573 nömrəli materiallar üzrə RPŞ-nin təhqiqat qrupunda müxtəlif vaxtlarda ilkin yoxlama aparılaraq cinayət işi başlanması rədd edilmiş və onlar Şəmkir RPŞ-də münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs cinayət törətməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxs(lər) müəyyən edilməmişdir. Hadisədən əvvəl və hadisədən sonra Təqsirləndirilən şəxs heç kimlə görüşməmiş, Şəmkir RPŞ-nin təhqiqatçısı Şahid7 telefonla zəng edərək törətdiyi hadisəni xəbər vermişdir. Təqsirləndirilən şəxs yanacaq məhsulu olan benzini "Üç yol" adlanan ərazidə, Bakı-Qazax magistral yolunun kənarında yerləşən 777 adlı Yanacaq doldurma məntəqəsindən alması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl faktiki olaraq istifadə etdiyi mobil telefon nömrələri ***-***-**-** və ***-***-**-** olması müəyyən edilmişdir. (c.2, i.v.87-88) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 192 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu, Seyfəli kənd sakini, xx.xx.1963cü il təvəllüdlü, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasının psixonevroloji və narkoloji kabinetlərində dayanmır. (c.2, i.v.135) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 360 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ əlin arxa səthinin İ dərəcəli termiki yanığı yüksək hərarətin, ola bilsin ki, alovun təsirindən törənmişdir, törənmə müddətləri xx xxxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində yanıq xəsarətlərindən başqa xəsarət müəyyən edilməmişdir. (c.2, i.v. 137-139) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 346 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlər – bədən səthinin 40%-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı ətrafların, döş qəfəsinin ön səthinin, sol aşağı ətrafın İİ- İİİA-İİİB dərəcəli termiki yanıq yaraları tez alışan mayenin (maddənin) ola bilsin benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitə xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (c.2, i.v. 141-144) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 347 №-li rəyindən görünür ki, X10 almış olduğu xəsarətlər – bədən səthinin 60%-ni əhatə edən sifətin, boynun, hər iki qulaq seyvanlarının, hər iki yuxarı və aşağı ətrafların İİİA-İİİB-İV dərəcəli termiki yanıq yaraları, sağ əlin V barmağının yanığından sonrakı amputasiyası tez alışan mayenin (maddənin) ola bilsin benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitə xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (c.2, i.v. 146-149) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks qaydada məhkəmə-yanğın-tikinti texniki, trasoloji və texnoloji partlayışların tədqiqi və neft məhsulları və yanacaq sürtkü yağları materiallarının kriminalistik tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/713 nömrəli görünür ki,Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi evin dəhlizində olmuşdur. Yanğın, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni mənbə zonasında olan yanar materialların üzərinə tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) tökülməsi və sonuncunun kənardan gətirilmiş alışdırıcı mənbənin (alışqanın və ya kibrit alovunun) təsirindən alışması nəticəsində baş vermişdir. Təqdim olunmuş elektrik naqilinin üzərində elektrik təbiətli qəza izləri aşkar edilməmişdir. (İİ cild i.v. 155-159) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks qaydada məhkəmə- yanğın- tikinti texniki, trasoloji və texnoloji partlayışların tədqiqi və neft məhsulları və yanacaq sürtkü yağları materiallarının kriminalistik tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/556 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Hadisə yerinə baxış zamanı dəhlizdən götürülmüş yanğından sonrakı qalıqlar” yazısı olan yanğından sonrakı qalıq nümunələrinin (Obyektlər N4-5) və Zərərçəkmiş şəxs2 məxsus yanmış geyim paltarlarının (Obyektlər 8-9) üzərində yüksək temperatura məruz qalan şəkili dəyişmiş tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Yüngül fraksiyalar uçduğundan və yüksək temperatura məruz qaldığından tərkibində əsaslı dəyişiklər baş verdiyi üçün, həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmamışdır. Digər obyektlərdə və Təqsirləndirilən şəxs məxsus geyim paltarlarının üzərində tez alışan neft məhsullarının və yanacaq-sürtkü materiallarının izləri yoxdur. (İİ cild i.v. 161-165) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks qaydada məhkəmə-yanğın-tikinti texniki, trasoloji və texnoloji partlayışların tədqiqi və neft məhsulları və yanacaq sürtkü yağları materiallarının kriminalistik tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/722 nömrəli rəyindən görünür ki,Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 49325,0 manat məbləğində müəyyən edilir. (İİ cild i.v. 167-170) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/922 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertiza tədqiqatına təqdim edilməyən əvvəllər istismar edilmiş tədqiqat obyektlərinin, xx xxxxx 2020-ci il tarixə, Respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən olunur: zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X16 məxsus bir ədəd 2015-ci ildə alınmış İndesit" markalı soyuducu 250,00 manat; bir ədəd 2017-ci ildə alınmış “İndesit" markalı paltaryuyan maşın 250,00 manat; bir ədəd “Domotec 5003” markalı elektrik çaynik 10,00 manat; bir ədəd “SATORİ Sİ-2010-VL" markalı ütü 30,00 manat; bir ədəd “Saturn st-ec3802” markalı elektrik soba 25,00 manat; bir ədəd 2015-ci ildə alınmış dəmir materialdan ikinəfərlik çarpayı 100,00 manat; bir ədəd 2017-ci il istehsalı olan taxta materialdan ikinəfərlik yataq çarpayısı 100,00 manat; 3 ədəd 2016-cı ildə alınmış birnəfərlik çarpayı 150,00 manat; 9 ədəd çarpayının üzərində 2,5 uzunluğunda, 1,5 metr enində yun materialdan olan yorğan 720,00 manat; 6 ədəd yun materialdan olan bir nəfərlik olduğu halda döşək 420,00 manat; 8 ədəd qaz tükündən yığılmış balınc 160,00 manat; iki ədəd uzunluğu 3 metr, Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 2 metr olan yun xalça 150,00 manat; üç ədəd uzunluğu 5 metr, Rusiya istehsalı olan 1995-ci ildə alınmış eni 4 metr olan yun xalça 450,00 manat; 4 ədəd Türkiyə istehsalı olan 3 metr enində, 4 metr uzunluğunda tüklü buxov ədyal 160,00 manat; 20 ədəd Türkiyə istehsalı olan istifadə olunmuş hamam dəsmalı 100,00 manat; 5 ədəd müxtəlif rəngli Türkiyə istehsalı olan istifadə olunmuş orta ölçülü əl dəsmalları 15,00 manat; 4 ədəd orta ölçüdə Türkiyə istehsalı olan istifadə olunmamış çay dəsmalları 20,00 manat; xx xxxxxxx 2007-ci ildə alınmış Türkiyə istehsalı olan, istifadə olunmamış tül pərdə 1000,00 manat; 4 ədəd müxtəlif ölçülü Türkiyə istehsalı olan dəmir materialdan olan qazan 20,00 manat; 12 cüt istifadə olunmuş dəmir materialdan olan çəngəl, bıçaq, qaşıq dəsti 55,00 manat;12 ədəd Rusiya istehsalı olan xrustal stəkan 18,00 manat; bir ədəd 1982-ci ildə alınmış Rusiya istehsalı güzgülü trelyaj 60,00 manat; bir ədəd 2005-ci ildə alınmış 1 metr uzunluğunda 45 sm enində taxta materialdan olan tumba 50,00 manat; iki ədəd istifadə olunmuş dəmir çaynik 15,00 manat; bir ədəd 1,80 m uzunluğunda, 1 metr enində 2010-cu ildə alınmış Rusiya istehsalı masa 70,00 manat; 8 ədəd taxta materialdan olan oturacaq 120,00 manat; 2 ədəd taxta materialdan olan oturacaq 30,00 manat; bir ədəd 2,2 hündürlüyündə, 1,8 uzunluğunda taxta materialdan olan paltar dolabı 120,00 manat; bir ədəd 2 hündürlüyündə, 1,6 uzunluğunda taxta materialdan olan paltar dolabı 100,00 manat; zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus bir dəst Rusiya istehsalı olan, 583 əyarli, hər birinin çəkisi 2,5 qram olmaqla, cəmi 5 qram çəkidə qızıl sırğa 300,00 manat; bir ədəd Rusiya istehsalı olan, 375 əyarli, çəkisi 1,76 qram çəkidə qızıl sep 70,00 manat; bir ədəd Rusiya istehsalı olan, 583 əyarli, çəkisi 2,45 qram çəkidə qızıl üzük 147,00 manat; 10 ədəd 2015- ci ildə alınmış yun materialdan olan uzunqol don 100,00 manat; iki ədəd 2016-cı ildə alınmış uzunqol gödəkçə 40,00 manat;12 ədəd qısaqol köynək 24,00 manat; 10 ədəd uzunqol yün köynək 30,00 manat; 15 ədəd şalvar 75,00 manat;10 ədəd qadın xələti 30,00 manat təşkil edir. Tədqiqata təqdim edilməyən, qərarın təviri hissəsində göstərilən lakin qiymətləndirilməyən bir ədəd 2016-cı ildə alınmış “Samsung” markalı rəqəmsal televizor, bir ədəd 2018-ci ildə alınmış “Samsung” markalı noutbuk, 4 ədəd kreslo, 2 ədəd kreslo dəsti, iki ədəd 2019-cu ildə alınmış ətçəkən maşın, bir ədəd 2019-cu ildə alınmış şirəçəkən maşın, on dəst Türkiyə istehsalı olan qabqacaq, iki ədəd çəkmə və altı cüt yay və qış ayaqqabıları faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır.(İİ cild i.v. 172-176) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 37 №-li rəyindən nömrəli rəyindən görünür ki,

1. Mərhum X13 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sifətin, boynun, hər iki yuxarı ətrafların, gövdənin ön və arxa səthinin, hər iki aşağı ətrafların ümumi bədən səthinin 90-95%-ni əhatə edən İİİA-İİİB-İV dərəcəli termiki (alov) yanıqları həyatı olub, mərhumun 5 saylı X8 Yanıq şöbəsində daxil olduğu vaxtdan 3-4 gün əvvələ uyğun gəlməklə, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə tez alışan (maddənin-mayenin) ola bilsin benzinin alışmasından baş vermiş alovun yerli təsirindən törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir, ölümlə birbaşa səbəbli əlaqəlidir. X13 ölümünə səbəb almış olduğu yanıq yaraları nəticəsində baş vermiş orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə saat 16:30-da 5 saylı X8 Yanıq şöbəsində baş vermişdir, bunun ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. X13 meyitində aşkar edilmiş yanıq yaralarından başqa digər xəsarətlər aşkar edilməmişdir. (İİ cild i.v. 195-200) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X20 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 , X14 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx xxx 2020-ci il tarixli, 586 №-li nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sol said və bazu nahiyəsinin arxa səthinin, döş qəfəsinin, bel nahiyəsinin arxa səthinin, hər iki sarğı nahiyəsinin və hər iki budun yuxarı üçdə birinin arxa və iç səthinin (ümumi bədən səthinin 25-30%-ni əhatə edən) İİ-İİİA-İİİB dərəcəli termiki yanıqları yüksək hərarətin, ola bilsin ki, yanğın nəticəsində alovun təsirindən törənmişlər, törənmə müddətləri xx xxxxx 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.(İİ cild i.v. 235-237) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks qaydada məhkəmə- yanğın- tikinti texniki, trasoloji və texnoloji partlayışların tədqiqi və neft məhsulları və yanacaq sürtkü yağları materiallarının kriminalistik tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli, 3/314 nömrəli nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd şalvar və 01 ədəd jaket” yazıları olan bağlamada təqdim edilmiş 01 ədəd şalvar və 01 ədəd jaket üzərində rəyin tədqiqi hissəsində göstərilən zədələr vardır. Həmin zədələr termiki təsirindən yaranmağa xarakterikdir. Tədqiqata üzərində “Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd şalvar” yazıları olan bağlamada təqdim edilmiş köynəyin üzərində olan zədələr öz formasına, quruluşuna görə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Həmin bağlamada təqdim edilmiş şalvar üzərində trasoloji zədə aşkar edilməmişdir. (İİ cild i.v. 239-242) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 356/2020-MTBŞ №-li nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 qan qrupu – A/İİ/. 2. Təqsirləndirilən Təqsirləndirilən şəxs qan qrupu – A/İİ/. 3. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus idman şalvarı üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda yalnız “A” antigeni alınmışdır. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər./əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa/. 4. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus termiki təsir nəticəsində deformasiyaya uğrayaraq sərtləşmiş kofta hissələri üzərində qana şübhəli ləkələr, Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərindəki ləkələrdə isə qan aşkar olunmamışdır. 5. Ekspertiza tədqiqatına təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus termiki təsir nəticəsində deformasiyaya uğrayaraq sərtləşmiş kofta hissələri, Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində stereoskopik tədqiqat zamanı insan toxumasına şübhəli hissəciklər aşkar olunmamışdır. N.ZHüseynovaya məxsus idman şalvarı üzərində isə sitorloji tədqiqat zamanı insan dərisinin buynuzlaşmış üst qatının hüceyrələri aşkar olunmuşdur. (İİ cild i.v. 244-249) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublkasının Əmək və X18 Nazirliyi yanında Dövlət X19 Şəmkir Rayon Şöbəsinin xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şöbədə İİ qrup ümumi səbəbdən əlilliyə görə sosial müavinət alır. (cild 2, i.v. 254) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə ambulator psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 275/111 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədəkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, halhazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətləri malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınaraq ona şamil edilən hazırki cinayət əməlini törədən vaxt güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt vəziyyətində) olmamışdır (keçirməmişdir).(İİ cild i.v. 251-254) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “xxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxx 2020-ci il tarixli, 8943 nömrəli cavab məktubu ilə daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən 055 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 20:36-da zəng olunaraq 390 saniyə müddətində (ARAYANİN CELL İD-si Shemkir r-nu, Seyfeli kendi) danışıq olmuşdur. X7 adına olan 051 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 20:44-də zəng olunaraq 1394 saniyə müddətində (ARAYANİN CELL İD-si Tovuz r-nu,Qovlar- ARANANİN CELL İDsi Shemkir r-nu, Seyfeli kendi) danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə xx.xx.2020-ci il tarixdə saat 21:24, 21:29 və 21:56-də zəng olunaraq 36, 804 və 567 saniyə müddətində (ARAYANİN CELL İD-si Shemkir r-nu, Seyfeli kendi) danışıq olmuşdur. Şahid7 adına olan 050 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 22:08-də zəng olunaraq 47 saniyə müddətində (ARAYANİN CELL İD-si Shemkir rayonu Qaryagdi qesebesi - ARANANİN CELL İD-si Shemkir r-nu, Seyfeli kendi) danışıq olmuşdur. Şahid7 adına olan 050 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 22:09-da zəng olunaraq 257 saniyə müddətində (ARAYANİN CELL İD-si Shemkir rayonu - ARANANİN CELL İD-si Shemkir r-nu, Seyfeli kendi) danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən Şahid7 adına olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 22:39-da zəng olunaraq 72 saniyə müddətində ARAYANİN CELL İD-si Shemkir r-nu, Seyfeli kendi - ARANANİN CELL İD-si Shemkir r-nu) danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən Şahid7 adına olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 04:42-də zəng olunaraq 77 saniyə müddətində ARAYANİN CELL İD-si Shemkir r-nu, Seidkend - ARANANİN CELL İD-si Shemkir r-nu) danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən Şahid7 adına olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 05:03 və 07:03da zəng olunaraq 26 və 49 saniyə müddətində danışıq olmuşdur. Şahid7 adına olan 050 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 07:38 və 08:06-da zəng olunaraq 27 və 28 saniyə müddətində danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən Şahid7 adına olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2020-ci il tarixdə saat 08:08-də zəng olunaraq 11 saniyə müddətində danışıq olmuşdur.(İİİ cild i.v. 2-10) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sübutların qiymətləndirlməsi haqqında qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus paltarları – 1 ədəd göy rəngli yun şalvar və 1 ədəd qırmızı-ağ rəngli hörmə qadın jaketi, Təqsirləndirilən şəxs məxsus paltarları - 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd sarımtıl rəngli qısaqol köynəyi, eləcə də hadisə yerinə baxış zamanı evin müxtəlif yerlərindən götürülmüş yanğından sonrakı qalıqlar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir.(İİİ cild i.v. 52-96) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tədqiq edilmiş onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolları, video görüntülər və digər istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddələrin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 3 bəndinin izahını da nəzərə alır. Həmin qərarın 3-cü bəndinin izahına görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün haları o, cümlədən cinayətin üsulu, aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi həmçinin təqsirkarın və zərəçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri) nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ”Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 2002-ci il 12 dekabr tarixli 3 №li qərarının 3-cu bəndində ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 121.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir. Partlatmaqla, yandırmaqla və digər ümumi təhlükəli üsulla adam öldürmə özgə əmlakının məhv edilməsi ilə müşayiət olunarsa təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı özgə əmlakının məhv edilməsinə görə məsuliyyət nəzərdə tutan CMnin 186 və 349-cu maddələri ilə də tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ”Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 2002-ci il 12 dekabr tarixli 3 №li qərarının 11-ci bəndində təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. İki və ya daha çox qəsdən adam öldürmə vahid qəsdlə əhatə olunmadıqda ayrı-ayrı vaxtlarda törədildikdə təqsirkarın əməli təkrar adam öldürmə kimi CM-nin 120.2.10-cu maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ”Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 2002-ci il 12 dekabr tarixli 3 №li qərarının 8-ci bəndində xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur.Qərarda verilmiş izaha görə əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən təqsirkarın qəsdinin zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilməsinin müəyyən edilməsi tövsiyyə edilmişdir Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə həmin izaha uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürməklə digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla 3 nəfəri, o cümlədən təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan 2 nəfər azyaşlını qəsdən öldürməyə, yəni iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də yandırmaqla və ağır nəticələrə səbəb olmaqla özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, yaşlı (57əlli yeddi) olmasını, 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM- nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri az ağır və xüsusilə ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 66.3 maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəza təyin edilərək həmin cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinin tələbləri qaydasında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, CM-nin 56.2-ci maddəsinə əsasən tələbləri qaydasında cəzasının bir hissəsini isə həbsxanada çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 422 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X20, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları mübahisələ mənzilin hüquqi rejimi müəyyən edillmədiyindən baxılmamış saxlanılmalı və mülki iddiaçılara mülki məhkəmə qaydasında iddia vermək hüquqları izah edilməldir. İş üzrə Şəmkir rayon prokurorluğunda saxlanılan maddi sübutlar - zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus paltarları – 1 ədəd göy rəngli yun şalvar və 1 ədəd qırmızı-ağ rəngli hörmə qadın jaketi, Təqsirləndirilən şəxs məxsus paltarları - 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd sarımtıl rəngli qısaqol köynək yararsız olduğundan məhv edilməlidir. Hadisə yerinə baxış zamanı evin müxtəlif yerlərindən götürülmüş yanğından sonrakı qalıqlar məhv edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş müdafiəçinin ibtidai istintaq orqanına verdiyi hesabatdan görünür ki, ibtidai istintaq zamanı müdafiəçi X15 Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 120 (yüz iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X15 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 720 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən ) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının CM-nin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələri 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 02 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Şəmkir rayon prokurorluğunda saxlanılan maddi sübutlar zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus paltarları – 1 ədəd göy rəngli yun şalvar və 1 ədəd qırmızı-ağ rəngli hörmə qadın jaketi, Təqsirləndirilən şəxs məxsus paltarları - 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd sarımtıl rəngli qısaqol köynək və hadisə yerinə baxış zamanı evin müxtəlif yerlərindən götürülmüş yanğından sonrakı qalıqlar məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 422 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X20, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddiaları baxılmamış saxlanılsın və mülki iddiaçılara Təqsirləndirilən şəxs qarşı mülki məhkəmə qaydasında iddia vermək hüquqları izah edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X15 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 720 (yeddi yüz iyirmi) manat məbləğində və Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən ) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X29 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar