Məhkəmə qərarları › İş №1(100)-198/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-198/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-198/2021 13.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X16 və X5, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X22, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkili Bürosunun vəkili X6 və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, həbs olunanadək ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sabiq arvadı Zərərçəkmiş şəxs ilə birgə nigahından doğulmuş oğlu Şahid1 23 sentyabr 2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi almaq üçün Gədəbəy rayon polis şöbəsinə apardıqdan sonra Şahid1 onunla birlikdə qalmasını təklif etsə də, sonuncu bundan imtina etdiyi üçün Zərərçəkmiş şəxs övladının onunla görüşməsinə, əlaqə saxlamasına, yanında qalmasına maneçilik törətməsi, bununla da oğlu ilə münasibətlərinin soyumasına şərait yaratmasını düşünüb qisas almaq məqsədilə onu qəsdən öldürmək qərarına gəlmiş, 25 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Qurudərə kəndi ərazisində yaşadığı evin yaxınlığından oğlu Şahid1, əmisi qızı Şahid2 və sonuncunun azyaşlı övladı X12 ilə birlikdə keçərək faktiki yaşadığı babası mərhum X13 məxsus ev istiqamətində gedən Zərərçəkmiş şəxs görüb sonuncunu öldürərək qisas almaq məqsədilə yaşadığı evin mətbəxindən soyuq silah hesab edilməyən bıçağı götürüb arxasınca qaçaraq Zərərçəkmiş şəxs torpaq yolda çatıb ona “Oğlumu, məndən ayrı tutursan, səni öldürəcəyəm, məni bədbəxt elədin” deyərək azyaşlı oğlu Şahid1, habelə qohumları Şahid2 və sonuncunun azyaşlı qızı Fatimə Məsimovanın gözləri qarşısında xüsusi amansızlıqla, yəni rəhmsizlik nümayiş etdirib, onlara xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq əlindəki bıçaqla Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan nahiyələrinə ardıcıl zərbələr endirməklə ona sol əlin 2-ci barmağının səthi deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməyən, sifətin sol yarsının və sağ kürəyin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığnıa yüngül, sol saidin deşilmişkəsilmiş yarası və bunun nəticəsində sol əlin 4-5-ci barmaqlarının hərəkəti və hissi pozulmaları, əl fuksiyasının pozulması ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmalaqla əhəmiyyətli dərəcədə (10%) itirilməsinə səbəb olan sağlamlığına az ağır, daxili qan axma, hemorragik və travmatik şokla, nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşaiyət olunan qarının daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, atası Şahid3 Məsim oğlunun hadisəyə müdaxilə edərək onu tutub kənara çəkməsi, habelə Zərərçəkmiş şəxs Gəncə şəhər 3 saylı Xəstəxanasına çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyib xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi nigaha daxil olmuş və bu nigahdan 13 sentyabr 2010-cu ildə Kənan adlı oğlu dünyaya gəlmişdir. 2013-cü ildən etibarən Zülfiyyə ilə ailədaxili mübahisə və münaqişələri yaranmağa başlamışdır. Buna səbəb isə Zülfiyyənin açıq-saçıq geyinməsi, işləmək istəməsi, mobil telefon işlətməsi, onu ər kimi saymaması olmuşdur. 2015-ci ildə o, Zülfiyyədən ayrılıb işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, Zülfiyyə isə köçüb atasının Bakı şəhəri, Qum adasında yerləşən yaşadığı evə getmişdir. O, Moskva şəhərində olarkən X18 metrostansiyasının yaxınlığında yerləşən gözəllik salonuna işə düzəlib orada işlədiyini eşitmişdir. O, Zülfiyyənin işdən çıxmasını tələb etsə də Zülfiyyə onu eşitməmişdir. Daha sonra Zülfiyyə onu məhkəməyə vermiş və məhkəmə oğlu Kənanın saxlanılmasına görə ona aylıq 160 manat aliment təyin etmişdir. Moskva şəhərində olarkən əmisi oğlu X21 xatırlamadığı tarixdə onunla telefon vasitəsi ilə danışarkən Zülfiyyəni Bakı şəhərində fəaliyyət göstərən gecə klublarının birində kişi ilə əylənərkən gördüyünü demişdir. Bundan sonra o, Zülfiyyə ilə əlaqəsini tamamilə kəsmişdir. O, 2019-cu ilin noyabr ayında Moskvadan Bakı şəhərinə gəlmiş və atası Mansıra məxsus evdə yaşamağa başlamışdır. 2020-ci ilin aprel ayında Gədəbəy rayonu, Qurudərə kəndinə köçüb atasına məxsus evdə yaşamağa başlamışdır. 2020-ci ilin may ayında isə Gədəbəy rayon sakini Şahid4 ilə qeyri rəsmi nigaha daxil olmuşdur. 23 sentyabr 2020-ci il tarixdə Zülfiyyə ona zəng edib Kənan üçün şəxsiyyət vəsiqəsi almaq məqsədilə Gədəbəy rayonuna gəldiklərini və Kənanı aparıb ona şəxsiyyət vəsiqəsi almasını bildirmişdir. 24 sentyabr 2020-ci il tarixdə səhər saat 11 radələrində Zülfiyyə oğlu Kənanı yolun kənarına çıxarmış və o, atası ilə birlikdə Kənanı Gədəbəy rayon polis şöbəsinin qeydiyyyat və şəxsiyyət vəsiqəsi qrupuna aparmışdır. Polis şöbəsindən çıxarkən Zülfiyyə ona zəng edib təcili Bakı şəhərinə getməli olduğunu və Kənanı Gədəbəy şəhərində yerləşən işıqforun yanına gətirməsini söyləmişdir. O da etiraz etməyib Kənanı Zülfiyyənin dediyi yerə aparmışdır. Bir qədər sonra Zülfiyyə idarə etdiyi dövlət nömrə nişanını bilmədiyi ağ rəngli «Hyundai» markalı avtomobillə onların yanına gəlmiş və Kənanı götürüb özü ilə aparmışdır. O, 25 sentyabr 2020-ci il tarixdə Zülfiyyəni Qurudərə kəndi ərazisində görmüş və sonuncunun onu aldatdığını başa düşmüşdür. O, yenidən ailə həyatı qurduqdan sonra Zülfiyyə oğlu Kənanı sonuncu ilə görüşməsinə və əlaqə saxlamasına şərait yaratmamışdır. Bu kimi hal isə bir ata kimi ona pis təsir etmişdir. 25 sentyabr 2020-ci il tarixdə təxminən saat 17 radələrində o, atası ilə birlikdə yaşadığı evin qarşı tərəfindəki kartof əkdikləri sahədə işləyərkən Zülfiyyəni oğlu Kənan və Zülfiyyənin əmisi qızı Aytənlə birlikdə yaşadığı evin qarşısından keçib qonşuluqda yaşayan Elnarənin evinə getdiyini görmüşdür. Təxminən bir saat sonra o, heyvanları örüşdən qaytarıb evə gəlmiş, bir stəkan çay içib əynini dəyişərək çölə çıxmışdır. Bu zaman Zülfiyyəni oğlu Kənan və Zülfiyyənin əmisi qızı Aytənlə birlikdə yaşadığı evin qarşısından keçib öz evlərinə tərəf getdiklərini görmüşdür. Bu vaxt o, Zülfiyyədən “nə oldu bəs Bakı şəhərinə gedirdin” – deyə soruşmuş, Zülfiyyə isə söyüş söyərək onu təhqir etmişdir. O, Zülfiyyənin onu təhqir etməsindən əsəbiləşib ona xəsarət yetirmək qərarına gəlmiş və bu məqsədlə evə daxil olub mətbəxdən gündəlik istifadə edilən bıçağı götürüb Zülfiyyənin arxasınca qaçıb ona çatmışdır. Həmin vaxt Aytən və Kənan onun əlində bıçağı görüb qaçmışlar. Orada daha kimlərin olduğunu əsəbi olduğundan xatırlamır. Bundan sonra o, Zülfiyyəyə çatıb arxadan saçından tutub dartaraq əlindəki bıçaqla ardıcıl olaraq onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Həmin vaxt əsəbi və həyəcanlı olduğu üçün Zülfiyyəyə neçə bıçaq zərbəsi endirdiyini xatırlamamışdır. Bu vaxt atası Mansır arxadan yaxınlaşıb onun kürəyindən dartaraq Zülfiyyədən ayırmışdır. Bundan sonra o, yaşadığı evə getmiş, əynindəki şalvar qan olduğu üçün başqası ilə dəyişib bıçağı və həmin şalvarı evin 1-ci mərtəbəsindəki hamama atıb oradan getmişdir. O, əvvəlcə Gədəbəy rayon polis şöbəsinə gedib təslim olmaq istəsə də sonradan fikrindən daşınıb, Gəncə şəhərinə getmişdir. O, 01 fevral 2021-ci il tarixdə Bakı şəhərinə getmiş, həmin gün axşam saat 18-19 radələrində Bakı şəhəri, Binəqədi rayonunda, 9-cu mikrorayonda yerləşən “Üzeyir” şadlıq evinin qarşısında dayanarkən polis əməkdaşları tərəfindən saxlanılıb Gədəbəy rayon polis şöbəsinə gətirilmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs onun yaşadığı evin qarşısından keçərkən sonuncunu təhqir etdiyi üçün ona xəsarətlər yetirmişdir. Onun Zülfiyyəni öldürmək məqsədi olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Hadisə vaxtı onun əynində olmuş və maddi sübut kimi saxlanılan paltarların ona qaytarılmasından imtina edir və məhv edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə atasının əmisi nəvəsi X14 ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Birgə nikahdan Şahid1 adında oğlu dünyaya gəlmişdir. Rasimlə ailə həyatı qurduqdan sonra sonuncunun ailə üzvləri – atası Şahid3, qardaşı arvadları, qardaşı uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında, Qədir Məmmədov küçəsində yaşamışdır. Ailə həyatı qurduqdan 7 il sonra, təxminən 2013-cü ildə Rasim Rusiya Federasiyasına getmiş və geri qayıtmamışdır. 2019-cu ilin sentyabr ayında o, məhkəməyə müraciət edib oğlunun himayəsində qalması barədə iddia qaldırmışdır. Məhkəmə oğlu Kənanı onun himayəsində qalması və Rasimin aylıq olaraq 160 manat aliment pulu verməsi barədə qərar qəbul etmişdir. Həmin vaxtdan Kənan o və onun valideynləri ilə birlikdə Qum adasında yaşamışdır. 24 sentyabr 2020-ci il tarixdə Kənanla birlikdə sonuncuya şəxsiyyət vəsiqəsi götürmək üçün Gədəbəy rayonu, Qurudərə kəndinə gəlmişlər. Onların Qurudərə kəndində yerləşən evi Rasimin atasıgilin evinin qonşuluğunda olmuşdur. 25 sentyabr 2020-ci ildə axşam saatlarında onlar evə gedərkən Rasimin, hazırkı arvadı ilə həyətdə oturub çay içdiyini görmüşdür. O, Rasimgili qısqandığından onları təhqir etmiş və evə doğru getməyə başlamışdır. Bu zaman Rasim arxa tərəfdən gəlib onun üzərinə cumaraq, sonuncunu yerə yıxmışdır. Həmin vaxt Rasimin əlində dəstəyi yaşıl-göy rəngdə, tiyəsi qalın və iri olan bıçaq olmuşdur. Rasim bıçaqla onun boğazını kəsmək istədikdə sonuncu sol əlini irəli vermiş, bu zaman bıçaq onun sol əlinə dəymiş və sol qolumun bayır tərəfini kəsmişdir. Daha sonra Rasim onun kürək nahiyəsinin sağ tərəfinə bıçaqla zərbə endirmişdir. Rasim yenidən bıçaqla onun boğazını kəsmək istədikdə sonuncu, müqavimət göstərmiş, həmin vaxt Rasim bıçaqla onun qarın boşluğuna zərbə endirmişdir. Daha sonra Rasim bıçaqla onun üzünün sağ yanağının üstünü kəsib sonuncuya, “Sənin gözəlliyini səndən alacağam, sən gözəlliyinə güvənirsən” demişdir. Rasim onun üzünü kəsdikdən sonra yenidən bıçaqla boğazını kəsmək istədikdə Rasimin atası Mansır səs-küyə gəlmiş və Rasimi ondan ayırmışdır. Bundan sonra onu qohumları Vidadi, Samir və Amin yerdən qaldırmışlar. Vidadi onu avtomobili ilə Gədəbəy rayon mərkəzi xəstəxanasına aparmış, orada sonuncuya ilkin yardım göstərildikdən sonra o, Gəncə şəhər 3 saylı X31 xəstəxanasında müalicə almışdır. Rasimin ona bıçaqla xəsarət yetirməsini azyaşlı oğlu Şahid1 də görmüşdür. O, Rasimə oğlunun gözü qarşısında onu vurmamasını dəfələrlə yalvarıb deməsinə baxmayaraq, Rasim onun yalvarışlarına məhəl qoymadan, qorxu içində qışqıran oğlunun gözü qarşısında onu öldürmək istəmişdir. Bu zaman onun əmisi qızı Aytən oğlunu götürüb bir qədər Rasimlə olduqları yerdən kənara aparmışdır. Rasim onu bıçaqla vurmamışdan qabaq “Uşağımı məndən alırsan, uşaq sənə görə məndən soyuyub”, demişdir. O, Təqsirləndirilən şəxsla ayrıldıqdan sonra hər hansı şəxslə münasibətdə olmamış, heç kimlə ailə həyatı qurmamışdır. Şahid3 oğlu Rasimin ona bıçaqla xəsarət yetirməsinin qarşısını alanadək, Rasim ona zərbələr endirməkdə davam etmişdir. Təqsirləndirilən şəxs fikri məhz onu öldürmək olmuşdur.Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Hadisə vaxtı əynidə olmuş maddi sübut kimi saxlanılan paltarların ona qaytarılmasından imtina edir və məhv edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Rasim təxminən 3-4 il olar ki, onlarla birlikdə yaşamamışdır. Rasim onları tək qoyub Rusiyaya getdiyi üçün anası Zülfiyyə sonuncudan boşanmışdır. Atası həmişə evə sərxoş halda gəlib Zülfiyyə ilə dalaşmış, sonuncunu döymüş, bu isə ona çox pis təsir etmişdir. Buna görə də o, atası Rasimi çox istəməmişdir. Zülfiyyə dəfələrlə Rasimlə dalaşıb onu da götürüb babası Faiqin evinə aparmışdır. Rasim Rusiyaya getdikdən sonra onunla ancaq telefonda görüntülü danışmışdır. Rasim keçən il Rusiyadan Bakıya gəldikdən sonra babası Mansırın evində qalmışdır. 3-4 gündən bir ya atası Rasim gəlib onu babası Mansırın evinə aparımış, ya da anası özü onu Mansırın evinə aparmışdır. O, atası Rasimin yanında deyil, anası Zülfiyyənin yanında qalmaq istəmişdir. 23 sentyabr 2020-ci il tarixdə anası Zülfiyyə şəxsiyyət vəsiqəsi almaq üçün onu Gədəbəy rayonuna gətirmişdir. Onlar Gədəbəy rayonuna gəlib anası Zülfiyyənin babası Yunisin evində qalmışlar. Səhərisi gün atası Rasim və babası Mansır onu polis şöbəsinə aparmış, orada onun şəkili çəkilmiş və orada işləyən polis əməkdaşı şəxsiyyət vəsiqəsinin 10 gündən sonra hazır olacağını demişdir. Polisdən çıxan kimi atası Rasim anası Zülfiyyəyə zəng edib “Kənan bu gün mənim yanımda qalsın” deyə bildirmişdir. Anası Zülfiyyə onun atası Rasimlə qalmağına razı olsa da, o özü razı olmamış və Rasimə anası Zülfiyyə ilə birlikdə qalmaq istədiyini demişdir. Sonra atası onu yolda anası Zülfiyyəyə təhvil verib getmişdir. 25 sentyabr 2020-ci il tarixdə günortadan sonra anası Zülfiyyə, sonuncunun əmisi qızı Aytən, sonuncunun 4 yaşlı qızı Fatma və o, babası Faiqə məxsus olan evin kirayə pulunu almaq üçün həmin evə getmişlər. Amma evdə qalanlar pulu oktyabr ayının 5-də verəcəklərini dedikləri üçün onlar oradan birldikdə anasının qohumu olan Elnarənin evinə getmişlər. Elnarənin evi babası Mansırın evinin yaxınlığında yerləşdiyindən onlar oraya gedərkən Mansır babasının evinin qarşısından keçmişlər. Elnarəgildə təxminən 20-30 dəqiqə oturduqdan sonra onlar öz evlərinə getmək üçün yola çıxmışlar. Aytənlə anası Zülfiyyə qabaqda, o isə Aytənin 4 yaşlı qızı Fatimə ilə onların arxasınca getmişlər. Babası Mansırgilin evinin yanından keçərkən anası ona “atan gəlir” demişdir. O, geri çevriləndə atasının hər iki əli arxasında olmaqla ona tərəf gəldiyini görmüşdür. Atası ona çatarkən sol əlini aşağı salsa da, sağ əli arxasında olmuşdur. Atası Rasim onu öpdükdən sonra yoluna davam edib anası Zülfiyyəyə tərəf getmişdir. Bu vaxt atasının sağ əlində göy rəngli tutacağı olan bıçaq olduğunu görmüşdür. Rasim Zülfiyyəyə çatan kimi onun saçından tutub yerə yıxmış və əlindəki bıçaqla anası Zülfiyyəni vurmağa başlamışdır. Bu vaxt o, çox qorxmuş və ağlayaraq ucadan «Mama» deyə qışqırmışdır. Atası anasını bıçaqla vurarkən sonuncunun qarnından qan axdığını, atasının əlindəki bıçağın qana bulaşdığını görmüşdür. Atası anasını vurub ona və Aytənə tərəf gəlmək istədikdə Aytən və qızı Fatimə yaxınlıqdakı setkadan olan çəpərdən o biri tərəfə keçmişlər. O da həmin setkadan keçmək istəyəndə ayağı məftilə ilişmiş, belə olduqda qışqırıb Aytəni köməyə çağırmış, sonuncu kömək edib onu da əks tərəfə keçirmiş və onlar oradan qaçıb Yunis babasının evinə getmişlər. O, qorxduğu üçün geri dönüb atasının onların arxasınca gəlib-gəlməməsinə baxmamışdır. Sonra o, anasının xəstəxanaya aparıldığını eşitmişdir. O, atasının anasını nəyə görə vurduğunu bilməmişdir. O, atasının əlindəki bıçaqla anasını 2 və ya 3 dəfə vurduğunu görmüşdür. Həmin vaxt anası Zülfiyyə qışqırmışdır. Əvvəllər atası anasını döysə də heç vaxt bıçaqla və ya başqa əşya ilə sonuncuya xəsarət yetirməmişdir. O və Aytən atasının anasını bıçaqla vurmasını görmüşlər. Həmin vaxt o bərk qorxduğu və ağladığı üçün kənarda başqa adamların olmasına fikir verməmişdir. Hətta atasının anasını bıçaqla vurmasını görən Aytənin qızı Fatma da çox qorxmuş və o da onun kimi qışqırıb ağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məsim oğlu ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs təxminən 11 il bundan əvvəl qohumu Zərərçəkmiş şəxs ilə ailə qurmuş, onların rəsmi nigahları olmamışdır. Həmin evlilikdən Rasimin 2010-cu ildə Kənan adlı oğlu dünyaya gəlmişdir. Rasim 2014-cü ildə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi üçün sonuncunun ailəsi onun evidə yaşamağa başlamışdır. Rasim Moskvaya getdikdən bir müddət sonra Zülfiyyə Bakı şəhərində, metronun Həzi Aslanov stansiyasının yaxınlığındakı gözəllik salonunda saç ustası işləməyə başlamışdır. Rasim buna görə narazılığını bildirdikdə Zülfiyyə oğlu Kənanla birlikdə Bakı şəhəri, Qum adasında yaşayan atası Faiqin evində, oradan isə metronun Həzi Aslanov stansiyasının yaxınlığında kirayə ev tutub orada yaşamağa başlamışdır. O, 2015-ci ildə Rasimin Zülfiyyə ilə əlaqəsini tamamilə kəsib ayrıldığını eşitmişdir. O, bunun səbəbini Rasimdən soruşanda sonuncu, Zülfiyyənin başqa kişilərlə ona xəyanət etdiyi üçün ayrıldığını demişdir. Bundan sonra onlar da Zülfiyyə ilə əlaqələrini tamamilə kəsmişlər. 2019-cu ilin noyabr ayında Rasim Bakı şəhərinə gəlmiş və 2020-ci ilin may ayında Gədəbəy rayon sakini Şahid4 ilə ailə həyatı qurmuşdur. Bundan sonra Zülfiyyə aliment üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmə tərəfindən Kənanın saxlanılması üçün Rasimin ayda 160 manat aliment ödəməsi barədə qərar qəbul etmişdir. Rasim 2020-ci ilin aprel-may ayında Gədəbəy rayonuna gəlmiş və Zülfiyyə ilə boşandıqdan sonra yalnız oğlu Kənanla telefonla əlaqə saxlamışdır. 23.09.2020-ci il tarixdə Zülfiyyə oğlu Kənanla birlikdə Gədəbəy rayonunun Qurudərə kəndinə gəlmişdir. Gədəbəy rayonuna gəldikdən sonra Zülfiyyə Rasimə zəng edərək “gəl Kənanı apar şəxsiyyət vəsiqəsini al” demiş, 24.09.2020-ci il tarixdə saat 10 radələrində o və Rasim Kənanı götürüb Gədəbəy rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsindən çıxarkən Zülfiyyə Rasimə zəng edərək “biz Bakıya çıxırıq uşağı gətir” demiş, onlar da Kənanı işıqforun yanında Zərərçəkmiş şəxs təhvil verib evə qayıtmışlar. Zülfiyyə özünə məxsus, lakin markasını və dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili ilə qeyd olunan yerə gəlib Kənanı onlardan alıb getmişdir. 24.09.2020-ci il tarixdə axşam saat 18 radələrində o, Rasimdən Kənanın Bakı şəhərinə çatıbçatmadığını soruşmuş, Rasim ona Zülfiyyənin Bakı şəhərinə getmədiyini, qayıdıb babasının evinə gəldiyini demişdir. 25.09.2020-ci il tarixdə gün ərzində Rasim həyətyanı sahədə əkdikləri kartofu qazıb çıxarmaqla məşğul olmuşdur. Həmin gün saat 16 radələrində o, həyətdə Rasim ilə birlikdə işləyərkən nəvəsi Kənan, Zülfiyyə və onun əmisi qızı Aytənin onların yaşadıqları evin yanından keçərək qonşuluqda yerləşən Vidadi adlı şəxsin evinə getdiklərini görmüşlər. Bir müddət sonra Rasim çay içmək üçün evə getmiş, o da gəlini Ülviyyəyə “Rasimə denən gedib heyvanları örüşdən gətirsin” demiş, Ülviyyə isə “narahat olma Rasim çayını içib gedir” deyə cavab vermişdir. Bundan təxminən 5 - 10 dəqiqə sonra o, səs-küy eşidib həmin tərəfə doğru getmiş, evdən təxminən 50-60 metr aralıda qonşuluqda yaşayan Məhərrəm Mürsəlovun evinə gedən yolda Rasimin Zülfiyyənin ünvanına uca səslə nalayiq söyüşlər söyüb bıçaqla vurmasını görmüşdür. O, Rasimin Zülfiyyəni öldürəcəyini görüb arxadan əl atıb Rasimi çəkərək kürəyindən bir dəfə yumruqla vurub üstünə qışqırıb “bıçağı evə qoy özün də get polisə təslim ol” demişdir. Həmin vaxt Zülfiyyənin sifəti, qarın və sinə nahiyyəsindən qan axmış və qolu da kəsilmişdir. Bundan sonra Şahid5 arvadı Şahid6 ilə birlikdə Zülfiyyəni Rasimin xalası oğlu Əlinin avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisədən sonra baldızı Nazilənin danışığından Zülfiyyə ilə Rasimin mobil telefonda mesajlaşıb bir-birinə təhqiramiz söz dediklərinə və Rasimlə gəlini Ülviyyənin evin həyətində oturub çay içərkən Zülfiyyənin onların yanından keçərkən sonuncuları təhqir etdiyindən Rasimin Zülfiyyəyə bıçaqla xəsarətlər yetirdiyini öyrənmişdir. Rasim sakit təbiətli, heç kimlə işi olmayan bir insandır, nə vaxtsa kiminləsə dalaşmasını, mübahisə etməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi nigaha daxil olmaqla ailə həyatı qurmuşdur. 25 sentyabr 2020-ci il tarixdə Rasim yaşadıqları evin həyətində yerdən kartof çıxarmaqla məşğul olmuşdur. Bir müddətdən sonra Rasim evə gəlmiş və onunla birlikdə evin həyətində oturub çay içmişdir. Həmin vaxt qayınatası Mansır Təqsirləndirilən şəxs evin pəncərəsindən çağırıb örüşə ötürdüyü malı bir azdan qaranlıq düşəcəyindən tövləyə salmağı söyləmişdir. Bu zaman Zülfiyyə onların həyətinin qarşısından keçərkən Rasimi və onu təhqir etmişdir. Bundan sonra Rasim pilləkənlə evə qalxıb, mətbəxdən yaşıl-göy rəngli dəstəyi olan bıçağı götürüb evdən çıxmış, o da Rasimin ardı ilə evdən çıxmışdır. O, Rasimin yanına çatan vaxtı sonuncunun əlindəki bıçaqla keçmiş arvadı Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirdiyini və Zülfiyyənin yerdə uzanmış halda olduğunu görmüşdür. Həmin vaxt səs-küyə hadisə yerinə gələn qayınatası Rasimin əlindən bıçağı almış, onun kürəyindən tutub dartaraq kənara çəkmiş və ona gedib polisə təslim olmasını demişdir. Rasim də Mansıra gedib polisə təslim olacağını, törətdiyi əməli etiraf edəcəyini söyləmişdir. Bundan sonra Rasim evin kürsüsündə yerləşən hamam otağına gedərək əynindəki paltarları dəyişmiş və evdən çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Qurudərə kənd sakini Zərərçəkmiş şəxs onun həmkəndlisi və əmisi İsgəndər Həsənəliyevin nəvəsi olmuşdur. Təqsirləndirilən şəxs da onun həmkəndlisi və qohumu olmaqla hər ikisi ilə münasibətləri normal olmuşdur. Təxminən 10 il əvvəl Rasim Zülfiyyə ilə ailə həyatı quraraq Bakı şəhərində yaşamış və onların bu evlilikdən Kənan adlı övladı dünyaya gəlmişdir. Təxminən 2015-ci il də Rasimlə Zülfiyyə ayrılmış və məhkəmənin qərarına əsasən aliment ödəməklə Kənan anası Zülfiyyə ilə birlikdə qalmışdır. Rasim Zülfiyyədən ayrıldıqdan sonra işləmək üçün Rusiya Federasiyasına getmiş və 2019-cu ildə yaşadığı kəndə qayıtmışdır. Rasim Azərbaycan Respublikasına gəldikdən sonra mütəmadi olaraq oğlu Kənanla görüşmüş, lakin Kənan atasının yenidən evləndiyini bildiyi üçün atasının yanında qalmamış və bu səbəbdən anası ilə birlikdə yaşamışdır. Təxminən 23-24 sentyabr 2020-ci il tarixdə Zülfiyyə oğlu Kənana şəxsiyyət vəsiqəsi almaq üçün Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən babası Yunis Məsimova məxsus evə gələrək əmisi qızı Aytən, əmisi oğlu Amin və oğlu Kənanla müvəqqəti olaraq həmin evdə qalmışlar. 25.09.2020-ci il tarixdə axşam saat təxminən 17-18 radələrində kənddə yerləşən bacısı oğlu Röyalgilin evində olduğu zaman arvadı Şahid6 onun mobil telefonuna zəng edərək həmin gün Zülfiyyənin onlara gəldiyini və sonra çıxıb gedərkən Rasimin onu bıçaqladığını bildirmişdir. Bundan sonra o, həmkəndlilərinə məxsus avtomobillə tez hadisə yerinə gəlmiş və Rasimin atası Mansırın evindən təxminən 50-60 metr yuxarıda qonşuluqda yaşayan Məhərrəmin evinə gedən yolda Zülfiyyənin üzəri qanlı şəkildə yerdə uzandığını görmüş, dərhal həmkəndlilərində köməkləşərək Zülfiyyəni qonşuluqda yaşayan Şahid8 məxsus “Vaz 2107” markalı avtomobilə qoyaraq Gədəbəy mərkəzi rayon xəstəxanasına gətirmişlər. Xəstəxanada həkimlər Zülfiyyəyə ilkin tibbi yardım göstərdikdən sonra onun xəsarətlərinin ağır olduğunu bildirərək X31 avtomobili ilə onu Gəncə şəhərində yerləşən 3 saylı X31 xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs hansı səbəbdən ayrılmaları, onların arasında əvvəllər hər hansı bir mübahisənin və ya narazılığın olub-olmaması barədə də heç bir məlumatı olmamışdır. 25.09.2020-ci il tarixdə o, hadisə yerinə gəldikdə orada qonşuluqda yaşayan Məhərrəm, Süleyman və başqa şəxslər olmuş, Rasimin atası Mansır isə təxminən 50 metr kənarda evinin qarşısından keçən qaz borusunun üzərində oturmuşdur. Zülfiyyə kəndə gəldikdən sonra Rasimlə heç bir münasibəti olmamış, kənddə olduqları müddətdə bir dəfə sonuncunun oğlu Kənanı Rasimin avtomobilində görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 25.09.2020-ci il tarixdə axşam saat 18-19 radələrində o, evinin həyətində olarkən həmkəndlilərinin Şahid3 yaşadığı ev istiqamətində qaçdıqlarını görüb nə baş verdiyi ilə maraqlandıqda Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs bıçaqladığını öyrənmişdir. Bundan sonra etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı avtomobilinə oturaraq Şahid3 yaşadığı evin yaxınlığına getmiş, həmin yerə çatdıqda Zərərçəkmiş şəxs evin yuxarı hissəsindən keçən torpaq örtüklü yolda uzanmış vəziyyətdə və əynindəki paltarın qana bulaşmış olduğunu görüb orada olan digər həmkəndliləri Şahid5 və sonuncunun arvadı Şahid6 ilə birlikdə köməkləşərək Zərərçəkmiş şəxs avtomobilinin arxa oturacağına yerləşdirmiş və Gədəbəy şəhərində yerləşən xəstəxanaya gətirmişlər. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərdikdən sonra X31 avtomobilinə qoyaraq Gəncə şəhərində yerləşən xəstəxanaya yola salmış, o, isə özünə məxsus avtomobillə yaşadığı evə qayıtmışdır. Həmin vaxt hadisənin şahidi, həmçinin hadisənin nə səbəbə baş verməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarlndan görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 15 gün müddətə, yəni 17 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Hadisə yerinə baxış keçirilməsi haqqında 25 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy rayonu, Qurudərə kəndi ərazisində yerləşən Şahid3 Məsim oğluna və kənd sakini X3 məxsus fərdi yaşayış evlərinin arasındakı torpaq yoldur. Şahid3 yaşadığı evdən torpaq yolla Məhərrəm Mürsəlovun yaşadığı evə istiqamətdə 15 metr qalxıb, sola doğru daha 15 metr irəlilədikdə yolun nisbətən sol-orta hissəsində dağınıq halda səpələnmiş vəziyyətdə torpağa hopmuş qanabənzər ləkələr vardır. Qanabənzər ləkələrin aşkar edildiyi yer kənd sakini X7 evindən 13 metr, X3 məxsus fərdi yaşayış evindən 32 metr, tək ağacdan 9 metr, Şahid3 Məsim oğluna məxsus fərdi yaşayış evindən 30 metr məsafədə yerləşir. Yolun eni həmin hissədə 3 metrdir. Qeyd olunan sahədə aşkar edilmiş yanaşı halda qanabənzər ləkələr Məhərrəm Mürsəlovun evindən soldan sağa doğru 1, 2 və 3 nömrələri ilə şərti olaraq işarələnmişdir. 1 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr 10x20 sm ölçüdə sahəni, 2 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr 20x15 sm ölçüdə sahəni, 3 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr 30x20 sm ölçüdə sahəni əhatə edir. 1, 2 və 3 nömrələri ilə şərti olaraq işarələnmiş qanabənzər ləkələrdən nümunələr pambıq tampona hopdurulmaqla müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin qanabənzər ləkələrin olduğu yerdən 40 sm məsafədə üzərində qanabənzər ləkələr olan daş parçası aşkar edilmişdir, iş üzrə əhəmiyyət kəsb etdiyindən həmin daş torpaqdan çıxarılaraq götürülmüşdür. Bundan sonra süni işıqlanma şəraitində ətraf əraziyə baxış keçirilmiş, lakin mümkün şəraitində iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və ya iz aşkar edilməmişdir. Baxışda iştirak edən Şahid3, bu gün saat 19 radələrində yaşadığı evin bostan sahəsində kartof bitkisini çıxararkən səs-küy eşidib evinin qarşısına gəldikdə qananbənzər ləkələrin olduğu yerdə keçmiş gəlini Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməkdə olan oğlu Təqsirləndirilən şəxs görüb, dərhal həmin yerə gedib Rasimi əynindəki köynəkdən dartmaqla kürəyindən yumruqla vuraraq sonuncuya gedib polis şöbəsinə təslim olmasını söylədiyini, özünün isə yerdə yaralı halda uzanan Zərərçəkmiş şəxs yanında qaldığını, Zülfiyyənin qohumu Şahid5 İspəndiyar oğlunun gələrək onu avtomobili ilə xəstəxanaya apardığını, bundan sonra yaşadığı evə getdiyini, ona gəlini Şahid4 Təqsirləndirilən şəxs gələrək əynindəki şalvarı dəyişib polis şöbəsinə getmək adı ilə evdən çıxdığını, sonuncunun evdən gedərkən Zülfiyyəyə xəsarət yetirdiyi bıçağı, həmçinin əynində olan idman şalvarını evin kürsüsündə yerləşən hamam otağına qoyub getdiyini bildirmişdir. Şahid3 həmin şalvar və bıçağın qeyd etdiyi hamamda olmasını təsdiq etmişdir. Belə olan halda Şahid3 təklif edilmişdir ki, həmin hamam otağını göstərməklə bıçaq və şalvarı istintaqa təqdim etsin. Şahid3 etirazı olmadığını bildirdikdən sonra baxışda iştirak edən şəxslərlə birlikdə Şahid3 həyətinə gedilmişdir. Şahid3 evin sağ tərəfində kürsüdəki hamam otağını göstərərək paltar və bıçağın məhz bu otaqda olduğunu bildirmişdir. Şahid3 göstərdiyi hamam otağı evin kürsüsündə yerləşməklə qapısı dəmir metaldandır, 3x2 metr ölçüdədir. Divarları suvaqla suvanmışdır, döşəməsi tökmə beton materialdandır. Hamama daxil olduqda giriş qapısından solda sol divara paralel vəziyyətdə dəstəyi yaşıl rəngdə olan, tiyəsi enli 01 ədəd bıçaq və giriş qapısından sağ tərəfdə isə üzərində qanabənzər ləkələr olan boz rəngli şalvar aşkar edilmişdir. Hadisə yerini təqdim edən Şahid3 bildirdi ki, hadisə zamanı oğlu Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs məhz həmin bıçaqla xəsarətlə yetirmiş, hadisə zamanı əynində məhz bu şalvar olmuşdur. Qeyd olunan əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şahid3 oğlu Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan köynək və istifadəsində olan mobil telefonun hazırda harada olması barədə sual verdikdə, o, gəlini Şahid4 sözlərinə istinadən Təqsirləndirilən şəxs hadisədən sonra yalnız əynindəki şalvarı dəyişdiyini, mobil telefonunu isə gedərkən özü ilə apardığını söyləmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurətinin yaranması Şahid3 izah edildikdə o, oğlunun və özünün birgə yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olan halda sonuncu və digər iştirakçılarla birlikdə evin giriş qapısının qarşısına gedilmişdir. Şahid3 məxsus fərdi yaşayış evi birmərtəbəli olmaqla, kürsülüdür. Evin giriş qapısına qalxan pilləkənləri daş və betondan ibarətdir. Giriş qapısı taxta materialdan olmaqla iki taylıdır. Ev girişdən daxil olduqda 3x8 metr ölçüdə dəhliz, girişlə üzbəüz yerləşən 2x3 metr ölçüdə mətbəx, dəhlizlə bir qədər irəlilədikdə yanaşı yerləşən iki yataq otağından ibarətdir. Şahid3 soldan ikinci sırada yerləşən otaqda oğlu Təqsirləndirilən şəxs yaşadığını bildirmişdir. Həmin otağın qapısı taxta materialdandır, 5x6 metr ölçüdədir, döşəmə və tavanı taxta materialdandır. Girişdən solda üzbəüz girişlə üzərinə yastıq və döşək yığılmış iki ədəd çarpayı, onun sağında iki nəfərlik çarpayı həmin çarpayının sağ tərəfində otağın sağ divarına paralel istiqamətdə paltar şkafı vardır. Otaq səliqəli vəziyyətdədir. Baxış keçirilən otaqda üzərində qanabənzər ləkələr olan və iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya, predmet və ya iz aşkar edilməmiş, götürlüməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 26 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 25 sentyabr 2020-ci il tarixdə əynində olduğunu bildirdiyi 1 ədəd göyümtül rəngli cins şalvar, 1 ədəd boz rəngli, papaqlı payız gödəkcəsi, 1 ədəd qara rəngli büsqalter götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin şalvar cins materialdan hazırlanmışdır, göyümtül rənglidir. Uzunluğu 85 sm, bel hissəsinin eni 40 sm-dir. Şalvarın arxa və qabaq tərəflərində ümumilikdə 4 ədəd cib, qarşı tərəfdə zəncirbənd və düymə, bel hissəsində kəmər vardır. Şalvarın bel hissəsinin iç tərəfində “KOTON JEANS” sözləri yazılmış etiket vardır. Təqdim edilmiş1 ədəd bozumtul rəngli üzərində qırmızı rəngli zolaq fonunda ağ rəngli hərflər olan qollu, papaqlı qadın gödəkcəsi 55 sm uzunluqda olmaqla, boğaz hissəsinin iç tərəfində “COLİN`S” sözü yazılmış etiket vardır, gödəkcə səthi boyunca kəsilmişdir. Təqdim edilmiş 1 ədəd qara rəngli üzərində ürək formalı naxışları olan büsqalterin eni 33 sm, olmaqla, arxa bağlanc hissələri kəsilmiş vəziyyətdədir. Təqdim edilmiş şalvar və gödəkcənin səthində qanabənzər ləkələr vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və 050 ***-**-** mobil nömrələr ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında müxtəlif vaxtlarda mütəmadi, o cümlədən 22–24 sentyabr 2020-ci il tarixlərdə qarşılıqlı telefon danışıqları aparılmış, 23–25 sentyabr 2020-ci il tarixlərdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr Gədəbəy rayonu ərazisində quraşdırılmış antena dairələrində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2020-ci il tarixli, 866 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- daxili qan axma, hemorragik və travmatik şokla, nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşaiyət olunan qarının daxilə keçən deşilmiş-kəsilmiş yarası, sifətin sol yarsının kəsilmiş yarası, sağ kürəyin (daxilə keçəməyən), sol saidin deşilmiş-kəsilmiş yarası, sol əlin 4-5-ci barmaqları bükən səthi və dəri əzələ vətərlərinin və orta sinirinin kəsilməsi, əl funksiyasının pozulması, sol əlin 2-ci barmağının səthi deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 25 sentyabr 2020-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən daxili qan axma, hemorragik və travmatik şokla, nazik bağırsağın və nazik bağırsaq müsaririqəsinin zədələnməsi ilə müşaiyət olunan qarının daxilə keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol saidin deşilmiş-kəsilmiş yarası və bunun nəticəsində sol əlin 4-5-ci barmaqlarının hərəkəti və hissi pozulmaları, əl fuksiyasının pozulması ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmalaqla əhəmiyyətli dərəcədə (10%) itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sifətin sol yarsının və sağ kürəyin deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol əlin 2-ci barmağının səthi deşilmiş-kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri inkar olunmur, onun bədən səthində qarşılıqlı mübarizəyə xaraterik xəsarət aşkar edilməmişdir, sonuncunun bədən səthində aşkar olunmuş xəsarətlərin özü-özünə yetirə bilməsi mümkün deyildir, sifətinin sol yarsında aşkar olunmuş kəsilmiş yaradan sonra əmələ gəlmiş çapıq vaxt keçdikcə öz gedişi boyu bərpa olunandır və silinən xəsarət kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 04 noyabr 2020-ci il tarixli, 6/2214 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus boz rəngli idman şalvarı üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə təqdim edilmiş Zərərçəkmiş şəxs cins şalvarın tərkib liflərinə uyğun gəlir, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvarın üzərindən aşkar edilmiş boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarının və Zərərçəkmiş şəxs özünə məxsus idman köynəyinin tərkib liflərinə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbibioloji ekspertizasının 13 noyabr 2020-ci il tarixli, 805/2020-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa,beta/İ/--dir. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. (təqdim olunan sənədlərin surətinə əsasən). 3. Ekspertizaya təqdim edilmiş bıçaq, daş parçası, torpaq və bitki nümunəsi, 02 ədəd pambıq topası, Zərərçəkmiş şəxs məxsus şalvar (kəmər ilə), büsqalter, uzunqol papaqlı köynək, Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alınmışdır. ”H” antigeni 0 alfa,beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa,beta /İ/ qruplu şəxsə (şəxslərə), o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs və ya eyni qrupu Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma müşayiət olunan xəsarətlər olubsa). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbikriminalistik ekspertizasının 09.02.2021-ci il tarixli, 515/2020-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön hissəsinin sol-bel nahiyəsində bir ədəd kənari kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ülgücü olan alətin təsirindən əmələ gəlmişdir. Bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya hər-hansı bir iti ülgücə malik alət ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büsqalter və köynək fraqmentinin üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön hissəsinin sol-bel nahiyəsində bir ədəd kənarı kəsilmiş zədə onun bədəninin qarın nahiyəsində olan deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst- üstə düşür. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər- sifətin sol yarısının kəsilmiş yarası, sağ kürəyin (daxilə keçməyən), sol saidin deşilmiş-kəsilmiş yarası, sol əlin 4- 5-ci barmaqları bükən səthi və dəri əzələ vətərlərinin və orta sinirinin kəsilməsi, sol əlin 2-ci barmağının səthi deşilmiş-kəsilmiş yaraları ekspertizaya təqdim edilmiş paltarlarda öz əksini tapmamışdır. Bunu da xəsarətlərin bədənin açıq nahiyələrində olması və zədə yetirilən zaman paltarların yerdəyişməsi ilə izah etmək olar. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş şalvarın ön hissəsinin sol-bel nahiyəsində aşkar edilmiş bir ədəd kənarı kəsilmiş zədəyə görə yaranın yetirilmə istiqaməti barədə mühakimə yürütmək mümkün olmamışdır. Xəsarət alan zaman Zərərçəkmiş şəxs, ona qəsd edənlə müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus idman şalvarının üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirəcək heç bir əlavə və dəyişiklik edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05.02.2021-ci il tarixli, 65/18 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmiş, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinə əlavə edilmiş Şahid1 məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin portal çıxarışından görünür ki, onun adına 24 sentyabr 2020-ci il tarixdə, saat 10:58-də elektron sistemdə şəxsiyyət vəsiqəsi aktivləşdirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon məhkəməsinin 26.07.2019-cu il tarixli, 2(042)-685/2019 nömrəli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs iddia ərizəsi təmin edilməklə, 10.12.2010-cu il tarixdə doğulmuş Şahid1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 160 manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy Mərkəzi rayon xəstəxanasının konsultativ poliklinika şöbəsinin 15.10.2020-ci il tarixli, 394 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxananın ruhi-əsəbə xəstəlikləri qeydiyyatında durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon icra hakimiyyəti başçısının Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.10.2020-ci il tarixli, 384 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs ailə üzvləri oğlu Şahid1 (2010), atası X23 (1965), anası X8 (1972), qardaşı X11 (1991) ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon icra hakimiyyəti başçısının Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15.10.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Məsimova X1 yaşadığı müddət ərzində müsbət xarakterizə edilməklə, barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi məlumat daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri, Xətai rayon icra hakimiyyətinin 27 saylı mənzil-kommunal istismar sahəsinin 03.03.2021-ci il tarixli, 146 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs (1987) Bakı şəhəri, Xətai rayonu, 27 saylı mənzil-kommunal istismar sahəsinin ərazisində yerləşən Qədir Məmmədov küçəsi ev 09, mənzil 101 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri, Xətai rayon icra hakimiyyətinin 27 saylı mənzil-kommunal istismar sahəsinin 03.03.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, 27 saylı mənzil-kommunal istismar sahəsinin ərazisində yerləşən Qədir Məmmədov küçəsi ev 09, mənzil 101 ünvanında yaşadığı müddət ərzində müsbət xarakterizə edilməklə, barəsində mənzil-kommunal istismar sahəsinə heç bir yazılı və ya şifahi məlumat daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Respublika psixiatriya xəstəxanasının 26.10.2020-ci il tarixli, 7445 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər psixiatriya xəstəxanasının 19.10.2020-ci il tarixli, 152 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər psixonevroloji dispanserinin 18.11.2020-ci il tarixli, 3401 və 3402 nömrəli arayışlarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri, Xətai rayon polis idarəsinin 10.12.2020-ci il tarixli, 101-39343-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında və ya onun barəsində idarədə heç bir təqsirləndirici material olmamış, cinayət işi istintaq edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon polis şöbəsinin 02.11.2020-ci il tarixli, 198-18705-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gədəbəy rayon polis şöbəsində heç bir təqsirləndirici material olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gədəbəy rayon polis şöbəsinin 02.02.2021-ci il tarixli, 198-1844-1221 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdə, Bakı şəhəri ərazisində tutularaq 02.02.2021-ci il tarixdə Gədəbəy rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 10.02.2021-ci il tarixli, **********110 nömrəli ərizəsindən görünür ki, keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs qarşı hazırda heç bir iddiası, şikayəti və ya tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 28 iyun 2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə deyil, qorxutmaq niyyəti ilə vurması, Zülfiyyəyə bıçaqla zərbələr endirməsini azyaşlı oğlu Kənan Məsimovun görməməsi, hadisə baş verməmişdən öncə Şahid2 Rasimin əlində bıçaq görüb öz qızı Fatimə və Kənanı götürüb qaçması barədə verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və eləcə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri ilə təkzib edildiyindən, həmin ifadəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının izahlarını da nəzərə alır. Həmin qərarın 3-cü bəndinin izahına görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün haları o, cümlədən cinayətin üsulu, aləti, yetirilən xəsarətlərin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi həmçinin təqsirkarın və zərəçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri) nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Qərarda verilmiş izaha görə əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən təqsirkarın qəsdinin zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilməsinin müəyyən edilməsi tövsiyyə edilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə həmin izaha uyğun olaraq Təqsirləndirilən şəxs cinayəti törədən zaman Zərərçəkmiş şəxs “Oğlumu, məndən ayrı tutursan, səni öldürəcəyəm, məni bədbəxt elədin” deyərək azyaşlı oğlu Şahid1, habelə qohumları Şahid2 və sonuncunun azyaşlı qızı Fatimə Məsimovanın gözləri qarşısında xüsusi amansızlıqla, yəni rəhmsizlik nümayiş etdirib, onlara xüsusi əzab və iztirab verdiyini dərk edib, bunu arzulayaraq əlindəki bıçaqla Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan nahiyələrinə ardıcıl zərbələr endirməklə ona sol əlin 2-ci barmağının səthi deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməyən, sifətin sol yarsının və sağ kürəyin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığnıa yüngül, sol saidin deşilmiş-kəsilmiş yarası və bunun nəticəsində sol əlin 4-5-ci barmaqlarının hərəkəti və hissi pozulmaları, əl fuksiyasının pozulması ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmalaqla əhəmiyyətli dərəcədə (10%) itirilməsinə səbəb olan sağlamlığına az ağır, daxili qan axma, hemorragik və travmatik şokla, nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşaiyət olunan qarının daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, atası Şahid3 Məsim oğlunun hadisəyə müdaxilə edərək onu tutub kənara çəkməsi, habelə Zərərçəkmiş şəxs Gəncə şəhər 3 saylı Xəstəxanasına çatdırılaraq vaxtında tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyib xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və digər cinayət işinin materiallarında olan dəlillərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirici hallar kimi qəbul edir və hesab edir ki, Cinayət Qanunun bu norması təqsirləndirilən şəxsə cəza təyin olunarkən onun barəsində tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarından görünür ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan o, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri qaydasında cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 01.02.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut- Gədəbəy rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilərkən pambıq tampona hopdurulmaqla götürülmüş qanabənzər ləkələrin olduğu nümunələr, üzərində qanabənzər ləkələr olan daş parçası, torpaq və bitki nümunələri, hadisə yerinə baxış zamanı fərdi yaşayış evinin kürsüsündəki hamam otağından götürülmüş dəstəyi yaşıl rəngdə olan 1 ədəd bıçaq, üzərində qanabənzər ləkələr olan 01 ədəd boz rəngli kişi idman şalvarı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd göyümtül rəngli cins şalvar, 01 ədəd boz rəngli papaqlı gödəkcə, 01 ədəd qara rəngli büsqalter sahiblərinə qaytarılsı onlar tərəfindən imtina edildiyindən məhv edilməldir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu andan, yəni 01.02.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- Gədəbəy rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış keçirilərkən pambıq tampona hopdurulmaqla götürülmüş qanabənzər ləkələrin olduğu nümunələr, üzərində qanabənzər ləkələr olan daş parçası, torpaq və bitki nümunələri, hadisə yerinə baxış zamanı fərdi yaşayış evinin kürsüsündəki hamam otağından götürülmüş dəstəyi yaşıl rəngdə olan 1 ədəd bıçaq, üzərində qanabənzər ləkələr olan 01 ədəd boz rəngli kişi idman şalvarı, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd göyümtül rəngli cins şalvar, 01 ədəd boz rəngli papaqlı gödəkcə, 01 ədəd qara rəngli büsqalter məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X9 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar